Məhkəmə qərarları › İş №1(103)-273/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-273/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-273/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və Müdafiəçisi Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-in 180.1ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 2 ünvanda yerləşən 281 saylı tam orta məktəbin yanında piyada hərəkət edən Zərərçəkmiş şəxs əlindən 50 manat dəyərində pul kisəsini içərisində 28 manat nağd pul, içərisində 5 manat balans olan metro kartı, digər mağaza kartları və 01 ədəd qara rəngli satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlar olmayan və istifadədə olan 170 manat dəyərində “Samsung Galaxy J6+” markalı mobil telefonu üzərində 8 manat dəyərində olan (055) ***-**-** saylı mobil nömrəsi ilə birlikdə dartaraq alıb qaçmaqla Zərərçəkmiş şəxs 261 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,797 qram və 5,117 qram olmaqla, ümumi təmiz çəkisi 7,914 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün xx.xx.2022-ci il tarixdə saat 12:00-da ünvan 3 ünvanda saxlanılaraq ərazi üzrə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,797 qram və 5,117 qram, ümumi təmiz çəkisi 7,914 qram qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək, ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətinin dəqiqləşdirirək özünü Azərbaycan Respublikası CM-in 180.1 və 234.1-ci maddələri ilə təqsirli bildiyini, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün dəyişdirilərək, əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və aşağı cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apelyasiya şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-in 180.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, birinci instansiya məhkəməsi zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə isə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 281 saylı orta məktəbin yaxınlığında əlində alış-veriş sellofanları ilə piyada gedən və əlində pul kisəsi olan bir nəfər qadının əlindən pul kisəsini alaraq qaçmışdır. Pul kisəsinin içərisində 30 manat nağd pul və “Samsung” markalı mobil telefon olmuşdur. 30 manat pulu və mobil telefonu götürüb pul kisəsini yolun kənarına atmışdır. Mobil telefonun üzərində olan iki mobil nömrəni çıxarıb atmış və mobil telefonu Hövsan qəsəbəsində yerləşən tanımadığı telefon mağazalarından birinə 15 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Birinci instansiya məhkəməsi zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı evin yaxınlığında olan “Araz” marketdə bazarlıq etdikdən sonra piyada hərəkət edərək 281 saylı orta məktəbin yanında olan zaman bir nəfər tanımadığı oğlan onunla üzbəüz gəlib ona diqqətlə baxıb yanından ötüb keçmiş və yanından keçdikdən bir neçə saniyə sonra arxadan onun sol əlində olan qara rəngli pul kisəsinin dartıldığını hiss etmiş və geriyə döndükdə yanından keçən həmin tanımadığı oğlanın onun sol əlində olan pul kisəsini dartdığını görmüşdür. Həmin oğlan əlindəki pul kisəsini dartıb alaraq qaçmış, qışqıraraq sonuncunun arxasınca qaçmış və pul kisəsinin içərisində olan telefonu qaytarmasını demiş, lakin həmin oğlan qaçaraq uzaqlaşmışdır. Ətrafda olan tanımadığı şəxslərə həmin oğlanı saxlamalarını desə də kömək edən olmamışdır. Hadisə barədə ailə üzvlərinə və DİN-in 102 xidmətinə məlumat vermişdir. 50 manat dəyərində qara rəngli pul kisəsinin içərisində 28 manat nağd pul, içərisində 5 manat balans olan metro kartı, digər mağaza kartları və iki il əvvəl 490 manata aldığı, hazırda isə 300 manat dəyərində olan və üzərində 8 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung Galaxy J6 Plus” markalı mobil telefon olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 391 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə zamanı ona heç bir xəsarət yetirilməmişdir. Birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Hövsan qəsəbəsi, 281 saylı orta məktəbin yaxınlığında baş vermiş soyğunçuluq hadisəsində Təqsirləndirilən şəxs şübhəli olması barədə xx.xx.2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qurupu yaradılmışdır. Həmin gün saat 12:00-da ünvan 3 ünvanda binanın qarşısında Təqsirləndirilən şəxs əməliyyat qurupu tərəfindən saxlanılaraq 30-cu Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuş və sonuncu qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmiş və bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və xx.xx.2022-ci il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin 02 ədəd büküm götürülərək qablaşdırılmış və keçirilmiş əməliyyat tədbirinə dair tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən hər hansı fiziki və ya psixi təsirə məruz qalmamışdır. İş materiallarında olan: - Əşyanın könüllü təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 soyğunçuluq yolu ilə əldə edilərək ona satılmış bir ədəd “Samsung Galaxy A6+” markalı mobil telefonu istintaqa könüllü olaraq təqdim etmiş və həmin mobil telefona baxış keçirilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur. - Əşyanın tanınması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Samsung Galaxy A6+” markalı mobil telefon zərərçəkmiş şəxsə tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin mobil telefonu tanıyaraq ona məxsus olduğunu və hadisə zamanı açıq yolla talanmış pul kisəsinin içərisində olan mobil telefon olduğunu təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. - Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 9/5401 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertzia tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, “Samsung Galaxy J6+” markalı mobil telefonu satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 170.00 manat müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkum edilmiş şəxsin özünün etirafı və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünün 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilərək sonuncunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi zamanı məhkum edilmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün hər biri 20 manat olmaqla cəmi 40 manata iki ədəd bükümdə narkotik vasitə heroin alıb üzərində saxlamışdır. Həmin gün təxminən saat 12 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 17 a saylı binanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində şəxsiyyəti müəyyən edildikdən sonra ona videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyi bildirmişdir. Hüquq və vəzifələri izah edilmiş, sonra xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirilərkən, polis əməkdaşlarının təklifi ilə könüllü olaraq üzərində saxladığı 02 ədəd şəffaf sellofona bükülmüş bükümləri təqdim etmiş və həmin bükümlərdə narkotik vasitə olduğunu bildirmişdir. Narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılaraq möhürlə möhürlənmiş və bu barədə tərtib edilmiş protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Narkotik maddələrin satışı ilə məşğul olmamış, yalnız öz istifadəsi üçün narkotik maddəni əldə etmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncunun əlindən pul kisəsini alaraq qaçmış və heç bir zor tətbiq etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur - Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və xx.xx.2022-ci il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. - Məhkəmə fiziki-kimyəvi ekspertiza üzrə 6/2954 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №194” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,797 qram və 5,117 qram olmaqla, ümumi təmiz çəkisi 7,914 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 3800 saylı 14 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür - Ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 1508 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu qeyd olunur. Onda aşkar edilən “isterik tipli şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir, Hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.3 və 22ci maddələrinin təsiri altına düşmür. Onun əməlləri Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İlk öncə nəzərə alınmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. İş materiallarından görünür ki, qeyd edilmiş narkotik vasitələrin məhkumun üzərindən çıxması etiraf edilsə də, həmin maddələrin satış üçün olması sonuncu tərəfindən bütün ifadələrdə təkzib etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum edilmiş şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən şahid ifadələrini, ekspertiza rəylərini və digər istintaq materiallarını əsas götürmüş, lakin Təqsirləndirilən şəxs göstərilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsini əsaslandırmamışdır. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən əsaslandığı halların heç birində sonuncunun məhz narkotik vasitələrin satışı ilə məşğul olması öz əksini tapmamışdır. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan üç amildən heç biri hazırkı cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarındakı tövsiyələrə də uyğundur. Həmin Qararda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Azərbaycan Respublikası CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsin üzərindən aşkar edilərək götürülmüş narkotik maddə məhz satış məqsədilə qanunsuz olaraq əldə edilib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş narkotik maddənin satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli 516- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, xx.xx.2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 434) ilə yeni məzmunda 234.1-1-ci maddəsi əlavə edilmişdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd edir ki toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 124.2-ci maddəsinə görə, cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlərin aid edildiyini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə gəldikləri nəticə həmin əsaslarla onun barəsində ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Qeyd olunan maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi, həmin Məcəllənin 351.2-ci maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanması barədə tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki Təqsirləndirilən şəxs əməlində satış məqsədinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, habelə əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin məcəllənin 8-ci maddəsi ilə cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin məcəllənin 28-ci maddəsi ilə təsbit edilmiş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız həmin Məcəlləyə uyğun müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatı həyata keçirilərkən, şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyulmuşdur. Beləliklə, hazırda apellyasiya baxışı zamanı Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əməli həmin Məcəllənin 234.1.1-ci maddəsinə tövsif edilməklə cəza təyin olunmalıdır. Həmin məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.5- ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir Məhkəmə kollegiyası cinayət işinin obyektiv və subyektiv hallarını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, məhkum edilmiş şəxsin əməlində təhlükəli residivin olmasını da nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunacağı halda ədalətli olmaqla, onun islah olunmasını və cəzanın məqsədini təmin edəcəkdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə X2 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 03 saylı vəkil bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-in 180.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə X2 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 03 saylı vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar