Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-24/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abbasov Mirzəli Əbdüləli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5 və 150.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi və Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin qəbiristanlığının yaxınlığında yerləşən bağ sahəsində əncir yığan həmkəndlisi Zərərçəkmiş şəxs1 yaxınlaşıb onunla birlikdə meyvə yığıb söhbət edərkən sonuncuya qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs1 könüllü cinsi əlaqədə olmağa razılaşmadıqda o, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə onun başına bir neçə dəfə yumruq zərbələri vurmaqla onu döyüb fiziki zor tətbiq edərək cinsi ehtirasını pozğun formada təmin etməyə yönəlmiş hərəkətlərini inadla davam etdirərək Zərərçəkmiş şəxs1 şalvarının soyunmasına nail olub öz cinsi orqanını onun anal dəliyinə daxil etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olaraq uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, həmkəndlisi xx.xx.2003-cü il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 başqa şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bilərək bu məlumatdan cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə istifadə edib 2020-ci ilin aprel-may aylarında iki dəfə Zərərçəkmiş şəxs2 ev işlərini görməkdə köməklik göstərməsi adı ilə aldadaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətinə çağırıb oradakı tut ağacının yanında hər dəfə onun başqa şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olmasını valideynlərinə və digər qohumlarına xəbər verəcəyi ilə psixoloji təsir göstərməklə hədələyib Zərərçəkmiş şəxs2 başına yumruqla vurub müqavimətini qıraraq hərəkətlərini məhdudlaşdırmaqla fiziki zor tətbiq edib əynində olan şalvarı aşağı çəkərək eyni üsullarla köməksiz vəziyyətindən istifadə edib cinsi orqanını gərginləşdirmək üçün əli ilə oynatmağa məcbur etdikdən sonra gərginləşmiş cinsi orqanını ilk əvvəl onun ağız boşluğuna, daha sonra isə anal dəliyinə daxil etməklə qeyri-təbii yolla cinsi əlaqədə olaraq təkrarən uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.2.3 və 150.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu 07 (yeddi) ay ona təyin edilmiş cəza müddətinə daxil edilmiş və onun tərəfindən çəkilməli cəzanın qalan müddəti 05 (beş) il 05 (beş) ay müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesab edilməklə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Məhkəmənin hökmündən narazı qalan məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin Azərbaycan Respublikası CM-in 150.2.3 və 152.2.5-ci maddələri ilə cinayət törətmədiyindən ona bəraət verilməsini xahiş etmişdir. Bundan başqa, ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən Bakı şəhər Sabunçu rayon prokuroru İbrahim Ləmbəranskinin, həmin polis şöbəsinin müstəntiqi Elvin Nəsibovun və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Novruz Kərimov, Rasim Sadıxov və Azər Paşayev barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə toplanılmış materiallardan da görünür ki, Bakı şəhər Sabunçu rayon Polis şöbəsinin müstəntiqi Elvin Nəsibov tərəfindən hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq cinayət işi başlanılmış və təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə adı şahid qismində keçən X2, Şahid4 ifadələri ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadələri arasında ümumilikdə və ayrıayrılıqda biri-birinə kəskin zidiyyət mövcud olmuşdur. Nəticə etibarı ilə onların üzləşdirilməsi və ya çarpaz dindirilməsi mütləq lazım olsa da, məhkəmə bununla bağlı verdiyikləri vəsatətləri qanunsuz olaraq təmin etməyərək, nəticə etibarı ilə ədalətli məhkəmə araşdırılmasını tələb etmək hüquqlarını kobud şəkildə pozmuşdur. Cinayət işi üzrə adı şahid qismində keçən X2 ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə onunla cinsi əlaqədə olmasını birbaşa görmədiyini bildirərək, ona bu barədə məlumatların Zərərçəkmiş şəxs2 danışdığını qeyd etmişdir. Həmçinin, o, ibtidai istintaq dövründə, Zərərçəkmiş şəxs2 ilə 2019-cu ilin noyabr-dekabr aylarında onların yaşadığı evdə qarşılıqlı istəkləri zəminində qeyri-təbii yolla cinsi əlaqədə olması barədə ifadə versə də, məhkəmə istintaqı dövründə tam ziddiyyətli ifadələr verərək Zərərçəkmiş şəxs2 ilə heç vaxt cinsi əlaqədə olmadığını bildirmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs2 X2 ilə 2019cu ilin noyabr-dekabr aylarında onların yaşadığı evdə qarşılıqlı istəkləri zəminində qeyritəbii yolla cinsi əlaqədə olması barədə ibtidai istintaq dövründə ilkin ifadəsində bildimişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə ilkin ifadəsində təqsirləndirilən şəxsin onunla qeyri-təbii yolla cinsi əlaqəda olduğu zaman hasardan Şahid4 onları gördüyünü bildirmiş, lakin Şahid4 ibtidai istintaq dövründə təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin qeyri-təbii yolla cinsi əlaqəsinin şahidi olmadığını bildirsə də, məhkəmə istintaqı dövründə fərqli ifadə verərək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 izləyərək təqsirləndirilən şəxsin öz həyətyanı sahəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə qucaqlaşdıqlarını və onun sinəsindən öpdüyünü gördüyünü, onların qeyri-təbii yolla cinsi əlaqədə olduqlarını isə görmədiyini bildirmişdir. Lakin, hazırkı məhkəmə hökmündə Şahid4 ifadəsində vermədiyi fərqli ifadə qeyd edilmişdir. Bununla bağlı mənim məhkəmə iclas protokolları ilə tanış olmağım və onlara qeydlər etməyim barədə vəsatətim cinayət işinə baxan məhkəmə kollegiyası tərəfindən qəsdən təmin edilməmiş, həmin hissədə Şahid4 ifadəsi məhkəmə istintaqı dövründə saxtalaşdırılmışdır. Hazırkı cinayət isi üzrə məhkəmə kollegiyasının mötəbər sübut kimi qələmə verdiyi Zərərçəkmiş şəxs2 və Şahid2 verdikləri ilkin ifadələrindən də görünür ki, onlar törədilməsi ehtimal olunan hazırkı cinayət hadisəsinin törədildiyi tarixədək, yəni 2020-ci ilin aprel-may avlarınadək onlar qarşılıqlı səkildə bir-birləri ilə qevri-təbii yolla cinsi əlaqədə olmuşlar. Bu fakt öz təsdiqini Şahid2 və Zərərçəkmiş şəxs2 barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizaları tərəfindən verilmiş rəylərlə öz təsdiqini tapmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs2 və Şahid2 barələrində keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyləri Zərərçəkmiş şəxs2 anal dəliyində (arxa keçəcəyində) aşkar edilmiş qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətlərinin ehtimal olunan cinayət hadisəsi bas verdiyi tarixədək onların bir-birləri ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaları nəticəsində yarana biləcəyini təkzib etmir. Buna görə də, müdafiə tərəfi olaraq hesab edir ki, Zərərçəkmiş şəxs2 barəsində keçirilmiş məhkəmə-tibbi ekspertiza rəvi təqsirləndirilən şəxsin əleyhinə təfsir edilə bilməz. Həmçinin həmin ekspertiza rəyində Zərərçəkmiş şəxs2 anal dəliyində (arxa keçəcəyində) aşkar edilmiş qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətlərinin yarana biləcəyi vaxt qeyd edilməmişdir. Belə ki, Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 350 saylı və xx.xx.2020-ci il tarixli, 351 saylı rəylərindən görünür ki, iş üzrə adı şahid qismində keçən Şahid2 və iş üzrə adı zərərçəkmiş şəxs qismində keçən Zərərçəkmiş şəxs2 hər ikisinin arxa keçəcəklərində aşkar edilmiş əlamətlər onların qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmalarına dəlalət edir. Bununla yanaşı ibtidai və məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs2 vəkilinin və və qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadələrində Təqsirləndirilən şəxs tərəfindən heç vaxt ona qarşı ittihamda səslənən cinayət əməlinin törədilmədiyini, yəni ona zor tətbiq edilmədiyini, onunla seksual xarakterli hərəkətlərə və uşaqbazlığa yol verilmədiyini, habelə ibtidai istintaq dövründə ilkin olaraq verdiyi izahat və ifadələrin 42-ci polis bölməsinin əməkdaşlarının qanunsuz əməllərinin təsirindən qorxaraq təqsirləndirilən şəxsin əleyhinə həmin izahat və ifadələri verdiyini, yazmaq və oxumağı bilmədiyini, habelə həmin ifadə və izahatları imza etməyə məcbur edildiyini bildirmişdir. Bu faktı təqsirləndirilən şəxs özü də müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində bir daha təsdiq edərək ilkin verdiyi izahat və ifadələri 42-ci polis bölməsinin əməkdaşlarının qanunsuz əməllərinin təsiri nəticəsində, yəni polis əməkdaşlarının ona qarsı qeyri insani rəftarı nəticəsində etiraf edici məzmunda izahat və ifadə verməyə məcbur edildiyini qeyd etmişdir. , impotent olduğunu bildirmiş, bu barədə tibbii sənədləri isə məhkəməyə mənim vasitəm ilə təqdim etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş və guya onun normal cinsi inkişafa malik olduğu və nəticə etibarı ilə onun cinsi əlqəyə girməsi üçün hər hansı maniyənin olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin ona bildirdiyinə görə isə o, xx.xx.2017-ci il tarixdən hazıradək normal kişi cinsində olan bir insan kimi cinsi inkişafa malik deyildir və bu barədə utandığından valideyinlərinə belə məlumat verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixindən həqiqi hərbi xidmətə getmiş və həqiqi hərbi xidmətdə olduğu zaman yəni xx.xx.2017-ci il tarixdə Füzuli rayonunun Horadiz şəhəri ərazisində N saylı hərbi hissədə traktoristin səngər qazan zaman texnika ilə ehtiyatsız davranması nəticəsində traktorun çömçəsi ona dəymiş və nəticədə o, qarının sağ yarısının küt travması xəsarətini almışdır. Onun üzərində xx.xx.2017-ci il tarixdə təcili olaraq “Laparotomiya, qarın boşluğunun təftişi, hematomanın ləğvi, appendektomiya, qarın boşluğunun drenajı”, xx.xx.2017-ci il tarixdə “Peritonarxası hematomanın açılması və drenajı”, xx.xx.2017-ci il tarixdə “Oma sümüyünün və simfizinin açıq üsulla repoziyasiyası, metal lövhə ilə osteosintezi”, xx.xx.2017-ci il tarixdə "Sağrı nahiyəsinin yumuşaq toxuma defektli yarasının ayaqcıqlı fleb ilə bərpası” cərahiyə əməliyatları aparılmış, hərbi vəzifələrini yerinə yetirə blmədiyi üçün o, hərbi həkim komisiyasının qərarı ilə ordudan təxris olunmuşdur. Ümumilikdə təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mütəmadi olaraq stasionar müalicə almışdır. Həyata keçirilmiş tibbi əməliyyatlardan sonra Təqsirləndirilən şəxs cinsi inkişafdan geri qalarmışdır.Bu səbəbdən ibtidai istintaq orqanı qarşısında təqsirləndirilən şəxs barəsində təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsi haqqında vəsatət qaldırsa da, vəsatət heç bir qanuni əsas olmadan təmin edilməmişdir. Həmçinin, hazırkı məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs “GENERAL HOSPİTAL” Tibb mərkəzində xx.xx.2021-ci il tarixdə tibbi müayinədən keçmiş və onun azospermiya və imotensiya xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Belə ki, müvafiq soğusuna cavab olaraq “GENERAL HOSPİTAL” Tibb mərkəzindən aldığı 86 nömrəli, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, xx.xx.1990cı il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən impotentdir. Fiziki cəhətdən cinsi əlaqədə ola bilmə imkanından məhrumdur, cinsi orqanı sərtləşə bilmir. İmpotensiya xəstəliyinin səbəbini hərbi xidmət zamanı aldığı travma ilə əlaqələndirir. Həmçinin, Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 82 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 561 saylı rəyində qeyd olunanlar arasında ziddiyyət təşkil edir. Göründüyü kimi Zərərçəkmiş şəxs1 Bakı şəhəri Sabunçu rayon Polis idarəsi və Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun qəyyumluğunda olan bir şəxs kimi qəsdən zərərçəkən şəxs kimi təqsirləndirilən şəxsin üzünə durdurulmuş, əslində ona qarşı heç kim tərəfindən zor tətbiq edilməklə seksual xarakterli hərəkətlərə yol verilməmişdir. Halbuki, məhz onun tərəfindən Zərərçəkmiş şəxs2 qarşı sözü gedən cinayət əməli törədilmişdir. Zərərçəkmiş şəxs2 həm ibtidai, həm məhkəmə istintaqı dövründə qanuni nümayəndəsinin və vəkilinin iştirakı ilə verdiyi ifadələrdən də görünür ki, ona qarşı qeyd olunan cinayət əməlini Zərərçəkmiş şəxs1 tərəfindən törədilmişdir. edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 561 saylı rəyində qeyd olunanlar, Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021 -ci il tarixli 82 nömrəli rəyində qeyd olunanlar Zərərçəkmiş şəxs2 vəkilinin və qanuni nümayəndəsinin istintaq orqanında verdiyi sonuncu ifadəlrində qeyd olunanlar arasında çox kəskin ziddiyyətlər mövcuddur. Müdafiə tərəfi olaraq hesab edir ki, hazırkı cinayət işinə əlavə edilmiş X4 adından istintaq orqanında tərtib edilmiş ilkin izahat və ifadəsi, Zərərçəkmiş şəxs1 izahat və ifadələri, həmçinin Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs ilə üzləşdirilməsinə dair protokollar, təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri, təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 561 saylı rəyi qeyri mötəbərliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 ilkin izahat və ifadəsi Azərbaycan Respublikası CPM-in 229.2-ci maddəsinin tələblərinə zidd olaraq alınmışdır. Nəzərə alınmalıdır ki, Zərərçəkmiş şəxs2 keçirilmiş ekspertizalardan onun orta kəmağıllılıq xəstəliyindən əzivət çəkdiyindən 2 saylı Klinik psixiatrik xəstəxanasında qeydiyyatda olması, habelə yalan danışmağa meyilli olması müəyyən edilmişdir. O, həmin xəstəliklə bağlı xüsusi orta məktəbə getsə də, təhsilini yarımçıq qoymuşdur. Zərərçəkmiş şəxs2 oxuma-yazma bilməmiş və onun nitqində və fikirini ifadə etməkdə sağlamlıq problemləri vardır. Buna görə də, zərərçəkən Zərərçəkmiş şəxs2 ilkin ifadəsi həkimin iştirakı ilə alınmalıdır. Ümumilikdə hər iki zərərçəkən şəxslərlə bağlı keçirilmiş məhkəmə tibbi ekspertizaların rəyindən görünür ki. hər iki şəxsin bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmə hökmü ilə razılaşmayan zərərçəkmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs bəraət verilməsini və Zərərçəkmiş şəxs1 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə ilkin ifadəsində təqsirləndirilən şəxsin onunla qeyri-təbii yolla cinsi əlaqəda olduğu zaman hasardan Şahid4 onları gördüyünü bildirmiş, lakin Şahid4 ibtidai istintaq dövründə təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin qeyri-təbii yolla cinsi əlaqədə ölməsinin şahidi olmadığını bildirmişdir. Məhkəmə istintaqı dövründə fərqli ifadə verərək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs2 izləyərək təqsirləndirilən şəxsin öz həyətyanı sahəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə qucaqlaşdıqlarını və onun sinəsindən öpdüyünü gördüyünü, onların qeyri-təbii yolla cinsi əlaqədə olduqlarını görmədiyini bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 82 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 561 saylı rəyində qeyd olunanlar arasında ziddiyyət təşkil edir. Bununla yanaşı Zərərçəkmiş şəxs2 vəkilinin və qanuni nümayəndəsinin istintaq orqanında verdiyi sonuncu ifadələrində Təqsirləndirilən şəxs tərəfindən deyil, X6 tərəfindən ona qarşı zor tətbiq edilməklə və onun köməksiz vəziyyətindən istifadə edilməklə təkrarən uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri edildiyini dəfələrlə qeyd etsə də, istintaq orqanı həmin məsələlərə biganə yanaşaraq əsl təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində heç bir qanuni tədbir görülməmişdir. Cinayət işi üzrə toplanmış materiallardan da görünür ki, digər epizod üzrə zərərçəkən şəxs kimi adı keçən, amma əslində hazırda səslənən cinayət əməlini törədən əsil təqsirkar şəxs, Bakı şəhəri Sabunçu rayon Polis idarəsi və Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun qəyyumluğunda olan Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlməməsi səbəbindən məhkəmə iclasları dəfələrlə təxirə salınmışdır. Bu onu göstərir ki, həmin epizod üzrə Zərərçəkmiş şəxs1 qəsdən zərərçəkən şəxs kimi təqsirləndirilən şəxsin üzünə durdurulmuş, əslində ona qarşı heç kim tərəfindən zor tətbiq edilməklə seksual xarakterli hərəkətlərə yol verilməmiş, əslində onun tərəfindən Zərərçəkmiş şəxs2 qarşı sözü gedən cinayət əməli törədilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ilkin izahat və ifadəsi Azərbaycan Respublikası CPM-in 229.2-ci maddəsinin tələblərinə zidd olaraq alınmışdır. Nəzərə alınmalıdır ki, Zərərçəkmiş şəxs2 keçirilmiş ekspertizalardan onun orta kəmağıllılıq xəstəliyindən əzivət çəkdiyindən 2 saylı Klinik psixiatrik xəstəxanasında qeydiyyatda olması, habelə yalan danışmağa meyilli olması müəyyən edilmişdir. O, həmin xəstəliklə bağlı xüsusi orta məktəbə getsə də, təhsilini yarımçıq qoymuşdur. Zərərçəkmiş şəxs2 oxuma-yazma bilməmiş və onun nitqində və fikirini ifadə etməkdə sağlamlıq problemləri vardır. Buna görə də, zərərçəkən Zərərçəkmiş şəxs2 ilkin ifadəsi həkimin iştirakı ilə alınmalıdır. Ümumilikdə isə hər iki zərərçəkən şəxslərlə bağlı keçirilmiş məhkəmə tibbi ekspertizaların rəyindən görünür ki. hər iki şəxsin bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslər məhkəmə iclasının Zərərçəkmiş şəxs2 və nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X3 yekun çıxışında verilmiş apellyasiya şikayətlərinə etiraz edərək onların təmin olunmamasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 yekun çıxışında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.2.3 və 152.2.5-ci maddələri ilə cinayət törətmədiyindən ona bəraət verilməsini, ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən Bakı şəhər Sabunçu rayon prokuroru İbrahim Ləmbəranskinin, həmin polis şöbəsinin müstəntiqi Elvin Nəsibovun və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Novruz Kərimov, Rasim Sadıxov və Azər Paşayev barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs son sözündə apellyasiya şikayətini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı keçirilməklə apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum olunmuş şəxsin müdafiəçisi və Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətlərinin bəraət verilməsinə dair dəlillərini əsasız hesab etməklə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan: - Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərəhələsində ona Azərbaycan Respublikasının CM-in 150.2.3 və 150.2.5-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir: “Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindən tanıyır və onunla münasibəti həmişə normal olmuşdur. Təqribən 4 ay bundan əvvəl yaşadığı qəsəbədən tanıdığı Zabil adlı şəxslə söhbət etdiyi zaman o, Zərərçəkmiş şəxs2la xalası oğlu Həmid adlı şəxsin qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. O, Zabilə gözü ilə görmədiyi sözə inana bilməyəcəyini demişdir. Zabillə bu danışıqdan bir müddət sonra yaşadığı evin həyətyanı sahəsində görüləcək işlər olmuşdur. İşləri görmək üçün Zərərçəkmiş şəxs2 yaşadığı evə çağırmışdır. Əli ilə evdə işləri görüb qutardıqdan sonra ona xalası oğlu Həmidin onunla qeyri-təbii yolla cinsi əlaqədə olması barədə məlumatının olduğunu deyərək bu cür işlərlə məşğul olub-olmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs2 isə bu məlumatı kimdən eşitdiyini soruşmuşdur. O, məlumatı verən şəxsin kim olmasının önəminin olmadığını bildirərək sualına düzgün cavab verməsini demişdir. Bu zaman Zərərçəkmiş şəxs2 həqiqətən də xalası oğlu Həmidin onunla qeyritəbii yolla cinsi əlaqədə olduğunu təsdiqləmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 heç kimin bilməyəcəyi halda onunla da cinsi əlaqədə ola biləcəyini demişdir. O, Əli ilə razılaşmış və şalvarının qarşısını açaraq cinsiyyət orqanını onun əlinə vermişdir. Zərərçəkmiş şəxs2 cinsiyyət orqanını ovxaladıqdan sonra ağzına salaraq yalamışdır. Bir neçə dəqiqə yaladıqdan sonra onun cinsi istəyi bitmiş və o, spermanı orada olan tut ağacının dibinə boşaltmışdır. Bundan sonra Əli onun yaşadığı evin həyətindən çıxaraq getmişdir. Bu hadisədən bir müddət sonra Nardaran qəsəbəsində yaşayan dostu Rəsulla Maştağa qəsəbəsindən gəldiyi zaman Əli barədə söhbət açılmışdır. Söhbət əsnasında Rəsul Əli ilə xalası oğlu Həmidin qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. O, Rəsula bundan xəbərinin olduğunu demişdir. Söhbət etdiyi zaman Rəsul Əligilin evini göstərərək Əlini birlikdə apararaq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. O, Rəsula Əlinin razılaşıb-razılaşmayacağını bilmədiyini demişdir. Rəsul isə onun Əli ilə münasibətinin yaxşı olmasını deyərək onunla danışmağı xahiş etmişdir. O, Rəsulun sözündən sonra Əligilin qapısına yaxınlaşmış və onu çölə çağırmışdır. Əli çölə çıxdıqdan sonra birlikdə yaşadıqları evə getməyi, qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. Əli onunla razılaşmış və birlikdə onların yaşadığı evin arxa hissəsində yerləşən tut ağacının yanına getmişlər. Orada o, şalvarının qarşısını açaraq cinsiyyət orqanını çıxartmışdır. Əli cinsiyyət orqanını əli ilə götürərək ovxalamış və daha sonra ağzına salaraq yalamışdır. Əli cinsiyyət orqanını ağzına salaraq yaladığı zaman Rəsul onların evinin hasarından onlara baxmışdır. O, cinsi istəyini bitirərək spermanı tut ağacının dibinə tökdükdən sonra Rəsulu göstərərək Rəsulun da əlaqədə olmaq istədiyini bildirmişdir. Lakin Əli etiraz edərək yalnız onunla əlaqədə ola biləcəyini demişdir. Əlinin bu sözündən sonra Rəsula “Watsapp” sosial şəbəkəsindən sms yazaraq Əlinin razılaşmadığını demişdir. Bundan sonra Rəsul oradan çıxaraq getmiş və bir neçə dəqiqə sonra o, öz evlərinə getmişdir. Bundan bir neçə gün sonra Rəsulla görüşmüş və Rəsul görüş zamanı Əli ilə onu görüşdürməyi xahiş edərək onunla özünün görüşərək söhbət etmək istədiyini bildirmişdir. O, Rəsulun yanında Əliyə “Watsapp” sosial şəbəkəsində sms yazaraq Rəsulun onunla görüşmək istədiyini demişdir. Lakin Əli razılaşmayaraq buna etiraz etmiş və bu əsnada aralarında mübahisə düşmüşdür. Bundan sonra Əli ilə əlaqələri kəsilmiş və bir daha danışmamışdır. O, Zərərçəkmiş şəxs2 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamış, yalnız Əlinin razılığı ilə onunla əlaqədə olduğunu, əlaqələrinin isə cinsiyyət orqanını Əlinin ağzına salaraq yalamasından ibarət olduğunu, təqribən iki ay bundan əvvəl Nardaran qəsəbəsində yaşayan və “Zil” sürücü olan Həsən adlı dostunun telefonu olmadığı üçün ona işlənmiş “Samsung” markalı mobil telefon verdiyini, telefonu götürdükdən sonra telefon kitabçasında qadın adları və mobil telefon nömrələri olduğunu gördüyünü, Həsəndən həmin mobil telefon nömrələrinin kimə məxsus olduğunu soruşduğunu, bu zaman Həsənin mobil telefon nömrələrinin “Qala” Klubda işləyən qadınlara məxsus olduğunu bildirdiyini, qadın nömrələrinin “Qala” klubda işləyən qadınlara məxsus olduğunu bildiyi üçün onları silməyərək saxladığını, təqribən 3 həftə əvvəl özünə “Nokia” markalı mobil telefon aldığını, telefonu aldıqdan sonra Həsən verdiyi telefonda olan qadın nömrələrini telefonuna yazdığını, həmin telefonda Fatimə kimi qeyd edilən qadının 055 *** ** ** mobil telefon nömrəsini də telefonuna yazdığını, xx.xx.2020-ci il tarixində Fatimə adlı qadına sms yazaraq tanış olmaq istədiyini, lakin qadının onun mobil telefonunu oğluna verdiyini və onun oğlunun ona zəng etdiyini, oğlunun zəng etdiyini görüb Fatimə adlı qadına hədə-qorxu gələrək polis əməkdaşı olduğunu, postda olduğunu, oğlunu tutacağını, ona güc tətbiq edəcəyini deyərək onunla cinsi əlaqədə olmasını tələb etdiyini, həmin qadının onunla razılaşmadığını, bu hadisədən bir müddət sonra dənizkənarından yaşadığı evə gəldiyi zaman polis əməkdaşlarının onu saxladıqlarını, özlərini təqdim edərək Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşları olduqlarını dediklərini, daha sonra polis əməkdaşları onu 42-ci PB-nə dəvət etdiklərini, bölməyə gəldikdən sonra Fatimə kimi tanıdığı qadının şikayət etdiyini öyrəndiyini, xanımın müraciəti araşdırıldığı zaman Əli ilə cinsi əlaqədə olmasının üzə çıxdığını və törətdiyi əməlləri səmimi şəkildə etiraf etmişdir”. - Zərərçəkmiş şəxs2 ibtdai istintaq zamanı ifadələrində göstərmişdir: “Təqribən 3 ay əvvəl yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən fərdi evin yaxınlığında olduğu zaman Təqsirləndirilən şəxslə qarşılaşmışdır. Təqsirləndirilən şəxs onu gördükdən sonra yaxınlaşaraq salam vermiş və onunla ümumi söhbət edərək münasibət yaratmışdır. Bundan bir gün sonra yenidən yaşadığı evin yaxınlığında olduğu zaman Ədalət yanına gəlmişdir. Ədalət onunla salamlaşdıqdan sonra söhbət etməyə başlamış və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan xalası oğlu Həmidin onunla qeyri-təbii yolla cinsi əlaqə olması barədə məlumatı olduğunu demişdir. O, Ədalətdən bu barədə məlumatı ona kimin verdiyini soruşmuşdur. Ədalət isə məlumatın ona çatdığını, məlumat verən şəxsin kim olmasının önəmli olmadığını deyərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmayacağı halda valideynlərinə məlumat verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs etiraz edərək onunla qeyri-təbii yolla cinsi əlaqə olmayacağını demişdir. Onun bu sözündən sonra Ədalət səhər onlara gəlməyi tapşırmış və gələməyəcəyi halda bu barədə valideynlərinə, eyni zamanda yaşadığı Nardaran qəsəbəsi sakinlərinə məlumat verəcəyini demişdir. Həmin günün səhəri Təqsirləndirilən şəxsgilə getməmiş və bundan 2-3 gün sonra saat 14:00 radələrində Ədalət onu yaşadığı evin yaxınlığında görmüşdür. Ədalət onunla görüşərək birlikdə onlara getməyi xahiş etmişdir. O, etiraz edərək getmək istəmədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs evdə görüləcək işlərin olduğunu deyərək ona kömək etməsini xahiş etmişdir. O, bundan sonra etiraz etməyərək Ədalətin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsində yerləşən evinə getmişdir. Evin həyətinə daxil olmuş və Ədalət onu evin arxa hissəsində yerləşən tut ağacının yanına gətirmişdir. Ağacın yanına çatdıqdan sonra Ədalət onun başından vuraraq şalvarını çıxartmasını tələb etmişdir. O, Ədalətə qeyri-təbii yolla onunla cinsi əlaqədə olmayacağını dediyi zaman Ədalət cinsi əlaqədə olmayacağı halda valideynlərinə bu barədə məlumat verəcəyini təkrarən bildirmişdir. Təqsirləndirilən şəxs valideynlərinə məlumat verməsindən ehtiyyat edərək əynində olan cins şalvarın qarşısını açaraq aşağı çəkmişdir. O, şalvarı aşağı çəkdikdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarı aşağı çəkmiş, daha sonra cinsiyyət orqanını əli ilə tutaraq ovxalayaraq “durğuzmağı” tələb etmişdir. O, bunu etmək istəmədiyi zaman Ədalət onun başından yenidən sillə ilə vuraraq əli ilə onun cinsiyyət orqanını ovxalamağı tələb etmişdir. O, məcbur olub Təqsirləndirilən şəxs cinsiyyət orqanını əli ilə oynadaraq “durğuzmuşdur”. Təqsirləndirilən şəxs cinsiyyət orqanı “durduqdan” sonra Ədalət ondan əyilməyi tələb etmişdir. Təqsirləndirilən şəxs yenidən onu vuracağından ehtiyyat edərək onun qarşısında əyilmiş və Ədalət cinsiyyət orqanını onun anal dəliyinə salaraq qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs bir neçə dəqiqə qeyri-təbii yolla onunla cinsi əlaqədə olduqdan sonra spermasını ağacın dibinə boşaltmışdır. Boşalandan sonra cinsi orqanını yalamağı ondan tələb etmişdir. Lakin o, bu dəfə onunla razılaşmayaraq şalvarını çəkmiş və həyətdən qaçaraq çıxmışdır. Bu hadisədən təqribən 2-3 gün sonra saat 13:00 radələrində Təqsirləndirilən şəxs yenidən onu yaşadığı evin yaxınlığında görmüşdür. Ədalət onu gördükdən sonra yaxınlaşmış və salamlaşdıqdan sonra yenidən onlara getməyi tələb etmişdir. O, ilk əvvəl getmək istəməsə də Ədalət getməyəcəyi halda valideynlərinə bu barədə məlumat verəcəyini demişdir. O, məcbur olub Təqsirləndirilən şəxslə yenidən onun yaşadığı evin həyətinə getmişdir. Onların həyətinə daxil olduqdan sonra Ədalət onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğu tut ağacının yanına aparmışdır. Orada Ədalət şalvarını aşağı salmış və ona hədə-qorxu gələrək cinsi orqanını yalamasını tələb etmişdir. O, Təqsirləndirilən şəxslə razılaşmaq istəməsə də, Ədalətin valideynlərinə, qohumlarına və kənd camaatına məlumat verəcəyini bildirdiyi üçün onunla razılaşmışdır. Razılaşdıqdan sonra Təqsirləndirilən şəxs cinsi orqanını bir neçə dəqiqə yalamış, daha sonra Ədalət şalvarını aşağı çəkərək qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Ədalətlə cinsi əlaqədə olduğu zaman hasardan əvvəllər kənddən tanıdığı Rəsul adlı şəxsin baxdığını görmüşdür. Bu zaman Ədalət cinsi əlaqədə olub qutarmış və tut ağacının dibinə spermasını boşaltmışdır. O, Təqsirləndirilən şəxs hasardan Rəsul vasitəsi ilə onun şəkilini çəkdirdiyini deyərək bir daha onunla görüşməyəcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Rəsulla da cinsi əlaqədə olmağı ona təklif etmişdir. Lakin o, razılaşmayaraq oradan çıxaraq getmişdir. Bu hadisədən bir neçə gün sonra Ədalət onun mobil telefonuna “Watsapp” sosial şəbəkəsində sms yazaraq Rəsulun onunla cinsi əlaqədə olmasını istədiyini demişdir. O, Ədalətlə razılaşmayaraq smsinə cavab yazmamış və mobil telefonunu qıraraq tullamışdır. Bundan sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs onunla qeyritəbii yolla cinsi əlaqədə olması barədə qonşuları Şahid2 məlumat vermişdir. Şahid2 isə Təqsirləndirilən şəxs onun dostu olduğunu bildirərək bu barədə heç kimə məlumat verməməyi tapşırdı. Məhəmmədə Ədalətin düzgün etmədiyini demişdir. Bundan sonra Məhəmməd də Ədalətlə əlaqə saxlamayacağını bildirdi., Təqsirləndirilən şəxs başqa 2019-cu ilin təqribən noyabr-dekabr aylarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan xalasıoğlu Həmidin də onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmidin də onunla qeyri-təbii yolla cinsi əlaqədə olması üçün fiziki zor tətbiq edərək qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmçinin qonşuları Şahid2 da 2019-cu ilin noyabr-dekabr ayında qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Şahid2la qarşılıqlı şəkildə cinsi əlaqədə olmuşlar. Həmin vaxt o, Şahid2 ilə qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Xalası oğlunun atasının adı Muxtardır, lakin onun soyadını bilmir.Xalası oğlu Həmid hazırda hərbi xidmətdədir, hazırda harada hərbi xidmət keçməsini dəqiq bilmir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində onunla cinsi əlaqədə olduqdan sonra Rəsulun hasardan baxdığını görüb buna etiraz etdiyi zaman Təqsirləndirilən şəxs Rəsulla da cinsi əlaqədə olmasını ondan tələb etmişdir, o, qışqırdığı üçün Rəsulun oradan qaçaraq getmişdir. Bir neçə gün sonra Ədalətin ona “Watsapp” sosial şəbəkəsində sms yazaraq Rəsulun onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını istədiyini bildirərək buna məcbur etmək istəmişdir, ancaq o, razılaşmadığı zaman Ədalətin Rəsulun onunla qarşılıqlı şəkildə, yəni onun Rəsulla, Rəsulun isə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını istədiyini dedi. O, Ədalətlə razılaşmamış və bundan sonra mobil telefonunu sındıraraq tullayıb bu hadisədən sonra Ədalətin onunla əlaqə saxlamamışdır”. - Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindən tanıyır. Ədalətlə tanışlığı qaynatası Dilavər vasitəsi ilə olub. Ədalətin atası İlqar onun qaynatası Dilavərin qohumudur və bu səbəbdən onları tanıyır. 2019-cu ilin təqribən avqust ayının əvvəllərində qonşuluqda yerləşən Talıb adlı şəxsə məxsus olan bağ sahəsindən əncir yığarkən Ədalət də ora gəldi və əncir yığmağa başladı. Əncir yığdığı zaman Ədalətlə ümumi söhbət etmişlər. Ənciri yığıb qutardıqdan sonra Ədalət ona cinsi əlaqədə olmağı təklif etdi. O, razılaşmamışdır. Ədalət isə onun başından vuraraq onu orada olan dəmir vaqonun içərisinə aparmışdır. O, Ədalətdən dəfələrlə etməməsini xahiş etsə də, Ədalət onun sözünə məhəl qoymamış və şalvarının aşağı çəkib öz cinsiyyət orqanını onun anal dəliyinə salmışdır. Ağrıdan o, ağlayıb Ədalətdən cinsiyyət orqanını çıxartmasını tələb etmişdir. Ədalət isə onun sözlərinə fikir verməmiş öz hərəkətini davam etmişdir. Ədalət onunla cinsi əlaqədə olub qutardıqdan sonra şalvarını çəkdi. O, da şalvarını yuxarı çəkib vaqondan çıxaraq yığdığı ənciri götürüb evə getmişdir. O, qonşusu Şahid2 Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 ilə də cinsi əlaqədə olduğunu eşitmişdir. Həmin vaxta qədər Zərərçəkmiş şəxs2 kiminləsə cinsi əlaqədə olmasından onun məlumatı olmamışdır. O, Ədalətə cinsi əlaqədə olmağa razılıq vermədikdə Ədalət ona fiziki zor tətbiq edərək yumruqla başından vurub sonra isə onu orada olan dəmir vaqona aparıb məcburi şəkildə onunla qeyri-təbbi yolla cinsi əlaqədə olurdu. Ədalət özünün cinsiyyət orqanını onun anal dəliyinə salmışdır. Ədalət onunla bu hərəkət etməməsini deməsi yalandır. O, isə Ədalət ona nə edibsə düzünü danışır”. - Şahid1 birinci məhkəmə instansiyasının icraatında verdiyi ifadələrində göstərmişdir ki, “o, Nardaran qəsəbəsi, Abşeron küçəsi ev 29-da yaşayır. 2019-cu ilin noyab-dekabr ayında Təqsirləndirilən şəxs görüb onunla salamlaşmışdır. Ədaləti ilk dəfə gördükdən sonra onun uzaq qohumu olduğunu öyrənmişdir. Ədalətin qohumu olduğunu bilsə də, onunla heç bir əlaqəsi olmamışdır. xx.xx.2020-ci il tarixdə 11-də gündüz saatlarında onun 077 *** ** ** mobil telefon nömrəsinin “Watsapp” sosial şəbəkəsinə 070 *** ** ** mobil telefon nömrəsinin “Watsapp” sosial şəbəkəsindən sms gəlmişdi. Smsə baxdıqda “Salam, İbrahimdir?” sözlərinin yazıldığını görmüşdür. O, smsə cavab yazmış və kim olduğunu soruşmuşdur. Sms yazan şəxs yadında qalmayan ad demiş və o, həmin şəxsdən səhv düşüb-düşmədiyini soruşmuşdur. Həmin şəxs isə səhv düşmədiyini, ona yazdığını bildirdi. O, həmin şəxsə onu tanımadığını deyərək, nə lazım olduğunu soruşmuşdur. Həmin şəxs görüşərək onunla cinsi əlaqədə olmağı təklif etdi. O, əvvəlcə kiminsə onunla zarafat etdiyini düşünmüş və sms yazan şəxsdən təkrarən kim olduğunu soruşmuşdur, lakin həmin şəxs özü barədə məlumat vermədi və onda onun videolarının olduğunu, onunla görüşərək cinsi əlaqədə olmayacağı halda videoları yayacağını bildirdi. O, həmin şəxsin ciddi yazdığını başa düşüb ona hər hansısa başqa bir videosunun olmadığını bildirərək istədiyi hərəkəti edə biləcəyini demişdir. Bundan sonra 070 *** ** ** mobil telefon nömrəsini bloka atmış və həmin şəxsin kim olması ilə maraqlanıb ona sms yazan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, lakin Ədalətə heç bir söz deməmişdir. Bundan sonra o, Ədaləti “Watsapp” da bloka atdığı üçün ona sms yazmağa başlamışdır. Bir neçə dəfə ona sms yazaraq onu blokdan çıxarmasını, onun üçün pis olacağını, onu ağladaraq “altına salacağını” bildirsə də, o, Ədalətin smslərinə məhəl qoymamışdır. Təqsirləndirilən şəxs ona cavab yazmadığını görüb sms yazmağı dayandırmışdır. O, Təqsirləndirilən şəxs “Watsapp” sosial şəbəkədə ona yazdığı smsləri silmişdir. Təqsirləndirilən şəxs başqa şəxslərlə cinsi əlaqədə olması və ya bununla bağlı təkliflər etməsi barədə məlumatı yoxdur. Sonradan Təqsirləndirilən şəxs Nardaran qəsəbəsində yaşayan kiminləsə məcbur şəkildə cinsi əlaqədə olması səbəbindən tutulduğunu eşitmişdir. Ədalət ona Əli ilə cinsi əlaqədə olmasını deməyib. O, özü də Ədalətin başqa bir kişi cinsindən olan şəxslə cinsi əlaqədə olmasını görməyib. Onun Əli ilə cinsi əlaqədə olmasını o, səhv etmirsə istintaq zamanı müstəntiqdən eşidib. İbtidai istintaq zamanı da verdiyi ifadəsini təsdiq edir. Onun məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələr arasında fərq yaranarsa onun istintaq zamanı verdiyi ifadələrinə istinad edilməsini xahiş edir”. - Şahid4 birinci məhkəmə instansiyasının icraatında ifadəsində göstərmişdir ki, “o, Nardaran qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs da Nardaran qəsəbəsinin sakini kimi tanıyır və onunla dostluq münasibəti olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 də qəsəbə sakinləri kimi tanıyır. Ədalət kənd əhli olan bir uşaqğı şantaj edib, uşağı həyətlərinə aparıb orada onunla arxadan cinsi əlaqədə olduğnu deyirdi. Bir dəfə Ədalət ondan uzaqlaşmağı deyib bir uşaqla görüşüb onunla həyətə girdi. O, uşağın adını bilmir. Onlara həyətə girdikdən sonra o, da hasardan onlara baxmışdır. Ədalət uşaqla həyətə girdikdən sonra həyətdəki tut ağacının altında uzandılar. Sonra da onun ibtidai istintaqda dediyi hərəkətləri etdilər. Ədalət əvvəl ona kənddə arxadan cinsi əlaqəda olan uşaq olduğunu, özünün də onu şantaj edib onunla olmaq istədiyini dedi. O, isə Ədələtə bunu etməməyi demişdir. O, Ədalətə deməmişdir ki, uşağı mənim üçün də düzəlt. Belə bir şey olmayıb. O, mağazadan gələndə Ədaləti uşaqla gedən görüb. Bundan sonra o, onları izləyib ki, hər şeyi görüb, öyrənsin, Ədalətin dedikləri həqiqət olsa, onunla dostluğu pozsun. O, istintaqda gördüyünü deməməsinin səbəbi istintaqda bu haqda ondan soruşulmaması olub. Ədalət ona həmin uşaqla iki dəfə cinsi əlaqədə olduğnu demişdir. O, Ədlətin həmin uşaqla cinsi əlaqədə olduğunu görəndən sonra ona səninlə qurtardım deyib, ondan ayrılmışdır. O, müstəntiqə həqiqəti danışıb, nə soruşub onu cavab verib, müstəntiqi ancaq istintaq zamanı görüb. Ona heç kim öyrətməyib, heç kim ona təsir etməyib. O, istintaq zamanı daha dolğun ifadələr verib. O, Əliyə Ədalətin onunla cinsi əlaqədə olmasını düzüb qoşmağı təklif etməyib. Bunlar yalandır. O, özü Əli ilə cinsi əlaqədə olmamışdır. Həmin vaxtdan xeyli müddət keçdiyi üçün bəzi halları unudub. O, istintaq zamanı verdiyi ifadələrini tam təsdiq edir.Uşaq dediyi şəxs də Zərərçəkmiş şəxs2dur”. - Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəəsindən tanıyır və onunla dostluq münasibəti olmuşdur. Təqribən bir neçə ay əvvəl gündüz saatlarında Ədalətlə birlikdə Nardaran qəsəbəsində yerləşən parkda oturaraq “Bizon” soku içmişlər. Sok içdikləri vaxt eyni zamanda ümumi söhbətlər etmişlər. Söhbət etdikləri zaman Təqsirləndirilən şəxs Əli adlı qəsəbədə yaşayan tanışının olduğunu, ehtiyacı olduğu halda onu yaşadığı evin həyətyanı sahəsinə apararaq cinsi əlaqədə olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs dediklərini eşitdikdən sonra etdiyi hərəkətin günah olduğunu bildirərək qeyd edilən hərəkətləri etməməsini demişdir. Onun bu sözünə Ədalət məhəl qoymamış və birlikdə gedərək Əli adlı şəxslə cinsi əlaqədə olmağı təklif etmişdir. O, Təqsirləndirilən şəxs bu barədə düşünəcəyini demişdir. Ədalət bu sözdən sonra ondan oradan uzaqlaşmasını məsləhət bildirmişdir. Nə üçün uzaqlaşacağını soruşduğu zaman Ədalət Əli adlı şəxsin gəldiyini, onu götürərək yaşadığı evə aparacağını, onu gördüyü halda Əlinin getməmə ehtimalının olduğunu demişdir. O, Ədalətin bu sözündən sonra yaxınlıqda yerləşən dükana getmiş və özünə siqaret almışdır. Oradan çıxaraq yenidən parka qayıtmışdır. Qayıtdığı zaman Ədalətlə Əlinin getdiyini görmüşdür. Parkda bir neçə dəqiqə oturduqdan sonra Ədalətin mobil telefonunun “Watsapp” sosial şəbkəsinə sms yazaraq Əli adlı şəxslə onu görüşdürüb-görüşdürməyəcəyini soruşmuşdur. Bu zaman Ədalət ona sms yazaraq Əlinin onunla cinsi əlaqədə olmaq istəmədiyini, qorxduğunu demişdir. Ədalətin bu smsindən sonra o, Ədalətin yaşadığı evə getmişdir. Ədalətgilin evinin qarşısına çatdığı zaman Əli adlı oğlanın onların həyətindən çıxdığını görmüşdür. Əli getdikdən sonra Ədalətin yaşadığı həyətə keçmiş və ona uşağın yaşının az olduğunu, etdiyi hərəkətin düzgün olmadığını bildirmişdir. Lakin Ədalət onun sözünü qəbul etməyərək mübahisə edərək özünün biləcəyi iş olduğunu demişdir. Bundan sonra o, oradan çıxaraq getmiş və Ədalətlə heç bir əlaqə qurmamışdır. Ədalət ona Əli ilə cinsi əlaqədə olmağı təklif etmişdir. O, da yalnız Ədaləti və Əlini yoxlamaq üçün razılıq verdiyini, həqiqətdə isə onu Əli ilə cinsi əlaqədə olmaqla bağlı niyyətinin olmadığının, Ədalətdən Əli adlı şəxslə danışaraq cinsi əlaqədə olmağı xahiş etməmişdir. Ədalət özü ona Əli ilə cinsi əlaqədə olmağı təklf etmişdir. O, isə Əlini və Ədaləti yoxlamaq üçün razılıq vermişdir”. - Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 Nardaran qəsəbəsinin sakinləri kimi tanıyır. Zərərçəkmiş şəxs2 ilə dostluq, Təqsirləndirilən şəxs ilə adi münasibəti olmuşdur. O, polisə çağırlmamışdan təxminən iki ay əvvəl yaşadığı evin həyətindəki istixanada olarkən Əli ora gəldi. Əlinin kefi yox idi. O, Əlidən bunun səbəbini soruşduqda Əli dedi ki, Ədalət təqribən bir ay əvvəl yaşadığı evin yaxınlığında olarkən Ədalət onun yanına gəlib ona onun Binə qəsəbəsində yaşayan xalası oğlu Həmidin onunla arxadan cinsi əlaqə olması barədə onda məlumat olduğunu deyib onunla da cinsi əlaqədə olmağı tələb etdiyiyni, razı olmasa o, bu barədə onun valideynələrinə deyəcəyini Əliyə deyib onunla cinsi əlaqədə olmaq üçün Əlini evinə çağırmışdır. Əli etiraz edib getməmiş, lakin həmin günü Ədalət Əlini yaşadığı evin yaxınlığında görüb ona ev işlərində ona kömək etmək bəhanəsi ilə onlara getməyi xahiş etmişdir. Əli də razılaşıb Ədalətin yaşadığı Nardaran qəsəbəsindəki evinə getmişdir. Orada Ədalət onu evin arxasındakı tut ağacının yanına gətirib orada Əlinin başından vuraraq şalvarını çıxartmasını tələb etmişdir. O, Ədalətə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmayacağını dediyi zaman Ədalət cinsi əlaqədə olmayacağı halda onun Həbiblə cinsi əlaqədə olması barəsində onun valideynlərinə bu barədə məlumat verəcəyini bildirmişdir. Əli də Ədalətin onun valideynlərinə məlumat verməsindən ehtiyyat edərək əynindəki şalvarın aşağı çəkmişdir. O, şalvarı aşağı çəkdikdən sonra Ədalət də əynindəki şalvarı aşağı çəkib Əlidən onun cinsiyyət orqanını əli ilə tutaraq ovxalayaraq durğuzmağı tələb etmişdir. Əli bunu etmək istəməmiş, Ədalət onun başından yenidən sillə ilə vuraraq əli ilə onun cinsiyyət orqanını ovxalamağı tələb etmişdir. Əli də məcbur olub Ədalətin cinsiyyət orqanını əli ilə oynadaraq durğuzmuşdur. Ədalət cinsiyyət orqanı durduqdan sonra Əlidən əyilməsini tələb etmişdir. Əli də Ədalətin onu vuracağından ehtiyyat edərək onun qarşısında əyilmişdir. Bundan sonra Ədalət də cinsiyyət orqanını Əlinin araxsına salaraq onunla onunla cinsi əlaqədə olub spermasını ağacın dibinə boşaldıb Əlidən onun cinsiyyət orqanını yalamağı tələb etmişdir. Əli isə razılaşmayaraq şalvarını çəkib oradan qaçmışdır. Bu hadisədən təqribən iki-üç gün sonra saat 13:00 radələrində Ədalət yenidən Əlini onu yaşadığı evin yaxınlığında görüb onu məcbur edib yaşadığı evin həyətinə aparmışdır. Ədalət Əlini əvvəl arxadan cinsi əlaqədə olduğu tut ağacının yanına aparıb Əliyə hədəqorxu gələrək onun cinsi orqanını yalamağı Əlidən tələb etmişdir. O, da Ədalətin onun valideynlərinə, qohumlarına və kənd camaatına məlumat verəcəyini bildirdiyi üçün onunla razılaşmışdır. Razılaşdıqdan sonra Əli Ədalətin cinsi orqanını bir neçə dəqiqə yalayıb Ədalətin cinsiyyət orqanını durquzmuşdur. Bundan sonra Ədalət də cinsiyyyət orqanını Əlinin arxa dəliyninin içərsinə salıb onunla cinsi əlaqədə olmuşdur. Əli Ədalətin onun arxasından cinsi əlaqədə olduğu zaman hasardan kənd sakini Rəsul adlı şəxsin onlara baxdığını görmüşdür. Ədalət isə Əli ilə cinsi əlaqədə olub qurtarıb spermasını tut ağacının dibinə boşaltmışdır. Həmin vaxt Əli Ədalətə hasardan Rəsulun vasitəsi ilə onun şəkilini çəkdirdiyini deyərək bir daha onunla görüşməyəcəyini bildirmişdir. Ədalət də Əliyə Rəsulla da cinsi əlaqədə olmağı təklif etmişdir. Əli isə razılaşmayıb getmişdir. O da Əliyə polisə şikayət etməyi məsləhət bilmişdir. O, Əlidən eşitdikləri barədə istintaq zamanı ətraflı ifadələr verib. Həmin ifadələrini təsdiq edir”. - Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, “Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindən tanıyır. Zərərçəkmiş şəxs2 ilə dostluq, Təqsirləndirilən şəxs ilə adi münasibəti olmuşdur. O, iki ay əvvəl yaşadığı evin həyətindəki istixanada olarkən Əli də onlara gəlmişdir. Əli onunla salamlaşdıqdan sonra o, Əlinin kefinin olmadığını görüb ondan bunun səbəbini soruşmuşdur. Əli Təqsirləndirilən şəxs ona qarşı düzgün hərəkətlər etmədiyini dedi. Əlidən nə olduğunu soruşduğu zaman Əli Ədalətin ona etdiklərini danışaraq bildirdi ki, təqribən bir ay əvvəl yaşadığı evin yaxınlığında Ədalətlə qarşılaşmışdır. Ədalət ona salam verib onunla ümumi söhbət edərək münasibət yaratmışdır. Bundan bir gün sonra yenidən yaşadığı evin yaxınlığında olarkən Ədalət onun yanına gəlib söhbət edib söhbət əsasında Əliyə onun Binə qəsəbəsində yaşayan xalası oğlu Həmidin onunla arxadan cinsi əlaqə olması barədə onda məlumat olduğunu demişdir. O, Ədalətdən bu barədə məlumatı ona kimin verdiyini soruşmuşdur. Ədalət isə məlumatın ona çatdığını, məlumat verən şəxsin kim olmasının önəmli olmadığını deyərək onunla cinsi əlaqədə olmayacağı halda valideynlərinə məlumat verəcəyini Əliyə bildirmişdir. O, Ədalətə etiraz edərək onunla qeyritəbii yolla cinsi əlaqə olmayacağını demişdir. Onun bu sözündən sonra Ədalət səhər onlara gəlməyi tapşırmış və gələməyəcəyi halda bu barədə valideynlərinə, eyni zamanda yaşadığı Nardaran qəsəbəsi sakinlərinə məlumat verəcəyini demişdir, lakin Əli həmin günün səhəri Ədalətgilə getməmişdir. Həmin günü saat 14:00 radələrində Ədalət onu yaşadığı evin yaxınlığında görüb onunla görüşərək birlikdə onlara getməyi xahiş etmişdir. O, etiraz etdikdə Ədalət evdə görüləcək işlərinin olduğunu deyərək ona kömək etməsini xahiş etmişdir. O, bundan sonra etiraz etməyərək Ədalətin yaşadığı Nardaran qəsəbəsi, N.Əsgərov küçəsində yerləşən evinə getmişdir. Evin həyətinə daxil olmuş və Ədalət onu evin arxasında yerləşən tut ağacının yanına gətirib orada Ədalət onun başından vuraraq şalvarını çıxartmasını tələb etmişdir. O, Ədalətə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmayacağını dediyi zaman Ədalət cinsi əlaqədə olmayacağı halda valideynlərinə bu barədə məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs valideynlərinə məlumat verməsindən ehtiyyat edərək əynində olan cins şalvarın qarşısını açaraq aşağı çəkmişdir. O, şalvarı aşağı çəkdikdən sonra Ədalət də əynindəki şalvarı aşağı çəkmiş, Əlidən Ədalətin cinsiyyət orqanını əli ilə tutaraq ovxalayaraq durğuzmağı tələb etmişdir. Əli bunu etmək istəmədiyi zaman Ədalət başından yenidən sillə ilə vuraraq əli ilə onun cinsiyyət orqanını ovxalamağı tələb etmişdir. O, məcbur olub Ədalətin cinsiyyət orqanını əli ilə oynadaraq durğuzmuşdur. Ədalət cinsiyyət orqanı durduqdan sonra Əlidən əyilməsini tələb etmişdir. Əli də Ədalətin onu vuracağından ehtiyyat edərək onun qarşısında əyilmişdir. Ədalət də cinsiyyət orqanını onun anal dəliyinə salaraq onunla bir neçə dəqiqə ərzində Əli ilə qeyri-təbii yolla onunla cinsi əlaqədə olduqdan sonra spermasını ağacın dibinə boşaltmışdır. Bundan sonra Ədalət Əlidən onun cinsiyyət orqanını yalamağı tələb etmişdir. Əli isə Ədalətlə razılaşmayaraq şalvarını çəkib oradan qaçıb getmişdir. Bu hadisədən təqribən iki-üç gün sonra saat 13:00 radələrində Ədalət yenidən Əlini onu yaşadığı evin yaxınlığında görüb onula salamlaşdıqdan sonra yenidən onlara getməyi tələb etmişdir. Əli isə getmək istəməmişdir. Ədalət də ona getməyəcəyi halda valideynlərinə bu barədə məlumat verəcəyini ona demişdir. O, da məcbur olub Ədalətlə yenidən onun yaşadığı evin həyətinə getmişdir. Onların həyətinə daxil olduqdan sonra Ədalət Əli ilə əvvəl arxadan cinsi əlaqədə olduğu tut ağacının yanına aparmışdır. Orada da Ədalət şalvarını aşağı salıb Əliyə hədə-qorxu gələrək onun cinsi orqanını yalamağı Əlidən tələb etmişdir. O, da Ədalətin onun valideynlərinə, qohumlarına və kənd camaatına məlumat verəcəyini bildirdiyi üçün onunla razılaşmışdır. Razılaşdıqdan sonra Ədalətin cinsi orqanını bir neçə dəqiqə yalayıb Ədalətin cinsiyyət orqanını durquzmuşdur. Bundan sonra Ədalət də Əlinin arxasından cinsi əlaqədə olmuşdur. Əli Ədalətlə cinsi əlaqədə olduğu zaman hasardan kənd sakini Rəsul adlı şəxsin onlara baxdığını görmüşdür. Ədalət isə Əli ilə cinsi əlaqədə olub qurtarıb spermasını tut ağacının dibinə boşaltmışdır. Həmin vaxt Əli Ədalətə hasardan Rəsulun vasitəsi ilə onun şəkilini çəkdirdiyini deyərək bir daha onunla görüşməyəcəyini bildirmişdir. Ədalət də Əliyə Rəsulla da cinsi əlaqədə olmağı təklif etmişdir. Əli isə razılaşmayaraq oradan getmişdir. Bu hadisədən də bir neçə gün sonra Ədalət Əlinin mobil telefonuna “Watsapp” da sms yazaraq Rəsulun onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Əli isə Ədalətin təklifinə cavab verməyib mobil telefonunu qırıb sındırmışdır. Bundan sonra Ədalət də onunla əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs2 ona baş verənləri danışdıqdan sonra o, Əliyə polisə şikayət etməyi və ya ailə üzvlərinə bu barədə danışmağı məsləhət bilmişdir. Ancaq Əli utandığı üçün heç kimə bu barədə danışa bilməyəcəyini demişdir. Əlinin bu sözündən sonra o, Əliyə heç nə deməmiş və Əli onlardan çıxaraq getmiş, bir daha aralarında bu barədə heç bir danışıq olmamışdır. Onun özünün isə Təqsirləndirilən şəxslə yaxın münasibəti olmamışdır, bu səbəbdən bu barədə ona heç bir söz deməmişdir. Əlinin xalasıoğlu Həmidlə qeyri-təbii yolla cinsi əlaqədə olmasını Əli hadisələri ona danışdığı zaman eşitmişdir. O, özü də 2019-cu ilin noyabrdekabr aylarında onların yaşadığı evdə Əli ilə, Əli də onunla iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar”. - Şahid3 ifadələrində göstərmişdir ki, “o, 1998-ci ilin may ayından Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs Nardaran qəsəbəsinin sakini kimi tanıyır. 2020-ci ilin iyul ayının əvvəllərində Xəzər dənizinin Nardaran qəsəbəsi ilə Bilgəh qəsəbəsinin sərhəddində olan hissəsində olduğu zaman Ədaləti orada görmüşdür. Onunla salamlaşdıqdan sonra bir müddət ümumi söhbət etmişlər. Söhbət əsnasında Ədalət onun mobil telefon nömrəsini istəmiş və onunla işinin olduğunu bildirmişdir. O, həmkəndli kimi etiraz etməmiş və Ədalətə özünə məxsus olan 077 *** ** ** mobil telefon nömrəsini vermişdir. Həmin gün axşam saatlarında 070 *** ** ** mobil telefon nömrəsinin “Watsapp” sosial şəbəkəsində ona məxsus 077 *** ** ** mobil nömrəsinin “Watsapp” sosial şəbəkəsinə sms gəlmişdir. Smsə baxdığı zaman “Salam” yazıldığını görmüşdür. O, smsə cavab olaraq salam vermiş və kim olduğunu soruşmuşdur. Smsinə cavab gəlmiş və yazan şəxs Ədalət olduğunu bildirmişdir. O, sms yazan şəxsdən hansı Ədalət olduğunu soruşduğu zaman o, dənizdə işləyən Ədalət olduğunu bildirmişdir. O, bundan sonra sms yazan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş və ondan nə lazım olduğunu soruşmuşdur. Ədalət isə ümumi kefini soruşmaq üçün yazdığını bildirdi. O, Ədalətə hər şeyin qaydasında olduğunu dedikdən sonra Ədalət həmin günü heç bir söz yazmamışdır. Səhəri gün Təqsirləndirilən şəxs yenidən ona “Watsapp” sosial şəbəkəsində sms yazaraq dənizə gəlib-gəlməyəcəyini soruşmuşdur. O, Ədalətə işdə olduğu üçün dənizə gəlməyəcəyini bildirmişdir. Bundan sonra Ədalət heç bir sms yazmamışdır. Axşam saatlarında evdə olduğu zaman Təqsirləndirilən şəxs yenidən “Watsapp” sosial şəbəkəsində sms yazmışdır. Onun smsinə cavab yazdıqdan sonra Ədalət ondan xoşunun gəldiyini bildirərək görüşməyi təklif etmişdir. O, ilk əvvəl Təqsirləndirilən şəxs nə demək istədiyini anlamamışdır. Sonradan isə Təqsirləndirilən şəxs tam açıq şəkildə ona sms yazaraq görüşərək onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs onun ele bir şəxs olmadığını, ibadətlə məşğul olduğunu, bu səbəbdən bir daha bu cür təkliflər etməməsini tapşırmışdır. Ədalət isə sms yazmağa davam etmiş və ondan xoşunun gəldiyini, onunla cinsi əlaqə olmaq istədiyini təkrarən bildirərək onu dəniz kənarındakı iş yerinə dəvət etmişdir. O, Ədalətdən təkrarən qeyd edilən məzmunda təkliflər edəcəyi halda onunla başqa cür danışacağını bildirmişdir. Ancaq Ədalət onun bu smsindən sonra axşam saatlarında evdə tək olacağını deyərək evə gəlməyi təklif etmişdir. O, Ədalətin sms yazmağa davam etdiyini görüb nəlayiq ifadələrlə onu təhqir etmiş və mobil telefon nömrəsini bloklamışdır. Təqsirləndirilən şəxs mobil telefon nömrəsini blokladıqdan sonra o, sms yazmağa başlamışdır. O, onun smslərinə cavab yazmamış və bundan sonra Ədalət sms yazmağı dayandırmışdır. Təqsirləndirilən şəxs ona heç bir hədə-qorxu gəlməmişdir. O, sadəcə olaraq Ədalətin təklifini qəbul etməmiş, ona dəfələrlə yazmamasını demişdir. Təqsirləndirilən şəxs “Watsapp” sosial şəbəkəsində ona yazdığı smsləri silmişdir. Ədalətin başqa şəxslərlə cinsi əlaqədə olması və ya bununla bağlı təkliflər etməsi barədə onda heç bir məlumat yoxdur”. - İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadələrində göstərmişdir ki, “xx.xx.2020-ci il tarixində, saat 12:22 radələrində evdə olduğu zaman ona məxsus 055 *** ** ** mobil telefon nömrənin “Watsapp” sosial şəbəkəsindəki profilinə 070 *** ** ** mobil telefon nömrəsinin “Watsapp” sosial şəbəkəsindən sms gəlmişdir. Smsə baxdığı zaman “yaxınlaşmaya ya cəsarəti yada yanmadan qorxan kişi olmur” sözlərinin yazıldığını görmüşdür. Nömrəni tanımadığı və yazılan smsi anlamadığı üçün sms yazan şəxsin səhvən ona yazdığını düşünmüş və bu səbəbdən sual işarəsi göndərmişdir. Onun göndərdiyi sual işarəsindən sonra sms yazan şəxs ona “düşünən” emojisi göndərmişdir. Bundan sonra ondan kim olduğunu soruşmuşdur. Həmin şəxs qısa olaraq ona “Ümid” yazmışdır. Bundan sonra həmin şəxsə bunun nə olduğunu və kimə yazdığını soruşmuşdur. Bu zaman sms yazan şəxs Fatimə xanıma yazdığını, ilk smsinin isə statusuna görə yazdığını bildirmişdir. O, bu smsdən sonra həmin şəxsə nömrəni düzgün yazmasını bildirmişdir. Bundan sonra sms yazan şəxs “Niyə” sözü yazmış və yenidən “düşünən” emojisi göndərmişdir. O, isə həmin şəxsi onu tanımadığını bildirmişdir. Bu smsindən sonra həmin şəxs məktəb oxumadığını, yetimxanada sadəcə iztirab, əziyyət və həsrət çəkdiyini, onu tanıdığını, adının Ümid olduğunu bildirmişdir. O, həmin şəxsi tanımadığını dəqiqləşdirdikdən sonra ona lap yaxşı sözü yazmışdır. Bundan sonra sms yazan tanımadığı şəxs Əlinin əri olduğunu bildirərək Hüseynin kim olduğunu soruşmuşdur. O, həmin şəxsin artıq ona qarşı nəlayiq ifadələr işlətdiyini görüb onu qorxutmaq üçün oğlu ilə danışmasını bildirmşdir. Bu smsindən sonra həmin şəxs Nardaranlı olduğunu, telefonda nə işlərlə məşğul olduğunu gördüyünü deyərək onu hədələməyə başlamışdır. Bundan sonra oğlu Əliyə zəng edərək bir nəfər əvvəllər tanımadığı şəxsin ona sms yazdığını demişdir. Əli isə ondan sms yazan şəxsin mobil telefon nömrəsini istəmişdir. O, sms yazan şəxsin 070 *** ** ** mobil telefon nömrəsini oğlu Əliyə göndərmişdir. Bir neçə dəqiq sonra sms yazan şəxs ona yenidən sms yazaraq oğlunun ona zəng etdiyini, onu taparaq öldürəcəyini bildirdiyini deyərək oğlunun polis məmurunu öldürməyin nə demək olduğunu bilmədiyini demişdir. Bu sözdən sonra o, sms yazan şəxsin polis əməkdaşı olduğunu düşünmüş və ona oğlu ilə danışmamasını xahiş etmişdir. Daha sonra həmin şəxslə danışaraq onu görüşə çağırmaq istəmişdir. Məqsədi isə onu görüşə gətirərək polisə şikayət etmək və tutulmasını təmin etmək olmuşdur. Dəfələrlə həmin şəxsi çağırsa da, o, görüşə gəlməkdən imtina edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində postda olduğunu, bu səbəbdən çıxa bilmədiyini demişdir. Saat 19:00 radələrinədək sms yazan şəxsi görüşə çıxartmağa çalışsa da, buna nail ola bilməmişdir. Artıq həmin şəxsin onu təhqir etdiyini görüb Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 42-ci PB-dən ona zəng gəlmiş və onu bölməyə dəvət etmişlər. Bölməyə gedərək ərizə və izahat yazmışdır. O, ona sms yazan şəxsin onun mobil telefon nömrəsini haradan əldə etməsi barədə heç bir məlumat vermədiyini, Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları ona zəng edərək sms yazan şəxsin şəxsiyyətini müəyyən etdiklərini və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirdiklərini, bölməyə gedərək həmin şəxsi gördüyünü və bu zaman həmin şəxsi tanımadığını, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, Təqsirləndirilən şəxs adlı şəxsin ona hədə-qorxu gələrək onunla münasibət qurmasını tələb etdiyini bildirmişdir”. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs1, Şahid1 və Şahid3 ilə Təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda üzləşdirmələr keçirilmişdir. Üzləşmə zamanı Zərərçəkmiş şəxs1 öz ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs onunla anal yolla onunla cinsi əlaqədə olduğunu, cinsiyyət orqanını onun ağzına salaraq cinsi əlaqədə olmadığını, şahidlər Şahid1 və Şahid3 isə üzləşmə zamanı ifadələrində bildirdiklərini Təqsirləndirilən şəxs yanında təsdiq etmişlər. Bundan başqa, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 350 saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 82 saylı rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Lakin tək-tək hallarda qeyritəbii yolla cinsi əlaqə özündən sonra iz qoymursa bunu məhkəmə-tibbi yolla təyin etmək hər zaman mümkün olmur. - Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 2245 saylı rəyindən görünür ki, hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 561 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Onun xarici cinsiyyət üzvlərində cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əlaqələrinin müəyyən edilməsi üçün ibtidai istintaq zamanı *** *** ** **, 070 *** ** ** və 070 *** ** ** mobil telefon nömrələrinə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglər, nömrələrin kimə məxsus olması, nömrə sahibinin soyadı, adı, atasının adı və ünvanı, mesajların siyahısı və mətni barədə məlumatlar Sabunçu rayon məhkəməsinin qərarı ilə "xxxx" MMC-dən götürülmüşdür. Yalnız SMS Tarixçəsi **********5022 ********* adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs məxsus olan 070 *** ** ** mobil telefon nömrəsindən *** *** ** **, 077 *** ** ** və 077 *** ** ** mobil telefon nömrələrinə smslər göndərildiyi, smslərin məzmununda intim və fiziki zor tətbiq etmə xarakterli smslər olduğu müəyyən edilib sübutu əhəmiyyət kəsb etdiyindən qeyd edilən fayllar kağıza çıxarılaraq protokola əlavə olunmuş, "xxxx" MMC-dən götürülmüş sompakt disk (CD) maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.2.5 və 150.2.3-cü maddələri ilə bəraət verilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ibtidai istintaqın ilkin mərhəlsində verdikləri etirafedici ifadələrini işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlib həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilməlidir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs bəyan etdiyi halları, o cümlədən də zərəçəkmiş şəxslərə qarşı uşaqbazlıq etməməsi, özünün isə impotent olması barəsindəki ifadələrinin faktiki əsası olmayan özünün müdafiəsinə yönələn ifadələr kimi qiymtləndirir. Çünkü onun bu ifadələri iş üzrə doğruluğu qəbul olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, üzləşdirmə protokolları ilə, habelə Təqsirləndirilən şəxs qarşı cinsin nümayəndəsinə da intim münasibətlərə daxil olmağı üçün onunla tanış olmağa cəhd etməsini təsdiq təsdiq edən sübutlarla təkzib olundu. Bundan başqa, apellyasiya icraatı zamanı Kamran Əkbərovun sədrliyi ilə aparılan məhkəmə istintaqı zamanı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 müdafiəçinin sualına cavab verərkən Təqsirləndirilən şəxs ona hər hansı seksual xarakterli hərəkətlərin olmamasını və polis əməkdaşlarının təzyiqi nəticəsində bu cür ifadə verməsini bildirmişdir. Daha sonra isə suallara cavab verərkən qonşusu Talıb adlı şəxsin bağında əncir yığdını, Təqsirləndirilən şəxs ona zorakılıq göstərərək bir dəfə arxa nahiyədən cinsi əlaqədə olduğunu, özünün isə Zərərçəkmiş şəxs2la hər hansı münasibətinin olmamasını bildirmişdir. Apellyasiya icraatı zamanı sədrlik edən hakim dəyişdiyindən məhkəmə istintaqı təzələnmiş və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs1 yenidən dindirilmişdir. Həmin iclasda sualları cavablandırarkən Təqsirləndirilən şəxs Allah xatirinə bağışladığını, polis tərəfindən təzyiqə uğradığından o cür ifadə verdiyini və Təqsirləndirilən şəxs ona qarşı hər hansı seksual xarakterli hərəkətlərin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ziddiyətli ifadələrinin, eləcə də Təqsirləndirilən şəxs ona qarşı hər hansı cinayət əməlinin etmədiyi təqdirdə niyə “onu bağışlayıram” cümləsinin dəfələrlə işlətməsinin səbəbi soruşulsa da, zərərçəkmiş şəxs bu suallara cavab verə bilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, ibtidai istintaqda, birinci instansiya məhkəməsinin istintaqı zamanı verdiyi etirafedici ifadələrini işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlib həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilməlidir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi halları əyani şəkildə hadisə yerində də göstərib ifadələrini təsdiq etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs ona qarşı hər hansı seksual xarakterli hərəkətlərin olmamasını dair ifadəsinin mötəbər hesab etmir. Bundan savayı, məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisinin “Təqsirləndirilən şəxs aldığı travmalarla bağlı qeyri-təbii yolla cinsi əlaqədə olaraq uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətlər edərək hazırkı cinayətin törətməsinin fiziki cəhətdən mümkün olmaması” ilə bağlı dəlillərini əsasız hesab edərək bunları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 561 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Onun xarici cinsiyyət üzvlərində cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Buna baxmayaraq apellyasiya icratı zamanı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilmiş və həmin qərarda aşağıdakı suallar verilmişdir: - Təqsirləndirilən şəxs cinsi aktivliyi varmı? - Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hal varmı? - Təqsirləndirilən şəxs cinsi aktivliyin olmadığı və ya xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hallar olduğu təqdirdə bu halların yaranma səbəbi və tarixi hansı andan başlamışdır? - Təqsirləndirilən şəxs 2019-cu ilin avqust aylarında cinsi orqanını digər kişi cinsindən olan şəxsin anal dəliyinə daxil etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə ola bilərdimi? - Təqsirləndirilən şəxs 2020-ci ilin aprel-may aylarında iki dəfə olmaqla kişi cinsinə məxsus şəxsdən cinsi orqanını gərginləşdirmək üçün əli ilə oynatmağa məcbur etdikdən sonra gərginləşmiş cinsi orqanını ilk əvvəl onun ağız boşluğuna, sonra isə anal dəliyinə daxil edib qeyri-təbii yolla cinsi əlaqədə ola bilərdimi? Həmin qərar əsasında apellyasiya icraatı zamanı məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 217 nömrəli ekspert rəyində qoyulmuş suallara aşağıdakı qaydada cavablandırılmışdır: - Təqsirləndirilən şəxs mütəxəssis müayinəsi zamanı onda hal-hazırda errektiv funksiyasının olduğu müəyyən edilmədi, yəni cinsi qabiliyyəti mənfidir. - Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hal errektiv funksiyasının olmamasıdır. - Təqsirləndirilən şəxs cinsi qabiliyyətinin olmamasına səbəb çanaq orqanlarında aparılan əməliyyatların sinir-əzələ damar çatmamazlıqları İlə əlaqədardır. Qeyd olunan əməliyyatlar iş materiallarına əlavə edilmiş tibbi sənədlərdə olan müddətdən sonra yaranması istisna edilmir. - Təqsirləndirilən şəxs cinsi gücsüzlüyünə səbəb ola biləcək somatik, əsəb, ruhi xəstəliklərin olmaması, xarici cinsiyyət üzvləri nahiyəsində mexaniki maneələr (fil xayalığı, böyük qasıq-xaya yırtıqları), anadangəlmə qüsurlar (hipospadİya, epispadiya) olmadığından, həmçinin, keçirdiyi xəsarətlərin lokalizasiya, xarakteri və nəticələrinin cinsi əlaqədə olma qabiliyyətini məhdudlaşdırmadığını nəzərə alaraq demək olar ki, 2019-cu ilin avqust və 2020-ci ilin aprel-may aylarında öz cinsiyyət üzvünün gərginləşdirilməsi, digər şəxsin anal dəliyinə daxil etməsi və qeyri-təbii yolla cinsi əlaqədə ola bilməsi mümkün hesab edilir. Məhkəmə kollegiyası qeyd olunan ekspert rəyi ilə bağlı verilmiş suallara ətraflı aydınlıq gətirilməsi ilə bağlı rəyi tərtib edilmiş ekspert Ceyhun Allahverdiyevin məhkəmə iclasında iştirakı təmin etmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Ceyhun Allahverdiyev proses iştirakçıları və məhkəmə tərkibinin suallarını cavablandırarkən bildirmişdir ki, “Nəzərə alınmalıdır ki, bu hal insanın beyni və sinir sistemi ilə tənzimlənən bir prosesdir. Tibbi sənədlərdə belə bir azospermiya ilə bağlı General Hospitala göndəriş verilmişdir. Həmin göndərişdə azospermiya aşkar olunması qeyd edilmişdir. Yəni spermanın hasilatının ləngiməsi və ya mümkün olmaması. Azospermiyanın yoxlanılması mütləq qaydada insanın gərginləşmiş kişi cinsiyyət üzvü olmalıdır, yəni spermanı götürmək üçün mütləq qaydada ereksiya olmalıdır. X14 Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, azospermiya aşkar olunmuşdur. Məhz müraciəti əsasında xx.xx.2021-ci il tarixdə X14 Mərkəzi tərəfindən məktub verilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən impotentdir. Halbuki, şəxs impotentdirsə onda ereksiya ola bilməzdir. Nəzərə alınmalıdır ki, impotensiya xəstəliyi şəxsin cinsi əlaqəyə girə bilməməsi deyildir. İmpotensiya insanın cinsi fəaliyyətinin zəifləməsi deməkdir. Yəni o da hər hansı bir şəraitdən asılı olaraq impotent vəziyyət kimi qiymətləndirilə bilər. Hər bir adamda impotensiya mümkündür və o vaxtından, şəraitdən və ya partnerdən asılı olaraq dəyişir. Yəni impotensiya həmin adamda cinsi fəaliyyət olmaması demək deyildir. Bizdə ekspertiza aparılarkən qarın və kremaster deyilən bir metoddan istifadə edilir. Yəni biz ondan qıcaqlanmanı ötürən kimi cinsiyyət orqanında ona reaksiya veriməkdədir. Yəni xayalar normal inkişaf etmiş və kriptorxizm yoxdur. Hər iki xaya yerində olmaqla cinsiyyət üzvünün ölçüləri normal və inkişafı da yaxşı olmuşdur. Aparılan cərrahi əməliyyatlar cinsiyyət üzvləri ilə bağlı deyildir. Bunların həmin çanaq sisteminə aid olması isə mütəxəssisin fikri olmuşdur. Nəzərə alınmalıdır ki, 1, 2 və 3-cü sualların cavabları xx.xx.2023-cü il tarixdə olan müayinə gününə aiddir. Müayinə zamanı aparılan qıcaqlarda qeyd edilmişdir ki, onda zəif yuxarıda bir müayinə gedişi var, müayinə olunanın bel nahiyəsində xəsarətlər aşkar edilir, xarici cinsiyyət üzvləri hansılardır və kremaster zəif müsbətdir. Onlar tərəfindən baxılanda zəif müsbət olmuşdur. Lakin şəxs həmin vaxtı cinsiyyət üzvünün bərkiməsini və cinsiyyət üzvünün ora yeridilməsini inkar edə bilməz. Bu hal mümkün deyildir. Xəstədə impotensiya müəyyən olunub və impotensiyanın alınmış xəsarətlə səbəbli əlaqəsi vardır. Qeyd olunan impotensiyanın mövcudluğu xarici qıcıqlandırıcılar nəticəsində funksiya olunması mümkündür. Uroloqun müayinəsinin nəticəsi məhz həmin ana görədir. Bundan əlavə, nəzərə alınmnalıdır ki, müəyyən profilaktik tədbirlər görməklə mənfi ereksiya göstərə bilməsi halı da mümkündür. İnsanın saxlanma mühiti, yəni istintaq təcridxanasında qalan şəxsin tək impotensiya yox, sonraki proseslərə də təsir etməsidə mövcuddur. Hansısa tibb müəsisəsində simulasiyanın yoxlanması üçün, ən azı 3-4 gün yatmalı və o hər şeydən kənarlaşdırılmalıdır. Ondan sonra simulasiyanı öyrənmək mümkün ola bilir. Hərbi xidmətdəki xəsarətlə bağlı olunmuş əməliyyat onun ereksiya halının tamamilə kəsilməsinə səbəb olmayaraq sadəcə azalda bilməsi mümkün olmuşdur. Hətta hazırkı təqsirləndirilən şəxs gələcəkdə evlənə və şəxsin övladı ola bilər. Çünki, azospermiyanın da müalicəsi vardır”. Məhkəmə kollegiyası qeyd edir ki, məkhum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində və apellyasiya icraatı zamanı irəli sürdüyü “Təqsirləndirilən şəxs hazırkı aldığı travmalarla bağlı qeyri-təbii yolla cinsi əlaqədə olaraq uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətlər edərək hazırkı cinayətin törətməsinin fiziki cəhətdən mümkün deyildir” dəlili əsassız olmaqla istər ekspert rəyləri, istərsə də apellyasiya icraatı zamanı dindirilmiş ekspert Ceyhun Allahverdiyevin ifadəsi ilə tam təkzib edilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq müdafiəçinin apellyasiya şikayətinin dəlilləri qismində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbər hesab edilməməsi ilə bağlı bildirir ki, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2228 saylı rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs2 yüngül dərəcəli əqli gerilik aşkar olunur. Zərərçəkmiş şəxs2 ona qarşı edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə hadisə ilə əlaqədar yalan danışmağa meyillilik əlamətləri müahidə olunur. Göründüyü kimi Zərərçəkmiş şəxs2 tərəfindən yüngül dərəcəli əqli geriliyin olsa da, ona qarşı edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Bundan başqa, məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətinin “ilkin ibtidai istintaq dövründə verilmiş ilkin ifadə və izahatların təzyiq nəticəsində alınması” ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından xüsusi qərar çıxarılması ilə hissələrini də əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.2.5 və 150.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməli həmin Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla, məhkum edilmiş şəxslərin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, xx.xx.2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi düzgün olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətələrinin olmamasını Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 150.2.5 və 150.2.3-cü maddələri sanksiyası hüdudlarında qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum edilmiş şəxsin müdafiəçisi və Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5 və 150.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(103)-24/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-24/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver