Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-257/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs8 oğlunun, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs9, X16 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2 və 308.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 179.3.1, 179.3.2 və 308.2-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 1(103)-183/2017 saylı hökmündən maraqlı şəxs X25, Maraqlı şəxs2 Oktay qızının və Maraqlı şəxs3h qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 1(103)-183/2017 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2-ci maddəsi ilə 10(on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6(altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1(bir) il 6(altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3(üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13(on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 26 oktyabr 2015-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi,Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2-ci maddəsi ilə 10(on) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6(altı) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1(bir) il 6(altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 3(üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13(on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi,həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 20 oktyabr 2015-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi,barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi,Təqsirləndirilən şəxs8 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2-ci maddəsi ilə 9(doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.2ci maddəsi ilə 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1(bir) il 6(altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs8 oğlu qəti olaraq 3(üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11(on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 29 oktyabr 2015ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi,barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi,Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2-ci maddəsi ilə 9(doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1(bir) il 6(altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs7 qəti olaraq 3(üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10(on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 21 oktyabr 2015-ci il tarixdən hesablanması,cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi,barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi,Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 4(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1(bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs9 qəti olaraq 3(üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5(beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi,həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 21 oktyabr 2015-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi,Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə əsas cəzaya Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ilə 1(bir) il 6(altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1(bir) il 6(alt) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs6 qəti olaraq 2(iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi,həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 29 oktyabr 2015ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi,Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2-ci maddəsi ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1(bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1(bir) il 6(altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs5 qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7(yeddi) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, hazırki cinayət işi üzrə həbsdə saxlandığı (16 noyabr 2015-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək) 1(bir) il 8(səkkiz) ay 11(on bir) gün təyin edilən qəti cəza müddətinə hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5(beş) il 7(yeddi) ay 19(on doqquz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması,barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla üzərində saxlanılan azadlıqdan məhrumetmə cəzası 2(iki) il sınaq müddəti ilə şərti hesab edilməsi,barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək dərhal məhkəmə iclas zalında həsdən azad edilməsi,barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi,Təqsirləndirilən şəxs5 davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Xətai rayon İcra şöbəsinə həvalə edilməsi,Təqsirləndirilən şəxs5 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmaması,X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2-ci maddəsi ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1(bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1(bir) il 6(altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə X16 qəti olaraq 2(iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7(yeddi) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, hazırki cinayət işi üzrə həbsdə saxlandığı (31 oktyabr 2015-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək) 1(bir) il 8(səkkiz) ay 27(iyirmi yeddi) gün təyin edilən qəti cəza müddətinə hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5(beş) il 6(altı) ay 3 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla üzərində saxlanılan azadlıqdan məhrumetmə cəzası 2(iki) il sınaq müddəti ilə şərti hesab edilməsi,barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək dərhal məhkəmə iclas zalında həsdən azad edilməsi,barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi,X16 davranışı üzərində nəzarətin onun daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon İcra şöbəsinə həvalə edilməsi,X16 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması,Təqsirləndirilən şəxs10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2-ci maddəsi ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1(bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1(bir) il 6(altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs10 qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7(yeddi) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, hazırki cinayət işi üzrə həbsdə saxlandığı (31 oktyabr 2015-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək) 1(bir) il 8(səkkiz) ay 27(iyirmi yeddi) gün təyin edilən qəti cəza müddətinə hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5(beş) il 6(altı) ay 3 (üç)gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması,barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla üzərində saxlanılan azadlıqdan məhrumetmə cəzasının 2(iki) il sınaq müddəti ilə şərti hesab edilməsi,barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək dərhal məhkəmə iclas zalında həsdən azad edilməsi,barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi,Təqsirləndirilən şəxs10 davranışı üzərində nəzarətin onun daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon İcra şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs10 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması,Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2, 179.3.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddəsi ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzanı əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7(yeddi) il 2(iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, hazırki cinayət işi üzrə həbsdə saxlandığı (30 oktyabr 2015-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək) 1(bir) il 8(səkkiz) ay 27(iyirmi yeddi) gün təyin edilən qəti cəza müddətinə hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5(beş) il 5(beş) ay 3(üç) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması,barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla üzərində saxlanılan azadlıqdan məhrumetmə cəzası 2(iki) il sınaq müddəti ilə şərti hesab edilməsi,barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək dərhal məhkəmə iclas zalında həsdən azad edilməsi,barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin onun daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması,Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddəsi ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1(bir) il 3(üç) üç ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1(bir) il 3(üç) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7(yeddi) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi,hazırki cinayət işi üzrə həbsdə saxlandığı (21 oktyabr 2015-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək) 1(bir) il 9(doqquz) ay 6(altı) gün təyin edilən qəti cəza müddətinə hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5(beş) il 5(ay) ay 24(iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması,barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla üzərində saxlanılan azadlıqdan məhrumetmə cəzası 2(iki) il sınaq müddəti ilə şərti hesab edilməsi,barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək dərhal məhkəmə iclas zalında həsdən azad edilməsi,barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətin onun daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon İcra şöbəsinə həvalə edilməsi,Təqsirləndirilən şəxs4 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması,Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi üzrə cinayət təqibinin icraatına xitam verilməsi,iş üzrə olan vergi borcu tam ödənildiyindən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal gəlirlər Departamentinin mülki idiası üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mülki iddiasının qismən təmin edilməsi:-153.346.693,75 (bir yüz əlli üç milyon üç yüz qırx altı min altı yüz doxsan üç) manat zərərdən 33724240(otuz üç milyon yeddi yüz iyirmi dörd min iki yüz qıx) manatının ödənilməsinin nəzərə alınması,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs9, X9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs8 oğlundan, Təqsirləndirilən şəxs6 Bəybala oğlundan, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 119622453,75(bir yüz on doqquz milyon altı yüz iyirmi iki min dörd yüz əlli üç) manatın müştərək qaydada alınıb zərərin ödənilməsinə yönəldilərək Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hesablaşma hesabına keçirilməsi,Təqsirləndirilən şəxs1 məxsus olub X5 adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40; X6 adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nobel pr., məhəllə 1212, ev 15, mənzil 260; X21 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok- , 3-cü mərtəbə, mənzil-33; X21 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok-2, 3-cü mərtəbə, mənzil-34; X3 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44; X3 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45; X3 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 40,5 kv m olan mənzil; X10 adına olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Binəqədi rayonu,Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25; Təqsirləndirilən şəxs1 adına olan ünvan 3 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi; Təqsirləndirilən şəxs1 adına olan Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 59, mənzil 13,14,15; X4 adına olan Bakı şəhəri, İstiqlaliyyət küçəsi, ev 43, mənzil 28; X10 adına olan Bakı şəhəri, Səbail rayonu, Telman Bağırov küçəsi, ev 6, 4, 10, 2/6 saylı mənzillər; X10 adına olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 59, mənzil 10; X5 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi,138 və 140 saylı qeyri-yaşayış sahəsi; X7 adına olan ünvan 4 ünvanda yerləşən mənzil; X7 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi,ev 113a, mənzil 5,6,6A,7,8 və ümumi sahəliri 43,6 kv m, 61 kv m olan mənzillər; X7 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 129b; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr., ev 68, mənzil 33; 25. Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr., ev 68, mənzil 33; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Nərimanov rayonu,A.M.Cümə küçəsi, ev 10, mənzil 10; X6 adına olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98; X6 adına olan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binası; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May, 54 saylı evin 17, 17a, 19, 15 saylı mənzilləri, və 14 saylı mənzilinin bir hissəsi; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2; X4 adına olan Bakı şəhəri, Cavadxan küçəsi, 80 saylı fərdi yaşayış evi; X5 adına olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b; X6 adına olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha torpaq sahəsi; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin «X38» bağçılıq yoldaşlığının 16 saylı bağ sahəsi (0,10 ha); Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 40. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 41. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,53 ha, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,93 ha, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; X6 adına olan Qəbələ rayonu, Bum kəndində 0,15 ha, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; X4 adına olan Yevlax rayonu, Kövsər kəndində yerləşən 0,33 ha torpaq sahəsi; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan sahəsi 1,5632 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; X6 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0, 83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; X6 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0, 29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; X6 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0, 52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; X6 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0, 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; X6 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0, 86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; X6 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0, 18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; X6 adına olan İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 0,3222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 60. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 61. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; X10 adına rəsmiləşdirilmiş Şamaxı rayonu, Məlhəm kəndində əmlak kompleksi kimi müəssisə; X5 adına rəsmiləşdirilmiş Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha torpaq sahəsi; X4 adına rəsmiləşdirilən Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33; X4 adına rəsmiləşdirilən Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a saylı sahə, Təqsirləndirilən şəxs2 məxsus olub ailə üzvləri və qohumlarının adına rəsmiləşdirilmiş: arvadı Hüseynova Yeganənın adına ünvan 6 ünvanda yerləşən qeyriyaşayış sahəsi (yarımzirzəmi); Bakı şəhəri, Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok-2, 3-cü mərtəbə, mənzil-26; Bakı şəhəri, Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok-2, 8-ci mərtəbə, mənzil-43; Bakı şəhəri, Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok-2, 3-cü mərtəbə, mənzil-27; qızı Hüsenli Günelin adına Bakı şəhəri, Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok-2, 8-ci mərtəbə, mənzil-42; qızı Hüsenli Günayın adına Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 43; 7. Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,48 ha torpaq sahəsi; arvadı Hüseynova Yeganənın adına Bakı şəhəri, Binəgədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13C, mənzil 72; ünvan 8 ünvanda yerləşən qeyriyaşayış binanın bir hissəsi (avtoprofilaktoriya); ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış binanın qalan hissəsi (avtoprofilaktoriya); Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 27, mənzil 72; arvadı Hüseynova Yeganənın adına Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəydi küçəsi, ev 27, mənzil 71; Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 62, mənzil 17; arvadı Hüseynova Yeganənın adına ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; qızı Hüsenli (Seyidli) Günayın adına ünvan 11 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə; qardaşı Hüseynov Ramizin adına Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərgində yerləşən 0,06 ha torpaq sahəsi; arvadı Hüseynova Yeganənın adına Bakı şəhəri, Nərimanov rayonu, Yaşar Hüseynov döngəsi, ev 49; arvadı Hüseynova Yeganənın adına Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, ev 80d, mənzil 46; ünvan 12 ünvandında yerləşən qeyri-yaşayış sahəsi qapı 1,2,3,4,5,6,7,8; qızı Hüsenli Günelin adına Bakı şəhəri, Nərimanov rayonu, Yaşar Hüseynov küçəsi, ev 51 (3/4 hissəsi); adına Bakı şəhəri, Nərimanov rayonu, Yaşar Hüseynov küçəsi, ev 51 (1/4 hissəsi); qızı Hüsenli Günayın adına ünvan 13 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; arvadı Hüseynova Yeganənın adına ünvan 14 ünvanda yerləşən qeyri-yaşayış binası (76 №-li mağaza); arvadı Hüseynova Yeganənın adına ünvan 15 ünvanda yerləşən qeyri-yaşayış binası (76 №-li mağaza); qızı Hüsenli Günelin adına Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 8, mənzil 5; Hüseynova Yeganənın adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 206; Hüsenli Günelin adına Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 42, mənzil 2; Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Çöl Şüvələn, 32Ç saylı bağ sahəsi; sürücüsü Aydın Nəsibovun adına Bakı şəhəri, Xəzər rayonu, Buzona qəsəbəsi, bağ sahəsi; arvadı Hüseynova Yeganənın adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 482/1 saylı torpaq sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 26; Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 24; Təqsirləndirilən şəxs2 məxsus Quba rayonu Amsar kəndində 0,15 ha həyətyanı torpaq sahəsi; arvadı Hüseynova Yeganənın adına Neftçala rayonu, Qacaqkənd kəndində yerləşən 0,20 ha torpaq sahəsi; qardaşı Hüseynov Ramizin adına Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən fərdi yaşayış evi, Təqsirləndirilən şəxs4 məxsus olub ailə üzlərinin adına rəsmiləşdirilmiş: X11 adına Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C, mənzil 97; Təqsirləndirilən şəxs4 məxsus Bakı şəhəri, Nərimanov r-nu, Faiq Yusifov küçəsi, 13 saylı evin 15 saylı mənzili; Bakı şəhəri, Nərimanov r-nu, Faiq Yusifov küçəsi, 13 saylı evin 3 saylı mənzili; ünvan 16 ünvanda yerləşən 37,5 və 62,6 kv m olan qeyri-yaşayış sahələri; X11 adına Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 11, mənzil 6; Vəliyeva (Mehdiyeva) Sevil Cəmşid qızının adına Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev Q, mənzil 38; X12 adına Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 11, mənzil 3, Təqsirləndirilən şəxs7 məxsus olub özünün və ailə üzlərinin adına rəsmiləşdirilmiş: Təqsirləndirilən şəxs7 adına Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,60 ha torpaq sahəsi; ünvan 17 ünvanda yerləşən (1-ci sıra) qeyri-yaşayış sahəsi (59 saylı mağaza); Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 19-cu küçə ünvanında yerləşən 171 nömrəli fərdi yaşayış evi; X13 adına Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,30 ha torpaq sahəsi; X1 adına Bakı şəhəri, Binəgədi rayonu, Goradil kəndində yerləşən 1456 saylı bağ sahəsi; Təqsirləndirilən şəxs7 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10 saylı evin, 58 saylı mənzili; Təqsirləndirilən şəxs7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əlişir Nəvai küçəsi, 22 saylı evin 52 saylı mənzili; Təqsirləndirilən şəxs7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 1a saylı evin, 37 saylı mənzili; X1 adına Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3C (qeyri yaşayış sahəsi); Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3C, mənzil 9; X13 adına Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2, mənzil 2; X17 adına Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 1a, mənzil 38; Təqsirləndirilən şəxs7 məxsus ünvan 19 ünvanda yerləşən qeyri-yaşayış binası (15 saylı bufet); Quba rayonu, Ərməki kəndində 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Quba rayonu, Amsar kəndində 0,15 ha həyətyanı torpaq sahəsi (1); Quba rayonu, Amsar kəndində 0,15 ha həyətyanı torpaq sahəsi (2); Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, mənzil 20, Təqsirləndirilən şəxs9 məxsus olub özünün və ailə üzlərinin adına rəsmiləşdirilmiş: X2 adına Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti, ev 86, mənzil 57; Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi pr., ev 53A, mənzil 36; Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən (0,433568 ha) 30 saylı torpaq sahəsi; 4. Təqsirləndirilən şəxs9 məxsus Quba rayonu, Amsar kəndində 0,15 ha həyətyanı torpaq sahəsi; 5. X2 adına Gədəbəy şəhəri ərazisində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi, X18 məxsus olub ailə üzvlərinin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayaış massivi 45 a saylı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dübəndi bağ sahəsi “Elektroştamp” b/y-nin 24 saylı bağ evi, Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, 5 saylı evin, 30 saylı mənzili, ına Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 2 saylı evin, 41 saylı mənzili, Xaçmaz rayonu, Aşağıoba kəndində torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 45 saylı ev, Təqsirləndirilən şəxs8 oğluna məxsus olan Bakı şəhəri Nərimanov rayonu Ceyhum Hacıbəyli küçəsi, ev 32-də yerləşən 48 saylı mənzil, ünvan 21 ünvanda yerləşən qeyri yaşayış sahəsi, ünvan 22 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 23 yerləşən fərdi yaşayış evi, Şamaxı rayonu, Məlhəm kəndində 1,3155 ha torpaq sahəsi, Şamaxı rayonu Şuxuryurd kəndində fərdi yaşayış evi, Tovuz rayonu Xatınlı kəndində 1.35, 0.36 və 0.45 ha torpaq sahələri, eləcə də həmin rayonun Xınnakirən kəndində 0.26 ha torpaq sahəsi, Təqsirləndirilən şəxs10 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi, ev 15ada yerləşən 22 saylı mənzili və Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən 0.0389 ha torpaq sahəsi, Təqsirləndirilən şəxs6 Bəybala oğluna məxsus olub ailə üzvlərinin adına rəsmiləşdirilmiş ümumi dəyəri 406.500 manat olan Qusar rayonu, Kuzun kəndində yerləşən fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən xx/xx-2647/2648 saylı bağ evi, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 saylı binanın 16 saylı mənzili, Quba rayonu Əlik kəndində yerləşən 1,30 ha torpaq sahəsi, Quba rayonu Əlik kəndində yerləşən 0,25 ha torpaq sahəsi, Xaçmaz rayonu Xaçmaz-Niyazoba yolunun sol tərəfində yerləşən 0,01 ha torpaq sahəsi, Təqsirləndirilən şəxs3 məxsus olub arvadı X14 adına rəsmiləşdirilən ünvan 24 ünvanında yerləşən, ümumi sahəsi 321.8 kv.m olan ev, həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Beynəlxalq Bankı ASC-də olan saxlanca təhvil verilmiş Təqsirləndirilən şəxs3 məxsus dəyəri 25.420 manat, Təqsirləndirilən şəxs8 məxsus dəyəri 600 manat, Təqsirləndirilən şəxs6 məxsus dəyəri 7.800 manat, Təqsirləndirilən şəxs1 məxsus dəyəri 17.210 manat, Təqsirləndirilən şəxs2 məxsus dəyəri 12.590 manat qiymətli əşyalar və Təqsirləndirilən şəxs1 məxsus gümüş sikkələr xüsusi müsadirə edilərək əmtəə birjalarında satılmaqla zərərçəkmiş şəxs Azərbaycan Respublikasınınt Nəqlşiyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəymiş zərərin ödənilməsinə yönəldilməsi, Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxalılan 252.000(iki yüz əlli iki min) manat pulun, Təqsirləndirilən şəxs3 evindən və iş yerindən götürülmüş 330.000 ABŞ dolları və 87.000 manat pul zərərin ödənilməsinə yönəldilərək Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hesablaşma hesabına keçirilməsi, X6 adına olub üzərində istifadə hüququ olan Bakı şəhəri, Qaradağ rayonu, Şonqar qəsəbəsi, ünvanında yerləşən 15 ha torpaq sahəsi; X15 adına olub üzərində istifadə hüququ olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimalqərbində yerləşən 0,02 ha torpaq sahəsi; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olub üzərində icarə hüququ olan Sabirabad rayonu, Cavad kəndində yerləşən 13,5 ha torpaq sahəsi; X15 adına olub ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətdə olan Yevlax rayonu, Kövsər kəndində yerləşən 3,6494 ha torpaq sahəsi; X8 adına olub ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququ Yevlax rayonu, Kövsər kəndində yerləşən 0,26 ha torpaq sahəsi, X8 adına olub ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətdə olan Yevlax rayonu, Kövsər kəndində yerləşən 3, 0741 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi,maddi sübutlardan BTRİB və onun struktur qurumları olan Nizami, Sabunçu, Xətai, Qaradağ, Xəzər və Yasamal telefon qovşaqları, ”Azevrotel” MMC və Bakı Kabel qovşağı üzrə işlərin görülməsi, xidmətlərin göstərliməsi, malmaterialların alınması ilə bağlı kotirovka sorğusunun yekun protokolları, podrat müqavilələri, işlərin qəblul aktları (forma2), qiymətlərin razılaşma protokolları, nəzarət ölçü aktları, ödəniş sənədləri, qaiməfakturalar, vergi bəyannamələri, "xxxx" MMC-nin iş materiallarına əlavə edilmiş 01 yanvar 2014-cü il tarixdən 01 noyabr 2015-ci il tarixədək trafik məlumatları, “Cartburg NC” və "xxxx" MMC ilə müqavilələri, yazışmaları, hesablaşmaları, həmçinin beynəlxalq operatorlarla yazışmaları cinayət işinin materiallarında saxlanılması,məhkəmə məsrəfi olan 1.150 manat ekspertiza xərcinin 105 manatının Təqsirləndirilən şəxs1, 105 manatı Təqsirləndirilən şəxs2, 105 manatının Təqsirləndirilən şəxs4, 105 manatının Təqsirləndirilən şəxs7, 105 manatı Təqsirləndirilən şəxs9, 105 manatının X9, 104 manatı Təqsirləndirilən şəxs10, 104 manatı Təqsirləndirilən şəxs8 oğlundan, 104 manatı Təqsirləndirilən şəxs6 Bəybala oğlundan, 104 manatı Təqsirləndirilən şəxs5, 104 manatı Təqsirləndirilən şəxs3 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir. Həmin hökmdən maraqlı şəxs X25, Maraqlı şəxs2 Oktay qızının və Maraqlı şəxs3h qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, hazırki iş üzrə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 1(101)-183/2017 saylı hökmü ilə X16 ailə üzvləri olan X22, Maraqlı şəxs2 Oktay qızına və Maraqlı şəxs3h qızına məxsus olan daşınmaz əmlakların müsadirə edilməsi hissəsində ləğv edəsiniz və həmin daşınmaz əmlaklar xüsusi müsadirə olunan əmlakların siyahısından çıxarılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-2407/2022 saylı, 24 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs8 oğlunun, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs9, X16 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2 və 308.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMin 179.3.1, 179.3.2 və 308.2-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 1(103)-183/2017 saylı hökmündən maraqlı şəxs X25, Maraqlı şəxs2 Oktay qızının və Maraqlı şəxs3h qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələbləri yerinə yetirilmədiyi üçün hərəkətsiz saxlanılması, Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə, maraqlı şəxs X25, Maraqlı şəxs2 Oktay qızının və Maraqlı şəxs3h qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin iş materialları ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılması və təyin edilmiş müddət ərzində Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələbləri yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayətinin verilməmiş hesab edilərək, baxılmamış saxlanılacağı izah edilmişdir. Qeyd olunan cinayət işi xx.xx.2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə maraqlı şəxslər X25, Maraqlı şəxs2 Oktay qızının və Maraqlı şəxs3h qızının nümayəndəsi və vəkili Nümayəndə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş, həmin vəsatət Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan narazı qalan maraqlı şəxslər X25, Maraqlı şəxs2 Oktay qızının və Maraqlı şəxs3h qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermiş, şikayət Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-854/2023 saylı, 27 mart 2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, maraqlı şəxslər X25, Maraqlı şəxs2 Oktay qızının və Maraqlı şəxs3h qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təmin edilmədiyindən, onun apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən həmin Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və yaxud apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə bu tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddətdə həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə verilmiş apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 1(103)-183/2017 saylı hökmündən maraqlı şəxs X25, Maraqlı şəxs2 Oktay qızının və Maraqlı şəxs3h qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar prosessual müddətin bərpasına dair vəsatət təmin edilmədiyindən, verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalı, cinayət işi isə birinci instansiya məhkəməsinə göndərilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4 və 391.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 1(103)-183/2017 saylı hökmündən maraqlı şəxs X25, Maraqlı şəxs2 Oktay qızının və Maraqlı şəxs3h qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təmin edilmədiyindən, verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 1(103)-183/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs8 oğlunun, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs9, X16 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2 və 308.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 179.3.1, 179.3.2 və 308.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-257/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-257/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver