Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-233/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin böyük prokuroru X3, Bəraət verilmiş şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32,4 , 313 və 294.1 maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilərək ona əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Bakı şəhər prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 313 və 294.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinərək, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. Hökmdən Bakı şəhər prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 avpellyasiya proesti verərək hökməün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 313 və 294.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək cinayət məsuliyətinə xəlb etmə müddətləri keçdiyindən cəzadan azad edilməsini xahiş etmişdir. Apellyasiya protestini dövlət ittihamsçısı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin eyni iş üzrə iştirakçılıqda təqsirləndirilən Təqsirləndirilən şəxs1 və \Təqsirləndirilən şəxs2 əməlləri ilə bağlı gəldiyi nəticələr arasında mühüm ziddiyətlər olmuş, Təqsirləndirilən şəxs2 barəsində çıxarılmış xx.xx.2019-cu il tarixli bəraət hökmü ilə gəldiyi nəticələr işin faktiki hallarına, habelə məhkəmənin həmin iş üzrə öncədən qüvvəyə minmiş və ləğv edilməmiş hazırlıq iclasının qərarı ilə məcburiliyi müəyyən olunmuş hallara uyğun olmamışdır. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihama görə o, Təqsirləndirilən şəxs2 təqsirləndirilirondanötrüki, o, vəzifəli şəxsi rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsinə sair şəxsi niyyətlə təhrik etmiş, mülki iş üzrə işdə iştirak edən şəxs kimi qeyrisinin köməkliyi ilə sübutları saxtalaşdırmışdır. Belə ki, o, xx.xx.2007-ci il tarixdə birgə nikaha daxil olduğu Şahid1 onunla “nikahın pozulması, uşaqların himayəsində qalmaları, aliment tələbi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” xx.xx.2016-cı il tarixli iddia ərizəsi əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-1335/2018 nömrəli mülki iş üzrə cavabdeh qismində öz xeyrinə qətnamə qəbul edilməsinə, yəni gələcəkdə nikahın pozulması nəticəsində əmlakın bölünməməklə özündə qalmasına nail olmaq məqsədilə, həmin məhkəmənin “xxxxxxxxxxxx” MMC-yə ünvanladığı xx xxxxxx 2017-ci il tarixli, 2(001)-5173/2017 nömrəli sorğusuna cavab olaraq qeyd olunan Cəmiyyət tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 363-364-cü məhəllə, 60 ünvanında yerləşən çoxmənzilli binanın 53 saylı mənzilini xx.xx.2006-cı il tarixli 29 saylı müqavilə əsasında “xxxxxxxxxxxx” MMC-dən almasına və mənzilin dəyərini xx.xx.2006-cı il tarixdə tam ödəməklə həmin ünvanda ailə üzvləri, yəni həyat yoldaşı Şahid1, uşaqları Tuncay Məcidzadə və Rəqimə Məcidzadə ilə birlikdə 2017-ci ilədək yaşamasına baxmayaraq «xxxxxxxxxxxx» X2 faktiki rəhbəri olmaqla cəmiyyətin idarə edilməsi, onun fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs Təqsirləndirilən şəxs1 ilə dostluq münasibətlərinə görə sonuncudan etdiyi xahişi əsasında onunla sövdələşməklə həmin mənzilə dair xx.xx.2006-cı il tarixli 29 saylı müqaviləyə guya xx.xx.2007-ci il tarixli “paydan imtina ilə bağlı” ərizəsinə əsasən xitam verilməsi və həmin mənzilə görə pay üzrə ödənilmiş 44642 manat vəsaitin xx.xx.2007-ci il tarixdə Cəmiyyətin kassasından ona geri qaytarılması, xx.xx.2007-ci il tarixdən sonrakı dövr ərzində “xxxxxxxxxxxx” MMC-də adına heç bir pay olmaması ilə bağlı Təqsirləndirilən şəxs1 tərəfindən tanışlıq münasibətlərinə görə şəxsi niyyətlə ünvan 2 ünvanında məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməklə hazırlanmasına və imzalanaraq Cəmiyyətin möhürü ilə təsdiq edilməsinə nail olduğu arayışı xx.xx.2017-ci il tarixdə sonuncu vasitəsilə ünvan 3 ünvanında yerləşən poçt şöbəsinə təqdim edilməklə həmin məhkəməyə göndərilməsi ilə Təqsirləndirilən şəxs1 vəzifə saxtakarlığı cinayəti törətməyə təhrik etmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 cinayət törədilməsi üçün vasitələr vermək və ya maneələri aradan qaldırmaqla etdiyi yardımı ilə mülki iş üzrə iştirak edən cavabdeh şəxs kimi sübutları saxtalaşdırmışdır. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4, 313 və 294.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, birinci instansiya məhkəmə iclasında barəsində hazırki cinayət işi üzrə icraata xitam verilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2004-cü il tarixdə tikinti şirkəti olan “xxxxxxxxxxx” MMC Səmədov Tofiqin təsisçiliyi ilə yaradılmışdır. xx.xx.2005-ci il tarixdə Rafael Qarayev həmin şirkətin nizamnamə kapitalının 50%-ni almışdır. xx.xx.2005-ci il tarixdə şirkətin adı “xxxxxxxxxxxx” MMC adı ilə əvəz edilmişdir. 2005-ci ildən xx.xx.2008-ci il tarixədək “xxxxxxxxxxxx” MMC-nin direktoru qardaşı Şahid4 olmuşdur. Həmin şirkətdə rəsmi işçi olmasa da qardaşı Şahid4lə birlikdə rəhbərlik etmiş, yəni, faktiki olaraq göstərişlər vermiş, mənzillərin alqı-satqısı ilə bağlı danışıqlar aparmışdır. Şahid4 tez-tez xaricdə olduğu üçün həmin şirkətə faktiki olaraq rəhbərlik etmişdir. Həmin cəmiyyət Bakı şəhəri, S.Salayev küçəsi, 363-364-cü məhəllədə yeni binanın tikintisi üçün Rafael Qarayev, Səmədov Tofiq və Şahid4 tərəfindən yaradılmış, onlar təsisçi olmuş və Seymur isə direktor təyin edilmişdir. Həmin binada evlərin satışı başa çatdıqdan sonra Seymur könüllü olaraq direktor vəzifəsindən çıxandan sonra, direktor Nizami adlı şəxs, 2014-cü ildən isə Şahid3 olmuşdur. “xxxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş binanın çıxarışı olmadığı üçün mənzillərin alqı-satqısının müqavilələr əsasında həyata keçirilməsi və bundan başqa sakinlərə müvafiq arayışlarını verilməsi zərurəti olduğundan formal olaraq direkor təyin edilmişdir. Lakin, hər bir sənədləşmə onun və ya Şahid4 razılığı ilə aparılmışdır. 2017-ci ilin fevral ayında “xxxxxxxxxxxx” MMC-nin direktoru Şahid3 olsa da, Əlisahib işə gəlmədiyi üçün möhür onda olmuşdur. Şahid4 həmin vaxt ümumiyyətlə Türkiyə Respublikasında olduğundan qərarları o, qəbul etmişdir. “xxxxxxxxxxxx” MMC tərəfindən inşa edilən bina 2008-ci ildə bina sakinlərinə tikilib təhvil veriləndən sonra ofis dəyişmiş və həmin vaxtdan xeyli müddət keçdiyindən müqavilələrin alqısatqı qeydiyyat kitabı məhv edilmiş, müqavilələr isə yalnız mənzil sakinlərində saxlanılır. Hazırda bununla bağlı heç bir sənəd və ya kompyuter məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə “xxxxxxxxxxxx” MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, 363-364-cü məhəllə, ev 60-də yerləşən 53 saylı mənzili almış və xx.xx.2006-cı il tarixli maliyyə arayışına əsasən evin dəyəri olan 50.500 ABŞ dollarını tam ödəmişdir. 2008-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2 ona müraciət edərək, müvafiq mənzilə order almaq üçün yeni yaradılmış olan “xxxxxxxxxxxx” MTK-nın adından Bakı Şəhəri İcra Hakimiyyətininin Mənzil kooperativ təsərrüfat idarəsinə məktub ünvanlanmalı olduğunu, həmin MTK tərəfindən yeni maliyyə arayışı və protokoldan çıxarış tərtib edilərək müvafiq məktuba əlavə edilməli olduğunu bildirmişdir. Bununla bağlı həmin sənədləşmələr direktor kimi Şahid4 tərəfindən tərtib edilmişdir. Əslində “xxxxxxxxxxxx” MMC həmin binanın sakinlərinin qeydiyyata alınmaları ilə bağlı orderlə təmin edilmələri üçün yaradılmışdır. “xxxxxxxxxxxx” MMC adından Bakı şəhəri Binəqədi rayon məhkəməsinə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli 02-2017R nömrəli məktubla bağlı onu qeyd etmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin cəmiyyətə həmin tarixli 2(001)- 5173/2017 nömrəli məktub daxil olmuşdur. Həmin məktubda “xxxxxxxxxxxx” MMC tərəfindən ünvan 6 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 53 saylı mənzilə dair Təqsirləndirilən şəxs2 adına bağlanmış müqavilənin X4 adına hansı əsaslarla bağlanması üçün əsas olmuş sənədlərin göndərilməsi göstərilmişdir. Samir sorğuya cavab olaraq “xxxxxxxxxxxxx” MMC-də kassir mühasib işləyən Şahid5 Bakı şəhəri Binəqədi rayon məhkəməsinə ünvanlanacaq məktubun təxmini olaraq məzmunu diktə etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki işdə cavabdeh qismində iştirak etmiş və məhkəmədən çıxaraq Samirə zəng edib məhkəməyə ünvanlanan məktubda tarixlərdə səhv olduğunu və həmin səhvi nə üçün etdiyini soruşmuşdur. Samir də öz növbəsində həmin tarixlərdə texniki səhvin olmasının səbəbi kimi “xxxxxxxxxxxx” MMC-nin müqavilələrin qeydiyyat kitabının və müqavilələr uzun müddət keçdiyindən saxlanılmadığı üçün şirkətdə arxivin olmamasından qaynaqlandığını demişdir. Ehram telefonda əsəbi şəkildə onunla danışaraq bildirdi ki, bu səhv kobud bir səhvdir. Buna görə də məhkəmənin digər sorğularına düzgün və dəqiq tarixləri qeyd edərək cavablandırmağını xahiş etdi. Həmin vaxt “xxxxxxxxxxxx” MMC-nin təsisçisi Şahid4 Türkiyə Respublikasında olduğundan, cəmiyyətin direktoru Şahid3 nömrəsinə zəng çatmadığı üçün həmin məktubu Samirin özü Əlisahibin əvəzindən imza etmiş və cəmiyyətin möhürü ilə təsdiqləmişdir. Bundan sonra həmin məktubu poçt vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Şahid3 və Şahid4 həmin məktubdan məlumatları olmamışdır. Təqsirləndirilən şəxs1 əlavə olaraq suallara cavab verərək bildirdi ki, o, MTK sədri deyil. 2005-ci ildən orada qardaşıyla işləyir. Həmin mənzili Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il tarixli 29 nömrəli müqavilə ilə alıb və xx.xx.2006-cı il tarixdə də mənzilin dəyərini tam ödəmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavabın verilməsi ilə bağlı Ehram tərəfindən ona heç bir göstəriş və təzyiq olmamışdır. 2008-ci ildə sözügedən mənzillə bağlı müqavilə olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2004-cü il tarixdə tikinti şirkəti olan “xxxxxxxxxxx” MMC Səmədov Tofiqin təsisçiliyi ilə yaradılmışdır. xx.xx.2005-ci il tarixdə dostu Rafael Qarayev həmin şirkətin nizamnamə kapitalının 50%-ni almışdır. xx.xx.2005-ci il tarixdə şirkətin adı “xxxxxxxxxxxx” MMC adı ilə əvəz edilmişdir. 2005-ci ildən xx.xx.2008-ci il tarixədək “xxxxxxxxxxxx” MMC-nin direktoru olmuşdur. Həmin binada mənzillərin satışı başa çatdıqdan sonra könüllü olaraq direktor vəzifəsindən azad edilmişdir. 2001-ci ildən hazıradək Təqsirləndirilən şəxs2la münasibəti var, onun qardaşı Samirlə Ehramın arasında isə binanın sakini olduğu üçün dostluq əlaqələri olmuşdur. Həmçinin Bəhruzla və onun oğlu ilə əvəllər olduğu kimi indi də çox yaxın münasibətlərdə olmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il tarixli 29 nömrəli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, 363-364-cü məhəllə, ev 60-də yerləşən 53 saylı mənzili Müqəddə xanımla evlənməmişdən əvvəl almışdır və xx.xx.2006-cı il tarixli maliyyə arayışına əsasən evin dəyəri olan 50.500 ABŞ dollarını tam ödəmişdir. Mənzili aldıqdan sonra Ehram həmin il təmirə başladı mənzil təmiri bitdikdən sonra ora köçdü. 2008- ci ilin avqust ayında Təqsirləndirilən şəxs2 ona müraciət edərək, müvafiq mənzilə order almaq və bunun əsasında mənzilin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması, özünün və ailə üzvlərinin həmin mənzilə yaşayış yeri üzrə passport qeydiyyatına alınmaları məqsədilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın alınmasına görə yeni yaradılmış olan “xxxxxxxxxxxx” MTK-nın adından Bakı Şəhəri İcra Hakimiyyətininin Mənzil kooperativ təsərrüfat idarəsinə məktub ünvanlanmalı olduğunu, həmin MTK tərəfindən yeni maliyyə arayışı və protokoldan çıxarış tərtib edilərək müvafiq məktuba əlavə edilməli olduğunu bildirmişdir. Öz növbəsində mənzilə dair order alınması məqsədilə Ehramın dediklərini icra etmiş və xx.xx.2008-ci il tarixli məktubu vermişdir. Əslində “xxxxxxxxxxxx” MMC həmin binanın sakinlərinin qeydiyyata alınmaları ilə bağlı orderlə təmin edilmələri üçün yaradılmışdır. Həmin mənzillə əlaqədar sonrakı sənədləşmələr ilə bağlı məlumatsızdır. 2014-cü ildən həmin cəmiyyətin direktoru vəzifəsinə tanışı Şahid3 təyin etmiş, lakin o bir müddətdən sonra işə gəlməmiş və cəmiyyətin möhürünü ona qaytarmışdır. Lakin işlərinin çoxluğu ilə əlaqədar cəmiyyətin direktorunu dəyişməmiş, sənədlərdə Şahid3 direktor olmuşdur. Həmçinin Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan həmin vaxt məlumatsız olmuşdur. Özü həmin vaxt Türkiyə Respublikasında olduğundan cəmiyyətə faktiki olaraq qardaşı Təqsirləndirilən şəxs1 rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs1 rəsmi şəkildə həmin cəmiyyətlə əlaqəsi olmasa da, faktiki olaraq bütün işlərə nəzarət etmiş, mənzillərin alqı-satqısı ilə bağlı göstərişlər vermişdir. 2017-ci ilin ortalarında Türkiyə Respublikasından qayındanda Ehramın xahişi ilə Təqsirləndirilən şəxs1 tərəfindən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə məktub təqdim edilmiş, məktubda guya Təqsirləndirilən şəxs2 xx.xx.2007-ci il tarixli “paydan imtina ilə bağlı” ərizəsinə əsasən xitam verilməsi və həmin mənzilə görə pay üzrə ödənilmiş 44642 manat vəsaitin xx.xx.2007-ci il tarixdə Cəmiyyətin kassasından sonuncuya geri qaytarılması, xx.xx.2007ci il tarixdən sonrakı dövr ərzində “xxxxxxxxxxxx” MMC-də adına heç bir pay olmaması ilə bağlı tanışlıq münasibətlərinə görə şəxsi niyyətlə ünvan 2 ünvanında məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə xx xxxxxx 2017-ci il tarixli xx/xx-2017R nömrəli arayışı hazırlayaraq Cəmiyyətin direktoru Şahid3 adından sonuncun əvəzinə Təqsirləndirilən şəxs1 tərəfindən imzası və Cəmiyyətin direktoru möhürü ilə təsdiq etməklə məhkəməyə göndərilməsini öyrənmişdir. Ehram özü şəxsən arayış üçün zəng vurdu və Samirin məhkəməyə ünvanladığı məktubda kobud səhv etdiyini bildirdi. Türkiyədə olduğundan Ehramı Samirə yönləndirmiş və qardaşına demişdir ki, məktubda diqqətsizlik edib buna görə də texniki səhv var. Ehram tərəfindən nə ona, nə də MTK-nın digər işçilərinə qarşı hədə-qorxu, zor tətbiq edilməsi və sair olmamışdır. Samirlə əlaqə saxlamağına səbəb 1-ci verilən arayışın düzəldilməsi olmuşdur. 2008-ci ildə heç bir müqavilə yoxdur. Yalnız order üçün müraciət edilmişdir. Ehramın bilə-bilə həmin səhvi etməmişdir. Çünki həmin saxta arayış belə birgə evlilik dövrünə düşmüşdür. Həmin arayışda tarixin səhv yazılması Ehrama belə sərf etmir. Ona görə də Ehramın qəsdən belə bir cinayət törətməsi ağlabatan deyil. Şahid2 yaxından tanıyır, oğlu ilə dostdur. Onlara bildirmişdir ki, mənzili Ehram 2006cı ildə alaraq ödənişi də etmişdir. Təqsirləndirilən şəxs2 “xxxxxxxxxxxx” MMC-nin rəhbərliyində təmsil olunmamış, Cəmiyyətin strukturunda heç bir vəzifə tutmamışdır. Onun Cəmiyyət tərəfindən hər hansı bir qərarın qəbul edilməsində, dəyişdirilməsində və ya ləğv edilməsində iştirakı olmamışdır. Cinayət işi materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 4410 №-li rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli xx.xx-2017R nömrəli məktubda “Şahid3” soyadı qarşısındakı imza-Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Cinayət işi materiallarında olan “xxxxxxxxxxxx” MMC-nin Binəqədi Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2017-ci il tarixli, xx/xx-2017R nömrəli arayışdan görünür ki, Cəmiyyət tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 363-364-cü məhəllə, 60 ünvanında yerləşən çoxmənzilli binanın 53 saylı mənzilə dair xx.xx.2006-cı il tarixli 29 saylı müqaviləyə guya Təqsirləndirilən şəxs2 xx.xx.2007-ci il tarixli “paydan imtina ilə bağlı” ərizəsinə əsasən xitam verilməsi və həmin mənzilə görə pay üzrə ödənilmiş 44642 manat vəsaitin xx.xx.2007-ci il tarixdə Cəmiyyətin kassasından sonuncuya geri qaytarılması, xx.xx.2007-ci il tarixdən sonrakı dövr ərzində “xxxxxxxxxxxx” MMC-də adına heç bir pay olmaması ilə bağlı məlumatlar əks edilmişdir. Həmin sənəd iş üzrə maddi sübut kimi tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məkhəməsinin 1(001)- 291/2019 saylı cinayət işinin hazırlıq iclası qərarından görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığına əsaslanaraq cinayətin törədilmə vaxtı nəzərə alınaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 313 və 32.5, 294.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsində cinayət təqibinə xitam verilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 32.4 313 və 294.1-ci maddələri ilə elan olunmuş ittihamla özünütəqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, hazırki cinayət işi üzrə ibtidai araşdırma zamanı verdiyi ifadəni təsdiq edir. Bundan əlavə qeyd edir ki,keçirilmiş məhkəmə proseslərində dindirilmiş şahid ifadələrində həmçinin barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş Təqsirləndirilən şəxs1 ifadəsindən və 2(001)-1335/2018 saylı mülki işin materiallarından da göründüyü kimi elan edilmiş ittiham heç cür sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə 2(001)-1335/2018 saylı mülki iş materiallarını və tədqiq edilən sübutlar məcmu halında qiymətləndirilərək belə qərara gəlmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 363-364-cü məhəllə, 60 ünvanında yerləşən çoxmənzilli binanın 53 nömrəli mənzili «xxxxxxxxxxxx» MMC ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış mənzil tikintisi barədə xx xxxxxxx 2006-cı il tarixli 29 nömrəli müqavilə və bununla bağlı xx xxxxxx 2006-cı il tarixli maliyyə arayışına əsasən əldə edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, 363-364-cü məhəllə, 60 ünvanında yerləşən çoxmənzilli binanın 53 nömrəli mənzilinə dair «xxxxxxxxxxxx» MMC-i ilə Təqsirləndirilən şəxs2 arasında mənzil tikintisi barədə xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmamışdır. Təqsirləndirilən şəxs2 həmin tarixdə xx xxxxxxx 2006-cı il tarixli 29 nömrəli müqaviləyə əsasən ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 363-364-cü məhəllə, 60 ünvanında yerləşən çoxmənzilli binanın 53 nömrəli mənzilinə order verilməsi və bunun əsasında mənzilin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması, özünün və ailə üzvlərinin həmin mənzilə yaşayış yeri üzrə pasport qeydiyyatına alınmaları, məqsədi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın alınmasına görə Bakı şəhər İcra Hakimiyyətinə arayış verilməsi üçün «xxxxxxxxxxxx» MTK-ya müraciət etmiş və xx.xx.2008-ci il tarixli məktub verilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, 363-364cü məhəllə, 60 ünvanında yerləşən çoxmənzilli binanın 53 nömrəli mənzilinə dair «xxxxxxxxxxxx» MMC-nin rəhbərliyinə hər hansı bir şəkildə təzyiq, hədə-qorxu,ələ alma halları olmamışdır. Təqsirləndirilən şəxs2 «xxxxxxxxxxxx» MMC-nin rəhbərliyində təmsil olunmamış, Cəmiyyətin strukturunda heç bir vəzifə tutmamışdır. Onun Cəmiyyət tərəfindən hər hansı bir qərarın qəbul edilməsində, dəyişdirilməsində və ya ləğv edilməsində iştirakının olması heç bir halda sübuta yetirilməmişdir. Məhkəmə kolleqiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq dindirilmiş şahidlər Şahid4, Şahid3, Şahid5, habelə barəsində hazırki cinayət işi üzrə icraata xitam verilmiş Təqsirləndirilən şəxs1 ifadələrinə düzgün qiymət verərək belə qənaətə gəlmişdir ki, onların ifadələri ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi Şahid1 və Şahid2 ifadələrini haqlı olaraq mötəbər hesab etməmişjdir və bunun hökmdə əsaslandırmışdır. Məhkəmə kolleqiyası hesab edir ki, çıxarılmış hökm cinayət işinin materiallarına, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. X6 üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dairqərəzli fıkirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfınin üzərinə düşür vəhərhansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini ədalətli hesab etdiyindən, apelyasiya protestində göstərilən dəlillərin əsassız olduğundan təmin olunmamasını və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,313 və 294.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını məqsədəmüvafiq sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,313 və 294.1 -ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilərək ona əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsinə dair Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-233/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-233/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver