Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-25/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi – X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi- Bakı şəhəri “Müdafiəçi3 və Partnyorlar” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 157/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-157/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər X3 və X2 ibarət tərkibdə) xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 sentyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 19 sentyabr 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübutların taleyinin hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməsi: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3005,3 qram çəkidə heroin narkotik vasitəsinin məhv edilməsi; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması; - Təqsirləndirilən şəxs məxsus «İphone 5S» markalı bir ədəd mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilməsi; - Təqsirləndirilən şəxs məxsus «İphone 5S» markalı mobil telefonda olan səsli smslərin videogörüntü halında köçürüldüyü bir ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması, iş üzrə məhkəmə məsrəfləri – 130 (yüz otuz) manat məbləğində ekspertiza xərcinin məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti naməlum olan «İlqar» adlı İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya əsasən sonuncunun WhatsApp mesaj mübadiləsi sistemi vasitəsi ilə ərazinin dəqiq koordinatını və şəkilini göndərməsi üzrə 19 sentyabr 2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu adlanan yerə gedərək yol kənarında yerləşdirilən tullantı qablarının arxa hissəsində gizlədilmiş qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 3005,6 qram olan narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 06:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, ünvan 2 ünvanında yerləşən polis idarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən sol əlində daşıdığı 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki səffaf rəngli sellofana bükülmüş halda ayrı ayrılıqda təmiz çəkiləri 504,4qr., 501,0qr., 495,0qr., 496,5qr., 503,1qr., 505,6qr. olan 06 ədəd səffaf rəngli sellofan bükümlərdə ümumilikdə 3005,6 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs məhkumun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 1(101)-757/2024 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraətin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: cinayət işi materialları və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2022-ci il 18 sentyabrdan 19 sentyabra keçən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılıb qollarına dəmir qandal vurulmaqla, heç bir qərar olmadan faktiki olaraq azadlıqdan məhrum edilərək Binəqədi RPİ-yə gətirilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, onun hüquqi statusu müəyyən edilməmiş və bu Məcəllənin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, onun hüquq və vəzifələri, habelə məsuliyyəti dərhal izah olunmamış, əməliyyat tədbirin həyata keçirilməsinə dair əsaslandırılmış qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə ümumiyyətlə göndərilməmişdir. Həmçinin cinayət işi materiallarından görünür ki, şəxsi axtarış, fiziki şəxsdə olan əşyaların yoxlanılması və baxış keçirilməsi və götürülməyə dair istintaq hərəkətləri Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkəti olduğu və cinayət işi başlandıqdan sonra müstəntiq tərəfindən keçirilməli olduğu halda, cinayət işi başlanmadan və bu barədə hər hansı bir qərar qəbul edilmədən təhqiqatçı tərəfindən keçirilmişdir. Bununla da Azərbaycan Respublikası CPM-nin 207.4-cü maddəsinin tələbi də pozulmuşdur. Həmin Məcəllənin 207.4-cü maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Nəzərə almaq lazımdır ki, cinayət işinin materiallarında qeyd edilir ki, müdafiəçi şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətindən əvvəl bir sıra istintaq hərəkətlərində iştirak etmiş, təhqiqatçı tərəfindən şübhəli şəxsə təqdim edilmişdir. Lakin nədənsə cəmi 10-15 dəqiqə sonra aparılan İstintaq hərəkətində iştirak etməmişdir. Həmin iştirak etməməsi barədə səbəbi, müdafiə etdiyi şəxsin istəyi ilə deyil, əvvəlcə özünün təkidi olmuş, sonradan şübhəli şəxsdən bu barədə ərizə alınmışdır. Belə ki, protokol cild 1 səhifə 35-də, guya Təqsirləndirilən şəxs tərəfindən yazıldığı iddia edilən ərizə isə cild 1 səhifə 36-dadır. Və ərizənin məzmunundan göründüyü kimi, ərizənin məzmunu “müdafiəçimin iştirakı olmadan üzərimə şəxsi axtarış keçirilməsinə etiraz etmirəm” olmuşdur. Təqsirləndirilən şəxs barəsində “Şəxsi axtarış və götürmə barədə” istintaq hərəkəti nəticəsində onun üzərində aşkar olunduğu iddia olunan əşyalar qanunvericiliyə uyğun olaraq protokolda əks olunmamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası CPM-nin 247.1, 247.1.9-cu maddəsinə əsasən, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair o cümlədən, axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri əks etdirən protokol tərtib edir. 19 sentyabr 2022ci il tarixli Təqsirləndirilən şəxs barəsində “Şəxsi axtarış və götürmə barədə” protokolunda onun üzərindən guya göy rəngli selofan bükülünün içərisindən tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar olunduğu qeyd olunsa da onun çəkisi protokolda qeyd olunanmışdır. Hesab edirlər ki, hazırkı cinayət işi üzrə guya aşkar olunan narkotik vasitənin çəkisi birbaşa olaraq cinayət məsuliyyəti yaradan hal olduğundan, müvafiq protokolda aşkar olunan narkotik vasitənin çəkisi mütləq şəkildə qeyd olunmalı idi. Təqsirləndirilən şəxs faktiki olaraq 2022-ci il tarixində 18 sentyabrdan 19 sentyabra keçən gecə saxlanılaraq Binəqədi RPİ-ə gətirilmiş, saxlandığı andan müdafiəçi ilə təmin olunmamışdı. Həmçinin saxlanılması barədə onun qohumlarına məlumat verilməmişdir. Təqsirləndirilən şəxs faktiki olaraq tutulduqdan, barəsində tutulma protokolu tərtib olunandan sonra ona müdafiəçi təyin olunmuşdur. Bu məhkəmə istintaqı zamanı bir daha öz sübutunu tapmışdır. Hazırkı cinayət iş üzrə istintaq aidiyyəti pozulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 06:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində saxlanılaraq Binəqədi 'hazırki iş üzrə həm təhqiqat, həm də ibtiadi araşdırma Binəqədi Rayon Polis İdarəsinin təhqiqat və istintaq orqanları tərəfindən aparılmış, bununla da CPM-nin 216-cı maddəsinin tələblərinin də pozulmasına yol verilmişdir. İş materiallarında iş üzrə ibtidai araşdırma aidiyyətinin dəyişdirilməsi haqqında Baş prokurorun qərarı mövcud olmamışdır. İş materialların təhlili göstərir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibini aparan Binəqədi Rayon Polis İdarəsinin təhqiqat və istintaq şöbələri tərəfindən ibtidai araşdırma zamanı ayrı-ayrı istintaq hərəkətlərinin başqa ərazidə aparılması hallarını müəyyən edən CPM-nin 216.3-cü maddəsinin tələblərinə də əməl edilməmişdir. Həm, təqsirləndirilən şəxs, həm Şahid4, həm də müdafiə tərəfindən təqdim edilmiş sms mətnlər və səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, təqsirləndirilən şəxsin dostu Səftər adlı polis əməkdaşı onun məsələsini həll etmək üçün müvafiq hərəkətlər etmiş, sonda Təqsirləndirilən şəxs polis əməkdaşlarına 1000 manat pul verməməsi səbəbindən polis əməkdaşları ona qarşı qərəzli mövqe göstərmişlər. Müdafiəçisi olduğu şəxsə guya narkotik vasitənin qanunsu olaraq satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı ittiham verilsə də, ibtidai istintaq zamanı ümumiyyətlə onun narkotik vasitəni kimə satmaq istəməsi və ya satması ilə bağlı heç ümumiyyətlə fərziyyə belə irəli sürülməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, narkotik satışı ilə məşğul olmayıb, polisdə ona təzyiq olunubdur. Ona görə bu səbəblərdən o, məcbur olub ifadəyə oxumadan imza etməyə razılaşıb, boynuna götürüb, qeyd etdiklərinə əsasən məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 1(101)-757/2024 nömrəli hökmünün ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkumun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 ayrıayrılıqda verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 1(101)-757/2024 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraətin verilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 verilmiş аpеllyаsiyа şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 1(101)-757/2024 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 1(101)-757/2024 nömrəli hökmünün ləğv edilməsi, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq etdiyini, narkotik satışı ilə məşğul olmadığını, polisdə ona təzyiq olunduğunu, ona görə bu səbəblərdən o məcbur olub ifadəyə oxumadan imza etməyə razılaşaraq, boynuna götürdüyünü bildirdi. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir: Təxminən 20 il ərzində narkotik vasitələrdən olan marixuana və heroindən istifadə edir. Təxminən 1 ay bundan əvvəl tanışlarından biri vasitəsilə İran vətəndaşı olan «İlqar» adlı şəxslə tanış olmuş, onun yalnız adını və istifadəsində olan xarici mobil nömrəni bilmiş, barəsində hər hansı başqa bir məlumatı olmamışdır. İlqar adlı şəxslə xarici mobil nömrənin «WhatsApp» mesaj mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb ayrı-ayrı vaxtlarda, 2 dəfə olmaqla şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almışdır. İlqar adlı şəxs əvvəlcədən narkotik vasitənin qoyulduğu yerin dəqiq koordinatını və fotoşəklini onun istifadəsində olan mobil telefona «WhatsApp»la göndərmiş, o da həmin dəqiq koordinat və fotoşəkil əsasında narkotik vasitəni əldə edib İlqar adlı şəxsin kart hesabına pul göndərmişdir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı təkrarən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd «İphone 5S» markalı mobil telefona baxış keçirilən zaman mobil telefonun «WhatsApp» sosial sms mübadiləsi proqramında +**********96 saylı mobil nömrədən səsli və yazılı smslərin çoxlu sayda müxtəlif tarix və saatlarda daxil oluduğu, səsli smslərin qadın və kişi tərəfindən göndərildiyi, sms-lərdə Təqsirləndirilən şəxs qarşı tərəfdən narkotik vasitənin yerinin harada olması, ona müştəri tapacağı, özünün də maddi vəziyyətinin pis olduğunun deyildiyi, qarşı tərəf isə ona işləməli olduqlarını, müştəri taparsa ona aşağı qiymətdən hesablayacağı vədini verdiyini, eyni zamanda narkotik vasitənin yerlərini ona bildirdiyi tədqiq edildi. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı verdiyi ifadələri, eyni zamanda apellyasiya icraatı zamanı qismən məhkəmə istintaqı ilə keçirilən zaman apellyasiya baxışı zamanı əldə edilmiş anten dairəsinə dair məlumatlar, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya baxışında işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, həmçinin apellyasiya baxışı zamanı qismən istintaq keçirtməklə aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini; bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər, külli miqdarda törədildikdə isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə apellyasiya şikayətinin dəlillərini, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apellyasiya baxışı zamanı çıxışlarının dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə düzgün tövsüf edilmiş, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması göstərilərək, ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir ki, məhkəmə kollegiyası təyin edilmiş həmin cəzanı ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçilərinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-157/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 157/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-25/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-25/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver