Məhkəmə qərarları › İş №1(103)-240/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-240/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-240/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli hökmünə əsasən (hakim X4) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 avqust 2020ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən hökmlə təyin olunmuş cəza ilə qismən toplanaraq ona qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Hökmdən narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək himayəsində xəstə anasının və azyaşlı övladının olmasının nəzərə alınaraq ona köməklik göstərilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı zamanı Penitesiar Xidm\tin X1 müalicə alan məhkum edilmiş Təqsirləndirilən şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək şikayətdən imtinasının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya şikayətindən imtinanın qəbul edilərək apellyasiya şikayətinin baxılmasına xitam verilməsinə etirazlarının olmadığını bildirdi. Məhkəmə kollegiyası proses iştirakçısının fikirlərini dinləyərək hesab edir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinası qəbul olunaraq apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.4-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətindən imtina etdiyindən apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390 və 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardan bir ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya qaydasında şikayət və protest verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zəki Babayev Rəşad Abdulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar