Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-233/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X2, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamın müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamın müdafiəsi üzrə müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçi -Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: İlham Mahmudov) xx xxxxxx 1968-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatında olan və ünvan 2ycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan 27 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ona hazırkı hökmlə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Şəki Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun 01 avqust 2020-ci ildən 17 avqust 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 01 il 16 gün və 02 iyun 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 25 gün müddət, ümumilikdə həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 05 (beş) ay 11 (on bir) gün müddət təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəlinin 27 oktyabr 2022-ci il tarixdən hesablanmaqla, onun üzərində qəti olaraq 07 (yeddi) il 06 (altı) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu bir qrup şəxslə, yəni Şahid6, Şahid2 və Şahid1 ilə 27 may 2013-cü ildə saat 22 radələrində, istintaqla müəyyən edilməyən İlkin adlı şəxsin vasitəsilə görüşə dəvət edilmiş Zərərçəkmiş şəxs ilə sonuncunun qeyd edilən şəxslərə mövcud olan ümumilikdə milli manata məzənnəsi ilə 53.054 manat pul borcu ilə bağlı danışıqların aparılması məqsədilə Zərərçəkmiş şəxslə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Gəncə prospekti 54 saylı binanın qarşısında görüşərək sonuncuya zor tətbiq etməklə iradəsinə zidd oğurlamaqla, Şahid6 tərəfindən idarə edildiyi “Tofaş” markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobilə mindirib Şahid6la Şahid5 əvvəlcədən razılığına görə sonuncunun icraçı direktor işlədiyi Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi S.Bəhlulzadə küçəsində olan "xxxx"-nə məxsus yarıtikili binanın gözətçi otağına aparmalı olduqlarından, Şahid1 Şahid5la Bakı şəhəri Nərimanov rayonu “erməni qəbirsanlığı” adlanan ərazi yaxınlığında görüşüb sonuncunun idarə etdiyi “Nissan Sunny” markalı **- RC-*** dövlət nömrə nişanlı maşına oturmuş və Zərərçəkmiş şəxs olduğu “Tofaş” markalı avtomaşını təqib edərək birlikdə yuxarıda göstərilən ünvana gəlmişlər. Orada isə Şahid1, Şahid6, Şahid2 və Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib bədəninin müxtəlif nahiyyələrinə əlləri və ayaqları ilə zərbələr endirməklə onu döymüş, sonra Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs qollarından tutaraq, zorla iradəsinə zidd olaraq Şahid6 məxsus “Hundai-Azera” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomaşına mindirib əvvəlcədən kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu B.Sərdarov küçəsi 12 saylı binanın qarşısına gətirmiş, orada onları gözləyən Şahid3 və Şahid2 onun qollarından tutaraq binanın 4-cü mərtəbəsində olan 44 saylı mənzilə gətirərək 29 may 2013-cü il tarixədək qanunsuz saxlamışlar, həmin mənzildə saxlanılan müddətdə Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və Şahid4 Zərərçəkmiş şəxs döyüb sağlamlığına təhlükəli zor tətbiq edib ona sol qaşüstü nahiyyənin gicgah hissəyə keçən səthində hematoma, sol əlin İV-V barmaqların İ falanqaları və əl-darağı sümüklü nahiyyələrinin qançırları, onurğa sütunu boyunca sol belində qançırla müşayət edilən dərəcəsinə görə ümumilikdə sağlam- lığın qısa müddətdə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmaqla işgəncə vermişlər. Məhkəmə hökmündən narazı qalan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, məhkəmənin 27 oktyabr 2022-ci il tarixli hökmünün ləğv olunmasını və müdafiə etdiyi Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadğından, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs törətmədiyi cinayətə görə məhkəmə tərəfindən ağır və sərt cəza təyin edilmişdir. Müdafiə tərəfi hesab edir ki, yuxarıda qeyd edilən hökm qanunun tələbləri pozulmaqla çıxarılmış və ədalətsiz olmaqla, ona ağır cəza təyin olunmuşdur. Belə ki, məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2012-ci ildə özünü türk kimi təqdim edən Əmrə adlı, sonradan əsl adı Səbuhi olduğunu bildiyi şəxslə çayxanada tanış olmuş və ona bildirmişlər ki, onlar səhm qoyaraq Sumqayıtdan borular alıb kanalizasiya boruları çəkəcək və bu işlə məşğul olurlar. Səbuhiyə 2012-ci ilin payız aylarında 12000 manat vermişdir. Sonradan Səbuhinin onu aldatdığını görüb pullarını geri istəsə də Səbuhi hər dəfə pulu verəcəyini demişdir. 27 may 2013cü ildə “Göy” məsciddə günorta namazı qılarkən tanışı Məşədi çağırmış və onlar Zabitlər bağında oturmuşlar. Ona bildirmişlər ki, Səbuhi onlara da pul borcludur, onu Banditizmə aparıb təhvil verəcəklər. Onlara bildirmişdir ki, Səbuhidən şikayəti yoxdur və öz məsələlərini özləri həll etsin, onu qarışdırmasınlar. Sonra ölkədən kənarda olmuş, bu barədə teleqram göndərmiş və bu iş materialında öz əksini tapmış, Səbuhinin də ondan şikayəti olmadığını özü yazıb həmin ərizə iş materialında əksini tapmış, Səbuhiyə qarşı hər hansı bir zorakı hərəkətlər etməmiş, oğurlayaraq işgəncələr verməmişdir. Məhkəmə isə onun bu ifadəsini inandırcı hesab etməyərək təhrif etmiş, iş üzrə maraqlı olan zərərçəkmişin və məhkəmədə dindirilməyən şahidlərin ifadələrini əsas götürüb hökm çıxarmışdır. CPM-nin 125.3-cü maddəsinə görə Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Müdafiə tərəfi hesab edir ki, istintaq və məhkəmə Təqsirləndirilən şəxs bu cinayətə aidiyyəti olub-olmamasnı tam araşdırmamış, hazırda həmin məqamların araşdırılması artıq mümkün olmadığından həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Habelə məhkəmə Təqsirləndirilən şəxs ona ittiiham olunan cinayəti törətdiyi qənaətinə gəlmişsə belə ona ədalətsiz və ağır cəza təyin etmişdir. Belə ki, hökmdən görünür ki, hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2, Şahid4, Şahid3, Şahid6 və Şahid5 barələrində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla onlara maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilmiş, hətta Şahid6 və Şahid5 cərimə cəzalan təyin olunmuş, cinayətin fəal iştirakçıları barədə CM-in 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin olunduğu halda, cinayətin passiv iştirakçısı ədalətsiz və ağır cəzaya məhkum edilmişdir. CPM-nin 142.1-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İfadə verən zərərçəkmiş şəxsin ifadəsinə və şəxsiyətinə nəzər yetirdikdə öz maraqlarına görə Rahibə qarşı ifadə verdiyi ortaya çıxır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmaq tam ədaltsizdir. CPM-nin 42.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.3-cü maddəsində olan əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya əmələ aidiyyəti sübut edilmədikdə, təqsirləndirilən şəxs barədə bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinə əsasən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və ya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanununa və bu Məcəllənin normalarına riayət etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesi iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarında olan sənədlərdən və məhkəmə iclasının protokollarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə əməli törətməkdə təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən həmin cinayətin törədilməsində təqsiri ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; baxış, götürmə, müayinə, üzləşmə və digər istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı başqa mötəbər və təkzibedilməz subutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Biirinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində bildirmişdir ki, 2012-ci ildə özünü türk kimi təqdim edən Əmrə adlı şəxs, sonra əsl adının Səbuhi olduğunu bildiyi şəxslə çayxanada tanış olmuş, ona bildirmişlər ki, onlar səhm qoyaraq Sumqayıtdan borular alaraq kanalizasiya boruları çəkəcəklər və bu işlə məşğul olurlar. Səbuhiyə 2012-ci ilin payız aylarında 12000 manat vermişdir. Sonradan Səbuhinin onu aldatdığını görüb ondan pullarını geri istəsə də, Səbuhi hər dəfə pulu verəcəyini desə də verməmişdir. 27 may 2013-cü ildə Göy məsciddə günorta namazı qılarkən tanışı Məşədi onu çağırmış, onlar Zabitlər bağında oturmuşlar. Ona bildirmişlər ki, Səbuhi ona da pul borcludur və onu Banditizmə aparıb təhvil verəcəklər. Onlara bildirmişdir ki, Səbuhidən şikayəti yoxdur və öz məsələlərini özləri həll etsin, onu qarışdırmasınlar. Daha sonra ölkədən kənarda olmuş, bu barədə teleqram göndərmiş, işdə vardır. Səbuhinin ondan şikayəti olmadığını özü yazıb və ərizəsi də işdə var. Səbuhiyə qarşı hər hansı zorakı hərəkətlər etməmiş, onu oğurlayıb işgəncələr verməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, Rahiblə aralarında həmişə böyük hörmət olmuş, onun bizneslə məşğul olmağı və bəzi şəxslərlə sövdələşməsi Rahibin insanlar arasında ona qarşı mövqeyini dəyişməyinə səbəb olmuşdur. Onun məsələsindən sonra həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Onlarla alış-veriş zamanı aralarında borc yaranmış, birinə 10000 manat və digərinə 30.000 manat borcu olmuş, gecikdiyindən onların pulunu qaytara bilməmişdir. Məlum hadisə baş verən gün dost bildiyi şəxs ona zəng vuraraq çay içməyə dəvət etmiş, yaşadığı evdən səki ilə gedərkən “Tofaş” markalı avtomobil sürətlə üstünə gəlmiş, maşında Rahib, Həbib və adını xatırlamadığı digər şəxs yumruqla vuraraq onu avtomobilə otuzdurmuşlar. Erməni qəbirsanlığı deyilən yerə çataraq digər maşınla “Xutor” ərazisində yeni tikilən binanın zirzəmisinə getmişlər. Gecə saat 3-4 radələrində onu “İçəri şəhər”də yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsinə gətirmişlər, 2 gün orada təziq altında, əli-qolu bağlı şəkildə saxlamışlar. Bazar ertəsi pul verəcək oğlanla Şıxovda görüşəcəkmiş, həmin vaxt Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə barəsində istintaq edilən cinayət işi olmuş və müstəntiq Nazim müəllimin yanına getməli olmuş, səhər saat 7-8 radələrində ayaqyoluna getmək bəhanəsi ilə “102” mərkəzinə zəng vurmuş, onun mobil telefonu açıq olmuşdur. Zənglər gəlmiş və onlar icazə vermişlər ki, danışsın, başqaları oğurlandığından şübhələnməsin. Kağızlara “Mənə kömək edin, məni oğurlayıblar” yazmış, polis əməkdaşları gələrək onu qurtarmışlar. Daha sonra Rahibi görməmiş, bu şəxslərin ona və ailəsinə təhqilər olmuş, əvvəlcə Rahibi bağışlamış, lakin Rahibin verdiyi yalan vədlər üzündən bu gün həbs həyatı yaşayır və bu səbəbdən də onu heç bir vaxt bağışlamayacaqdır. Təqsirləndirilən şəxs şikayətçidir, cəzalandırılmasını tələb edir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadələri tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, kabel, avtomat ayırıcı, elektrik işıqlandırıcılarına aid olan elektrik mallarının topdan satışı ilə məşğul olmuş, Zərərçəkmiş şəxslə 20 aprel 2013-cü ildə Bakı şəhəri Çapayev küçəsində «Batabat» çay evində Elşad adlı şəxsin vasitəsi ilə tanış olmuş, Elşad Zərərçəkmiş şəxs ona Əmrə Ünlu kimi təqdim edib milliyətcə türk iş adamı olduğunu və milyonluq iş gördüyünü, Səbuhinin Azərsu şirkəti ilə müqavilə bağlayıb “Antinari” şirkəti adınla onlar iş görərək “STP” şirkətindən plasmas boruları alıb Azərsu şirkətinə satdığını və “Antinari” şirkətində onların 800.000 manatlıq plasmas boruları olduğunu bildirmişdir. Söhbət zamanı Elşad onun plasmas su borusundan xəbəri olmadığı, imkanları varsa elektrik kabelinə görə onlara siyahı vermək istədiyini bildirmiş, siyahını Elşada verərkən elektrik kabellərinin metrlərini də, həmin siyahıda göstərmişdir. Onlar ona “STP” şirkətinin qiyməti ilə 25 faiz endirimlə satacaqlarına razılaşmışlar. Söhbət vaxtı özünə məxsus (070) ******* mobil telefon nömrəsini Elşada, Elşad isə özünün (***)******* nömrəsini ona vermişdir. Bundan təxminən 2 gün keçdikdən sonra Elşad ona mobil telefonla zəng edib onlardan almaq istədiyi elektrik malların qiyməti 800.000 manatdan çox təşkil etdiyini demiş, əvvəllər "xxxx" ASC şirkətində təchizatçı işlədiyinə görə elektrik malların qiymətindən xəbərdər olduğundan, Elşada telefonda onlardan 800.000 manat deyərində elektrik kabelləri almağa maddi cəhətdən imkanı olmadığını bildirmişdir. Onlardan 150.000 dəyərində elektrik kabellərini almağa 10000 manat nəğd pul vermək şərti ilə razılaşdığını demiş, girov kimi isə atası X5 məxsus BMV markalı 528 modelli **-RX-*** nişanlı avtomobilini onlara verəcəyini bildirmişdir. Elşad onun təklifi ilə razılaşmış və bundan 2-3 gün keçdikdən sonra Elşad telefonla zəng edib 60000 manatlıq ona malı, malın pulundan 20000 manatı qabaqcadan verməsi şərti ilə razılaşacağını, ona 20000 manat verdikdən bir gün sonra 60000 manat dəyərində elektrik kabelini verəcəyini demişdir. Bundan bir neçə gün sonra 20000 manat pulu düzəldib Bakı şəhəri Çapayev küçəsində «Batabat» çay evində Elşad və Zərərçəkmiş şəxslə görüşmüş və Elşadın yanında Zərərçəkmiş şəxs 20000 manat vermişdir. Zərərçəkmiş şəxs ona Elşadın yanında bir gün sonra 60000 manatlıq elektrik kabelləri göndərəcəyinə söz vermiş, həmin 20000 manatı Zərərçəkmiş şəxs verərkən Elşada görə ona inandığından aralarında heç bir sənədləşmə aparılmamış, bir gün sonra Elşad ona mobil telefonla zəng edib Zərərçəkmiş şəxs telefonu götürmədiyini demiş, Elşadla birlikdə Zərərçəkmiş şəxs xeyli axtarsalar da, tapa bilməmiş, Elşad ona Zərərçəkmiş şəxs Hacı Vurğun adında vəkili olduğunu, onun yanına gedib Zərərçəkmiş şəxs tapa biləcəklərini demişdir. Elşadla birlikdə vəkil Hacı Vurğunun işlədiyi Yasamal rayonu 158 saylı orta məktəbin arxasındakı ofisinə getmişlər və orada vəkil X18 Əliyevlə telefon əlaqəsinə girib onunla AZTV-nin yaxınlığında “Panarama” adlanan çayxanada görüş təyin etmiş, həmin gün onlar saat 15 radələrində AZTV-in yaxınlığında yerləşən “Panarama” adlanan çayxanaya getmiş və Zərərçəkmiş şəxslə görüşmüşlər. Söhbət vaxtı vəkil Hacı Vurğunun yanında Zərərçəkmiş şəxs onu nə üçün aldatdığını, vəd etdiyi 60000 manat dəyərində elektrik kabellerini nə üçün vermədiyini soruşduqda, Zərərçəkmiş şəxs ona Kənan adlı şəxsə 120.000 manat dəyərində boru turba verdiyini, bu səbəbdən ona 60000 manat dəyərində elektrik kabelini verə bilməyəcəyini və ondan aldığı 20000 manatı təxminən iki gündən sonra qaytaracağı, Kənan ondan aldığı malın pulunu təxminən iki gündən sonra 20000 manat verəcəyini bildirmişdir. X19 və Zərərçəkmiş şəxslə sağollaşıb oradan getmiş, iki gün X19un işlədiyi ofisə gəlib ondan Zərərçəkmiş şəxs ona 20000 manatını qaytarmalı olduğu, qaytarıb-qıytarmadığını soruşduqda, Hacı Səbuhinin yoxa çıxdığını demiş, orada Anar adlı şəxslə tanış olmuş, Anar ona söhbət zamanı bildirmişdir ki, Azər adlı şəxsdən 30000 manat alıb boru turba alması üçün Zərərçəkmiş şəxs vermiş, Anar, Elşad və Azərlə Zərərçəkmiş şəxs axtarmağa başlamışlar. Bir neçə gün sonra Zərərçəkmiş şəxs (***)******* nömrədən zəng edib onu BMCMİ-nə Azərin işi ilə bağlı çağırdıqlarını bildirmiş, dostu Orxanla birlikdə BMCMİ-in yaxınlığındakı “Məxməri” restoranı qarşısına getmiş və Anarla Zərərçəkmiş şəxs işiqforun yaxınlığında dayandığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs yaxınlaşanda, Səbuhinin ağlaya-ağlaya ona «Azər, Anarla məni BMCMİ-nə şikayət edib, 2 saatdır Anarla BMCMİ-də sorğu sual edib buraxdılar” demiş, birlikdə “Batabat” çayxanasına getmişlər və orada birlikdə yemək yedikləri zaman Zərərçəkmiş şəxs ona evdən qovulduğunu, qalmağa-yatmağa yeri olmadığını deyəndə, dostu Orxandan Zərərçəkmiş şəxs bir günlük qalmağa ev tapmasını xahiş etmişdir. Orxan da, onun xahişi ilə kiməsə zəng etmiş və Keşlə bazarının yaxınlığında ev tapdığını demiş, birlikdə çayxanadan çıxıb Anarın yaşadığı Xırdalan şəhəri yanacaq doldurma məntəqəsi yaxınlığındakı evinə getmişlər, Zərərçəkmiş şəxs orada Anarın anası ilə görüşmüş, söhbətdən sonra Anar evində qalmış, Orxan və Zərərçəkmiş şəxslə birlikdə idarə etdiyi atası Hamlet Mollayevə məxsus BMV markalı 528 modelli avtomobili idarə edib Saray qəsəbəsi DYPnin postuna çatmamış yolun sağ tərəfindəki çayxana qarşısında X14 Əliyev görüşüb söhbət etmişlər. Hacı Vurğun ona «sabah Zərərçəkmiş şəxs Korrupsiya idarəsində» olmalı olduğunu və özünün Səbuhi ilə birlikdə orada olmalı olduğunu bildirmiş, bundan sonra öz avtomobili ilə Səbuhi və Orxanla birlikdə yaşadığı Binəqədi rayonu 8 mikrorayon Nərimanov küçəsi 23a saylı evin qarşısına gəlmiş, Orxan və Səbuhi oradan taksi ilə Orxanın tutduğu evə getmişlər. Səhərisi Orxan bildirmişdir ki, Səbuhini gecə kirayə tutduqları evdə tək qoyub getmiş, səhər evə gəldiyində Səbuhinin evdə olmadığını görmüşdür. Səbuhinin “Korrupsiya İdarəsinə” getdiyini düşünmüş, buna görə həmin idarəyə gedib Səbuhini axtarsa da, tapa bilməmiş, Azər onu Məşədi Rahiblə onun işlədiyi Bakı şəhəri H.Əliyev küçəsindəki ofisində tanış etmiş və ona S.X10 də aldadıb ondan 12000 manat aldığını bildirmişdir. Bununla bağlı onlar aralarında hamısı birlikdə Zərərçəkmiş şəxs axtarıb tapmağa razılaşmışlar. Qohumu Şahid3 Gürcüstandan Bakı şəhərinə gəlib onunla əlaqə saxlayaraq qalmağa yeri olmadığından ev tapmasını xahiş etmiş, tanışı Rəna xanıma məxsus 050 *** ** ** nömrəsinə zəng edib ondan kirayəyə bir otaqlı mənzil tapmasını xahiş etdikdə, Rəna İçəri şəhər metrosu yaxınlığında 3 otaqlı evi təklif etmiş, Şahid3 həmin evdə yerləşdirmişdir. Bir neçə gün sonra Azərin ofisinin qarşısında Məşədi Rahib və tanışı Həbiblə olarkən, telefonla internetə girib Zərərçəkmiş şəxs saytına girəndə onun internetdə İlkin adlı şəxslə əlaqəyə girib onunla 2 ay bundan qabaq görüş təyin etdiklərini müəyyən etmiş, İlkinlə əlaqəyə girib sayta öz mobil nömrəsini yazıb İlkindən ona zəng etməsini xahiş etmiş, 10-15 dəqiqə sonra İlkin ********** nömrəsindən zəng etmiş, İlkindən tutması üçün Zərərçəkmiş şəxslə görüş təyin etməsini xahiş etmiş, axşam İlkinə zəng edib Qara Qarayev metrosu yaxınlığında görüşməyi təklif etmiş və İlkin razılaşıb xalası oğlu ilə birlikdə gəlmiş, özü Məşədi Rahib, Həbib və Azərlə İlkinlə çayxanada oturmuşlar. İlkinə Zərərçəkmiş şəxs onlarla görüşdürməsini demişlər, İlkin də həmin vaxt Zərərçəkmiş şəxs zəng vurub onunla Zığ qəsəbəsində Naxçıvanski hərbi məktəb yaxınlığında görüşməyi demiş, birlikdə Zığ qəsəbəsi Naxçıvanski hərbi məktəbin yaxınlığında getmişlər, çatana yaxın Azər idarə etdiyi Tofaş markalı maşınla onlardan xeyli aralandıqdan sonra 055 ******* nömrədən ona məxsus 070 ******* nömrəyə zəng edib artıq Zərərçəkmiş şəxs tutduqlarını, İlkin və onun xalası oğlunu yola salmasını və Nərimanov metrosu arxasında «Şəki» restoranına gəlməsini bildirmiş, yanındakı şəxsləri yola salıb Şəki restoranının qarşısına gəlmiş və Azərin kirvəsi Elnurla avtomobillə dayandığını görmüşdür. Azər zəng vuraraq Zərərçəkmiş şəxs Xutora apardıqlarını, onun da Elnurla birlikdə ora gəlməsini bildirdiyindən, Elnurla Xutor qəsəbəsində yeni tikilən yüksək mərtəbəli binanın qarşısına gəlmişlər. Elnur, Azər, Məşədi Rahib və Həbiblə birlikdə Zərərçəkmiş şəxs Azərin maşınından düşürdükdən sonra, Zərərçəkmiş şəxs binanın birinci mərtəbəsindəki gözətçi otağına salmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs ona verdiyi 20000 manat hansı səbəbdən hazırki vaxta kimi qaytarmamamısı soruşmuş, Zərərçəkmiş şəxs isə ondan, Azərdən, Həbibdən və Məşədi Rahibdən aldığı pulları Kənan adlı şəxsə verdiyini demiş, X11 Kənanın hazırda yadında qalmayan nömrəsini alıb zəng vurmuş və Kənandan pulların onda olub olmamasını soruşanda, Kənan selektor danışığında telefonda Zərərçəkmiş şəxs ona satılmağa hər hansı tikinti materialı və pul vermədiyini, bununla bağlı bir daha narahat etməmələrini bildirmiş, telefon danışığından bərk hirslənib Zərərçəkmiş şəxs sifətindən şillə vurmuş və çölə çıxmış, 5 dəqiqə sonra X16 çölə çıxmış, X15 Əliyevin yanında qalmışlar. Aralarındakı razılaşmaya əsasən qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs orada qalsa qaça bilər, ona görə təklif etmişdir ki, onlar Zərərçəkmiş şəxs onun qohumu İlqarın kirayə yaşadığı İçəri şəhər metrosu yaxınlığında yerləşən mənzilə apasınlar. Orada Səbuhini bir neçə gün saxlayıb ona verdikləri pulların harada olduğunu öyrənib pullarını qaytardıqdan sonra Səbuhini azad buraxsınlar. İlqara zəng edib harada olmasını soruşmuş və İlqardan 3-cü mkr. dairəsi yaxınlığında olmasını bildikdən sonra, onunla «20 yanvar» metrosu yaxınlığında görüşməyi demişdir. Zərərçəkmiş şəxs Azərin idarə etdiyi maşına otuzdurub onunla birlikdə «20 yanvar» metrosu yaxınlığına gəlmişlər və İlqarla görüşdükdə, İlqara demişdir ki, əgər razıdırsa Zərərçəkmiş şəxs bir günlük onun mənzilində qalsın. ilqar razılaşdıqdan sonra oradan evə getmiş və İlqar Azərin avtomaşınına əyləşib Həbib və Meşədi Rahiblə birlikdə kirəyə yaşadığı evə getmişlər. 30 dəqiqə keçdikdən sonra qohumu İlqarın telefonuna zəng edib Zərərçəkmiş şəxs ona 20000 manat atdığını və Səbuhinin qaçmaması üçün göz qulağda olmasını, mesaj göndərib Zərərçəkmiş şəxs döyüb hədə qorxu gəlməklə ondan pulun yerini öyrənməsini xahiş etmiş və sahəri Məşədi Rahiblə birlikdə İlqarın kirayə yaşadığı evə getmiş, Zərərçəkmiş şəxs ona verdiyi pulların harada olmasını soruşduqda, Səbuhi ona pulların konkret kimdə olmasını deməmiş, əsəbləşib yumruqla Səbuhinin qarnından vurub balkona çıxmış, X17 ilə otaqda qalmış və Rahibin Səbuhi ilə nə söhbət etdiyindən xəbəri olmamış, sonra Məşədi Rahiblə birlikdə evdən çıxıb getmişlər və yolda Məşədi Rahibə sabah 28 may bayram günü olması, Səbuhini nə edəcəklərini soruşmuş, Məşədi Rahib 29 may 2013-cü ildə Kənanla görüşəndə Səbuhini özləri ilə aparmalarını deyib bir gündə İlqarın evində qalmasını demiş, 29 may 2013-cü ildə səhər 10 radələrində Səbuhini saxladığı evə gəlmiş, lakin orada olmamış, Mənzildə olan polis əməkdaşları onu tutub Səbail RPİ-nə gətirmişlər. İbtidai istintaq zamanı dindirilmiş məhkəmədə ifadələri tədqiq edilmiş şahidlər: Şahid6, Şahid5, Şahid3 və Şahid2 eyni məzmunlu ifadələr verərək, ifadələrində istintaqda dindirilmiş Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha olduğu kimi təsdiq etmişlər. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadələri tədqiq edilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təxminən 10 gündür Bakı şəhərinə Vəkil adlı tanışı ilə birlikdə gəlmiş və məqsədi Bakı şəhərində müalicə alan Gülşən xalanı görmək olmuş, gömrük nəzarət keçid məntəqəsində təxminən bir il tanıdığı İlqar adlı şəxslə təsadüfən görüşüb birlikdə Bakı şəhərinə gəlmişlər, yolda İlqarla söhbət edərkən onun sözlərindən İlqarın Bakı şəhərində mənzili olması və həmin mənzili satıb Gürcüstanda mal qara alacağı məlum olmuşdur. Onlar Bakı şəhərinə gecə çatdıqlarından İlqar ona Bakıda gecələməyə yeri olmadığını deyəndə onunla xalası qızı Tünzalənin evində gecələməsini təklif etdkdə İlqar razılaşmış və İlqar təxminən iki gün onunla həmin evdə qalmış, həmin dövrdə İlqar müxtəlif yerlərə zəng edib evini satmaq istədiyini demişdir. İlqarın Bakı şəhərində onunla birlikdə xalası qızının evində yaşamasına səbəb isə onun evində qardaşının ailəsi ilə yaşaması olmuş, bunu İlqarın sözündən bilmiş, İlqar onunla iki gün qaldıqdan sonra qohumlarının evində qalmağa getmiş və 5-6 gün əvvəl İlqarla birlikdə «Xalqlar dostluğu» metrosu yaxınlığında çayxanada görüşmüş və onunla söhbət zamanı ona İlqarın Bakı şəhərində kirayə ev götürməsi məlum olmuş, İlqar ona həmin evin yerini göstərmiş, Bakı şəhərini tam yaxşı tanımadığından, İlqar ona həmin evə necə gələ biləcəyini və yerini göstərmişdir. İlqarla həmin evə gedərkən İlqar özündə olan açarla evin qapısını açmış və birlikdə mənzilə daxil olmuşlar. Həmin mənzil 3 otaqdan və mətbəxt sahəsindən ibarət olmuş və yaşamağa şərait olmuşdur. Onlar həmin mənzildə olarkən çay içib söhbət etmiş, bir saatdan sonra evdən çıxıb getmiş və qohumu Eşqin Vəliyevlə telefon əlaqəsi saxlamış, Eşqinlə Xətai rayonu «Neapol» dairəsində görüşmüş və onun evinə getmişlər. Gülşən xala 28 may 2013-cü ildə rəhmətə getmiş və dəfn edilməsi üçün cənazəni Gürcüstana qohumları ilə birlikdə yola salmışlar, özü isə Bakı şəhərində qalmış, növbəti gün bibisi oğlu Eşqin Vəliyevlə birlikdə Gürcüstana getməli olmuş, 28 may 2013-cü ildə gün ərzində İlqarla telefon əlaqəsi saxlamış və İlqar evdə olacağını demiş, həmin günü axşam saat 20 radələrində İlqarın yaşadığı evə getmiş, İlqarın kirayədə yaşadığı mənzilin Səbail rayonu B.Sərdarov küçəsi ev 12 mənzil 44-də olması sonradan ona məlum olmuşdur. Beləliklə də, həmin mənzilə getdikdə orada İlqar və adı sonradan məlum olan, əvvəllər tanımadığı Səbuhi adlı şəxs olmuş, onlar oturub qonaq otağında çay içmişlər, onlarla bir saat oturduqdan sonra yuyunmaq üçün hamam sahəsinə keçmiş, bir saat hamamda olduqdan sonra çıxdıqda, Səbuhi otaqların birində yatmış, İlqar digər otaqda televizora baxmış, İlqarla oturaraq televizora baxmış, bir az sonra yuxulayaraq yatmışdır. 29 may 2013-cü ildə saat 09 radələrində yuxudan oyanmış, televizorun işlək vəziyətdə olduğunu görmüş, lakin İlqar olmamış, duraraq digər otaqlara keçmiş və birinci otağa keçdikdə döşəmədə döşək üzərində Səbuhinin uzandığını görmüş, ondan yerdə yatmasını soruşduqda, Səbuhi yerdə yatmağı xoşladığını demiş, mənzilin giriş qapısı döyülmüş, Səbuhidən qapını kimin döyə bildiyini soruşmuş, Səbuhi İlqarın olacağını demiş, digər otağa keçib İlqara qapının döyülməsini bildirmək istədikdə, İlqarın pəncərədən görmədiyi şəxsə qapını açmasını demişdir. İlqar qiriş qapısını açmış və evə təxminən 3-4 mülki və polis geyimli şəxslər daxil olmuşlar. Onlar onu, İlqarı və Səbuhini sorğu sual etdikdən sonra Səbail RPİ-nə gətirmişlər. Səbuhini ilk dəfə İlqarın evində görmüşdür. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadələri tədqiq edilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 2008-ci ildən tanıyır və ilkin olaraq sonuncu ona özünü Əmrə Ünlü kimi tanıtmış və sözündən ona məlum olmuşdur ki, tikinti işləri ilə məşğuldur və tikinti sahəsində geniş əlaqəsi var, lakin sonra Əmrənin əsil adının Səbuhi olmasını bildikdə ondan özünü Əmrə Ünlü kimi qələmə verməsinin səbəbini soruşmuş, Səbuhi bildirmişdir ki, Azərbaycanda qeydiyyata düşmək üçün Zərərçəkmiş şəxs adından istifadə etmişdir. Onunla yalnız tanışlıq müddətdə 3-4 dəfə 28 May metrosu yaxınlığında işlətdiyi «Tvilayt» restoranına getdiyində görüşmüş, sonradan münasibətləri normal olmuş, Səbuhi ilə hadisə gününə 2 ay əvvəl yaşadığı Nərimanov rayonu «Çapayev» adlanan ərazidə evində dostu Azəri Səbuhi ilə görüşdürən zaman görüşmüşdür. Buna səbəb Səbuhinin tikinti ilə məşqul olması, Azərin tikinti sahəsində müəyyən maraqlarının olması olmuşdur. Səbuhi görüş zamanı bildirmişdir ki, 30000 manat pul təşkil etsə Səbuhi Azəri və onu da gördüyü işlərə şərik edər və onlar 15 gündə 30000 manat qazanc əldə edə bilər. Həmin gün Azər ona demişdir ki, 30.000 manatı borc tapa bilər əldə etdikləri qazancla borclarını ödəyər. Azəri Səbuhi ilə tanış etdiyindən Səbuhi ona qazancdan 10000 manat verməyə razılaşmışdır. Sabahısı Azər 30000 manat gətirmiş və Səbuhi ilə zəngləşib görüşərək Yasamal rayonu “Tri Korona” yerin yaxınlığında Azərin idarə etdiyi «Hyunday Azera» markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobildə Azər 30000 manatı ona vermiş və elə avtomobilin içində pulu Səbuhiyə vermiş, Səbuhi pulun müqabilində “STP” zavodundan plastmass borular almalı, həmin boruların satışından qazanc əldə etməli və Səbuhi “STP” zavodunun satış üzrə meneceri Rəşada pulu verməli olmuşdur. Səbuhinin deməsinə görə Rəşad onların dayandıqları binada yaşamışdır. Səbuhi pulu götürüb binaya qalxmış və 15 dəqiqə sonra qayıdaraq pulu Rəşada verdiyi və sabah gedib malı götürəcəklərini demişdir. X8 rayonu evi yaxınlığında düşürüb ayrılmışlar. Bundan sonra Səbuhidən xəbər çıxmamış və məsələ ilə bağlı maraqlandıqda, Səbuhi hər dəfə bir bəhanə ilə onları əmin etmişdir ki, verdikləri pulun müqabilində malı mütləq alacaq və onlar qazanc əldə edəcəklər. Lakin Azər həmin pulu borc aldığından artıq onlar Səbuhidən ona verdikləri pulu geri tələb etməyə başlamış, buna baxmayaraq Səbuhi onlara bildirmişdir ki, artıq “STP” zavodundan boruları almış və Kənan adlı şəxsə satmış, Kənan isə pulu gecikdirdiyinə görə pullarını ala bilmir. Səbuhi onları nə malı alarkən, nədə satarkən xəbərdar etməmiş, onlar Kənan və Rəşad adlı şəxslərin heç birini görməmiş və əlaqələri olmamışdır. 29 may 2013-cü ildə Azərin qardaşı Vüqar zəng edib bildirmişdir ki, Azər hansısa Gürcüstanın vətəndaşları ilə birlikdə Səbail RPİ-nin əməkdaşları tərəfindən Səbuhinin ərizəsi əsasında saxlanılmış, lakin Vüqar ona bundan başqa məlumat verməmiş, özü Səbail RPİ-nə gəlmişdir ki, Səbuhinin onları aldadıb 30000 manatı ələ keçirməsi ilə bağlı məlumat versin. Səbail RPİdə ona məlum olmuşdur ki, Azər, tanıdığı Tahir adlı şəxslə və tanımadığı digər 3 nəfərlə birlikdə Səbuhinin onlardan da külli miqdarda pul alaraq aldatması ilə bağlı Səbuhini girov götürmüşlər, bu hərəkətlərinə görə Səbuhinin şikayəti əsasında Səbail RPİ-nin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində Azər, Tahir və digərləri saxlanılmışlar. Onun həmin hadisə ilə bağlı yalnız polis idarəsində məlumatı olmuş, əvvəlcədən Səbuhinin Azər, Tahir və digərləri tərəfindən qanunsuz olaraq saxlanılmasından xəbəri olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadələri tədqiq edilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 2004-cü ildən "xxxx" MMC-də gözətçi işləyir, bu şirkət tikinti işləri ilə məşğul olur, şirkətin tikinti apardıqları əraziləri mühafizə edir və həmin şirkətin rəhbəri Şakir müəllimdir. 2012-ci ildə onu Binəqədi rayonu Xutor qəsəbəsində "xxxx" MMC-nin inşa etdiyi binanı mühafizə etmək üçün təyin etmişlər. Binanın tikintisinə Elnur rəhbərlik etmiş, 27 may 2013-cü ildə axşam vaxtı mühafizə etdiyi binaya iki maşın yaxınlaşmış, maşınlardan biri Elnur müəllimin maşını olmuş, digəri isə tünd göy rəngə bənzər rəngli tanımadığı maşın olmuşdur. Sonra həmin maşınlardan Elnur müəllimdən başqa üç-dörd nəfər tanımadığı şəxs düşərək gözətçi otağına daxil olmuş, tanımadığı şəxslər arasında bir nəfərin qollarından tutmuşlar. Onlar gözətçi məntəqəsinin içəri otağına daxil olmuş, söhbətlərindən ona məlum olmuşdur ki, həmin tanımadığı şəxlərdən birinin digərlərə pul borcu var. Onlar borclu şəxsdən pulu ödəməsini tələb etmiş, borclu şəxs isə pulları kiməsə verdiyini demiş, sonra tanımadığı şəxslər borclu şəxsi döyməyə başlamış, həmin şəxsi təxminən bir saat gözətçi məntəqəsində saxlamış və sorğu-sual etməklə döymüşlər. Onlar telefonu borclu şəxsə verib kiməsə zəng edib pulu gətizdirməyi tələb etmişlər. Sonra başqa maşın gəlmiş, borclu şəxsi maşına otuzdurub aparmışlar. Elnur müəllim onun yanında qalmışdır. İbtidai istintaqda dindirilmiş və məhkəmədə ifadələri tədqiq edilmiş Şahid9 ifadəsində bildirmişdir ki, əri X1 məxsus və qeydiyyatda olduğu Bakı şəhəri Səbail rayonu B.Sərdarov küçəsi 12ci evin 44-cü mənzili 2012-ci ilin sentyabr ayından etibarən kirayə verməklə qazanc əldə etmişlər. 2013-cü ilin mart ayına qədər həmin mənzili bir ailə kirayə tutmuş, mart ayından aprel ayına kimi başqa bir ailə qalmışdır. 23 may 2013-cü ildə həmin mənzili ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Tahir adlı şəxsə kirayə vermiş, Tahir mənzildə Rusiyadan gələcək iki qonağını bir həftə ərzində yerləşdirəcəyini demiş və onlar 200 manata razılaşmışlar. Həmin günü evin açarını Tahirə vermiş və 29 may 2013-cü ildə Səbail RPİ əməkdaşları zəng edib mənzildə cinayət baş verməsi barədə məlumat vermişlər. Məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizaçının 317 nömrəli 12 iyun 2013-cü il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- sol alının tüksüz hissəsində, sol qaşüstü nahiyyənin gicgah hissəyə keçən səthində hematoma, sol əlin İV-V barmaqların İ falanqaları nahiyyələri və əl-darağı sümüklü nahiyyələrin qançırları, onurğa sütunu boyunca sol bel nahiyyəsində qançır küt əşya (əşyalar) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddət və şəraitdə 27 may 2013-cü ildə əmələ gəlməklə həmin nahiyyələrə əllə və təpiklə vurmalar zamanı alına bilərlər. qeyd edilən xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın 2007 nömrəli 7 oktyabr 2020-ci il tarixli rəyinə əsasən, yoxlanılan Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Ona ittiham olunan əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olduğundan, törətiyi əməl barəsində anlaqlı hesab edilmiş, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Öz hərəkətlərini ölçüb-biçmək və düzgün qavrayıb təsvir etmək imkanına malikdir. Hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əqli inkişafında gerilik əlamətləri müəyyən edilməmiş, adaptivlik, ünsiyyətçilik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətə malikdir. Onda özündən uydurmağa və başqasının təsiri altında hərəkət etməyə meyillilik əlaməti müşahidə olunmamışdır. Cinayəti törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamış və hadisə zamanı güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Baş verənləri düzgün qavrayıb təsvir etmək və məlumat vermək qabiliyyətinə malikdir. Cinayət törədərkən şüuruna və fəaliyyətinə təsir göstərə bilən vəziyyətdə olmamışdır. İş materiallarında olan sənədlərə əsasən, istintaq araşdırması dövründə Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün real dəlil və əsas gətirməklə ifadələrində zərərçəkmiş Zərərçəkmiş şəxs tanışları ilə döyüb xəsarət yetirmədiyini desə də, təqsirəndirilən Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi real dəlil və əsaslar toplanmış istintaq sübutları ilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmişin sağlamlığına zor tətbiq etməklə sonuncunun iradəsinə zidd faktiki olduğu yerdən qanunsuz başqa yerə aparıb adam oğurluğu cinayətini tərətməsi aparılmış araşdırma dövründə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, digər çoxsaylı mötəbər sənədlərlə sübuta yetirildiyindən, onun ifadələrində irəli sürdüyü dəlillər yalnız cinayət məsuliyyətindən yayınmağa yönəlmiş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən, şübhəli və yaxud təqsirləndirilən şəxslər ifadə vermək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və ya verməkdən imtina etmək, haqqında irəli sürülən ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən şəxs istədiyi kimi müdafiəsini mümkün olan və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdir. Yəni təqsirləndirilən şəxs ifadə vermək və ya ifadə verməkdən imtina etmək və hər hansı bir məzmunda ifadə vermək onun vəzifəsi deyil hüququdur. Belə olan halda, təqsirləndirilən şəxslərin istintaq və ya məhkəmədə hər hansı bir məzmunda ifadə verməsi yalnız onların müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə uyğun olaraq bir-biri və ayrı-ayrılıqda məcmu halda müqayisə edərək, onların ibtidai istintaq vaxtı və məhkəmədə verdikləri ifadələri, dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini, məhkəmə istintaqında tədqiq edilmiş ibtidai istintaq hərəkətlərinin protokollarını, eləcə də keçirilmiş məhkəmə ekspertizalarının rəylərini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, keçirilmiş ekspertizalarının rəyləri nəzərə alınmaqla, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin cinayət tərkibi yaratdığı və onun həmin cinayəti törətməkdə təqsiri toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli birinci instansiya məhkəməsində toplnmış çoxsaylı mötəbər sübutlarla təsdiqini tapdığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətdə təqsirli bilinib cəzalandırılmalıdır. Bu səbəbdən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs öz ifadələrində özünü cinayətin törədilməsində təqsirli bilməməsi və ona təqsirli bilindiyi maddələr ilə bəraət verilməsi barədə müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifi və ona bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və məhkəmə hökmünün qanuni və əsaslı olduğundan, birinci instansiya məhkəmənin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı bir əsas tapmır. İş materialında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs evli olmaqla yanaşı, əvvəllər dəfələrlə məhkum olunmuş, lakin məhkumluğu ölmayan şəxsdir. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmaqla yanaşı, sonuncu ilə ümumiyyətlə barışmamışdır. İş materialında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs əvvəllər: Şəki rayon məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Apellyasyia məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarı ilə verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin olunaraq, məhkəmənin hökmü dəyişdirilmiş, ona təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, onun 21 dekabr 2021-ci ildən 17 fevral 2022-ci il tarixədək həbsdə olduğu 01 ay 27 gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 10 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi və daha sonra Şəki Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarı ilə həmin hökm cəza hissəsində dəyişdirilib ona azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, onun həmin Məcəllənin 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli ağır cinayətlər sırasına aid olmasına baxmayaraq, cinayətlərin residivini yaratmır, lakin həmin hal özü-özlüyündə Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Belə olan halda, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, ona təqsirli bilindiyi bu Məcəllənin 144.2.3 və 144.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Şəki Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarı ilə onun üzərində saxlanılmış 01 il 10 ay 03 gün çəkilməmiş azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş cəza ilə qismən toplanaraq, onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 01 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmiş, 17 sentyabr 2020ci ildə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, məhkəmədən yayındığına görə onun barəsində 17 avqust 2021-ci ildə axtarış elan olunmuş və işin icraatı dayandırılmışdır. 21 dekabr 2021-ci ildə tutulmuş və həbs qətimkan tədbiri seçilmişdir. Onun 21 dekabr 2021-ci ildən 16 fevral 2022-ci il tarixədək həbsdə saxlandığı müddət Şəkil apellyasiya Məhkəməsinin qərarı ilə təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində 01 il 10 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hazırkı iş üzrə məhkəmə iclasına gəlmədiyindən, barəsində 26 aprel 2022-ci il tarixdə axtarış elan olunmuş və işin icraatı dayandırılmış və 02 iyun 2022-ci ildə Səbail rayon polis idarəsi tərəfindən saxlanılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbs və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən hesab etmişdir ki, təqsirləndirilən şəxsin 01 avqust 2020-ci ildən 17 avqust 2021-ci il tarixədək həbs və ev dustaqlığında saxlanıldığı 01 il 16 gün, 21 dekabr 2021-ci ildən 17 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 27 gün Şəki Apelyasiya məhkəməsinin qərarında təyin olunmuş cəzadan çıxılması nəzərə alınmaqla 02 iyun 2022ci ildən 20 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 04 ay 18 gün, ümumilikdə həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 05 ay 04 gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və ona təyin ediləcək qəti cəzanın əvvəli onun barəsində məhkəmənin hökmü elan olunduğu vaxtdan, yəni 20 oktyabr 2022-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Birinci instansia məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Birinci instansia məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları iş materialları ilə birlikdə əlaqəli şəkildə müzakirə etməklə, habelə cinayətin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə cinayətlər fəslinə aid olduğunu, eləcə də təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Cinayət əməli törətmiş təqsirləndirilən şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltma məqsədi daşıya bilməz. Başqa sözlə, cəza bir qayda olaraq «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxma və ya qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkar şəxsin şəxsiyyəti, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqları və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ona cinayət ittihamı irəli sürülərkən qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddət ərzində işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Birinci instansiya məhkəməsi iş üzrə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun cinayəti törətməkdə rolunu və iştirakçılıq dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab etmişdir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi cəzanın məqsədini təmin etməklə yanaşı, qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsini müzakirə edərkən, onun törətdiyi cinayətin xarakterini, və ictimai təhlükəlik dərəcəsini, cinayətlərin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəza təyin etmənin ümumi əsaslarını, onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran və yüngülləşdirən halları qiymətləndirməklə, ona təyin olunacaq cəzanın ailəsinin həyat şəraitnə və islah olunmasına təsirini nəzərə almaqla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasının aağı həddində ədalət prinsipinə əsasən qanuni və əsaslı cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin prinsiplərini özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Qanunun müvafiq normalarına əməl etmiş və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının tövsiyyələ- rini nəzərə almaqla, təqsirləndirilən şəxsə qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilməsi barədə onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər işin faktiki hallarına uyğun olmadığından və cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla tamamilə təkzib edildiyindən əsassız hesab olunmaqla təmin olunmamalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, mövcud qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə görə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 27 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov
2. Qədim Babayev
3. Anar Tanrıverdiyev