Məhkəmə qərarları › İş №1(103)-242/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-242/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-242/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X20 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-328/2023 saylı, 06 noyabr 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-328/2023 saylı, 06 noyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hafiz Kamranov) xx.xx.1978-ci il tarixdə Ermənistanın Noyanberyan rayonunun Ağtanaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkumluğu olmuş, məhkumluğu ödənilmiş, Akademik C.M.Abdullayev adına X3 publik hüquqi şəxsdə kiçik elmi işçi (həkim-kardioloq ixtisası üzrə) vəzifəsində işləyən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 69/94 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətə səhiyyə-tibb sahəsində rəhbər vəzifə, o cümlədən tibb-ekspert komissiyasının rəhbər və ya üzvü olmaqla rəy vermək hüquqlarından məhrum edilməklə 4.000 manat cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın tam təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 58.748,6 manat məbləğində maddi ziyan tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X28 Şəxsə ödənilməsi hökm edilmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-328/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilmiş və o həmin hissədə cinayət məsuliyyətindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-Tədqiqat İnstitutunun direktorunun 19 yanvar 2009-cu il tarixli, 4 nömrəli əmri ilə həmin tarixdən 17 aprel 2019-cu il tarixədək qeyd edilən İnstitutun 1-ci Klinik Kardiologiya şöbəsində həkim-kardioloq vəzifəsində işləyərkən Azərbaycan Respublikası səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını, kardiologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı məsələləri, öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri, tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını bilmək, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicəprofilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəricilərini təhlil etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, sanitar-maarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək və digər səlahiyyətləri üzrə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü Şahid4 əlilliyə görə maddi yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 08 fevral 2017-ci il tarixdə özünə müraciət etmiş Şahid4 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid4 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 28 fevral 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 520 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə Şahid4 “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz, Ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz” və ağırlaşma hissəsinə “ürək çatmamazlığı İİİ f.s., Ekstrasistolik aritmiya” kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid4 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə şəxsən özü diyircəkli qələmlə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid4 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid4 həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 06 may 2017-ci il tarixli 4384003AABQ6 nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya Mədəcik ekstrasistoliyası, sol mədəcik çatmamazlığı, Ürək çatmamazlığı İİİ f.s. (NYHA)” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid4 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci il may ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə 12.965,13 manat (on iki min doqquz yüz altmış beş manat on üç qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X3 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 13 aprel 2017-ci il tarixdə özünə müraciət etmiş Bakı şəhər sakini xx.xx.1964-cü il təvəllüdlü Şahid5 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid5 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 03 may 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 1547 nömrəli, xx.xx.2017ci il tarixli epikrizə Şahid5 “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı), Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı),” və ağırlaşma hissəsinə “Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid5 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid5 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid5 həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 16 may 2017-ci il tarixli 4384003AABSA nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “Sol mədəcik çatmamazlığı ÜÇ İİİ f.s. (NYHA), digər dəqiqləşdirilmiş plevra zədələnmələri sağ tərəfli hidrotoraks, digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya ekstrasistolik aritmiya” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid5 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci ilin may ayından 2021-ci ilin may ayına qədər olan müddətdə 4552,20 manat (dörd min beş yüz əlli iki manat iyirmi qəpik) məbləğində əlilliyə görə sosial müavinatın ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına ElmiX8 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 13 aprel 2017-ci il tarixdə özünə müraciət etmiş Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü Şahid6 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid6 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 03 may 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 1548 nömrəli, xx.xx.2017- ci il tarixli epikrizə Şahid6 “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı), Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı)” və ağırlaşma hissəsinə “Davamlı ürək çatmamazlığı İİİ f.s, Ekstrasistolik aritmiya, Hidrotoraks” kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid6 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid6 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid6 həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 25 may 2017-ci il tarixli 4384003AABT3 nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya Ekstrasistolik aritmiya, durğunluq ürək çatmamazlığı ÜÇ İİİ f.s. (NYHA),digər dəqiqləşdirilmiş plevra zədələnmələri hidrotoraks” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid6 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci ilin iyun ayından 2021-ci ilin may ayına qədər olan müddətdə 9.506,97 manat (doqquz min beş yüz altı manat doxsan yeddi qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına ElmiX8 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 13 aprel 2017-ci il tarixdə özünə müraciət etmiş Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü Şahid7 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid7 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 03 may 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 1549 nömrəli, xx.xx.2017- ci il tarixli epikrizə Şahid7 “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı), Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı),” və ağırlaşma hissəsinə “Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid7 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid7 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid7 həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 16 may 2017-ci il tarixli 4384003AABR2 nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya Mədəcik ekstrasistoliyası, sol mədəcik çatmamazlığı ÜÇ İİİ f.s. (NYHA), digər dəqiqləşdirilmiş plevra zədələnmələri sağ tərəfli hidrotoraks” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid7 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci ilin may ayından 2021-ci ilin may ayına qədər olan müddətdə 8731,31 manat (səkkiz min yeddi yüz otuz bir manat otuz bir qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına ElmiX8 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 19 aprel 2017-ci il tarixdə özünə müraciət etmiş Gəncə şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü X19 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında İradə Rəsulova barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 08 may 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 1657 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə İradə Rəsulovada “Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı), Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı),” və ağırlaşma hissəsinə “Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” kimi bilə-bilə yalan diaqnozu, həmçinin İradə Rəsulovanın exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi İradə Rəsulovaya təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri İradə Rəsulovada həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 16 may 2017-ci il tarixli 4384003AABR3 nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya Ekstrasistolik aritmiya, sol mədəcik çatmamazlığı ÜÇ İİİ f.s. (NYHA), digər dəqiqləşdirilmiş plevra zədələnmələri sağ tərəfli hidrotoraks” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə İradə Rəsulovaya beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci ilin avqust ayından 2022-ci ilin oktyabr ayına qədər olan müddətdə 10.204,65 manat (on min iki yüz dörd manat altmış beş qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X3 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 01 may 2017-ci il tarixdə özünə müraciət etmiş Abşeron rayon sakini xx.xx.1960-cı il təvəllüdlü Şahid8 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid8 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 10 may 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 1858 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə Şahid8 “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı), Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı),” və ağırlaşma hissəsinə “Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid8 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid8 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid8 həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 25 may 2017-ci il tarixli 4384003AABT1 nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya Ekstrasistolik aritmiya, Durğunluq ürək çatmamazlığı İİİ f.s. (NYHA), digər dəqiqləşdirilmiş plevra zədələnmələri hidrotoraks” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid8 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci ilin iyun ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə 12.788,34 manat (on iki min yeddi yüz səksən səkkiz manat otuz dörd qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına ElmiX6 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X3 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-328/2023 saylı, 06 noyabr 2023-cü il tarixli hökmünün qanunsuz və əsassız olduğundan, barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsindəki Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü qanunsuz və ədalətsiz olduğundan həmin hökm ləğv edilməli və yeni bəraət hökmü çıxarılmalıdır.Həmin hökm maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, CM-nin 308-ci maddəsi üzrə təqsirləndirilən şəxs “vəzifəli şəxs” olmalıdır, mən sıravi həkim işləməklə peşə fəaliyyətimdən törəyən hərəkətləri etmişəm və sıravi həkim vəzifəli şəxs deyildir. Özünü CM-nin 308-ci maddə ilə deyil, 313-cü maddəsi ilə təqsirli bilir. Bununla da ibtidai istintaq orqanı və məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair xx.xx.2013-cü il tarixli qərarının tələbləri pozulmuş, nəticədə əsassız hökm çıxarılmış, yanlış olaraq cinayət işi üzrə vəzifəli şəxs qismində cəlb olunmuşdur. Məhkəmə cəza təyin edərkən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci mddəsinin tələbinə əməl etməmişdir. Belə ki, həmin maddəyə əsasən hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir.Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə tərəfindən cəza təyini zamanı qanunun bu tələbi gözlənilməmiş və maddənin sanksiyasında olan cərimə cəzasının yuxan həddində 4000 manat birinci və ikinci hökmlər üzrə cəzalar CM-nin 66-cı maddəsinə əsasən qismən toplanmalı və ona hüquqi vəziyyətini ağırlaşdırmayan qəti cəza təyin edilməli idi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 34.3-cü maddəsinə əsasən hər hansı əməlin törədilməsinə görə şəxsin barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü varsa, həmin şəxsin haqqında eyni əmələ görə cinayət təqibinin təzələnməsi, ittihamın daha ağır ittihamla əvəz edilməsi və ona daha ağır cəza təyin edilməsi yolverilməzdir. Məhkəmə isə qnunun bu tələbinə riayət etmədən ağır cəza təyi etmişdir. Bundan əlavə məhkəmə tərəfindən ona CM-nin 46.2-ci maddəsinə istinad edilərək 01 il 6 ay müddətinə sohiyyə-tibb sahəsində rəhbər vəzifə, o cümlədən tibb-ekspert komissiyasının pəhbər və ya üzvü olmaqla rəy vermək hüquqlarından da məhrum etmə cəzası təyin edilməklə, hüquqi vəziyyəti əsassız olaraq pisləşdirilmişdir. Əlavə cəzanın təyini cinayət qanununda məhkəmənin mülahizəsinə buraxılmışdır və imperativ xarakter daşımır. Belə ki, CM-nin 308-ci maddəsində nəzərdə tutulan əməl az ağır cinayətlər kateqoriyasına daxildir.Barəsində olan birinci hökmlə təyin edilmiş cəza tam icra olunmuşdur.Birinci hökmdən sonrakı beş il ərzində bir dəfə də olsun nəinki cinayət əməli, heç inzibati xəta da törətməmişdir. Məhkəmə isə cinayət qanunun tələblərini pozaraq, yüngülləşdirici halları nəzərə almadan, hansı əsasa görə onun barəsində əlavə cəza təyin edilməsi qərarını əsaslandırmamışdır. Digər tərəfdən, məhkəmə tərəfindən hökmdə uydurma ittiham təsdiq edilərək, onun vəzifəli şəxs qismində cinayəti xidməti vəzifələrinin icrası zamanı özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməyi üçün törətməyi səbəb kimi göstəriİmişdir.Lakin tanımadığı şəxslərdən necə qanunsuz üstünlük əldə edə biləcəyi göstərilməmişdir. Həmçinin, istintaq orqanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onu mülki cavabdeh kimi tanımaq barədə istiqamətverici məktubla müracət etmişdir və bununla da mülki tələb üzrə cavabdeh kimi istintaq orqanı tərəfindən o, tanınmışdır. Məhkəmə isə hökmündə 58748 manat 60 qəpik məbləğində mülki iddianın ondan alınmasına dair qərar qəbul etmişdir. Təəssüfedici haldır ki, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə ibtidai istintaq orqanı və nə də məhkəmə orqanı mülki iddiaçını və cavabdehi müəyyən etməkdə acizdirlər.Hazırkı iş üzrə saxta sənədlərlə təqaüd alan şəxslər mülki cavabdehdirlər və iddia onlara qarşı yönəldilməli idi.Həmin şəxslər onu tanımadıqlarını və bir manat da olsun onlardan istəmədiyini məhkəmə istintaqında təsdiq etməklə, saxta tibb sənədlərlə aldıqları təqaüdü geri qaytarmaq istədiklərini bildirmişlər.Bu hal üstündən sükutla keçilərək, məhkəmə hökmündə qeyd edilməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Dövlət ittihamçısı X11 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışlarını dinləyib belə hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, lakin hökm cəza hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində apellyasiya instansiya məhkəməsində məhkum edilmiş şəxsin müdafiəçisinin göstərdiyi halların iş materialları ilə öz təsdiqini tapmadığını bildirir və müdafiə xarakterli mövqe kimi qiymətləndirir. Belə ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya instansiya məhkəməsindəki icraatı zamanı göstərdikləri cinayət işi üzrə toplanmış biri digərini tamamlayan sübutlarla (özünün cinayəti etiraf ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və s.) təkzib edildiyindən, məhkəmə kollegiyası həmin məlumatların həqiqətə uyğun olmayan, müdafiə xarakterli olduğunu vurğulayır və hesab edir ki, məhkum bu cür fikirlər söyləməklə məsuliyyətdən qurtulmaq və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yayınmaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (mülki cavabdeh) ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib, ifadəsində göstərmişdir ki, 2009-cu ildən 2019-cu il tarixədək Elm-Tədqiqat Kardiologiya institunda həkim-kardioloq kimi işləmişdir. 2019-cu ildə cinayət məsuliyyətinə cəlb olunduğundan işdən azad olunub, daha sonra isə 2020-ci idən yenidən işinə bərpa olunmuşdur. 2 nömrəli Dəmiryol Poliklinikasından göndərişlə gələn xəstələr işlədiyi xəstəxanada növbəlik prinsipi ilə həkimlərə yazılırlar. Həkimlər, eləcə də o, özü xəstəni müayinə edərək stasionar müalicənin vacibliyi müəyyən olunarsa həmin xəstə stasionar olaraq xəstəxanada qalıb müalicə alır. Bundan sonra xəstənin vəziyyətinə uyğun müalicə həkimi tərəfindən çıxarış, epikriz və ya rəy yazılır, daha sonra həmin sənəd xəstənin özünə təqdim edilir və xəstə də həmin sənədi göndərişlə gəldiyi xəstəxanaya və ya poliklinikaya təqdim edir. Əlavə olaraq qeyd edir ki, ola bilər ki, xəstə göndərişlə deyil, baş vermiş ağrılar səbəbindən birbaşa işlədiyi xəstəxanaya müraciət etsin, yəni göndəriş olmadan da xəstə işlədiyi xəstəxanaya müraciət edə bilir. Müraciət edən xəstəyə əgər stasionar müalicə ehtiyac olmursa təqdim etdiyi digər epikrizlərə əsasən həmin xəstəyə rəy yazılır və xəstənin özünə təqdim edilir. Bunun səbəbi odur ki, xəstənin vəziyyəti ağır olmadığından stasionar olaraq onu qəbul etmirlər. Qeyd edir ki, ona Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 520 nömrəli, 28 fevral 2017-ci il tarixli Şahid4 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, həmçinin yazılar da onun tərəfindən yazılmışdır. Şahid4 xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Kliniki dedikdə xəstənin öz şikayəti, təziqinin ölçülməsi, təngnəfəsliyi, ayağında ödəmləri, halsızlığı, sinəsində olan ağrılar nəzərdə tutulur, instrumental dedikdə isə kardeoqrama, exokardioqrafiya, EKQ, EXO KQ, rentgen və sair müayinələr nəzərdə tutulur. Bundan başqa ona Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 1657 nömrəli, 08 may 2017-ci il tarixli X15 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsi ilə hal-hazırda adını xatırlamadığı Kardiologiya İnstitutunun işçisi tərəfindən işlədiyi İnstitutda xidməti otağda kompüterdə tərtib edilmişdir. İradə Rəsulovanı xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Bundan başqa, ona Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 1858 nömrəli, 10 may 2017-ci il tarixli Şahid8 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsilə hal-hazırda adını xatırlamadığı Kardiologiya İnstitutunun işçisi tərəfindən işlədiyi İnstitutda xidməti otağda kompüterdə tərtib edilmişdir. Şahid8 xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Bundan başqa, ona ElmTədqiqat Kardiologiya institunda tərtib edilmiş 1547 nömrəli, 03 may 2017-ci il tarixli Şahid5 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsilə hal-hazırda adını xatırlamadığı Kardiologiya İnstitutunun işçisi tərəfindən işlədiyi İnstitutda xidməti otağda kompüterdə tərtib edilmişdir. Şahid5 xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Bundan başqa, ona Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 1548 nömrəli, 03 may 2017-ci il tarixli Şahid6 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsilə hal-hazırda adını xatırlamadığı Kardiologiya İnstitutunun işçisi tərəfindən işlədiyi İnstitutda xidməti otağda kompüterdə tərtib edilmişdir. Şahid6 xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Bundan başqa, ona ElmiTədqiqat Kardiologiya institunda tərtib edilmiş 1549 nömrəli, 03 may 2017-ci il tarixli Şahid7 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsilə hal-hazırda adını xatırlamadığı Kardiologiya İnstitutunun işçisi tərəfindən işlədiyi İnstitutda xidməti otağda kompüterdə tərtib edilmişdir. Şahid7 xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Əlavə olaraq qeyd edir ki, bütün epikrizləri Kardiologiya İnstitutunun inzibati binasında yerləşən xidməti otağda epikrizin sonuncu tarixində tərtib etdirmişdir. Şahid4 və digərlərinə təyin etdiyi diaqnozları kliniki, labarator və instrumental müayinələr nəticəsində təyin etmişdir. Elmi-Tədqiqat Kardiologiya institundan daxil olmuş tibbi sənədlərdən Şahid4, İradə Rəsulova, Şahid8, Şahid5, Şahid6 və Şahid7 barəsində hər hansı İnstrumental və labarator müayinə aparılmamasının müəyyən edilməsi ilə bağlı suala cavab olaraq bildirir ki, sonuncularla bağlı bütün sənədlər olmuşdur, həmin şəxslərə qeyd edilən diaqnozu təyin etmiş, hesab edir ki, kardioqrama, EXO kardioqrafiya və digər labarator müayinələr itmişdir. Məhkəmətibbi ekspertinin Şahid4, İradə Rəsulova, Şahid8, Şahid5, Şahid6 və Şahid7 adına tərtib etdiyi rəylərdə sonunculara təyin olunmuş diaqnozlar öz təsdiqini tapmaması ilə bağlı hesab edir ki, təyin etdiyi diaqnozlar tam qanunidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, xəstələrə diaqnozu o qoymuşdur. O, sənədlərdə göstərilən rəqəmləri EKQdə göstərilən rəqəmlərlə yazır. O, ümumiyyətlə xəstələrə diaqnozu özbaşına qoymamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs akademik C.M.Abdullayev adına ElmiX8 publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2009-cu ildən 2019-cu il tarixədək Elm-Tədqiqat Kardiologiya institunda həkim-kardioloq kimi işləmişdir. 2019-cu ildə cinayət məsuliyyətinə cəlb olunduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub, daha sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83 və 84-cü maddələrinin tələblərinə riayət olunmadığına görə 2020-ci idən yenidən işinə bərpa olunmuşdur. Hazırda təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri Akademik C.M.Abdullayev adına X3 X25 işgüzar nüfuzuna xələl gətirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (mülki iddiaçı) nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, zərər vurmaqla ümumilikdə 58.748.60 (əlli səkkiz min yeddi yüz qırx səkkiz altmış) manat məbləğində ziyan vurmuşdur. Mülki iddianı müdafiə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna dəymiş maddi zərərin təqsirləndirilən şəxs tutularaq ödənilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 1998-ci ilin iyun ayından hazıradək "xxxx" QSC-nin strukturuna daxil olan 2 saylı Bakı Dəmiryol poliklinikasının baş həkimi vəzifəsində işləyir. 2014-cü ildən səhiyyənin təşkili üzrə tibb üzrə fəlsəfə doktorudur. Rəhbərlik etdiyi poliklinika 2017-ci ildən MMC kimi fəaliyyət göstərir, yəni yalnız dəmiryolçulara deyil, digər vətəndaşlara da xidmət edir. Eyni zamanda həmin poliklinikada olan həkim-məsləhət komissiyasının sədridir, ixtisası stamotoloqdur. Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim Məsləhət Komissiyasının tərkibinə daimi üzv kimi həkim-əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə, birləşmiş xəstəxanalarda poliklinika şöbəsinin müdirinə (baş həkimin poliklinika işləri üzrə müavininə), poliklinika müdirinə (baş həkim) həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. 2 nömrəli X21 MMC-də fəaliyyət göstərən HMK-sı bir sədr və 3 üzvdən ibarət olmuş, komissiyanın tərkibində həkim kardioloq olmamışdır. 06 yanvar 2017-ci ildə həkim komissiyasının üzvləri - sədr özü, terapevt həkim kimi Şahid3, həkim cərrah kimi Şahid2, həkim nevropotoloq kimi isə Ofelya İbrahimova daxil edilmişdir. Bundan başqa üzvlərdən biri də pediatriya bölməsinin müdiri, yəni uşaq xəstəliklərinə baxan Rəsmiyyə Bağırova olmuş, ixtisasca həkim-nevropotoloqdur. 03 avqust 2017-ci il tarixdə isə komissiyanın üzvlərindən həkim terapevt Şahid3 işdən azad olunmuş, onun əvəzinə isə üzv kimi həkim terapevt Gülşən Şəmxalova daxil edilmişdir. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (35 nömrəli forma) yazılır. Sədri olduğu həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir. Хəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfindən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi: - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddəti başa çatmış şəxslərə TSEK tərəfındən əlilliyin təkrar qiymətləndirilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin əmək fəaliyyəti ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və sairdir. Həkim Məsləhət Komissiyası yuxarıda qeyd olunduğu kimi komissiyaya müraciət edən şəxslərin xəstəliyini müayinə və müalicə metodları ilə dəqiqləşdirərək əlillik dərəcələrinin təyinatı üzrə forma 088-lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinə göndərilməsini həyata keçirir. 2017-ci ildən həkim məsləhət komissiyaları müvafiq xəstəxanalarda və ya poliklinikalarda yerləşməklə elektron forma 088 tərtib edərək elektron imza ilə təsdiq etməklə həmin xidmətə göndərir, həmin xidmətin göndərişi əsasında TSEK-lərdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılır. Ona elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən özünə məxsusdur. Elektron imza özünə məxsus olsa da sistemə həkimin nəzarəti və redaktəsi altında operator özü daxil edir. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropotoloq tərəfindən müayinə olunur, lazım gəldikdə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu forma 088-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin forma 088-i sistemə daxil etmək mümkün olmur. Sədri olduğu Həkim Məsləhət Komissiyasının tərkibində həkim kardioloq olmadığından ürək xəstəliyi ilə bağlı komissiyaya müraciət edən xəstəni həkim terapevt müayinə etmişdir. Qeyd edir ki, xəstələr ilkin olaraq ürək xəstəliklərini müalicə edən stasionar xəstəxanalarda, yəni X24, Akademik C.M.Abdullayev adına ET Kardiologiya institutunda və digər xəstəxanalarda stasionar qaydada müayinə edildikdən sonra həmin xəstəxanadan əldə etdiyi stasionar müayinə almasına dair epikrizlə rəhbərlik etdiyi poliklinikaya müraciət edir. Bundan sonra rəhbərlik etdiyi poliklinikada sədrliyi ilə komissiya təşkil edilir və epikrizdə göstərilənlər olduğu kimi Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sisteminə daxil edilir (forma 088). Xəstələrin real vəziyyətinə dair göndərişin status lokaliz hissəsində yazılmış mətnlər və stasionar müalicə müddətlərinə dair məlumatların eynilik təşkil etməsinə səbəb budur. Bundan sonra forma 088 o, və digər komissiya üzvləri tərəfindən imzalanır və “online” qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilir. Sözügedən Komissiya isə vətəndaşa əlillik təyin edir və təqaüdün verilməsindən ötrü zəruri sənədlər vətəndaşın yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun müvafiq şöbəsinə göndərilir. Şahid4, Şahid5, X16, Şahid8, Şahid7 və Şahid6 tanımır. Ola bilsin ki, rəhbərlik etdiyi poliklinikaya müraciət etmişlər, lakin üzərindən uzun müddət keçdiyinə görə qeyd edilən şəxsləri hal-hazırda xatırlamır. Qeyd edilən şəxslərin poliklinikada olan sənədlərinə baxdıqda onlara əlillik təyin olunması üçün 2017-ci ildə 2 saylı X21 MMC-də həkim məsləhət komissiyasına ürək xəstəliyi ilə bağlı əlillik təyin olunması məqsədilə müraciət etdiklərini müəyyən etmişdir. 2017-ci ildə həmin şəxslər komissiyaya stasionar müalicə aldığı xəstəxanalardan müayinə sənədlərini təqdim etmişlər. Ürək xəstəliyindən əziyyət çəkdiklərinə görə sədri olduğu həkim məsləhət komissiyasında Şahid4, Şahid5, İradə Rəsulovanı, Şahid8, Şahid7 və Şahid6 müayinə edən HMK-nın üzvü həkim-terapevt Şahid3dır. Çünki həkim məsləhət komissiyasında hakim kardioloq olmadığından Şahid3 həkim-terapevt kimi müvafiq olaraq qeyd edilən şəxslərin müraciəti üzrə onları vizual müayinə edərək ixtisaslaşdırılmış xəstəxanalardan təqdim edilən epikrizlərdə olan diaqnozlara baxaraq həmin diaqnozları göndərişə (Forma 088) qeyd edir. Bunun səbəbi isə rəhbərlik etdiyi poliklinikada müasir tibbi avadanlıqların olmamasıdır, yəni mövcud tibbi aparatlar olmadığından məcbur qalıb xəstənin stasionar müalicə aldığı ixtisaslaşdırılmış xəstəxanalardan təqdim etdikləri epikrizlər əsasında forma-088 doldurulur. Ona və eləcə də həkim məsləhət komissiyasının digər üzvlərinə Şahid4, Şahid5, X19, Şahid8, Şahid7 və Şahid6, eləcə də 2017-ci il tarixdə ürək xəstəliyi ilə bağlı barələrində göndəriş (forma 088) göndərilmiş şəxslər tərəfindən əlilliyinin təyini ilə bağlı hər hansı pul və bu kimi maddi nemət təklif edilməmiş və eləcə də verilməmişdir. Həmin şəxslərin özləri də bunu təsdiq edə bilərlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əmək fəaliyyətinə 1986-cı ildə Zəngilan rayon, Mincivan qəsəbəsində başlamış, 1988-ci ildə isə köçürmə yolu ilə hazırda işlədiyi 2 saylı Bakı X21na təyinat almışdır. İxtisasca həkim-cərrаhdır. 2 nömrəli Dəmiryol Poliklinikası MMC olmaqla baş həkimi Şahid1dur. O, eyni zamanda həmin poliklinikada olan həkim-məsləhət komissiyasının üzvüdür. Onun özünə elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən özünə məxsusdur. Xəstənin tibbi sənədləri оnun хəstəliyindən аsılı оlаrаq müаlicə həkimi tərəfindən tоplаnılır. Хəstədə tеrаpеvtik хəstəliklər оlаrsа həkim məsləhət kоmissiyаsınа mürаciət еtdikdə tеrаpеvt tərəfindən, cərrаhi хəstəliklər оlаrsа həkim cərrаh tərəfindən, psiхi nеvrоlоji хəstəliklər оlаrsа həkim nеvrоpаtоlоq tərəfindən, хəstə 18 yаşаdək оlduqdа isə həkim pеdiаtr tərəfindən müаyinə оlunur, lаzım gəldikdə хəstə stаsiоnаr müаlicə оlunmаsı üçün iхtisаslаşmış tibb müəssisəsinə göndərilir və sоnrаdаn diаqnоz təsdiq оlunduqdа хəstənin məlumаtlаrı və diаqnоzu Forma 088-ə yаzılаrаq imzаlаnır və hər bir kоmissiyа üzvünün özünə məхsus оlаn аsаn imzаsı ilə sistеmə dахil оlunur. Bir nəfər kоmissiyа üzvünün аsаn imzаsı оlmаdıqdа həmin Forma 088-i sistеmə dахil еtmək mümkün оlmur. Cinayət işində qeyd edilən 2017-ci il tarixdə üzvü olduğu həkim məsləhət komissiyasında ürək xəstəliyi ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilmiş digər şəxsləri tanımır, qeyd edilən şəxslər onun xəstəsi olmamışlar. Həmin vaxtın üzərindən 5 il müddət keçdiyindən hansı həkimlərin yoxlamasını bilmir. Həmin xəstələri komissiyanın üzvü olan həkim tеrаpеvt müаyinə еtmiş və göndərişi TSЕK-nа göndərmişdir. O, yаlnız həmin həkimin qоyduğu diаqnоzun düzgünlüyünə inаnаrаq göndərişi еlеktrоn imzаsı ilə təsdiq еtmişdir. Yəni həmin şəxslərə hansı diaqnozun qoyulması, onların həkim məsləhət kоmissiyаsındаn kеçərkən аmbulаtоr və yа stаsiоnаr qаydаdа müаyinə və müаlicə olunmaları barədə məlumatı yoxdur. Elektron imzanın şəxsi olduğunu və istifаdə qаydаlаrını bilir. Lakin həmin imzanı həkim məsləhət komissiyasının digər üzvləri kimi o da poliklinikada kadrlarda işləyən, hazırda adını xatırlamadığı işçiyə etibar etmişdir. İşçi yalnız onların göstərişləri olduqda həmin imzadan istifadə edərək göndərişləri elektron qaydada imzalayır. Ona, eləcə də həkim məsləhət komissiyasının digər üzvlərinə 2017-ci il tarixdə üzvü olduğu həkim məsləhət komissiyasında ürək xəstəlikləri ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilmiş digər şəxslərin əlilliyinin təyini ilə bağlı hər hansı pul və bu kimi maddi nemət təklif edilməmiş və eləcə də verilməmişdir, digər komissiya üzvləri barəsində isə heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, məcburi köçkün olduğuna görə rəsmi olaraq heç bir yerdə işləməmiş, qeyrirəsmi olaraq isə fəhləliklə məşğul olmuşdur. Mahiyyəti üzrə bildirir ki, onda təxminən 2016-cı ildən ürək xəstəliyi əmələ gəlmişdir. Ürək xəstəliyi yaranandan sonra bir çox xəstəxanalarda, həmçinin İran İslam Respublikasında dəfələrlə ambulator və stasionar müalicələr almışdır. Bakı şəhərində Nəsrəddin Tusi adına Klinikada və hazırda adını xatırlamadığı xəstəxanalarda müalicələr almışdır. Onu bir çox həkimlər müalicə etmişdir, lakin adlarını hazırda xatırlamır. Daha sonra pensiya almaq məqsədilə 2017-ci ildə 2 saylı Bakı Dəmiryol poliklinikasına müraciət edərək müayinə və müalicələri ilə bağlı bütün sənədlərini orada adını xatırlamadığı həkimə təqdim etmişdir. Orada onu müayinə etmişlər və TSEK-ə göndəriş göndəriləcəyini, müsbət cavab çıxarsa ona pensiya təyin olunacağı bildirilmişdir. Təxminən 4-5 ay keçdikdən sonra mobil nömrəsinə barəsində əlilliklə bağlı təqaüd təyin edilməsi haqqında mesaj gəlmişdir. Bundan sonra Binəqədi rayonunda yerləşən "xxxx" ASCyə müraciət edərək aylıq müavinətin köçürüldüyü plastik kartı əldə etmiş, daha sonra isə pensiya kartı dəyişərək "xxxx" ASC-dən almışdır. İlk vaxtlarda təqaüdü hər ay təxminən 150 manat, son vaxtlarda isə təqaüdü hər ay üçün 260 manat olmuşdur. Ona verilən pensiya 2022-ci ilin may ayında, yəni 5 illik müddət tamam olduqdan sonra dayandırılmışdır. Əlilliklə bağlı təqaüdə çıxmağı müqabilində hər hansı şəxsə hər hansı məbləğdə pul, maddi nemət və sair verməmişdir. 2 saylı Bakı Dəmiryol poliklinikasında da ondan heç kimə pul və sair maddi nemət təqdim etməmiş, heç kim də bunu tələb etməmişdir. Əlavə olaraq qeyd edir ki, Bakı şəhərində müxtəlif xəstəxanalarda müalicələr almış, lakin Kardiologiya İnstitutunda müalicə alıbalmamağını hazırda xatırlamır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, onda 1990-cı ildən ürək xəstəliyi əmələ gəlmişdir. Bununla bağlı bir çox xəstəxanalarda ambulator və stasionar müalicə almışdır. Stasionar müalicə aldığı xəstəxanalardan biri Bakı şəhərində yerləşən Kardiologiya institutu olmuşdur. Müalicə həkiminin kim olmasını xatırlamır. Xəstəliyindən sonra işləyə bilmədiyindən pensiya almaq üçün müraciət etmək qərarına gəlmişdir. Bütün tibbi sənədlərini toplayaraq Bakı şəhərində yerləşən Dəmiryol poliklinikasına təqdim etmişdir, lakin sənədləri hansı həkimə təqdim etməyini xatırlamır. Bundan sonra ona pensiya təyin edilmişdir. Təxmini olaraq 2017-ci ildən pensiya almış, lakin təxminən 2021-ci ildən pensiyası səbəbsiz yerə dayandırılmışdır. Bununla bağlı olaraq dəfələrlə müvafiq qurumlara müraciət etsə də bir nəticəsi olmamışdır. İlk vaxtlarda təqaüdü hər ay 61 manat, son vaxtlarda isə təqaüdü hər ay üçün 130 manat olmuşdur. Pensiyanı daim özü almış, bunu ondan tələb edən olmamışdır. Əlilliklə bağlı təqaüdə çıxmağı müqabilində hər hansı şəxsə hər hansı məbləğdə pul, maddi nemət və sair verməmişdir. 2 saylı Bakı Dəmiryol poliklinikasında da heç kimə pul və sair maddi nemət təqdim etməmiş, heç kim də bunu ondan tələb etməmişdir. xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə Akademik C.M.Abdullayev adına Kardiologiya institunda stasionar müalicə almışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X25 29 dekabr 2021-ci il tarixli, 866/KEŞ nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki, X12 məhkəmə-tibbi ekspertizası zamanı və 13 oktyabr 2021-ci il tarixdə “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”nun Konsultativ Poliklinika şöbəsində aparılmış funksional diaqnostik müayinə cavablarına əsasən onda hal-hazırda “X22; Stabil gərginlik stenokardiyası, ıı f.s.; Arterial hipertoniya ııı dərəcə” kimi xəstəliklərinin olduğu müəyyən edilmişdir. X12 adına 2 saylı Bakı Dəmiryol Polklinikasının həkim məsləhət komissiyası tərəfindən 4384003AABR3 nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə “Stenokardiyanın digər formaları; ÜİX; Stabil gərginlik stenokardiyası, ııı f.s.” ağırlaşma:”Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya;Ekstrasistolik aritmiya, Sol mədəcik çatmamazlığı, ııı f.s. (NYHA); Perikardial (Qeyri-iltihabi) eskudat hidroperikard; Digər dəqiqləşdirilməmiş plevra zədələnmələri, sağ tərəfli hidrotoraks” diaqnozlar qeyd edilmişdir. Göndərişdə qeyd olunmuş diaqnozlar qismən düz olmuş, belə ki, “Stabil gərginlik stenokardiyası, ııı f.s.”:”Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya;Ekstrasistolik aritmiya, Sol mədəcik çatmamazlığı, ııı f.s.” hazırkı müayinə zamanı öz təsdiqini tapmamışdır. X12 hazırkı vəziyyəti ilə və səhiyyə müəssisəsinin 4384003AABR3 nömrəli göndərişində qeyd edilmiş diaqnozlar arasında eynilik təşkil etmir, bu da əlillik təyinatı üçün əsas deyildir. Kliniki, laborator və instrumental mayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. X12 adına “2 saylı Bakı Dəmiryol Polklinikası”nda tərtib edilmiş 4384003AABR3 nömrəli göndərişində qeyd edilən əsas diaqnozun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən Səhiyyə sistemində qüvvədə olan təlimat pozğunluğu kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Sənədlərə baxış keçirilməsi haqqında” 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, kitabın üz qabığı ağ rəgdə olmaqla üzərində yuxarı sol hissədə “”Azərbaycan Dəmir Yolları” QSC HSX-in 2 saylı Bakı Dəmiryol Polklinikası” sözləri, orta hissədə əlyazma ilə “035 N-li formadan çıxarış” sözləri, həmin sözün aşağı hissəsində “2 saylı Bakı D/yol poliklinikasında HMKdan keçən işçilərin hesabat kitabı” sözləri və aşağı sağ hissədə “HMK-nın sədri: Şahid1, Başlanıb: 19 dekabr 2016-cı il, Qurtarıb: 28 dekabr 2017-ci il” sözləri yazılmışdır. Kitab 98 səhifədən ibarət olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Sübutların qiymətləndirilməsi haqqında” 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, X13 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ƏƏSMN-dən daxil olmuş 01 ədəd CD disk, 19 dekabr 2016-28 dekabr 2017-ci illərə aid qeyd edilən 2 saylı Bakı Dəmiryol Yol Poliklinikası MMC-yə məxsus həkim məsləhət komissiyasından keçən işçilərin 035 nömrəli hesab kitabının 13,51 və 80-ci səhifələrinin təsdiq edilmiş surəti, X17 və X4 fərdi şəxsi hesabları, Qəribov İmaməddin Şirinbala oğlunun sosial arayışı, X18 məxsus 4384003AACEX nömrəli göndərişin (forma 88) surəti, X5 məxsus 4384003AABL7 nömrəli göndərişin (forma 88) surəti, Qəribov İmaməddin Şirinbala oğluna məxsus 4384003AABW4 nömrəli göndərişin (forma 88) surəti, Akademik C.M.Abdullayev adına X2 21 fevral 2017-ci il tarixli, 542 nömrəli , 20 sentyabr 2017-ci il tarixli, 3207 nömrəli, 09 mart 2017-ci il tarixli, 650 nömrəli və 12 may 2017-ci il tarixli, 1713 nömrəli epikrizlərin surəti, X18, X5 və Qəribov İmaməddin Şirinbala oğluna aid ambulator xəstənin tibbi kartaları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X25 05 may 2023-cü il tarixli, 486-1/KEŞ nömrəli ekspert rəyindən görünür ki, İradə Rəsulovanın ilkin əyani müayinəsi zamanı adına tərtib edilmiş 4384003AABR3 nömrəli göndərişdə (forma 88) qeyd edilən “Stabil gərginlik stenokardiyası, ııı f.s.” ağırlaşma: “Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya; Ekstrasistolik aritmiya; Sol mədəcik çatmamazlığı, ııı f.s.(NYHA)” diaqnozları müəyyən edilməmişdir. Belə ki, adekvat müalicə nəticəsində qeyd olunan ağırlaşmaların remissiyası əldə oluna bilər, lakin tibbi təcrübəyə əsasən xroniki xəstəliklərin tam sağalması mümkün deyildir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X25 15 may 2023-cü il tarixli, 169-10/KEŞ nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki, Şahid8 məhkəmə-tibbi ekspertizası zamanı və 01 iyun 2022-ci il tarixdə “X27”in Radiologiya şöbəsində aparılmış Exokardioqrafiya müayinə cavabına əsasən, onda halhazırda ürəyin funksiyasında nəzərə çarpacaq ciddi patoloji dəyişikliklər aşkar edilməmişdir, atma fraksiyası 55%, yəni norma daxilində olduğu qeyd edilmişdir. Şahid8 adına “2 saylı Bakı Dəmiryol Yol Poliklinikası”nın həkim məsləhət komissiyası tərəfindən 4384003AABT1 nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə əsas “Stenokardiyanın digər formaları;ÜİX-stabil gərginlik stenokardiyası, ııı f.s.” ağırlaşma: “Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya; Ekstrasistolik aritmiya; Durğunluq ürək çatmamazlığı; Ürək çatmamazlığı ııı f.s. (NYHA); Digər dəqiqləşdirilmiş plevra zədələnmələri, hidrotoraks” diaqnozları qeyd edilmişdir.Göndərişdə əlillik dərəcəsinin təyininə əsas verən, yəni əsas xəstəlik və onun ağırlaşmaları hazırki müayinə zamanı öz təsdiqini tapmamışdır.Şahid8 hazırki obyektiv vəziyyəti ilə və səhiyyə müəssisəsinin 4384003AABT1 nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları qeyd edilməmişdir, bu da əlillik təyinatı üçün əsas deyildir. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid8 adına “2 saylı Bakı Dəmiryol Yol Poliklinikası”nda tərtib edilmiş 4384003AABT1 nömrəli göndərişində qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilmişdir. Şahid8 hazırda aşkar edilməmiş xəstəliklərin sonrakı müalicə nəticəsində sağalmasına əsas vermir.Belə ki, sonuncu exokardioqrafiya müayinə göstəricilərini nəzərə almaqla, Şahid8 4384003AABT1 nömrəli göndərişdə Exokardioqrafiya müayinəsinin nəticəsində qeyd edilmiş “seqmentar divar hərəkət qüsuru (arxa yan divarda hipokinez, ön zirvə nahiyəsində akinez),mitral çatmamazlığın ıı-ııı, tənəffüs çatmamazlığı ıı dərəcə və aorta çatmamazlığın ı dərəcə” sağalması tibbi praktikada mövcud deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli olması, özünün ibtidai araşdırma dövründə vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış başqa sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 2017-ci ildə törədilmiş, cinayətin törədilməsindən iki ildən çox vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 2019-cu il tarixdə başa çatmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət hüquq normalarınınn həyata keçirilməsi cinayət törətdiyinə görə təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən cəzanın təyin edilməsindən ibarətdir. Cinayət hüquq normalarının həyata keçirilməsi prosesinin özü cinayət-prosesual qanunvericiliklə tənzimlənir, lakin cinayət qanunvericiliyində də cəzanın təyin edilməsinin ümumi müddəalarını müəyyən edən normalar mövcuddur ki, bu da cinayət məsuliyyətinin əsas prinsiplərinə riayət olunmasının təminatı olmalıdır. Təqsirkara cəzanı seçərkən, məhkəmə Cinayət Məcəlləsində təsbit edilmiş və onlara uyğun olaraq cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsi ilə müəyyən edilmiş hədlərdə və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla ədalətli cəzanın təyin edildiyi müəyyən prinsipləri rəhbər tutmağa borcludur. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CMnin Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını onun ədalətliliyi prinsipi birləşdirir. Törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olan cəza ədalətli hesab edilməlidir, yəni söhbət cəzanın fərdiləşdirilməsindən gedir. Cinayət hüququnda ədalət prinsipi CM-nin Xüsusi hissəsinin normalarının böyük əksəriyyətində alternativ sanksiyaların olmasında öz ifadəsini tapır. Buna görə də qanunverici xüsusi olaraq vurğulamışdır ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha sərt cəza növü daha yüngül cəza növünün cəzanın məqsədlərinə çatmağı təmin edə bilmədikdə, təyin edilir. Ədalət prinsipinə mənaca cəzanın yetərliliyi prinsipi çox yaxındır. Yetərlilik prinsipi, təəssüf ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən cinayət hüquq normalarında öz əksini tapmamışdır, lakin bu CM-nin 58.3-cü maddəsində yer almışdır: cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yetərlilik prinsipi onda öz ifadəsini tapır ki, cəza mahiyyətinə görə bütün tərəfləri, həm məhkumu, həm də zərərçəkmiş şəxsi, həm də bütövlükdə cəmiyyəti qane etməlidir. Buna yalnız idealda nail olmaq mümkündür. Amma yenə də cəza həddindən sərt olarsa, o zaman ədalət prinsipi pozulacaq. Həddindən artıq ciddi cəza məhkumda inciklik, qəzəb hissi yaradır ki, bu da cəzanın məqsədlərinə çatmağa neqativ təsir göstərir. Eyni zamanda, həddən artıq yüngül cəza təkcə məhkumda deyil, həm də digər şəxslərdə cəzasız qalma illüziyasını yaradır və onları yeni cinayətlərin törədilməsinə təhrik edir. Beləliklə, sosial ədalətə məhkəmə tərəfindən cəza təyin edilərkən aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-nin Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır; vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. rekord. Bu meyar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən sui-istifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s. e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin xüsusiyyətlərinə, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi- qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlər mütləq məcmu şəkildə yerinə yetirilməlidir. Yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələblərini pozmuşdur. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğun deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya münasibətdə məhkum edilmiş şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, qadın olmasını və himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə təyin edilmiş cəza ağır olmaqla ədalətsiz cəzadır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun barəsində olan yüngülləşdirici halı kifayət qədər nəzərə almamış və məhkum edilmiş şəxsə ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası törədilmiş məhkum edilmiş şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda sadalanan yüngülləşdirici halı nəzərə alaraq hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs daha az cərimə cəzası təyin edilməklə də islah edilməsi mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təyin edilmiş 4.000 manat cərimə cəzasını 3.000 manat cərimə cəzasına endirməklə həmin cəzanı cəzanın məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, lakin hökm cəza hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təyin edilmiş 4.000 (dörd min) manat cərimə cəzası yüngülləşdirilərək 3.000 (üç min) manat cərimə cəzasına endirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə məhkum olunmasına dair 1(005)- 328/2023 saylı, 06 noyabr 2023-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təyin edilmiş 4.000 (dörd min) manat cərimə cəzası yüngülləşdirilərək 3.000 (üç min) manat cərimə cəzasına endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 15 saat üçün cəmi 90 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar