Məhkəmə qərarları › İş №1(103)-264/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-264/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-264/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxsin və eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X11, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasınn vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, orta-ixtisas təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə, xx xxxxxx 1968-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsili, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Şahid7 küçəsi ev 16, mənzil 14-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 1(101)-175/2022 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X23, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin və eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər X12 və X5 ibarət tərkibdə) 28 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmş və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbs olunmuşdur. Hökmlə iş üzrə mülki iddiaçı X6 mülki iddiası baxılmamış saxlanılaraq ona gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ailə sürücüsü olduğu X6 inam və etibarını qazandıqdan sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq Fərəh Mənsimovanın bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərinin bütünlükdə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək hüququ ilə bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri və cinayət işlərini aparmağı, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, adından imza etməyi, iddia ərizəsini imzalamağı, ərizə tərtib və təqdim etməyi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyin etibar edilməsi səlahiyyətləri üzrə 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 2 saylı Dövlət Notariat kontorunda Fərəh Mənsimova tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Fərəh Mənsimovanın ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Fərəh Mənsimovadan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 04 iyun 2015-ci il tarixdə X7 verilmiş **********21-05101- 093024 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 48 kvadratmetr ümumi sahəyə malik, ünvan 4 ünvanında yerləşən, 2016-cı ilin noyabr ayına orta bazar qiyməti ilə dəyəri 78.219 manat 36 qəpik təşkil edən yaşayış sahəsini 09 noyabr 2016cı il tarixdə Bakı şəhəri 50 saylı Notariat kontorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirməklə həmin müqavilə əsasında Şahid13 sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Fərəh Mənsimovaya 78.219 manat 36 qəpik məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə ailə sürücüsü olduğu Zərərçəkmiş şəxs inam və etibarını qazandıqdan sonra harada yerləşməsindən və nədən İbarət olmasından asılı olmayaraq Zərərçəkmiş şəxs bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, Azərbaycan Respublikasının bütün banklarında onu təmsil etməyi, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, onun adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyin etibar edilməsi səlahiyyətləri üzrə 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda Zərərçəkmiş şəxs tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus və 01 oktyabr 2010-cu il tarixli AB383092 nömrəli şəhadətnamə əsasından Zərərçəkmiş şəxs adına qeydə alınmış, 2017-ci ilin iyul ayına orta bazar qiyməti ilə dəyəri 42.000 manat təşkil edən “Toyota Land-Cruiser Prado’’ markalı **-XR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 11 iyul 2017-ci il tarixdə alqı-satqı müqaviləsi üzrə Şahid14 sataraq sonuncunun adına rəsmiləşdirib əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 42.000 manat məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, "xxxx" firmasının ünvan 21 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 176.9 kvadratmetr ümumi sahəyə malik, 2018-ci ilin mart ayına orta bazar qiyməti ilə dəyəri 309.992 manat 50 qəpik təşkil edən dörd otaqlı 106 nömrəli mənzili "xxxx" firmasında 30 mart 2018-ci il tarixdə Zərərçəkmiş şəxs adından əvvəlcə müqavilə sənədi üzrə Şahid15 adına, bundan sonra isə Şahid15 adından müqavilə sənədi üzrə 01 may 2018-ci il tarixdə Şahid3 adına rəsmiləşdirib sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 309.992 manat 50 qəpik məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən özünün və tanışı Təqsirləndirilən şəxs2 xeyrinə sui-istifadə etməklə özgənin əmlakını etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarındakı cinayətkar razılaşmaya əsasən həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, "xxxx" firmasının ünvan 21 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 2-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 137.4 kvadratmetr ümumi sahəyə malik, 2019-cu ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri 232.714 manat 40 qəpik təşkil edən üç otaqlı 105 nömrəli mənzili "xxxx" firmasında 04 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs adından əvvəlcə müqavilə sənədi üzrə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilməsinə, bundan sonra Təqsirləndirilən şəxs2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 08 aprel 2019cu il tarixdə **********39-05301-093109 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əldə etməyə nail olaraq həmin mənzili Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 avqust 2019-cu il tarixdə ünvan 22t ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Şahid6 sataraq əldə etdikləri pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 232.714 manat 40 qəpik məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixdə Zərərçəkmiş şəxs verilmiş **********68-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 313,72 kvadratmetr ümumi sahəyə malik, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlan, 899v/19 ünvanında yerləşən, həyətyanı torpaq sahəsi ilə birlikdə 2019-cu İl tarixə orta bazar qiyməti ilə dəyəri 144.311 manat 20 qəpik təşkil edən fərdi bağ evini 05 fevral 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Şahid13 sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 144.311 manat 20 qəpik məbləğində, ümumilikdə isə Zərərçəkmiş şəxs 729.018 manat 10 qəpik məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəldən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ailə sürücüsü olduğu Zərərçəkmiş şəxs inam və etibarını qazandıqdan sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq Zərərçəkmiş şəxs bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, Azərbaycan Respublikasının bütün banklarında onu təmsil etməyi, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, onun adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyin etibar edilməsi səlahiyyətləri üzrə 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda Zərərçəkmiş şəxs tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncuya Zərərçəkmiş şəxs etibar etdiyi həmin səlahiyyətlərdən özlərinin xeyrinə sui-istifadə etməklə özgənin əmlakını etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək barədə aralarındakı cinayətkar razılaşmadan irəli gələrək həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edən Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs məxsus, "Kapitol” firmasının ünvan 21 ünvanında İnşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 2-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 137.4 kvadratmetr ümumi sahəyə malik, 2019-cu ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri 232.714 manat 40 qəpik təşkil edən üç otaqlı 105 nömrəli mənzili "xxxx" firmasında 04 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs adından əvvəlcə müqavilə sənədi üzrə öz adına satılmasının rəsmiləşdiriiməsinə nail olmuş, bundan sonra Təqsirləndirilən şəxs2 öz adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 08 aprel 2019-cu il tarixdə **********39-05301-093109 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əldə etməklə həmin mənzili Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 avqust 2019-cu il tarixdə ünvan 22t ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Şahid6 sataraq Təqsirləndirilən şəxs1lə birlikdə əldə etdikləri pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 232.714 manat 40 qəpik məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X23 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham qeyri-dəqiq, qərəzli, həm istintaq materialları ilə təsdiq olunmayan, həm də həqiqiliyi məhkəmə istintaqı zamanı dindirilən şəxslərin ifadələri və elan edilən işdəki sənədlərlə tam təkzib olunan söz yığınından ibarətdir. Belə ki, ilk əvvəl hər iki təqsirləndirilən şəxslərin əməlləri Cinayət Məcəlləsinin 178- ci maddəsi ilə düzgün tövsüf edilməmişdir. Bunu sübut etmək üçün təkcə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 verdiyi 01 dekabr 2015-ci il tarixli etbarnaməni oxumaq kifayət edər. Həmin etibarnaməyə görə Zərərçəkmiş şəxs 20 il müddətinə bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi Təqsirləndirilən şəxs1 etibar etmişdir. Həmin etibarnamə ilə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs adından çoxsaylı əqdlər bağlamış, torpaq və digər daşınmaz əmlaklar alıb-satmışdır. İlk baxışdan elə görünə bilər ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vəfat etdiyi üçün satılan avtomaşının və mənzillərin pulunun sonuncuya verdiyini deyir, bununla özünü müdafiə edir. Lakin Təqsirləndirilən şəxs1 istintaq zamanı sərbəst ifadə verə bilmək imkanı verilməməsi, onun ifadəsinin həmin hissədə olduğu kimi yazılmaması, həmin vaxt şübhəli şəxs olan, tutulmuş, Şahid13la üzləşdirmədə dindirmə üçün belə saxlandığı istintaq təcridxanasından Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinə etap olunması çox şeydən xəbər verir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs arasında istintaqla araşdırılmayan, bir-birinə inamı təsdiq edən çoxsaylı mülki əqdlər-daşınmaz əmlak və torpaq alqı-satqısı, kredit müqavilələri, borc münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 ailə üzvləri və qohumları cinayət işi üzrə istintaqa dəvət edilib dindirilməmişlər. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilməsini məhkəmə zamanı bilmişlər. Məhkəmə də qeyd olunanları nəinki aradırmamış, əksinə istintaqın gəldiyi nəticəni hökmə olduğu kimi köçürərək, onun Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə ədalətsiz, əsassız və qnunsuz hökm çıxarmışdır. Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 ittihamda qeyd edilən qaydada cinayət əlaqəsinə girmələri, hansı sənədlər və ya hansı məlumatlarla təsdiq olunur ? Təbii ki, bunu təsdiq edən nə ifadələr var, nə sənədlər var, nə də məlumatlar var. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəfindən verilən etibarnamə ilə çoxsaylı torpaq alqı -satqısı və daşınmaz əmlakın müqavilələrini bağlamış, tapşırıqlar yerinə yetirmişdir. Zərərçəkmiş şəxs tapşırığı ilə Təqsirləndirilən şəxs1 adına kreditlər alınaraq birinciyə verilmişdir. Bütün bunlar haqqında istintaqa dəvət edilənə kimi - 2020-cı ilin fevral ayına kimi Təqsirləndirilən şəxs2 heç bir xəbəri və məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadələrində göstərdi ki, onun adına Zərərçəkmiş şəxs ayrı-ayrı banklardan kredit götürdüyü üçün Mənsimovun tapşırığı ilə satılmalı olan mənzil əvvəlcə Təqsirləndirilən şəxs2 adına sənədləşdiilmiş və sonra satılmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 adına banklardan kredit götürməsini təsdiq edən sənədlərin bir qismi vəkili tərəfindən məhkəməyə təqdim edildi. Həqiqətən də həmin dövrdə Təqsirləndirilən şəxs1 adına ödənilməmiş kredit olmuşdur və buna görə də Şahin mənzili adına keçirib qısa müddətdə satacağını deməklə İlhama müraciət etməsi təsdiq olunur. Mənzilin satılmasından əldə edilən pulun 180.000 manatı X13, 65.000 manatı mənzil sahibi Zərərçəkmiş şəxs verilmişdir. Mənzilin satış pulundan Təqsirləndirilən şəxs2 pul verilməmişdir. Həmin mənzilin pulundan İlhama da verilməsi barədə ibtidai istintaqda onun adından yazılan ifadələr və üzləşdirmədə dindirimədə yazılanlar müstəntiqin deməsi ilə yazılımışdır. Onlar həqiqəti əks etdirmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 dayısına məxsus mənzilin satılmasını 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs2 bildirmiş, Təqsirləndirilən şəxs2 yalnız şəxsiyyət vəsiqəsini sənədləşmə üçün Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 onu "xxxx" MTK-da qeyri-rəsmi komendat vəzifəsində işləyən Şahid5 Bala -Ağa oğlunun yanına apararaq ona Zərərçəkmiş şəxs adına olan 3 otaqlı mənzilin İlhamın adına sənədləşdiriləcəyini bildirmiş, bu barədə MTK-nın sahibi Şahid2 deməyi tapşırmış, özü də deyəcəyini bildirmiş, Abbas razılaşmış və menecer Şahid10 Nikolayevnaya müvafiq sənədləşdirmə aparmasını tapşırmış, sonuncu 04 fevral 2019cu ildə Təqsirləndirilən şəxs2 ilə "xxxx" MTK-nın müdiri Şahid8 arasında ittihamda göstərildiyi kimi 137 kv.metr deyil, 168 kv.metr sahəsi olan mənzilin alınması və 170.000 manat pulun ödənilməsi barədə müqavilə və maliyyə arayışı tərtib edib Təqsirləndirilən şəxs2 İmzalatmışdır. Həmin sənədləri də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə menecer Şahid10 aparmış, orada 168 kv.metr deyil, 137 kv.metr sahəsi olan 3 otaqlı mənzilə tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi hazırlanmış, Şahin sənədin hazır olmasını telefonla İlhama bildirmiş, İlham çıxarış sənədini alan kimi Şahin həmin ərazi idarəsinin yanına gələrək çıxarış sənədini İlhamdan almış, mənzil 250.000 manata satılmış, satış pulundan 180.000 manat X20 notariusun depozit hesabınadan götürmüş, (bu işdə olan alqı -satqı müqaviləsinə əlavə edilmiş Nigar Əliyevanın fotosu ilə də təsdiq olunur) 5000 manata kimi vergi xərclərinə ödənilmiş, qalan 65.000 manata kimi pul isə İlham tərəfindən götürülərək Təqsirləndirilən şəxs1 verilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 209-cu maddəsində cinayət işinin hansı hallarda dərhal başlanması nəzərdə tutulmuşdur. Həmin maddəyə görə Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır. Həmin maddədə dərhal cinayət işini aşkar edilmiş fakt üzrə başlamaq üçün sadalanan 16 halın heç biri Zərərçəkmiş şəxs şikayətinə aid deyil . Bu ərizə üzrə mütləq ilkin araşdırma aparılmalı idi. Araşdırma aparılsa idi, müəyyən olunacaqdı ki, eyni fakt üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində 20 yanvar 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qüvvədə olan qərar vardır. Cinayət işinin 3-cü cildinin 239-cu vərəqindəki Bakı şəhər Nəsimi Rayon prokurorunun müavini X30 RP-in İŞ rəisi Orxan Süleymanlıya ünvanlanmış məktubundan görünür ki, həmin məktubun üzərinə qeyd edilən istintaq şöbəsində 18 iyul 2021-ci il tarixli dərkənar qoyularaq, materialın araşdırılması müstəntiqə həvalə edilmişdir. Həmin məktubdan, dərkənardan görünür ki, 504/20 saylı 01 cilddən ibarət olan material, F.X1 ünvanlanmış, Nəsimi rayon prokurorluğuna necə gəlib çıxması bu gün də bilinməyn, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işunun qeyri-obyektiv istintaq olunması haqqında 03 vərəqdən ibarət ərizəsi və cinayət işinin başlanmasnının rədd edilməsinin ləğvinə dair 25 iyun 2021-ci il tarixli qərar 18 iyul 2021-ci ildə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində olmuşdur, araşdırılması üçün müstəntiqə ünvanlanmışdır. Eyni zamanda materiala əlavə edilmiş cinayət işinin başlanmısnın rədd edilməsinə dair qərarın ləğv edilməsinə səbəb olan X6 23 aprel 2021-ci il tarixli ərizəsi, 29 aprel 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında M-5569/2021 nömrəsi ilə qeydiyyatdan keçmiş və həmin ərizədə Təqsirləndirilən şəxs1 və qeyriləri barədə başlanılmış cinayət işinin qeyri- obyektiv istintaq edilməsindən, cinayət törətmiş digər şəxslərin adlan göstərilərək cinayət məsuliyyətinə cəlb edilməmələrindən şikayət edilir. Həmin ərizədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaqı aparılan cinayət işinin qeyri-obyektiv istintaq edildiyindən şikayət edildiyi halda, ərizənin Nəsimi Rayon Prokurorluğuna kimin və necə gətirməsi məlum deyil. Həmin ərizə Nəsimi Rayon Prokurorluğuna göndərilməmiş və göndərilə bilməzdi. Bu da həmin ərizənin göstərilən material üzrə qəbul edilmiş qərarın ləğv edilməsinə “əsas” yaratmaq üçün materiala əlavə edilməsinə dəlalət edir. Material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması üçün əsas kimi göstərilən şikayət ərizəsində cinayət işinin başlanılması konkret göstərilsə də, materialın əlavə araşdırılmasının Nəsimi RP-nin İŞ-nə tapşırılması, Nəsimi rayon prokurorluğunun və Baş Prokurorluğun məlumatları və göstərişləri olmadan materialın Nəsimi rayon Polis İdarəsi tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə buna səlahiyyəti olmayan şəxslər tərəfindən göndərilməsi də bu sənədləşdirmənin saxtalaşdırılmasına dəlalət edir. Həmin materiallardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar 20 yanvar 2020-ci ildə qəbul edilmişdir. Həmin qərardan Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən 1 ay müddətinədə prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də yuxan prokurora şikayət daxil olmamışdır. Eyini zamanda 25 iyun 2021ci ilə kimi də həmin qərardan Nəsimi rayon prokurorluğuna şikayət daxil olmamışdır. Belə olan halda Nəsimi rayon prokurorunun müavininin 20 yanvar 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması haqqında 25 iyun 2021-ci il tarixli qərarı da əsassız və qanunsuzdur. Həmin qərar Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq qəbul edilmiş, bu səbəbdən də qərar qanunsuz və əsassızdır, eyni zamanda həmin material Cinayət Prosessual Məcəlləsinin tələblərinə əməl edilmədən bu barədə müvafiq qərar çıxarılmadan cinayət işinə tikilmişdir. Göründüyü kimi cinayət işi üzrə aparılan istintaq dövründə - 06 fevral 2020-ci ildən 25 iyun 2021-ci ilə kimi eyni fakt üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında müstəntiqin 20 yanvar 2020-ci il tarixli ləğv edilməmiş qərarı olmuşdur. İş üzrə dindirilmələr, məlumatlar və sənədlər həmin müddətdə aparılmış, əldə olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs1 haqqında araşdırma aparılmış,aparılmış araşdırma zamanı məlum olmuşdur ki, onun əməlində dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyəti olmadığından, mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən yarandığı üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 20 yanvar 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qərar qüvvədə olmasına baxmayaraq, həmin qərarın qəbul edilməsindən 16 gün sonra - 06 fevral 2020-ci ildə Baş Prokurorluq tərəfindən əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış, cinayət izi üzrə ibtidai istintaq aparılması Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə tapşırılmış, həmin idarədə cinayət işi icraata qəbul olunaraq iş üzrə 1 il beş aydan artıq qanunsuz istintaq aparılmış, yalnız 25 iyun 2021-ci ildə Nəsimi rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs1 haqqında cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 yanvar 2020-ci il tarixli qərarın ləğv olunması barədə qərar əldə olunmuşdur ki, həmin qərar da Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qəbul olunduğu üçün qanunsuz və əsassızdır. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişdir. Müdafiəçilər Müdafiəçi1 və X11 apellyasiya şikayətləri eyni məzmunda əsaslandırılmışlar. Hökmdən zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək hökmün mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi mülki iddiaçı X3 iddiasının tam həcmdə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki iddianı baxılmamış saxlayarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72- ci bəndinə əsasən, əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyamn miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırılmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Halbuki, həmin Plenum qərarında qeyd edilir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyamn miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Göründüyü kimi mülki iddiaçı Fərəh Mənsimova dələduzluq yolu ilə əlindən alınmış daşmar və daşınmaz əmlakların dəyərini deyil, həmin əmlakın özünü tələb etmiş, buna ğörə də birinci insnaysiya məhkəməsinin iddia ərizəsini baxılmamış saxlamalı deyildi. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 bəraət verilməsini, zərərçəkmiş tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 bəraət verilməsini, zərərçəkmiş tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə zərərçəkmiş tərəfin apellyasiya şikayətinin təmin edilərək təmsil etdiyi şəxsin mülki iddiasının tam həcmdə təmin edilərək ona vurulmuş ziyanın məhz naturada, yəni mənzillər onlara verilməklə ödənilməsini, müdafiə tərəfinin apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökmün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki,verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət verilməsi barədə müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, hazırda ittiham olunduğu bütün əməlləri müdiri Zərərçəkmiş şəxs göstərişi ilə etmişdir. Onun yaddaşında problemlər yarandığı üçün, baş verənləri müdafiəçisinə danışmışdır. Əvvəllər onun müdiri Zərərçəkmiş şəxs Eldar Mahmudov ilə iş birliyi olmuş, sonradan problem yarandığı üçün o, evləri müdirinin istəyi ilə etibarnamə əsasında satmağa başlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında vermişdir. Belə ki, müdiri Zərərçəkmiş şəxs məxsus daşınan və daşınmaz əmlakların satışından gələn pulları sonuncuya vermişdir. Həmin əmlakları neçəyə satıldığı və necə satıldığını xatırlamır. Belə ki, ona pul lazım olduğu üçün “Prado” markalı maşını satmış və həmin puldan 10.000 dollar Çingiz müəllimə vermişdir. Azadlıq prospektində yerləşən mənzil Fərəh Mənsimovanın mülkiyyətində olmuş və müdirinin istəyi ilə o həmin mənzildə yaşamağa başlamışdır. Daha sonra Çingiz müəllimin istəyi ilə həmin mənzili o, 79.000 manata Bəhlul adlı şəxsə satmış və həmin puldan müdirinə 69.000 manat pul vermişdir. Evin satılmasından Fərəh Mənsimovanın xəbəri olmamışdır. Onun Təqsirləndirilən şəxs2 borcu olmuş, ünvan 21 ünvanında olan üç otaqlı mənzili Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirmiş, lakin satılan evdən Təqsirləndirilən şəxs2 pul verməmişdir. Evlərin satılması barədə Zərərçəkmiş şəxs ona şəxsən özü demişdir. “Prado” markalı avtomobildən öncə olan avtomobili o, Zərərçəkmiş şəxs istəyi ilə əmisindən borc alaraq sonuncuya almışdır. Hazırki vaxtadək Çingiz müəllimin ona 328.000 manat borcu olmuşdur. Halbuki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 16 avqust 2020-ci il tarixdə şübhəli şəxs və 18 avqust 2020-ci il tarixdə təqsirləndirilən şəxs qimində dindirilərkən ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında həyat yoldaşı Fətəlİyeva Samirə Telman qızı ilə birlikdə yaşayır. X21 ilə 2000-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş, lakin övladı yoxdur. Samirə heç yerdə işləmir, evdar qadındır. Özünün Samirədən övladı olmadığı üçün qeyri-rəsmi ikinci ailəsi də vardır. Faktiki ikinci ailəsi olaraq X8 ilə qeyri-rəsmi ər- arvad münasibətində yaşayır, nikahı yoxdur, lakin Rəbiyyə ilə özünün iki oğlan övladı var. Böyük oğlu Vasif 2013-cü il təvəllüdlü, kiçik oğlu Yusif isə 2016-cı il təvəllüdlüdür. Özü rəsmi olaraq heç yerdə işləmir, əvvəllər fərdi sürücülüklə məşğul olmuşdur. 1986-cı ildə Laçın rayonunun Mais kənd orta məktəbinin 8-ci sinfini bitirəndən sonra Bakı şəhəri Dərnəgül qəsəbəsi ərazisində yerləşən 178 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi avtoelektrik ixtisası üzrə başa vurmuş, həmçinin eyni vaxtda Bakı şəhəri Biləcəri qəsəbəsində sürücülük məktəbini də bitirmişdir. 1988-1990-cı illərdə keçmiş Sovet dövlətinin silahlı qüvvələrində Almaniyada hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət Bakı şəhəri Mehdiabad qəsəbəsində ixtisası üzrə avtoelektrik işləmiş, sonra bir müddət fərdi qaydada sürücülüklə məşğul olmuşdur. Özü Zərərçəkmiş şəxs 1995-ci ildən tanıyır, həmin tarixdən etibarən son vaxtlara kimi, yəni 2020-ci ilin yanvar ayına kimi özü Zərərçəkmiş şəxs şəxsi və ailə sürücüsü işləmişdir, Zərərçəkmiş şəxsla və onun ailə üzvləri ilə həmişə yaxşı münsaibətləri olmuşdur, aralarında heç vaxt, ədavət və düşmənçilik, qərəzli münasibət olmamışdır. Bİr sürücü və müdir kimi həmişə yola getmişlər, hətta deyərdi ki, Zərərçəkmiş şəxs həmişə ona öz ailəsinin bir üzvü kimi doğma münasibət göstərmiş, daima çətinliyi olanda ona maddi və mənəvi dəstək olmuşdur. Zərərçəkmiş şəxs əvvəlki illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur, 2005-ci ildən isə hazırki vaxta kimi "xxxx" ASC-də işləmiş, həmin bankın sədrinin müşaviridir. Çingizin həyat yoldaşı Leyla Axundzadə 2011-ci ildə xərçəng xəstəliyindən ölmüşdür, Fərəh adlı bir qızı və Adil adlı bir oğlu var. 2015-ci ildə Çingiz bir qədər səhhəti ilə əlaqədar hansısa dövlət orqanlarına gedib gəlməkdə çətinlik çəkmiş, həmçinin qızı Fərəhin də şəxsi işləri çox olduğundan özləri hər dəfə vaxt itirməsinlər deyə həm Çingiz, həm də Fərəh əmlaklarının idarə edilməsi üçün lazımi sənədləşmə işlərini yerinə yetirməyə görə ona mülki etibarnamələr vermişlər, yəni bütün əmlaklarının idarə edilməsini, üzərində sərəncam verilməsini ona etibar etmişlər. Belə ki, Çingiz, eləcə də qızı Fərəh həmişə ona etibar etmişlər, inamları çox olmuşdur. Nəticə etibarilə 01 dekabr 2015-ci il tarixdə Zərərçəkmiş şəxs ona Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda, onun qızı Fərəh Mənsimova isə eyni tarixdə Bakı şəhəri 2 saylı Dövlət Notariat kontorunda etibarnamələr vermişlər. Həmin dövrdə xatırladığına görə Zərərçəkmiş şəxs Bakı şəhərində həm də torpaq alveri ilə məşğul olmuş, ona görə də bəzən notariat kontorlarında, yaxud digər orqanlarda sənədləşmə zərurəti yarandığı üçün həm özü, həm də qızı Fərəh həmin etibarnamələri ona vermək qərarına gəlmişlər. Özü də torpaq işi ilə bağlı bir neçə dəfə həmin etibarnamələr əsasında hərəkət etmişdir. 2014-cü ildə özü Bakı şəhəri Azadlıq prospektində “Dostluq” kinoteatrının yanındakı çayxanada tanışı Faiq Əhmədov adlı şəxslə çay içib söhbət etmişdir. Faiqin atasının adını bilmir, Faiqi özü təxminən 2003-cü ildən tanıyır, əslən Tovuz rayonundandır, bildiyinə görə X31 kəndindəndir. X32 yaşadığı ünvan 11 ünvanında onunla qonşuluqda yaşayır, “Dostluq” kinoteatrının arxasındakı həyətdir. Söhbət əsnasında Faiq ağlayaraq ona bildirmişdir ki, öz qızının böyrəyi xəstə olduğu üçün müalicəsinə 6000 manat pul lazımdır, heç yerdən borca pul tapa bilmir. Faiq ondan xahiş etmişdir ki, onun üçün 15 gün müddətinə borca 6000 manat tapmaqda ona kömək etsin. Özü də yazığı gəldiyi üçün tanışı Şahid16 adlı faizə pul verən kimi tanıdığı şəxsə zəng etmiş, məsələni ona da bildirmiş və tanışı Faiq üçün 15 gün müddətinə borca 6000 manat pul istəmişdir. Elşadın atasının adını bilmir, səhv etmirsə Bakı şəhərində Ceyhun Hacıbəyli küçəsində hansısa evdə yaşayır, dəqiq ünvanı bilmir. Qısası Elşad ona demişdir ki, əgər 15 günə borc götürülən pul qaytarılacaqsa üstündə heç bir faiz istəmir, lakin bir aydan çox uzansa 6000 manat pulun üstündə hər ay üçün 600 manat faiz qazanc alacaqdır. Özü də razılaşmış, elə həmin gün “Dostluq” kinoteatrının yanında Elşadla görüşüb ondan 6000 manat pufu Faiq üçün öz adı ilə Elşaddan 15 gün müddətinə borc götürmüşdür. Faiq də onun yanımda olmuş, Elşad pulu ona verərək bildirmişdir ki, özü pula görə onu tanıyır. Həmin pulu Elşaddan götürüb onu tanışı Faiqə təqdim edib vermiş, Faiq də söz vermişdir ki, 15 günə həmin borcu qaytaracaqdır. Lakin vaxt vədə tamam olmuş, Faiq borcu qaytarmamış, özü Faiqi tapa bilməmişdir. Sonra həmin günlərdə Elşad bir ayın tamamından sonra ondan pulun faizini istəməyə başlamış, özü isə ilk vaxtlarda 200-300 manat ona versə də sonradan faizləri ödəyə bilməmişdir. Bir neçə ay sonra Elşad faizləri hesablayaraq onun təxminən 15.000 manat borcu olduğunu bildirmişdir. Nəticədə aralarındakı söhbət zamanı özü borcu qaytara bilmədiyini ona deyəndə Elşad ona təklif etmişdir ki, heç olmasa borcunun əvəzinə ona bir daşınmaz əmlak, yəni ev versin, yəni onun, yaxud adamlarından birinin adına ev alqı-satqı etsin, nə vaxt borcunu qaytarsa, onda da evini geri qaytara bilər. Özü də razılaşmış, fikirləşmişdir ki, Zərərçəkmiş şəxs qızı Fərəh Mənsimovanın ona verdiyi etibarnamə əsasında Fərəhin adına olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzili Elşada alqısatqı edə bilər. Həmin ərəfədə Fərəhin adına olan həmin evdə heç kim yaşamamış, evin mülkiyət hüququna dair Fərəhin adına olan çıxarış sənədi də özündə olmuşdur. Bundan sonra bu barədə Elşada bildirmişdir ki, müdiri Çingizin qızı Fərəhin adına olan həmin evi etibarnaməsi olduğu üçün ona sata bilər. Elşad da razılaşmışdır. Bundan sonra aralarındakı razılaşmaya əsasən özü Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzili Bakı şəhəri Qara Qarayev metrostansiyasının yanındakı səhv etmirsə 50 saylı notariat kontorunda Elşadın adamı olan Şahid13 satmış, Zaurla alqı-satqı müqaviləsi bağlamışdır. Özü Zauru həmin vaxta kimi tanımamış, onu Elşad öz yaxın adamı kimi gətirmiş, evi Zaurun adına rəsmiləşdirmişdir. Özü bu barədə nə Çingizə, nə də qızı Fərəhə heç bir məlumat verməmiş, bu faktı onlardan gizli saxlamışdır. Həmin vaxt bilmişdir ki, Zaur özü də faizlə borca pul verən şəxsdir. Həmin gün Elşadla Zaurun yanında özünün çoxdankı tanışı, 1999-cu ildən tanıdığı X24 da gəlmişdir. Özü hələ Elşadı əvvəllər elə İlkinə görə tanımışdır. İlkin ona təklif etmişdir ki, Zaurdan bacardığı qədər çox pul faizlə götürsün, həm də təklif etmişdir ki, ona 15.000 ABŞ dolları pul versin ki, özü Tovuz rayonunda köhnə tanışları ilə kartof ticarətinə başlasın, belə ki Rusiyaya Tovuzdan kartof məhsulu göndərəcək, bu işdə yaxşı qazanc var, üç ay müddətinə özü bu qazancı ona verəcək, yəni şərikli qazanc əldə etməklə həmin evi yenidən Zaurdan geri ala biləcəkdir. Beləliklə, özü həm Elşada olan borcunu ödəmək və İlkinlə ticarət işi görmək üçün Fərəhin evini Zaura notarial qaydada sataraq Zaurdan 30.000 ABŞ dolları aylıq 5 faizlə borc pul götürmüşdür. Zaura həmin pula görə hər ay 1500 ABŞ dolları faiz qazancı verməli olmuşdur. Zaur da ona söz vermişdir ki, nə vaxt həmin borcu tam qaytarsa, evi yenidən onun adına notarial qaydada geri satacaqdır. Həmin dövrdə 1 ABŞ dolları səhv etmirsə 1.65 AZN olmuş, bu pul da 49.500 manat təşkil etmişdir. Elşad Zaurun verdiyi həmin puldan hələ onun borclu olduğu 15.000 manatdan 1500 manat da artıq olmaqla cəmi 16.500 manat hesabı ilə özünə 10.000 ABŞ dolları pul götürmüşdür. Qalan artıq 20.000 ABŞ dolları pul isə 33.000 manat hesabı ilə özünə qalmışdır. İlkin də ona bildirmişdir ki, üç ay müddətinə özü bu qazancı ona verəcək, yəni o kartof ticarətindən şərikli qazanc əldə etməklə Zaura olan borcunu qaytarıb həmin evi yenidən Zaurdan geri ala biləcəkdir. Özü də razılaşmış, özündə olan evin qalan pulundan 15.000 ABŞ dollarını təklikdə elə həmin notariat kontorunun yanında İlkinə vermişdir. Evin pulundan özünə 5.000 ABŞ dolları pul qalmışdır. Pulu İlkinə təklikdə versə də, Elşad bunu bilmişdir. Bir neçə saat sonra Elşad ona zəng edib bildirmişdir ki, Zaura borclu olduğu pulun 1-ci ayının faiz ödənişi olan 1500 ABŞ dollarını ona versin ki, növbəti faiz ödənişini 2-ci ayın sonunda etsin. Belə ki, aralarındakı razılaşmaya görə Zaur ona demişdir ki, hər ayın faiz ödənişini Elşada versin, özü də Elşaddan götürəcəkdir. Ona görə də özü Bakı şəhəri Ceyhun Hacıbəyli küçəsində Elşadla yenidən görüşüb ona 1500 ABŞ dollarını vermişdir. Bu proseslər hamısı 09 noyabr 2016-cı İl tarixdə özü ilə Zaur arasında alqı-satqı olan gün baş vermişdir. X28 isə sonradan onu aldatmış, söz verdiyi 3 ay tamam olmasına baxmayaraq heç bir ticarət işi qurmamış, nə də ona qazanc verməmişdir. Təxminən 5 aydan sonra özü artıq İlkini tapa bilməmiş, onun mobil nömrəsinə zəng çatmamışdır. Bir neçə aydan sonra o bir dəfə ona bir gürcü nömrəsindən zəng edərək Gürcüstanda olduğunu, tezliklə gələcəyini desə də sonradan onu tapa bilməmişdir. Bu tərəfdən isə Zaur və Elşad hər ikisi ona 30.000 ABŞ dolları pula görə aylıq 1500 ABŞ dolları faiz pulu hesablamışlar. Elşad onun Fərəhin evini Çingizdən və Fərəhdən gizli alqı-satqı etdiyini bilmiş, baxmayaraq ki, etibarnamə olmuş, özü bunu onlardan xəbərsiz etmişdir. Faiz borcunu ödəyə bilməyəndə isə Elşad hər dəfə onun üzünə söz vurub demişdir ki, onun müdiri Çingizə evini gizli satdığını deyəcəkdir. Bir neçə ay keçmiş, həmin ərəfələrdə artıq özü borcunu ödəyə bilməyəndə Elşad ona təkid etmiş, onun hesabladığı faiz borcları Zaura satdığı evi onlar satsaydı belə kifayət etməmişdir. Elşad ona cəmi təxminən 80.000 ABŞ dolları pul borcu öhdəliyi qoymuşdur. Özü həmin borcu ödəyə bilməmiş, nəticədə özü Zərərçəkmiş şəxs onda olan etibarnaməsi ilə hərəkət edib onun adına, ünvan 14 ünvanında yerləşən 106 nömrəli 200 kv metr sahəsi olan mənzili 30 mart 2018-ci İl tarixdə həmin binanın aid olduğu "xxxx" firmasına gedib Çingizin adından imtina ərizəsi yazaraq Elşadın adamı olan Şahid15 adına keçirməklə sənədləşməsinə nail olmuşdur. Həmin firmanın rəhbəri Abbas adlı şəxsə yalandan bildirmişdir ki, guya Çingiz müəllim həmin mənzili Şahid15 satmaq qərarına gəlmişdir. Abbas da etiraz etməmiş, həmin mənzilin Çingizin adından Nurlanın adına keçirilməsi barədə müqavilə bağlanmasına razılıq vermişdir. O, əvvəl Şahid15 adlı şəxsi görməmiş, Elşad onun sadəcə şəxsiyyət vəsiqəsini ona vermiş, özü də sənədləşmə üçün Abbas adlı şəxsin işçisi olan adını bilmədiyi, onun ofisində olan qadına vermişdir ki, yeni müqaviləni hazırlasınlar. Sonra müqavilə blankı özünə verilmiş, o da onu Elşada vermiş, Elşad da müqaviləni aparıb Nurlan adlı şəxsə imzaladıb geri gətirmişdir. Elşad ona bildirmişdir ki, narahat olmasın, özü Nurlandan 20.000 manat da pul götürmüş, həmin pulun 17.000 manatını Zaur da ona borc verdiyi pulu kimdən götürmüşsə ona verəcəkdir. Elşad bildirmişdir ki, həmin puldan 17.000 manatı, yəni 10.000 ABŞ dollarını pulun əsil sahibinə ödəyəcək ki, Zaura satdığı evi alqısatqı etməsinlər. Həmin ərəfədə özü o evi Zaura satmış olsa da, arvadı Rəbiyyə və iki uşağı ilə həmin evə köçüb yaşamışdır. Belə ki, Çingiz hələ onun həmin evdə uşaqları ilə qalmasına icazə vermiş, lakin onun evi çoxdan satmasından xəbəri olmamışdır. Müqavilənin dəyişdirilməsi üçün isə Abbasın firmasına 1500 manat ödənilməli olduğundan Elşaddan özü həmin pulu götürüb müqaviləni yazan xanıma ödəmiş, qalan 1500 manatı isə Elşad və onun yanında gəlmiş dostu Nemət adlı şəxs özlərinə götürmüşlər. Bir iki ay sonra, səhv etmirsə 2018-ci ilin may ayında Elşad ona bildirmişdir ki, Nurlanın adına keçirdikləri həmin mənzili özləri sonradan 165.000 manata hansısa qadına satmışlar. Lakin özü bunu Elşadın deməsindən bilmiş, onların sövdələşməsində iştirak etməmişdir. Bundan sonrakı dövrdə isə yəni 2019-cü ilin yanvar ayında özü tanışı, həmin dövrdə Zərərçəkmiş şəxs işlədiyi "xxxx" ASC-də həmin bankın sədri Çingiz Əsədullayevin sürücüsü olmuş Təqsirləndirilən şəxs2 ilə aralarındakı razılaşmaya əsasən birgə belə qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs onda olan həmin etibarnaməsi əsasında onun ünvan 15 ünvanında yerləşən 105 nömrəli 165 kv metr sahəsi olan digər mənzilini birgə satıb pul əldə etsinlər. Həmin dövrdə özünün bir qədər pula ehtiyacı yaranmış və özünə gələcəkdə biznes işi qurmaq istəmişdir. İlhamın da kimlərəsə bildiyinə görə xeyli pul borcu olmuşdur. Özü də İlhamın təklifi ilə razılaşmış, bundan sonra 04 fevral 2019-cu il tarixdə özü və İlham yenə də əvvəlki qaydada “Kapital” firmasının rəhbəri Abbas adlı şəxsin yanına getmişlər. Abbasa yalandan bildirmişdir ki, İlham Zərərçəkmiş şəxs yaxın adamıdır, Çingiz həmin binada olan 105 nömrəli mənzilini İlhamın adına keçirib çıxarış sənədi almaq istəyir. Lakin evin satılacağı ilə bağlı Abbasa heç nə deməmişdir. X41 üzdən tanımış, belə ki, İlhamın müdiri ilə tanışlığı olduğuna görə Abbas onu əvvəl müdirinin yanında üzdən görmüşdür. Abbas da etiraz etməmiş, lakin bildirmişdir ki, müqavilənin dəyişdirilməsi üçün 1500 manatdan başqa özünün müvafiq dövlət orqanından çıxarış sənədini tanışlıqla 4000 manata almaq imkanı vardır. O, etibarnamə səlahiyyəti üzrə Zərərçəkmiş şəxs adından mənzildən imtina ərizəsi yazaraq həmin mənzilin Təqsirləndirilən şəxs2 adına keçirilməsinə razılığını bildirmişdir. Sonra 105 nömrəli mənzilin Təqsirləndirilən şəxs2 adına keçirilməsi barədə orada müqavilə yazılmışdır. İlham haradansa 5500 manat pul tapıb gətirmiş, həmin pulu özü və İlham birlikdə “Kapital” firmasının rəhbəri Abbasa vermiş, 1500 manat müqavilənin dəyişdirilməsi pulu olmuş, 4000 manata isə Abbas həmin mənzilə görə müvafiq dövlət orqanından Təqsirləndirilən şəxs2 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi alıb verməli imiş, Abbas bildirmişdir ki, həmin binada qaz olmadığı üçün çıxarış sənədi almaq çətindir, lakin özü 4000 manatı kiməsə tanışlıqla rüşvət verməklə çıxarış sənədi alacaqdır. Abbas həmçinin bildirmişdir ki, həmin binada bir sıra sakinlərə çıxarış sənədini özü pulla tanışlıqla almışdır. Çıxarış sənədi ona görə lazım olmuşdur ki, həmin mənzili özü və İlham sonradan bir qədər baha qiymətə satsınlar. Təxminən 2 aydan sonra Abbas həmin mənzilə görə İlhamın adına çıxarış sənədi alınmasını təmin etmişdir. Bundan sonra aralarındakı razılığa əsasən İlham həmin 105 nömrəli mənzili səhv etmirsə Bakı şəhərində Vergilər Nazirliyinin binasının arxa tərəfində yerləşən hansısa notariat kontorunda adını hazırda xatırlamadığı bir nəfər qadına sonradan deməsinə görə 80.000 ABŞ dollarına satmışdır. İlham sonradan ona bildirmişdir ki, özü müqavilənin dəyişdirilməsi və çıxarış üçün ödədiyi 5500 manatı borc aldığı adama vaxtında qaytarmadığı üçün artıqlaması ilə geri qaytarmalıdır, hansısa maklerə də pul verməlidir, ona görə də evin pulundan 10.000 ABŞ dolları onun xərclərinə ödəniləcək, qalan 70.000 ABŞ dollarını isə özü və İlham hərəsinə 35.000 ABŞ dolları olmaqla öz aralarında bölmüşlər. Sonradan həmin pulu ötən dövrdə öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs 105 nömrəli həmin mənzilini müqavilə ilə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirdikdən bir gün sonra, yəni 05 fevral 2019-cu il tarixdə özü həmin etibarnamə ilə Zərərçəkmiş şəxs adına olan ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları 899v/19 ünvanda yerləşən 313 kv metr sahəli bağ evini Bakı şəhəri 13 saylı Notariat kontorunda Şahid13 alqısatqı ilə satmışdır. Belə ki, özünə həmin vaxt əlavə pul lazım olduğundan həmin bağ evini satmaq istəmiş, lakin sata bilməmişdir. Ona görə də Şahid13 34.000 manat dəyərində 20.000 ABŞ dolları borc pul götürmək qərarına gəlmiş, Zaura bildirmişdir ki, hələlik həmin bağ evini onun adına alqı-satqı edir, həmin pulu borc versin, özü bağ evini sonra baha qiymətə müştəri tapıb sata bilsə onun borcunu da qaytaracaq və üstündə əlavə pul hörməti də edəcəkdir. Zaur da razılaşmış, nəticədə ona 20.000 ABŞ dolları borc vermiş, özü də yenə Zərərçəkmiş şəxs xəbərsiz həmin bağ evini Şahid13 notarial qaydada satmışdır. Sonradan isə Zaurdan götürdüyü həmin borc pulu öz ehtiyaclarına xərcləmiş, bağ evinə müştəri də tapa bilməmiş, hazırda bildiyinə görə Zaur özü də həmin bağ evini satmaq istəsə də sata bilməmişdir. Təxminən səhv etmirsə 2017-ci ildə özünə bir qədər əlavə pul lazım olduğundan Çingizə məxsus “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoymaqla kimdənsə faizlə də olsa borca pul götürmək istəmişdir. Həmin ərəfələrdə İlkin Səlimovun ona verdiyi xatırlamadığı bir mobil nömrə əsasında belə bir borca pul verən yer tapıb öyrənmiş, Abşeron rayonu ərazisində Abşeron rayon Polis İdarəsinin binası yaxınlığında ofis kimi fəaliyyət göstərən bir ünvana getmiş, orada bu barədə müraciət etmiş, girov əsasında faizlə 2500 ABŞ dolları pul lazım olduğunu bildirmiş, orada başqa bir Nurlan adlı tanımadığı oğlan ona razılıq verib bildirmişdir ki, girov olaraq pulun qarşılığında həmin avtomobil bir nəfər öz tanışları olan qadının adına rəsmiləşdiriləcək, borc tam qaytarılanda isə avtomobili yenidən geri götürəcəkdir. O, razılaşmış, orada yazılı şəkildə ona kredit formasında, hər ayın faiz ödənişi məbləği göstərilməklə ödəmə qrafiki tərtib olunub verilmiş, müddəti 2 illik yazdırmış və 2500 ABŞ dolları pul götürmüşdür. Elə həmin gün də Nurlan adlı həmin oğlanla Baş Dövlət Yol Polisi İdarəsinə gedib etibarnamə səlahiyyəti üzrə Zərərçəkmiş şəxs məxsus olan həmin “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili Ayşə adlı hansısa tanımadığı qadının adına keçirtmişdir. Onun adına avtomobilin yeni qeydiyyat şəhadətnaməsi hazırlanmışdır. Sonradan isə özü hər ay həmin ofisə gedib 2500 ABŞ dollarına görə orada bəzən Nurlan adlı həmin şəxsə, bəzən də orada işləyən digər tanımadığı şəxsə aylıq pul ödənişləri etmişdir. Təxminən borcun bağlanmasına 200- 300 manat qalmış əlavə pul lazım olduğundan, oradan yenə bir illik müddətə 2000 ABŞ dolları borc pul götürmüş, lakin sonradan ödəyib qurtara bilməmiş, nəticə etibarilə “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili də geri götürə bilməmişdir. Onun istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələr olmuş, həmin nömrələrlə danışıqlar aparmışdır. Fərəh Mənsimovanın adına olmuş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89a ünvanında yerləşən 29 nömrəli mənzilin real dəyəri özü Şahid13 satdığı dövrdə təxminən 80.000 manat olmuşdur. Zərərçəkmiş şəxs adına olmuş ünvan 15 ünvanında yerləşən 3 otaqlı 105 nömrəli və 4 otaqlı 106 nömrəli mənzillərin qiyməti isə baha olmuşdur, dəqiq bilmir. Sonradan Elşad ona demişdir ki, 106 nömrəli həmin mənzili 165.000 manata satmışlar. İlhamın deməsinə görə isə 105 nömrəli mənzili 80.000 ABŞ dollarına satmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 ünvandakı bağ evinin real qiyməti isə özünün zənnicə təxminən 50.000 manat olardı, çünki torpağının sənədi yox idi, yalnız bağ evinin tikilisinin və altındakı torpağın çıxarış sənədi olmuşdur. “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin real orta qiyməti isə təxminən 35.000 manat olardı, 2010-cu il istehsallı avtomobil olmuşdur. X6 və Zərərçəkmiş şəxs adına olmuş həmin əmlakları onlar tərəfindən verilmiş etibarnamələr üzrə səlahiyyəti olmasına baxmayaraq, özgəninkiləşdirdiyi dövrlərdə bu barədə Fərəh Mənsimovanın, yaxud atası Zərərçəkmiş şəxs xəbəri və məlumatları olmamış, bunları onların xəbəri və məlumatı olmadan etmiş, əmlaklarını onlardan xəbərsiz satmışdır. Buna onu məcbur edən maddi ehtiyaclar olmuşdur. Hazırda törətdiyi cinayətə görə səmimi peşmanlıq çəkir. Bundan başqa, Təqsirləndirilən şəxs1 29 may 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, ünvan 21 ünvanında yerləşən 105 nömrəli mənzil 03 avqust 2019-cu il tarixdə ünvan 22t ofisində tanışı Təqsirləndirilən şəxs2 ilə Şahid6 arasında bağlanmış alqı-satqı müqaviləsi ilə Şahid6 satılarkən sonuncu tərəfindən ödənilmiş 250.000 manat məbləğində pulun 180.000 manatı X13 ödənilmişdir. “Nigar Əliyevanın kim olması, qeyd edilən məbləğdə pulun Nigar Əliyevaya nə məqsədlə ödənilməsi barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, həmin Nigar Əliyeva adlı qadını o dövrdə özü ondan faizlə pul götürmək məqsədi ilə tapmışdır. Nigarla əvvəldən heç bir şəxsi tanışlığı olmamışdır. Ondan faizlə özü üçün borc pul götürməyə görə tanışı Təqsirləndirilən şəxs2la birlikdə qeyd olunan 105 nömrəli mənzili Nigara Bakı şəhərində xatırlamadığı hansısa notariat orqanında girov kimi sənədləşdirib təqdim etmişlər və faizlə qaytarmaq şərti ilə pul götürmüşlər. Həmin dövrdə mənzil ya müqavilə sənədi ilə, ya da çıxarış sənədi ilə, dəqiq xatırlamır, Təqsirləndirilən şəxs2 adında olmuşdur. Nigardan hansı məbləğdə faizlə pul götürdüyünü də dəqiq xatırlamır. Həmin pulla İlhama hansısa məbləğdə olan öz borcunu qaytarmış, həm də əlavə hörmət etmişdir. Pulun məbləğləri yadında deyil. Sonradan mənzili Təqsirləndirilən şəxs2 adından Ceyhun adlı şəxsə satdıqları zaman özü Nigar adlı həmin qadına olan borcunu tam ödəmişdir. Nigar da notariat orqanına gəlmiş və ondan pulunu götürüb getmişdir. Mənzilin satışından əldə olunan və Nigarın pulu ödəniləndən sonra qalan pul məbləğini isə özü və tanışı İlham öz aralarında bölmüşlər. Qeyd edilən mənzilə görə Təqsirləndirilən şəxs2 adına çıxarış sənədinin alınması üçün konrket olaraq heç bir şəxsə pul verməmişlər, nə də özü "xxxx" firmasının müdiri Abbas adlı şəxsə pul verməmiş, sadəcə Abbasdan xahiş etmişdir ki, çıxarış sənədi verən orqanda şəxsi əlaqələri varsa çıxarış sənədinin tez alınmasına kömək etsin. Abbas da buna söz vermiş, lakin görünür ki Abbas bu barədə heç kimdən xahiş etməmişdir. Çünki xatırladığına görə çıxarış sənədini almaq öz gedişatı ilə təxminən 2 aya yaxın vaxt aparmışdır. Çıxarış sənədinin alınmasına köməklik göstərməsi üçün Abbas adlı şəxsə pul verdiyi barədə əvvəlki ifadəsində göstərdiyi doğru deyil, ola bilsin ki əvvəlki ifadələrində fikirlərini düz ifadə etməmiş, hazırki ifadəsi doğrudur. Bu məqsədlə özü tərəfindən Abbasa pul verilməmişdir. Sadəcə rəsmiləşmə, sənədləşmə işlərində xatırlamadığı müəyyən məbləğdə xərclər çəkmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 26 iyun 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamla özünü tam təqsirli bilir, törətdiyi cinayətə görə özünü günahkar hesab edir və əməlindən səmimi peşmanlıq çəkir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 "xxxx" ASC-də işlədiyi dövrdə uzun müddətdir ki, tanıyır, aralarında həmişə normal tanışlıq, yoldaşlıq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 "xxxx" ASC-də sədrin müşaviri olan Zərərçəkmiş şəxs həm ailə, həm də iş sürücüsü işləmişdir. Zərərçəkmiş şəxs da özü yaxından tanımış, onunla həmişə bankın rəhbər işçisi kimi çox yaxşı münasibəti olmuş, həmişə hörmətini saxlamışdır, aralarında heç vaxt qərəzli münasibət, ədavət və düşmənçilik olmamışdır. 2019-cu ilin əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, özünün dayısı olan hansısa şəxsə məxsus bir mənzil sahəsi var, həmin mənzil Bakı şəhərində Xarici Dillər Universitetinin yanında yerləşən binadadır, dayısı tərəfindən özünə baş etibarnamə də verilmiş, dayısı ona bütün əmlakı ilə bağlı baş etibarnamə verdiyi üçün səlahiyyəti çatır ki, həmin evi onun adına, yaxud digər şəxsin adına keçirsin. Şahin həmçinin bildirmişdir ki, həmin mənzili onun adına keçirmək istəyir. O, Şahindən mənzili nə üçün onun adına keçirmək istədiyini soruşanda, Şahin bildirmişdir ki, özünün adına banklarda həbs qoyulub, öz adına bir əməliyyat həyata keçirə bilmir və təklif etmişdir ki, həmin mənzili onun adına bir aylıq keçirsin, təxminən bir aydan sonra isə adından çıxaracaqdır. Şahinin bu təklifinə etiraz etməmiş, lakin Şahin tərəfindən ona heç nə, heç bir qazanc da vəd olunmamışdır. Şahin dayısının kim olduğunu, adının nə olmasını ona deməmiş, sadəcə demişdir ki, dayısı hazırda ölkədən kənardadır, xaricdə yaşayır. Şahinin istəməsinə görə özü ona öz şəxsiyyət vəsiqəsinin əslini vermişdir. Təxminən 4-5 gün, və ya bir həftədən sonra Şahin ona təklif etmişdir ki, onunla birlikdə həmin mənzilin adına keçirilməsi üçün binanın məxsus olduğu firmaya getsin. Bundan sonra o, Şahinlə Bakı şəhərində köhnə «Qaqarin» körpüsü adlanan yerin yaxınlığında yerləşən bir ofisə getmişdir. Şahin orada bir nəfər tanımadığı qadınla görüşmüş, həmin qadın əlində sənədlər gətirmiş, həmin sənədlər mənzilin digər şəxsin adına, yəni özünün adına keçirilməsi barədə müqavilə sənədləri olmuşdur. Şahinin təklifi ilə özü həmin müqaviləni imzalamış və oradan çıxandan sonra bir-biriləri ilə sağollaşıb ayrılmışlar. Həmin ofisdə qeyd etdiyi qadından başqa heç kim olmamışdır. Həmin qadının adını bilmir. Ofisdən çıxandan sonra Şahin ona bildirmişdir ki, hələlik məsələ qurtardı, bir müddət sonra ona xəbər edəcəkdir ki, mənzilə dair onun adına çıxarış sənədini almağa getsinlər. Bundan bir müddət sonra Şahin ona zəng edib bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə həmin mənzilə dair çıxarış sənədini almaq üçün sənədləri təqdim etməyə getsinlər. Bundan sonra o, Şahinlə Bakı şəhərində Heydər Əliyev prospektinə yaxın yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə getmiş, Şahin orada sənədləri təqdim etmiş, orada müvafiq sənədlərə imza etmiş, sonra oradan çıxıb ayrılmışlar. Təxminən 15-20 gün sonra Şahinin təklifi ilə o, tək Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə gedib həmin mənzilin öz mülkiyyətində olması barədə çıxarış sənədini imza edib almışdır. Şahin ona demişdir ki, çıxarış sənədini alandan sonra oradan uzaqlaşmasın, onu gözləsin. Bir az sonra Şahin həmin əraziyə gəlib onunla görüşmüş, aralarındakı söhbət zamanı o, özü Şahindən bu məsələnin özü üçün bir ziyanı olub- olmayacağını, narahatlıq yaradıb-yaratmayacağını soruşmuş, Şahin isə «narahat olma, bu məsələdə sənə ziyan olası bir iş yoxdur» deyə cavab vermişdir. O, çıxarış sənədində öz adına keçmiş həmin mənzilin heç ünvanına da dəqiq baxmamışdır. Şahin həmin çıxarış sənədini ondan götürüb bildirmişdir ki, təxminən bir aya mənzili onun adından çıxaracaqdır, narahat olmasın, ona xəbər edəcək, addan çıxaranda sənədləşmə üçün gəlsin. Həmin vaxt özü bu işə görə bərk narahat olmuş, Şahin ona «əgər kimsə səndən bu barədə soruşsa, deyərsən ki, Şahinin mənə pul borcu olduğu üçün mənzili mənim adıma keçirib» deyə bildirmişdir. Bundan sonra arasıra Şahinlə görüşü olmuş, o, bu barədə soruşanda Şahin bildirmişdir ki, yaxın vaxtlarda mənzili onun adından çıxaracaqdır. Təxminən bir ay yarım, iki aydan sonra Şahin ona zəng edib onu Bakı şəhərində Elmlər Akademiyası metrostansiyasının yanına, Hüseyn Cavid parkına çağırmış, telefonda bildirmişdir ki, mənzilin onun adından çıxarılması məsələsini həll edir. O, həmin yerə gedib Şahinlə görüşmüş, Şahin ona bildirmişdir ki, həmin mənzili bir nəfər müştəri tapıb satır, notariat kontorunda alqısatqı olacaqdır. Şahin həmçinin ona «notariatda sən heç nə danışmayarsan, sadəcə mənzil sənin adına olduğu üçün sən iştirak etməlisən, mən müştəriyə bildirmişəm ki, mənzil faktiki olaraq özümündür, iakin öz adımda deyil» deyə bildirmişdir. Notariat kontorunda işləyən əməkdaş bildirmişdir ki, alqı-satqı üçün onun arvadı Sevinc də gəlib razılıq verməlidir və imza etməlidir. O, arvadı Sevincə zəng edib notariat kontoruna gəlməsini və imza etməsini təklif etmiş, lakin Sevinc Bakı Dövlət Universitetində işdə olduğu üçün gələ bilməyəcəyini demişdir. Arvadı Sevinc həmin universitetdə Tarix fakültəsinin müəlliməsidir, dərs vaxtı işdən çıxa bilmədiyi üçün özünün və Şahinin xahişi ilə notariat kontorunun xanım əməkdaşı müvafiq sənədi Sevincə imzalatmaq üçün sənədləri də götürüb onlarla birlikdə Bakı Dövlət Universitetinin binası qarşısına getmiş, orada arvadı Sevinc bir neçə dəqiqəlik işdən ayrılıb gələrək notariat sənədlərinə imza etmiş, etirazı olmadığını bildirmiş və işə geri qayıtmışdır. Bundan sonra özləri Notariat kontoruna geri qayıtmışlar. Həmin notariat kontoru Vergilər nazirliyinin arxa tərəfində Ələsgər Ələkbərov küçəsində yerləşmişdir. Notariata qayıdandan sonra orada onun həmin mənzili Şahinin gətirdiyi müştəri kişiyə satması barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müştərinin adını hazırda xatırlamır, kim olduğunu da heç həmin vaxt da bilməmişdir. Həmin mənzilin alqı-satqı müqaviləsinə görə hansı qiymətə satıldığını da bilməmişdir. Müqavilə bağlanandan sonra Şahin ona bildirmişdir ki, heç yerə getməsin, mənzilə görə ödənilən pul kassada onun adınadır, pulu imza edib çıxartmalıdır. Bir neçə dəqiqədən sonra elə həmin notariat kontorunun içində olan bank kassasına özü dəvət olunmuş, orada qəbzə imza edib mənzilin satılmasına görə ödənilmiş xatırlamadığı məbləğdə həmin pul bağlamasını götürmüş, elə həmin yerdə də pulun hamısını bağlama halında birbaşa Şahinin özünə vermişdir. Oraya bir nəfər tanımadığı və adını bilmədiyi makler olan cavan oğlan və Nigar adlı qadın da gəlmişdir. Həmin mənzil hələ mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədini özünün adına alınmazdan əvvəl, yəni müqavilə ilə öz adına keçəndən sonrakı günlərdə Şahin tərəfindən Nigar adlı həmin qadına girov qismində qoyularaq hansısa məbləğdə Nigardan borc pul götürülmüşdür. Şahin ona «sənlik bir iş yoxdu, sən Nigarla borc müqaviləsini bağla, mən ondan borca pul götürürəm» deyə bildirmişdir. Özü Nigar adlı həmin qadını tanımır, həmin qadın Şahinin deməsinə görə faizə borc pul verən qadın olmuş, borc verməzdən əvvəl hansısa daşınmaz əmlakı girov saxlamaq istəmişdir. Ona görə də Şahinin təklifi əsasında hazırda xatırlamadığı Bakı şəhərində yerləşən notariat kontorlarından birində həmin Nigar adlı qadınla borc müqaviləsi bağlamış, Şahin də ondan səhv etmirsə 80.000 və ya 90.000 manat pul götürmüşdür. Bildiyinə görə Şahin Nigara hər ay təxminən 3000- 3500 manat faiz pul ödəmiş, hətta bir dəfə Şahinin Nigara faiz ödənişi olan təxminən 3000 və ya 3500 manat pulu özü aparıb Bakı şəhəri Həsən Əliyev küçəsində Nigara vermişdir. Ona görə də qeyd edilən mənzilin notarial alqı-satqısı zamanı o, alıcı tərəfindən mənzilə görə ödənilmiş pul bağlamasını kassadan qəbul edib Şahinə təqdim edəndən sonra Şahin həmin Nigar adlı qadınla bir kənara çəkilib ona əvvəldən olan pul borcunu həmin puldan ödəmiş, lakin Nigara nə qədər pul verdiyini bilmir. Bundan sonra Şahin qalan pul məbləğini də götürüb onunla sağollaşaraq çıxıb getmişdir. Həmin gün axşam saatlarında o, Şahinə zəng etmiş, lakin onun mobil nömrəsinə zəng çatmamışdır. Zəng etməkdə məqsədi sadəcə nə var-nə yox, işlərinin necə getməsini soruşmaq olmuşdur. Səhərisi gün o, Şahinlə "xxxx" ASC-nin binasında görüşərək haləhval tutmuş, Şahin ona bildirmişdir ki, mənzilin satışından əldə olunan pulu artıq dayısına göndərmiş, özünə az məbləğdə qazanc qalmışdır. Şahin həmin vaxt çıxarıb ona cəmi 1000 manat pul verərək bildirmişdir ki, əziyyət çəkmisən, gəlib getmisən. Şahinin özünün həmin dövrdə ona əvvəldən 25.500 manat pul borcu olmuş, əvvəllər ondan guya ticarət işi qurmaq adı ilə, həmçinin öz anasının Türkiyədə müalicəsi üçün pul lazım olduğunu deyərək hissə-hissə borc pul almışdır. Belə ki, aralarındakı razılaşmaya əsasən Şahin özünə pul lazım olduğundan onun «Passat» markalı **-NG- *** qeydiyyat nömrəli avtomobilini satıb 12.000 manat pulu götürdüyü üçün ona 12.000 manat pul borcu yaranmış, sonra əlavə olaraq pul lazım olduğu üçün ondan 5.000 manat, anasının müalicəsi ilə bağlı isə ondan əvvəlcə 6000 manat və sonra 2500 manat borc pul götürmüş, nəticədə ona 25.500 manat pul borcu yaranmışdır. Şahin hələ Nigar adlı qadından mənzili onun əli ilə girov qoyub borc pul götürəndən sonra ona olan borcunun 18,000 manatını qaytarmış, lakin aradan 4-5 gün keçəndən sonra yenə özünə pul lazım olduğunu deyərək həmin 18,000 manat pulu ondan təkrar borc kimi götürüb «narahat olma, mənzil onsuz da sənin adındadır, həmin mənzili satandan sonra sənə olan borcumu ümumi şəkildə qaytaracağam» deyə bildirmişdir. Ona görə də həmin mənzil notariusda alqı-satqı edilib satıldıqdan bir gün sonra, yəni səhərisi gün Şahin mənzilin satışından əldə etdiyi puldan ona 25.000 manat pulu verib borcunu qaytarmış və əlavə olaraq ona rəsmiləşdirmə proseslərində iştirak etdiyi üçün 1000 manat pul vermişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Şahin özünə təcili pul lazım olduğunu deyərək ondan borc pul almaq üçün onun yaşadığı evə gəlmiş, o, öz anasının yanında 5000 manat borc pul vermişdir. Şahin bildirmişdir ki, yaxın vaxtlarda işlər qaydasına düşəcək və onun borcunu qaytaracaqdır. Aradan bir neçə gün keçəndən sonra isə 2020-ci ilin yanvar ayının ortalarında "xxxx" ASC-nin sədri Çingiz müəllim ona zəng edib onu iş yerinə çağırmışdır. Orada müşavirə otağına daxil olanda görmüşdür ki, Zərərçəkmiş şəxs və adını həmin vaxt orada bildiyi onun qızı Fərəh orada oturublar Zərərçəkmiş şəxs onu sorğu-suala tutub Şahinin mənzil satması barədə soruşanda o, olanları ona danışmış və səmimi şəkildə bildirmişdir ki, həmin mənzilin ona, yaxud ailəsinə məxsus olduğunu bilməmiş, Şahin ona hansısa dayısının mənzili olmasını və özünə etibarnamə verilmiş olduğunu demişdir. Zərərçəkmiş şəxs da ona artıq heç nə deməmişdir, Oradakı söhbətdən və Zərərçəkmiş şəxs deməsinə görə bilmişdir ki, həmin mənzil sahəsi Zərərçəkmiş şəxs məxsus olmuşdur və onun tərəfindən əvvəldən Şahinə əmlakı idarə etməsi barədə baş etibarnamə verilmişdir. Həmin günlərdə özü artıq Şahinin harada olduğunu bilməmiş, yəni Şahin telefonunu söndürmüş, qaçıb gizlənmişdir. O, Şahini nə qədər axtarsa da tapa bilməmiş, bundan sonra 2020-ci İlin ortalarına qədər, yəni "xxxx" bağlanan dövrə qədər öz işində sürücü kimi qalıb işini davam etdirmişdir. İş materiallarında olan 02 fevral 2021-ci il taixli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, 2019-cü ilin yanvar ayında özü Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında belə razılığa gəlmişlər ki, Zərərçəkmiş şəxs onda olan etibarnamə sənədi üzrə əldə etdiyi səlahiyyət əsasında Çingizdən xəbərsiz onun ünvan 15 ünvanında yerləşən 105 nömrəli 165 kv metr sahəsi olan mənzilini birgə satıb pul əldə etsinlər. Həmin dövrdə özünün pula ehtiyacı yarandığı kimi İlhamın da kimlərəsə bildiyinə görə xeyli pul borcu olmuşdur, Özü İlhama belə bir təklif etmiş, İlham da onunla razılaşmışdır. Bundan sonrakı günlərdə o və İlham "xxxx" firmasının rəhbəri Abbas adlı şəxsin yanına getmişlər. O, əvvəlcə təklikdə Abbasın MTK-da işçisi olan Ramiz adlı komendant şəxsə yalandan bildirmişdir ki, Zərərçəkmiş şəxs mənzilini özünün İlham adlı yaxın adamının adına keçirmək istəyir, ona görə müqaviləni dəyişmək istəyirlər, bunu etmək üçün Çingizin ona verdiyi etibarnaməsi də var. Ramiz adlı həmin kişi onun bu dediyini Abbasa demiş, Abbas da razılıq vermişdir. Bundan sonra o və İlham müqaviləni İlhamın adına keçirmə məsələsini həll etmək üçün Abbasın Bakı şəhərində köhnə Qaqarin körpüsü yanındakı binada olan ofisinə getmişlər. İlham özü də Abbası üzdən tanımış, əvvəllər oraya yanına gəlib getmişdir. Orada əsasən söhbəti Abbasla özü etmiş, İlham da orada olmuş, lakin söhbəti özü aparmış və Abbasa bildirmişdir ki, Çingiz müəllim həmin binada olan 105 nömrəli mənzilini İlhamın adına keçirib çıxarış sənədi almaq istəyir. Lakin evin satılacağı ilə bağlı Abbasa heç nə deməmişlər. Abbas da etiraz etməmiş, müqavilənin ada dəyişdirilməsi üçün 1500 manat lazım olduğunu, özünün müvafiq dövlət orqanından, yəni çıxarış sənədini tanışlıqla 4000 manata almaq imkanı olmasını bildirmişdir. Sonra o, etibarnamə səlahiyyəti üzrə Zərərçəkmiş şəxs adından mənzildən imtina ərizəsi yazaraq həmin mənzilin Təqsirləndirilən şəxs2 adına keçirilməsinə razılığını vermişdir. Sonra 105 nömrəli mənzilin Təqsirləndirilən şəxs2 adına keçirilməsi barədə orada müqavilə yazılmış, İlham sənədləşmə xərclərinin çəkilməsi üçün haradansa 5500 manat pul tapıb gətirmiş, özü İlhamın iştirakı ilə pulu "xxxx" firmasının rəhbəri Abbasa vermişdir. 1500 manat müqavilənin dəyişdirilməsi pulu olmuş, 4000 manata isə Abbas həmin mənzilə görə müvafiq dövlət orqanından Təqsirləndirilən şəxs2 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi alıb verməyi vəd etmişdir. Çıxarış sənədi onlara ona görə lazım olmuşdur ki, həmin mənzili özü və İiham sonradan bir qədər baha qiymətə sata bilsinlər. Təxminən 2 aydan sonra Abbas öz işçisi olan Ramiz adlı şəxs vasitəsi ilə xəbər göndərmişdir ki, mənzilə görə İlhamın adına çıxarış sənədi artıq hazırdır. Çıxarış almaq üçün tələb olunan sənədləri isə özü əvvəldən Abbasa vermiş, yəni DƏDRXnə heç getməmişdir. Çıxarışın hazır olması barədə özü İlhama bildirmişdir ki, gedib çıxarış sənədini DƏDRX-dən götürsün, İlham özü də gedib həmin sənədi götürüb gətirərək ona vermişdir. Sonra o, həmin mənzili satmaq üçün hazırda adını xatırlamadığı bir nəfər maklerə demiş, hətta bir çox şəxsə demişdir. Sonda isə makler tərəfindən bir nəfər müştəri tapılıb gətirilmiş, bir nəfər alıcı kişi bir nəfər qadınla gəlmişdir. Özü İlhamı alqı-satqı üçün Bakı şəhərində Vergilər Nazirliyinin binasının arxa tərəfində yerləşən notariat kontoruna çağırmışdır. Orada 105 nömrəli həmin mənzil İlhamın adından adını hazırda xatırlamadığı kişiyə 80.000 ABŞ dolları dəyərində manat pulla satılmışdır. Həmin alqı-satqı prosesində o və İlham iştirak etmişdir. Mənzilin satışı zamanı müştəri tərəfindən ödənilən 80.000 ABŞ dolları dəyərində olan 136.000 manat puldan özü və İlham orada müəyyən məbləğdə vergi və sair xərclər çıxılmaqla təxminən 125.000 manat civarında pul əldə etmiş, bankın kassasından pulu İlham özü qəbul etmiş, əldə etdikləri təxminən 125.000 manat pulu özü və İlham aralarında bölmüşlər. Sonradan həmin pulu öz ehtiyaclarına xərcləmiş, İlhamın hara xərclədiyini isə bilmir. İlham Zərərçəkmiş şəxs tərəfindən ona verilmiş etibarnamə səlahiyyəti üzrə Çingizə məxsus həmin mənzilin satılmasında özü ilə birlikdə iştirak etmiş, mənzilin satışından əldə olunan pulları da özü və İlham öz aralarında bölüb xərcləmişlər. Zərərçəkmiş şəxs və ya onun ailə üzvlərinə məxsus digər əmlakların özgəninkiləşdirilməsi prosesində isə İlhamın iştirakı olmamış, yalnız sözügedən 105 nömrəli mənzilin satışında iştirakı olmuşdur. Təqsirləndirilən şəxs2 alqı-satqısını həyata keçirdikləri həmin mənzilin Zərərçəkmiş şəxs məxsus olduğunu əvvəldən bilmiş, özü bu barədə ona demiş, hələ əvvəldən mənzilin müqaviləsini İlhamın adına keçirmə prosesində də sənədlərdə Çingizin adını və soyadını görmüş, bu barədə əvvəldən məlumatı olmuşdur. Həmin mənzilin satışından qazandıqları pulu özü və İlham öz aralarında bölmüşlər. O, İlhamı bu işi görməyə sövq etmiş, ona “narahat olma, bu iş mənlikdi, sənlik bir iş olmayacaq” deyə bildirmişdir. Həmin mənzilin Zərərçəkmiş şəxs məxsus olduğunu da İlham mənzilə dair müqavilə onun adına rəsmiləşərkən bilmiş, Zərərçəkmiş şəxs tərəfindən ona etibarnamə verilmiş olduğunu da özü İlhama əvvəldən demişdir. Həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 özünümüdafiə mövqeyindən çıxış edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona qarşı danışdıqları doğrudur, həqiqətdir. Sadəcə, satdıqları həmin mənzilin Zərərçəkmiş şəxs məxsus olduğunu özü bir qədər sonralar bilmiş, lap əvvəldən Şahin mənzilin guya hansısa dayısının evi olduğunu ona demişdir. Həmin mənzilin alqı-satqısı zamanı Şahin dediyi kimi ümumilikdə təxminən 80.000 ABŞ dolları dəyərində pul əldə etmişlər, pul manatla ödənilmiş, lakin Şahin həmin puldan ona sonradan ümumilikdə təxminən 25.000 manat pul vermişdir. Həmin pulu da özü öz borc-xərcinə, ehtiyaclarına xərcləmişdir. Hazırda Şahinlə birlikdə belə bir əməli törətdiyinə görə səmimi peşmanlıq çəkir. Lakin özü "xxxx" firmasının rəhbəri Abbas adlı şəxsi tanımamış, sadəcə adını eşitmiş, Abbas adlı həmin şəxslə mənzilin müqaviləsinin öz adına dyişdirilməsi barədə söhbətləri əsasən Şahin etmişdir. Onu sadəcə sənədləri imzalamaq üçün oraya Şahin aparmışdır. Qeyd edilən mənzilin müqavilə üzrə öz adına keçirilməsi prosesi zamanı müqavilənin dəyişdirilməsi və sonradan öz adına çıxarış sənədi alınması məsələsinin həlli üçün özü 5.500 manat pul borc tapıb gətirərək Şahinə vermiş, bildiyinə görə rəsmiləşmə məsələsinin həlli üçün Şahin həmin pulu Abbas adlı şəxsin firmasına ödəmişdir. Sonradan mənzilə dair çıxarış sənədinin alınması üçün sənədləri Şahin özü götürmüş, daha sonra Şahinin sözü ilə özü tək Daşınmaz Əmlakın Dövlət ReyestriXidmətinə gedib çıxarış sənədini almış və Şahinə vermişdir. Həmin mənzilin satışından ona təxminən 25.000 manat pul çatmış, qalan pulları Şahin özü götrmüş, çünki Şahinin bildiyinə görə çox borcları olmuşdur. Bundan başqa, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi ev 2P, mənzil 86-da ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum anası X19 2011-ci ilin oktyabr ayında xərçəng xəstəliyindən ölmüşdür. Atası Zərərçəkmiş şəxs "xxxx" ASC-də sədrin müşaviri vəzifəsində işləmişdir. X34 hazırda Rusiya Federasiyasında yaşayır və işləyir. O, özü isə hazırda ünvan 23 ünvanda qeydiyyatda olsa da ailəsi ilə birlikdə Bakı şəhəri Xətai rayonu ərazisində, Ramiz Quliyev küçəsi ev 2P, mənzil 86-da həyat yoldaşı X15 məxsus evdə yaşayır. Təqsirləndirilən şəxs1 uzun illər atasının ailə sürücüsü olmuş, təxminən 25 ildir ki, Şahin onların evində sürücülük etmişdir. Şahini ailənin bir üzvü hesab etmişlər. Həmişə də Şahinə qarşı həm atasının, həm özünün, həm mərhum anasının yaxşı münasibəti olmuşdur. Bütün çətin vəziyyətlərində atası Çingiz öz maddi və mənəvi köməyini Şahinə göstərmişdir. 2015-ci ildə atası səhhətində yaranmış problemlərlə bağlı əmlakının idarə edilməsi üçün lazımi sənədləşmə işlərinə görə müvafiq dövlət orqanlarına gedib gəlməkdə çətinlik çəkdiyi üçün Şahinə notarial qaydada mülki etibarnamə vermişdir. Həmçinin özü də işləri çox olduğundan bu məsələləri həll etmək üçün Şahinə notarial qaydada mülki etibarnamə vermişdir. Belə ki, həmişə Şahinə ailəlikcə inam və etibarları olmuşdur. Çox təəssüf ki, sonradan Şahin etibardan sui-istifadə edərək onların, yəni özünün və atasının adına olan əmlakları onlardan xəbərsiz, heç bir məlumat vermədən başqa şəxslərə dəyərindən çox ucuz qiymətlərə sataraq pulunu ələ keçirmişdir. Bu məsələ 07 yanvar 2020-ci il tarixdən onlara məlum olmuşdur. Həmin vaxta kimi nə özünün, nə də atası Çingizin Şahinin bu əməlindən xəbərləri olmamışdır. Belə ki, 2020-ci ilin yanvar ayının 07- də bir nəfər tanımadığı, Fazilə adlı qadın onun atası Çingizə zəng edib özünün nə üçün ünvan 23 ünvanında qeydiyyatdan çıxmadığını bildirmişdir. Belə ki, özü həmin ünvanda pasport qeydiyyatındadır. Atası da bu məsələni araşdıranda məlum olmuşdur ki, həmin qadın onun adına olan qeyd edilən mənzili alqı-satqı yolu ilə Şahid13 adlı şəxsdən almışdır. Sonradan məlum olmuşdur ki, özünün adına olan həmin evi Şahin Zaur adlı şəxsə ondan xəbərsiz satmışdır. Daha sonra özləri araşdıranda məlum etmişlər ki, Şahin həmin etibarnamələr üzrə hərəkət edib onlara bildirmədən atası Çingizə məxsus ünvan 15 ünvanında yerləşən 105 və 106 nömrəli mənzilləri, onun adına olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzili, atası Çingizin adına olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağ evini və ona məxsus “Toyota Prado" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili kənar şəxslərə dəyərindən xeyli ucuz qiymətə satmışdır, sonradan həmin əmlaklar yenə də qısa müddət ərzində digər üçüncü şəxslərə satılmışdır. Atasının əvvəllər "xxxx" Mənzil Tikinti Kooperativindən onun sədri Şahid2 müqavilə ilə aldığı və təmirini demək olar ki başa çatdırdığı ünvan 15 ünvanında yerləşən biri 165 kvadratmetr sahəli 3 otaqlı, digəri 200 kvadratmetr sahəli 4 otaqlı olan 105 və 106 nömrəli mənzillərini Şahin etibarnamə əsasında həmin MTK-da başqa şəxslərin adlarına rəsmiləşdirmiş, sonradan isə həmin şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədləri əldə etmişlər və sonra mənziləri digərlərinə satmışlar. Həmin mənzilin biri atasının işlədiyi “AG Bank’’ ASC-də sürücü işləyən Təqsirləndirilən şəxs2, digəri isə Pərvin adlı şəxsin adına sənədləşdirildikdən sonra onlar çıxarış sənədi alaraq sonradan mənzilləri satmışlar. Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağ evini də Şahin özünün adamı olan Şahid13 adına notarial qaydada satmışdır. Atası Çingizin deməsinə görə sonradan özü Baş Dövlət Yol Polisi İdarəsindən öyrənmişdir ki, Şahin atası Çingizin adına olmuş “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili 2017-ci ildə X16 adına rəsmiləşdirmişdir, sonra isə avtomobil 2019cu İldə bir nəfər Lənkəran rayon sakininə satılmışdır. 2019-cu ilin dekabr ayına kimi Şahin atası Çingizi həmin avtomobildə gəzdirmişdir. Həmin əmlaklardan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzil öz adına olmuşdur, qalan qeyd etdiyi əmlaklar isə hamısı atası Çingizin adına olmuşdur. Real orta bazar qiymətləri ilə ünvan 15 ünvanında yerləşən 105 və 106 nömrəli mənzillərin ümumi dəyəri 1.000.000 (bir milyon) manat, öz adına Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzilin dəyəri 130.000 (yüz otuz min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağın dəyəri 400.000 (dörd yüz min) manat və “Toyota Prado” markalı, 90- XR-092 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 50.000 (əlli min) manat təşkil etmişdir. Ümumilikdə Şahinin onun atasına və özünə vurduğu maddi ziyanın məbləği 1.580.000 manat təşkil edir ki, bunun da 130.000 manatı özünə aid maddi ziyandır, qalan 1.450.000 manat maddi ziyan isə atasına vurulmuş maddi ziyandır. İş materiallarında olan 16 avqust 2020-ci il taixli Təqsirləndirilən şəxs1 və X14 arasında keçirilmiş və məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Fərəh Mənsimova hazırki ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı eynilə demişdir. Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı ibtidai istintaqda verdiyi ifadəsində törətdiyi əməlləri bir daha etiraf edib səmimi peşmanlıq çəkdiyini bildirərək, həqiqətən də Zərərçəkmiş şəxs və Fərəh Mənsimovanın ona 2015-ci ildə verdikləri etibarnamələr əsasında onlardan xəbərsiz hərəkət edib onların qeyd edilən əmlaklarını sataraq pullarını ələ keçirdiyini, bunu öz maddi çətinlikləri üzündən etmək məcburiyyətində qaldığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun illər onun ailə sürücüsü olmuşdur, təxminən 25 ildir ki, özünün evində ailə üzvlərinə sürücülük etmiş, Şahini ailəsinin bir üzvü hesab etmişdir. Həmişə də ona qarşı yaxşı münasibəti olmuşdur, bütün çətin vəziyyətlərində öz maddi və mənəvi köməyini ondan əsirgəməmişdir. 2015-ci ildə özü bir qədər səhhəti ilə əlaqədar əmlakının idarə edilməsi üçün lazımi sənədləşmə işlərinə görə müvafiq orqanlara gedib gəlməkdə çətinlik çəkmiş, həmçinin qızı Fərəhin də işləri çox olduğundan Təqsirləndirilən şəxs1 notarial qaydada bir neçə mülki etibarnamələr vermişlər. Şahinə həmişə inamı olmuşdur. 2020-cİ ilin yanvar ayının 07- də bir nəfər tanımadığı və adını hazırda xatırlamadığı qadın haradansa onun mobil nömrəsini taparaq ona zəng edib qızı Fərəh Mənsimovanın nə üçün ünvan 23 ünvanında qeydiyyatdan çıxmadığını bildirmişdir. O, bir qədər təəccüblənmiş və ona nəyə görə belə bir şeyi dediyini soruşmuşdur, Həmin qadın ona bildirmişdir ki, qeyd edilən ünvandakı mənzili alqı-satqı yolu ilə Şahid13 adlı şəxsdən almışdır. O, qadına bildirmişdir ki, həmin mənzil özünə məxsusdur, lakin qızı Fərəhin adınadır, qızı da orada qeydiyyatdadır, nə özü, nə də qızı heç kimə ev satmamışlar. Qadın ona bildirmişdir ki, evi Şahid13 aldığı ərəfədə bir nəfər Şahin adlı şəxs də müvafiq sənədləşmə işləri ilə əlaqədar Zaurla birgə olmuşdur. O, məsələni aydınlaşdırmaq üçün sürücüsü Şahinlə əlaqə saxlamış, bunun nə məsələ olmasını soruşmuş və məsələyə aydınlıq gətirilməsi üçün Şahini çağırmışdır. Şahin də “gələrəm söhbət edərik” deyə bildirmişdir. Bundan sonra Şahin mobil telefonlarını söndürmüş, artıq Şahini tapa bilməmiş, nə də Şahin onunla heç bir əlaqəyə çıxmamışdır. Bundan sonra başa düşmüşdür ki, Şahin onun və Fərəhin ona verdikləri etibarnamələr üzrə hərəkət edərək evi satmışdır. Daha sonra araşdıranda məlum olmuşdur ki, Şahin həmin etibarnamələr üzrə hərəkət edib onun və qızının xəbəri olmadan, onlara bildirmədən onlara məxsus ünvan 15 ünvanında yerləşən 105 və 106 nömrəli, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzilləri, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağı və “Toyota Prado” markalı, 90-XR- 092 dövlət qeydiyyat nişanlı avtomobili kənar şəxslərə dəyərindən xeyli ucuz qiymətə satmışdır, sonradan həmin əmlaklar yenə də qısa müddət ərzində digər üçüncü şəxslərə satılmışdır. Ona məlum olmuşdur ki, özünün əvvəllər “Kapitol" Mənzil Tikinti Kooperativindən onun sədri Şahid2 müqavilə ilə aldığı və təmirini demək olar başa çatdırdığı ünvan 15 ünvanında yerləşən biri 165 kvadratmetr sahəli 3 otaqlı, digəri 200 kvadratmetr sahəli 4 otaqlı olan 105 və 106 nömrəli mənzillərini Şahin etibarnamə əsasında həmin MTK-da başqa şəxslərin adlarına rəsmiləşdirmiş, sonradan İsə həmin şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədləri əldə etmişlər və sonra mənziləri digərlərinə satmışlar. O, Abbasın özündən soruşub maraqlananda Abbas ona danışıb bildirmişdir ki, Şahin onun yanına gələrək “Çingiz müəllim xərçəng xəstəsidir, baxanı yoxdur, ona mən baxıram, təcili müalicəsi ilə bağlı pul lazım olduğu üçün həmin mənzilləri satmaq fikrindədir” deyə bildirmiş, ona görə də inanıb sənədləşməni həyata keçirmişdir. Həmin mənzilin biri "xxxx" ASCdə sürücü işləyən Təqsirləndirilən şəxs2, digəri isə Pərvin adlı şəxsin adına sənədləşdirildikdən sonra onlar çıxarış sənədi alaraq sonradan mənzilləri satmışlar. Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağını da Şahin özünün adamı olan Şahid13 adına notarial qaydada satmışdır. Şahid13 mobil nömrələri ***-***-**-**, ***-***-**-** mobil nömrələrdir. Təqsirləndirilən şəxs1 ona məlum olan mobil nömrəsi ***-***-**-** mobil nömrəsidir. Öyrəndiyinə görə Şahinin yanında bu işləri yerinə yetirməkdə Sərdar adlı makler də iştirak etmiş, onun mobil nömrəsi ***-***-**-** mobil nömrədir. Özü Baş Dövlət Yol Polisi İdarəsindən öyrənmişdir ki, Şahin onun adına olmuş “Toyota Prado” markalı, 90-XR- 092 dövlət qeydiyyat nişanlı avtomobili hələ 2017-ci ildə X16 adına rəsmiləşdirmiş, sonra isə 2019-cu ildə bir nəfər Lənkəran rayon sakininə satmışdır. Baxmayaraq ki, 2019-cu ilin dekabr ayına kimi Şahin onun özünü həmin avtomobildə gəzdirmiş, ona heç nə bildirməmişdir. 2019-cu ilin dekabr ayında isə Şahin ona demişdir ki, avtomobilin bir qədər təmirə ehtiyacı var, təmir üçün hansısa sexə aparmalıdır. Bundan sonra o, həmin avtomobili bir daha görməmişdir. Həmin əmlaklardan yalnız Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzil qızı Fərəhin adına olmuşdur, qalan qeyd etdiyi əmlaklar isə hamısı öz adına olmuşdur. Real bazar qiymətləri ilə ünvan 15 ünvanında yerləşən 105 və 106 nömrəli mənzillərinin ümumi dəyəri 1.000.000 manat, qızı Fərəhin adına Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzilin dəyəri 130.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağın dəyəri 400.000 manat və “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 50.000 manat təşkil etmişdir. Şahin isə həmin əmlakları dəyərindən çox ucuz qiymətə sataraq pulunu ələ keçirmişdir. Bu dələduzluq cinayəti nəticəsində özünə xüsusilə külli miqdarda maddi ziyan vurulmuşdur. İş materiallarında olan 16 avqust 2020-ci il taixli Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs arasında keçirilmiş və məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha eynilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı törətdiyi əməli bir daha etiraf edib səmimi peşmanlıq çəkdiyini bildirərək, həqiqətən də Zərərçəkmiş şəxs və onun qızı Fərəh Mənsimovanın ona 2015-ci ildə verdikləri etibarnamələr əsasında onlardan xəbərsiz hərəkət edib onların qeyd edilən həmin əmlaklarını sataraq pullarını ələ keçirdiyini, bunu öz maddi çətinlikləri üzündən etmək məcburiyyətində qaldığını göstərmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(001)-205/2022 nömrəli qərardadından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər Şahid13, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid15, Şahid3, üçüncü şəxslər 13 saylı Dövlət Notariat Ofisinə və "xxxx" firmasına qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə icraat (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-175/2022 saylı cinayət işi baxılıb yekun qərar çıxarılanadək) dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(001)-2533/2020 nömrəli qərardadından görünür ki, iddiaçı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X6 etibarnamə əsasında nümayəndəsi Təqsirləndirilən şəxs1 ilə Şahid13 arasında bağlanmış 09 noyabr 2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki iş üzrə icraat (Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə başlanılmış cinayət işi üzrə yekun qərar çıxarılanadək) dayandırılmışdır. Bundan başqa, məhkəmə kollegiyası iş üzrə şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı verikdləri ifadələrini, habelə iş üzrə toplanmış çoxsaylı digər sübutları hazırki qərarda təkrarən təsvir edilməsinə lüzum görmədən, həmin ifadələri və sübutları müqayisəli şəkildə mötəbərliyi üzrə qiymətləndirir. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin əsas dəlillərindən biri odur ki, mərhum Zərərçəkmiş şəxs əvvəllər hüquq mühafizə orqanlarına verdiyi ərizəsi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar 20 yanvar 2020-ci ildə qəbul edilmiş və həmin rədd qərarın ləğv edilməsinə dair Bakı şəhəri Nəsimi rayon prokurorunun müavininin 25 iyun 2021-ci il tarixli qərarı əsassız və qanunsuzdur. İlk növbədə qeyd edilməlidir, hal-hazırda Bakı şəhəri Nəsimi rayon prokurorunun müavininin 25 iyun 2021-ci il tarixli qərarının qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmır. Toplanmış çoxsaylı sübutlar əsasında apellyasiya icraatı zamanı cinayət işinə mahiyyəti üzrə baxılır. Bundan başqa, hazırki cinayət işində zərərçəkmiş şəxs qismində yalnız Zərərçəkmiş şəxs deyil, həm də Fərəh Mənsimova tanınmışdır ki, sonuncunun ərizəsi üzrə hər hansı cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilməmişdir. Ümumiyyətlə, müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlilləri belə söyləməyə əsas verir ki, müdafiə tərəfi fikri daha çox Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirsizliyinə, onların cinayət təqibini istisna edən inandırıcı və “ağlabatan” hallara deyil, prosessual məsələlərə yönəltməklə ittihamı şübhə altına almağa çalışmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin Plenum qərarında həmçinin izah edilir ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilən tövsiyyələri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4- cü maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünü müdafiə xarakterli ifadələri məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilmədiyindən, onlara bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətlərinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onları cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və müharibə veteranı olması onun cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzalarını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətdə göstərilənlər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza, şəxsiyyətlərinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə onlara cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, onlara şəxsiyyətlərinə, törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddənin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş tərəfin apellyasiya şikayətinə əsasən onların mülki iddia məsələsini müzakirə edərək hesab edir k, mülki iddianın cinayət icraatı zamanı təmin edilməsi mümkün olmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq mülki iddianın mülki icraat qaydasında verilməli olması nəticəsinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Fərəh Mənsimova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 50 saylı DNK-da 09 noyabr 2016-cı il tarixdə mülkiyyətimdə olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 89a, mənzil 29 etibarnamə əsasında Təqsirləndirilən şəxs1 və Şahid13 aralarında bağlanmış alqısatqı müqaviləsinin; "xxxx" firması tərəfindən inşa edilmiş mərhum X17 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi 9a saylı evin 106 saylı mənzilinin Təqsirləndirilən şəxs1 etibarnamə əsasında 30 mart 2018-ci il tarixdə Şahid15 satılmasına dair alqı-satqı müqaviləsinin, bundan sonra 01 may 2018-ci il tarixdə sonuncu ilə X2 aralarında bağlanmış alqı-satqı müqaviləsinin; "xxxx" firması tərəfindən inşa edilmiş mərhum X17 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi 9a saylı evin 105 saylı mənzilinin t.ş. Təqsirləndirilən şəxs1 etibarnamə əsasında 04 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 satılmasına dair alqı-satqı müqaviləsinin; Bakı şəhəri 53 saylı DNK-da 03 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi 9a saylı evin 105 saylı mənzilinə dair t.ş. Təqsirləndirilən şəxs2la Şahid6 oölu arasında bağlanmış alqı-satqı müqaviləsinin; Bakı şəhəri 13 saylı DNK-da 05 fevral 2019-cu il tarixdə mərhum X9 xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/l 9 ünvanda yerləşən bağ evinin etibarnamə əsasında Təqsirləndirilən şəxs1 və Şahid13 aralarında bağlanmış alqı-satqı müqaviləsinin; Abşeron rayonu 1 saylı DNK-da mərhum X17 məxsus olmuş “Toyota Land-Kruizer” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomaşının etibarnamə əsasında Təqsirləndirilən şəxs1lə Şahid14 aralarında 11 iyul 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, yuxarıda sadalanan daşınar və daşınmaz əmlakların zərərçəkmiş şəxs Fərəh Mənsimovaya qaytarılmasım xahiş etmişdir. Göründüyü kimi, zərərçəkmiş tərəf alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınar və daşınmaz əmlakların onlara qaytarılmasını xahiş etmiş, maddi tələb irəli sürməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndinə əsasən, əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqdiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırılmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, iddia tələbindən kənara çıxmamaq məqsədilə və mülki iddia tələblərinin ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadığını nəzərə alaraq, cinayət icraatı üzrə mülki iddianın elan olunmuş ittiham həcmində maddi ziyan şəklində təmin edilməsi məqsədə müvafiq və zərərçəkmiş tərəfin mənafeyinə uyğun deyildir və buna görə mülki iddia birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq baxılmamış saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X23, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin və eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 1(101)-175/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Cavid Hüseyn Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar