Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-267/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X28 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərər çəkmiş şəxs X9 nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçilər – Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi3, “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi5, Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1993-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, SMD 4 qəsəbəsində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 149.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 1(101)-578/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3, eləcə də zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov, Rasim Sadıxov, Azər Paşayev) 12 oktyabr 2022-ci il tarixli 1(101)-578/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 149.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəflərinə dair qərar qəbul edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2020-ci il tarixdə saat 22:00 radələrində xalası Qanuni nümayəndə xx xxxx 2004-cü il təvəllüdlü övladı Zərərçəkmiş şəxs gecə saatları olduğuna görə yaşadıqları Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evə tək getməməsi üçün anası Şahid9 xahişi ilə Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi ilə Leopold və Mstislav Rostropoviçlər küçələrinin kəsişməsində qarşılayaraq 24 avqust 2020-ci il tarixdə saat 22 radələrində tək yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirdikdən və xalası qızı ilə evdə tək gecələyəcəyini dəqiqləşdirdikdən sonra alçaq niyyətlə cinsi ehtirasını qarşı tərəfin iradəsinə zidd olaraq təmin etmək məqsədi ilə xalası qızı Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı onun 16 yaşının yeni tamam olması və bu münasibətlə 27 iyul 2020-ci il tarixdə ad günü məclisi keçirməsi, yəni sonuncunun aşkar surətdə yetkinlik yaşına çatmadığını dəqiq bildiyi və onunla könüllü şəkildə cinsi əlaqədə olmağa etiraz edəcəyini düşündüyü, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan olması səbəbindən spirtli içki qəbul edəcəyi halda ona müqavimət göstərmək imkanından məhrum olaraq köməksiz vəziyyətə düşəcəyini yəqin etməklə cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs evdə paltarlarını dəyişməklə anası Şahid9 məxsus rahat ev paltarlarından geyinməsini təklif edib sonuncunun ona olan güvənini artırmaq və paltarlarını dəyişməsi üçün şərait yaratmasına dair görüntü yaradıb əslində isə öz alçaq niyyətinə nail olmaq məqsədi ilə yaşadığı evin yaxınlığında, yəni ünvan 3 ünvanında yerləşən "SPAR SUPERMARKET Express Axundov” mağazasına getməklə həmin gün, yəni 24 avqust 2020-ci il tarixdə saat 23:11-də mağazadan 01 (bir) ədəd 0,45 litr həcmi olan "JİQULİ BARNOE 0%” adlı metal qablaşmalı spirtsiz pivə, 05 (beş) ədəd şüşə qabda hər biri 0,5 litr həcmdə, tərkibində 4,2% spirt olan "JİQULEVSKOE SALYAN” adlı pivə və digər ərzaq məhsulları alıb yaşadığı evə qayıdaraq cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs ona olan etibarından istifadə edərək aralarında olan güvəni daha da artırmaq məqsədi ilə sonuncuya əvvəl tərkibində spirt olmayan 01 (bir) ədəd 0,45 litr həcmi olan "JiQuLİ BARNOE 0%” adlı metal qablaşmalı spirtsiz pivəni içmək üçün təqdim edib, içdiyini gördükdən sonra, şüşə qablaşmada olmaqla tərkibində 4,2% spirt olan 0,5 litr həcmli "JİQULEVSKOE SAlYaN” adlı pivədən də sonuncunun içməsinə nail olmuş, lakin Zərərçəkmiş şəxs sərxoş olmadığını görüb pivə içmək istədiyini bəhanə etməklə 25 avqust 2020-ci il tarixdə, gecə saat 02-03 radələrində istintaqla müəyyən edilməyən mənbədən tərkibində daha çox, yəni 7,5% spirt olan əlavə 02 (iki) ədəd "Baltika-9” adlı spirtli pivə almaqla evə qayıtmış, 25 avqust 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs pivə içməklə sərxoş olmadığını və cinayətkar niyyətinə nail ola bilməyəcəyini görərək guya bibisi oğlu Şahid12 ilə sonuncunun nişanlısı Şahid16 onlara gəldiyini və onları qarşılamaq üçün evdən çıxacağını Zərərçəkmiş şəxs bildirməklə yuxarı mərtəbədə olan otağa keçməsini təklif edərək evdən çıxmış, təxminən 5 dəqiqə sonra evə geri qayıdaraq istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda əldə etdiyi, növü və tərkibi müəyyən edilməyən bihuşedici maddəni stəkana süzdüyü "Baltika” markalı spirtli pivə içkisinə qatmış, daha sonra isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evin ikinci mərtəbəsində olan otaqdan çağıraraq bibisioğlunun və sonuncunun nişanlısının artıq onlara gəlməyəcəklərini bildirməklə onun üçün süzdüyü fərqli pivənin daha dadlı olduğunu deyib tərkibinə istintaqa dəqiq növü məlum olmayan bihuşedici təsir göstərən maddə əlavə etdiyi həmin pivəni xalası qızı Zərərçəkmiş şəxs aldadıb içirtməklə sonuncunun sərxoş və bihuş, yəni şüursuz vəziyyətdə olmaqla ətrafında baş verən hadisələri dərk etmək və ona qarşı edilən seksual hərəkətlərə müqavimət göstərmək imkanından məhrum etməklə köməksiz vəziyyətə salaraq Zərərçəkmiş şəxs üst və alt paltarlarını çıxarıb evin ikinci mərtəbəsində yerləşən özünə aid otaqda özünün yatdığı çarpayının üzərinə uzadıb həmin çarpayının üzərində ereksiya vəziyyətində olan cinsi orqanını zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinsi orqanına daxil etməklə qızlıq pərdəsinin tamlığını, yəni bakirəliyini pozaraq onunla bir neçə dəqiqə ərzində cinsi əlaqədə olmaqla eyni zamanda cinsi ehtirasını daha da artırmaq üçün Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən öpməklə, əlləri ilə sıxmaqla sonuncuya sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthində, sol baldırın yuxarı 1/3-nin arxa səthində, sağ süd vəzisinin iç kvadrantında, üst və alt dodaqların sol hissəsinin selikli qişalarında qançırlar kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs, yəni doğma xalası qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmaqla onu zorlamışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 apellyasiya şikayətləri verib Təqsirləndirilən şəxs CM-nin 149.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(101)-578/2022 saylı hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Həmçinin zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib hökmün cəza təyini hissəsində dəyişdirilərək Təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, həmçinin Bakı şəhər Yasamal Rayon prokuroru və Bakı şəhər Yasamal Rayon Prokurorluğunun müstəntiqi X10 barəsində xüsusi qərar qəbul edilib Baş Prokurorluğa göndərilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçiləri apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təqsirləndirilən şəxsin barəsində bəraətverici hökm çıxarılmasını, zərər çəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməməsini, zərər çəkmiş şəxsin nümayəndəsi özünün verdiyi apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçilərinin apellyasiya şikayətlərinin təmin olunmamasını, dövlət ittihamçısı isə istər zərər çəkmiş şəxsin nümayəndəsinin, istərsə də təqsirləndirilən şəxsin müdafiəçilərinin apellyasiya şikayətlərinin təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçilərinin və zərər çəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(101)-578/2022 saylı hökmü dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertiza və X20 PHŞ, Mərkəzi Məhkəmə-Tibbi Ekspertiza şöbəsinin rəisi işləyən X3 göstərmişdir ki, Zərərçəkmiş şəxs cinsiyyət ekspertizadan keçirilməsi ilə əlaqədar Birliyin ekspertizasına qərar daxil olmuş, bu qərar əsasında Bakı şəhər şöbəsinin şöbə müdiri tərəfindən şəxsi anamnestik məlumatlar toplanılmışdır. xx.xx.2020-ci il tarixdə ekspertlər komissiyasının üzvü kimi Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulması ilə əlaqədar müayinə keçirmiş, eləcə də bədən xəsarətlərinin olub-olmaması və həmin xəsarətlərin əmələgəlmə mexanizmlərinə təsir ekspertizasının aparılmasında iştirak etmişdir. Müayinəni şöbə müdiri Şahid13 ilə birlikdə aparmışdır. Anamnestik məlumatların toplanması birbaşa onun səlahiyyətində olmuşdur. Müayinə zamanı Zərərçəkmiş şəxs bədən səthində bir neçə nahiyədə qançırlar vardır. Zərərçəkmiş şəxs sorğu zamanı bildirmişdir ki, 25 avqustda, yəni müayinədən iki gün qabaq xalasının evində saat 2:00 radələrində xalası oğlu Əsgər onu spirtli içkilər içirtmiş, Sənay içkini içdikdən sonra heç bir şey xatırlamır. Yalnız durub hamama gedərkən cinsiyyət orqanında qan olduğunu görmüşdür. Verilən suallara cavab olaraq Sənay bildirdi ki, ilk aybaşı 14 yaşından başlayıb, sonuncu avqust ayının əvvəlində olmuşdur. Dəqiq vaxtını deyə bilməmişdir. Müayinə zamanı onun sol bazu nahiyəsində 2x1,5 sm kiçik ölçüdə bir dənə qançır, sol baldırın yuxarı 1/3-də, eləcə də sol baldırın aşağıdan baldır nahiyəsində bir ədəd qançır, bundan başqa sağ süd vəzinin iç kvadratında bir ədəd qançır olmuş, üst və alt dodaqlarında isə eyni tərəfdə, sol tərəfdə sevişdiyi halda qansızma olmuşdur. Yəni bu qançırların da rəng göstəriciləri əsas vermişdir ki, xəsarətlər 3-5 gün ərzində yaranmağa uyğun gəlir. Qançırın rəng göstəriciləri hər şəxsdə eyni vaxtda başlayıb eyni vaxtda bitmir. Qızlıq pərdəsinə baxış keçirərkən Zərərçəkmiş şəxs ginekoloji stola qaldırılılr, hazır vəziyyətə gətiriləndən sonra otağa daxil olur. Başqa bir həkim xanım onu başa salır ki, neynəməlidir, hansı vəziyyətdə uzanmalıdır və yaxud da ki, hansı vəziyyəti almalıdır. Baxış zamanı qızlıq pərdəsinin pozulması aşkar edilmişdir. Belə ki, şərti olaraq saat siferblatı ilə qiymətləndirildikdə, siferblatının 5 rəqəminə uyğun, yəni üzbəüz uzandığı halda 5 rəqəminin olduğu nahiyədə qızlıq pərdəsinin əsasına çatan cırılma olmuş, cırılmanın kənarında qansızma aşkar edilmişdir. Qansızmanın olması, çapığın isə olmaması əsas verir ki, qızlıq pərdəsinin tamlığının pozulmasının iki həftəyə qədər müddətini qiymətləndirilsin. Ümumiyyətlə cinsi ekspertizalarda belə qəbul olunur ki, qızlıq pərdəsinin tamlığının pozulması 2 həftəyə qədər və 2 həftədən artıq müddət kimi götürülür. 2 həftə müddətinə çapıq əmələ gəlməsinə görə, çapıqlaşırsa artıq 2 həftədən sonra demək olmur dünən olub, srağagün olub, nə vaxt olub. Ancaq 2 həftəyə qədər müddətdə isə onun təzə olmasını və həmin vaxtda olub-olmamasını aydınlaşdırmaq mümkündür. Zərərçəkmiş şəxs arxa nahiyəsinin də müayinəsi aparılıb, orada hər hansı bir dəyişiklik aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertiza və X20 PHŞ Bakı şəhər şöbəsinin rəisi əvəzi işləyən Şahid13 analoji ifadə vermişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs X36 ifadələrində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun doğma xalası qızıdır, münasibətləri yaxın olub. Sənaya heç vaxt zəng etməmiş, bir dəfə "whatsapp” proqramı vasitəsilə şəkillərini paylaşmışdı, o da onda ona iradını bildirmişdir. Xalası Zümrüd zəng edib Sənayın onunla qalmasını xahiş etdikdə buna etiraz etməmişdir. Sənay onlara gəlmiş, görüşdükdən sonra ona evdə anasının paltarları olmasını və istədiyini geyinə biləcəyini demişdir. Özü kompüterdə işləyib pivə içmişdir, sonra marketə getmiş, gələndə isə Sənay demişdir ki, "olar alt paltarlarım ilə gəlib sənin yanında oturum”. O da ona tərs baxıb kompüteri ona vermişdir. Sənay kinoya baxmaq istədiyini dedikdə razılıq vermişdir. Bir müddət sonra Sənay telefonunda problem olduğunu deyib düzəltmək üçün ona vermiş, sonra isə içkili olub kiminləsə cinsi əlaqədə olmasından danışmışdır. Sənayın sərbəst olduğu üçün buna əhəmiyyət verməmişdir. Atası barəsində danışdı, dedi ki, atası onlara qarşı sərt davranır, onlara fahişə kimi baxır. Sonra atasının da ona təcavüz etdiyini dedi. O, inanmamışdır, lakin ondan nə vaxt olduğunu, anasının bilib-bilməməsini soruşmuşdur. Anasının bildiyini, hətta intihara cəhd etdiyini dedi. İngilis dilində danışdı dedi sənə ehtiyacım var. Yatdı, səhər dedi getməliyəm, işim var. O da istəyirsə çıxıb getməsini demişdir. Ətrafda olanlardan belə qənaətə gəlir ki, Sənay ondan şikayət etməyinin səbəbi birinci qızı kimi atasının təcavüzündən şikayət edib xaricdə sığınacaq almaqdır. Sənayın xaricə getməsi barədə eşitmişdir. Azərbaycanda yaşamaq istəmədiyini, xaricə getmək istədiyini deyirdi. Sənayın on altı yaşının tamam olduğunu bilmişdir, dedi ki, on altı yaşı tamam olub, artıq öz hüquqları var. Vəkilindən eşitmişdir, on altı yaşı tamam olan şəxs cinsi əlaqədə ola bilər. Sənay deyirdi hər yerdə bacım Selcanı tanıyırlar, istəyirəm məni də tanısınlar. Tək qaldıqları birinci dəfə idi, hətda o, xaricə gedəndə öz evlərini onlara vermişdir. Əvvəllər də onlara gəlib ailələri ilə qalıb. İstintaq zamanı bilmişdir ki, Sənayı onlara onun vəkili gətirib. Sənayın özü həmişə tarqovuda gəzən olub. Sənay gəlməmişdən əvvəl 2-3 butulka pivə atasının maşınından götürmüşdür, sonra «Spar» marketə gedib almışdır. 6-7 ədəd spirtli pivə içkisi olub. Başqa çipsi, suxarik almışdır. Onun belə bir məqsədi olsaydı heç onu almazdı. Sənay üçün spirtsiz içki almışdır. Sənaya siprtli yox, spirtsiz içki təklif etmişdir. O da içdi. Dedi bir dənə spirtli içki qalıb olar onu içim, hətta dedi anamla birlikdə spirtli içki içirdik. İçki içib söhbət etməklərinin nə qədər çəkdiyini xatırlamır, Sənay saat 11-12 radələrində onlara gəlib, neçədə yatdığını xatırlamır. Sənay özü dedi paltarını dəyişmək istəyir. Paltarı qarderobdan özü seçdi. Sənay onlara gələndə dəri kurtka, yubka, mayka geyinmişdi. Onun özü isə İspaniyadan aldığı şortik, maykanı geyinmişdir. Sənayın üzərində kalqotka görməmişdir. Sənay axırıncı paltarlarını hamama atmışdı. Özünün və Sənayın geyindiyi paltarları istintaq zamanı təhvil vermişdir. Həmin vaxt çox ciddi lahiyə üzərində işlədiyi üçün Sənayın nəyə baxdığına fikir verməmişdir. Sənayın paltarlarında qusma izləri vardı. İlk dəfə Sənay sual verdi neçə yaşın var, o da 27 yaşı olduğunu dedikdən sonra o da öz yaşını dedi. Sənay açıq sözlü insan olduğu üçün onun danışığı ona qeyri-adi gəlmirdi. Onun bacısından Sənay haqqında da eşitmişdir. Sənayın xasiyyətinə bələd olduğu üçün verdiyi suallara əhəmiyyət verməmişdir. Sənay bir ədəd spirtsiz pivə və bir stəkan spirtli pivə içdi. Sənayın telefonunu format etmişdir. Mənzildə sanuzel bir dənədir, birinci mərtəbədədir. Birinci mərtəbədə işlədiyi üçün Sənayın öyümək səsini eşitmişdir, amma onun qusmağını görməmişdir. Ona heç bir kömək etməmişdir. Sənay atası barədə danışdı, sonra siqaret götürüb yandırdı, bundan sonra qusmağa başladı. Qusma baş verdikdən sonra gedib yatdı. Paltarlarını hamam otağında qoymuşdu. Sənay yatdıqdan sonra o yatan otağa daxil olmamışdır. Sənayın yardıma ehtiyacı olmayıb. Sənay yatdıqdan sonra o, işini davam etdirmişdir. Zümrüdün ona səhər neçədə zəng vurduğunu bilmir. Sənayın yatdığı otağa gedib onu oyatmış, Sənay da dedi işim var, get. Özü Sənaydan əvvəl Zümrüdün zənginə oyanmışdır. Sənay axşam yatmağa gedəndə ona odeyal vermişdir. Onun otağında işıq olmamışdır, dəhlizdə işıq var, otağı da işıqlandırırdı. Sənayla normal şəkildə ayrılmışlar. Saat yarım keçdikdən sonra anası zəng vurub Sənayın belə dediyini, polislə onun evinə gələcəyini demişdir. Həmin vaxt Dərnəgüldə olmuşdur. Evdə hər şey üç gün olduğu kimi qalmış, natəmizlik olduğu üçün sonra təmizləmişdir. Səs yazısı var ki, oyun onun üçün bitdi, o, heç yerə şikayət etməyəcək. Gələndə Sənayda heç bir xəstəlik görməmişdir. Səs yazma var, orada Sənay deyir ana mən 25-i getməliyəm. Sənaydakı xəsarətlərin ona aid olmamasını sübut edənlər var. Sənayın dodağında xəsarətlər görmüşdür, amma bilmir ki, harada yaranıb. Zümrüdə günorta zəng edib soruşmuşdur ki, bu nə məsələdir. Meydan TV-nin iki əməkdaşı ilə onu oğurlamağa çalışmışdılar. Sənay axşam onlara gələndə əynində yubka olmuş, əynini ikinci mərtəbədəki otaqda dəyişmişdir. Paltarları girəcəkdəki otaqdan götürmüş, paltarlarını dəyişib aşağı düşmüşdür. Düşdükdən sonra nə söhbət etdiklərini xatırlamır. Yemək-içmək almaq üçün mağazaya getmişdir. Mağazadan piza, günəbaxan tumu, spirtsiz pivə almış, spirtsiz pivənin bir şüşəsini Sənay, digərlərini özü içmişdir. Sənay pivə içdikdən sonra əxlaqsız söhbətlər edirdi, kiminlə cinsi əlaqədə olmasından, atasının təcavüzündən danışırdı. Taksini saat üç radələrində çağırmışdır, onun taksi çağırmağından Sənayın xəbəri olmasını bilmir. Sənay yuxarı pəncərədən taksinin gəldiyini görmüşdür. Taksini açıq sifariş etmişdir, aparacağı ünvanı qeyd etməmişdir. Birinci zəng vurduğu adam gəlmədiyi üçün taksi ünvana gəldikdən sonra proqramla imtina etmişdir. Taksi gələndə Sənay yuxarı otaqlarda olmuşdur. Həmin gecə marketə bir dəfə, evdəki pivələr qurtardığı üçün, pivə almağa getmişdir. Sənay aşağı düşüb kompüterin qarşısında oturmuşdur. Birinci gələndə Sənaya spirtsiz pivə təklif etmişdir. Özü spirtlisini içmişdir. Sənay da pivəni yarıya kimi içmişdir. Sənayın yatmağa nə vaxt getdiyini bilmir. Sənay yuxarıdakı otaqda yatmışdır. Sənayın qusma saatını bilmir. Sənayın taksi gəlməmişdən əvvəl, yaxud sonra qusduğu yadında deyil. Sənay hamamda qusmuş, səsini eşitmişdir. Sənay bədənini yumamışdan öncə ondan dəsmal istəmiş, o da ona çəhrayı dəsmal vermişdir. Sənayın yatmaq saatını bilmir, pilləkanın yanındakı otaqda yatmışdır. Özü mətbəxdəki divanda yatmışdır. Sənayın telefonu mətbəxdə idi. Səhər onun telefonuna zəng gəlirdi. Onun da, özünün telefonuna zəng gəlirdi. Hansına cavab verdiyini xatırlamır. Sənayın anası idi, Sənayın videokonfransa qoşulacağını deyirdi. Sənay videokonfrans barədə ona deməmişdir. Sənayı oyadanda üzərində odeyal var idi. Sənay getdikdən sonra ona zəng vurub-vurmamağı yadında deyil. Sənay getdikdən sonra öz işlərilə məşğul olmuşdur. Sənaydan üç gün sonra evi özü yığışdırmışdır. Pivə şüşələrini atmışdır, boşqabları yumuş, hamamı yığışdırmış, prostina və ədyalı yumuşdur. Ədyalda qan ləkələri var idi. Ədyalın niyə qanlı olduğunu bilmir. Dedilər polis gələcək, polis gəlmədiyi üçün o, da yumuşdur. Ona ayın 25-i, 26-sı polisin gələcəyini dedilər, amma gəlmədi. Zümrüd səs atdı, səsdə oyun bitdi dedi. Taksini «Uber» xidməti ilə sifariş vermişdir. «Uber» də taksinin harada olduğunu göstərir. Sənay saat iki radələrində seksual həyatından danışırdı, hormonal pozuntusu olduğunu deyirdi, həmin vaxt özü internet brauzerdə işləyirdi. Sənayın hansı məqsədlə çılpaq gələ bilərəm deməsini bilmir. Zümrüdgilə on iki - on üç ildir ki getmir. Sənay 25 avqust tarixədək onlarda olub. Sənayın gec gəldiyi gün olub. Zümrüd Sənayı gətirmək üçün atasına zəng vurub. Atası Zümrüdün dediyi yerə getdikdən sonra atasına deyib ki, başqa yerə getsin. Bu 25 avqustdan təxminən bir ay əvvəl olub. Sənayın içki içməyini bilmişdir. Özü dedi anamla və dostlarımla içmişəm. Sənay spirtsiz pivəni tək içdi. Sonra marketdən əlavə bir ədəd spirtli pivə almışdır. Onu tək özü içmişdir. Sənay siqaret çəkirdi deyə qusdu. Sənay birinci aldığı spirtli pivədən içmişdir. Sənayın özünü pis hiss etdiyini görməmişdir. Sənay atasının ona təcavüzündən, anasının bunu bildiyindən danışırdı. Atasının hadisəsini danışdıqdan sonra hamama getmişdir. Sənayın əynində nə olduğunu görməmiş, Sənaya ədyal verəndə o, çarpayıda uzanmışdı. Xalası ilə iki dəfə danışmışdır. Birinci dəfə dedi ki, oyat konfransa qoşulacaq. İkinci dəfə də soruşdu ki, qoşulmayıb. Zümrüd oyat deyəndə Sənayın otağına çıxmışdır. Sənay uzanmışdı, üzərində ədyal var idi. Sənay oyandıqdan sonra o, hamam otağına getdi. Qayıtdıqdan sonra aybaşı qanı olduğunu, hormonal pozuntusunun olduğunu dedi. Sənay qanı gördükdən sonra aralarında nəsə olub-olmadığını soruşdu. Atasının təcavüzünün aralarında qalmasını xahiş etdi. Sənay səhər duranda hamamda paltarlı idi, öz paltarlarının harada olması yadında deyil. Pivəni özü stəkanda, Sənay isə butulkada içirdi. Onun özü həmin gecə kənar şəxslə görüşməmişdir. Fərid onlara gəlməli idi, lakin gəlməmiş, o da onunla əlaqə saxlamamışdır. Sənay gedəndə işi olduğunu bildirib sonra qayıdacağını demişdir. Evdən çıxacağı üçün açarı hara qoyacağını ona demək üçün Sənaya zəng etmişdir. Sənaya bir-iki dəfə zəng etmişdir. İlk dəfə zəngi isə Sənay evdən çıxandan sonra etmişdir. Sənay onun zənginə cavab vermişdir. Onun Sənaya zəng etməkdə məqsədi o idi ki, Sənay yenidən evə gəlsə açarı hara qoyduğunu ona desin, çünki özü evdən çıxmalı olmuşdur. Sənaya yenidən onlara gəlməsini təklif etməmişdir. Sənayın özü ona demişdi ki, ola bilsin ki evə gələcək. Sənay gedəndən sonra anası ona zəng edib Sənayın deməsinə görə ona toxunduğunu, anasının onu yoxlatmağa apardığını demişdir. Polis gəlib yoxlasın deyə həmin ayın 25, 26, 27 tarixlərdə yataq örtüklərini yumamışdır. Polislərin gəlmədiyini görüb ağları paltaryuyan maşında yumuşdur. Sonrakı günlərdə mətbəxdə yatmamışdır. Onun qan qrupu İİİ/+, anasının qan qrupu İV/+, atasının qan qrupu İİİ/+dir. Cinayət işi başlanan ərəfədə jurnalistlər gəlib evlərinin şəkilini çəkmişdilər, o da bu barədə polisə zəng vurub məlumat vermişdir. Məlumatı da qeydə alıb gəldilər. Noyabr ayında bir qız zəng edib layihəsini bəyəndiklərini, Kapitalbankda tətbiq edəcəklərini demişdilər. O da atası ilə getmişdir. Maşından düşdükdən sonra Sənay onun üstünə hücum çəkib hamilə oluğunu demişdir. Orada ona xəsarət yetirmişlər. Türkiyədən gələndən sonra bir il yarım idi ki Sənayla əlaqə saxlamışdır. Sənay feminist qrupun üzvü idi. Həmin qrupların adı «femitopi», «femkulis» idi. Anası ilə qızının münasibətləri çox vaxt pis olurdu. Sənay onun yanında alt paltarında otura biləcəyini soruşduqda ona sərt cavab vermişdir. Bu söhbət içkili olandan sonra, olmayıb. Menstruasiya qadınlarda baş verən hadisədir, o, bunu normal qarşılayır. Həmin gecədən əvvəl də bu söhbət olub, o, bunu demək istəyir. Bir dəfə Sənay əsəbi gəldi, nə var, nə var, marketdə qadınların istifadə etdiyi bezi ona qara paketdə veriblər, o da market yiyəsi ilə dalaşıb ki, "sən niyə mənə bunu qara paketdə verirsən”. Ona bunu özü deyib. Onu deyə bilər ki, gecə vaxtı dəfələrlə soruşurdu ki, "sən içəndə olur ki, heç nə xatırlamırsan”, yaxud da "səndə elə şey olur ki, gecəni xatırlamırsan”. Həmin gün özü çox içki içmişdir, amma sərxoş hiss etməmişdir. Sənay açıq qız idi, yəni özünü sərbəst ifadə edirdi. Hətta "Vagina mənimdir, özüm bilərəm” kimi sözləri sosial şəbəkələrdə paylaşıb. Həmin sözü ona deməyib, amma dəqiq bilir ki, bu yazı ilə sosial şəbəkədə paylaşım edib. Sənayın alt paltarlarının harada olmağını xatırlamır. Onun əynində ancaq şortik var idi. Sənayın danışığı xoşuna gəlmədiyi üçün taksi çağırmışdır. elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir: «... ünvan 4 ünvanında tək yaşayır və ailə üzvləri ona baş çəkmək üçün Beyləqan rayonundan gələn zamanı həmin ünvanda qalırlar. Ailəsi valideynlərindən və bacısı Humay Ağayevadan ibarətdir. Atası Şahid10 Beyləqan MRX-da stomatoloq işləyir. Anası Şahid9 1 saylı orta məktəbdə müəllimə işləyir. Bacısı Humay ailəlidir və ailəsi ilə birlikdə Almaniya FR-də yaşayır. O ixtisasca həkimdir. Özü 2010-cu il tarixdə Bakı şəhərində yerləşən 190 nömrəli orta məktəbi bitirmiş, həmin ildə imtahan verərək X7-Uludağ Universitetinin iqtisadiyyat fakültəsinin maliyyə ixtisasına qəbul olmuş və 2018-ci ilin yanvar ayında universiteti bitirmişdir. Səhhətində olan problemlərlə bağlı (onurğasında olan problemlərlə bağlı) həqiqi hərbi xidmətdə olmamışdır. Azərbaycana qayıdandan sonra müxtəlif yerlərdə işləmiş, 2021-ci ilin mart ayından isə Azərbaycan Respublikası İdman Nazirliyinin nəzdində olan T.Bəhrəmov adına stadionda mühəndis proqramlaşdırıcısı işləyir. Zərərçəkmiş şəxs onun doğma xalası Zümrüdün qızıdır. Xalasının iki qızı vardır. Həyat yoldaşı Fuad Qəhrəmanlıdan təxminən 3-4 il olar ki, ayrılmışlar. Zümrüd kiçik qızı Sənayla birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayır. Böyük qızı Selcan Qəhrəmanlı isə Hollandiyada miqrant kimi yaşayır. Zümrüdlə anasının təxminən 2 il olar ki, münasibətləri yenidən normallaşmışdı. Belə ki, ona məlum olmayan ailədaxili münaqişə ilə bağlı onlar uzun müddət küsülü olmuşlar. 2019-cu ilin fevral ayında Türkiyədən gəldikdən sonra onları barışdırmışdır. Həmin tarixdən etibarən bir-birinin evinə gediş-gəliş yaranmış, xalası qızı Sənayla münasibəti xalaqızı-xalaoğlu münasibətlərindən kənara çıxmamışdır. Sonuncu dəfə təxminən 22-23 avqust 2020-ci il tarixdə Zümrüdlə Sənay anası və atası evdə, yəni Yasamal rayonu Rostropoviçlər küçəsi 16 ünvanında olarkən onlara gəlmişlər. Gəlmə səbəbləri isə atası Şahid10 onlara aldığı ərzaq məhsullarını aparmaq olmuşdur. Onlar evdə bir müddət oturduqdan sonra mehriban formada, hər hansı dava-dalaş olmadan söhbət edərək getmişlər. Zümrüdgilin yaşadığı Mehdiabad qəsəbəsindəki evlərində təxminən 12-13 il bundan əvvəl olmuşdur. İşlərinin çoxluğundan vaxt tapıb gedib-gələ bilməmişdir. Xalasıgil onlara gələn zaman isə o, işləri ilə məşğul olmuş və bu səbəbdən də xalası Zümrüd və xalası qızı Sənay ilə söhbət etməmişdir. Zümrüdün mobil telefon nömrəsini bilməklə onunla bir neçə dəfə əlaqə saxlamış, danışmışdır. Sənayın da mobil telefonu olmuş, lakin nömrəsini əzbər bilməmişdir. Hadisəyədək onunla dəfələrlə bir qohum kimi zəngləşərək danışmışdır. Amma məlum hadisədən sonra xx.xx.2020-ci il tarixdə günorta saatlarında ona zəng edərək danışdığı zaman Sənayın və anası Zümrüdün onu təhqir etmələrindən sonra ona ümumiyyətlə zəng etməmiş və mobil telefon vasitəsilə əlaqə saxlamamışdır. Sənayla hadisədən əvvəl bir neçə dəfə "Whatsapp messenger” sosial şəbəkəsində də danışmışdır. Lakin hansı tarixlərdə danışmasını xatırlamır. Belə ki, xatırlamadığı tarixdə, lakin hadisədən əvvəl, Sənayın "Facebook” sosial şəbəkəsində olan profilində pornoqrafik videolar paylaşılmışdı. Onun "Facebook” səhifəsindəki adı "Sənay Yağmur” idi. Onunla həmin sosial şəbəkədə dostluğu olmuşdur. Bu barədə ondan soruşduqda Sənay səhifəsinin oğurlandığını bildirmiş və buna görə ona antivirus "linki” göndərərək telefonuna yükləməsini demişdir. Ümumiyyətlə, Sənayın 16 yaşının tamam olduğunu özünün ona deməsinə görə bilmişdir. Sənay feminist qrupların və "LGBT” üzvü olmaqla müstəqil fikirləri ilə sosial şəbəkələrdə aktivdir. Məlum hadisə barədə göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə bütün günü evdə olmuş və həmin gün saat 22 radələrində evdə tək olduğu müddətdə Zümrüd əzbər bilmədiyi, lakin istifadəsində olan mobil nömrəsindən onun istifadəsində olan 0***-***-**-** "Whatsapp messenger” sosial şəbəkəsində istifadə etdiyi Türkiyə Respublikası mobil operatorlarına aid, lakin yalnız sosial şəbəkədə istifadə etdiyi, faktiki olaraq istifadə etmədiyi nömrəsinə zəng vuraraq Sənayın axşam olduğundan evlərinə getməyinin gec olmasını, bu səbəbdən Sənayın gecə qalmaq üçün onlara qalmağa gəldiyini və onu qarşılamasını bildirmişdir. 0***-***-**-** nömrə atası Şahid10 adınadır. Bu nömrəni o, tələbəlik vaxtları Türkiyə Respublikasında işlətmişdir. Hazırda "Whatsapp messenger” sosial şəbəkəsində 050-60595-77 nömrə üzərindən qeydiyyatdan keçirmişdir. Sənayın istifadəsində olan xatırlamadığı mobil nömrəsinə zəng vurduqda evlərinin yaxınlığında olduğunu bildirmişdir. Çölə çıxıb Sənayı qarşılamış, onun piyada gəldiyini hiss etmiş, çünki ətrafda heç bir taksi və ya nəqliyyat vasitəsi görməmişdir. Həmçinin o gəlməmişdən əvvəl həyətə düşərək Sənayın gəlməsini gözləmişdir. Sənayın əynində qara rəngli dəri gödəkcə, şəffaf kalqotka və ağ rəngli yubka olmuşdur. Onunla salamlaşıb evə dəvət etmiş, həmin vaxt ətrafda kiminsə olmasını müşahidə etməmişdir. Sənayla birlikdə evə qalxmış, Sənay ondan evdə geyməsi üçün rahat ev paltarlarından istəmişdir. Bundan sonra onu evin girəcəyindəki şkafa istiqamətləndirərək oradan lazım və uyğun olan paltarları götürməsini bildirmişdir. Sənay orada geyinməyə paltar axtarmış onun paltarlarından yarımqol qara rəngli maykanı (kimano) və göy rəngli şortu geyinmişdir. Bundan təxminən 2-3 dəqiqə sonra evdən çıxıb yaxınlıqda olan "Spar” marketə gedərək çipsi, fıstıq, tum, pendir, 1 spirtsiz "Baltika” və 4 şüşə spirtli pivə (adını unutmuşdur, içkinin spirt faizi barədə məlumatı yoxdur) almış və evə qayıtmışdır. Sənay onlara gələnə kimi atasının maşınından götürdüyü bir ədəd 0,5 litrlik "Kuller” (spirtlilik dərəcəsi barədə məlumatı yoxdur) markalı pivəni içib qurtarmış və bu səbəbdən yenidən marketdən pivə almışdır. Mağazadan aldığı spirtsiz pivəni Sənaya vermiş və həmin içkini Sənay içib qurtarmışdır. Özü isə iki ədəd 0,5 litrlik spirtli pivə şüşəsini içib qurtarmışdır. Sənay qeyd etdiyi içkini içib qurtardıqdan sonra ondan aldığı spirtli pivədən içmək istədiyini bildirmiş və şüşələrdən birini götürmüşdür. Lakin Sənayın həmin pivədən nə qədər içməsinə fikir verməmişdir. Evdə olanda Sənay ondan kinoya baxa bilib-bilməməsini soruşmuş, aralarında olan söhbət zamanı ona əvvəllər dostları və anası Zümrüdlə spirtli içki, o cümlədən pivə içdiyini bildirmişdir. Onun kompüterdə hazırlamalı olduğu layihə olduğundan həmin işlə məşğul olmuş, digər dizüstü kompüterini isə Sənaya vermişdir. Sənayın həmin kompüterdə nə ilə məşğul olmasına fikir verməmişdir. Sənayın həmin vaxt işlətdiyi kompüteri hissələrə parçalamaqla sosial şəbəkə üzərindən satmışdır. Lakin kompüterin hissələrini dəqiq olaraq kimə satdığını xatırlamır. Sənay səhəri gün, xx.xx.2020-ci il tarixdə alman dilində olacaq canlı, internet üzərindən keçiriləcək konfrans üçün öz adına “Zoom” adlı sosial video ünsiyyət proqramı yükləmək istəmiş, onunla məşğul olmuş, Sənayla birlikdə aldığı pivələri içib bitirmişlər. Həmin ərəfədə təxminən saat 01 radələrində bibisioğlu Fərid nişanlısı ilə birlikdə onun yaşadığı evə gəlmək istədiyini bildirmiş və o, bu barədə Sənaya demişdir. Sənayla aralarında olan danışıq zamanı Fəridin qız dostu ilə evə gələcəkləri zaman Sənay 3-cü mərtəbəyə qalxacağını demişdir. Fəridin həmin gün onun evinə gəlməsinin özəl səbəbi olmamışdır. Evdə tək yaşadığından Fərid arada gəlib onunla vaxt keçirmişdir. Saat 03 radələrində Fərid ora gələsi olmadığını bildirmişdir. Belə ki, Fəridlə “Whatsapp messenger” sosial şəbəkəsində olan danışıqları zamanı xalasıqızı Sənayın onlarda olduğunu yazmış, Fərid də ona gəlməyəcəkləri barədə bildirdikdə bunun səbəbini göstərməmişdir. Saat 03-04 radələrində Sənay pivə içsə də, sərxoş olmamışdır. Çünki özünü normal aparır, danışığı, davranışları normal olmuşdur. Həmin vaxt evdə pivə qutardığından yenə yaşadığı evin yaxınlığında olan mağazaya (dəqiq olaraq hansı mağazaya getdiyini xatırlamır) gedib markasını xatırlamadığı 2 şüşə 0.5 litrlik spirt qarışıqlı pivə (adını unutmuş, içkinin spirt faizi barədə də məlumatı yoxdur) almışdır. Pivə həvəskarı olduğundan tez-tez pivə içmiş, spirtli içkilərdən “tekila” və araq içmişdir. Müntəzəm olaraq siqaret çəkir, adətən çəkdiyi siqaret “Kent 4” markalı siqaret olmuşdur. İkinci dəfə pivə alıb gəldikdən sonra yenə pivə içə-içə öz kompüterində işləməyə davam etmişdir. Sənay da yeni aldığı pivədən elə şüşə qabda içmişdir. Sənayın əynində həmin vaxt ona məxsus qara rəngli qolu kəsik mayka və tünd göy rəngli şort olmuşdur. Həmin paltarları geyinməmişdən qabaq Sənay ikinci mərtəbədə olan vaxt səslənərək ondan alt paltarında onun yanında gəzə bilib-bilməməsini soruşduqda ona sərt cavab verdiyindən Sənay əyninə bildirdiyi paltarları geyinmişdir. Saat 3-4 radələrində Sənay ondan marixuana çəkib-çəkmədiyini soruşmuşdur. Ona Amsterdamda 2020-ci ilin yanvar ayında marixuana çəkdiyini, ondan sonra çəkmədiyini bildirmişdir. Bu cavabından sonra Sənay ona yanında dostlarının marixuana çəkdiyini desə də, özünün heç vaxt istifadə etmədiyini bildirmiş, daha sonra ondan “içki içərkən heç olub ki, heç nə xatırlamıyasan” (ağır dərəcəli sərxoş olub-olmamasını) soruşmuşdur. O da, 7-ci sinifdə təkbaşına çaxır içdiyini və həmin zaman sərxoş olduğunu bildirmişdir. Lakin pivə içmək onu sərxoş etmir. Sənay ona seksual həyatı ilə bağlı suallar verməyə, yəni indiyədək cinsi əlaqəsinin olub-olmamasını soruşmağa başlamış, amma onun Sənaya tərs-tərs baxması səbəbindən həddini aşdığını özü anlamışdır. Həmin ərəfədə Sənayın bildirdikləri xoşuna gəlməmiş, bu məqsədlə istifadəsində olan mobil telefon vasitəsilə “Uber” proqramı vasitəsilə taksi çağırmış, Sənayı evlərinə göndərməyi planlamış, lakin gec saatlarda Sənayı evə göndərəcəyi halda bunun xalası Zümrüdün xətrinə dəyəcəyini düşünərək Sənaya bu barədə heç nə bildirməmiş, sifariş üzrə gələn maşını yola salmaq üçün Sənaya xalasıoğlu Fəridin gəldiyini deyərək “Mersedes E klass” markalı nömrəsini bilmədiyi taksini yola salmaq üçün çölə çıxmış və taksini yola salaraq geri qayıtmışdır. Geri qayıtdıqdan sonra Sənaya səslənmiş və bibisioğlu Fəridin gəlməyəcəyini ona demişdir. Daha sonra Sənayla aralarında olan söhbət zamanı Sənay ona “sənə bir söz deyəcəm amma aramızda qalsın” demiş və atası Fuad Qəhrəmanlının ona 1 il qabaq toxunduğunu və onu zorladığını bildirmiş, ağlamağa başlamışdır. O isə, Sənaya deyəsən sərxoş olduğunu bildirib kofe düzəltməyə başlamışdır. Sənay kofedən içə-içə ingilis dilində onunla danışmağa başladı və hətta ingilis dilində atasının onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Ancaq bakirəliyini pozub-pozmaması, hansı formada onunla cinsi əlaqədə olması barədə heç nə deməmiş və o da Sənaydan bu barədə heç nə soruşmamışdır. X33 belə iş görəcəyinə inanmamış və Sənayın sərxoş olduğuna görə belə danışdığını fikirləşmişdir. Bu mövzunu bağlamaqla bu barədə danışmamış və işinə davam etmişdir. Sənayın evdə kofeni içdikdən sonra qusduğunu görüb onu hamam otağına aparmış, Sənay danışdığı bu əhvalatdan pis olduğunu və ürəyinin bulandığını hiss etmişdir. Hamam otağında olanda Sənay qusmuş, lakin iyrəndiyindən Sənayın hara qusmasına baxmamışdır. Bundan sonra Sənay hamamın qapısını içəridən bağlayıb əynində olan paltarlarını, yəni ona məxsus şortu və qısaqol köynəyi soyunub qapı bağlı ola-ola yuyunmuş, hamamın qusuntu olan yerini də özü yumuşdur. Sənay çimdiyi üçün oradan aralanaraq kompüterində öz işləri ilə məşğul olmağa davam etmişdir. Sənay hamamdan çıxana yaxın onu səsləmiş və ondan dəsmal istəmişdir. Bundan sonra hamam dəsmalını otaqdan götürüb yarı açıq hamam qapısından onu görmədən ona uzatmışdır. O da qapının arxasından əlini uzadaraq dəsmalı alıb qapını örtmüşdür. Sonrada dəsmala bürünüb onun yataq otağı olan ikinci mərtəbəyə qalxaraq yatmışdır. Sənayın əynində olan paltarları həmin gün və ya səhəri gün hamamda görmüşdür. Ona aid hər hansı bir paltarı (trusik və ya büstqalter) isə hamamda görməmişdir. Hamamdan çıxanda onun əynində hər hansı bir özünə məxsus paltarın olmasına da fikir verməmişdir. Sənayın yatmağa getdiyi vaxt saat 04-05 radələri olmuşdur. Yataq otağında mələfə (nazik ədyal) olmadığından, birinci mərtəbədə olan şkafdan bir ədəd çəhrayı rəngli mələfə götürərək ikinci mərtəbəyə qalxmış, həmin vaxt Sənayın ona aid çarpayıda dəsmala bürünmüş vəziyyətdə uzandığını görmüşdür. Onun huşu özündə olmuş, yəni həmin zaman yatmamışdır. Sonrada özü ilə gətirdiyi həmin mələfəni onun üzərinə ataraq yatmasını bildirib aşağı düşmüş, 1 -ci mərtəbədə yerləşən mətbəx otağında kompüterdə olan işinə davam etmişdir. Daha sonra saat 05-06 radələrində elə mətbəx otağında tək yatmışdır. Lakin ondan sonra heç vaxt yuxarı qalxaraq Sənaya baş çəkməmişdir. xx.xx.2020-ci il tarixdə saat 10-11 radələrində yuxudan oyanmış, özünə kofe hazırlamış və Sənayın mobil telefonuna zəng gəldiyini görmüşdür. Sənayın mobil telefonu birinci mərtəbədə mətbəx mebelinin üstündə qalmış, bu zaman zəng edən şəxsin xalası Zümrüd olduğunu görmüş və sonuncu ilə danışmış, Zümrüd Sənayın canlı yayımda konfransının olduğunu və ora qoşulmalı olduğunu deyərək Sənayı oyatmasını, ona kofe hazırlayıb verməklə ayıltmasını bildirmişdir. Danışıb qurtardıqdan sonra ikinci mərtəbədən inilti (qorxulu yuxu görərkən çıxarılan səslər) səsini eşitmiş və Sənayın yatdığı otağa qalxa-qalxa "Sənay-Sənay” deyə çağırmış, otağa girəndə Sənayın yatmış olduğunu görərək yuxuda gördüklərinə görə inilti səsi çıxardığını düşünmüş və onu oyatmaq məqsədi ilə əli ilə Sənaya yavaşca toxunmuşdur. Həmin vaxt Sənayın üzərində gecə ona verdiyi nazik ədyal olmuş, əynində yalnız sinəsində olan maykası görünmüş, alt tərəfdən isə əynində paltar olubolmaması görünməmişdir. Sənay oyanıb onun üzünə baxmış, yerindən qalxıb mələfəyə bürələnmiş formada hamama getmişdir. Həmin vaxt da onun aşağı nahiyəsində hər hansı bir paltarın olmasına fikir verməmişdir. Bir neçə dəqiqədən sonra Sənay hamamdan çıxıb paltarlarını geyinmək üçün ikinci mərtəbəyə getmiş və evə gələrkən geyindiyi paltarları geyinib mətbəxə düşmüşdür. Sənay mətbəxdə gecə onunla arasında nəsə olub-olmadığını soruşduqda, Sənaya "paxmel” olduğunu, gicəlləndiyini, hər hansı toxunma belə olmadığını bildirmişdir. Deməyinə baxmayaraq Sənay ondan dəfələrlə aralarında nəsə olub-olmadığını, ona toxunub-toxunmadığını soruşmuş, bundan sonra hamam otağına keçən zaman bədənində qan olduğunu bildirmişdir. Onun isə ilk ağlına Sənayın menstruasiya olması gəldiyindən ona yəqin aybaşı qanı olduğunu bildirmişdir. Sənay da bunu təsdiqləyib onda hormonal pozuntu olduğunu demişdir. Daha sonra Sənayın yatdığı yerə baxmış və mələfədə qan ləkələrini görmüşdür. Sənay aralarında nəsə olduğu təqdirdə qabaqlayıcı tədbir görəcəyini, yəni hamilə qalmaması üçün nəsə edəcəyini demiş, Sənayın nə səbəbə belə dediyini başa düşməsə də, aralarında heç nə olmadığını bildirmişdir. Lakin Sənay israrla onunla cinsi əlaqədə olduğunu bildirmiş, bu zaman o, Sənayın sözlərindən əsəbiləşib ona nə istəyirsə etməsini demişdir. Həmin vaxt Zümrüd Sənayın mobil telefonuna zəng vurmuş və Sənay mobil telefona cavab verməyərək telefonu ona uzadıb cavab verməyini istəmişdir. Zümrüd ondan Sənayı soruşmuş, o isə, Sənayın oyandığını və birazdan tədbirə qoşulacağını bildirmişdir. Zümrüd isə ondan telefonu Sənaya verməyini istəməmişdir. Bundan sonra Sənayla mətbəxdə kofe içmiş, saat 10-11 radələrində Sənay sakit halda evdən çıxıb tək harasa getmiş, bu zaman ona yenidən qayıdacağını bildirmişdir. Onun hara getməsi barədə məlumatı olmamışdır. Təxminən yarım saatdan sonra Sənayla mobil telefonla, ya da ki, "Whatsapp messenger” sosial şəbəkəsi üzərindən danışmış, Sənaya işinin olduğunu və evdən çıxacağını, evə gələcəyi halda qısa vaxt ərzində ona bildirməsini və evdən çıxdığı zaman açarları ya eyvana, ya da ki, qonşuluqda olan mağazaya qoyacağını bildirmişdir. Sənay isə ona gəlməyəcəyini bildirmişdir. Təxminən 1 saat sonra başqa yerdə olan evləri ilə bağlı aparılan tikinti işləri üçün inşaat materialları almağa getmişdir. Sonradan həmin gün təxminən günorta radələrində anası Sürəyya ona telefonla zəng edərək Sənayın ona zəng vuraraq guya onun Sənaya xx.xx.2020-ci il tarixdə gecə saatlarında onun evində qaldığı vaxt toxunduğunu bildirdiyini demişdir. O isə anasına belə bir halın olmadığını, Sənaya toxunmadığını və heç onu öpmədiyini bildirmişdir. Həmçinin anası ona xalası Zümrüdün evə polislə gələcəyini bildirdiyini demişdir. O isə evdə xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə xalasının və polis əməkdaşlarının gələcəyini gözləmiş və heç bir əməl törətmədiyinə görə heç yerə də getməmişdir. Ancaq evdə olan vaxtı Sənayın yatdığı yataq üzərində qan ləkələri olan mələfə və döşək üzünü, həmçinin Sənayın geyindiyi ona məxsus şort və qısaqol qara maykanı iki gün sonra evi səliqəyə salarkən evdə natəmizlik olduğunu görüb, həmçinin evdən qan iyi gəldiyini hiss edib paltaryuyan maşında yumuş və həmin əşyaları qurudub əvvəlki yerinə qoymuşdur. Təxminən xx.xx.2020-ci il tarixdə atası və anası bu sözsöhbətə görə Beyləqandan Bakıya gəlmiş, bu zaman valideynləri ilə söz-söhbətlə bağlı mübahisə etmiş və evdən gedərək bir müddət dostlarının yanında qalmışdır. xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində polis və prokurorluq əməkdaşları yaşadığı Yasamal rayonu Rostropoviçlər küçəsi 16 ünvanına gələrək evə baxış keçirtmişlər. Xalası qızı Zərərçəkmiş şəxs qarşı hər hansı qanunsuz hərəkət və zorlama etməmiş, onunla cinsi əlaqədə olmamış və toxunmamışdır. Sənayın onun barəsində bu şəkildə şikayət etməsinin səbəbini ondan və ailə üzvlərindən pul qopartmaq istəklərində görmüşdür. Sənayın orta məktəbdə oxuduğunu bilmiş, xx.xx.2020-ci il tarixdə Sənay onunla bir evdə qalan zaman aralarında olan söhbət zamanı Sənay ona 2020-ci ilin iyul ayında ad gününün olduğunu və 16 yaşının tamam olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs üzərində döşək üzü ağ-mavi rəngli, mələfə isə çəhrayı rəngli olmuş, xx.xx.2020-ci il tarixdən iki gün sonra həmin döşək üzü və mələfə üzərində qan ləkələri olduğundan evdə natəmizlik və qan qoxusu gəlməsi səbəbi ilə paltaryuyan maşında yumuşdur. Bundan başqa Sənayın geyindiyi ona məxsus şort və qısaqol qara mayka da tərəfindən paltaryuyan maşında yuyulmuşdur. Hadisə zamanı istifadəsində olan "İphone 6” markalı mobil telefon olmuş, hadisə ilə bağlı əsəbiləşib anasıgillə mübahisə etdikdən sonra sındırmış, bu səbəbdən həmin telefonunda olan Sənay ilə arasında aparılmış "Whatsapp messenger” sosial şəbəkəsində olan yazışmalarını istintaqa təqdim edə bilməmişdir. Sənayla aralarında SMS yazışmaları olmamışdır. Gecə saatlarında Sənayın cinsi söhbətlərdən danışmağa başladığını gördüyü üçün xoşuna gəlməmiş və Sənayı evlərinə yola salmaq istəmişdir. Bu səbəbdən "Uber” proqramı vasitəsi ilə taksi sifariş vermişdir. "Uber” proqramında öz istifadəsində olan mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş, lakin xalası Zümrüdlə Sənayı gecə saatlarında evə göndərməsi səbəbindən narazılıq yaranacağını düşündüyü üçün sifariş üzrə gəlmiş "Mersedes E klass” markalı, nömrəsini bilmədiyi taksini yaşadığı evin yaxınlığında qarşılıyaraq gedən olmayacağını bildirib yola salmaqla geri qayıtmışdır. "Uber” proqramında taksi çağırmasının səbəbi kimi Sənayın sərxoş olduğunu görüb ona demədən Sənayı evlərinə aparmaq üçün "Uber” vasitəsi ilə taksi çağırdığını, lakin Sənayın sərxoş olduğuna görə xalası ilə aralarında narazılıq yaranacağına görə "Mersedes E klass” markalı nömrəsini bilmədiyim taksini yola saldığını göstərmişdir. Həmin ifadələri ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında ziddiyyət yarandığından ziddiyyət barədə verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs sonuncu ifadəsini təsdiq etdiyini və gecə Sənayın onunla cinsi söhbətlərə başladığından və bu onun xoşuna gəlmədiyindən belə etdiyini, amma Sənayın spirtli içki içdiyini, lakin sərxoş olmadığını, bu səbəbdən hətta o, Sənayın sərxoş olduğunu düşünərək ona içməsi üçün kofe də hazırladığını göstərmişdir. Zərərçəkmiş şəxs sərxoş olmadığı halda xalası Zümrüdün niyə onun Sənayı evə taksi ilə göndərməsində narazı qalacağı, Sənayın sərxoş olmadığı halda onu taksi ilə evinə göndərməkdən imtina etməsində səbəb və məqsədinin nə olması barədə suala cavab olaraq isə hər bir halda Sənayı gecə saatlarında evə göndərməsinin xalasının xətrinə dəyəcəyini düşündüyünü, bu barədə Sənaya həmin zaman heç nə bildirmədiyini, sifarişi verdiyi üçün taksini geri qaytardığını, başqa məqsədinin olmadığını göstərmişdir. Daha sonra ifadələrində "Uber” vasitəsilə Zərərçəkmiş şəxs evə aparması üçün taksi çağırdığını, lakin çölə çıxmaqla gəlmiş taksini yola salmaq üçün Sənaya bibisi oğlu Fəridin gəldiyini bildirdiyini, çölə çıxmaqla taksini yola salıb geri qayıtdığını, lakin taksini yola salmaq üçün çölə çıxdığı halda nə səbəbə Sənaya bibisioğlu Fəridin gəldiyini və yuxarı qalxmasını bildirməsi, yəni həqiqəti deməməsi barədə verilmiş suala cavab olaraq Sənayın onunla cinsi mövzuda söhbətlər etməyə başladığı üçün onun evə getməsini düşünmüş və taksi çağırmışdır. Lakin sonra hələ taksi gəlməmişdən Sənayı gecə vaxtı taksi ilə evə göndərəcəyi halda xalası Zümrüdün xətrinə dəyəcəyini düşündüyü üçün və Sənaya da bunu bildirməmək üçün bibisioğlu Fəridin gəldiyini deyərək yuxarı mərtəbəyə qalxdığını bildirmiş və çölə çıxaraq taksini yola salıb geri qayıtmışdır. "Uber” proqramı ilə sonuncu ünvanı açıq olmaqla sifariş vermiş, xalası Zümrüdgilin evlərini tanısa da, Sənayı tək buraxmayaraq onunla gedəcəyini və ünvanı özünün göstərəcəyini düşünmüşdür. Daha sonra ifadəsində verilən suallara cavab olaraq Sənaya sarı rəngli maye vermədiyini, Sənayın özünün pivə içdiyini, ancaq ondan zarafatca "sən nə içirsən sərxoş olmursan?” deyə soruşduğunu, Sənayın isə cavab olaraq "çox danışan deyiləm axı, narahat olasan və istəyəsən ki, içim, yatım sənin canın qurtarsın” deyə cavab verdiyini, heç vaxt Sənayla bir çarpayıda uzanmadığını, onun çarpayısının birnəfərlik olduğunu, xalası Zümrüdün Sənaya zəng etməsindən sonra sonuncunu yuxudan oyatmaq məqsədi ilə Sənayın yanına ikinci mərtəbəyə qalxdığını, Sənaya heç bir zaman əl atmadığını, onunla səhər saatlarında Sənayı zorlaması və ya onların cinsi əlaqədə olması mövzusunda söhbət etmədiyini, aralarında həmin məzmunlu danışıq olmadığını, Sənayı yuxudan oyatdığı zaman və ya sonuncunun evdən çıxdığı zaman Sənayın üzü və bədəni üzərində hər hansı bir xəsarət görmədiyini, lakin gecə saatlarında Sənay hamam otağında yuyunduğu zaman yıxılmasına xarakterik səs eşitdiyini, bu zaman sonuncudan nə olduğunu soruşduqda heç nə olmadığını bildirdiyini, Sənayın bədəni üzərində məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı yaranmış xəsarətlərin həmin zaman yarana biləcəyini, Sənayın məhkəmə-tibbi müayinəsi zamanı iki həftəyə qədər olan müddət ərzində bəkarətinin pozulması ilə bağlı heç nə göstərə bilməyəcəyini, onunla heç vaxt cinsi əlaqədə olmadığını, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi tuman və kalqotka üzərində onun qan qrupuna aid olan sperma aşkar olunması ilə bağlı yalnız Sənayla heç bir zaman cinsi əlaqədə olmadığını, sonuncuya heç vaxt cinsi təcavüz etmədiyini göstərmişdir. xx.xx.2020-ci il tarixdə saat 11:25-də 67 saniyə, saat 11:53-də 18 saniyə müddətində istifadəsində olan ***-***-**-** mobil telefonla Zərərçəkmiş şəxs məxsus olan 055-748-6845 mobil nömrə ilə əvvəlcə Sənayın evə qayıdacağı halda ona bildirməsi və evin açarlarını ya eyvana, ya da qonşu mağazaya verəcəyini bildirməsi məzmununda olduğunu, saat 13:24-də 105 saniyə müddətində olan sonuncu danışıqın isə anasının ona zəng edərək Sənaya zəng etməsi nəticəsində baş tutduğunu, bu zaman Sənayın və Zümrüdün onu təhqir etmələrini, bu səbəbdən telefonu söndürdüyünü və bir daha Sənaya zəng etmədiyini, heç bir zaman Sənayla aralarında sonuncunun hamilə qalması və ya Sənaya hamilə qalmaması üçün dərman alacağı və ya dostları vasitəsilə Türkiyə Respublikasından dərman gətizdirəcəyi ilə bağlı danışığın olmadığını göstərmişdir. Adətən "Kent 4” və ya ağ rəngli "Sabroniye” markalı siqaretlərdən istifadə etdiyini, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində "Spar” marketdən nəğd olaraq ödəniş etməklə çipsi, tum, pendir, 1 spirtsiz pivə və 4 şüşə spirtli pivə aldığını göstərmiş, ona "Spar” marketdən götürülmüş qaimə təqdim edildikdən sonra isə həmin tarixdə marketdən 4 deyil, 5 şüşə qablaşmada spirtli pivə ala bilməsinin mümkün olduğunu, sadəcə olaraq aldığı pivələrin dəqiq sayını xatırlamadığını bildirmişdir. Həmçinin istintaq zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətindən götürülmüş TŞ 1-118 nömrəli kameraların 24 avqust 2020-ci il tarixdə saat 22-dən 25 avqust 2020-ci il tarixdə saat 03-dək olan müddətə kamera görüntüləri ona təqdim edilmiş və TŞ 1-118.2 (part 1) adlı video faylın saat 53:40 və 55:20 dəqiqələrində, TŞ 1-118.3 (part 1) adlı video faylın saat 55:30 dəqiqəsində, TŞ 1-118.3 (part 3) adlı video faylın saat 1:24:00 və 1:25:12 dəqiqələrində, TŞ 1-118.3 (part 4) adlı video faylın saat 00:01 və 09:54 dəqiqələrində və TŞ 1-118.2 (part 5) adlı video faylın saat 17:09 və 27:55 dəqiqələrində görüntülənən şəxsin özü olduğunu, həmin gün əynində papaqlı tünd göy rəngli sviter, bozumtul rəngli qolu qısa köynək və aşağı hissəsində ağ rəngli zolağı olan idman tərzli ayaqqabı və boz rəngli idman şalvarı olduğunu bildirmişdir. Habelə ifadəsində 25 avqust 2020-ci il tarixdə saat 03 radələrində almış olduğu sonuncu iki pivəni yaşadığı evin yaxınlığında, lakin dəqiq xatırlamır». zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Əvvəllər aralarında ədavətləri olmayıb. Hadisə günü, yəni ayın 24ü vəkillə təhsili ilə bağlı xaricə gedəcəyi üçün görüşmüşdür. Onun atası anası ilə boşanmışdır, aralarında mülki iş var idi. Anasından narahat olduğuna görə, danışmışdır ki, sənədi vəkilə o, aparıb versin. Vəkilə zəng edib Elmlər Akademiyasının yanında görüşməyi razılaşmışlar, lakin onun əri rayondan qayıdırdı və buna görə o, dedi ki, "sən bir az dayanacaqda gözləyərsən, ondan sonra biz maşınla gəlib, səndən sənədi götürəcəyik”. Daha sonra vəkil yoldaşı ilə birlikdə maşınla gəldilər. Vəkil ondan sənədi götürdü və saat gec olduğu üçün təklif elədi ki, metroya qədər onu aparsın. Bu zaman anası ilə danışmışdır. Anası təklif elədi ki, o, xalasigilə getsin, çünki onlar daha yaxındılar, metrodan isə istifadə etmək də narahat idi. Əvvəlcə ora getmək istəməsə də, anasının narahat olduğuna görə xalagilə getməyə razılaşmışdır. Vəkilə demişdir ki, onu xalasıgilin evlərinin yanında qoysunlar. Onlar da onu Daxili İşlər Nazirliyi tərəfə apardılar. Anası demişdir ki, onu xalası oğlu qarşılayacaq, lakin onu Təqsirləndirilən şəxs qarşılaşmışdır. Evə daxil olanda Əsgər xahiş etdi ki, evlərini səliqəyə salsın. Onun da üzərində ağ rəngli yubka, kolqotka və qısa köynək olmuşdur. Qara çantası və qara ayaqqabı da var idi. Əsgərə demişdir ki, çöl paltarındadır, ona bu cür paltarda narahat olacaq, ondan ev üçün paltar xahiş etmişdir. Əsgərin ona verdiyi paltar qara köynək idi, səhv eləmirsə, tünd-göy rəngində şortik idi. O, yuxarı çıxmışdır, evin üçüncü mərtəbəsinə, zal otağına. Orada paltarını dəyişmişdir. Çöl paltarlarını qapıya qoymuşdur. Üzərində yalnız onun Əsgərin verdiyi paltarlar və alt paltarı olmuşdur. Aşağı düşüb, evi yığışdırmışdır, təqribən yarım saat, bir saat sonra Əsgər dedi ki, acdır, ondan da ac olub olmadığını soruşmuşdur. Sonra Əsgər marketə getdi. Müəyyən vaxtdan sonra marketdən qayıtdı, əlində kulyoklar var idi. Kulyoklarda şüşə butulkalı pivə var idi, səhv eləmirsə üç ədəd idi. Dedi ki biri alkoqolsuzdur, içə bilərsən. Həqiqətən də, o, baxıb görmüşdür ki, pivə alkoqolsuzdur. Əsgər onları mətbəxdə masanın üzərinə qoydu. O da çipsi, saçaqlı pendiri açıb masanın üzərinə qoymuşdur. Daha sonra özü divanda əyləşib telefonla məşğul olmuşdur. Əsgər də gələndən sonra oturdu kompüter arxasına, onunla məşğul idi. Deyəsən proqram yazırdı, dəqiq bilmir. O, özünə pivə gətirib, açdı, ona da təklif etdi ki, o da alkoqolsuz pivədən içsin. O da bir azdan dadına baxaram, xoşuma gəlsə içərəm demişir. Daha sonra Əsgərdən xahiş etmişdir ki, kompüterlərindən birini ona versin, çünki ora proqram yükləməli olmuşdur. Sabahısı gün o da onlayn konfransa qoşulmalı idi. Əsgər bunu qəbul etdi və kompüteri verdi. Kompüterdən istifadə edib proqramı yükləmiş və hesabını açmışdır. Sonra saat 12:00 radələrində Əsgər dedi ki, bibisi oğlu və onun sevgilisi onlara qonaq gələcək. Onları tanımamışdır. Sadəcə iş materiallarından bəzilərinin adlarını bilir. Bilir ki, birinin adı Fəriddir. Amma onunla şəxsi münasibəti olmayıb. Əsgər dedi ki, onlar gəlsələr ona xəbər verər, o yuxarı qalxıb və orada yatar. Bunun üzərindən bir az vaxt keçdikcə, həmin kompüter arxasında işləmişdir, Əsəgərin qonaqları gələsi olmadılar. Əsgər dedi ki, yenə marketə getmək istəyir və evdən çıxdı. Evdən çıxanda qapını bağladı və qayıdanda yenə pivə almışdı. Ona təklif elədi və onun stəkanı da masa üzərində idi. Yadındadır, stəkanı şüşəli idi, üzərində də qızıl rəngdə xəttlər var idi. O da bir az içmişdir. Daha sonra Əsgərdən xahiş etmişdir ki, onun telefonunu format etsin, çünki telefonunda problemlər var idi, çox yavaş işləyirdi və bundan əlavə həmin gündən bir neçə gün əvvəl onun “İnstaqram” hesabı qırılmışdı və onun adından istifadə edib, başqa səhifələrə rəylər yazılmışdı. Özü də bir sıra faylların silinməməsi üçün onların kopiyalarını yaratmışdır. Təxminən saat ikidə onun telefonunu format elədi. Yenidən marketə getdi və qayıdanda özü ilə qara şüşəli butulkada “Baltika” pivəsi gətirdi və dedi ki, bu pivənin dadı bir az başqadır və istəsə dadına baxa bilər. O da ondan bir az içib dadına baxmış, sonra yenə telefonu ilə məşğul olmuşdur, elektron poçtunu yükləməli olmuşdur ki, başqa proqlamları da yükləyə bilsin. Hardasa saat üç radələri idi. Qapı döyüldü, Əsgər dedi ki, onun bibisi oğlu gəlib. O da başqa otağa girmişdir. Əsgər evdən çıxmışdı, çünki o, qapının açılıb-bağlanmasını eşitmişdir. Çox keçmədi, hardasa üç dəqiqə keçdi, qapı yenidən açıldı. O, aşağı düşməmişdir, düşünmüşdür ki, onlar birlikdə gəliblər. Amma sonradan başqa səs eşitməmişdir. İki üç dəqiqə sonra Əsgər onu çağırdı, dedi ki “Sənay, aşağı düşə bilərsən?”. O da düşmüş və Əsgərə sadəcə gələsi olmadılar? Demişdir. Əsgər dedi ki, yox, aşağıda görüşdük və sağollaşdıq. O da heç nə soruşmamışdır, fikirləşmişdir ki, yəgin ki öz aralarında işləri var idi. Keçib öz yerində oturmuşdur. Əsgər də ayaq üstdə idi. Ondan yaxında dayanmışdı və soruşdu ki sən niyə sərxoş olmursan?. O da ümumiyyətlə başa düşməmişdir ki, Əsgər onu kim hesab edir, onunla qohum olan insanın ona qarşı nə kimi niyyəti ola bilər və onun sərxoş olmağını nə üçün istəyir. O da qayıdıb demişdir ki, “mən çox danışmıram ki, sən deyəsən ki, sərxoşam və gedim yatım. Sakit öz işimlə məşğul olasan. O da dedi ki, zarafat edir və bu zaman onun stəkanında yox, öz stəkanında başqa bir içki ona uzadıb, dedi ki, “bu içkinin dadı “Baltikadan” fərqli gəlir, bir dənə bunun dadına baxa bilərsən?”. O da alıb stəkanı, 1-2 qurtum içib dadına baxib, demişdir ki, yox, bunların dadı məncə eynidir. Ondan sonra çox şey də xatırlamır, xatırladığı qısa anlardı, hansılar ki, cinsi aktla bağlıdır, onlar ifadələrində var. Xatırlayır ki, Əsgəri itələməyə çalışmış, o da onun üzündən öpürdü, qulağına nəsə deməyə çalışırdı. Qalan epizodları çətinliklə xatırlayır. Əslində tam oyaq olmamışdır, çünki bədəninin uyuşduğunu hiss etmişdir. Tərpənə bilməmişdir. Uzaqdan telefonun səsini eşitmişdir. Amma tam oyaq olmamışdır, çünki gözlərini aça bilməmişdir. Ancaq telefonun səsini yavaş-yavaş eşitməyə başlayanda bir az ayılmışdır. Ayılandan sonra da görmüşdür ki, onun sağ tərəfində xalası oğlu uzanıb, üzərində də paltar yox idi. Qışqırıb otaqdan çıxmışdır, Əsgər də onun qolundan dartıb deyirdi ki, qayıt, heç nə olmayıb, yat. Ümumiyyətlə panik vəziyyətdə olmuşdur. Əsgərin qolunu itələyib hamam otağına getmış, ayaqlarında və cinsi orqanı bölgəsində qan olmuşdur. Suyu açıb, saçlarını və bədənini yumuşdur. Sonra alt paltarlarını axtarmışdır, ancaq tapa bilməmişdir. Əsgərin üstünə qışqırıb demişdir ki, “mən sənin xalan qızıyam”, “mənim 16 yaşım var” və s. O, sadəcə olaraq sakit idi və onun alt paltarını gətirmişdir. Özü allt paltarını geyinmişdir, çöl paltarlarını geyinib tez mətbəxə düşmüşdür. Mətbəxtdə telefonu masanın üzərində görüb götürmək istərkən Təqsirləndirilən şəxs ondan tez olaraq onun telefonunu götürüb cibinə qoyub verməyəcəyini demişdir. O da getmək istədiyini demişdir. Əsgər dedi ki, “yox, sən sakitləşməyib heç yerə gedə bilməzsən”, “bu bizim ikimizə də ziyandır” və s. O da çalışmışdır ki, telefonunu onun cibindən alsın. Əsgər də telefonu əlinə götürüb, başladı özündən yuxarıda tutmağa. Çünki onlarda boy fərqliliyi var və əli çatmırdı. Telefonunu götürə bilməyəcəyini başa düşüb ondan "sən bunu necə etdin?” deyə soruşmuşdur. Əsgər deyirdi ki, "heç nə olmayıb”. O da dedi ki, "yaxşı, əgər heç nə olmayıbsa, onda niyə sən çılpaqsan, niyə sən mənim yanımdasan və niyə üzərim qandır?”. Qayıdıb dedi ki, "gecə qusmusan, köməklib edib paltarlarını çıxarmışam, otağına aparmışam, çimməyə kömək eləmişəm, seni yuxarı qaldırmışam.” Əsgərdən soruşmuşdur ki, «yaxşı, bəs sən niyə mənim yanımda çılpaq idin, əgər mən çoxlu qusmuşamsa, niyə sənin geyindiyin ev paltarı təmizdir və divanın üstündədir?”. Əsgər də dedi ki, "yaxşı, mən hər şeyi danışacam” və qayıdıb dedi ki, "heç nə olmayıb, mən ancaq səni öpmüşəm”. O da demişdir ki, o axmaq deyil, hər şeyi başa düşür. Üstünə getdikdən sonra dedi ki, "Hə, mən sənin yanına gəldim, sən pis idin. Mən sənə kömək eləmək istəyirdim. Sonra nəsə baş verdi”. O, ağlamağa başlamışdır. Ona "mənim axı 16 yaşım var, sən mənim həyatımı məhv edirsən, axı mən hamilə qala bilərəm” deyib, ağlayıb, qışqırmışdır. Əsgər də çox güman ki, qorxurdu kimsə eşidə bilər və onu sakitləşdirmək istəyirdi, deyirdi qışqırma, kimsə eşidər, sonra da gülə-gülə dedi ki, onun təcrübəsində belə bir şey olmayıb, yəni heç kim hamilə qalmayıb. Dedi ki, "mən sənə dərman gətizdirərəm”. O da Əsgərin onu evdən buraxmaq istəmədiyini görüb telefonunun onda olması məsələsini də kənara qoyub, evdən çıxmağa cəhd göstərmişdir, ancaq Əsgər onu mətbəxdən dəhlizə, yəni qapı tərəfə keçməyə qoymurdu. Anlamışdır ki, evdən bu cür çıxa bilməyəcək. Bir qədər sonra telefonunu götürüb Əsgərin qaldığı evdən çıxmışdır. Özünü çox pis hiss etmişdir. Ümumiyyətlə bu şəkildə evə gedə bilmədiyi qənaətinə gəlmişdir. Anasına nəyi deyəcəyini, nəyi deməyəcəyini, desə, necə deyəcəyini bilməmişdir. Çünki bunu kiməsə danışmaq asan deyildi. Qərara almışdır ki, dostunun yanına getsin. Həmin vaxtı onlar qərargahda birlikdə işləmişlər. Uşaqlar üçün kitab, geyim toplayırlar. Əsgər üç dəfə ona telefonla zəng edib soruşmuşdur ki, "Harda oturursan?”. O da "sadəcə yeriyirəm, qayıdacam” demişdir, çünki qorxurdu ki, onun arxasınca gələ bilər. Üçüncü dəfə Əsgər ona zəng edəndə artıq dostunun yanında olmuşdur. Əsgəri təhqir edib və üzünə "adboy” vermişdir. Əsgər ondan soruşurdu ki, evə gedəcək yoxsa yox. Həmin vaxt dostunun yanında olanda ona anası zəng eləmişdi. Anasına demişdir ki, yaxşıdır və yaxın zamanda evə gələcək. Sonra xalası zəng edib ondan telefonda "nəsə edib sənə?” soruşduqda başa düşmüşdür ki, belə hallar əvvəllər də yaşanıb. Demişdir ki, özünü pis hiss edir, sonra məsələni danışacaq. Dostunun köməyi ilə evə getmişdir. Evdə anasına hər şeyi olduğu kimi necə xatırlayırdısa elə də danışmışdır. Daha sonra polisə müraciət etmişdir. Həmin gün evə gedəndə anası rəfiqəsigilə çağırmışdı. Zalda uzanmışdır, anası isə rəfiqəsi ilə mətbəxtdə söhbət etmişlər. Dəqiq vaxtı bilmir, amma bir müddət sonra evdən çıxıb anasının maşını ilə yox, anasının rəfiqəsinin maşını ilə xəstəxanaya getmişlər. 28 tərəfdə yerləşən xəstəxanaya getmişlər, həmin xəstəxanada 1-ci mərtəbədə yerləşən otağa daxil olmuşlar. Həkim onu müayinə elədi. Özünü güclə saxlamışdır ki, ağlamasın və həkim apardığı müayinədən sonra sadəcə onu dedi ki, "əclaf qızı əzib”. Ağlayıb otaqdan çıxmışdır. Maşına qayıdıb anasını orada gözləmişdir. Hadisə günü ilə bağlı deyəcəkləri budur. Hazırda Latviyada hüquq sahəsi üzrə təhsil alır. Belə başa düşür ki, tərəflərin hər hansı birinin icazəsi olmadan baş verən cinsi əlaqə zorlamadır. O da buna görə məhkəməyə müraciət etmişdir. Çünki onun razılığı olmayıb. Əsgərə həmişə sadəcə qohum kimi baxmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, evə gec qayıtmaq halları onda tez-tez baş vermirdi, gec gəlmək deyəndə, axşam saat 11-də adətən artıq evdə olurdu. Çox vaxtı tək olmamışdır. Anası onu qarşılamışdır. O vaxtı onların qohumları ilə, yəni xalası ilə, xalasının oğlu Əsəgər ilə münasibətləri kifayət qədər normal idi. Onlar xalasıgilə qonaq da getmişlər, birlikdə yemək də yemişlər. Əvvəllər də anası ilə həmin evə getmişdir, lakin xalası oğlu ilə heç vaxt tək olmamışdır. Hətta bir dəfə belə bir şey olub ki, xalası oğlu onu dəvət edirdi ki onun telefonuna antivirus yükləsin, amma o, getməmişdir, çünki vaxtı olmamışdır, dərsləri olmuşdur. Yəni heç vaxt onun yanına, yaxud da qaldığı evə tək getməmişdir. Səhv eləmirsə, telefonun təmiri ilə bağlı özü birinci yazmışdır, lakin üstündən çox vaxt keçdiyi üçün dəqiq xatırlamır. Ancaq yadındadır ki, yazışmada özü yazmışdı ki, "gələrsən, telefonuna antivirus yükləyərik”. Daha sonra telefonuna antivirusun linkini atmışdı və demişdi ki, "özün yükləmə, bizə gələndə birlikdə quraşdırarıq”. Telefonun təmiri ilə bağlı bir dəfə belə bir dialoq olub. Onda da görüşə bilməmişlər. Çünki vaxtı yox idi, dərsləri çox olub. Həmin hadisə günü məhz onların evinə getməyinin səbəbi odur ki, şəhərdə qalan başqa qohumları yox idi. Anası da onlara etibar elədi, fikirləşdi ki, bacısının evində "uşağın başına bir iş gəlməz”. Özü də ayrı yerlərdə qalmağı çox xoşlamır, amma anasının saatın gec olduğundan narahat olduğunu nəzərə alaraq, orada qalmağa razılaşmışdır. Özünün xatırladığı qədər Əsgər üç dəfə marketə gedib və hər dəfə pivə alıb gətirirdi. İkisinin də eyni olduğunu, markanı xatırlamır. Ancaq üçüncü dəfə marketə getdiyi zaman başqa bir pivə almışdı. Xatırlayır ki, şüşəli butulkada idi, rəngi də tünd-qəhvəyi idi. Birinci dəfə onun üçün aldığı pivə ümumiyyətlə şüşədə deyildi. Onun üçün aldığı pivə dəmir bankada idi, spirtsiz idi. Növbəti dəfə aldığı pivə şüşə butulkada idi və spirtli idi. Səhv eləmirsə, Əsgər dedi ki, ya iki faiz, ya nə qədər, dəqiq xatırlamır. Ondan sonrakı dəfə aldığı pivə isə qara şüşəli butulkada "Baltika” idi. Nəzərdə tutduğu odur ki, ona aldığı pivədən ikisi fərqli idi. Spirtsiz pivəni içib, qurtarmışdır, dəqiq xatırlayır, digər aldığı pivənin isə birini içmişdir. "Baltika”nı isə ümumiyyətlə axıra qədər içməmişdir. Bir az süzüb içmişdir. Ailə problemləri ilə bağlı xüsusi heç nə danışmamışlar. Onun öz şəxsi həyatı ilə bağlı da danışmamışlar. Səhv eləmirsə, Əsgər ondan yaşını soruşmuşdu, yoxsa neçənci sinifdə oxuduğunu soruşmuşdu, dəqiq xatırlamır. O da həmin vaxt 11-ci sinifi bitirən olmuşdur. Universitetə hazırlaşan dövr idi. Bununla bağlı söhbətləri olub. Universitet məsələsini müzakirə etmişlər. Başqa xatırladığı əhəmiyyətli bir söhbət olmayıb. Bir də bir dəfə hansısa filmə baxa bilib bilmədiklərini müzakirə etmişlər. Başqa heç bir xüsusi dialoq olmayıb, yəni əhəmiyyətli ola biləcək söhbətləri olmayıb. Hadisədən qabaq içki içmişdir. Bir dəfə bacısı universitetdəki hansısa uğuru ilə bağlı anası ilə şərab içmişlər. Anasının icazəsi ilə içmişdir. Hadisədən sonra içki içməmişdir. Kimyəvi ekspertizanın rəyi ilə tanış olmuşdur. Ancaq ekspertizanın onda nə səbəbdən spirtli içkini aşkar etdiyini bilmir, çünki həmin günü və hətta gecə vaxtı da onlar polislərlə birlikdə həmin cinayət törədən şəxsin evinə hadisə yeri ilə tanış olmağa getmişlər. Həmin gün polislərlə olmuşdur, vəkili ilə birlikdə. Vəkilin evində olmuşdur. Ondan sonra maşınla yol getmişlər və anasının rəfiqəsi onlara yemək gətirmişdi, çünki onlar bir neçə gün ərzində demək olar ki, heç nə yeməmişdilər. Yəni onun yanında şəxslər, şahidlər olub, hansılar ki deyə bilər ki, o, spirtli içki içməmişdir. Bu səbəbdən həmin ekspertizanın nəticələri onun üçün şübhəlidir. Təqsirləndirilən şəxslə həmin gün ona qarşı keçirə biləcək hissləri ilə bağlı söhbətləri olmayıb. Onunla cinsi əlaqəyə girmək üçün heç bir təkliflər olmayıb. Belə bir təklif olsaydı onu rədd edərdi. Narahat olardı, həmin an anasına müraciət edib, deyərdi ki, onu oradan aparsın. Dəqiq saatı xatırlamır, amma deyə bilər ki, Əsgər üç dəfə çıxıb-qayıtdıqdan sonra ona təklif olunan içkidən sonra dəqiq heç nə xatırlamır. Əsgərin üzünü görmüş, onu əli ilə itələmişdir, onun üzünə doğru yaxınlaşdığını, pıçıldamağını xatırlayır. Mətbəxdən yataq otağına kimi necə getdiyi ilə bağlı heç nə xatırlamır. Huşunun itməsindən qabaq son xatırladığına görə mətbəxdə olmuşdur. Mətbəx ən aşağı mərtəbədə idi. Onun fikrinə görə podval sayıla bilər. Mətbəxdən ikinci mərtəbəyə qalxmağı ilə bağlı heç nə xatırlamır və Əsgər onu necə qaldırıb, heç bir məlumatı yoxdur. Əsgərin evindən çıxanda bədənində hər hansı bir xəsarət görməmişdir və xatırlamır. Yanında güzgü də yox idi ki baxsın. Həm də Əsgərin qaldığı evdən çıxanda o, vəziyyətdə olmamışdır. Yalnız evə gəlib duş qəbul etdikdən sonra, axşam saatlarında dodağında qaraltı görmüşdür. Növbəti günlərdə o bir az balacalaşdı, lakin daha çox qaraldı. Həmçinin qolunda və sinəsində göyərti, cızıq kimi izlər görmüşdür. Hadisəni ilk danışdığı şəxs həm onun dostudur, həm də atasının və anasının dostudur, birlikdə işləmişlər. Buna görə də ona hadisə haqqında danışa bilərdi və danışmışdır. Evə getməyə isə halı olmamışdır, çünki çox panika vəziyyətində olmuşdur. Baş vermiş hadisə ilə bağlı anası və onun rəfiqəsi ilə Dəmiryolu xəstəxanasında həkim-ginekoloqun yanına getmişlər. Daha sonra isə ancaq tibbi ekspertizalardan keçmişdir. Ümumiyyətlə həkimlə o, danışmamışdır, anası ilə danışmışdır. Dediyi kimi, həkim onu ancaq müayinə edib. Hadisə ilə bağlı anasına mütləq deməli olmuşdur. Həmin anda hadisəni tam dərk eləməmişdir. Daha sonra isə həkimə müraciət etmişdir. Başqa tərəfdən də düşünmüşlər ki, qohumuq, bəlkə, şikayət etmək lazım deyil. Hadisəni içtimailəşdirməklə bağlı narahatlıqlar var idi. Bütün bunlara görə də hadisədən dərhal sonra yox, bir az vaxt keçdikdən sonra polisə müraciət etmişlər. Müraciətlə bağlı qərarı özü qərar vermişdir, anası da onu dəstəkləmişdir. Valideynlərin elədiyi söhbətin şahidi olmuşdur. Özü evə qayıdandan sonra nə təqsirləndirilən şəxslə, nə də onun ailəsi ilə heç bir söhbəti, danışığı olmayıb. Onun ailəsini yalnız hadisə yerinə baxış üçün polislə gedəndə görmüşdür. Xalası onu qucaqlayıb, maşında yanında oturub ağlayıb, onun tərəfində olduğunu dedi. Başqa bir dialoqu olmayıb. Səhv etmirsə, onlar razılığa gəlmək üçün onun şikayət verdiyindən bir gün sonra onlara gəlmişlər. Onda o, yuxudan oyanan vaxt olmuşdur. Evdən səs gəldiyini eşitmişdir. Daha sonra üstünü geyinəndən sonra xalasıgilin onlarda olduğunu görmüşdür. Daha sonra onlar onun otağına gəlib şikayətlə bağlı söhbət etməyə çalışdılar. Xalası çoxlu ağladı. O da aralarında problem olmadığını bildirib, onlardan ancaq oğlunuzun yanında durmayın, istintaqa mane olmayın, bu kimi hadisələrin yenidən yaşanmasını istəmədiyiyni demişdir. Ondan sonra eşitmişdir ki, onlar zal otağında olarkən maddənin dəyişdirilməsi kimi təkliflər vermişdilər. Ondan başqa qarşı tərəflə heç bir dialoqu olmayıb. Əsəgərin ona fərqli dad adı altında verdiyi tünd rəngdə olan pivəni içdikdən sonra huşunda, yaddaşında problemlər yarandı. Bu da ondan xəbər verir ki həmin pivəyə nəsə qatılıb. Çünki 2-3 qurtum pivə içəndən sonra onun elə vəziyyətə düşməyi mümkün deyildi. Birdən-birə şəxsin ona öz stəkanından içməyi təklif etməsi çox şübhəli gəlir. Dediyi kimi, o dəqiq saatı xatırlamır. Yalnız onu deyə bilər ki, saat üçdən sonra, ona təklif etdiyi fərqli pivədən sonra özünü tam arxayın hiss eləmədiyini xatırlayır. Saat üç radələrində deyəndə, təxminən gecə saat üç tamam, dördə işləmişi nəzərdə tutur. Əsgər stolun üstündə olan öz içkisini ona uzatdı. Onun yanında hansısa bir içki süzülməyib. İçdikdən artıq bir neçə dəqiqə sonra olanlarla bağlı bir şey xatırlamır. Vaxta baxmamışdır ki, dəqiq neçə dəqiqə sonra başladığını bilsin. Həmin an bədənində qanın olub-olmamasına fikir verməmişdir. Kifayət qədər şokda olmuşdur. Sonra hamama gedərkən, ayaqlarının arasında qan olduğunu görmüşdür. Təxminən güman edə bilər ki, hadisə yataq otağında baş vermişdir, çünki qaranlığı xatırlayır. Yəni hadisə otaqda oldu və işıq yanmırdı. Əgər onun marağı olsaydı kiməsə şər atsın, deyərdi ki, hər şeyi xatırlayır, deyərdi ki, Əsgər onun əlini belə tutdu, qolunu belə tutdu. Sadəcə o, əvvəl özü-özündən şübhələnmişdir ki, belə bir hadisə baş verə bilməz, olmayıb. Ancaq bir müddət vaxt keçəndən sonra dərk eləmişdir ki, həqiqətən də bu hadisə olub. Sonra isə tibbi ekspertizalar da bunu sübut edib. Hadisədən sonra ayılıb Əsgərin üstünə getdikdə, onun etirafını eşitdikdən sonra başa düşmüşdür ki, bu hadisə doğrudan da baş verib. Onun atasının spirtli içki qəbul etdikdən sonra fiziki zorakılıq tətbiq etməsini ictimaiyyət də bilir. Anası ilə kolqotkaları bir yerdə saxlanılır. Ölçüləri də eynidir. Buna görə də elə olur ki, onlar bir-birilərinin kolqotkalarını geyinə bilərlər. Kolqotka ancaq onun üzərində olub, ondan başqa onu heç kim geyinməyib. Əsgərə onun seks həyatı ilə bağlı sual verməmişdir. Onun şəxsi həyatı ona maraqlı deyil. Hadisə baş verən zaman onun 16 yaşı olub. Onun telefonuna zəng gələndə Əsgərə telefonu verməmişdir. Telefonu onun əlindən Əsəgər özü almışdır və yalnız Əsgəri razı salandan sonra, deyəndən sonra ki, "heç nəyi heç kimə danışmayacam”, yalnız bundan sonra telefonunu Əsəgərdən geri götürə bilmişdir. Geyindiyi paltar təmiz idi, üzərində qusmaq izləri yox idi. Əsgərin stəkana nəsə qatıb-qatmamağını özü görməmişdir. İdrakı o qədər də tanımır, şəxsi görüşləri olmayıb, hadisədən qabaq cinsi həyat yaşamamışdır. elan olunub araşdırlmış ifadələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, anası Qanuni nümayəndə ilə birlikdə yaşayır. Ailəsi 4 nəfərdən ibarətdir. X6 ilə anası Qanuni nümayəndə 2020-ci ilin fevral ayında ayrılmış, bacısı X19 Krallığında yaşamaqla ali təhsil alır. Özü hazırda Latviya Respublikasının Riqa şəhərində "Riqa Hüquq və Diplomatiya” Universitetində "hüquq və diplomatiya” fakültəsinin birinci kurs tələbəsidir. Bununla yanaşı sosial fəaliyyətlə məşğul olmaqla feminist hərəkatının və başqa sosial qrupların üzvüdür. Anasıgil 6 bacı və 2 qardaşdırlar. Demək olar ki, heç bir xalası və dayısıgillə münasibətləri yoxdur. Buna səbəb anası və ailəsinin siyası baxışlarıdır. Xalalarından biri də Şahid9dır. O, biologiya müəllimi olmaqla Beyləqan rayonunda əri ilə birlikdə yaşayır, iki övladı vardır. Şahid9 qızı Almaniyada yaşamaqla işləyir, oğlu Əsgər isə Bakı şəhərində yaşayır. 24 avqust 2020-ci il tarixdə saat 22 radələrində "Elmlər Akademiyası” metrostansiyasının qarşısında vəkilləri Nümayəndə ilə görüşmüş və ona sənəd vermişdir. Piyada olduğuna və axşam saatları olduğuna görə Zibeydə xanım öz avtomobili ilə onu "Azadlıq” metrostansiyasının yanına aparmağı təklif etmişdir. Həmin vaxt anası Zümrüdlə özünə məxsus ***-***-**-** nömrə ilə telefonla danışarkən anası avtomobilinin nasaz olması və onu götürmək üçün Azadlıq metrostansiyasına gələ bilməyəcəyini, gec olduğuna görə onun evə gəlməyərək Bakı şəhəri Yasamal rayonu Rostropoviçlər küçəsində yaşayan xalasıgilə getməklə orda qalmasını, xalası oğlu Təqsirləndirilən şəxs evdə olduğunu demişdir. O isə bundan sonra Zibeydə xanımdan onu həmin ünvana aparmasını xahiş etmişdir. Həmin zaman onlar Zibeydə xanımla birlikdə sonuncuya məxsus olan avtomobillə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yanınadək getmişlər. Yolda Əsgərlə bir dəfə telefonla danışmış, Əsgər ona anasının onu qarşılamasını dediyini bildirmişdir. Xalasıgilin evinin yaxınlığında avtomobildə düşdükdən sonra Əsgər onu küçədə qarşılamışdır. Həmin ərəfədə hava şəraiti bir qədər soyuq keçdiyi üçün əynində qara rəngli mayka tipli köynək, ağ rəngli dəri materialdan olan ətək, dəri rəngli (berj) kalqotka, qara rəngli dəri materialdan olan gödəkçə və bir cüt qara bot tipli ayaqqabı, qara dəri materialdan bel çantası olmuşdur. Əsgərlə birlikdə xalasigilə getmişlər. Evin içərisində əşyaların dağınıq vəziyyətdə olduğunu görüb evi səliqəyə salmışdır. Daha sonra evdə Əsgərin verdiyi şort və qısaqol köynəyi geyinmişdir. Həmin paltarların altında ancaq ağ rəngli tuman və bustqalter qalmışdır. Bundan sonra Əsgər ac olduğunu bildirib ondan ac olub-olmadığını soruşmuş, o, isə tox olduğunu və heç nə yemək istəmədiyini demişdir. Əsgər evin yaxınlığındakı marketə getmək üçün evdən çıxmış və təxminən 10 dəqiqədən sonra evə qayıtmışdır. Geri qayıtdığı zaman Əsgər özünə təxminən 4-5 ədəd şüşə qabda pivə, bir ədəd dəmir qabda adını xatırlamadığı spirtsiz pivə, saçaqlı pendir, tum, "Pringles” çipsi almışdır. Həmin əşyaları "Araz” supermarketdən almışdı, çünki əşyalar həmin supermarketə aid plastik bağlamalarda olmuşdur. Marketdən birinci dəfə gəldikdən sonra Əsgər yenə evdən çıxaraq təxminən bir- iki dəqiqə sonra geri gəlmiş və həmin zaman da səhv etmirsə, limon almışdır. Bunları ona görə xatırlayır ki, əşyaları evdə stolun üstünə düzməyi Əsgər ondan xahiş etmiş, özü duş qəbul edəcəyini deyib hamam otağına girmişdir. Əsgərin dediyi kimi çipsi, saçaqlı pendir və pivəni stola düzmüşdür. Əsgər hamamdan çıxdıqdan sonra pivə içə-içə kompüterdə proqram yazmağa başlamış, o, isə Əsgərin aldığı alkoqolsuz pivəni içə-içə səhəri günü olacaq onlayn konfransa qoşulmaq məqsədi ilə "zoom” proqramını yükləmək üçün onun digər kompüterində işləmişdir. Belə ki, həmin konfrans onlayn qaydada keçirilməli olduğundan o, həmin konfransa onlayn qaydada qoşulmalı olmuşdur. Konfrans xx.xx.2020-ci il tarixdə saat 10-da olmalı olduğundan həmin vaxtadək yaşadığı evə çata bilməyəcəyinə görə elə xalasıgildə konfransa Əsgərin kompüterindən qoşulmağı düşünmüşdür. Əsgərin onun üçün almış olduğu spirtsiz pivəni içdikdən təxminən bir saat sonra Əsgər ona evdə olmadığını, soyuducuda bir ədəd spirtli pivə olduğunu və həmin pivəni də içə biləcəyini deməklə spirtli pivə içməsini ona təklif etmişdir. Bu zaman o da, anası ilə bir dəfə spirtli içki içdiyini bildirərək anasının da bunu biləcəyi halda ona problem yaratmayacağını demişdir. Belə ki, həmin zaman öz əzizinin evində olduğunu, yəni sanki öz evində olduğunu, özünün təhlükəsizlikdə olduğunu düşünərək tərkibində spirt olan pivə içməklə ona heç nə olmayacağını düşünmüşdür. Əsgər ona spirtli pivə içməyi bildirdikdən sonra pivəni açaraq həmin gün su içdiyi, üzərində palma ağaclarının təsviri olan, qalın şəffaf stəkana süzüb içmişdir. Əsgərlə ayrı-ayrı kompüterlərdə öz işləri ilə məşğul olmuş, gecə saat 02 radələrində Əsgərdən mobil telefonunu "format” etməsini xahiş etmişdir. Əsgər şəkil və digər məlumatları kompüterə köçürməyini tapşırmış, yenidən marketə gedəcəyini deyib evdən çıxmışdır. Bir neçə dəqiqə sonra Əsgər evə qayıdanda əlində yadında qalan bir şüşə “Baltika” pivəsi olmuş, həmin vaxt xx.xx.2020-ci il tarixdə gecə saat 02 radələri olmuşdur. Əsgər gedib yenidən pivə alıb gəldikdən sonra stolun üzərinə səhv etmirsə iki ədəd şüşə qabda pivə qoymuşdur. Həmin pivələrin şüşə qabların rənglərinin tünd olduğunu xatırlayır. Əsgər ona "Amina” adlı bibisinin oğlunun sevgilisi qızla yaxınlıqda olduğunu və onun evinə gəlib 30-40 dəqiqə oturub gedəcəklərini demişdir. Əgər onlar gələrsə, yuxarı mərtəbəyə qalxacağını bildirmişdir. Əsgərin "Amina” adlı bibisinin oğlanlarını görməmiş, onları tanımamışdır. Amina bibisinin iki oğlu olduğundan onlardan hansının gələcəyini bilməmişdir. Bundan sonra Əsgər onun istifadəsində olan "Redmi” markalı mobil telefonu format etmişdir. Həmin ərəfədə Əsgər yeni aldığı pivədən də içməyi ona təklif etmiş və o, stolun üzərində açıq şəkildə olan tünd rəngli şüşə qablaşmada olan pivədən də demək olar ki, yarısını stəkanına süzərək içmişdi. Bundan sonra saat 03-04 arası Əsgər ona qapı döyülmədiyi halda bibisi oğlunun gəldiyini və yuxarı qalxmağını bildirmiş, özü isə qapıdan çölə çıxmışdır. Təxminən 5 dəqiqədən sonra Əsgər tək evə qayıtmış, bibisi oğlunun gəlməsi barədə ondan soruşduqda bibisi oğlunun evə gəlmədiyini, onunla görüşüb qayıtdığını bildirmişdir. 1-2 dəqiqə sonra Əsgər onu aşağı mərtəbəyə, yəni mətbəxə çağırmış, o aşağı düşərək stulda əyləşmiş, bu zaman Təqsirləndirilən şəxs ona daha əvvəl pivə və su içdiyi stəkanda deyil, ağ rəngli, kiramit (çini) materialdan olmaqla üzərində mavi rəngli fil rəsminə bənzər rəsm olan stəkanda artıq süzülməklə stolun üzərində olan sarı rəngli mayeni - pivəni ona uzatmış və "Sən nə içirsən heç sərxoş olmursan?”,-deyə bildirmişdir. O, isə bu cümləni zarafat olaraq qəbul etmiş və "Çox danışan deyiləm axı, narahat olasan və istəyəsən ki, içim, yatım, sənin canın qurtarsın”,-deyə cavab vermişdir. Əsgər isə zarafat etdiyini və bu məqsədlə demədiyini bildirmişdir. Bu zaman Əsgər həmin içkinin dadının başqa olduğunu, "Baltika” pivəsi olduğunu, lakin Əsgərin həmin pivənin dadına baxaraq bəyənmədiyini bildirməklə dadına baxması üçün ona uzatmışdır. O isə, həmin stəkanda olan pivənin də dadına baxmaqla 2-3 qurtum içmiş və dadının eyni olduğunu Əsgərə bildirmişdir. Bundan sonra stəkanı stolun üzərinə qoymaqla özünə məxsus olan "Redmi” markalı mobil telefonda elektron ünvanına daxil olmağa çalışmışdır. Belə ki, Əsgərin həmin gün onun mobil telefonunu format etdiyi üçün orada olan hesabları silinmişdir. Əsgərin ona verdiyi, ağ rəngli kirəmit materialdan olan stəkanda olan pivədən 2-3 udum içməsindən təxminən 5-10 dəqiqə sonra artıq baş verənləri xatırlamamışdır. Belə ki, son olaraq mobil telefonunda elektron ünvanına daxil olmağa çalışdığını, bu zaman Əsgərin onun yanına gələrək ayaq üstə dayandığını və nə etdiyini soruşduğunu, onun da Əsgərə elektron ünvanını açmaq istədiyini bildirdiyini xatırlayır. Bundan sonra isə sanki hər şey sönmüş və nə baş verdiyini xatırlamamışdır. Ancaq, kiçik epizodlar xatırlayır. Hansı ki, bir neçə dəfə ancaq gözünü açıb-bağlaması kimi saniyəlik görüntülər olmuşdur. Birində Əsgərin ona toxunmağa çalışdığını və digərində Əsgərə qarşı çıxmağa çalışdığını, daha sonra Əsgərin onun üzərində olduğunu və aşağı hissəsində ağrı hiss etdiyini xatırlayır. Bundan başqa, Əsgərin ona verdiyi mayeni qəbul etdikdən sonra heç bir detalı xatırlaya bilmir. Səhər saat 10 radələrində oyananda özünü tam çılpaq vəziyyətdə 2-ci mərtəbədə yerləşən Əsgərə aid otaqda olan yataqda görmüş və qışqırmışdır. Əsgər də həmin zaman tam çılpaq vəziyyətdə onun yanında yatağın divar tərəfində olmuşdur. Onun bədəninin necə olmasını xatırlamır. Çünki, özünün çılpaq olduğunu görüb qışqırıb ədyala bükələnib 1-ci mərtəbədə yerləşən hamam otağına getmişdir. Əynində axşam olan heç bir paltarlar, yəni şort, köynək və alt paltarları olmamışdır. Hamam otağında bədənində, xüsusilə cinsi orqanı tərəfdə qan olduğunu görmüş və bədənini yumuşdur. Saçından başqa bədəninin hər bir yerini su ilə təmiz yumuşdur. Ayağında olan qan ləkəsini də tam yumuşdur. Cinsi orqanı üzərində qan ləkələrini də yumuşdur. Hamamda az müddət qalmış, əyninə yataqda olan çəhrayı rəngli adyalı bükələmiş və hamamdan çölə çıxmışdır. Bu zaman Əsgərin artıq əynini geyindiyini və ona alt paltarlarının, yəni ağ rəngli tumanının, qəhvəyi (berj) rəngli kalqotqasının və qara rəngli büstqalterinin mətbəx otağında olduğunu bildirmiş, onun qışqırmağına görə isə gətirib həmin əşyaları ona vermişdir. Onları geyindikdən sonra Əsgərgilə gələrkən əynində olan və gələn kimi soyunduğu ağ rəngli yubka, qara rəngli qısaqol köynək və qara rəngli gödəkçəsini geyinmiş, alt paltarlarında heç bir qan və zədə olmamışdır. Həmin ərəfədə onun mobil telefonuna anasından zəng gəlmiş, Əsgər telefonu ona verməyərək və bu barədə ona bildirməyərək anası Zümrüdlə özü danışmışdır. Lakin onun Əsgərin anası ilə danışdığını görməmiş, yəqin ki, həmin halın onun hamam otağında olduğu zaman baş vermiş və Əsgər onun anası ilə digər otaqda danışmışdır. Paltarlarını geyinərək hamam otağından çıxdıqdan sonra alt paltarlarının niyə mətbəxdə olduğunu Əsgərdən soruşduqda ona gecə qusduğunu, onu mətbəx otağının yanında olan hamam otağına apardığını, alt paltarlarını soyundurduğunu, ona çimməyə kömək etdiyini bildirmişdir. Qan barədə isə ona guya gecə aybaşı olmağı ilə əlaqədar cinsi orqanından qan gəldiyini demişdir. Ancaq həmin vaxt heç nə xatırlamadığını, sadəcə olaraq gecə ilə bağlı 3 epizodu, yəni ona Əsgərin toxunduğunu, ona əl qol atdığını və "yox, yox” dediyini, yerdə, hamam otağında qusuntu gördüyünü, həmçinin Əsgərin üstündə olduğunu, cinsi orqanı tərəfdən kəskin ağrı olduğunu xatırladığını bildirmişdir. Bunları dedikdə Əsgər etiraf edərək gecə onun yanına gəldiyini, öpdüyünü və onunla cinsi əlaqədə olduğunu bildirmişdir. O, isə baş verənləri tam dərk etmədiyindən bununla bağlı başqa hər hansı sual verməmişdir. Əsgərlə ağlaya-ağlaya və qışqıra-qışqıra danışdığından Əsgər bəzi halları etiraf etmişdir. Belə ki, Əsgərdən niyə çılpaq olduğunu soruşduqda ona qusduğunu, paltarlarını çıxartdığını və hamama getməyə köməklik etdiyini bildirdikdə, Əsgərə mətbəx otağında olan Əsgərgildə geyindiyi şort və köynəyi göstərib təmiz olduğunu bildirmiş və yalan dediyini, yenidən ondan paltarlarını niyə çıxartdığını əsəbi halda qışqıraraq soruşduqda Əsgər cavab verə bilməmiş, bundan sonra onunla cinsi əlaqədə olduğunu etiraf etmişdir. Hamilə qalıb-qalmayacağını soruşduqda Əsgər ona gülərək indiyə qədər olan təcrübəsində belə halların olmadığını, yəni heç kimin onunla cinsi əlaqədə olduqdan sonra hamilə qalmadığını bildirmişdir. Həmin zaman çox çaşqın və əsəbi olduğundan heç özünə güzgüyə belə baxmadığından sifətində və bədənində konkret olaraq nə xəsarətlərinin olmasına fikir verməmişdir. Əsgər ona hamilə qalmamağı üçün hər ehtimala Türkiyədən gələcək adını demədiyi dostu vasitəsi ilə dərman gətizdirəcəyini bildirmişdir. Bundan sonra Əsgər ona mətbəxdə kofe hazırlayıb içməsi üçün təkid etmişdir ki, ondan içki iyi gəlməsin və anası Zümrüd içkili olduğunu başa düşməsin. Həmçinin Əsgər onun telefonunu özünə vermək istəməmiş və onu evdən çıxmağa qoymamış, axşam yenidən onlara gəlməsini və hadisə barədə heç kimə, xüsusilə də anası Qanuni nümayəndə heç nə deməməsini bildirmiş, o isə, qorxduğundan Əsgərlə razılaşaraq evdən çıxmış, Əsgərgilə yaxında qalan, ünvanı dəqiq bilmədiyi dostu, xeyriyyə işində birlikdə çalışdığı Ümman adlı şəxsin yaşadığı və işlədiyi yerə piyada getmişdir. Əsgərgildən çıxdıqda saat təxminən saat 11 radələri olmuş, ağlaya-ağlaya başına gələnləri hostelin qabağında çay baxçasında olan Ümmana danışmışdır. Ümman bundan sonra anası Zümrüdə zəng vuraraq onun halının pis olduğunu, evdə hər şeyi başa salacağını bildirmişdir. Ümman onu taksi ilə yaşadıqları Abşeron rayonu Maqsud Abdullayev küçəsi ev 11-ə aparmış, saat 12 radələrində onu evlərinə çatdırmışdır. Evə gedəndən sonra Ümman anası ilə qapıda söhbət etmiş və onu evə ötürərək çıxıb getmişdir. Bundan sonra anası Zümrüd ilə hadisə barədə danışaraq başına gələnləri bildirmiş, evdə alt paltarını dəyişdikdə ağ rəngli tumanında və qəhvəyi rəngli kalqotqada qan olduğunu görmüşdür. Həmin zaman onu hamam otağına aparmaqla anası Qanuni nümayəndə soyundurmuş, hətta ilkin olaraq onun əynində olan kalqotkanı və tumanı hamam otağında olan zibil yeşiyinə atmışdır. Qara rəngli bustqalterdə isə qan olmamışdır. Hadisəni anasına danışdıqdan sonra anası bu barədə rəfiqəsi olan Nuriyyə xanıma danışmış və sonuncu da onlara gəlmişdir. Daha sonra anası tanışı olan ginekoloq həkimlə danışmış və öz avtomobili nasaz olduğundan Dəmiryolu xəstəxanasına Nuriyyə xanımla birlikdə getmişlər. Orada həkim ginekoloq Şahid2 onu ilkin müayinə edərək cinsiyyət orqanında qan gördüyünü, lakin həmin qanın aybaşı qanına bənzəmədiyini bildirməklə polisə müraciət etmələrini məsləhət görmüşdür. Bundan sonra onlar evə qayıtmış və o, anasına hamam otağında qoyduğu alt paltarı - tumanı və kalqotkanı xüsusi şəkildə sarafana qoymasını xahiş etmiş və anası onları hamam otağında olan zibil yeşiyindən götürməklə sarafana qoyaraq bağlamışdır. xx.xx.2020-ci il tarixdə Leyla Şıxlinskaya adına xəstəxanada həkim Elnarə Həmzəzadə tərəfindən ginekoloji müayinədən keçmişdir. Müayinədən keçərkən artıq aybaşı olmağının 4-cü günü olmuş, yəni xx.xx.2020-ci il tarixdə aybaşı müddəti başlamışdır. xx.xx.2020-ci il tarixədək evdə olaraq heç bir yerə çıxmamış və hər hansı başqa həkimə və tibb müəssisəsinə müraciət etməmişdir. xx.xx.2020-ci il tarixdə artıq öz evlərinə gəldikdən sonra evdə olarkən sol qolunda cızıq, dodağında göyərti, sinəsinin sağ tərəfində göyərti olduğunu görmüşdür. Həmin xəsarətləri Əsgərgilin evində almışdır. Ancaq, özündə olmadığından necə aldığını xatırlamır. Sonradan anası ilə birlikdə Bakı şəhəri Səbail rayon polis idarəsinə xx.xx.2020- ci il tarixdə şikayət edərək xx.xx.2020-ci il tarixdə axşam radələrində məhkəmə-tibb ekspertizasından keçmişdir. Təqsirləndirilən şəxs onu huşsuz hala salaraq köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olaraq onu zorladığına görə cəzalanmasını istəyir. Əsgər onun 11-ci sinifdə oxuduğunu, 16 yaşının tamam olduğunu, 18 yaşının tamam olmadığını bilmiş, bu barədə həmin gecə söhbətləri olmuş, ad gününü qeyd etdiyi tarixi Əsgərə bildirmişdir. Əsgərə həmin gecə anası Zümrüdlə əvvəllər bir dəfə içki içdiyini bildirmiş, ancaq, dostları ilə spirtli içki içməsi barədə heç nə deməmiş, çünki belə hal olmamışdır. Spirtli pivəni də Əsgər özü ona təklif etmişdir. xx.xx.2020-ci il tarixdə evdə olarkən Əsgərin əynində hansı paltarlar olmasını xatırlamır. Əsgərdən nə vaxtsa marixuana çəkib-çəkmədiyini soruşduqda ona xaricdə bir dəfə çəkdiyini bildirmiş, o, isə dostlarının marixuana çəkib-çəkməməsi və ya başqa məsələ ilə bağlı Əsgərə heç nə bildirməmişdir. O və ailə heç bir zaman, nə hadisədən əvvəl, nə də ki, sonrakı tarixlərdə, yəni heç vaxt Təqsirləndirilən şəxs, onun valideynlərindən və ya digər ailə üzvlərində maddi vəsait və ya maddi dəyərli hər hansı bir əşya istəməmiş, belə sözsöhbət yaranmasın deyə hətta anası Qanuni nümayəndə hadisədən əvvəl bacısı Şahid9 verdiyi dəqiq məbləğini bilmədiyi pul vəsaitini də ondan geri istəməmişdir. O, anası Zümrüd ilə eyni ölçüdə, yəni qablaşmanın üzərində bədən ölçüsünün vahidi kimi "24” yazılan ölçüdə olan, o cümlədən adətən dəri rəngində kalqotka geyinmiş, həmin kalqotqaları da həm o, həm də anası Zümrüd yaşadıqları evin yataq otağındakı paltar dolabında eyni siyirtmədə saxlamışlar. Həm bədən ölçüləri eyni olduğundan, həm istifadə etdikləri kalkotqaların rəngləri eyni olduğundan, həm də kalqotkaları saxladıqları yer eyni olduğundan bəzi hallarda dəyişik salaraq anası Zümrüdə məxsus kalqotkaları da geyinmişdir. Uzun müddət keçdiyindən hadisə günü məhz özünə məxsus olan, yaxud anası Zümrüdə məxsus olan kalkotqanı geyindiyini xatırlamır. 25 avqust 2020-ci il tarixdə evə gəldikdən sonra, orada anasına Təqsirləndirilən şəxs onu zorlamasına dair baş vermiş hadisəni danışmış, bu zaman anası Zümrüd sarsıntı keçirdərək ağlamağa başlamış və həmin vəziyyətdə onu evin tualet otağına aparıb əynində olmuş kalqotkanı və tumanı çıxartmışdır. Həmin vaxt vizual baxdıqda əynində olmuş kalqotka və tumanın üzərində qan ləkələri aydın göründüyündən anası ağlaya-ağlaya həmin geyimləri tualet otağında olan zibil qutusuna atmışdır. Lakin, həmin tarixdə axşam saatlarında anasına Təqsirləndirilən şəxs şikayət edəcəyini, geyimlərin gələcəkdə araşdırma üçün lazım ola biləcəyini, onları atmamasını bildirmiş, onun sözlərindən sonra anası zibil qutusundan ona məxsus və əynində olmuş tuman, eləcə də kalqotkanı götürüb hər ikisini bir ədəd sellofan paketə qoymuşdur. Ona təqdim edilmiş TŞ kamera görüntülərinə baxış keçirtdikdən sonra bildirmişdir ki, TŞ 1-118.2 (part 2) adlı video faylın 43:18-ci dəqiqəsində sol tərəfdən görüntüdə görsənən şəxs odur. Görüntüdən də göründüyü kimi asta sürətlə hərəkət edərək həmin zaman anasının ona "Whatsapp messenger” sosial proqramı ilə yazdığı mesajları oxuyub daha sonra isə anası ilə telefonda danışmışdır. Həmin zaman onu ağlamaq tutmuş və özünü pis hiss etdiyi üçün təxminən 10-15 saniyə yolun kənarında dayanmış, daha sonra üz-gözünü silərək yola davam etmiş və "Axundov” parkından keçməklə Mərkəzi Univermaq istiqamətində hərəkət etmiş və Ümmanın yanına getmişdir. Həmin gün evdən çıxdıqdan sonra Əsgər bir neçə dəfə ona zəng etmiş, telefonla danışıqlarında Əsgər ona evdən çıxmamışdan da əvvəl bildirdiyi kimi, evə getməməsini və onlara gəlməsini bildirmiş, evin açarını hara qoymasını ondan soruşmuşdur. Belə ki, o, evdən çıxmaq istədiyi zaman da Əsgər onu buraxmayaraq yenidən onlara gəlməsini israrla demiş, o isə, Əsgəri razı salmaq üçün yalandan ora gələcəyini deməklə evdən çıxmışdır. Birinci zəng gələn zaman "Axundov” parkının yaxınlığında, sonrakı zənglərdə isə yolda olmuşdur. Dördüncü zəng gələn zaman isə, səhv etmirsə, Ümmanın yanında olduğunu və artıq Əsgərin onu izləyə biləcəyindən qorxmadığı üçün hadisə barədə anasına deyəcəyini, onu şikayət edəcəyini və gecə onu zorladığı üçün cavab verəcəyini bildirərək telefonu bağlamışdır. Əsgərin ifadəsində Sənayın ondan həmin vaxt seksual həyatı ilə bağlı suallar soruşması, yəni indiyədək cinsi əlaqəsinin olub-olmamasını soruşması barədə bildirdikləri yalandır, çünki, belə hal olmamışdır. Həmçinin, atası Fuad Qəhrəmanlının ona 1 il qabaq toxunduğunu bildirərək ağlamağa başlaması ilə bağlı Əsgərin dedikləri də yalandır. Aralarında belə söhbət olmamışdır. Ümumiyyətlə, atası ona qarşı heç vaxt toxunma və ya zorakılıq etməmişdir. Onun Əsgərlə anası Qanuni nümayəndə ona zəng etməsi zamanı anası ilə danışmaq istəməməsi, bu səbəbdən telefonu Əsgərə verməklə sonuncunun anası Qanuni nümayəndə ilə telefonla danışmasını istəməsi barədə Təqsirləndirilən şəxs ilə aralarında söhbət olmamışdır. O, evdən sakit yox, ağlayaağlaya çıxmışdır. xx.xx.2020-ci il tarixdə səhər saat 11-12 radələrində Əsgərgildən getdikdən sonra xalası Sürəyya anası Zümrüdlə telefonla danışdıqdan sonra onun ağlamağını bilib ona telefonla zəng vurmuş və telefonda ağlamığını eşidib, Əsgərin ona nifrətə layiq nəsə edib-etmədiyini soruşmuşdur. Ona həmçinin Əsgərlə içki içdikləri barədə bildirmişdir. İstintaqa təqdim etdiyi tuman və kalqotka üzərində qan ləkələrinin olmasını xx.xx.2020-ci il tarixdə xalasıoğlu Əsgərgildən çıxdıqdan və evlərinə gəldikdən sonra saat 13 radələrində evdə olarkən görmüş, həmin tarixdə soyunmuş və istintaqa təqdim edildiyi vaxtadək geyinməmiş və ya həmin paltarlar başqa şəxslər tərəfindən geyinilməmişdir. Həmin tuman və kalqotka üzərində olan qan ləkələrinin aybaşı qanı olmasının heç bir ehtimalı yoxdur. Belə ki, onda 2020-ci ilin avqust ayının 8-də aybaşı müddəti başlamış və 2020-ci ilin avqust ayının 14-də aybaşı bitmişdir. Təkrarən avqust ayının 25-də onun təkrari aybaşı olmağı mümkün deyildir. Çünki onda heç vaxt hormonal pozuntu olmamış, həmçinin o, heç vaxt Əsgərə cinsiyyət orqanında qan olmasının onda olan hormonal pozuntu ilə əlaqədar olması barədə bildirməmişdir. Bundan sonra isə, 2020-ci ilin sentyabr ayında 5-də aybaşı olaraq təxminən 10 sentyabr 2020-ci il tarixdə bitmişdir. Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi səs yazısı ona və anası Qanuni nümayəndə arasında olan səs yazısıdır. Həmin səs yazısı xx.xx.2020-ci il tarixdə saat 12-13 radələrində yaşadıqları evə gəldikdən sonra anası Zümrüdlə danışarkən qeydə alınmışdır. Anası Zümrüdlə bir dəfə şampan içərək sərxoş olmuş, atası Fuad tərəfindən uşaq vaxtı şiddət görməsi ilə bağlı danışmışdır. Əsgərlə birlikdə olarkən də danışıb danışmadığını xatırlamır. Səhər oyananda Əsgər ona gecə atası Fuadla bağlı danışdığını bildirmişdir. Səs yazısında olan "xəyal gücü” ilə bağlı bildirmişdir ki, həmin vaxt o sözü Əsgərlə bağlı işlətməmiş, həmin ifadəni bəlkə içkinin təsirindən nəyisə atası ilə bağlı xəyal gücülə əlaqədar şişirdib danışdığını demişdir. Atası heç vaxt ona qarşı hər hansı cinsi zorakılıq törətməmişdir. Əsgər axırıncı stəkanın içərisinə görmədiyi hansısa maddə qatmasaydı o, huşsuz vəziyyətə gəlməyəcəkdi. Çünki, tam sərxoş vəziyyətə düşəcək qədər içməmişdir. O, əgər özündə olsaydı Əsgərə daha artıq müqavimət göstərərək ona qarşı zorakılıq hərəkətlərinə icazə verməzdi. şahid Qanuni nümayəndə göstərmişdir ki, Sənayın rəfiqəsi universitetə daxil olduğuna görə Sənayı onun yanına qoymuşdur. Keçmiş həyat yoldaşı ilə boşandığına dair sənəd var idi və həmin sənədi vəkili Zibeydə xanıma çatdırması üçün Sənaya vermişdir. Sənay saat 5-6 aralığında onunla əlaqə saxladı və dostu ilə ayrılıb "Gəl danış” komandası üçün Səadət Abdullazadədən kitab götürəcəyini bildirdi. X47 Ağayev vermişdi. Sənay daha sonra yubandığını bildirdi. Sənay evə gəlmək istəsə də, qaranlıq olduğuna görə Sənayın təkcə taksiyə minməsinə razı olmayıb ona xalasıgilə getməsini demişdir. Həmin vaxtlarda da özünün maşını işləmədiyinə görə Sənayı özü götürə bilməmişdir. Buna görə də bacısı Sürəyyaya zəng edib evdə olub-olmadıqlarını soruşmuşdur. O isə evdə olmadıqlarını bildirdi. Təqsirləndirilən şəxs evdə "Şahin” deyə müraciət edirdilər. Əsgərə zəng edib Sənayı qarşılamasını xahiş etmişdir. Sonuncu dəfə Sənayla saat 12yə işləmiş danışmış, Sənay bildirmişdir ki, Əsgərlə telefonu format edirlər. Səhərisi gün Sənay "Zoom” proqramına qoşulmalı idi və o, ona xatırlatmışdır ki, yadından çıxmasın, səhər proqrama qoşulduqdan sonra evdən çıxsın. Daha sonra yatmışdır. Səhərisi gün Sənayın videokonfransı var idi və prezentasiyanı Sənay edəcəkdi. Lakin layihəni həyata keçirən Ruhəngiz xanım Sənayla əlaqə saxlaya bilmədiyinə görə ona zəng vurub Sənayın qoşulmasını xahiş etmişdir. Sənaya zəng vursa da telefonu Əsgər götürmüşdür. Əsgərə Sənayı oyatmasını demişdir. Zəngdən on beş dəqiqə sonra yenidən Ruhəngiz xanım yazdı ki, Sənay hələ də qoşulmayıb. Yenidən Sənaya zəng vuranda, Əsgər dedi ki Sənay təzə oyanıb. O da Əsgərdən ona kofe verməsini xahiş etmişdir. Əsgər də onun razılaşmışdır. Artıq saat 11:00 olanda yenidən Ruhəngiz xanım zəng vurub Sənayın qoşulmadığını bildirdi. O da Sənaya zəng vurmuşdur. Sənay telefonu götürdü, zorla danışdı və ona evə gələcəyini dedi. O da Sənaya nə üçün qoşulmadığını soruşduqda Sənay internetin işləmədiyini dedi. Bir müddət keçəndən sonra Ümman zəng edib Sənayın yaxşı olmadığını bildirdi. Həmin vaxt o, nə baş verdiyini bilməmişdir, bu hadisənin baş verəcəyini ağlından keçirməmişdir. O da maşınını işə salmağa çalışmışır, lakin maşın işləmədi. Ümmandan Sənayı taksi ilə evə gətirməsini xahiş etmişdir. Sənayla Ümman evə çatanda Sənayın rəngi sarı idi. Sənayı evə keçirmiş, Ümmandan nə olduğunu soruşmuşdur. Ümman da xalası oğlunun Sənaya nə isə etdiyini bildirdi və Sənayın özündən soruşmağını dedi. Ümman getdi və özü içəri keçib Sənayı hamam otağına salıb onu soyundurmuşdur. Sənayın paltarında qan var idi. Sənayın əynini dəyişdirib yataq otağında otuzdurmuşdur. Sənay ona hər şeyi danışmış, bundan sonra Sənayın dodağındakı göyərməni görmüşdür. Sənay sosial birisi olsa da, bunun nə olmasını başa düşmürdü, hətta dodağındakı izin Əsgərin onu döyməsi nəticəsində yaranması ilə əlaqəsinin olub-olmamasını soruşurdu. Daha sonra dostu Ülviyyəyə zəng edib onu evlərinə gəlməsini xahiş etmişdir. Ülviyyə evə çatdıqdan sonra ona vəziyyəti danışmışdır. Ülviyyə onları "Dəmiryol xəstəxanası”nda çalışan Nərgiz həkimin yanına apardı. Nərgiz xanım Sənayı yoxlayandan sonra bakirəliyin pozulması faktını təsdiqlədi və onların hüquq mühafizə orqanlarına müraciət etməli olduqlarını, onun belə bir faktı gizləyə bilməyəcəyini bildirdi. Sənaya nəticəni deməmişdir. Hadisədən bir gün sonra Sənayın budunun arxasındakı qançırları görmüşdür. Sənay hadisədən sonra altı ay müddətində onun yanında yatmışdır, hər gecə diksinirdi. Təqsirləndirilən şəxs və onun ailəsi qohumları olduğuna görə onda tərəddüdlər olmuşdur. Avqustun 26-sı Zibeydə xanım ona boşanmağı ilə bağlı zəng vurduqda baş verənləri ona danışmışdır, daha sonra onlar Səbail Rayon Polis İdarəsinin rəisi ilə danışmışlar. Nərgiz xanımı şəxsən tanımamışdır. Elnarə xanımı tanımışdır. Elnarə xanım onların ginekoloqu olub. Hadisə olanda Elnarəyə zəng vurmuşdur. Elnarə dedi ki, onlarda yoxlamaq mümkün deyil, başqa yerdədir. Ona Nərgiz xanımın nömrəsini verdi, o da Nərgiz xanımla danışıb rəfiqəsin çağırıb getmişdir. Nərgiz xanım ifadəsində ancaq o hissəni düz deyir ki, o, Sənayı çölə çıxarmışdır, çünki Nərgiz xanıma öncədən demişdir ki, uşağın yanında deməsin. Uşağı çıxarandan sonra Nərgiz xanım dedi ki, "əslində onun baxmağa icazəsi yoxdur”, siz bunu polisə bildirməlisiniz, o da demişdir ki, hə, mən yəgin ki şikayət edəcəm. Nərgiz xanım ondan xahiş elədi ki, onun adı heç yerdə çəkilməsin. O da demişdir ki, yəgin ekspertiza təyin olunacaq və oradan getmişdir. Sonra Nərgiz xanım onunla telefon danışıqlarında davamlı olaraq narahat idi, o da ona demişdir ki, narahat olmasın, adını deməyəcəkdir, istintaq zamanı da əvvəl onun adını deməmişdir. Sonra isə Nərgiz xanımın yanına getməyi haqda danışmışdır. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir: «…qızı 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Latviya Respublikasının Riqa şəhərində "Riqa Hüquq və Diplomatiya” Universitetində "hüquq və diplomatiya” fakültəsinin birinci kurs tələbəsidir və orada yaşamaqla ali təhsil alır. Ümumiyyətlə, ailəsi evlənənədək 2 qardaş və 6 bacıdan ibarət olmuşdur. Bacılarından biri Şahid9dır. Ailənin böyüyü olan Sürəyya evli olmaqla iki övladı vardır. Özü isə biologiya müəllimi olmaqla əri Yusiflə birlikdə Beyləqan şəhərində yaşayır. Onun böyük övladı Selcan hazırda Almaniya Respublikasında yaşamaqla həkim işləyir. Oğlu Təqsirləndirilən şəxs ali təhsilli olsa da, Bakı şəhərində özlərinə məxsus evdə tək yaşamaqla heç bir yerdə işləmir. Valideynləri Əsgərə öz adı ilə deyil, "Şahin” adı ilə müraciət etdiklərindən onlar da Əsgərə "Şahin” adı ilə müraciət etmişlər. xx.xx.2020-ci il tarixədək bacısı Sürəyya və onun ailəsi ilə münasibətləri yaxşı olmuşdur. Hətta daima onların evinə getmiş, Sürəyya isə bacı kimi çətin günlərində ona maddi və mənəvi dəstək olmuşdur. Sürəyya həmişə xala kimi qızları ilə maraqlanmış, xüsusilə Sənayla maraqlanaraq onun qayğısına qalmışdır. Sürəyya və onun əri Yusif heç kimə pislik edən adam olmamış, əksinə hamıya hörmət etmişlər. Təxminən 2020-ci ilin avqust ayının 14-dən 23-dək Sürəyya Əsgərin xəstələnməsi səbəbindən ünvan 6 ünvanında yerləşən, əri Yusifin adına olan evdə qalmışlar. Sürəyya Bakıda qaldığı müddət ərzində, 17-20 avqust 2020-ci il tarixlərdə səhərdən axşamadək onların evində, yanlarında qalmış, bacı kimi ziyarət etmişdir. Hər gün öz avtomobili ilə qızı Sənayla birlikdə onlara gəlir, Sənayla birlikdə Sənayın dərsləri ilə bağlı başqa yerlərə gedib axşamlar isə birlikdə yenə öz evinə qayıtmışdır. Hətta həmin ərəfədə bir gün Sənayla birlikdə Sürəyyagilin evində gecə qalmış, Əsgər də həmin vaxt evdə olmuşdur. Sürəyyagilin evi köhnə evdir. Evə daxil olduqda bir pilləkən zirzəmiyə düşür. Orada mətbəx və sanitar qovşaq yerləşir. Girişdən sağ tərəfdə təxminən iki pilləkən qalxdıqda sağda Əsgərin otağı var. Daha sonra sağ tərəfdə yenə pilləkənlə qalxdıqda orada zal, yəni qonaq otağı, oradan isə pilləkənlə qalxdıqda isə daha bir kiçik otaq vardır. 24 avqust 2020-ci il tarixdə saat 12 radələrində "Elmlər Akademiyası” metrostansiyası qarşısında qızı Sənay rəfiqələri ilə görüşdükdən sonra 25 avqust 2020-ci il tarixdə onun keçmiş əri Fuad Qəhrəmanlı ilə əmlak bölgüsü ilə bağlı Abşeron Rayon Məhkəməsində prosesinin olması səbəbindən həmin prosesdə iştirak etməsi üçün 24 avqust 2020-ci il tarixdə axşam saatlarında vəkili Nümayəndə ilə görüşərək sonuncunun adına verdiyi etibarnaməni vermişdir. Həmin ərəfədə Sənayla danışdıqda sonuncunun evə gəlməsi üçün "Azadlıq” metrosu yaxınlığına gəlməsini və oradan Sənayı götürəcəyini bildirmişdir. Lakin həmin zaman istifadəsində olan "Hyundai İX35” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil nasaz olduğundan avtomobili işə sala bilməmişdir. Bundan sonra gec olduğunu düşünərək Sənayın evə, yəni Abşeron rayonu Mehdiabad qəsəbəsinə tək gəlməsinin gec olacağını, narahat qalacağı səbəbindən bacısı Sürəyyaya zəng edərək sonuncunun harada olduğunu soruşmuş, Sürəyya isə əri Yusiflə birlikdə 23 avqust 2020-ci il tarixdə Beyləqan rayonuna evlərinə getdiyini, Əsgərin evdə olduğunu bildirmişdir. X29 orada qala bilib-bilməməsini soruşduqda sonuncu etiraz etməmişdir. Bundan sonra Sənayla mobil telefonda danışaraq avtomobilinin işləmədiyini, gec, təxminən saat 22 olduğunu və bu səbəbdən evə gəlməyərək xalası Sürəyyagilə getməsini, Əsgərin evdə olduğunu bildirmişdir. Sənay isə həmin zaman Zibeydə xanımla sonuncunun avtomobilində olduğunu bildirmişdir. İlk əvvəl Sənay etiraz etsə də, onun təkidindən sonra razılaşmışdır. Bundan sonra Əsgərin xatırlamadığı mobil telefon nömrəsinə zəng vurub Sənayı evin yaxınlığından qarşılamasını bildirmiş, Əsgər də evdə olduğunu və anasının ona bu barədə dediyini bildirmişdir. Sonra isə saat 23-24 radələrində Sənayla mobil telefon vasitəsilə əlaqə saxlayaraq harda olduğunu soruşmuş, Sənay Zibeydə xanımın avtomobillə onu xalasıgilin evinin yaxınlığına apardığını, orada isə Əsgərin onu qarşıladığını, həmin zaman xalasıgildə olduğunu bildirmiş, o isə Sənaya xx.xx.2020-ci il tarixdə olacaq konfransa "ZOOM” proqramı vasitəsilə qoşulmağı, həmin proqramı Əsgərin kompüterindən yükləməyi bildirmişdir. O, həmin danışıqları yaşadığı ünvan 8 ünvanından etmiş və avtomobili isə yaşadığı evin darvazasından içəridə, yəni həyətdə olmuşdur. Nasaz olan avtomobilinin təmiri üçün bir neçə dəfə müxtəlif ustaları, xüsusilə də "Anar” adlı ustaya müraciət etmişdir. Lakin avtomobilinin nə səbəbdən dəqiq olaraq işləməməsi və işə düşməməsi müəyyən edilməmişdir. Hadisədən də sonra bir neçə gün avtomobili həyətdə qalmışdır. Sənay daha sonra ona "Whatsapp messenger” sosial şəbəkəsində səs ataraq Əsgərin onu evə gətirdikdən sonra marketə çıxdığını, geri qayıtdıqdan sonra proqramı yükləyəcəyini bildirmiş, narahat olmamasını bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Sənaya bir neçə dəfə zəng etsə də o, telefonu götürməmişdir. Bundan sonra Sənaya "Whatsapp messenger” sosial şəbəkəsində yazmış, lakin ismarıc çatmamışdır. Təkrarən Sənaya zəng vurduqda Əsgər telefonu götürərək "hə, xala” deyə müraciət etmişdir. O, Əsgərə Sənayı oyatmağını, onun konfransa qatılacağını bildirmişdir. Həmin zaman konfransın Azərbaycan Respublikasından əlaqələndirici erkən nikahlara qarşı Qeyri-hökumət təşkilatlarından birinin rəhbəri olan Rühəngiz xanım Hüseynova olmuşdur. Təxminən bir neçə dəqiqə sonra Sənaya zəng vurduqda Əsgər yenə telefonu götürərək Sənayın oyandığını və internetə qoşulduğunu bildirmiş, o isə, Əsgərdən Sənaya bir stəkan çay verməsini xahiş etmişdir. Bir qədər sonra Rühəngiz xanım ona zəng vurub Sənayın yenə internetlə konfransa qoşulmadığını bildirmişdir. Təkrarən saat 11-12 radələrində Sənaya zəng vurduqda Sənay ağlaya-ağlaya ona internetin Əsgərgildə işləmədiyini bildirib evə gəldiyini demişdir. O isə Sənaya taksi ilə gəlməyini, gecikməməyini demişdir. Daha sonra bacısı Sürəyyaya zəng vurub evdə internetlə bağlı nəsə problem olubolmadığını soruşmuş, həmin zaman Sənayın evdə konfransa qoşula bilməməsi səbəbindən pis olduğunu düşünmüşdür. Bir qədər sonra Sənayın dostu Ümman adlı şəxs "Whatsapp messenger” sosial şəbəkəsində xatırlamadığı nömrə ilə ona zəng vuraraq Sənayın yaxşı olmadığını demiş və bu zaman Sənaya ona taksi tutaraq Sənayı evə gətirməyini xahiş etmiş və Sənayın yıxılıb-yıxılmadığını, nə baş verdiyini soruşmuşdur. Ümman sadəcə olaraq Sənayın özünü yaxşı hiss etmədiyini bildirib əlavə məlumat verməmişdir. Bir qədər sonra Sürəyya ona zəng vuraraq Sənayla danışıbdanışmadığını, Sənayın ona nə dediyini soruşmuşdur. Sürəyyaya məlumatlı olmadığını demiş, sonuncu isə "Əsgər bəlkə qıza nəsə edib” deyərək onu narahat etmiş, lakin Əsgərlə danışmağı deyərək başqa məlumat verməmişdir. O, Əsgərə zəng etmiş və evdə nə baş verdiyini, Sənayla aralarında hər hansı bir mübahisə olub-olmadığını soruşmuş, Əsgər isə heç nə olmadığını demişdir. Sənaygil yolda olarkən ona zəng vurub yenə nə olduğunu soruşduqda evdə danışacağını bildirmişdir. Bir qədər sonra Ümmanla Sənay evə gəlmiş, Ümmandan nə baş verdiyini soruşduqda "deyəsən xalası oğlu Əsgər Sənaya nəsə edib” deyərək evdən çıxıb getmişdir. Həmin zaman Sənay artıq evə daxil olmuş, bundan sonra evə Sənay hadisə barədə ona danışmış, o isə, Sənaya Əsgər tərəfindən cinsi təcavüz edildiyini düşünərək qızının hamam otağına keçməsini bildirmişdir. Belə ki, Sənayın danışdıqlarından böyük sarsıntı keçirdərək ağlamağa başlamış və həmin vəziyyətdə qızı Sənayı evin tualet otağına aparıb əynində olmuş kalqotkanı və tumanı çıxartmışdır. Həmin vaxt vizual baxdıqda qızı Sənayın əynində olmuş kalqotka və tumanın üzərində qan ləkələri aydın göründüyündən ağlayaağlaya həmin geyimləri tualet otağında olan zibil qutusuna atmışdır. Həmçinin həmin zaman Sənayın bədəni üzərində, yəni sinəsində, dodağında qızartıların da olduğunu görmüşdür. Bundan sonra Sənayın yuyunmasını və otağa keçməsini demişdir. Daha sonra Sənayla söhbət etməyə başlamış və nə baş verdiyini soruşmuş, Sənay ona gecə Əsgərgildə olarkən əvvəlcə evdə bir qədər təmizlik işləri apardığını, sonradan Əsgərin ondan yemək bişirməsini istədiyini, lakin Sənayın yemək bişirməyəcəyini ona dediyini, bundan sonra Əsgərin marketə gedərək oradan dörd ədəd spirtli pivə, tum, pendir aldığını, evə gəldiyini, ona içməsi üçün faizsiz pivə aldığını və içmək üçün verdiyini, Sənayın evdə olan kompüterlə, Əsgərin isə digər kompüterlə işlədiyini, hətta Sənay onunla danışaraq “Zoom” proqramını yükləməyə çalışdığını, istifadə etdiyi mobil telefonun Əsgər tərəfindən format edilərək yenidən yazıldığını, bunun Sənayın istədiyini bildirmişdir. X48 bibisioğlu İdrakla sevdiyi qızın evə gələcəklərini, Sənayın isə onları tanımadığını və onlar gəlməmiş məlumat verməsini, digər otağa keçəcəyini bildirmişdir. Bir müddət sonra heç qapı döyülmədən Əsgərin Sənaya bibisioğlunun gəldiyini bildirdiyini, bundan sonra Sənayın yuxarı mərtəbəyə qalxdığını, lakin təxminən 5 dəqiqə sonra Əsgərin Sənayı aşağı çağıraraq bibisioğlunun getdiyini, həmin zaman ona bir stəkanda pivə uzadaraq dadına baxmasını xahiş etdiyini və Sənayın isə həmin pivəni içdikdən sonra heç nə xatırlamadığını, yalnız 3 epizodu, Əsgərə yox-yox dediyini, cinsi orqanı ətrafında ağrılar hiss etdiyini, Əsgərin ona toxunduğunu xatırladığını, səhər ayıldıqda paltarsız olduğunu, daş kimi olaraq yataqdan qalxa bilmədiyini, Əsgərin lüt vəziyyətdə onun yanında uzanmış olduğunu və qolunun onun üzərində olduğunu bildirmişdir. Hələ heç nəyi dərk etmədiyini, birdən ayılaraq qışqırdığını, ədyala bürünərək hamam otağına gedib yuyunduğunu, bədənində və cinsi orqanında qan olduğunu, hamam otağından çıxdıqdan sonra bu barədə Əsgərdən soruşduqda sonuncunun bədənində olan qanın aybaşı qanı olduğunu ona dediyini, lakin Sənayın Əsgərə qışqırmasından sonra Əsgərin gecə ona toxunduğunu, onunla cinsi əlaqədə olduğunu etiraf etdiyini, həmçinin Əsgərin Sənaya “yəqin ki, fikirləşdim ki, sən də istəyərsən” dediyini, Sənayın isə Əsgərin bu sözünə görə ondan hamilə qala bilibbilməyəcəyini soruşduğunu, Əsgərin gülə-gülə ona təcrübəsində belə bir hal olmadığını, iki gün ərzində dostu vasitəsi ilə Türkiyədən dərman gətizdirəcəyini bildirmişdir. Sonradan Sənaya bu barədə heç kəsə deməməyi, məsələnin aralarında qalmasını demiş, Sənay isə evdən çıxmaq üçün yalandan heç kəsə heç nə deməyəciyini Əsgərə deyib telefonunu götürüb evdən çıxmış və Ümmanın yanına getmişdir. Sonradan Sürəyya ilə söhbət zamanı o, Əsgərin Sənaya heç nə demədiyini, onu gecə videoya çəkdiyini, həmin vaxt Sənayın aybaşı olduğunun görsəndiyini bildirmişdir. Lakin nə qeyd olunan video hər hansı bir şəxsə, o cümlədən istintaqa tədqim edilməmiş, Sənay isə həmin vaxt aybaşı olmamışdır. Belə ki, o, avqust ayının 8-14 arası aybaşı olmuşdur. O, avqust ayının 11-12-də qızını Leyla klinikasına apardığından və qızının analizlərinin yalnız aybaşı dövründən üç gün sonra verməli olmasını bildiyi üçün qızının aybaşı dövrünün avqust ayının 8-də başlamasını bilirmişdir. Sənayın hadisə barədə ona danışmasından sonra, yəni xx.xx.2020-ci il tarixdə günorta radələrində rəfiqəsi Şahid3 ilə danışmış və onu evinə dəvət etmişdir. Nuriyyə xanım gəldikdən sonra baş verənləri ona danışmışdır. Həmçinin həmin ərəfədə ginekoloq Nərgiz həkimlə mobil telefonla danışmış və sonuncuya qızı ilə birlikdə onun yanına gələcəyinizi bildirmişdir. Bundan sonra öz avtomobili işləmədiyi üçün Nuriyyə xanımın istifadəsində olan “Hyundai markalı ix35” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə “Dəmiryolu xəstəxanası”nda Nərgiz həkimin yanına getmişdir. Xəstəxanada Nərgiz həkim Sənayı müayinə edərək bakirələyin pozulduğunu, pozulmanın təzə olduğunu, hətta qızının cinsiyyət orqanını zədələdiyini bildirmişdir. Bundan sonra evə qayıtmış, evə qayıtdıqdan sonra Sənay ona alt paltarlarını hamam otağından götürməsini və qablaşdırmasını, Əsgərdən şikayət edəcəyini bildirdiyindən paltarları sarafana qablaşdırmışdır. Evə gəldikdən sonra Sənayın adının söz-söhbətdə hallanmasını istəmədiyindən və qohumluq əlaqələri, qızına qarşı törədilmiş əməllərin gözünün qarşısında böyümüş bacısı oğlu Əsgər tərəfindən edilməsini, hadisənin qohumları və ictimaiyyətdə necə qarşılanacağın düşündüyündən iki gün sonra, yəni xx.xx.2020-ci il tarixədə Sənayın Əsgəri bağışlamayacağı və belə bir qohumunun olmadığını, Əsgərin cinayətkar olduğunu deməsi, onun isə təcavüzə uğramış qızını gözünün qarşısında gördüyü üçün dözməyərək prokurorluğa şikayət etmişdir. Hadisə ilə əlaqədar aparılan istintaqın gedişində qızı Sənayın əynində olmuş tuman, eləcə də kalqotkanı istintaqa təqdim etmiş və geyimləri təqdim edərkən qızının tumanının üzərində spermanın qurumuş ləkələrinə bənzər ləkələr olmasını müşahidə etmişdir. Hadisədən sonra bacısı Sürəyya ilə danışıqlar zamanı sonuncu da oğlu Əsgərin Sənayı zorladığına inanmış, xx.xx.2020ci il tarixdə Sürəyya və əri Yusif yaşadığı evə gələrək Əsgərlə bağlı zorlama faktı əsasında şikayət etməməyi xahiş etmiş, Sürəyya uşaqları evləndirməyi və bu məsələni sakitliklə həll etməyi bildirmiş, o isə təcavüzçü ilə qızını evləndirməyəcəyini demişdir. Sürəyya ondan düşmən olub- olmayacaqlarını soruşduqda isə düşmən olmayacaqlarını, ancaq dost da ola bilməyəcəklərini bildirmişdir. Bundan sonra ailələlər arasında hər hansı danışıq olmamışdır. Hadisədən sonrakı dövrdə baş vermiş hadisədən Sənayın psixologiyasında hər hansı bir problem yaranmaması, o cümlədən onun yaşamış olduğu çətin anlarını, hətta onunla belə bölüşə bilmədiyi anlarını bölüşə bilməsi və müalicə alması üçün psixoloq Şahid5 müraciət etmiş və Sənay öz başına gələnləri psixoloq Şahid5la da bölüşmüşdür. Həmçinin hadisədən sonra Sənay öz sosial fəaliyyətinə davam etdiyi üçün onunla yaxın münasibətdə olmaqla yeniyetmələrlə işləyən sosial-işçi, Şahid4 ilə sıx münasibətdə olmuş və Sənayla baş vermiş hadisədən sonra Sənayın düşmüş olduğu depressiv vəziyyətdən çıxması üçün onunla həm psixoloq Şahid5, həm də sosial-işçi olan Şahid4 söhbətlər aparmışlar. Bundan başqa Sənaya psixoloji yardım göstərilməsi üçün "Ümidli gələcək” Gənclər Təşkilatının sədri Şahid6 ilə də görüşmüş, onlara köməklik etmələri üçün ora rəsmi ərizə ilə müraciət etmiş, Sənay bir dəfə Kəmalə xanımla və sonuncu ilə birlikdə işləyən, adını bilmədiyi psixoloqla danışmış və görüşmüşdür. Hazırda əsas şikayət və tələbi bacısı oğlu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilərək qızı azyaşlı Sənayı bihuşedici maddələr verməklə köməksiz hala salıb bakirəliyini pozaraq zorlamağına görə həbs edilməsindən ibarətdir. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixindən əvvəl yalnız bir dəfə onunla birlikdə şərab içmişdir. Başqa yerdə və başqa şəxslərlə spirtli içki içməmişdir. Əvvəllər istintaqın düzgün və obyektiv olmasına inanmadığı üçün tam ifadə verməmiş, ginekoloqu evə çağırdığını deməklə adını bildirməmişdir. Lakin hazırda düzgün ifadə verərək istintaqla tam əməkdaşlıq etməklə cinayətkarın cəzalanmasını xahiş edir və bunun üçün bütün lazımlı məlumatları təqdim etməyə hazırdır. Həmçinin hadisədən sonra bacısı Sürəyya, qardaşı Kamillə və həkim ginekoloq Şahid2 ilə aralarında "Whatsapp messenger” sosial şəbəkəsində yazışmaları olmuş və onları istintaq orqanına təqdim etmiş, Sənayın adının söz-söhbətdə hallanmasını istəməməsi və Təqsirləndirilən şəxs bacısı qızının oğlu olduğu üçün bir gün düşündüyünü üçün iki gündən sonra, yəni xx.xx.2020-ci il tarixdə Sənayın Əsgəri bağışlamayacağı və belə bir qohumunun olmadığını, Əsgərin cinayətkar olduğunu deməsi səbəbindən prokurorluğa şikayət etmiş və Sənayın əynindən çıxmış qanlı alt paltarlarını prokurorluğa vermişdir. Şahid -zərər çəkmiş şəxsin qanuni nümayəndəsi həmin hallarla bağlı Qanuni nümayəndə ifadəsində göstərdi ki, o və qızı Sənay eyni ölçüdə, yəni qablaşmanın üzərində bədən ölçüsünün vahidi kimi "2-4” yazılan ölçüdə olan, o cümlədən adətən dəri rəngində kalqotka geyinmişlər. Həmin kalqotqaları da həm o, həm də qızı Sənay birlikdə yaşadıqları evin yataq otağındakı paltar dolabında eyni siyirtmədə saxlayırlar. Həm bədən ölçüləri eyni olduğundan, həm istifadə etdikləri kalkotqaların rəngləri eyni olduğundan, həm də kalqotkaları saxladıqları yer eyni olduğundan bəzi hallarda qızı Sənay dəyişik salaraq ona məxsus kalqotkaları da geyindiyi hallar olmuşdur. Hadisədən uzun müddət keçdiyindən hazırda hadisə günü qızı Sənayın məhz özünə məxsus, yaxud ona məxsus kalkotqanı geyindiyini xatırlamır. Baş vermiş hadisədən sonra, yəni 25 avqust 2020-ci il tarixdə qızı Sənay birlikdə yaşadığı evə gəldikdən sonra, ona Təqsirləndirilən şəxs onu zorlamasına dair baş vermiş hadisəni danışmış, o, qızının danışdıqlarından böyük sarsıntı keçirdərək ağlamağa başlamış və həmin vəziyyətdə qızı Sənayı evin tualet otağına aparıb əynində olmuş kalqotkanı və tumanı çıxartmışdır. Həmin vaxt vizual baxdıqda qızı Sənayın əynində olmuş kalqotka və tumanın üzərində qan ləkələri aydın göründüyündən ağlaya-ağlaya həmin geyimləri tualet otağında olan zibil qutusuna atmışdır. Həmin zaman qızı Sənayın dodağında, sinəsində və bədənində qızartılar olduğunu da görmüşdür. Axşam saatlarında, yəni həkim ginekoloq Şahid2 yanına gedib-gəldikdən sonra qızı Sənay ona köməksiz vəziyyətindən istifadə edərək onu zorladığı üçün Təqsirləndirilən şəxs şikayət edəcəyini, geyimlərin gələcəkdə araşdırma üçün lazım ola biləcəyini, onları atmamağı bildirmiş, buna görə də, o, zibil qutusundan qızı Sənaya məxsus və əynində olmuş tuman, eləcə də kalqotkanı götürüb hər ikisini bir ədəd selofan paketə qoymuşdur. Ola bilər ki, qeyd etdiyi şəraitlərdə, yəni qızı Sənayın əynində olmuş tuman, eləcə də, kalqotkanı soyunduran zaman və ya həmin geyimləri selofan paketə yerləşdirən zaman qızının paltarları ilə birbaşa təmasda olduğu üçün əlinin tərləməsi ilə tər izi, yaxud həmin paltarları soyundurarkən ağladığı üçün göz yaşları qızı Sənayın qeyd etdiyi geyimlərinin üzərinə düşə bilərdi. Bununla da, ona məxsus genetik profil qızı Sənayın paltarlarının üzərində qala bilərdi. Həmçinin göstərmişdir ki, həmin kalqotkanın əvvəllər özünün də istifadə etməsi istisna deyildir. Hadisə ilə əlaqədar aparılan istintaqın gedişində qızı Sənayın əynində olmuş tuman, eləcə də kalqotkanı istintaqa təqdim etmiş və geyimləri təqdim edərkən qızının tumanının üzərində spermanın qurumuş ləkələrinə bənzər ləkələrin olmasını müşahidə etmişdir». Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə tanıyır. Sənayla bir komandada işləmişdir. Onlar komanda olaraq sosial işlərlə məşğul olmuşlar, yəni aztəminatlı ailələrə kömək etmişlər. Onların övladlarını kitablarla, məktəb ləvazimatları ilə təmin etmişlər. Təşkilatlarının adı "Gəl danış” idi və təşkilatçısı da özü olmuşdur. Onlar komanda olaraq 2018-ci ildən fəaliyyət göstərirlər, lakin Sənay onların komandasına 2020-ci ildən qoşulmuşdur. Maliyyə mənbəyini isə özləri və digər insanlar formalaşdırmışlar. Hadisə ilə bağlı onu deyə bilər ki, Sənay hadisənin səhərisi günü saat 12 radələrində onun iş yerinə gəlmişdir, ağlayırdı və titrəyirdi. Bu müddətdə də ona telefon zəngləri gəlirdi. Zənglər Sənayın anası və qarşı tərəfdən gəlirdi. Sənayın özünə gəlməsini gözləmiş, daha sonra ona demişdir ki, axşam kiminləsə görüşməli olmuşdur, lakin avtobusa çata bilməmişdir. Anası ilə məsləhətləşib xalasıgildə qalıb. Sənay hadisəni əhatəli danışmadı, lakin onun vəziyyətindən anlamışdır ki, Sənayın istəmədiyi bir şey baş verib. Yasamal Rayon Prokurorluğuna şahid qismində çağırılına kimi hadisənin dəqiq olaraq nə olması barədə məlumatı olmamışdır. Müstəntiqdən öyrənmişdir ki, Əsgər Sənaya cinsi təcavüz edib. Sənayla tez-tez görüşmüşdür. Həftədə bir və ya iki həftədən bir görüşmüşlər. Hadisənin baş verdiyi vaxt "Nizami” metrostansiyasının yaxınlığında, şahmat məktəbinin arxasında yerləşən "Flora Hostel”də işləmişdir. Sənay işgüzarlığına görə digərlərindən fərqlənirdi, lakin hamı kimi idi. Sənayla onun dostluğu olmuşdur. Arada işdən kənar danışmışdır. Onların sosial fəaliyyəti insanların şəxsi həyatı ilə bağlı olmamışdır. Sənay da ona öz şəxsi həyatı ilə bağlı hər hansı problemini bölüşməmişdir. Hadisə barədə ilkin olaraq Sənaydan eşitmişdir. Saat 12 radələrində Sənay onun iş yerinə gəlmişdi. Sənayın xalasıgilin evinə ən yaxın yer onun iş yeri olduğuna görə Sənay ora gəlmişdi. Sənay onun iş yerinə gəldikdən 30-40 dəqiqə ərzində nəsə danışmadı, onlar hostelin bağçasında əyləşmişlər. O da Sənaya su vermişdir. Həmin vaxt nə edəcəyimi bilməmişdir, ona görə də onu taksi ilə evinə aparmışdır. Taksidə olduğu müddətdə də onlar danışmamışlar. Sənayın kürək hissəsində qızartı görmüşdür. İbtidai istintaqda verdiyi ilk ifadə daha dəqiqdir, çünki hadisəyə daha yaxın vaxtda idi. Zümrüd xanımı ancaq sosial şəbəkələrdən tanımışdır. Sənayı evinə aparmamışdan əvvəl Sənayın anası ona zəng vururdu, lakin Sənay telefonla danışacaq halda deyildi. Ona görə də Zümrüd xanım narahat olmasın deyə telefonu götürüb və Sənayın yanında olduğunu bildirmişdir. Onlar Sənayın evinə daxil olduqda Sənay evə keçmiş, o da həyətdə Zümrüd xanıma nəyinsə baş verdiyini, məsələni aydınlaşdırmasını demişdir, amma söhbətlərini tam olaraq xatırlamır. Onlar təşkilatın işi ilə bağlı həm Bakıda, həm də digər rayonlarda olmuşlar. İş yerində həm işləmiş, həm də yaşamışdır. Onun ətrafındakı insanlar da bunu bilirdilər. Sənayın bədənindəki qızartıların yaranma mexanizminin nə olduğunu bilmir. Hadisəyə qədər Sənayın ailəsi ilə içki içdiyini bilmişdir. Sənayın hadisə günü nə qədər pivə içdiyini bilmir. Bakı Dövlət Universiteti jurnalistika fakültəsi məzunudur. Onun heç vaxt rəsmi iş yeri olmamışdır, lakin qeyri-rəsmi olaraq işləmişdir. İşlədiyi təşkilatın nizamnaməsi yox idi. Lakin deyə bilər ki, onların təşkilatı siyasi və dini fəaliyyət istisna olmaqla, ümumilikdə yardım fəaliyyəti göstərir. Sənay ona cinsi təcavüzə məruz qaldığını deməmişdi, lakin səhər vaxtı xalasıgildən ağlaya-ağlaya onun iş yerinə gəlməsi onda belə bir fikir oyatmışdı. Sənayın bədənində başqa iz və ya qızarıqların olub-olmamasına fikir verməmişdir. Sənay onların təşkilatlarında könüllü işləmişdir. Hadisə ilə bağlı hər hansısa hüquq mühafizə orqanına məlumat verməmişdir. Sənayın ağlamasından başqa hər hansısa əlamət onda onu cinsi zorakılığa məruz qalması barədə düşüncə oyatmamışdır. Ona məlum olmuşdu ki, qarşı tərəf Sənayın xalası oğlu idi. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid1 göstərmişdir ki, «…2018-ci il tarixdən sosial fəaliyyətlərlə məşğul olur. Bu müddət ərzində 2020-ci ilin yanvar ayından etibarən 16 yaşlı olduğunu bildiyi Zərərçəkmiş şəxs ilə sosial fəaliyyət çərçivəsində tanış olmuşdur. Belə ki, Sənay onun kollektivinə rayonlarda yaşayan uşaqlara kitab paylamaqda köməklik etmiş, aradabir sosial-psixoloji mövzularda təşkil etdikləri seminarlarda iştirak etmişdir. Özü isə "Gəl Danış” sosial təşəbbüs komandasının rəhbəri olmuş, həmin komandanın təxminən 50-70 nəfər arası üzvləri olmuşdur. 2019-cu ilin noyabr ayından 2020-ci ilin sentyabr ayınadək olan müddət ərzində ünvan 9 ünvanında yerləşən "Flora” hosteldə ofisiant olaraq işləmiş və həmin dövr ərzində əksər hallarda hosteldə işçi heyət üçün nəzərdə tutulmuş otaqda gecələmişdir. Ümumiyyətlə, Sənayın yazar kimi tanıdığı anası Zümrüd Yağmurla da münasibəti olmaqla Sənayla birlikdə onunla da iki-üç dəfə görüşərək söhbət etmişlər. Sənayın atasının Fuad Qəhrəmanlı olmasını Sənayın sosial şəbəkələrdə atası tərəfindən fiziki zorakılığa məruz qalması barədə yazdıqlarından öyrənmişdir. Fuad Qəhrəmanlının tanımamış və onunla heç vaxt ünsiyyətdə olmamışdır. Qeyd etmişdir ki, dəfələrlə sosial təşəbbüsü ilə bağlı seminarları işlədiyi hostelin baxçasında keçirmiş, komandasının üzvləri də onun adətən hosteldə gecələdiklərini bilmişlər. Bununla yanaşı Facebook sosial şəbəkəsi vasitəsi ilə etdiyi paylaşımlarda yaşadığı hosteli göstərmişdir. Sənay da həmin hosteldə əvvəllər olmuş, dostları ilə birlikdə çay içmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 11-12 radələrində Sənay ağlaya-ağlaya onun yaşadığı hostelə gəlmişdir. Sənayı sakitləşdirərək nə olmasını soruşduqda ona dünən axşam gec olduğu və anasının sözü ilə xalası gilə gedərək xalası oğlu ilə birlikdə onlarda qaldığını demiş, gecə ikisi tək olduqları zamanı söhbət etdiklərini, əvvəlcə xalası oğlunun onun üçün aldığı spirtsiz pivəni, sonra isə ona təklif etdiyi spirtli pivəni içdiyini, xalası oğlu Əsgərin ona qarşı əxlaqsız və namussuz hərəkət edəcəyinə inanmadığı üçün spirtli pivə içdiyini, daha sonra xalası oğlu Əsgərin "Baltika” adlı pivə aldığını və həmin pivədən də stəkanda içmək üçün ona təqdim etdiyini, həmin pivədən içdikdən sonra pivənin ona pis təsir etdiyini, baş verənləri xatırlamadığını, səhər oyandığında əynində paltarlarının, xüsusilə də alt paltarlarının olmadığını, Əsgərin onun özündə olmamasından istifadə edərək onunla cinsi əlaqədə olduğunu bildirmiş, bu zaman Əsgərin danışdıqlarını tam olaraq başa düşməmiş, çünki sonuncu danışaraq ağlamış, özündə olmamış, qışqırmış və başına gələnlərə görə çox pis olmuşdur. Sənay ona həmin gün axşam xalası oğlu ilə qaldığını, içki içdiklərini və səhər oyananda ona toxunulduğunu hiss elədiyini ağlayaağlaya danışdığından o, sonuncunun zorlanmasını fikirləşmişdir. Belə ki, yəqin ki, ona toxunulma olmasa və ya aralarında könüllü hər hansı əlaqə olsa, Sənay həmin halları utanaraq heç kimə deməz, həmçinin bunları dedikdə ağlamaz, qışqırmazdı. Həmçinin həmin zaman qolları açıq olan köynək geyindiyi üçün çiyinlərində və kürəyində qızartı olduğunu da görmüşdür. Sənay xalası oğlunun ona evin açarını verərək heç yerə getməməyini, gecə yenidən gedərək onlarda qalmağı təklif etməsini də bildirmişdir. O, Sənaydan pivə içib içmədiyini soruşduqda ona ailəsi ilə birlikdə olduqda bir-iki dəfə spirtli içki içdiyinə görə xalası oğlu ilə də çəkinmədən içdiyini, sonuncunun ona qarşı hər hansı bir namussuz və əxlaqsız hərəkət edə biləcəyini düşünmədiyini, həmçinin əvvəl spirtli içki içdikdə içkinin ona həmin gecə olduğu kimi təsir etmədiyini, yəni özündən getmədiyini bildirmişdir. X24 gecə yenə onlara gəlmək və hadisə barədə heç kəsə heç nə deməmək barədə təklif etdiyini bildirib, oradan çıxmaqla yaxınlıqda olduğu üçün birbaşa onun yanına gəldiyini demişdir. Bundan sonra o, Sənayın yaxşı olmadığını görərək, özü isə telefon istifadə etmədiyi üçün Sənayın telefonu ilə anası Zümrüdə zəng vuraraq onun vəziyyətinin yaxşı olmadığını bildirmiş, Sənayla birlikdə onlara gələrək hər şeyi orada başa salacağını bildirmişdir. Həmin müddət ərzində Sənayın xalası da bir neçə dəfə ona zəng edərək onunla maraqlanmışdır. Sənaysa durmadan ağlamış və ona gələn telefonlara cavab verməməyə çalışırdı. Sənay onunla təxminən 15 dəqiqə müddətində söhbət etmiş, bundan sonra o, Sənayın mobil telefonu ilə taksi sifariş verərək taksi ilə Sənayı yaşadıqları Mehdiabad qəsəbəsinə evlərinə aparmış, taksidə olarkən ünvanı Sənay taksi sürücüsünə bildirmiş, çatdıqda Sənay anasına zəng etmiş və Zümrüd xanım onları qapıda qarşılamış, onlar evin darvazasından içəri daxil olduqdan sonra Zümrüd xanım Sənayı evə göndərmiş, onunla danışaraq nə baş verdiyini soruşmuş, bu zaman o, Sənaya axşam xalası oğlu Əsgərin nəsə etdiyini, Sənayın vəziyyətinin yaxşı olmadığını və bir qədər özünə gəlməsindən sonra ondan nə baş verdiyini soruşmağı məsləhət bilmiş, Zümrüd xanım ona təşəkkür edərək bu barədə heç kimlə danışmamağı, özünün tədbir görəcəyini, Sənayla da danışacağını demiş və onu yola salmışdır. O isə bir qədər piyada hərəkət etdikdən sonra taksi ilə qaldığı yerə geri getmişdir. Əlavə olaraq göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilk dəfə görərkən onun bədən səthində və ya sifətində hər hansı gözlə görünən xəsarət görməmişdir. Yalnız, kürək və çiyin nahiyəsində qızartı görmüşdür. Sənayın alt və üst dodaqlarında xəsarət görməməsinin səbəbini isə Sənayın ağlaması, həmin zaman Sənayın dodaqlarına yaxından baxmaması və Sənayın da bu barədə ona heç nə deməməsi üçün diqqət etməməsi ilə izah etmişdir.» Şahid14 göstərmişdir ki, Təqsirləndirilən şəxs Zaur oğlu və zərər çəkmiş şəxs X14 tanımır. Məhkəmə-tibbi ekspertizasına haqqında qərar, maddi sübut müstəntiq tərəfindən təqdim olunur və ekspert qrşısında suallar qoyulur. Qanda sperma var ya yox, qızlıq pərdəsi pozulub, ya yox? Bu kimi suallar qoyulmuşdu. Ekspertizanı keçirib həmin suallara cavab vermişdir. Verdiyi rəyi təsdiq edir. Təlimata uyğun olaraq tədqiq olunan hissəsini kəsib-götürürlər. Nə qədər çox götürsələr, rəy o qədər də dəqiq olur. Paltarları dəqiq xatırlamır. Qanda sperma da aşkar olunmuşdur. Orada həm də menstrual xarakterli hüceyrələr vardır. Ola bilsin, menstruasiya olub, əvvəlcə qızlıq pərdəsi pozulub. Menstruasiya zamanı pozula bilər. Qarışıqlıq olanda qanları ayırmaq mümkün deyil. Paltarlar ekspertizaya təqdim olunmuşdur. Alt paltarları, şalvar təqdim olunmuşdur. Spermanı aşkar etmək üçün qan qrupu kifayətdir. Təqdim olunmuş sənədlərə 14 sentyabrda baxmışlar. Ona maddi sübut gəlir. Nə var, necə düşməsini bilmir. Şəxsiyyət vəsiqəsində qan qrupu qeyd olunur. Bu şəxs sistem üzrə üst-üstə düşür. Bioloji sistem üzrə dəqiq demək olmaz. DNT analizi olmalıdır. Birinci tədqiqatı o, aparmışdır. Onlar spermanı yoxlayırlar, qanı yoxlamırlar. Yoxlama sitoloji üsulda tədqiq olunub. Hüceyrə tamponda kifayətdir. Ləkəni tapıb, kəsib-götürürlər. Sperma varsa, onu kəsib, götürürlər. Mikroskopla görüb, yazırlar. Nəmişlik daha çox olanda material çürüyür. Genetik tədqiqat bir dəfə, bioloji tədqiqat iki dəfə aparılıb. Bunu genetik üsulla təyin etmişdir. İki qadını bioloji üsulla yoxlamaq mümkün deyil. Qan qrupları eyni olarsa, mümündür. Ola bilsin müddət keçib, şərait əlverişli olmayıb. Ola bilsin nümunə çürüyüb, üstünə nəsə tökülüb. Bu onların şəraitdən asılıdır. Bir dəfə qablaşdırma zamanı qabı yerə qoysa çürümə gedər. Təqdim olunmuş nümunələri tədqiqat zamanı istifadə edib, sonra atırlar. Çünki yararsız hala düşür. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid14 oğlu göstərmişdir ki, 2009-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Elmi Ekspertiza və X22 və Tədris Birliyinin məhkəmə-bilogiya şöbəsində məhkəmə-tibb eksperti, bioloq işləyir. Bilolgiya üzrə fəlsəfi doktorudur. Yasamal Rayon Prokurorluğunda araşdırması aparılan 389-C-20 nömrəli material üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasına dair 684/2020-MTBŞ nömrəli ekspert rəyi onun tərəfindən verilmişdir. Aparılmış ekspertiza tədqiqatı zamanı təqdim edilmiş tuman və kalqotka üzərində sperma qarışmış insan qanı ləkələri aşkar edilmişdir. Həmin sperma və qanın, yəni iki müxtəlif bioloji maddələrin eyni vaxta və ya başqa vaxtlarda yaranması, tuman və kalqotka üzərinə düşməsi mümkündür. Tuman və kalqotka üzərində olan bütün qan ləkələri sperma ilə qarışıq vəziyyətdə olması barədə dəqiq fikir söyləyə bilmir, çünki tədqiqat üçün həmin əşyaların bir hissəsi kəsilərək götürülmüş və sərf olunmuşdur. Tədqiq etdiyi tuman və kalqotka üzərində olan qan ləkələrində tədqiqat zamanı uşaqlıq hüceyrə elementləri aşkar edilmişdir. Lakin bu həmin qanın Zərərçəkmiş şəxs bəkarətinin pozulması zamanı əmələ gəlməsini istisna etmir. Belə ki, həmin qan həm bəkarətin pozulması, həm də Sənayın aybaşı olması zamanı qarışıq şəkildə yarana bilər. Və ya ola bilər ki, qeyd olunan kalqotka və tuman üzərində aşkar olunmuş qan ləkələri az miqdarda da olsa Zərərçəkmiş şəxs bəkarətinin pozulmasından əvvəl aybaşı olması zamanı ora qan damcılarının düşməsi, sonradan isə bəkarətinin pozulması zamanı ora əlavə qan damcılarının düşməsi nəticəsində yaranmışdır. Lakin o, tədqiqat zamanı kalqotka və tuman üzərində uşaqlıq hüceyrə elementləri aşkar etdiyi üçün rəyin nəticə hissəsində kalqotka və tuman üzərində aşkar edilmiş qan ləkələrinin uşaqlıqdan axan qan hesabına yaranması və aybaşı zamanı əmələ gəlməsinin inkar olunmadığını qeyd etmişdir. Həmçinin o ifadəsində göstərmişdir ki, qan ləkələrinin əmələ gəlmə müddəti barədə dəqiq elmi əsaslandırılmış metod olmadığı üçün kolqotqa və tuman üzərində olan qanların və spermanın ora düşmə müddəti barədə suala cavab vermək mümkün deyildir. Lakin qeyd olunan kalqotka və tuman üzərində aşkar olunmuş qan ləkələrinin az miqdarda da olsa, Zərərçəkmiş şəxs bəkarətinin pozulmasından əvvəl aybaşı olması zamanı ora qan damcılarının düşməsi, sonradan isə bəkarətinin pozulması zamanı ora əlavə qan damcılarının düşməsi nəticəsində də yarana bilməsi istisna olunmur. Tədqiqat zamanı həmin qan və spermanın konkret və dəqiq kimə məxsus olmasını demək mümkün deyildir. Həmin rəydə də "ehtimal kimi qan və spermanın yuxarıda qeyd olunan şəxslərə məxsus ola bilməsi” qeyd olunmuşdur. Daha dəqiq nəticə üçün məhkəmə-genetik ekspertiza təyin olunmalıdır». Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Onunla nə yaxınlığı, nə də ədavəti olmayıb. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsı görməmişdir, tanımır. Onunla da nə yaxınlığı, nə ədavəti olmayıb. Qanuni nümayəndə tanımır, onunla heç bir münasibəti olmayıb. 28 mayda yerləşən Dəmiryolu xəstəxanasında işləyir, mama-ginekoloqdur. Həmin gün onun növbə günü idi, işdə növbətçi həkim o idi. Xəstəxananın əməkdaşları yanına gəlmiş və demişdilər ki onu aşağıda çağırırlar, o da aşağı düşmüşdür. Bir qadın idi, yanında da bir qız uşağı. Dedilər ki, həkim istəyirlər. Bunu istintaq zamanı verdiyi ifadəsində də olduğu kimi demişdir. Onlar yaxınlaşmışdılar, qadın demişdir ki, bu mənim qızımdır, ona baxılmalıdır, qızdan qan gəlir. Aktiv qanaxma olduğundan qorxmuş və yaxud təxirəsalınmaz yardım lazım olarsa, ona görə xəstəni içəri almışdır. Onun heç bir yeri də yox idi, yəni heç ginekoloji stolu da yoxdur ki, xəstəni qaldırıb stolda baxış aparsın. Xəstəni kuşetkanın üstünə qaldırmışdır. Şalvarını çıxaranda orada balaca bir qan ləkəsi görmüş və anasına demişdir, yəni o, qadına, hansı ki demişdi mənim qızımdır, ona demişdir ki burada qan var. Dəqiq yadında qalmamışdır, yəni müəyyən bir vaxt keçmişdir, ona elə gəlir ki, bir il, bir il yarım keçdi ən azı, yaxın vaxtda baş verən bir hadisə deyil. Ona görə bütün detalları ilə danışa bilmir. Demişdir ki, xalası oğlu ilə, ya da ki, bilmir, "olublar” - belə bir söz demişdir. O, bunu eşidərək tam anlamamışdır, tam anlamadan demişdir ki, ekspertizaya göndərsinlər, onun dediyi bu olmuşdur. Bundan sonra onları görməmişdir. Onları çöldə görsə, nə anasını, nə qızını tanımaz. Mamaginekoloq kimi 2007-ci ildən işləyir, işi doğuşları idarə etməkdir. Hər hansı şəxsi qəbul edə bilməz, ancaq məsələ hamiləliklə bağlı olduqda qəbul etməlidir. Elnarə Məmmədova adında şəxsi tanıyır, həmin şəxs onların xəstəxanasında işləyir, həmin şəxs ilə yaxın münasibətləri yoxdur. Elnarə Məmmədova heç vaxt ondan hansısa xəstəyə baxış keçirməsini xahiş etməmişdir. Zümrüd xanımın adını eşidən kimi onda da bilmişdir ki, həmin məsələdir. Zümrüd xanımı heç cür tanımamışdır. Ancaq bir dəfə həmin hadisənin baş verdiyi gün görmüşdür. Həmin gün də xəstəxanadan yola salmışdır. Başqa nə çöldə, nə qonaqlıqda, heç bir yerdə onu görməmişdir. Zümrüd xanımın yanındakı xanımı onun qızı kimi tanımışdır. Zümrüd xanımı bir dəfə, həmin hadisə günü görmüşdür. Təcili yardıma ehtiyacı olduqlarını demişdirlər, o da təcili olaraq baxış etmişdir. “Xalası oğlu ilə qalıb” sözü eşidən kimi, demişdir ki tibbi ekspertizaya getməlidirlər. "Xalası oğlu ilə qalıb” - elə bir söz ona deyilibsə, o, artıq başa düşmüşdür ki, söhbət nədən gedir. Baxışını dayandırıb, onları yola salmışdır. İlkin olaraq görmüşdür ki, qan bədən nahiyəsində idi. Çox deyildi. Aktiv qanaxma deyildi. Qanı ginekoloji stolda görmək mümkün idi. Zərərçəkmiş şəxs bədənində qandan başqa heç bir xəsarət görməmişdir. Zərərçəkmiş şəxs özü ona qanaxmanın səbəbini deməmişdir. Nə Zərərçəkmiş şəxs, nə də Qanuni nümayəndə ona baxış zamanı hadisənin nə vaxt baş verməsini deyib-deməmələri yadına gəlmir. Onların ümumi görüşləri elə bu qısa baxış zamanı olmuşdur. Özlərinin dediklərinə görə onları ekspertizaya yönləndirmişdir. Xəstəyə baxış keçirərkən onun yaşını və qız olub-olmamasını soruşmamışdır. Xəstənin özündən qanaxmanın aktiv yoxsa, az olduğunu soruşub-soruşmamağı yadına gəlmir. Cinsi orqanın üst nahiyəsində qan görəndə və biləndə ki aktiv qanaxma deyil, mensturasiya qanı ola biləcəyini soruşmuşdur. Cinsi orqanın üst nahiyəsində qandan başqa nə zədə, nə qızartı, nə də göyərti, heç nə görməmişdir. Sənayın bəkarətinin pozulması barədə heç nə deməmişdir. Əgər ona müraciət edən xəstə ginekoloji problem ilə müraciət etmirsə, onun ona baxmağa səlahiyyəti yoxdur. Zərərçəkmiş şəxs xəstənin qeydiyyatını aparmamışdır. Onlar yalnız baxdıqları xəstələri qeyd edirlər. İstintaq zamanı ifadəsi kompüterdə yazılandan sonra, onu oxumamışdır. Çünki tələsmişdir, işə getməli olmuşdur. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid2 göstərmişdir ki, 2014-cü il tarixdən isə Bakı şəhəri, 1 nömrəli Dəmiryolu xəstəxanasında həkim mama-ginekoloq kimi fəaliyyət göstərir. Təxminən 2020-ci ilin avqust ayının sonlarında saat 14-15 radələrində həkim tanışı Elnarə Məmmədova ona zəng edərək bir tanışı xəstəyə ginekoloji müayinə lazım olduğunu, özünün kənarda olması səbəbindən ona baxa bilibbilməyəcəyini soruşmuş, o isə, ona növbədə olduğunu, gəlməsini bildirmişdir. Xəstəxananın birinci mərtəbəsində yerləşən qəbul otağında olduğu vaxt təxminən saat 15-16 radələrində arıq sifətli bir qadın özü ilə təxminən 16-17 yaşlarında bir qızla içəri daxil olmuş, Elnarə həkimin dediyi qadın olduğunu bildirmişdir. Həmin qadın çox əsəbi olmaqla gərgin olmuş, yanındakı qız isə sakit, üzgün, qorxmuş vəziyyətdə olmaqla ümumiyyətlə danışmamışdır. Söhbət əsnasında həmin qadın qızına baxmaq lazım olduğunu və ondan qan gəldiyini bildirmişdir. O isə, aktiv qanaxma, hematoma olma ehtimalını düşünüb xəstənin təxirəsalınmaz müdaxiləyə ehtiyac ola biləcəyini nəzərə alaraq həmin qıza baxmışdır. Qızı tibbi stola qaldırmadan ona tibbi çarpayıda (kuşetka) baxmış, əyində olan tünd göy rəngli cins şalvarını aşağı çəkməsini bildirmiş, qızın şalvarını çəkməsindən sonra onun cinsiyyət orqanına baxmışdır. Həmin vaxt onun cinsiyyət orqanının aralıq nahiyəsində az miqdarda açıq rəngli qan ləkəsi görmüş və bu barədə anasına da demişdir. Bundan sonra həmin qadın qızının bacısı oğlugildə gecələdiyini bildirmiş, sözünün davamı olaraq qızının xalasıgildə yuxudan oyananda cinsiyyət orqanın ətrafında qan olduğunu gördüyünü bildirmişdir. Bundan sonra başa düşmüşdür ki, burda hər hansı bir təcavüz halının ola biləcəyi ehtimalı var. Bu səbəbdən müayinəni davam etdirmədən onlara təcili olaraq məhkəmə tibbi ekspertizasına getmələrini tövsiyə etmişdir. Hətta onlara ekspertizanın harada yerləşməsini də başa salmışdır. Sonra da həmin qadın bacısına zəng edərək (çünki həmin qadına bacı oğlun gör nə edib deyirdi) onunla kobud formada danışaraq həmin qadına qışqıraraq oğlunu tutduracağı ilə hədələməya başlamışdır. Bundan sonra onlara xəstəxanada olduqlarını, orada bu templə və bu formada danışmağım qadağa olduğunu bildirmişdir. Qadın həmin zaman həddən artıq əsəbi olmuş və bundan sonra qızının qolundan tutaraq əsəbi halda qəbul otağını tərk etmişdir. Sonradan öyrənmişdir ki, həmin qadının adı Zümrüddür və özü ilə gətirdiyi həmin qızın adı isə Sənaydır. Bundan başqa o ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçdiyindən müayinə tarixi və saatını dəqiq xatırlamadığını, təxminən avqust ayının sonları olduğunu və Zümrüd xanımla qızı Sənayın onun yanına müayinəyə saat 15-16 radələrində gəldiklərini xatırladığını bildirmişdir. Şahid3 göstərmişdir ki, zərər çəkmiş şəxs rəfiqəsi Zümrüdün qızıdır. Ədavət və düşmənçiliyi yoxdur. Zümrüd zəng vurub ona demişdir ki, "bizə gəl”. Səbəbini soruşanda isə "qızımı zorlayıblar” demişdir. Gələndə Zümrüdün ağlamasını görmüşdür, Sənay isə qonaq otağında qalmışdır, ağlayırdı. Zümrüd dedi ki, qızı gecə xalasıgilə getmiş, gecə orada qalmış, Əsgər ona içki içirmişdir. Ayılandı görmüşdür ki, qan içindədir. Bunları Zümrüddən eşitmişdir. Sonra demişdir ki, "yoxladaq-görək qızlığı pozulub, ya yox”. Həkim axtarmışdırlar. Bir neçə yerə zəng etmişlər, həkimi Zümrüd özü tapmışdır. Zümrüdün maşını xarab idi, onun maşını ilə getmişlər. Demişdir ki, "dərman var, Pastamol dərmanı”. Zümrüd demişdir ki, həkim tapıb. Dəmiryolu xəstəxanasına getmişdirlər. Çöldə gözləmişdir, onlar isə həkimin yanına girmişdilər. Sənay qayıdıb maşına getmişdir. Zümrüd dedir ki, "Həkim dedi ki, qızlıq pərdəsi pozulub”. Zümrüd dedi ki, "Gəl, Sənaya deməyək”. Daha sonra Zümrüd dedi ki, "Sənay dedi ki, içkini əvvəl Əsgər özü təklif edib, gedib yenə alıb. Qapının zəngi çalınıb. Əsgər dedi ki, bibim oğludur, sonra Sənaya deyib ki, getsin, ikinci mərtəbədə gözləsin”. Yenə pivə içiblər. Sənay ayılanda görüb ki, qan içindədir. Deyib "mənə nə olub?”, Əsgər də deyib ki "aybaşı olmusan”. Sənay bir bəhanə ilə oradan çıxıb, həmin müddətdə əlaqə saxlamışdır. Pis vəziyyətdə idilər. Onlara yemək bişirib aparmışdır. 3-4 il əvvəl onların evində olmuşdur. Bir dəfə görüşəndə dedi ki, "bacımgilə gedək”. Onlar da ora gedib 10- 15 dəqiqə oturub oradan çıxmışlar. Zümrüdün bacısı ilə münasibətləri yaxşı olmuşdur. Zümrüdə təklif etmişdir ki, "bəlkə polisə verməyəsən, qızın üçün də yaxşı deyil”. Düşünmüşlər ki, Əsgər birdən Türkiyəyə qaçar, ona görə 2-3 gün sonra şikayət etmişdirlər. Zümrüddən bilmişdir ki, bacısı Sürəyya ona "qızı oğluma alacam” demiş, Zümrüd də "təcəvüzkara qız vermərəm” cavab vermişdir. Zümrüdlə universitetdə bir yerdə oxumuşdur, qızların hazırlıq müəllimi olmuşdur. Çox tərbiyəli uşaq olublar. Həkimə saat 4-5 radələrində getmişdilər. Haradasa 40 dəqiqə çəkmişdir. Sonra Mehdiabada qayıdıb, onları qoyub getmişdir. Hadisə gecə saatlarında baş verib, o isə Zümrüdgilə səhər saat ikidə getmişdir, bir neçə saat sonra onlarla həkimə getmişdir. Sənayın görünən hissəsində hər hansı bir xəsarət görməmişdir. Sənay anasına demişdir ki, içki içirdib deyib sən heç "pyan” olmursan”. Sonra pivə verib, sonrasını xatırlamır. Sənay fikirləşmişdir ki, bəlkə Əsgər onun pivəsinə dərman qatılıb, ona görə bilməyib. Hətta Sənay güman etmişdir ki, bəlkə gecə qapı döyüləndə Əsgərə həmin dərmanı veriblər. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid3 göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 nömrəli tam orta məktəbdə müəllimə işləyir. Zərərçəkmiş şəxs tələbə yoldaşı Zümrüdün kiçik qızıdır. Zümrüd xanımla yaxşı münasibəti, gediş-gəlişi vardır. 2020-ci ilin avqust ayının son günlərində evdə olduğu vaxt təxminən günorta saatlarına yaxın Zümrüd onun istifadəsində olan 099 ***-**-** mobil nömrəsinə özünün istifadəsində olan mobil telefon nömrəsindən zəng edərək təcili onlara gəlməyini, başlarına iş gəldiyini bildirmişdir. Bundan sonra o, birbaşa Zümrüdün yaşadığı Mehdiabad qəsəbəsindəki evinə getmişdir. Onların evində qızı Sənay və özü olmuş, Zümrüd ağlamış, gözləri qızarmış, əlləri əsmiş və qışqıraraq özünün başına-gözünə əlləri ilə döymüşdür. Sənay isə evin salonunda olan divanda büzüşüb oturmuşdur. Zümrüddən nə məsələ olmasını soruşmuş, sonuncu ona Sənayı xalası oğlu, yəni bacısı Sürəyyanın oğlu Əsgər tərəfindən gecə sonuncunun yaşadığı evdə zorladığını bildirmişdir. Belə ki, Sənay ingilis dili kursundan gec saatlarında çıxdığından, onu ilk öncə hansısa bir qadın vəkilə sənəd verməsini və ondan sonra da oradan Sürəyya xalasıgilə gedib onlarda qalmasını bildirmiş, həmin vaxtı da artıq gec olduğundan Sənay da sənədi vəkilə verdikdən sonra oradan birbaşa Sürəyya xalasının Yasamal rayonundakı evlərinə getmişdir. Həmin vaxt evdə Əsgər və Sənaydan başqa heç kim olmamış və Əsgər də bundan istifadə edərək Sənayı zorlamışdır. X40 gecə gec saatlarında qapıdan bibisioğlunun onlara gəlməsi adı ilə çıxdığını, həmin zaman kimdənsə bihuşedici dərman götürüb qayıtdığını və həmin dərmanı stəkana süzdüyü pivəyə əlavə edərək Sənaya içməsi üçün verdiyini düşündüyünü, çünki Əsgərin evdən çıxıb gəldikdən sonra Sənayı yuxarı otaqdan aşağı çağırmaqla bibisioğlunun gəlmədiyini bildirib ona içməyə pivə süzdüyü stəkanı uzatdığını və Sənayın məhz həmin stəkanda olan pivəni içməsindən sonra özündən getdiyini bildirmişdir. Onlar Sənayın bu barədə danışdıqlarını birlikdə müzakirə edərək bir stəkan pivədən heç kimin sərxoş olmayacağını, yəqin ki, gecə saatlarında Əsgərin yaşadığı evə gələn həmin şəxsin Əsgər üçün hər hansısa bir bihuşedici dərman vasitəsi gətirdiyini və Əsgərə verdiyini, Əsgərin isə bilərəkdən həmin şəxsi Sənayın görməsini istəmədiyini, həmin şəxsin tanış və ya qohum ola biləcəyini, bu səbəbdən Əsgərin bilərəkdən həmin şəxsi Sənayın görməsini istəmədiyini, onu gördüyü halda tanıya biləcəyini düşünmüşlər. Sənaydan bu barədə soruşmaq istəsə də, ona baxanda bərk qorxduğunu, rənginin ağardığını və titrədiyini görmüşdür. Həmçinin həmin zaman Sənay dayanmadan ağlamışdır. Hadisə Sənaya pis təsir etdiyindən bu barədə Sənaydan heç bir şey soruşmamışdır. Hadisədən Zümrüd də şoka düşmüşdü və nə edəcəyini bilməmişdir. Bu səbəbdən də hansı addımı atmağa qərar verə bilməmiş, ümumi qərara gəlmişlər ki, ilk olaraq Sənayı hansısa ginekoloqa apararaq bakirəliyini yoxlasınlar. Hətta Zümrüdə hamiləlik əleyhinə dərman alıb 48 saat ərzində Sənaya içirtmək lazım olduğunu da təklif etmiş, evdən çıxaraq Zümrüdün evinə yaxın bir aptekə (aptekin adını xatırlamır amma həmin ərazidə cəmi bir aptek olduğunu düşünür) gedərək oradan “pastinor” adlı dərmanı alıb qayıtmışdır. Dərmanı gətirdikdən sonra dərmanın təlimatında anlaşılmazlıq olduğundan bunu Sənaya içirtməkdə tərəddüd etmiş, bundan sonra Zümrüd kimlə isə telefonla danışdığını və Sənayı həmin həkimin yanına aparmağın zəruri olmasını demişdir. Bu zaman Zümrüdün istifadəsində olan “Hyundai” markalı “İX35” modelli avtomobil olmuş, hətta bu barədə Zümrüd hadisədən iki-üç gün əvvəl də ona bildirmişdir. Bu səbəbdən onlar onun istifadəsində olan eyni markalı ** HK *** dövlət nömrə nişanlı “Hyundai ix 35” modelli avtomobillə birlikdə Mehdiabaddan çıxaraq birbaşa “28 may” metro stansiyasının yaxınlığında yerləşən 1 saylı “Dəmiryolu xəstəxanası”na getmişlər. Yolda Zümrüdün danışığından həmin həkimi Zümrüd üçün hansısa tanışının tapdığını öyrənmiş, gedəcəkləri həkimin ginekoloq olduğunu Zümrüd ona demişdir. O, xəstəxanada həkimin yanına getməmiş, xəstəxananın dəhlizində gözləmişdir. Avtomobilini dayanacaqda saxladıqdan sonra xəstəxayana daxil olandan Sənay və Zümrüdü dəhlizdə görməmiş və onların həkimin qəbulunda olduqlarını düşünərək gözləmişdir. Təxminən yarım saatdan sonra Sənay və Zümrüd hansısa otaqdan çıxaraq ona yaxınlaşmışlar. Bu dəfə də Sənaydan heç bir söz soruşmamış, Zümrüddən həkimin nə deməsini soruşmuşdur. Zümrüd ona asta səslə bildirmişdir ki, Sənayın bakirəliyi pozulub, cinsi orqanın pozulmasına dair də təzə xəsarət və qan var. Zümrüdlə Sənay avtomobildə Sənaydan Əsgərə qızlıq bəkarətindən qan gəlməsini dedikdə Əsgərin ona nə dediyini soruşduğunu, Sənayın isə Əsgərin ona aybaşı olduğunu, cinsiyyət orqanından gələn qanın da bu səbəbdən gəldiyini dediyini, Sənayın Əsgərə aybaşı vaxtı olmadığını dedikdə isə Əsgərin qismən etirafa getdiyini və evlənəcəklərini, bununla da hər şeyin bitəcəyini dediyini bildirmişdir. Hətta Sənay anasına bildirmişdi ki, Əsgər bu hadisədən sonra onun evdən getməsinə maneə olub, o da Əsgərə kurs adı ilə evdən çıxdığını və geri qayıdacağını dedikdən sonra ona evdən çıxmağa icazə vermişdir. Bu söhbətlərin hamısı onun yanında olsa da, söhbətə müdaxilə etməmiş, yalnız onlar arasında olan söhbətə qulaq asmış, daha sonra isə Zümrüd Sənayın psixoloji vəziyyəti pisləşər deyə mümkünsə, bu barədə onun yanında az danışmağı təklif etmiş, onlar danışmadan maşınla Mehdiabad qəsəbəsinə qayıtmışlar. Evə gəldikdən sonra Sənay öz otağına keçmiş, Zümrüdlə bir az bu barədə söhbət etmiş, Zümrüd qızının adının cəmiyyətdə zorlanmış qız kimi hallanmasından qorxaraq qəti addımlar atmağa tərəddüd etmişdir. Həm də oğlan bacısı oğlu olduğu üçün polisə şikayət verməyi qərar verə bilməmişdir. Bundan sonra onun şəxsi işləri olduğundan evinə qayıtmış, telefon vasitəsi ilə bir neçə dəfə Zümrüdlə danışaraq bu barədə birlikdə müzakirə aparmışlar. Həmçinin Zümrüd artıq bu barədə bacısı Sürəyyaya da bildirdiyini, demişdir. Sonrakı günlərdə bazarlıq edərək yenidən Zümrüdgilə getmiş, onlarda olanda Zümrüddən öyrənmişdir ki, ginekoloqa getdiyi günün səhəri gün bacısı Sürəyya, əri Yusiflə onlara gələrək işi böyütməməyi Sənayla Zümrüdü evləndirməyi təklif etmiş, Zümrüd isə onlara təcavüzçüyə qız verməyəcəyini bildirərək onları evindən qovmuşdur. Həmin zaman Sənay da evdə olmuş, ona edilən hərəkətlərin təsirindən sanki “həyatla bağlı əlaqəni” kəsmiş, özünə qapanmış və danışmamışdır. Sənay isə əslində şən, zarafatcıl və mehriban qız olmuşdur. Onun könlünü açmağa cəhd etsə də, bir nəticə alınmamışdır. Səhv etmirsə, hadisənin üçüncü günü Zümrüd telefonda ona artıq polisə şikayət etdiyini, polisdə olduqlarını və az miqdarda yemək bişirərək onlara gətirə bilibbilməyəcəyini soruşmuş, o isə yemək bişirərək Zümrüdün zəngini gözləmiş, lakin sonuncu ona zəng etməmiş, "WhatsApp messenger” sosial proqramında xəbər edəcəyini bildirmiş, gecə saat 03 radələrində ona zəng edərək artıq evə qayıtdıqlarını və onlara gəlməyi xahiş etmişdir. Onlarda olanda Zümrüd polisə gedib ərizə verdikdən sonra da birlikdə Sürəyyanın evinə gedərək onların evinə baxış keçirtdiklərini, Zümrüdün və Sənayın izahatlarının alındığını demiş, həmin zaman ağlamış və ətraflı danışa bilməmişdir. Sənay isə yorğun, halsız olmuş və danışmamışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, Zümrüdün şikayət etmə müqabilində pul istəməsinin mümkün olmadığını, nə Zümrüddən, nə də ki, hər hansı bir şəxsdən bu barədə eşitmədiyini, amma Zümrüddən bacısı Sürəyyaya öz evlərində pul saxlamadığı üçün dəqiq məbləğini bilmədiyi həcmdə pul verdiyini, lakin Zümrüd hadisədən sonra pis anlaşılmasın deyə bacısından həmin pulları da istəmədiyini bildirmişdir. Onun yanında nə Sənaya, nə də ki, Zümrüdə Təqsirləndirilən şəxs və ya onun valideynləri və digər qohumları zəng etməmiş və ya sms yazmamışlar. Həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs ailəsi və qohumları "Şahin” kimi adlandırmışlar. Şahid8 Şahvələt oğlu göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərər çəkmiş şəxsi tanımır. Zümrüd xanımı 3-4 il bundan əvvəl tanımışdır. Maşın ustasıdır, iş yeri X49 qəsəbəsində yerləşir, "çilingər-yağlama” işləri ilə məşğuldur. Axırıncı dəfə Zümrüdün maşınına 2021-ci ildə, 7-8 ay qabağ baxmışdır, yay ayları idi. Maşının əyləc sistemi işləmirdi, həm də maşın işə düşmüşdür. İyul-avqust aylarında Zümrüd ikinci dəfə Mehdiabadda yolda qalmışdır, o, maşına baxıb işə salmışdır. Zümrüd xanım ona zəng vurmuşdur. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid8 Şahvələt oğlu göstərmişdir ki, təxminən 2020-ci ilin avqust ayının ortalarında Zümrüd xanım ona zəng edərək avtomobilinin nasaz olduğunu və işə düşmədiyini bildirmiş, danışıqları əsnasında sonuncu avtomobili gətirmiş, o isə avtomobili yoxlasa da, hər hansı nasazlıq aşkar etməmiş, təxminən 5-10 gün sonra ona bir daha zəng edərək yaşadığı evin yaxınlığında, yəni Abşeron rayonu Mehdiabad qəsəbəsində meyvə satılan mağazanın qarşısında olduğunu, avtomobilinin işə düşmədiyini bildirmişdir. Həmin zaman Mehdiabad qəsəbəsinə getməli olduğu üçün gələrək baxacağını bildirmiş və bir neçə saatdan sonra ora gedib avtomobilə baxmışdır. Həmin zaman avtomobilin işə düşmədiyinin və avtomobilin işarələr lövhəsində açar işarəsinin yandığını görmüş, Zümrüd xanıma avtomobilində nasazlıq olduğunu, avtomobilin açarı tanımadığını, bunun səbəbinin müəyyən edilməli olduğunu bildirmiş və avtomobili digər şəkildə işə salmağa köməklik edib avtoservisə aparmasını məsləhət görmüşdür. Həmçinin göstərmişdir ki, Zümrüd xanımın istifadəsində olan avtomobilinin dəqiq nasaz olma vaxtını xatırlamasa da, təxminən birinci dəfə müraciətin 2020-ci ilin avqust ayının ilk ongünlüyündə və ya ortasında, ikinci dəfə isə bundan 5-10 gün sonra olmasını xatırlayır. Şahid15 ifadələrində göstərmişdir ki, tibbi-biologiya şöbəsinin rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxsı tanımır. Əslində ekspertizanı şöbənin işçiləri keçirmişlər. Bioloji ekspertiza rəyinə şöbə rəisi kimi imza qoymuşdur. Rəy yadındadır. Rəy verərkən orada hansı nümunələrin olduğunu dəqiq xatırlamır. Rəydə qeyd olunub. Onlar hər gün rəy verirlər, ona görə həmin rəyi xatırlamaqda çətinlik çəkir. Onlar verilən rəylərin surətini çıxarırlar. Ona görə tam dəqiq deyə bilmir. Onların tədqiqatları nəticəsində kolqotka və tumandan kəsilmiş hissələrdə Təqsirləndirilən şəxs məxsus sperma aşkar olunmayıb. Ancaq iki qadın cinsinə məxsus bioloji material aşkar olunub, amma kişi cinsinə məxsus heç bir şey aşkar olunmayıb. Bu material üzrə bir neçə dəfə tədqiqat aparılmışdır. Əvvəl bioloji ekspertiza, sonra genetik ekspertiza, sonra təkrar genetik ekspertiza aparpılıb. Rəydə də qeyd olunub ki, bu kəsiklər artıq mövcud olan kəsiklərin ətrafından götürülüb. Onların apardıqları tədqiqat artıq üçüncü tədqiqatdır. İlkin bioloji ekspertizada, səhv eləmirəsə, sperma aşkar olunmuşdur. Bu artıq üçüncü tədqiqatdır və burada da onlar qeyd eləmişlər ki, kəsiklərin ətrafından götürülüb və ətrafından götürüləndə ancaq iki qadın cinsinin bioloji materialları aşkar olunmuşdur, kişi cinsinə məxsus aşkar olunmamışdır. "Spermaya şübhəli hissələrin kəsikləri” ifadəsi ona görə işlədilmişdir ki, qadın ifrazatı da hətta işıqlanma verir. Sperma da, qadın ifrazatı da eyni işıqlanma verir, işıqlanmanı görərək, ehtimal edərək, bunu yazmışlar. Sual da spermaya aid idi. Onlarda ancaq kimin nümunələri verilib, onların nümunələri ilə müqayisə eləmişlər. Şübhəli şəxsin nümünələri verildi, onunla da müqayisə eləmişlər. Qadın cinsinə məxsus hər hansı bir şəxsin nümunəsi verilmədi. Ona ifadə veriləndə, birinci genetik tədqiqatın nəticələrini vermişdilər. Orada iş üzrə keçən qadının, yəni Zərərçəkmiş şəxs orada genetik profili var idi. Genetik profilə görə cədvəllərin ikisi də gözünün qabağında görsənir və bunun əsasında demişdir ki, bəli, burada belə görsənir ki hər ikisinin profili eynidir. Onlarda olan nəticə ilə, oradakı alınan nümunənin profili. Sənayın genetik profilində, həmin o ikinci qadın cinsinə məxsus genetik profil bir allet uyğun gəlir. Bu artıq göstərir ki, bu onun valideynidir. Yəni hər insanın bir alleti anadan götürülür, bir allet atadan. Burada artıq həmin o, bizdən çıxan profildə, yəni ikinci qadına məxsus, həmin bu Sənay ilə bir allet uyğun gəlirdi və bu cür başa düşdük ki, onun valideynidir və qadın cinsi olduğuna görə, təbii ki kişi yox, artıq anasını nəzərdə tutmuşuq. Qan qrupun buna aidiyyatı yoxdur. Son tədqiqatı 12 noyabr 2020 ildə keçirmişlər. Hər bir bioloji materialın öz çürümə müddəti və saxlanma şəraiti var. Ətraf mühitin təsiri var. Elə material olub ki, onlar tumanda hətta on ildən sonra spermatozoid tapmışlar. Amma elə materiallar da olub ki, onlar iki gündən sonra da onu tapa bilməmişlər, saxlanma şəraitindən asılıdır. Üçüncü tədqiqatda spermatozoid aşkar olunmayıb. Bu artıq üçüncü tədqiqatdır. Burada saxlanma şəraitindən əlavə olaraq, onlardan əvvəl iki kəsik olduğu da var. İki dəfə kəsilib, iki tədqiqata da sərf olunub. Əgər spermatozoid birinci və ikinci dəfə tamamilə sərf olunubsa, təbii ki onlar onu tapa bilməzdilər. Dəqiq tədqiqat aparanda onlar əvvəlcə materialı kəsib götürlər. Şüa altında tədqiq olunan materiala baxanda baxanda, onlar sadəcə ehtimal edib rəy verirlər. Ən dəqiq üsul isə DNT-dir, amma o genetik tədqiqatdır. Rəydə PSA testin nəticəsi dəqiqdir. Yalnız şüa altinda baxışın nəticəsi ehtimal xarakteri daşıyır. Spermanın maddi sübut kimi saxlanılmasının konkret müddəti olmur. Saxlanma şəraitindən asılıdır. Ümumiyyətlə bioloji material nəmişlikdən, bir başa günəş şüasınının altına düşməkdən, polietilen qabda saxlanılmaqdan qorxur, yəni keyfiyyətini itirir. Polietilendə saxlanılanda orada artıq vakuum yaranır və bioloji materialı bir, iki, üç günə çürüdür. Bu adi otaq temperaturda və kağız bağlamada qalsa hətta on ilə qədər saxlanıla bilər. Cinsiyyət orqanın təmasda olan hissəsi demək olar yox idi. Kəsiklər var idi. Gözlə görünən bir şey yox idi. Hamısı götürülmüşdür. Həmin kəsiklərin ətrafında material götürmüşlər. Ultra-bənövşəyi şüa altında baxmışlar, şübhəli hissələr, məhz kəsiklərin ətrafında idi. Orada əgər genetik profil aşkar olunubsa, demək hüceyrə elementi var. Tər materialında və maye ifrazatında hüceyrə elementi olmur. Burada müxtəlif profillər var idi. Məsələn, bir ailənin üzvünü olmağını nəzərə alsaq, ola bilər kolqotkanı iki qadın geyinib. Ona görə də, ola bilər, onların hər ikisinin profili çıxıb. Kəsiklərin ölçüləri dəqiq göstərilmir. Təxminən 11.5 santimetr civarında ola bilər. O müxtəlif ola bilər. Ola bilər 2 santimetr də olsun. Onu ancaq tədqiqat zamanı müəyyən etmək olar. Bioloji tədqiqatın aparılması üçün təxminən 0.2-0.3 santimetr kifayət edə bilər. Termostat kimi cihazlar tətbiq olunur. Onunla yanaşı reaktivlər: imon anti-h, İmon anti-b və s.Rəydə hər şey göstərilib. Materialın qablaşdırılmasında ekspert iştirak etmir. Onlara artıq qablaşdırılmış şəkildə gəlir. Maddi sübutlar istintaqa qaytarılır. Əgər qablaşdırma istintaq yerində aparılırsa, onu istintaqçı eləməlidir. Qablaşdırma zamanı saxlama müddəti uzun olsun deyə çalışırlar ki, kağız qablardan istifadə edilsin. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid15 göstərmişdir ki, xx.xx.2021 -ci il tarixdə tibbi- biologiya şöbəsinə ********* nömrəli cinayət işi üzrə təyin edilmiş qərar və müvafiq maddi sübutlar daxil olmuşdur. Təyin edilmiş qərara əsasən, ekspertizaya bir ədəd tuman, bir ədəd kalqotka və Ə.YAğazadənin qan nümanəsi daxil olmuşdur. Maddi sübutların təkrar məhkəmə-tibbi genetik ekspertiza keçirilmiş və buna aid 797/2021-MTBŞ saylı xx.xx.2021 -ci il tarixli rəy tərtib edilmişdir. Rəyin nəticə hissəsindən görünür ki, təqdim edilmiş tuman və kalqotka üzərində kişi cinsinə aid bioloji material (sperma) aşkar edilməmişdir. Bu maddi sübutlara aid aparılan ilkin məhkəmə tibbi bioloji və əlavə olaraq aparılmış məhkəmə-tibbi genetik ekspertizaların nəticələrindən bəlli olur ki, bioloji ekspertiza zamanı tuman və kalotka üzərində sperma ləkələri aşkar edilmişdir. Lakin onların bir hissəsi tədqiqata götürülərək sərf edilmişdir. Əlavə olaraq keçirilən Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məhkəmə-tibbi genetik ekspertizasının nəticələrindən görünür ki, maddi sübutlar üzərində artıq çox az miqdarda, hətta tədqiqata yararsız olan miqdarda sperma aşkar edilmişdir. Lakin genetik tədqiqat üçün DNT-nin ayrılması üçün sperma miqdarı kifayət qədər olmamışdır. Həmin tədqiqat zamanı da az miqdarda olan sperma ləkələri bu ədqiqata sərf edilmişdir. Həmçinin sonuncu tədqiqat aparılan zaman artıq hadisədən təxminən bir il keçməsi bioloji materialın çürüməsinə gətirib çıxarır. Bunları nəzərə alaraq, demək olar ki, sonuncu dəfə tədqiqat aparılan vaxt maddi sübutlar üzərində spermanın olmaması mümkündür. Həmçinin göstərmişdir ki, ekspertizaya təqdim olunmuş tumanın məhkəmə-tibbi genetik tədqiqi zamanı üzərində aşkar olunmuş qadın cinsinə məxsus genetik profildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqat idarəsinin verdiyi 16 sentyabr 2020-ci il tarixli 20/490R nömrəli rəyinin təsviri hissəsində göstərilən Zərərçəkmiş şəxs genetik profili ilə vizual müqayisə edildikdə (6 sentyabr 2020-ci il tarixli 20/490R nömrəli rəyə əlvə edilmiş cs**********700101 nömrəli diaqram) aydın olur ki, tumanda aşkar edilmiş genetik profil birmənalı olaraq Zərərçəkmiş şəxs məxsusdur. Kalqotqa üzərində aşkar edilmiş genetik profil Zərərçəkmiş şəxs məxsus deyildir. Lakin xx.xx.2021 -ci il tarixli 797/2021- MTBŞ saylı rəyin tədqiqat hissəsində verilən cədvəllə görünür ki, kalqotka üzərində aşkar edilmiş genetik profillə tuman üzərində aşkar edilmiş genetik profil müqayisə edildikdə bütün lokuslar üzrə bir allel formalarının uyğun gəlməsi bilinir. (Rəyə əlavə edilmiş 2 nömrəli cədvəlin dördüncü qrafası) Bu da onu göstərir ki, kalqotqa üzərində aşkar edilmiş qadın cinsli genetik profil Zərərçəkmiş şəxs anasına məxsusdur. Zərərçəkmiş şəxs anasının bioloji materialının kalqotka üzərində aşkar edilməsi onun hər hansı bir ifrazatının (tər, uzaqlıq yolu, ağız suyu, göz yaşı və s.) kalqotkaya düşməsi ilə izah edilə bilər. Kalqotka üzərində ilkin tədqiqatlar zamanı aşkar edilmiş Zərərçəkmiş şəxs məxsus bioloji materialın (qanın) sonuncu tədqiqat zamanı aşkar edilməməsi həmin bioloji materialın ilkin tədqiqatlara sərf olunması və bir ildən artıq müddət keçdiyi üçün çürüməsi ilə izah olunur. Şahid13 göstərmişdir ki, məhkəmədə ona zərər çəkmiş şəxs qismində təqdim olunan Zərərçəkmiş şəxs tanıyır, onu müyinə edib, rəy vermişdir. 27 avqust 2020-ci il tarixdə onu evdən müayinəyə çağırmışdılar. Onu idarədə müayinə etmişlər. Sənayın bakirəliyi müayinədən iki həftə əvvəl pozulmuşdu. Bədənində qançırlar vardı. İfadələrinə əlavələri yoxdur. İstintaq zamanı bir dəfə xəsarətlərlə bağlı, iki dəfə mensturasiya ilə əlaqədar dindirilmişdir. Ekspertiza rəyini təsdiq edir. Xəsarətlərlə əlaqədar ayrı rəy vermişdir. İlkin və ikinci rəyini təsdiq edir. Sənayın bədənindəki xəsarətlər cinsi əlaqə zamanı kənar şəxs tərəfindən də yetirilə bilərdi. Sənay deyirdi içki içdiyi üçün xəsarətlərin kimin tərəfindən yetirildiyini xatırlamır. Xəsarətlər zorakılığa qarşı müqavimət göstərdikdə yaranır. Müayinəyə üç gün sonra gəlmişdilər. Spermadan müayinə götürmüşlər, lakin qanda aşkar edilmədi. Müayinədə ondan başqa ekspert də iştirak edib. Sənayın dodağında, sinəsində qançırlar olmasını gördüyü üçün rəydə qeyd etmişdir. Qızlıq pərdəsinin tamlığı pozulmuşdu, qançrlar var idi. Deməsinə görə hadisə ayın 24-dən 25sinə keçən gecə saat iki radələrində olub. Rəy də 3-5 gün arası xəsarətlər yaranıb. Fərdi xüsusiyyətlərə görə 3-4 saat fərq ola bilər. Cinsi əlaqə olmasa da başqa şəraitdə bu xəsarətlər yetirilə bilər. Aybaşı zamanı da belə qanaxma baş verə bilər. Sadəcə nümunə götürmüşdür. Selikli qişa olduğu üçün sağalma prossesi tez olur. İki həftəyə qədər də sağala bilər, tez də sağala bilər. Onlar rəydə dəqiq gün yazmırlar. Onlar 2 gün 15 saat olanda 3 gün qeyd edirlər. Aybaşı olanda qansızma olmur. Qabıq yox idi, qansızma var idi, qızlıq pərdəsinin pozulmuş hissələrində qansızmalar vardı. Qansızma iki həftə ərzində, qabıqlanma 2 həftədən sonra olur. Qızlıq pərdəsinin şəkilini özü üçün çəkir, rəy tərtib edəndə lazım olur. İfadələrinə başqa əlavəsi yoxdur. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid13 göstərmişdir ki, 2002ci il tarixdə Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2002-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Elmi Ekspertiza və X22 və X50 Hüquqi şəxsində işləyir. 2020-ci ilin yanvar ayında Bakı şəhər şöbəsinin rəisi vəzifəsini icra edir. Yasamal Rayon Prokurorluğunda istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasına dair 441 nömrəli ekspert rəyi tərəfindən və mərkəzi tibbi ekspertizaların rəisi Ceyhun Allahverdiyev tərəfindən verilmişdir. Həqiqətən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi xx.xx.2020-ci il tarixdə saat 23 radələrində olmuşdur. Həmin zaman Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthində, sol baldırın yuxarı 1/3-nin arxa səthində, sağ süd vəzisinin iç kvadrantında, üst və alt dodaqların sol hissəsinin selikli qişalarında qançırları, həmin xəsarətlərin bərk küt əşya (əşyaların) təsirindən törənməsi və müddətinin müayinədən 3-5 gün əvvələ, yəni xx.xx.2020-ci il tarixə saat 03-04 radələrində yaranmağa uyğun gəlməsi müəyyən edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulması, pozulma müddəti müayinə günündən 2 həftəyə qədər olmaqla, xx.xx.2020-ci il tarixə uyğun gəlməsi də müəyyən edilmişdir. Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs uşaqlıq yolu və möhtəviyyatından götürülmüş tampon və yaxmada məhkəmə-bioloji tədqiq zamanı spermatozoid aşkar edilməmişdir. Sonuncunun müayinə olunması nəticəsində müəyyən edilmiş hallarla bağlı məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 441 saylı rəyinə tərtib edilmiş və müayinə zamanı aşkar edilənlər orada göstərilmişdir. Məhkəmətibb ekspertizası zamanı müayinə olunan Zərərçəkmiş şəxs sözlərinə və məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarda hadisənin baş vermə tarixi xx.xx.2020ci il tarix saat 03-04 radələri göstərildiyi üçün məhkəmə-tibb ekspertizasının rəyində 3-5 günün göstərilməsinə səbəb xx.xx.2020-ci il tarix saat 03-04-dən başlamaqla həmin gün, xx.xx.2020-ci il tarix tam şəkildə və xx.xx.2020-ci il tarix saat 23 radələrindək olan müddət nəzərdə tutularaq 3 günün, 72 saatın tamam olmasına təxminən 3-4 saat müddət qalması hesablanmışdır. Bu da 3 gün deməkdir. Xəsarətlərin rənginə əsasən onların alınma müddəti 3-5 günə uyğun gəldiyi göstərilmişdir. Rəydə 3-5 günün göstərilməsi texniki səhv olmamışdır. Habelə göstərmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər ümumi olaraq zərər çəkmiş şəxsə kənar şəxs tərəfindən fiziki təsir edildiyi zaman əmələ gəlmişdir və şəxsin özü tərəfindən yetirilməsi istisna edilir. Həmin xəsarətlərin yerləşdiyi yerlərə, xarakterinə, lokalizasiyasına əsasən bildirmək olar ki, həmin xəsarətlər cinsi əlaqəyə cəhd və ya cinsi əlaqə zamanı kənar şəxs tərəfindən yetirilə bilərdilər və cinsi zorakılıq zəminində (zor tətbiq etməklə) yaranmağa xarakterik hesab edilmirlər. Yəni həmin xəsarətlər zərər çəkmiş şəxsin köməksiz vəziyyətdə, huşsuz vəziyyətdə, halsız vəziyyətə düşməsi və həmin zaman ona qarşı törədilən əməllərə müqavimət göstərmək imkanına nəzarətini itirməsi zamanı da əmələ gələ bilərdilər. Bundan başqa o göstərmişdir ki, elmi ədəbiyyatlara əsasən, bir qayda olaraq qızlıq pərdəsinin tamlığının pozulması zamanı qeyd olunan nahiyədə xəsarət yaranır ki, həmin xəsarətin sağalma müddəti 2 həftə müəyyən edilir. Bu səbəbdən birmənalı olaraq ekspertizadan keçmiş şəxslərin qızlıq pərdəsinin tamlığının pozulması ilə bağlı təyin olunmuş məhkəmə-tibb ekspertizası rəylərində qızlıq pərdəsinin tamlığının pozulması müddətini ya 2 həftəyə qədər, ya da 2 həftədən artıq olması qeyd olunur. Qeyd olunan halda isə Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulması zamanı yaranmış xəsarətin təzə olması, yəni cırılmanın ətrafının, kənarlarının qansızmalı və qançırlı olması və tam sağalmamasının müəyyən edilməsi səbəbindən xx.xx.2020-ci il tarixli 441 saylı ekspertiza rəyində Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulması, pozulma müddəti müayinə günündən 2 həftəyə qədər olmaqla, xx.xx.2020-ci il tarixə, yəni məhkəmə-tibb ekspertizasının təyin olunması haqqında qərarda qeyd olunmuş, həmçinin Zərərçəkmiş şəxs özünün bildirməsinə əsasən hadisənin baş verdiyi tarixə uyğun gəlməsi qeyd olunmuşdur. Şahid4 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə tanıyır. Özü sosial işçisidir və ünvan 10 ünvanında yerləşən "xxxx" MMC-də çalışır. Hal-hazırda zərər çəkmişlə çalışmır, çünkı o xaricdə təhsil alır. Lakin Zərərçəkmiş şəxs zərər çəkdiyi vaxtda Sənayla anasının "xxxx" MMC-nə müraciəti əsasında onlar Sənayla bir il müddətində işlədilər. Belə ki, onlar ilk öncə Sənayı qəbul edib vəziyyətini qiymətləndirmişlər. Daha sonra təcili olaraq Sənayı psixoloqa yönəltmişlər, lakin istintaq dövrü intensiv keçdiyinə görə Sənay psixoloji xidmət ala bilməsə də, daha sonra yenidən psixoloqa yönəldilib. X58 xanımın təşkilatına yönəltdilər, lakin həmin təşkilat işdən imtina etdi. Daha sonra "xxxx" MMC Sənay uçun başqa psixoloq tapdı və onlar distant olaraq seanslara başladılar. Ona ilk müraciət zərər çəkmiş şəxsin valideyni tərəfindən olmuşdur və ilkin olaraq zərər çəkmişin anası "xxxx" MMC-nə hadisəni danışdı. Daha sonra o, uşaqla təkbətək görüş üçün anasından icazə alıb konsultasiya mərhələsinə keçmişdir. Görüş zamanı hadisə barəsində Sənaya ümumi suallar vermişdir. Sənay bildirmişdir ki, hadisə günü şəhərə getmişdi və evə qayıtmalı imiş. Şəhərdə ləngidi, çünki vəkil ilə görüşüb sənədlər verməli olmuşdur, daha sonra vəkili onu xalasıgilə aparmışdır. Xalasıoğlu ilə telefonun format olunması ilə məşğul olmuşdur, lakin daha sonra evə başqa şəxslər gəldiyinə görə yuxarı mərtəbəyə çıxmışdır. Qonaqlar getdikdən sonra xalasıoğlu onu aşağı çağırmışdır. Xalasıoğlu içki içirmiş və içkilərə görə bir neçə dəfə evdən çıxmışdır. Xalasıoğlu Sənaya içki təklif edibmiş və Sənay biraz içmişdir, sonrasını isə xatırlamamışdır. Sənay bır də oyandığı anı xatırlamışdır, oyanan zaman xalası oğlunun qolu onun üzərində olmuşdur. Sənay telefonuna gələn zənglərə cavab vermək istəsə də, xalası oğlu buna icazə verməmişdir və onu hamama salmışdır. Sənayın dediyinə görə xalası oğlunun hamama salmasında məqsədi xalası oğlunun Sənayın anası ilə danışanda anasının Sənayın səsini eşitməsini istəməməsi olmuşdur. Müəyyən müddətdən sonra xalası oğlu hamamın qapısını açıb, Sənaya ilkin olaraq nəsə olmadığını, sonra isə nəsə olduğunu və evlənə biləcəklərini demişdir. Eyni zamanda Sənaydan hadisə barədə heç kimə heç nə deməməyini istəmişdir. Sənay da oradan uzaqlaşmaq üçün özünü razılaşmış kimi göstərmişdir və telefonunu alıb, hadisə yerini tərk etmişdir. Sənay hadisəni ona bir neçə həftə ərzində hissə-hissə danışmışdır. İlkin olaraq isə hadisəni baş verdiyi gündən on gün sonra danışmışdır. Zərər çəkmişdə olan simptomları həm Sənay özü, həm də anası onlara danışmışdır. Təşkilatın müşahidələri keyslərdə əks olunur, lakin onlar konfıdensıal olaraq saxlanılır. Əgər ailənin sosial vəziyyəti yaxşı olmursa, valideynlər işləmirsə, xüsusi keyslərdirsə onlar onda ödəniş almırlar. Onun bu işdən ödəniş almamışdır. Bunun səbəbi onları uzaqdan da olsa tanımağı, Sənayın anasının işləməməsi idi. Hadisədən də əvvəl onlar Sənaya kurslarla bağlı yardım edirdilər və ondan ödəniş alınmırdı. Əgər zərər çəkmiş şəxs gündəlik tələbatlarını ödəməkdə çətinlik yaşayırdısa bu zaman ona dərmanla müalicə lazım idi. Sənayda da bu əlamətlər var idi. Psixoloqla əlaqə saxlayanda onlara bildirmişdi ki, əgər müsbət nəticə əldə edilməzsə, dərmanlardan istifadə ediləcək. Sənaya psixiatra getməyi təklif etsə də o, ilk vaxtlar inadla mütəxəssis yardımından əvvəl istintaqın yekunlaşmasını, xalası oğlunun azadlıqdan məhrum edilməsini, ədalətin bərpa olunmasını istədiyiyni demişdir. Daha sonra o, psixoloqa getməyə başlamışdı. Ona qədər Sənayın vəziyyəti ilə vəkil məşğul olmuşdur, pedaqoq, psixoloq və s. məşğul olmamışdır. Sənay son iki aydır ki psixoloq xidmətini dayandırmışdır. Sənayla əsasən ünvan 11 ünvanında, bəzən daha təhlükəsiz yerlərdə də görüşmüşlər, həmçinin onların evlərinə də getmişdir. Çünki evdə qiymətləndirmə aparmaq yaxşıdır. Sənayın yuxuya getmə problemi vardı, ünsiyyətdən yayınırdı. Ən ağır vəziyyəti isə ekspertizadan sonra yaşamışdı. Sənayla anasının danışdıqları arasında ciddi ziddiyyət yox idi. Sadəcə zaman keçdikcə Sənay hadisələri daha detallı danışırdı. Sənayın anası pivəyə nəsə qatıldığını ehtimal edirdi. Sənay dediyinə görə Əsgər ona spirtsiz pivə almışdır. Sənay pivəsini içəndən sonra Əsgər öz içkisindən də Sənaya təklif etmişdir. Bundan sonrasını Sənay xatırlamamışdır. Sənay oyananda yataqda olan vaxt bədənində qan və göyərmiş yerlərin olduğunu görmüşdür. Sənayın dodağının ətrafında, sinəsində, boynunda göyərmələr olmuşdur, lakın o, Sənayın ancaq boynundakı göyərmələri görmüşdür. Dodağındakı izlər isə saralmışdı. Müxtəlif layihələr vasitəsilə gəlir əldə edir. Sənayın işi bu layihələrdən fərqləndiyinə görə o təmənnasız olaraq Sənayla işləmişdir. Bakı Dövlət Universitetinin sosial iş ixtisasının məzunudur. Onlara ayrıca psıxologıya-konsultasiya dərsi, ümumi psixologiya, ailə psixologiyası tədris edilmişdir, yəni onun klienti yönləndirmə səlahiyyəti vardır. "xxxx" MMC-nin nizamnaməsi vardır və həmin nizamnamədə işin istiqamətləri göstərilmişdir. Hadisədən sonra Sənayın psixologiyası pis vəziyyətdə idi və onun qidalanmasında, yuxusunda akademik bacarıqlarında problemlər yaranmışdı. Gündəlik həyatını normal davam etdirə bilmirdi. Onlar həmin dövrdə Sənayla tez-tez görüşmüşlər. Çünki onunla konsultasiya edib onu psixiatr və psixoloqa yönəltmişdir. Sənayla 2020-ci ilin avqust ayından Sənay xaricdə təhsil almaq üçün gedənə qədər, yəni 2021-ci ilin sentyabrına qədər görüşmüşdür. Sənay uzun müddət, yəni 11-12 seans psixoloq Malik Məmmədlinin yanına getmişdir. Daha sonra Sənay başqa mütəxəssisə yönəldilib və bu yaxşı nəticə verdi. Sənay xarici ölkədə təhsil ala-ala distant psixoloji yardım alırdı. Sənayın cinsi zorakılığa məruz qalmasına dair əlamətlər kimi onun qorxusunun olmasını, yuxu pozuntularının olmasını, qışqıraraq oyanmasını, valideynlə yatmasını, qaranlıqdan qorxmasını, ayrılıqda yata bilməməsini, tək hərəkət edə bilməməsini deyə bilər. Sənay həmin dövr ərzində kritik vəziyyətdə idi, yəni qidalanması, yatması normal deyildi. Sənayın dodaqlarında göyərti qalmamışdı, lakin iz var idi. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid4 göstərmişdir ki, 2018-ci ildə "Sosial Xidmətlər Mərkəzi” MMC-ni təsis etmişdir və əsas fəaliyyət istiqaməti əhaliyə sosial xidmətlərin göstərilməsindən ibarətdir. Adətən müraciət etmiş, çətin həyat şəraitində olan insanlarla işləməklə onlara yardım etməyə çalışır. Cəmiyyətin gəlir mənbəyi isə uyğun mövzularda seminar və təlimlər keçmək, müxtəlif sosial müəssisələrin superviziya işlərinin aparılması və s. dən ibarətdir. İctimai fəal olduğu üçün Qanuni nümayəndə və Zərərçəkmiş şəxs qiyabi olaraq tanımış, müxtəlif tədbirlərdə, onları müxtəlif təlimlərdə görmüş, həmçinin onun keçdiyi təlimlərdən birində Zərərçəkmiş şəxs iştirakçı olmuşdu. 2020-ci ilin sentyabr ayının əvvəllərində Zümrüd xanım ona müraciət edərək qızı ilə birlikdə yanına gəlmək istədiyini bildirmişdir. O isə, onları dinləməyə hazır olduğunu bildirib onları Cəmiyyətinin fəaliyyət göstərdirdiyi Bakı şəhəri Azadlıq prospekti 89a ünvanına dəvət etmiş, Zümrüd xanım qızı Sənayla birlikdə ora gəlmişlər. Orada Zümrüd xanım birinci onunla təklikdə söhbət edərək qızının bacısı oğlu Əsgər adlı şəxs tərəfindən zorlandığını və ona psixoloji yardım göstərilməsini, onunla sosial ünsiyyətin saxlanılmasında köməklik göstərilməsini xahiş etmiş, o onlara kömək edəcəyini bildirməklə bu sahədə yeniyetmələrlə işləyən "Ümidli gələcək” təşkilatına, həmin təşkilatın rəhbəri olan Kəmalə Həşimovaya müraciət etmələrini də məsləhət görmüşdür. Həmin ərəfədə özü dəfələrlə Zərərçəkmiş şəxs ilə görüşmüş, sonuncuya psixoloji dəstək olmaq məqsədi ilə onunla baş vermiş hadisə barədə danışmışdır. Zərərçəkmiş şəxs ona bildirmişdi ki, 2020- ci ilin avqust ayının sonlarında Sənay ailələrinin vəkili olan Zibeydə xanımla görüşərək anasının etibarnaməsini sonuncuya vermiş, daha sonra anası Zümrüd xanımın istifadəsində olan avtomobil nasaz olduğundan onu götürmək üçün gələ bilməmiş və artıq gec olması, yəni saat 21- 22 radələri olması səbəbindən anası Zümrüd xanım öz bacısı Sürəyya adlı şəxslə danışaraq qızının Bakı şəhərinin mərkəzi hissəsində olduğunu, bu səbəbdən onların yaşadıqları Abşeron rayonu Mehdiabad qəsəbəsinə gələ bilmədiyini, həmin gün gecə saatlarında onlarda qala bilib-bilməyəcəyini soruşmuş, Sürəyyanın razılığını aldıqdan sonra bacısı Sürəyyanın oğlu Əsgərlə danışaraq Sənayın onlara gələcəyini və Sənayı qarşılamasını demiş, bundan sonra Sənay ora getmiş və gecəni Bakı şəhərinin mərkəzi hissəsində xalasıgilin evində Əsgərlə təklikdə qalmışdır. Orada olduğu zaman Əsgər ona əvvəlcə spirtsiz pivə alaraq vermiş, onun həmin pivəni içdiyini görüb daha sonra Əsgər ona içmək üçün spirtli pivə təklif etmiş, həmin ərəfədə Əsgərgilə kiminsə gəlməsi səbəbindən Sənay yuxarı otağa qalxmış, Əsgər həmin şəxsi qarşılamaq üçün çölə çıxmış və təxminən 5-10 dəqiqə sonra geri qayıdaraq Sənayı aşağı düşməyə səsləmiş, həmin adamın gəlməyəcəyini demiş və Sənaya spirtli içki olan pivə içməyi təklif etmiş, Sənay həmin pivədən 1-2 qurtum içdikdən sonra özündən getmiş və gecə olanları xatırlamamış, səhəri gün ayıldıqda isə gecə olanlarla bağlı yadında bir-iki qısa müddətli epizodun qaldığını, həmin epizodlarda Əsgərin ona təcavüz etdiyini gördüyünü, yuxudan ayıldıqda isə əynində paltarlarının olmadığını, Əsgərin isə paltarsız şəkildə yanında uzandığını, həmin zaman onun cinsiyyət orqanından qan gəldiyini görərək ağlayaraq qışqırmaqla Əsgərə axşam nə olduğunu və onunla nə etdiyini soruşmuş, Əsgər əvvəlcə ona sakit olmasını, aralarında heç nə olmadığını demiş, axşam spirtli içki içdikdən sonra Sənayın qaytarması səbəbindən onun paltarlarını soyundurduğunu bildirmiş, bu zaman Sənayın ondan nə səbəbə soyunmuş şəkildə yanında yatdığını soruşaraq qışqırıb səs-küy etməsindən sonra Əsgər axşam onunla cinsi əlaqədə olduğunu, bu barədə heç kimə bildirməməsini demiş, o isə Əsgərə etiraz etmiş, daha sonra hamilə qalıb-qalmaması ehtimalını soruşmuş, Əsgər isə belə halın əvvəllər olmadığını, lakin hər ehtimala qarşı onun üçün dərman alacağını bildirməklə əvvəlcə onun telefonunu götürmüş və Sənayın nə anası ilə danışmasına, nə də hər hansı bir şəxsə məlumat verməsinə imkan verməyərək sakit olmasını bildirmiş, həmin ərəfədə Sənaya zəng edən anası Zümrüdlə danışıb Sənayın yaxşı olduğunu da Zümrüd xanıma Əsgər demişdir. Bir neçə dəqiqədən sonra Sənay səs-küy salmaqla ondan telefonunu almış və evdən çıxaraq yaxınlıqda qalan Ümman adlı tanışının yanına gedib hadisəni ilk öncə sonuncuya danışmış, sonradan isə Ümman onu taksi ilə evlərinə aparmış və anası Zümrüd xanıma təhvil vermişdir. Bu hadisədən sonra Zərərçəkmiş şəxs çox böyük mənəvi və psixoloji sarsıntı keçirmiş, özünün bildirməsinə əsasən gündüzlər normal olsa da, gecə saatlarında yuxuda olan zaman qışqırıb ayılmış, yuxuda kabus görməyə başlamış, həmçinin ictimai yerlərdə olanda, xüsusilə də, xalasının evi yerləşən tərəfə getməkdən, ictimai yerlərdə və ictimai nəqliyyatda Əsgəri görməkdən çəkinmiş və qorxmuşdur. O, Zümrüd xanıma və Sənaya Sənayın psixoloji vəziyyətinin yaxşı olmadığını, bu səbəbdən onun psixoloqa müraciət etməsinin mütləq olduğunu bildirmiş, onları bir neçə psixoloqla əlaqələndirmişdir. Lakin Zümrüd xanım və Sənay həmin zaman artıq Bakı şəhəri Yasamal rayon Prokurorluğuna müraciət etmiş, Sənay məhkəmə-tibb ekspertiza müayinəsindən keçmişdir. İlkin vaxtlarda Sənay psixoloq yanına getməkdən imtina edərək həm başına gələnləri danışmaqda çətinlik çəkdiyini bildirmiş, həm də psixoloq yanına seanslara getdikdən sonra yumşalacağından qorxduğunu, istintaq zamanı soyuqqanlı olmaq istədiyini, Əsgərin cəzalanmasını, törətmiş olduğu əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasını istədiyini bildirmişdir. Həmin ərəfədə Sənay və Zümrüd xanım "Ümidli gələcək” təşkilatına, həmin təşkilatın rəhbəri olan Şahid6 da müraciət etmiş və sonuncu, onların təşkilatlarında olan psixoloq Zərərçəkmiş şəxs və anası Zümrüd xanımla görüşmüşlər. Sonradan isə "Vətən” müharibəsi başladığından o, Bakı şəhərində olmayaraq müharibə şəraitində sosial yardıma ehtiyacı olan digər şəxslərlə məşğul olmuş, lakin eyni zamanda Bakı şəhərinə gəldikdə hər dəfə Sənayla da əlaqə saxlayaraq sonuncunun necə olmasını öyrənmişdir. Bir müddətdən sonra Sənay onun məsləhətinə qulaq asaraq psixoloqa müraciət etmişdir. Onların psixoloq Şahid5la görüşmələrini də Zümrüd xanıma özü təklif etmişdir. Şahid5 işi ilə bağlı tanımış və sonuncunun profilinin daha çox cinsi problemlər yaşamış şəxslərlə işləməkdən ibarət olduğunu bilmişdir. Sənaya da məhz bu səbəbdən Şahid5 yanına getməsini məsləhət görmüş, onun keçirmiş olduğu bu mənəvi və psixoloji sarsıntıdan çıxması, gələcəkdə insanlarla münasibət, xüsusilə də, romantik münasibətlər qurmasında hər hansı bir çətinliklərin yaranmasını istəmədiyi üçün psixoloji yardım almasını istəmişdir. Bildiyi qədər Sənay Şahid5 yanına bir qədər gec olsa da getmiş və orada psixoloji yardım almışdır. Bundan başqa o ifadəsində göstərmişdir ki, Sənayı birinci dəfə gördüyündə hadisədən 10-14 gün arası vaxt keçmişdir. Sənayla baş vermiş hadisə ilə bağlı mümkün qədər üstüörtülü şəkildə danışmaqla sonuncunun əlavə gərginlik keçirməməsinə çalışdığı üçün onun bədənində xəsarət olub-olmadığını soruşmamışdır. Sənayın deməsi əsasında hadisədən sonra sonuncunun dodaqlarında və bədənində xəsarət olmasını bilmiş, Sənayla görüşdüyü zaman Sənayın dodağındakı xəsarətin yalnız izi kölgə şəklində qalmış və görsənməmişdir. Sənaya baş verənlər barədə danışmaq xüsusilə çətin olmaqla hər dəfə baş verənləri, təcavüzə uğradığını xatırlayaraq özündən çıxmış, bəzən qışqırıb ağlamış və sarsıntı keçirmiş, hadisə və yaşadıqları barədə danışa bilməmişdir. O isə Sənaya əlavə gərginlik yaratmaq istəməmişdir. Bundan başqa söhbət zamanı Sənaydan hadisədən əvvəl spirtli içki qəbul edib-etməməsini soruşmuş, sonuncu hadisədən əvvəl bir dəfə bacısının ali məktəbə qəbul olması və ya ali məktəbin birinci semestrini bitirməsi münasibəti ilə anası ilə birlikdə qeyd etdikləri zaman bir-iki qurtum şərab içdiyini, lakin spirtli içki qəbul etməkdən xoşunun gəlmədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs nə hadisədən əvvəl, nə də ki, sonra spirtli içki qəbul etməsinin şahidi olmamışdır. Şahid5 göstərmişdir ki, 2017-ci ildən Azərbaycan Respublikası Bakı şəhərində olan "PM akademiya psixoloji xidmət və uşaq inkişaf” Mərkəzində psixoloji konsultant kimi fəaliyyətə başlamışdır. Təxminən 2020-ci ilin noyabr ayında "PM akademiya psixoloji xidmət və uşaq inkişaf” Mərkəzində ona Zümrüd və Sənubər adlı şəxslər müraciət etmişlər. Belə ki, ilk dəfə Sənay azyaşlı olması səbəbindən valideyni, yəni anası Zümrüd xanımla birlikdə onun qəbuluna gəlmişlər. Həmin zaman Zümrüd xanım ona qızının cinsi istismara məruz qaldığını, yəni zorlandığını bildirərək hadisədən sonra Sənayın özündə olmadığını, ona psixoloji yardım göstərilməsinin zəruri olduğunu bildirmişdir. Bunları nəzərə alaraq Sənayın təklikdə onunla seanslara gəlməsini, tanış olub birlikdə addımlamağı, Sənayla ümumi məsələlərdən danışacağını və sonradan aralarında güvən yarandıqdan sonra da baş vermiş zorakılıq əməlləri barədə də danışacaqlarını bildirmişdir. Zərərçəkmiş şəxs ilə ilk görüşü 17 noyabr 2020-ci il tarixində olmuşdur. Sənayla ümumi danışığında baş vermiş hadisəyə toxunmadan ümumi şikayətlərindən danışmasını xahiş etmişdir. Çünki pasiyentlərindən ilkin olaraq özü barədə ümumi danışması, dərdləşməsi və aralarında güvənin yaranmasına çalışmış və Sənayla da belə olmuşdur. Belə ki, Sənaya ümumi özü barədə, narahatlıqları barədə danışmasını bildirmiş və sonuncu ona dərsdə fikrini toplaya bilmədiyini, gecələr rahat yata bilmədiyini, son zamanlar iştahının pozulması və iştahsızlıq yaşamasını bildirmiş, lakin ən çox dərslərini oxuya bilməməsi, fikrini cəmləşdirə bilməməsindən narahat olduğunu ön plana çəkmişdir. Zərərçəkmiş şəxs ilə həftədə bir dəfə olmaqla cəmi 10 seansı olmuş və bəzi seansları mütəmadi olaraq hər həftə baş verməmiş, sona doğru seansları arasında olan müddət artmış və son iki seans isə bir ay fasilə ilə baş vermişdir. Bir seans 45-50 dəqiqə arasında olmuşdur. Təxminən beşinci ya altıncı seansda Sənay onunla söhbət edən zaman bütün narahatlıqlarının, fikrinin pozulmasının, gecələr yata bilməməsinin səbəbi kimi onunla baş vermiş cinsi təcavüzün olmasını özü danışmışdır. Sənay bildirmişdir ki, xalası oğlu ona cinsi təcavüz edərək onu zorlamışdır. Belə ki, 2020-ci ilin avqust ayının sonlarında Sənay rəfiqələri ilə görüşdükdən və anasının vəkilinə hansısa bir sənədi verdikdən sonra evə getmək istədikdə anası ona avtomobilinin nasaz olduğunu və onu götürə bilməyəcəyini, xalasıgilə gedərək orada qalmasını bildirmiş, xalası oğlu ilə görüşdükdən sonra sonuncu onu evə aparmış, orada onlar birlikdə yemək yemişlər. Sənayın xalası oğlunun adı dəqiq yadında qalmamışdır. Gecə saatlarında xalası oğlu Sənaya evə kiminsə gələcəyini bildirmiş, bu zaman Sənay onlarla görüşmək istəmədiyini və evin ikinci mərtəbəsinə qalxacağını demiş, xalası oğlu evdən çıxmış və bir neçə dəqiqədən sonra evə qayıdaraq Sənayı aşağı çağırmış, evlərinə gəlməli olan şəxsin gəlməyəcəyini ona bildirmiş, sonuncuya içməsi üçün nəsə təklif etmiş, Sənay həmin içkidən bir-iki qurtum içdikdən sonra özündə olmamış və ondan sonra olanları xatırlamamışdır. Səhər oyandığında xalasıoğlu ilə eyni yataqda əynindəki paltarların soyundurulmuş şəkildə olduğunu, xalası oğlunun onun yanında soyunmuş şəkildə uzandığını, bundan sonra onun cinsiyyət orqanından qan gəldiyini görərək qışqırmağa, nə baş verdiyini soruşmağa başlamış, xalasıoğlu isə ona sakitləşməsini heç nə olmadığını bildirmişdir. Sənay həmin zaman nə səbəbə paltarsız olduğunu soruşduqda xalasıoğlu axşam spirtli içki içdikdən sonra qaytardığını ona deyərək paltarlarını çıxardığını bildirmişdir. Bundan sonra Sənay xalası oğlundan nə səbəbə onun da əynində paltarın olmadığını soruşduqda və ondan nə baş verdiyini deməsini səs-küy salaraq tələb etdikdə xalası oğlu hadisəni etiraf etmiş və onun sakitləşməsini istəmişdir. Həmin ərəfədə xalası oğlu onun telefonunu götürmüş və Sənayın nə anası ilə danışmasına, nə də hər hansı bir şəxsə məlumat verməsinə imkan verməyərək sakit olmasını istəmiş, həmin ərəfədə Sənaya zəng edən anası Zümrüdlə danışıb Sənayın yaxşı olduğunu sonuncuya demişdir. Bir neçə dəqiqədən sonra Sənay səs-küy salmaqla ondan telefonunu almış və evdən çıxaraq yaxınlıqda qalan dostlarından birinin yanına gedərək hadisəni ilk öncə sonuncuya danışmış, sonradan isə evə gedərək anasına danışmışdır. Bu hadisəni danışdığı zaman Sənay çox yüksək psixoloji və emosional gərginlik keçirmiş və hadisənin ona mənəvi və psixoloji baxımdan böyük sarsıntı gətirdiyini aşkar şəkildə görmüşdür. Belə ki, Sənay danışdığı zaman ağlayır, özünü pis hiss edir, ya əsəbləşərək özündən çıxmışdır. Bu səbəbdən Sənayın danışdığı zaman və ondan sonra hadisənin ona pis təsir etməsi və daha ətraflı sualların Sənaya verilməsi ilə onun həmin çətin və travmatik anları bir daha yaşamasına səbəb olacağını düşündüyü və Sənayın davranışlarından bunları hiss etdiyi üçün ona yalnız dəstək olmaq, əlavə şəkildə baş vermiş hadisənin daha da açılmaması və dərinləşməməsi üçün psixoloji söhbətlər aparmağa çalışmış, hadisənin dərininə getməmişdir. Ümumiyyətlə, azyaşlı şəxslərlə qeyd olunan hadisələrin baş verməsi sonuncularda ömürlük mənəvi və psixoloji zədənin qalmasına səbəb ola bildiyindən həmin şəxslərlə danışan zaman onlarla mümkün qədər incə davranmaq, baş vermiş hadisəyə çox qayıtmamasına çalışmaq vacib şərtdir. Sənayın danışıqlarında onun xüsusi diqqətini cəlb edən məqamlardan biri də ondan ibarət olmuşdur ki, baş vermiş hadisədən sonra onların hüquq-mühafizə orqanlarına etdikləri müraciətin nəticəsinin uzanması və ona qarşı cinsi zorakılıq törətmiş, yəni onu zorlamış şəxsin azadlıqda qalmasının, lazımi cəza almamasının Sənayın psixoloji və emosional vəziyyətini daha da gərginləşdirdiyi ifadə olunurdu. Yəni baş vermiş hadisə Sənayın normal yaşamına pis təsir etmiş, xüsusən də, azyaşlı olan Sənayın həm dərslərində fikrini cəmləşdirə bilməməsi, istədiyi kimi dərslərini öyrənə bilməməsi, həmçinin mütəmadi olaraq baş verənlərin onun yadına düşməsi onun normal davranmasına zərbə vurmuş, mütəmadi olaraq ağlamasına, emosional və psixoloji gərginlik keçirməsinə, həmçinin gecələr yata bilməməsinə, yatdıqda kabuslar görməsinə səbəb olduğu ifadə edilmişdir. Sonuncu dəfə 2021-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə görüşmüş və həmin zaman Sənay hətta daha da pis olduğunu, xalası oğlunun sanki onu izlədiyini, ictimai yerlərdə, ictimai nəqliyyatda sanki xalası oğlunu gördüyünü və hər an hər yerdən çıxaraq ona yaxınlaşacağından qorxduğunu bildirmişdir. Lakin mart ayından sonra Zərərçəkmiş şəxs artıq seanslara gəlməmişdir. O isə, Sənayla ondan sonra görüşə bilmədiyi üçün nə səbəbə davam etmək istəmədiyini və gəlmədiyini soruşa bilməmişdir. Bundan başqa o ifadəsində göstərmişdir ki, Sənayı birinci dəfə gördüyündə hadisədən təxminən iki aya yaxın müddət keçmişdi və həmin zaman Sənayda heç bir xəsarət görməmişdim. Sənayla bir neçə seans keçirdikdən sonra sonuncu ona etibar etdikdən sonra özü baş vermiş hadisənin onu narahat etdiyini və xalası oğlunun onu zorladığını danışmışdır. Səhv etmirsə bu ya 5-ci ya da 6-cı seansda təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində danışmışdır. Sənay danışıqlarında ona qarşı törədilmiş cinsi təcavüz əməllərinin məhz xalası oğlu tərəfindən törədildiyini, həmin xalası oğlunu sanki kabus kimi yuxularında gördüyünü, həmçinin ictimai nəqliyyatda, ictimai yerlərdə gördüyünü, ona yaxınlaşacağının qorxusunun olduğunu bildirmişdir. Şahid6 göstərmişdir ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanımır, zərər çəkmiş şəxs qismində təqdim olunan Zərərçəkmiş şəxs tanıyır, bir il yarım əvvəl Sənay onlara müraciət etmişdir. Mərkəzdə hüquqi xidmət olmadığı üçün prokurorluğa müraciət edib Sənay və onun anası ilə görüşmüşlər. Uşaqla tək görüşülməyib. İki dəfə mərkəzə gəliblər. Birinci dəfə mərkəzə gələndə iki dəfə psixoloqun qəbulunda oldu. Onunla və psixoloqla görüşüb. Həmin vaxt bizdə onlarda beş nəfər çalışırdı. Sənay onlara verdiyi məlumatlar barəsində onlar da bu barədə prokurorluğa və Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəyə məlumat vermişlər. Sənay Uşaq dərsdən çıxanda anasının maşını nasaz olduğu üçün xalası oğlunun götürəcəyini deyib. Xeyr, Sənay spirtli içki olub- olmadığını deməyib. Səhər oyananda qan olduğunu gördükdən sonra bilib, səhər oğlan da evdə olub. Xalası oğlu ilə təcavüzlə bağlı danışması barədə məlumatım yoxdur. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid6 göstərmişdir ki, "Ümidli Gələcək Sosial Təşəbbüslər” İB-ni xx.xx.1998- ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirtməklə həmin zaman təhsil aldığı Azərbaycan Tibb Universitetinin "Müalicə işi” fakültəsinin tələbələri ilə yaratmış və hazırki tarixədək fəaliyyətini davam etdirir. Qeyd olunan ictimai birlik qeyri- hökumət təşkilatı olmaqla əsas fəaliyyət istiqamətləri cinayət törətmiş yetkinlik yaşına çatmayan uşaqlar, həmçinin zorakılığa məruz qalmış və ya zorakı xarakterli cinayət əməllərindən zərər çəkmiş uşaqlar və onların ailələrinə sosial-psixoloji xidmət və reabilitasiya faəliyyəti ilə məşğul olmaqdan ibarətdir. Birlikdə təxminən 15 nəfər işçi var və təxminən 2011 -ci ildən həmin birlikdə icraçı direktor vəzifəsində işləyir. Birlik ünvan 13 ünvanında qeydiyyatda olmaqla iki il olaraq ünvan 14vanında olan "X54”-ndə 5-ci mərtəbədə fəaliyyət göstərir. 2020-c ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə icraçı direktoru olduğu, Birliyə sosial işçi kimi işləyən Sənubər xanımla ona məlumat verilmədən Zümrüd adlı şəxs və onun yetkinlik yaşına çatmayan qızı, sonradan adının Sənay olduğunu öyrəndiyi şəxs gəlmişlər. O, onları Sənubər xanımın iştirakı olmadan qəbul etmiş və Zümrüd xanımla, həmçinin onun qızı Sənay xanımla görüş keçirərək danışmış, söhbət zamanı birinci olaraq Zümrüd xanım qızının xalası oğlu tərəfindən zorlandığını bildirmişdir. Bundan sonra Sənay xanım hadisə barədə danışmağa başlamış, danışdığına əsasən, səhv etmirsə, hadisə baş verən gün Sənay Bakı şəhərində dərsdə olmuş, dərsdən çıxdıqdan sonra evə getməsi üçün anası Zümrüd xanımın istifadəsində olan avtomobil nasaz olduğundan anası onu qarşılamağa gələ bilməmiş və bundan sonra Bakı şəhərində yaşayan xalasıgilin evinin yaxınlıqda olması və xalası oğlunun evdə olması səbəbindən Zümrüd xanımın oğlanla danışmasından sonra xalası oğlu Sənayı qarşılamış və yaşadıqları evə aparmışdır. Zümrüd xanım söhbət zamanı bacısı oğlunun adını desə də, həmin ad yadında qalmamışdır. Xatırladığı qədər X34 metrostansiyasında dərsdə olmuş və xalasıgilin evi ora yaxın olduğu üçün ora getməsini bildirmişdir. Bundan sonra Sənay xalasıgilə getmişdir. Bundan sonra Sənay özü də ona qısa olaraq hadisə barədə danışmış və həmin gün xalası oğlunun marketdən spirtli içki, onun üçün isə spirtsiz içki almışdır. Bundan sonra qısa olaraq axşam yatdığını və səhər ayıldıqda paltarlarının əynində olmadığını və ondan qan gəldiyini gördüyünü bildirmişdir. Bundan sonra xalası oğlundan nə etdiyini soruşduğunu və birinci olaraq xalası oğlunun aralarında heç nə olmadığını desə də, sonradan Sənayın nə baş verməsi barədə dəfələrlə soruşması nəticəsində xalası oğlunun axşam aralarında cinsi əlaqənin olduğunu bildirmişdir. Bundan sonra Sənay anasının zəng etdiyini, lakin anası ilə danışmadığını, sonra evdən çıxaraq birlikdə sosial fəaliyyətlə məşğul olduğu və tanıdığı şəxsin yanına getdiyini, bundan sonra isə evə getdiyini, hadisə barədə dərhal anasına danışmadığını və yalnız evə getdikdən sonra anası ilə danışdığını bildirmişdir. Sənay sosial fəaliyyətlə məşğul olduğu və xalasıgildən çıxaraq birbaşa getdiyi şəxsin adını desə də, hadisədən uzun müddət keçməsi və çoxsaylı şəxslərlə görüşməsi səbəbindən həmin ad da yadında qalmamışdır. Həmçinin Zümrüd xanım ona hadisə ilə bağlı prokurorluq orqanlarına müraciət etdiklərini və ilkin olaraq Sənayın Səbail rayon prokurorluğunda izahat verdiyini, daha sonra müraciətin Yasamal rayon prokurorluğuna göndərildiyini, lakin Sənay dindirilən zaman onunla yaşına uyğun davranmayaraq hadisə barədə ətraflı və bir qədər etik davranış qaydalarından kənara çıxılmaqla suallar verildiyini deyərək bu şəkildə ifadəsi alınmağa davam etdikdə Sənayın psixoloji travmanı yenidən yaşadığından narahat olduğunu bildirmişdir. Bundan sonra o, həmin gün onunla Birlikdə işləyən psixoloq Şahid7 ilə görüşəcəklərini və Sənayın təklikdə psixoloqla söhbət etməsini bildirmişdir. Xoşqədəm xanımla onları tanış etmiş və Xoşqədəm xanım Sənayla təklikdə xüsusi ayrılmış psixoloq otağında görüşmüşlər. Görüşdən sonra Zümrüd xanıma və Sənay xanıma reabilitasiya olunma üçün yenidən gəlmələrini bildirmiş, lakin Zümrüd xanım bundan imtina etmişdir. Ondan sonra onlara bir daha Birlikdə işləyən hüquqşünas Rafiq müəllimin köməyi təklif olunmuş, həmçinin gələcəkdə də reabilitasiya ilə bağlı köməklik lazım olduqda müraciət də biləcəkləri deyilmişdir. Lakin Zümrüd xanımla Sənay xanım Birlikdən getdikdən sonra bir daha əlaqə saxlamamış və Birliyə gəlməmişlər. Sənay və anası Zümrüd xanım reabilitasiyadan imtina etmələri və ilkin söhbət zamanı hadisənin daha ətraflı təfərrüatlarının zərər çəkmişdən soruşulmaması səbəbindən onlarla görüş videogörüntüdə kamera ilə qeydə alınmamışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, Sənay onunla danışdığı zaman ondan hadisədən əvvəl spirtli içki qəbul edib-etmədiyini soruşmuş, Sənay həm özü danışan zaman, həm də ondan soruşduqda spirtli içki qəbul edən şəxs olmadığını və hadisədən əvvəl spirtli içki qəbul etmədiyini bildirmişdi. Sənayla danışdığı zaman hadisə barədə ona əlavə sual verməməklə psixoloji olaraq əlavə zərər, travma yetirməməyə çalışır, Sənay isə hadisə barədə anasının yanında sakit olaraq danışmış, bir qədər kövrəlmişdir. Bu səbəbdən də onu incitməmək üçün ətraflı suallar verməmişdir. Şahid7 göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş X25 tanımır, zərər çəkmiş şəxs qismində təqdim olunan Zərərçəkmiş şəxs isə tanıyır. Sənayı bir dəfə görmüşdür. Sənay onun işlədiyi psixologiya mərkəzinə gəlmişdi. Ona rəhbərlik dedi ki, belə bir yeniyetmə var, psixoloji söhbət aparılmayıb. Onunla ilkin psixoloji görüş keçirmişlər. Ondan gəlmək səbəbini soruşmuşdur. Sənay da detalları dedi. Hadisə olan zaman içkisinə nəsə qatıldığını, özündə olmadığını dedi. O danışarkən emosianal vəziyyəti gərgin idi. Kurs keçmək istəyib-istəməməsini soruşanda, Sənay özü üzərində işləyəcəyini, kursa qatılmayacağını dedi. O da özündə onun gəlməsini qeyd etmişdir. Sənay anası ilə gəlmişdi. O, yalnız Sənayla danışıb. Konsultasiya 30 dəqiqə oldu, qarşılıqlı söhbət etmişlər. Xalası oğlugilə getdiyini, nəsə içdiyini, özündə olmadığını, səhər oyananda qan olduğunu görəndə şok olduğunu, içki qəbul etdiyinə görə heç nə xatırlamadığını dedi. Sənay özü cinsi zorakılıq olduğunu bildirdi. Sənayın sözlərinə görə o, ləkəni gördükdən sonra cinsi zorakılıq olduğunu bilib. Ona danışanda üzərindən nə qədər müddət keçdiyini bilmir. Sənayda seans zamanı yalan ifadə hiss etməmişdir. Sənaydan psixoloji seanslara gəlmək istməsini soruşmuşdur. Sənay özü qəbul etmədi. Sənay onun yanına gələndə gərgin idi, hadisəni danışarkən ağlayırdı. Təcavüz barədə nəsə deməsini xatırlamır. Kəmalə xanım Sənayı ona cinsi zorakılığa məruz qalan şəxs kimi təqdim etdi. Həmin gün anası evdə olmadığı üçün Əsgərgilə yönəltmişdi. Hadisədən neçə gün sonra onun yanına gəldiyiyni xatırlamır. Təxminən avqust, sentyabr aylarında Sənayı qəbul etmişdir. Ona spirtli içki barədə söhbət etməyib. Pivə söhbəti yadında deyil, xatırlamır. Mayeni özü qəbul etdiyini və ya Əsgərin verdiyini demədi. Ona orada nə qədər maye qəbul etdiyini demədi. Səhər oyananda əynində paltarının olub-olmamasını deməsi yadında deyil. Görüşlərin əvvəlcədən qeydiyyatı aparılır. Sənay gözlənilmədən gəlmişdi. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid7 göstərmişdir ki, "Ümidli Gələcək Sosial Təşəbbüslər” İB-də 2020-ci ilin fevral ayından işləyir. İşi Birliyə daxil olmuş zorakılığa məruz qalmış uşaqlarla sosial işlərin görülməsi, onlara psixoloji reabilitasiya yardımı göstərilməsindən ibarətdir. 2020-ci ilin sentyabr ayında Birliyin icraçı direktoru olan Kəmalə xanım onu Zümrüd xanımla və qızı Sənay xanımla tanış etmiş və Sənayın xalası oğlu tərəfindən zorlandığını, onunla söhbət etməsini xahiş etmişdir. O, Sənayla təklikdə Birlikdə olan xüsusi psixoloji otaqda görüşmüş və onunla ümumi söhbət etməyə başlamışdır. İlkin olaraq Sənayın nə səbəbə psixoloji yardıma ehtiyac duyduğunu, onu narahat edən məsələnin nədən ibarət olduğunu soruşmuş və Sənay ona xalası oğlu tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirmişdir. Sənayla cəmi bir dəfə görüşməsi və bunda sonra çoxsaylı şəxslərlə danışdığı üçün ətraflı olaraq Sənayın danışdıqlarını xatırlamır, o cümlədən xalası oğlunun adını ona bildirmiş olsa da, xatırlamır. Sənaya hadisə barədə danışmağı təklif etmiş, Sənayı incitməmək üçün ilk söhbətdən hadisə barədə ümumi danışmasını xahiş etmişdir. Sənay ona hadisə baş verən gün Bakı şəhərində olduğunu, dərsdən ya ingilis dili kursundan çıxdığını, hətta hadisədən sonra öz dərslərinə belə davam etdiyini, hədəflərinin olduğunu bildirmiş və bu zaman o Sənaya dəstək olaraq hətta onunla pis bir hadisənin baş verməsindən sonra belə, öz hədəflərinə cəmlənməsini, təhsilini davam etdirməklə gələcəyini düşünməsini, hədəflərinə doğru addımlamasını, bu istiqamətdə davam etməsinin yaxşı olduğunu məsləhət görmüşdür. Daha sonra Sənay Bakı şəhərinin mərkəzi hissəsində işlərini bitirdikdən sonra evə getmək istədiyini, lakin evə getməsi üçün anası Zümrüd xanımın istifadəsində olan avtomobilin nasaz olduğunu, anasının onu götürmək üçün qarşılamağa gələ bilməyəciyini öyrəndiyini və bundan sonra anasının Bakı şəhərində yaşayan bacısı ilə danışaraq ora getməsini dediyini bildirmişdir. Sənayın xalasıgilin evi onun olduğu Elimlər Akademiyası metrostansiyasının yaxınlığında olduğu üçün anası Zümrüd xanım onun xalasıgilə getməsini istəmiş, həmçinin Sənay ilkin olaraq xalasının da evdə olduğunu düşündüyünü, lakin sonradan anasının ona evdə yalnız xalası oğlunun olduğunu, xalası oğlunun onu qarşılayacağını və gecəni orada qalmasını dediyini bildirmişdir. Bundan sonra Sənay xalasıgilə getmiş və xalası oğlu onu qarşılayaraq evə aparmışdır. Evə getdikdən sonra xalası oğlu marketə getmiş, marketdən bir neçə ədəd spirtli və onun üçün bir ədəd spirtsiz içki almışdır. Sənay ona spirtli içki içmədiyini, yalnız xalası oğlunun onun üçün almış olduğu spirtsiz içkini içdiyini bildirmişdir. Sənay xalası oğlunun onun üçün almış olduğu içkini içdikdən sonra huşunun özündə olmadığını və bir də səhər saatlarında ayıldığını, ayıldığında paltarlarının əynində olmadığını və ondan qan gəldiyini gördüyünü demişdir. Sənay hadisə barədə ona danışdığı zaman əsəbləşir, ağlamağa başlayır və özünü pis hiss edir, yenidən həyacan keçirirdi. O isə, Sənayı mümkün qədər sakitləşdirməyə çalışmış, onu incidən məsələləri danışmamasını, birinci görüşlərinin olduğunu demişdir. Sənay hadisə barədə danışmağa davam edərək səhər ayıldıqda və özünü bildirdiyi kimi gördükdən sonra xalası oğlundan nə etdiyini soruşduğunu və birinci olaraq xalası oğlunun aralarında heç nə olmadığını ona bildirdiyini, bundan sonra Sənayın əsəbi şəkildə, xalası oğlunun üstünə qışqıraraq nə baş verməsi, ona nə etməsi barədə dəfələrlə soruşması nəticəsində xalası oğlunun axşam aralarında cinsi əlaqənin olduğunu ona bildirdiyini, sonra anasının ona zəng etdiyini, lakin anası ilə danışmadığını, evdən çıxaraq birlikdə sosial fəaliyyətlə məşğul olduğu və tanıdığı, şəxsin yanına getdiyini, həmin şəxslə birlikdə yaşadığı evə, anasının yanına getdiyini və hadisə barədə anasına danışdığını bildirmişdir. Həmin vaxt sosial fəaliyyətlə məşğul olduğu şəxsin adını bildirsə də, hazırda həmin şəxsin adını xatırlamır. Səna anası ona zəng edən zaman hadisə barədə anası ilə danışmadığını, çünki həmin zaman özünü pis hiss etdiyini və anasına nə danışacağını bilmədiyini, yalnız evə getdikdən sonra hadisə barədə anası ilə danışdığını bildirmişdir. Psixoloji portret kimi Sənay ümumiyyətlə düşüncəsi özündə olan, ictimai fəal və aktiv gənc olmuş, özünə güvəni olmuş, sakit danışmışdır. Lakin hadisə barədə danışmağa başladıqdan sonra bu onda vəziyyəti dəyişməklə onun əsəbləşməsinə, həmçinin ağlamasına, kövrəlməsinə, hadisə barədə ətraflı danışmaq istəməməsinə gətirmişdir. O isə, Sənayın yenidən travma yaşamasını istəmədiyi üçün onunla hadisə barədə ətraflı və müfəssəl şəkildə deyil, mümkün qədər üstüörtülü şəkildə, daha çox onun hislərini, acılarını sakitləşdirməyə çalışaraq şəkildə danışırmışdır. Həmçinin Sənay prokurorluq orqanlarına şikayət etdiyini və araşdırma getdiyini də bildirmişdir. Görüşdən sonra Kəmalə xanımla birlikdə Zümrüd xanıma və Sənay xanıma reabilitasiya olunma üçün gəlmələrini bildirmiş, lakin Zümrüd xanım bundan imtina etmiş və özlərinin vəkillərinin olduğunu, həmçinin Sənayın öz təhsilinə davam etdiyini, onların reabilitasiyaya ehtiyaclarının olmadığını bildirmişdi. Ondan sonra onlara bir daha Birlikdə işləyən hüquqşünas Rafiq müəllimin köməyi təklif olunmuş, həmçinin gələcəkdə də reabilitasiya ilə bağlı köməklik lazım olduqda müraciət də biləcəkləri deyilmişdir. Lakin Zümrüd xanımla Sənay xanım Birlikdən getdikdən sonra bir daha əlaqə saxlamamış və Birliyə gəlməmişlər. Adətən zərər çəkmiş şəxslərlə psixoloji reabilitasiya tədbirləri apardıqları zaman zərər çəkmiş şəxslərin travmanı təkrar yaşamaması üçün onları video görüntü ilə danışdırmış və daha sonra həmin video görüntüdən reabilitasiyada istifadə etmiş, həm də zərər çəkmiş şəxslərə eyni hadisəni təkrar danışdırmamaq və yenidən yaşatmamaq, istifadə edə bilmələri üçün ehtiyac olursa, hüquq-mühafizə orqanlarına da təqdim etmişlər. Lakin Sənay və anası Zümrüd xanım reabilitasiyadan imtina etmələri və ilkin söhbət zamanı hadisənin daha ətraflı təfərrüatlarının danışılmaması səbəbindən Sənay xanımla olan görüşü video kamera ilə qeydə almamışdır. Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Əsgər çox vaxt Bakı şəhəri Yasamal rayonu Rostropoviç küçəsi 16 ünvanında yerləşən fərdi yaşayış evində tək yaşamışdır. Ümumiyyətlə, onlar ailədə 2 qardaş və 6 bacıdırlar. Bacılarından biri də Zümrüddür. Övladlar arasında Zümrüd mənfi mənada fərqlənməklə rəhmətlik atasına həmişə əziyyət çəkdirmişdir. Zümrüddə ailəyə, onlara qarşı aqresiya var. Onun özünün də müəyyən vaxtlarda Zümrüd ilə münasibətləri olmamış, arada bir müddət ailənin böyüyü kimi ona yazığı gələrək barışmağa can atmış və ona mənəvi köməklik etməyə çalışmışdır. Çünki, Zümrüdün ailəsində həmişə ictimai maraq kəsb edən söz-söhbət olmuş, ərindən boşanmış, övladları atalarından imtina etmişlər. Zümrüdün iki övladı vardır. Zərərçəkmiş şəxs onun bacısı Zümrüdün qızıdır. X30 ayrıldıqdan sonra Sənayla birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayır. Digər qızı isə xarici ölkədə miqrant kimi yaşayır. Bacısı Zümrüdlə onun son barışmaqları 2019-cu ilin fevral ayında oğlu Əsgərin Türkiyədən gəlməsindən sonra olmuş, Əsgər onları barışdırmışdır. Həmin tarixdən etibarən biri-birilərinin evinə gediş-gəlişləri yaranmış, 2020-ci ili avqust ayının 14-23-dək oğlu Əsgərin kompüterdə layihə işi ilə əlaqədar ünvan 15 ünvanında yerləşən əri Yusifin adına olan evdə qalmışlar. Əsgər uzun müddət təhsili ilə əlaqədar tək yaşadığından evlə bağlı işləri özü sərbəst görə bilmişdir, təmizlik və yemək işlərini həyata keçirə bilmişdir. Özü Bakıda qaldığı müddətdə bacısı Zümrüd 17-20 avqust 2020-ci il tarixdə səhərdən axşamadək onların evində olaraq onun yanında qalmış, bacı kimi onu ziyarət etmişdir. Hər gün öz avtomobili ilə qızı Sənayla birlikdə onlara gəlmiş, Sənay dərsləri ilə bağlı başqa yerlərə gedib axşamlar birlikdə yenə öz evlərinə qayıtmışlar. Hətta bir gün Sənay və Zümrüd onların evində gecə qalmışlar. Əsgər də həmin vaxt evdə olmuşdur. 23 avqust 2020-ci il tarixdə əri Yusif Bakıya gəlmiş və onu da götürüb Beyləqana getmişlər. Həmin vaxt Yusif ona Əsgərin layihəsinin bitməsinə qədər onunla qalmağı bildirsə də, nədənsə razı olmayıb getmişdir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində rayonda olarkən bacısı Zümrüd ona zəng vuraraq Sənayın gecə vaxtı olduğundan onların Bakıdakı evlərində Əsgərin yanında gecəni qala bilibbilmədiyini soruşduqda xala kimi etiraz etməmiş, hər hansı problem yaşana biləcəyini də fikirləşməmişdir. X18 zəng vuraraq Sənayı qarşılamağını bildirmişdir. xx.xx.2020-ci il tarix saat 11-12 radələrində bacısı Zümrüd ona zəng vuranadək nə onunla, nə oğlu Əsgərlə, nə də ki, bacısı qızı Sənayla telefon və ya başqa vasitə ilə əlaqə saxlamamışdır. Həmişə bir valideyn kimi narahat ana olsa da, Əsgərə güvəndiyindən ona və Sənaya zəng vurmamış, hər hansı problem yarana biləcəyi ağlına belə gəlməmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Zümrüd ona zəng vurub Sənayın evdə internet olmadığına görə oradan çıxaraq evə gəldiyini bildirmiş, daha sonra Zümrüd yenə ona zəng vuraraq Sənayın dostunun ona zəng vurduğunu, Sənaya nəsə olduğunu bildirmişdir. O da bir xala kimi narahat olub Sənaya zəng vurduqda sonuncu ona evə getdikdən sonra danışacağını bildirmiş və telefonu söndürmüşdür. O da, Əsgərə zəng vurub Sənaya nə olduğunu soruşduqda ona heç nə olmadığını bildirmiş, bu səbəbdən rahatlayıb Əsgərə təmir olunan başqa evləri üçün tikinti materialları almağı tapşırmışdır. Sonradan xx.xx.2020-ci il tarixdə günorta radələrində Zümrüd ona "Whatsapp messenger” sosial proqramı vasitəsilə səs yazıları ataraq Əsgərin guya gecə Sənaya uyuşdurucu dərman verərək huşsuz vəziyyətə salıb zorladığını, bakirəliyini pozduğunu, Sənayın ağladığını və pis vəziyyətdə olduğunu bildirmişdir. Bir neçə səs yazısından sonra Zümrüdün bildirdiklərinə özü də inanmış, Əsgərlə dəfələrlə telefonla danışmış və ona pis sözlər demiş, təhqir etmişdir. Əsgər isə ona hər bir müqəddəslərə and içərək Sənaya toxunmadığını, heç nə etmədiyini, ona şər atdıqlarını demişdir. Həmin gün əri Yusiflə çox pis vəziyyətdə olmuş, hətta bu vəziyyətdə biabır olacaqlarına görə Yusifə özlərini öldürməyi də təklif etmişdir. Yusif isə oğlu Əsgərin elə bir iş görməyəcəyini bildirib onu sakitləşdirmişdir. Sonradan Əsgərlə yenə danışarkən yenə ona inanmayaraq əsəbindən özünü asıb öldürməsini bildirmişdir. Hətta bir dəfə ana kimi narahat olub ölkədən qaçmasını Əsgərə təklif etmişdir. Ancaq, Əsgər hər dəfə ona heç bir günahının olmadığını, Sənaya toxunmadığını bildirib heç yerə getməyəcəyini demiş və əsəbindən telefonunu yerə vurub sındırmışdır. xx.xx.2020-ci il tarixdə əri Yusiflə birlikdə Bakı şəhərinə gəlmişlər. Əsgər isə ona inanmadıqları üçün inciyib evdən dostlarının yanına getmişdir. xx.xx.2020-ci il tarixdə axşam saat 23-24 radələrində polis və ekspertlər yaşadıqları evə gələrək baxış keçirmişlər. Həmin vaxt müəyyən olunmuşdur ki, Əsgər Sənayın gecə onlarda olarkən üzərində yatdığı ədyal və mələfəni, başqa pal-paltarı yuyaraq sərmişdir. Sonradan Bakı şəhərində olarkən bacısı Zümrüdlə danışarkən sonuncu ona evini başına uçurdacağını, Əsgərin başına oyun açacağını bildirmişdir. O da bir az özünü günahkar hiss edib sakit durmuşdur. Həmin vaxtlar Əsgərlə əlaqəsi olmamışdır. Qohum əqrabanın danışığından sonra bacısı Zümrüdgilin oğluna şər atdığını hiss edib Əsgərlə münasibətləri düzəltmiş və evə gəlmişdir. Oğlu Əsgərin bacısı qızı Sənaya qarşı hər hansı təcavüz və ya başqa hərəkət etmədiyini düşündüyünü, bütün şikayətlərin şər və böhtan olduğunu, bacısı Zümrüd və qızı Sənayın oğlu Əsgərə qarşı şər ataraq ictimai rezonans doğuran, onlara qarşı haqsızlıq kimi görünən səhnə düzəltməklə başqa ölkədən sığınacaq almaq istədiklərini düşündüyünü bildirmişdir. Əsgər ona sonradan evin natəmiz olmasına görə üzərində qan ləkələri olan mələfə və ədyalı, həmçinin özü və Sənayın geyindiyi paltarları paltaryuyanda yuduğunu demiş, evdə olduğu zaman evdə hər hansı bir başqa yerdə qan ləkəsi olduğunu görməmişdir. Oğlu Təqsirləndirilən şəxs narkotik və ya psixotrop maddə istifadə edib-etməməsi barədə məlumatı olmamışdır. Əsgər onlara 2020-ci ilin yanvar ayında Amsterdamda bir-iki dəfə marixuana çəkdiyini bildirmişdir. Şahid10 arvadı Şahid9 ilə eyni məzmunlu ifadələr verib sonuncunun ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Şahid11 göstərmişdir ki, ailədə yeddi bacı və iki qardaş olmuşlar. Onlardan biri Zümrüddür. Zümrüdün iki qızı var. Digər bacılarından biri Şahid9dır. Onun əri Şahid10 Beyləqan rayonunda diş həkimi işləyir, qızı Humay Almaniyada yaşayır, oğlu Təqsirləndirilən şəxs isə Türkiyədə ali təhsil aldıqdan sonra Bakı şəhəri Rostropoviçlər küçəsində yerləşən evlərində yaşayırlar. 2021-ci ilin sentyabr ayında Yusif qaraciyərindən əməliyyat olunmuşdu. Əsgər öz qaraciyərinin böyük hissəsini donor qismində atasına vermişdir. Sürəyyanın özünün də müəyyən vaxtlarda bacıları Zümrüdlə münasibəti olmamış, bir müddət ailənin böyüyü kimi ona yazığı gələrək onunla barışmış və ona mənəvi köməklik etmişdir. Zümrüdün ailəsində həmişə sözsöhbət olmuş, ərindən boşanmış, övladları atalarından imtina etmişdir. Zümrüd boşandıqdan sonra isə qızı Sənayla birlikdə Abşeron rayonunda olan evlərində yaşamışdır. Onun Sürəyya və Əsgərlə münasibətləri normal olmuşdur. Hər hansı münaqişə və ədavətləri olmamışdır. 25 avqust 2020-ci il tarixində bacısı Zümrüd ona zəng vuraraq Əsgərin onun qızı 16 yaşlı Sənayı Əsgərgilin yaşadıqları ünvanda zorlayaraq bakirəliyini pozduğunu bildirdi. Zümrüdlə danışarkən Əsgərin guya Sənayın içkisinə bihuşedici maddə qataraq onu köməksiz vəziyyətə salıb bakirəliyini pozduğunu bildirdi. Buna inanmasa da, Zümrüdün söz və davranışlarına görə bir az şübhələnmişdir. Sürəyya ilə də danışdıqda Zümrüdün zəng vurub bu barədə danışdığını, onların bu söhbətə inanmayaraq Bakıya bu məsələni aydınlaşdırmağa gəldiklərini bildirdi. Zümrüdlə yenə telefonla danışdıqda Zümrüd Əsgərdən polisə şikayət edib onu zorlama ilə tutduracağını bildirdi. Həmin gün Zümrüdün ona günortadan sonra zəng etdiyini, onun Zümrüdgilə getdiyini, lakin həmin zaman Sənayın evdə olub-olmadığına fikir vermədiyini, amma Sənayın evdə olmasını düşündüyünü, X41 zorladığını bir daha ona danışdığını, onun isə Zümrüdə Əsgərin belə bir əməl törətmiş olduğu halda cəzalanacağını bildirdiyini, tələsməməsini və Sürəyyagilin Bakıya gəlmələrini gözləməsini xahiş etmişdir. Zümrüd həmin zaman Sürəyya ilə də danışmış və sonuncu Zümrüdə də Bakı şəhərinə gələcəyini bildirmişdir. Bundan sonra səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə Əsgərlə görüşüb təklikdə söhbət etdikdə sonuncu ağlayaraq heç bir günahının olmadığını, Sənaya heç nə etmədiyini, ona toxunmadığını, öz günahsızlığını sübuta yetirəcəyini, hətta vəkil tutduğunu və günahsızlığını sübut edəcəyini bildirmişdir. Həmin gün bir daha bacısı Zümrüdgilə gedib, Sənayın sakit şəkildə evdə divanda əyləşdiyini görmüş, lakin Sənayla danışmamış, Zümrüdlə hadisə barədə söhbət etmişdir. Dəqiq olaraq Zümrüdlə nə danışdığını xatırlamır. Səhv etmirsə, həmin gün öz istifadəsində olan mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi "Whatsapp messenger” sosial proqramı ilə Zümrüdə səs ataraq Əsgər barəsində zorlama ilə yox, başqa məsələ ilə bağlı şikayət edib onu tutdurmağını, Əsgərin anası Sürəyya və atası Yusifə yazığının gəlməsini xahiş etmişdir. Özünün hüquq savadı olmadığından elə fikirləşmişdir ki, Zümrüd Əsgərdən zorlama ilə bağlı şikayət etsə, Əsgəri dərhal tutacaqlar. Bundan iki gün sonra Sürəyya və Yusif onunla Abşeron rayonunda, Zümrüdün yaşadığı evin qarşısında görüşərək birlikdə ora getmiş, orada olan zaman Əsgərlə görüşmədiklərini, hətta Sürəyyanın Əsgəri təhqir etdiyini, sonuncunun isə mobil telefonunu yerə vuraraq sındırdığını bildirmiş, Yusifin vəziyyəti pis olduğu üçün ona su gətirmək məqsədi ilə mətbəx otağına keçdiyi zaman Sənayın orada oturduğunu gördüyünü, hətta qonşudan təzyiqölçən cihaz alaraq Yusifin təzyiqini də ölçmüşdür. Zümrüdün də səhhəti pisləşdiyindən onlar söhbəti saxlayaraq evlərinə getmişlər. Həmin gün axşam Zümrüd ona "Whatsapp messenger” sosial proqramı ilə səs yazısı ataraq Əsgərdən şikayət etdiyini və sonuncunu tutduracağını bildirmişdir. Bir müddət keçdikdən sonra Zümrüdgilin şikayəti əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma getdiyini öyrənmiş və bir dayı kimi onların işinə qarışmayaraq hüquq mühafizə orqanlarının bu məsələni araşdırmaqlarını gözləmişdir. Bundan başqa o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə çox ünsiyyətdə olmadığı üçün sonuncunun narkotik və ya psixotrop vasitələrdən istifadə edib-etməməsi barədə məlumatı olmamış, ona təqdim edilmiş, onunla Qanuni nümayəndə arasında olan iki audio səs yazısındakı səslərin ona aid olduğunu və həmin səs yazılarında Zümrüdün ona Əsgər barəsində şikayət etdiyini bildirdiyi üçün, Əsgər barəsində zorlama ilə bağlı deyil, başqa cinayətlə bağlı şikayət etməsini, əks halda Əsgərin dərhal tutulacağını, Yusifin onlara çox yaxşılıqlar etdiyini və Sürəyya ilə Yusifi də düşünməsini, digər səs yazısında isə onun bu məsələlərə heç bir aidiyyatının və ya günahının olmadığını, artıq Əsgər barəsində şikayət etdiyini bildirmişdir. Həmin zaman Zümrüdün ona dedikləri əsasında Əsgərin cinayət etdiyinə inandığı üçün həmin məzmunda səs yazısı göndərmişdir. Şahid12 göstərmişdir ki, hadisə barəsində, ümumiyyətlə, heç nə bilmir. Çünki onlar həmin gün Əsgərlə görüşməmişdilər. Hadisə günü onlar Əsgərlə yazışmışdılar. Əsgər onu yanına çağırmışdı ki, gəlsin. O vaxt o, dicey kimi də çıxış edirdi. Əsgər də ona demişdi ki, xalası qızı onlara gələcək. Ona görə də onların onun evinə getməklərini təklif etdi. O da nişanlısı ilə məsləhətləşmiş və Əsgərə demişdir ki, onlar gələ bilməyəcəklər, istəsə, özü gəlsin. Ümumiyyətlə sosial şəbəkələrdə status deyilən şeylər var. Canlı yayıma çıxmaq və s. özü dicey olduğu üçün canlı efirlərə çıxmışdır. Əsgər də onun canlı yayımını izləmişdir. Ad günündə çıxış etmişdir. Ondan yazışıb soruşmuşdur ki, "neynirsən, nə var, nə yox?”. Təxminən axşam saat 11-12 olardı. Dəqiq xatırlamır. Əvvəl demişdir ki, gələcək, müəyyən vaxtdan sonra da yazdı ki, xalası qızı gəlməlidir, gələ bilməyəcək. Dəqiq yazdığı vaxtı deyə bilmir. Ola bilər son yazışmalarından 15 dəqiqə sonra da yazsın, ola bilər bir saatdan sonra da. Təklif etmişdir ki "bəlkə bizdə oturaq?”. O da demişdir ki, çətin, söz versin. Sonra isə üstündən bir az keçmişdir, nişanlısı ilə məsləhətləşmə aparmış, söhbət etmiş və belə qənaətə gəlmişdilər ki, Əsgərin evinə getmək məsləhət deyil, söz-söhbət ola bilər, qohumu oradadır. Zərərçəkmiş şəxsı şəxsən tanımır. Ona görə də getməmişdir. Səhv eləmirsə, pandemiya vaxtı idi. Nə məqsədlə Əsgərin evinə çağırılmasını Əsgərlə xüsusi müzakirə etməmişdir. Əslində də onlar əvvəlcədən bunu planlaşdırmamışdırlar. Sadəcə onun yanına gələ bilmədiyi üçün Əsgər onu öz evinə dəvət etmişdir. Demişdir ki "siz gəlin, biz gələ bilmirik”. Onlar ora getsəydilər, gecəyə qalmayacaqdılar. Əsgərlə görüşləri olurdu, ayda bir-iki dəfə görüşüb, otururdular. Pandemiya olduğu üçün əsas evdə otururdular. Pandemiya olmayanda da, ya bilyard yerinə gedirdilər, ya başqa yerlərdə otururdular. Günorta da görüşürdülər, axşam da görüşə bilərdilər. Maksimum gecə saat 1-2-yə qədər otura bilərdilər. Gedəcəyi ad günü məclisi hökümət evi tərəfdə olmalı idi. Mənzil yadında deyil. Sadəcə yazışma olmuşdur. Statusuna rəy bildirmiş, bunun üstündə də danışıqları başlanmışdır. Həmin gün statusunu axşam saatlarında, təxminən saat doqquzda ya da onda paylaşmışdır. Ümumiyyətlə onlar üçü, yəni Əsgər, o və nişanlısı arada bir görüşürdülər. Söhbət edir, vaxt keçirirdilər. Sadəcə həmin gün, Əsgərin xalasının qızı oraya gələcəyi üçün getmədilər. Fikirləşdilər ki, uşaqdır, nəyisə səhv başa düşə bilər. Ona görə istəmədilər həmin gün orada olsunlar. Hardasa gecə saat 12-dən sonra 12-1 radələrində yazmışdır ki, görüşə bilməyəcəklər. Səbəbini deməmişdir. Onlar belə bir vəziyyətin yaranmasını heç gözləyə bilməzdilər. İndi də Əsgərin bu işdə əlinin olmasına inana bilmir. İnsan kimi onu tanıyır. Öz nişanlısını həmişə rahat onun yanına oturtmuşdur. Əsgərlə içki içmişdir. Çaxır içmişdir. Əsgərin narkotiklərdən istifadə etməsindən heç bir məlumatı yoxdur. Əsgərgilə İdrak da getmişdir. İdrak iki dəfə məhkum olunmuşdur. Onlar nişanlısı ilə bir yerdə Əsgərlə görüşəndə, ümumiyyətlə alkoqollu içki qəbul etməmişdirlər. Əsgər bilir ki, o, barmen işləyir və onun içkilərə marağı var. Özü bir neçə dəfə xaricdən gələndə onun üçün müxtəlif alkoqollu içkilər gətirmişdir. Onlar birgə kokteyllər də düzəltmişdirlər. Əsgərin içkili vəziyyətdə olduğu zaman davranışı çox da fərqlənməmişdir. Şiddət, aqressiya tipli halları olmamışdır, rast gəlməmişdir. Zərərçəkmiş şəxs başqa Əsgərin evinə başqa adamların gəlməsi barədə heç bir məlumatı yoxdur. O gündən 2-3 gün keçəndən sonra Əsgərlə danışmışdır. Onu görüşə çağırmışdır. Ona hadisəni danışmışdır. Özü də şoka düşmüşdür. Sonra da artıq bütün bunları müstəntiqə danışmışdır. İdrakla bütün danışıqları, telefon söhbətləri, yazışmalarım yoxlanılmışdır. Hər dəfə İdrakı bu məsələyə qatmaq düzgün deyildir. Onun üstünə yıxmaq istəyirlər, çünki İdrakın əvvəllər məhkumluğu olmuşdur. İdrakın məhkumluğu qızın atasının məhkumluğunu çəkdiyi yerdə olmuşdur. İdrakın telefonu da araşdırılmışdır. İdrakın bu məsələyə heç bir aidiyyatı yoxdur. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid12 göstərmişdir ki, müxtəlif yerlərdə barmen və musiqiçi (DJ) olaraq işləmişdir. 2020-ci ilin avqust ayının 24-də isə "Hökümət evi”nin yaxınlığında sifariş əsasında xatırlamadığı evdə ad günü şənliyində musiqiçi (DJ) kimi iştirak etmişdir. Həmin gecə demək olar ki, səhər saatlarına qədər qeyd olunan yerdə nişanlısı Şahid16 ilə birlikdə olmuşdur. Həmin gün dayısı Yusifin oğlu Təqsirləndirilən şəxs saat 24-01 radələrində ona "Whatsapp messenger” sosial proqramı ilə mesaj yazaraq harada olduğunu və nə iş gördüyünü soruşmuş, o isə, cavab yazaraq tədbirdə olduğunu bildirmişdir. Həmin zaman Əsgərə onun yanına gəlməsini, Təhniyyə ilə birlikdə orada olduqlarını və onun da şənlikdə iştirak etməsini bildirmiş, Əsgər isə cavab yazaraq evdə tək olmadığını, xalası qızının onlarda olduğunu və bu səbəbdən gələ bilmədiyini deyərək onu və Təhniyyəni evlərinə dəvət etmişdir. Əsgərə əvvəlcə gələcəklərini yazsa da, təxminən 5-10 dəqiqə sonra Təhniyyə ilə danışaraq Əsgərin xalası qızını tanımadıqları üçün Əsgərin yanına getməklərinin düzgün olmaması və gələcəkdə əlavə söz-söhbətə səbəb olacağını düşünərək yenidən "Whatsapp messenger” sosial proqramı ilə Təqsirləndirilən şəxs istifadə etdiyi nömrəyə mesaj yazıb gəlməyəcəklərini və narahat olmamasını bildirmişdir. Təxminən 3-4 gün müddətində Əsgərlə heç bir əlaqə saxlamamış, 3-4 gündən sonra Əsgər ona xatırlamadığı mobil telefonla zəng edərək xalası qızı Sənayın həmin gecə onlarda qaldığını, səhəri gün isə yuxudan durduqdan sonra ona şər ataraq Əsgərin onu zorladığını bildirdiyini və Əsgərin barəsində prokurorluğa şikayət etdiyini, həmçinin Sənayın onun da adını çəkərək həmin gecə onlara gəldiyini bildirdiyini demişdir. Həmin zaman Əsgərə onlara gəlmədiyini və "Whatsapp messenger” sosial proqramı vasitəsilə Əsgərlə danışaraq 25 avqust 2020-ci il tarixdə təxminən saat 01-də ona gəlməyəcəyi barədə yazdığını bildirmiş və mobil telefonunu prokurorluğa verməsini demişdir. Əsgər isə mobil telefonunu anası ilə danışan zaman əsəbləşərək yerə çırpmaqla sındırdığını bildirmişdir. Özündə isə həmin telefon danışıqları qalmamış, telefonunu ondan sonra dəfələrlə təmir və format etdirmişdir. Bundan başqa o ifadəsində, 24 avqust 2020-ci il tarixdə saat 18 radələrindən Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsində, "Hökümət evi”nin yaxınlığında xatırlamadığım ünvanda sifariş üzrə ad günü məclisində olduğunu və həmin məclisdə musiqiçi (DJ) kimi iştirak etdiyini, saat 24 radələrində nişanlısı Təhniyyənin də onun yanına gəldiyini, gecəni həmin evdə qaldığını və 25 avqust 2020-ci il tarixdə saat 10-11 radələrində yuxudan duraraq yaşadığı evə getdiyini, həmin gecə dayısı Yusifə məxsus olan və Təqsirləndirilən şəxs yaşadığı ünvan 17 ünvanında olmadığını, həmin istiqamətə getmədiyini, özünün narkotik və ya psixotrop maddələrdən istifadə etmədiyini, Təqsirləndirilən şəxs isə spirtli içki qəbul etməsinin şahidi olduğunu, lakin sonuncunun spirtli içki qəbul etdikdən sonra sərxoş olaraq öz hərəkətlərini idarə edə bilməməsinin şahidi olmadığını, Əsgərin narkotik və ya psixotrop maddə qəbul etməsini nə görmədiyini, nə də ki, bu barədə eşitmədiyini göstərmişdir. elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid16 ifadələrində Şahid12 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi halları təsdiq etmişdir. şahid ekspert X11 göstərmişdir ki, 2008-ci il tarixdən MTE VƏ PA ETT X51 şəxsinin kimya şöbəsində kimyaçı ekspert vəzifəsində işləyir, Zərərçəkmiş şəxs barəsində təyin edilmiş xx.xx.2020-ci il tarixli 2464/K nömrəli rəy onun tərəfindən verilmişdir. İş materiallarına əsasən Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə pivənin içərisində naməlum maddə əlavə olaraq içdiyini bildirmişdir. Hadisə baş verən vaxt, yəni xx.xx.2020-ci il tarixdən Zərərçəkmiş şəxs məhkəmə-kimya şöbəsində qan və sidik nümunələrinin götürüldüyü vaxt, yəni xx.xx.2020-ci il tarix saat 14:19 radələrinədək qan və sidik nümunələrində etil spirti qala bilməzdi. Zərərçəkmiş şəxs yalnız qanında 1.1 % 0 etil spirtinin aşkar olunması o deməkdir ki, həmin etil spirti sidiyə keçməmişdir. Bu da həmin etil spirtinin qan və sidik nümunələrin götürüldüyü vaxtdan maksimum 2-3 saat ərzində içildiyini göstərir və xx.xx.2020-ci il tarixə təsadüf edə bilməz. Belə ki, etil spirti içildiyi andan mədədən qana təxminən 30 dəqiqə ərzində, qandan sidiyə isə təxminən 2-3 saat ərzində keçir. Həmçinin həmin rəqəmlər şəxsin özünün orqanizminə əsasən də fərqlənir. şahid ekspert X4 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Krimanlistik Tədqiqatlar İdarəsində ekspert işləyir, polis mayoru olmaqla xüsusilə mühüm işlər üzrə baş ekspert vəzifəsindədir. 2014-cü ildən məhkəməgenetik ekspertiza sahəsində keçirmək hüququ vardır. Genetika ixtisası üzrə magistr Ali Təhsilinə yiyələnmişdir. Yasamal rayon prokurorluğunda istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-genetik ekspertizasına dair xx.xx.2020ci il tarixli 20/490R nömrəli ekspert rəyi tərəfindən verilmişdir. Kişi sperması prostat şirəsindən, spermatozid, eləcə də leykosit, eritrosit və epiteli hüceyrələrindən ibarətdir. Götürülmüş nümunələrdən DNT profili aşkar olunmadığına görə və yalnız prostat şirəsinin tərkibində olan PSA antigeni aşkar olunduğuna görə təqdim olunmuş obyektlər üzərində yalnız prostat şirəsinin mövcud olduğu qənaətinə gəlinmişdir. Buna görə də rəyin nəticə hissəsində spermanın mövcud olması ilə bağlı hər hansı bir fikir bildirilməmişdir. elan olunmuş ibtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə Zərərçəkmiş şəxs 25 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona içmək üçün pivə verməsindən sonra huşunu itirdiyini, səhər saatlarında oyandıqda əynində alt paltarlarının olmadığını, bədəninin qan içərisində olduğunu, həmin zaman Təqsirləndirilən şəxs soyunmuş vəziyyətdə onun yanında uzanıqlı olduğunu gördüyünü, sonuncunun onun köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olaraq onu zorladığını təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020- ci il tarixli 2546/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabionid aşkar edildi. Qan və sidik nümunələrinin tərkibində Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, piazalon, 1.4 benzodiazepin törəmələri, salisiatlar aşkar edilmədi. Kannabionidin qan və sidiyə düşmə vaxtını məhkəmə kimyəvi ekspertizası ilə müəyyən etmək mümkün deyildir. 27 avqust 2020-ci il tarixdə ünvan 18 ünvanına evin sahibi Şahid10 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aid yataq otağı olması, həmin yataq otağında eni 90 sm, uzunluğu 195 sm olan qəhrəyi rəngli çarpayı olması müəyyən edilmiş, baxışda iştirak iştirak edən Zərərçəkmiş şəxs hadisənin məhz həmin otaqda olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs da göstərdiyi, hadisə zamanı əynində olmuş yerliyi tünd göy rəngli, diz nahiyəsində ağ zolaqlar olan "Adidas” markalı idman şortu və yerliyi qara rəngli, üzərində ağa rəngli yazılar və palma bitkisi əks edilmiş köynək qablaşdırılmaqla götürülmüşdür. Hadisə yerinə baxış istintaq hərəkətində iştirak edən Şahid10 hadisə baş verən yatağın üzərinə örtülmüş örtüyün yuyulduğunu bildirmişdir. 07 sentyabr 2020-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş və hadisədən sonra evlərinə gedərkən qan izlərinin olmasını aşkar etdiyi ağ rəngli tuman və qəhvəyi rəngli kalqotka götürülmüşdür. 09 sentyabr 2020-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında qaldığı zaman üzərinə örtdüyü ağ və göy rəngli, üzərində gül rəsmləri olan mələfə, çəhrayı rəngli adyal, Təqsirləndirilən şəxs əyində olmuş boz rəngli idman şalvarı və boz rəngli qısaqol köynək Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş və götürülmüşdür. X38 hadisə yerinə baxış zamanı aşkar edilməklə götürülmüş Zərərçəkmiş şəxs əynində olmuş paltarları, həmçinin istintaqa özünün təqdim etdiyi adyal, mələfə və özünün əynində olan paltarları hadisədən iki gün sonra natəmizlik olması və qan qoxusu gəlməsi səbəbindən yuduğunu və qurutduğunu bildirmişdir. Bakı şəhəri Səbail rayonu Əhməd Cavad 13 ünvanında yerləşən "SPAR SUPERMARKET Ekspress Axundov” filialının videogörüntüləri qeydə alınan kompüterə baxış keçirilmiş, bu barədə xx.xx.2020- ci il tarixli protokol tərtib edilmişdir. Protokoldan görünür ki, həmin marketdə müxtəlif yerləri qeydə alan 14 kamera müşahidəsi vardır. Həmin kamera görüntülərinə nəzər saldıqda yalnız 1 -ci və 3-cü kameranın xx.xx.2020ci il tarixə aid görüntülərinin sistemdə qaldığı müəyyən edildi. Belə ki, 1 və 3-cü kameralara aid videogörüntülərdə xx.xx.2020-ci il tarix saat 22:58-də bir nəfər əynində göy rəngli kapüşönlü köynək olan şəxsin marketə girərək saçaqlı pendir bölməsindən pendir alması və kassaya tərəf getməsi müəyyən olundu. Həmin görüntülər saat 22:59a qədər davam edir. Baxış zamanı həmin görüntülərdə iş üçün əhəmiyyətli hər hansı hal aşkar edilmədi. Baxış zamanı müəyyən olundu ki, əynində göy rəngli kapüşönlü köynək olan həmin şəxs X32r. Həmçinin baxış zamanı xx.xx.2020-ci il tarixdə saat 22:00-dan xx.xx.2020-ci il tarix saat 04:0o-a dək bir sıra videogörüntülərin yaddaşda qalmadığı müəyyən olundu və yaddaşda olan həmin görüntülərdə gecə saat 02-04 radələrində Təqsirləndirilən şəxs "SPAR SUPERMARKET Ekspress Axundov” filialında olması ilə bağlı hər hansı bir hal müşahidə olunmadı. "Araz Supermarket” MMC-ə verilmiş sorğuya cavab olaraq göndərilmiş 20 oktyabr 2021-ci il tarixli HŞ 1605 nömrəli sorğuya cavabla göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən "Araz Supermarket” MMC-ə aid olan "Spar Ekspress” (Spar S.Vurğun) mağazasında iş saatları 24/7 (bütöv gün ərzində xidmət göstərir) qrafikini əhaə edir. Mağazanın müşahidə kameralarının yaddaşında olan videogörüntülər texniki baxımdan 90 gün müddətindən artıq müddətdə yaddaş qurğusunda qalmaması səbəbindən xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərinə olan videogörüntülərin təqdim edilməsi mümkün deyildir. Bundan başqa xx.xx.2020-ci il tarixdə saat 22:45-23:15 radələrində həmin mağazada satılmış məhsullara dair qaimələrin təsdiq edilmiş sürətləri cavaba əlavə edilmişdir. Qeyd olunan cavab məktubuna əlavə edilmiş qaimə-fakturalara baxış keçirilən zaman müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X12 və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23 radələrində mağazadan aldığı əşyalara 24 avqust 2020-ci il tarixdə saat 23:11:31-də mağazadan alınmış əşyalar uyğunluq təşkil edir. Həmin elektron qaiməyə əsasən, mağazadan 01 ədəd "Kent” markalı siqaret, 1 ədəd 0,45 litr həcmli "JİQULİ BARNOE 0%” adlı metal qablaşmalı spirtsiz pivə, 5 (beş) ədəd şüşə qabda hər biri 0,5 litr həcmdə, tərkibində 4,2% spirt olan "JİQULEVSKOE SALYAN” adlı spirtli pivə, 1 ədəd "ÇİKO” günəbaxan tumu - 120 qram, 01 ədəd 0,186 qram çəkidə saçaqlı pendir, 1 qablaşmada, içərisində 10 ədəd olmaqla "N1” adlı dönər lavaşı və 1 ədəd "Pringles” adlı 165 qram çəkili çipsi alınması, cəmi 19 manat 61 qəpik məbləğində nağd ödəniş edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs nümayəndəsi X15 istintaqa təqdim etdiyi DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, 1 ədəd özündə Zərərçəkmiş şəxs mitinqdə bir sıra şəxslərlə birlikdə qeydə alındığı fotoşəklin olduğu və həmin fotoşəkildə iş üçün əhəmiyyətli hər hansı halın olmadığı müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 00:00-dan sonra səhərə kimi kompüterdə işləməsi barədə "video tarixçə” yə baxdıqda 1 dəqiqə 02 saniyə müddətində olduğu və içərisində xx.xx.2020-ci il tarix saat 00:00-dan saat 10:37-ə dək müxtəlif fasilələrlə müxtəlif kompüter əməliyyatlarının edildiyi, saat 05:30-dan saat 10:33-ədək hər hansı əməliyyat olmadığı, həmçinin saat 03:26-dan saat 04:26-adək və saat 04:26-dan saat 05:30-dək də hər hansı kompüter əməliyyatının həyata keçirilmədiyi müəyyən olundu. Qeyd olunan disk bir daha təsdiq edir ki, hadisə baş verən saatlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş kompüterdə hər hansı bir əməliyyat aparılmamışdır. Təqsirləndirilən şəxs nümayəndəsi X15 istintaqa təqdim etdiyi DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, DVD diskdə olan 3 dəqiqə 51 saniyə səs yazısına baxış keçirildikdə Zərərçəkmiş şəxs və Qanuni nümayəndə aid aşağıdakı ifadələrin olduğu müəyyən edildi. "Zərərçəkmiş şəxs: "mən şeyə getmək istəyirəm qaqa, görürəm qanın içindəyəm, məni niyə videoya çəkmək istəyir”, Qanuni nümayəndə: "Bəs gecə niyə mənə zəng vurmadın?”, Zərərçəkmiş şəxs: "ana, gecə özümdə deyildim axı mən”, Qanuni nümayəndə: "Səni o qədər içirtmişdi həəə?”, Zərərçəkmiş şəxs: "gecəni Baltikanı içəndən sonra, 3 dəfə Baltika almışdı, şüşələr də dururdu, içki şüşəsiydi, aldı, okey, 3 dənə pivəni içdim, heç nəyim yox idi, telelfon format edib şifrə zad dəyişmişəm, o yadımdadı, oyaq idim mən, özü də bilir oyaq idim, o da qayıtdı mənə dedi ki sən nə əcəb belə yaxşı dayanırsan?, sonra getdi yenə Baltika aldı, mən də deyirdim ee”, Qanuni nümayəndə: "SənTəkrar getdi aldı? Demək o adam səni 1 -ci şəkildə sərxoş etmək istəyirdi”, Zərərçəkmiş şəxs: "ola bilər ee, onsuz da deyirdi sərxoş olub yatacaqsan falan filan, mən də deyirdim ki, olar, okey, sərxoş olsam da yataram, çünki mən doğurdan da güvənirdim, ehtimal vermirdim ki, belə bir şey olacaq, sonra mən Baltikanı içdim, 1-ni içdim, 2-ni içdim, 3-dən yarısını falan içmişəm, ya da bilmirəm onunkini içmişəm yadımda deyil, ama mən içmişəm Baltikadan, ondan sonrası yadımda deyil, yəni Baltikanı içdiyimin bir qismindən sonrası ümumiyyətlə yadımda deyil”, Qanuni nümayəndə: "Sən sərxoş olmadın, o getdi təkrar getdi Baltika aldı?”, Zərərçəkmiş şəxs: "Mən ümumiyyətlə sərxoş olmamışdım, o getdi Baltika aldı, mən Baltika ilə sərxoş oldum, pivə ilə sərxoş olmamışdım”, Qanuni nümayəndə: "Yəni məqsədyönlü şəkildə səni sərxoş etmək istəyirdi?”, Zərərçəkmiş şəxs: "Bilmirəm ee, ola bilər ki, mən ona qədər heç bir şübhəm yox idi, mən demirəm onun məqsədi olsun, məqsədyönlü şəkildə təcavüz etsin”, Qanuni nümayəndə: "Ama həmin vaxt Şahin(Əsgər) ayıq idi?”, Zərərçəkmiş şəxs: "Ayıq idi, o, ümimyyətlə məndən ayıq idi, özü də deyir, o, məndən az içmişdi, çünki özünkünü də mənə tökdü, yəni öz içkisini mənə tökdü, ondan sonrasını mən xatırlmıram, mən qusmağımı xatırlamıram, bir dənə qusduğum yeri gördüyümü xatırlayıram, başqa heç nə xatırlamıram, bir də bir iki epizod var, hansı ki xatırlamaq istəmirəm, başqa doğrudan heç nə xatırlaya bilmirəm, mənə Əsgər deyir ki, sən qusdun, mən sənə çimməyə kömək etdim, heç birini xatırlamıram”, Qanuni nümayəndə: "o dediyin iyrənc səhnələrdən başqa heç nə xatırlamırsan?, Zərərçəkmiş şəxs: "Baltikadan sonra başqa heç nə xatırlamıram, mən Əsgərlə oturub danışmışıq, mən Fuaddan danışmışam, səhər oyananda Əsgər mənə dedi ki, sən atandan çox pis şeylər danışdın, mən də sən ağladığın üçün sənə kömək eləməyə çalışırdım. Kömək eləməyə çalışırdən çox sağol, niyə mənlə cinsi əlaqədə olurdun, kömək etməyə nə dəxli var, mən Fuaddan danışmış ola bilərəm, mən içəndən Fuaddan çox danışıram, mən danışmışam, bunu bilirəm”, Qanuni nümayəndə: Sən atanın taciz şeylərindən danışmışsan?, Zərərçəkmiş şəxs: Ola bilər hər şey danışmış ola bilərəm, çünki mən bir nöqtədədən sonra Baltikanın axırıncısını içdikdən sonra xatırlamıram, Qanuni nümayəndə: Sən həmişə sərxoş olandan sonra onları danışırsan, Zərərçəkmiş şəxs: xatırlamıram, Qanuni nümayəndə: Qızım, sən mən dəqiq de, adamın haqqına da girmiyək, sən mənə dediyin müəyyən epizodları xatırlıyırsan? Zərərçəkmiş şəxs: xatırlamıram, mən qorxuram ki, xəyal falan olar, içkili olaram, niyə o, mənim yanımda çılpaq oyanır, niyə mən qanın içindiyəm, Qanuni nümayəndə: gedək mən səni ginekoloji kontrol eliyim, Zərərçəkmiş şəxs: səhər onda mən soruşanda mən hamilə qala bilərəm? Əsgər deyir yox, biz qarantiyaya alarıq, mənim dostum gələcək deyərəm dərman alıb gətirər, əgər olmuyubsa niyə belə deyir.” Həmin audio faylda olan səs yazıları da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs köməksiz vəziyyətə salmaqla sonuncu ilə iradəsi ziddinə cinsi əlaqədə olması onu zorlamasını, Zərərçəkmiş şəxs hadisə zamanı özündə olmamasını, yəni köməksiz vəziyyətdə olmasını və hadisəni xatırlamamasını bir daha təsdiq etmiş olur. "Azercell Telekom” MMC-dən alınmış CD disklərə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə ilə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə arasında 2020-ci ilin avqust ayının 24-dək hər hansı danışıq olmamışdır. İlkin danışıq xx.xx.2020-ci il tarixdə saat 21:52-də 45 saniyə, sonrakı danışıqlar isə xx.xx.2020-ci il tarixdə saat 02:44-də 09 saniyə, saat 11:07-də 42 saniyə, 11:25-də 67 saniyə, 11:53-də 18 saniyə, 13:24-də 105 saniyə olmuşdur. Bundan başqa, ***-***-**-** nömrəli mobil nömrə ilə ***-***-**-** nömrəli mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə saat 03:11:27-də 17 saniyə danışıq olmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsi Beyləqan rayonunda qeydiyyatda olan X16 adına qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən 25 avqust 2020-ci il tarixdə saat 10:01-dən etibarən Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə məxsus ***-***-**-** mobil nömrə ilə də bir neçə dəfə danışıq olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil xx.xx.2020-ci il tarixdə səhər saat 11 radələrindən müxtəlif nömrələrlə danışıq olmuş, həmin nömrələr Təqsirləndirilən şəxs ailə üzvlərinin mobil nömrələridir. Bundan başqa baxış zamanı iş üçün əhəmiyyətli başqa hər hansı hal aşkar edilmədi. Həmçinin ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə daxil olan və göndərilən SMS yazışmalarına baxış keçirilərkən iş üçün əhəmiyyətli hər hansı hal aşkar edilməmişdir. İş üzrə “Bakcell” mobil operatorundan daxil olmuş disklərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə arasında 2020-ci ilin avqust ayının 24-dək hər hansı danışıq olmamışdır. İlkin danışıq xx.xx.2020-ci il tarixdə saat 21:52-də 45 saniyə, xx.xx.2020-ci il tarixdə saat 02:44-də 09 saniyə, saat 11:07-də 42 saniyə, 11:25-də 67 saniyə, 11:53-də 18 saniyə, 13:24-də 105 saniyə olmuşdur. Həmçinin ***-***-**-** nömrəli mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə saat 21:52-dən xx.xx.2020-ci il saat 11:26- dək digər hər hansı mobil nömrə arasında danışıq olmamışdır. Həmin tarixdən etibarən isə Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə məxsus ***-***-**-** mobil nömrə arasında danışıqlar olduğu müəyyən olundu. “Bakcell” mobil operatorundan Təqsirləndirilən şəxs bibisioğlu X26 istifadəsində olması müəyyən edilmiş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə baxış keçirilmiş və 24-25 avqust 2020-ci il tarixlərdə ***-***-**-** saylı mobil telefon nömrəsinin ümumiyyətlə istifadə olunmaması, ***-***-**-** saylı mobil telefon nömrəsinin isə həmin tarixdə İmişli rayonu ərazisində olması müəyyən edilmişdir. Rostropoviçlər küçəsi ilə Nizami küçələrinin kəsişməsində yerləşməsi müəyyən edilmiş, “Təhlükəsiz Şəhər” X8 aid TŞ 1-118 nömrəli kameraların görüntülərinə baxış zamanı, TŞ 1-118 nömrəli kameralarının xx.xx.2020-ci il saat 22:30dan xx.xx.2020-ci il saat 03:00-dək, həmçinin həmin gün saat 09:00-dan 11:00-dək olan müddət ərzində qeydə alınmış video görüntülərini əks etdirir.. Görüntünün 53:40-cı dəqiqəsində Təqsirləndirilən şəxs bənzər şəxs görüntüdə sol tərəfdən görünməklə yaşadığı evin yaxınlığında olan “Şirin market” adlı mağazaya daxil olması və 55:20-ci dəqiqəsində oradan əlində kiçik bir bağlama ilə yaşadığı Rostropoviçlər 16 ünvanı istiqamətində hərəkət edir. TŞ 1-118.3 (part 1) adlı fayl xx.xx.2020-ci il tarixdə saat 22:29:59-dan saat 23:54:00-dək olan görüntüləri əks etdirir və fayl 1 saat 24 dəqiqə uzunluğundadır. Görüntünün 55:30-cu dəqiqəsində Təqsirləndirilən şəxs bənzər şəxs sağ istiqamətdə görüntüdə görünməklə yaşadığı Rostropoviçlər 16 ünvanı istiqamətində hərəkət edərək görüntünün 55:40-cı dəqiqəsində evləri tərəfdən avtomobillərin arası ilə hərəkət etməklə avtomobil yolundan öz yaşadığı evə tərəf daxil olur. TŞ 1-118.3 (part 3) adlı video fayl xx.xx.2020-ci il tarixdə saat 01:18:03-dən saat 02:43:16-dək olan görüntüləri əks etdirir və fayl 1 saat 25 dəqiqə 12 saniyə uzunluğundadır. Görüntünün 1:24:00-cı dəqiqəsində Təqsirləndirilən şəxs bənzər şəxs sol istiqamətdə görüntüdə görünməklə düz istiqamətində Rostropoviçlər küçəsi ilə hərəkət edir, 1:24:20-də sağ tərəfdə görünməklə Rostropoviçlər küçəsi ilə əksinə hərəkət edərək öz evləri istiqamətində keçir, görüntünün 1:25:12-ci saniyəsində isə ağzında qoruyucu maska ilə yenidən Rostropoviçlər küçəsi ilə hərəkət istiqamətində hərəkət edir. Həmin görüntünün davamını əks edən TŞ 1-118.3 (part 4) adlı video fayl xx.xx.2020-ci il tarixdə saat 02:43:16-dan saat 02:59:59-dək olan görüntüləri əks etdirir, 16 dəqiqə 43 saniyə uzunluğundadır. Həmin görüntünün 00:00-dan Təqsirləndirilən şəxs bənzər şəxs sol istiqamətdə görüntüdə görünməklə düz istiqamətində Rostropoviçlər küçəsi ilə hərəkət edir, görüntünün 09:54-cü dəqiqəsində geri istiqamətdə əlində bağlama ilə hərəkət edir. Daha sonra TŞ 1-118.2 (part 5) adlı video fayla baxıldı. Faylın xx.xx.2020-ci il tarixdə saat 02:25:01-dən saat 02:59:59-dək olan görüntüləri əks etdirməsi və fayl 34 dəqiqə 58 saniyə uzunluğunda olması müəyyən edildi. Faylın 17:09- cu dəqiqəsində Təqsirləndirilən şəxs bənzər şəxs sol istiqamətdə görüntüdə görünməklə "Şirin market” adlı mağazaya boylanır və marketin bağlı olduğunu görərək evlərinə tərəf geriyə hərəkət edir, daha sonra yenidən sol tərəfdən görünərək yolla düz istiqamətdə hərəkət edir. Faylın 27:55-ci dəqiqəsində, yəni xx.xx.2020-ci il tarixdə saat 02:52:55-də geri yaşadığı Rostropoviçlər küçəsi 16 istiqamətində əlidə bağlama ilə hərəkət edir. Qeyd olunan görüntülərdə olan şəxsin əynində papaqlı tünd göy rəngli sviter, bozumtul rəngli qolu qısa köynək, aşağı hissəsində ağ rəngli zolağı olan idman tərzli ayaqqabı və boz rəngli idman şalvar olması müşahidə olunur. Qeyd olunan görüntülərdə olan şəxsin əynində olan paltarlar Təqsirləndirilən şəxs hadisə günü əynində olması barədə təsvir etdiyi paltarlarla uyğunluq təşkil edir. TŞ 1-118.2 (part 2) adlı video fayl açılmaqla baxış davam etdinmişdir. Faylın xx.xx.2020-ci il tarixdə saat 10:05:07-dən saat 10:59:59-dək olan görüntüləri əks etdirir və fayl 54 dəqiqə 52 saniyədir. Faylın 43:19-cu dəqiqəsində Zərərçəkmiş şəxs bənzər, əynində qara rəngli gödəkcə, ağ rəngli ətək, qara rəngli bot tipli hündür boğazlı ayaqqabı, tünd rəngli kalqotka və qara rəngli çanta olan şəxsin sol istiqamətdə görüntüdə görünməklə Nizami küçəsi istiqamətində yolun hərəkət istiqamətinin əksi istiqamətində sağ tərəflə hərəkət etməsi, saat 44:14-də sağ tərəfdə təxminən 30 saniyə müddətində dayanması və sonradan hərəkətə davam edərək görüntünün 44:56-cı saniyəsində sağ tərəfə istiqamətdə hərəkət etməklə görüntüdən itməsi müşahidə olundu. Daha sonra TŞ 1-118.3 adlı fayl açıldı və həmin faylın səhər saatlarında Rostropoviçlər küçəsi istiqamətində görüntüləri əks etdirdiyi müşahidə edildi. Faylın uzunluğunun 2 saat olması müəyyən edildi və görüntünün 1:48:10 dəqiqəsində Sənay Qəhərmanlıya bənzər şəxsin Rostropoviçlər 16 ünvanından çıxaraq üzü ünvan 20q qapını özünün bağlaması, sağ əli ilə başını tutmaqla təxminən 7 saniyə həmin şəkildə hərəkət etməsi və daha sonra hərəkətə davam etməklə görüntünün 1:47:28 dəqiqəsində görüntüdən itməsi müəyyən edildi. Azərbaycan Respublikası ərazisində "Baltika” adlı pivənin hansı növlərinin müəyyən edilməsi məqsədi ilə ünvan 21 ünvanında yerləşən "Bravo Superstor” mağazasına və ünvan 22 ünvanında yerləşən "Spar Supermarket” mağazasına, həmçinin internet resurslarına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hər iki marketdə "Baltika” adlı pivə açıq satışda olmaqla şüşə və metal qablaşmalarda aparılır. "Baltika” adlı pivə dəmir qablaşmada "0”, yəni spirtsiz növdə müxtəlif meyvəli olmaqla bir neçə növdə, həmçinin yaşıl rəngli metal qablaşması olan "Baltika-7” və qəhvəyi rəngli metal qablaşması olan "Baltika-9” adlı pivələrin olması müəyyən edildi. Daha sonra şüşə qablaşmada olan pivələrə baxıldı və yaşıl rəngli şüşə qablaşmada olmaqla ağ rəngli etiketi olan "Baltika-0”, yəni spirtsiz, yaşıl rəngli qablaşmada olmaqla mavi rəngli etiketi olan "Baltika-7”, qəhvəyi rəngli qablaşmada olmaqla qırmızı rəngli etiketi olan "Baltika- 9”, sarı rəngli qablaşmada olan "Baltika-kuller” və "Baltika-X62” adlı spirtli pivələrin olması müəyyən edildi. Daha sonra həmin pivələrin tərkibində spirtin miqdarına baxıldı və müəyyən edildi ki, dəmir və şüşə qablaşmada olan "Baltika-7” pivəsinin tərkibində 5,4% spirt, dəmir qablaşmada olan "Baltika-9” pivəsinin tərkibində 7%, şüşə qablaşmada olan "Baltika-9” pivəsinin tərkibində 7,5% spirt, şüşə qablaşmada olan "Baltika-kuller” pivəsinin tərkibində 4,7% və "Baltika-X62” pivəsinin tərkibində isə 4,5% spirt vardır. Bundan sonra "Google” axtarış sistemi üzrə "Baltika” pivələri üzrə axtarış edildikdə "Baltika” pivəsinin Azərbaycan Respublikası ərazisində istehsal olunmasına dair https://carlsbergazerbaijan.az/ səhifə müəyyən edildi. Səhifədən müəyyən edildi ki, "Bakı- Pivə” istehsalat birliyinə məxsus Xırdalan şəhərindəki pivəbişirmə zavodu 1969cu ildə istismara verilib. 1997-ci ildə zavod Fransanın "Group Castel” konserninin idarəsinə verilib, iki il sonra isə zavodda irimiqyaslı yenidənqurma işləri başa çatdırılıb. “Carlsberg Group”- un bir hissəsi və Rusiya pivə bazarının çoxillik lideri olan "Baltika” pivəbişirmə şirkəti 2000- ci ildən Azərbaycan Respublikasına pivə tədarük edir. 2008-ci ilin may ayında "Baltika” şirkəti ilə "X2 (Eastern) Ltd (BİH Eastern)” arasında "Bakı- Kastel” pivəbişirmə zavodunun alınması barədə razılaşma imzalanmış, bundan sonra zavod "Baltika” şirkətinin tərkibinə daxil olmuşdur. 2009-cu ilin əvvəlindən zavodun adı dəyişdirilərək "Baltika-Bakı” adlandırılmışdır. Daha sonra səhifədə "Brendi seç” hissəsində "Baltika” brendi seçilməklə marketlərdə satışda olması müəyyən edilmiş pivə çeşidlərinin istehsal olunmaqla satışa çıxarıldığı müəyyən edildi. Qeyd olunan pivələrin spirtsiz və spirtli növləri üzrə tərkiblərində hansı faizdə spirt olması qeyd olunmuşdur. OŞüşə qablaşmada olan "Baltika-9” alkoqollu pivəsinin tərkibində 7,5%, "Baltika-7” alkoqollu pivəsinin tərkibində 5,4%, "Kuller” alkoqollu pivəsinin tərkibində 4,7%, "X62” alkoqollu pivəsinin tərkibində 4,5% spirt vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 15 oktyabr 2020-ci il tarixli 7123 və 7124 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin xəstəxanada müalicə olunmayıb. məhkəmə-tibb ekspertizasının 08 sentyabr 2020-ci il tarixli 441 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthində, sol baldırın yuxarı 1/3-nin arxa səthində, sağ süd vəzisinin iç kvadratında, üst və alt dodaqların sol hissəsinin selikli qişalarında qançırlar müəyyən edildi. Bu xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir, qərarda göstərilən tarixə, yəni 25 avqust.2020-ci il tarixə və şəraitə uyğun gəlməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinə günündən 2 həftəyə qədər olmaqla, qərarda göstərilən tarixə, yəni 25 avqust 2020-ci il tarixə və şəraitə uyğun gəlməsi istisna olunmur. məhkəmə-tibb ekspertizasının 10 sentyabr 2020-ci il tarixli 441 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs uşaqlıq yolu və möhtəviyyatından götürülmüş tampon və yaxmada məhkəmə tibbi-bioloji tədqiq zamanı spermatozoid aşkar edilməmişdir. əlavə məhkəmə-tibb ekspertizasının 07 oktyabr 2020-ci il tarixli 478 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda aşkar edilmiş alt və üst dodaqlarının selikli qişasının, sağ süd vəzisinin iç kvadratının, sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin, sol baldırın yuxarı 1/3-nin arxa səthinin qançırlarının xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən cinsi əlaqə zamanı kənar şəxs tərəfindən yetirilə bilərdilər, lakin, cinsi zorakılıq zəminində (zor tətbiq etməklə) yaranmağa xarakterik hesab edilmir. məhkəmə-tibb ekspertizasının 04 dekabr 2020- ci il tarixli 580 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda aşkar edilmiş alt və üst dodaqlarının selikli qişasının, sağ süd vəzisinin iç kvadratının, sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin, sol baldırın yuxarı 1/3-nin arxa səthinin qançırlarının xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Göstərilən xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən cinsi əlaqə zamanı kənar şəxs tərəfindən (öpmə, sıxılma, sorulma və.s) nəticəsində yetirilə bilərdilər. məhkəmə-tibb ekspertizasının 16 noyabr.2020-ci il tarixli 492 nömrəli rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş USM məlumatlarına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinib: Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertiza zamanı toplanmış anamnestik (özünün deməsinə görə) və ginekoloji məlumatlara əsasən, onda son aybaşı tsikli xx.xx.2020-ci il tarixdə başlamışdır. Müddəti isə adətən 3-6 gün olmaqla davam edir. 2.4.5.6. Zərərçəkmiş şəxs anamnestik (özünün deməsinə görə) məlumatlarına əsasən, onda aybaşı tsikli xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixlərdə baş vermişdir. Zərərçəkmiş şəxs disfunksional prosesin olmaması USMdə öz təsdiqini tapmışdır, belə ki, bütün göstəriciləri norma daxilində olmuşdur. Lakin, xx.xx.2020-ci il tarixdə onda aybaşının olub-olmamasını məhkəmə-tibbi yolla halhazırda təyin etmək mümkün deyil. 3. Zərərçəkmiş şəxs anamnestik (özünün deməsinə görə) məlumatlarına əsasən, onda aybaşı tsikli xx.xx.2020-ci ilə təsadüf edib, lakin konkret olaraq onda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aybaşının olubolmamasını məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. məhkəmə kimyəvi ekspertizasının 10 sentyabr 2020-ci il tarixli 2464/K nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində qanda etil spirti aşkar edildi. Etil spirtinin qatılığı qanda-1.1 %0-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, piazalon, 1.4 benzodiazepin törəmələri, salisiatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Qanda aşkar edilən 1.1 %0 etil spirti hadisə baş verən tarixə,yəni xx.xx.2020-ci il tarixə təsadüf etmir. əlavə məhkəmə-kimyəvi ekspertizasının 15 dekabr 2020-ci il tarixli 3099/K nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qanda və sidikdə məhkəmə-kimyəvi tədqiqat nəticəsində narkotik, psixotrop və digər stimuəledici maddələrin aşkar edilməməsi və X27 tərəfindən təkari məhkəmə-kimyəvi tədqiqatın aparılması məqsədilə qan və sidik nümunələri verməməsi səbəbindən qarşımıza qoyulan sualları cavablandırmaq mümkün deyil. Məhkəmə-kimyəvi tədqiqat zamanı aşkar edilmiş maddələrin insan orqanizminə hansı yolla daxil edilməsinin aydınlaşdırması eskpertkimyaçının səlahiyyətində deyildir. məhkəmə-tibb ekspertizasının 11 sentyabr 2020-ci il tarixli 741 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. məhkəmə-tibb ekspertizasının 30 noyabr 2020-ci il tarixli 578 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. məhkəmə-bioloji ekspertizasının 14 sentyabr 2020-ci il tarixli, 684/2020-MTBŞ nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu B/İİİ/-dir. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/ -dir. (təqdim edilmiş sənədin sürətinə əsasən). Ekspertizaya təqdim olunmuş, tuman və kalqotka üzərində sperma qarışmış insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və B antigenləri alındı. A antigeni Zərərçəkmiş şəxs göstəricisini xarakterizə etdiyi üçün ləkələrdə onun alınması qanın hesabına izah olunur. B antigeni ona məxsus olmadığı üçün onun ləkələrdə alınması sperma hesabına izah oluna bilər. Belə olan halda qan A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs, sperma isə B/111/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim edilmiş tuman və kalqotka üzərində olan qan ləkələri uşaqlıq yolundan axan qan hesabına yaranmışdır və aybaşı zamanı əmələ gəlməsi inkar olunmur. Ekspertiza tədqiqatına təqdim edilmiş maddi sübutlar (tuman və kalqotka) üzərində sperma qarışmış qan ləkələrinin əmələgəlmə müddəti ilə bağlı verilmiş suala elmi əsaslandırılmış metod olmadığı üçün cavab vermək mümkün olmadı. məhkəmə-bioloji ekspertizasının 30 sentyabr 2020-ci il tarixli, 697/2020-MTBŞ nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar üzərində qan və spermatozoidlər aşkar olunmadı. Həmçinin, ekspertizaya təqdim olunmuş yorğan üzü, odeyal, qısaqol köynək, şortik, qolsuz mayka üzərində qana və spermaya şübhəli ləkə aşkar olunmadı. məhkəmə-genetik ekspertizasının 28 sentyabr 2020-ci il tarixli 20/490R nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli manjet hissəsində "DS” qeydləri olan tumanın və 01 (bir) ədəd qəhvəyi rəngli kalqotkanın aralıq nahiyəsində aşkar edilmiş qanabənzər ləkələrin insan qanı olduğu və həmin qan ləkələrinin Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edildi. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli manjet hissəsində "DS” qeydləri olan tumanın və 01 (bir) ədəd qəhvəyi rəngli kalqotkanın aralıq nahiyəsində az miqdarda (<4ng/ml) insana məxsus prostat şirəsi aşkar edildi və bu səbəbdən də bu nümunələr üzrə şəxsiyyətin müəyyənləşdirilməsi mümkün olmadı. Həmçinin, ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli manjet hissəsində "DS” qeydləri olan tumanın və 01 (bir) ədəd qəhvəyi rəngli kalqotkanın aralıq nahiyəsində aşkar edilmiş qan nümunələrinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixə uyğun olub-olmamasının, eləcə də həmin qan nümunələrinin aybaşı zamanı və bakirəliyin pozulması zamanı yarana bilən qan ləkələri olubolmamasının müəyyənləşdirilməsi, müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı vasitəsilə mümkün deyildir. məhkəmə-tibb ekspertizasının 27 oktyabr 2021-ci il tarixli 406/MEŞ nömrəli rəyindən görünür ki, "xx xxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs fizioloji göstəriciləri (yaşı, cinsiyyəti, çəkisi və s.) nəzərə alınmaqla onun xx.xx.2020-ci il tarixdə təxminən 2-3 saat ərzində iki-üç ədəd şüşə qabda olmaqla hər biri 0,5 litr həcmdə, tərkibində 4,2% spirt olan "JİQULEVSKOE SALYAN” adlı pivə və 01 (bir) ədəd təxminən 0,5 litr həcmdə olan, tərkibində 7% və ya 9% spirtli içki olan "Baltika” adlı pivə içməsi nəticəsində sərxoş olmaqla halsız vəziyyətə düşməsi və həmin zaman ona qarşı törədilən «zorakılıq» əməllərinə müqavimət göstərmək imkanından məhrum olması mümkündür. Belə ki, 500 ml pivə içkisinin tərkibində 3,5% tündlüyə qədər alkoqolun təyini mənfi nəticə ilə, 5-6% dən artıq tündlükdə isə alkoqol intoksikasiyasının (sərxoşluq dərəcəsi) ifadə olunma dərəcəsinin sərxoşluq vəziyyətinə uyğun olaraq təyin edilir. Alkoqolun qanda qatılığı 0,5-1,5%o təşkil etdiyi halda yüngül dərəcəli sərxoşluq baş verir ki, bu halda müayinə olunanda «yüksəlmiş yorğunluq, emosional labillik, kiçik hərəkətlər koordinasiyasının pozulması, sifətin hiperemiyası, taxikardiya, eyforiya, komfort, relaksasiya, baş verən hadisələrdən zövq alma, düşüncə prosesinin sürətlənməsi, rahat inamlı jestlər, ünsiyyət bacarıqlarının inkişafı və s.» kimi klinik əlamətlər təyin edilir. Belə vəziyyətdə Zərərçəkmiş şəxs ona qarşı törədilən əməllərə müqavimət göstərmək imkanına nəzarətin itməsi baş verə bilər. Zərərçəkmiş şəxs qərarda qeyd edilən tarixdə, yəni xx.xx.2020-ci ildə baş vermiş hadisədən dərhal sonra qan və sidik nümunələri götürülmədiyi üçün həmin tarixdə bihuşedici dərman vasitələri qəbul edib-etməməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə, saat 14:19-da götürülmüş qan və sidik nümunələrinin tərkibində məhkəmə kimya tədqiqatı nəticəsində qanda 1,1%o qatılığında etil spirti aşkar edilmiş, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzo-diazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir.” məhkəmə tibb ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 1706 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilmədi. məhkəmə-tibb ekspertizasının 24 noyabr 2021-ci il tarixli 414/MEŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, "1. Təqsirləndirilən şəxs bədəni üzərində tibbi manipulyasiya yeri (anamnestik qaraciyərin transplantasiyası) istisna olmaqla hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. 2. Məhkəmə-kimya şöbəsinə xx.xx.2021-ci il tarixdə tədqiqat üçün təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qan və sidik nümunələrinin məhkəmə - kimyəvi tədqiqatına əsasən, sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən "Kannabinoid” aşkar edilmişdir. Qan nümunəsinin tərkibində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Sidik nümunəsinin tərkibində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. 3. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və vaxtaşırı az alkoqollu içkilərdən (pivədən) periodik istifadə etmə halları olub. Lakin, hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur, o, cümlədən narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. 4. Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli 2546/K saylı məhkəmə kimyəvi ekspertizası rəyinə əsasən qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən «kannabinoid» aşkar edilmişdir. Marixuannadan istifadə edilən zaman kannabinoidlər qana sürətlə sorulur. Marixuannanın əsas psixoaktiv metaboliti Tetra-hidro kannabinol (THC) sayılır və çəkdikdən sonra onun konsentrasiyası 3-5 dəqiqə ərzində qanda maksimuma çatır. Kannabinoidlərin ağızdan qəbulu zamanı qanda miqdarı yavaş- yavaş artır və 1-3 saatdan sonra maksimuma çatır. THC-nın plazmadakı yarım ömrü təxminən iki gündür və birdəfəlik istifadədə 3-4 gün ərzində orqanizmdən xaric olur. Uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin xüsusiyyətlərindən asılı olaraq 15-30 gündən sonra qanda aşkar oluna bilər. Sidikdə immunoferment üsulu ilə kannabinoidlərin metabolitləri xroniki istifadəçilərdə son qəbuldan sonra 45-77 gün ərzində, epizodik istifadədə isə 29 gün ərzində aşkar edilə bilər. Beləliklə, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvəllərində 2020-ci ilin avqust ayının sonlarında məhkəmə-kimyəvi müayinəyə qan nümunəsi verdiyi müddətə qədər keçən 8 aydan artıq müddətdə qanında narkotik vasitə qala bilməzdi.” kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 29 noyabr 2021-ci il tarixli 2813 nömrəli rəyinin məhkəmə psixiatrik ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs psixiemosional sferasında iş üçün əhəmiyyətli hesab olunan hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Lakin belə qənaətə gəlinir ki, o, özünü psixoloji müdafiə etmək məqsədi ilə baş vermiş hadisə ilə bağlı bəzi məqamları öz xeyrinə uyğun tərzdə yönəldərək danışa bilər. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları, idrak prosseslərinin xüsusiyyətləri normaya uyğun olduğundan, o, baş vermiş hadisələrin mahiyyətini anlamaq, yadda saxlamaq, yada salmaq və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. məhkəmə-narkoloji ekspertizasının 01 dekabr 2021-ci il tarixli 4804 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabiodlərdən epizodik istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. təkrar məhkəmə genetik ekspertizasının 12 noyabr 2021-ci il tarixli 797/2021-MTBŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, "testin keçirilməsi üçün götürülən 16 STR lokusdan 16-ı (1-16 saylı STR lokuslar) üzrə təyinat aparmaq mümkün olmuşdur. Qeyd edək ki, iki maddi sübüt üzərində olan ləkələr (T və K) üzrə alınan genetik profillərə mürəkkəb qarışıq kimi baxılmışdır. Bu zaman testin dəqiqliyini və etibarlılığını təmin etmək üçün profillərdə hündürlüyü h>200 olan piklər əsas götürülmüşdür. İlk öncə ekspertizaya təqdim olunan tuman (T) və kolqotka (K) üzərində olan ləkələrdən alınmış genetik profillər müqayisə olunmuşdur. 2 saylı cədvəldən göründüyü kimi, hər iki maddi sübüt üzərində olan ləkələr qadın cinsinə məxsus bioloji materiala aiddir. Nəticələrin etibarlı hesab olunduğu 15 (1-15 saylı STR lokuslar) autosom STR lokuslar üzrə bu iki maddi sübüt üzərində olan ləkələrin genetik profillərində yalnız üç halda (D8S1179, CSFİPO və D13S317 STR lokusları) uyğunluq aşkarlanmışdır (uyğun allellər yağlı hərflərlə altından xətt çəkilməklə xüsusi sütunda verilmişdir). Qalan on iki halda (D21S11, D7S820, D3S1358, THOl, D16S539, D2S1338, D19S433, vWA, TPOX, D18S51, D5S818 və FGA STR lokusları) isə müqayisə olunan genetik profillər allel tərkiblərinə görə fərqlidirlər (hər iki profildə fərqli allellər xüsusi olaraq çərçivəyə alınmaqla verilmişdir). Əldə olunan nəticələr təqdim olunmuş tuman və kolqotka üzərində olan ləkələrdən alınmış genetik profillərin qadın cinsli iki müxtəlif şəxsə aid olduğunu söyləməyə əsas verir. Ekspertizanın qarşısında duran əsas suala cavab vermək üçün tuman (T) və kolqotka (K) üzərində olan ləkələrdən alınan genetik profillər Təqsirləndirilən şəxs (ŞŞ) genetik profili ilə müqayisə olunmuşdur. 2 saylı cədvəldən göründüyü kimi T və K profillərində ŞŞ-in profilləri tam şəkildə öz əksini tapmamışdır. Bu zaman T ləkəsinə məxsus genetik profillər ŞŞ-dən bütün STR lokuslar üzrə, K ləkəsinə məxsus genetik profillər 2 STR lokus (THOl və TPOX STR lokusları) istisna olmaqla qeridə qalan bütün STR lokuslar üzrə fərqlənmişdirlər. ŞŞ-in genetik profillərində T və K-dan fərqli allellər də xüsusi olaraq çərçivəyə alınmaqla göstərilmişdir. Bundan başqa təqdim olunmuş tuman və kolqotka üzərində olan ləkələrdən alınmış genetik profillərdə kişi cinsini xarakterinə edən Y xromosoma uyğun allel də aşkarlanmamışdır.Ekspertizaya təqdim edilmiş tuman və kolqotka üzərində olan ləkələrdə qadın cinsinə aid bioloji material aşkar edilmiş, kişi cinsina aid bioloji material isə (sperma) aşkar edilməmişdir.” məhkəmə-psixoloji ekspertizasının 11 noyabr 2020-ci il tarixli 11/319 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs psixi-emosional halında hadisədən əvvəl və hadisə zamanı hər hansı əhəmiyyətli dəyişiklik baş verməmiş, hadisədən sonra isə o, şok keçirərək emosional-psixi gərginlik halında olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaşına, əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malikdir. məhkəmə-psixoloji ekspertizasının 09 dekabr 2021-ci il tarixli 11/473 nömrəli rəyindən görünür ki, "Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs psixi-emosional halında hadisədən əvvəl və hadisə zamanı hər hansı əhəmiyyətli dəyişiklik baş verməmiş, hadisə zamanı o, fizioloji affekt vəziyyətində olmamışdır. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunmur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hadisə zamanı şüursuz vəziyyətdə olmuş, ətrafında baş verən hadisələri dərk etmək və ona qarşı edilən seksual hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır.” Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək verilmiş ittihamda qeyd edilən halların baş verməməsi, zərər çəkmiş şəxs tərəfindən ictimai rezonans doğuran, ona qarşı haqsızlıq kimi görünən səhnə düzəltməklə başqa ölkədən sığınacaq almaq istədiyi üçün onu əsassız yerə şərləməsinə dair verdiyi, xırda epizodlarda belə bir-birini təkzib edən ifadələri özünümüdafiə xarakteri daşımaqla törətdiyi əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa dəlalət edir. Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, ətrafında baş verən hadisələri dərk etmək və ona qarşı edilən seksual hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmayan zərər çəkmiş şəxs, doğma xalası qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə onunla təbii yolla cinsi əlaqədə olmaqla zorlaması istər zərər çəkmiş şəxsin, şahidlərin (o cümlədən ekspertlərin) ifadələri, istərsə də çoxsaylı ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Qeyd edilən sübutlar müqayisəli təhlil edilərkən nəticə etibarı ilə cəm şəkildə bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam, gerçək və məntiqli təsvirini formalaşdırıb təqsirləndirilən şəxsə verilmiş ittihamı təsdiq edirlər. Təqsirləndirilən və zərər çəkmiş şəxsin, onların valideyinlərinin (doğma bacıların) ifadələrindən görünür ki, Qanuni nümayəndə bacı-qardaşlarından, o cümlədən böyük bacısı Sürəyyadan küsülü olmuş, onlarla əlaqəsi olmamışdır. Lakin 2019-cu ilin fevral ayında Təqsirləndirilən şəxs Türkiyədən qayıdaraq Zümrüdlə Sürəyyanı barışdırmışdır. Digər bacı-qardaşlarından fərqli olaraq son vaxtlar yalnız bacısı Sürəyya ilə yaxın olmuş, biri-birilərinin evinə gediş-gəlişləri yaranmışdır. Daim Beyləqan şəhərində yaşayaraq orada işləyən Sürəyya Bakıda qaldığı müddətdə bacısı Zümrüd 17-20 avqust 2020-ci il tarixdə səhərdən axşamadək onların evində olaraq onun yanında qalmış, bacı kimi onu ziyarət etmişdir. Hər gün öz avtomobili ilə qızı Sənayla birlikdə onlara gəlmiş, Sənay dərsləri ilə bağlı başqa yerlərə gedib axşamlar birlikdə yenə öz evlərinə qayıtmışlar. Hətta bir gün Sənay və Zümrüd onların evində gecə qalmışlar. Əsgər də həmin vaxt evdə olmuşdur. 23 avqust 2020-ci il tarixdə əri X17yıtmış, növbəti gün isə Sürəyya rayonda olarkən bacısı Zümrüd ona zəng vuraraq Sənayın gecə vaxtı olduğundan onların Bakıdakı evlərində Əsgərin yanında gecəni qala bilib-bilmədiyini soruşduqda xala kimi etiraz etməmişdir. Barışdıqdan sonra “isti” münasibətdə olan Qanuni nümayəndə, bacısı Sürəyyanın xahişi ilə şəxsi vəsaiti hesabına sonuncunun evinin təmir-tikinti işlərinin görülməsi üçün hətta borca 5.000 manat pul da vermişdir. Göründüyü kimi, hadisə baş verməmişdən öncə Qanuni nümayəndə və Sənay Qəhramanlının zorlamaq kimi cinayətdə Təqsirləndirilən şəxs əsassız yerə ittiham etməklə Əsgəri şərləməyə, ondan və valideyinlərindən hər hansı bir məsələyə görə qisas almağa lüzum olmamışdır. Sənay Qəhramanlının zorlanması ilə bağlı rəsmi müraciətin dərhal deyil, bir neçə gün sonra edilməsi də, ona göstərir ki, Qanuni nümayəndə son vaxtlar yaxın münasibətdə olmuş bacısı Sürəyyaya pislik etmək istəməmiş, doğma qızının adını zorlanmada, özü də məhz xalası oğlu tərəfindən zorlanmasında hallandırmağa tərəddüd etmişdir. Zərər çəkmiş şəxs tərəfindən ictimai rezonans doğuran, ona qarşı haqsızlıq kimi görünən səhnə düzəltməklə başqa ölkədən sığınacaq almaq istədiyi üçün Təqsirləndirilən şəxs şərləməsinə, eləcə də pul əldə etmək məqsədi ilə zorlamada xalası oğlunu ittiham etməsinə dair müdafiə tərəfinin vurğuladığı fikirlər də tam əsassızdır. Çünki, başqa ölkədə sığınacaq almaq üçün heç də xalası oğlu tərəfindən zorlanması kimi həqiqətən də böyük ictimai rezonans doğuran hadisəni gündəmə gətirməyə zərurət yoxdur. O ki qaldı maddi marağa görə təqsirləndirilən şəxsin şərlənməsinə, istintaq materiallarından göründüyü kimi, məhz Qanuni nümayəndə hadisədən bir qədər əvvəl bacısı Sürəyyəya maddi yardım etmiş və mesajlardan bəlli olduğu kimi hadisədən sonra o, məhz verdiyi pulları geri tələb etmişdir. Əlavə pulun tələb edilməsi isə nə şahid ifadələrində, nə də ki mesajlarda öz əksini tapmamışdır. Həmçinin istintaq materialları ilə müəyyən edilmişdir ki, zərər çəkmiş şəxs müstəqil fikirləri ilə sosial şəbəkələrdə aktiv olmaqla, feminist hərəkatının və başqa sosial qrupların üzvüdür. Bəllidir ki, feminizm qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkatdır, qadınlarınazadlıquğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır, lakin daha çox geniş şəkildə cinslərinhüquqbərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah olunur. Bu nöqteyi-nəzərdən feminist hərəkatının üzvü olan Sənay Qəhramanlının həqiqətən də cinsi zorakılığa məruz qalmaqla ciddi sarsıntı keçirməsi, bunun nəticəsində uzun müddət psixoloqların yardımına ehtiyacı olması anlaşılandı. Qeyd edilənlər Sənay Qəhramanlının və onun anası Qanuni nümayəndə kiməsə hər hansı bir səbəbdən böhtan atmağa təhrik edən motivin olmamasına dəlalət edir. Beləliklə, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsində aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar surətdə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs, doğma xalası qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmaqla onu zorlamışdır. Məhkəmə kollegiyası qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, müdafiə tərəfinin verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-nin 149.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir, apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə, yəni təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətində həmçinin Bakı şəhər Yasamal rayon prokuroru və Bakı şəhər Yasamal rayon prokurorluğunun müstəntiqi X10 barəsində xüsusi qərar qəbul edilib Baş Prokurorluğa göndərilməsini xahiş etsə də, məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə ibtidai istintaq zamanı hər hansı qanun pozuntularına yol verilmədiyindən nümayəndənin bu dəlili də əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə kollegiyası tərəfindən ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına, mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3, eləcə də zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 1(101)-578/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs CM-nin 149.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 1(101)-578/2022 saylı hökmü təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3, eləcə də zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X13 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-267/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-267/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver