Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-24/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1959-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
2. Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək ona Ukrayna Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan taxta materiallarının gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs4 2012-ci ilin iyun ayının sonunda ünvan 2 ünvanında yerləşən ofisdə 40.000 manat məbləğində nağd pulunu və 2012-ci ilin iyul ayının ilk ongünlüyündə həmin ünvanda 20.000 manat məbləğində nağd pulunu, ümumilikdə vahid niyyətlə əhatə olunan cəmi 60.000 manat məbləğində nağd pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
3. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək ona Litva Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan kartof məhsulunun gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs1 2012-ci ilin oktyabr ayının sonunda Bakı şəhəri metronun 20 yanvar stansiyasının yaxınlığında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 3.925 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayının ilk ongünlüyündə Bakı şəhəri, Binəqədi rayonu H.Babaşov küçəsində yerləşən adsız kafedə həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 7.850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayının ortalarında Abşeron rayonu, Xocasən qəsəbəsində yerləşən kartof anbarının yaxınlığında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 7.850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu və 2012-ci ilin noyabr ayının sonunda Bakı şəhəri metronun Xətai stansiyasının yaxınlığında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 7 850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu, ümumilikdə vahid niyyətlə əhatə olunan cəmi həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 27.475 manat təşkil edən 35.000 ABŞ dolları məbləğində nağd pulunu aldatma və etibardan suiistifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək ona Ukrayna Respublikasından Azərbaycan Respublikasına satış üçün un məmulatının gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs3 2012-ci ilin oktyabr ayının sonunda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Aygün siti ticarət mərkəzinin yaxınlığında 23.000 manat məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayının ilk ongünlüyündə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Palma” ticarət mərkəzinin yaxınlığında 23.000 manat məbləğində nağd pulunu və 2012-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Palma” ticarət mərkəzinin yaxınlığında 22.000 manat məbləğində nağd pulunu, ümumilikdə vahid niyyətlə əhatə olunan cəmi 68.000 manat məbləğində nağd pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 və "xxxx" MMC-nin etibarından suiistifadə edib sonuncuları inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək onların sifarişləri əsasında Litva Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan kartof məhsulunun gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onları aldatmış, "xxxx" MMC Təqsirləndirilən şəxs verilməsi üçün Zərərçəkmiş şəxs2 həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 241.155 manat təşkil edən 230.000 ABŞ dolları məbləğində nağd pul vermiş, sonuncu həmin məbləğdə pulu götürərək özündə olan həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 146.790 manat təşkil edən 140.000 ABŞ dolları məbləğində nağd pulu da onun üzərinə qoymaqla ümumilikdə həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 387.945 manat təşkil edən 370.000 ABŞ dolları məbləğində nağd pulu hazırladıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 2015-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 73.395 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində nağd pulu, 2015-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri metronun N.Nərimanov stansiyasının yaxınlığında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 209.700 manat təşkil edən 200.000 ABŞ dolları məbləğində nağd pulu, 2015-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu Z.Bünyadov prospekti 2076-cı məhəllə ünvanında yerləşən tikinti materiallarının satışı bazarında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 52.425 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində nağd pulu və 2015-ci ilin oktyabr ayının sonunda Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2076-cı məhəllə ünvanında yerləşən tikinti materiallarının satışı bazarında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 52.425 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində nağd pulu, ümumilikdə vahid niyyətlə əhatə olunan cəmi həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 387.945 manat təşkil edən 370.000 ABŞ dolları məbləğində nağd pullarını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda yəni cəmi həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 146.790 manat təşkil edən 140 000 ABŞ dolları məbləğində, digər zərərçəkmiş şəxs "xxxx" MMC-nə külli miqdarda yəni cəmi həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 241.155 manat təşkil edən 230.000 ABŞ dolları məbləğində ziyan vurmaqla dələduzluq etmişdir.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən (sədrlik edən: S.Əliyev, hakimlər: C.Hüseynov, E.İsmayılov), Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və "xxxx" MMC-yə qarşı dələduzluq epizodu üzrə olan ittihamdan Təqsirləndirilən şəxs "xxxx" MMC-yə qarşı dələduzluq etməsinə dair hissənin çıxarılması, "xxxx" MMC-nin hazırki iş üzrə zərərçəkmiş şəxs qismində işdə iştirakına xitam verilməsi hökm edilmişdir.
7. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
9. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilərək, CM-in 70-ci maddəsinin tətbiqinə dair, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Bayram oğluna və "xxxx" MMC-yə qarşı dələduzluq epizodu üzrə olan ittihamdan Təqsirləndirilən şəxs "xxxx" MMC-yə qarşı dələduzluq etməsi, eləcə də "xxxx" MMC-nin iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsinə dair müddəaların hökmdən xaric edilməklə irəli sürülmüş ittiham üzrə tam həcmdə yeni hökmün çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları:
10. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi hökmün ləğv edilərək, təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etdilər.
11. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı2 apellyasiya protestini müdafiə edərək, protestin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı barədə zərərçəkmiş şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya şikayət və protestə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İşin hüquqi məsələləri:
13. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
15. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
16. Birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun ibtidai istintaq materiallarında olan ifadəsi həqiqəti əks etdirmir, təhrif olunmuş formada, bəzədilmiş şəkildə yazılmışdır. O, dələduzluq etməmişdir, özünü dələduzluqla təqsirli bilmir. O, zərərçəkmiş şəxslərdən aldığı pulla mal vurmuşdur. Zərərçəkmiş şəxs3 Ukraynadan Azərbaycana satış üçün un məmulatları gətirmək məqsədilə 2012-ci ilin oktyabr ayının sonunda “Aygün siti” ticarət mərkəzinin yaxınlığında 23.000 manat məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayında Maştağa qəsəbəsində yerləşən “Palma” ticarət mərkəzinin yaxınlığında 23.000 manat məbləğində nağd pulunu və 2012-ci ilin noyabr ayının ortalarında yenə həmin yerdə 22.000 manat məbləğində nağd pulunu, 68.000 manat məbləğində nağd pulunu almış, ona qarşı dələduzluq etməmişdir. Həmin pulları iş qurmaq üçün almışdır. Məbləğin 60.000 manatını 5-6 il öncə qohumları vasitəsilə geri qaytarmışdır, ona cəmi 8000 manat borcu qalsada sonrada o puluda qaytarmışdır. O, zərərçəkmiş şəxslərdən iş görmək üçün pul almışdır, həmin şəxslər gəlib onun anbarındakı malları da görmüşlər. Onun axtarışda olmağı barədə məlumatı olmamışdır, yalandır. Zərərçəkmiş şəxs4 2012-ci ilin iyun ayının sonunda ünvan 5 ünvanında yerləşən ofisdə 40.000 manat məbləğində nağd pulunu və 2012-ci ilin iyul ayının ilk ongünlüyündə həmin ünvanda 20.000 manat məbləğində nağd pulunu, ümumilikdə cəmi 60.000 manat məbləğində nağd pulunu iş görmək adı ilə almışdır. O Sadiqə qarşı dələduzluq etməmişdir. Həmin məbləği Zərərçəkmiş şəxs4 Ukraynadan un məhsulları gətirmək üçün almışdır, lakin biznesi alınmadığı, iş batdığı üçün ona həmin məbləği qaytara bilmirmiş. Sonradan həmin pulu ona 1 il, 1 il yarım müddətində qaytarmışdır. Zərərçəkmiş şəxs1 Litvadan Azərbaycana topdan satış üçün kartof gətirilmək məqsədilə 2012-ci ilin oktyabr ayının sonunda metronun 20 yanvar stansiyasının yaxınlığında həmin vaxt dövr 3.925 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində nağd pulu, 2012-ci ilin noyabr ayında Binəqədi rayonunda yerləşən bir kafedə həmin vaxt 7.850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayının Xocasən qəsəbəsində yerləşən kartof anbarının yaxınlığında həmin vaxt 7.850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu və 2012-ci ilin noyabr ayının sonunda metronun Xətai stansiyasının yaxınlığında həmin vaxt 7 850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu, ümumilikdə 27.475 manat təşkil edən 35.000 ABŞ dolları məbləğində nağd pulunu almışdır. Həmin məbləği ona imkanı olmadığı üçün yaxınlarda qaytarmışdır. Zərərçəkmiş şəxs1 qarşı da heç bir dələduzluq etməmişdir. "xxxx" MMC-dən heç vaxt heç bir məqsədlə pul almamışdır, elə bir şirkətin varlığından xəbəri olmayıb. Zərərçəkmiş şəxs2 Litvadan Azərbaycana topdan kartof satışını həyata keçirmək məqsədilə 370.000 ABŞ dolları məbləğində nağd pul almış, aldığı pulun hamısını Füzuliyə geri qaytarmışdır. Onu polislər tutmamışdır. Qardaşı və dostu ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən onu axtardıqlarını dedikləri üçün özü İdarəyə getmişdir. İdarəyə gedən zaman 6 ya da 7 may tarixi olmuşdur. Zərərçəkmişlərin hər biri ilə biznes fəaliyyətləri olmuşdur, onlardan bu məqsədlə pul almışdır. Biznesi Ukraynadan Azərbaycana un məmulatlarının satış üçün topdan gətirilməsi və Litvadan Azərbaycana topdan kartof satışının həyata keçirilməsindən ibarət olmuşdur. Zərərçəkmiş şəxslər onun Meyvəli ticarət mərkəzinin yanında yerləşən anbarını da görmüşdülər, həmin anbarı mallar üçün istifadə edirmiş. Şirkəti və ya VÖEN-i olmayıb, monopolistin adından biznes fəaliyyəti göstərmişdir. Zərərçəkmiş şəxs2 Titan MMC ilə əlaqəsindən xəbəri yoxdur. İbtidai istintaq zamanı axtarışda olduğunu, nə də ki qaçıb gizləndiyini deməmişdir. Zərərçəkmiş şəxslərdən pulları almışdır, ancaq dələduzluq etməmiş, onun anbarda malları olmuşdur, zərərçəkmişlər də bilirmiş ki o pulları ancaq biznes üçün istifadə edir. Pullarını qaytarmadığı müddətdə zərərçəkmiş şəxslərlə əlaqə saxlayırmış, onlar onun vəziyyətini bildiyi üçün pullarını tələb etmirmişlər. Polisə gedənə qədər zərərçəkmişlərin bütün pullarını ödəyə bilməmişdir, qismən ödənməmiş hissəsi qalırmış. "xxxx" MMC-dən başqa digər zərərçəkmiş şəxslərdən aldığı pullar düzdür. Qardaşı ona onu axtardıqları barədə məlumat verdiyi üçün polisə getmişdir. Füzuli ilə 2015-ci ildə tanış olmuşdur, ona xaricdən Azərbaycana topdan satış üçün kartof gətirmək barədə danışdıqda o bu biznesə sərmayə qoya biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 ilk dəfə 27000 ABŞ dolları məbləğində nağd pulu alaraq, Litva və Belarusiyadan 27000 ABŞ dolları dəyərində kartof məhsulu gətizdirmişdir. Füzuli ona hissə-hissə 450.000 ABŞ dolları pul vermişdir. Füzuli 2015-ci ilin sentyabr ayında Meyvəli Ticarət mərkəzində ona 70.000 ABŞ dolları pul vermişdir. 2015-ci ilin sentyabr ayının sonunda Füzuli ona əlavə olaraq 200.000 ABŞ dolları pul vermişdir. Həm 70.000, həm də 200.000-i verən zaman onların yanın heç kim olmamışdır. 2015-ci ilin oktyabr ayında Füzuli ona 50.000 ABŞ dolları pul vermişdir. Sonuncu dəfə isə ona 150.000 ABŞ dolları pul vermişdir. Kartof məhsulu Azərbaycana gəldikdə təxminən 293000 manat dəyərində olan hissəsini Füzuliyə vermişdir, qalan hissəsini isə satmışdır. Füzulini aldatmamışdır, pulunu dələduzluqla ələ keçirməmişdir. Onun ölkəyə gətirdiyi mallarla bağlı gömrük sənədləri də var, təxminən 1000 ton kartof məhsulu Potidə qaldığı üçün o ziyan etmiş, buna görə də pulu qaytara bilməmişdir. Füzulidən 450.000 ABŞ dolları pul almış, ona 370.000 ABŞ dolları borcu qalmışdır. Azərbaycana 300.000 ABŞ dolları dəyərində kartof məhsulu gəlmişdir, qalanı isə Potidə qalmışdır. Aldığı pulları mal alışına xərcləmişdir. Zərərçəkmiş şəxslər özləri Potiyə gedib görmüşdülər ki, mal xarab olub. 1000 ton malı Azərbaycana gətirmişdir. Mal monopolist şirkətin adından qəbul edilmişdir. Monopolist şirkətin adı AF Business olmuşdur. AF Business malı qəbul etmişdir. Malı başqa adam qəbul edə bilməzdi. Malı Azərbaycana gətirdiyini təsdiq edən gömrük sənədləri də var. Mallar xarab olduğu üçün atılmışdır. O, dələduzluq etməmişdir, iş görmək üçün pul almışdır. Onu polis əməkdaşları tutmamışdır, o özü polis idarəsinə könüllü getmişdir. Bunu təsdiqləyən idarənin videokamerasında da görüntü var. O "xxxx" MMC-ni tanımır, pulu Füzulidən almışdır. Füzuli ona pul verəndə pulun "xxxx" MMC-ə məxsus olduğunu deməmişdir.
17. Birinci instansiya məhkəməsində icraat zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs5 izahatında göstərmişdir ki, o 2021-ci ildən Leqat Hüquq MMC-nin hüquqşünası işləyir. Titan SSA MMC-in nümayəndəsi qismində iştirak edir. Titan SSA MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şirkətdir. Fəaliyyətləri də müxtəlif məhsulların Azərbaycan Respublikasına gətirilməsi, həmin məhsulların Respublika ərazisində topdan və pərakəndə satışının təşkil olunmasından ibarətdir. Onlar Təqsirləndirilən şəxs tanımamışlar, Zərərçəkmiş şəxs2 tanımışlar. Zərərçəkmiş şəxs2 şirkət nümayəndələrinə müraciət edərək Təqsirləndirilən şəxs adlı tanışı olduğunu bildirib və həmin şəxsin xarici dövlətlərdən topdan kartof məhsulları gətirə biləcəyini demişdir. Şirkət nümayəndələri ilə razılıq əldə olunduqdan sonra ilkin olaraq Zərərçəkmiş şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs müəyyən məbləğ verilib və o həmin məbləğin müqabilində xaricdən Azərbaycana kartof məhsullarının gətirilməsini həyata keçirib. İlk partiyadan yaxşı gəlir əldə olunduğu üçün növbəti dəfə üçün də Zərərçəkmiş şəxs2 230.000 dollar məbləğində pul vəsaiti verilib. Həmin məbləği Zərərçəkmiş şəxs2 kimə verməsi barədə məlumatları yoxdur. Daha sonra arada mülki mübahisələr yaranmışdır. Həmin məbləğin verilməsi 2012-2013-cu illərdə olmuşdur, mübahisələr isə 2015-2016-cı ildən yaranmağa başlamışdır. Bu mübahisələrə görə sonradan Füzuli Nəsirov qardaşına məxsus olan X2 yerləşən 4 sot torpaq sahəsində inşa olunmuş 2 mərtəbəli evi arada olan şifahi razılaşmaya əsasən şirkətdən aldığı pulun müqabilində Vüqar Nəbiyevin adına rəsmiləşdirmişdir. Notarial qaydada ev 50.000 qiymətləndirilsə də, öz aralarında ev 89000 dollar, yəni 150.000 manat kimi qiymətləndirilmişdir. Geridə isə Zərərçəkmiş şəxs2 şirkətə 141.765 dollar borcu qalmışdır. Onların şirkəti adından Təqsirləndirilən şəxs axtarışda olduğu müddətdə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məktublar da ünvanlanmışdır. Həmin orqanlardan Təqsirləndirilən şəxs axtarışda olması barədə cavab məktubları da gəlmişdir. Şirkət nümayəndələri Təqsirləndirilən şəxs axtarışda olan zaman onun qohumları ilə də əlaqə saxlamışlar. Şirkətə dəymiş ziyandan 141765 dollar ödənilməmiş olaraq qalır. Şirkətin heç bir nümayəndəsi ilə qalan məbləğin ödənilməsi barədə notarial razılıq və ya şifahi razılaşma da əldə olunmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etməmişdir, onlar şirkət olaraq onu yox Zərərçəkmiş şəxs2 tanımışlar. 89.000 dollar şirkətə qaytarılmışdır, Qalan məbləğ 141.765 dollardır. Onlar vaxtilə həm Zərərçəkmiş şəxs2, həm də Təqsirləndirilən şəxs barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişlər. Zərərçəkmiş şəxs2 şirkət nümayəndələrinə məlumat vermişdir ki, onun özünün də pulları Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilib. Şirkətə olan borcun 89.000 dollarlıq hissəsini Maştağa qəsəbəsindəki evlə əvəzləşdirilməsində Zərərçəkmiş şəxs2 iştirak edib, Təqsirləndirilən şəxs yox. Ev Füzulinin qardaşına məxsus olmuşdur. Şirkətə həm Zərərçəkmiş şəxs2, həm də Təqsirləndirilən şəxs tərəfindən ziyan vurulub. Təqsirləndirilən şəxs onların şirkəti ilə yanaşı Zərərçəkmiş şəxs2 da maddi ziyan vurmuşdur. Onlar şirkətə dəymiş ziyanı təqsirləndirilən şəxsdən tələb edirlər. Zərərçəkmiş şəxs2 tanışı Təqsirləndirilən şəxs xaricdən kartof gətizdirəcəyini bildirərək şirkət nümayəndələri ilə aralarında olan şifahi sövdələşmə əsasında 230.000 ABŞ dolları pul almışdır. 230.000 ABŞ dolları şirkət tərəfindən verilən zaman dolların məzənnəsi 0.78 AZN olmuşdur. Onlar Füzuliyə 300.000 ABŞ dollar pul vermişlər. Füzulinin borcunun əvəzi olaraq verdiyi ev 88.240 ABŞ dolları, yəni 150.000 manat dəyərində olmuşdur. Evin razılaşmaya uyğun olaraq dəyəri bu imiş. Füzuli onlara 100.000 ABŞ dolları nağd pul qaytarmamışdır. Onlar pulu Əlövsətə yox, Füzuliyə vermişdir. O heç Əlövsəti tanımır, onunla heç bir iş ortaqlıqları olmayıb. Onlara pul ödənilməyib, ev verilmişdir. Ev qiymətləndirilib və evin dəyəri borcu tam ödəmədiyi üçün, onlara 141.850 ABŞ dollar borcu qalmışdır. Onlar pulu Təqsirləndirilən şəxs tələb edirlər. Onların nümayəndələri pulu Zərərçəkmiş şəxs2 vermişdir. Onlar şikayət etmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu halı araşdırmış və Füzuli ifadə vermişdir ki, pulu Təqsirləndirilən şəxs verib. O, pul veriləndə Təqsirləndirilən şəxs tanımırmış. Ancaq 2016-cı ildə istintaq dövründə Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, hüquqşünasları notariusa getmişlər və Təqsirləndirilən şəxs onların hüquqşünası və Bağırlı Hacının yanında borcunu səmimi etiraf etmiş, etibarnamə vermiş və həqiqətən 370.000 Füzuliyə borclu olduğunu, həmin borcu qaytarcağını bildirmişdir. Onlar da bu səbəbdən pulu Əlövsətdən tələb edirlər. Pul veriləndə şirkət Əlövsəti tanımamışdır. Onlar pulu həm Füzulidən, həm də Əlövsətdən tələb edirlər.
18. Birinci instansiya məhkəməsində icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC adlı hüquqi şəxsi tanımır. 2015- ci ilə qədər monopolist Əbülfəzin işçisi olmuşdur. Onun icazəsi olmadan ölkəyə nəinki kartof, heç bir çöp belə heç kəs gətirə bilməzdi. Onun özünün müəyyən qədər vəsaiti var imiş. Bir gün Təqsirləndirilən şəxslə tanış olmuşdur. Əlövsət Belarusiyadan ölkəyə kartof gətirdiyini bildirmişdir. Əlövsətlə birgə Belarusiyadan ölkəyə 4-5 vaqon kartof gətirmişlər. Həmin mallar satılmış və qazanc əldə edilmişdir. Əlövsət daha çox maya qoymaqla çox qazanc əldə etməyin mümkün olduğunu bildirərək, 450.000 ABŞ dolları pul verməyini təklif etmişdir. Özündə 150.000 ABŞ dolları pul var imiş. Bundan əlavə Əbülfəzə də bu barədə bildirmişdir. Əbülfəzin işçisi 300.000 ABŞ dolları pul vermişdir. O həmin pulun üzərinə özündə olan 150.000 ABŞ dolları pulu əlavə edib Əlövsətə vermişdir. Bir müddətdən sonra malların gəlməsi gecikirmiş. Əlövsətdən malların hansı səbəbdən bu qədər gec gəldiyini soruşmuşdur. Əbülfəzlə o Gürcüstan Respublikasının Poti şəhərinə getmişlər ki, kartoflara nə olduğunu görsünlər. Orada Əlövsətlə də görüşmüşlər. Baş verənlərə özləri canlı şahid olmuşlar. Gəmilər küləkli hava şəraiti ilə əlaqədar gec, yəni 1 aya gəlib çıxmışdır. Onlar vaqonları açıb baxanda görmüşlər ki, bütün kartoflar xarab olub. O hətta kartofların şəklini də çəkmişdir. O Təqsirləndirilən şəxs umumilikdə 450.000 ABŞ dolları pul vermişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2016-cı ildə araşdırma olmuşdur. Əlövsətə 2014-cü ildə pul vermişdir. Həmin vaxt ABŞ dollarının məzənnəsi 0.78 manat ekvivalentində imiş. Lakin o pulu qaytaranda ABŞ dollarının məzənnəsi 1.7 manat olmuşdur. "xxxx" MMC-nin rəhbəri Əbülfəz olmuşdur, lakin o bunu bilmirmiş. O Əbülfəzdən 300.000 ABŞ dolları pul almışdır. O Əbülfəzə 150.000 ABŞ dolları məbləğində ev və əlavə olaraq 100.000 ABŞ dolları pul vermişdir. Əbülfəz ilə aralarında onlara verdiyi evin 150.000 ABŞ dolları dəyərində olması barədə razılaşma olmuşdur. Əbülfəzə 50.000 ABŞ dolları borcu var. O, Əbülfəzlə borcunun əvəzi olaraq 150.000 ABŞ dolları məbləğinin silinməsi barədə razılaşmışdır. Evin dəyəri 150.000 manat deyildi, daha çox idi. Onun pulu verdiyini təsdiq edən sənədi yoxdur, pulu razılaşmaya uyğun olaraq vermişdir. Ona birinci dəfə 80.000, ikinci dəfə 20.000 ABŞ dolları pul vermişdir. Qəbz şirkətinin özündədir. Sənədi tələb etsə də ona verməmişlər. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" MMC ondan pulunu istəyir. Onun "xxxx" MMC-ə onların istədikləri qədər borcu yoxdur. O, Təqsirləndirilən şəxs pul verəndə pulun "xxxx" MMC-ə məxsus olduğunu deməmişdir.
19. Birinci instansiya məhkəməsində icraat zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, X3 və Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı şəkildə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər.
20. İbtidai istintaqda Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci ildən tanışı Seyidağa Mirzəyevin vasitəsi ilə tanımışdır. Onu həmin vaxt Təqsirləndirilən şəxs ilə tanış edib bildirmişlər ki, Əlövsət bazar dəyərindən aşağı qiymətə Ukrayna Respublikasından kartof məhsulunu, taxta və un məmulatlarını gətirir. O özü də həmin vaxtı tikinti işi ilə məşğul olurmuş və tikinti işi ilə bağlı inşaat materiallarını başqa şəxslərdən alırmış. 2012-ci ilin iyun ayında tanışı Seyidağanın ona apardığı tikinti işləri ilə bağlı lazım olacaq taxta məmulatlarını Əlövsətdən ucuz qiymətə götürə bilməsini, belə ki, Əlövsətin Ukraynadan ucuz qiymətə taxta materiallarını gətirərək satmasını və onun özünün də Əlövsətdən taxta materialı alacağını bildirmişdir. O bu məqsəd ilə Təqsirləndirilən şəxs ilə görüşmüş və həmin vaxtı aralarında olan razılığa görə Əlövsət onun üçün Ukraynadan 60.000 manat dəyərində taxta materialı gətirməli idi. Əlövsət həmin vaxtı onu əmin edərək onun bu işə pul qoyacağı təqdirdə külli miqdarda xeyir götürəcəyini bildirmişdir. Həmin materiallar ona bazar dəyərindən aşağı qiymətə başa gəldiyindən o Əlövsətin təklifi ilə razılaşmışdır. Bundan sonra Əlövsətin Ukraynadan taxta materialı gətirməsi üçün Əlövsətə 2012-ci ilin iyun ayının sonunda Seyidağanın əyləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən ofisində görüşərək onun üçün Ukraynadan taxta materialları gətirməyinə görə 40.000 manat pul vermişdir. Əlövsətlə aralarında olan razılığa görə Əlövsətin göndərəcəyi həmin taxta materialları pul verəndən bir ay müddətində gəlməli idi. Bunun üzərindən 1 həftə sonra o Türkiyədə olduğu zaman 2012-ci ilin iyul ayının ilk ongünlüyündə Ukraynadan taxta materialları gətirilməsi üçün Əlövsətlə Seyidağa Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən ofisində görüşərək Seyidağa onun üçün Ukraynadan taxta materiallarının gətirilməsinə görə 20.000 manat pul vermişdir. Yəni Seyidağada onun pulu olduğu üçün Əlövsətə 20.000 manat verməsini bildirmişdir. Ümumilikdə o Əlövsətə bu iş üçün 60.000 manat pul vermişdir. Əlövsət pulu aldıqdan sonra taxtanın artıq gəldiyini və gömrükdə olmasını bildirmişdir. Deyilən müddət gəldikdə vəd verdiyi taxta materiallarını təşkü etməmişdir. O bundan sonra Əlövsətdən taxta materialları üçün verdiyi 60.000 manat pulu tələb etsə də ona müxtəlif bəhanələr gətirərək onu bir neçə müddət ərzində aldatmağa başlamışdır. Mən bundan sonra Əlövsətdənona verdiyi 60.000 manat pulu tələb etdikdə o müxtəlif bəhanələrdə pulu qaytarmaqdan yayınmağa başlamış və daha sonrada onun verdiyi pulu batırmasını bildirmişdir. Əlövsət onun arxayın olması üçün 60,000 manat pulun ona borclu olması barədə ona borc müaqaviləsi bağlatmışdır ki, o, puldan narahat olmasın. Sonradan ondan xarici dövlətdən taxta materialları gətirəcəyi barədə yalan vəd verərək aldığı puldan 8500 manatını qaytarmış, lakin 51.500 manat pulu indiyə qədər qaytarmamışdır. Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində əlavə dindirmə zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan 60 000 manat pulu aldıqdan sonra vəd verdiyi taxta materiallarını Azərbaycan gömrüyünə gətizdirməsi, gömrükdən həmin materialları özünün götürməsi, lakin ona verməməsi, həmin materialları ondan xəbərsiz özünün sataraq daha çox mal gətirilməsi üçün yenidən Ukrayna Respublikasına adını bilmədiyi şirkətin hesabına köçürməsi, lakin həmin pulların Ukrayna Respublikasında adını bilmədiyi şirkət tərəfindən mənimsənilməsi barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onu inandıraraq taxta materialları gətirəcəyi barədə yalan vəd verərək onun 60 000 manat pulunu ələ keçirmişdir. Lakin onun həmin taxta materiallarını Azərbaycan gömrüyünə gətirməsi, həmin materialları özünün götürməsi, onun məlumatı olmadan satması, əldə olunan pulları yenidən onun məlumatı olmadan Ukrayna Respublikasına göndərməsi barədə ümumiyyətlə məlumatı və razılığı olmamışdır. Əlövsətlə aralarında olan razılıq ancaq vəd verdiyi taxta materiallarını gətirərək ona verməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs onun etibarından sui istifadə etməklə Ukrayna Respublikasından taxta materialları gətirmək adı ilə onu aldadaraq aldığı 60 000 manat puldan 8500 manat pul ödəmişdir. Qalan 51 500 manat ziyanlığı hazıra qədər ödəməmişdir.
21. İbtidai istintaqda zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin payız aylarından Təqsirləndirilən şəxs tanışı Eminin vasitəsi ilə tanımışdır. Həmn vaxt onu Əlövsətlə tanış edib bazar dəyərindən aşağı qiymətə Ukraynadan un məmulatını gətirməsini bildirmişlər. O da Əlövsətlə görüşmüş, görüş zamanı ona Biləcəri qəsəbəsində dəmiryolunda unla yüklənmiş vaqonları göstərdikdən sonra onun Əlövsətə inamı yaranmışdır. Əlövsətlə həmin vaxtı aralarında olan razılığa görə Əlövsət onun üçün 68.000 manat dəyərində un məmulatı gətirməli idi. Əlövsət həmin vaxtı onu əmin edərək bildirmişdir ki, onun bu işə pul qoyacağı təqdirdə birlikdə külli miqdarda qazanc götürəcəklər. Həmin məhsul ona bazar qiymətindən aşağı qiymətə başa gəldiyindən o Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdın Bundan sonra Əlövsətin Ukraynadan un məmulatı gətirməyi üçün Əlövsətə 2012-ci ilin oktyabr ayının sonunda Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən Aygün City ticarət mərkəzinin yaxınlığında görüşərək Əlövsətə un məmulatının gətirilib satılması üçün 23.000 manat pul vermişdir. Bunun üstündən bir həftə sonra 2012-ci ilin noyabr ayının ilk ongünlüyndə o Əlövsətlə Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən “Palma” marketin yaxınlığında tanışı Eminin ofisində görüşərək un məmulatının gətirilməsi üçün ona əlavə olaraq 23.000 manat pul vermişdir. Bundan bir neçə gün sonra 2012-ci ilin noyabr ayının ortalarında o yenə də Əlövsətlə Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən “Palma" marketin yaxınlığında tanışı Eminin ofisində görüşərək un məmulatının gətirilməsi üçün Əlövsətə 22.000 manat pul vermişdir. Əlövsətlə aralarında olan razılığa görə göndərəcəyi un məmulatını pul verəndən bir həftə sonra gəlməli və həmin un məmulatının satılmasını Əlövsət özü təşkil etməli idi. Deyilən müddət gəldikdə pulunu alaraq söz verdiyi un məmulatını təşkil etməmişdir. Ona yalnız Ukraynadan alınmış unla dolu bir vaqounun satılmasını bildirərək 1500 manat xeyir olduğunu bildirmiş və ona həmin pulu vermişdir. O bundan sonra Əlövsətdən un məmulatının gətirilib satılması üçün verdiyi pulu tələb etsədə Əlövsət bir neçə müddət ərzində müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Lakin sonradan Əlövsət ondan un gətirmək adı ilə aldığı 68.000 manat puldan 57.000 manatını qaytarmış və 11.000 manat qaytaracaq pul qalmışdır. Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində əlavə ifadəsində Təqsirləndirilən şəxs ondan 68 000 manat pulu aldıqdan sonra vəd verdiyi un məmulatını Azərbaycan gömrüyünə gətizdirməsi, gömrükdən həmin un məmulatlarını özünün götürməsi, lakin ona verməməsi, həmin məmulatları ondan xəbərsiz özünün sataraq daha çox mal gətirilməsi üçün yenidən Ukrayna Respublikasına adını bilmədiyi şirkətin hesabına köçürməsi, lakin həmin pulların Ukrayna Respublikasında adını bilmədiyi şirkət tərəfindən mənimsənilməsi barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onu inandıraraq un məmulatları gətirəcəyi barədə yalan vəd verərək 68 000 manat pulunu ələ keçirmişdir. Lakin onun həmin un məmulatlarını Azərbaycan gömrüyünə gətirməsi, həmin məmulatları özünün götürməsi, onun məlumatı olmadan satması, əldə olunan pulları yenidən onun məlumatı olmadan Ukrayna Respublikasına göndərməsi barədə onun ümumiyyətlə məlumatı və razılığı olmamışdır. Onunla aralarında olan razılıq ancaq vəd verdiyi un məmulatlarını gətirərək ona verməsi ilə bağlı olmuşdur. Əlövsətin qeyd etdikləri ilə bağlı onun ümumiyyətlə heç bir məlumatım olmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui istifadə etməklə xarici ölkədən un məmulatı gətirmək adı ilə onu aldadaraq aldığı 68 000 manat puldan 57 000 manatını əvvəl ödənmişdir. Qalan pulu isə sonradan ailə üzvləri tərəfindən ödənilmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs onun etibarından sui istifadə etməklə aldatma yolu ilə aldığı 68 000 manat pul ona tam olaraq ödəilmişdir.
22. İbtidai istintaqda Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2012-ci ilin payız aylarında Təqsirləndirilən şəxs tanıdığını, Əlövsəti onun qızının qaynatası Ələsgərin vasitəsi ilə tanıdığını, Təqsirləndirilən şəxsla tanış olan zaman onun həmin ərəfələrdə avtomaşın ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu bildirmişdir. Onu həmin vaxt Təqsirləndirilən şəxs ilə tanış edib, onun bazar dəyərindən aşağı qiymətə xarici ölkələrdən Litva, Polşa və Belarusiyadan kartof məhsulunu gətirdiyini bildirmişlər. Təqsirləndirilən şəxslə görüşmüş, görüş zamanı Əlövsətin ona Xocasən qəsəbəsində olan kartof anbarını da ona göstərməsindən sonra onun Əlövsətə inamının yaranmışdır. Onunla həmin vaxtı aralarında olan razılığa görə Təqsirləndirilən şəxs onun üçün 35 000 ABŞ dolları dəyərində kartof məhsulu gətirməli idi. Əlövsət həmin vaxtı onu əmin edərək bildirmişdir ki, bu işə pul qoyacağı təqdirdə külli miqdarda xeyir götürəcəkdir. Həmin məhsul ona bazar qiymətindən aşağı qiymətə başa gəldiyindən o Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Bundan sonra Əlövsətin xaricdən topdan kartof məhsulunun gətirilməsi üçün ilk olaraq 2012-ci ilin oktyabr ayının sonunda Əlövsətlə metronun 20 Yanvar stansiyasının yaxınlığında görüşərək ona məzənnəsi 3,925 manat təşkil edən 5 000 ABŞ dollan pul vermişdir. Bunun üstündən bir neçə gün sonra 2012-ci ilin noyabr ayının ilk ongünlüyündə Əlövsətlə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon H.Babaşov küçəsində yerləşən adsız kafedə görüşərək kartof məhsulunun gətirilməsi üçün ona əlavə olaraq məzənnəsi 7850 manat təşkil edən 10 000 ABŞ dollan pul vermişdir. Bundan bir neçə gün sonra 2012-ci ilin noyabr ayının ortalarında yenə də Əlövsətlə Xocasən qəsəbəsində yerləşən kartof anbarında görüşərək ona kartof gətirilməsi üçün məzənnəsi 7850 manat təşkil edən 10 000 ABŞ dolları pul vermişdir. Sonuncu dəfə 2012-ci ilin noyabr ayının sonunda Əlövsətlə onun işlədiyi Bakı şəhəri metronun Xətai stansiyasının yaxınlığında yerləşən ofisində görüşərək kartof məhsulunun gətirilməsi üçün ona əlavə olaraq məzənnəsi 7850 manat təşkil edən 10 000 ABŞ dolları pul vermişdir. Əlövsətlə aralarında olan razılığa əsasən onun göndərəcəyi kartof məhsulu pul verdiyi vaxtdan bir həftə sonra gəlməli idi. Deyilən müddət gəldikdə Əlövsət pulunu alaraq vəd verdiyi kartof məhsulunu göndərməmişdir. Bundan sonra Əlövsətdən pul alıb göndərmədiyi kartof məhsulunu tələb etsə də o müxtəlif bəhanələr gətirərək kartof məhsulunu sonrakı müddətlərdə gətirəcəyini bildirməklə onu aldatmağa başlamışdır. Bundan sonra Əlövsətdən ona xaricdən kartof məhsulu gətirməsi üçün verdiyi 35 000 ABŞ dolları pulu qaytarmasını tələb etdikdə o müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmağa başlamış və sonda ona verdiyi pulu batırmasını bildirmişdir. Sonradan Əlövsətin ondan başqa digər şəxsləri də onlara kartof məhsulu gətirməsi adı ilə aldadaraq pullarını ələ keçirdiyi məlum olmuşdur. Zərərçəkmiş şəxs əlavə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 35 000 ABŞ dollan pulu aldıqdan sonra vəd verdiyi kartof məhsulunu Azərbaycan gömrüyünə gətizdirməsi, gömrükdən həmin məhsulları özünün götürməsi, lakin ona verməməsi, həmin məhsulları ondan xəbərsiz özünün sataraq un məmulatı gətirilməsi üçün yenidən Ukrayna Respublikasına adını bilmədiyi şirkətin hesabına köçürməsi, lakin həmin pulların Ukrayna Respublikasında adını bilmədiyi şirkət tərəfindən mənimsənilməsi barədə onun ümumiyyətlə məlumatının və razılığının olmadığını, aralarında olan razılığın ancaq vəd verdiyi kartof məhsullarını gətirərək ona verməsi ilə bağlı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs tutulduqdan sonra ailə üzvləri tərəfindən ona dəymiş ziyanlığın tam olaraq ödənildiyini qeyd etmişdir.
23. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, X3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, onlara dəymiş ziyanın ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbləri olmadığını bildirmişlər.
24. Kollegiya iş materiallarını tərəflərin izahatları, həmçinin şikayət və protestin dəlilləri ilə əlaqəli şəkildə araşıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materialları ilə sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir.
25. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı istintaq hərəkətlərinin aparılması haqqında protokolları, şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.
26. Kollegiya təqsirləndirilən şəxsin əməlinin CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməlini CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir.
28. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etsə də, onun təqsirli bilinməsinə dair hökmün hansı səbəbdən əsaslı olmamasını şikayətdə göstərməmişdir.
29. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
30. Odur ki, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılması cinayət qanununun tələblərinə uyğun olmuşdur.
31. Kollegiya hökmün ləğv edilərək, CM-in 70-ci maddəsinin tətbiqi, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Bayram oğluna və "xxxx" MMC-yə qarşı dələduzluq epizodu üzrə olan ittihamdan Təqsirləndirilən şəxs "xxxx" MMC-yə qarşı dələduzluq etməsi, eləcə də "xxxx" MMC-nin iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsinə dair müddəaların hökmdən xaric edilməklə irəli sürülmüş ittiham üzrə tam həcmdə yeni hökmün çıxarılmasına dair apellyasiya protestinin dəlillərinə mübasibət bildirərək qeyd edir ki, ibtidai istintaq orqanı düzgün olmayaraq, "xxxx" MMC-ni zərərçəkmiş kimi tanımışdır. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ümumi ittihamdan həmin ittiham çıxarılmış və "xxxx" MMC-nin zərərçəkmiş kimi iştirakına xitam vermişdir.
32. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək, onun sifarişləri əsasında Litva Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan kartof məhsulunun gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldatması həm iş materialları, həm də Titan SSA MMC-nin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində verilən ifadələrlə öz təsdiqini tapmamışdır.
33. Birinci instansiya məhkəməsində icraat zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs5 izahatında göstərmişdir ki, “...Onlar Təqsirləndirilən şəxs tanımamışlar, Zərərçəkmiş şəxs2 tanımışlar... Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etməmişdir, onlar şirkət olaraq onu yox Zərərçəkmiş şəxs2 tanımışlar... Onlar pulu Əlövsətə yox, Füzuliyə vermişdir. O heç Əlövsəti tanımır, onunla heç bir iş ortaqlıqları olmayıb...Onlar pulu Təqsirləndirilən şəxs tələb etmirlər. Onların nümayəndələri pulu Zərərçəkmiş şəxs2 vermişdir...”
34. Göründüyü kimi, "xxxx" MMC-nin zərərçəkmiş şəxs kimi Təqsirləndirilən şəxs hər hansı tələbi yoxdur və işə apellyasiya instansiyasında baxılan zaman "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına dəvət edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İş materialları və MMC-nin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi ifadə ilə yanaşı bu hal bir daha onu göstərir ki, "xxxx" MMC-nin zərərçəkmiş şəxs kimi hazırki işdə hər hansı marağı yoxdur.
35. Kollegiya CM-in 70-ci maddəsinə dair müddəaların hökmdən xaric edilməsi ilə bağlı apellyasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, X3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, onlara dəymiş ziyan tam həcmdə ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur.
36. Apellyasiya protestində cəzanın şərti olaraq tətbiq edilməsinin hökmdə əsaslandırılmadığı qeyd edilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, hökmdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarına istinad edilərək, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin, həmçinin cəzanı ağırlaşdıran halların olmamasının nəzərə alındığı qeyd edilmişdir.
37. Kollegiya həmçinin qeyd edir ki, təqsirkar şəxsin zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsi, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmaması onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud törətdiyi cinayət nəticəsində vurduğu ziyanı ödəməyən və ödəmək istəməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır.
38. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə vurğu ziyanı ödəməsi və zərərçəkmişlərin ona qarşı şikayət və tələbinin olmaması özü-özlüyündə təqsirləndirilən şəxsi müsbət səciyyələndirlən hallar kimi qiymətləndirilməli və ona cəza təyini zamanı nəzərə alınmalıdır.
39. Eyni zamanda, şəxsin dəymiş ziyanı ödəməsi onun əvvəlki kriminal davranışına tənqidi münasibətini əks etdirən mühüm əlamətlərdən biridir və bu hal CM-in 59.2-ci maddəsinə əsaslanmaqla cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasının qarşısını almır.
40. Təqsirləndirilən şəxsin vurduğu ziyanı ödəməsi onun həqiqətən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, cinayətin ictimai-təhlükəliliyini düzgün dəyərləndirdiyini əks etdirir və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə məhkəmə kollegiyasında onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah oluna biləcəyinə inam yaradır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
42. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin nəzərdə tutduğu şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasların olması haqqında nəticəyə gəlir.
43. CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
44. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır;
45. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir;
46. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.
47. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun əməlində ağırlaşdırıcı halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.
48. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı şahid ifadələri, sübutların mövcudluğu, istintaq hərəkətləri protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur.
49. Kollegiya, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi ilə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür.
50. Sadalanan xüsusatlara əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddələrinin sanksiyası həddində 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
51. Odur ki, birinci instansiya məhkəməsinin hökmü işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır.
52. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1(101)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.