Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-237/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi3, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 14 aprel 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X21 küçəsi, ev 20 ünvanında qeydiyyatda olmaql olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə sxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(101)-665/2021 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti və həmin apellyasiya şikayətinə əlavəyə əsasən (bundan sonra apellyasiya şikayəti) işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə) 09 mart 2021-ci il tarixli, 1(101)-665/2021 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, X7 istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq üç ədəd bükümdə, hər birində ayrı-ayrılıqda təmiz çəkiləri - 2,194 qram, 2,167 qram və 0,271 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 4,632 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd bükümdə hər birində ayrıayrılıqda təmiz çəkiləri - 0,337 qram, 5,600 qram və 0,256 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 6,193 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd kibrit qutusunda və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,431 qram və 0,095 qram olmaqla cəmi 0,526 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra bir hissəsini bir ədəd bükümdə təmiz çəkisi0,256 qram olan heroini, bir ədəd bükümdə təmiz çəkisi - 0,271 qram olan psixotrop maddə metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi - 0,095 qram olan qurudulmuş marixuananı üstündə, qalan hər birində ayrı-ayrılıqda təmiz çəkiləri - 2,194 qram və 2,167 qram olmaqla ümumilikdə 4,361 qram olan metamfetamini, iki ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri - 0,337 qram və 5,600 qram olmaqla ümumilikdə 5,937 qram olan heroini və bir ədəd kibrit qutusunda təmiz çəkisi - 0,431 qram olan narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “Renault” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətməklə saxlayıb daşıyarkən 09 avqust 2020-ci il tarixdə saat 02:40 radələrində Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi yaxınlığında idarə etdiyi avtomobildə DİN-nin X15 Alayının 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılarkən avtomobildən düşərək qaçdığından onun iştirakı olmadan avtomobilə baxış zamanı, avtomobilin saxlanc yerindən (bardaçokundan) iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 2,194 qram və 2,167 qram, ümumi təmiz çəkisi - 4,361 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,337 qram və 5,600 qram, ümumi təmiz çəkisi - 5,937 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda təmiz çəkisi - 0,431 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, barəsində elan olunmuş axtarışla əlaqədar 28 sentyabr 2020-ci il tarixdə saat 16:05 radələrində Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılıb polis bölməsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı isə əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən siqaret qutusunun qızılı rəngli kağızından hazırlanmış 2 bükümdən birində 0,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ikincisində 0,271 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd sellofan bükümdə 0,095 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, işinə yenidən baxılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ruhi xəstəlikdən əziyyət çəkir. O, təkcə nəşədən istifadə etmişdir. Tutularkən yalnız avtomobilində 1 qutu, üzərində isə 1 istifadəlik nəşə olmuşdur. Qalan narkotik vasitələri onu döyərək, ona işgəncə verərək üstünə qoymuşlar. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinə əlavə təqdim edərək Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və məhkum edilmiş şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyaisya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, ittihamda göstərilən narkotik vasitələrin hamısı Təqsirləndirilən şəxs məxsus olmamışdır. Ona ağır cəza təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 1(103)-1762/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(101)-665/2021 nömrəli hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 1(103)-1762/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(102)- 1237/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 1(103)-1762/2022 nömrəli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarı ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X10 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(101)-665/2021 nömrəli hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə almaqla iş üzrə qismən məhkəmə istintaqı keçirərək cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(101)-665/2021 nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırki apellyasiya icraatı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olmaqla təxminən 3 ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Marixuananı şəhərin müxtəlif yerlərində tanımadığı şəxslərdən almışdır. 9 avqust 2020-ci il tarixdə təxminən saat 02:40 radələrində idarə etdiyi avtomobillə Sabunçu rayonu Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi yaxınlığında hərəkətdə olarkən avtomobilinin qarşısında polis maşını dayanmışdır. Həmin vaxt avtomobilində müştəri qismində üç nəfər sərnişin olmuşdur. Sərnişinlərdən biri uzun müddət tanıdığı X8 olmuş, digərlərini isə tanımamışdır. Polis əməkdaşları onun avtomobilinə yaxınlaşaraq onlardan nə etdiklərini və kim olduqlarını soruşmuş, sonunculara taksi fəaliyyəti ilə məşğul olduğunu, avtomobilində olan sərnişinlərin isə müştəri olduqlarını bildirmişdir. Polis əməkdaşları ona sənədlərini təqdim etməsini təklif etmiş, sonunculara üzərində heç bir sənədi olmadığını bildirmişdir. Odur ki, polislərin onu bölməyə aparacaqlarını güman edib, avtomobildən düşüb qaçmışdır. Onun ardınca həmin vaxt avtomobildə olan X8 da qaçmışdır. 28 sentyabr 2020-ci il tarixdə təxminən saat 16:15-də Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs onu səsləyib yaxınlaşmasını bildirmişlər. Sonuncuların polis əməkdaşları olmasını güman etmiş və həmin vaxt üzərində narkotik vasitə marixuana olduğundan tutulacağından qorxub qaçmağa başlamışdır. Bir qədər qaçdıqdan sonra polis əməkdaşları onu saxlayıb, Sabunçu RPİnin 14-cü PB-nə aparmışlar. Orada xidməti otaqların birində üzərinə baxış keçirilmiş və bir ədəd sellofan bükümdə marixuana aşkar edilmişdir. Bundan sonra onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Ona verilən ittihamla razı deyildir. İdarə etdiyi avtomobildə narkotik vasitə olmamışdır. Eləcə də saxlanılarkən üzərində yalnız şəxsi istifadəsi üçün əldə etdiyi marixuana olmuşdur. Onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Marixuananı şəhərin müxtəlif yerlərində tanımadığı şəxslərdən almışdır. Boş vaxtlarında özünə məxsus “Renault” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 9 avqust 2020-ci il tarixdə təxminən saat 02:40 radələrində idarə etdiyi avtomobillə Sabunçu rayonu Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi yaxınlığında hərəkətdə olarkən avtomobilinin qarşısında üzərində “ÇPA” yazılmış polis maşını dayanmışdır. Həmin vaxt avtomobilində müştəri qismində üç nəfər Maştağa qəsəbəsinə aparacağı sərnişin olmuşdur. Sərnişinlərdən biri uzun müddət tanıdığı X8 olmuş, digərlərini isə tanımamışdır. Polis avtomobilindən iki nəfər əməkdaşı aşağı düşüb, onun maşınına yaxınlaşmışdır. Polis əməkdaşları onlardan nə etdiklərini və kim olduqlarını soruşmuş, sonunculara taksi fəaliyyəti ilə məşğul olduğunu, avtomobilində olan sərnişinlərin isə müştəri olduqlarını bildirmişdir. Polis əməkdaşları ona sənədlərini təqdim etməsini təklif etmiş, sonunculara üzərində heç bir sənədi olmadığını bildirmişdir. Odur ki, polislərin onu bölməyə aparacaqlarını güman edib, avtomobildən düşüb qaçmışdır. Onun ardınca həmin vaxt avtomobildə olan X8 da qaçmışdır. 28 sentyabr 2020-ci il tarixdə təxminən saat 16:15-də Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs onu səsləyib yaxınlaşmasını bildirmişlər. Sonuncuların polis əməkdaşları olmasını güman etmiş və həmin vaxt üzərində narkotik vasitə marixuana olduğundan tutulacağından qorxub qaçmağa başlamışdır. Bir qədər qaçdıqdan sonra polis əməkdaşları onu saxlayıb, Sabunçu RPİnin 14-cü PB-nə aparmışlar. Orada xidməti otaqların birində üzərinə baxış keçirilmiş və bir ədəd sellofan bükümdə marixuana aşkar edilmişdir. Bundan sonra onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Ona verilən ittihamla razı deyildir. İdarə etdiyi avtomobildə narkotik vasitə olmamışdır. Eləcə də saxlanılarkən üzərində yalnız şəxsi istifadəsi üçün əldə etdiyi marixuana olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan X15 Alayının 8- ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Vəzifə səlahiyyətlərinə ictimai asayişi və ictimai qaydanı qorumaq daxildir. 9 avqust 2020-ci il tarixdə, saat 02:40 radələrində X16 8-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı X9 ilə birlikdə 2482 çağrışlı avtopatrulda Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində xidmətdə olarkən, Maştağa qəsəbəsi Məmmədyarov dairəsi yaxınlığında «Renault» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı taksi fəaliyyəti ilə məşğul olan avtomobilin dayandığını və içərisində 4 nəfər olduğunu görmüşdür. Gecə vaxtı olduğundan həmin avtomobilin dayanması onlarda şübhə yaratmışdır. Həmin avtomobilə yaxınlaşan zaman sürücü özünü həddindən artıq şübhəli aparmışdır. Sürücüyə və avtomobildə olan sərnişinlərə şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini xahiş etmişlər. Avtomobilin sürücüsü şəxsiyyət vəsiqəsini təqdim etmək əvəzinə özünü qeyri-adi apardığından onları Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Bunu eşidən kimi sürücü və avtomobilin qabaq sağ oturacağında əyləşən sərnişin düşüb qaçmağa başlamışdır. Avtomobilin arxa oturacağında əyləşən sərnişinlər isə qaçmamışlar. Budan sonra onlar avtomobildə olan həmin sərnişinləri avtomobillə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə gətirib təhvil vermişlər. Polis bölməsində avtomobilin sərnişinləri olan Şahid1 və Şahid2 iştirakı ilə bölmənin həyətində «Renault» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı avtomobilin kabinəsindən sənədlər və əşyaların saxlanması üçün nəzərdə tutulmuş yerdən (bardaçok) bir ədəd elektron tərəzi, dörd ədəd selofan bükümlər və bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin bükümlər və kibrit qutusu bir-bir polis əməkdaşı tərəfindən açılmış və içərisindəki maddələr götürülərək qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Sorğu zamanı bölməyə gətirilmiş avtomobilin sərnişinləri Şahid1 və Şahid2 “Renault” markalı avtomobilə Maştağa qəsəbəsinə getmək üçün Sabunçu qəsəbəsi ərazisində müştəri kimi əyləşdiklərini demiş və nə avtomobilin sürücüsünü, nədə ki, sürücünün yanında əyləşən sərnişini tanımadıqlarını bildirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilidir. 28 sentyabr 2020-ci il tarixdə, saat 16:15-də Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid6 ilə birlikdə inzibati ərazidə xidmət apararkən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, 56-da Sabunçu RPİ-nin İstintaq Şöbəsi tərəfindən barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs piyada getdiyini görüb onu səsləyərək dayanmasını bildirmiş, lakin, sonuncu onlara əhəmiyyət verməmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncu qaçmağa cəhd göstərsə də, onu saxlayıb Sabunçu RPİ-nin 14-cü PB-nə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olması və üzərində narkotik vasitə olmasından şübhələnmişlər. Bundan sonra Təqsirləndirilən şəxs bölmənin xidməti otaqlarının birinə dəvət olunmuş, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə şübhə yarandığından bölmənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra mobil telefon vasitəsi ilə video çəkiliş aparılmaqla əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra isə üzərində qanunla qadağan olunmuş nə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən iki ədəd siqaretin qızılı rəngli kağızı bükümünü və bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlər tərəflərindən açıldıqda içərisindən narkotik vasitə marixuanaya bənzər ot kütləsi və heroinə oxşar maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində narkotik vasitələr olduğunu, onları Balaxanı qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddələr olan bükümlər qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara oxunduqdan sonra sonuncular tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 9 avqust 2020-ci il tarixli, 6/1494 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...**-UN-***... aşkar olunmuş maddə...» sözləri olan bir ədəd zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,194 qram, 2,167 qram, ümumi təmiz çəkisi 4,361 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 5,600 qram, ümumi təmiz çəkisi 5,937 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində «...**-UN-***... aşkar olunmuş elektron tərəzi...» sözləri olan bir ədəd zərfdəki bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Metamfetaminin ümumi təmiz çəkisi-4,361 qr, tədqiqata sərf edildi- 0,100 qram, qalıq 4,261 qram. Heroinin ümumi təmiz çəkisi-5,937 qr, tədqiqata sərf olundu-0,100 qr, qalıq-5,837 qram. Məhkəmə-bioloji ekspertizasının 9 avqust 2020-ci il tarixli, 7/496 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-0,431 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-0,431 qram, tədqiqata istifadə olundu cəmi-0,02 qram, qalıq-0,411 qram. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2020-ci il tarixli, 6/2012 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün N 100» dairəvi möhür əksi olan «vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,256 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: heroinin təmiz çəkisi-0,256 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,206 qram. Metamfetaminin təmiz çəkisi-0,271 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,221 qram. Məhkəmə-bioloji ekspertizasının 28 sentyabr 2020-ci il tarixli, 7/672 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət Təqsirləndirilən şəxs üzərindən...» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-0,095 qram, olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-0,095 qram, tədqiqata sərf olundu-0,02 qram, qalıq-0,075 qram. İşdə olan məhkəmə-bioloji ekspertizasının 12 oktyabr 2020-ci il tarixli, 7/704 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs maşınından götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-411 qram və üzərindən götürülmüş 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-0,075 qram olan marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuanaların təmiz çəkiləri-0,411 qaram (1 N-li ob), 0,075 qram (2 N-li ob) tədqiqata istifadə olundu hər obyektdən-0,02 qram, qalıqlar-0,391 qram, 0,055 qram. Məhkəmə-kimyəvi ekspertizasının 6 noyabr 2020-ci il tarixli, 6/2095 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...**-UN-***...aşkar olunmuş maddə...» sözləri olan bir ədəd zərfdəki (zərf N 1) iki ədəd bükümdə olan psixotrop maddə metamfetaminlə üzərində «...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri olan zərfdəki (zərf N 2) bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və komponent tərkiblərinə görə eynidirlər. Üzərində «...**-UN-***...aşkar olunmuş maddə...» sözləri olan bir ədəd zərfdəki (zərf N 1) iki ədəd bükümdə olan narkotik vasitə heroinlə üzərində «...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri olan zərfdəki (zərf N 2) bir ədəd bükümdə olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Qeyd: 1 №-li zərfdəki metamfetaminin ümumi təmiz çəkisi-4,261 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq- 4,161 qram 2 №-li zərfdəki heroinin ümumi təmiz çəkisi5,837 qram, tədqiqata sərf edildi- 0,100 qram, qalıq-5,737 qram 3 №-li zərfdəki metamfetaminin təmiz çəkisi-0,221 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,171 qram 3 №-li zərfdəki heroinin təmiz çəkisi- 0,206 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq- 0,156 qram Məhkəmə-narkoloji ekspertizasının 2 noyabr 2020-ci il tarixli, 3062 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji Ekspertizasının 20 oktyabr 2020-ci il tarixli, 2089 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «Yüngül dərəcəli üzvi emosional-labil pozuntu» aşkar olunur. Təqsirləndirilən şəxs aşkar olunan «Yüngül dərəcəli üzvi emosional-labil pozuntu» onu törətdiyi cinayət əməli dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etməmişdir, yəni Təqsirləndirilən şəxs ona ittiham olunan dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi məlumatlarına keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və smsi yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir:
1. xx.xx.2020-ci il tarixdə, saat 12:18:28-də - ***-***-**-** saylı mobil nömrədən, 070- 285- 25-33 saylı mobil nömrəyə “Qaqaş otdan motdan yoxu? Ölürəm”.
2. xx.xx.2020-ci il tarixdə, saat 23:37:11-də - ***-***-**-** saylı mobil nömrədən, 070- 285- 25-33 saylı mobil nömrəyə “Daş yoxundu”.
3. xx.xx.2020-ci il tarixdə, saat 20:58:42-də - ***-***-**-** saylı mobil nömrədən, 070- 285- 25-33 saylı mobil nömrəyə “Səbir et, götürmüşem gelirem, maşındayam atam”.
4. xx.xx.2020-ci il tarixdə, saat 21:05:27-də - ***-***-**-** saylı mobil nömrədən, 070-285- 25-33 saylı mobil nömrəyə “Kubanovdayam, aramızda 7 deygelik yol var., P götürürem chixiram, pulu vermişem”.
5. xx.xx.2020-ci il tarixdə, saat 16:06:57-də - ***-***-**-** saylı mobil nömrədən, 070- 285- 25-33 saylı mobil nömrəyə “Qaqaş ölürəm daşın maşın yoxdu”.
6. xx.xx.2020-ci il tarixdə, saat 12:48:42-də - ***-******* saylı mobil nömrədən, 070- 285- 25-33 saylı mobil nömrəyə “Qaqaş verdiyun hecne idi, biraz elim asagidi, düz-qoş eliyib 20 verecem sene narahat olma ama hecne idi bilesen de yani ”. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, ********* saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs oğlunun adınadır. ***-***-**-** saylı mobil nömrə X5 (Abşeron rayonu, Masazır kəndi) adınadır. ***-***-**-** və ***-******* saylı mobil nömrələrin kimə məxsus olması barədə məlumat yoxdur. Digər nömrələri məxsusluğu barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 11-ci bəndində isə izah olunmuşdur ki, sözügedən vəziyyətlərdə əməlin düzgün tövsifi üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi, yəni təqsirkarın narkotik vasitəyə dair hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etməsinin, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsinin, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Plenumun hüquqi mövqeyinə görə belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən, o cümlədən bükümlərin sayını nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ifadələrində özünü narkotik vasitələrin satışı ilə təqsirli bilməsə də, cinayət işinin apellyasiya baxışı zamanı onun əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilə bilməz, bu barədə apellyasiya şikayətində və ifadələrində göstərdikləri subyektiv mülahizələr üzərində qurulmaqla onun cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Bundan başqa, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(102)-1237/2022 nömrəli qərarında kassasiya məhkəməsi qeyd etmişdir ki, birinci və apelyasiya instansiyası məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutlara qiymət verərək, onları qarşılıqlı təhlil edilib nəticəyə gəlmişdir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hər hansı bir psixi pozuntu və xəstəliyin olmasını, olduğu halda isə törətdiyi əməl barəsində onun anlaqlı olub-olmaması müəyyən etmək üçün cinayət işi üzrə kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertiza təyin etmişdir. Digər sübutlarla yanaşı məhkəmələr ambulator kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 20 oktyabr 2020-ci il tarixli 2089 nömrəli rəyinə əsasən nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olmuş və ona elan edilmiş ittiham üzrə təqsirlidir. Həmin ekspertiza rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlıdır və Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin müəyyən edilmişdir ki, onda, “Yüngül dərəcəli üzvi emosional-labil pozuntu” aşkar edilmişdir. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi sübut hesab edilir. Azərbaycan Respublikası CPM-in 265.1-ci maddəsinə əsasən ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər. Həmin Məcəllənin 265.5-ci maddəsinə əsasən şəxsin anlaqlı olubolmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İş materiallarından görünür ki, iş üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmişdir. Ekspertiza rəyindən görünür ki, məhkumun anlaqlılığı ilə bağlı rəy bir ekspert psixiatr tərəfindən verilmişdir. Beləliklə hazırki cinayət işi üzrə ambulator kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizası Azərbaycan Respublikası CPM-nin 265.5-ci maddəsinin tələblərinin kobud pozuntusu ilə aparılmış və həmin ekspertizasının 20 oktyabr 2020-ci il tarixli rəyi sübut kimi qəbul edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin qərarına uyğun olaraq hazırki apellyasiya icraatı zamanı məhkəmə psixiatrik ekspertizası təyin edilərək rəy alınmışdır. Belə ki, təkrar kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 06 mart 2023-cü il tarixli, 643 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli törədilən dövrdə üzvi emosional labil pozuntusu müəyyən edilir. Onun əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxsdə müəyyən edilmiş üzvi mənşəli emosional labil pozuntuda qeyri-psixotik əlamətlər o dərəcədə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. O, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, psixi-mosional vəziyyəti hal-hazırda özünə və ətrafdakılar üçün təhlükə yaratmır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməli törədilən dövrdə üzvi emosional labil pozuntusunun aşkar olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, lakin ona təqsirli bilindiyi maddənin sanksiyasının minimum həddində cəza təyin edildiyini nəzərə alaraq onun cəzasının yüngülləşdirilməsi üçün imkan olmadığını qeyd edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da, habelə apellyasiya şikayətində göstərilənləri də cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün imkan və zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(101)-665/2021 nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l ı r:
Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(101)-665/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən İbrahim İbrahimli
Hakimlər: Həsən Əhmədov
Ziya Şirinov