Məhkəmə qərarları › İş №1(103)-262/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-262/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-262/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə icdas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(005)-22/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Hafiz Kamranovun sədrliyi ilə) 02 noyabr 2022-ci il tarixli, 1(005)-22/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 224078,10 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiasının baxılmamış saxlanılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci 750,0 manat dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs barəsində məhkəməyə verilmiş ittiham aktına əsasən əsasən o, təqsirləndirilir ondan ötrü ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) (bundan sonra MMC) təsisçisi olub, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən, cəmiyyətin nizamnaməsində nəzədə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1 və 218-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və ya bəyannamə təqdim etməməklə, ümumilikdə külli miqdar təşkil edən, 224.078,10 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 2014-cü il tarixli, 448 saylı Sərəncamına əsasən, ünvan 5 ünvanda yerləşən 0.79 ha ərazini əhatə edən torpaq sahəsində kommersiya məqsədləri üçün podratçı cəlb etməklə 2016-cı ilin 1-ci rübündə təməli qoyulmuş 4 ədəd 2 girişli 7 və 8 mərtəbəli və 1 ədəd 9 mərtəbəli ümumi sahəsi 46.577,41 m2 olan yaşayış binasına görə, tikintinin vergiyə cəlb edilən yaşayış sahəsini 43967.41 m2, qeyri-yaşayış sahəsini 2610.0 m2 göstərib, 2585650,14 manat hesablamalı olduğu halda, 2016-cı ilin 1-ci rübü üzrə bəyannamə təqdim edib, tikintinin vergiyə cəlb edilən yaşayış sahəsini 46.577,11 m2 göstərib, 2515180.14 manat hesablayaraq, 70.470,0 manat bina tikintisi fəaliyyəti ilə məşğul olun şəxslərin sadələşdirilmiş vergisini; Bundan əlavə, o, 2015-ci ilin 1-ci rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 147651,25 manat vəsaitdən, 20671,20 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda bəyannamə təqdim etməyərək, 20.671.20 manat; 2-ci rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 125653,01 manat vəsaitdən 17.591,4 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 17.591,4 manat; 3-cü rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 118.227,40 manat göstərib, 16.551,8 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 16.551,8 manat; 4-cü rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslə göstərdiyi xidmətlərə görə onlara ödədiyi 119.310,93 manat göstərib, 16.703,5 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 16.703,5 manat; 2016-cı ilin 1-ci rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 149.311,25 manat göstərib, 20.903,6 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 20.903,6 manat; 2-ci rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 145.725,2 manat göstərib, 20.401,5 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 20401,5 manat; 3-cü rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 144.770,38 manat göstərib, 20.267,9 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 20.267,9 manat; 4-cü rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 146.551,25 manat göstərib, 20.517,2 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək, 20.517,2 manat, cəmi 153.608,10 manat ödəmə mənbəyindən vergi olmaqla, ümumilikdə külli miqdar təşkil edən, 224.078,10 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(005)-22/2022 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti əsas və əlavə cəzaya məhkum edilməsi, həmçinin mülki iddianın tam təmin olunması barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmənin bəraətin əsası kimi sübut qismində istinad etdiyi həmin ekspertiza rəylərində qeyd edilənlər işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Sahə qeyri-yaşayış sahəsi kimi istifadə edilə bilməz, yalnız qaraj kimi istifadəyə yararlıdır. Məhkəmə cinayət işi üzrə cəlb edilən şahid ifadələrinə, o cümlədən iş üzrə mövcud ekspert rəylərinə istinad edərək, 2.610 kv metr zirzəmi sahəsinin sakinlər tərəfindən ortaq qaydada qaraj kimi istifadə edildiyini, həmin sahədən istifadəyə görə hər hansı haqq ödənilmədiyini, məhz bu səbəbdən həmin sahənin qeyri-yaşayış sahəsi kimi qəbul edilməsinin mümkün olmadığını, vergi orqanı tərəfindən də zirzəmi sahəsinin qeyri-yaşayış sahəsi olması barədə mötəbər sübut təqdim edilmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə 2.610 kv metr zirzəmi sahəsinin vergi orqanı tərəfindən əsassız olaraq qeyri-yaşayış sahəsi kimi qiymətləndirilərək, mülki cavabdehə qanunsuz olaraq əlavə vergi məbləği hesablanıldığı qənaətinə gəlmişdir. Məhkəmənin qeyd edilən dəlili ilə bağlı qeyd edir ki, göstərilən zirzəminin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməməsi həmin sahənin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsini istisna etmir. Eyni zamanda qanunvericilikdə qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə ilə şərtləndirilməmişdir. Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1.5 əmsal tətbiq edilməklə hesablanır. Maddənin tələbindən aydın olur ki, tikilən binanın qeyri-yaşayış sahəsinin istifadəsinin təyinatı həmin sahənin vergitutma bazasının müəyyən edilməsinə təsir edən amil kimi müəyyən edilməmişdir. Belə olan halda tikilən binanın yaşayış sahəsi kimi nəzərdə tutulmamış yararlı 2.160,0 kv metr zirzəminin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğundur. Məhkəmə tərəfindən isə qanunvericilikdə nəzərdə tutulmayan hallara istinad edilərək maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bundan başqa, istintaq materiallarından görünür ki, yoxlama ilə əhatə olunan dövrdə işçilərin orta sayı 11 nəfər, bir nəfərə düşən əmək haqqı 196,63 manat, əmək haqqından tutulan gəlir vergisi 4.672,56 manat müəyyən olunmuşdur. Eyni zamanda Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən cəlb edilmiş mütəxəssisin rəyinə əsasən müəyyən edilmiş əmək tutumu əsasında yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən apanlan tikinti işlərinin ümumi dəyərinin tərkibində əmək haqqı xərcinin ümumilikdə 1.234.570,0 manat olduğu müəyyən edilmişdir. Məhkəmənin istinad etdiyi ekspert rəylərində bildirilmişdir ki, vergi orqanı mübahisəli hesablanmanı apararkən 9 ədəd yaşayış binasından 8 ədədinin müqavilə əsasında cəlb edilmiş podratçılar tərəfindən. 1 ədədinin isə müəssisə tərəfindən tikildiyini və tikintidə iştirak etmiş işçilərlə müəssisə arasında əmək müqaviləsinin bağlanmasını və həmin işçilər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilərin hesablanaraq ödənildiyini nəzərə almamış və fərziyyə əsasında hesablama aparmışdır. Vergi orqanı tərəfindən əlavə hesablama Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlara görə ödəmə mənbəyində vergi olmuşdur. Mülki cavabdehin təqdim etdiyi bəyannamələr və ödədiyi vergi növü isə Vergi Məcəlləsinin 150.1.1-ci maddəsində əks edilib və vergi orqanı tərəfindən həmin ödənişlər nəzərə alınmışdır. Qeyd olunan faktlar məhkəmə tərəfindən işin hallarının tam və hərtərəfli araşdırmadığını, maddi hüquq normasının tətbiqində səhv buraxdığını nümayiş etdirir. Məhkəmənin ödəmə mənbəyində tutulan verginin əsassızlığı ilə bağlı nəticəyə gələrkən əsaslandığı xx.xx.2022-ci il tarixli 9/5442 saylı ekspert rəyi ilə bağlı bildiririk ki. rəydə VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat iş materiallarında mövcud olmadığından ÖMV-nin hesablanmasının düzgünlüyünün müəyyən olunmadığı bildirilmişdir. Ekspertin qeyd edilən yanaşması yanlışdır. Belə ki, aydın olduğu kimi müəssisə tərəfindən yerinə yetirilən işlərə görə VÖEN təqdim etməyən fiziki şəxslərə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumatın iş materiallarında olmaması, yəni görülmüş işlərə görə həmin şəxslərə ödənilmiş məbləğlərin rəsmiləşdirməməsi və ya gizlədilməsi vergi ödəyicisini ödəmə mənbəyində tutulan verginin ödənilməsindən azad etməməlidir. Bu cür yanaşma ümumiyyətlə səyyar vergi yoxlaması məqsədlərinə ziddir. Halbuki işçilərlə hər hansı rəsmiləşdirmə işləri həyata keçirilmədiyi üçün yoxlama zamanı mütəxəssis rəyi alınmışdır. Ekspertlər qarşısında müəssisənin ÖMV üzrə nə qədər vergi borcunun olması barədə sual qoyulsa da rəydə yalnız Vergi Məcəlləsinin 150-ci maddəsinə istinad etməklə və VM-də ödəmə mənbəyində verginin SVY aktında göstərilən üsulla hesablanmasının nəzərdə tutulmadığını qeyd etməklə kifayətlənmiş, nəticədə ÖMV üzrə nə qədər vergilərin hesablanmalı olduğunu qeyd etməyərək dolayı yolla tədqiqat aparmaqdan imtina etmişdir. Ümumiyyətlə, müəssisə tərəfindən görülmüş təmir-tikinti işlərində əmək tutumunun müəyyən edilməsi məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat predmetini təşkil etmir və bu məsələ yalnız məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqat obyektidir. Buna görə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ÖMV-ə aid hissədə iş üzrə heç bir halı müəyyən etmədiyi üçün sübut qismində qəbul edilə bilməz. Odur ki, məhkəmə tamamilə əsassız və mötəbər olmayan ekspert rəyini əsas götürərək qərar qəbul etməkdə haqlı olmamışdır. Məhkəmənin bəraət hökmündə əsaslandığı digər məsələ isə səyyar vergi yoxlaması ilə yoxlanılan dövrün vergi orqanı tərəfindən yoxlanıla bilən 3 illik müddətdən artıq dövrü əhatə etməsi ilə bağlı olmuşdur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bununla bağlı məhkəmə tərəfındən qərar qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tətbiqi ilə bağlı şərhlərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci və 213-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə işə baxılaraq qərar qəbul edilərkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 56-cı maddəsinin tələbləri gözlənilmiş, 70.470,0 manat sadələşdirilmiş vergi, 71.517,9 manat ÖMV məbləğini az hesabladığına görə vergi ödəyicisi məsuliyyətə cəlb edilməmişdir. Odur ki, qeyd edilən hallar məhkəmə qərarının maddı və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyini bır daha təsdiq edir. Həmçinin məhkəmə nəzərə alınmamışdır ki, Vegi orqanının xx.xx.2018-ci il tarixli **********138481 nömrəli qərarı ilə "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir. Göründüyü kimi burada hökmdə qeyd olunduğu kimi vergilərə 3 illik yoxlama müddəti keçməmişdir. Sadəcə “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” **********183645 nömrəli Qərar xx.xx.2019-cu il tarixdə çıxarılmışdır. Məhkəmənin istinad eldiyi təkrar mühasibatlıq ekspertiza rəylərində 2016-cı ilin birinci rübü üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə bitdiyindən, vergi orqanı həmin dövr üzrə hesablamanı xx.xx.2019- cu il tarixədək həyata keçirə biləcəyi, vergi orqanı tərəfindən 2016-cı ilin 1-ci rübü üzrə 70.470,00 manat əlavə vergi məbləğinin xx.xx.2019-cu il tarixdə hesablanaraq Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinin pozulması göstərilir. Lakin, burada bir məqama diqqət yetirmək lazımdır ki, səyyar vergi yoxlamasının keçirilməsi zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu 1 tarixləri aralığında müvəqqəti dayandırma haqqında qərarlar qəbul edilməklə səyyar vergi yoxlamasının aparılması müvafiq olaraq 31, 34, 30, 30, 30, 32 gün müddətinə dayandırılmış, 2 dəfə hər dəfə 30 gün olmaqla müddət uzadılmış, bundan əlavə 30 gün əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir. Ekspertlər tərəfindən 3 illik müddətin hesablanması zamanı yoxlamanın dayandırıldığı və uzadıldığı müddətlər nəzərə alınmamışdır. Səyyar vergi yoxlamasının obyektivliyini, hərtərəfliliyini və tam aparılmasını təmin etmək məqsədilə dayandırma aparılmış və dayandırmaya səbəb olmuş hallar aradan qalxdıqdan sonra yoxlama davam etdirilmişdir. Bununla da, Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri vergi orqanı tərəfindən pozulmamışdır. Belə ki, dayandırmanın və uzadılmanın həyata keçirildiyi müvafiq dövrlər 3 illik müddətə daxil edilməməlidir. Həmçinin məhkəmə qərarında məhkəmə istintaqı dövründə verilmiş məhkəmə mühasibatlıq ekspertizası rəyinin ibtidai istintaqda verilmiş rəydən daha mötəbər olduğunu qeyd etmişdir. Məhkəmə fikrini bununla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı alınmış və ittihamın əsasını təşkil edən ekspert rəyi Vergilər Məcəlləsinin hər hansı normasına istinad edilmədən, tədqiqat və hər hansı hesablamalar aparılmadan, yalnız xx.xx.2019-cu il tarixli Səyyar vergi yoxlaması aktına və xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli mütəxəssis rəylərinə istinad edilməklə verilmişdir. Məhkəmə istintaqı zamanı isə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizaları Vergilər Məcəlləsinin maddələrində nəzərdə tutulmuş tələblər pozulmadan aparılmışdır. Lakin məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərində ekspert komissiyası səlahiyyətlərinə aid olmayan Vergi Məcəlləsinin və Mənzil Məcəlləsinin müvafiq maddələrinə şərh etməyə çalışması, hüquqi rəy verməsi qanunaziddir. Məhkəmənin də öz növbəsində həmin rəyləri sübut kimi qiymətləndirməsi və ekspert rəyində göstərilmiş fikirlərə istinad etməsi qəbul edilmiş qərarın əsassızlığını göstərir. Göründüyü kimi, məhkəmə iş üzrə toplanmış sübutları qeyri-obyektiv təhlil edərək ittihamın əsasını təşkil edən sübut olan ilkin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/3605 nömrəli rəyini, səyyar vergi yoxlama aktını, “Azərekspertiza Birliyinin” rəylərini, öz hökmündə istinad etdiyi vergi orqanının əməkdaşının və mülki iddiaçının ifadəsini düzgün qiymətləndirməmiş, hökmdə həmin sübutları qəbul etməməsinin səbəbini göstərilməmiş, sübutları əlaqələndirilməmiş, sübutlara birtərəfli qiymət vermiş, bəraət hökmü verərkən yalnız məhkəmə istintaqı zamanı verilmiş formal rəylərə, yəni ekspert tərəfindən heç bir araşdırma aparılmadan verilmiş, mötəbərliyi şübhə doğuran həqiqətə uyğun olmayan əlavə və təkrar məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə və təqsirləndirilən şəxsin prosessual hüquqları olan ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilməməsinə və törətdiyi cinayəti etiraf etməməsi barədə ifadələrinə əsaslanmış, əsassız yekun nəticəyə gəlmişdir. Hökmdən zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(005)-22/2022 saylı hökmünün ləğv edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi, Təqsirləndirilən şəxs tərəfindən 224.078,10 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması nəticəsində vurulan həmin məbləğdə ziyanın (verginin) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə cinayət işi üzrə cəlb edilən şahid ifadələrinə, o cümlədən iş üzrə mövcud ekspert rəylərinə istinad edərək, 2.610 kv metr zirzəmi sahəsinin sakinlər tərəfindən ortaq qaydada qaraj kimi istifadə edildiyini, həmin sahədən istifadəyə görə hər hansı haqq ödənilmədiyini, məhz bu səbəbdən həmin sahənin qeyri-yaşayış sahəsi kimi qəbul edilməsinin mümkün olmadığını, vergi orqanı tərəfindən də zirzəmi sahəsinin qeyri-yaşayış sahəsi olması barədə mötəbər sübut təqdim edilmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə 2.610 kv.m. zirzəmi sahəsinin vergi orqanı tərəfindən əsassız olaraq qeyriyaşayış sahəsi kimi qiymətləndirilərək, mülki cavabdehə qanunsuz olaraq əlavə vergi məbləği hesablanıldığı qənaətinə gəlmişdir. Məhkəmənin qeyd edilən dəlili ilə bağlı qeyd edir ki, göstərilən zirzəminin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməməsi həmin sahənin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsini istisna etmir. Eyni zamanda qanunvericlikdə qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə ilə şərtləndirilməmişdir. Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Maddənin tələbindən aydın olur ki, tikilən binanın qeyri-yaşayış sahəsinin istifadəsinin təyinatı həmin sahənin vergitutma bazasının müəyyən edilməsinə təsir edən amil kimi müəyyən edilməmişdir. Belə olan halda tikilən binanın yaşayış sahəsi kimi nəzərdə tutulmamış yararlı 2.160,0 kv.m. zirzəminin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğundur. Birinci instansiya məhkəməsi tərəfindən isə qanunvericilikdə nəzərdə tutulmayan hallara istinad edilərək maddi hüquq normaları səhv tətbiq edilmişdir. İş materiallarından və məhkəmənin istinad etdiyi dəlillərdən da göründüyü kimi, vergi orqanı tərəfindən vergiyə cəlb edilmiş 2.160 kv metr sahə yaşayış məqsədləri üçün istifadə edilməmiş və ümumiyyətlə yaşayış məqsədləri üçün istifadəsi nəzərdə tutulmamışdır. Belə olan halda həm Vergi Məcəlləsinin məqsədləri üçün, həm də Mənzil Məcəlləsinin məzmunu baxımından yaşayış sahəsi hesab olunmayan sahələr qeyri-yaşayış sahəsi hesab edilir. İş materiallarında olan sakinlərin ifadəsindən də aydın olur ki, həmin 2.610 kv metr sahə yaşayış məqsədləri üçün istifadə edilmir. Belə olan halda isə mübahisəli 2.610 kv metr sahənin qeyri-yaşayış sahəsi kimi qəbul edilməməsi üçün hər hansı əsas mövcud deyildir. Həmçinin məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi ekspertiza rəylərində Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edən ekspertlər mübahisə edilən sahənin sahibkarlıq məqsədləri üçün istifadəsi nəzərdə tutulmadıqda bu sahələrin sadələşdirilmiş vergiyə yaşayış sahəsi kimi cəlb olunmalı olduğunu qeyd etmişlər. Ekspertlər işin bu halına Mənzil Məcəlləsinin 35.1-ci maddəsini tətbiq edir, halbuki həmin maddi hüquq norması ekspertlər tərəfindən müəyyən olunmuş işin halına tətbiq edilməli olmayan maddi hüquq normasıdır. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsi çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququnu müəyyən edir və həmin hüququn obyektlərini sadalayır. Məlumat üçün bildirir ki, həmin norma zirzəmi olaraq yalnız mühəndis qurğuları olan zirzəmiləri, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlığı (texniki zirzəmi) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus hesab edir. Belə olan halda qaraj üçün istifadəyə yararlı olan sahənin vətəndaşların ümumi istifadəsinə verilməsi həm ümumi təcrübə baxımından inandırıcı deyil, həm də qanunvericilik baxımından mümkün deyildir. Belə ki, həmin qeyri-yaşayış sahəsi mülkiyyət hüququ baxımından iddiaçıya məxsus hesab edilir. Bu baxımdan hesab edirik ki, ekspertlər işin faktiki halları və ona tətbiq ediləcək maddi hüquq normaları baxımından yanlış nəticəyə gəlmişdir. Bundan əlavə, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən yoxlama ilə əhatə olunan dövrdə işçilərin orta siyahı sayı 11 nəfər, bir nəfərə düşən əmək haqqı 196,63 manat, əmək haqqından tutulan gəlir vergisi 4.672,56 manat müəyyən olunmuşdur. Eyni zamanda Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən cəlb edilmiş mütəxəssisin rəyinə əsasən müəyyən edilmiş əmək tutumu əsasında yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən apanlan tikinti işlərinin ümumi dəyərinin tərkibində əmək haqqı xərcinin ümumilikdə 1.234.570,0 manat olduğu müəyyən edilmişdir. Məhkəmənin istinad etdiyi ekspert rəylərində bildirilmişdir ki, vergi orqanı mübahisəli hesablanmanı apararkən 9 ədəd yaşayış binasından 8 ədədinin müqavilə əsasında cəlb edilmiş podratçılar tərəfindən, 1 ədədinin isə müəssisə tərəfindən tikildiyini və tikintidə iştirak etmiş işçilərlə müəssisə arasında əmək müqaviləsinin bağlanmasını və həmin işçilər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilərin hesablanaraq ödənildiyini nəzərə almamış və fərziyyə əsasında hesablama aparmışdır. Vergi orqanı tərəfindən əlavə hesablama Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyidsi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlara görə ödəmə mənbəyində vergi olmuşdur. Mülki cavabdehin təqdim etdiyi bəyannamələr və ödədiyi vergi növü isə Vergi Məcəlləsinin 150.1.1-ci maddəsində əks edilib və vergi orqanı tərəfindən həmin ödənişlər nəzərə alınmışdır. Qeyd olunan faktlar məhkəmə tərəfindən işin hallarının tam və hərtərəfli araşdırmadığını, maddi hüquq normasının tətbiqində səhv buraxdığını nümayiş etdirir. Məhkəmənin ödəmə mənbəyində tutulan verginin əsassızlığı ilə bağlı nəticəyə gələrkən əsaslandığı xx.xx.2022-ci il tarixli 9/5442 saylı ekspert rəyi ilə bağlı bildiririk ki, rəydə VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat iş materiallarında mövcud olmadığından ÖMV-nin hesablanmasının düzgünlüyünün müəyyən olunmadığı bildirilmişdir. Ekspertin qeyd edilən yanaşması tamamilə yanlışdır. Belə ki, aydın olduğu kimi müəssisə tərəfindən yerinə yetirilən işlərə görə VÖEN təqdim etməyən fiziki şəxslərə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumatın iş materiallarında olmaması, yəni görülmüş işlərə görə həmin şəxslərə ödənilmiş məbləğlərin rəsmiləşdirməməsi və ya gizlədilməsi vergi ödəyicisini ödəmə mənbəyində tutulan verginin ödənilməsindən azad etməməlidir. Bu cür yanaşma ümumiyyətlə səyyar vergi yoxlaması məqsədlərinə ziddir. Halbuki işçilərlə hər nansı rəsmiləşdirmə işləri həyata keçirilmədiyi üçün yoxlama zamanı mütəxəssis rəyi alınmışdır. Ekspertlər qarşısında müəssisənin ÖMV üzrə nə qədər vergi borcunun olması barədə sual qoyulsa da rəydə yalnız Vergi Məcəlləsinin 150-ci maddəsinə istinad etməklə və VM-də ödəmə mənbəyində verginin SVY aktında göstərilən üsulla hesablanmasının nəzərdə tutulmadığını qeyd etməklə kifayətlənmiş, nəticədə ÖMV üzrə nə qədər vergilərin hesablanmalı olduğunu qeyd etməyərək dolayı yolla tədqiqat aparmaqdan imtina etmişdir. Ümumiyyətlə, müəssisə tərəfindən görülmüş təmir-tikinti işlərində əmək tutumunun müəyyən edilməsi məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat predmetini təşkil etmir və bu məsələ yalnız məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqat obyektidir. Buna görə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ÖMV-ə aid hissədə iş üzrə heç bir halı müəyyən etmədiyi üçün sübut qismində qəbul edilə bilməz. Yalnız mühəndis-texniki ekspertizası ilə görülmüş işlərin həcminə uyğun olaraq nə qədər işçi qüvvəsinin cəlb edildiyi müəyyən etmək mümkündür. Buna görə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən halın müəyyən edilməsi üçün mühəndis-texniki ekspertizası təyin edilməli idi. Odur ki, məhkəmə tamamilə əsassız və mötəbər olmayan ekspert rəyini əsas götürərək qərar qəbul etməkdə haqlı olmamışdır. Məhkəmənin bəraət hökmündə əsaslandığı digər bir məqam isə səyyar vergi yoxlaması ilə yoxlanılan dövrün vergi orqanı tərəfindən yoxlanıla bilən 3 illik müddətdən artıq dövrü əhatə etməsi ilə bağlı olmuşdur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bununla bağlı bildiririk ki, məhkəmə tərəfındən qərar qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tətbiqi ilə bağlı şərhlərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci və 213-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə işə baxılaraq qərar qəbul edilərkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 56-cı maddəsinin tələbləri gözlənilmiş, 70.470,0 manat sadələşdirilmiş vergi, 71.517,9 manat ÖMV məbləğini az hesabladığına görə vergi ödəyicisi məsuliyyətə cəlb edilməmişdir. Odur ki, qeyd edilən hallar məhkəmə qərarının maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyini bir daha təsdiq edir. Həmçinin məhkəmə qərarında məhkəmə istintaqı dövründə verilmiş məhkəmə mühasibatlıq ekspertizası rəyinin ibtidai istintaqda verilmiş rəydən daha mötəbər olduğunu qeyd etmişdir. Məhkəmə fikrini bununla əsaslandırmağa çalışmışdır ki, ibtidai istintaq zamanı alınmış və ittihamın əsasını təşkil edən ekspert rəyi Vergilər Məcəlləsinin hər hansı normasına istinad edilmədən, tədqiqat və hər hansı hesablamalar aparılmadan, yalnız xx.xx.2019-cu il tarixli Səyyar vergi yoxlaması aktına və xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli mütəxəssis rəylərinə istinad edilməklə verilmişdir. Məhkəmə istintaqı zamanı isə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizaları Vergilər Məcəlləsinin maddələrində nəzərdə tutulmuş tələblər pozulmadan aparılmışdır. Lakin məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərində ekspert komissiyası səlahiyyətlərinə aid olmayan Vergi Məcəlləsinin və Mənzil Məcəlləsinin müvafiq maddələrinə şərh etməyə çalışması, hüquqi rəy verməsi qanunaziddir. Çünki, qanunun tətbiqi ilə bağlı mübahisəni həll etmək səlahiyyəti yalnız məhkəməyə verilmişdir. Məhkəmənin də öz növbəsində həmin rəyləri sübut kimi qiymətləndirməsi və ekspert rəyində istinad edilmiş fikirlərlə razılaşması qəbul edilmiş qərarın əsassızlığını göstərir. Belə ki, iddiaçı X2 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəmə işi üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 2-1 (102)-1538/2020 saylı qərarın 36-38-ci hissələrində Ali Məhkəmə qeyd etmişdir ki, ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilir. Tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmamasını qiymətləndirmək birbaşa məhkəmənin səlahiyyətidir. Göründüyü kimi, ekspertin hüquqi məsələlərə (mötəbərlik üzrə qiymətləndirmə) toxunaraq rəy verməsi Ali Məhkəmə tərəfindən qanunvericiliyə zidd hal olaraq qiymətləndirilmiş və həmin rəy sübut olaraq qəbul edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 97.3-cü maddəsinə əsasən, şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə ekspert qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz. Bundan başqa “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinə əsasən tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Qanunvericiliyin qeyd edilən imperativ göstərişlərinə baxmayaraq Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri bu tələblərə məhəl qoymayaraq hüquqi və ixtisas hüdudlarından kənar olan məsələlər üzrə rəy verilmişlər. Belə olan halda, bu ekspert rəyi cinayət işi üzrə sübut kimi istifadə oluna bilməzdi. Həmçinin məhkəmə hökmündə eyni ekspertiza mərkəzi tərəfindən ibtidai istintaq zamanı verilmiş rəydən məhkəmə istintaqı zamanı verilmiş fərqli rəylərin nə üçün hansının sübut kimi qəbul edilməsinin və digərinin subut kimi qəbul edilməməsini izah etməli olduğu halda etmədən, yaxud yanlış izah etməklə yekun nəticəyə gəlmişdir. Belə ki, ibtidai istintaq dövründə verilmiş eskpertiza rəyi heç bir halda əsassız və qanunsuz ola bilməz və onun mötəbərliliyi şübhə doğurmur. Belə ki, qeyd edilən rəy ekspert qarşısında qoyulmuş suallar və təqdim edilmiş bütün sənədlər əsasında aparılmışdır. Ekspert tərəfindən də qanunvericiliklə üzərinə düşən vəzifələri icra edilmiş və ona verilən suallar və materiallar əsasında rəy verilmişdir. Əksinə, məhkəmə istintaqı dövründə isə ekspertlər məhkəmə mühasibatlıq rəyindən daha çox səlahiyyətlərini aşaraq hüquqi rəy vermişdir. Yuxarıda qeyd edildiyi kimi hər hansı halın, faktın, sənədin, hərəkət və ya hərəkətsizliyin qanunauyğun olub-olmamasını müəyyən etmək məhkəməmühasibatlıq ekspertizasını aparan ekspertin deyil, məhkəmənin səlahiyyətidir. Odur ki, prosessual pozuntularla müşayiət olunan, daha çox hüquqi rəyi xatırladan məhkəmə istintaqı zamanı verilmiş mühasibatlıq ekspertizası rəyləri deyil, ibtidai istintaq zamanı verilmiş rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməli idi. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamışdır. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli və beynəlxalq qanunvericiliyin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından hökm tamamilə əsassızdır və ləğv olunmalıdır. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verməmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından apellyasiya protestinin və zərərçəkmiş şəxs-mülki iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin və dövlət ittihamçısının verdiyi apellyasiya protestinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi verilmiş apellyasiya şikayəti və apellyasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından zərərçəkmiş şəxs-mülki iddiaçının verdiyi apellyasiya şikayətinin və dövlət ittihamçısının verdiyi apellyasiya protestinin təmin edilməməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(005)-22/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Zərərçəkmiş şəxs-mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, baxılmamış saxlanılmış mülki iddianın tam təmin edilməsi xahiş olunur. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestindən görünür ki, ittiham hökmünün çıxarılması və baxılmamış saxlanılmış mülki iddianın tam təmin edilməsi xahiş olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protestinin dəlilləri eynilik təşkil etdiyi üçün onlara birlikdə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs bəraət verərkən hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən ona elan olunmuş Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə onun təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilmir. Belə ki, bəraət hökmünü onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham yalnız xx.xx.2020-ci il tarixli, 9/3605 nömrəli ekspert rəyi üzərində qurulmuşdur. Hansı ki, həmin ekspertiza rəyi Vergilər Məcəlləsinin hər-hansı normasına istinad edilmədən, tədqiqat və hər-hansı hesablamalar aparılmadan, yalnız xx.xx.2019-cu il tarixli Səyyar vergi yoxlaması aktına və xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli mütəxəssis rəylərinə istinad edilməklə verilmişdir. İş materiallarında olan və təqsirləndirilən şəxsin müdafiəçisinin, mülki iddiaçının və dövlət ittihamçısının vəsatətləri əsasında məhkəmənin qərarları ilə təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının 12 yanvar 2022-ci il tarixli, 9/7997 nömrəli, 20 may 2022-ci il tarixli, 9/2748 nömrəli və 15 sentyabr 2022-ci il tarixli, 9/5442 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" MMC-yə vergi orqanı tərəfindən səyyar vergi yoxlaması nəticəsində hesablanmış 70.470,00 manat bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin və 153.608,10 manat ödəmə mənbəyində tutulan verginin, ümumilikdə 224.078,10 manat əlavə vergi məbləğinin düzgünlüyü müəyyən olunmamışdır. Sözügedən məhkəmə ekspertizası rəylərini məhkəmə mötəbər sübut kimi qiymətləndirmiş və hesab etmişdir ki, həmin sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə ittihamın qiymətləndirilməsi baxımından mötəbər sübut kimi üstün hüquqi qüvvəyə malikdir. Belə ki, qeyd olunan rəylərin təsviri hissəsindən görünür ki, vergi orqanı 2016-cı ilin 1-ci rübü üzrə 70.470,00 manat əlavə vergi məbləği hesablayan zaman Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərini pozmuşdur. VM-nin 85.4-cü maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan rcdakasiyasına əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmçinin qeyd olunan maddəyə əsasən 2016-cı ilin 1-ci rübü üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə bitdiyindən, vergi orqanı həmin dövr üzrə hesablamanı xx.xx.2019-cu il tarixədək həyata keçirə bilərdi. Lakin iş materiallarından göründüyü kimi vergi orqanı 2016-cı ilin 1-ci rübü üzrə 70.470,0 manat əlavə vergi məbləğini xx.xx.2019-cu ildə hesablamış və nəticədə Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərini pozmuşdur. Bundan başqa qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericilik aktlarında “qeyri-yaşayış sahəsi” anlayışı və ya həmin sahəyə binanın hansı hissələrinin aid olması birbaşa müəyyən edilməsə də. Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digar tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Vergi Məcəlləsində yaşayış sahəsindən fərqli olaraq qeyri-yaşayış sahəsinə yüksəldici əmsalın tətbiqi qeyri-yaşayış sahəsindən istifadə etməklə gəlir əldə etmək imkanlarının olması ilə bağlıdır. Bu baxımdan tikilən binanın sahibkarlıq (kommersiya) fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulan və ya istifadə olunan hissələri qeyri- yaşayiş sahəsi kimi qiymətləndirilməli və yüksəldici əmsal tətbiq etməklə vergiyə cəlb olunmalıdır. Bununla bağlı bildirilir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tələfindən əlavə vergi məbləğinə cəlb edilmiş inşa edilmiş binanın zirzəmisində yerləşən 2.610,00 kv.metr qaraj sahəsinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməsinə dair iş materiallarında hər hansı məlumat aşkar edilməmişdir. Ödəmə mənbəyinə tutulan vergi üzrə - yoxlama zamanı «Azərekspertiza» Birliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən müəssisənin 2015-ci ilin 1-1V və 2016-cı ilin İ-İV rübləri ərzində yerinə yetirilmiş tikinti işlərində əmək tutumunun 332.171,30 adam/saat təşkil etməsi və həmin işlərə görə 1.234.570,00 manat məbləğində əmək haqqı xərcinin olması müəyyən edilmişdir. Həmin mütəxəssis rəyində göstərilənlər nəzərə alınmaqla ödənilmiş əmək haqqı və bu məbləğdən ödəmə mənbəyində tutulan verginin həcmi hesablanmış və nəticədə MMC-yə 153.608,10 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. VM-də ödəmə mənbəyində tutulan verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanması nəzərdə tutulmamışdır. Bundan başqa, vergi orqanı tərəfindən 2015-ci ilin 1-İV və 2016-cı ilin 1 rübü üzrə ödəmə mənbəyində tutulan vergi hesablanan zaman VM-nin 85.4-cü maddəsində nəzərdə tutulan 3 illik müddət gözlənilməmiş və vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, VM-nin 85.4-cü maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redakasiyasına əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Qeyd olunan maddəyə əsasən vergilərin vergi orqanı tərəfindən yenidən hesablanması üçün qanunla müəyyən edilən 3 illik müddət 2015-ci ilin 1-ci rübü üzrə xx.xx.2018, 2-ci rübü üzrə xx.xx.2018, 3-cü rübü üzrə xx.xx.2018,4-cü rübü üzrə xx.xx.2019, 2016-cı ilin 1-ci rübü üzrə isə xx.xx.2019-cü il tarixdə bitmişdir. Göründüyü kimi vergi orqanı 2015-ci ilin 1-İV və 2016-cı ilin İ rübü üzrə ödəmə mənbəyində tutulan vergini xx.xx.2019-cu ildə hesablamış və nəticədə VM-nin 85.4-cü maddəsinin tələblərini pozmuşdur. Göstərilən səbəbdən ekspertiza zamanı səyyar vergi yoxlaması aktının ödəmə mənbəyində tutulan vergi üzrə gəldiyi nəticə təsdiq olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X6 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş ittihamın həqiqiliyinin müəyyən edilməsi üçün ekspertiza rəylərinin mötəbərlilik baxımından qiymətləndirilməsi vacib əhəmiyyət kəsb edir. Sadalananlardan aydın görünür ki, məhkəmə bəraət hökmü çıxararkən 3 dəfə keçirilmiş ekspertiza rəylərinə əsaslanmışdır. İttiham isə yalnız bir ekspertiza rəyinə əsaslanmışdır. Bu ekspertiza rəyi Səyyar vergi yoxlaması aktına və mütəxəssis rəyinə əsaslanmışdır. Səyyar vergi yoxlamasını və istintaqı aparan orqanlar Dövlət Vergi Xidmətinə tabe qurumlardır. Məhkəmə istintaqı zamanı keçirilmiş ekspertizaları daha ətraflı və obyektiv keçirilməsi, eləcə də qeyd edilənlər baxımından kollegiya birinci instansiya məhkəməsinin bu rəylərin ibtidai istintaq zamanı keçirilmiş ekspert rəyindən daha mötəbər sübutlar hesab edilməsi barədə mövqeyini əsaslı və qanuni hesab edir. Bu səbəbdən kollegiya apellyatorların bu dəlillərini qanuna uyğun hesab etmir. Birinci instansiya məhkəməsi hökmündə vergi orqanının mübahisələndirdiyi “qeyri-yaşayış sahəsi” məsələsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericilik aktlarında “qeyri-yaşayış sahəsi” anlayışı və ya həmin sahəyə binanın hansı hissələrinin aid olması birbaşa müəyyən edilməsə də. Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digar tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Vergi Məcəlləsində yaşayış sahəsindən fərqli olaraq qeyri-yaşayış sahəsinə yüksəldici əmsalın tətbiqi qeyri-yaşayış sahəsindən istifadə etməklə gəlir əldə etmək imkanlarının olması ilə bağlıdır. Bu baxımdan tikilən binanın sahibkarlıq (kommersiya) fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulan və ya istifadə olunan hissələri qeyri- yaşayiş sahəsi kimi qiymətləndirilməli və yüksəldici əmsal tətbiq etməklə vergiyə cəlb olunmalıdır. Bununla bağlı bildirilir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tələfindən əlavə vergi məbləğinə cəlb edilmiş inşa edilmiş binanın zirzəmisində yerləşən 2.610,00 kv.metr qaraj sahəsinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməsinə dair iş materiallarında hər hansı məlumat aşkar edilməmişdir. Vergi orqanı apellyasiya şikayətində bu məsələyə fərqli yanaşaraq qeyd edir ki, göstərilən zirzəminin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməməsi həmin sahənin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsini istisna etmir. Eyni zamanda qanunvericlikdə qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə ilə şərtləndirilməmişdir. Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Maddənin tələbindən aydın olur ki, tikilən binanın qeyri-yaşayış sahəsinin istifadəsinin təyinatı həmin sahənin vergitutma bazasının müəyyən edilməsinə təsir edən amil kimi müəyyən edilməmişdir. Belə olan halda tikilən binanın yaşayış sahəsi kimi nəzərdə tutulmamış yararlı 2.160,0 kv metr zirzəminin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğundur. Birinci instansiya məhkəməsi tərəfindən isə qanunvericilikdə nəzərdə tutulmayan hallara istinad edilərək maddi hüquq normaları səhv tətbiq edilmişdir. İş materiallarından və məhkəmənin istinad etdiyi dəlillərdən da göründüyü kimi, vergi orqanı tərəfindən vergiyə cəlb edilmiş 2.160 kv.m sahə yaşayış məqsədləri üçün istifadə edilməmiş və ümumiyyətlə yaşayış məqsədləri üçün istifadəsi nəzərdə tutulmamışdır. Belə olan halda həm Vergi Məcəlləsinin məqsədləri üçün, həm də Mənzil Məcəlləsinin məzmunu baxımından yaşayış sahəsi hesab olunmayan sahələr qeyri-yaşayış sahəsi hesab edilir. İş materiallarında olan sakinlərin ifadəsindən də aydın olur ki, həmin 2.610 kv metr sahə yaşayış məqsədləri üçün istifadə edilmir. Belə olan halda isə mübahisəli 2.610 kv metr sahənin qeyri-yaşayış sahəsi kimi qəbul edilməməsi üçün hər hansı əsas mövcud deyildir. Həmçinin məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi ekspertiza rəylərində Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edən ekspertlər mübahisə edilən sahənin sahibkarlıq məqsədləri üçün istifadəsi nəzərdə tutulmadıqda bu sahələrin sadələşdirilmiş vergiyə yaşayış sahəsi kimi cəlb olunmalı olduğunu qeyd etmişlər. Ekspertlər işin bu halına Mənzil Məcəlləsinin 35.1-ci maddəsini tətbiq edir, halbuki həmin maddi hüquq norması ekspertlər tərəfindən müəyyən olunmuş işin halına tətbiq edilməli olmayan maddi hüquq normasıdır. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsi çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququnu müəyyən edir və həmin hüququn obyektlərini sadalayır. Məlumat üçün bildirir ki, həmin norma zirzəmi olaraq yalnız mühəndis qurğuları olan zirzəmiləri, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlığı (texniki zirzəmi) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus hesab edir. Belə olan halda qaraj üçün istifadəyə yararlı olan sahənin vətəndaşların ümumi istifadəsinə verilməsi həm ümumi təcrübə baxımından inandırıcı deyil, həm də qanunvericilik baxımından mümkün deyildir. Belə ki, həmin qeyri-yaşayış sahəsi mülkiyyət hüququ baxımından iddiaçıya məxsus hesab edilir. Bu baxımdan hesab edirik ki, ekspertlər işin faktiki halları və ona tətbiq ediləcək maddi hüquq normaları baxımından yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edilən binanın zirzəmisində yerləşən 2.610,00 kv metr qaraj sahəsi ilə bağlı qeyd edir ki, işdə olan sübutlara əsasən həmin sahənin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməsi təsdiq edilmir. Vergi orqanı özü də bu halı etiraf edir. Vergi qanunvericiliyinin mahiyyəti gəlir əldə edilən şəxslərdən vergilərin tutulmasıdır. Vergi orqanının həmin sahənin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməməsi halının vergiyə cəlb etməni istisna etməməsi mövqeyi vergi qanunvericiliyinin ruhuna, məqsədinə ziddir. Vergi orqanının bu mövqeyi həmin sahədən gəlir götürülməməsini təsdiq edir. Odur ki, vergi orqanının və dövlət ittihamçısının bu dəlili absurddur. Kollegiya hesab edir ki, məhkəmənin bu məsələ ilə bağlı istinad etdiyi hüquq normasını düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsi hökmündə vergi orqanının mübahisələndirdiyi “qeyri-yaşayış sahəsi” məsələsi ilə bağlı qeyd etmişdir ki, səyyar vergi yoxlaması ilə yoxlanılan dövrün vergi orqanı tərəfindən yoxlanıla bilən 3 illik müddətdən artıq dövrü əhatə etməsi ilə bağlı olmuşdur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Apellyatorlar qeyd edilən məsələ ilə əlaqədar bildirmişlər ki, məhkəmə tərəfındən qərar qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tətbiqi ilə bağlı şərhlərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci və 213-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə işə baxılaraq qərar qəbul edilərkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 56-cı maddəsinin tələbləri gözlənilmiş, 70.470,0 manat sadələşdirilmiş vergi, 71.517,9 manat ÖMV məbləğini az hesabladığına görə vergi ödəyicisi məsuliyyətə cəlb edilməmişdir. Odur ki, qeyd edilən hallar məhkəmə qərarının maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyini bir daha təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən normaları, eləcə də Vergilər Məcəlləsinin 56-cı maddəsində nəzərdə tutulmuş cəlb etmə müddətini hazırkı işə düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********183645 saylı qərarı ləğv edilməsi qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edildiyindən həmin hal hazırki cinayət işi üzrə də preyudisiya əhəmiyyətinə malikdir və aparılan yoxlama zamanı vergi qanunvericiliyinin tələblərinin pozulmasını bir daha təsdiq edir. Məhkəmə kollegiyası apellyatorların bildirdikləri kimi ekspertlərin hüquqi rəy verməsi barədə mövqe ilə razılaşmır. Ekspertlər iş üzrə ətraflı araşdırma aparmış, məhkəmənin diqqətinə qanunvericiliyin tələblərini xatırlatmışlar. Ekspertlər iş üzrə hüquqi rəy verməmişlər. Hüquqi məsələlərə sonda müşavirə otağında məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Kollegiya bu hüquqi dəyərləndirməni qanuni, ədalətli və əsaslı hesab edir. Məhkəmə kollegiyası sadalanan halları, vergidən yayınma halının ittiham tərəfindən mötəbər sübutlarla təsdiq edilmədyindən, mülki iddia təmin edilə bilməz və apellyatorların dəlilləri nəzərə alına bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinin tərkib əlamətlərinin olmaması ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə sübutlara və ekspert rəylərinə düzgün hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti və apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(005)-22/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(005)- 22/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar