Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-268/2020 06.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Əflatun İbrahim oğlunun sədrliyi və məruzəsilə, Bayramov Əmir Novruz oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər X3 və X5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.1991-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, Q. İsmayılov küçəsi, ev 90 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 xx.xx.1964-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair xx xxxxxx 2019-cu il tarixli hökmündən məhkumlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə məhkum Təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayətinə və müdafiəçi Xanlar Qafarov tərəfindən məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayətinə verilmiş əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Məhkəmə hökmü ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatının əldə edilməsi, saxlanılması, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilərək daşınması və satılması barədə həmyerlisi Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Cavad adlı şəxs və qeyriləri ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 müalicə adı ilə 3.000 manat məbləğində pul alaraq, xx xxxxxx 2018-ci il tarixdə saat 01.09-da Biləsuvar sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, orada həmin tarixdən xx xxxxxx 2018-ci il tarixədək olduğu müddətdə Təqsirləndirilən şəxs2 telefonla etdiyi təklifə əsasən pul borcunun əvəzində «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan 180 ədəd həbdən və təsiredici maddəsi 7,2 qramdan artıq təşkil edən külli miqdarda narkotik Vasitə metadon tərrkibli dərman preparatını Cavad adlı şəxslə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsini və Azərbaycan Respublikasının Biləsuvar rayonuna daşımaqla orada Təqsirləndirilən şəxs2 təhvil verilməsini təmin etmiş, sonuncu qeyd olunan külli miqdarda metadon tərkibli dərman preparatını satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıyaraq tanışı qeyrisi, həmçinin Təqsirləndirilən şəxs1 ilə satılması barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu barədə qeyrisinə, qeyrisi tanışı Təqsirləndirilən şəxs1, sonuncu isə tanışı Şahid8 bildirərək əldə olunacaq gəlirin aralarında bölünməsi şərti ilə müştəri tapılmasını xahiş etmişdir. Bundan sonra xx xxxxxx 2018-ci il tarixdə Şahid8 Təqsirləndirilən şəxs1 100 həbdə metadon olması və onu 900 manata satmaq istəməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi məlumat əsasında qeyd olunan İdarənin əməkdaşları tərəfindən keçirilmiş nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 09 radələrində tədbirdə təlimatlandırılmış şəxs qismində iştirak edən Şahid8 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna zəng edib ona şərti alıcı qismində tədbirə cəlb olunmuş polis əməkdaşı Şahid5 qeyd olunan dərman preparatını almaq istəməsi barədə bildirdikdən sonra Şahid8 Təqsirləndirilən şəxs1la sonuncunun yaşadığı mənzildə görüşmüş, Təqsirləndirilən şəxs1 saat 13-14 radələrində istifadəsində olan mobil telefonundan qeyrisinin istifadə etdiyi ***- ***-**-** nömrəli mobil telefonuna zəng edərək ona dərman preparatına müştəri olduğunu bildirib özünə məxsus “Hyundai Sonata” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şahid8la birlikdə Bakı şəhəri, Yasamal rayonu, metropolitenin “İnşaatçılar” stansiyasının yanına gəlmiş, orada onları gözləyən qeyrisi avtomobilə əyləşərək öz telefonundan Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** zömrəli mobil telefonuna zəng etdikdən sonra hər üçü Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkına gedərək onunla görüşmüş və oradan Şahid8 təklifi ilə onları gözləyən şərti alıcı Şahid5la görüşüb alqı-satqını həyata keçirmək üçün hamısı birlikdə ünvan 3 ünvanında yerləşən yeməkxanaya yollanmışlar. Avtomobildə Təqsirləndirilən şəxs2 üstündə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 180 ədəd həbdə metadon tərkibli dərman oreparatından 100 ədədini Təqsirləndirilən şəxs1 verib qalan 80 ədədini üstündə saxlayaraq yeməkxanaya gəlmiş, Təqsirləndirilən şəxs1 və Şahid8 şərti alıcı Şahid5la görüşmək məqsədi ilə yeməkxananın içərisinə keçmiş, Təqsirləndirilən şəxs2 və qeyrisi isə yeməkxananın həyətində dayanmış avtomobildə onları gözləmişlər. Qeyd olunan yeməkxanada Təqsirləndirilən şəxs1 saat 15.45-də şərti alıcı Şahid5 əvvəlcədən protokolda qeyd olunmaqla nəzarət qaydasıpda mal alınması əməliyyataxtarış tədbirində istifadə edilməsi üçün verilmiş A38039143, A53787909, 650142368, B12383742, A37396265, C80073327, C54000238, C95071461 və ********* seriya və nömrəli olmaqla 09 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 900 manat məbləğində pulu alaraq üstündə saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə zavod üsulu ə hazırlanmış, üzərində «F/M40» yazısı həkk olunan qəhvəyi rəngli, dairəvi formalı, hər bir nəbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qram olmaqla ümumilikdə külli miqdar – 4 qram təşkil edən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan 100 ədəd metadon tərkibli dərman preparatını ona satdıqdan dərhal sonra saxlanılmış, baxış zamanı Şahid5 Təqsirləndirilən şəxs1 bir qədər əvvəl aldığı təsiredici maddəsi metadonun ümumi miqdarı külli miqdar - 4 qram təşkil ədən 100 ədəd metadon tərkibli dərman preparatını, Təqsirləndirilən şəxs1 isə 09 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 900 manat pulu polis əməkdaşlarına təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 verdiyi məlumata əsasən Baş Narkotiklərlə Mübarizə dərəsinin əməkdaşları həmin ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Baş Mühafizə dərəsinin Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşları ilə birlikdə qaçmağa cəhd edən Təqsirləndirilən şəxs2 həmin gün saat 16.00-da yeməkxananın həyətində dayanmış «Hyundai Sonata» markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında yaxalamış, baxış zamanı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla zaşıdığı və polis əməkdaşlarını gördükdə məsuliyyətdən yayınmaq üçün yerə atdığı bir ədəd sellofan bükümdə zavod üsulu ilə hazırlanmış, üzərində «F/M40» yazısı həkk olunan qəhvəyi rəngli, dairəvi formalı, hər bir həbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qram olmaqla külli miqdar - 3,2 qram təşkil edən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan 80 ədəd metadon tərkibli zərman preparatı aşkar edilərək götürülmüş, qeyrisi isə hadisə yerindən qaçmağa nail olmuşdur. Məhkəmə hökmü ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatının əldə edilməsi, saxlanılması və zaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilərək daşınması barədə tanışları, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Cavad adlı şəxs, həmyerlisi Təqsirləndirilən şəxs2 və qeyriləri ilə cinayətkar razılıq əldə edib zabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, Təqsirləndirilən şəxs2 müalicə adı ilə 3.000 manat məbləğində pul alaraq xx xxxxxx 2018ci il tarixdə saat 01.09-da Biləsuvar sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, orada -əmin tarixdən xx xxxxxx 2018-ci il tarixədək olduğu müddətdə Təqsirləndirilən şəxs2 telefonla etdiyi zəklifə əsasən pul borcunun əvəzində «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan 180 ədəd həbdən və təsiredici maddəsi 7,2 qramdan artıq təşkil edən külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatını Cavad adlı şəxslə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük -əzarətindən kənar və ya ondan gizli keçirilməsini və Azərbaycan Respublikasının Biləsuvar myonuna daşımaqla orada Təqsirləndirilən şəxs2 təhvil verilməsini təmin etmiş, sonuncu qeyd olunan <ülli miqdarda metadon tərkibli dərman preparatını satış məqsədi ilə qanunsuz olaraq əldə ədib üstündə saxlamaqla daşıyaraq tanışı qeyrisi, həmçinin Təqsirləndirilən şəxs1 ilə satılması barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu barədə zeyrisi, qeyrisi tanışı Təqsirləndirilən şəxs1, sonuncu isə tanışı Şahid8 sğluna bildirərək əldə olunacaq gəlirin aralarında bölünməsi şərti ilə müştəri tapılmasını xahiş etmişdir. Bundan sonra xx xxxxxx 2018-ci il tarixdə Şahid8 Təqsirləndirilən şəxs1 100 həbdə metadon olması və onu 900 manata satmaq istəməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi məlumat əsasında qeyd olunan İdarənin əməkdaşları tərəfindən keçirilmiş nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbiri Ramanı həmin gün saat 09 rəddlərində tədbirdə əlimatlandırılmış şəxs qismində iştirak edən Şahid8 istifadəsində olan 055- ***-**-** nömrəli mobil telefonundan Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna zəng edib ona şərti alıcı qismində tədbirə cəlb olunmuş polis əməkdaşı Şahid5 qeyd olunan dərman preparatını almaq stəməsi barədə bildirdikdən sonra Şahid8 Təqsirləndirilən şəxs1la sonuncunun yaşadığı mənzildə görüşmüş, Təqsirləndirilən şəxs1 saat 13-14 radələrində istifadəsində olan mobil :elefonundan qeyrisinin istifadə etdiyi ***- ***-**-** nömrəli mobil telefonuna zəng edərək ona dərman preparatına müştəri olduğunu bildirib özünə məxsus “Hyundai Sonata” markalı, '0-UK-199 dövlət qeydiyyat nişanlı avtomobili ilə Şahid8la birlikdə Bakı şəhəri, Yasamal rayonu, metropolitenin “İnşaatçılar” stansiyasının yanına gəlmiş, orada, onları oözləyən qeyrisi avtomobilə əyləşərək öz telefonundan Təqsirləndirilən şəxs2 istifadəsində olan 070- ***-**-** nömrəli mobil telefonuna zəng etdikdən sonra hər üçü Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkına gedərək onunla görüşmüş və oradan Şahid8 təklifi ilə onları gözləyən şərti alıcı Şahid5la görüşüb alqı-satqını İ, nəyata keçirmək, üçün hamısı birlikdə ünvan 4 ünvanında yerləşən yeməkxanaya yollanmışlar. Avtomobildə Təqsirləndirilən şəxs2 üstündə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 180 ədəd həbdə metadon tərkibli İ dərman preparatından 100 ədədini Təqsirləndirilən şəxs1 verib qalan 80 ədədini üstündə saxlayaraq yeməkxanaya gəlmiş, Təqsirləndirilən şəxs1 və Şahid8 şərti alıcı Şahid5la görüşmək məqsədi ilə yeməkxananın içərisinə keçmiş, Təqsirləndirilən şəxs2 və qeyrisi sə yeməkxananın həyətində dayanmış avtomobildə onları gözləmişlər. Qeyd olunan yeməkxanada Təqsirləndirilən şəxs1 saat 15.45-də şərti alıcı Şahid5 əvvəlcədən protokolda qeyd olunmaqla nəzarət qaydasında mal alınması əməliyyataxtarış tədbirində istifadə edilməsi üçün verilmiş A38039143, A53787909, C50142368, B12383742, A37396265, C80073327, C54000238, C95071461 və C43030913 seriya və nömrəli olmaqla 09 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 900 manat i məbləğində pulu alaraq üstündə saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə zavod üsulu ə hazırlanmış, üzərində «F/M40» yazısı həkk olunan, qəhvəyi rəngli, dairəvi formalı, hər bir nəbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qram olmaqla ümumilikdə külli miqdar - 4 qram təşkil edən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan İ narkotik vasitələr»in İİ siyahısına daxil olan 100 ədəd metadon tərkibli dərman preparatını ona satdıqdan dərhal sonra saxlanılmış, baxış zamanı Şahid5 Təqsirləndirilən şəxs1 bir sədər əvvəl aldığı təsiredici maddəsi metadonun ümumi miqdarı külli miqdar - 4 qram təşkil edən 100 ədəd metadon tərkibli dərman preparatını, Təqsirləndirilən şəxs1 isə 09 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 900 manat pulu polis əməkdaşlarına təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 verdiyi məlumata əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları həmin ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşları ilə birlikdə qaçmağa cəhd edən Təqsirləndirilən şəxs2 həmin gün saat 16.00-da yeməkxananın həyətində dayanmış «Hyundai Sonata» markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında yaxalamış, baxış zamanı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı və polis əməkdaşlarını gördükdə məsuliyyətdən yayınmaq üçün yerə atdığı bir ədəd sellofan bükümdə zavod üsulu ilə hazırlanmış, üzərində «F/M40» yazısı həkk olunan qəhvəyi rəngli, dairəvi formalı, hər bir həbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qram olmaqla külli miqdar - 3,2 qram təşkil edən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan 80 ədəd metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüş, qeyrisi isə hadisə yerindən qaçmağa nail olmuşdur. Hökmdən məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilərək, ilk məhkumluğunun, şəxsiyyətini xarakterizə edən halların, ailədə tək işləyən şəxs olmasının, ata və anasının xəstə olmasının nəzərə alınaraq ona cinayət əməlinin tövsif olunduğu maddələrin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinə əlavə verərək, CM-nin 206.3.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini və həmin maddə ilə ona bəraət verilməli olduğunu, digər maddələr üzrə ona təyin edilmiş cəzanın isə onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinin ağırlığına uyğun olmadığını qeyd etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək, onun barəsində cinayət işinə yenidən və düzgün baxılmasını xahiş etmişdir. Müdafiəçi Xanlar Qafarov məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayətinə əlavə verərək, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət əməllərini törətməsini təsdiq edən mötəbər sübutların mövcud olmadığını qeyd edərək, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum Təqsirləndirilən şəxs3 bəraət verilməsini xahiş etmişdir. Hökmdən cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü məhkumlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinə verdiyi əlavədə, CM-nin 206.3.2-ci maddəsi ilə ona bəraət verilməsini, müdafiəçi Xanlar Qafarov isə məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayətinə verdiyi əlavədə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələbləri baxımından məhkumlar - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirinin iş üzrə qanuni əsaslarla toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mümkün sübutlarla tam təsdiq olunduğunu nəzərə alaraq, onlara qeyd olunan maddələr üzrə bəraət verilməsi haqqında şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Qərarda habelə qeyd edilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Göstərilənlərə əsasən, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməllərinin hüquqi tövsifinin mübahisələndirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətinin protokollarını, ekspert rəylərini, maddi sübutları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, məhkumların və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə müqayisəli şəkildə prosessual əsaslarla qiymət verərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməllərini Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə müəyyən edilməmişdir. Məhkəmənin ittiham hökmü ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi, məhkəmə istintaqı zamanı tədiq edilmiş və biri-digərinə uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilmişdir. Odur ki, məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2ci maddəsilə və məhkum Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə bəraət verilməsi haqqında apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın həddini onların şəxsiyyətinə, törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini düzgün müəyyən etmişdir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən edilir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinin tələbləri nəzərə alınmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası işin konkret hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərini və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsini, ədalət prinsipini və sosial ədalətin bərpasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini düzgün nəzərə alan birinci instansiya məhkəməsi, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində cəzanın məqsədlərini təmin edən qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». İş üzrə maddi və prosessual qanunvericiliyinin normalarının tətbiqi ilə bağlı pozuntular müəyyən edilməmişdir. Odur ki, verilmiş apellyasiya şikayətləri məhkumlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 münasibətdə birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Apellyasiya şikayətlərii təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-268/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-268/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver