Məhkəmə qərarları › İş №1(103)-24/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-24/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-24/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızı, Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsi barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Zərərçəkmiş şəxs qərardan apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli qərarı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 saylı, 11.11.2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında Zərərçəkmiş şəxs vəsatəti rədd edilmişdir. Həmin qərardan narazı qalan Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edərək şikayətə baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-540/2021 19.03.2021-ci il tarixli qərarı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən hərəkətsiz saxlanılmış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386 və 387-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün 20 gün vaxt təyin edilməklə, iş materialı həmin məhkəməyə qaytarılmışdır. Zərərçəkmiş şəxs ötürülmüş prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardan narazı qalan Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edərək, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.11.2021-ci il tarixli, 1(102)- 1381/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127-ci maddəsi ilə təqsirləndiriliməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-540/2021 19.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə müddətin bərpası barədə vəsatətlə müraciət edərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsinə dair buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29.03.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 saylı, 21.12.2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün Zərərçəkmiş şəxs tərəfindən buraxılmış prosessual müddət üzrlü hesab edilməklə bərpa edilərək, apellyasiya şikayəti cinayət işi ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə vəsatətlə mürаciət еdərək, аpеllyаsiyа şikаyəti vеrilməsi üçün burахılmış prоsеssuаl müddətin bərpа оlunmаsını хаhiş еtmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Qərardan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli qərarını ləğv edilməklə apellyasiya şikayətinin verilmə müddətinin buraxılmasını üzrlü hesab edərək bərpa edilməsi və şikayətin Bakı Apellyasiya Məhkəməsində baxılmasını təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs xəstəxanada müalicəsi üçün çəkilən bütün vəsaiti və əlavə olaraq ona vurduğu zərəri tam ödəyəcəyinə söz vermiş və dəfələrlə xahiş etmişdir ki, ondan şikayət etməsin. Ona inanaraq və ikinci məhkumluğunun yaranmamasına görə xahişini nəzərə alıb ərizə yazmışdır ki, heç bir şikayəti yoxdur. Məhkəmə ərizə yazandan sonra qəbzə imza etdirib getməyini bildirmişlər. Sonradan Təqsirləndirilən şəxsla görüşərkən ona bildirmişdir ki, heç bir vəsait ödəməyəcəkdir. Göründüyü kimi iş üzrə icraata xitam verilməsinə dair qərar onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığına əsasən çıxarılmışdır. Ərizəni 11.11.2020-ci il tarixdə məhkəmə iclasında yazandan sonra ona qərarı almağına dair qəbzə imza etdirərək getməyinə icazə verilmişdir, məhkəmə isə şikayət etdiyi qərarda göstərmişdir ki, güya həmin gün qəbzə imza etdirərək ona vermişlər. Qərarı həmin gün verilməsi ilə bağlı qeyd olunanlar yalandır. O məhkəmə iclasında ərizə yazaraq qəbzə imza etdirildikdən sonra məhkəmə iclası başa çatmadan getmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti əsasında cinayət işinin materiallarını tam həcmdə öyrənib, şikayətin dəlillərini araşdırıb, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilərək, qərarın ləğv edilməsi və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə görə, apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətində verilir. Bu Məcəllənin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə görə, apellyasiya şikayəti və ya protestinin verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda CPM-in 383-cü maddəsində göstərilən şəxslər buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş qərarın surətinin verilməsinə dair məhkəmə qəbzindən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 saylı, 11.11.2020-ci il tarixli qərarını 11.11.2020-ci il tarixdə şəxsən məhkəmə qəbzinə imza etməklə almışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 saylı, 11.11.2020-ci il tarixli qərarı zərərçəkmiş şəxsin iştirakı ilə elan edilmiş və ona məhkəmə iclasında apellyasiya şikayəti verilmə qaydası və müddəti izah olunmuş, o cümlədən, qərarın surəti zərərçəkmiş şəxsə qanunla müəyyən edilmiş müddətdə təqdim edilmiş, zərərçəkmiş şəxs 11.11.2020-ci il tarixdə həmin qərarın surətini qəbzə imza çəkərək qəbul etmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri, zərərçəkmiş şəxsin məhkəmə çıxışında göstərdiyi hallar apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi üçün əsaslı, ağlabatan və üzürlü səbəblər kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası verilmiş şikayəti və materialları nəzərdən keçirərək və proses iştirakçılarının çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləvği üçün əsas ola bilməz və hazırda məhkəmə kollegiyasının iclasında işə baxılarkən də belə bir əsas müəyyən edilmədi. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 384, 386, 389 və 391.3.3-cü maddələrini maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsi barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar