Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-276/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmündən Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə (X1 (sədrlik edən), X10 və X3 ibarət tərkibdə) xx xxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin 22 aprel 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə həmçinin qətimkan, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, o istintaqa məlum olmayan mənbədən 21 aprel 2022-ci il tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 2,363 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, saxlayaraq daşımış, 22 aprel 2022-ci il tarixdə saat 19 radələrində Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə gətirilmiş və üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 2,363 qram kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər-hansı əməliyyat məlumatı daxil olmamış, onun üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, narkotik vasitə istifadəçisi olması, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, narkomaniya xəstəliyindən əziyyət çəkməsini bildirmiş; əməliyyat tədbiri zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə ekspert rəyində onda opioidlərin qəbulu nəticəsində asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, onun istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə baxışı zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş psixotrop maddənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, aşkar edilmiş narkotik vasitə heroin 2,363 qram olmaqla 1 bükümdə olmuş, istintaq orqanı tərəfindən və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs, yəni istehlakçı müəyyən edilməməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Hökmdən Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Apelyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına uyğun olmayan, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq şöbəyə gətirilmiş, onun üzərində heç bir narkotik maddə olmamış və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini polis əməkdaşlarının təzyiqi altında vermiş və həmin ifadələrini təsdiq etmir. Əsl həqiqətdə isə heç bir cinayət əməli törətməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmiş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini cinayət işinin materiallarına və işin fatkiki hallarına daha uyğun hesab edərək qəbul etmişdir. Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından 16 dəfə artıq miqdarda narkotik vasitə heroini əldə edərək, bir günlük özünə lazım olacaq dozada deyil, bütövlükdə götürüb üzərində saxlamaqla daşıması satış məqsədinin mövcud olmasını təsdiq edir. Cinayət işinin ibtidai istintaqı zamanı əldə edilmiş və məhkəmə baxışı zamanı da tədqiq olunmuş yuxarıda şərh olunan sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Lakin buna baxmayaraq məhkəmə işin faktiki hallarına uyğun olmayan, özünün mülahizələrinə əsaslanan dəlillər gətirməklə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmələr tərəfindən külli miqdarda narkotik vasitənin, həmçinin psixotrop maddənin satışı ilə məşğul olmada ittiham olunan bir şəxsin əməli CM-in daha yüngül maddəsi ilə tövsif edilərkən baxılan cinayət işinə məsuliyyətlə yanaşılmalı, mülahizələrə, şəxslərin əsassız fikirlərinə deyil, qanunamüvafiq şəkildə toplanmış sübutlara qanunda nəzərdə tutulmuş qaydada qiymət verilməklə əsaslanaraq müvafiq nəticəyə gəlinməlidir. Əks təqdirdə qəbul edilmiş qərarlar dövlətin bu sahədə apardığı siyasətin effektivliyinə zərbə endirmiş olur. Apellyasiya protestinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsili bilinib həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə barəsində yeni ittiham hökmünün çıxarılmasını, xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəflərin çıxışlarını dinləyib, cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Hökmün Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi dövlət ittihamçısı tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 5 il narkotik vasitə istifadə etmişdir, 21 aprel 2022-ci it tarixdə saat 18 radələrində narkotik vasitə istifadə etmək üçün Bakı şəhəri Nəsimi rayonu "Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi “Cavid” adlı şəxsi təsadüfən görərək ona yaxınlaşmış və Caviddən 50 manat qarşılığında 1 bükümdə “kakos” almışdır. Həmin bükümü daha sonra istifadə etmək üçün üzərində saxlamışdır, 22 aprel 2022-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanın qarşısından keçdiyi zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək ondan özünü təqdim etməsini təklif etmişlər. Üzərində narkotik vasitə olduğu üçün həyəcanlanaraq oradan uzaqlaşmaq istəmiş, bu zaman polis əməkdaşları onu saxlayaraq 18-ci PŞ-yə onlarla birlikdə getməyi təklif etmişlər və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. PŞ-də olarkən artıq heç bir çıxış yolu görmədiyindən, narkotiki gizlətməsinin mənasız olduğunu düşünüb onlara üzərində “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu demişdir. Təthqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələrim izah edilmiş və bundan sonra onun xahişi ilə dövlət hesabına vəkil- müdafiəçi dəvət edilmiş və dəvət edilmiş vəkilin iştirakı ilə onun video çəkilişlə üzərinə şəxsi axtatış keçiriləcəyi barədə qərarla tanış edilmişdir. Şəxsi axrarışın keçirilməsinə etiraz etməmiş və bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarışın keçirilməsi başlanmış və şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetlər varsa təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra, göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə, gümüşü siqaret kağızna bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni çıxararaq könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu etiraf etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə təhqiqatçı tərəfindən polis əməkdaşları, vəkil və onun iştirakı ilə boş zərfə qoyaraq qablaşdırılmış, möhürlənmiş və qablaşdırmanın üzəri iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxtı narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni aldığı şəxsin anket məlumatlarını bilməmiş, onu ancaq təxmini olaraq üzdən tanıya bilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olunmamışdır. Səmimi olaraq hər şeyi etiraf etmiş və etdiyi əmələ görə peşmandır. Birinci instansiya məhkəməsində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 aprel 2022-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə birlikdə saat 19:00 radələrində Nərimanov rayonu, Qarabağ küçəsi 8 ünvanda xidmətdə olduğu zaman, əvvəllər tanımadığı bir nəfər şəxsin hərəkətləri, gözlərinin forması, bədən quruluşu və davranışları ilə narkotik vasitə aludəçisinə bənzədiyindən sonuncuya yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərkən rabitəsiz şəkildə danışmış və hadisə yerindən yayınmaq istədiyi üçün saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişdir. PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuş və sonuncu təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış, hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, sonuncu vəkili ilə birlikdə qərarla tanış olmuşdur. Təqsirləndirilən şəxs etiraz etməmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılan zaman sonuncuya üzərində qanunla qadağan olunmuş əşyalar olduğu təqdirdə könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü siqaret kağızına bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni təqdim etmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, iştirakçılara oxunmuş və doğruluğu imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyaraq möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən hər hansı qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. İş materiallarından olan 22 aprel 2022-ci il tarixli axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, X13, Şahid2 və müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəklişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində ehtimal edilən qanunsuz saxlanılan əşyaları təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Ə.Güləhəmədovun iştirakı ilə qablaşdırılaraq götürülmüş və boş zərfə qoyularaq möhürlə möhürlənmişdir. Ə.Güləhəmədovun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə vaxtı hər hansı bir qanun pozuntusunu yol verilməsi müəyyən edilməmişdir Videodiskə baxış keçirilməsi haqqında 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 22 aprel 2022-ci il tarixdə polis əməkdaşları X13, Şahid2 və müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Təqsirləndirilən şəxsıın üzərinə şəxsi axtarış keçirilmiş, sonuncu üzərinə video-çəkilişlə şəxsi axtarış keçiriləcəyinə dair qərarla tanış edilmiş və vəzifələri izah edildikdən sonra şəxsi axtarış və götürmə başlanmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində ehtimal edilən qanunsuz saxlanılan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Ə.Güləhəmədovun iştirakı ilə qablaşdırılaraq götürülmüş və boş zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs Ə.Güləhəmədovun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə vaxtı hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertiza üzrə 22 aprel 2022-ci il tarixli, 6/2327 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,363 qram tünd qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji yoxlama üzrə 23 aprel 2022 il tarixli 3459 saylı ekspert rəyindən görünür ki, X2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası bükümlə bağlı qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs üzərindən çıxmış bir ədəd bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 2,363 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroinin bir bükümdə olması, narkotik vasitənin külli miqdar təşkil etməsi qeyd edilmiş əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı hüquq mühafizə orqanlarına hər hansı əməliyyat məlumatı daxil olmamış, iş materialları ilə narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir və məhkum sadəcə saxlanılan zaman özünü şübhəli apardığına görə polis əməliyyat müvəkkilləri onu Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinə dəvət edildikdən sonra onda bir ədəd bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 2,363 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin aşkar edilmişdir və bu hal Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 2,363 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroinin şəxsiyyəti istintaqa məlum olmayan anket məlumatlarını bilmədiyi “Cavid” adlı şəxsdən almaqla ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncudan satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göründüyü kimi istər ibtidai istintaq zamanı verdikləri ifadələrində, istərsə də birinci instansiya məhkəməsində verdikləri ifadələrində iş üzrə dindirilmiş polis əməkdaşları kimi Şahid2 və Şahid1 narkotik maddələrin satışı ilə məşqul olmasına və ya aşkar edilmiş narkotik maddələrin satış üçün nəzərdə tutulmasına dəlalət edən heç bir ifadə verməmişlər. Apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Apellyasiya protestini diqqətlə nəzərdən keçirdikdə görünür ki, dövlət ittihamçısı əməlin tövsifi ilə razılaşmamış və yalnız bir dəlilə istinad etmişdir ( əldə olunan narkotik maddənin miqdarının şəxsi istehlak miqdarından 16 dəfə çox olması). Daha sonra protestində qeyd etmişdir ki, satış məqsədi sübut olunsa da məhkəmə işin faktik hallarına uyğun olmayan, özünün mülahizələrinə əsaslanaraq əməli daha yüngül maddəyə tövsif etmişdir. Məhkəmə kollegiyasi bir daha vurğulayır ki, tək narkotik maddənin miqdarı əməlin satış məqsədiylə narkotik maddənin əldə etməsiylə tövsif edilməsinə kifayət etmir, əksinə apellyasiya protesti mülahizələrə əsaslanır, konkret dəlillər göstərilmir və xüsusiylə də cinayət prosessual məcəlləsinin sübutların qiymətləndirilməsi prinsipi və sübutların kifatət etməsi maddəsinin normaları nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlərin aid edildiyini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə nəticələri narkotik vasitəni satması kimi qiymətləndirməklə və həmin əsaslarla onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı müzakirə edərək məhkəmə kolleqiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində, məhkumun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli xarakter və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayət kateqoriyasına aidddir, törədiliməsi şəraitinə görə heç bir müstəsnalığı ilə fərqlənmir və təqsirkarın şəxsiyyətinə görə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 5 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 18 (on səkkiz) saat üçün cəmi 108 (yüz səkkiz) manat Müdafiəçi2 zəhmət haqqı ödənilməsi üçün dövlət büdcə vəsaiti hesabına onun işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Elmar Rəhimov
Məhkəmə qərarları › İş №1(103)-276/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-276/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver