Məhkəmə qərarları › İş №1(103)-24/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-24/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-24/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Zöhrab oğlunun sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlixan oğlu və X4 ibarət tərkibdə, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1 qızının, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 1(003)-152/2024 saylı hökmündən, Təqsirləndirilən şəxs2 mənafeyinə aid hissədə Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qismən məhkəmə istintaqı aparılmaqla baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ə.S.Qəhrəmanov) 08 yanvar 2024cü il tarixli hökmü ilə, 01 avqust 1985-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağsu rayonunun Mürsəl kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivi nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmışdır. xx xxxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağlar massivi nömrəsiz fərdi evdə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 17 iyul 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün tamah məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 01 may 2023-cü il tarixdən 31 may 2023-cü il tarixədək olan müddət ərzində qonşuluqda, yəni Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivi nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs evləndirəcəklərini yalan vəd verib aldadaraq onlara olan etibarından sui-istifadə edib evində hissə-hissə olmaqla ümumilikdə 16000 manat məbləğində qızıl-zinət əşyasını aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla vədlərinə əməl etməyib Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişlər. Hökmdən, Təqsirləndirilən şəxs2 mənafeyinə aid hissədə Müdafiəçi2 apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsini və sonuncunun təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən, Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli hökmünün dəyişdirilməsini və Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə tövsif olunmuş cinayət əməllərinin həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 əri ilə zərərçəkmiş şəxsin arasında olan qızıl haqq-hesablarından xəbəri olmamışdır. Bu barədə yalnız zərərçəkmişin qardaşı xəbər verəndə məlumatlandırılmış və bunu bilən kimi ərindən qızılları qaytarmağını tələb etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai və məhkəmə istintaqına təqdim etdiyi ifadələrin heç birində etirafedici məlumat yoxdur. Təqsirləndirilən şəxs2 hər hansı bir etiraf məzmunlu məlumat verməmiş və əksinə zərərçəkmiş şəxsin məlumatlarını təkzib etmişdir. Əlyazma olan 3 vərəq məktubun (sübutun) Təqsirləndirilən şəxs2 heç bir aidiyyəti yoxdur. Belə ki, sözügedən əlyazmalar Təqsirləndirilən şəxs1 tərəfindən tərtib edilərək zərər çəkmiş şəxsə verilmiş və bu barədə Təqsirləndirilən şəxs2 heç bir məlumatı olmamışdır. Lombard işçisi ona qızıl-zinət əşyalarını digər Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Məhkəmə yalnız ibtidai istintaq zamanı təqdim olunan sübutlarla kifayətlənmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı tam və obyektiv aparılmamış, təqdim olunan sübutlar dolğun şəkildə tədqiq olunmamış və bunun nticəsində törətdiyi əməl düzgün tövsif edilməmişdir. Törətdiyi əməl CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməli idi. Heç bir əsas olmadan həyat yoldaşı Təqsirləndirilən şəxs2 da qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayətdə təqsirli bilinmişdir. Məhkəmə cinayətin bir qrup şəxs tərəfindən törədilməsi qənaətinə gəlsə də qeyd olunan hal yalnız zərərçəkmiş şəxs və onun qardaşının ibtidai istintaq orqanına təqdim etdiyi izahatlara əsaslanır. Belə ki, zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o mərhum anasına məxsus qızıl protez dişləri ona və Sevdaya vermişdir. Bundan sonra yalnız onunla görüşmüş və ona qızıl vermiş, sonuncu olaraq isə ona məktub vermişdir. Zərərçəkmiş şəxs dindirmə protokolunda o anasına məxsus 8 ədəd qızıl protezi onlara verdiyini bildirmiş, ibtidai istintaq orqanının şübhəli şəxsin tutulması haqqında qərarında qeyd edilmişdir ki, zərərçəkmiş şəxs 10 ədəd protez dişin talandığını bildirmiş və nəhayət xx.xx.2023-cü il tarixdə keçirlən məhkəmə prosesi zamanı onun tərəfindən verilən sualacavab olaraq 10 ədəd qızıl protezin talandığını bildirmişdir. Həmçinin iş üzrə təqsirləndirilən şəxs (Sevda) istintaqa verdiyi ifadələrində həqiqətən də Hicrandan qızıllar aldığını etiraf etsə də, hər hansı bir qızl diş protezinin ona verilməsini etiraf etməmişdir. Zərərçəkmiş şəxsin istintaq orqanına verdiyi ifadəyə zidd ifadə verməsi onun təqsirləndirilən şəxslərə qarşı verdiyi ifadənin həqiqətə uyğun olmadığına dəlalət edir. Şahid izahatı ilə bağlı qeyd olunmalıdır ki, şahid zərərçəkmiş şəxsin yaxın qohumudur və onun bacısının xeyrinə ifadə verməsi ağlabatandır. Bundan əlavə, şahid yalnız zərərçəkmiş şəxsin sözlərinə istinad edərək şahidlik etmişdir. Həmçinin şahid ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs ona demişdir ki, qızılların hamısını, Sevda və ona vermişdir. Lakin, zərərçəkmiş şəxsin istintaqda verdiyi ifadələrindən görünür ki, o yalnız qızıl protezləri hər ikisinə vermiş, daha sonra isə yalnız onunla təmasa girmişdir. Törətdiyi cinayətdən arvadı Təqsirləndirilən şəxs2 xəbəri olması haqqında məlumat verməmişdir. Törətdiyi cinayətdən arvadı Təqsirləndirilən şəxs2 xəbəri olması və bir qrup şəxs tərəfindən törədilməsinə dair heç bir sübut olmasa da məhkəmə belə qərara gəlmişdir. Bundan başqa, məhkəmə əsassız olaraq törədilmiş cinayətin zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurması qərarına gəlmişdir. Belə ki, zərərçəkmi şəxs cinayət nəticəsində ona dəymiş ziyanın 16 000 manata bərabər olduğunu bildirmişdir. İbtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrdə vurulmuş zərərin məbləği ilə razılaşmadığını bildirsə də, nə ibtidai istintaq orqanı nə də məhkəmə orqanı bu etirazını nəzərə almamışdır. Məhkəmə zamanı iş üzrə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə əmtəə-şünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət versə də, vəsatəti təmin edilməmşdir. Məhkəmə iclasında Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, özünü qismən təqsirli bilir, zərərçəkmiş şəxs ona üzük, sırğa, sep və qolbağ verib qızılları lombarda verməyini demiş, o da qızılları aparıb lombarda vermiş, lombartdan 1100 manat alıb zərərçəkmiş şəxsə vermiş, həmin puldan 800 manatı zərərçəkmiş şəxs götürmüş 300 manatı isə ona vermişdir. Zərər çəkmiş şəxsin qızıllarını iki dəfə lombarda qoymuş, Adəmi tanımamış, məktubları Adəm yazmış, gətirib onlara vermiş və Zərərçəkmiş şəxs verməsini demişdir. Adəmi iki dəfə görümüş, sonuncu onlara iki dəfə gəlmiş və məktub gətirmişdir. Hicranın əvvəllər Adəmlə əlaqəsi olmuş və sonuncunu tanımışdır. Adəmə məktubu özünün verməsini deyə bilməmiş, sonuncu gələ bilmədiyini və “öldürərlər məni, kəsərlər” demişdir. Sevdanın heç bir şeydən xəbəri olmamış və onun bu işlərə aidiyyatı yoxdur. Zərərçəkmiş şəxs ona verdiyi qızılları tapdığını demiş, sonuncudan qızılları haradan tapdığını soruşmamış və bununla maraqlanmamışdır. Qızıl diş söhbəti olmamış və yoldaşına qızıl diş verilməmiş və elə bir şey olmamışdır. Orda tros sep olmamış, nazik sep olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, özünü təqsirli bilmir, baş vermiş hadisənin heç birindən xəbəri olmamış və həmin işlərdə onun iştirakı olmamışdır. Qonşuları atasına zəng edəndə və onlara gedəndə həmin işlərdən xəbəri olmuşdur. Orda bilmiş və yoldaşı etiraf etmişdir ki, belə bir iş görmüşdür. Yoldaşı Cavid etiraf etmişdir ki, Hicran qızılları gətirib ona verib o, da qızılları aparıb lombarda qoymuşdur. Cavid bu barədə ona heç nə deməmiş, bu bardə qonşunun evinə gedəndə bilmişdir. Qızıl haqhesabı ikisinin Cavid və Hicranın arasında olmuşdur. Qonşu atasına zəng vurub məktub tapdığını və məktubda Cavidin adının hallandığını demişdir. Atası onu çağırıb “bəs Asif zəng eləyib, belə-belə olub, xəbərin var?”, deyə soruşmuş, cavabında atasına heç bir məlumatının olmadığını demişdir. Atası “keçin Cavidlə onlara görün nə məsələdir” demişdir. Cavidi oyadıb “bəs Asif zəng eləyib, deyir məktub tapmışam, məktubda sənin adın hallanır, nə məsələdir” deyə soruşmuş, Cavid isə heç bir cavab verməmişdir. Onlar qonşu Asifgilə keçib oturan kimi sonuncu “məktub tapmışam” demiş və məktubu oxumuşdur. Cavid baş verənləri etiraf etmişdir. Cavidə qonşu olduqlarını və qızılları aparıb qaytarmasını demişdir. Adəm adında şəxsi tanımamış, Adəm ilə bağlı söhbətdən məlumatı olmamışdır. Heç vaxt Adəm adında biri gəlib ona məktub verməmiş, sonuncunu görməmiş və ondan xəbəri olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun qonşularıdır. Əvvəlcə Təqsirləndirilən şəxs2 ona “belə bir adam var, Adəm adında, sizinlə tanış olmaq istəyir”, demiş, daha sonra Təqsirləndirilən şəxs1 bu barədə ona bildirmişdir. Adəm adlı şəxsin nə üzünü görmüş, nə də onunla telefonla danışmışdır. Adəm adlı şəxsin onunla tanış olmaq istədiyini Cavid və Sevda ona demişdir. Sonunculara Adəmi görməsi üçün gətirmələrini demiş, lakin həmin şəxsi gətirməmişlər. Cavid və Sevda ona borcları olduğunu demiş, o da mərhum anasına məxsus protez qızıl dişləri gətirib Cavid və Sevdaya borclarını ödəmələri üçün vermişdir. Sonuncular borclarını ödədikdən sonra protez qızıl dişləri ona qaytaracaqlarını demişlər. Protez qızıl dişləri Cavidə verəndə Sevda yanlarında olmuş, lakin digər qızılları verəndə isə Sevda onların yanında olmamışdır. Protez qızıl dişləri borca görə vermiş, sonra Adəmlə onu tanış edəcəklərini və tanış olmaq üçün pul və sonra guya telefon almaq üçün qızıl lazım olduğunu Cavid demişdir. Sonuncuya iki sep, nişan üzüyü, komplekt, iki dənə bilərzik və sırğa vermiş və həmin qızılları 3-4 gündən bir vermişdir. Sep, sırğa, komplekt ona, sep klon ilə, üzük və bilərziklər isə gəlinlərinə məxsus olmuşdur. Adəmin adından məktubu Cavid özü yazmışdır. Məktub poçt ilə gəlməmiş və Cavid özü gətirib vermiş və guya Adəmin yazdığını demişdir. Protez qızıl dişləri verdikdən sonra onda qızıl olduğunu bilmişlər. Cavidə verdiyi qızılların təxmini çəkisini bilməmiş, lakin verdiyi qızılların dəyəri 16 000 manat olmuşdur. Qardaşı gildə yaşamış, qızılların hamısı bir yerdə olmuş və onu aldatdıqlarına görə qızılları vermişdir. Heç bir yerdə işləmir, həyətdə toyuq-cücə saxlamaqla məşğuldur və həmin işdən pul qazanır. Söhbətdə 3 nəfər Cavid, yoldaşı və birdə o iştirak etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi 1 ədəd qızıl seplə klonun çəkisi 4 qram, 1 ədəd qızıl nişan üzüyünün çəkisi 11 qram, 1 ədəd qızıl tros sepin çəkisi 5 qram, 2 ədəd qızıl qolbağların çəkisi 14 (7+7) qram, 1 çüt qızıl sırğanın çəkisi 5 qram, 1 ədəd qızıl komplektin çəkisi 15 qram və 1 ədəd qızıl diş protezin çəkisi 28 qram olmuşdur. Məhkəmə iclasında Şahid birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş qızıllar evdə olmuşdur. Həmin qızılları bacısına verməmişdir. Bacısının qızılları özündə, evə aid qızıllar isə evdə olmuşdur. Evin qızılları biryerdə olmuşdur. Kənd yeri olduğuna görə yoldaşı tez-tez qızıl taxmamış və qızılların yerində olmasını yoxlamamışdır. Qızılların verilməsi ilə bağlı “işin üstü” məktublara görə açılmışdır. Məktubu bacısının əlində görmüş, sonra axtarıb birini tapıb oxumuşdur. Məktubu oxuyandan sonra zəng etmiş, Cavid və Sevda onlara gəlmişlər. Sonra məktubun digəri üzə çıxmış və 2-3 məktub isə məhv edilmişdir. Məktubu guya Adəm yazmışdır. Məktubları bacısına Cavid vermiş və hər dəfə məktub verəndə bacısı qızıl büküb aparıb Cavidə vermiş, həmin qızıllar sep, diş, yoldaşının nişan üzüyü və digər qızılar olmuşdur. Cavid və Sevda onlara gəlib oturan kimi məktubları çıxarmış və “Cavid bu nə məktublardı”, deyə soruşmuşdur. Cavid isə “Sevda yadında Adəm ilə anası bizə gəlmişdi” dedikdə, Sevda “hə hə” deyə cavab vermişdr. Onlara Adəmin nömrəsini vermələrini demiş, lakin verməmişlər, Adəmin evinin yerini soruşmuş heçnə deməmişlər. Sevda heç dillənməmiş elə bil donmuş, Cavidə “sabah 9-a kimi vaxt verirəm, Adəmi mənə ver, polisə verim”, demişdir. Səhəri xəbər çıxmadığına görə polisə gedib ərizə yazmışdır. Bacısı protez qızıl dişləri Cavidə verdiyini demişdir. Bacısı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş 1 ədəd qızıl seplə klonun çəkisi 4 qram, 1 ədəd qızıl nişan üzüyünün çəkisi 11 qram, 1 ədəd qızıl tros sepin çəkisi 5 qram, 2 ədəd qızıl qolbağların çəkisi 14 (7+7) qram, 1 çüt qızıl sırğanın çəkisi 5 qram, 1 ədəd qızıl komplektin çəkisi 15 qram və 1 ədəd qızıl diş protezin çəkisi 28 qram olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayətləri təmin edilməməli, lakin Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın həddinə münasibətdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 392.3-cü maddəsinə əsasən, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir: Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs2 münasibətdə birinci instansiya məhkəməsinin ittiham hökmünü mübahisələndirərək, sonuncuya bəraət verilməli olduğunu iddia etmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ittiham hökmünü mübahisələndirərək, törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməsini iddia etmişdir. Qanunun tələbinə və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X2 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası müdafiəçi və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə vurgulayır ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində Azərbaycan Respublikası CPM-nin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətinin protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna hərtərəfli, tam və obyektiv hüquqi qiymət verərək düzgün nəticəyə gəlmiş, işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirini Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün müəyyənləçdirmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməllərinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətinin “Təqsirləndirilən şəxs2 ibtidai və məhkəmə istintaqına təqdim etdiyi ifadələrin heç birində etirafedici məlumat yoxdur. Təqsirləndirilən şəxs2 hər hansı bir etiraf məzmunlu məlumat verməmiş və əksinə zərərçəkmiş şəxsin məlumatlarını təkzib etmiş, Lombard işçisi ona qızıl-zinət əşyalarını digər Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir”, - dəlilləri ilə bağlı qeyd edir ki, bu hallar Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi, qanunvericilik təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ona qarşı ittihamın əsası kimi qəbul edilməsinin mümkünlüyünü yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halla şərtləndirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməməsi və ya elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi isə onun prosessual hüququ kimi qəbul edildiyindən, bu hal onun təqsirsiz olduğunu şərtləndirən mötəbər dəlil kimi qəbul edilə və ya qiymətləndirilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 32-34-cü maddələrində təsbit olunmuş hüquqi anlayışlara görə, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixıi qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətkarlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal); - bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs anlayışı həm birgə icraçılığı, həm də rolların bölgüsünə əsaslanan iştirakçılığı ehtiva edir. Yəni, iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs forması birgə icraçıların hərəkətləri ilə yanaşı, birgə icraçı sayılmayan digər iştirakçıların hərəkətləri ilə də baş verir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməllərinin hüquqi tövsifi mübahisələndirilsə də, işdə olan sübutların təhlili göstərir ki, onlar təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayəti törətmələri barədə qənaətə gəlməyə tam əsas verir və bununla bağlı şikayətin yuxarıda qeyd olunan dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, dindirilmiş şəxslərin ifadələri ilə, iş üzrə toplanmış sənədlər müqayisəli şəkildə tədqiq və təhlil edilmiş, işin məlum faktiki halları məhs həmin sübutların məcmusu əsasında müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində sərbəst ifadə vermiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hicranı və ailəsini bir qonşu kimi tanımış və onlarla münasibəti hər zaman yaxşı olmuşdur. Hicrana məxsus qızıl-zinət əşylarını - 01 ədəd üzüyü, 01 komplekti, 01 ədəd sepi, 01 sırğanı, 02 bilərziyi, 01 klonu götürmüş, lakin onlaraın arasında qızıl diş olmamışdır. Həmin əşyaları yadında qalmayan zamanda, təxminən may-iyun ayları arasında Hicrandan götürüb lombarda vermişdir. Belə ki, Hicran onu qapıya çağıraraq qızıl verib onu əritməsini istəmiş, o isə ilk dəfə onun təklifini qəbul etməmişdir. Hicran ikinci dəfə yenə qızılları ona verib əritməsini istəmiş, bu dəfə onun təklifini qəbul etmiş və qarşılıqında Hicrandan pul istəmiş, sonra qızılları aparıb lombarda qoyaraq Hicrana 800 manat pul vermiş, lakin Hicran ona söz verdiyindən az məbləğdə pul vermişdir. O, Hicranın istəyi ilə bir dəfə onun üçün qızıl satmış, sonrakı dəfələrdə isə öz planı üzrə Hicrandan qızılları götürmüşdür. Hicranın ona az pul verməsindən acıqlı qalmış və onun evindəki qızlları aldadaraq almaq fikirinə düşmüşdür. Buna görə Hicranın yanına gedib ona illər öncə elçi gələn Adəm adlı şəxsi tapdığını, Adəm ilə görüşməsinə, evlənməsinə köməklik edəcəyini bildirmiş və Nicran bu xəbərdən sevinmişdir. Bundan sonra o, tanımadığı, lakin adını bildiyi Adəmin adından Hicrana telefon almağı üçün pul göndərməsi və həmin pulu onun, yəni Cavidin vasitəsilə verməsi barədə sarımtıl rəngli damalı kağız vərəqdə yalandan məktub yazmış və həmin məktubu aparıb ona vermişdir. Hicran məktubu alıb oxuduqdan bir neçə saat sonra ona 02 ədəd qolbağ gətirib vermiş və onları Adəmə verməsini xahiş etmişdir. Onun məktubuna inanan Hicrana bir neçə gün sonra yenidən məktub yazmış və qızıl istəmişdir. Hicran ona hər dəfə qızıllar gətirmiş, o da həmin qızılları satmışdır. Bir neçə gün sonra Adəmin adından Hicrana yazdığı məktubları Hicranın qardaşı Asif görmüş və onun qaynatasına zəng edib şikayət etmişdir. Bundan sonra o, həyat yoldaşı Sevda ilə Asifgilə getmiş və ona bildirmişdir ki, Adəmi bir gün içində tapıb gətirəcəkdir. Bir gün sonra Asif ona zəng etmiş, lakin o, Asifə yalandan Adəmi hələ tapmadığını bidirmişdir. Onu da bildirir ki, ziyan məbləği şişirdilmişdir, çünki, Hicran ona cəmi 4-5 ədəd qızıl vermişdir ki, onların da qiyməti 16000 manat ola bilməzdi, buna görə də özünü qismən təqsirli bilir. Əldə etdiyi pulları evə gətirməmiş, şəxsi ehtiyaclarına xərcləmişdir. İlk dəfə törətdiyi bu əməlindən peşmandır, həmin əməli tək törətmişdir, həyat yoldaşı Sevdanın bu işdə heç bir rolu və iştirakı olmamışdır. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində sərbəst ifadə vermiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Hicran onun qapı qonşusudur, evlənmək üçün hər şey edə biləcək adamdır. Çünki, 2011-ci ildə Hicran qardaşı Asifə məxsus qızılları ona məlum olmayan şəxslərə verib və bu söhbətlər o vaxt bütün məhəllədə yayılmışdı. 2023-cü ilin may ayında gecə saat 01 radələrində Asif onun atasına zəng edib bidirmişdir ki, Hicranın əlində məktublar tapıblar və həmin məktublarda Cavidin adı keçir, dur, gəl bizə. Bundan sonra atası ona zəng edərək bu barədə Asifdən eşitdiklərini bildirmiş və onun yanına gəlməsini demiş, o da tək, eyni həyətdə yaşadıqları atasının evinə getmişdir. Atası ona demişdir ki, Asif zəng edərək evdən məktub tapdığını və həmin məktubda Cavidin adının keçdiyini bildirmişdir. Belə ki, məktubda Cavidin Hicrandan qızıl alması barədə söhbət gedirmiş. Atası bu barədə ondan soruşmuş, o da atasına demişdir ki, heç bir şeydən məlumatı yoxdur. Evə qayıdıb Cavidi oyatmış və onunla birlikdə Asifin qonşuluqda yaşadığı evə getmişdir. Həmin vaxt orada Asif, qızı, kürəkəni, arvadı Zinyət və Hicran olmuşdur. Asif Caviddən Hicrandan qızıl alıb-almadığını soruşmuş, Cavid də etiraf edərək bildirmişdir ki, Hicran sellofan torbada qızılları gətirərək ona vermişdir. Asif bu məsələnin polisə düşməməsi üçün Hicranın verdiyi qızılları tapıb gətirməsini Caviddən tələb etmiş, sonra onlar öz evlərinə qayıtmışlar. Evdə o, Cavidi danlamış və ondan tələb etmişdir ki, qızılları haraya veribsə, gedib gətirsin və Hicrana geri qaytarsın. Cavid bu barədə heç nə deməyərək getmiş, lakin bir neçə gün keçməsinə baxmayaraq, Cavidin qızılları gətirmədiyini görüb ondan yenə dəfələrlə tələb etmişdir ki, Hicranın qızllarını gətirib qaytarsın, lakin Cavid qızılları geri qaytarmadığı üçün Asif Polis şöbəsinə şikayət etmişdir. Onun bu işdə heç bir rolu və iştirakı olmamışdır, belə ki, o, Hicrana bu barədə heç bir söz deməmiş, Hicran qızılları Cavidə verərkən onların yanında olmamışdır. Atasının birinci niyə Cavidə deyil, ona zəng etməsinin səbəbini bilmir, yəqin ki, qızı olduğu üçün birinci ona zəng etmişdir. Özünü təqsirli bilmir, çünki, hər hansı bir cinayət əməlini törətməmişdir, himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023cü ilin may ayında qonşuları Sevda və Cavid onu bağlarına çağırıb bildirmişlər ki, onunla evlənmək üçün Adəm adlı şəxs var, Ramanı qəsəbəsində anası ilə qalır və evlənmək istəyir. Bundan sonra onun mənəvi hissləri oyanmış və o da başqa şəxslər kimi ailə həyatı qurmaq istəmişdir. Cavidə və Sevdaya bildirmişdir ki, onu evləndirsinlər. Bundan sonra Sevda bildirmişdir ki, mağazaya borcları var və ödəyə bilmirlər, o, onların borclarını ödəsə, onu Adəmlə tanış edəcəklər. O, inandığı üçün anasından xatirə olan protezi və üzərində olan 8 ədəd qızıl dişi aparıb Cavidgilə vermişdir. Bir neçə gün sonra Cavid ona bir məktub vermiş və bu məktubun Adəmdən gəldiyini bildirmişdir. Adəmin məktubda ona əlaqə saxlaması üçün telefon lazım olduğunu, onda isə hal-hazırda telefonu almaq üçün pul olmadığını, evdə olan qızıllardan verməsini, eyni zamanda qızılı Cavidin vasitəsi ilə verməsini yazdığını oxuduqdan sonra o, evdə olan qızıllardan Cavidə verməyə başlamış və guya Cavid məktubda qeyd olunmuş kimi, həmin qızılları Adəmə aparırmış. Bundan sonra Cavid Adəmdən daha 2 məktub gətirmiş və o, Cavidə hər dəfəsində qızıl vermişdir. Hər dəfə o, Cavidə qızıl verdikdə Cavid ona bildirmişdir ki Sevda ilə birlikdə onu evləndirəcək, sadəcə Adəmin dediklərini etsin və Adəmin sözündən çıxmasın. Hər dəfə Adəm qızıl istəyəndə, o, evdə olan qızılları Cavidin vasitəsi ilə Adəmə göndərmişdir. Bir ay sonra o, Cavidin əməllərindən, özünü şübhəli aparmasından bilmişdir ki, Cavid onu aldadır və Adəm adlı şəxs yoxdur. Həmin gün təsadüfən qardaşı Asif məktubları onun əlində görmüş, beləliklə, hər şeyin üstü açılmışdır. Hesab edir ki, bu əməli Sevda və Cavid planlaşdıraraq onu aldatmışlar. Sevda ona əvvəldən deməsəydi, Cavidə hec vaxt inanmazmış. Təqsirləndirilən şəxslərin əməli nəticəsində ona ümumilikdə 16000 manat məbləğində maddi ziyan dəymişdir və həmin ziyan indiyə qədər ödənilməmişdir. Cavidin guya qızılları lombarda qoyduqdan sonra ona 800 manat verməsi barədə dedikləri yalandır. Buna görə də o, Cavid və Sevdadan şikayətçidir, dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxslərə törətdikləri əməllərinə görə qanuna müvafiq cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində Şahid ifadəsində göstərmişdir ki, bacısı Hicranın ailə həyatı dağılmış və uzun illərdir ki, onunla yaşayır. Bu ilin may ayında bacısının əlində bir neçə məktub görmüş və ondan nə səbəbə əlində kağız olduğunu soruşmuş, o da ona bildirmişdir ki, qonşuları Cavid və Sevda onu Adəm adlı şəxslə tanış edib evləndirəcəklər, buna görə də Adəm ona məktublar yazır. O, bacısına inanmamış və Cavidin qaynatasına zəng edib bildirmişdir ki, Sevda və Cavid onun bacısı Hicranı aldatmışlar. Sonra o, bacısından soruşmuşdur ki, “sən onlara bunun qarşılığında nə vermisən?” Hicran ona evin bütün qızllarını Cavidə və Sevdaya verdiyini bildirmişdir. Bundan sonra Sevda və Cavid onun evinə gəlmiş, Cavid bildirmişdir ki, Adəm adlı şəxsi tanıyır və yaxın adamdır, Adəmin Hicrana fikri ciddidir və ona elçi gələcək. Sevda da ona bildirmişdir ki, Adəmi o da tanıyır, hətta onun evində olub və Adəm də onun evinə gəlibdir. Bundan sonra o, Sevdaya inanmış və Cavidə demişdir ki, Adəmi onun evinə gətirsinlər. Bir gün sonra o, neçə dəfə Cavidgilə zəng etsə də onun zənginə cavab verməmişlər. Habelə, hökmdən görünür ki, iş üzrə sübut əhəmiyyətli sənədlər – Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş 12 iyul 2023-cü il tarixli, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş 17 iyul 2023-cü il tarixli üzləşdirmə protokolları, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması barədə 14 iyul 2023-cü il tarixli protokol, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi 01 vərəq sarımtıl rəngli damalı xətlər üzərində qırmızı rəngli yazı ilə yazılmış məktub, 02 vərəq sarımtıl rəngli damalı xətlər üzərində göy rəngli yazı ilə yazılmış məktubu götürmə haqqında hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 14 iyul 2023-cü il tarixli protokol, hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 14 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol, 01 vərəq sarımtıl rəngli damalı xətlər üzərində qırmızı rəngli yazı ilə yazılmış məktub və 02 vərəq sarımtıl rəngli damalı xətlər üzərində göy rəngli yazı ilə yazılmış məktubu maddi sübut kimi tanıma haqqında 14 iyul 2023-cü il tarixli qərar, Təqsirləndirilən şəxs1 qızılları "xxxx" MMC-nə girov qoyması barədə girov biletlərinin surətlərinin cinayət işinə əlavə edilməsi haqqında 10 sentyabr 2023-cü il tarixli protokol, doğum haqqında şəhadətnamələr və 16 sentyabr 2023-cü il tarixli tələbnamələr tədqiq olunaraq mahiyyəti üzrə qiymətləndirilmişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nə verdiyi məlumatda, Təqsirləndirilən şəxs1 8 ədəd protez diş, 15 qram çəkidə bir dəst sırğa-üzük, bir ədəd qızıl tros sep, bir ədəd üzərində qızıl medlayon olan sadə sep, bir dəst qızıl sırğa, 12 qram çəkidə qızıl üzük və 2 ədəd qızıl bilərzik verdiyini qeyd etmişdir (cild 1, i.v.4). İşdə olan "xxxx" MMC-dən verilmiş sənədlərdən görünür ki, 091636 nömrəli girov biletinə əsasən, girovverən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, 585 əyarlı, 6,42 qram və 585 əyarlı, 3,11 qram çəkidə 2 cüt qızıl sırğa məmulatını 500 manat müqabilindən girov qoymuşdur. 091650 nömrəli girov biletinə əsasən, girovverən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, 585 əyarlı, 8,72 qram çəkidə sep+klon qızıl məmulatlarını 500 manat müqabilindən girov qoymuşdur. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərarından görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekpertizası təyin edilmişdir. İşdə olan 04 noyabr 2024-cü il tarixli 9/7078 №-li ekpert rəyindən görünür ki, -585 əyarlı qızıl məmulatlarında (sırğa, üzük, sep, klon və sair) olan qızılın 1 qramı – 80,00 manat; - 750 əyarlı qızıl məmulatlarında (sırğa, üzük, sep, klon və sair) olan qızılın 1 qramı – 115,00 manat; -585 əyarlı qızıl dişin (dişdə olan qızılın 1 qramına) satışına dair məlumat mövcud olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li qərarının hüquqi tövsiyyəsinə görə, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməmələri ilə bağlı aşağıdakılar göstərilmişdir: “...Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmələri özlərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, üzləşdirmə protokolları, əl yazması olan 3 vərəq məktub, təqdim etmə və götürmə aparılması barədə qərar, protokol, baxış keçirmə barədə protokol, maddi sübut kimi tanınma barədə qərar, ifadənin yerində yoxlanılması barədə protokol, fotoşəkillər və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin, şahidin ifadələri, üzləşdirmə protokolları, əl yazması olan 3 vərəq məktub, təqdim etmə və götürmə aparılması barədə qərar, protokol, baxış keçirmə barədə protokol, maddi sübut kimi tanınma barədə qərar, ifadənin yerində yoxlanılması barədə protokol, fotoşəkillər və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin, şahidin ifadələri, üzləşdirmə protokolları, əl yazması olan 3 vərəq məktub, təqdim etmə və götürmə aparılması barədə qərar, protokol, baxış keçirmə barədə protokol, maddi sübut kimi tanınma barədə qərar, ifadənin yerində yoxlanılması barədə protokol, fotoşəkillər və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinməsi və cinayət əməllərinin hüquqi tövsifi üzrə gəldiyi nəticəni hökmdə ətraflı şərh etməklə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qərarlarının hüquqi tövsiyyəsinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, verilmiş apellyasiya şikayətləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsim Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının hüquqi tövsiyyəsinə görə, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin həmin mövqeyinin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşdə olan sübutları bir daha mötəbərliyi və mümkünlüyü üzrə təhlil edən məhkəmə kollegiyası hesab edir ki, həmin sübutlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin təsdiq ediliyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən iş üzrə qanuni üsullarla toplanılmış və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış, mötəbərliyi və mümkünlüyü heç bir şübhə doğurmayan, işin faktiki hallarına uyğun olaraq qiymətləndirilmiş sübutların məcmusuna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs və Şahid ifadələri arasında müəyyən edilmiş ziddiyyətin digər sübutların tədqiqi ilə işin faktiki hallarına uyğun olaraq aradan qaldırıldığını və eyni zamanda Təqsirləndirilən şəxs1 apellyasiya baxışı zamanı ifadəsində qeyd etdiyi məlumatların təhlilini nəzərə alır. Belə ki, apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 işin faktiki hallarına uyğun məlumatlar vermiş və həmin məlumatların fonunda məsuliyyətdən yayınmağa çalışmışdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının hüquqi tövsiyyəsinə görə, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Bu əsasları nəzərə alan məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətinə münasibətdə Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməllərini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ona bəraət verilməsi haqqında şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Təqsirləndirilən şəxs2 münasibətdə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda işin faktiki hallarına və apellyasiya şikayətinə münasibətdə Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməsinə də qanuni əsaslar müəyyən etmir. Apellyasiya şikayətində müdafiə tərəfi, qızılların qiymətinin 16000 manat dəyərində olmadığını mübahisələndirdiyinə, həmçinin ittihamda həmin məbləğ əsaslandırmadığından, məhkəmə dələduzluq yolu ilə əldə edilmiş qızılların həmin dövrə olan qiymətini müəyyən etmək məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və 04 noyabr 2024-cü il tarixli 9/7078 №-li ekpert rəyinə əsasən 585 əyarlı qızıl məmulatlarında (sırğa, üzük, sep, klon və sair) olan qızılın 1 qramı – 80,00 manat müəyyən edilmişdir. Eyni zamanda məhkəmədə dindirilən zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş qardaşının ifadələri ilə, 1 ədəd qızıl seplə klonun çəkisi 4 qram, 1 ədəd qızıl nişan üzüyünün çəkisi 11 qram, 1 ədəd qızıl tros sepin çəkisi 5 qram, 2 ədəd qızıl qolbağların çəkisi 14 (7+7) qram, 1 çüt qızıl sırğanın çəkisi 5 qram, 1 ədəd qızıl komplektin çəkisi 15 qram və 1 ədəd qızıl diş protezin çəkisi 28 qramı olması, həmçinin, sonuncu tərəfindən dələduzluq yolu ilə əldə edilmiş həmin qızılların bir qisminin, yəni 585 əyarlı 2 cüt 9,83 (6,72+3,11) qram çəkidə olan qızıl sırğaların və 585 əyarlı 8,72 qram çəkidə olan seplə klonun lombarda girov qoyularaq pul götürdüyü müəyyən edilmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsim Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının hüquqi tövsiyyəsinə görə, dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir. Dələduzluq cinayəti zərər çəkmiş şəxsə məxsus olan və dəyərinə görə daha qiymətli əmlakın bundan ucuz əmlakla əvəz edilməsi yolu ilə törədildikdə, təqsirkarın əməli əmlakların qiymətlərində olan fərqə əsasən yox, ələ keçirilmiş əmlakın dəyərinə uyğun olaraq tövsif edilir. Belə hallarda əmlakların dəyəri arasındakı fərq zərərin ödənilməsi zamanı nəzərə alına bilər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş qardaşının ifadələrində qeyd etdikləri qızılların çəkilərini, həmçinin lombarda qoyulan qızılların çəkilərini nəzərə alaraq, 1 ədəd qızıl seplə klonun çəkisinin 8,72 qram, 1 ədəd qızıl nişan üzüyünün çəkisinin 11 qram, 1 ədəd qızıl tros sepin çəkisinin 15 qram, 2 ədəd qızıl qolbağların cəkisinin 14 (7+7) qram, 1 çüt qızıl sırğanın çəkisinin 6,72 qram, 1 ədəd qızıl komplektin (sırğa+üzük) çəkisinin 15 qram və 1 ədəd qızıl diş protezin çəkisinin isə 28 qram, cəmi 98,44 qram qızıl məmulatlarının cinayətin predmeti olduğunu və həmin dövrdə 585 əyarlı qızıl məmulatların 1 qramının qiymətinin 80,00 manat dəyərində olduğunu nəzərə alaraq, dələduzluq yolu ilə əldə edilmiş qızılların qiymətinin 7875,20 (98,44 qram x 80 manat) manat təşkil etdiyini müəyyən etmişdir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətində Təqsirləndirilən şəxs1 cinayəti tək törətməsi və bununla törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməli olduğunu iddia etsə belə, sonuncu həmin cinayəti Təqsirləndirilən şəxs2 ilə törətmiş və bu isə o deməkdir ki, məlum dələduzluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş, həmçinin zərərçəkmiş şəxsə beş min manatdan yuxarı məbləğdə maddi zərərin vurması fonunda vurulmuş zərərin məbləği əməlin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməsinə əsas vermir. Belə ki, cinayət qanunvericiliyinin tələblərinə və «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsim Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının hüquqi tövsiyyəsinə görə, dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CMnin 178.2.4-cü maddəsi) törədilmiş dələduzluq kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs ifadəsində, təqsirləndirilən şəxslərin əməli nəticəsində ona ümumilikdə 16000 manat məbləğində maddi ziyan dəydiyini qeyd etmişdir. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs və qardaşı iş üzrə Şahid ifadələri və 04 noyabr 2024-cü il tarixli 9/7078 №-li ekpert rəyi ilə, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 7 875,20 (yeddi min səkkiz yüz yetmiş beş) manat 0,20 (iyirmi) qəpik məbləğində maddi ziyanın dəydiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş qardaşı Şahid ifadələri arasında müəyyən edilmiş ziddiyyətlər işin faktiki hallarına uyğun qiymətləndirilmiş və bu ziddiyyətlər digər sübutların tədqiqi ilə aradan qaldırılmışdır. Odur ki, məhkəmə kollegiyası, Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş qardaşı Şahid ifadələrinin, 04 noyabr 2024-cü il tarixli 9/7078 №-li ekpert rəyinin, habelə iş üzrə toplanmış sübutların məcmusunu bir-biri ilə əlaqəli şəkildə tədqiqinə və təhlilinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən 7 875,20 (yeddi min səkkiz yüz yetmiş beş) manat 0,20 (iyirmi) qəpik məbləğində əmlakını ələ keçirməklə dələduzluq cinayəti törətmələrinin təsdiq olunduğunu qeyd edir və nəzərə alır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 7 875,20 (yeddi min səkkiz yüz yetmiş beş) manat 0,20 (iyirmi) qəpik məbləğində maddi zərər vurmaları xüsusunda müəyyən edilmiş hallar onların törətmiş olduqları cinayət əməllərinin hüquqi tövsifinə təsir göstərmir və bu mənada qanunun tətbiqini şərtləndirmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1 -ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafıq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Belə ki, apellyasiya qaydasında araşdırılmış iş materiallarına əsasən, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq və təhlil edən, habelə iş üzrə keçirilmiş istintaq və məhkəmə hərəkətinin protokollarını, həmçinin toplanmış sənədlərin hər birini mötəbərliyi üzrə qiymətləndirən məhkəmə işin faktiki hallarını tədqiq edilmiş sübutların məcmusu ilə müəyyənləşdirmişdir. Qanunvericiliyin tələbinə əsasən, məhkəmədə tədqiq olunmuş və ittihamın əsası kimi qəbul edilmiş hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qəbul ediləndir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, iş üzrə toplanmış sübutların tədqiqi və təhlili göstərir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməllərini Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4 maddələri ilə tövsif etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ona görə ki, məhkəmədə tədqiq edilmiş subutların analizi göstərir ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, yəni ittiham tərəfin təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, onların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının hüquqi tövsiyyəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları nəzərə alınmış, barəsində təyin edilmiş cəzanın növü və həddi törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 64.1-ci maddəsinə əsasən, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsi müzakirə edilərkən, cinayətin törədilməsində faktiki iştirakı, xarakteri və dərəcəsi, habelə Azərbaycan Respublikası CM-nin 8.1, 41.2 və 58.1-ci maddəsinin tələbləri baxımından, barəsində cəzanın növü düzgün müəyyən edilsə də, təyin olunan cəzanın həddi kifayət qədər yüksək olmuşdur. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət əməli törətməsi, himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin qərarda qeyd olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinin tələbinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs2 mənafeyinə aid hissədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli hökmü sonuncuya cəza təyin edilməsi hissədə dəyişdirilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.4, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs1 və Müdafiəçi2 Təqsirləndirilən şəxs2 mənafeyinə aid hissədə verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli hökmü, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) il müddətinə endirilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar