Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-257/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X22, Müdafiəçilər - X7, Müdafiəçi2, X5, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi və vəkili X9, Zərərçəkmiş şəxs1, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs iştirakıları ilə, 13 avqust 1959-cu il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “İşıq İnşaat’’ və "xxxx" MTK-ların təsisçisi və faktiki rəhbərliyi həyata keçirən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(101)-468/2020 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəsinə (bundan sonra apellyasiya şikayəti), məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi1 Humsi oğlu ilə Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlu iki epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, 7 aprel 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin həmin tarixdən təsisçisi olmaqla təşkilatisərəncamverici funksiyaları yerinə yetirən və həmin cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2008-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs1 özünün təsisçisi olduğu "xxxx" MMC-nin tikinti layihələrinə pul vəsaiti qoyduğu təqdirdə yaxşı gəlir verəcəyini yalandan bildirib sonuncuda inam yaratmaqla onu aldadaraq həmin adla Zərərçəkmiş şəxs1 22 dekabr 2008-ci il tarixdə "xxxx" MMC-nin ünvan 3 ünvanında inşa etdiyi 16 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisdə 210.000 (iki yüz on min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 168.420 (bir yüz altmış səkkiz min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitini alıb inandırmaq üçün aldığı pula zəmanət qismində ünvan 3 ünvanında özünün inşa etdiyi 16 mərtəbəli binanın «B» blokunun 1-ci mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 139,42 m2 olan 153.360 manat dəyərdə 4 otaqlı mənzili Zərərçəkmiş şəxs1 arvadı Şahid5 Qeysər qızının adına alqı-satqı müqaviləsi əsasında sənədləşdirəcəyini bildirib aldığı pulu qaytardıqdan sonra həmin mənzilin geri qaytarılacağını razılaşmaqla sonuncu ilə özü arasında 22 dekabr 2008-ci il tarixli 107/26-06m nömrəli alqı-satqı müqaviləsi bağlayıb, Zərərçəkmiş şəxs1 bir müddət sonra pul vəsaitinin geri qaytarılmasını tələb etdikdə isə buna çətinlik çəkdiyini, lakin Şahid5 adına sənədləşdirdiyi 68 saylı mənzili satmaqla həmin pulu qaytara biləcəyini yalandan bildirib sonuncuların buna dair razılığını aldıqdan sonra həmin mənzili təkrarən 17 oktyabr 2013-cü il tarixdə 107/26-68 nömrəli müqavilə ilə X17 153.360 (bir yüz əlli üç min üç yüz altmış) manata satılmasını təmin etdikdən sonra əldə olunmuş pul vəsaitindən Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul vəsaiti ödəməyib, Zərərçəkmiş şəxs1 aldığı 210.000 (iki yüz on min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 168.420 (bir yüz altmış səkkiz min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitini öz şəxsi məqsədlərinə sərf edərək sonuncuya məxsus həmin pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "İşıq İnşaat” MMC-nin təsisçisi olmaqla həmin cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə həmin cəmiyyət tərəfindən 2003-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə inşa olunmaqla 2008-ci ildə inşası başa çatmış 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 424,13 m2, yaşayış sahəsi 205,81 m2 olan 6 otaqlı mənzilin 14 iyul 2005-ci il tarixli 97 nömrəli müqavilə əsasında Şahid1 satılmasına və həmin mənzilin 11.06.2013-cü il tarixli 97(14) nömrəli müqavilə əsasında 254.460 (iki yüz əlli dörd min dörd yüz altmış) ABŞ dollarına sonuncuya satılmasını bir daha rəsmiləşdirərək tərtib olunmuş alqı-satqı müqaviləsini şəxsən imzalamaqla təsdiq etməsinə baxmayaraq, 2014-cü ilin yay aylarında "xxxx" MMCnin digər təsisçisi və Şahid1 əri olan Zərərçəkmiş şəxs2 ilə Şahid1 adına rəsmiləşdirilmiş qeyd olunan mənzilin Zərərçəkmiş şəxs2 MMC qarşısında olan öhdəliyinin icrası kimi MMC-nin sərəncamına verilməsi və bunun qarşılığında MMC-nin Şahid1 140.000 (bir yüz qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 109.816 (bir yüz doqquz min səkkiz yüz on altı) manat məbləğində pul verəcəyini yalandan bildirib, Şahid1 məxsus həmin mənzili 830.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 647.400 manat məbləğində qiymətləndirib, 140.000 ABŞ dolları həmin dövrün rəsmi məzənnəsi ilə 109.816 manat məbləğində qalan borcu isə 15.09.2014-cü il tarixdə X26, Zərərçəkmiş şəxs2, özü və MMC-nin digər məsul şəxsləri arasında «razılaşma protokolu bağlayaraq protokolun 2 və 5-ci bəndlərinə əsasən X18 "xxxx" MMC-nin 417 m2-ə görə 130.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 101.400 manat, 7,1-3 m2-ə görə isə 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.800 manat ödənildikdən sonra Şahid1 Ramiz qızının həmin müqaviləni imzalaması və qeyd olunan mənzilin yalnız bundan sonra satılması barədə razılaşmaqla Şahid1 pul ödənilməyənə qədər mənzili satmayacağını, mənzil satıldığı təqdirdə İsə ilk olaraq həmin pulun ödənilməsi barədə öz üzərinə öhdəlik götürüb yalan vədlər verməklə qeyd olunan mənzili Şahid1 məlumatı və razılığı olmadan 30 aprel 2015-cİ il tarixli 97(14)-1 nömrəli müqavilə bağlamaqla Şahid3 466.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 488.694,2 manata (dörd yüz səksən səkkiz min altı yüz doxsan dörd manat İyirmi qəpiyə) satılmasını həyata keçirdikdən sonra əldə olunmuş qeyd edilən pul vəsaitindən Şahid1 heç bir məbləğdə pul vəsaiti ödəməyərək mənzilin başqa şəxsə satılmasını sonuncudan gizlədib, Şahid1 pulu tələb etdikdə isə özünün etibarlı və vədinə əməl edən şəxs olması görüntüsü yaratmaq üçün həmin mənzilin guya satılmamasını, mənzilin pulunu hissə-hissə ödəyəcəyini, bu mümkün olmadığı halda isə həmin mənzili geri qaytaracağını yalandan bildirib, sonuncu ilə 23.10.2017-ci İl tarixdə barışıq sazişi imzalanmasına nail olub özünün cinayətkar əməllərinin aşkar olunmaması və barəsində şikayət edilməməsi üçün bir neçə ay ərzində hissə- hissə olmaqla 24.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 18.720 manat məbləğində Şahid1 pul ödəyib, sonuncuya məxsus 109.816 (bir yüz doqquz min səkkiz yüz on altı) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim F.Ə.Qəniyevin sədrliyi ilə, hakimlər M.A.Xankişiyev və İ.A.Mahmudovdan ibarət tərkibdə) 15 oktyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 12 (on iki) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 04 (dörd) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuş, davranışı üzərində nəzarət Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçirilməklə təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmış, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı hissədə cinayət hadisəsi olmadığından, həmin epizod üzrə ona ona bəraət verilmiş, bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmuş, İbtidai istintaq mərhələsində Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159.000 (bir yüz əlli doqquz min) manat və 60.000 (altmış min) ABŞ dolları pul vəsaitləri Təqsirləndirilən şəxs qaytarılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və ekspertiza xərci məsələsi də həll edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 apellyasiya protesti verərək hökmün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı cinayət hadisəsi olmaması əsası ilə ona bəraət verilməsi hissəsində ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə məhkum olunmasına dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmündən göründüyü kimi Təqsirləndirilən şəxs cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus 210.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 168.420 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi ittihamı üzrə bəraət verilməsi yalnız təqsirləndirilən şəxsin özünün müdafiə xarakterli ifadəsinə, həmçinin etibarlılığı mübahisə doğuran digər sübutlara əsaslanılmış və məhkəmə belə hesab etmişdir ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasındakı mübahisə borc məsələsidir. Belə ki, məhkəmənin əsaslandığı əsas sübut növündən biri olan Təqsirləndirilən şəxs qeyd olunan ittiham üzrə məhkəmə baxışı zamanı verdiyi ifadənin qısa məzmunundan belə görünür ki, onun uşaqlıq dostu olan Zərərçəkmiş şəxs1 2008-ci ildə görüşlərin birində öz təşəbbüsü ilə bankda depozitdə təxminən 150.000- 200.000 manat məbləğində nağd pulu olduğunu, həmin pulu onun biznesinə yatırmaqla daha yüksək, yəni aylıq 18%-lə gəlir əldə etmək istədiyini bildirmiş, o, həmin vaxt işlərinin yaxşı getdiyini və pula ehtiyacı olmadığını Fikrətə bildirmiş, lakin Fikrətin təkidlərindən, həmçinin dostluqlarına görə sonuncunun təklifi ilə razılaşmışdır. Fikrət həmin vaxt ona 120.000 manat pul vermişdir. Daha sonra, 2008-ci ilin dekabr ayında isə qayınanasına məxsus olduğunu bildirdiyi əlavə 30.000 ABŞ dolları məbləğində pul gətirərək ona vermiş, bu zaman qayınanasının öz pullarına görə narahat olduğunu, girov istədiyini bildirmiş, o da Fikrətin verdiyi pulların əvəzində ona təsisçisi olduğu "xxxx" MMC tərəfindən inşa edilmiş binadan Fikrətin arvadı Afaq xanımın adına müqavilə bağlanmaqla mənzil vermişdir. 2013-cü ildə Fikrət ona əlavə 150.000-200.000 manat arasında pul verəcəyini bildirmiş, lakin ümumi pulun məbləğinin çoxluğunu nəzərə alaraq ondan daha dəyərli girov istəmişdir. O, da bu təkliflə razılaşaraq Fikrətə əvvəl girov qismində verdiyi mənzilə dair müqaviləni sonuncunun razılığı ilə ləğv etmiş, əvəzində Fikrətə arvadı Afaqın adına müqavilə bağlamaqla girov qismində "xxxx" MMC tərəfindən inşa edilmiş binadan qeyri-yaşayış sahəsi vermiş, lakin Fikrət qeyd etdiyi pulu gətirə bilmədikdə o, həmin qeyriyaşayış sahəsinə dair tam ödənişlə bağlı maliyyə arayışını verməmişdir. Beləliklə, Fikrət tərəfindən ona verilmiş 120.000 manat və 30.000 ABŞ dolları depozitə görə o, 2008-ci ildən 2015-ci ilədək olan müddət ərzində hər ay təxminən 2150 manat pul vermişdir. Lakin 2015-ci ildə manatın devalvasiyasından sonra Fikrət ona verdiyi depozit məbləği yeni məzənnə ilə dollarla qaytarmasını istəmiş, o isə Fikrətə depozitinin 120.000 manatla, 30.000 isə ABŞ dolları ilə olmasını xatırladaraq onsuz da yüksək faizlə ona pul verdiyini deyib bu təklifə dərhal etirazını bildirmişdir. Fikrət və arvadı ümumi məbləği 180.000 ABŞ dolları kimi müəyyənləşdirmək istəyində olduqlarını deyib ona bu rəqəmi qəbul etdirmək istəmişlər. O da bu təkliflə də razılaşmayıb ana məbləği qaytaracağını bildirmişdir. Bundan sonra ödəyəcəyi məbləğlərin artıq ana məbləğə aid olacağını xəbərdar edərək ödənişlərə başlamışdır. Ödənişləri tez bir zamanda bitirmək üçün hətta onlara dəyərindən çox ucuz qiymətə bir neçə avtomobil də təklif etmişdir. Devalvasiyadan sonra yəni, 2015-ci ilin mart ayından sonrakı vaxt təxminən 4 ay ərzində Fikrətə hər ay 2900 manat olmaqla pul vermişdir. Həmçinin o, aldığı pulların bir qismi əvəzinə 2009-cu ildə dəyəri 50.000 manat olan “X50” markalı avtomobilini Fikrətə vermişdir. Avtomobilin dəyəri əslində bu rəqəmdən də xeyli yüksək olmasına baxmayaraq, dostu olduğu üçün bu 50.000 manatı simvolik olaraq razılaşmış, yəni ciddi güzəştə getməklə hesablamışdır. Amma sonradan bilmişdir ki, Fikrət həmin avtomaşının dəyərini ümumiyyətlə nəzərə almamış və borc puldan çıxmamışdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadəyə inanılsa belə, Zərərçəkmiş şəxs1 tərəfindən ona verilmiş ana məbləğin ödənilməsi öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs öz ifadəsindən belə görünür ki, o, Zərərçəkmiş şəxs1 onsuz da yüksək faizlə kifayət qədər ödəniş etmişdir, hətta onun qoyduğu depozit məbləğindən də çox, buna görə də ona borcu yoxdur. Təqsirləndirilən şəxs öz şahidlərinə əsaslanaraq guya faizləri ödəməsini təsdiq etməyə çalışsa da, ana məbləği də ödəməsinə dair heç bir sübut gətirə bilməmişdir. Bundan başqa məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Akif Cavadov, Qənbər Tağıyev, Seymur Həsənov, Elsevər Əliyev və Rövşən Kərimovun ifadələrinə istinad etməklə göstərmişdir ki, guya həmin şəxslər tərəfindən mütəmadi olaraq Zərərçəkmiş şəxs1 depozit pulunun əvəzində verilməli olan aylıq pullar Təqsirləndirilən şəxs göstərişi əsasında şəxsən Zərərçəkmiş şəxs1la görüşərək təqdim edilmişdir. Lakin iş materiallarından görünür ki, həmin şəxslər Cavanşir İbrahimovla birbaşa əlaqəli olmaqla sonuncunun maraqlarını müdafiə edən şəxslərdir. Bundan başqa məhkəmənin hökmünün bəraətə dair hissədə əsassızlığı zərərçəkmiş şəxs Fikrət İbarhimovun və Şahid5 Qeysər qızının ifadələrində göstərdikləri dəlillərlə də sübut olunur. Bundan başqa ibtidai istintaq zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 15.09.2014-cü il tarixli razılaşma protokolundan görünür ki, 01.01.2016-cı il tarixdən 30.09.2017-ci İl tarixədək qarşılıqlı razılaşma əsasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 40.300 ABŞ dolları almışdır. Həmin protokoldakı imzalara dair ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 16.01.2020-ci il tarixli 413 saylı rəyindən görünür ki, 30.09.2017-ci il tarixli Razılaşma protokolunun kserosurətində “Təqsirləndirilən şəxs” yazıları qarşısında olan imza – Təqsirləndirilən şəxs tərəfindən, “Zərərçəkmiş şəxs1” yazıları qarşısında olan imza Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmuşdur. Qeyd olunan razılaşma protokolu ilə bağlı məhkəmə öz hökmündə onun törədilmiş cinayətin sübutu kimi nəzərə alınmalı olmaması qənaətinə gələrək göstərmişdir ki, bu sadəcə tərəflər arasında razılaşma əsasında müəyyən dividend əvəzində verilmiş borc məbləğinin bir hissəsinin ödənilməsini göstərir ki, bunu tərəflər özü də təsdiq edilər. Lakin məhkəmə nəzərə almamışdır ki, birincisi təqsirləndirilən şəxs Cavanşir Quliyev Zərərçəkmiş şəxs1 cinayətin predmeti olan pul məbləğini aldıqdan sonra vədinə əməl etməyərək razılaşdırılmış dividendləri verməmişdir. Belə olan halda hər-hansı borcdan söhbət gedə bilməz. Həmçinin Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində qeyd etmişdir ki, həmin protokolda qeyd olunduğu kimi 01.01.2016-cı il tarixdən - 30.09.2017-ci il tarixədək deyil, 2013-cü ildən 2017-ci ilədək Təqsirləndirilən şəxs ona 40.300 ABŞ dolları vermişdir. O, protokolu oxumadan imzaladığından həmin dövrə fikir verməmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 22 dekabr 2008-ci il tarixli 107/26-06m nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Şirəliyev X6 Afaq Qeysər qızına ünvan 3 ünvanında 16 mərtəbəli binanın «B» blokunun 1-ci mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 139,42 m2 olan 153.360 manat dəyərdə 4 otaqlı mənzili satmış, həmin mənzili 17 oktyabr 2013-cü il tarixdə 107/26-68 nömrəli müqavilə ilə X2. Məhkəmə qeyd olunan sənədi də Təqsirləndirilən şəxs təqsirinin sübutu kimi qəbul etməkdən imtina edərək hökmdə göstərmişdir ki, bu sənədləşmələrin tərtibində ibtidai istintaq orqanı tərəfindən cinayət xarakterli əməl müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda və ittiham aktında ibtidai istintaq orqanı qeyd olunan mənzilin Fikrət və Şahid5ların “razılığı alınmaqla satıldığı” sübuta yetirilmiş hal kimi qiymətləndirmişdir. Bununla belə, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında Təqsirləndirilən şəxs həmin mənzili qardaşına bağışladığını və bunun müqabilində hər hansı məbləğdə pul almadığını bildirmişdir. Təqsirləndirilən şəxsin qardaşı X27 da bu xüsusatı birmənalı təsdiq etmişdir. Ancaq məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, Təqsirləndirilən şəxs həmin mənzili sataraq guya Zərərçəkmiş şəxs1 pulunu ödəyəcəyini vəd etmiş, sonuncu onun sözlərinə inanaraq müqavilənin ləğvinə razılıq verilmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin mənzili qardaşı Mürsəl Şirəliyə satmasına baxmayaraq əldə edilmiş puldan Zərərçəkmiş şəxs1 heç bir ödəniş etməmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs və qardaşı Mürsəl Şirəlinin ifadələrinə əsaslanmaqla guya həmin mənzilin sonuncuya satılmaması, bağışlanması qənaətinə gəlmişdir. X3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsindən görünür ki, 2013-cü ildə qardaşı Cavanşir ona təsisçisi olduğu "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında inşa etdiyi 16 mərtəbəli binanın «B» blokundan, yəni binanın 1- ci mərtəbəsindən ümumi sahəsi 139,42 kv/m olan mənzili ona satmışdır. Həmin mənzili qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirərək fəaliyyətini orada davam etdirmişdir. Şahid5 Qeysər qızı və onun ailəsini, o cümlədən əri Zərərçəkmiş şəxs1 o və qardaşı Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyırlar və hər zaman onlarla yaxşı münasibətləri olmuşdur. Sonradan eşitdiklərinə əsasən ona məlum olmuşdur ki, qardaşı Cavanşirlə Fikrət arasında pul haqq-hesabları olmuş və Fikrət qardaşı Cavanşirin barəsində şikayət etmişdir. Qardaşı tərəfindən ona satılan mənzilin 22 dekabr 2008-ci il tarixli, 107/26-06m saylı müqaviləyə əsasən Şahid5 Qeysər qızına məxsus olmasından onun məlumatı olmamışdır. Göründüyü kimi Mürsəl Şirəli məhkəmə baxışı zamanı verdiyi ifadəsində mənzilin ona bağışlamasını bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində həmin mənzilin ona məhz satılmasını göstərmişdir. Məhkəmə isə öz növbəsində həmin ziddiyyəti aradan qaldırmadan yalnız məhkəmədə verilmiş ifadəyə əsaslanmışdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 15.11.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasından əldə edilmiş məlumatlara əsasən, “X50” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.08.2005-ci il tarixdə 01900/5080522 nömrəli 13.08.2005-ci il tarixli yük gömrük bəyannaməsi (ANGİ-nin) əsasında Bakı şəhəri, Yasamal rayonu,Tiblisi prospekti 1058 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. 07.12.2009-cu il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adından qeydiyyatdan çıxarılmış və yeni **-GH-*** (məktubda səhvən **-DH-*** dövlət qeydiyyat nişanı göstərilib) dövlət qeydiyyat nişanı təhkim olunaraq ünvan 6 ünvanında qeydiyyatda olan Şahid5 Qeysər qızının adına təkrar dövlət qeydiyyatına alınmışdır. 17.09.2008-ci il tarixdə **-HU-*** dövlət qeydiyyat nişanlı “Toyota Camry” minik avtomobili "xxxx" MMC-nin hesabına keçmişdir. Cinayət işinin materiallarından görünür ki, həmin MMC- nin təsisçisi Təqsirləndirilən şəxsdir. Məhkəmə qeyd olunan sənədlə bağlı da Təqsirləndirilən şəxs ifadəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, sonuncu ona verilən borcun əvəzində özünə məxsus “X50” markalı avtomobilini Zərərçəkmiş şəxs1 vermişdir. Lakin Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonunun Avaxi kəndi ərazisində ona məxsus torpaq sahəsindən 25 sotunu verməyini xahiş etmişdir. Həmin torpağın əvəzində isə Cavanşirə məxsus «X50» markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobili ona versin, o da «Toyota Camry» markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilini Cavanşirə versin. Nəticədə onlar həmin avtomobilləri dəyişmişlər və o, bunun üçün əlavə olaraq "xxxx" MMC-nin hesabına xatırlamadığı məbləğdə pul ödəmişdir. Çünki, onların hesablamalarına görə Cavanşirin ona verdiyi «X50» markalı avtomobilin dəyəri onun Cavanşirə verdiyi «Toyota Camry» markalı avtomobildən çox idi. Qeyd olunanları Şahid5 da öz ifadəsində təsdiq etmişdir. Bundan başqa məhkəmə qeyd olunan faktla bağlı Təqsirləndirilən şəxs öz ifadəsindəki ziddiyyətə fikir verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd edir ki, özünə məxsus «X50» avtomobilini Fikrətə borc əvəzində vermişdir. Lakin həmin avtomobilin Zərərçəkmiş şəxs1 arvadı Şahid5 adına rəsmiləşdirilməsinə dair müqavilədən göründüyü kimi həmin əməliyyat 2009-cu il tarixdə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs öz ifadələrində isə göstərir ki, onun Fikrətlə pula görə mübahisəsi yalnız 2015-ci ildə manatın devalvasiyasından sonra başlamışdır. Belə olan halda Təqsirləndirilən şəxs hələ 2009-cu ildə özünə məxsus «X50» markalı avtomobili borcun əvəzi kimi Zərərçəkmiş şəxs1 bağışlaması anlaşılan deyildir. Məhkəmə öz hökmündə sübutlara qiymət verərəkən belə bir nəticəyə gəlmişdir ki, faktiki olaraq ibtidai istintaq orqanının gəldiyi nəticə və məhkəmə araşdırmasının müəyyən etdiyi mübahisəsiz hal ondan ibarətdir ki, Zərərçəkmiş şəxs1 müəyyənləşdirdiyi əlavə faizləri almaqla gəlir əldə etmək məqsədilə Təqsirləndirilən şəxs konkret məbləğdə pul vermişdir. Zərərçəkmiş şəxs kimi tanımış Zərərçəkmiş şəxs1 bu məqamı həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında tərəddüdsüz təsdiq etmiş, həm də verdiyi pulun faizlərini konkret müddət ərzində, konkret şəxslərdən və məbləğlərdə aldığını etiraf etmiş, bununla bərabər pulunun tam ödənilmədiyini israr etmişdir. Göründüyü kimi məhkəmə öz hökmündə təhrifə yol vermişdir. Belə ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pulu sonuncunun təklifi ilə vermiş və bu zaman alınacaq dividendin faizini o, müəyyən etməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 Cavanşir Quliyevin adamları vasitəsilə müəyyən vaxtlarda ona pul göndərilməsini təsdiq etsə də, bunun verilmiş pula görə faizlər olmadığını, ana məbləğdən çıxıldığını göstərmişdir. Bundan başqa məhkəmə hökmdə qeyd edir ki, dələduzluq cinayətinin baş verməsini təsdiq edəcək yetərli sübutlar kimi istinad olunması mümkünsüz olan ər- arvadın (Zərərçəkmiş şəxs1 və Şahid5) ifadələri isə öz aralarında kifayət qədər ziddiyyətlidir. Məhkəmənin hökmündə göstərilir ki, Zərərçəkmiş şəxs1 öz ifadəsində Təqsirləndirilən şəxs pulu vermək üçün 2008-ci ilin dekabr ayının 22-də həyat yoldaşı, qaynanası, Elçin adlı sürücüsü ilə birlikdə Cavanşirin ofisinə getdiklərini, müavini Vüqara zəng vurub bankdan depozitdən bütün məbləği çıxardıb gətirməsini tapşırdığını, müavini Vüqarın qeyd etdiyi bütün məbləği çıxarıb ofisə gətirib onlara verdiyini və özünün də həmin məbləği Təqsirləndirilən şəxs verdiyini göstərmişdir. Amma Şahid5 həmin hissədə həyat yoldaşı Zərərçəkmiş şəxs1 tam fərqli ifadə verərək pulu vermək üçün Təqsirləndirilən şəxs ofisinə Fikrət, özü və anasının üçünün birlikdə getdiklərini, oraya gedərkən sürücünün xidmətindən istifadə etmədiklərini və avtomobili Fikrətin özünün idarə etdiyini, Fikrət bank filialının müdiri olarkən onun müavini işləmiş Vüqarı şəxsən tanıdığını və onlar pulu Cavanşirə verərkən Vüqarın orada ümumiyyətlə iştirak etmədiyini və oraya pul gətirmədiyini bildirmiş, pulu oraya Fikrətin zəngindən sonra sürücünün gətirdiyini, pul veriləndə də sürücünün içəridə olmadığını və bu prosesi görmədiyini qeyd etmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs1 ifadəsilə iş üzrə şahid olan arvadı Şahid5 İfadəsi arasındakı ziddiyyətin işin mahiyyətinə heç bir aidiyyəti yoxdur. Belə ki, verilmiş ittihamın təsdiqi kimi Zərərçəkmiş şəxs1 Elçin adlı sürücüsünün, eləcə də, onun müavini olmuş Vüqar adlı şəxsin ifadələrinə istinad edilməmiş, sübutlar siyahısına salınmamış, məhkəmə zamanı da onların ifadəsinin alınması üçün ittiham tərəfindən müraciət olunmamışdır. Beləliklə, məhkəmə cinayət işi üzrə heç bir əhəmiyyət daşımayan zərərçəkmiş şəxslə şahidin ifadələri arasındakı ziddiyyəti qabartmaqla guya ittiham üzrə sübutların zəifliyini ortaya qoymağa cəhd etmişdir. Belə bir cəhd hökmdə növbəti məqamda da özünü göstərir. Hökmdə qeyd olunur ki, məhkəmə hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 şikayəti ilə bağlı cinayət işi başlananadək olan mərhələdə aparılmış araşdırma üzrə bəzi xüsusatları qeyd etməyi də zəruri hesab edir. Belə ki, Zərərçəkmiş şəxs1 19.02.2018-ci il tarixli ərizə ilə Bakı şəhəri Baş Polis İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs onun pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmiş və ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən bu ərizə ilə bağlı uzun müddət ərzində araşdırma aparılmış, nəticədə həmin idarə tərəfindən 15.05.2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərarda araşdırma zamanı aşkar edilmiş bütün məqamlar üzrə geniş şərh verilməklə mübahisənin mülki mühakimə icraatının predmeti olması göstərilmişdir. Göründüyü kimi məhkəmə ibtidai istintaq orqanı tərəfindən verilmiş həmin qərarı qeyd etməklə özünün Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasındakı pul mübahisəsinin mülki münasibətlərə aid olmasına dair gəldiyi nəticə ilə Zərərçəkmiş şəxs1 ilkin ərizəsi üzrə araşdırma aparmış ibtidai istintaq orqanının gəldiyi nəticənin üst-üstə düşməsini önə çəkməyə çalışmışdır. Halbuki, hökmdə də qeyd olunduğu kimi və cinayət işinin materiallarından da görünür ki, 03.10.2019-cu il tarixdə Bakı şəhər prokurorunun birinci müavini şərh olunan qərarı ləğv etmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs1 ərizəsində göstərilən xüsusatlarla bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaqı aparılmışdır. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi1 Humsi oğlu ilə Müdafiəçi2 birgə imzalamaqla apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-cı il tarixli hökmünü ləğv edərək cinayət işi üzrə Şahid1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı hissədə cinayət hadisəsi olmadığından onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əlaslandırılmışdır ki, məhkəmənin Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 verilmiş ittiham üzrə çıxardığı hökm Azərbaycan Respublikası CPM-nin 346, 349 və 353-cü maddələrinin tələblərinə tamamilə zidd çıxarılmışdır. Belə ki,məhkəmə ibtidai istin taqın topladığı və əsaslandığı sübutların məhkəmə istintaqında şübhəli və bir-birinə ziddiyyət təşkil etməklə təsdiq olmamasına baxmayaraq Təqsirləndirilən şəxs verilmiş ittihamı,habelə zərərçəkmiş in və şahidlərin həmin epizod üzrə ifadələrini və işin sair sənədlərini ardıcıllıqla sadalamaqla və hüquqi cəhətdən şərh etmədən iş üzrə əsassız olaraq ittiham hökmü çıxarmışdır. Hüquqlarını müdafiə etdiyimiz Təqsirləndirilən şəxs məhkəmədə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə işə baxarkən Şahid1 epizod ilə bağli təqdim etdiyimiz mötə bər sübutları və faktları düzgün qiymətləndirməmişdir.Belə ki, işi aparan istintaqin və zərərcəkmiş şəxsin mövqeyi ümümiyyətlə əvvəldən qərəzli olmış, mülki-hüquq münasibətləri ilə tənzimlənən öhdəliklərin yaranmasindan irəli qələn münasibətləri cinayət işinə çevirməklə əsassız ittihamin yaranmasına səbəb olmuşlar. Belə ki, ittahama əsasən guya Təqsirləndirilən şəxs zərərçəkmiş Qənirə Eyubovaya 130-140 min borcu yaranmiş və Şahid1 məxsus mənzil axınırcinin razliği və məlumatı olmadan satmayacaği barədə vədlər vermiş, onunla Qənirə Eyyubova arasında 15.09.2014-cü il və 23.10.2017-ci il tarixli barışıq sazişi bağlanmasına na il olmuş, Q.Eyvubovanın xəbəri və məlumatı olmadan ona məxsus mənzili sat m iş və özünün cinayətkar əməllərinin aşkar olunmaması və barəsində şikayət edilməmə si üçün bir neçə ay ərzində hissə-hissə 24 000 ABŞ dolları ödəmişdir. Məhkəmənin gəldiyi hu nəticə tamamilə yanlışdır. Belə ki,ödənilmiş 24.000 ABŞ dollarını Cavanşir Şir əl iy ev tərəfindən deyil,bütün ödəmə İşiq-İnşaat MMC tərəfindən həyata keçirilib. Məhkəmə bir fakta da düzgün qiymət verməm işdir.Belə ki, məntiq i sual ortaya çıxır ki, Qənirə Eyyubovcıya ödənilməli olan məbləğ 140.000 məbləğ haradan əmə lə gəlib və nəyə görə həmin məbləğ məhz 140.000 ABŞ dolları təşkil etmişdir.İş ma tericıllarından da göründüyü kimi Q.Eyyubovanın həyat yoldaşı Yus if Eyy uhov digər şəxslər o,cümlədən təqsirləndirilən şəxs Cavanşir Şir əl iy evlə b İr yerdə “İşiq İnşaat'’ MMC-nin təsisçisi olmuşlar və təşiçi olaraq tikilən binalarda tamamlama işlərini aparmaq üçün əlavə vəsaitin ödənilməsinə ehtiyac yaranmışdar.Belə olan halda Yusif Eyyubov təsiçi olaraq şirkətə borclu olduğu məbləği nəğdpul ilə deyil ona məxsus (uşaqları və həyat yoldaşının adında olan) əmlak ilə ödəmək qərarına gəlmiş,hətta əmlakın satiş qiyməti müəyyən olunmuş və həmin əmlak indiki vəziyyətdə Qənirə Eyyubovanın adına olan əmlak satıldıqdan sonra Yusif Eyyubo vun şirkətə olan borcu şirkətə ödənilməli, borc ilə (əvvəlcədən razılaşdırılmış) satış məbləği arasında olan fərq isə,yəni həmin o 140 000 ABŞ dolları Eyyubovlarin ailəsinə qayıtmalı idi. Yəni burdan görünür ki, 140 000 ABŞ dolları,əmlak satılan dan sonra yaranmalı idi və burda ittiham aktında göstərildiyi kimi hər hansı bir məlumat verməkdən,razılıq almaqdan və ya xəbərdarlıq etməkdən söhbət gedə bilməzdi. Məhkəmə hökmündə daha sonra qeyd edilir ki,qeyd olunan faktlar,ittihamda qeyd olunduğu kimi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişin “imzalanmasına nail olduğu” 15 sentyabr 2014-cü il tarixli “razılaşmaprotokolunda” da öz təsdi qini tapmışdır.Belə ki,ilk növbədə bildiririk ki,həmin protokol 6 nəfər şəxsin arasın da bağlanılmış,o cümlədən Qənirə Eyyubova və onun həyat yoldaş i Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs hətta "xxxx" MMC-nin deyil, "xxxx" MMC-nin rəhbəri kimi iştirak etmişdir. Razılaşmanın heç bir bəndində Təqsirləndirilən şəxs Qənirə Əyyubov aya pul borclu olması qeyd edilməmişdir.Bundan əlavə Bakı Şəhər Prokurorluğunda baş verən üzləşmə zamanı da Zərərçəkmiş şəxs2 və Qənirə Əyubova ifadələrində bildirdilər ki, bizim Cavanşir Şirəlivevə qarşi tələbimiz yoxdu. Bizim tələbimiz İşiqfnşaat MMC-yə qarşıdır. Bundan əlavə Cavanşir Şir əliyev ilə deyil, "xxxx" MMC ilə Qənirə Əyyu bova arasında bağlanmış 13 sentyabr 2017-ci tarixli barışıq sazişinin 3 cü həndi nə əsasən "xxxx" MMC Şahid1 borclu olduğu 140 000 ABŞ dollarını axırınsıya ayda 5000 olmaqla 28 ay ərzində,yəni 2020-ci il yanvar ayı nın 17-nə qədər ödəyəcəyini öhdəsinə götürmüşdür. Ancaq müqavilənin şərtlərinə zidd olaraq axırıncı saziş üzrə ödəmə müddətinin başa çatmasına hələ 2 ay qalmış Cavanşir Şirəliyəv həmin məbləğə görə 2019-cü ilin dekabr ayında cinayət məsuliyyətinə cəlb olunur və həbs olunur. Bundan əlavə,eyni vaxtda, yəni 2019-cu ilin noyabr-dekabr aylarında həmin 140 000 ABŞ dollarına görə “İşiq-İnşaat" MMC-nin X32 rov məhsul şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsi tərəfindən ********* saylı cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunur. Əgər "xxxx" MMC borcludusa və məsul şəxs kimi direktor Şahid2 cinayət məsuliyyətinə cəlb olunursa Təqsirləndirilən şəxsin "xxxx" MMC-nin müqavilə üzrə yaranmış borcuna görə cinayət məsuliyyətinə cəlb edilməsi hüquqlarını müdafiə etdiyimiz Təqsirləndirilən şəxs barəsində məhkəmənin ittihamedici əsaslarla çıxardığı hökmün qanunsuz və əsassız olmsasını göstərir. Hökmdən Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək Bakı Ağır Cinayətlər məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 1(101)- 468/2020 saylı iş üzrə hökmu qanunsuz və ədalətsiz olduğuna görə qismən “Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı hissədə cinayət hadisəsi olmadığından ona bəraət verilsin” hissəsində ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib ən ağır cəza həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasın barədə yeni hökm qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət törədilməsi iş materiallarında olan coxsalı sübutlarla tamamilə təsdiq edilmişdir və onun dələduzluq etməsi sübuta yetirilmişdir. Məhkəmə hökmündə Təqsirləndirilən şəxs ən ağır cəza təyin etmək əvəzinə ona heç bir əsas olmadan bəraət vermişdir. Məhkəmə nəzərə almamışdır ki, mən zərərçəkən şəxsə dəymiş ziyan ödənilməmişdir, mən şikayətçiyəm. Məhkəmə nəzərə almamışdır ki, əgər təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159000 (bir yüz əlli doqquz min) manat və 60000 (altmış min) ABŞ dolları pul vəsaitləri qoymuşdursa onda o özünü tam təqsirkar hesab etmişdir. Belə ki, məhkəmənin belə hökmü ilə mən zərərçəkmiş şəxs olaraq narazıyam, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ən ağır cəzanı tələb edirəm. Məhkəmə nəzərə almamışdır ki, zərərçəkmiş şəxsə dəyən zərər ödənilməmiş qalmışdır. Belə ki, məhkəmə hökm çıxararkən mənim mövqeyimi nəzərə almamışdır və iş materiallarında olan sübutlara lazımi hüqiqi qiymət verməmişdir. Buna görə də təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş qaydada həbs cəzası ilə ciddi cəzalanmasmı xahiş etmişdim. İş materiallarından göründüyü kimi, məhkəmə hökmünü bir cümlə ilə əsaslandırmağa çalışmışdır. Məhkəmənin bu qənaəti tamamilə absurddur və Cinayət Prosessual Məcəlləsinin tələblərinə ziddir. Beləliklə, mən zərərçəkmiş şəxs olaraq məhkəmə iclasında təqsirləndirilən şəxsin ciddi cəzalanmasmı istəmişəm. Lakin məhkəmə cəza ilə bağlı iş materiallarında olan ifadələri nəzərə almamışdır, iş üzrə əsassız hökm çıxartmışdır. Nəticədə mənim zərərçəkən kimi hüquqlarım kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi onun ifadəsindəki göstərdiyi halları nəzərə almadan bu və digər hallara lazımı hüquqi qiymət verməmişdir. Hökmdən zərərçəkmiş şəxs Şahid1 Ramiz qızı apellyasiya şikayəti verməmiş, məhkumun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz verərək həmin apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(101)-468/2020 nömrəli hökmünün ona aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X36 apellyasiya protestinin həmin protestdə göstərilən əsaslarla təmin edilməsini, hökmün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı cinayət hadisəsi olmaması əsası ilə ona bəraət verilməsi hissəsində ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə məhkum olunmasına dair yeni hökm çıxarılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X19 məhkumun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-cı il tarixli hökmünü ləğv edərək cinayət işi üzrə Şahid1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı hissədə cinayət hadisəsi olmadığından onun barəsində bəraət hökmü çıxarılmasını, apellyasiya protestinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətininin isə təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmünün qanunsuz və ədalətsiz olduğuna görə qismən, yəni “Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı hissədə cinayət hadisəsi olmadığından ona bəraət verilməsi” hissəsində ləğv edilməsini, Təqsirləndirilən şəxs həmin epizod üzrə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib ən ağır cəza həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasın barədə yeni hökm qəbul edilməsini xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında iştirak etmir. Məhkəmə kollegiyası cinayət işi üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti əsaslı olduğundan qismən təmin edilməli, Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti qismən təmin edilməli, müdafiə tərəfinin apellyasiya şikayəti isə təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(101)- 468/2020 nömrəli hökmü ləğv edilməli, cinayət işi üzrə yeni ittiham hökmü çıxarılmaqla Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan olunmuş iki epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməli, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı olan epizod üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməli, Zərərçəkmiş şəxs1 ilə bağlı olan epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə keçdiyindən həmin epizod üzrə cinayət məsuliyyətindən azad olunmaqla cəza təyini zamanı nəzərə alınmamalı, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində pul vəsaitindən 149.162,36 ABŞ dolları məbləğində pul vəsaiti həmin dövrün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla Zərərçəkmiş şəxs1 veriməli, depozit hesabına qoyulmuş qalan məbləğ Təqsirləndirilən şəxs qaytarılmalı, tərəflərə əmlak və digər tələbləri ilə bağlı ümumi qaydada iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməli, eləcə də cinayət işi üzrə maddi sübutların taleyi və ekspertiza xərci məsələsi də həll edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə də bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız, əksinə, onun Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə təqsirli olması barədə apellyasiya protestinin və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Belə ki, Zərərçəkmiş şəxs1 ilə yaxın dost olmaqla ailəvi gediş-gəlişləri olmuşdur. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs1 pulları tikinti işlərinə sərmayə kimi yatırıb qarışılıqlı olaraq qazanc əldə etmək üçün deyil, Zərərçəkmiş şəxs1 aid olan pulları ayrı-ayrı şəxslərə faizə (sələmə) verərək Fikrətə bir dost kimi qazanc vermək üçün almışdır. Pulları Fikrət ona öz təşəbbüsü ilə vermişdir. İlk dəfə Fikrət öz istəyi ilə ona 120000 manat pul vermiş və bu pulun qarşılığnda 18% olmaqla Fikrətə illik 21600 manat pul ödəməli olmuşdur. Fikrət həmin pulun ona 2008-ci ilin sonlarında "xxxx" MMC-nin ofisində vermişdir. Növbəti iki ayda, yəni noyabr-dekabr aylarında Fikrətə həmin məbləğin faizi kimi hər ay 1800 manat olmaqla cəmi 3600 manat pul vermişdir. 2008-ci ilin dekabr ayının sonlarında Fikrət yenidən onun yanına gələrək qaynanasının eyni şərtlə 30 min ABŞ dollarını faizə vermək istədiyini bildirmiş və ona əlavə olaraq 30 min ABŞ dolları vermişdir. Sonrdan Fikrət qaynanasının həmin pula görə narahat olduğunu bildirdikdə, o, həmin pulun qarşılığında girov kimi Fikrətin qaynanasının adına mənzil sənədləşdirməyi təklif etmiş və qarşılıqlı razılığa əsasən "xxxx" MMC-də Zərərçəkmiş şəxs1 arvadı Şahid5 adına mənzil sənədləşdirilmişdir. Yəni həmin vaxt Fikrətin, onun arvadının və ya qaynanasının nəzil almaq fikirləri olmamışdır. Fikrət 2008-ci ilin son iki ayından başlayaraq 2015-ci ilin ilk 4 ayı da daxil olmaqla müntəzəm şəkildə 120000 manatın - əslində isə 118000 manatın və 30000 ABŞ dollarının faizini almışdır. Dəqiq xatırlayır ki, 2013-cü ilin təxminən ortalarında Fikrət aldığı 18% sələm pulunu daha da artırmaq üçün ona verdiyi pulun həcmini artırmağı təklif etmişdir. Yəni, yenə də bu təklif Fikrətin özündən gəlmişdir. Belə ki, Fikrət verdiyi 118000 manat və 30000 ABŞ dollarından əlavə olaraq ona daha 150000-200000 manat civarında pul verməyi təklif etmiş, həm də bu zaman verəcəyi pulun müqabilində ondan daha artıq dəyəri olan girov qoymasını istəmiş, bu qisimdə qeyri-yaşayış sahəsi girov qoyulsa daha yaxşı olacağını bildirmişdir. O da Fikrətə əvvəlki mənzilin müqaviləsini ləğv edib "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tbilisi prospektində inşa edilən binadan 300 kvadrat metr sahəsi olan qeyriyaşayış sahəsini yazdırıb verə biləcəyini demişdir. Yenə bu halda da, yəni qeyri-yaşayış sahəsinin formal rəsmiləşdirilməsi təklifi ortaya gələndə də əvvəl olduğu kimi nə Fikrətin reallıqda onu almaq, nə də onun özünün satmaq fikri olmamışdır. Fikrət təkliflə razılaşmış və onun arvadı Afaq əvvəllər formal olaraq alqı-satqı müqaviləsi bağlanmış mənzildən imtina barədə ərizə vermişdir. Həmin vaxtlar qeyd olunan binada qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri təxminən 2000 manat olmuş, bu səbəbdən də 300 kvadrat metr qeyri-yaşayış sahəsinin dəyərini müqavilədə 600000 manat göstərmişdir. Çünki, Fikrət ona 2008-ci ildə verdiyi pula görə qaynanasının narahatçılığı səbəbilə tərəfindən arvadının adına girov kimi verilmiş mənzildən imtina edildiyindən və guya ona əlavə 200000 manata qədər pul verəcəyindən, o da bir jest olaraq hətta həmin məbləğlərdən yüksək dəyərdə - 600000 manat dəyərində qeyri-yaşayış sahəsini girov kimi təklif etmişdir. Təbii ki, Fikrət bu nisbətdə olan girovla dərhal razılaşmışdır. Onunla Şahid5 arasında müvafiq formal müqavilə tərtib olunub imzalansa da, Fikrət öz təşəbbüsü ilə illik 18% sələmə vermək istədiyi 200000 manatı ona əslində məlum olmayan səbəblərdən gətirib verməmiş, yalnız özünün hansısa problemləri ilə bağlı bunu edə bilmədiyini demişdir. Belə olan halda o da həmin qeyri-yaşayış sahəsinin guya pulunun ödənilməsi barədə müvafiq maliyyə arayışını da verməmişdir. Müqavilənin şərtlərində də ödəmə ilə bağlı həmin xüsusatlar dəqiq göstərilmişdir. Əlavə pulu gətirib verə bilmədikdə Fikrət köhnə qaydada ona aylıq faizləri verməkdə davam etməsini xahiş etmişdir. Amma imzalayıb onlara verdiyi müqavilənin bir nüsxəsi o vaxtdan Fikrətgildə qalmışdır. O da elə bir əhəmiyyəti olmadığı üçün həmin nüsxəni geri tələb etməmişdir. Artıq həmin vaxta kimi o, Fikrətə külli miqdarda pul ödədiyi üçün sonuncu ondan daha girov kimi başqa əmlak istəməmişdir. Bir az əvvəldə qeyd etdiyi kimi bundan sonrakı müddət ərzində o, 2009-cu ilin yanvar ayından başlayaraq 2015-ci ilin əvvəllərinə, yəni birinci devalvasiyaya qədər Fikrətə hər ay 2150 manat pul vermişdir. Beləliklə, o, Fikrətə 74 ay 2150 manatdan cəmi 159100 manat pul vermişdir. 2008-ci ilin noyabr-dekabr aylarında verdiyi 3600 manat da buna əlavə edildikdə Fikrətə tam olaraq cəmi 170000 manat civarında faiz ödəmişdir. Bu isə ABŞ dollarının o vaxtkı kursu ilə təxminən 220000 ABŞ dolları məbləğindədir. Fikrətdən aldığı pulları kimlərə faizə verdiyini xatırlamır. Zərərçəkmiş şəxs1, eləcə də Zərərçəkmiş şəxs2 heç vaxt aldatmaq və ya etibarlarından sui-istifadə edərək əmlaklarını ələ keçirtmək niyyəti olmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Göstərilənlərə əsasən, hökmün zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə bağlı olan epizodu üzrə ləğv edilməsini, həmin hissədə də ona bəraət verilməsini, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə hökmün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 2006-cı ildən 2010-cu ilə kimi hazırda fəaliyyəti dayandırılmış “Bank of Azerbaijan” bankının 15 saylı filialının müdiri vəzifəsində çalışmış, həmin illərdə ona və ailə üzvlərinə məxsus olan müəyyən məbləğlərdə pulu müdiri olduğu filialda qayınanası Elianora Xəlilovanın və arvadı Şahid5 adına 18 faizə depozitə qoymuşdur. Təqsirləndirilən şəxs ilə uzun illərdir ki, ailəvi dostluq edirlər. 2008-ci ilin dekabr ayında Cavanşirə bağını satmaq fikrində olduğunu söylədikdə sonuncu biznesində nəğd pul çatışmamazlığı səbəbindən geriləmə olduğunu, çoxsaylı əmlakları olsa da, nəğd pula ehtiyacı olduğunu, ona böyük məbləğdə pul versə, o həmin pulu biznesinə yatıraraq işləri qaydasına düşəndən sonra ona həm pulu qaytara biləcəyini, həm də əlavə gəlir verə biləcəyini bildirmişdir. Həmin dövrdə pulu olduğundan və Cavanşirə etibar etdiyindən həm Cavanşirə kömək etmək, həm də əlavə gəlir əldə etmək qərarına gəlmişdir. Cavanşirə pulunun bankda olduğunu və ona divident gətirdiyini dedikdə Cavanşir ona bankın verdiyi dividentdən də yüksək məbləğdə gəlir verəcəyini demişdir. Cavanşirin təklifi barədə gəlib evdə bildirdikdə, qaynanası etirazını bildirmiş, Cavanşiri tanımadığını, əvəzində girov qoyacağı halda razılaşacağını demişdir. Həmin vaxt qaynanasının, həyat yoldaşının və özünün adına depozitdə cəmi 210000 ABŞ dolları pul olmuşdur və həmin məbləğlərin hamısını depozitdən çıxararaq ofisdə Cavanşirə vermişlər. Cavanşir daxili telefondan Elçin Babayev ad-soyadlı, sonradan direktor olduğunu bildiyi şəxsi çağırmış və ona 2 müqavilə hazırlamasını, 1-ci və 7-ci mərtəbədə olmaqla iki mənzil yazdırmağını tapşırmış, həmin mənzillərin maliyyə arayışlarını da vermişdir. Beləliklə, razılaşmalarına uyğun olaraq Cavanşirin təsisçisi olduğu "xxxx" MMC tərəfindən Nərimanov rayonu, Hidayətzadə küçəsində inşa edilən hündürmərtəbəli binadakı iki mənzil verilən pulun zəmanəti, girovu kimi çıxış etmişdir. Razılaşmaları belə olmuşdur ki, pul qaytarıldıqdan sonra o, mənzillərin sənədlərini ona geri qaytaracaqdır. Onlar Cavanşirin verdiyi mənzillərə bilavasitə baxmamışlar, çünki burada söhbət mənzil alqı-satqısından getməmiş, Cavanşir həmin mənzilləri onlara pula görə müvəqqəti girov kimi vermiş, müqavilə əslində formal olaraq bağlanmış, bu səbəblərdən də onları mənzillər maraqlandırmamışdır. Bundan sonra bir neçə il keçsə də, Cavanşir onun pulunu qaytarmamışdır. Hər dəfə ona pulu qaytaracağını vəd edərək onu aldatmışdır. 2013-cü ildə Cavanşir ona girov kimi yazdırdığı mənzillərdən birinə yaxşı müştəri düşdüyünü deyib müqavilənin birini qaytarmasını xahiş etmiş, mənzili satıb onun pulunu verəcəyini, həmçinin qalan məbləğlə bağlı ona Tbilisi prospektində inşa etdiyi binadan mənzil verəcəyini bildirmişdir. Etiraz etməyərək müqavilənin birini Cavanşirə qaytarmışdır. Mənzildən imtina məktubunu şəxsən özü yazmışdır, amma həmin vaxt Cavanşir hələ də pul vermirdi. O, həyat yoldaşı ilə məsləhətləşmiş və həyat yoldaşı ona imtina ərizəsinə qol çəkməməyi, özünə qaytarmağı tapşırmışdır. Həmin sənədə nə özü, nə də həyat yoldaşı qol çəkməmişlər. Kimsə onu imzalamış və həmin mənzil başqasına satılmışdır. Bir müddət sonra o, pulunu istəyəndə Cavanşir artıq yayınmağa başlamışdır. X25 prospektində olan binadan qeyri-yaşayış sahəsi verməsini istəmişdir. Çünki orada həkim olan həyat yoldaşı üçün gələcəkdə klinika açmaq niyyətində olmuşdur. Mənzillərdən birinə dair müqaviləni Cavanşirə qaytarmış, həyat yoldaşı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin binanın birinci mərtəbəsindəki ofisinə getmişdir. Cavanşir ona rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə inşa edilən 14 mərtəbəli 3-cü binada yerləşən 300 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsinə dair müqavilə vermişdir. Amma həmin qeyri-yaşayış sahəsinin pulunun ödənilməsi ilə bağlı maliyyə arayışı verməmişdir. Yəni, maliyyə arayışı tərtib olunacağı halda belə onsuz da həmin qeyriyaşayış sahəsinə görə heç bir məbləğ ödəməmişlər, bu yalnız verdiyi pula görə girov kimi çıxış etməli əmlak olmuşdur. Bununla belə, maliyyə arayışının verilməməsinin səbəbi kimi bəhanəsi o olmuşdur ki, Cavanşir mühasibin həmin vaxt ofisdə olmadığını bildirmişdir. Cavanşir müqaviləsini tərtib etdikləri qeyri-yaşayış sahəsini kənardan əli ilə göstərmiş, həmin sahənin həqiqətən də boş olduğu görünmüşdür. Amma bilavasitə gedib həmin sahəyə baxmamış, yoxlamamış, ölçməmişdir. Sonrakı dövrdə onun öz işləri yaxşı getmədiyi üçün həyat yoldaşı üçün klinika açmaq fikrindən daşınmışdır. Bir müddət sonra Cavanşirə müraciət edib onun pulunu qaytarmasını istəmiş, özünün də həm mənzilin, həm də qeyri-yaşayış sahəsinin sənədlərini geri qaytaracağını bildirmişdir. Hətta Cavanşirə demişdir ki, qeyri-yaşayış sahəsinə dair müxtəlif bəhanələr gətirməklə ona maliyyə arayışı da verməmişdir. 2013-cü ildən sonra qeyd etdiyi kimi onun öz işləri yaxşı getmədiyindən artıq qəti şəkildə Cavanşirdən pulunu qaytarmasını tələb etmişdir. Cavanşir ona 2013-cü ildən 2018-ci ilin əvvəllərinədək hissə-hissə olmaqla pulllar qaytarmış, lakin pulun əsas hissəsi bu günə qədər müxtəlif bəhanələr gətirərək qaytarmaqdan imtina etmişdir. O, bundan sonra Cavanşirin ona verdiyi müqavilədə göstərilən mənzil və qeyri-yaşayış sahəsi olan binalara getmiş, Nərimanov rayonunda olan binadan komendant ona demişdir ki, həmin mənzildə başqa adam yaşayır. Həmçinin, Tbilisi prospektində olan binadakı qeyri-yaşayış sahəsində isə başqa ticarət obyekti fəaliyyət göstərir. Bir arada Təqsirləndirilən şəxs Şamaxı rayonunun Avaxıl kəndi ərazisində ona məxsus torpaq sahəsindən 25 sotunu verməyini xahiş etmiş, həmin torpağın əvəzində isə “X50” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili verəcəyini vəd etmiş, həm də o “Toyota Camry” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavanşirə verməli olmuşdur. Nəticədə onlar həmin avtomobilləri dəyişmişlər və o, bunun üçün əlavə olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına xatırlamadığı məbləğdə pul ödəmişdir. Çünki, onların hesablamalarına görə Cavanşirin ona verdiyi “X50” markalı avtomobilin dəyəri onun Cavanşirə verdiyi “Toyota Camry” markalı avtomobildən çox olmuşdur. O özü Cavanşirə faizə pul vermək üçün xahiş etməmiş, Cavanşir ondan biznesini genişləndirmək üçün pul istəmiş və gəlirdən onun da qazanc götürməsinə razılaşmışlar. Verdiyi ilkin məbləğdən əlavə 150000-200000 manat pul verməyi barədə Cavanşirlə söhbəti olmamışdır. Cavanşir ona işçiləri vasitəsi ilə həqiqətən pullar vermişdir, göndərmişdir. O bunu imkan etmir və təsdiq edir. Amma ümumilikdə 325114 manat pul alması düz deyil, bu yalan rəqəmdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs ona qaytardığı pulun hesablayıb dəqiqləşdirmiş və beləliklə Cavanşir tərəfindən ona 2017-ci ildə 40.300 ABŞ dolları, 2018-ci ildə ayrı-ayrı vaxtlarda 15.000 manat, 2.500 manat, 1.000 manat (18.500 manat : 1.70=10.882,35 ABŞ dolları), 2019-cu ildə 11.000 manat (11.000 manat : 1.70= 6.470,59 ABŞ dolları), yəni cəmi 57.652,94 ABŞ dolları pul qaytarmış, qalan pulu isə qaytarmamışdır. Həmçinin Cavanşir iddia edir ki, onun ailə üzvləri üçün aviabiletlər təşkil etmiş və buna görə 5.414 manat turizm şirkətinə ödəmişdir. Lakin həmin aviabiletlər saxta olmuş və buna görə də 5.414 manat pulu borcdan qaytarılmış pul kimi qəbul etmir. 2008-ci ildə Cavanşirə verdiyi 210.000 ABŞ dolları hal-hazıradək, yəni artıq 13 ildir ki, Cavanşirin istifadəsində olmuşdur. 2008-ci ildə Təqsirləndirilən şəxs 210.000 ABŞ dolları pul verən zaman pulun əvəzində Cavanşirin onun həyat yoldaşının adına rəsmiləşdirdiyi ikinci mənzilin müqaviləsi və maliyyə arayışı onda yoxdur. Həmin sənədləri Cavanşirə vermişdir. 30 sentyabr 2017-ci il tarixli razılaşma protokolu ilə bağlı isə onu deyə bilər ki, həmin protokolda qeyd olunduğu kimi 01.01.2016cı il tarixdən 30.09.2017-ci il tarixədək deyil, 2013-cü ildən 2017-ci ilədək Təqsirləndirilən şəxs ona 40.300 ABŞ dolları vermişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs1 ona verilən suallara cavabında bildirmişdir ki, Cavanşirin həqiqətən pula ehtiyacının olub-olmamasını araşdırmamışdır. Cavanşir ona layihələri, Gürcüstanda işləri olduğunu bildirmişdir. Onun Cavanşirlə arasında dividentlə bağlı razılaşma olmuşdur. Pulu Cavanşirə verərkən bankdan onun tapşırığa əsasən həmin vaxt müavini işləmiş Vüqar Əliyev gətirib. Sonradan müavini Vüqarın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə cinayət işi başlanılmış və o, məhkum olunmuşdur. O vaxtlar işləri yaxşı olduğundan pula ehtiyacı olmadığı üçün 5 il Cavanşirdən pul istəməmişdir. O və həyat yoldaşı ilk izahatlarında ziyanı 600 min manat göstərmişdir. Çünki, polisdə bu barədə danışarkən onlara verilən məsləhətə görə təklif edilmişdir ki, bütün alacaqları faizləri və əldən çıxmış faydanı da hamısını bir yerə cəmləyib ümumilikdə bu rəqəmi göstərsinlər. Ona görə də qərara almışlar ki, Cavanşirin onlara 600 min manat borclu olduğunu yazsınlar. Ama əslində o Cavanşirə 2008-ci ildə 210.000 ABŞ dollları vermişdir. Həmin puldan Cavanşir ona bu vaxtadək cəmi 57.652,94 ABŞ dolları ödəmiş, Cavanşirin hal-hazırda ona qalan borcu 152.347,06 ABŞ dolları təşkil edir və həmin borcu ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 1985-ci ildən tanımış, ötən 35 il ərzində həmişə səmimi münasibətləri olmuş, illərlə münasibətləri sınaqdan çıxdığından aralarında həqiqi dostluq münasibətləri yaranmış, ailələri də bir-birlərini tanımış, bir-birlərinə müntəzəm gedişgəlişləri olmuşdur. Sonralar birgə biznes fəaliyyəti ilə məşğul olmağa başlamışlar. Təxminən 2002-2003-cü illərdə "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərini təsis etmişdir. Belə ki, 2000-ci illərin əvvəllərində ünvan 7 ünvanında ona məxsus olan 0,5 hektara yaxın özəl torpaq sahəsində inşaat aparmaq üçün o və Zərərçəkmiş şəxs2 2/3 hissəsi ona, 1/3 hissəsi isə Yusifə məxsus olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişlər. Həmin vaxtlarda o, müəyyən səbəblərlə əlaqədar bir müddət Azərbaycanda olmadığı üçün tikintinin aparılması Yusif tərəfindən həyata keçirilmişdir. Sonradan isə "xxxx" MMC-nin təsisçisi kimi birlikdə işləri davam etdirmişlər. Bu dövrdə onun MMC-nin təsisçilərindən Səlamət Qənbəroğlu ilə tanışlığı yaranmış və sonradan şəriki olan Zərərçəkmiş şəxs2 Səlamətin "xxxx" MMC-nin layihələrində iştirak etməsini təklif etmiş, sonuncu da razılaşmış və Məhdud Məsuliyyətli Cəmiyyətdəki payının 25%-i sonuncunun olmaqla, həmçinin 40%-i bacısının yoldaşı Bəxtiyar Tağızadənin adına keçirməklə Məhdud Məsuliyyətli Cəmiyyətində şərik olmuşlar. O, Azərbaycanda olmadığından bacısının yoldaşı X33 Əyyubovla şərik olmuşdur. İnşaat zamanı təsisçilərə inşaat məsrəfləri ayrıldıqdan sonra təsisçilər arasında satılmamış qalan mənzillərin və qeyri-yaşayış sahələrinin bölgüsü aparılmış, hər bir təsisçi də öz paylarına mütənasib şəkildə mənzillərə sərəncam vermişdir. Faktiki olaraq Yusif nağd şəkildə mənzil almaq üçün heç bir pul ödəməmişdir. 2011-2012-ci illərdə Zərərçəkmiş şəxs2 özünün demək olar ki bütün biznesini Azərbaycandan Avropaya daşımağı planlaşdırmış və sonra da özünün bu planını icra etməyə başlamışdır. Həmin dövrlərdə Yusifin adına olan bir ədəd iki mərtəbəli mənzil, bir ədəd üç otaqlı mənzil və təxminən 1000 kvadrat metr ölçüdə qeyriyaşayış sahəsi olmuşdur. Yusif həmin əmlakları öz ailə üzvləri arasında bölüşdürməklə onların adlarına rəsmiləşdirmişdir. Qeyd olunan rəsmiləşdirmə zamanı nə Zərərçəkmiş şəxs2, nə də onun ailə üzvləri tərəfindən pul vəsaiti ödənilməsi barədə məlumatı olmamışdır. Təbii ki, pul ödənilsəydi, o, bundan məlumatlı olardı. Yusiflə əvvəlki şəriklər arasında narazılıq yaranmağa başlamış, amma təsisçilər arasında yaranmış ziddiyyətləri aradan qaldırmaq üçün hamılıqla alınmış razılıq nəticəsində onun qardaşı Şahid4 təxminən 2003-2004-cü illərdən başlayaraq 2009-cu ilədək MMC-nin direktoru olmuşdur. Bu müddətdə inşaatın böyük hissəsi yekunlaşmış, 2009-cu ildən sonra isə Şahid4 direktorluqdan çıxmış və yenə şərikli qərarla Zərərçəkmiş şəxs2 tanışı olan Aydın Əhmədov direktor təyin olunmuşdur. Bu dövr ərzində bina sakinlərinin böyük hissəsində narazılıqlar yaranmış, bunun səbəblərini araşdırarkən ödənişlərin qarşılığında lazımi xidmət göstərilmədiyini, çox əməliyyatlardan əlavə vəsaitlər tələb olunduğunu, MMC-nin təsərrüfatının faktiki yararsız olduğunu, hətta toplanmış vəsaitlərin bir hissəsinin rəsmi hesabatdan yayındığını öyrənmişdir. 2010-cu ilin sonlarında Aydın Əhmədov məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılmış və Şahid4 təsisçilərin ümumi qərarı ilə yenidən direktor təyin olunmuşdur. "xxxx" MMC-nin tikintini apardığı dövrdə inşaat materiallarının dəyərinin kəskin artması səbəbi ilə ölkədə inşaata nəzarətlə bağlı yeni qurumların yaranması və yeni tələblərin formalaşması ilə əlaqədar olaraq tikintinin maliyyə xərcləri kəskin şəkildə artmışdır. Təsisçilər tərəfindən inşaatı tamamlamaq və kompleksə Dövlət Aktını almaq üçün nəzərdə tutulan maliyyə vəsaiti yetərli olmamışdır. Bu səbəbdən təsisçilər öz aralarında razılaşaraq çatışmayan vəsait məbləğini öz aralarında bölüşərək ortaya qoymağı razılaşmışlar. Özü təsisçi olaraq 2011-ci ildə "xxxx" MMC-nin təsisçisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti almaqla 35% pay ona məxsus olmuşdur. Təsisçilər öz aralarında razılaşdırdıqları hissələri, o cümlədən, Zərərçəkmiş şəxs2 15 sentyabr 2014-cü il tarixdə bağlanmış razılaşma protokolu əsasında Məhdud Məsuliyyətli Cəmiyyətində olan və həyat yoldaşı Şahid1 adına rəsmiləşdirilmiş 424 kvadrat metrlik mənzili sonuncunun özünün də razılığı ilə yaşayış kompleksini tamamlama işləri və digər zəruri xərclər üçün Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil vermişdir. Həmin razılaşma protokoluna üç təsisçi, qonşuda olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Aydın Əhmədov, Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Şahid4 və Şahid1 imza etmişlər. Şəxsən o özü Qənirə xanımın və digərlərinin protokolu nə zaman imzaladıqlarını dəqiq xatırlamır. Həmin protokol hazır olduqdan sonra özü şəxsən onu Məhdud Məsuliyyətli Cəmiyyətin ofisində imzalamışdır. Zərərçəkmiş şəxs2 tərəfindən həmin mənzilin Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilməsindən sonra Məhdud Məsuliyyətli Cəmiyyətin Şahid1 yaranmış borc fərqi 140.000 ABŞ dolları məbləğində müəyyənləşdirilərək protokolda əksini tapmışdır. Qeyd olunan razılığa görə mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçdikdən sonra satılaraq birinci növbədə Məhdud Məsuliyyətli Cəmiyyətin xərclərinin ödənilməsi nəzərdə tutulmuşdur. 2017-ci ilin sonlarına qədər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq Zərərçəkmiş şəxs2 istənilən sakinin, o cümlədən Şahid1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan kommunal ödənişləri barədə xəbər almaq imkanı olmuşdur. Eyni zamanda, kommunal ödənişlər haqqında bildiyi qədər Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi Şahid1 və Kamran Eyyubova xəbərdarlıq etmiş, bütün bildirişlərdə Qənirə xanımın hesablamaları qeyd olunan mənzilin 2015-ci ildə satıldığı tarixə qədər hesablanmışdır. Yəni, 2015-ci ildən sonra Şahid1 həmin mənzil üçün borc hesablanmadığına görə mənzilin başqa şəxsə satıldığı aydın bir faktdır, heç kim üçün sual doğuran məsələ deyildir. Şahid3 adlı şəxsi isə tanımır və həmin mənzilin bu şəxsə satılmasında heç bir iştirakı olmamışdır. Həmçinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin tədbirləri barədə də məlumatı olmamışdır. Məhdud Məsuliyyətli Cəmiyyətin Şahid1 borcunun olması heç bir zaman heç bir şəkildə inkar edilməmişdir. Bununla bağlı məhkəmədə mülki mübahisələrin getdiyini eşitsə də mahiyyətini dəqiqliklə bilməmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətlə Şahid1 arasında 13 sentyabr 2017-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən, Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Şahid1 cəmi 28 ay ərzində hər ay 5000 ABŞ dolları olmaqla pul ödənilməsi müəyyənləşdirilmişdir. Razılaşmadan sonra ilk 5 ay ərzində hər ay 5000 ABŞ dolları məbləğində nağd pul ödəməklə cəmi 24000 ABŞ dolları məbləğində nağd pul vəsaiti ödənilmiş və qalan pulların ödənilməsində Məhdud Məsuliyyətli Cəmiyyətin müəyyən sıxıntıları yaranmışdır. Sıxıntının səbəbləri kimi Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yığılan kommunal ödənişlərin ümumi iqtisadi çətinlik səbəbindən gecikdirilməsi, həmçinin Məhdud Məsuliyyətli Cəmiyyətin inşa etdiyi kompleksin təhvil-təslim işləri ilə bağlı olaraq yığılan vəsaitlərin böyük bir hissəsinin dövlət aktının alınmasına yönəldilməsi olmuşdur. Həmçinin, subyektiv olaraq Məhdud Məsuliyyətli Cəmiyyətin Salamzadə küçəsinə baxan iki binasının sakinlərinin Zərərçəkmiş şəxs2 oğlu Kamran Əyyubova aid olan və ona məlum olmayan şəxsə icarəyə verilən qeyri-yaşayış sahəsinin restoran-klub qismində istifadə edilərək gecə vaxtı həm səs-küy, həm də oraya yığışanların əxlaqsız, müəyyən mənada mənəviyyata uyğun olmayan davranışları, hərəkətləri ilə narahat edən obyekt kimi fəaliyyət göstərməsi səbəbindən kommunal ödənişləri ödəməkdən imtina etməsidir. Həmin proseslər uzun müddət davam etmiş və qeyd olunan obyekt orada baş vermiş qanunazidd əməllər, zəhərlənmə faktları ilə əlaqədar bir müddət sonra hüquq-mühafizə orqanları tərəfindən qapadılmışdır. Beləliklə, maliyyə imkanları yol verdiyi halda Məhdud Məsuliyyətli Cəmiyyət Şahid1 olan borcunu bir an belə yubatmadan ödəyərdi. Onun heç bir halda həmin borcu ödəməkdən yayınmaq niyyəti olmamışdır. Faktiki olaraq 2017-ci ilin sonundan 2019-cu ilin ortalarına qədər olan müddət ərzində bir çox digər özəl müəssisələr kimi ciddi maliyyə sıxıntıları ilə rastlaşmış, özünün şəxsi imkanları da hədsiz dərəcədə tükənmişdir. Ona görə də Şahid1 olan borcun qalan hissəsinin ödənilməsində məcburi gecikmələr baş vermişdir. Beləliklə, mənzilin Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilməsi nəticəsində Şahid1 yaranmış 140000 ABŞ dolları borcun 24000 ABŞ dolları ödənilmiş, qalan 116000 ABŞ dolları borcun ödənilməsində əsaslı səbəblərdən, onun iradəsindən asılı olmayaraq gecikmə olmuşdur. Bütün bu hallar göründüyü kimi öhdəlik münasibətlərindən irəli gəlmiş, sonradan qarşı tərəfdən bu məsələlər mülki qaydada mübahisələndirilmiş, ən nəhayətdə borcun qalıq hissəsi tam şəkildə ödənilmiş, məhkəmə qərarlarının icrası da başa çatdırılmışdır. Belə olan halda onun düşdüyü vəziyyətin cinayət kimi qələmə verilərək barəsində cinayət işinin açılmasını, cinayət təqibinə məruz qalmasını tam əsassız hesab edir və məhkəmədən ədalətin bərpa edilərək ona bəraət verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Zərərçəkmiş şəxs1 ilə bağlı cinayət epizodu üzrə özünü ümumiyyətlə təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır. Belə ki, onların ataları da dost olmuş, bu münasibətə görə gənclik illərindən onların da arasında dostluq münasibətləri yaranmış, bu dostluq ailəvi münasibətlərin yaxınlaşmasına da gətirib çıxartmış və bir-birlərinin evlərinə gedib-gəlmişlər. Heç vaxt aralarında münasibətlərini korlaya biləcək səbəb və bəhanələr olmamışdır. Bu gün də Fikrətin ailəsinə qarşı ən yüksək səviyyədə hörmətini saxlayır. Fikrət özü də əvvəllər müxtəlif sahələrdə fəaliyyət göstərmiş, o cümlədən xeyli müddət bank filialının rəhbəri olmuşdur. Yəni, əvvəllər Fikrətin maddi cəhətdən normal şəkildə imkanları olmuşdur. Amma sonralar özünün səhvləri ucbatından ayrı-ayrı vəzifələrdə uğursuzluğa məruz qalmış, sonda işini itirmiş və maddi imkanları çox zəifləməyə başlamışdır. O özü isə əvvəllər pedaqoji fəaliyyətlə məşğul olsa da sonradan tikinti biznesinə qoşulmuş, müəyyən uğurlar əldə etmiş, bütün bacarığı ilə dövlətin müəyyənləşdirdiyi qanunlara ciddi əməl etməklə şəffaf şəkildə fəaliyyət göstərmiş, dövlətin müəyyənləşdirdiyi iqtisadi kursun uğuru üçün çalışmış, əldə olunmuş gəlirin böyük hissəsini xeyriyyə işlərinə sərf etmişdir. Vaxtilə mindən artıq insanı işlə təmin etmişdir. Məlum səbəblərlə bağlı tikinti sahəsində yaranan müəyyən ləngimələrə, bununla bağlı yaranmış obyektiv çətinliklərə baxmayaraq hal-hazırda da rəhbərliyi altında yüzlərlə insanların öz işlərində qalmasına, ailələrinə çörək aparmalarına nail olmuşdur. Yəni, bunları çox lakonik şəkildə bildirməkdə məqsədi ondan ibarətdir ki, nə maddi vəziyyəti, nə keçdiyi həyat yolu, nə də cəmiyyətdə və çoxsaylı kifayət qədər nüfuzlu insanlarla ünsiyyətdə olan bir şəxs kimi formalaşmış şəxsi xarakteri onun kimisə aldatmasına dair iddianı tam əsassız edir. Bu yaşında uzun illər dostluq etdiyi Fikrətə, o cümlədən Zərərçəkmiş şəxs2 qarşı guya dələduzluq etməsinə dair mülahizə onun üçün həqiqətən çox ağrılı və utandırıcıdır. Şahid1 ilə bağlı narazılığın da əslində Zərərçəkmiş şəxs2 biznes partnyoru kimi haqsız, insafsız hərəkətləri nəticəsində yaranması, həm də onun pul tələb etdiyi dövrdə şirkətin maliyyə durumunun mövcud vəziyətlə bağlı yaranmış çətinliklərlə əlaqədar olduğunu ifadəsində qeyd edib və onları təkrarlamaq istəmir. Əvvəllər uzun müddət dostluq etdiyi Fikrətin isə nəinki hansısa məbləğdə pulunu qaytarmamış, əksinə, özü həmişə Fikrətə dəstək olmuşdur. İbtidai istintaq orqanının qeyd etdiyi və Fikrətin ona öz təşəbbüsü ilə sələmə verdiyi məbləğdən qat-qat çox – təxminən 250000 manatdan artıq pul qaytarmışdır. Belə ki, 2008-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tbilisi prospektində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə Nərimanov rayonu, Hidayətzadə küçəsində bina tikintisi aparılaraq yekunlaşmışdır. Həmin vaxtlar görüşlərinin birində söhbət zamanı Fikrət ona bildirmişdir ki, rəhbəri olduğu bank filialında qayınanasına, arvadına və özünə məxsus müəyyən məbləğdə pul onun depozit hesabındadır və bank faizindən daha artıq qazanc əldə etmək üçün həmin pulu götürüb hansısa bir işə sərf etmək fikrindədir. Fikrət özü təklif etmişdir ki, birinci mərhələdə ona 100000-150000 manat arası bir məbləğdə pul versin və o, həmin pulun müqabilində Fikrətə illik 18 faiz xeyir versin, sonra isə pulu tam qaytarsın. Həmin vaxtlar özünün işləri yaxşı getdiyi üçün və Fikrətə də sələmçiliklə, faizə pul verməklə olsa da əlavə pul qazanmasına imkan yaratmaq məqsədilə dost kimi onun təklifi ilə razılaşmışdır. Burada bir məqamə qeyd etmək istəyir ki, hazırda Fikrət pullarının bankda depozitdə 18 faizlə olmasını desə də, həmin bankda heç vaxt bu faizlə depozit olmayıb, bu hamıya bəllidir və asanlıqla da dəqiqləşdirmək olar. Orada depozitlərə faktiki 10-12 faiz pul verilirdi. Beləliklə, ilkin olaraq Fikrət ona 120000 manat pul vermişdir. Fikrətin şərtinə əsasən 18 faiz hesabından bu məbləğə görə o, Fikrətə illik cəmi 21600 manat pul ödəməli olmuşdur ki, bu hesabla da aylıq faiz ödənişi 1800 manat təşkil etmişdir. Fikrət həmin pulu 2008-ci ilin təxminən oktyabr ayında ünvan 8 ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin A blokunun birinci mərtəbəsindəki ofisində gətirib vermişdir. Amma elə pulu verən kimi də dərhal yerindəcə ona pul lazım olduğunu deyib 2000 manatını üstündən götürmüş, 118000 manatı isə onda qalmışdır. Növbəti iki ayda, yəni noyabr-dekabr aylarında Fikrətə həmin məbləğin faizi kimi hər ay 1800 manat olmaqla cəmi 3600 manat pul vermişdir. 2008-ci ilin dekabr ayının sonlarında Fikrət yenidən onun yanına gəlib ona “qaynanam da eyni şərtlə 30 min ABŞ dollarını faizə vermək istəyir” deyə bildirmişdir. O, razılaşmışdır və Hidayətzadə küçəsində yerləşən həmin ofisində Fikrətlə görüşmüşdür. Fikrət görüşə qayınanası Elyanora Xəlilova və arvadı Şahid5 ilə gəlmiş, sadalanan şəxslərdən başqa yanlarında heç kim olmamışdır. Fikrət arvadının və qaynanasının yanında və iştirakları ilə ona 30000 ABŞ dolları pul vermişdir. Təxminən 2-3 gün sonra Fikrət yenə həmin ofisə gəlmiş və ona “qaynanam pula görə narahatdır, girov istəyir” deyə bildirmişdir. O da tərəddüdsüz olaraq heç bir problem olmadığını deyərək qaynanasının narahat olmaması xatirinə Fikrətə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş binadan bir mənzili girov kimi yazıb verməyi təklif etmişdir. Fikrət də razılaşaraq mənzili öz təşəbbüsü ilə arvadı Şahid5 adına rəsmiləşdirilməsini istəmiş, həm də Afaqın sənədləşmə üçün ofisə və digər yerlərə getməməsini xahiş etmiş, sənədlər hazır olanda özünün aparıb arvadına imzaladacağını demişdir. O da Fikrətin istəyi ilə razılaşmış, ailəvi dostluq münasibətlərində olduğu, ailəlikcə qarşılıqlı olaraq bir-birlərini yaxşı tanıdıqları üçün Afaq xanımın şəxsən gəlib-getməsinə ehtiyac olmadığını demişdir Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Elçin Babayevə bir mənzillə bağlı müqavilə tərtib etməsini, tam ödəniş kimi maliyyə arayışı da verməsini tapşırmışdır. X52 İbrahimovanın adına bir mənzillə bağlı müqavilə, pulun tam ödənilməsinə dair maliyyə arayışı tərtib edib Fikrətə vermiş, Fikrət də müqaviləni aparıb Afaqa imzaladıb müqavilənin bir surətini ofisdə direktor Elçin Babayevə təqdim etmişdir. Yəni, həmin vaxt nə Fikrətgilin mənzil almaq niyyəti, nə də onun bu şəxslərə mənzil satmaq fikri olmamış, yalnız Fikrətin qaynanasının narahatlığı ilə bağlı formal olaraq bu sənədlər tərtib olunmuşdur. Sonrakı vaxtlarda da Fikrət birinci devalvasiyaya qədər hər ay pulunu vaxtında almaqda davam etmişdir. Fikrət pulu çox vaxt Cəmilə, Rövşən, Qəmbər adlı mühasiblərdən gəlib götürmüşdür. Şahid2 özü də dəfələrlə ona pul vermişdir. Həmçinin digər işçilər də onun verdiyi pulları Fikrətə çatdırmışlar. Bu şəxslərin hamısı həmin faktları hər biri sərbəst şəkildə təsdiq edə bilərlər. Həm də ödənilən bu pullar məhz Fikrətin ona 18%-lə verdiyi pullar olmuşdur. Çünki, Fikrətin həmin şirkətlərdən başqa alacağı, yaxud hansısa şərikliyi heç vaxt olmamışdır. Bunu Fikrət özü də təsdiq edə bilər. Fikrət pulu bir qayda olaraq gəlib özü götürmüş, hətta müəyyən hallarda işçilərdən hər hansı biri ona çatası pulu aparıb Fikrətə çatdırması üçün yaşadığı binanın komendantına vermişdir. Bu minvalla da Fikrət 2008-ci ilin son iki ayından başlayaraq 2015-ci ilin ilk 4 ayı da daxil olmaqla müntəzəm şəkildə 120000 manatın - əslində isə 118000 manatın və 30000 ABŞ dollarının faizini almışdır. Dəqiq xatırlayır ki, 2013-cü ilin təxminən ortalarında Fikrət aldığı 18% sələm pulunu daha da artırmaq üçün ona verdiyi pulun həcmini artırmağı təklif etmişdir. Yəni, yenə də bu təklif Fikrətin özündən gəlmişdir. Belə ki, Fikrət verdiyi 118000 manat və 30000 ABŞ dollarından əlavə olaraq ona daha 150000-200000 manat civarında pul verməyi təklif etmiş, həm də bu zaman verəcəyi pulun müqabilində ondan daha artıq dəyəri olan girov qoymasını istəmiş, bu qisimdə qeyri-yaşayış sahəsi girov qoyulsa daha yaxşı olacağını bildirmişdir. O da Fikrətə əvvəlki mənzilin müqaviləsini ləğv edib "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tbilisi prospektində inşa edilən binadan 300 kvadrat metr sahəsi olan qeyriyaşayış sahəsini yazdırıb verə biləcəyini demişdir. Yenə bu halda da, yəni qeyri-yaşayış sahəsinin formal rəsmiləşdirilməsi təklifi ortaya gələndə də əvvəl olduğu kimi nə Fikrətin reallıqda onu almaq, nə də onun özünün satmaq fikri olmamışdır. Fikrət təkliflə razılaşmış və onun arvadı Afaq əvvəllər formal olaraq alqı-satqı müqaviləsi bağlanmış mənzildən imtina barədə ərizə vermişdir. İmtina ilə bağlı X42 arvadı Şahid5 ofisə gələrək ərizə yazmasını təklif etmişdir. Amma Fikrət həyat yoldaşının ofisə gəlməməsini, mümkündürsə ərizəni yazdırıb Afaqa imzalatdırmaqla ona gətirib verməsini xahiş etmişdir. Elçin Fikrətin bu xahişi barədə ona zəng edib bildirmiş, o da həmin vaxt xatirində qalana görə Türkiyədə olmuşdur və dostu Fikrətin yaxından tanıdığı, hörmət bəslədiyi həyat yoldaşının bir qadın olaraq zəhmət çəkib ofisə gəlməsini rəva bilməmiş və Elçinə telefonda tapşırmışdır ki, Fikrətin arvadının özünün bilavasitə ofisə gəlməsinə ehtiyac yoxdur, qoy Fikrət öz dediyi kimi ərizəni yazdırıb özü imzalatdıraraq gətirib təqdim etsin. Yaxşı xatırlayır ki, həmin vaxt Elçin ona bu qaydada imza ilə bağlı “müəllim, baxın da, bu artıq sizin məsuliyyətinizdir” deyə xəbərdar etmişdir. Bundan sonra Fikrət Afaqın həmin imtina ərizəsini hazırlayıb imzalatdıraraq gətirib Elçinə təqdim etmişdir. Sonradan həmin mənzil Afaqın adından çıxarılmış və o, həmin mənzili pulsuz olaraq qardaşı Mürsəl Şirəliyevə bağışlamışdır. Mənzili qardaşına bağışlamasını da Fikrət bilmişdir. Yəni, bu gün guya həmin vaxt bu mənzilin satışından ona pul ödənilməli olmasına dair Fikrətin irəli sürdüyü iddia tam qeyisəmimidir, çünki, Fikrət həmin mənzilin pulsuz olaraq Mürsələ bağışlandığını bilirdi. Beləliklə, Fikrətin təklifi qüvvəsində olduğundan o sözünün üstündə durmuş və "xxxx" MMC-də qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə tərtib olunmuş, Fikrət yenə Afaqın ofisə gəlməsinə ehtiyac olmadığını bildirərək aparıb müqaviləni Afaqa imza etdirib ona gətirmişdir. Həmin vaxtlar qeyd olunan binada qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri təxminən 2000 manat olmuş, bu səbəbdən də 300 kvadrat metr qeyri-yaşayış sahəsinin dəyərini müqavilədə 600000 manat göstərmişdir. Çünki, Fikrət ona 2008-ci ildə verdiyi pula görə qaynanasının narahatçılığı səbəbilə tərəfindən arvadının adına girov kimi verilmiş mənzildən imtina edildiyindən və guya ona əlavə 200000 manata qədər pul verəcəyindən, o da bir jest olaraq hətta həmin məbləğlərdən yüksək dəyərdə - 600000 manat dəyərində qeyri-yaşayış sahəsini girov kimi təklif etmişdir. Təbii ki, Fikrət bu nisbətdə olan girovla dərhal razılaşmışdır. Onunla Şahid5 arasında müvafiq formal müqavilə tərtib olunub imzalansa da, Fikrət öz təşəbbüsü ilə illik 18% sələmə vermək istədiyi 200000 manatı ona əslində məlum olmayan səbəblərdən gətirib verməmiş, yalnız özünün hansısa problemləri ilə bağlı bunu edə bilmədiyini demişdir. Belə olan halda o da həmin qeyri-yaşayış sahəsinin guya pulunun ödənilməsi barədə müvafiq maliyyə arayışını da verməmişdir. Müqavilənin şərtlərində də ödəmə ilə bağlı həmin xüsusatlar dəqiq göstərilmişdir. Əlavə pulu gətirib verə bilmədikdə Fikrət köhnə qaydada ona aylıq faizləri verməkdə davam etməsini xahiş etmişdir. Amma imzalayıb onlara verdiyi müqavilənin bir nüsxəsi o vaxtdan Fikrətgildə qalmışdır. O da elə bir əhəmiyyəti olmadığı üçün həmin nüsxəni geri tələb etməmişdir. Artıq həmin vaxta kimi o, Fikrətə külli miqdarda pul ödədiyi üçün sonuncu ondan daha girov kimi başqa əmlak istəməmişdir. Bir az əvvəldə qeyd etdiyi kimi bundan sonrakı müddət ərzində o, 2009-cu ilin yanvar ayından başlayaraq 2015-ci ilin əvvəllərinə, yəni birinci devalvasiyaya qədər Fikrətə hər ay 2150 manat pul vermişdir. Beləliklə, o, Fikrətə 74 ay 2150 manatdan cəmi 159100 manat pul vermişdir. 2008-ci ilin noyabr-dekabr aylarında verdiyi 3600 manat da buna əlavə edildikdə Fikrətə tam olaraq cəmi 170000 manat civarında faiz ödəmişdir. Bu isə ABŞ dollarının o vaxtkı kursu ilə təxminən 220000 ABŞ dolları məbləğindədir. Bir məqamı da xatırlayır ki, məlum devolvasiyalarla bağlı 2015-ci ildən sonra Fikrət bir dəfə onun yanına gəlib “bütün məbləğin faizini ABŞ dolları ilə almaq istəyirik” deyə bildirmişdir. Yəni, ana məbləği ABŞ dollarına – amma artıq yeni kursla müəyyənləşdirmək istəmişdir. Ona 118 minin manatla, 30 minin isə ABŞ dolları ilə olmasını xatırladaraq onsuz da yüksək faizlə ona pul verdiyini deyib bu təklifə dərhal etirazını bildirmişdir. Fikrət və arvadı ümumi məbləği 180000 ABŞ dolları kimi müəyyənləşdirmək istəyində olduqlarını deyib ona bu rəqəmi qəbul etdirmək istəmişlər. O da bu təkliflə də razılaşmayıb ana məbləği qaytaracağını bildirmişdir. Bundan sonra ödəyəcəyi məbləğlərin artıq ana məbləğə aid olacağını xəbərdar edərək ödənişlərə başlamışdır. Ödənişləri tez bir zamanda bitirmək üçün hətta onlara dəyərindən çox ucuz qiymətə bir neçə avtomobil də təklif etmişdir. Devalvasiyadan sonra yəni, 2015-ci ilin mart ayından sonrakı vaxt təxminən 4 ay ərzində Fikrətə hər ay 2900 manat olmaqla pul vermişdir. Həmçinin o, aldığı pulların bir qismi əvəzinə 2009-cu ildə dəyəri 50000 manat olan “X50” markalı avtomobilini Fikrətə vermişdir. Avtomobilin dəyəri əslində bu rəqəmdən də xeyli yüksək olmasına baxmayaraq, dostu olduğu üçün bu 50000 manatı simvolik olaraq razılaşmış, yəni ciddi güzəştə getməklə hesablamışdır. Amma sonradan bilmişdir ki, Fikrət həmin avtomaşının dəyərini ümumiyyətlə nəzərə almamış və borc puldan çıxmamışdır. Fikrətə uzun müddət ərzində verdiyi pul məbləğləri ilə bağlı ona hər hansı sənəddə onları alması ilə bağlı imza etdirməyi dost olduqları üçün özünə sığışdırmamışdır. Amma onun müəyyən hərəkətlərindən şübhələnməyə başladığı üçün bir dəfə 40.300 ABŞ dollarına imza etdirmişdir. Lakin bir çox başqa hallarda isə böyük məbləğlərə də aradakı etibara görə imza etdirməmişdir. Dəqiq xatırlayır və müvafiq şahidlər də təsdiq edə bilərlər ki, o vaxtlar şirkətin mühasibləri dəfələrlə ona Fikrətə ödədikləri pullarla bağlı sonuncuya imza etdirməyin zəruri olduğunu təkidlə bildirmişlər. Amma o, aradakı dostluq münasibətlərini nəzərə alıb hər dəfə mühasiblərə “ayıbdır, buna ehtiyac yoxdur” deyə cavab vermişdir. Sadaladığı məbləğlərdən başqa o vaxtlar borclu olduğu məbləğdən çıxılmaq şərti ilə Fikrətin həyat yoldaşına və iki uşağına alınmış aviabiletlərin qiyməti olaraq 5414 manat onun tərəfindən ödənilmişdir. 2009-cu ildə Fikrət özünün “Renault” markalı avtomobili ilə qəza törətmiş və o, heç bir pul almayaraq “Toyota Camry” markalı avtomobili heç pul barədə danışmadan Fikrətə bağışlamışdır. Həmin vaxtlar Fikrətin Şamaxıda olan torpaq sahəsi ilə bağlı təklifi isə elə təklif olaraq qalmışdır. Çünki, Fikrətin həyat yoldaşı o torpağı oğlunun adına rəsmiləşdirməkdən imtina etmiş, bununla da həmin torpaq söhbəti yekunlaşmışdır. Beləliklə, ümumilikdə illik 18 %-lə ona sələmə verdiyi 118000 manat və 30000 ABŞ dollarının əvəzində Fikrətə cəmi 325114 manat pul ödəmişdir. Maraqlısı ondadır ki, devolvasiyadan sonra Fikrət 118000 manatı və 30000 ABŞ dollarını mövcud artım kursunu da özlüyündə nəzərə alıb 180000 ABŞ dolları kimi hesablanıb ödənilməsini tələb etmişdir. O isə bununla qəti razılaşmamış və mübahisələri yaranmışdır. Amma xeyli müddət sakitlik olmuş, bununla da Fikrətin səhvini başa düşdüyünü hesab etmişdir. Zərərçəkmiş şəxs1 6 il 6 ay ərzində 18 faizlə ondan sələm pulu – dividentlər alıb. Bundan başqa 153000 manatı da tam şəkildə ona ödəmişdir. Xatirinə düşür ki, 29500 manat Zərərçəkmiş şəxs1 “Azəriqazbank”da olan hesabına köçürülüb. Bu o dəlillərdir ki, onların əksini heç kim iddia edə bilməz. Fikrət ödədiyi pullarla bağlı tərtib etdiyi siyahıları istintaq vaxtı təqdim etmişdir və bu gün də onları sadalamadan təsdiq edir. 2018-ci ilin fevral ayında Fikrət Bakı şəhəri Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində ona artıq fantastik məbləğdə - 600000 manat pul verdiyini göstərmiş və özü də, həyat yoldaşı da ona məlum şəkildə və səbəblərdən tam yalan məzmunda izahatlar verərək guya ona bu məbləğdə pul verdiklərini göstərmişlər. Ciddi şəkildə hərtərəfli araşdırma aparılmış, nəticədə Bakı şəhər prokurorluğunun və Bakı şəhəri Baş Polis İdarəsinin birgə qəti mövqeyi olmuşdur ki, ortada heç bir cinayət əməli yoxdur, ona görə də ərizə rədd edilmişdir. May ayında qəbul edilmiş qərardan sonra daha heç bir şikayət və narahatçılıq olmamışdır. Amma sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrindən istifadə edib ona qanunsuz təzyiq etmək məqsədilə keçmiş daxili işlər nazirinin də qəbulunda olmuş, amma onun haqsız olduğu aşkar bilindiyindən heç bir nəticə əldə edə bilməmişdir. Bununla belə, Fikrət sabiq rəhbər işçilərə şəxsi kanalları ilə yol axtarmaqda davam etmiş və cinayət işi başlanması rədd edildikdən təxminən 1 il 5 ay sonra onu prokurorluğa dəvət edib birbaşa yüksək rəhbərliyin adına izahatlar almağa başlamışlar. Ona məlum olmuşdur ki, Fikrət hansısa subyektiv məqamlarla 2018-ci ilin may ayında qəbul edilmiş qərarı aylar sonra hansısa müəmmalı şəkildə ləğv etdirib birbaşa yüksək rəhbərliyin adına təkrar izahatlar aldırmağa nail olmuşdur. Sonra da tez bir zamanda materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və cinayət işi başlanmışdır. Onu da həmin idarəyə dəvət edib əvvəlcə şahid qismində dindirmişlər. Orada da hər şeyi obyektiv şəkildə eyni qaydada izah etmişdir. 2019-cu ilin dekabr ayında Eyyubovlarla bağlı başına gələn hadisələrdən sonra Bakı şəhər prokurorluğu tez-tələsik onu həbsə aldırmış, sonra da həmin işi bir icraatda olması üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərmişlər. Həbsdə olduğu müddətdə də dəfələrlə istintaqçılara real vəziyyəti izah etmiş, amma ona izah olunan vəziyyətdə həbsdən çıxması üçün Fikrətin əsassız iddia etdiyi məbləği girov kimi depozit hesabına qoymağı qərara almışdır. Həbsindən sonra bütün biznesi iflasa uğradığından oğlunun vasitəsilə köhnə dosttanışlarına müraciət edib borc pul yığdıraraq bir neçə dəfəyə prokurorluğun depozit hesabına girov kimi pul qoydurmuş və bundan sonra həbsdən azad edilmişdir. Onun Fikrətə borcu olsa idi, həmin müddətdə toplayıb bu pulları elə özünə verdirə bilərdi. Amma Fikrətə faizə verdiyi pulu faizləri ilə birlikdə tam artıqlaması ilə aldığından bunu prinsipal olaraq etməmişdir və belə fikri də yoxdur. Çünki, Fikrətin tələbi haqsızdır, düşdüyü çətin maddi vəziyyətdən çıxmaqdan ötrü atılmış qanunsuz addımdır. Dövlətə güvəni və etibarı sonsuz olduğu üçün sonda hər şeyin ədalətlə araşdırılacağına əmin olduğundan pulu da məhz saxlanması üçün dövlətin depozitinə qoyub. Həmişə də mütləq ədalətin bərpa ediləcəyinə inanmışdır. Ona görə ona qarşı edilmiş bütün bu addımları əsassız, haqsız, insafsız hesab edir. Sonradan iqsidai fəaliyyətlə məşğul olsa da, ixtisasca fəlsəfə müəllimidir. Haqqı heç vaxt danmaq fikrində deyildir. Yaxşı xatırlayır ki, Fikrətin anasıgilin evinin qapısı heç vaxt bağlanmazdı, kim istəsə gəlib o evdə yemək yeyirdi, yaxud yorulan yatırdı. Fikrətin valideynlərinə Allahdan rəhmət diləyir və heç bir yaxşılıqları unutmur. O özü sadəcə Fikrətlə münasibətlərdə şəxsi münasibətləri işə qarışdırmış, onun belə hərəkət edəcəyini ağlına gətirməmişdir. Bunu da yenə özünün səhvi hesab edir. Fikrətin bütün hərəkətlərini onun son illərdə düşdüyü vəziyyətlə əlaqələndirir. Təkcə 2008-2013-cü illər ərzində Fikrət iş yeri olaraq üç bank dəyişmiş, oralarda filial müdiri işləmişdir. Onun işlədiyi həmin banklardan ikisi ümumiyyətlə bağlanmış, bir filialda isə müavini həbs olunmuşdur. Fikrətin özü barəsində də “Atrabank”da işlədiyi vaxtda cinayət işi başlanmışdır. Bəlkə də banklarla bağlı problemlərlə əlaqədar Fikrət pulu oradan çıxardıb bu şəkildə qazanc əldə etmək qərarına gəlmişdir. Fikrətin bütün araşdırmalar boyu əlavə pul tələbi ilə bağlı dedikləri ancaq özünün əsassız sözlərindən ibarət olmuşdur. Fikrətin probleminin əsas tərəflərindən biri də ondan ibarətdir ki, o, oğlanlarını Dövlət Neft Şirkətinin maliyyə vəsaiti ilə xaricdə təhsil almağa göndərmişdir və bunun qarşılığında da təhsil bitəndən sonra onların 5 il Azərbaycanda işləməsi bir şərtdir. Fikrətin oğlunun təhsil alması üçün Dövlət Neft Şirkəti artıq 300 min manata yaxın pul xərcləyib ki, gəlib ən azı 5 il Azərbaycanda işləsin. Amma artıq 7-8 ildir ki, Fikrətin böyük oğlu xaricdə təhsil almasına baxmayaraq bu müddət ərzində neçə semestr qurtardığı bilinmir. Həmin təhsil haqları ilə əlaqədar yaranmış acınacaqlı vəziyyətlə əlaqədar dövlətin pulları ilə bağlı Dövlət Neft Şirkəti buna görə Fikrətgili məhkəməyə vermişdir. Zəruri hesab edilərsə müvafiq rəsmi sorğu verib cavabını almaq olar ki, onun bildirdikləri həqiqətdir. Amma o özü şəxsən Fikrətin övladlarına qarşı heç vaxt laqeyd olmamış, Fikrət özü evində yatdığı vaxtlarda bir əmi kimi onun uşaqlarının hava limanında qarşılanmasını, yola salınmasını təşkil etmiş, Avropa və Amerikaya uçuşlar etdikləri vaxtlarda biletlərinin alınması, onların dəyişdirilməsi və digər çoxsaylı problemlərini həll etmişdir. Həm də Fikrətin ailə daxilində alınan pullarla bağlı ziddiyyətlər mövcuddur. Belə ki, o vaxtlar Fikrətin həyat yoldaşı Afaq xanım və qaynanası dəfələrlə ona zəng edib pulun əsas məbləğindən edilən ödənişləri və faizləri Fikrətə yox, onların özünə, yəni Afaq xanıma və anasına verilməsini xahiş etmişlər. Amma o hər dəfə bunu edə bilməmiş, Fikrət özü gəlib pulları aparmış, yaxud ona göndərilmişdir. Fikrət özü isə dəfələrlə ondan pulları götürməsi barədə həyat yoldaşına və qaynanasına bildirilməməsini xahiş etmişdir. Bütün araşdırmalar boyu onun tələbləri də hər dəfə dəyişilib. Belə ki, əvvəlcə 600000 manat istəyib, sonra nəsə fikirləşib 210000 ABŞ dolları almalı olduğunu deyib, ən nəhayətdə hansısa düşüncəsi ilə 160000 ABŞ dollarında dayanıb. Fikrətin hazırkı son tələbi ilə bağlı da özlüyündə fikirləşmiş, bunun başqa səbəblərini tapmağa çalışmışdır. Belə nəticə alınır ki, Fikrətin hazırda tələb etdiyi həmin son məbləğ 2015-ci ildən sonrakı dövrə, yəni faktiki 2020-ci ilə qədər olan vaxt üçün faizlərin cəmidir. Yəni, sadə hesablama ilə bu gün istədiyi məbləğin həmin faiz məbləğlərinin cəmi ilə üst-üstə düşdüyü aşkar görünür. Bu çox gülünc və acınacaqlı məsələdir. Bir daha qeyd edir ki, ona elan edilmiş ittihamları tam əsassız, ədalətsiz hesab edir. Onun heç vaxt az qala 40 ilə yaxın tanıdığı, dostluq etdiyi şəxslərə qarşı iddia edildiyi kimi qanunsuz əməl törətmək fikri olmayıb və ola da bilməzdi. Nə şəxsiyyəti, nə cəmiyyətdə tutduğu mövqe, nə maddi durumu, nə də istənilən digər bir parametr onun belə bir əməl törətməsini düşünməyə belə imkan vermir. Vaxtilə maliyyə dəstəyi göstərdiyi layihələr üzrə müvafiq açılışlarda ölkənin ən ali rəhbərliyi səviyyəsində iştirak edilmiş, göstərdiyi fəaliyyətlə daim dövlətinə yararlı olmasından qürur duymuş və bu gün də eyni düşüncədədir. 2008-ci ildən etibarən onun 1000 nəfərdən çox işçisi olub. Yevlax şəhərinin Xaldan kəndində böyük bir məktəb binası tikdirmiş, Yevlax şəhər mərkəzi stadionun bazasını təmir etdirmişdir. Ölkə rəhbəri həmin açılışlarda iştirak etmiş və ona həmin layihələri bilavasitə dövlət başçısına təqdim etmək xoşbəxtliyi nəsib olmuşdur. Belə bir vəziyyətdə, həm də heç vaxt pula ehtiyacı olmayan bir insan kimi illərdən bəri dost münasibəti saxladığı və həmişə maddi dəstək göstərdiyi şəxsə qarşı iddia olunan əməli törətməsinə hansı şəkildə inanıla bilinəcəyini təsəvvürünə belə gətirə bilmir. Bütün yuxarıda göstərilənləri nəzərə alıb məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, əslən Neftçala rayonundan olan Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Onların ataları keçmiş “Azneft” İstehsalat Birliyində iş yoldaşı olublar, aralarında səmimi münasibətlər olub. Bu münasibətlərə görə ailələr də bir-birini tanımış, qarşılıqlı gediş-gəliş olmuşdur. Bir müddət Moskvada yaşayan Cavanşir Bakıya köçdükdən sonra münasibətləri daha da yaxınlaşmış, dostluqları möhkəmlənmişdir. Hətta Cavanşir 80-ci illərdə onların evində də qalmışdır. Həyat yoldaşları birlikdə Həcc ziyarətində də olmuşlar. Sonradan Cavanşir Bakı şəhərində tikinti biznesi ilə məşğul olmağa başlamış, bu müddətdə də ailəvi dostluqları davam etmiş, həyat yoldaşları, övladları mehriban ünsiyyətdə olmuşlar. O özü 2006-cı ildən 2010-cu ilə kimi hazırda fəaliyyəti dayandırılmış “Bank of Azerbaijan” bankının 15 saylı filialının müdiri vəzifəsində çalışmış, həmin illərdə ona və ailə üzvlərinə məxsus olan müəyyən məbləğlərdə pulu müdiri olduğu filialda qayınanası Elianora Xəlilovanın və arvadı Şahid5 adına 18 faizə depozitə qoymuşdur. 2008-ci ilin dekabr ayında Cavanşirə bağını satmaq fikrində olduğunu söylədikdə sonuncu biznesində nəğd pul çatışmamazlığı səbəbindən geriləmə olduğunu, çoxsaylı əmlakları olsa da nəğd pula ehtiyacı olduğunu, ona böyük məbləğdə pul versə, o həmin pulu biznesinə yatıraraq işləri qaydasına düşəndən sonra ona həm pulu qaytara biləcəyini, həm də əlavə gəlir verə biləcəyini bildirmişdir. Həmin dövrdə pulu olduğundan, həm də Cavanşirlə ailəvi yaxın dostluğu nəzərə almaqla, eyni zamanda əlavə gəlir əldə edəcəyinə həvəslənməklə Cavanşirə kömək etmək qərarına gəlmişdir. Cavanşirə pulunun bankda olduğunu və ona divident gətirdiyini dedikdə Cavanşir ona bankın verdiyi dividentdən də yüksək məbləğdə gəlir verəcəyini demişdir. Cavanşirin təklifi barədə gəlib evdə bildirərək məsləhətləşmiş və həyat yoldaşı da Cavanşirin dostları olduğunu bildirərək razılaşmış, amma qaynanası etirazını bildirmiş, Cavanşiri tanımadığını, əvəzində girov qoyacağı halda razılaşacağını demişdir. Həmin vaxt qaynanasının adına depozitdə 100 min ABŞ dolları, həyat yoldaşının adına 60 min ABŞ dolları və özünün adına isə 30 min ABŞ dolları pul olmuşdur. 2008-ci ilin dekabr ayının 22də özü, həyat yoldaşı, qaynanası və Elçin adlı sürücüsü ilə birlikdə Cavanşirin Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən ofisinə getmişlər. Həmin vaxt müavini Vüqara zəng vurub bankda depozitdən bütün məbləği çıxardıb gətirməsini tapşırmışdır. Vüqar qeyd etdiyi bütün məbləği çıxarıb ofisə gətirmiş və onlara vermiş, onlar da bütün məbləği Cavanşirə vermişlər. Cavanşir daxili telefondan Elçin Babayev adsoyadlı, sonradan direktor olduğunu bildiyi şəxsi çağırmış və ona 2 müqavilə hazırlamasını, 1-ci və 7-ci mərtəbədə olmaqla iki mənzil yazdırmağını tapşırmış, həmin mənzillərin maliyyə arayışlarını da vermişdir. O vaxt Cavanşirlə münasibətləri qaydasında olmuşdur. Beləliklə, razılaşmalarına uyğun olaraq Cavanşirin təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nərimanov rayonu, Hidayətzadə küçəsində inşa edilən hündürmərtəbəli binadakı iki mənzil verilən pulun zəmanəti, girovu kimi çıxış etmişdir. Razılaşmaları belə olmuşdur ki, pul qaytarıldıqdan sonra o, mənzillərin sənədlərini ona geri qaytaracaqdır. Onlar Cavanşirin verdiyi mənzillərə bilavasitə baxmamışlar, çünki burada söhbət mənzil alqı-satqısından getməmiş, Cavanşir həmin mənzilləri onlara pula görə müvəqqəti girov kimi vermiş, müqavilə əslində formal olaraq bağlanmış, bu səbəblərdən də onları mənzillər maraqlandırmamışdır. Bundan sonra bir neçə il keçsə də Cavanşir onun pulunu qaytarmamışdır. Hər dəfə narahat olub maraqlananda Cavanşir ona narahat olmamasını xahiş edib işlərinin qaydasına düşmək üzrə olduğunu və tezliklə pulu qaytaracağını demişdir. 2013-cü ildə Cavanşir ona girov kimi yazdırdığı mənzillərdən birinə yaxşı müştəri düşdüyünü deyib müqavilənin birini qaytarmasını xahiş etmiş, mənzili satıb onun pulunu verəcəyini, həmçinin qalan məbləğlə bağlı ona Tbilisi prospektində inşa etdiyi binadan mənzil verəcəyini bildirmişdir. Etiraz etməyərək müqavilənin birini Cavanşirə qaytarmışdır. Mənzildən imtina məktubunu şəxsən özü yazmışdır, amma həmin vaxt Cavanşir hələ də pul vermirdi. O, həyat yoldaşı ilə məsləhətləşmiş və həyat yoldaşı ona imtina ərizəsinə qol çəkməməyi, özünə qaytarmağı tapşırmışdır. Həmin sənədə nə özü, nə də həyat yoldaşı qol çəkməmişlər. Kimsə onu imzalamış və həmin mənzil başqasına satılmışdır. Bir müddət sonra o, pulunu istəyəndə Cavanşir artıq yayınmağa başlamışdır. X25 prospektində olan binadan qeyri-yaşayış sahəsi verməsini istəmişdir. Çünki orada həkim olan həyat yoldaşı üçün gələcəkdə klinika açmaq niyyətində olmuşdur. Mənzillərdən birinə dair müqaviləni Cavanşirə qaytarmış, həyat yoldaşı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin binanın birinci mərtəbəsindəki ofisinə getmişdir. Cavanşir ona rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə inşa edilən 14 mərtəbəli 3cü binada yerləşən 300 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsinə dair müqavilə vermişdir. Amma həmin qeyri-yaşayış sahəsinin pulunun ödənilməsi ilə bağlı maliyyə arayışı verməmişdir. Yəni, maliyyə arayışı tərtib olunacağı halda belə onsuz da həmin qeyriyaşayış sahəsinə görə heç bir məbləğ ödəməmişlər, bu yalnız verdiyi pula görə girov kimi çıxış etməli əmlak olmuşdur. Bununla belə, maliyyə arayışının verilməməsinin səbəbi kimi bəhanəsi o olmuşdur ki, Cavanşir mühasibin həmin vaxt ofisdə olmadığını bildirmişdir. Cavanşir müqaviləsini tərtib etdikləri qeyri-yaşayış sahəsini kənardan əli ilə göstərmiş, həmin sahənin həqiqətən də boş olduğu görünmüşdür. Amma bilavasitə gedib həmin sahəyə baxmamış, yoxlamamış, ölçməmişdir. Sonrakı dövrdə onun öz işləri yaxşı getmədiyi üçün həyat yoldaşı üçün klinika açmaq fikrindən daşınmışdır. Bir müddət sonra Cavanşirə müraciət edib onun pulunu qaytarmasını istəmiş, özünün də həm mənzilin, həm də qeyri-yaşayış sahəsinin sənədlərini geri qaytaracağını bildirmişdir. Hətta Cavanşirə demişdir ki, qeyri-yaşayış sahəsinə dair müxtəlif bəhanələr gətirməklə ona maliyyə arayışı da verməmişdir. 2013-cü ildən sonra qeyd etdiyi kimi onun öz işləri yaxşı getmədiyindən artıq qəti şəkildə Cavanşirdən pulunu qaytarmasını tələb etmişdir. Cavanşir ona 2013-cü ildən 2018-ci ilin əvvəllərinədək hissə-hissə olmaqla 40300 ABŞ dolları pul qaytarmış, qalan pulu isə bu günə qədər müxtəlif bəhanələr gətirərək qaytarmaqdan imtina etmişdir. O, bundan sonra Cavanşirin ona verdiyi müqavilədə göstərilən mənzil və qeyri-yaşayış sahəsi olan binalara getmiş, Nərimanov rayonunda olan binadan komendant ona demişdir ki, həmin mənzildə başqa adam yaşayır. Həmçinin, Tbilisi prospektində olan binadakı qeyri-yaşayış sahəsində isə başqa ticarət obyekti fəaliyyət göstərir. Sonradan, yəni 2018ci ilin fevral ayında Bakı şəhər Baş Polis İdarəsinə Cavanşirlə bağlı şikayət ərizəsi yazmış, aparılan araşdırmanın gedişində Cavanşir ona “Azəriqazbank”ın Nəsimi filialı vasitəsi ilə təxminən 10000 ABŞ dolları ödəmişdir. Beləliklə, onun Cavanşirə verdiyi puldan cəmi 50300 ABŞ dolları qaytarılmış, qalan pulları bu gün də ona borclu qalmışdır. Bir arada Təqsirləndirilən şəxs Şamaxı rayonunun Avaxıl kəndi ərazisində ona məxsus torpaq sahəsindən 25 sotunu verməyini xahiş etmiş, həmin torpağın əvəzində isə “X50” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili verəcəyini vəd etmiş, həm də o “Toyota Camry” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavanşirə verməli olmuşdur. Nəticədə onlar həmin avtomobilləri dəyişmişlər və o, bunun üçün əlavə olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına xatırlamadığı məbləğdə pul ödəmişdir. Çünki, onların hesablamalarına görə Cavanşirin ona verdiyi “X50” markalı avtomobilin dəyəri onun Cavanşirə verdiyi “Toyota Camry” markalı avtomobildən çox olmuşdur. O özü Cavanşirə faizə pul vermək üçün xahiş etməmiş, Cavanşir ondan biznesini genişləndirmək üçün pul istəmiş və gəlirdən onun da qazanc götürməsinə razılaşmışlar. Verdiyi ilkin məbləğdən əlavə 150000-200000 manat pul verməyi barədə Cavanşirlə söhbəti olmamışdır. Cavanşir ona işçiləri vasitəsi ilə həqiqətən pullar vermişdir, göndərmişdir. O bunu imkan etmir və təsdiq edir. Amma ümumilikdə 325114 manat pul alması düz deyil, bu yalan rəqəmdir. Təqsirləndirilən şəxs və onun işçiləri vasitəsi ilə ona ümumilikdə cəmi 50300 ABŞ dolları pul verilmişdir. Təqsirləndirilən şəxs tapşırığı ilə ona işçiləri X23 vasitəsi ilə 2014-2015-ci illərdə 700, 800, 1000, 1500, 3000, 3500 manat, X12 vasitəsi ilə 20082015-ci illərdə mütəmadi olaraq aylıq 2150 manat, X28 vasitəsi ilə 2008-ci ildən təxminən 7-8 il müddətində ildə 7-8 dəfə olmaqla 2000-5000 manat, ********* ABŞ dolları, X29 vasitəsi ilə 3 il müddətində cəmi 5-6 dəfə olmaqla müxtəlif məbləğlərdə, yəni 1600, 3000, 3400 manat, 2015-ci ildən dolların məzənnəsi yüksələnədən sonra dollarla, 5000- 6000 ABŞ dolları, Şahid2 vasitəsi ilə 2014-2017-ci illərdə, təxminən 3 il ərzində müxtəlif məbləğlərdə, yəni 2000-3000 manat arası, cəmi 8-10 dəfə pullar verməsi həqiqət deyildir. 2008-ci ildə Təqsirləndirilən şəxs 210000 ABŞ dolları pul verən zaman pulun əvəzində Cavanşirin onun həyat yoldaşının adına rəsmiləşdirdiyi ikinci mənzilin müqaviləsi və maliyyə arayışı onda yoxdur. Həmin sənədləri Cavanşirə vermişdir. 30 sentyabr 2017-ci il tarixli razılaşma protokolu ilə bağlı isə onu deyə bilər ki, həmin protokolda qeyd olunduğu kimi 01.01.2016cı il tarixdən 30.09.2017-ci il tarixədək deyil, 2013-cü ildən 2017-ci ilədək Təqsirləndirilən şəxs ona 40300 ABŞ dolları vermişdir. Həmin protokolu öz aralarında tərtib etmişlər və şəxsən özü imzalamışdır. Amma tərtib etdikləri həmin protokolu oxumadan imzalamış, oradakı 40300 ABŞ dolları pulun ödənildiyi dövrlə bağlı yazılanlara diqqət etməmişdir. Sonralar Cavanşir pul verməkdən imtina etdiyinə görə Dövlət Neft Şirkətində işləyən kiçik qardaşının vasitəsilə Cavanşirlə görüşüb ondan verdiyi pulları tələb etməyə başlayanda ona qarşı çox ağır sözlər işlətmişdir. Cavanşirin belə münasibət bəslədiyini görüb buna dözməyərək gedib Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Cavanşir həmin vaxt özü etiraf etmişdir ki, ona 160 min ABŞ dolları borcu vardır. Lakin araşdırmadan bir az sonra, təxminən 2018-ci ilin may ayında ona bu işin mülki xarakterli olması barədə cavab verilmişdir. Bundan sonra o, birbaşa daxili işlər nazirinin qəbuluna gedib olanları izah etmişdir. 2019-cu ilin noyabr ayında yenidən material prokurorluqda araşdırılmağa göndərilmiş və cinayət işi başlanmışdır. Daha sonra Cavanşirin əmisi zəng vurub onları görüşdürmüş, təxminən 5 saat çəkən görüşlərində Cavanşir ona barışığa nail olmaq istədiyini, səhv etdiyini, maliyyə çətinlikləri olmasaydı heç vaxt belə şey etməyəcəyini bildirmişdir. O isə Cavanşirə uşaqlarının ölkə xaricində təhsil aldığını, onlara pul çatdıra bilməsə təhsillərinin yarımçıq qalacağını, o pula ehtiyacının olduğunu demişdir. Cavanşir ona həmin vaxt 50 min ABŞ dolları verməyi, qalan məbləği hər ay 5 min ABŞ dolları olmaqla ödəməyi təklif etmiş və razılaşmışlar. Cinayət işini aparan müstəntiqə bu barədə məlumat vermiş, sonra müstəntiq onunla əlaqə saxlayaraq “bu necə barışıqdır ki, o sənin əleyhinə 2-3 nəfər şahid gətirib” deyə bildirmişdir. O, isə müstəntiqdən yalanların ifşa edilməsi üçün həmin şahidlərlə üzləşdirilməsini tələb etmiş, amma buna məhəl qoyan olmamışdır. Məhkəmə istintaqında dindirilərkən Zərərçəkmiş şəxs1 ona verilən sualları cavablandıraraq bildirdi ki, pulu verdiyi dövrdə Cavanşirin inşa etdiyi bina artıq tikilib qurtarmışdır. Cavanşirin həqiqətən pula ehtiyacının olub-olmamasını araşdırmamışdır, çünki, ümumiyyətlə götürəndə hamının pula ehtiyacı var. Amma Cavanşir ona layihələri, Gürcüstanda işləri olduğunu bildirmişdir. O vaxtlar filial müdiri olduğundan biznes fəaliyyəti ilə məşğul olmağa ixtiyarı olmamışdır. Cavanşir onun bankdan aldığı faizdən daha artıq pul verəcəyini vəd etmişdir. Cavanşirin ona aybaay, yoxsa birdəfəlik gəlir verəcəyini planlaşdırmamış, pulun nə vaxt qaytarılacağını da dəqiqləşdirməmişlər. O vaxtlar filial müdiri olaraq hər ay yaxşı pul qazanmış, 2013-cü ildə isə oyuna salınaraq işdən çıxarılmış, müəyyən problemləri yaranmış və Cavanşirdən pulu tələb etməyə başlamışdır. Ona müxtəlif dövrlərdə 600, 700, 1000 və 2000 manat civarında pullar da faiz olaraq deyil, ana məbləğdən qaytarılmışdır. Cavanşirin işçisi Qənbər Tağıyevin otağından cəmi üç – iki dəfə 500 manat, bir dəfə 600 manat olmaqla pul götürmüşdür. Pul qoyulmuş zərfi də heç vaxt Qənbərin yanında açmamış, cibinə qoyub getmişdir. Cavanşirin sürücüsü Akif həqiqətən ona 5-6 dəfə, hər dəfə də 500-700 manat olmaqla pul gətirib vermişdir. Onun Cavanşirlə arasında dividentlə bağlı razılaşma olmuşdur. Faizi onsuz da bankdan rahatlıqla almışdır. Əgər Cavanşir həmin vaxt qazanmayıb müflis olsaydı, ondan heç bir qazanc istəməyəcəkdi. Pulu Cavanşirə verərkən bankdan onun tapşırığa əsasən həmin vaxt müavini işləmiş Vüqar Əliyev gətirib. Pulu bankdan çıxartmaq üçün isə o, Vüqar Əliyevə etibarnamə verməmiş, sadəcə tapşırmış və müavin də onun əvəzindən pulu çıxarıb gətirmişdir. Onun müavininin ona məxsus işləri görmək səlahiyyəti olmuşdur. Ona bu vaxtadək qaytarılan 50300 ABŞ dollarının müəyyən hissəsi 1 ABŞ dollarının kursunun 70 qəpik, müəyyən hissəsi isə 1 manat 70 qəpik olarkən verilib. Müavini Vüqarın barəsində sonradan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkum olunub. O vaxtlar işləri yaxşı olduğundan ehtiyacı olmadığı üçün 5 il Cavanşirdən pul istəməmişdir. Qaynanası da ondan pul haqqında soruşanda hər dəfə ona inanmasını tövsiyə etmiş və narahat olmamasını tapşırmışdır. O və həyat yoldaşı ilk izahatlarında ziyanı 600 min manat göstərmişdir. Çünki, polisdə bu barədə danışarkən onlara verilən məsləhətə görə təklif edilmişdir ki, bütün alacaqları faizləri və əldən çıxmış faydanı da hamısını bir yerə cəmləyib ümumilikdə bu rəqəmi göstərsinlər. Ona görə də qərara almışlar ki, Cavanşirin onlara 600 min manat borclu olduğunu yazsınlar. Cavanşir ona bu vaxtadək cəmi 50300 ABŞ dolları ödəyib, borcun 160000 ABŞ dolları isə hələ də qalmaqdadır. Ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi həyat yoldaşı Zərərçəkmiş şəxs2, oğlu Kamran və qızı Mehribandan ibarətdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs2 2003-cü ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmuşdur. Digər təsisçi isə Təqsirləndirilən şəxs olmuşdur. 2005-ci il tarixdə hələ inşaat başa çatmamış öz adına Məhdud Məsuliyyətli Cəmiyyətindən ev almış və həmin evin pullarını nağd olaraq ödəmişdir. Qeyd olunan evin alınması üçün Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi olan Təqsirləndirilən şəxs də razılığı alınmışdır. Bundan sonra 11 iyun 2013-cu il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyət ilə aralarında bağlanmış 14.07.2005-ci il tarixli müqavilə yenilənərək həmin müqavilə əsasında onun adına aldığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı mənzilə dair alqı-satqı müqaviləsi yenidən yazılmış və həmin mənzil üçün 2005-ci ildə Məhdud Məsuliyyətli Cəmiyyətə 254460 ABŞ dolları məbləğində nağd pul vəsaiti ödəmələri bir daha qeyd olunmuşdur. X20 Cəmiyyətin arasında imzalanmış 11.06.2013-cü il tarixli alqı-satqı müqaviləsi Təqsirləndirilən şəxs Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsinə təyin etdiyi, bütün alqı-satqı məsələlərini onun adı ilə həll etdiyi qardaşı Şahid4 adı ilə bağlanmış, lakin müqavilə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Belə ki, Təqsirləndirilən şəxs müqavilənin sonunda “təsisçi: Təqsirləndirilən şəxs” yazmaqla müqaviləni özü imza etmişdir. Bundan sonra, həyat yoldaşı X15 Cəmiyyətin apardığı tikintidə işlərin yekunlaşdırılması üçün təsisçilərin ödəməli olduqları müəyyən öhdəlik yaranmış və həmin öhdəliyin icra olunması məqsədi ilə onun adına alınmış qeyd edilən mənzil qiymətləndirilərək öhdəliyin əvəzində onlara verməyə razılaşmış və aralarında olan danışıqlar nəticəsində Məhdud Məsuliyyətli Cəmiyyətin ona 130000 ABŞ dolları məbləğində nağd pul vəsaiti borclu qalması, həmçinin öhdəliyin icrası ilə bağlı verdiyi mənzilin sahəsinə görə yaranmış fərq kimi 7,13 kvadrat metr sahə verməli olduqları barədə razılaşmışlar və bu səbəbdən aralarında 15 sentyabr 2014-cü il tarixdə razılaşma imzalanmışdır. Həmin razılaşma Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri tərəfindən tam şəkildə imzalansa da, o həmin razılaşmanı ona verilməli olan pulların tam şəkildə ödənilməsindən sonra imzalayacağını bildirməklə imza etməkdən imtina etmişdir. Bundan başqa, aralarında şifahi qaydada razılıq olmuşdur ki, Təqsirləndirilən şəxs onlara olan borcunu ödəmədiyi müddət ərzində mənzil onun mülkiyyətində qalacaq, borc tam şəkildə ödəndikdən sonra isə mənzil Məhdud Məsuliyyətli Cəmiyyətin balansına keçəcək və bundan sonra Məhdud Məsuliyyətli Cəmiyyət həmin mənzili istədiyi şəxsə sata bilər. Əgər Cavanşir həmin mənzilə alıcı tapsa, mənzili sataraq ilk növbədə onlara aid pulları tam şəkildə ödəyəcəkdir. Lakin onların məlumatı olmadan Təqsirləndirilən şəxs tərəfindən razılaşmadan 6-7 ay keçdikdən sonra qeyd olunan mənzil Şahid3 satılmışdır. Bu zaman bu barədə onlara məlumat verilməmiş, nə də ki, mənzilin satışından əldə etdikləri puldan onlara olan borc ödənilməmişdir. Həmin mənzil onların xəbəri olmadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Təqsirləndirilən şəxs tərəfindən Şahid3 30 aprel 2015ci il tarixdə 97(14)-1 nömrəli müqavilə ilə 466000 ABŞ dollarına satılmışdır. Həmin müqavilə də Təqsirləndirilən şəxs qardaşı və Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyən Şahid4lə Şahid3 arasında bağlanmışdır. Lakin Cavanşir qardaşı Şahid4 yerinə imza etmişdir. Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən onlara 130000 ABŞ dolları məbləğində nağd pul vəsaitləri ödənilmədiyi üçün onlar mənzili geri tələb edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 14.09.2016-cı il tarixli 2(006)-4529/2016 nömrəli qətnaməsi çıxarılmışdır. Qeyd olunan qətnamədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı mənzilə onun sahiblik, istifadə hüquqlarının pozulması ilə bağlı qeyd edilmiş, həmin mənzilin ona təhvil verilməsi və onun həmin mənzilə istifadə, sahiblik hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə edilməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilməsi qət edilmişdir. Daha sonra, Məhdud Məsuliyyətli Cəmiyyətin şikayəti əsasında iddiaya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmış, məhkəmənin 07.02.2017-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, qərardan Ali Məhkəməyə şikayət edilmiş və Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, sonuncu məhkəmədə isə aparılan baxış zamanı Məhdud Məsuliyyətli Cəmiyyətlə aralarında notarial qaydada bağlanmış 13 sentyabr 2017-ci il tarixli barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs köhnə münasibətlər, əri Zərərçəkmiş şəxs2la olan iş ortaqlığı və digər etibardan istifadə edərək, aldatmaqla onlara aylıq 5000 ABŞ dolları ödəməklə iki il müddətində pulları tam şəkildə ödəyəcəyinə dair öhdəlik götürmək barədə söz vermiş, bundan sonra onlara ona inanıb 13.09.2017-ci il tarixdə Bakı şəhəri 9 saylı notariusa gedərək həm "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan 25% təsis payını heç bir pul ödənilmədən əvəzsiz olaraq Cavanşirin yaxın qohumunun adına keçirilməsi üçün onun vəkilinə etibarnamə vermiş, həm də mənzillə bağlı barışıq sazişini imzalamışlar. Qeyd olunan barışıq sazişi formal olaraq artıq Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru olan Şahid2la onun arasında imzalanmış, həmçinin ilkin razılaşma müqaviləsi də təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onları bir daha aldadaraq onlara olan borclarını tam şəkildə qaytaracağını bildirdiyi üçün o, 15.09.2014-cü il tarixli razılaşma müqaviləsini də imzalamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.10.2017-ci il tarixli qərardadı ilə qeyd olunan mənzilin onun mülkiyyətində, sahibliyində və istifadəsində olması, həmin mənzilin əvəzi olaraq Məhdud Məsuliyyətli Cəmiyyətin onlara 140000 ABŞ dolları dəyərində borcunun olması, həmin borcun əsasının aralarında bağlanmış olan 15 sentyabr 2014-cü il tarixli razılaşmadakı borcun olması və Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən aylıq 5000 ABŞ dolları olmaqla iki il müddətində həmin pulların onlara tam şəkildə ödənilməsi, pulların tam şəkildə ödənilməsinə qədər olan müddət ərzində isə mənzilin onun mülkiyyətində qalması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.10.2017-ci il tarixli qərardadı ilə onların cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: tərəflər təsdiq edirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr olan 6 otaqlı mənzil Şahid1 mülkiyyətində, istifadəsində və sahibliyindədir, Şahid1 tərəflər arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli razılaşma protokolunu bu barışıq sazişi imzalandığı andan etibarən təsdiq edir. Lakin Təqsirləndirilən şəxs onları aldadaraq etibardan sui-istifadə edərək, Məhdud Məsuliyyətli Cəmiyyətdən paylarını təmənnasız olaraq Cavanşirə verməyi, mənzilin əvəzində isə onlara 140000 ABŞ dolları pul ödəməyi, həm aralarında bağlanmış ilkin, həm də sonrakı razılıqla öz üzərinə götürsə də, həmçinin məhkəmənin qərardadı ilə bu vəzifənin Məhdud Məsuliyyətli Cəmiyyətin üstünə qoyulmasına baxmayaraq onlara iki il ərzində cəmi 24000 ABŞ dolları ödəmiş, qalan pulları isə müxtəlif bəhanələrlə ödəməkdən imtina edərək aralarında olan etibardan suiistifadə edib onları aldatmaqla dələduzluq cinayət əməllərini törətməklə 116000 ABŞ dolları məbləğində pullarını ələ keçirməklə onlara külli miqdarda ziyan vurmuşdur. Dəfələrlə pulları qaytarmaqla bağlı müraciətlərinə baxmayaraq, Cavanşir onların pullarını qaytarmaqdan müxtəlif bəhanələr gətirməklə, yalandan mülki qaydada məhkəmə mübahisələrini uzatmaqla imtina etmiş, faktiki olaraq 24000 ABŞ dolları məbləğində pulları müvafiq dövlət orqanlarına guya ödəniş edirmiş kimi görüntü yaratmaq məqsədi ilə vermiş, niyyəti isə əvvəldən onlara məxsus əmlakı və pulları ələ keçirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs onun mənzilini verməli olduğu puldan da 4 dəfə bahasına onun xəbəri olmadan, həmçinin, ev onun mülkiyyətində olmaqla sataraq ona pul verməməklə niyyətinin bir daha ona qarşı dələduzluq etməkdən ibarət olduğunu başa düşmüşdür. Məhkəmə qətnaməsinin icra olunmaması səbəbindən icra məmuru tərəfindən təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, Məhdud Məsuliyyətli Cəmiyyətin direktorunun məcburi gətirmə və axtarış, ölkədən çıxışına məhdudiyyət qoyulmuş, Yasamal Rayon Məhkəməsinin qərardadı ilə Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Şahid2 qətnamənin icrasından boyun qaçırdığı üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli qərarı ilə 1300 manat cərimə edilməklə barəsində inzibati tənbeh tədbiri görülmüş, onun barəsində cinayət işi açılması üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmiş və o, cərimə olunmuşdur (cild 2, iş vərəqə 106-112). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir (cild 2, iş vərəqə 224-236). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 Qeysər qızı göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1la evlənəndən bəri - təxminən 30 il olar ki, Təqsirləndirilən şəxs tanıyır. Ailəvi dostluqları, bir-birlərinə inamları olub. Məsələnin belə səviyyəyə gəlib çata biləcəyi onun heç yuxusuna da girə bilməzdi. O vaxtlar atasının Buzovnada böyük bağı olmuşdur və anası həmin bağı satanda Fikrət həmin puldan götürüb banka depozitə qoymuşdur. Sonra Fikrət gəlib onlara demişdir ki, “Cavanşirə pul lazımdır, pulu depozitdən çıxarıb Cavanşirə verək”. Onlar üçün də bunun elə bir fərqi olmamışdır. Həm də Fikrət bu pula görə Cavanşirin bank faizlərindən də yüksək dividentlər verəcəyini bildirmişdir. O vaxtlar “Bank of Azerbaijan”da onların cəmi 60 min ABŞ dolları məbləğində depozitləri olmuşdur. Həmin depozitə görə ödənilən faizin miqdarını o bilmir. Beləliklə, razılaşmışlar və anası, özü və Fikrət üçü birlikdə Cavanşir müəllimin Montindəki ofisinə getmişlər. Oraya gedərkən sürücünün xidmətindən istifadə etməmişlər, avtomobili Fikrət özü idarə etmişdir. Ofisdə Cavanşirə cəmi 210 min ABŞ dolları pul vermişlər. Pul verilərkən Cavanşir müəllim özünün təşəbbüsü ilə onlara iki mənzil təklif etmişdir ki, girov kimi yazılıb onlara verilsin. Yəni, bu onların istəyi ilə deyil, Cavanşirin istəyi ilə baş vermişdir. Onlar da Cavanşirin bu təklifi ilə razılaşmışlar. Anasının da bu girov məsələsində heç bir təşəbbüsü olmamışdır. Tez də sənədlər hazırlanıb gətirilmiş, o da imzalamışdır. Onların ümumiyyətlə mənzil almaq niyyətləri olmadığından mənzillərlə bağlı ona imzalamaq üçün verilən sənədlərə də elə-belə, gözucu baxıb imzalamışdır. Yadında qalana görə sonralar həmin mənzillərdən biri kiməsə satılarkən, mənzil adında olduğu üçün onun razılığı lazım olmuşdur. Fikrət ona demişdir ki, “nə fərqi var, pul bizdədir, yoxsa Cavanşirdə, bir mənzil satılacaq, əvəzində Tbilisi prospektində yerləşən binada obyekt veriləcək”. Aradan xeyli vaxt keçdiyindən mənzildən imtina barədə ərizə verib-verməməsini dəqiq xatırlamır, amma bununla bağlı Cavanşirin ofisinə getməyib. Sonralar Cavanşir müəllimin evinə gedib pulu qaytarmasını xahiş etmişlər və o da biznesində problemlər olduğunu deyib müəyyən vaxtdan sonra pulu gətirəcəyini bildirmişdir. Bundan sonra Cavanşirin həqiqətən 40 min ABŞ dolları məbləğində pulu hissə-hissə ödəməsini dəqiq xatırlayır. Daha sonra Cavanşir 8 min ABŞ dollarını “Azəriqazbank”dakı hesablarına ödəmişdir. Birinci instansiya məhkəməsində dindirilərkən zərərçəkmiş şəxs Şahid5 Qeysər qızı ona verilən sualları cavablandıraraq bildirmişdir ki, Cavanşirə verilmiş pulun hansı hissəsinin onun özünə, hansı hissəsinin isə anasına məxsus olduğunu xatırlamır və hesab edir ki, bu ümumi bir pul – ailəyə məxsus pul olmuş, Cavanşirə verilən pulun da ailə üzvləri arasında heç bir ciddi bölgüsü olmamışdır. Cavanşirə verilən pulun qazancının nə olacağından onun məlumatı olmamışdır, bununla maraqlanmamışdır. Nə əvvəldən, nə də sonradan anasının pulun verilməsi müqabilində girov qoyulması ilə bağlı israr etməsi halı olmamışdır. Cavanşir pulu onlara həqiqətən hissə-hissə qaytarmışdır, amma sonralar onların pula ehtiyacı olanda daha verməmişdir. Özünün həqiqətən də Tbilisi prospektində yerləşən obyektdə klinika açmaq fikri olmuş, amma heç vaxt həmin obyektə gedib baxmamış və oranın qiymətini də bilməmişdir. X38 2008-2014-cü illər aralığında pul istəməmiş, yalnız son illərdə pulu istəməyə başlamışlar. X16 şikayət ərizəsi yazanda, həm də onlar izahatlarında Cavanşirin onlardan 600 min manat aldığını qeyd etmişlər. Əslində isə belə deyildi və hesab edir ki, bu məbləği o sənədlərə yazmaqları onların tərəfindən düzgün addım deyildir. Sadəcə polis işçiləri danışıb bu cür başa salmışlar ki, hansısa faizlər və əldən çıxmış fayda kimi məbləğlərin hamısını hesablayıb bir yerə toplayaraq belə yazmaq məsləhətdir. Əri Fikrət bank filialının müdiri olarkən onun müavini işləmiş Vüqarı şəxsən tanıyır və Vüqar nə onlar pulu Cavanşirə verərkən orda iştirak etməmiş, nə də oraya pul gətirməmişdir. Pulu Fikrətin zəngindən sonra oraya sürücü gətirmiş, amma pul veriləndə sürücü içəridə olmamış və görməmişdir. Səhhəti ağır olduğundan ilkin araşdırmalar zamanı heç yerdə anasının adını yazmamışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X27 göstərmişdir ki, 2002-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib ona rəhbərlik edərək fəaliyyət göstərmişdir. Cəmiyyət şəxsi istifadə üçün nəzərdə tutulan tibbi-ortopedik vasitələrin satışını həyata keçirir. Təxminən 2002-ci ildən 2013-cü ilədək Bakı şəhəri, Nəsimi rayonu, M.Əliyev 251 ünvanında fəaliyyət göstərmişdir. 2013-cü ildə qardaşı Cavanşir ona təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 10 ünvanında inşa etdiyi 16 mərtəbəli binanın “B” blokundan, yəni binanın 1-ci mərtəbəsindən ümumi sahəsi 139,42 kv/m olan mənzili ona tam təmirli şəkildə pay kimi bağışlamışdır. Şahid5 Qeysər qızı və onun ailəsini, o cümlədən əri Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır. Fikrət və ailəsi qardaşı Təqsirləndirilən şəxslə, qardaşının ailəsi ilə çox yaxın dost münasibətlərində olmuşlar. Özünün də bu ailə ilə həmişə çox yaxşı münasibətləri olmuşdur. Sonradan eşitdiklərinə görə qardaşı Cavanşirlə Fikrət arasında pul haqq-hesabı olmuşdur. Eşitdiyinə görə Fikrət Cavanşirə sələmə verdiyi pulla bağlı sonradan iddialar irəli sürmüş və 2019-cu ildə bununla bağlı Cavanşir barəsində polisə şikayət etmişdir. Qardaşı tərəfindən ona satılan mənzilin əvvəllər hansısa müqavilə ilə Fikrətin həyat yoldaşı Şahid5 adına rəsmiləşdirilməsindən onun heç bir məlumatı olmamışdır. Təkcə bir məqamı dəqiq xatırlayır ki, 2013-cü ilin yay aylarında Fikrət ona zəng edib mənzildən imtina ilə bağlı ərizəni Elçin Babayevə çatdırmalı olduğunu deyərək ofisi tanımadığı üçün onu ofisə aparıb Elçin Babayevlə tanış etməsini xahiş etmişdir. O da razılaşıb Fikrətlə birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinə getmişlər. Daxil olarkən Elçin Babayevin məlumatlı olduğunu və onları ofisdə gözlədiyini başa düşmüşdür. O, Fikrətlə Elçini tanış etmiş və Fikrət hansısa imtina ərizəsini Elçinə təqdim etmişdir. Qalan digər məsələlərdən məlumatı yoxdur. Qardaşının ona bağışladığı mənzil alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilib. Müvafiq maliyyə arayışında da məbləğ yazılmayıb, çünki əslində o mənzil pay olduğu üçün heç bir ödəniş etməyib. Maliyyə arayışında sadəcə mənzilə görə borcunun olmadığı yazılıb. Həmin mənzil həyat yoldaşının adınadır və hal-hazırda ailəsi ilə birlikdə orada yaşayırlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, dəfələrlə Təqsirləndirilən şəxs tapşırığı ilə aparıb zərfdə ona pul vermişdir. Pul vermək üçün Zərərçəkmiş şəxs1la dəfələrlə “Portofino” adlandırılan kafenin yaxınlığında, habelə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində dəfələrlə görüşmüşdür. Həmçinin Təqsirləndirilən şəxs borcun əvəzinə Fikrətə avtomobilin verilməsi prosesində də şəxsən iştirak etmişdir. Birinci instansiya məhkəmədə şahid qismində dindirilmiş X28 göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs ailə sürücüsü işləmişdir, hazırda isə artıq həmin şəxsin yanında çalışmır. Qanunun tələbi ilə yanaşı yalnız Allahdan qorxan inanclı bir insan kimi məhkəmədə hər şeyi olduğu kimi, yalnız həqiqəti bildirir. Həqiqət də ondan ibarətdir ki, Təqsirləndirilən şəxslə işlədiyi müddətdə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1la təxminən 20 dəfə görüşüb ona pul çatdırmışdır. Fikrətlə görüşüb pul verərkən əksər hallarda pulun məbləğini saymamışdır. Bu qaydada ortalama, bəlkə də ən azından 20 dəfə pul aparıb verməsi təxminən 4-5 il müddətində davam etmişdir. O, yalnız tapşırılan işi görərək aparıb pulu çatdırmışdır. Həmin pullar da hamısı şəxsən Təqsirləndirilən şəxs tapşırığı ilə aparılmışdır. Cavanşirlə də Fikrətin yaxın dost olduqlarını bilmişdir. Bu tapşırıqlları ona Cavanşir ya bilavasitə ofisdə, ya da telefonla zəng edib demişdir. Məbləğin ona heç bir aidiyyəti olmadığından hər dəfə apardığı məbləğlərin hamısını dəqiq xatırlamır. Amma sonuncu dəfə Fikrətə 7300 ABŞ dolları aparıb çatdırdığını dəqiq xatırlayır. Fikrət oğlunun təhsilinə görə ona pul lazım olduğunu bildirmişdi. Həmin vaxt Cavanşir özü ofisdə olmamış, ona zəng vurub “ofisdən pulu götürüb apar Fikrətə ver” demiş, o da tapşırığı icra etmişdir. Həm də belə bir qaydanı xatırlayır ki, pullar ona açıq şəkildə veriləndə həmişə sayılmış, amma bağlı zərfdə verilərkən sayılmamışdır. Bağlı zərfi verəndə dərhal qayıdıb getmiş, açıq olan halda isə Fikrət onu sayandan sonra çıxıb getmişdir. Yadında qalana görə Fikrət həmişə pulları saymışdır. Bütün bu müddət ərzində Fikrətə pul verərkən sonuncu heç vaxt heç bir etiraz, irad, narazıçılıq bildirməmişdir. Pulları çox vaxt ofisdən götürüb aparmışdır. Pulların ona nə məqsədlə göndərilməsini bilməmiş və bu barədə soruşmamışdır. Açıq vəziyyətdə olan pulların məbləğini o vaxtlar özü həmişə bilmişdir, amma aradan illər keçdiyi üçün onları dəqiqliklə xatırlaya bilmir. Fikrət təkcə ondan yox, Cavanşirin eyni qaydada verdiyi pulları binanın komendantı Bəxtiyardan götürmüşdür. Komendanta verilərkən də pulun Fikrətə çatdırılıb-çatdırılmadığını həmişə soruşub dəqiqləşdirmişdir, çünki Cavanşir sonradan mütləq özü bu barədə ondan dəqiqləşdirmə aparırdı. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X23 göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib vəzifəsində işləyir. 2014-2016-cı illərdə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda dəfələrlə ayrı-ayrı şəxslərin vasitəsilə ona Zərərçəkmiş şəxs1 çatdırılması üçün pul məbləğləri göndərmişdir. Bəzi hallarda isə Fikrətə çatdırılmalı olan məbləğləri Cavanşir özü şəxsən gətirib ona vermişdir. Cavanşir gətirəndə pullar adətən bağlı kağız paketin içində olduğu üçün məbləği birbaşa bilməmişdir. Amma Cavanşir özü ona paketdəki pulun məbləğini demişdir. Fikrət müəllimə çatdırarkən sonuncu adətən paketi onun yanında açıb pulu saydığı üçün paketdə nə qədər pul olduğunu dəqiq görmüşdür. Qeyd etdiyi dövrdə Fikrətə təxminən 12-13 dəfə pul çatdırmış və hər dəfə də pul müxtəlif məbləğlərdə - təxminən 1000, 1500, 2000 manat və sair məbləğlərdə olmuşdur. Onun Fikrətə çatdırdığı ən böyük məbləğ səhv etmirsə 2000 manat olub. Fikrət müəllim şəxsən özü onun otağına gələrək pulları sayıb götürmüşdür. Cavanşirin onun vasitəsilə Fikrətə verdiyi pulların hesabatını aparmamışdır, çünki pullar Cavanşirin şəxsi vəsaiti olmuşdur və müəssisənin kassasından götürülməmişdir. O dövrdə özünün başa düşdüyünə görə Cavanşir çatdırılması üçün nə qədər pul verməsi barədə öncədən Fikrət müəllimə məlumat vermiş, Fikrət müəllim də arada vasitəçi o olduğu üçün zərfi elə onun yanında açaraq pulları sayırdı ki, sonradan nəsə yanlışlıq olmasın. Heç vaxt da pul sayılandan sonra onun əskik olması barədə Fikrət ona heç nə deməyib. Təqsirləndirilən şəxs özü Azərbaycanda olmadığı vaxtlarda Fikrətə çatdırılmalı məbləği ona Cavanşirin Akif adlı sürücüsü gətirib vermişdir. Əmindir ki, Zərərçəkmiş şəxs1 bunları özü daha ətraflı danışa və təsdiq edə bilər. 2016-cı ildən sonra Fikrətə pul veribverməməsini dəqiq xatırlamır. Ondan başqa eyni qaydada Fikrətə kiminsə pul çatdırıbçatdırmadığını bilmir. Zərərçəkmiş şəxs1 və ya yaxınlarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən nə vaxtsa mənzil və ya qeyri-yaşayış sahəsi əldə etmələri barədə heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 göstərmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təchizatçı vəzifəsində işləmişdir. 2010-2013-cü illər arasında Cavanşirin Şirəliyevin tapşırığı ilə Zərərçəkmiş şəxs1 3 dəfə pul aparıb vermişdir. Zərfin üzərində yazılmaqla iki dəfə 2500 manat, bir dəfə isə evinin yanında 4000 və ya 5000 manat pul çatdırmışdır. Ümumilikdə Fikrətə təxminən 10000 manat pul vermişdir. Fikrət müəllimin evi Hənifə Ələsgərova küçəsində yerləşir. Pulun nəyə görə verildiyini bilmir, o yalnız Cavanşirin tapşırığını yerinə yetirərək pulu aparıb Fikrətə çatdırmışdır. Həmin dövrdə ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini işlətmişdir. Məhz bu telefonlarla da Fikrətlə zəngləşib görüşmüşdür. Həmin ərəfələrdə Fikrətin “Atrabank”da işlədiyini dəqiq xatırlayır və şəxsən gedib bankın binasının içində Fikrətə pul vermişdir. Dəqiq xatırlayır ki, Fikrətə iki dəfə məhz onun iş otağında aparıb pul vermişdir. Fikrət onun pul aparıb çatdırdığı əksər hallarda paketləri açıb onun yanında sayaraq göndərilən pulun məbləğini yoxlamışdır. 2013-cü ildən sonrakı dövrdə o şəxsən Fikrətə göstərdiyi qaydada pul aparıb verməmişdir. Çünki, həmin dövrdən sonra artıq həmin iş yerindən çıxmışdır. Köhnə iş yoldaşlarından isə kiminsə Fikrətə pul aparmasından məlumatı yoxdur. O Zərərçəkmiş şəxs1 ona pul aparmazdan xeyli əvvəldən ofisə gəlib-getdiyi vaxtlardan tanımışdır. Hələ ilk görüşdükləri vaxtda Cavanşir onu Fikrətə təqdim edib tanış etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X30 göstərmişdir ki, təxminən 2011-ci ildə Təqsirləndirilən şəxs ona Şahid5 adına mənzil rəsmiləşdirilməsini tapşırmış, o da müvafiq sənədləri hazırlayıb təqdim etmiş, Cavanşir sənədləri özü Afaqa imzalatdırmış, maliyyə arayışı da tərtib olunmuşdur. 2013-cü ilin yay aylarında Cavanşir həmin mənzili qardaşı Mürsəlin adına rəsmiləşdirməyi həvalə etmiş, o da Afaqdan imtina ərizəsi alınmasının lazım olduğunu, bunun üçün Afaqın özünün ofisə gəlməli olduğunu bildirmişdir. Bir müddət sonra Cavanşir ona zəng edib demişdir ki, çox yaxın dostu olan Fikrət arvadının ofisə gəlməsini istəmir və ərizəni arvadına evdə imzalatdırıb gətirəcəyini deyir. Cavanşir ona görə də heç bir problem olmayacağına əmin olduğundan Fikrətin həyat yoldaşının imtina ərizəsini evdə imzalatdırıb gətirməsinin narahatçılıq yaratmayacağını bildirmişdir. Bundan sonra Fikrət Mürsəllə birlikdə ofisə gəlib çıxmış və Fikrət ona Afaqın imzaladığı imtina ərizəsini təqdim etmişdir. Onun yanında tərtib olunmadığı üçün həmin ərizəni kimin yazdığını bilmir, ərizəni Fikrət hazır vəziyyətdə gətirib şəxsən özü ona təqdim etmişdir. Bəhs olunan mənzildə həmin vaxtlar heç kim yaşamamış və ümumiyyətlə mənzil təmirsiz olmuşdur. Binadan satılan mənzilləri alıcılara göstərən şəxs kimi dəqiq bildirir ki, Zərərçəkmiş şəxs1 və ya onun onun hansısa qohumu həmin binadan heç vaxt hər hansı mənzil almamış, ümumiyyətlə hər hansı mənzilə baxmamışlar. O, 2014-cü ilədək həmin şirkətdə işləmiş və oradan işdən çıxdığı günə qədər qeyd olunan mənzillə bağlı hansısa problem olmasını heç kimdən eşitməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X31 göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs rəhbəri olduğu şirkətdə özünə məxsus “Lifan” markalı avtomobillə sürücü kimi işləmişdir. 2016-cı ildə ixtisarla əlaqədar işdən çıxmışdır. Həmin şirkətdə sürücü işlədiyi vaxtlardan əvvəl Zərərçəkmiş şəxs1 tanımışdır. Cavanşiri isə Fikrətdən sonra, yəni işə başlayandan sonra tanımışdır. Təqsirləndirilən şəxs rəhbəri olduğu şirkətdə işlədiyi dövrdə ən azı 8-9 dəfə, hər dəfədə də 1500-1800 manat olmaqla Fikrətə aparıb pul vermişdir. Hətta ilk dəfə “İrşad” otelin yaxınlığında görüşəndə Fikrəti tanımış, ona tanışlıq vermiş, əlaqə nömrəsini götürmüşdür. Pulları Fikrətə bir qayda olaraq axşam saatlarında aparıb vermişdir. İşlədiyi vaxtda tək Fikrətə deyil, Təqsirləndirilən şəxs tapşırığı ilə başqa insanlara da müxtəlif vaxtlarda pul aparmışdır. Rəhbər şəxs nə tapşırıq veribsə, onu da icra etmişdir. Fikrətin özü də dəfələrlə onun pul aparıb şəxsən özünə çatdırmasını heç cür dana bilməz. Ona görə də özü eşidə-eşidə əminliklə həqiqəti bildirir. Hətta bir hadisəni də dəqiq xatırlayır ki, bir dəfə Cavanşir ona zəng vurub “sənə verdiyim pulları Fikrətə çatdırmısan?” deyə soruşmuş, o da şəxsən özünə əlbəəl verdiyini təsdiqləmişdir. Cavanşir də ona “Bəs Fikrət deyir ona pul verməmisən?” deyə bildirmişdir. Fikrətə pulların nə üçün, nə məqsədlə verildiyini bilmir. Ancaq bir oğlunun canına and içir ki, bütün söylədikləri həqiqətdir. Onun heç kimdən asılılığı və çəkinən yeri yoxdur. Amma onu istintaqa çağırıb dindirəndən sonra Zərərçəkmiş şəxs1 ona zəng vurub “sən yalan ifadə verdiyin üçün sənə cinayət işi açdıracağam” deyə hədələmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 göstərmişdir ki, hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor müavini vəzifəsində işləyir. Əvvəllər “Karvan” idman klubunda işləmişdir. Hazırda işlədiyi şirkətdə Zərərçəkmiş şəxs1 bəlkə 100 dəfədən də çox görmüşdür. 2018-ci ilə kimi Zərərçəkmiş şəxs1 ayrıayrı vaxtlarda, zərfdə qablaşdırılmış şəkildə müxtəlif məbləğlərdə – adətən 2000, 2500, 3000 manat məbləğində pullar vermişdir. Fikrətin ondan götürdüyü pulların təyinatı barədə heç vaxt maraqlanmamış, sadəcə olaraq rəhbərliyin tapşırığını icra etmişdir. Onun işlədiyi ofis birinci mərtəbədə yerləşdiyindən bəzi hallarda elə balkona çıxıb orada dayanmış Fikrətə pulu vermişdir. Ümumiyyətlə, pulu çox vaxt Fikrət gəlib ofisdə ondan özü götürmüşdür. Bir neçə dəfə isə o özü aparıb Fikrətlə görüşərək vermişdir. Pulu aparkən qabaqcadan Fikrətlə telefonda danışıb görüş barədə razılaşmışlar. Ümumilikdə Fikrətə nə qədər pul verdiyini dəqiq deyə bilməz, heç bir qeydiyyat aparmadığı üçün yanlış rəqəm demək istəmir. Fikrətə verdiyi pulların kassaya heç bir aidiyyəti olmamışdır, həmin məbləğləri ona təqdim etmək üçün Cavanşir vermişdir. Dəfələrlə belə də olmuşdur ki, Fikrətə çatası pul ofisin işçisi Cəmiləyə verilmiş, o da Cəmilədən götürüb Fikrətə çatdırmışdır. Bildiyinə görə Cəmilə özü də Cavanşirin verdiyi məbləğləri dəfələrlə Fikrətə çatdırıb. Hətta bir dəfə pul götürmək üçün gələrkən Fikrət onun avtomobilini də vurub əzmişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 hansısa işbirliyi haqqında heç nə bilməmiş, bu şəxsləri birbirinin qohumu kimi tanımışdır. Fikrətin onların şikrətində nə vaxtsa mənzil və ya qeyriyaşayış sahəsi alması barədə heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, 2015-ci ilin aprel ayında mənzil almaq üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şahid4 müraciət etmişdir. Təklif olunan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı iki mərtəbəli mənzili bəyənmiş, onu almaq qərarına gəldiyini bildirmişdir. Bundan sonra Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Şahid4lə danışıb həmin mənzilin qiymətini 466000 ABŞ dollarına razılaşmışlar. Bu məbləği bütünlüklə nağd şəkildə Məhdud Məsuliyyətli Cəmiyyətin direktoruna ödəmişdir. Bundan sonra 30 aprel 2015-ci il tarixdə onunla Şahid4 arasında həmin mənzillə bağlı 97(14)-1 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Qanuni şəkildə həmin mənzili aldıqdan sonra təmir işlərinə başlamış, təmirə təxminən iki-üç il vaxt sərf edərək onu yekunlaşdırmış və 2018-ci ilin dekabr ayında həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. Mənzildə təmir apardığı həmin uzun dövr ərzində heç kim ona yaxınlaşıb təmirlə bağlı irad bildirməmiş, nə də mənzilin hər hansı başqa şəxsə məxsus olması deyilməmişdir. Yəni, qanuni şəkildə pulunu ödəyib aldığı mənzillə bağlı hər hansı problem yaşamamışdır. 2019-cu ilin təxminən avqust-sentyabr aylarında Yasamal Rayon Məhkəməsinin qərarı ilə ona məxsus olan həmin mənzilin üzərinə həbs qoyulması, mənzillə bağlı Şahid1 adlı şəxsin iddiasının olması haqqında məlumat almışdır. Halbuki, mənzili alarkən Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyi tərəfindən mənzillə bağlı hansısa mübahisənin olması, yaxud mənzilə başqa kiminsə də iddialı olması barədə ona heç bir məlumat verilməmişdir. Həm də külli miqdarda xərc çəkib təxminən üç il ərzində təmir işləri apardığı və sonradan köçüb orada yaşamağa başladığı dövrdən də ona mənzillə bağlı iddia ilə heç kim yaxınlaşmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, 2003-cü ilin noyabr ayından 2009-cu ilin yaz aylarına qədər, daha sonra isə 2010-cu ilin sonlarından 2016-cı ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmişdir. Qardaşı Təqsirləndirilən şəxs həmin Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçilərindən olmuşdur. Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçilərindən biri olan Zərərçəkmiş şəxs2 öz payı kimi inşa edilmiş binalardan iki ədəd mənzil və bir ədəd qeyriyaşayış sahəsi götürmüşdür. Həmin mənzillərdən birini öz həyat yoldaşı Şahid1 adına rəsmiləşdirmişdir. 2014-cü il tarixdə inşaatın başa çatdırılması və zəruri xərclərin ödənilməsi üçün, həmçinin əvvəldən olan borclarının ödənilməsi üçün 15.09.2014-cü il tarixdə aralarında bağlanmış razılaşma əsasında Zərərçəkmiş şəxs2 borcunun əvəzində arvadı Şahid1 adına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında olan mənzilini əvəzləşdirmiş və Məhdud Məsuliyyətli Cəmiyyətin onlara 130000 ABŞ dolları və təxminən 7 kvadrat metrlik sahə borcu qalmışdır. Bundan sonra, qeyd olunan mənzilin aqibətinin hansı şəkildə olması barədə dəqiq məlumatı olmamışdır. Qardaşı Cavanşirlə danışdığı zaman X15 Cəmiyyəti mənzillə bağlı məhkəməyə verməsini eşitmişdir, lakin bu barədə də dəqiq olaraq məlumatı olmamışdır. Qeyd olunan mənzilin birinci alqı-satqı müqaviləsi, yəni 11 iyun 2013-cu il tarixli müqaviləsi onun deyil, qardaşı Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İkinci müqavilədən isə onun məlumatı olmuşdur. Həmin zaman səhv etmirsə, o, ölkə xaricində olmuşdur və ona məlumat verildikdən sonra müqavilə məsul edilmiş şəxslərdən biri tərəfindən imzalanmış və Məhdud Məsuliyyətli Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Həmin məsul olan şəxs isə ya qardaşı Təqsirləndirilən şəxs, ya da Cavanşirin oğlu Qədir Şirəliyev olmuşdur. Səhv etmirsə, həmin zaman o, qardaşı oğlu Qədir Şirəliyevə etibarnamə vermişdir. İkinci müqavilə Zərərçəkmiş şəxs2la bağlanmış razılaşma əsasında sonuncunun həyat yoldaşı Şahid1 adına olan mənzilin Məhdud Məsuliyyətli Cəmiyyətin sərəncamına verilməsindən sonra Məhdud Məsuliyyətli Cəmiyyətin borclarının ödənilməsi məqsədi ilə bağlanmaqla həmin mənzil satılmış və əldə olunmuş pullar Məhdud Məsuliyyətli Cəmiyyətin borclarının bağlanmasına yönəldilmişdir. Həmin zaman iqtisadi böhran baş vermiş, devalvasiya olmuş və bu səbəbdən mənzilin satışından əldə olunmuş vəsaitlər borcların bağlanmasına yönəldiyi üçün Şahid1 yaranmış olan borcun ödənilməsi mümkün olmamışdır. Onun Yasamal rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı mənzilin 30 aprel 2015-ci il tarixli 97(14)-1 nömrəli müqavilə əsasında 466000 ABŞ dollarına Şahid3 satılması barədə məlumatı olmuşdur. Zərərçəkmiş şəxs2 isə əksər hallarda ölkə xaricində olmuş və Məhdud Məsuliyyətli Cəmiyyətin işlərinə çox qarışmamışdır, sadəcə olaraq, müəyyən vaxt fasilələri ilə Cəmiyyətə gələrək öz xeyrini götürərək getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, 2016-cı ildən əvvəlcə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmuş, 23 aprel 2018-ci il tarixdə isə Mənzil-Tikinti Kooperativinin direktoru təyin edilmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətdə işləməyə başladığı dövrdən Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi idi. Məhdud Məsuliyyətli Cəmiyyətdə alqı-satqı məsələləri ilə ondan əvvəl direktorlar Aydın Əhmədov, sonradan isə Təqsirləndirilən şəxs qardaşı Şahid4 məşğul olmuşdur. Təqsirləndirilən şəxs birinci təsisçi olmaqla işlərə faktiki rəhbərliyi həyata keçirmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyindən eşitmişdir ki, əvvəlki təsisçi olan Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətində olan paylarının əvəzində öz adına bir neçə mənzil götürmüş və pay ödənişi kimi borcu olmuşdur. Borcun məbləğini xatırlamır. Zərərçəkmiş şəxs2 öz payı kimi Məhdud Məsuliyyətli Cəmiyyətin inşa etdiyi binada bir ədəd 6 otaqlı iki mərtəbəli evi 2013-cü ildə həyat yoldaşı Şahid1 adına rəsmiləşdirmişdi. 15 sentyabr 2014-cü il tarixdə Zərərçəkmiş şəxs2 və Şahid1 ilə Cavanşir, Şahid4 və əvvəllər direktor işləmiş Aydın Əhmədov arasında bağlanmış razılaşmanın şərtlərinə əsasən Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid1 adına rəsmiləşdirdiyi mənzili borcunun əvəzi olaraq Məhdud Məsuliyyətli Cəmiyyətinə vermiş, Məhdud Məsuliyyətli Cəmiyyət isə mənzili daha baha qiymətləndirdiyi üçün Şahid1 borclu qalmışdır. Bundan başqa əvəzləşdirmə zamanı əlavə olaraq 7,13 kvadrat metrlik sahə borcu qalmışdır. Şahid1 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı mənzil Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına keçdiyi üçün Şahid3 satılmışdır. Sonra Qənirə xanımla mülki mübahisə yaranmış və 13 sentyabr 2017-ci il tarixdə aralarında mülki razılaşma - barışıq sazişi imzalanmışdır. Sazişin şərtlərinə əsasən Məhdud Məsuliyyətli Cəmiyyət Şahid1 130000 ABŞ dolları və 7 kvadrat metr sahəyə görə isə 10000 ABŞ dolları, cəmi 140000 ABŞ dolları məbləğində borclu olduğundan, həmin borcu hər ay 5000 ABŞ dolları olmaqla iki ilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin iqtisadi böhranın baş verməsi səbəbindən ödənişləri vaxtında etmək mümkün olmamışdır. O, 24 min ABŞ dolları məbləğində nağd pul vəsaitini Şahid1 bank hesabına ödəmiş, beş min manatı isə əlbəəl vermişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşmə zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində yerləşən həyat yoldaşının adına rəsmiləşdirilmiş 6 otaqlı mənzili onun və arvadının məlumatı olmadan satdığını, həmin mənzilin satışından əldə etdiyi puldan onlara vermədiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha ətraflı ifadə vermişdir (cild 2, iş vərəqə 249-252). İşdə olan 7 aprel 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, həmin tarixdən təsisçisi Təqsirləndirilən şəxsdur. O, təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən və həmin cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən şəxsdir (cild 2, iş vərəqə 161-168). İşdə olan 13 sentyabr 2017-ci il tarixli barışıq sazişindən görünür ki, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı mənzil Şahid1 mülkiyyətində, istifadəsində və sahibiliyindədir. Həmin mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilir, Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Şahid1 140000 ABŞ dolları ödənilməlidir. Həmin məbləğ hissə-hissə hər ay 5000 ABŞ dolları olmaqla 2017-ci ilin oktyabr ayının 1-dən başlayaraq hər ayın 25-dək ödəniş qrafikinə uyğun tam və vaxtında ödənilməlidir. Lakin, cinayət işinin materiallarından da göründüyü kimi Şahid1 cəmi 24000 ABŞ dolları ödənilir və daha sonra ödəmə olmur (cild 2, iş vərəqə 39-40). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs bəraət verərkən belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın Zərərçəkmiş şəxs1la bağlı hissəsi üzrə toplanmış sübutların məcmusu ilə ümumiyyətlə Təqsirləndirilən şəxs nəinki özgə əmlakını əldə edənədək həmin əmlakın talanmasına yönəlmiş niyyətinin yaranması sübuta yetmir, ümumiyyətlə onun tərəfindən Zərərçəkmiş şəxs1 əmlakının talanması hadisəsinin baş vermədiyi müəyyən olunur. Təqsirləndirilən şəxs ona istinad edilən Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti törətməsi hadisəsi - cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin həmin mövqeyinin və gəldiyi nəticəsinin qanuni və əsaslı olduğunu söyləmək mümkün deyildir və mübahisəsizdir ki, bu cür çatışmamazlıqlarla çıxarılmış məhkəmə aktı qüvvədə qala bilməz, ləğv edilməlidir. Belə ki, işin faktiki hllarından mübahisəsiz olaraq göründüyü kimi X4 zərərçəkmiş Zərərçəkmiş şəxs1 2008-ci il də ayrı-ayrı vaxtlarda pullar almışdır. Zərərçəkmiş şəxs1 iddia edir ki, Təqsirləndirilən şəxs həmin pulları sonuncunun sahibkarlıq fəaliyyətinə yatırtmaq və əvəzində maddi gəlir əldə etmək üçün vermişdir. Təqsirləndirilən şəxs isə iddia edir ki, həmin pulları Fikrət İbrahimodan faizə (sələmə) götürmüşdür və hal-hazırki vaxtadək Zərərçəkmiş şəxs1 220000 ABŞ dolları qaytarmışdır. Məhkəmə kolleqiyası hər iki tərəfin mövqeyi üzrə hüquqi dəyənləndirmə apararaq qeyd edir ki, dələduzluqla mülki məsuliyyət arasında sərhədin əsas kriteriyası – əvvəlcədən yaranan niyyətdir və bu niyyyətin düzgün müəyyən olunması üçün “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarındakı tövsiyyələrinə müraciət etməyə lüzum görür. Plenum izah edir ki, törədilmiş əməl o halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Şəxs əmlakı əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 aid əmlakı (pul vəsaitini) əldə edənədək ona qarşı dələduzluq etmək niyyətində olub-olmamasını düzgün və obyektiv müəyyən edilməsi və qiymətləndirilməsi üçün işin başqa halları, o cümlədən əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş 22 dekabr 2008-ci il tarixli 107/26-06m nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Şirəliyev X6 Afaq Qeysər qızına ünvan 3 ünvanında 16 mərtəbəli binanın «B» blokunun 1-ci mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 139,42 m2 olan 153.360 manat dəyərdə 4 otaqlı mənzili satmış, həmin mənzili 17 oktyabr 2013-cü il tarixdə 107/26-68 nömrəli müqavilə ilə X2. X11 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsindən görünür ki, 2013-cü ildə qardaşı Cavanşir ona təsisçisi olduğu "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında inşa etdiyi 16 mərtəbəli binanın «B» blokundan, yəni binanın 1- ci mərtəbəsindən ümumi sahəsi 139,42 kv/m olan mənzili ona satmışdır. Həmin mənzili qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirərək fəaliyyətini orada davam etdirmişdir. İşin faktiki hallarından göründüyü kimi həmin mənzilin X1 Şahid5 Qeysər qızının razılığı olmuşdur, lakin sonuncu o məqsədlə buna razılıq vermişdir ki, mənzilin satışından əldə olunacaq vəsait hesabına Təqsirləndirilən şəxs Fikrət və Şahid5lara olan borcunu qaytarmalı idi və bunu vəd etmişdir, lakin nəticədə pulu qaytarmamaqla vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs sözləri doğru qəbul olunaraq onun həmin mənzili qardaşı X17 bağışlaması qəbul olunarsa belə, onun külli miqdarda pul borclu olduğu şəxslərin adına olan mənzilin onları aldadaraq öz qardaşına bağışlamasının hansısa qanuna uyğun zərurətdən yaranması iş materiallarından görünmür. Təkcə bu hal onu düşünməyə kifayətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ittiham göstərilən 210000 ABŞ dollarını alarakən əsil niyyəti həmin pulları dələduzluq niyyəti ilə mənimsəmək olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində pulların ona Zərərçəkmiş şəxs1 öz təklifi (təşəbbüsü) ilə verildiyini tez-tez vurğulamaqla diqqətə çatdırmaq istəyir ki, sanki pulların alınmasında onun yeganə niyyəti və marağı Zərərçəkmiş şəxs1 qazanc vermək olmuşdur. Halbuki, işin faktiki hallarından göründüyü kimi, o, talama məqsədilə aldığı pulların əvəzində “girov” qismində mənzillləri Zərərçəkmiş şəxs1 arvadının adına sənədləşdirmişdir və hal da onun dələduzluq niyyətini daha inandırıcı həyata keçirmək üçün istifadə etdiyi üsul kimi qiymətləndirilməlidir. Başqa sözlə, Zərərçəkmiş şəxs1 qazanc (gəlir) vermək məqsədi ilə aldığı pulların qarşılığında özü aid mənzillərin girov qoyulması hər hansı məntiqlə uzlaşmır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, bütün toplanmış sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanının dələduzluq cinayəti olması qənaətinə gəldiyi hadisə iki fiziki şəxs – Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında mövcud olmuş ikitərəfli iradə ifadəsinin - əqdin doğurduğu qarşılıqlı hərəkətlərdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs1 borc verən qismində çıxış edərək, borcun faizlə verilməsini şərtləşdirməklə Təqsirləndirilən şəxs borc vermişdir. Məhkəmə bu məqamda onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin hallarından mübahisəsiz göründüyü kimi tərəflər arasında yazılı kredit müqaviləsi olmamış, tərəflər hər hansı faiz münasibətlərini şərtləşdirməmişlər. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa, cinayət işinin materiallarında olan 15.09.2014-cü il tarixli razılaşma protokolundan görünür ki, 01.01.2016-cı il tarixdən 30.09.2017-ci İl tarixədək qarşılıqlı razılaşma əsasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 40.300 ABŞ dolları almışdır. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs bəraət verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, məhkəmənin gəldiyi həmin nəticə mötəbər sübutlar əsasında deyil, subyektiv mülahizələr üzərində qurulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə də təqsirli bilinməlidir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilir ki, Zərərçəkmiş şəxs2 ilə bağlı verilmiş ittiham üzrə istintaq orqanı və birinci instansiya məhkəməsi mülki-hüquq münasibətləri ilə tənzimlənən öhdəliklərin yaranmasından irəli qələn münasibətləri cinayət işinə çevirməklə əsassız ittihamın yaranmasına səbəb olmuşlar. Elan olunmuş ittihamın zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə olduğu kimi Zərərçəkmiş şəxs2 ilə bağlı olan epizod üzrə Təqsirləndirilən şəxs əsil niyyəti sonuncunun əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə talamağa yönəlmişdir və belə olan halda həmin münasibətlər müdafiə tərəfi üçün zahirən mülki xarakterli münasibətlər kimi görünsə də, əslində Təqsirləndirilən şəxs əməllərində dələduzluq cinayətinin bütün tərkib əlamətləri mövcüd olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq onu həmin epizod üzrə təqsirli bilib məhkum etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ittiham olunduğu iki cinayət epizodlarının hər biri üzrə – zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərni törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Lakin Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməsi üçün hazırda qanuni əsaslar yaranmış olsa da, Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə ona cəza təyin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini 2008-ci ildə törətmişdir və həmin vaxtdan halhazıradək 12 ildən çox müddət keçmişdir. Onun həmin əməli təsnifatına görə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı epizod üzrə özünü təqsirli bilmədiyindən, onun barəsində həmin epizod üzrə cinayət təqibinə xitam verilməsi üçün əsas yaranmır, lakin həmin epizod üzrə cəza təyin ediməməsi üçün əsaslar mövcüddur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə həm də hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 03 dekabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 2, iş vərəqə 253-255, 288-298; cild 3, iş vərəqə 41-47). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 12 (on iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 14 iyul 2005-ci il tarixli 97 nömrəli müqavilə, 22 dekabr 2008-ci il tarixli 107/26-06m nömrəli müqavilə, 11.06.2013-cü il tarixli 97(14) nömrəli müqavilə, 15.09.2014-cü il tarixli razılaşma protokolu, 30 aprel 2015-ci il tarixli 97(14)-1 nömrəli müqavilə, 23.10.2017-ci il tarixli barışıq sazişi, 17 oktyabr 2013-cü il tarixli 107/26-68 nömrəli müqavilə, kassa mədaxil orderləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcək epizod üzrə keçirilmiş ekspertiza ilə bağlı 100 (bir yüz) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işinin materiallardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddətdə 13 dekabr 2019-cu il tarixdə 159000 manat, 10 yanvar 2020-ci il tarixdə 60000 ABŞ dolları nağd pul vəsaiti ibtidai istintaq orqanına təqdim edilmiş və 16 dekabrn 2019-cu il tarixli ƏXZ/1 seriyalı 132552 №-li, 13 yanvar 2020-ci il tarixli ƏXZ/1 seriyalı 132568 №-li kassa mədaxil orderləri ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuşdur (cild 3, iş vərəqə 7, 9-10,17, 38-40). İşdə olan mədaxil qəbzlərindən və razılaşma protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 30.09.2017-ci il tarixdə 40.300 ABŞ dolları, 01.08.2018-ci il tarixdə 2.500 manat, 20.09.2018-ci il tarixdə 1.000 manat və 09.12.2019-cu il tarixdə 11.000 manat pul ödənilmişdir və həmin pulun ödənilməsini zərərçəkmiş Zərərçəkmiş şəxs1 özü də qəbul edir. Bundan başqa, Azərbaycan Litva Dostluq Evi tərəfindən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 ailə üzvləri olan Tamerlan İbrahimzadə, Murad İbrahimov və Şahid5 üçün 2017-ci ilin sentyabr ayı üçün "xxxx" MMC tərəfindən təqdim olunan aviabiletlərə görə Təqsirləndirilən şəxs tərəfindən 5414 manat pul ödənilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində həmin aviabiletlərin saxta olduğunu göstərsə də, bununla bağlı sübut təqdim olunmamışdır. Odur ki, həmin arayışı şübhə alıtna almağa əsas yoxdur. Məhkəmə kollegiyasının hesablamasına görə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş ümumilikdə 210.000 ABŞ dolları ziyanın bu günə ödənilməmiş hissəsi 149.162,36 ABŞ dolları təşkil edir və bu səbəbdən ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində pul vəsaitindən 149.162,36 ABŞ dolları məbləğində pul vəsaiti həmin dövrün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla Zərərçəkmiş şəxs1 verilməli, depozit hesabına qoyulmuş qalan məbləğ Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında «X50» markalı ** GH *** dövlət qeydiyyat nişanlı və «Toyota Camry» markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobillərlə bağlı qarşılıqlı mübahisə mövcüddur ki, hazırki cinayət işi üzrə həmin mübahisəni həll etmək mümkün deyildir. Odur ki, həmin avtomobillə, eləcə də bir-birilərinə qarşı olan digər əmlak tələbləri ilə bağlı tərəflərə ümumi qaydada iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyaı hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.1,399.1.2, 399.1.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsaslardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398, 399, 39, 43.3, 44.2, 346-347, 349-350, 352-354, 356, 358, 384-385, 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi1 Humsi oğlu və Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya protesti qismən təmin edilsin. Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(101)-468/2020 nömrəli hökmü Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 12 (on iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 04 (dörd) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cəza təyin edilməsin. İbtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində pul vəsaitindən 149.162,36 (yüz qırx doqquz min yüz altmış iki dollar, otuz altı sent) ABŞ dolları məbləğində pul vəsaiti həmin dövrün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla Zərərçəkmiş şəxs1 verilsin. Depozit hesabına qoyulmuş qalan məbləğ Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əmlak və digər tələbləri ilə bağlı ümumi qaydada iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübutlar - 14 iyul 2005-ci il tarixli 97 nömrəli müqavilə, 22 dekabr 2008ci il tarixli 107/26-06m nömrəli müqavilə, 11.06.2013-cü il tarixli 97(14) nömrəli müqavilə, 15.09.2014-cü il tarixli razılaşma protokolu, 30 aprel 2015-ci il tarixli 97(14)-1 nömrəli müqavilə, 23.10.2017-ci il tarixli barışıq sazişi, 17 oktyabr 2013-cü il tarixli 107/26-68 nömrəli müqavilə, kassa mədaxil orderləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Zəki Babayev Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-257/2021
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-257/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver