Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-268/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X4 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-250/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhər Nərimanov Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(005)-250/2022 saylı hökmü ilə (sədrlik edən H.E.Kamranov) 14 dekabr 1984-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Şahid2 küçəsi, ev 203B, mənzil 8 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən onun üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasını daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, cinayət işi üzrə maddi sübut - 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manatın Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Bakı İstintaq Təcridxanasında saxlanıldığı zaman onunla bir kamerada saxlanılan Şahid4 ilə tanış olub, 2020-ci ilin mart ayında azadlığa çıxdıqdan sonra sonuncunun arvadı Zərərçəkmiş şəxs və oğlu Şahid2 ilə telefon əlaqəsi saxlayıb görüşdükdə Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinin yaxın qohumu ilə dost olmasını, həmin şəxsin köməkliyi ilə özünün azadlığa çıxmasını, həmin şəxsin vasitəsilə Şahid4 kömək edib onu əvvəlcə «ev dustaqlığı»na buraxdıracağına, sonra isə yaşı ilə əlaqədar əfv etdirəcəyinə yalandan vəd verib inandırmaqla aldadaraq 05 oktyabr 2020-ci il tarixdə ünvan 2 ünvanında Bakı Ağır Cinayətlər Məhkəməsinin qaşısında Zərərçəkmiş şəxs 17.000 manat, 07 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143 ünvanında yerləşən «Dubay Cars» avtosalonunun qarşısında Şahid2 3.000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, 20.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti verərək Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-250/2022 saylı hökmünün ləğv edilməsi və cinayət işinin məhkəmə aidiyyəti üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, bildirmək istəyir ki, Nərimanov rayon Polis Şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin icraatında olmuş ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.Verilmiş ittihama əsasən guya təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui istifadə edib xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda 17000 manat, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu ərazisində 3000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 20.000 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir.Tərəflərindən vəsatət verilərək cinayət işinin məhkəmə aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə vəsatət təmin edilməyib. İş materialları vərəq 6-7-də olan Zərərçəkmiş şəxs şikayət ərizəsindən, vərəq 8-9-da olan Zərərçəkmiş şəxs, onun oğlanları Samir və Cəmilin izahatından görünür ki, sonuncu epizod üzrə 3000 manat pulu Təqsirləndirilən şəxs Binəqədi rayonu, C.Xəndan küçəsi 42-də vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs Binəqədi rayonu, C.Xəndan küçəsi 42-də Şahid2 pul verdiyi yeri göstərir.İş materialları vərəq 33-34-də olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2020ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda 17000 manat, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu ərazisində 3000 manat pulunu dələduzluq yolu ilə mənimsəməsi faktı təsdiq olunmamış, bu səbəbdən əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir.Sonradan qərar ləğv edilmiş, araşdırılınası üçün istintaq orqanına verilmişdir. Təqsirləndirilən şəxs bildirir ki, Şahid4 və oğlu ona bildirmişlər ki, Nərimanov rayon İstintaq Şöbəsinin hazırki rəisi onların tanışıdır. Belə ki, həmin ərəfədə o, Nərimanov RPİ İŞ-nin rəisi təyin olunmuş və onlar Binəqədi RPİ İŞ-dən işin Nərimanov RPİ İŞ-nə gətirilməsinə nail olmuşlar. Hesab edir ki, hazırki cinayət işi tam əsassızdır, eyni zamanda aidiyyat qaydaları pozulmuşdur. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-250/2022 saylı hökmünün ləğv edilməsi, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödənildiyi üçün cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı qanunvericiliyin tələbləri nəzərə alınmaqla müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, hökm ləğv edilməli, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin ifadəsinin, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv araşdırılaraq, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadələr özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmişdir. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir.Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7 №-li qərarında göstərilmişdir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, xx.xx.2023-cü il tarixli, 23424 nömrəli “Kapital Bank” ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 5000 manat X2 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişdir. Həmçinin iş materiallarında olan, notarial qaydada təsdiq olunmuş **********231 saylı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş zərər tam ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 398.1.3-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-250/2022 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyəri 300 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-250/2022 saylı hökmü ləğv edilsin, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 300 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №1(103)-268/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-268/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver