Məhkəmə qərarları › İş №1(103)-2481/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2481/2022

29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2481/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əhmədovun sədrliyi və məruzəsi ilə, X2 Məmmədov və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə, Altay Eldəniz oğlu Səfərəliyevin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X1, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş,hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə məhkum olunmasına dair 21 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin 18 noyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxsrnun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 03 iyul 2021-ci il tarixdən hesablanması,Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi,hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ekspert tədqiqatından sonra qalıq qalan 264,95 qram narkotik vasitə qurudulmuş marixuananın və 22 (iyirmi iki) ədəd narkotik tərkibli çətənə bitkisi kollarının məhv edilməsi,Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməsi, ibtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı toplanmış mötəbər və təkzibolunmaz sübutlarla təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır.Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 16 ədəd və dibçəklərdə 6 ədəd olmaqla külli miqdarda ümumilikdə 22 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib xüsusi aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 265 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib yaşadığı evin həyətyanı sahəsinə daşıyaraq orada olan dibçəkdə saxlamış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 14:30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən torpaq sahəsində 16 ədəd, dibçəklərdə 6 ədəd olmaqla külli miqdarda ümumilikdə 22 ədəd təmiz çəkisi 1855 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və sellofan bağlamada olmaqla bir ədəd dibçəkdə 265 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə məhkəmənin hökmündən narazı olduğunu qeyd edərək, səhhətində ciddi problemlər olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, evli olmaqla himayəsində azyaşlı uşaqlarının olmasını və ailəsinin yeganə qazanc gətirən üzvü olmasını nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilərək,barəsində daha az cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkum Təqsirləndirilən şəxs vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, səhhətində problemlər olması və hüquqi savadı olmadığından apellyasiya şikayətini vaxtında verə bilməmiş, bu səbəbdən buraxılmış apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzürlü hesab edərək bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin vermə müddəti üzrsüz səbəblərdən buraxıldığından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpası haqqında vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarının ləğv olunması, buraxılmış apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək bərpa olunması və Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətinə baxılmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda vəsatətin dəlillərini müdafiə edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin 18 noyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarının ləğv olunaraq, buraxılmış apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək bərpa olunması və Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətinə baxılması barədə ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X3 apellyasiya şikayətini qəbul etməyərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin 18 noyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmünün surətinin məhkum Təqsirləndirilən şəxs təqdim olunması üçün göndərilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına ünvanlanmış 22 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmünün surəti məhkum Təqsirləndirilən şəxs təqdim edilməsi üçün elə həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən müəyyən olur ki, məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmünün surəti 28 aprel 2022-ci il tarixdə qəbzə imza etməklə təqdim edilmişdir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmündən apellyasiya protesti və yaxud apellyasiya şikayəti verilmədiyi üçün, hökm 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 383-cü maddəsində müəyyən edilmiş müddət keçdikdən sonra qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət və apellyasiya şikayəti 01 noyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 384-cü maddəsində göstərilir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökmün və ya digər qərarın elan edildiyi andan 20 gün müddətində, həbsdə saxlanılan məhkum tərəfindən apellyasiya şikayəti hökmün sürətinin ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinin tələblərinə əsasən, apellyasiya şikayəti və apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər məhkəmənin hökmünü və ya digər yekun qərarını çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi məhkumun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin 18 noyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Həsən Əhmədov Hakimlər: Habil Məmmədov İlqar Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar