Məhkəmə qərarları › İş №1(103)-258/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-258/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-258/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X5 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Amin Şəkərəliyev tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 1(008)- 598/2022 saylı hökmü ilə (sədrlik edən X2) xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəh., ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının «26» may 2022-ci il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.731 qram heroin məhv edilməsi, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılması, 55 manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməsi, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 0.731 qram heroini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamaqla daşımış və 26 may 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəh., Sabunçu RPİ-in 12-ci PB-in əməkdaşları tərəfindən Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsi, B.S.Zeynallı küçəsi nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılaraq PŞ-nə gətirilmiş, PŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə sellofana bükülmüş içərisində təmiz çəkisi 0.731 qram olan qəhvəyi rəngli, küstar üsulla hazırlanmış narkotik maddə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Amin Şəkərəliyev apelyasiya protesti verərək Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünün cinayət qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apelyasiya protestinin dəlilləri, tərəflərin çıxışları: Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində iştirak edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Dövlət ittihamçısı hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü, cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törətməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzadan amnistiya qaydasında azad edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə təqsirli bilinib məhkum edildiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli CM-nin 15.3cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əvvəlki hökmlər, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü üzrə məhkumluğunun ödənilmə müddəti həmin hökmlə təyin olunmuş cəzanın amnistiya qaydasında azad edildiyi xx.xx.2016- cı il tarixdən hesablandığından xx.xx.2022-ci ildə bitmiş, bundan başqa, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə məhkumluğunun ödənilmə müddəti həmin hökmlə təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi xx.xx.2021-cı il tarixdən hesablandığından xx.xx.2023-cü il tarixdə bitəcəkdir. Belə olan halda Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi qəsdən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayəti törədən vaxt, yəni 26 may 2022-ci il tarixdə üzərində əvvəlki iki hökm üzrə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmləri üzrə yaranmış məhkumluqları ödənilməmiş və onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Lakin məhkəmə Təqsirləndirilən şəxs əməlini onun əvvəllər məhkum olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmlərinə nisbətdə düzgün qiymətləndirməyərək cinayət qanunu normasını düzgün tətbiq etməməklə hökmdə cinayətin residivinin növünü düzgün müəyyən etməmiş və əsassız olaraq CM-nin 18.1-ci maddəsinə istinad edərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivinin olması barədə yanlış qənaətə gəlmiş və bu halı cəzanı ağırlaşdıran hal kimi nəzərə alıb sonuncuya CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddətinin maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməməsi əsası ilə cəza təyin etmişdir. Beləliklə, məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı apelyasiya protestini müdafiə edərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünün cinayət qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi apelyasiya protestinin əsassız olduğunu bildirirərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2022ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya protestinin dəlillərini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət prosessual qanunvericiliyinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası CPM-nin 383.2-ci maddəsinə əsasən, apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Apelyasiya protestindən göründüyü kimi birinci instansiya məhkəməsinin hökmü cinayət qanunun normasının düzgün tətbiq edilməməsi hissəsində mübahisələndirilmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini onun əvvəllər məhkum olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmlərinə nisbətdə düzgün qiymətləndirməyərək cinayət qanunu normasını düzgün tətbiq etməməklə hökmdə cinayətin residivinin növünü düzgün müəyyən etməmiş və əsassız olaraq CM-nin 18.1-ci maddəsinə istinad edərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivinin olması barədə yanlış qənaətə gəlmiş və bu halı cəzanı ağırlaşdıran hal kimi nəzərə alıb sonuncuya CMnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddətinin maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməməsi əsası ilə cəza təyin etməklə cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Belə ki, işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzadan amnistiya qaydasında azad edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə təqsirli bilinib məhkum edildiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əvvəlki hökmlər, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü üzrə məhkumluğunun ödənilmə müddəti həmin hökmlə təyin olunmuş cəzanın amnistiya qaydasında azad edildiyi xx.xx.2016- cı il tarixdən hesablandığından xx.xx.2022-ci ildə bitmiş, bundan başqa, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə məhkumluğunun ödənilmə müddəti həmin hökmlə təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi xx.xx.2021-cı il tarixdən hesablandığından xx.xx.2023-cü il tarixdə bitəcəkdir. Belə olan halda Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi qəsdən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayəti törədən vaxt, yəni 26 may 2022-ci il tarixdə üzərində əvvəlki iki hökm üzrə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmləri üzrə yaranmış məhkumluqları ödənilməmiş və onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə yaranmış məhkumluqları ödənilmədiyindən onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur və CM-nin 65.2-ci maddəsi baxımından cəzanın müddəti maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməməsi əsası ilə cəza təyin edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinin tələbinə görə cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının tətbiq edilməməsi və ya tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 18.1ci maddəsi ilə nəzərdə tutulan sadə residivə dair müddəalar hökmdən xaric edilməli və onun əməlində Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.4, 403, 407-409-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilsin. Hökmdə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsi ilə nəzərdə tutulan sadə residivə dair müddəalar hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olması nəzərə alınsın. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar