Məhkəmə qərarları › İş №1(103)-252/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-252/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-252/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Fərid Qələmşah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1677/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1677/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Samir Əliyev, hakimlər Cavid Hüseynov və Eldar İsmayılov) xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Göyçay rayonu, Ləkçılpaq ərazi dairəsinin Ləkçılpaq kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 09 iyun 2022-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edərək, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahə nömrəsiz ünvanda yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq cəmi 53 ədəd, ümumi çəkisi 14965,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkilərinə xüsusi aqrotexniki qaydada qulluq göstərərək külli miqdarda kultivasiya etmiş, kultivasiya etdikdən sonra həmin çətənə (kannabis) bitkilərindən təmiz çəkisi 10400,0 qramını qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq əldə etməklə, yaşadığı evin həyətində yerləşən saxlanc yerində kisədə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 22:50 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvandakı həyətyanı sahəsinə xx.xx.2022-ci il tarixdə, saat 00:30-da keçirilən baxış zamanı həyətdəki sahədə daş hasara yaxın yerdə taxta ilə əhatə olunmuş torpaqda sintetik kisələrlə əkilmiş 53 ədəd ümumi çəkisi 14965,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin həyətdə olan saxlanc yerində isə tərkiblərinə görə 53 ədəd çətənə bitkiləri ilə eynilik təşkil edən sintetik torbada qurudulmuş vəziyyətdə təmiz çəkisi 10400,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, cinayət işinə ədalətli baxılmasını, evli olmasını, himayəsində azyaşlı övladlarının olmasını və İİ qrup əlil olmasını nəzərə alaraq, işinə düzgün baxılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, ona uyğun çıxış edərək, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bildiyini, Cinayət Məcəlləsinin 234.4.3-jü maddəsi ilə isə təqsirli bilmədiyini, yaşadığı evin həyətində yerləşən saxlanc yerində kisədə aşkar olunmuş 10400,0 qram olan qurudulmuş marixuananın ona məxsus olmadığını, məhkəmə kollegiyasından JM-nin 234.4.3-jü maddəsi ilə ona bəraət verilməsinə, JM-nin 237.2.3-cü maddəsi ilə isə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi X3 məhkəmə kollegiyasından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs JM-nin 234.4.3-jü maddəsi ilə bəraət verilməsinə, JM-nin 237.2.3-cü maddəsi ilə isə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı şikayətin təmin edilməməsini, eyni zamanda, hökmün nətijə hissəsinin dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə dair müddəanın hökmdən xaric edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiə tərəfinin şikayətin təmin edilməsi, dövlət ittihamçısının isə şikayətin təmin edilməməsi haqda çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1677/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli hökmü nətijə hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsinə dair müddəa hökmdən xaric edilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edərək, külli miqdarda kultivasiya etməsi, kultivasiya etdikdən sonra həmin çətənə (kannabis) bitkilərindən narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq əldə etməsi, saxlaması şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmənarkoloji ekspertizasının rəyləri, baxış, götürmə kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və məhkəmə tərəfindən onun həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04” mart 2011-ci il tarixli Qərarının 9-ju bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, yəni Təqsirləndirilən şəxs ikinci qrup əlil olmasını və himayəsində bir azyaşlı uşağının olmasını və əməlində cəzasını ağırlaşdıran halın olmamasını kifayət qədər nəzərə almaqla həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən əlavə hər hansı bir hal müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ali Məhkəmənin yuxarıda qeyd olunan Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət işi materiallarinda olan məhkəmə narkoloji ekspertizasinin 26 iyul 2022-ci il tarixli, 3557 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmasi məsləhət görülür. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1677/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli hökmü nətijə hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə dair müddəa hökmdən xaric edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1677/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli hökmü nətijə hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə dair müddəa hökmdən xaric edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 10 saat üçün cəmi 60 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar