Məhkəmə qərarları › İş №1(103)-249/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-249/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-249/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, məhəllə 14, ev 112/74, mənzil 39-da pasport qeydiyyatında olan, tutulduğu günədək Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi, ev 48-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(101)-1489/2022 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən), Cavid Hüseynov, Eldar İsmayılov) 26 oktyabr 2022-ci il tarixli, 1(101)-1489/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətinə, CM-nin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 07 aprel 2022-ci tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-nin 93-1.1-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ölkə ərazisində narkotik vasitə və psixotrop maddələrin, eləcə də, güclü təsir edən maddələrin satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Renat” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Renat” adlı şəxs tərəfindən göndərilmiş ümumi təmiz çəkisi 4,511 qram təşkil edən külli miqdarda narkotik vasitə kokaini, tərkibində psixotrop maddə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 2,2 qram olan 4 ədəd boz rəngli beşbucaqlı və 7 ədəd çəhrayı rəngli üzərində “Levis” göstəricisi olan ümumilikdə 11 ədəd həbləri, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olmaqla külli miqdar təşkil edən, 14 ədəd üzərində “Gerica” göstəricisi olan ağ- qəhvəyi rəngli və 56 ədəd üzərində “Alyse-150” göstəricisi olan ağ rəngli dərman kapsullarını istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdikdən sonra narkotik vasitə kokaini bükümlərə, psixotrop maddə MDMA həblərini və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin həblərini isə ayrı-ayrılıqda konvalyutlarda ayıraraq özündə saxlamaqla daşımış, 07 aprel 2022-ci il tarixdə saat 16:05-də ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi RPİnin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada barəsində şəxsi axtarış keçirilən zaman üzərində olan açıq qəhvəyi rəngli əl çantasının içərisindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,727 qram, 0,911 qram, 0,427 qram və 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 4,511 qram təşkil edən külli miqdarda həmin narkotik vasitə kokain, tərkibində psixotrop maddə MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 4 ədəd boz rəngli beşbucaqlı həblər, tərkibində psixotrop maddə MDMA-nın təsir maddəsinin ümumi miqdarı 1,4 qram təşkil edən, 7 ədəd üzərində “Levis” göstəricisi olan çəhrayı rəngli həblər, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edən, bir ədəd konvalyutda 14 ədəd olmaqla üzərində “Gcrica” göstəricisi olan ağ-qəhvəyi rəngli dərman kapsulları, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı külli miqdarda 8,4 qram təşkil edən, dörd ədəd konvalyutda 56 ədəd olmaqla üzərində “Alyse-150” göstəricisi olan ağ rəngli dərman kapsulları və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində kokainə məxsus izlər aşkar edilmiş və “prolessignal digital scale 2x aaa” yazısı olan gümüşü rəngli 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun əməlinə düzgün qiymət vermədən CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli hesab etmişdir. Həm ibtidai istintaq, həm də məhkəmə istintaq zamanı kifayət qədər araşdırılma aparılmadan ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsində üzərində hər hansı bir çantanın olmadığı, tutulub saxlanılan zaman döyülərək, təzyiq və təsir altında guya çantanın və içərisindəki 4,511 qram narkotik vasitə kokain, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edən, bir ədəd konvalyutda 14 ədəd olmaqla üzərində “Gcrica” göstəricisi olan ağ-qəhvəyi rəngli dərman kapsulları, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı külli miqdarda 8,4 qram təşkil edən, üzərində kokainə məxsus izlər aşkar edilmiş və “prolessignal digital scale 2x aaa” yazısı olan gümüşü rəngli 01 ədəd elektron tərəzinin də ona məxsus olmasını göstərmişdir. Lakin yuxarıda qeyd edilənlərin heç biri ona məxsus olmamışdır. Göstərilənlərə əlavə olaraq bildirir ki, ittiham aktında qeyd edilmişdir ki, Musanın üzərində axtarış keçirilən zaman müdafiəçinin ərizə verərək, şəxsi axtarışda iştirakı etmək istəmədiyini və axtarışın onun iştirakı olmadan aparılmışdır. Beləliklə də, təqsirləndirilən şəxsin istintaq zamanı müdafiə hüququ da pozulmuşdur. Təbii ki, müdafiəçi iştirakı təmin olunacaq idisə, istintaqın da obyektiv araşdırılacağı təmin olunardı. Məhkəmə hökmündə qeyd edilmişdir ki, məhkəmədə şahid qismində iştirak edən Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 və Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs görmüşlər və o, onların diqqətini çəkmişdir, ona yaxınlaşıb özlərini təqdim edib, onu 20-ci Polis bölməsinə dəvət etmişlər. 20-ci Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir və onun üzərində narkotik vasitə aşkar edilmişdir, Təqsirləndirilən şəxs üzərində çanta var imiş. İttiham aktı ilə məhkəmə hökmündə göstərilən xüsusiatlar bir-birini təsdiq etmədən zidiyyət təşkil edir. Hökmdə qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır”. İş materiallarında mövcud olan, istintaqa təqdim edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində bir azyaşlı övladı var və ilk dəfə məhkum olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi müşavirə otağında Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən və ittihamedici hökm çıxararkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 346.1.5-ci və 346.1,7- ci maddələrinin tələblərini dərindən müzakirə etmədən, iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, iş üçün əhəmiyyətli olan hallara qiymət vermədən, məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları tam nəzərə almadan sözügedən hökmü qəbul etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza qanunsuzsuz və onun əməlinə qiymət verilərkən yuxarıda sadalanan hallara əsas verilməklə ona azadlıqdan məhrum etməklə bağlı olmayan cəza verilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətində dəqiqləşdrmə edərək təqsirləndiirlən şəxsin barəsində bəraət hökmünün qəbul edilməsini, olmadığı halda isə ona təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Elfanə Bayramova apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(101)-1489/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilməlidir. Belə ki, CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində elan olunmuş ittihamda özünü qismən təqsirli bilmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bununla yanaşı, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində polis bölməsində ona fiziki və psixi təzyiq göstərildiyini və onun təzyiqlərə görə narkotik vasitə və psixotrop maddələrin, eləcə də, güclü təsir edən maddələrin onun üzərindən aşkar olunmasını etiraf etdiyini göstərmişdir ki, məhkəmə kollegiyası şikayətin bu dəlilinin də əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə Təqsirləndirilən şəxs və ya onun müdafiəçisi məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxsin hər hansı fiziki və ya psixi zorakılığa məruz qalmasına dair məsələ qaldırmamış, bununla bağlı səlahiyyətli orqana və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə vermiş olduğu ifadələrində heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Apellyatorun apellyasiya şikayətində qeyd etdiyi, təqsirləndirilən şəxsin döyülərək, təzyiq və təsir altında ifadə verməsinə dair dəlilinin araşdırılması məqsədilə işin apellyasiya icraatı mərhələsində müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Nəsimi rayon Polis idarəsinə Təqsirləndirilən şəxs istintaq təcridxanasına, eləcə də Nəsimi RPİ-nin MSY-nə daxil olarkən üzərində hər hansı bir xəsarətin olub – olmaması ilə bağlı sorğular verilmiş, sorğulara cavablar verilərək Təqsirləndirilən şəxs istintaq təcridxanasına, eləcə də Nəsimi RPİ-nin MSY-nə daxil olarkən üzərində heç bir xəsarətin olmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfin məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi zorakılığa məruz qalmasına dair məsələ qaldırmadığını, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Bakı şəhəri Nəsimi rayon Polis idarəsindən məhkəməyə ünvanlanan məktublarla Təqsirləndirilən şəxs istintaq təcridxanasına və Nəsimi RPİ-nin MSY-nə daxil olarkən üzərində heç bir xəsarətin olmamasının müəyyən edilməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Apellyator şikayətində Təqsirləndirilən şəxs edilən təzyiqlər nəticəsində polis bölməsində ona fiziki və psixi təzyiq göstərilməsi səbəbindən narkotik vasitə və psixotrop maddələrin, eləcə də, güclü təsir edən maddələrin onun üzərindən aşkar olunmasını etiraf etdiyinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində belə onun üzərində 56 ədəd Alsye və 11 ədəd MDMA həbləri olduğunu bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs sərbəst şəkildə ifadə verməsinin təmin olunduğu, ona hər hansı kənar təsir imkanın istisna olunduğu şəraitdə belə, yəni birinci instansiya məhkəməsində hazırki apellyasiya şikayəti verən müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə dindirilərəkən belə üzərində 56 ədəd Alsye və 11 ədəd MDMA həbləri olduğunu bildirmişdir ki, bu da apellyatorun polis bölməsində Təqsirləndirilən şəxs təzyiqlər edilməsini və bunun nəticəsində üzərinə onun olmayan əşyaların qoyulmasına dair dəlilinin əsassız olduğuna dəlalət edir. Bundan başqa müdafiəçi təqsirləndirilən şəxsin üzərinə şəxsi-axtarış və baxış keçirilərkən müdafiəçinin iştirak etməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin iştirak etməməsinə heç bir etiraz və vəsatətinin olmadığını bildirmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Bununla yanaşı, iş materiallarında olan “Xiaomi Mi A3” markalı mobil telefona baxış protokolundan görünür ki, “Whatsapp” bölməsində +90-***-***-**-** saylı mobil nömrəsi “Qerdew” deyə qeyd edilmişdir. Həmin şəxslə yazışmalara baxdıqda, sms mətnlərində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin satışını həyata keçirdikləri müəyyən edilir, həmçinin, bir-birlərinə göndərdikləri fotolara baxdıqda fotoşəkillərin hansısa ayrı-ayrı ərazilərdə çəkilməsi müəyyən edilir, Musa bildirir ki, həmin ayrı-ayrı ərazilər onun Renat adlı şəxsdən aldığı narkotik vasitə, psixotrop maddələr və güclü təsir edən maddələri Renat adlı şəxsin istəyilə yerləşdirdiyi ərazilərdir, şəklini həmin məqsədlə çəkmişdir ki, Renat adlı şəxsə şəkilləri göndərsin və həmin şəkilləri Renat adlı şəxs narkotik vasitə, psixotrop maddələr və güclü təsir edən maddələri istintaqa məlum olmayan satdığı şəxslərə göndərsin, istintaqa məlum olmayan şəxslər də şəkillərdən istifadə etməklə həmin narkotik vasitə, psixotrop maddələr və güclü təsir edən maddələrin olduğu yeri müəyyən edərək götürə bilsinlər. Təqsirləndirilən şəxs bildirdi ki, həmin nömrənin sahibi olan Renat adlı şəxsə fotoşəkilləri özü göndərmişdir və sms mətnləri də özü yazmışdır. Bundan başqa albomlar bölməsində şəkillərdən görsənir ki, elektron tərəzi üzərində ağ rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddə qoyularaq çəkisi müəyyən edilmişdir, Təqsirləndirilən şəxs bu barədə sual verildikdə bildirdi ki, həmin maddə narkotik vasitə kokaindir və elektron tərəzi vasitəsilə çəkisini müəyyən edərək, Renat adlı şəxsə fotoşəklini göndərmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan 077-311-70- 29 saylı mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş “AZF/LGL-11415/22” nömrəli məktubun qoşmasında olan CD diskə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-cil tarixdə saat 04:43-də daxil olmuş sms mətnində “Musa lilide götür 7”. ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-cil tarixdə saat 16:34-də daxil olmuş sms mətnində “Lili hanı?”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-cil tarixdə saat 20:03- də daxil olmuş sms mətnində “Ay qaqaş sen niye bele eleyssen? ..1000 aznlik zakazi gozledirem”. +**********31 saylı mobil nömrədən xx.xx.2022-cil tarixdə saat 16:22-də daxil olmuş sms mətnində “Brat vacib zakazlar var internetində bağlıdı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 6/1936 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr: 1 nömrəli zərfdə 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi, 2,727 qram, 0,911 qram, 0,427 qram, 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 4,511 qram ağ rəngli toz şəkilli maddə narkotik vasitə kokaindir; 2 nömrəli zərfdə 4 ədəd boz rəngli beşbucaqlı həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,8 qram olduğu müəyyən edildi; 3 nömrəli zərfdə üzərində “Levis” göstəricisi olan 7 ədəd çəhrayı rəngli tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 1,4 qram olduğu müəyyən edildi; 4 nömrəli zərfdə üzərində “Gerica” göstəricisi olan bir ədəd konvalyutda ağ-qəhvəyi rənfli 14 ədəd dərman kapsulunun tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,2 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi; 5 nömrəli zərfdə üzərində “ALYSE-150” göstəricisi olan 4 ədəd konvalyutda ümumilikdə 56 ədəd ağ rəngli dərman kapsulunun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 8,4 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edildi. Kokainin ümumi təmiz çəkilsi 4,511 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 4,311 qram. Preqabalin kapsulun sayı 56 ədəd kapsul, tədqiqata sərf edildi 5 kapsul, qalıq 51 kapsul. Preqabalin kapsulun sayı 14 ədəd kapsul, tədqiqata sərf edildi 2 kapsul, qalıq 12 kapsul. MDMA həblərini sayı 4 ədəd tədqiqata sərf edildi 1 ədəd, qalıq 3 ədəd, MDMA həblərini sayı 7 ədəd tədqiqata sərf edildi 1 ədəd, qalıq 6 ədəd, (ekspertiza tədqiqatın dəyəri 65 (atmış beş) manat) 22 aprel 2022-ci il tarixli 6/2067 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan elektron tərəzi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindəki bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində kokainə məxsus izlər aşkar edildi. Kokain iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs aşkar edilmiş dörd ədəd bükümdə kokain ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (ekspertiza tədqiqatın dəyəri 65 (atmış beş) manat). Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, maddi sübutlar, müvafiq ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-nin 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, barəsində cəzanın yüngülləşdirici və ağırlaşdırıcı halları, həmçinin Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə (CM-in 66.3-cü maddəsi nəzərə alınmaqla) yekun olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Halbuki, cinayət işi materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs barəsində veridyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, səh 168) CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə olduğu təqdirdə məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi CM-nin 59.2-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-nin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsinə dair 26 oktyabr 2022-ci il tarixli, 1(101)- 1489/2022 nömrəli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403.0.2 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsinə dair 26 oktyabr 2022-ci il tarixli, 1(101)- 1489/2022 nömrəli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilsin, həmin cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmünə əsasən CM-in 240.3.2-ci maddəsi ilə ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar