Məhkəmə qərarları › İş №1(103)-248/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-248/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-248/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X11, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “As Leqal” vəkil bürosunun vəkili Müdafiəçi4, X1 və X8 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-cü il tarixli, 1(101)-285/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-cü il tarixli, 1(101)-285/2022 nömrəli hökmü ilə (hakim Ağayev Zeynal Qurban oğlunun sədrliyi ilə, hakimlər X16, X5 ibarət tərkibdə) xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin faktiki tutulduğu gündən, yəni 21 mart 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirlərinin təyin təyin edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, xx xxxxxx 1987-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 359, mənzil 5-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin faktiki tutulduğu gündən, yəni 21 mart 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməməsi, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, mütəşəkkil dəstə tərkibində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qəsdən əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qazanc əldə etmək üçün tanışları Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib, külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlib, tamah niyyətilə dəstə üzvləri tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarında quraşdırılmış, üzərində “131” yazısı olan dəmir lövhənin yanında gizlədiləcəyi barədə məlumat alıb dəstə üzvləri aralarındakı rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitələri əldə edib daşıyaraq satışını həyata keçirmək üçün 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs2 idarə etdiyi, ona məxsus qara metal rəngli, “BMW 525” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs2 ilə birlikdə Cəlilabad rayonu Qarazəncir kəndi ərazisinə gəlib Ələt-Astara avtomobil yolunun həmin kəndin ərazisindən keçən hissəsində, istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında quraşdırılmış, üzərində “131” yazısı olan dəmir lövhənin yanında Təqsirləndirilən şəxs2 avtomobili saxladıqdan sonra, o, əyləşdiyi qabaq sərnişin oturacağından, avtomobildən enərək həmin lövhəyə yaxınlaşıb orada gizlədilmiş üzəri yapışqan lentlə bağlı olan 3 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1015 qram və 1200 qram, ümumi təmiz çəkisi 3225 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz, çəkisi 2000 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini taparaq qanunsuz olaraq əldə etdikdən sonra avtomobilə doğru hərəkət edib özü ilə həmin bükümlərdə olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni daşıyarkən Cəlilabad rayon polis şöbəsinin əməliyyat məlumatı əsasında 21 mart 2020-ci il tarixli qərarı ilə təşkil olunmuş əməliyyat tədbirində iştirak edən həmin şöbənin post patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid6 tərəfindən olduğu yerdə durması ilə bağlı "Makar” tipli, 1447 nömrəli xidməti silah tətbiq edilməklə 1 ədəd havaya atəş açılaraq xəbərdarlıq edilərkən ifşa olunduğunu dərk edib dərhal avtomobilə tərəf sürətlə hərəkət edərkən qanunsuz əldə etdikləri narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bağlamada olan və ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroini yerə düşürmüş, lakin götürmədən hərəkətini davam etdirib özü ilə daşıdığı narkotik vasitə 1200 qram heroini və 2000 qram metamfetamini 2 ədəd bağlama ilə birlikdə "BMW 525” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərkən polis əməkdaşı Şahid6 tərəfindən açılmış atəş nəticəsində o, "sağ ayağın güllə yarası" xəsarəti almış, dəstə üzvü Təqsirləndirilən şəxs2 isə bundan dərhal sonra avtomobili irəliyə Astara rayonu istiqamətində hərəkət etdirməyə başlayarkən polis əməkdaşı Şahid6 açmış olduğu növbəti atəşi nəticəsində Təqsirləndirilən şəxs2 “döş qəfəsinin güllə yarası” xəsarəti alsa da, hərəkətini davam etdirib avtomobili sürətlə idarə etmiş, bir qədər irəliyə hərəkət etdikdən sonra isə, qarşıdan əks istiqamətdə, yəni Bakı şəhəri istiqamətində döndərərək hərəkətlərini davam etdirmiş, almış olduğu xəsarətdən avtomobili idarə etməkdə çətinlik çəkdiyi üçün yolda sükanı dəyişib dəstə üzvü Təqsirləndirilən şəxs2 əks oturacağa keçmiş, yolun qalan hissəsini isə o, idarə etmiş, lakin keçirilən əməliyyat təbdbiri nəticəsində Baş X30 İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, müvəqqəti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülmüş, daha sonra onun iştirakı ilə narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, mütəşəkkil dəstə tərkibində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qəsdən əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qazanc əldə etmək üçün tanışları Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib, külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlib, tamah niyyəti ilə dəstə üzvləri tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarında quraşdırılmış, üzərində “131” yazısı olan dəmir lövhənin yanında gizlədiləcəyi barədə məlumat alıb dəstə üzvləri aralarındakı rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitələri əldə edib daşıyaraq satışını həyata keçirmək üçün 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində idarə etdiyi, dəstə üzvü Təqsirləndirilən şəxs1 məxsus qara metal rəngli, “BMW 525” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncu ilə birlikdə Cəlilabad rayonu Qarazəncir kəndi ərazisinə gəlib Ələt Astara avtomobil yolunun həmin kəndin ərazisindən keçən hissəsində istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında quraşdırılmış üzərində 131 yazısı olan dəmir lövhənin yanında avtomobili saxladıqdan sonra qabaq sərnişin oturacağında əyləşmiş mütəşəkkil dəstənin digər üzvü Təqsirləndirilən şəxs1 avtomobildən enərək həmin lövhəyə yaxınlaşıb orada gizlədilmiş üzəri yapışqan lentlə bağlı olan 3 ədəd şəffaf polietilen bağlamada, ayrıayrılıqda təmiz çəkisi 1010 qram, 1015 qram və 1200 qram, ümumi təmiz çəkisi 3225 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini taparaq qanunsuz olaraq əldə etdikdən sonra avtomobilə doğru hərəkət edib özü ilə həmin bükümlərdə olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni tərəf daşıyarkən Cəlilabad rayon polis şöbəsinin əməliyyat məlumatı əsasında 21 mart 2020-ci il tarixli qərarı ilə təşkil olunmuş əməliyyat tədbirində iştirak edən həmin şöbənin post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid6 tərəfindən olduğu yerdə durması ilə bağlı “Makar” tipli 1447 Nö-li xidməti silah tətbiq edilməklə 1 ədəd havaya atəş açılaraq xəbərdarlıq edilərkən ifşa olunduğunu dərk edib dərhal avtomobilə tərəf sürətlə hərəkət edərkən qanunsuz əldə etdikləri narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bağlamada olan və ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroini yerə düşürmüş, lakin götürmədən hərəkətini davam etdirib özü ilə daşıdığı narkotik vasitə 1200 qram heroini və 2000 qram metamfetamini 2 ədəd bağlama ilə birlikdə "BMW 525” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərkən polis əməkdaşı tərəfindən açılmış atəş nəticəsində Təqsirləndirilən şəxs1 "sağ ayağın güllə yarası" xəsarəti almış, o, isə bundan dərhal sonra avtomobili irəliyə Astara rayonu istiqamətində hərəkət etdirməyə başlayarkən polis əməkdaşı Şahid6 açmış olduğu növbəti atəşi nəticəsində o, “döş qəfəsinin güllə yarası” xəsarəti alsa da, hərəkətini davam etdirib avtomobili sürətlə idarə etmiş, bir qədər irəliyə hərəkət etdikdən sonra isə, qarşıdan əks istiqamətdə, yəni Bakı şəhəri istiqamətində döndərərək hərəkətlərini davam etdirmiş, almış olduğu xəsarətdən avtomobili idarə etməkdə çətinlik çəkdiyi üçün yolda Təqsirləndirilən şəxs1la sükanı dəyişib özü əks oturacağa keçmiş, yolun qalan hissəsini isə mütəşəkkil dəstənin digər üzvü Təqsirləndirilən şəxs1 idarə etmiş, lakin keçirilən əməliyyat təbdbiri nəticəsində Baş X30 İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən müvəqqəti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülmüş, daha sonra mütəşəkkil dəstənin digər üzvü Təqsirləndirilən şəxs1 iştirakı ilə narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrıayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və Müdafiəçi4 ayrıayrılıqda apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin l(101)- 285/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: əvvəl onu bildirmək istəyirəm ki, Cəlilabad RPŞ tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində əldə olunan sübutlar «Əməliyyat-axlarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa zidd əldə olunmuş, CPM-in tələblərinə uyğun təqdim edilməmiş və yoxlanılmamışdır. Bu səbəbdən həmin əməliyyat tədbiri nəticəsində əldə olunan sübutlar sübut kimi qəbul edilə bilməz. Hesab edirəm ki, hazırki iş üzrə keçirilmiş əməliyyat tədbirləri qanunsuzdur, sonradan sənədləri saxtalaşdırmaqla əməliyyat tədbirlərinə qanuni don geyindirmək istənilib. Belə ki, iş materialları cild 1, vərəq 93-96da 3 əmr mövcuddur. xx.xx.2020-ci il tarixdə başqa şəxslər barəsində İdarə rəisi Mübariz Quliyevin imzası ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 2 əmr imzalanmışdır. Həmin əmrlərin nömrəsi Ə161-142-20 və Ə167-142-20-dir. xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində rəis müavini R.Quliyevin imzası ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə əmr imzalanmışdır. Həmin əmrin nömrəsi Ə159-142-20-dir. Möhtərəm məhkəmə kollegiyası: bir gün sonra imzalanmış əmrin nömrəsi heç olmasa Ə167-dən sonrakı rəqəm olmalı olduğu halda Ə159 olur. Göründüyü kimi Rəis müavini şəxsi sürücüsünün güllələnmə faktını örtbasdır etmək üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə saxta əmr imzalamışdır. Cinayət işində olan hadisə yerinə baxış protokollarına nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 05.30-06.15-də Cəlilabad rayon prokurorluğunun müstəntiqi Zöhrab Verdiyev tərəfindən hadisə yerinə baxış protokolu tərtib edilmişdir. Həmin vaxt hadisə yerində olan Şahid6 izahat verərək hadisəni təsvir edir. Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni yerə düşürmüşdür. Görəsən niyə hadisə yerinə baxış keçirilərkən Şahid6 Təqsirləndirilən şəxs1 narkotik vasitəni yerə düşürməsi yadına düşmür, baxışda iştirak etməsinə baxmayaraq, Şahid6 yerə düşən narkotik vasitə barədə heç nə demir? Əlbəttə ki, bu ritorik sualdır. Hər kəsə aydındır ki, Təqsirləndirilən şəxs1 əlindən narkotik vasitə yerə düşmüş olsa, bunu Şahid6 hadisə yerinə baxış keçirilərkən bildirərdi və həmin narkotik vasitə aşkar olunardı. Hadisə yerinə baxış zamanı yalnız 4 (dörd) ədəd giliz aşkar edilmişdir. Sübut əhəmiyyətli başqa heç nə tapılmamışdır. Göründüyü kimi baxış protokoluna əsasən 2 bükülü narkotik vasitə 131 yazısının 2 metrliyində olmuş, lakin prokurorluq tərəfindən baxış keçirilərkən çəkilmiş fotoşəkillərdə həmin bükümlər görünmür. 4 ədəd 1-2 sm ölçüdə olan giliz tapılır, lakin narkotik vasitələr aşkar olunınur. Eyni hadisə yerinə bu dəfə Cəlilabad RPŞ-nin təhqiqatçısı Xalid Feyziyev tərəfindən hadisə yerinə baxış keçirilir. Protokol guya xx.xx.2020-ci il tarixdə saat 10.30-10.45-də tərtib edilmişdir. Lakin hadisə yerinə baxış zamanı aparılan çəkilişi özündə əks etdirən diskdəki android fayldan (faylın adı: 20200321 144658-dir. Burada 2020 ili, 03 ayı, 21 günü, 14 saatı, 46 dəqiqəni, 58 isə saniyəni göstərir) görünür ki, həmin video saat 14.46-da çəkilməyə başlanıb, saat 15.01-də isə çəkilib qurtarıb. Buradan saxtakarlığa yol verildiyi aydın görünür. Bundan əlavə həmin protokol tərtib olunmazdan əvvəl hadisə yerinə prokurorluğun əməkdaşları çıxmışdılar. İkinci dəfə eyni yerə baxış keçirməyə zərurət haradan yaranmışdı. Hadisə yerindən 2 kiloqram narkotik vasitə aşkar etmək üçün? Ya prokurorluğun əməkdaşları peşəkar olmadıqlarına görə? xx.xx.2020-ci il tarixdə saat 06.00-06.30-da Cəlilabad RPŞ-nin təhqiqatçısı Xalid Feyziyev tərəfindən avtomobilə baxış keçirilmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin ərazisində güllə yarası alan şəxslər müəyyən olunur, lakin onlar heç bir müdaxilə etmirlər, Cəlilabad RPŞ-nin əməkdaşlarının gəlməsini gözləyirlər. Cəlilabad RPŞ-nin əməkdaşları gəldikdən sonra avtomobilə baxış keçirilir və narkotik vasitə aşkar olunur. Təqsirləndirilən şəxs1 baxış vaxtı qeyd etmişdir ki, avtomobildə qanunsuz əşya yoxdur, Polis əməkdaşları narkotik vasitə aşkar edildikkdən sonra etiraz edərək qeyd etmişdir ki, narkotik vasitələr onlara məxsus deyildir. Narkotik vasitəni ora elə Cəlilabad RPŞ-nin əməkdaşları qoymuşdur, çünki avtomobil 3 saat müddətində təqsirləndirilən şəxslərin sərəncamında olmamışdır. Cinayət işi üzrə toplanmış materiallardan görünür ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 02.40 radələrində X24 və Təqsirləndirilən şəxs2 Ələt qəsəbəsində karantin postunda Cəlilabad RPŞ-nin, DYP-nin və Posta təhkim edilmiş DİN-nin əməkdaşlarının birgə fəaliyyəli nəticəsində saxlanılmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmışlar. Avtomobilin hərəkət zolağından kənarlaşdırılması üçün Cəlilabad RPŞnin əməkdaşları avtomobilin açarını Təqsirləndirilən şəxs1 götürmüşlər, sonradan Təqsirləndirilən şəxs1 avtomobilin açarını nə qədər tələb etsə də, polislər açarı qaytarmamışlar. Açar polislərdə qalmışdır. Bundan bir neçə saat sonra Təqsirləndirilən şəxs1 Ələt qəsəbəsinə gətirmişlər. Buradan görünür ki, təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra avtomobilə baxış keçirilənədək 3 saat müddətində avtomobil və onun açarı tam olaraq Cəlilabad RPŞ-nin əməkdaşlarının sərəncamında olmuşdur. Hətta avtomobilə baxış keçirilməsini özündə əks etdirən videogörüntüdən aydın görünür ki, maşının açarı avtomobilin ön sağ qapısının cibindən aşkar olunur. Hansı ağılın sahibləri hadisə yerindən qaçmağa nail olurlar, amma polis tərəfindən saxlanılacaqlarını bilə-bilə, iki saatdan çox avtomobili idarə edirlər, kilayət qədər vaxtları olmasına baxmayaraq, maşından narkotik vasitəni atmırlar və ya onu başqa yerdə gizlətmirlər. Belə ki, heç kim 150 kilometr yolu narkotik vasitə ilə getməz, tutulacaqlarını, izləndiklərini bilə bilə, narkotik vasitəni gizlətmək və ya tullamaq imkanları olduğu halda, qan içində, yaralı halda, avtomobilin ön şüşəsində güllə deşiyi aşkar göründüyü halda (bu halda polislər onları qeyd şərtsiz saxlayacaqdılar, özlərini xəstəxanaya aparacaq, avtomobil polislərdə qalacaqdı) karantin postuna avtomobildə 3 kiloqramdan çox narkotik vasitə ilə daxil olmazdı. Bütün bunlar onu göstərir ki, aşkar olunan nartotik vasitə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan Şahid6 qanunsuz olaraq silahdan atəş açmasına haqq qazandırmaq və törətdilən bu cinayəti ört-basdır etmək üçün hadisə yerinə və maşına bilərəkdən qovulmuşdur. Bunun başqa məntiqli açıqlaması yoxdur. Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Ələt qəsəbəsindən Cəlilabad rayonuna gələrkən yolda polis əməkdaşları yol boyu onun yarasını sıxmışlar, ona nə formada izahat verilsə, ona imza etməyi bildirmişlər. Polis Şöbəsində izahat verməkdən imtina etmiş, sonra isə rəis müavini onu otağında hədələmiş, bundan sonra yenidən yarasını sıxmışlar və ağrılara son qoymağın bir yolunun olmasını, yəni ona verilmiş sənədlərə imza etmək və hadisə yerində onların qeyd etdiyi formada danışmaq, çəkiliş zamanı hadisəni onların əvvəldən öyrədərək səhnələşdirdiyi formada demək olmuşdur. Əslində isə rusdilli olmasına görə onların dediklərini təkrarlamış, mahiyyətini tam başa düşməmişdir. Yarasına sıxmaqla ona işgəncə vermişlər və lazımı yerlərə imza etdirmiş, anlamadığı formada danışmağa məcbur etmişlər. Təqsirləndirilən şəxs1 polislər tərəfindən işgəncə verilməsi faktı baxış protokolları tərtib olunan zaman çəkilən videogörüntüdən aydın görünür. Belə ki, Təqsirləndirilən şəxs1 ayağında olan gips qan içindədir və o, ağrıdan ayağını yerə qoya bilmir. Bundan əlavə Təqsirləndirilən şəxs1 milliyyətcə tatardır, təhsilini rus dilində alıb, azərbaycan dilində çox pis bilir, danışığının mahiyyətini tam anlamır. Buna baxnıavaraq Təqsirləndirilən şəxs1 tərcüməçi təyin edilməmişdir. Təəssüf ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini inandırıcı hesab etməmiş, həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirmişdir. Hadisənin əsas qəhrəmanı Şahid6 ifadəsi və cinayət işinin materialları ilə onun yalan danışması ifşa olunmuşdur. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, avtomobildə 3 güllə zədəsi, Təqsirləndirilən şəxs1 ayağında və ayaqqabısında bir güllə xəsarəti mövcuddur. Qapılara dəyən iki güllə avtomobilin salonuna keçmişdir. Qabaq şüşəyə dəyən güllə isə Təqsirləndirilən şəxs2 sinəsinə dəymişdir. Hadisənin təfərrüatlarından aydın görünür ki, Şahid6 xəbərdarlıq atəşi açmamış, birbaşa əvvəl Təqsirləndirilən şəxs1 ayağına atəş açmış, sonuncu avtomobilə mindikdən sonra 3 dəfə də avtomobilə atəş açmışdır. 1-ci cilddə olan ekspert rəyindən aydın görünür ki, Rüfətin oturduğu tərəfdə güllə qapının oturacaq hissəsinə dəymiş, güllə oturacağa girmişdir. Eyni zamanda, iş üzrə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər müqavimət göstərməmişlər, buna görə də Baş Prokurorluq tərəfindən CM-in 315-ci maddəsinə münasibətdə verilən ittihama xitam verilmiş, Şahid6 zərərçəkmiş şəxs statusunu xitam verilmiş, Təqsirləndirilən şəxs1 guya ona müqavimət göstərməsi, həmin vaxt Təqsirləndirilən şəxs1 guya narkotik vasitənin bir hissəsinin yerə düşürməsi, Təqsirləndirilən şəxs2 guya onun üzərinə maşını sürməsi ilə bağlı hissədə Şahid6 yalan danışması ifşa olunmuşdur. Bundan başqa, məhkəmədə X10, Şahid9, Şahid10, X13 ifadələrində İsmayıl və Rüfətdən hər hansı narkotik xasitə almadıqlarını göstərərək istintaq zamanı verdikləri ifadələrini təsdiq etmədiklərini, həmin ifadələri polis əməkdaşlarının təzyiqi altında verdiklərini bildirdilər. (göründüyü kimi, cinayət işi üzrə Cəlilabad RPŞ maraqlı olmuşdur, çünki onların əməkdaşının, yəni Şahid6 əməlində cinayət tərkibi olduğundan öz əməllərini ört-basdır etmək üçün saxta cinayət işi uydurmuşlar. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Təqsirləndirilən şəxs2 aid edildiyi qeyd edilən mobil nömrə ona aid olmamışdır, (bu hal şahid ifadələri ilə öz təsdiqini tapır). Bundan əlavə məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, müstəntiq iş üzrə saxtakarlıq etmiş, eynilə hökmdə həmin hal da köçürülmüşdür. Belə ki, müstəntiq ittiham aktında, hakim hökmdə qeyd etmişdir ki, Cinayət işinin materiallarında olan 11 sentyabr 2020-ci il tarixli "telefon danışıqlarına baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif şəxslərə məxsus mobil telefon nömrələri arasında danışıqlar və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sms yazışmalarının olması müəyyən edilmişdir. İş materiallarında olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid məlumatlarda Təqsirləndirilən şəxs1 narkotik salması barədə nə SMS mövcud deyildir, nə də ki, danışıq mövcud deyildir. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi mövcud sübutlara qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olması, bununla da onların təqsirliliyi tam sübuta yetirildiyi qənaətinə gəlmişdir. Hökmdən həmçinin, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-285/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: cinayət işində olan hadisə yerinə baxış protokollarını nəzərdən keçirərkən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 05.30-06.15-də Cəlilabad rayon prokurorluğunun müstəntiqi Zöhrab Verdiyev tərəfindən hadisə yerinə baxış protokolu tərtib edilmişdir. Həmin vaxt hadisə yerində olan Şahid6 izahat verərək hadisəni təsvir edir. Şahid6 İfadəsində bildirmişdir ki. Təqsirləndirilən şəxs1 narkotik vasitəni yerə düşürmüşdür. Görəsən niyə hadisə yerinə baxış keçirilərkən Şahid6 Təqsirləndirilən şəxs1 narkotik vasitəni yerə düşürməsi yadına düşmür, baxışda iştirak etməsinə baxmayaraq, Şahid6 yerə düşən narkotik vasitə barədə heç nə demir? Əlbəttə ki, bu ritorik sualdır. Hər kəsə aydındır ki, Təqsirləndirilən şəxs1 əlindən narkotik vasitə yerə düşmüş olsa, bunu Şahid6 hadisə yerinə baxış keçirilərkən bildirərdi və həmin narkotik vasitə aşkar olunardı. Hadisə yerinə baxış zamanı yalnız 4 (dörd) ədəd giliz aşkar edilmişdir. Sübut əhəmiyyətli başqa heç nə tapılmamışdır. Eyni hadisə yerinə bu dəfə Cəlilabad RPŞ-nin təhqiqatçısı Xalid Feyziyev tərəfindən baxış keçirilir. Protokol guya xx.xx.2020-ci il tarixdə saat 10.30-10.45-də tərtib edilmişdir. Lakin hadisə yerinə baxış zamanı aparılan çəkilişi özündə əks etdirən diskdəki android fayldan (faylın adı: 20200321 144658 -dir. Burada 2020 ili, 03 ayı, 21 günü, 14 saatı, 46 dəqiqəni, 58 isə saniyəni göstərir) görünür ki, həmin video saat 14.46-da çəkilməyə başlanıb, saat 15.01-də isə çəkilib qurtarıb. Buradan saxtakarlığa yol verildiyi aydın görünür. Bundan əlavə həmin protokol tərtib olunmazdan əvvəl hadisə yerinə prokurorluğun əməkdaşları çıxmışdılar. İkinci dəfə eyni hadisə yerinə baxış keçirməyə zərurət haradan yaranmışdı. Hadisə yerindən 2 kiloqram narkotik vasitə aşkar etmək üçün? Ya prokurorluğun əməkdaşları yetərincə peşəkar olmadıqlarına görə? xx.xx.2020-ci il tarixdə saat 06.00-06.30-da Cəlilabad RPŞ-nin təhqiqatçısı Xalid Feyziyev tərəfindən avtomobilə baxış keçirilmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin ərazisində güllə yarası alan şəxslər müəyyən olunur, lakin onlar heç bir müdaxilə etmirlər, Cəlilabad RPŞ-nin əməkdaşlarının gəlməsini gözləyirlər. Cəlilabad RPŞ-nin əməkdaşları gəldikdən sonra avtomobilə baxış keçirilir və narkotik vasitə aşkar olunur. Təqsirləndirilən şəxs1 baxış vaxtı qeyd etmişdir ki, avtomobildə qanunsuz əşya yoxdur, Polis əməkdaşları narkotik vasitə aşkar etdikdən sonra etiraz edərək qeyd etmişdir ki, narkotik vasitələr onlara məxsus deyildir. Narkotik vasitəni ora elə Cəlilabad RPŞ-nin əməkdaşları qoymuşdur, çünki avtomobil 3 saat müddətində təqsirləndirilən şəxslərin sərəncamında olmamışdır. Cinayət işi üzrə toplanmış materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 02.40 radələrində Təqsirləndirilən şəxs1 Zaitoviç və Təqsirləndirilən şəxs2 Ələt qəsəbəsində karantin postunda Cəlilabad RPŞ-nin, DYP-nm və Posta təhkim edilmiş DİN-nin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində saxlanılmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmışlar. Avtomobilin hərəkət zolağından kənarlaşdırılması üçün Cəlilabad RPŞ-nin əməkdaşları avtomobilin açarını Təqsirləndirilən şəxs1 götürmüşlər, sonradan Təqsirləndirilən şəxs1 avtomobilin açarını nə qədər tələb etsə də, polislər açarı qaytarmamışlar, açar polislərdə qalmışdır. Bundan bir neçə saat sonra Təqsirləndirilən şəxs1 Ələt qəsəbəsinə gətirmişlər,. Buradan görünür ki, təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra avtomobilə baxış keçirilənədək 3 saat müddətində avtomobil və onun açarı tam olaraq Cəlilabad RPŞnin əməkdaşlarının sərəncamında olmuşdur. Hətta avtomobilə baxış keçirilməsini özündə əks etdirən videogörüntüdən aydın görünür ki, maşının açarı avtomobilin ön sağ qapısının cibindən aşkar olunur. Hansı ağılın sahibləri hadisə yerindən qaçmağa nail olurlar, amma polis tərəfindən saxlanılacaqlarını bilə-bilə, iki saatdan çox avtomobili idarə edirlər, kifayət qədər vaxtları olmasına baxmayaraq, maşından nartokik vasitəni atmırlar və ya onu başqa yerdə gizlətmirlər. Belə ki, heç kim 150 kilometr yolu narkotik vasitə ilə getməz, tutulacaqlarını, izləndiklərini bilə-bilə, narkotik vasitəni gizlətmək və ya tullamaq imkanları olduğu halda, qan içində, yaralı halda, avtomobilin ön şüşəsində güllə deşiyi aşkar göründüyü halda (bu halda polislər onları qeyd şərtsiz saxlayacaqdılar, özlərini xəstəxanaya aparacaq, avtomobil polislərdə qalacaqdı) karantin postuna avtomobildə 3 kiloqramdan çox narkotik vasitə ilə daxil olmazdı. Bütün bunlar onu göstərir ki, aşkar olunan nartotik vasitə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan Şahid6 qanunsuz olaraq silahdan atəş açmasına haqq qazandırmaq və törətdilən bu cinayəti ört-basdır etmək üçün hadisə yerinə və maşına bilərəkdən qoyulmuşdur. Bunun başqa məntiqli açıqlaması yoxdur. Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Ələt qəsəbəsindən Cəlilabad rayonuna gələrkən yolda polis əməkdaşları yol boyu onun yarasını sıxmışlar, ona nə formada izahat verilsə, ona imza etməyi bildirmişlər, Polis Şöbəsində izahat verməkdən imtina etmiş, sonra isə rəis müavini onu otağında hədələmiş, bundan sonra yenidən yarasını sıxmışlar və ağrılara son qoymağın bir yolunun olmasını, yəni ona verilmiş sənədlərə imza etmək və hadisə yerində onların qeyd etdiyi formada danışmaq, çəkiliş zamanı hadisəni onların əvvəldən öyrədərək səhnələşdirdiyi formada demək olmuşdur. Əslində isə rusdilli olmasına görə onların dediklərini təkrarlamış, mahiyyətini tam başa düşməmişdir. Yarasına sıxmaqla ona işgəncə vermişlər və lazımı yerlərə imza etdirmiş, anlamadığı formada danışmağa məcbur etmişlər. Təqsirləndirilən şəxs1 polislər tərəfindən işgəncə verilməsi faktı baxış protokolları tərtib olunan zaman çəkilən videogörüntüdən aydın görünür. Belə ki, Təqsirləndirilən şəxs1 ayağında olan gips qan içindədir və o, ağrıdan ayağını yerə qoya bilmir. Bundan əlavə Təqsirləndirilən şəxs1 milliyyətcə tatardır, təhsilini rus dilində alıb, azərbaycan dilində çox pis bilir, danışığının mahiyyətini tam anlamır. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 tərcüməçi təyin edilməmişdir. Təəssüf ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini inandırıcı hesab etməmiş, həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirmişdir. Hadisənin əsas qəhrəmanı Şahid6 ifadəsi və cinayət işinin materialları ilə onun yalan danışması ifşa olunmuşdur. Hadisənin təfərrüatlarından aydın görünür ki, Şahid6 xəbərdarlıq atəşi açmamış, birbaşa əvvəl Təqsirləndirilən şəxs1 ayağına atəş açmış, sonuncu avtomobilə mindikdən sonra 3 dəfə də avtomobilə atəş açmışdır. Eyni zamanda iş üzrə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər müqavimət göstərməmişlər, buna görə də Baş Prokurorluq tərəfindən CM-in 315-ci maddəsinə münasibətdə verilən ittihama xitam verilmiş, Şahid6 zərərçəkmiş şəxs statusunu xitam verilmiş, Təqsirləndirilən şəxs1 guya ona müqavimət göstərməsi, həmin vaxt Təqsirləndirilən şəxs1 guya narkotik vasitənin bir hissəsinin yerə düşürməsi, Təqsirləndirilən şəxs2 guya onun üzərinə maşını sürməsi ilə bağlı hissədə Şahid6 yalan danışması ifşa olunmuşdur. Bundan başqa, məhkəmədə Şahid8 Firudun oğlu, Şahid9 Sami oğlu, Şahid10, X13 ifadələrində İsmayıl və Rüfətdən hər hansı narkotik vastitə almadıqlarını göstərərək istintaq zamanı verdikləri ifadələrini təsdiq etmədiklərini, həmin ifadələri polis əməkdaşlarının təzyiqi altında verdiklərini bildirdilər. Göründüyü kimi cinayət işi üzrə Cəlilabad RPŞ maraqlı olmuşdur, çünki onların əməkdaşının, yəni Şahid6 əməlində cinayət tərkibi olduğundan öz əməllərini ört-basdır etmək üçün saxta cinayət işi uydurmuşlar. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olması, bununla da onların təqsirliliyi tam sübuta yetirildiyi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi hökmdə qeyd edir ki, “Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, müvafiq istintaq hərəkətləri protokolları, ekspertiza arayışı və rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunur.” Şahid ifadələri arasında bu qədər ziddiyyətlər olmasına, baxış protokollarındakı saxtakarlıqlara baxmayaraq, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törətmələrinin mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunduğunu hesab etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib bildirdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərini törətmələri cinayət işinin materialları ilə sübuta yetirilmir. Belə ki, cinayət işindəki bütün istintaq hərəkətləri sübutların saxtalaşdırılması yolu ilə həyata keçirilmişdir, bunun da əsas məqsədi polis əməkdaşı tərəfindən törədilmiş cinayətin ört-basdır edilməsidir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs1 müdafiə hüququ tamamilə pozulmuş, müdafiəçi və tərcüməçi ilə təmin edilmədən onun ifadəsi alınmış, istintaq hərəkətləri tərcüməçinin iştirakı olmadan həyata keçirilmişdir, maşına baxış zamanı da müdafiəçi iştirak etməmişdir. Qeyd etmək istəyirəm ki, baxış keçirilən maşının açarları maşının içərisindən çıxıb, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobili yolun kənarında qoyub gediblər, 4-5 saata yaxın avtomobil onların sərəncamında olmamışdır, sonra həmin maşına baxış keçirilib və narkotik vasitə tapılıb. Daha sonra Təqsirləndirilən şəxs1 Cəlilabad şəhərindəki hadisə yerinə gətiriblər və oradan da narkotik vasitə aşkarlanıb. Təqsirləndirilən şəxs1 Qaradağ Rayon Məhkəməsində bildirib ki, hadisə yerindəki narkotik vasitədən xəbəri yoxdur. Cəlilabad epizodu işin Cəlilabad polisində qalması üçün yaradılıb. Təqsirləndirilən şəxs1 etirafedici ifadələri fiziki təzyiq altında vermişdir. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını və Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 həm özü, həm də müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətlərinin təmin edilməsini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib bildirdi ki, digər müdafiəçinin dedikləri ilə razıdır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərini törətmələri cinayət işinin materialları ilə sübuta yetirilmir. Belə ki, cinayət işindəki sübutlar saxtalaşdırma yolu ilə əldə edilmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını və Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 həm özü, həm də müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətlərinin təmin edilməsini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X14 müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, qeyd etdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsində qismən məhkəmə istintaqı ilə məhkəmə prosesi keçirildi və zəruri istintaq hərəkətləri həyata keçirildi, hesab edir ki, keçirilən istintaq hərəkətləri ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərində təqsirli olmaları tam sübuta yetirilmişdir. Belə ki, onların ibtidai istintaqın ilkin mərhələlərində etriafedici ifadələri, maşına baxış keçirilməsi, hadisə yerinə baxış keçirilməsi protokolları, ekspertiza rəyləri və digər istintaq hərəkətləri ilə, eyni zamanda telefon vasitələri ilə ötürülmüş sms mətnləri və telefon danışıqları ilə həm avtomobildən, həm də hadisə yerindən aşkarlanan narkotiklərin satış məqsədilə əldə olunması tam sübut olunmuşdur. Bundan başqa, apellyasiya istintaqında şahid kimi dindirilən Şahid6 həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 qaçarkən narkotik vasitə düşürtdüyünü və həmin narkotik vasitənin polislə hadisə yerinə baxış keçirilərkən polisə bildirdiyini və göstərdikdən sonra həmin narkotikin olduğu bağlamanın hadisə yerindən aşkarlandığını bildirmişdir. Qeyd olunan bağlamadakı narkotik vasitə maşındakı narkotik vasitələrlə eyni tərkiblidir, bu da ona dəlalət edir ki, Şahid6 baxış keçirilməsi ilə bağlı ifadələrini təsdiq edir. Cəza məsələsinə gəldikdə isə, hesab edir ki, onlara təyin olunan cəza ədalətlidir. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, məhkum edilmiş şəxslərin və müdafiəçilərinin mübahisələndirdikləri hissəsində yoxlanılmasını, eyni zamanda hökmün qanuni və əsaslı olmasını apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edərək, apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aparmışdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3, həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətlərinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 1(101)-285/2022 nömrəli hökmünün ləğv edilməsi, məhkum olunmuş şəxslərə bəraət verilməsi barədə yeni hökm çıxarılmasından ibarət olmuşdur. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi: Bakıda Aynur adlı qızla tanış olmuşdum, 20 mart 2020-ci il tarixdə axşam saatlarında onunla görüşməli idim, Aynur mənə rəfiqəsi ilə birlikdə Cəlilabada nənəsigilə bayram keçirmək üçün getdiyini dedi və bayramı keçirəndən sonra gecə onları şəhərə aparmağımı istədi, mənim maşınım nasaz olduğu üçün Rüfətə zəng vurub dedim ki, maşının benzinini də tökəcəm, Cəlilabada gedək, Rüfət də razılaşdı. Təxminən saat 22 radələrində Rüfətlə yola düşdük, Qaradağ postuna qədər maşını Rüfət idarə etdi, Qaradağ postundan sonra isə maşını mən sürdüm. Gəldik mebel dükanının yaxınlığında saxladıq, qızlar biraz yubandı, Rüfət təbii ehtiyacını qarşılamaq üçün aşağı düşmək istədi, amma ərazi işıqlı olduğu üçün mən sürüb biraz qabaqda saxladım, Rüfət düşəndən 30 saniyə keçməmiş atəş səsləri gəldi, Rüfət maşına oturan kimi sürmək istədim amma güllənin biri də mənə dəydi, əvvəlcə Cəlilabad istiqamətində sürdüm, sonra isə yolun ortasından dönüb Bakıya doğru sürməyə başladım, Qaradağ postunda bizi saxladılar. Təcili tibbi yardım çağırdılar, avtomobilin açarını istəsək də, vermədilər, bizi apardılar xəstəxanaya, mən əməliyyata girdim. Sonra eşitdim ki, Rüfəti Cəlilabada aparıblar. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Siz ümumiyyətlə narkotik istifadə edirsiniz? Xeyr, arada bir çəkmişəm sadəcə.” “Bəs satışı ilə məşğul olmusunuz? Xeyr.” “Cəlilabada niyə getmişdiniz? Bakıda tanış olduğum Aynur adlı qızın yanına getmişdim.” “Bakıda tanış olmusunuzsa niyə Cəlilabada gedirdiniz? Aynur bayramı keçirtmək üçün Cəlilabada nənəsigilə getmişdi.” “Aynur adlı şəxsin soyadını və mobil nömrəsini bilirsiniz? Xeyr, bilmirəm.” “Maşını harada saxlamışdınız? Mebel mağazasının qarşısında saxlamışdım, ərazi işıqlı idi, qızlar bizə demişdi ki, yolun kənarından götürərsiniz bizi, amma yubandılar.” “Maşını saxladığınız yerdə yol nişanı var idi? Yadımda deyil.” “Atəş açan şəxsi gördünüz siz? Axırıncı atəşi açanda gördüm, həmin şəxsin əynində cins şalvar, qara gödəkçə var idi.” “Sizə dəyən gülləni həmin şəxs açmışdı? Bəli, ön şüşəyə atdığı atəş mənə dəydi.” “Bəs niyə sonradan Astara istiqamətində hərəkət etdiniz? Maşın üzü həmin istiqamətdə idi.” “Haradan Bakı yoluna döndünüz? Tam yadımda deyil, 700-800 metr sürəndən sonra yolun ortasından Bakı yoluna döndüm.” “Niyə siz təcili tibbi yardıma və ya polisə müraciət etmək yerinə yaralı vəziyyətdə Bakıya getmisiniz? Bizə atəş açan şəxs mülki geyimdə idi, kim olduğunu bilmirdim, polisə getmək ağlıma gəlmədi, xəstəxanaya gedirdim.” “Niyə Cəlilabadda yox, Bakıda xəstəxanaya getməyi düşündünüz? Cəlilabad şəhərini tanımıram, orada xəstəxana tanımıram, 27 ildir Bakıda yaşayıram.” “Salyan postunda polis sizi saxlayıb? Yadımda deyil.” “Pandemiya postunda polis sizi saxlayanda sizə atəş açıldığını dediniz? Bəli, bizə təcili tibbi yardım çağırdılar.” “İş materiallarında narkotik satışı ilə bağlı sms ilə əlaqədar nə deyə bilərsiniz? Həmin mobil nömrə mənə aid deyil.” “Sms yazan şəxslər ibtidai istintaqda ifadələrində deyiblər ki, İsmayılı narkotik satan şəxs kimi tanıyırıq, ona görə elə sms yazmışıq, bu barədə nə deyə bilərsiniz? Həmin şəxslər məhkəmə istintaqında başqa ifadə veriblər, ibtidai istintaqda onlara təzyiq göstəriblər.” Müdafiəçi3 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Həmin vaxt siz posta çatanda yolun bağlı olması görünürdü? Yol hər iki tərəfdən bağlı idi, 700-800 metr qabaqdan bilinirdi ki, yol bağlıdır.” Müdafiəçi4 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Siz ibtidai istintaq zamanı ifadə vermisiniz? Xeyr.” “İş materiallarında əlyazma şəklində ifadə var, bununla bağlı nə deyə bilərsiniz? Həmin əlyazma mənə aid deyil.” “Belə bir ifadə verilməsindən xəbəriniz olub? Xeyr, mən reanimasiyada olmuşam həmin vaxt.” “Reanimasiyada olanda yanınıza hər hansı hüquq-mühafizə orqanı nümayəndəsi gəlib? Baş Prokurorluğun müstəntiqi gəlmişdi.” “Sizə nə dedi həmin şəxs? Mənə orada qalmağım barədə sənədə qol çəkdirdi.” “Həmin vaxt yanında başqa kimsə var idi? Həmin şəxsin yanında başqa bir prokuror da var idi, o prokuroru da Bakı Ağır Cinayətlər Məhkəməsində gördüm.” “Hadisə zamanı üzərinizdə olan mobil telefon haradadır? Maşında qalmışdı.” “Danışdığınız qızların mobil nömrələri var sizdə? Mobil nömrələr telefonda idi, telefon da maşında qaldı.” “Sizi hansı postda saxlayıblar? Qaradağ postunda.” “Bəs Salyan postundan və Pandemiya postundan necə keçdiniz? Həmin postlarda polis bizi saxlamadı.” “Qaradağ postundan Cəlilabad istiqamətində gedəndə sıxlıq var idi? Xeyr.” “Bəs qayıdanda sıxlıq var idi? Qayıdanda var idi, polis maşınları çox idi.” “Siz sıxlıq olduğunu hansı məsafədən gördünüz? 600-700 metr məsafədən aydın şəkildə görünürdü.” “Maşında narkotik vasitə var idi? Xeyr, yox idi, bizi heç kim izləmirdi, maşında narkotik olsa idi pəncərədən atardım.” “Qaradağ postuna girəndən nə qədər sonra polislər sizə yaxınlaşdı? 3-5 dəqiqə sonra, təcili tibbi yardım isə 35-40 dəqiqə sonra gəldi. Maşının açarını istəsəm də, vermədilər.” “Siz maşından harada düşdünüz? Yolun kənarında saxlamışdım maşını.” “Siz hadisə yerində atəş açan şəxsdən başqa kimisə gördünüz? Xeyr, ancaq atəş açan şəxsi gördüm.” Sədrlik edənin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs2 bildirmişdir: “Siz ümumiyyətlə narkotik arxasınca getdiyinizi etiraf etmisiniz? Xeyr, biz narkotik dalınca getməmişik.” “Bəs sms yazışmalarla bağlı nə deyə bilərsiniz? O smslər mənə aid deyil, İbiş adlı şəxsin nömrəsidir. O nömrə iş materiallarına necə daxil edilib bilmirəm.” “24 mart 2020-ci il tarixdə şahid qismində dindiriləndə ifadə vermisiniz? Xeyr.” “İmza atmısınız? Bəli, amma orda nə yazılmışdı bilmirəm.” “18 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, 250 qram narkotik var idi, Cəlilabada ona görə getmişdik, bu barədə nə deyə bilərsiniz? Elə bir şey olmayıb, Rüfətin elə bir ifadə verdiyini də hesab etmirəm, onlar qanunsuz atəş açıblar, hadisəni ört-basdır etmək üçün özləri ssenari yazıb oyun qurublar.” “Siz atəş açılanda maşından çox uzaq idiniz? Mən həmin şəxsi axırıncı atəşi açanda görmüşəm, həmin vaxt Şahid6 artıq maşının sağında idi, amma Şahid6 ifadəsində bildirib ki, guya mən maşını onun üzərinə sürmüşəm. Maşına 4 güllə atılıb, biri Rüfətə dəyib, ön şüşədən girən güllələr sağdan girib soldan çıxıb, mənim bədənimə girən güllə də sağdan girib solda dayanıb.” “Niyə polisə zəng vurmadınız hadisə barədə? Ağlıma gəlmədi.” “Bəs Bakıya niyə gedirdiniz? Xəstəxanaya gedirdim.” “Hadisə zamanı üzərinizdə hansı mobil nömrə olub? ***-***-**-** saylı mobil nömrə olub.” “Nömrə kimin adına qeydiyyatda idi? Mənim adıma.” “Siz İbrahim adlı şəxsi haradan tanıyırsınız? Məhlədən tanıyıram.” “Polis sizə niyə atəş açıb? Bilmirəm, onu polisdən də soruşan olmadı heç məhkəmədə.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi: 20 mart 2020-ci il tarixdə axşam saatlarında tanışım Təqsirləndirilən şəxs2 oğlu mənə zəng vurdu ki, birlikdə Cəlilabada gedək, benzin və yol pulunu ödəyəcək, orada qızlar var, onları götürmək lazımdır, mən də razılaşdım, 250-300 kilometr yol getdik, təbii ehtiyacımı ödəmək istədiyim üçün maşını saxladıq. Maşından düşdüm, 2-3 metr gedəndən sonra atəş səsləri gəldi, bayram günü olduğu üçün səs-küydən elə zənn etdim ki, atəşfəşanlıqdır, daha sonra ayağımda istilik hiss etdim, qaçıb maşına oturdum, İsmayılova dedim ki, sür. Gördüm ki, İsmayıl da eyni vəziyyətdədir mənimlə, İsmayıl maşını sürməyə başladı, 700-800 metr sonra yolun ortasından dönüb Bakıya doğru sürməyə başladı, Qaradağ postunda bizi saxladılar. İsmayılı xəstəxanaya apardılar, 2- 3 saat sonra məni geri gətirdilər ki, maşına baxış keçiriləcək. Mən də razılaşdım, maşından qara bağlama çıxartdılar, soruşanda bildirdim ki, mənim deyil, ekspertizaya göndərin. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Sizə kim təklif etdi ki, Cəlilabada gedək? İsmayıl təklif etdi.” “Niyə Cəlilabada getmişdiniz? Qızları götürüb Bakıya gətirmək üçün.” “Saat neçədə çıxmısınız Bakıdan? Axşam saat 10 olardı.” “Saat neçədə çatdınız Cəlilabada? Dəqiq yadımda deyil, gecə 1 olardı.” “Qızlar da gecə gələsiydi? Belə çıxır ki, bəli.” “Maşını kim sürürdü? Salyana qədər mən sürdüm, Salyandan sonra İsmayıl sürdü.” “Niyə dəyişdiniz ki yerlərinizi? Mən son vaxtlar çox işlədiyim üçün yorğun idim, ona görə dəyişdik.” “Yerlərinizi dəyişməyi kim təklif etdi? Mən təklif etdim.” “Qızları haradan götürəcəkdiniz? Mən dəqiq bilmirdim, İsmayıl əvvəl dedi ki, Cəlilabad şəhərinin mərkəzindən götürəciyik, daha sonra dedi ki, mebel mağazasının yanında götürəciyik.” “Niyə mebel mağazasının yanında gözləmədiniz? Təbii ehtiyaclarımı ödəmək üçün.” “Mebel mağazasının ətrafında yer yox idi? Xeyr, yox idi.” “Atəş açılanda siz maşından nə qədər aralıda idiniz? 2 metr aralanmışdım.” “Atəş dərhal açıldı? Maşından düşdüm, 2 metr getdim, əvvəlcə səs eşitdim.” “Onda həmin polis əməkdaşı orada idi? Belə çıxır ki, bəli. Mən xışıltı eşitdim.” “Atəş açan şəxs sizə nəsə dedi yoxsa birbaşa atəş açdı? Heç nə demədi, gördüm kimsə sürüşüb yıxıldı.” “Birinci atəş ayağınıza dəydi? Dəqiq yadımda deyil ki, birinci ya ikinci atəş idi.” “Siz İsmayıl vurulanda gördünüz? Mən bilmədim ki, atəş açan kimdir, ona görə də maşına oturub İsmayıla dedim ki, sür, onda gördüm ki, İsmayıl da yaralanıb, ön şüşədə deşik var.” “Niyə polisə xəbər vermədiniz? Həmin vəziyyətdə insan heç nə haqqında fikirləşə bilmir, ancaq tez xəstəxanaya getməyi düşünürdüm.” “Salyan postunda polis sizi saxlamışdı? Bəli.” “Bəs niyə orada demədiniz ki, sizə atəş açıblar? Şokda idim, ağlıma gəlmədi.” Müdafiəçi4 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Xəstəxanaya gedənə kimi avtomobilə baxış keçirildi? Xeyr.” “Siz avtomobilin yanında idiniz həmin vaxt? Bizi Qaradağda saxlayandan sonra məni polis maşınına oturtdular, İsmayılı da maşına oturtdular.” “Videoçəkiliş aparılarkən siz avtomobilin açarının harada olmasının şahidi oldunuz? Açar maşında idi.” “Maşın açıq idi? Bəli, maşın dayanacaqda idi, maşının açarını bizə vermədilər.” “Siz atəş açan şəxslə əlbəyaxa olmusunuz? Xeyr, elə bir şey olmayıb, mən müqavimət göstərsəydim başıma vurardı.” “Bəs niyə ibtidai istintaqdakı şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrinizdə bildirmisiniz ki, siz əliniz olan narkotik vasitənin bir hissəsini orada düşürtmüsünüz? Məni məcbur etdilər ki, elə ifadə verim. Heç bilmirəm ki, orada nə yazılmışdı.” “Atəş açan şəxs üzərinizə qaça-qaça gəlirdi ya gizlənmişdi? Mən eşitdim ki, kollar tərəfdən səs gəlir, eşitdim ki, kimsə qaçır.” “Səs hansı tərəfdən gəlirdi? Mebel mağazası tərəfdən gəlirdi.” Sədrlik edənin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs1 bildirmişdir: “Siz ilk ifadənizdə təqsirinizi boynunuza almısınız? Xeyr.” “Bəs niyə hadisə yerində etirafedici ifadə vermisiniz? Məni bölməyə aparıb orada fiziki təzyiq göstərdilər, ona görə etirafedici ifadə vermişəm, mənə dedilər ki, belə hərəkət elə.” “Niyə şübhəli şəxs qismində dindirilərkən etirafedici ifadə vermisiniz? Bölmədə mənə yemək və su vermədilər, ayağıma vurdular, məni müdafiəçi ilə təmin etmədilər, məcbur etdilər ki, imzalayım.” “Siz Cəlilabada niyə getmişdiniz? Qızlarla görüşmək üçün getmişdik. Qızları Cəlilabaddan Bakıya gətirməyə getmişdik.” “Maşın sizin idi? Bəli.” “Polis sizi Salyan postunda saxladı? Bəli.” “Polis sizin yaralı olduğunuzu görmədi? Xeyr, fikir vermədi.” “Polis sizi niyə saxlamışdı bəs? Sənədləri yoxlamaq üçün.” “Bəs polis İsmayılın yaralı olduğunu görmədi? İsmayıl yatmışdı həmin vaxt.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı Müdafiəçi4 tərəfindən verilmiş “iş materiallarındakı ***-***-**-** saylı mobil telefon nömrəsinə aid məlumatlarda Təqsirləndirilən şəxs1 narkotik satması barədə SMS və danışığın mövcud olub-olmamasının araşdırılmasına” dair vəsatət təmin edilmiş və ***- ***-**-** saylı mobil telefon nömrəsinə aid smslər tədqiq edilmişdir. Tədqiqata dair: Sədrlik edənin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs1 bildirmişdir: “Smslərdə qeyd olunan “kola” nə deməkdir? Bilmirəm.” ““Ləçər telefonu söndürdün indi də. Sənə demişdim tema götürəcəm, pul düzəlməsə mən 20 manat kakosa verməliyəm, aramızdakı pul oldu 75 manat, pulun gecikdi” məzmunlu mesajdakı kakos nə deməkdir? Bu barədə nə deyə bilərsiniz? Bilmirəm.” ““Həci, İsi sənə görə tema götürə bilmədi dünən, 20 manat da verdi kokoya. Dəli olmuşdu dünən, səni dəhşət axtarırdı, xoşluqnan gətir ver o pulu yetim tema götürməlidi ki, camaata pul verəcək. Pulu mütləq çatdır bugün, bax a səni gözləyir” məzmunlu mesaj haqqında nə deyə bilərsiniz? koko və tema nə deməkdir? Bilmirəm.” ““Yetim kak dela, evdəsənsə çıxanda mənə 1 qram tema atarsan da, bir də Dimaya nə vaxt yığım”, “Yetim, imkan varsa bizim şotçikə ata bilərsən ya bloka, gəlib səhər götürərəm, gecən xeyirə, sabah görüşərik”, “Yetim mənim pula 5 koko 5 patı düzəldə bilərsən” məzmunlu mesajlar haqqında nə deyə bilərsiniz? Mesajdakı patı nədir? Bilmirəm.” ““Yetim tema blokdadı, bir də səndə lan yarı patını ver Şirxana, bir də saat beşə qalmış gəl məni durquz”, “Tatar salam, yetim sms yazmışam baxıb–baxmayıb bilmirəm, denən teması varsa atsın da mənə istiyən var, bir dənə qız var esli o da tapılıb patı istəyir qalmışam heç nə yoxdu” məzmunlu mesajlar haqqında nə deyə bilərsiniz? Heç nə bilmirəm.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərdi: hadisədən uzun müddət keçdiyindən tam təfərrüatı ilə xatırlamıram, ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyim ifadələri təsdiq edirəm. Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid6 bildirmişdir: “Əməliyyat qrupu nə ilə bağlı yaradılmışdı? Narkotik tədbiri ilə bağlı yaradılmışdı.” “İstifadəçinin yoxsa narkotik satan şəxsin tutulması ilə bağlı idi? Dəqiq xatırlamıram.” “Qrupun rəhbəri kim idi? Qrupun rəhbəri Rövşən Quliyev idi.” “Sizə nə tapşırıq verilmişdi? Mən polis nəfəri idim, qrupun üzvü idim.” “Həmin gün nə baş verdi? Gecə saat 03 radələrində avtomobil yaxınlaşdı.” “Markası nə idi? “BMW” markalı maşın idi.” “Siz neçə nəfər idiniz? 4 nəfər dayanmışdıq.” “Qrup şəklində dayanmışdınız? Xeyr, ayrıayrı dayanmışdıq.” “Maşın yaxınlaşdıqdan sonra nə baş verdi? Bir nəfər düşdü maşından.” “Hara getdi? Yolun kənarında düşdü, bir şey götürüb maşına getdi, ikincini götürəndə mən yaxınlaşdım.” “Maşın sizin dayandığınız yerdən nə qədər aralıda idi? 7-10 metr aralı olardı.” “Maşından düşəndə sizi görmədi? Xeyr, görmədi.” “Yaxınlaşıb nə dediniz? Özümü təqdim etdim, əlbəyaxa olduq, qaçdı, mən də dayanmasını tələb etdim, dayanmadığı üçün havaya xəbərdarlıq atəşi açdım, yenə dayanmadığı üçün ayağından vurdum, amma yenə də maşına qaçıb əyləşdi, mən də maşının qabağında dayandım, maşını üzərimə sürdü, silahla maşının təkərinə və ön şüşəsinə tərəf atəş açdım.” “Neçə dəfə atəş açdınız? Tam dəqiq yadımda deyil, 3-4 dəfə.” “Hansı istiqamətdə atəş açdınız? Birini havaya, birini təkərə, birini də ön şüşəyə tərəf.” “Həmin şəxslər hansı istiqamətdə getdilər? Dəqiq bilmirəm.” “Hansı tərəfdə dayanmışdınız? Bakı-Astara yolunun Biləsuvar və Cəlilabaddan keçən tərəfində.” “Yolun ətrafında nəsə obyekt var idi? Xeyr, yox idi.” “Ümumiyyətlə orada mebel mağazası var idi? Biraz qabaqda var idi, 500-600 metr qabaqda.” “Onlar qaçıb gedəndən sonra nə etdiniz? Əməliyyat qrupunun rəhbərinə məlumat verib şöbəyə getdik.” “Sonra nə baş verdi? Dəqiq yadımda deyil, Rüfəti səhərə yaxın gətirdilər, İsmayıl yox idi. Daha sonra mən izahat verdim.” “İzahat verdikdən sonra hadisə yerinə çıxdınız? Yadımda deyil.” “Siz hadisə yerində nə göstərdiniz? Yadımda deyil.” “Gilizləri kim göstərdi? Tam yadımda deyil.” “Hadisə yerində haralara baxıldı? Hadisənin baş verdiyi yerə və ətrafına.” “Gilizdən başqa nəsə tapdınız? Tam yadımda deyil.” “Hadisə yerinə neçə dəfə çıxmısınız? Bir dəfə çıxmışam, Təqsirləndirilən şəxs1 və prokurorluq işçisinin iştirakı ilə.” “Hadisə yerinə saat neçədə çıxmısınız? Hava işıqlanmışdı, tam yadımda deyil.” Müdafiəçi3 suallarına cavab olaraq, Şahid6 bildirmişdir: “Hadisə zamanı sizin vəzifəniz nə idi? Polis nəfəri idim, post-patrul əməkdaşı idim.” “Hadisə yerində sizə ən yaxın məsafədə dayanan polis əməkdaşı hansı məsafədə idi? Tam yadımda deyil.” Sizə əməliyyat məlumatı nə ilə bağlı daxil olmuşdu? Məlumat mənə yox, Rövşən Quliyevə daxil olmuşdu.” “Siz bilirdiniz ki, məlumat nə ilə bağlıdır? Narkotik tədbiri olduğunu bilirdim.” “Tədbirllə bağlı kimlərin gələcəyini bilirdiniz? Xeyr, bilmirdim.” “Siz həmin vaxt hansı geyimdə idiniz? Mülki geyimdə idim.” “Sizə göstəriş verilmişdi ki, qaçsalar atəş açın? Xeyr.” “Həmin vaxt Təqsirləndirilən şəxs1 sizə hər hansı bir silahlı müqavimət göstərib? Xeyr, əlbəyaxa olmuşuq.” “İnsan həyatına hər hansı bir real təhlükə yaranıb? Maşını üstümə sürüb, maşından qabaq bilmirəm, mənə dirsək vurub yerə yıxdı, maşına tərəf qaçdı.” “Siz maşına qaçanda atəş açdınız? Maşına minəndə mən atəş açdım, birini havaya atdım, birini ayağına, birini də təkərə, aramızda 3-4 metr məsafə olardı. “ “Siz ifadənizdə qeyd etmisiniz ki, 4 dəfə atəş açmısınız, birini havaya, birini maşının təkərinə, birini Rüfətin ayağına, birini də maşının ön şüşəsinə. Avtomobildə isə 2 güllə izi var, onda belə qənaətə gəlmək olar ki, siz havaya atəş açmamısınız. Bu ziddiyyəti necə izah edə bilərsiniz? İbtidai istintaqda ətraflı izahat vermişəm, tam xatırlamıram.” “Hadisə yerindən 4 giliz aşkarlanıb, siz bilirdinizsə ki, Rüfətlə əlbəyaxa olanda onun üzərindən yerə narkotik vasitə düşüb, niyə prokurorluq əməkdaşlarına bu barədə məlumat vermədiniz? İfadəmdə vermişəm. tam xatırlamıram.” Müdafiəçi4 suallarına cavab olaraq, Şahid6 bildirmişdir: “Siz hadisə zamanı hansı vəzifədə idiniz? Post-patrulda polis nəfəri idim.” “Siz rəis müavininin sürücüsü olmusunuz? Xeyr.” “Siz Rüfətlə əlbəyaxa olanda maşınla aranızda 2 metr məsafə olmasına baxmayaraq niyə maşının digər hissələrinə atəş açmısınız amma təkərinə atəş açmamısınız? Maşınla aramda 2 metr yox, 7-10 metr məsafə olub.” “Bəs niyə gilizlər maşına 2-3 metr məsafədə tapılıb? Bilmirəm.” Sədrlik edənin suallarına cavab olaraq Şahid6 bildirmişdir: “4 nəfər arasında ara məsafə nə qədər idi? 20-30 metr məsafə deyilmişdi bizə, amma dəqiq bilmirəm necə dayanmışdılar.” “Hadisə yerinə baxışa saat neçədə çıxmısınız? Hava açılmışdı.” “Saat neçə idi? Tam yadımda deyil.” “Polis işçisi ilə çıxmışdınız ya prokurorluğun işçisi ilə? prokurorluq işçisinin iştirakı ilə.” “Hadisə yerində nə tapıldı? Tam yadımda deyil.” “Rüfət qaçanda torbasından yerə narkotik vasitə düşüb? Yadımda deyil.” “Prokurorluğun nümayəndəsinin iştirakı ilə hadisə yerində iştirak etmisiniz? Bəli.” “Siz prokurorluğun müstəntiqi Zöhrab Verdiyevin iştirakı ilə keçirilən hadisə yerindən nə tapdınız? Gilizlər və narkotik vasitə tapıldı.” “Cinayət işinin materiallarına əsasən, hadisə yerinə 2 dəfə baxış keçirilmişdir və siz hər iki baxış protokolunu imzalamısınız, birinci baxış zamanı 4 ədəd giliz, ikinci baxış zamanı 2 kilo narkotik vasitə aşkar edilmişdir. Bu barədə nə deyə bilərsiniz? Hadisə yerinə baxışı mən keçirtməmişəm, tam yadımda deyil.” Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İsmayılı uşaqlıqdan tanımışdır, bir küçədə böyümüşlər və qonşu olmuşlar. 20 yanvar 2020-ci il tarixdə axşam saatlarında tanışı İsmayıl ona zəng edərək, ondan xahiş etmişdir ki, onunla birlikdə Cəlilabada getsin, benzin və yol pulunu ödəyəcəyini və orada bir xanım olduğunu və onu gətirmək lazım olduğunu demişdir. O da İsmayılla razılaşmış, saat təxminən 22 radələrində onlar yola düşmüşlər, Qaradağ postuna qədər avtomobili o idarə etmişdir. Sonra isə maşını İsmayıl idarə etməyə başlamışdır. O isə yatmışdır. Cəlilabada getdikləri vaxt yolda İsmayılın telofonuna neçə dəfə zəng edildiyini dəqiq xatırlamasa da, qızla telofonda danışdığını eşitmişdir. Yolda o, avtomobildən təbii ehtiyacına görə düşmüş, düşüb kolluğa tərəf gedərkən atəş səsi eşitmişdir. Bayram olduğuna görə elə bilmişdir ki, atəşfəşanlıqdır. Ona heç kim qaçma, dayan, kimi sözlər deməmişdir və o sadəcə ətrafda səs-küy eşitmişdir. Daha sonra ayağından yaralanmış, tez maşına oturub İsmayıla demişdir ki, tez maşını sürsün.Güllə maşına da dəymişdir, İsmayıl da yaralanmışdır.Qaradağ postuna qədər polis əməkdaşları onları saxlamamışlar. Qaradağ postunda saxlayıb onları xəstəxanaya göndərmişlər. 3-4 saatdan sonra onu gətirib onun iştirakı ilə maşına baxış keçirmişlər, İsmayıl isə xəstaxanada qalmışdır. Baxış zamanı maşından polietilen torba aşkar edərək ona göstərmişlər. O isə bildirmişdir ki, həmin torba onlara məxsus olmamışdır. Bundan başqa o, narkotik vasitə istifadəçisi olduğunu, yolda maşınla gedən zaman dəqiq yerini xatırlamdığı ərazidə polis əməkdaşlarının onları saxlayıb sənədlərini yoxlayıb buraxdıqlarını, maşına baxış zamanı avtomobilin yolun kənarənda olduğunu, onların saxladıqları yerdə olmadığını, polis bölməsində olarkən ona dəfələrlə fiziki təzyiq göstərildiyini və milliyətcə tatar olduğu üçün azərbaycan dilini yaxşı bilmədiyini, ibtidai istintaq zamanı ona tərcüməçi təqdim edilmədiyini və istintaq zamanı ifadələrini oxumadan təzyiq altında imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi ilə birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi məhkəmədə elan olunmuşdur. O, Cəlilabad RPŞ-də və rayon prokurorluğunda verdiyi izahatlarında, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, təxminən 2018-ci ildən narkotik vasitə istifadəçisidir. Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs2 tanıyır, onunla dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs2 2012- ci ildən tanıyır, onunla münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 onun qonşuluğunda yaşayır. İsmayıl da narkotik vasitə istifadəçisidir, adətən “kakos” istifadə edir. Onun istifadəsində “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili etibarnamə ilə idarə etmək səlahiyyəti vardır. 20 mart 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən İsmayıl istifadəsində olan 055-252- 48- 45 nömrəli mobil telefonla ona məxsus ***-***-**-** nömrəli telefona zəng edərək 2 saatlıq işləri olduğunu bildirmiş və onun avtomobili ilə getməyi xahiş etmişdir. O, İsmayıla hazırda evdə olduğunu, saat 20 radələrində gələ biləcəyini demişdir. Həmin gün saat 20 radələrində evdən çıxıb istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayılın yaşadığı evə getmişdir. İsmayıl evlərindən çıxıb avtomobildə əyləşmişdir. İsmayıl ona Cəlilabad rayonunda narkotik vasitə olduğunu və həmin narkotik vasitəni götürmək üçün Cəlilabad rayonuna gedəcəyini demişdir. O, İsmayılla razılaşmışdır. Bundan sonra Cəlilabad rayonuna yola düşmüşlər. Onlar avtomobillə “Qaradağ postu”nu keçdikdən sonra o, yorğun olduğuna görə İsmayılın avtomobili sürməsini istəmişdir. İsmayıl onun təklifi ilə razılaşmış və avtomobilin sükanı arxasında əyləşmiş, o isə qabaq sağ oturacaqda oturmuşdur. Onlar yolda olarkən İsmayıl istifadəsində olan mobil telefondakı “Whatsapp” proqramı vasitəsi ilə kiminləsə həm mesajlaşır, həmçinin zəng edərək danışırmış. İsmayıl telefonda danışdığı şəxsə “nə vaxt gəlim, hara gəlim, hardan götürməliyəm” deyirmiş. İsmayıl mobil telefonla danışdıqdan sonra ona “mal hələ götürəcəyimiz yerə qoyulmayıb, bir az gecikəcəyik, mal qoyulandan sonra bizə xəbər edəcək” demişdir. Lakin İsmayıl onunla mobil telefonda danışan şəxsin kimliyi barədə ona heçnə deməmişdir. Onlar gecə saat 23 radələrində Biləsuvar rayonuna çatmışlar. İsmayılın telefonda danışdığı şəxs ona narkotik vasitəni qoyduqdan sonra xəbər edəcəyini dediyinə görə, onlar təxminən saat yarım avtomobillə Biləsuvar rayonu ərazisində gəzişirmişlər. Bu müddət ərzində İsmayıl yenə narkotik vasitənin nə vaxt gələcəyi və haradan götürəcəkləri barədə həmin şəxslə telefonla danışırmış. Saat 01:00 radələrində Biləsuvar rayonu ərazisində olarkən İsmayıla yenə “Whatshapp”la zəng gəlmiş və İsmayıl zəng edən şəxslə danışdıqdan sonra avtomobili Cəlilabad rayonu istiqamətində sürməyə başlamışdır. Onlar köhnə Ələt-Astara yolu ilə hərəkət edirmişlər. İsmayıl bildirmişdir ki, narkotik vasitə artıq qoyulub və götürə bilərlər. Narkotik vasitəni gizlədən şəxs üzərində 131 yazısı olan lövhənin fotoşəklini çəkərək İsmayılın telefonuna göndərmişdir. Onlar bilmişlər ki, narkotik vasitə Ələt-Astara avtomobil yolunun 131-ci kilometrliyində, üzərində 131 yazısı olan lövhənin yanında gizlədilmişdir. Onlar saat 01:30 radələrində həmin lövhənin yanına çatmışlar. İsmayıl avtomobili üzərində 131 yazılmış lövhənin yanında, yolun sağ kənarında saxlayıb, avtomobili söndürmədən ona “get lövhənin yanındakı paketi götür” demişdir. O, İsmayılın sözü ilə avtomobildən düşüb üzərində 131 yazılmış lövhəyə yaxınlaşıb, həmin lövhənin altından bir ədəd qara rəngli paketi götürdükdə, həmin yerdə olan ağacların arxasından bir nəfər şəxsin ona doğru qaçaraq yaxınlaşdığını görmüşdür. Həmin vaxt yağan yağışdan yer palçıq olmuşdur. Həmin şəxs ona çatdıqda ayağı sürüşərək yıxılmışdır. O, cəld içərisində narkotik vasitə olan qara rəngli paketi özü ilə götürüb, avtomobilə tərəf gəldikdə, paketdəki narkotik vasitələrdən 2 bükümü yerə düşmüşdür. O, yerə düşən bükümləri götürməyərək əlindəki paketlə avtomobilə əyləşmək istədikdə, həmin şəxs polis olduğunu və təslim olmağı bildirmişdir. Lakin o, həmin vaxt qorxduğuna görə polis əməkdaşının əmrinə tabe olmayaraq avtomobilə oturmaq istədikdə, həmin polis əməkdaşı bir dəfə havaya atəş açmışdır. O, avtomobilin sağ ön oturacağına əyləşərək sağ ayağını qaldırıb qapını bağlamaq istədikdə, polis işçisi avtomobilin sağ tərəfi istiqamətində iki dəfə atəş açmış və həmin güllələrdən biri avtomobilin ön sağ qapısına, sonra isə onun sağ pəncəsinin üstünə dəymişdir. Onlar təslim olmamış və o, qapını bağladıqdan sonra İsmayıl avtomobili sürərək ərazidən uzaqlaşmaq istədikdə, həmin polis işçisi bir dəfə də avtomobilin qapaq ön şüşəsi istiqamətində atəş açmış, açılan atəş nəticəsində güllə İsmayılın qabırğa nahiyəsinə dəymişdir. İsmayıl da xəsarət alsa da, avtomobili saxlamayıb, üzü Cəlilabad şəhəri istiqamətində sürərək, təxminən 1 km. hərəkət etdikdən sonra avtomobili geriyə döndərib, Biləsuvar rayonu istiqamətində sürməyə başlamışdır. Onlar hadisə yerini ötüb keçərkən yolun kənarında 4 nəfər şəxsin dayandığını görmüşlər. Lakin avtomobili saxlamamış və İsmayıl avtomobili birbaşa Bakı şəhəri istiqamətində sürməyə davam etmişdir. Təxminən 15-20 dəqiqə getdikdən sonra İsmayılın sağlamlıq vəziyyəti pisləşdiyindən, avtomobili saxlamış və onlar yerlərini dəyişdikdən sonra o, avtomobili idarə etməyə başlamışdır. Onlar “Qaradağ postu”na çatdıqda yol polisi əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları İsmayılın sağlamlıq vəziyyətinin yaxşı olmadığını görüb, İsmayılı həmçinin onu 3 saylı Klinik xəstəxanasına aparmışlar. Həmin xəstəxanada ona ilkin tibbi yardım göstərilərək güllə yarası aldığı sağ ayağına kibs qoyulmuşdur. Daha sonra onun iştirakı ilə polis əməkdaşları ona məxsus “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirib, içərisində narkotik vasitə olan paketi götürüb qablaşdırmışlar. Baxış zamanı avtomobilindən ona məxsus olan 1 ədəd, İsmayıla məxsus olan 2 ədəd qatlanan bıçaq aşkar olunaraq götürülmüşdür. Bundan sonra onu Cəlilabad rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində gətirildikdən sonra izahatı alınarkən xx.xx.2020ci il tarixdə saat 01:30 radələrində Ələt-Astara avtomobil yolunun 131-ci kilometrliyində, üzərində 131 yazısı olan lövhənin altından bir ədəd qara rəngli paketi götürdükdə, həmin yerdə olan ağacların arxasından bir nəfər şəxsin ona doğru qaçaraq yaxınlaşdığını gördüyündə içərisində narkotik vasitə olan qara rəngli paketi özü ilə götürüb, avtomobilə tərəf gəldikdə, paketdəki narkotik vasitələrdən 2 bükümü yerə düşdüyünü və həmin yeri göstərə biləcəyini bildirmişdir. Bundan sonra onun və müdafiəçinin iştirakı ilə Cəlilabad rayonu, Qarazəncir kəndində Ələt-Astara avtomobil yolunun 131-ci kilometrliyində, üzərində 131 yazısı olan lövhənin ətrafına baxış keçirilmiş və Təqsirləndirilən şəxs2la birlikdə əldə etmək istədikləri 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. O, üzərində 131 yazılmış lövhənin yanından içərisində narkotik olan qara paketi götürmək istədikdə, bir nəfər şəxsin çöl sahədən, ağacların arxasından üzərinə cumduğunu görüb cəld avtomobilə doğru qayıtmışdır. Bu vaxt həmin şəxs yüksək səslə polis əməkdaşı olduğunu deyərək təslim olmağı tələb etmişdir. Lakin o və İsmayıl qorxduqlarına görə təslim olmamışlar. Hadisə zamanı polis əməkdaşının silahdan açdığı atəş nəticəsində sağ ayağının pəncəsinin üstündən xəsarət almış və həmin xəsarətdən başqa xəsarət almamışdır. İsmayıl isə qabırğa nahiyəsindən xəsarət almışdır. Hadisə zamanı o, polis əməkdaşına hər hansı xəsarət yetirməmişdir. O, içərisində narkotik vasitə olan paketi götürüb İsmayılın idarə etdiyi avtomobillə ərazidən uzaqlaşmaq istəyirmiş. Hadisə zamanı nə o, nə də İsmayılda heç bir silah olmamışdır. O, avtomobilində daim açılıb-qatlan bıçaq gəzdirir. Həmin bıçaq polis əməkdaşları tərəfindən avtomobilinə baxış keçirilərkən götürülmüşdür. Hadisə zamanı həmin bıçaq avtomobildə olmuş və o polis əməkdaşına həmin bıçaqla heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs2 onun qonşusu olmaqla yanaşı, həm də onun dostudur. Onların arasında səmimi yoldaşlıq münasibəti vardır. 20 mart 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən İsmayıl istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla ona məxsus ***-***-**-** nömrəli telefona zəng edərək 2 saatlıq işi olduğunu bildirmiş və onun avtomobilində getməyi xahiş etmişdir. O, İsmayıla hazırda evdə olduğunu, saat 20 radələrində gələ biləcəyini demişdir. Həmin gün saat 20 radələrində evdən çıxıb istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayılın yaşadığı evə getmişdir. İsmayıl evlərindən çıxıb avtomobildə əyləşmişdir. İsmayıl ona Cəlilabad rayonunda narkotik vasitə olduğunu və həmin narkotik vasitəni götürmək üçün Cəlilabad rayonuna gedəcəklərini demişdir. İsmayılla razılaşmışlar ki, onun avtomobilinə benzin tökəcək və özünə də 100 manat yol pulu verəcəkdir. Onlar yolda olarkən İsmayıl istifadəsində olan mobil telefondakı “Whatshapp” proqramı vasitəsi ilə kiminləsə həm mesajlaşır, həmçinin zəng edərək danışırmış. İsmayıl telefonda danışdığı şəxsə “nə vaxt gəlim, hara gəlim, hardan götürməliyəm” deyirmiş. İsmayıl mobil telefonla danışdıqdan sonra ona “mal hələ götürəcəyimiz yerə qoyulmayıb, bir az gecikəcəyik, mal qoyulandan sonra bizə xəbər edəcək” demişdir. Lakin İsmayıl onunla mobil telefonda danışan şəxsin kimliyi barədə heçnə deməmişdir. Eləcə də, İsmayılın həmin narkotik vasitəni hansı məqsəd ilə əldə etdiyindən məlumatlı deyil. O, avtomobilə baxış keçirilən zaman fikirləşmişdir ki, aşkar olunmuş narkotik vasitələrin eləcə də, bıçaqların ona məxsus olmadığını və kimə məxsus olmasından xəbəri olmadığını desə, onu cinayət məsuliyyətinə cəlb etməzlər. Buna görə də avtomobilinə baxış zamanı narkotik vasitələrin və bıçaqlardan ikisinin ona məxsus olmadığını bildirmişdir. Sonradan məsuliyyətdən yaxa qurtarmağın mümkünsüz olacağını başa düşmüş və törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmək qərarına gəlmişdir. Onun istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağından aşkar olunmuş dəstəyi qırmızı rəngli olan qatlanan bıçaq ona məxsusdur. Taksi sürücüsü olduğundan bəzən avtomobilinə cinayətə meyilli şəxslər minir. Buna görə də o, həmin bıçağı baş verə biləcək hər-hansı zorakılıq zamanı özünü müdafiə etmək üçün avtomobilində gəzdirir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmədiyini, azərbaycan dilini yaxşı bilmədiyini, ibtidai istintaq zamanı ona tərcüməçi təqdim edilmədiyini və istintaq zamanı ifadələrini oxumadan təzyiq altında imzaladığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində Aynur adlı qızla tanış olmuş və onunla yaxın münasibəti yaranmışdır. 20 mart 2020-ci il tarixdə axşam saatlarında onunla görüşməli imiş. Aynur onunla 19-20 mart tarixində WhatsApp proqramı üzərindən danışaraq, rəfiqəsi ilə birlikdə Cəlilabada nənəsigilə bayram keçirmək üçün getdiyini, bayram keçirəndən sonra gecə onları şəhərə aparmağını istəmişdir. O isə maşınının nasaz olduğunu demiş, dostu ilə danışdıqdan sonra bir saata onunla əlaqə saxlayacağını bildirmişdir. Rüfətə zəng vurub demişdir ki, maşının benzinini də tökəcək, Cəlilabada getmək lazım olduğunu demiş və Rüfət də razılaşmışdır. Maşına oturmamışdan əvvəl şirniyyat, sok, pivə alıb maşının arxa oturacağına qoymuşlar və orada başqa bir şey olmamışdır. Təxminən saat 22 radələrində Rüfətlə yola düşmüşlər.Qaradağ postuna qədər maşını Rüfət idarə etmiş, Qaradağ postundan sonra isə maşını o özü idarə etmişdir. Cəlilabadın ərazəsinə çatanda qızlarla əlaqə saxlayıb, onları haradan götürəcəklərini soruşmuşdur. Onlar yolun kənarında mebel mağazasının yanında gözləyəcəklərini bildirmişlər. Yolda Rüfət təbii ehtiyacı olduğu üçün maşından düşərək bir az qabağa kolluğa tərəf getmişdir. Elə bu vaxt atəş səsi eşitmiş,daha sonra 2-ci, 3-cü atəş səsini də eşitmişdir. Bundan sonra Rüfət axsaya-axsaya maşına oturmuş və ona demişdir ki, tez sür gedək. Bu vaxt 4-cü atəş açılmış, güllə maşında ona dəymişdir. O, maşını əvvəl Cəlilabad istiqamətinə, sonra Bakı istiqamətinə sürmüşdür. Qaradağ postunda polislər işarə edib maşını saxlamışlar. Polislər onların yaralı olduqlarını bilib təcili yardım çağırmışlar, maşının açarını istəməklərinə baxmayaraq açarı onlara verməmişlər. Açar maşının üstündə qalmış, onları xəstəxanaya aparmışlar. Bundan başqa o, heç vaxt narkotik vasitələrin alışı, satışı ilə məşğul olmadığını, 25 ildir bir rayonda yaşadığını, heç bir hadisədə adının hallanmadığını, 15 gün müddətində xəstaxanada yatdığını, maşına baxış keçirilməsində iştirak etmədiyini, istintaq zamanı heç kimə ifadə vermədiyini, maşında narkotik vasitə olmadığını, polislərin qanunsuz olaraq narkotik vasitəni maşına qoyduqlarını və polislərin bu hadisəni törətmələrində qızların vasitəçi olduqlarını bildirmişlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci mart ayının 21-də Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələri gizlədilməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə Cəlilabad rayon polis şöbəsinə daxil olmuş əməliyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilmişdir. Tədbir zamanı polis əməkdaşı Şahid6 xidməti silahından atəş açaraq şübhəli şəxsləri saxlamaq istəmiş, ancaq onlar hadisə yerindən qaça bilmişdilər. Bundan sonra o, Qaradağ postunda maşına videoçəkilişlə baxış aparılan zaman iştirak etmişdir. Avtombilə baxış gecə saat 24.00-dan sonra keçirilmişdir. Baxış zamanı ondan başqa müstəntiq, Aslan Cəfərov və tanımadığı digər polis əməkdaşları da orada olmuşdur. Baxış keçiriləndə sürücünü görəndə o axsayırmış. Maşına baxış zamanı açar sürücüdə olmuş, sürücünün davranışı səmimi olmuş, özü etiraf etmişdir ki, bükümlər narkotik vasitədir. Bundan əlavə maşında bıçaq da aşkar edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Günəşli kəndində yaşayır. 26 aprel 2014cü ildən DİO-da xidmət edir. 05 dekabr 2019-cu il tarixdən isə Cəlilabad rayon polis şöbəsinin cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələri gizlədilməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə Cəlilabad rayon polis şöbəsinə daxil olmuş əməliyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad şəhəri istiqamətində yolun kənarında basdırılmış və üzərində 131 yazısı olan lövhənin yanında dayandıqdan sonra sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs avtomobildən düşərək lövhənin yaxınlığından bir ədəd torbanı götürüb avtomobilə tərəfə gedərkən əməliyyat tədbirində iştirak edən Cəlilabad rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid6 yaxınlaşaraq özünü təqdim edib, ona təslim olmasını bildirməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 polis əməkdaşının tələbinə məhəl qoymayıb tabesizlik göstərərək avtomobilə tərəf qaçdıqda, əvvəlcə əlləri ilə saxlayıb zərərsizləşdirməyə çalışsa da, Şahid6 itələyərək yerə yıxmış, bu vaxt polis əməkdaşı Şahid6 “Makar” tipli, 1447 nömrəli xidməti silah tətbiq etmək məcburiyyətində qalıb əvvəlcə havaya bir dəfə xəbərdarlıq atəşi açmış, lakin Təqsirləndirilən şəxs1 təslim olmadığına görə xidməti silahdan yenidən avtomobilin qabaq sağ təkəri istiqamətində iki dəfə atəş açmış, Təqsirləndirilən şəxs1 sağ ayağından yaralansa da, avtomobilə minməyə nail olmuş, bundan sonra sürücü adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs işlək vəziyyətdə olan avtomobili sürərək ərazidən uzaqlaşmaq istədikdə, polis əməkdaşı Şahid6 təkrarən xidməti silah tətbiq edib avtomobilin ön şüşəsi istiqamətində bir dəfə atəş açması nəticəsində sürücü Təqsirləndirilən şəxs2 döş qəfəsi nahiyəsindən xəsarət almasına baxmayaraq, avtomobili idarə etməklə hadisə yerindən uzaqlaşmışdır. Qeyd olunan avtomobilin saxlanılması və avtomobildə olan iki nəfər şəxsin yaxalanması istiqamətində keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Baş X30 İdarəsinin YPX Alayının 6-cı tağımının əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirlər nəticəsində həmin avtomobil Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılmış və içərisində olan iki nəfər şəxs yaxalanaraq almış olduqları xəsarətləri ilə əlaqədar Bakı şəhər 3 saylı Klinik xəstəxanasına yerləşdirilmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, hadisə zamanı avtomobildən düşərək lövhənin yanından bir ədəd torbanı götürüb, polis nəfəri Şahid6 itələyərək yerə yıxdıqdan sonra avtomobildə əyləşmiş şəxs Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs1dir və sonuncu təslim olmayıb tabesizlik göstərdiyinə görə Şahid6 tərəfindən xidməti silahdan avtomobil istiqamətində açılmış atəş nəticəsində sağ ayağından xəsarət almışdır. Sürücü isə Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs2dur və təslim olmayıb avtomobili polis nəfəri Şahid6 üzərinə doğru sürərək tabesizlik göstərdiyinə görə hadisə zamanı Şahid6 tərəfindən xidməti silahdan avtomobilin ön şüşəsi istiqamətində açılmış atəş nəticəsində döş qəfəsindən xəsarət almışdır. İlkin tibbi yardım göstərildikdən sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 məxsus avtomobilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində videoçəkilişlə baxış keçirilmiş və o, həmin baxış istintaq hərəkətində iştirak etmişdir. Belə ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 baxış və götürmə barədə qərar elan olunduqdan sonra ona təklif olunmuşdur ki, istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və ya gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etsin. Eyni zamanda Təqsirləndirilən şəxs1 baxış istintaq hərəkətinin video çəkilişlə aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, istifadəsində olan BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin sürətlər qutusunun yanından dəstəyi üzərində ağ və qırmızı rəngli müxtəlif naxışlar olan bir ədəd qatlanan bıçaq, avtomobilin arxa oturacağından dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq, dəstəyi gümüşü rəngli olan bir ədəd qatlanan bıçaq, arxa sağ ayaqaltı hissəsindən bir ədəd qara rəngli polietilen torbada üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış iki ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq ona məxsusdur, digər iki ədəd bıçaq və narkotik vasitə olan heroinə bənzər kütlələrin isə kimə məxsus olmasından məlumatı yoxdur. Avtomobilə baxış zamanı aşkar olunmuş narkotik vasitələrə bənzər həmin maddələr qablaşdırılaraq DİN-nin zərflər üçün 141 №-li möhürü ilə möhürlənmiş və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Avtomobilə baxış zamanı tərtib edilmiş protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmin günü Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-nə gətirilmişdir. Cəlilabad RPŞ-də olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün gəldiklərini və selofan torbada olan narkotik vasitəni götürüb qaçan zaman iki ədəd bükümdə olan narkotik vasitəni 131 km yazılan lövhənin yaxınlığında yerə düşdüyünü etiraf etmişdir. Bundan sonra Cəlilabad rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs1 müşayiəti ilə onun göstərdiyi yerə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 iki ədəd bükümdə narkotik vasitəni düşdüyü ərazini göstərmiş və həmin yerə videoçəkilişlə baxış keçirilən zaman iki ədəd bükümdə olan üzəri yapışqan lentlə dolanmış narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Şahid2 istintaq zamanı verdiyi ifadəsini tam xatırlamadığını, ancaq istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o 2008-ci ildən Cəlilabad rayon polis şöbəsinin post patrul xidməti bölüyündə polis nəfəri işləyir, polis baş serjantıdır. 21 mart 2020-ci il tarixdə saat 03 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisində keçirdikləri əməliyyat tədbirində iştirak etmişdir. Belə ki, 21 mart 2020-ci il tarixdə saat 03 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən köhnə ƏlətAstara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələri gizlətməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları olaraq əməliyyat tədbirində iştirak etmişlər. Əvvəlcədən onun təqsirləndirilən şəxslərin şəxsiyyətləri barədə məlumatı olmamışdır. Hadisədən sonra onların şəxsiyyətləri barədə məlumatı olmuşdur. Əməliyyat tədbirində onlar 4 nəfər olmuşlar. Orada 1 nəfər zabit və 3 nəfər polis əməkdaşı olmuşdur. Onlar həmin ərazidə təxminən 3 saat gözləmişlər. Həmin gecə saat 03 radələrində “BMW” markalı avtomobilin Biləsuvar rayonu istiqamətindən Cəlilabad şəhəri istiqamətində hərəkət edərək Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun sağ kənarında, üzərində 131 yazılmış lövhənin yanında dayandığını görmüşlər. Maşın dayanmış və dayandıqdan sonra sürücü Təqsirləndirilən şəxs2 düşməmiş, lakin sağ tərəfdə əyləşən şəxs Təqsirləndirilən şəxs1 düşmüşdür. O biraz gözləmişdir ki, Təqsirləndirilən şəxs1 biraz uzaqlaşsın sonra ona yaxınlaşın, o isə çox uzaqlaşmamış təxminən 5-6 metr uzaqlaşmışdır. Lövhəyə yaxınlaşaraq lövhənin yanından bir ədəd torbanı götürüb avtomobilə tərəf getmək istədikdə o, Təqsirləndirilən şəxs1 yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və təslim olmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs1 onun əmrinə məhəl qoymayıb tabesizlik göstərərək əlindəki torba ilə birlikdə lövhədən təxminən 3-4 metr aralıda dayanmış avtomobilə tərəf qayıdarkən həmin şəxsin üzərinə doğru qaçaraq onu əlləri ilə tutaraq zərərsizləşdirmək istəsə də, Təqsirləndirilən şəxs1 əlləri ilə onu itələyərək yerə yıxmışdır. O cəld şəkildə ayağa qalxaraq, həmin şəxsin artıq avtomobilə yaxınlaşdığını görüb, dərhal üzərində olan, ona təhkim olunmuş “Makar” tipli, 1447 nömrəli xidməti silah tətbiq etmək məcburiyyətində qalaraq, həmin silahı çıxarıb “dayan atacağam” deyərək havaya bir dəfə xəbərdarlıq atəşi açmışdır. Buna baxmayaraq həmin şəxs təslim olmadığına görə onu və sürücünü cinayət başında yaxalamaq məqsədi ilə avtomobilin hərəkətini məhdudlaşdırmaq üçün xidməti silahdan avtomobilin qabaq sağ təkəri istiqamətində iki dəfə atəş açsa da, həmin şəxs avtomobilə əyləşməyə nail olmuşdur. Bu vaxt sürücü işlək vəziyyətdə olan avtomobili yüksək sürətlə onun üzərinə doğru sürməyə başlamış, o, sürücünün avtomobili qəsdən onun üzərinə doğru sürdüyünü görüb təkrarən xidməti silah tətbiq edib avtomobilin ön şüşəsi istiqamətində bir dəfə atəş açmış və kənara çəkildiyinə görə avtomobil ona dəyməmişdir. Əməliyyat tədbiri çərçivəsində təslim olmalarını tələb etməyinə, son olaraq isə xidməti silah tətbiq etməyinə baxmayaraq, cinayətkarlar “BMW” markalı avtomobildə üzü Cəlilabad şəhəri istiqamətində hərəkət edərək hadisə yerindən uzaqlaşmağa müvəffəq olmuşlar. Həmin vaxt əməliyyat tədbirində iştirak edən digər polis əməkdaşları qaçaraq ona yaxınlaşmışlar. Onlar “BMW” markalı avtomobilin Cəlilabad rayonu, Qarazəncir kəndinə çatmamış geriyə qayıdaraq, üzü Biləsuvar rayonu istiqamətində sürərək yanlarından ötüb keçdiklərini görmüşlər. O dərhal baş vermiş hadisə barədə rayon polis şöbəsinin rəhbərliyinə məlumat vermişdir. Həmin şəxslər hadisə yerindən qaçmağa müvəffəq olsalar da, həmin gün keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri Qaradağ rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Daha sonra o, hadisədən sonra sabah vaxtı hadisə yerinə baxış keçirilməsində işrirak etmiş və hadisə yerində narkotik vasitə tapıldığına şahid olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunda X4 polis serjantı vəzifəsində işləyir. 21 mart 2020 –ci il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən köhnə Ələt- Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələrin gizlədilməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları olaraq o, Şahid6, Şahid4 və Şahid3 həmin ərazidə əməliyyat tədbiri keçirmişlər. Onlara narkotik vasitələrin gizlədiləcəyi ərazilər məlum olmadığına görə ara məsafələrlə yolun kənarında pusquda dayanmışlar. Təxminən 2 saat yarım orada qalmışlar. Daha sonra Biləsuvar istiqamətindən “BMW” markalı maşının yaxınlaşdığını görmüşlər və daha sonra maşın yaxınlaşıb yolun kənarında dayanmışdır. Həmin yerdə maşına yaxın isə Şahid6 olmuşdur. Onlar narkotik vasitənin bu maşında olduğundan şübhələndikləri üçün maşına baxmaq üçün yolun kənarına keçdikləri zaman Şahid6 dayanın atacğam sözünü eşitmişlər. Onlar oraya çatana kimi artıq 4 dəfə silah səsini eşitmişlər. Onlar oraya yaxınlaşanda maşın oradan kənarlaşmışdır. İlkindən hər hansı xəsarət almağını soruşanda sadəcə qolunda və dizində sıyrıqlar olduğunu demişdir. Daha sonra bu hadisə barədə Şahid6 rəhbərliyə məruzə etmiş və onlar daha sonra şöbəyə qayıtmışlar. Bundan başqa o, maşından sadəcə 1 nəfərin düşdüyünü, gecə olduğu üçün üzünü seçə bilmədiyini, Şahid6 silahdan istifadə etməsini gözü ilə görmədiyini, yalnız silahın səsini eşitdiyini, hadisə yerinin boş sahə olduğunu, hər hansı bir tikili olmadığını, maşın hadisə yerindən uzaqlaşdıqdan sonra hadisə yerinə baxış keçirmədiklərini və narkotik vasitələrin maşından aşkar edilib götürülməsi zamanı iştirak etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunda Post Patrul xidmətində işləmişdir. Hal-hazırda isə X30 bölməsində işləyir. 21 mart 2020 –ci tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələrin gizlədilməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları olaraq o, Şahid6, Şahid5 və Şahid3 həmin ərazidə əməliyyat tədbiri keçirmişlər. Onlar hadisə yerində 4 nəfər olmuşlar. Orada zəncirvari şəkildə birbirlərindən 70-80 m məsafədə aralı vəziyyətdə dayanmışlar. O, uzaqdan maşından bir nəfər şəxsin düşərək nəsə götürmək istədiyi zaman Şahid6 ona dayan qaçma dediyini eşitmiş, ancaq həmin şəxsin üzünü görə bilməmişdir. Daha sonra onlar silah səsini eşitdikdən sonra hadisə yerinə gedib çatmışlar və maşın artıq oradan uzaqlaşmışdır. Şahid6 onlara yıxlıdığını və sağ ayağının burxulduğunu söyləmişdir. İlkin onlara demişdir ki, maşında olanlar onun dayan əmrinə tabe olmadıqları üçün və maşını üstünə sürdükləri üçün bir neçə dəfə atəş açmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı vəzifəsində işləyir. Onlara məlumat daxil olmuşdur ki, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli bilinən şəxsləri saxlamaq istəyəndə onlar tabesizlik göstərmiş və polis əməkdaşı xidməti silahından istifadə etmişdir.Daha sonra şübhəli şəxslər hadisə yerindən uzqlaşmışlar. Sonra daxil olmuş məlumat əsasında onlar təxminən hadisə baş verdikdən 1 saat sonra yola çıxmışlar və başqa maşınlarla Qaradağ postuna gəlmişlər. Maşın karantin postundan təxminən 10 metr məsafədə yolun sağ hissəsində olmuşdur.Qaradağ postunda videoçəkiliş aparılan zaman o, baş əməliyyat müvəkkili Şahid2, digər bir adını xatırlamadığı polis əməkdaşı və Təqsirləndirilən şəxs1 orada iştirak etmişlər, ancaq digər Təqsirləndirilən şəxs2 orada görməmişdir. Çəkiliş zamanı o, maşından narkotik vasitə və səhv xatırlamırsa bıçaq aşkar olunduğunu görmüşdür. Aşkar olunan narkotik vasitələr sellofon torbanın içində imiş və həmin narkotik vasitə və psixotrop maddə heroin və metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs1 maşına baxış keçirilən zaman aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını söyləmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 21 mart 2020-ci il tarixdə saat 03 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisində keçirdikləri əməliyyat tədbirində iştirak etmişdir. Belə ki, 21 mart 2020-ci il tarixdə saat 03 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələri gizlətməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları olaraq o, PPXB-nin polis nəfərləri Şahid6, Şahid4 və İTB-nin polis nəfəri Şahid5 tərəfindən həmin ərazidə əməliyyat tədbiri keçirilmişdir. Onlara narkotik vasitələrin gizlədiləcəyi ərazilər məlum olmadığına görə ara məsafələrlə yolun kənarında pusquda dayanmışlar. Həmin gecə saat 03 radələrində “BMW” markalı avtomobilin Biləsuvar rayonu istiqamətindən Cəlilabad şəhəri istiqamətində hərəkət edərək Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun sağ kənarında dayandığını görmüşdür. Polis əməkdaşı Şahid6 həmin əraziyə yaxın olduğuna görə cəld avtomobilə tərəf yaxınlaşıb ağacların arxasında pusquda dayanmışdır. Həmin vaxt o, avtomobildən təxminən 90 metr aralıda olmuşdur. O, qapının səsindən və avtomobilin qabaq işıqlarından bir nəfər şəxsin avtomobildən yerə düşərək yolun kənarına doğru getdiyini görmüşdür. O, həmin şəxsin narkotik vasitə götürmək üçün gəlməsindən şübhələnib dərhal həmin əraziyə tərəf getmişdir. Bu vaxt polis nəfəri Şahid6 “dayan atacağam” deyərək qışqırdığını, ardınca isə səhv etmirsə 4 dəfə silahdan atəş səslərini eşitmişdir. O və digər polis əməkdaşları hadisə yerinə çatdıqda avtomobilin yüksək sürətlə ərazidən uzaqlaşaraq üzü Cəlilabad şəhəri istiqamətində hərəkət edib Cəlilabad rayonu, Qarazəncir kəndinə çatmamış geriyə qayıdaraq, üzü Biləsuvar rayonu istiqamətində sürərək yanlarından ötüb keçdiyini görmüşlər. Şahid6 baş vermiş hadisə və silah tətbiq etməsi barədə rayon polis şöbəsinin rəhbərliyinə məlumat vermişdir. Onlar hadisə ilə bağlı polis nəfəri Şahid6 soruşduqda Şahid6 onlara BMW” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobilin yolun kənarındakı 131 yazısı olan lövhənin yanında dayandığını, avtomobildə iki nəfər şəxs olduğunu, onlardan birinin avtomobilin qabaq sağ oturacağından yerə düşdüyünü, sürücünün avtomobili söndürmədən sükan arxasında əyləşdiyini, avtomobildən yerə düşən şəxsin lövhəyə yaxınlaşaraq lövhənin yanından bir ədəd torbanı götürüb avtomobilə tərəf getmək istədikdə həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirdiyini və təslim olmasını tələb etdiyini, lakin həmin şəxsin onun əmrinə məhəl qoymayıb tabesizlik göstərərək əlindəki torba ilə birlikdə lövhədən təxminən 3-4 metr aralıda dayanmış avtomobilə tərəf qayıdarkən, həmin şəxsin üzərinə doğru qaçaraq onu əlləri ilə tutaraq zərərsizləşdirmək istəsə də, həmin şəxs əlləri ilə onu itələyərək yerə yıxdığını, o, cəld şəkildə ayağa qalxıb, həmin şəxsin artıq avtomobilə yaxınlaşdığını görüb, dərhal üzərində olan, “Makar” tipli, 1447 nömrəli xidməti silah tətbiq etmək məcburiyyətində qalaraq, həmin silahı çıxarıb “dayan atacağam” deyərək havaya bir dəfə xəbərdarlıq atəşi açdığını, buna baxmayaraq həmin şəxs təslim olmadığına görə avtomobilin hərəkətini məhdudlaşdırmaq üçün xidməti silahdan avtomobilin qabaq sağ təkəri istiqamətində iki dəfə atəş açsa da, həmin şəxsin avtomobilə əyləşdiyini, sürücünün işlək vəziyyətdə olan avtomobili yüksək sürətlə onun üzərinə doğru sürməyə başladığını, sürücünün avtomobili qəsdən onun üzərinə doğru sürdüyünü görüb təkrarən xidməti silah tətbiq edib avtomobilin ön şüşəsi istiqamətində bir dəfə atəş açdığını və kənara çəkildiyinə görə avtomobilin ona dəymədiyini bildirmişdir. Onlar Şahid6 xəsarət alıb-almadığını soruşduqda, Şahid6 onlara hadisə zamanı lövhənin yanından torbanı götürüb avtomobilə minmək istəyən şəxsə yaxınlaşaraq onu zərərsizləşdirmək istəyərkən həmin şəxsin əlləri ilə onu itələyib yerə yıxması nəticəsində sol bilək və sağ bud nahiyələrindən xəsarətlər aldığını bildirmiş və həmin xəsarətləri göstərmişdir. Həmin şəxslər avtomobildə hadisə yerindən qaçmağa müvəffəq olsalar da, həmin gün keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri Qaradağ rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan başqa o, əməliyyat qrupuna onun rəhbərlik etdiyini, əməliyyat tədbirinin keçirilməsi haqqında qərarın kim tərəfindən qəbul edilməsini xatırlamadığın, həmin günü hər hansı başqa bir əməliyyatda iştirak etmədiklərini, hadisə olandan həmən sonra hadisə yerinə baxış keçirmədiklərini və hadisənin sabahı günü “131” yazı lövhəsinin yanında narkotik vasitənin aşkar olunmasında iştirak etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Firudun oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, ancaq o, onlardan heç vaxt narkotik vasitə almamışdır. İsmayıl və Rüfətlə narkotik vasitələrin alınması, satışı ilə bağlı hər hansı yazışması və ya telofon danışığı olmamışdır. O bəzən İsmayılla birlikdə narkotik vasitə istafdə etmiş, ancaq heç vaxt ondan narkotik vasitə almamışdır. O, narkotik vasitələri online qaydada internetdən əldə etmişdir. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olduğunu bilməmiş, ancaq belə online qaydada istifadəsi üçün yazaraq narkotik vasitə almışdır. Şahid8 Firudun oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İlham Şükürov küçəsi döngə 2 ev 6-da yaşayır. Avtomobil təmiri ustası işləyirmiş. Bir neçə ildir ki, narkotik vasitə heroin qəbul edirmiş. 2020-ci ilin avqust ayında narkotik vasitə saxladığına görə Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuş və barəsində həmin idarədə cinayət işi başlanmışdır. Bir neçə ay Kürdəxanı türməsində olduqdan sonra 2020-ci ilin noyabr ayında Nəsimi rayon məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, onlar hər ikisi qonşuları olmuşdur. Hər ikisi də narkotik vasitə istifadəçisi imiş. İsmayıl həmçinin narkotik vasitələrin satışı ilə məşğul olurmuş. Özü də narkomaniya xəstəliyindən əziyyət çəkməklə bir neçə ildir ki, narkotik vasitə “kakos” deyilən heroini yandırıb tüstüsünü qəbul edirmiş. Bundan başqa ağrıları olanda metadon 40 tabletkası qəbul edirmiş. Özü dəfələrlə İsmayıldan narkotik vasitə heroin əldə edərək qəbul etmişdir. Belə ki, İsmayıl 0,5 qram heroini 20 manata, 1 qram isə 40 manata satırmış. Rüfət özü kompyuter üzrə mütəxəssis olsa da, o da İsmayıl ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olurmuş. Rüfət İsmayıla məxsus narkotik vasitələrin satışını həyata keçirirmiş. 2020-ci ilin mart ayında Novruz bayramı ərəfəsində məhlədə olan zaman adamların danışığından ona məlum olmuşdur ki, İsmayıl Rüfət ilə birlikdə Cəlilabad rayonu ərazisində narkotik vasitə götürən zaman polis əməkdaşları tərəfindən güllə ilə vurulmuşdur. İsmayılın Sabunçu xəstəxanasında müalicə aldığını bilmişdir. Sonradan isə hər ikisinin həbs olunduğunu eşitmişdir. ***-***-**-**, ***-***-**- **, ***-***-**-** saylı mobil telefonlardan istifadə etdiyini, həmin nömrələri bir neçə ildir ki, işlətdiyini və həmin nömrələrin öz adına olduğunu göstərmişdir. İsmayıl ilə qonşu olduğuna görə onunla tez-tez zəngləşib danışırmış. Hər dəfə narkotik vasitə lazım olanda İsmayıla zəng edib və ya sms yazaraq İsmayıldan istəyirmiş. İsmayılın həmin narkotik vasitələri haradan əldə etməsi barədə məlumatım yoxdur. 01 fevral 2020-ci il tarixdə saat 00:05-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Gec cixarsansa men gelimda oyan lomkadayam bidene yari atda mene qardawimsan” məzmununda sms yazmaqla bədənində olan ağrıları kəsmək üçün İsmayıl ilə əlaqə saxlayıb onda narkotika istəyirmiş. 25 fevral 2020-ci il tarixdə saat 07:54-də istifadə etdiyi 055-220- 42- 39 nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “adam kiwi olar gor saat neceden gozdedirsen hele dedimki veziyet yaxci deyil.gel hec olmasa 10 manatiq ver puluyla ...” məzmununda sms yazmaqla İsmayıldan narkotik vasitə istəməyini bildirmişdir. Həmin vaxt İsmayıl ona söz versə də telefonlarına cavab vermədiyinə, lakin bədənində bərk ağrıları olduğuna görə ona mesaj yazaraq pul ilə satmasını bildirmişdir. 02 mart 2020-ci il tarixdə saat 18:29-da istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan 055- ***-**-** saylı mobil telefona mesaj yazaraq “Yetim cehun gelir tema vermeliyem neyniyek” məzmununda sms yazmışdır. İsmayılın Suraxanı rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə ətraf ərazidə olan bütün şəxslərin onunla görüşüb ondan narkotik vasitə aldıqlarını, ola bilsin ki, Ceyhunun da həmin şəxslərdən biri olduğunu göstərmişdir. Öz aralarında narkotika “tema” deyirmişlər. 10 mart 2020-ci il tarixdə saat 05:03-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yetim sen anavin cani yadinan cixmasin tatara koku atmagin sabah cehunda gelecek weher uwagi” məzmununda sms yazmışdır. Həmin smsdə Rüfətin tatar miliyyətindən olduğundan dost tanışlarının hamısının ona “tatar” deyə müraciət etdiklərini, “koku” isə öz aralarında heroinə dediklərini göstərmişdir. İsmayıla yazdığı həmin smsində tatara, yəni Rüfətə heroin verməsini demişdir ki, səhər açıldıqdan sonra güləşçi kimi tanıdığı Ceyhun adlı şəxs gəlib götürsün. 14 mart 2020-ci il tarixdə saat 19:58-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yetim her catani bugun yaxin buraxma qayinin yanindaki rasimi apariblar xetayi rayonu” məzmununda sms yazmışdır. Həmin vaxtı Əmircan qəsəbəsində “Rasim” adlı narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi Xətai rayon polis idarəsinin əməkdaşlarının tutduğunu, İsmayılın da tanıyıb tanımadığı istəyən hər kəsə narkotik vasitə satdığına görə ona mesaj yazaraq tanımadığı şəxslərə narkotik vasitə satmamasını tövsiyə etdiyini bildirmişdir. 14 mart 2020-ci il tarixdə saat 22:31-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan 055-252-45- 48 saylı mobil telefona mesaj yazaraq “Hacan cixiarsan?tema istiyiler ne deyim rasimide tutublar hami ustume axir” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin vaxtı Rasim dediyi şəxs tutulduğuna görə Əmircan qəsəbəsində narkotik vasitələrdən istifadə edən bütün şəxslər İsmayılı axtarırmış. Həmin vaxtı da İsmayıl evdə olmaqla çölə çıxmırmış. Ona görə də narkotik istəyən bütün şəxslər ona zəng edərək İsmayılı tapmağını deyirmişlər. Bu səbəbdən də İsmayıla bu məzmunda sms yazmışdır. 14 mart 2020-ci il tarixdə saat 22:31-də istifadə etdi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yetim imkan olsa bir tike koku atda bir yana qardaşimsan. Bir tike tezden elemişem fiso. Veziyet yaxci deyil lomkadayam gör harasa atsan yazda mene göturum” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, bədənində ağrıları olanda həmişə İsmayıla pul verərək ondan narkotik vasitə almışdır. Həmin mesajında da ağrısı olduğuna görə İsmayıldan narkotik vasitə istəmişdir. 15 mart 2020-ci il tarixdə saat 01:14-də istifadə etdiyiniz ***- ***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan 055-252- 45-48 saylı mobil telefona mesaj yazaraq “Yetim şöhret elişka lomkada ölüler diyanmadan yıgılar . Kecirsen bu yana. 30-40 manatda variydi onuda vererdim bulara tema vererdim o puluda veredim. Bidenede ayfon 5 s var 6 yigilmadi sabah onuda satiram pul olacagda özumunde temasi yoxdu beyag tatar cixardib veziyetdən məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, İsmayıl Əmircan qəsəbəsi ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə bütün qəsəbə ondan narkotik alırmış. Lakin bəzi hallarda İsmayıl onların telefonlarına cavab vermədiyinə görə həmin şəxslər onu yığırmış ki, İsmayıl onlara narkotika versin. Həm Şöhrət həm də də ki, Elişka kimi tanıdığı əsl adı Əli olan şəxsin narkoman olduğunu və İsmayıldan narkotik vasitə almaq üçün ona zəng etdiklərini, buna görə də İsmayıla mesaj yazıb bu barədə bildirmişdir. 17 mart 2020-ci il tarixdə saat 01:25-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yetim salam tema varsa kecda buyana istiyen var. Bir neferde tapilıb esili adinda qiz patini daşıyır amin taniş elemişdi o vaxti oda yigmişdı hecne yoxumdu” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin Əsli adlı qız onun tanışı olmuşdur. Əsli Bakı şəhərində bar və klublarda işləyərək yüngül həyat tərzi sürürmüş. İsmayıl ilə Əslini tanış eliyəndən sonra İsmayıl həmin qızın özünə də narkotika vasitə satırmış. Həmçinin Əslinin vasitəsilə barlarda və klublarda narkotik vasitələrini satdırırmış. “Patı” isə öz aralarında “şüşə” deyilən psixotrop maddə metamfetaminə deyirlərmiş. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Şahid8 Firudun oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis əməkdaşlarının təzyiqi altında verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, kombi-kondisioner ustası işləyir. Bir neçə ildir ki, narkotik vasitə heroindən istifadə edirmiş. Lakin təxminən 06 ay olar ki, narkotik vasitələrdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs2 taksi fəaliyyəti ilə məşğul olan biri kimi tanımışdır. Daha sonra İsmayıl ilə yaxın münasibəti olmuşdur. Rüfəti də İsmayılın dostu kimi tanımışdır. Lakin Rüfətlə o qədər yaxın münasibəti olmamışdır. ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu bildirmişdir. İşdə olduğu zaman onu Cəlilabad polis əməkdaşları ifadə vermək üçün bölməyə gəlməyni demişlər və həmin zaman qardaşı da orada olmuşdur. Bölmədə 2-3 gün onu saxlamışlar. O, İsmayıl və Rüfətdən hər hansı narkotik vastitə almağı ilə bağlı bir ifadə verməmişdir. Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Neftçilər küçəsində yaşayır. Kombikondisioner ustası işləyir. Belə ki, İsmayıl ilə yaxın münasibəti olmuşdur. Rüfəti də İsmayılın dostu kimi tanımışdır. Lakin Rüfətlə o qədər yaxın münasibəti olmamışdır. İsmayılın narkotik vasitə istifadəçisi olduğunu, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilirmiş. Özü də narkomaniya xəstəliyindən əziyyət çəkməklə bir neçə ildir ki, narkotik vasitə “kakos” və ya “kola” deyilən heroini və “patı” deyilən metamfetamini yandırıb tüstüsünü qəbul edir. Bundan başqa ağrıları olanda metadon 40 tabletkası qəbul edirmiş. Özü dəfələrlə İsmayıldan narkotik vasitə heroin və metamfetamin əldə edərək qəbul etmişdir. Belə ki, İsmayıl 0,5 qram heroini 20 manata, 1 qram isə 40 manata satırmış. “Şüşə” deyilən metamfetamini isə 1 qramını təxminən 70 manata əldə edirmiş. 2020-ci ilin mart ayında Novruz bayramı ərəfəsində ona məlum olmuşdur ki, İsmayıl Rüfət ilə birlikdə Cəlilabad rayonu ərazisində narkotik vasitə götürən zaman polis əməkdaşları tərəfindən güllə ilə vurulmuşdur. İsmayılın Sabunçu xəstəxanasında müalicə aldığını, sonradan isə hər ikisinin həbs olunduğunu eşitmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəli telefonlardan istifadə edir. Həmin nömrələri bir neçə ildir ki, işlədir. Həmin nömrələr öz adınadır. İsmayıl ilə tutulmazdan əvvəl tez-tez zəngləşib danışırmış. Ona hər dəfə narkotik vasitə lazım olanda İsmayıla zəng edib və ya sms yazaraq İsmayıldan istəyirmiş. İsmayılın həmin narkotik vasitələri haradan əldə etməsi barədə məlumatı yoxdur. 31 yanvar 2020-ci il tarixdə saat 23:15-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Qardawimsan mene imkanun olsa vaxti deyersen cunki vezyetde yaxwi deil evdeyem gozduyurem” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, ağrıları olan kimi daima İsmayıl ilə əlaqə saxlayıb onda narkotika istəyirmiş. Həmin mesajda da bədənində ağrısı olduğuna görə İsmayıldan narkotik vasitə istəmişdir. 11 fevral 2020-ci il tarixdə saat 16:51-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Qardawim caviddi usta imkanun olsa elaqe saxla pulum var dilxowduqcun 20 liy” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin mesajında İsmayıldan narkotik vasitə istəməyini bildirmişdir. Həmin vaxt İsmayıla mesaj yazaraq 20 manatlıq narkotik vasitə istəmişdir. 12 fevral 2020-ci il tarixdə saat 05:19-da istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Qardawim mawinnansansa mene kola oturde 3 saata gedcem tezden qaqaw gile puluynan bele pis cixmasin” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin mesajında da İsmayıldan narkotik vasitə heroin istəmişdir. Belə ki, narkomanlar öz aralarında heroinə “kola” dediklərini bildirmişdir. 18 fevral 2020-ci il tarixdə saat 02:31-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yatmiycam qaqaw vezyet pisdi sen duran kimi qardawimsan yiğ meni” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin mesajında İsmayıla vəziyyətinin pis olduğunu və narkotik vasitə verməsini xahiş etmişdir. 05 mart 2020-ci il tarixdə saat 11:47-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan 055- 252-45- 48 saylı mobil telefona mesaj yazaraq “Kola pulnu axwam terefi vercem qaqaw gile gedrem iwi temiz yekunnawdirim klientderim hamsi meni gozdiir” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, İsmayıldan narkotik vasitə alsa da pulunu verməmişdir. Buna görə də İsmayıl ona zəng edirmiş. Ona görə də İsmayıla mesaj yazaraq aldığı narkotik vasitənin pulunu verəcəyini bildirmişdir. 05 mart 2020-ci il tarixdə saat 15:50-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yari kola birazda o birinnen” məzmununda sms yazmışdır. Həmin mesajında da İsmayıldan yarım qram heroin istəmişdir. Bir azda o birinnen dedikdə isə “patı” deyilən psixotrop maddə metamfetamini nəzərdə tutmuşdur. Bu səbəbdən İsmayıla bu məzmunda sms yazmışdır. 10 mart 2020-ci il tarixdə saat 19:34 və 20:25 -də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Salam qaqaw nzsden gelirem 27m pulum var imkan olsa 10luq verersen 15 de borcdan cixarsan aciqi bu gun cemi 1 iw olub” və “Men 30 vercem sene hindi kmkan olsa 10 luq verersen olmasada canun saq olsun o qeder komey elemisenki Sabada inwalla 40 m vercem” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin mesajında da İsmayıldan 10 manatlıq narkotik vasitə istəmişdir. Həmçinin əvvəlcədən aldığı narkotik vasitənin pulundan 15 manat verəcəyini bildirmişdir. Bundan başqa ona narkotik vasitəyə görə borclu olduğu puldan 40 manat da verəcəyini bildirmişdir. 11 mart 2020-ci il tarixdə saat 21:27-də istifadə etdiyi ***-***- **-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Salam qaqaw bu gun evde qalmiwam vezyet pisdi imkanun varsa 10 luq oturde mene qeepiyim yoxdu inan iwtiiende verem bilirsen” məzmununda sms yazmışdır. Həmin mesajında da İsmayıldan 10 manatlıq narkotik vasitə istəmişdir. Lakin pulu olmadığına görə ondan xahiş etmişdir ki, pulu olanda verər. 15 mart 2020-ci il tarixdə saat 01:17-də istifadə etdiyiniz ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Gedrem pitminutkani iw yoldawma satmaqa sen gel azi 20 vercem sene isi Allahaqqi hele bil bettiy tutub bu gun meni” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin vaxtı İsmayıldan narkotik vasitə istəsə də ona narkotik vasitə verməmişdir. O da kombi ustası olduğuna görə evində olan su qızdırıcını ucuz qiymətə, yəni 20 manat satmaq barədə razılaşdığından İsmayıla bildirmişdir ki, ona azı 20 manatlıq narkotik vasitə gətirsin. 21 mart 2020-ci il tarixdə saat 01:24-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Sen cani yervu de men gelim xatab borcumu vercem yarsini qaqaw gedmeliyem weere inan ona gore geckirem kruqdayam” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, 20 mart 2020-ci il tarixdə günorta saatlarında Əmircan qəsəbəsi ərazisində İsmayıl ilə görüşüb ondan narkotik vasitə istəmişdir. Həmin vaxt İsmayıl ona bildirmişdir ki, həmin günü gecə Cəlilabad rayonuna gedib oradan külli miqdarda narkotik vasitə gətirəcəkdir. Həmin narkotikadan ona da istifadə etməyi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Bundan sonra nə qədər İsmayıla zəng etsə də o, zənglərinə cavab verməmişdir. O da gecə yarsısına qədər gözləmişdir ki, ola bilsin ki, İsmayıl Cəlilabad rayonundan qayıtdıqdan sonra onunla görüşüb narkotik vasitə verər. Lakin İsmayıl telefonlarına cavab verməmişdir. Ona görə də İsmayıl mesaj yazmışdır ki, harada olduğunu ona desin ki, onunla görüşüb narkotik vasitə əldə etsin. Lakin İsmayıl ona cavab verməmişdir. Səhəri gün də ona məlum olmuşdur ki, İsmayıl Cəlilabad rayonunda narkotik vasitə götürən zaman polis əməkdaşları tərəfindən güllələnmiş və Sabunçu xəstəxanasında müalicə olunur. 05 mart 2020-ci il tarixdə saat 12:45-də İsmayıl istifadəsində olan ***-***-**-** saylı mobil telefondan onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona “Gel bizim mehleye yazda ne qederlik koko ne qederlik pati lazimdi” məzmununda sms yazmışdır. İsmayıla zəng edərək ondan narkotik vasitə istəmişdir. İsmayıl da ona sms yazaraq “koko” deyilən heroindən hansı miqdarda və patı deyilən metamfetamindən hansı miqdarda istədiyini soruşmuşdur. 05 mart 2020-ci il tarixdə saat 12:49-də İsmayıl istifadəsində olan ***-***-**-** saylı mobil telefondan istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona “Ay qaqaw sen lomsan pulunu yaz ne qederlik lazimdi” məzmununda sms yazmışdır.Bununla bağlı göstərmişdir ki, İsmayıldan narkotik vasitə istəsə də hansı məbləğlik lazım olduğunu deməmişdir. Ona görə də İsmayıl ona sms yazaraq hansı məbləğdə narkotik vasitə istədiyini soruşmuşdur. Daima narkotik vasitəni İsmayıldan əldə etdiyini və İsmayılın Suraxanı rayonu Əmircan və Qaraçuxur qəsəbələri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu göstərmişdir. İlk dəfə narkotik vasitəni də ona İsmayıl vermişdir. Həmin vaxtlarda İsmayıl narkotik vasitəni ona pulsuz versə də onda narkotik vasitələrdən aludəçilik yarandıqdan sonra İsmayıl narkotik vasitələri ona pul ilə satmağa başlamışdır. O da bədənində olan ağrıları kəsmək üçün məcbur qalıb İsmayıldan pul ilə narkotik vasitə əldə etmişdir. İsmayıl tutulduqdan sonra bir müddət narkotik vasitə əldə etsə də, getdikcə vəziyyəti lap ağırlaşdığına görə müalicəyə başlamış və hal-hazırda narkotik vasitələrdən tam uzaqlaşmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Şahid9 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis işçilərinin təzyiqi altında verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, avtomobil yuma məntəqəsində yuyucu işləyir. Bir neçə ildir ki, narkotik vasitə heroin qəbul edirmiş. O heç vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə almamışdır. Sms yazılarını isə İbiş adlı tanımadığı şəxsə yazmışdır. İstintaq zamanı onu polis bölməsinə aparımışlar və orada onu 2 gün saxlamışlar. Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi ev 605də yaşayır. Əsl adı Elvin olsa da hər kəs onu “nunu” deyə çağırırmış. Avtomobil yuma məntəqəsində yuyucu işləyir. Bir neçə ildir ki, narkotik vasitə heroin qəbul edir. Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, İsmayıl da narkotik vasitə istifadəçisidir. İsmayıl həmçinin narkotik vasitələrin satışı ilə məşğul olurmuş. Özü də narkomaniya xəstəliyindən əziyyət çəkməklə bir neçə ildir ki, narkotik vasitə “kakos” deyilən heroini yandırıb tüstüsünü qəbul edirmiş. Özü dəfələrlə İsmayıldan narkotik vasitə heroin əldə edərək qəbul etmişdir. Belə ki, İsmayıl 0,5 qram heroini 20 manata, 1 qram isə 40 manata satırmış. 2020-ci ilin mart ayında dəqiq yadındadır ki, Novruz bayramı ərəfəsində ona məlum olmuşdur ki, İsmayıl bir nəfər dostu ilə birlikdə Cəlilabad rayonu ərazisində narkotik vasitə götürən zaman polis əməkdaşları tərəfindən güllə ilə vurulmuşdur. İsmayılın Sabunçu xəstəxanasında müalicə aldığını bilmişdir. Sonradan isə İsmayılın və dostunun hər ikisinin həbs olunduğunu eşitmişdir. 055-384-45- 44 saylı mobil telefonlardan istifadə edir. Həmin nömrə öz adına olmasa da özü işlədir. İsmayıl ilə tutulmazdan əvvəl tez-tez zəngləşib danışırmış. Ona hər dəfə narkotik vasitə lazım olanda İsmayıla zəng edib və ya sms yazaraq İsmayıldan istəyirmiş. İsmayılın həmin narkotik vasitələri haradan əldə etməsi barədə məlumatı yoxdur. 10 oktyabr 2019- cu il tarixdə saat 21:40-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Qardasim kako pati ama opwi 10 manat var” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, ağrıları olan kimi daima İsmayıl ilə əlaqə saxlayıb onda narkotika istəyirmiş. Narkomanlar öz aralarında heroinə “kako” metamfetaminə isə “patı” deyirmişlər. Həmin mesajında da bədənində ağrı olduğuna görə İsmayıldan narkotik vasitə istəmişdir. İsmayıla yazdığı mesajında 10 manatlıq həm heroin həm də metamfetamin istəmişdir. 15 sentyabr 2019-ci il tarixdə saat 22:31-də istifadə etdiyi 055- ***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Qardasim utandim demeye birden ikiye borc temasi olmuyub aramizda bele qardasm Alinsa bi cet kako alnar yalanan demym bu gune Ama sabaha yuz faix vercem obsum armzda 15 olcag saba pul otre bilerem qardawm” məzmununda mesaj yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin mesajında da İsmayıldan narkotik vasitə istəməyini bildirmişdir. Lakin pulu olmadığına narkotik vasitəni nisyə verməyini demişdir. Təqsirləndirilən şəxs1 tanımamış. Narkomaniyadan müalicə olunmuş və narkotik vasitə qəbul etmir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Şahid10 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis işçilərinin təzyiqi altında verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Əmircan qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsində yuyucu işləyir. Təqsirləndirilən şəxs2 tanıyır. İsmayılın bir neçə dəfə avtomobilini işlədiyi yuyucu məntəqəsinə yumuşdur. O əvvələr narkotik vasitədən istifadə etmişdir. İstifadə etdiyi zaman narkotik vasitəni internetdən online alırmış. ***- ***-**-** mobil nömrəyə də yazıb narkotik vasitə alırmış, ancaq nömrənin kimə məxsus olduğunu bilmirmiş. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə almamışdır və Təqsirləndirilən şəxs1 tanımadığını bildirmişdir. X9 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Q.Quliyev küçəsi dalan 1, ev 7-də yaşayır. Əvvəllər heç vaxt məhkum olunmamışdır. Əmircan qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsində yuyucu işləyir. Təqsirləndirilən şəxs2 tanıyır. İsmayılın atası yaşayan ev onun işlədiyi avtomobil yuma məntəqəsinin yaxınlığında yerləşir. İsmayılın özünə məxsus Opel markalı avtomobili olmuşdur. İsmayıl bir neçə dəfə həmin avtomobili ilə onun işlədiyi yuyucu məntəqəsinə gətirmiş və onun maşınını yumuşdur. Həmin vaxtdan İsmayıl ilə arasında səmimi münasibət yaranmışdır. İsmayılın narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilirmiş. Özü də narkomaniya xəstəliyindən əziyyət çəkməklə bir neçə ildir ki, narkotik vasitə kakos deyilən heroini yandırıb tüstüsünü qəbul edirmiş. Bundan başqa ağrıları olanda metadon 40 tabletkası qəbul edir. Özünə lazım olduqda istifadə etmək üçün İsmayıldan narkotik vasitə heroin əldə edirmiş. Belə ki, hər dəfə İsmayıldan bir bükümdə bir dəfə çəkimlik narkotik vasitə heroini çəkisindən asılı olaraq 5 və ya 10 manat alırmış. 2020-ci ilin mart ayında Novruz bayramı ərəfəsində iş yerində olan zaman yaxınlıqda olan adamların danışığından ona məlum olmuşdur ki, İsmayıl bir nəfər dostu ilə Cəlilabad rayonu ərazisində narkotik vasitə götürən zaman polis əməkdaşları tərəfindən güllə ilə vurularaq yaralanmış və Sabunçu xəstəxanasında müalicə alır. Sonradan İsmayılın həbs olunduğunu eşitmışdır. ***-***-**-** saylı mobil telefondan istifadə etdiyini, həmin nömrəni bir neçə ildir ki, işlətdiyini və nömrənin öz adına olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs1 tanımır. İsmayıl ilə səmimi münasibəti olduğuna görə tez-tez onunla danışıb zəngləşirmış. Hər dəfə narkotik vasitə lazım olduqda İsmayıla zəng edib istəyirmiş. İsmayıl da hər dəfə narkotik vasitəni işlədiyi avtomobil yuma məntəqəsinə gətirib ona verirmiş. O da həmin narkotik vasitələrin pulunu İsmayıla verirmiş. İsmayılın həmin narkotik vasitələri haradan əldə etməsi barədə məlumatı yoxdur. 18 mart 2020-ci il tarixdə saat 19:57-də İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng edərək “Mənə zəng vurda 3 dənə meti lazımdı yuhdan duranda mənə ygasan” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, İsmayıl tutulmazdan 2-3 gün əvvəl bədənində bərk ağrılar olduğuna görə İsmayıldan metadon dərmanları alıb qəbul etmək istəyirmiş. Qeyd olunan tarixdə İsmayıla zəng etsə də telefonu sönülü olmuşdur. İsmayıl hər dəfə yatanda telefonu söndürdüyünü bildiyinə görə ona mesaj yazaraq metadon dərmanları istəmişdir. Lakin 9-cu sinifə qədər təhsil aldığına görə telefon da mesaj yazanda bəzi sözləri düzgün yazmır və hərflərin bəzilərini yazmır. Həmin mesajında da İsmayıldan 3 tabletka metadon dərmanları istəmişdir. Həmin günün səhəri İsmayıl onunla görüşüb 3 tabletka dərmanları ona vermişdir. O da İsmayıla 30 manat pul vermişdir. Həmin “meti” sözü ilə metadon dərmanı yazmaq istəmiş, savadı az olduğuna görə sözləri düzgün yaza bilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında X13 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri oxumadan imza etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri şöbəyə gətirildikləri zaman tanımışdır. O, maşına baxış keçirilən zaman orada iştirak etmiş və Təqsirləndirilən şəxs1 biri ayağından yaralandığını görmüşdür. Gecə vaxtı ona məlumat verilmişdir və o, karantin postuna gedərək həmin orada olan maşını gətirmişdir. O ora çatanda orada əməliyyatçılar və polislər olmuşdur . Maşına baxış keçirilən zaman maşının açarı üstündə olmuş, qara sellofon aşkar olunduğunu görmüş, baxış zamanı aşkar olunan narkotik vasitələrin Rüfətə məxsus olub-olmaması barədə Rüfətin dediklərini xatırlamadığını bildirmişdir. Daha sonra rəis ona göstəriş verərərk, maşını sürüb Cəlilabad Rayon Polis Şöbəsinə aparmağını tapşırmışdır. Cəlilabadda baş verən digər epizod barədə sonradan məlumatı olmuş, o hadisəni görməmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələri gizlədilməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə Cəlilabad rayon polis şöbəsinə daxil olmuş əməliyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad şəhəri istiqamətində yolun kənarında basdırılmış və üzərində 131 yazısı olan lövhənin yanında dayandıqdan sonra sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs avtomobildən düşərək lövhənin yaxınlığından bir ədəd torbanı götürüb avtomobilə tərəfə gedərkən əməliyyat tədbirində iştirak edən Cəlilabad rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid6 yaxınlaşaraq özünü təqdim edib, ona təslim olmasını bildirməsinə baxmayaraq, R,Zaitov polis əməkdaşının tələbinə məhəl qoymayıb tabesizlik göstərərək avtomobilə tərəf qaçdıqda, əvvəlcə əlləri ilə saxlayıb zərərsizləşdirməyə çalışsa da, Şahid6 itələyərək yerə yıxmış, bu vaxt polis əməkdaşı Şahid6 “Makar” tipli, 1447 nömrəli xidməti silah tətbiq etmək məcburiyyətində qalıb əvvəlcə havaya bir dəfə xəbərdarlıq atəşi açmış, lakin Təqsirləndirilən şəxs1 təslim olmadığına görə xidməti silahdan yenidən avtomobilin qabaq sağ təkəri istiqamətində iki dəfə atəş açmış, Təqsirləndirilən şəxs1 sağ ayağından yaralansa da, avtomobilə minməyə nail olmuş, bundan sonra sürücü adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs işlək vəziyyətdə olan avtomobili sürərək ərazidən uzaqlaşmaq istədikdə, polis əməkdaşı Şahid6 təkrarən xidməti silah tətbiq edib avtomobilin ön şüşəsi istiqamətində bir dəfə atəş açması nəticəsində sürücü Təqsirləndirilən şəxs2 döş qəfəsi nahiyəsindən xəsarət almasına baxmayaraq, avtomobili idarə etməklə hadisə yerindən uzaqlaşmışdır. Qeyd olunan avtomobilin saxlanılması və avtomobildə olan iki nəfər şəxsin yaxalanması istiqamətində keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Baş X30 İdarəsinin YPX Alayının 6-cı tağımının əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirlər nəticəsində həmin avtomobil Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılmış və içərisində olan iki nəfər şəxs yaxalanaraq almış olduqları xəsarətləri ilə əlaqədar Bakı şəhər 3 saylı Klinik xəstəxanasına yerləşdirilmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, hadisə zamanı avtomobildən düşərək lövhənin yanından bir ədəd torbanı götürüb, polis nəfəri Şahid6 itələyərək yerə yıxdıqdan sonra avtomobildə əyləşmiş şəxs Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs1dir və sonuncu təslim olmayıb tabesizlik göstərdiyinə görə Şahid6 tərəfindən xidməti silahdan avtomobil istiqamətində açılmış atəş nəticəsində sağ ayağından xəsarət almışdır. Sürücü isə Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs2dur və təslim olmayıb avtomobili polis nəfəri Şahid6 üzərinə doğru sürərək tabesizlik göstərdiyinə görə hadisə zamanı Şahid6 tərəfindən xidməti silahdan avtomobilin ön şüşəsi istiqamətində açılmış atəş nəticəsində döş qəfəsindən xəsarət almışdır. İlkin tibbi yardım göstərildikdən sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 məxsus avtomobilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində videoçəkilişlə baxış keçirilmiş və o, həmin baxış istintaq hərəkətində iştirak etmişdir. Belə ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 baxış və götürmə barədə qərar elan olunduqdan sonra ona təklif olunmuşdur ki, istifadəsində olan “BMW” markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və ya gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etsin. Eyni zamanda Təqsirləndirilən şəxs1 baxış istintaq hərəkətinin video çəkilişlə aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, istifadəsində olan BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin sürətlər qutusunun yanından dəstəyi üzərində ağ və qırmızı rəngli müxtəlif naxışlar olan bir ədəd qatlanan bıçaq, avtomobilin arxa oturacağından dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq, dəstəyi gümüşü rəngli olan bir ədəd qatlanan bıçaq, arxa sağ ayaqaltı hissəsindən bir ədəd qara rəngli polietilen torbada üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış iki ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq ona məxsusdur, digər iki ədəd bıçaq və narkotik vasitə olan heroinə bənzər kütlələrin isə kimə məxsus olmasından məlumatı yoxdur. Avtomobilə baxış zamanı aşkar olunmuş narkotik vasitələrə bənzər həmin maddələr qablaşdırılaraq DİN-nin zərflər üçün 141 №-li möhürü ilə möhürlənmiş və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Avtomobilə baxış zamanı tərtib edilmiş protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmin günü Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-nə gətirilmişdir. Cəlilabad RPŞ-də olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün gəldiklərini və selofan torbada olan narkotik vasitəni götürüb qaçan zaman iki ədəd bükümdə olan narkotik vasitəni 131 km yazılan lövhənin yaxınlığında yerə düşdüyünü etiraf etmişdir. Bundan sonra Cəlilabad rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs1 müşayiəti ilə onun göstərdiyi yerə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 iki ədəd bükümdə narkotik vasitəni düşdüyü ərazini göstərmiş və həmin yerə videoçəkilişlə baxış keçirilən zaman iki ədəd bükümdə olan üzəri yapışqan lentlə dolanmış narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Şahid7 istintaq zamanı verdiyi ifadəsini tam xatırlamadığını, ancaq istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işinin materiallarında olan 21 mart 2020-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin sürətlər qutusunun yanından dəstəyi ağ və qırmızı rəngli müxtəlif naxışlar olan bir ədəd qatlanan bıçaq, avtomobilin arxa oturacağından dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq, dəstəyi gümüşü rəngli olan bir ədəd qatlanan bıçaq, arxa sağ ayaqaltısından bir ədəd qara rəngli polietilen torbada üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış iki ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçağın ona məxsus olduğunu, digər iki ədəd bıçaq və narkotik vasitə olan heroinə bənzər kütlələrin isə kimə məxsus olmasından məlumatı olmadığını göstərmişdir. Aşkar olunmuş iki bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr və bıçaqlar iş üzrə əhəmiyyətli olduğu üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan 12 sentyabr 2020-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif şəxslərə məxsus mobil telefon nömrələri arasında danışıqlar və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sms yazışmalarının olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 11 sentyabr 2020-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif şəxslərə məxsus mobil telefon nömrələri arasında danışıqlar və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sms yazışmalarının olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 18 may 2020-ci il tarixli “fotoşəkillərlə tanınma keçirilməsi barədə” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid6 ona təqdim olunan fotoşəkillərin arasından Təqsirləndirilən şəxs2 Mehman oğlunun fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan 18 may 2020-ci il tarixli “fotoşəkillərlə tanınma keçirilməsi barədə” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid6 ona təqdim olunan fotoşəkillərin arasından Təqsirləndirilən şəxs1 fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən daxil olan 22 aprel 2020-ci il tarixli 3644-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1n adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir, etibarnamə ilə qara metallik rəngli BMW 525 minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanası publik hüquqi şəxsdən daxil olan 18 aprel 2020-ci il tarixli 3006 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicə olmamışlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 21 mart 2020-ci il tarixli 18/367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd bağlamada...” sözləri yazılmış polietilen torbanı açdıqda 02 ədəd üzəri yapşqan lentlə bağlı olan şəffaf polietilen bağlamlarda ayrı ayrılıqda təmiz çəkisi 1010 qram, 105 qram ümumi təmiz çəkisi 2025 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. 2) Tədqiqat təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs1 .. BMW markalı ...” sözləri yazılmış polietilen torbanı açdıqda 01 ədəd üzəri yapşıqan lentlə bağlı olan şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd üzəri yapşıqan lentlə bağl olan şəffaf bağlamada təmiz çəkisi 2000 qram olan ağ rıəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilən 3 ədəd bağlamada olan heroin eyni tərkiblidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə narkoloji ekspetizasının 23 mart 2020-ci il tarixli 213 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 şəxsin məhkəmə narkoloji ekspetizasının 22 iyun 2020-ci il tarixli 1708 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən periodik istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya, alkoqolizm və toksikomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya, alkoqolizm və toksikomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə lifli ekspertizasının 04 iyun 2020-ci il tarixli 6/502 nömrəli rəyindən görünür ki, tədqiqat təqdim edilmiş BMW” markalı 99- BU-525 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və qabaq sol oturacağından silinib götürülməsi qeyd edilən qubkalar üzərində kənar lif mikrohissəcikləri vardır. - “BMW” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağından silinib götürülməsi qeyd edilən qubka üzərindən tapılmış tünd boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. - BMW” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağından silinib götürülməsi qeyd edilən qubka üzərindən tapılmış tünd boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. - Təqsirləndirilən şəxs2 məxsus olması qeyd edilən paltarlar üzərində “BMW” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və qabaq sol oturacağına məxsus olması qeyd edilən üzlük hissələrinin tərkib liflərindən yoxdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərini cinayət işi materiallarında olan ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, həmçinin qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı əldə edilmiş sübutlarla əlaqəli şəkildə təhlil edib, qiymətləndirərək müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşaraq, müdafiə tərəfindən verilmiş şikayətlərinin əsasları və dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkum edilmiş şəxslərin təqsirli bilinərək barələrində ittiham irəli sürüldüyü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə əməllərinin birinci epizodu, yəni “Baş X30 İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, müvəqqəti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülməsinə” münasibətdə, kollegiya həmin epizodu təsdiq edən, cinayət işi materiallarında olan və biri digərini təsdiq etməklə uzlaşan sübutları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir cinayət törətməmələri, hadisə yerinə İsmayılın xahişi əsasında onun tanışı olan xanımını götürmək üçün getmələri, narkotik vasitələr ilə heç bir əlaqələrinin olmaması barədə verdikləri ifadələrini özlərinimüdafiə xarakter daşıması, törətdikləri cinayət əməllərinə münasibətdə məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadələr olması qənaətinə gəlməklə onların həmin ifadələrinə tənqidi yanaşır, həmin hissədə apellyasiya şikayətlərinin dəlillərini qismən əsassız hesab edərək, iş materialları ilə təkzib edildiyini qeyd edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətlərinin dəlilləri həmin hissədə qismən əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməməklə ifadələrində göstərdikləri dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, həmin sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməli törətmələri barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onların əməllərini CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrində və apellyasiya icraatı zamanı məhkəmə iclasında verdikləri ifadələrində hər iki məhkum edilmiş şəxs özlərini nə AR CM-nin 234.4.1, nə də 234.4.3-cü maddələri ilə təqsirli bilməmişlər. Bununla yanaşı, ibtidai istintaq zamanı verdikləri ilkin ifadələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq cinayət törətməkdə özünü təqsirli bilərək törətdikləri cinayət əməllərini etiraf etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin “məhkum edilmiş şəxslərin əməllərində cinayət tərkibi olmaması, onların barəsində bəraət hökmü çıxarılmasına dair” dəlilinə münasibətdə qeyd edir ki, cinayət işinin materiallarında olan 21 mart 2020ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin sürətlər qutusunun yanından dəstəyi ağ və qırmızı rəngli müxtəlif naxışlar olan bir ədəd qatlanan bıçaq, avtomobilin arxa oturacağından dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq, dəstəyi gümüşü rəngli olan bir ədəd qatlanan bıçaq, arxa sağ ayaqaltısından bir ədəd qara rəngli polietilen torbada üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış iki ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçağın ona məxsus olduğunu, digər iki ədəd bıçaq və narkotik vasitə olan heroinə bənzər kütlələrin isə kimə məxsus olmasından məlumatı olmadığını göstərmişdir. Aşkar olunmuş narkotik vasitələr və bıçaqlar iş üzrə əhəmiyyətli olduğu üçün götürülmüşdür. Bu epizodla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən bu epizodla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda irəli sürülən əməli törətmələri iş materiallarında mövcud olan ibtidai istintaq zamanı toplanılmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla, 21 mart 2020-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolla(Qaradağ rayonu ərazisində), şahid ifadələri ilə (Şahid6, Şahid2, Şahid5 Təvəkgül oğlunun, Şahid4, X15, Şahid3, Şahid7 ifadələri, Şahid8 Firudun oğlunun, Şahid9, Şahid10 və X12 ibtidai istintaq zamanı verdikləri ifadələri), telefon danışıqlarına baxış keçirilməsi haqqında protokollar ilə, 21 mart 2020-ci il tarixli 18/367 nömrəli, 23 mart 2020-ci il tarixli 213 nömrəli, 22 iyun 2020-ci il tarixli 1708 nömrəli ekspertiza rəyləri ilə və iş materiallarında olan digər mümkün, mötəbər sübutlarla öz təsdiqini tapır. Həmçinin, cinayət işi materiallarında mövcud olan sms mətnlər məhkum edilmiş şəxslərin əməllərinin narkotik vasitələrin və psixotrop maddələrin satışməqsədi ilə düzgün tövsif edildiyini və onların əməllərinin AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət tərkibi yaratmasını bir daha sübut etmiş olur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxslər Qaradağ postunda aşkar olunmuş narkotik vasitələrin onlar tərəfindən əldə edilib daşınmasını inkar etsələr də, yuxarıda sadalanan mötəbər sübutlarla həmin epizod üzrə cinayətin onlar tərəfindən törədilməsi öz təsdiqini tapır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, həmin epizod üzrə cinayətin təqsirləndirilən şəxslər tərəfindən törədilməsini iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları təsdiq etmişlər və bu şahidlərə bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş, onların yalan ifadə verməsi iş materialları ilə müəyyən edilməmiş, ifadələrinin mötəbərliyi şübhə altına alınmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hökmündən göründüyü kimi, qeyd edilən epizodun təsdiqi üzrə hökmdə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, birinci instansiya məhkəməsində elan edilərək tədqiq olunmuş şübhəli və təqsirləndirilən şəxs qismindəki ifadələrinə istinad olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 06 iyul 2020-ci il tarixdə tərcüməçi təyin edilmişdir. Buna qədər 21 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində, 22 mart 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində tərcüməçinin iştirakı olmadan dindirilmiş və cinayəti etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların cinayət işi üzrə sübut növü kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bu pozuntularla bağlı cinayət işinin materialları həmin pozuntuların mümkün dərəcədə aradan qaldırılması üçün iki dəfə ibtidai istintaq orqanına qaytarılmışdır, lakin iş yenidən ittiham aktı ilə birinci instansiya məhkəməsinə göndərilməsinə baxmayaraq qeyd edilən nöqsanların mövcud vəziyyətlə bağlı aradan qaldırılması mümkün olmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində 21 oktyabr 2020-ci il tarixdən etibarən ona tərcüməçi verilmədiyini və ifadələrin ona aid olmadığını bildirərək ifadə verməkdən imtina etmiş, eynilə Təqsirləndirilən şəxs2 da 23 may 2020-ci il tarixdə öz əl yazısı ilə ifadə verərək cinayəti boynuna almamışdır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində verdiyi şübhəli və təqsirləndirilən şəxs qismindəki etirafedici ifadələri qanunun tələbinin pozulması ilə əldə edildiyindən, hökmün əsası kimi hökmdə həmin ifadələrə mümkün sübut kimi istinad oluna bilməz və qanunun tələblərinin pozulması ilə əldə edildiyindən sübutlar siyahısından xaric olunmalıdır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bildirir ki, “Baş X30 İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, müvəqqəti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülməsi” epizodu üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törətmələrini etiraf etməsələr də və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin etirafedici ifadələri sübut kimi mümkünsüz hesab edilməsinə baxmayaraq, həmin epizod üzrə cinayətin onlar tərəfindən törədilməsi yuxarıda qeyd edilən işə aid cinayət işinin materiallarında olan mümkün və mötəbər sübutlarla öz təsdiqini tapır. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin ittihamın ikinci epizodu, yəni “Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi” dəlili ilə razılaşaraq qeyd edir ki, cinayət işi materiallarıından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 05:30- 06:15-də Cəlilabad rayon prokurorluğunun müstəntiqi Zöhrab Verdiyev tərəfindən hadisə yerinə baxış protokolu tərtib edilmişdir. Həmin vaxt hadisə yerində olan Şahid6 izahat verərək hadisəni təsvir etmişdir. Lakin Şahid6 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 02 bağlama narkotik vasitəni qaçarkən yerə düşürtmüşdür. Buna baxmayaraq, Şahid6 hadisə yerinə baxış istintaq hərəkətində iştirak edərkən həmin “yerə düşdüyü iddia edilən narkotik vasitəni görməməsi” diqqət çəkir və həmin zaman hadisə yerindən narkotik vasitə aşkar edilmir, sadəcə 04 (dörd) ədəd giliz aşkar edilərək götürülür. Həmçinin, cinayət işinin materialları ilə müəyyən edilir ki, eyni hadisə yerinə ikinci dəfə 21 mart 2020-ci il tarixdə saat 10:30-da Cəlilabad RPŞ-nin təhqiqatçısı Xalid Feyziyev tərəfindən baxış keçirilir, əlavə 02 bağlama narkotik vasitə aşkar olunur və nəticəsinə müvafiq olaraq protokol tərtib edilir. Məhkum edilmiş şəxslərin ittiham edildikləri cinayətlər üzrə əməllərinin ikinci epizodunun əsasını məhz ikinci dəfə baxış keçirilərkən hadisə yerindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroin təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mütəşəkkil dəstə tərkibində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qəsdən əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ikinci epizod üzrə narkotik vasitə heroini satış məqsədi ilə əldə etmələri barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Apellyasiya icraatı zamanı məhkəmə baxışında da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ikinci epizod üzrə satış məqsədi ilə narkotik vasitə əldə etmələri, saxlamaları və daşımalarını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ikinci epizod üzrə satış məqsədi ilə narkotik vasitə əldə etmələri, saxlamaları və daşımaları ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hadisə yerinə baxış protokolundan göründüyü kimi, hadisə avtomobildən 3-4 metr məsafədə baş vermiş, 21 mart 2020-ci il tarixdə saat 05:30-da Calilabad Rayon Prokurorluğunun müstəntiqi hadisə yerinə baxış keçirtmiş, həmin vaxt orada Şahid6 da olmuş və "131” yazısı olan dəmir lövhədən 3-4 metr məsafədə 04 ədəd giliz aşkarlanmış, hadisədən 5 saat sonra 21 mart 2020-ci il tarixdə saat 10:30-da hadisə yerinə ikinci baxış keçirilmiş, hadisə yerindən bu dəfə 2025 qram narkotik vasitə heroin aşkarlanmış və bu barədə Cəlilabad RPŞ-nin təhqiqatçısı Xalid Feyziyev tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hadisə yerinə birinci dəfə baxış keçirilərkən "131” yazısı olan dəmir lövhədən 3-4 metr məsafədə 04 ədəd giliz aşkar edildiyi halda, 2025 qram narkotik vasitənin aşkar edilməməsi nəinki ağlabatan deyil, hətta mümkünsüzdür. Bu səbəbdən də məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəlilabad rayonunda aşkar edilmiş 2025 qram narkotik vasitə epizodu ilə bağlı təqsirlərinin sübut edilməsi üçün iş materiallarında sübutların kifayet etməməsi və həmin epizodla bağlı hər iki məhkum edilmiş şəxsin təqsirlərinin sübut olunmaması qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri Cəlilabad rayonunda aşkar edilmiş 2025 qram narkotik vasitə epizodu ilə bağlı narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dair ittiham ibtidai istintaq orqanının mülahizəsinə əsaslandığından, mötəbər sübutlarla öz təsdiqini tapmadığından, həmin epizod üzrə ittihamın sübut olunması zamanı yaranmış şübhələr toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan Cəlilabad rayonunda aşkar edilmiş 2025 qram narkotik vasitə epizodunun xaric olunması qənaətinə gəlməsinə baxmayaraq, kollegiya birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərin əməllərinin AR CM-in 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edilməsi hissəsində mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Ali Məhkəməsinin Plenumunun həmin qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s., habelə narkotik vasitələrin və psixotrop maddələrin digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərlə bağlı halların da nəzərə alınması tövsiyə edilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Onların “Baş X30 İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, müvəqqəti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülməsi” epizodu üzrə üzrə işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Kollegiya eyni zamanda apellyasiya icraatı zamanı qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutları cinayət işi materiallarında olan ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı əldə edilmiş sübutlarla qarşılıqlı şəkildə tədqiq edib qiymətləndirir və hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə ikinci epizod, yəni “narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür” hissəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyini sübuta yetirən kifayət qədər sübutlar mövcud olmadığından, həmçinin mövcud olan sübutlar şübhəli olduğundan, onların barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilərək, həmin epizod verilmiş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir və bu qaydada nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən, Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmününü çıxarılması əsaslarından biri də şəxsin təqsirliliyinin sübuta yetirilməməsidir və bu əsasa görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə barəsində bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviriəsaslandırıcı hissəsində göstərir. Kollegiya qeyd edir ki, şəxsə qarşı irəli sürülmüş ittihamdan ikinci epizod xaric edildiyindən, həmin hissədə cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 2025 qram olan narkotik vasitə heroin Cəlilabad Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılması davam etdirilməlidir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1ə və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri, o cümlədən hər iki məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən hal kimi himayələrində bir azyaşlı uşağının olması və ağırlaşdıran halların müəyyən edilməməsi, şəxsiyyətləri, təyin olunan cəzanın onların islah olmalarına və ailələrinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq hər birinə təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş 10 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan ikinci epizod xaric edildiyindən və bu hal cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə təsir etdiyindən, verilmiş ittihama münasibətdə cinayətin ictimai təhlükəlilik dərəcəsi qismən azaldığından onlara təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti hər birinə münasibətdə azaldılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 401.2.1-ci maddəsinə əsasən məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Həmçinin, həmin Məcəllənin 402.0.2-ci maddəsinə əsasən, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışını dinləyib apellyasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, məhkum edilmiş şəxslər və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-cü il tarixli, 1(101)-285/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə ikinci epizoda, yəni narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsinə aid hissədə dəyişdirilməli, həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, həmçinin təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan ikinci epizod xaric edildiyindən və bu hal cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə təsir etdiyindən, verilmiş ittihama münasibətdə cinayətin ictimai təhlükəlilik dərəcəsi qismən azaldığından onlara təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti hər birinə münasibətdə azaldılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 399.1.2, 399.1.3 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-cü il tarixli, 1(101)-285/2022 nömrəli hökmü dəyişdirilsin, “narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür” epizodu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməməsi əsası ilə barələrində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilsin və həmin hissə ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti hər birinə münasibətdə 01 il azaldılaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin cəzası 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan ikinci epizod xaric edildiyindən, həmin hissədə cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 2025 qram olan narkotik vasitə heroin Cəlilabad Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılması davam etdirilsin. Hökm məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar