Məhkəmə qərarları › İş №1(103)-2327/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2327/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2327/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru X10, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-381/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-381/2022 saylı, 12 oktyabr 2022ci il tarixli hökmü ilə (X19) xx xxxxx 1992-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, onun 07 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılması və ona 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməməsi, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən mənzildə çəkməsi, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməsi, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılması, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan 0,770 qram heroin qalığı və 2 bukum psixotrop maddə metafetaminin cəmi çəkisi 0,300 qram olan qalığının məhv edilməsi, iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 176 (yüz yetmiş altı) manatın ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, cinayət işi üzrə Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 50 saat hüquqi xidmətin dəyəri 300 (üç yüz) manatın Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan yerdən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 30 manat pulun müqabilində 0,820 qram çəkidə narkotik vasitə heroini və ümumi çəkisi 0,360 qram olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 21:00-da Binəqədi RPİ-nin 4-cü PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpusun yaxınlığında saxlanılıb oradan ünvan 2 ünvanda yerləşən 4-cü PŞ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,820 qram qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,320 qram və 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,04 qram olan ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan yerdən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 30 manat pulun müqabilində 0,820 qram çəkidə narkotik vasitə heroini və ümumi çəkisi 0,360 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 21:00-da Binəqədi RPİ-nin 4-cü PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ondan aşkar olunaraq götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Hökmdən dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protesti vermiş və apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona 5 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2022- ci il tarixli hökmü ləğv edilməli və onun CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılmalıdır. Həmin qərarı qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi məqsədyönlü təkzib ifadələrini əsas götürmüş, onun ifadələrini cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, sonda Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair ibtidai istintaq zamanı toplanmış kifayət qədər sübutların məcmusuna düzgün hüquqi qiymət verməyərək yanlış nəticəyə gəlmişdir. Halbuki, cinayət işinin materiallarında onun işin halları ilə bağlı ibtidai istintaq zamanı toplanmış sübutlar, məhkəmə kimyəvi və narkoloji ekspertizalarının rəyləri və digər sənədlərlə Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olması tam sübuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/759 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Arayışlar üçün N- 173” dairəvi möhür əksi “3.Təqsirləndirilən şəxs... imza”yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,820 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış vasitə-heroindir, 2 ədəd bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 0,04 qr və 0,320 qram olmaqla, ümumi çəkisi 0,360 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmçinin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1943 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin “Tədqiqat Obyekti N-751İ möhür əksi olan “Ekspert rəyi 6/759” yazı və imzalar olan paketin içərisində üzərində “ 3. Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə ümumi çəkisi 0,320 qram metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Məhkəmə hökmdə yuxarıda göstərilən Plenum qərarına istinad etdiyi halda, həmin Plenum qərarında göstərilən “narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi müddəasına əhəmiyyət verməmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddələri öz istifadəsi üçün üzərində gəzdirdiyi qənaətinə gəlsə də, onun hansı səbəbdən psixotrop maddələri xırda bükümlərdə gəzdirməsi məsələsinə ümumiyyətlə toxunmamış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakterli olub qeyrisəmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda, məhkəmə qeyd olunan hala tənqidi yanaşmamışdır. Bundan əlavə, məhkəmə iş materiallarında olan Binəqədi RPİ-nin 4-cü PŞ-nin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsinin müəyyən edilməsi barədə məktubunu nəzərə almamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq olmuşdur. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə isə hazırki işə baxarkən cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarını nəzərə almamışdır. Bundan əlavə, məhkəmə qanunda nəzərdə tutulmamış halları əsassız olaraq cəzam yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin cinayətini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, həmin halın nədə ifadə olunması və nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Lakin Təqsirləndirilən şəxs hərəkətlərində isə könüllü gəlib təqsirini boynuna alma və cinayətin üstünün açılmasına fəal kömək etmə halı olmamışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxs barəsində “əməlindən peşman olmasını” yalnız onun formal ifadəsi əsasında cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda tam haqsız olmuşdur. Lakin məhkəmə cinayət-prosessual qanunvericiliyin həmin normalarının tələblərini pozaraq yuxarıda qeyd olunan işin obyektiv hallarına uyğun olan istintaqda əldə olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifındə səhvə yol verilmişdir. Apellyasiya protestində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və onun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılması xahiş olunmuşdur. Apellyasiya protestinə qarşı etirazlar: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya protestinə qarşı yazılı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, apellyasiya protesi formal mülahizələr əsasında verilmişdir. Qeyd olunmalıdır ki, Binəqədi rayon prokurorluğunun müstəntiq tərəfindən tərtib ediimiş ittiham aktını öyrəndikdən sonra düzəlişlər edilməsi və ya əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək hüququ olduğu halda bunu qəsdən etməmiş və heç bir sübuta söykənməyən əməl narkotik maddlərin satışı kimi qiymətləndirilməldə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə də Məhkəməyə verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarı ilə Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz, satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda- şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz.Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal elmə, cınal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa iş üzrə dindirilmiş şahid ifadələri ilə də tam olaraq sübuta yetirilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirərkən niyyəti onları sataraq, mənfəət əldə etmək olmamışdır. Əksinə öz istifadəsi üçün almış və ümumilikdə 25 manat məbləğində vəsait xərcləyərək əldə etmişdir. Etirazda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-381/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməməsi, apellyasiya protestinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X16 dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini müdafiə etdiyini bildirərək, apellyasiya protestinin dəlillərinə uyğun çıxış etdi, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət qanunu normaları düzgün tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib həmin maddə ilə cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun daha ağır cəza təyin edilməsi haqqında yeni ittiham hökmünün çıxarılmasını, apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı etiraz etdiyini bildirərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-381/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməməsi, apellyasiya protestinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı etiraz etdiyini bildirdi, üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədinin olmadığını, öz istifadəsi üçün aldığını, heç vaxt narkotik vasitə satmaqla məşğul olmadığını, həmin narkotik maddə və psixatrop maddəni bükümlərə ayrılmış vəziyyətdə aldığını, artıq bir ilə yaxın müddət ərzində narkotik vasitələrdən istifadə etmədiyini, narkotik vasitələri müxtəlif yerlərdən üzdən tanıdığı şəxslərdən aldığını, əməlindən peşiman olduğunu qeyd edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-381/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməməsi, apellyasiya protestinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protestinin əsas dəlili Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilimədiyini, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edərək, ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il saat 21:00 radələrində ünvan 3 ünvanda olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə və ya psixotrop maddənin olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər.Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan, hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb masanın üzərində qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Ondan sonra onun qara rəngli şalvarının ciblərini açmağı tələb olunduqda sonuncunun şalvarın ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Belə ki,ondan üzərindən aşkar olunmuş 01 ədəd “Sobranie” markalı siqaret qutusunu açmaq tələb olunmuşdur.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qeyd olunan markalı siqaret qutusunu açan zaman həmin qutunun içərisində 01 ədəd şəffaf rəngli, 01 ədəd ağ rəngli sellofana və 01 ədəd də siqaretin qızılı rəngli kağıza bükülmüş bükümlər aşkar edilmişdir ki, həmin bükümlər iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman 01 ədəd ağ rəngli sellofana və 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümlərin içərisindən çıxan ağ rəngli kristalşəkilli maddələrin psixotrop maddə olan “metamfetamin”, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisindən çıxan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir.Həmin bükümləri xx.xx.2022ci ii tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən ümumilikdə 30 manata aldığını bildirmişdir.Həmin bükümlər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Sadəcə narkotik vasitələrin şəxsi istifadə üçün əldə etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, evli olmasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, ona verilmiş ittihamın yanlış olmasını nəzərə alınaraq onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 fevral 2022ci il tarixdə 4-cü PŞ-nə mötəbər mənbədən daxil olan məlumata əsasən ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və ya psixotrop vasitə əldə etməsi və dövriyyəsi barədə məlumat daxil olmuşdur.Qeyd edilən məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa olunması və 4-cü PŞ-nin İnzibati ərazisinə aid olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 18-də qeyd edilən məlumat əsasında əməliyyat tədbirləri keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və həmin PŞ-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 daxil olmuşlar.Beləliklə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpusun yaxınlığında 07 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən bir nəfər şəxsə yaxınlaşaraq ondan özünü təqdim etməsini bildirdikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Onlar ona narkotik maddə və psixotrop maddə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib onu 4-cü PŞ-nə dəvət etmişlər.4-cü PŞ-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunması hüququ izah edilmiş və o, bu hüququndan istifadə etmək istədiyini bildirmişdir.Ona dövlət hesabına müdafiəçi dəvət edilərək, təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə məlumat verilmişdir.O, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına və video çəkilişə etiraz etməmişdir.Onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışdan öncə üzərində qeyri-qanuni əşya varsa, təqdim etməsi barədə ona deyildikdə əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Sobranie" markalı siqaret qutusunu açmaq tələb olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qeyd olunan markalı siqaret qutusunu açan zaman həmin qutunun içərisində 01 ədəd şəffaf rəngli, 01 ədəd ağ rəngli sellofana və 01 ədəd də siqaretin qızılı rəngli kağıza bükülmüş bükümlər aşkar edilmişdir ki, həmin bükümlər iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman 01 ədəd ağ rəngli sellofana və 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümlərin içərisindən çıxan ağ rəngli kristalşəkilli maddələrin psixotrop maddə olan “metamfetamin”, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisindən çıxan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir.Həmin bükümləri xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən ümumilikdə 30 manata aldığını bildirmişdir.Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən bükülülər qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir.Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmidiər. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əməlinin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Belə ki, istər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan 0,820 qram qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,320 qram və 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,04 qram olan ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilə bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələbinə uyğun olaraq yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmaqla cinayət işi üzrə toplanmış sübutları təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış təkzibolunmaz sübutlarla tam sübuta yetirilir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlaməti olması təsdiq olunsa da, onun bu əməli, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməlini törətməsi, yəni ona istinad edilən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməlini törətməsi, heç bir sübutla təsdiqini tapmadığı və ehtimallara əsaslandığı halda, protest müəllifi tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının qeyd olunması, bu ehtimalların məhkəmə tərəfindən də təsdiq edilməsinin, habelə əsassız və qanunsuz olaraq onun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinin tələb olunması anlaşılmazdır. Halbuki dövlət ittihamçısı özü birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestində istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satmaq məqsədi ilə üzərində saxlaması ilə bağlı hər hansı mötəbər sübuta istinad etməmiş, yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddələri xırda bükümlərdə gəzdirməsini və onun əldə edərək üzərində saxladığı narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin miqdarınin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına istinad etmişdir. Halbuki istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan 01 ədəd təmiz çəkisi 0,820 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd təmiz çəkisi 0,320 qram və 01 ədəd təmiz çəkisi 0,04 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xırda bükümlərdə gəzdirməsinin məhz satış məqsədi ilə əldə edilməsi, həmin bükümlərin Təqsirləndirilən şəxs tərəfindən hissələrə ayrılması ilə bağlı işə hər hansı sübut əlavə edilməmişdir. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X2 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin d) hissəsinə əsasən isə cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında ətraflı araşdırılmış və Avropa Məhkəməsi məhkəmə iclasında dindirilməyən ittiham tərəfinin şahidlərinin ibtidai istintaqda verdikləri ifadələri ilə məhkəmə hökmlərinin əsaslandırılması probleminin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ və həmin maddənin 3-cü bəndininin “d” yarımbəndində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri dindirmək hüququ nöqteyinəzərindən təhlil edilməsi üçün mühüm standartlar müəyyən etmişdir. (“Əl Havaya və X5rşı iş” üzrə 15 dekabr 2012-ci il tarixli qərar; “Matisina Rusiyaya qarşı iş” üzrə 27 mart 2014-cü il tarixli qərar; “Karpenko Rusiyaya qarşı iş” üzrə 21 fevral 2012-ci il tarixli qərar; “X8rşı iş” üzrə 25 aprel 2013-cü il tarixli qərar; “Scholer Almaniyaya qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli qərar; “X6rşı iş” üzrə 24 iyul 2008-ci il tarixli qərar; “X4rşı iş” üzrə 24 aprel 2012-ci il tarxli qərar; “Melnikov Rusiyaya qarşı iş” üzrə 14 yanvar 2010-cu il tarixli qərar; “Şarkunov və Mezentsev Rusiyaya qarşı iş” üzrə 10 iyun 2010-cu il tarixli qərar; Markiz və X7rşı iş” üzrə 16 dekabr 2014-cü il tarixli qərar, nəhayət “Əfəndiyev Azərbaycana qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli qərarı). Bu qərarlara əsasən ilk növbədə onu qeyd etmək lazımdır ki, ümumiyyətlə Avropa Məhkəməsi ittiham hökmlərində ibtidai istintaqda təqsirləndirilənin əleyhinə ifadə vermiş şahidin ifadələrinə istinad olunmasını - istər ifadənin elan olunması şahidin məhkəmədə işin mühüm halları barədə fərqli ifadə verməsi, istər ifadə verməkdən imtina etməsi, istərsə də onun bilavasitə dindirilməsini mümkünsüz edən hallarla bağlı olsun - yolverilən sayır, lakin buna istisna hal kimi baxmaqla, faktiki olaraq məhkəmədə əldə olunmuş sübutun, bilavasitə dinlənilmiş ifadənin üstünlüyünü tanıyır. Bunu deməyə əsas verən hal odur ki, Avropa Məhkəməsi sadalanan qərarların hamısında şahidin bilavasitə məhkəmədə dindirilməsinin vacibliyini vurğulayır, ibtidai istinaqda əldə olunmuş şahid ifadəsinə istinad olunmasını isə bunu zəruri edən (istisnanın tətbiqinə bəraət qazandıran) xüsusi halların mövcud olması ilə şərtləndirir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət qanununun mənasına görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət dedikdə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət başa düşülməlidir (CM-nin 34.2-ci maddəsi). Hazırki işin halları və məhkəmə istintaqı zamanı əldə olunmuş sübutlarla isə məhkum edilmiş şəxsin hərəkətində qeyd olunan əlamətin olması təsdiq olunmur. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən isə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində ona istinad edilən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin deyil Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən yuxarıda sadalanan konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun qeyd olunan cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin mənasından görünür ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddədə nəzərdə tutulan cinayətin tərkibini yaradır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, məhkəmə kollegiyası apellyasiya protestinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinin əsassız olmaqla, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, Dövlət ittihamçısı apellyasiya protestində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya protestinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqlarınn pozulması ilə bağlı məhkəmələr milli qanunveriCilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası eyni zamanda apellyasiya protestinin Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini araşdıraraq, cinayət işinin materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb hesab edir ki, qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilərək ona həmin maddələrlə cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 52-1, 58.1, 58.3, 59 və 69.3-cü maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsi, ilk dəfə az ağır cinayət törətməsi və himayəsində 1 (bir) azyaşlı övladının olması, ailənin yeganə qazanc gətirən şəxs olması kimi cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərkən, cinayət qanununda nəzərdə tutulmuş həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə isə cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa halların mövcud оlmasını da, cəza təyini zamanı yüngülləşdirici hal kimi nəzərə alınmasını müəyyən etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tariхli qərarının 2-ci bəndində həmçinin göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəхsin islah оlunmasına хidmət etməlidir. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Odurki, məhkəmə kollegiyası apellyasiya protestinin Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngül olması barədə dəlilini əsassız hesab edir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını, apellyasiya protestinin təmin edilmədən, məhkəmə hökmünün isə dəyişdirilmədən saxlanılması barədə məhkum edilmiş şəxsin və onun müdafiəçilərinin çıxışlarını dinləyib apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-381/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli hökmü Dövlət ittihamçısı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, istər ibtidai araşdırma zamanı, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-381/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli hökmü Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-Cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: Ziya Şirinov İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar