Məhkəmə qərarları › İş №1(103)-258/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-258/2022

05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-258/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı3 və X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və «Fides» Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(008)-13/2021 saylı hökmü ilə (hakim M.S.Zeynalov) xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, hal-hazırki hökmlə təyin olnmuş cəza Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1457/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarı ilə təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılması və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcının «24» dekabr 2019-cu il tarixdən hesablanması, 227 manat 16 qəpik ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməsi, iş üzrə maddi sübutlar-10 ədəd daktilolent və 01 ədəd daktiloxəritənin cinayət işinin materialları arasında saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 04 oktyabr 2019-cu il tarixdə, saat 19:00 radələrində ünvan 3 ünvanda yerləşən 245 saylı tam orta məktəbin inzibati binasının 1-ci mərtəbəsinin plastik pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açaraq məktəbə qanunsuz daxil olmuş, daha sonra məktəbin 1-ci mərtəbəsində yerləşən otağın qapısının kilidini dəmir parçası ilə sındırıb otağa daxil olmaqla oradan qiyməti 600 manat olan bir ədəd «HP» markalı noutbuku gizli talayaraq zərərçəkmiş hüquqi şəxs 245 saylı tam orta məktəbə 600 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə təkrarən 04 noyabr 2019-cu il tarixdə, saat 19:00 radələrində ünvan 4 ünvanda yerləşən "xxxx" ASC-in 7 saylı istilik sistemləri istismarı sahəsinə plastik pəncərəni açma yolu ilə qanunsuz daxil olub, oradan qiyməti 165 manat olan bir ədəd «Canon» markalı printeri və qiyməti 3.284 manat, 65 qəpik olan bir ədəd qazanxanaların tüstü borularından çıxan zəhərli qazları ölçmək üçün istifadə olunan «Qazanalizatoru» gizli talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə 3.449 manat, 65 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək vicdanlı və dürüst məhkəmə istintaqı keçirilməklə cinayət işinin araşdırılmasını xahiş etmişdir. Hökmdən Müdafiəçi1 apelyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(008)-13/2021 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun haqqında bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri və tərəflərin çıxışları: Təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, 18-19 ay ərzində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cinayət işi ilə bağlı hər iclasda 3-5 sayda əsaslı-məntiqli vəsatətlər təqdim etsə də bu barədə heç bir səbəb və aydınlıq, ya da hansısa açıqlama verilmədən təmin edilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı prosesudurlar kobud pozulmuşdur. Hökm ittiham aktının surəti olaraq köçürülmüş, formal kağızdan başqa bir məntiq ehtiva etmir. 02 epizod üzrə zərərçəkmiş şəxslər dindirilməmiş, şahidlərin ifadələri ibtidai istintaqda verdikləri izahatlara uyğunsuz olmuşdur. Həmçinin hüquq-mühafizə orqanları qeyri-rəsmi məhkəmə gedişatına müdaxilə etməklə, ona və ailəsinə təhdid etməklə hüquqazidd əməllərə əl atmışlar.Bir sözlə haqqı tapdalanmışdır. Müdafiəçi1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv edilməli və məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun haqqında bəraət hökmü çıxarılmalıdır.Belə ki, ibtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 07 noyabr 2019-cu il tarixdə heç bir sənəd təqdim etmədən və AR CPM-nin müddəalarını kobud şəkildə pozaraq, o yaşadığı ünvanında polis əməkdaşları tərəfindən tutulub 13-cü Polis Bölməsinə aparılaraq orada ona 20-yə yaxın oğurluq faktının törədilməsində ittiham etməklə onları boynuna götürməyini “təklif etdilər”.Bu təkliflərlə razılaşmadan o fiziki təzyiqlərə və qeyri-insani rəftara, dözülməz işgəncələrə məruz qalmışdır.Bu günə kimi həmin xəsarətlər bədənində qalmaqdadır və sonradan o Bakı İstintaq Təcridxanasına daxil olarkən həmin xəsarətlər mövcud qanunvericiliyə uyğun şəkildə aktlaşdırılmışdır.İki sutkadan artıq müddət o polis bölməsində qanunsuz saxlanıldıqdan və orada ona ağır cinayətləri boynuna qoya bilmədikdən sonra, o xırda oğurluq faktla ittiham olunaraq Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 45 gün müddətinə inzibati qaydada həbs edilmişdir.Lakin bununla ona qarşı törədilmiş kobud qanun pozuntuları bitməmiş və 22 dekabr 2019-cu il tarixdə inzibati həbsin müddəti bitən kimi, heç qapıdan çölə çıxmağına imkan belə verilmədən polis əməkdaşları tərəfindən inzibati binada başına torba keçirilərək o yenidən həbs olundu və oradan birbaşa “Neftçilər” ərazisinə gətirildi, sonradan isə 34, 35 və 36-cı Polis Bölmələrinin ərazilərdə gəzdirilikdən sonra ona qarşı saxta ittiham irəli sürülmüş və Sabunçu Rayon Məhkəməsinin 26 dekabr 2019-cü il tarixli qərarı ilə barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçilmişdir.Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirdi ki, ibtidai istintaq orqan tərəfindən 2 epizod üzrə ona qarşı irəli sürülmüş ittiham saxta sübutlara əsaslanmış və həmin sübutlar qanunu pozmaqla əldə edildiyinə görə onlardan istifadə oluna bilməz. Belə ki, o göstərdi ki tutulan zamanı onun şəxsiyyət vəsiqəsi yoxa çıxmış (şəxsiyyət vəsiqəsinin itdiyindən o yalnız 06 fevral 2020-ci il tarixdə xəbər tutmuşdur) və onun fikrincə polis əməkdaşları həmin şəxsiyyət vəsiqəsindən sui-istifadə edib “HP” markalı noutbukla bağlı epizod üzrə sübutları saxtalaşdırmışdır (iş materiallarından görünür ki, nə ibtidai istintaq zamanı, nə də ki məhkəmədə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin əsli işə əlavə edilməmişdir). “Canon” markalı printer və “Qazanalizator”la bağlı epizod üzrə o bildirdi ki, daktiloskopik ekspertizasının xx.xx.2020-ci il tarixli rəyində göstərilən müddəalar, guya ki, hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl barmaq izi Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik təşkil edir-tamamilə əsassızdır və həqiqətə uyğun deyil, çünki o həmin hadisə yerində heç vaxt olmamış, həmin oğurluğu törətməmiş və bu səbəbdən də onun əl barmaqların izi "xxxx" ASC-nin 7 saylı istilik sistemləri istismarı sahəsində ola bilməzdir.Bununla bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə dəfələrlə əlavə daktiloskopik ekspertizasının təyin edilməsi və əlavə şahidlərin dindirilməsi barədə çoxsaylı vəsatətlərlə müraciət etsə də, lakin nə istintaqda, nə də ki məhkəmədə onun vəsatətləri təmin edilməmişdir.Eyni zamanda Təqsirləndirilən şəxs hər iki epizod üzrə özünü təqsirli bilmədiyini, heç bir günahı olmadan 2 ilə yaxın müddətdə qanunsuz həbsdə saxlandığını bildirdi və məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.Bütün bunlara görə müdafiə tərəfi hesab edir ki, halhazırda Təqsirləndirilən şəxs əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham olunur və onun təqsirliyini təsdiq edən sübutlar kifayət qədər olmadığına görə barəsində bəraət hökmü çıxarılmalıdır.Beləliklə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin 1-ci instansiyasında aparılmış məhkəmə araşdırma nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində bəraət hökmün çıxarılmasım məqsədəuyğun hesab edir. Apelyasiya icraatında təqsirləndirilən şəxs və müdafiəçi apelyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(008)-13/2021 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Dövlət ittihamçısı apelyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Proses iştirakçılarının ifadələri: Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, ona elan edilmiş CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü təqsirli bilmir və bildirir ki, ona elan edilmiş ittihamın heç bir əsası yoxdur.O, heç bir cinayət əməli törətməmiş, oğurluq etməmişdir. Bu hal heç bir sübutla təsdiqini tapmır.Bu Sabunçu rayon Prokurorluğu və Sabunçu rayon Polisinin ona qarşı qərəzidir. Bu barədə də onlar barəsində tədbir görülməsini xahiş edir. Çünki, o, orada olmadığı halda, heç bir oğurluq etmədiyi halda üzünə şahidlər durğuzublar. Halbuki, həmin şahidlər onların öz adamlarıdır.İstintaq dövründə izahat və ifadələrinin altına edilmiş imzalar da ona məxsus deyil. Bunlar hamısı ona qarşı qurulmuş bir oyundur.İstintaqın yekunu zamanı iş materialları tanış olan zaman bu barədə iradı bildirməməsinin səbəbi odur ki, o, ümumiyyətlə iş materialları ilə tanış olmamış, buna şərait yaradılmamışdır.Ona bəraət verilməsini xahiş edir.Onun oğurluq etmə 3 şahidin üzünə durmasına səbəb odur ki, onlar polisin təkidi ilə ona qarşı ifadə veriblər. Apelyasiya icraatında şahid X3 ifadəsində bildirmişdir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini təsdiq edir və hadisə tam yadında qalmasa da xatırladığı qədəri ilə bildirir ki, o, “Azəristilik” Təchizat 7 saylı İstilik Sistemlərinin istismarı sahəsinin rəisi işləmişdir.Dəqiq yadında qaldığı qədəri ilə bildirir ki, hadisə baş verən gününün səhərisi ona işçilər zəng vurmuşlar ki, oğurluq halı baş verib.Gəlib baxış keçirdikdə, tör-töküntü görmüşlər.Printer və qaz aşkar edici amartizatorlar yox imiş. Bu barədə baş idarəyə məlumat vermişlər. Baş idarə də ərizə formasında Sabunçu rayon Polis İdarəsinə məktub yazmış və o da təkrar olaraq 102 xidmətinə zəng vuraraq məlumat vermişdir.Sonra onu polisə çağırıb izahat almışlar. Apelyasiya icraatında Şahid2 Şirin oğlu ifadəsində bildirmişdir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini təsdiq edir. Təqsirləndirilən şəxs ona mal, yəni Noutbook satmasından sonra tanımışdır.Noutbokun markasını, hadisənin necənci ildə olmasını və neçəyə almasını xatırlamır.Noutbuku gətirən onda nəsə şübhə yaratmamışdır, əks halda geri qaytarardı.O, noutbuku şəxsiyyət vəsiqəsi ilə almışdır.Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etmiş, onlar da surətini çıxarmışlar. Apelyasiya icraatında Şahid1 ifadəsində bildirmişdir ki, ibtidai istintaq mərhələsində və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini təsdiq edir.O, məhkumu tanımır.O, səhər növbəni təhvil verib çıxıb getmişdir. Günorta Zərərçəkmiş şəxs2 zəng edib məktəbdən noutbook oğurlandığını demişdir.O, növbədə olduğu müddətdə pəncərənin açıq olduğunu, qapının sınıq olmasını görməmiş, sonra isə gedib görmüşdür. Onun iş saatı saat səkkizin yarısı başlayır.Orda şəkillər çəkiləndə qapıları ona kim göstərdiyini bilməmişdir.O, içəri girməmişdir.O, 102-yə zəng edənə qədər polisə yəqinki müraciət olmuşdur ki, polis ora gəlmişdi.O, məktəbin içini gəzməmiş və əməliyyatçılar məktəbə gələndə, iz götürüləndə iştirak etməmişdir. Apelyasiya icraatında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar və səsyazmalar şöbəsinin baş eksperti vəzifəsində işləyir.29 iyun 2022-ci il tarixli, 4/825 saylı rəy tərəfindən tərtib edilmişdir.Belə ki, imza nümunələrinin tədqiqatı ümumi xəttin eyniləşdirilməsi və tədqiqat metodikası ilə aparılır.Onlar heç bir prosessual məcəllə istifadə etmir, xususi bilikləri əsasında tədqiqat aparırlar.Xəttin ümumi və xüsusi əlamətləri vardır. Ümumi əlamətlər şəxsin vərdişidir, surətidir, basılma qüvvəsi, xətt arası məsafədir.Xüsusi əlamətlər isə hərflər və onların birləşməsidir. Cinayət işinin 3 cildinin 1 cild yarımı tədqiqat nümunələridir.Tədqiqat iki mərhələdə aparılıb.Eksperimental nümunələrdəki xətlərlə vəsatətlərdə olan xətlər fərqlidir.İmzalarında müxtəlif cür imzalar çəkir. Bu da onun özünü məsuliyyətdən yayınması, yəni fərqli imzalarla özünü bilavasitə imzaların guya ona məxsus olmaması kimi aparmasından irəli gəlir. Simuliyasiya və baxış oxşatma fərqli anlayışlardır.Simuliyasiya imza edən şəxs tərəfindən qəsdən imzasının dəyişdirilməsidir. Baxış oxşatma isə digər şəxs tərəfindən imza sahibinin imzasının baxış eyni imza çəkməsidir.Bu imzalarda baxıb oxşatma əlamətləri yoxdur.Qəsdən imzanı dəyişdirmə əlamətləri mövcuddur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla apelyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Qeyd edilən Məcəllənin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(008)-13/2021 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun haqqında bəraət hökmü çıxarılması barədə müdafiəçinin apelyasiya şikayətinin dəlilləri, müdafiəçi və təqsirləndirilən şəxsin apelyasiya icraatında çıxışlarında qeyd etdikləri ilə əlaqədar bildirir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan mötəbər sübutları tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirilməsi barədə qənaətə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsinin məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib olunması, Təqsirləndirilən şəxs ifadəsinin özünü müdafiə xarakteri daşıması və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. İşdən aydın müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətmişdir. Həm birinci instansiya, həm də apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək apelyasiya icraatında ifadəsində ona elan edilmiş ittihamın heç bir əsası olmadığını, onun heç bir cinayət əməli törətmədiyini, oğurluq etmədiyini, bu halın heç bir sübutla təsdiqini tapmadığını, bunun Sabunçu rayon Prokurorluğu və Sabunçu rayon Polisinin ona qarşı qərəzi olduğunu, istintaq dövründə izahat və ifadələrinin altına edilmiş imzaların da ona məxsus olmadığı, bunların hamısının ona qarşı qurulmuş bir oyun olduğunu, 3 şahidin oğurluq etməsi barədə üzünə durmasına səbəbin isə onların polisin təkidi ilə ona qarşı ifadə verməsini bildirmişdir. Apelyasiya icraatı zamanı 05 may 2022-ci il tarixli məhkəmə-xətşüsunaslıq ekspertizasının təyin edilməsi haqqında qərarla təyin edilərək keçirilmiş xx.xx.2022-ci il tarixli, 4/825 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasına görə: Ekspertizaya təqdim edilmiş, xx.xx.2019-cu il tarixli, AZA 005162 №-li inzibati qaydada tutma haqqında protokolda «inzibati tutulanın imzası» qrafasında «Rzayev» soyadının qarşısındakı (cild 1, səhifə 18), 24 12.2019-cu il tarixli şahidi dindirmə protokolunda «Təqsirləndirilən şəxs» soyadı qarşısındakı (cild 1, səhifə 22-24), «Şübhəli şəxsin müdafiəçisinin yardımından istifadə etmək hüququnun təmin olunması haqqında» xx.xx.2019-cu il tarixli protokolda «şübhəli şəxs qrafasında» «Təqsirləndirilən şəxs oğlu» soyadı qarşısındakı (cild 1, səhifə 25-26), Sabunçu rayon polis idarəsinin baş müstəntiqi Cavidan Əlizadəyə ünvanlanmış ərizədə «Təqsirləndirilən şəxs» soyadı qarşısındakı (cild 1, səhifə 27), «Müdafiəçi tutmaq və dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüquqlarının olmasının şübhəli şəxsə izah olunması və müdafiəçi təqdim olunması haqqında» 24 12.2019-cu il tarixli protokolda «Təqsirləndirilən şəxs» soyadı qarşısındakı (cild 1, səhifə 31), «Tutma haqqında protokol»da «Təqsirləndirilən şəxs» soyadı qarşısındakı (cild 1, səhifə 32), «Şübhəli şəxsin CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildiriş»də «Təqsirləndirilən şəxs» soyadı qarşısındakı (cild 1, səhifə 33-34), «Şübhəli şəxsə tutma haqqında qərarın, protokolun surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında»xx.xx.2019-ci il tarixli protokolda «Təqsirləndirilən şəxs» soyadı qarşısındakı (cild 1, səhifə 35), 24.12.2019- cu il tarixli «Etiraz edilməli şəxslərin' dairəsi və onlar barədə zəruri məlumatları tutulmuş şübhəli şəxsə bildirmək haqqında» protokolda «Təqsirləndirilən şəxs» soyadı qarşısındakı (cild 1, səhifə 36), 24.12.2019- cu il tarixli «Şübhəli şəxsin dindirilməsi» protokolunda «Təqsirləndirilən şəxs» soyadı qarşısındakı (cild 1, səhifə 37-38), 26.12.2019- cu il tarixli «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» qərarda «təqsirləndirilən şəxs» qrafasında «Təqsirləndirilən şəxs» soyadı qarşısında imza (cild 1, səhifə 39-40), 26.12.2019- cu il tarixli «Təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki və 2-ci vərəqində «Təqsirləndirilən şəxs:» qrafasında «Təqsirləndirilən şəxs» soyadı qarşısında (cild 1, səhifə 42-43), 26.12.2019- cu il tarixli «Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında» protokolda «təqsirləndirilən şəxs» qrafasında «Təqsirləndirilən şəxs» soyadı qarşısında (cild 1, səhifə 44), 26.12.2019- cu il tarixli «Təqsirləndirilən şəxsin İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə «Təqsirləndirilən şəxs» soyadı qarşısında (cild 1, səhifə 45), 26.12.2019- cu il tarixli «Etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların təqsirləndirilən şəxsə bildirilməsinə dair» protokolda (cild 1, səhifə 46), 26.12.2019- cu il tarixli «Təqsirləndirilən şəxsin dindirilməsi» protokolunda «Təqsirləndirilən şəxs» soyadı qarşısında (cild 1, səhifə 47-48), 26.12.2019- cu il tarixli «Təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında» protokolda «təqsirləndirilən şəxs» qrafasında «Təqsirləndirilən şəxs» soyadı qarşısındakı imza (cild 1, səhifə 51), 26.12.2019- cu il tarixli «Təqsirləndirilən şəxsin həbsə alınması üçün məhkəməyə təqdim materiallarla tanış olması barədə» protokolda «Təqsirləndirilən şəxs» soyadı qarşısındakı (cild 1, səhifə 56), xx.xx.2020-ci il tarixli «Şahidin dindirilməsi» protokolunda «Təqsirləndirilən şəxs» sözünün qarşısındakı (cild 1, səhifə 142-144), 22.01,2020-ci il tarixli «Şahidin ifadəsinin yerində yoxlanılması haqqında» protokolda «İfadəsi yoxlanılan şəxs» qrafasında «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 145-146), 22.01,2020-ci il tarixli ərizədə «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 149), 22.01,2020-ci il tarixli «Vəkillərin siyahısı ilə tanış etmək barədə» protokolda «Rzayev Yusif Cəfər oğlu» adının qarşısındakı (cild 1, səhifə 151), 22.01,2020-ci il tarixli ərizədə «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 152), xx.xx.2022-ci il tarixli «Müdafiəçi təqdim etmə barədə» protokolda «Təqsirləndirilən şəxs oğlu» adının qarşısındakı imza (cild 1, səhifə 156), xx.xx.2022-ci il tarixli «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» qərarda «Təqsirləndirilən şəxs» adının qarşısındakı imza (cild 1, səhifə 157-158), «Təqsirləndirilən şəxsin CPM-nin 91-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə» bildirişdə «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 159-160), xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surətini və hüquqlarının izahına dair bildirişin verilməsi haqqında» protokolda «Təqsirləndirilən şəxs oğlu» adının qarşısındakı (cild 1, səhifə 161-162), xx.xx.2020-ci il tarixli «Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında» protokolda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 163), xx.xx.2020-ci il tarixli “Təqsirləndirilən şəxsə İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında» bildirişdə «təqsirləndirilən şəxs» qrafasında «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 164), xx.xx.2020-ci il tarixli «Müdafiəçi ilə konfidensıal görüşün təşkilinin təmin edilməsi haqqında» protokolda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 165), xx.xx.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”nda «təqsirləndirilən şəxs» qrafasında «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 166-168), xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxsin dindirilməsi» protokolunda (kserosurət) «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 200-201), xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» qərarda (kserosurət) «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 212-213), xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxsin dindirilməsi» protokolunda (kserosurət) «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 214-216), xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxsin dindirilməsi» protokolunda (kserosurət) «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 229-230), xx.xx.2020-ci il tarixli ərizədə «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 2, səhifə 26), xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi barədə» protokolda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 2, səhifə 30), xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol»larda Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 31-32), xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolu»nda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 2, səhifə 33-37) xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında» qərarda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 2, səhifə 67-68) «Təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında» bildirişdə «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 2, səhifə 70-71), 11,03.2020-ci il tarixli «Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzəfilərinin izah edilməsi, təqsirləndiriləndirilməsi barədə cəlb qəranının surətinin verilməsi haqqında» protokolda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 2, səhifə 72-73), 11,03.2020-ci il tarixli «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında protokolda «Rzayev Yusif Cəfər oğlu» adının qarşısındakı (cild 2, səhifə 74-75), 11,03.2020-ci il tarixli «Təqsirləndirilən şəxsə ittiham elan edilməsi barədə qərarın surətinin və hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişin verilməsi haqqında» protokolda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 2, səhifə 76), xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi barədə» protokolda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 2, səhifə 77), 11 03.2020-ci il tarixli «Təqsirləndirilən şəxsin dindirilməsi protokolu»nda «Təqsirləndirilən şəxs Cəfər oğlu» adının qarşısındakı (cild 2, səhifə 78-81), xx.xx.2020-ci il tarixli «İbtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə» protokolda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 2, səhifə 89), xx.xx.2020-ci il tarixli «Tərsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmək haqqında» protoklda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 2, səhifə 92) imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim edilmiş, 22.01,2020-ci il tarixli «Təhqiqat üçün nümunələrin götürülməsi haqqında» qərarda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 172), xx.xx.2020-ci il tarixli «Əl-barmaq, ovuc izləri, yanaq, epitel qaşıntısı nümunələrinin götürülməsi» haqqında protokolda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 173), xx.xx.2022-ci il tarixli «Ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının izah edilməsi haqqında» protokolda «Təqsirləndirilən şəxs» adının qarşısındakı (cild 1, səhifə 175) imzaların Təqsirləndirilən şəxs Cəfər oğlu tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən və işin faktiki hallarından bir daha təsdiq edir ki, birinci instansiya məhkəməsində iş üzrə sübutlar qanunauyğun qaydada araşdırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə təqsirləndirilən şəxsin haqqında bəraət hökmü çıxarılması barədə müdafiəçinin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsində qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmuş, cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq müəyyən edilməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilməlidir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən etməmiş, onun əməlində cinayətin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edərək Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, hal-hazırki hökmlə təyin olnmuş cəzanın Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1457/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarı ilə təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılması və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcının «24» dekabr 2019-cu il tarixdən hesablanması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 14-cü bəndində izah edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaların tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 avqust 2020-ci il tarixdə doldurulmuş tələbnamədən, Bakı şəh., Xətai Rayon Məhkəməsinin 1(011)-57/2021 saylı, 17 mart 2021-ci il tarixli hökm və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1457/2021 saylı, 17 sentbyar 2021-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ciil tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 07 avqust 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə qalmışdır. 31 yanvar 2018-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 29. 177.2.3-cü maddəsinə tövsif edilmiş, cəza 03 il, 06 aya endirilmişdir. 24 iyul 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ali Məhkəmənin qərarı ilə təyin olunmuş 03 il, 06 ay azadlıqdan məhrum etmə cəzası 20 oktyabr 2017-ci il tarixli qanuna uyğunlaşdırılaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1457/21 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarı ilə Bakı şəh., Xətai Rayon Məhkəməsinin 1(011)-57/2021 saylı, 17 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 06ay müdddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə 03 il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 ay, 16 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi 08 oktyabr 2021-ci il tarixli, 1(008)-13/2021 saylı hökmlə təyin olnmuş cəzanı Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1457/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarı ilə təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılması ilə qəti olaraq Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması nəticəsinə gəlmiş, lakin cəzaların birləşdirilməsi məsələsinin həlli zamanı gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, həm də təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar obyektiv dəyərləndirilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı və “Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası diqqətdən yayınmamalıdır. Eyni kontekstdən dəyərləndirildikdə mövcud cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, həm də təqsirləndirilən şəxsin şəxsiyyəti qiymətləndirilib cinayətlərin məcmusuna az ağır cinayətlərin daxil edilməsi nəzərə alınıb təqsirləndirilən Təqsirləndirilən şəxs qəti cəza təyin edilməsinin qaydası müəyyən edilərkən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə deyil, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu icra edilməsi sosial ədalətin bərpası, məhkumun islah edilməsi baxımından qanunauyğun sayılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq ediləcək qəti cəzaya münasibətdə hesab edir ki, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Belə ki, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə görə həmin Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən məhkəmələr həmin Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Qeyd olunan qərarın 9.2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr həmin Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır. “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 30-cu hissəsinə görə apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Eyni qərarın 23.5-ci bəndinə görə Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Göründüyü kimi, apelyasiya icraatı zamanı xx.xx.2022-ci il tarixli məhkəmə-xətşüsunaslıq ekspertizasının təyin edilməsi haqqında qərarla təyin edilərək keçirilmiş xx.xx.2022-ci il tarixli, 4/825 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri 200 (iki yüz) manat təşkil etmiş və məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsə aid edilməlidir. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi və cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilməli, Azərbycan Respublikası CM-nin 66.2-ci və 66.5-ci maddələrinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1457/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarı ilə təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əhatə etmək yolu ilə qəti olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək onun cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcının «24» dekabr 2019-cu il tarixdən hesablanması nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, 200 (iki yüz) manat ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilsin. Azərbycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1457/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarı ilə təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əhatə etmək yolu ilə qəti olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək onun cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcının «24» dekabr 2019-cu il tarixdən hesablanması nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. 200 (iki yüz) manat ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar