Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-266/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Rəhimov Elmar Eldar oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, Zərərçəkmiş şəxs, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev159 a-da qeydiyyatda olmaqla yaşaymış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 1(101)-1672/2022 saylı hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(101)-1672/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs dəymiş ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1672/2022 saylı hökmündən narazı qalan Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, hökmün dəyişdirilərək daha ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilmədiyindən ona daha ağır cəza verilməlidir. Maddi ziyan ödənilməmiş, maddi ziyanı ödəməkdə ona heç təşəbbüs göstərilməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və məhkum apellyasiya şikayəti verməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ümumiyyətlə ödənilmədiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla cinayət məsuliyyətini nəzərdə tutur. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Belə ki, iş materiallarında olan: - Zərərçəkmiş şəxs xx.xx.2022- ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdən etibarən tanışı Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək avtomobil kirayəsi işi qurmaq məqsədi ilə onun 130000 manat pulunu ələ keçirərək dələduzluq edib, gizlənmişdir, xahiş edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilsin.Ərizəsi ilə əlaqədar verdiyi izahatından Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin oktyabr ayının sonlarında ondan “Niva” markalı avtomobili almaq üçün 10000 manat almış, bundan sonra həmin “Niva” markalı avtomobilə əlavə qurğular qoydurmaq adı ilə ondan həmin ilin noyabr ayında daha 5000 manat almış, bundan savayı Mətinə icarəyə öz adına 19000 aldığı “Hyundai Elantra” **- NE-*** dövlət qeydiyyat nişanlı avtomobili notariat qaydasında etibarnamə ilə icarəyə vermiş, bundan savayı 2019-cu ilin yanva ayında 20000 manat aldığı “Hyundai Elantra” **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili Mətinə icarəyə vermiş, bundan savayı 2019cu ilin yanvar aylarının sonlarında “Ford Mustang” markalı avtomobili alıb icarəyə vermək üçün ondan 12000 ABŞ dolları almış, bundan savayı 2019-cu ilin fevral ayının ortalarında "xxxx" adlı turizm şirkəti ilə əməkdaşlıq etmək adı ilə hissə-hissə 60000 manat pulu notarial qaydasında almışdır.Həmin nəqiliyyat vasitələrini icarəyə verərək əldə etdiyi gəlirdən Mətin ona 3-4 ay müəyyən məbləğlərdə pul vermiş, sonra isə həmin avtomobilləri sataraq pullarını mənimsəmişdir. Mətin ona 156400 manat məbləğində maddi ziyan vurmuşdur. - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış yeri ünvan 1 ünvanında olan “Star Rent A Car” ofisinin qarşısıdır.Baxışda iştirak edən Zərərçəkmiş şəxs göstərmişdir ki, məhz bu ofisdə Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 130000 manat pul vermişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və sənəd aşkar edilməmişdir. - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış yeri Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 1c-dir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin yerdə Təqsirləndirilən şəxs övladının müalicəsi üçün 10 000 manat pul vermişdir. - xx.xx.2019-cu il tarixli “kredit müqaviləsindən” müəyyən olunur ki, Zərərçəkmiş şəxs (borc verən) Təqsirləndirilən şəxs (borc alana) 30000 manat pul vermişdir. - xx.xx.2019-cu il tarixli “kredit müqaviləsindən” müəyyən olunur ki, Zərərçəkmiş şəxs (borc verən) Təqsirləndirilən şəxs (borc alana) 30000 manat pul vermişdir. - Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üzrə növbətçi X13 xx.xx.2021-ci il tarixli təqririndən müyyən olunur ki, idarənin “Qaynar xətt” əlaqə mərkəzinə Zərərçəkmiş şəxs müraciət edərək, tanışı Təqsirləndirilən şəxs avtomobil icarəsi xidmətinin işlədilməsi üçün 90000 manat pul və əlavə olaraq 02 ədəd avtomobil vermişdir.Lakin, Təqsirləndirilən şəxs həmin avtomobilləri satmış, həmçinin 90000 manat pulu mənimsəmişdir. - xx.xx.2022-ci il tarixli “diskdə olan görüntülərə baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mobil telefonları vasitəsi ilə aparılmış «WhatsApp» yazışmalarından müəyyən olunur ki, yazışmalar 13 səhifədən ibarət olmaqla, yazışmalarda zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi «iki maşın və 120 000 manat pulun qaytarılması» ilə bağlı olmuş, Mehdinin ondan pulunu istəməsi, Mətinin isə hər dəfə söz versə də vədinə əməl etməməsi əks edilmişdir. - xx.xx.2022-ci il tarixli “diskdə olan danışıqların dinlənməsi haqqında” protokoldan müəyyən olunur ki, diskdə olan səs yazıları iki nəfər kişi cinsindən olan şəxslər arasında dialoqdan ibarətdir. Həmin şəxslər arasındakı danışıq 58 dəqiqə davam edir, danışıq vaxtı bir tərəfin adı Mehdi kimi, digər tərəfin adı isə Mətin kimi çəkilir, Mehdi bütün danışıq vaxtı qarşı tərəf olan Mətindən verdiyi pulları istəyir, arada aqressivləşir və səs tonunu qaldıraraq əsəbləşir, digər tərəf Mətin isə hər dəfə pullarını verəcəyini deyir, ümumilikdə isə Mehdinin Mətindən pullarını geri istəməsi mövzusunda danışıqdır. - xx.xx.2022-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına 2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilin yanvar ayının 15-nə qədər olan müddətdə Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsi-1 ünvanında nağd şəkildə, həmin ünvanda yerləşən «eManat» ödəmə terminalı vasitəsilə və öz kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan hesaba köçürdüyü ümumilikdə 7230 manat və 4000 ABŞ dolları məbləğində çekləri təqdim etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi çeklər 09 vərəqədən ibarət olmaqla çeklərin biri xx.xx.2021-ci ildə Nərimanov rayonu Ə.Rəcəbli-19 ünvanında olan terminaldan Təqsirləndirilən şəxs ünvanına 300 AZN, ikincisi xx.xx.2021-ci ildə Şərifzadə küçəsindən Təqsirləndirilən şəxs ünvanına 320 AZN, üçüncüsü Yasamal rayonu Kamal Rəhimov küçəsindən Təqsirləndirilən şəxs adına 900 manat, dördüncüsü xx.xx.2021-ci ildə Nərimanov rayonu Ə.Rəcəbli küçəsindəki «E Manat» ödəmə terminaından Təqsirləndirilən şəxs adına 150 AZN, beşincisi xx.xx.2021-ci ildə Şərifzadə küçəsində olan E Manat ödəmə terminalından Təqsirləndirilən şəxs ünvanına 500 AZN, altıncı Nərimanov rayonu Ə.Rəcəbli küçəsində olan E Manat ödəmə terminalından 615 manat, sonuncu isə Təqsirləndirilən şəxs adınaolan 4169 7385 3617 6070 hesab nömrəsinə 555 manat pulun göndərilməsi barədədir, bir fotoşəkil 05 ədəd 100-lük əskinaslarla dollarların göndərilməsi, digəri isə Təqsirləndirilən şəxs hesab nömrəsi ilə olan kartının şəkili və «Ceyran sabah Raulun Sevanın ölmüşü aldığım pulları qaytaracam. 4000 manatda Elvir deyib ki, 100 % verəcəyəm, belə də əlavə aldığım 600 manat pulu üstü qazancnan balalarımın canı sabah verəcəyim» sözləridir. Həmin çeklər cinayət işinin materiallarına əlavə edilir. - “Şübhəli şəxsin dindirilməsi barədə” xx.xx.2022- ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin noyabr ayında şərikli fəaliyyətlə məşğul olamq Zərərçəkmiş şəxs ilə birlikdə «Hyundai Elantra» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomaşını 18 500, ya da 19 000 manata almışlar və o onu şirkətə icarə kimi sənədləşdirib icarəyə verərək ayda Mehdiyə 700 manat gəlir verirmiş, həmin maşının pulunu Mehdi veribmiş, 2019-cu ilin yanvar ayında, ya 18, ya 19 min manata «Hyundai Elantra» markalı avtomaşın almışlar, həmin maşının da pulunu Mehdi verib və o avtomobili icarəyə verib Mehdiyə ayda 700 manat gəlir verirmiş. Bunlardan əlavə həmin aralarda Mehdidən 10 000 manat və 5000 manat pul götürübmüş ki, əlavə maşınlar alıb iş görsün və həmin pula Niva markalı maşın almaq və ya maşına əlavə qurğular qurmaq danışığı olmayıb, lakin həmin pula görə də Mehdiyə 400 manat aylıq gəlir verəcəyinə söz veribmiş. Dediyi maşınlara və pullara görə Mehdi ilə danışdıqları məbləğləri hər ay ona ödəmişdir. Bundan əlavə təxminən 2019-cu ilin yanvar ayında o Zərərçəkmiş şəxs 12 000 ABŞ dolları pul alıbmış, lakin həmin pula «Ford Mustang» markalı avtomaşını almasının Mehdiyə aidiyyəti olmayıb, həmin pula görə də Mehdiyə ayda 1000 manat haqq verirmiş. "xxxx" turizm şirkətinin Bakı şəhərində olan otellərinə qonaqların yerləşdirilməsi ilə məşqul olmağı və yaxşı gəlir götürməyi o Mehdiyə təklif etmiş və Mehdi onunla razılaşıb, ilk olaraq ona 30 000 manat pul verib, ikinci dəfə isə əvvəl verdiyi 12 000 ABŞ dollarını çıxmaqla ümumi 30 000 manat hesablayaraq fərqi ona verib və həmin borc müqaviləsi də 30 000 manat məbləğlə hesablanıb, həmin aldığı pulun da aylıq 5000 manatını Mehdiyə ödəmişdir.2020-ci ilin oktyabr ayında doğrudan da övladının ürəyində problem yaranıbmış və onun Moskvada əməliyyat olunması təklifi demişlər, o ona görə də Mehdidən 10 000 manat borca pul almışdır, həmin pulu da qaytarmamışdır. Onun ümumilikdə Mehdiyə 120 000 manat borcu qalmışdır. Protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X19 tərəfindən imzalanmışdır. - “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir ki, ilk olaraq 2018-ci ilin oktyabr ayında Bakı şəhəri S.Vurğun bağının yanında “Niva” markalı avtomobili almaq üçün Təqsirləndirilən şəxs ondan 10000 manat almış və icarədən ona 400 manat aylıq gəlir vəd etmiş, Bağırov.M yenidən təklifindən sonra 2018-ci ilin noyabr ayında **-NE-*** dövlət qeydiyyat nışanlı “Hyundai Elantra” markalı avtomobili 19000 manata almış və həmin avtomobildən Təqsirləndirilən şəxs ona aylıq 700 manat götürmək vədi vermiş, həmin vaxtda Bağırov.M ondan “Niva” markalı avtomobilə əlavə qurğular quraşdırmaq üçün 5000 manat pul almış ona əlavə gəlirlərini verməklə onu inandırmış və etibarından sui-istifadə etmişdir. Əlavə olaraq 2018-ci ilin dekabr ayında “Ford Mustang” markalı avtomobili almaq üçün Bağırov.M ondan 12000 ABŞ dolları almış və həmin avtomobildən aylıq 1000 manat gəlir əldə edəcəyini vəd etmişdir, ancaq ona yalnız 2 ay pul verilmişdir. 2019-cu ilin yanvar ayında o özünə 99-KX868 dövlət qeydiyyat nışanlı “Hyundai Elantra” markalı avtomobil almış və Bağırov.M avtomobili gördükdən sonra maşını icarəyə vermək təklifini irəli sürərək gündəlik 40 manat pul qazancı əldə edəcəyi barədə ona vəd vermiş və həmin avtomobili 2 saylı notarius orqanında etibarnamə ilə ona verdikdən sonra 1 aydan sonra gəliri verməmiş və müştərinin gəliri ümumi verəcəyini demişdir. 2019-cu ilin fevral ayında "xxxx" adlı turizm şirkətinə Bağırov.M 60000 manat sərmaye qoymaqla ayda 5000 manat gəlir əldə edəcəyini barədə vəd vermişdir. O Təqsirləndirilən şəxs tam inandığından ilk olaraq 3 saylı “Asan Xidmət” Mərkəzində borc müqaviləsi əsasında 30000 manat, 1 saylı “Asan Xidmət” Mərkəzində borc müqaviləsi əsasında 30000 manat umumi olaraq 60000 manat nağd pul vermişdir. Təqsirləndirilən şəxs ona vəd etdiyi puldan heç bir şey verməmişdir. Təqsirləndirilən şəxs şəriki Babəklə danışdıqdan sonra ona məlum olmuşdur ki, **-NE-*** dövlət qeydiyyat nışanlı “Hyudani Elanta” markalı avtomobili ona borc əvəzinə vermiş, **-KX-*** dövlət qeydiyyat nışanlı “Hyudani Elanta” markalı avtomobili isə Samir adlı şəxsə satmışdır.Əlavə olaraq Təqsirləndirilən şəxs ona övladının xəstə olmasını demiş və ondan övladının müalicəsi üçün 10000 manat nəğd pul almışdır. Əlavə olaraq onu bildirir ki, övladının dünyaya gəlməsi ilə bağlı 700 manat, “Ford Mustang” markalı avtomobildə cərimə olması ilə bağlı 600 manat almışdır, Bağırov.M 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayının 15nə qədər olan dövr ərzində “ Rent A Car” şirkətini açdığını demiş və onu aldadaraq müxtəlif vaxtlarda 4000 ABŞ dolları və 7230 manat pul Bakı şəhər Ə.Rəcəbli küçəsi-1 ünvanında ya nəğd ya da “E-manat” ödəmə terminalı vasitəsi ilə almışdır. Ümumilikdə Təqsirləndirilən şəxs ona 173030 manat pul ziyan vurmuşdur və bu ziyana Təqsirləndirilən şəxs vəd etdiyi gəlirlər daxil deyildir.Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs üzünə qarşı onları söyləmişdir ki, 2018-ci ilin noyabr ayında **-NE-*** dövlət qeydiyyat nışanlı “Hyundai Elantra” markalı avtomobili Zərərçəkmiş şəxs pulu ilə 18500 ya da 19000 manata almış icarə kimi sənədləşdirərək Zərərçəkmiş şəxs aylıq 700 gəlir vermişdir. 2019- cu ilin yanvar ayında Zərərçəkmiş şəxs 18000 manata ya da 19000 manata **-KX-*** dövlət qeydiyyat nışanlı Hyundai Elantra” markalı avtomobil almış və bu avtomobildən əldən edilən gəlirdəndə aylıq ona 700 manat pul vermişdir.Bundan əlavə Mehdidən 10000 manat və 5000 manat pulu “Niva” markalı avtomobil və əlavə qurğu üçün almamışdır, ancaq o pula görə Zərərçəkmiş şəxs aylıq 400 manat pul ödəmişdir. Ümumiyyətlə Zərərçəkmiş şəxs əldə edilən gəlirləri tam vermişdir. 2019-cu ilin yanvar ayında 12000 ABŞ dollarına “Ford Mustang” almağının Zərərçəkmiş şəxs adiyyatı olmamış və həmin pul görə ona aylıq 1000 manat pul vermişdir.2019-cu ilin 26-27 fevral tarixlərində Zərərçəkmiş şəxs "xxxx" adlı turizm şirkətinə sərmaye qoymaq üçün və aylıq 5000 manat gəlir əldə etmək üçün ondan ilk olaraq 30000 manat, ikinci dəfə isə ona əvvəl verdiyi 12000 ABŞ dollarını çıxmaqla ümumi 30000 manat fərqi ona vermişdir. O vəd etdiyi həmin 5000 manatlıq aylıq gəliri Zərərçəkmiş şəxs vermişdir. Biznesi sonradan çökdüyündən Mehdinin gəlirini verə bilməmiş və onu aldadırmış. O Zərərçəkmiş şəxs həqiqətən övladının xəstələnməsi ilə bağlı 10000 manat pul almış ancaq o pulu ödəməmişdir. O övladının dünyaya gəlməsi məqsədi ilə Zərərçəkmiş şəxs 700, “Ford Mustang” markalı avtomobilin cəriməsini ödəmək üçün isə 600 manat pul almışdır. - Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1981 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarnda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli, **********694700 nömrəli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs (VÖEN **********) fiziki şəxs (fərdi sahibkar) qismində xx.xx.2021-ci il tarixdən vergi orqanında uçota alınmış, lakin onun hər hansı müəssisənin rəhbəri olması barədə məlumat yoxdur. - DİN-nin BDYP idarəsindən alınmış xx.xx.2022- ci il tarixli, 105618-1222 saylı arayışından müəyyən olunur ki, «Hyundai Elantra» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 7 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü X8 adına olmuş, sonra ayrı-ayrı şəxslərə etibarnamə əsasında verilmiş, xx.xx.2018-ci ildə alqı-satqı müqaviləsi ilə Təqsirləndirilən şəxs, xx.xx.2019-cu ildə isə Şahid1 verilmişdir, ən sonda isə avtomaşın X1. «Hyundai Elantra» markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşın X3 adına olmuş, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi ilə Təqsirləndirilən şəxs Mahir oğluna verilmiş və sonra müxtəlif şəxslərə etibarnamə ilə verilmiş, sonuncu olaraq xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi ilə İmişli rayonu Bəcrəvan kənd sakini X9 istifadəsindədir; «Ford Mustanq» markalı avtomobil X5 adına olmuş, alqı-satqı müqaviləsi ilə Şahid1 adına keçmiş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs etibarnamə ilə verilmiş, sonuc olaraq hazırda etibarnamə ilə X4r. - "xxxx" MMC-nin arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında heç bir əmək müqaviləsi, mülki müqavilə və hansısa növ əqd bağlanmamış və heç bir əmək, mülki və başqa münasibətlər mövcud olmamışdır. Həmin şəxslər tərəfindən "xxxx" MMC-nin balansına və "xxxx" MMC tərəfindən də həmin şəxslərin hesabına hər hansı məbləğdə vəsait köçürülməsi olmamışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı övladı vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün etirafı ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə münasibət bildirərək, cəzanın ağırlaşdırılması üçün də hər hansı əsas görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını yüngülləşdirən hallar kimi nəzərə almış və cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin hökmü ilə qeyd edilmiş hallar nəzərə alınaraq məhkuma Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza verilmişdir. Kollegiya zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bu səbəbdən kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(101)-1672/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına hüquqi yardım xərci ödənilməlidir. Məhkum Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 5 (beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(101)-1672/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 5 (beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-266/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-266/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver