Məhkəmə qərarları › İş №1(103)-28/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-28/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-28/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Zəki Baba oğlu Babayevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı2, Azərbaycan Respublikası Baş X1 Nəzarət İdarəsinin prokuroru X24, Zərərçəkmiş şəxsin hüquqi varisi X12, Məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1958-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 49 mənzil 66/68-də qeydiyyatda olan və Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 158 mənzil 26da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair 20 oktyabr 2014-cü tarixli, 1(101)-137/2014 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər M.M.Ağalarovun sədrliyi ilə, Ə.M.Abasov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) 20 oktyabr 2014-cü il tarixli, 1(101)-137/2014 saylı hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzasının başlanğıcı 24 may 2013-cü il tarixdən hesablaqmaqla və cəzasını həbsxanada çəkməklə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin iş üzrə ekspertiza xərci 550 (beş yüz əlli) manat təqsirləndirilən şəxs Məhkum tutularaq dövlət büdcəsinə keçirilməsi və iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində saxlanılan “Finlepsin” və “Amitriptilin” dərman vasitələrinin hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilərək məhv ediməsi, tibbi sənədlərin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum Bakı şəhərində mənzillərin alqısatqısı və kirayəyə verilməsində qeyri-rəsmi vasitəçilik fəaliyyəti ilə məşğul olarkən, 2007-ci ilin yanvar ayında yaşadıqları evə kirayəçi tapmaq üçün müraciət etmiş, Zərərçəkmiş şəxs1 ilə tanış olmaqla, sonuncunun yaşadığı evə mütəmadi gedib-gələrək onunla qeyri-rəsmi ər-arvad münasibətində olmuş, bu münasibətdən istifadə edib Zərərçəkmiş şəxs1 adına sənədləşdirilmiş, faktiki olaraq isə bacısı Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 158 nömrəli binanın 26 saylı 04 otaqlı mənzili və Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanda olan evini ələ keçirib satmaq istədiyindən, onun bu hərəkətlərinə həmin mənzildə yaşayan Zərərçəkmiş şəxs1 bacısı X25 narazılıq etmiş, bacısı Zərərçəkmiş şəxs1 ondan ayrılmağı və evə gətirməməyi, evdən qovmasını tələb etməklə yanaşı, bu barədə Türkiyədə yaşayan bacısı Zərərçəkmiş şəxs4 telefonla zəng edib bildirmişdir. 2007-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs4 Bakı şəhərinə gəlmiş və bu hərəkətlərinə görə bacısı Zərərçəkmiş şəxs1 ilə mübahisə edib dalaşmış, onu isə evdən qovmuş və qanunsuz hərəkətləri barədə Bakı şəhəri Yasamal rayon polis idarəsinin 29-cu polis bölməsinə şikayət etmiş, bununla bağlı yoxlama aparılmış, Nazilə və İndira Yahyayeva bacıları, onlarla bir evdə yaşayan mərhum qardaşlarının qızı X15 onun bu qanunsuz hərəkətləri barədə izahatlar vermiş, araşdırma zamanı ondan bir daha həmin evə getməmə barədə iltizam alınmasına baxmayaraq 2008-ci ilin avqust ayının sonlarında yenidən Zərərçəkmiş şəxs1 evinə gedib-gəlmiş və həmin vaxtı «kəskin sensor polineyropatiya və kəskin ağrı sindromu, beloma fəqərələrinin osteoxondrozu, bel-oma radikulopatiyası» diaqnozu ilə xəstələnmiş və 09 sentyabr 2008-ci il tarixdən 27 sentyabr 2008-ci il tarixədək Bakı şəhəri Əfəndiyev adına 4 saylı kliniki xəstəxananın sinir xəstəlikləri şöbəsində stasionar müalicədə olmuşdur. Nazilə və İndira Yahyayevalarının onu qəsdən öldürmək məqsədilə zəhərlədiklərinə yanlış qənaətə gəlməklə, onlardan qisas almaq və tamah məqsədi ilə Zərərçəkmiş şəxs1 adına sənədləşdirilmiş, lakin faktiki olaraq bacısı Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 158 nömrəli binanın 26 saylı 04 otaqlı mənzili ələ keçirib satmaq üçün Samirə Yahyayeva və Zərərçəkmiş şəxs1 zəhərləyərək qəsdən öldürmə niyyəti ilə 2008-ci ilin oktyabr ayının təxminən 07-də istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq əldə etdiyi antidepressiv qrupuna aid «Finlepsin», «Amitriptilin» və digər naməlum etiologiyalı dərman preparatlarını Zərərçəkmiş şəxs1 yaşadığı evə gətirmiş, onları aldadaraq dərman preparatlarının qəbul edilməsi gecələr rahat yatmağa kömək etdiyini və özünün bu dərman preparatlarını qəbul etdiyini yalandan bildirmişdir. Samirə Yahyayeva və Zərərçəkmiş şəxs1 onun verdiyi dərman preparatlarını qəbul etdikdən sonra 10 oktyabr 2008-ci il tarixdə kəskin dərman zəhərlənməsi diaqnozu ilə Bakı şəhəri M.Əfəndiyev adına 02 saylı kliniki xəstəxanasının toksikologiya mərkəzinə yerləşdirilmiş və Samirə Yahyayeva 14 oktyabr 2008-ci il tarixdə xəstəxananın reanimasiya şöbəsində ölmüş, Zərərçəkmiş şəxs1 isə səhhəti ağır olduğundan həkimlər 18 oktyabr 2008-ci il tarixdə reanimasiya şöbəsinə köçürmək istədikdə Məhkum özünü xəstənin qohumu kimi təqdim etməklə buna imkan verməmiş, Zərərçəkmiş şəxs1 səhhətinin ağır olduğundan öləcəyinə əmin olmuş və bundan tələsik istifadə edərək Zərərçəkmiş şəxs1 adına olan 175.000 manat dəyərində mənzili qohumu X9 150.000 ABŞ dollarına almasını təklif edib, sonuncunun razılığını aldıqdan sonra 16 oktyabr 2008-ci ildə axşam saatlarında Bakı şəhəri 19 saylı Notariat kontorunun dövlət notariusu X2 həmin xəstəxanaya aparıb Zərərçəkmiş şəxs1 mənzilə sərəncam vermək, satmaq, bağışlamaq və dəyişmək hüquqlarını ona etibar etməsi barədə etibarnamə almış və 17 oktyabr 2008-ci il tarixdə bu etibarnamə əsasında mənzili həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 120.000 manat təşkil edən 150.000 ABŞ dollarına qohumu X9 qeyri-rəsmi satmaqla, əldə etdiyi pulu şəxsi ehtiyacına xərcləmişdir. Lakin, Zərərçəkmiş şəxs1 21 oktyabr 2008-ci il tarixdə öldüyündən etibarnamənin qüvvəsinə xitam verilmiş və bu səbəbdən mənzili Mafəddin Sultanova satması barədə alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq edə bilmədiyindən, qanunsuz olaraq öz ailəsini həmin mənzilə yerləşdirmiş, bununla da iki şəxsi, yəni Samirə və Aidə Yahyayevləri tamah məqsədi ilə qəsdən öldürmüşdür. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014-cü tarixli, 1(101)-137/2014 saylı hökmündən Məhkum müdafiəçisi X26 apellyasiya şikayəti verərək, məhkəmə baxışının qismən məhkəmə istintaqı ilə aparılmaqla, hökmün ləğv olunaraq məhkuma bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin hökmü şübhələr və fərziyyələr əsasında qurulduğundan, qanunsuz və əsassızdır. Belə ki, məhkəmə istintaqında Aydın Qərhəmanov özünü elan edilmiş ittihamda təqsirli bilməmiş və ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə göstərilən xüsusatları təkzib etmişdir. Adı çəkilən dərmanlar zəhərli olmamaqla terapevtik müalicəvi dərmanlar olmuş və tərkibində zəhərli elementlər müşahidə edilməmişdir. Aydın Qərhəmanov ifadələrində onun, Samirə və Aidə Yahyayevlərin xörəyinə bacıları İndiranın zəhər qatmasını göstərdiyi halda, ibtidai istintaq zamanı və məhkəmədə bununla bağlı araşdırma aparılmamışdır. Onun mərhumlara ittihamda göstərilən dərmanları verməsi özünün etirafından başqa heç bir sənəd və şahid ifadəsi ilə təsdiq edilməmişdir. Məhkəmədə dindirilmiş Təranə Məmmədova öz ifadəsində 09 oktyabr 2008-ci il tarixdə saat 17 radələrində Aidənin xəstə olması ilə bağlı Samirənin xahişi ilə onlara gəldikdə, Aidənin yatdığı otaqdakı masa üzərində bir ədəd novokainin, bir ədəd dimidrolun boş şüşəsi və bir ədəd işlənmiş şpris görmüş, Aidə həkimin həmin iynəni ona vurduğunu demişdir. Lakin, bu məsələ ilə bağlı araşdırma aparılmamışdır. Əczaçılıq və əmtəəşünaslıq ekspertizasının 25 iyul 2013-cü il tarixli rəyinə əsasən, «fillipsin» adlı dərman vasitəsi epilepsiya əleyhinə farmakoterapevtik qrupuna, «amipriptilin» dərmanı isə antidepressant farmakoloji qrupuna aid dərman vasitəsidir. Fiziki kimyəvi ekspertizasının 09 aprel 2013-cü il tarixli rəyinə görə adı çəkilən dərman preparatları istifadə edilməmiş və həmin dərman nümunələrində zəhərli ağır metal elementləri aşkar edilməmişdir. Məhkum ittihamında onun Aidəni və Samirəni bu dərmanlarla zəhərləyib öldürdüyü göstərilmişdir. Həmin dərmanlar bütün apteklərdə satılır. Samirənin qardaşı Cavid 2001-ci, atası Mustafa isə 2007-ci illərdə naməlum xəstəliklərdən ölmüşlər. Eksqumasiya zamanı onların ölümünə səbəb ağır metal duzları qurğuşun və arsen birləşməsi olmuşdur. Məhkum ifadəsinə əsasən, Aidənin bacıları Nazilə və İndira ilə arasında mübahisə və çəkişmələr olmuş, bu barədə Yasamal rayon məhkəməsində işə baxılaraq İndiraya dair ittihamedici hökm çıxarılmışdır. X59 səfirliyinə müraciət etməklə Nazilənin Azərbaycana gəlməsinə qadağa qoyulmasını xahiş etmişdir. Bu hallar da yoxlanılmamış, hər iki mərhumun cəsədlərində qurğuşun duzunun hansı yolla və kim tərəfindən verilməsi əməliyyat-axtarış tədbirləri və istintaq yolu araşdırılmamışdır. 19 saylı notariat kontorunun notariusu Hüseynağa Hüseynov məhkəmə iclasında öz ifadəsində Məhkum ifadəsində mənzilə dair göstərdiyi etibarnamə almaq epizodu üzrə göstərdiyi halları təsdiq etməklə, 16 oktyabr 2008-ci il tarixdə xəstəxanaya Aydınla gedib xəstə Aidənin səhhətinin normal olmaqla notariat əməliyyatının aparılmasına imkan verdiyini, bu səbəbdən Aidənin mənzilini Aydına verməsini təsdiq etdiyini bildirmişdir. Nazilə və X8 70.000 ABŞ dolları pulu olması ilə bağlı ifadələri ziddiyyətli olduğundan şübhəlidir. Lakin, istintaq orqanı və məhkəmə bu məsələni dəqiqləşdirməmişdir. Məhkum ifadələrində və ərizələrində özü də baş vermiş hadisədən əvvəl Aidə və Samirə ilə birlikdə yemək yeməklə xəstələndiyini, müalicə olunduğunu və bir neçə dəfə qanı yuyulsa da tam sağalmadığını göstərmişdir. Aidənin evində yemək yeyərkən, qidaya nəsə qatılmasından şübhələndiyindən, bu barədə Aidədən soruşduqda sonuncu ona özünün də bacıları İndira və Nazilədən şübhələndiyini bildirmişdir. Samirə və Aidəni Məhkum zəhərlədiyi halda, onda onun özünü kim zəhərləyərək öldürmək istədiyini istintaq orqanı aydınlaşdırıb hüquqi qiymət verməmişdir. Digər tərəfdən kiminsə kimə kömək etmək məqsədilə dərman verməsi Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin tərkibini yaratmır. Məhkum Aidəni tamah məqsədi ilə öldürmək istəmişsə, onda Samirəni hansı niyyətlə öldürmüşdür. İstintaq orqanı bu suala da cavab tapmamışdır. İşdən göründüyü kimi Zərərçəkmiş şəxs1 19 oktyabr 2008-ci ildən səhhətinin ağır olduğuna görə qardaşı Mehman Yahyayev tərəfindən evlərinə aparılmış və 21 oktyabr 2008-ci ildə yaşadığı evində vəfat etmişdir. Bu müddətdə ona kimin qulluq etməsi müəyyən edilməmiş, mərhumun xəstəxanada deyil, evində hansı şəraitdə ölməsi faktını istintaq aydınlaşdırmamışdır. İstintaq orqanı isə ilkin məhkəmə-tibbekspertizalarının rəylərinə heç bir əsas olmadan beş il keçəndən sonra təkrarən komission məhkəmə tibb-eskpertizası təyin edərək sənədlər üzrə rəy almış, həmin rəyləri əsas tutub ilkin rəylərlə sonrakı rəy arasında kəskin ziddiyyətlər və şübhələr yaratmışdır. İlkin rəydə Zərərçəkmiş şəxs1 ölümünə səbəb ağır metal olan qurğuşun duzu ilə zəhərlənməsi qeyd edildiyi halda təkrar komission ekspertizasının rəyində onun ölümünə səbəb kimi ağır metal duzu qurğuşunla zəhərlənmə deyil, güman etmə yolu adı cinayət işində göstərilən fillepsin və digər dərman maddələri ilə zəhərlənməsi göstərilmişdir. Ekspertizanın rəyi dəqiq olmalı və mülahizələrə əsasən verilə bilməz. Digər tərəfdən, rəy vermiş ekspertlər bilə-bilə yalan rəy verməyə görə məsuliyyət barədə xəbərdar edilir. İstintaq orqanı isə ilkin rəylər olduğu halda beş ildən sonra verilmiş rəyi əsaslı hesab etmiş, həmin ilkin rəyləri şübhə altına aldığı halda, mərhumların ekskumasiyasını keçirib onların bədənindən nümunələr götürülməsini təmin etməmişdir. Eksqumasiya edilərək meyitlərdən nümunələr götürülüb yenidən təkrar komission ekspertizalar keçirilməsi barədə məhkəmə qarşısında vəsatətlər qaldırılmasına baxmayaraq təmin edilməmişdir. Eyni zamanda, işin 8 cilddən və 1875 vərəqədən ibarət materialı ilə cəm şəklində üç gün ərzində tanış olması görünür. Bu isə inandırıcı deyildir. Hazırlıq iclasında müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi omadığından, icraata xitam verilməsi barədə vəsatəti təqdim etsə də, heç bir əsas olmadan təmin edilməmişdir. Hökmdən məhkum özü və zərərçəkmiş tərəf apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2015-ci il tarixli, 1(103)- 144/2015 saylı ilkin baxış qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı əlavə sübutlar tələb edilmədən və məhkəmə istintaqı aparılmadan məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2015-ci il tarixli, 1(102)-617-15 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2015-ci il tarixli, 1(103)-144/2015 saylı ilkin baxış qərarı ləğv edilmiş və apellyasiya şikayəti həmin məhkəmədə ilkin baxış mərhələsində yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2016-cı il tarixli, 1 (103)- 17/2016 saylı qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 20 oktyabr 2014-cü il tarixli, 1(101)-137/2014 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2017-ci il tarixli, 1(102)-1529/2017 saylı qərarı ilə Məhkum kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə təqsirli bilinib ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Məhkum haqqındakı Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 18 yanvar 2016-cı il tarixli, 1 (103)-17/2016 saylı qərarı verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2017ci il tarixli, 1(102)-1529/2017 saylı qərarında qeyd edilmişdir ki, Məhkum istinad edilən cinayətləri törətməkdə məqsədlərindən biri onun Bakı şəhəri, Zaur Kərimov küçəsində yerləşən 1 və 2 mərtəbəli, 9 otaqlı, 204.7 kv.m yaşayış, 51.6 kv.m köməkçi sahədən ibarət 206 nömrəli fərdi yaşayış evini ələ keçirmək olmuşdur ki, həmin evə dair çıxarışdan göründüyü kimi ev paylı mülkiyyət hüququ əsasında X16 və X17 məxsus olmuş, göstərilən evə zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və X3 mülkiyyət hüquqları olmamışdır. Belə olan halda, Məhkum Zərərçəkmiş şəxs1 və X10 öldürməklə həmin evi necə ələ keçirə bilərdi, evə mülkiyyət hüququ olmayan Zərərçəkmiş şəxs1 və X3 ölümü Məhkum bu evə sahiblənməyə və ya satmağı hansı hüququ verirdi, ev Zərərçəkmiş şəxs1 və Samirə Yahyayevanın mülkiyyətində olsaydı belə, onların ölümü Məhkum evə sahiblənməyə və ya onu satmağa imkan verirdi mi? Ali Məhkəmə həmçinin qeyd etmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 səhhətinin ağır olduğundan bundan tələsik istifadə edərək Zərərçəkmiş şəxs1 adına olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 158, 26 nömrəli, 175.000 manat dəyərində mənzili qohumu X9 150.000 ABŞ dollarına almasını təklif edib, sonuncunun razılığını aldıqdan sonra 16 oktyabr 2008-ci ildə axşam saatlarında Bakı şəhəri 19 saylı Notariat kontorunun dövlət notariusu X2 həmin xəstəxanaya aparıb Zərərçəkmiş şəxs1 mənzilə sərəncam vermək, satmaq, bağışlamaq və dəyişmək huquqlarını ona etibar etməsi barədə etibarnamə alması və 17 oktyabr 2008-ci il tarixdə bu etibarnamə əsasında mənzili həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 120.000 manat təşkil edən 150.000 ABŞ dollarına qohumu X9 qeyrirəsmi satmaqla, əldə etdiyi pulu şəxsi ehtiyacına xərcələməsi, lakin, Zərərçəkmiş şəxs1 21 oktyabr 2008-ci il tarixdə öldüyündən etibarnamənin qüvvəsinə xitam verildiyinə görə mənzili Mafəddin Sultanova satması barədə alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq edə bilməməsi və qanunsuz olaraq öz ailəsini həmin mənzilə yerləşdirməsi barədə kifayət qədər sübut vardır və Məhkum bu mənzili qanunsuz ələ keçirmək istəməsi barədə sübutlar heç bir şübhə doğurmur. Lakin burada bir anlaşılmazlıq yaranır. Əgər Məhkum 18 oktyabr 2008-ci il tarixdə Zərərçəkmiş şəxs1 ölümünə əmin olmuşdursa, niyə sonuncunun adına olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 158, 26 nömrəli mənzilini iki gün qabaq, 16 oktyabr 2008-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat kontorunun dövlət notariusu X2 həmin xəstəxanaya aparıb mənzilə dair yuxarıda qeyd edilən etibarnaməni almışdır? Məhkumun qəsdi nə vaxt yaranmış, qəsd nəyə və ya kimə yönəldilmişdir? Məhkumun qəsdi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 158, 26 nömrəli mənzilini ələ keçirmək məqsədilə Aidə və Samirə Yahyayevaları qəsdən öldürməsinə, yoxsa Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə onun əmlakını ələ keçirməsinə yönəlmişdir. Hazırki halda cinayətin motivi barədə gəlinmiş nəticə əsaslı hesab oluna bilməz. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspetizasının 21 oktyabr 2008-ci li tarixli 146 saylı rəyində Zərərçəkmiş şəxs1 ölümünə səbəb ağır metal qurğuşun duzu ilə zəhərlənmə olması göstərilmişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın, beyinin və daxili üzv hissələrinin məhkəmə-kimya tədqiqatı nəticəsində güclü təsiredici və zəhərləyici maddə aşkar edilməmişdir. Tükün məhkəməkimyəvi tədqiqatı nəticəsində metallar arasında Pb (qurquşun) orqanizmin normal fizioloji tutumundan xeyli artıq olmuşdur (normada Pb-2-4 mkq/q) aşkar olunub Pb-17,55 mq/kq. Göründüyü kimi birinci ekspertiza rəyi (xx.xx.2008-ci il tarixli rəy) ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 konkret olaraq metal qurquşun duzu ilə zəhərlənmə olmasını göstərmişdir. İkinci, komisyon təkrar-əlavə ekspertizasının rəyində isə göstərilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ölümünə səbəb çox güman ki, antidepressiv qrupuna aid olan finlepsin və digər dərman maddələri ilə zəhərlənmə olmuşdur. Komisyon təkrar-əlavə məhkəmə-tibbi və kimyəvi ekspertizasının xx.xx.2013- cü il tarixli T 80/2013 nömrəli rəyindən və istintaq orqanının gəldiyi qənaətdən belə məntiqi nəticə hasil olur ki, ilkin rəyləri rəyləri verən ekspertlər bilə-bilə yalan rəy vermişlər. O zaman belə bir haqlı sual doğur - Nə səbəbə istintaq orqanı həmin yalan rəyi vermiş ekspertləri cinayət məsuliyyətinə cəlb etməyib? Nə səbəbə işə baxan məhkəmələr bilə-bilə yalan rəy vermiş ekspertlərin barələrində tədbir görülməsi üçün xüsusi qərar çıxarıb prokurorluğa göndərməyib? Çünki, cinayət işinin materiallarından görünür ki, iş üzrə birinci rəyləri verən bütün ekspertlər dəfələrlə dindirilmiş və onların verdikləri rəylər düzgün olmayan rəylər kimi qiymətləndirilmişdir. Ekspert tərəfindən isə bilə-bilə yalan rəy verilməsi Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə məsuliyyətə səbəb olur. İstintaq orqanı isə bunu cinayət deyil, nöqsan kimi qiymətləndirərək ekspertiza idarəsinə təqdimat göndərməklə kifayətlənmişdir. Bu suallara apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən dolğun cavab verməlidir. Hökmdən və qərardan müəyyən olunur ki, işə baxan məhkəmələr komisyon təkrar-əlavə məhkəmə-tibbi və kimyəvi ekspertizasının xx.xx.2013-cü il tarixli T 80/2013 nömrəli rəyini əsas götürmüşlər. Bu rəydə isə ekspertlər Zərərçəkmiş şəxs1 ölümünün səbəbini konkret deyil, gümana əsasən müəyyən etmişlər. Ölümün səbəbi gümanla, ehtimalla, fərziyyə ilə deyil, konkret olaraq müəyyən edilməlidir. Gümanla verilən rəy əsasında şəxs xüsusilə ağır cinayəti törətməkdə təqsirli bilinib ömürlük azadlıqdan məhrum etmə cəzasına məruz qala bilməz. Amma həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri ekspertiza rəyləri arasında olan bu ziddiyyətləri aradan qaldırmamış və ölümün səbəbini gümanla müəyyən edən rəy əsasında şəxsi xüsusilə ağır cinayətdə təqsirli bilmişlər. Güman əsasında verilən rəy o deməkdir ki, bu rəyin əsaslılığı şübhə doğurur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.N.Bayramov (sədrlik edən), Ə.İ.Qasımov və N.E.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarından məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019cu il tarixli qərarı ləğv edilmiş,cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına göndərilmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarında, o cümlədən, apellyasiya şikayətində göstərilən xüsusatların araşdırılmasının iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əhəmiyyətli olduğunu nəzərə alaraq məhkəmə baxışının qismən istintaqla aparılmasını zəruri hesab etmişdir. Hazırki apellyasiya baxışı zamanı Məhkum və onun müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin həmin şikayətdə göstərilən əsaslarla təmin edilib, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014-cü tarixli, 1(101)-137/2014 saylı hökmünün ləğv edilməsini və məhkuma bəraət verilməsini xahiş etmişdir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə çıxışlarında zərərçəkmiş şəxsin hüquqi varisi X27 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməyib, hökmün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki Apellyasiya baxışı zamanı ittiham tərəfi apellyasiya şikayətinin əsassız, olduğundan təmin edilməməsini, məhkuma elan olunmuş ittiham üzrə əməlləri kifayət qədər sübuta yetirildiyindən iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə təqsirli bilinib ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair 20 oktyabr 2014-cü tarixli, 1(101)-137/2014 saylı hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyərək, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.5 və 120.2.7-ci maddəsi ilə məhkum edilməsinə dair 20 oktyabr 2014-cü tarixli hökmü ləğv edilməli, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.5 və 120.2.7-ci maddələri ilə bəraət verilməlidir. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Məhkum tamah məqsədi ilə iki və ya daha çox şəxsi qəsdən həyatdan məhrum etmişdir. Lakin, məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətdə təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə baraət verilməlidir. Belə ki, birinci instansiya və apellyasiya instansiya məhkəməsində dindirilmiş Məhkum özünü AR CM-nin 120.2.5 və 120.2.7-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o, 2005-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən aptekin bir otağını icarəyə götürüb telefon aksessuarları və danışıq kartların satışı ilə məşğul olmuş, Zərərçəkmiş şəxs1 ilə müştəri kimi aptekə gəlib-gedərkən tanış olmuş, qısa müddətdən sonra qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışlar. 2006-cı ilin sonunda Aidənin təklifi ilə mağazanı ləğv edib ev alqı-satqısı ilə məşğul olmağa başlamış, həmin ərəfədə Aidə evlərinin ikinci mərtədəsində olan iki otağı kirayə vermək istədiyini deyərək ondan kirayəçi tapmağı xahiş etdiyindən, Ramiz adlı şəxsi həmin evə aparmış, evdə Aidənin bacısı İndira, mərhum qardaşı Mustafa və sonuncunun qızı Samirə olmuşdur. Aidə və İndira kirayə haqqı barədə Ramizlə özləri danışmış, Ramizə xidmət müqabilində 30 manat verməli olduğunu demiş, Aidəgildən isə pul istəməmişdir. Aidə ilə aralarındakı münasibətlərindən şübhələnməməsi üçün qardaşı Mehmanla ona 10 manat göndərmiş və sonuncu gətirib vermiş, Aidənin danışıqlarından ona çatdırılması üçün qardaşı Mehmana 20 manat verdiyi, lakin sonuncunun 10 manatı narkotik vasitəyə xərclədyini bilmiş, Ramiz bir müddət ailəsi ilə köçüb həmin evdə yaşamışdır. Həmin vaxtdan etibarən o, Aidəgilə tez-tez gedib-gəlməyə başlamış və qardaşı Mustafa, qızı Samirə və bacısı İndiranın evdə olduqlarını görmüşdür. Görüşlərin birində Aidə ondan harada yaşadığını soruşduqda ailəsi ilə birlikdə Yasamal rayonunda kirayədə yaşadığını, lakin özünə mənzil almağa pulu olmasını demişdir. Mənzil almağa imkanı olduğunu biləndən sonra Aidə ona Bakı şəhərində mənzil almağı məsləhət görüb birlikdə gedib evlərə baxacağını və bu işdə ona kömək edəcəyini dediyi üçün, Aidə ilə onlar ev axtarmağa başlamışlar. 2006-cı ildə dəqiq tarixini xatırlamadığı vaxtda Aidə ilə Yasamal rayonu, Şərifzadə küçəsindəki 158 saylı evə gəlib komendant Təyyar Məmmədova həmin binadan mənzil almaq istədiklərini bildirmiş, sonuncu onlara binanın üçüncü mərtəbəsində mənzil olmasını demiş, mərtəbə aşağı olduğundan mənzili bəyənməmiş, bir müddət sonra Aidə ona bu binanın yuxarı mərtəbəsində də satlıq mənzilin olduğunu deyəndə, birlikdə gedib mənzilə baxmış və mənzil xoşlarına gəlmişdir. Mənzil sahibi Rəsul Abduləzizov mənzili 75.000 ABŞ dollarına satdığını, alacağı təqdirdə 70.000 ABŞ dollarına razılaşa biləcəyini demiş, kommersiya işləri ilə bağlı Astaraya getməli olduğundan mənzil almaq üçün yığıb saxladığı 50.000 ABŞ dollarını Aidəyə vermiş, Aidə 50.000 ABŞ dollarının üstünə, əvvəllər ayrı-ayrı vaxtlarda saxlaması üçün onun Aidəyə verdiyi 20.000 ABŞ dolları qoyub rəfiqəsi ilə birlikdə gedib Rəsul Abduləzizova verib Şərifzadə küçəsi ev 158 mənzil 26 ünvandakı mənzili almış, qayıdanda mənzil almaqda niyə tələskənliyə yol verdiyini soruşduqda Aidə ad gününə hədiyyə etmək istədiyini demiş, ailəsi ilə bacısı Rahilənin adına olan S.Vurğun küçəsi 49, mənzil 66/68-də qeydiyyatda olduğundan, həmin mənzilin yaxın vaxtda söküləcəyini və bu hesaba ona mənzil veriləcəyini və mənzilin Aidənin məsləhəti ilə alındığını nəzərə alıb yeni tikilidə aldığı mənzili arvadının adına deyil, Aidənin adına rəsmiləşdirmiş və hədiyyə etməmişdir. 2007-ci ilin mart ayından tanışı Mahirin vasitəsi ilə ustaları dəvət edib mənzili təmir etməyə başlamış, təmirin bütün xərclərini özü çəkib 40.000 manata başa gəlmişdir. Bunun üçün Hövsan qəsəbəsində yerləşən bağını 12.500 manata satmış, bağı satarkən Aidə onunla notariusa getmiş, təmir işləri təxminən bir il çəkmiş, təmir qurtardıqdan sonra mənzildə yaşamamış, Aidənin yaşadığı evə isə tez-tez gedibgəlmiş, Aidənin qohumları onun Aidə ilə qeyri-rəsmi ər-arvad kimi yaşamalarını bilmiş və etiraz etməmişlər. Özünün ailə üzvləri isə bundan sonradan xəbər tutmuş, həyat yoldaşı ilk öncə narazılıq etsə də, sonradan razılaşmışdır. Mütəmadi olaraq Aidəyə baş çəkmiş, bir dəfə getdikdə barəsində eşitdiyi, lakin görmədiyi bacısı Nazilənin evdə olduğunu görmüş, Aidə onu bacısı Nazilə ilə tanış etmiş, sonuncu onları ailə qurub yeni mənzil almaları münasibəti ilə təbrik etmişdir. Həmin vaxt mənzildə təmirə təzə başladığından, Nazilə mətbəxi tez təmir etdirib onlara mətbəx mebeli hədiyyə edəcəyini demişdir. Təmir qurtardıqdan sonra əlində pulu olmadığı üçün mənzili satıb, sərmayəni başqa istiqamətə yönəltmək fikrinə düşmüşdür. Bu barədə Aidəyə deyəndə sonuncu razılaşdığından qezətdə elan vermişdir. 2007-ci ilin iyun ayında Aidəgildə olarkən sonuncu ilə bacısı İndira arasında mübahisə düşmüş və İndira zəng edib bu barədə Naziləyə demişdir. Səhərisi Nazilə Bakıya gəlib Aidə ilə mübahisə etmiş, saçından tutub yerə yıxaraq öldürməklə hədələmiş, Naziləyə irad bildirdikdə, narazı qalan Nazilə, İndira və Samirə Aidə və onun barəsində 29-cu polis bölməsinə şikayət etmişdir. Yoxlama zamanı ondan bir daha Aidəgilə getməmək barədə iltizam alınmış, bundan sonra Aidəgilə getməmiş və onlar kənarda görüşmüşlər. 2008-ci ilin yayında Aidəni evlərinin qarşısında gözləyərkən Samirə yaxınlaşıb baş verənlərə görə üzr istəyib onu mənəvi atası hesab etdiyini deyərək bağışlamasını xahiş etmişdir. Samirənin bu hərəkəti ona pis təsir etmiş və həmin vaxtdan yenidən Aidəgilə gedib-gəlmişdir. 28 avqust 2008-ci ildə Aidə və Samirə ilə birlikdə onların evində nahar etdikdən sonra evinə gəlmiş, qarın nahiyyəsində möhkəm ağrı hiss etmiş, bədəni keyiməyə başlamış, Aidə ilə nahar etdiyindən heç nədən şübhələnməmiş və ağrılarına əhəmiyyət verməmiş, getdikcə ağrıları azalmış və vəziyyəti yaxşılaşmışdır. 03 sentyabr 2008-ci ildə səhər yuxudan oyanarkən, ayaqlarında əvvəlcə ağrı, sonra isə keyimə hiss etmiş, ayağa dura bilmədiyindən arvadını köməyə çağırmışdır. Arvadı vəziyyəti barədə zəng edib Aidəyə məlumat vermiş və sonuncu tez onlara gəlmiş, Aidə, arvadı və bacısı onu müxtəlif xəstəxanalarına aparmışdır. 04 sentyabr 2008-ci ildə Aidənin qarın nahiyyəsi ağrımış və ayaqları tutulmuş, Aidəni ailəsi ilə kirayədə yaşadığı evə gətirmiş, sonuncu təxminən dörd gün onlarda qalmış, həkimə aparmamış və üstünə təcili yardım çağırmamış, Xanlar həkimin ona yazdığı dərmanlardan Aidəyə vermiş, evində xəstə yatarkən qohumlarından baş çəkəni və yanına gələni olmamış, sağaldıqdan sonra Aidə öz evinə qayıtmış və gedərkən bacısı İndiranın onların hər ikisini zəhərlədiyini demiş, bir daha Aidə onlara gəlməmiş və özü də xəstə olduğundan Aidəgilə getməmiş, 09 sentyabr 2008ci ildə səhhəti ağırlaşdığından təcili yardım gəlib 4 saylı xəstəxanaya yerləşdirmiş və 27 sentyabr 2008-ci ilədək stasionarda olmuş, hansısa həkim əsəbini sakitləşdirmək üçün ona 4 adda dərman yazmış, dərmanlardan «Finlepsin» və «Amitriptilin» də daxil olmaqla 3-ü aptekdən alaraq qəbul etmiş, bir dərman qırmızı reseptlə buraxıldığından ala bilməmiş, «Finlepsin» və «Amitriptilin»dən başqa qəbul etdiyi digər dərmanın adını xatırlamır. Həmin dərmanları hansı aptekdən, reseptlə və ya reseptsiz aldığı yadında deyildir. 06 və ya 07 oktyabr 2008-ci ildə Aidənin xahişi ilə həmin «Finlepsin» və «Amitriptilin» adlı dərmanları onlara aparmış, həmin dərmanlardan Samirə, Aidə və özü qəbul etmiş, Aidə səhərisi ona zəng edib dərmanların özünə və Samirənin səhhətinə yaxşı təsir etdiyini deyib buna görə minnətdarlığını bildirmiş, hansı xəstəlikdən əziyyət çəkdiklərini bilməmiş, 10 oktyabr 2008-ci ildə Aidə ona zəng edib Samirə ilə xəstəxanda olduqlarını demiş, səhərisi arvadı Elza ilə xəstəxanaya gedib həkim toksikoloqa onu, Aidə və Samirəni Aidənin bacıları İndira və Nazilənin zəhərlədiyini bildirmişdir. 14 oktyabr 2008-ci ildə Samirə xəstəxanada dünyasını dəyişmişdir. Xəstəxanada müalicə olunarkən Aidəyə mənzillə bağlı çoxlu zənglər edildiyini dedikdə, sonuncu adına aldığı mənzilə dair sənədləri imzalamaq üçün etibarnamə vermək istədiyini və mənzili almaq istəyən alıcıların xəstəxaya gəlib onu xəstə vəziyyətdə görmək istəmədiyini deyərək, təkidlə notariusu xəstəxanaya gətirməyi tələb etdiyindən, 16 oktyabr 2008-ci ildə axşamüstü 19 saylı notariatın notariusu Hüseynağa Hüseynovu xəstəxaya aparmış və həmin notarius Aidənin adına aldığı Şərifzadə küçəsindəki 158 saylı binanın 26-cı mənzilini satmaq üçün ona etibarnamə vermiş, 19 oktyabr 2008-ci ildə Aidəni ağır halda qardaşı Mehman və bacısı İndira evlərinə aparmışdır. iki gün sonra, yəni 21 oktyabr 2008-ci ildə Aidə vəfat etmişdir. Aidə öləndən sonra qohumu Mafəddin Sultanova 50.000 ABŞ dolları borcu olduğundan həmin mənzili 150.000 ABŞ dollarına satmaq istəmiş, sonuncu onunla razılaşmışdır. Mənzilin alqı-satqısını rəsmiləşdirmək üçün 19 saylı notariat kontruna getmiş, lakin Aidə öldüyündən alqı-satqı müqaviləsini rəsmiləşdirə bilməmiş, bu səbəbdən öz ailəsini həmin mənzilə yerləşdirmişdir. Aidənin bacısı Zərərçəkmiş şəxs4 onun və ailəsinin həmin mənzildən çıxarılması, mənzilə mülkiyyət hüququnun tanınması barədə Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə Nazilənin iddiasını təmin etmiş, qərardan Bakı Apellyasiya məhkəməsinə şikayət vermiş, ailəsi yaşadıqları həmin mənzildən çıxarılmışdır. 2008-ci ildən başına gələnlər haqqında müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər etmişdir. Nazilə və İndira Yahyayeva bacıları tamahları ucbatından öz bacılarını və onu zəhərləyib mənzili ələ keçirmiş, onlar həmişə onun Aidə ilə işbirliyinin əleyhinə olmuşlar. Mənzili təmir edib satmaq üçün elan verdikdən sonra Nazilə və İndira Yahyayeva bacıları onları aradan götürüb, mənzili mənimsəmək fikrinə düşmüş və buna nail olmuşlar. Məhkəmədə ifadə verən şahidlər mənzilin pulunu Aidəyə Nazilənin verdiyini bildirmiş, ittiham aktının 29-cu səhifəsində X30 şəhərində yaşayıb bazarlarda əşya satmaqla, xalça və avtomobil yumaqla məşğul olduğu göstərilmişdir. Belə olan halda Nazilənin özünü dolandırıb əlavə olaraq Bakı şəhərində yaşayan bacı və qardaşlarına kömək etməsi və 70.000 ABŞ dollarına mənzil alması inandırıcı deyil, həmin mənzili şəxsi vəsaiti hesabına özü almış, Zərərçəkmiş şəxs4 Türkiyədə törətdiyi cinayətlərə görə ölkədən çıxmağa qadağa qoyulduğundan, öz çirkin əməllərini bacısı İndira vasitəsilə həyata keçirmiş, onu, Aidə və Samirəni zəhərləmişdir. Yasamal rayon prokurorluğunda araşdırma aparılarkən, onun saç və dırnaqlarından götürülmüş nümunələrdə 15,2 mq/kq qurğuşun tapılmış, lakin bununla heç kim maraqlanmamışdır. Məhkəmədə ekspertlər bu miqdarda qurğuşun duzunun çirkli hava, meyvə və tərəvəz vasitəsilə insan orqanizminə daxil ola biləcəyinin mümkün olduğunu bildirdilər. Ekspertlərin bu fikri ilə qəti razı deyildir. Onda Azərbaycanda kütləvi zəhərlənmə halları olmalı idi. Məhkəmə-tibbi ekspertizanın 21 oktyabr 2008-ci il tarixli rəyində Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş tükün kimyəvi tədqiqatı zamanı metallar arasında Pb (qurğuşun) orqanizmin normal fizioloji tutumundan xeyli artıq olduğu (norma: Pb 2-4 mq/kq, aşkar olunub: 17,55 mq/kq) və Aidənin ölümünə səbəb olduğu göstərilmişdir. Qurğuşun duzunun insan orqanizmində norması Pb 2-4 mq/kq olduqda, onun tük və dırnağından götürülmüş nümunələrdə 15,2 mq/kq qurğuşun duzunun olması normal sayılmamalıdır. O, «Finlepsin» və «Amitriptilin» dərman preparatlarını Aidənin xahişi ilə aparıb vermiş, onun sonuncunu sağaltmağa çalışmaqdan başqa niyyəti olmamışdır. Mənzili ələ keçirmə niyyəti olsa idi, həmin dərmanları mənzillə heç bir bağlılığı olmayan Samirəyə deyil, Aidəyə qəbul etməyi məsləhət görərmiş, Aidə və Samirəyə zorla dərman içirtməmiş və günə 8 ədəd «Finlepsin» tabletini qəbul etməyi məsləhət görməmiş, Nazilə və İndira Yahyayeva bacıları faktiki onun Aidənin adına rəsmiləşdirdiyi mənzilini ələ keçirmək məqsədilə onu, Aidəni və Samirəni zəhərləmişlər. Təsadüf nəticəsində özü sağ qalmışdır. Hadisənin şahidi olduğundan Nazilə və İndira Samirəni aradan götürüb mənzili ələ keçirmək üçün onu da məhv etməyə çalışmışlar. O, heç bir cinayət törətməmişdir, ona görə də ona bəraət verilməsini xahiş edir. Hazırki, apellyasiya baxışı zamanı Məhkum ifadəsində özünü təqsirli bilmədiyini, Sinir sistemi xəstəliyindən əziyyət çəkdiyini, yata bilmədiyini və xəstəxanada yatdığını, Aidə danışdığı bir həkimin onu müayinə etdiyini dərman yazdığını və həmin dərmanlardan sonra özünü biraz yaxşı hiss etdiyini və özrazılğı ilə xəstəxanadan evə buraxıldığını Bir gün Aidənin zəng elədiyini həkimin yazdığı dərmanların adını soruşduğunu və onun iki dərman adınıı “Aminitriplin və “Finlepsin” adlı dərmanların adını dediyini Həmin vaxtda Aidə ilə bacıları arasında ata mülki üstündə narazılıq olduğunu bildirmişdir.. Ona görə də fikirləşmişdir ki, dərmanı ona görə istəyirdə həmdə, gedim bir bunlara baş çəksin. Evə çatıb zəng vurduğunu Aidənin özünün gəlib qapını açdığını və otağa keçəndə uşaq yəni Samirənin halsız vəziyyətdə yerdə uzandığını, Çağırdıını lakin uşağın cavab vermədiyini. Həmin vaxt dərmanların stolun üstündə olduğunu gördüyünü, Yarım saata yaxın oturduğunu söhbət etdikdən sonra dərmanların təsiri getdiyindən özünü narahat hiss edərək getdiyini. Həmçinin gedəndə həkim çağırmaq istədiyini Aidənin isə narahat olma get lazım olsa özüm həkim çağıracam dediyini bildirmişdir. Üç gündən sonra Aidənin ona zəng vurduğunu və onların xəstəxanaya aparıldığını, Səhərisi gün onların yanına getdiyini bildirmişdir. Xəstəxanada həkim soruşdu ki, bu dərmnalra nədi o isə, əsəb xəstəsi olduğunu və həkimin yazdığını və müalicə üçün istifadə etdiyini və Həmin vaxtda Aidənin əsəb şöbəsində yatızdırdıqlarını bildirmişdir. Əgər zəhərlənmişdirsə əsəb şöbəsində niyə yatızdırırdılar ki,? toksikalogiya şöbəsində yatızdırardılarda. Orada yatan müddətdə onun yanına qohum əqrabasından. heç kimin getmədiyini və İmkan olanda arada onun getdiyini..Uşağın vəziyyətinin çox pis olduğunu süni nəfəs aparatına qoşulduğunu, Sonra mən Aidənin yanına gələndə uşaqın öldüyünü Bir müddətdən sonra Aidənin xalaqızıgilə arada gedin ona baş çəkin mən xəstə adamam gedə bilmirəm dediyini. Onların isə gedib baş çəkmişik deməsini, Aidənin ona, bacılarının onları zəhərlədiyini bildirmişdir. Hazırki, apellyasiya baxışı zamanı Məhkum sədrlik edənin və dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, həmin vaxt Aidə dərmandan içməmişdir və o dərmanı orada qoyub çıxmışdır. Həmçinin Xəstəxanaya düşən günün sabahı Aidənın ona notariusu çağırmasını və Aidənin istəyi ilə evi satışa qoyduğunu,onun özünün evi satmaq istəyinin heç bir zaman olmadığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 1999-cu ildən Türkiyə Respublikasında yaşayır. Bazarlarda əşya satmaq, avtomobil və xalça yumaqla məşğul olmuşdur. 2006-cı ilin may ayında ünvan 2 ünvanda dörd otaqlı mənzili Rəsul adlı şəxsdən 70.000 ABŞ dollarına almışdır. Həmin vaxta kimi Rəsulu tanımamışdır. Bacısı Aidə və qaradışı Mehman mənzilə baxıb bəyənmiş və Rəsula 1000 ABŞ dolları beh vermişdir. Aidə Türkiyəyə yanına gələndə Afyon şəhərində bankda olan bütün pullarını çıxarıb Rəsula çatdırmaqdan ötrü Aidəyə vermişdir. Aidə həmin pulları Bakıya gətirib, evdə olan qalan pulu da toplayıb qardaşı Mehman və qardaşı qızı Samirə ilə birlikdə aparıb mənzili sahibi Rəsula vermişdir. 2007-ci ildə mənzili təmir etdirməyi bacısı Aidəyə tapşırmışdır. Həmin ilin iyun ayında Bakıya gəlmiş və mənzildə təmir işləri aparan Aydın adlı şəxslə tanış olmuşdur. Bacısı Aidə ona Aydını təmir ustası kimi təqdim etmişdir. Aparılan təmir işlərini bəyənməmiş və Aydına narazılığını bildirmişdir. Sonuncu ilə yalnız təmir işləri barədə söhbət etmiş, başqa heç bir əlaqəsi olmamışdır. Aydın həmin mənzilin alınmasına pul verməmiş və təmirinə pul xərcləməmişdir. 2007-ci ilin noyabr ayında Bakıya gəlmiş, Aidənin Aydını evə gətirdiyini, sonuncunun evə sərxoş vəziyyətdə gəlib 12 yaşında qardaşı qızı Samirəni, bacısı İndiranı söyüb təhqir etdiyini bilib Aidəyə bir daha Aydını evə gətirməməyi tapşırmış və onu evdən qovmuşdur. Qardaşı qızı Samirə ilə birlikdə 29-cu Polis Bölməsinə gedib Aydının hərəkətləri barədə şikayət ərizəsi yazmışdır. Bununla bağlı polisdə Aydından bir daha onların evinə getməyəcəyi, bacılarını və qardaşı qızını narahat etməyəcəyi barədə iltizam alınmışdır. Bu hərəkətlərinə görə Aidə ilə danışmamışdır. Bundan sonra Türkiyədə törətdiyi bəzi cinayətlərə görə ölkədən çıxmasına qadağa qoyulduğundan, Bakıya gələ bilməmişdir. Yalnız qardaşı qızı Samirə və bacısı İndira ilə telefon əlaqəsi saxlamışdır. Sonuncu dəfə qardaşı qızı Samirə ilə 2008-ci ilin oktyabr ayının əvvəllərində telefonla danışmışdır. Telefon əlaqəsi zamanı Samirə Aydının ona zorla nəsə yedirdib, içirtməyə çalışdığını və mədəsinin bulandığını bildirmişdir. Samirə Aydının ona: «Nazilə gəlsin, sizi xilas etsin» deməsini bildirmişdir. Samirə ona: «xala gəl bizi xilas et, bu adam bizi öldürəcək» demişdir. Aydın hərdən ona da zəng etmiş, bəzən telefona cavab versə də, çox vaxt onun zəng etdiyini bilib telefonunu söndürmüşdür. Aydın ona: «gəl bunları xilas et, edə bilirsənsə» demişdir. Aydını evdən qovduğundan ona kin saxlamış, ondan qisas almaq məqsədilə bacısı Aidəni və qardaşı qızı Samirəni zəhərləyib öldürmüşdür. Aydın həmçinin onun Samirəni çox istədiyini də bilmiş və bu səbəbdən ondan qisas almaq məqsədilə Samirəni öldürmüşdür. Aydından şikayətçidir. Bununla bağlı Azərbaycan Respublikasının müvafiq orqanlarına, o cümlədən Baş Prokurorluğa ərizələr göndərib Aydının bu cinayət əməlinə, həmçinin onların evindən qızılları, pulları, əşyaları oğurladığından barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Hazırda Türkiyə Respublikasında cəza müəssisəsində cəza çəkdiyindən və ölkə xaricinə çıxmaq ona qadağan olunduğundan, etibarnamə verdiyi vəkil Məmməd Məmmədovun iş üzrə nümayəndəsi kimi tanınmasını xahiş edir. Hazırki apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, o, ibtidai istintaq zamanı dindirilmiş, iş üzrə tam ətraflı və obyektiv ifadə vermişdir, hazırda da həmin ifadəsini olduğu kimi təsdiq edir. Türkiyə Respublikasında yaşadığından birinci instansiya məhkəməsində isə dindirilməmişdir. O, 2006-cı ilin may ayında ünvan 3 ünvanda 4 otaqlı mənzili Rəsul adlı şəxsdən 70.000 ABŞ dollarına almışdır. Bacısı Aidə və qardaşı Mehman mənzilə baxaraq bəyənmiş və Rəsula 1000 ABŞ dolları beh vermiş, Aidə Türkiyəyə yanına gələndə Afyon şəhərində bankda olan bütün pullarını çıxarıb mənzil üçün Aidəyə vermişdir. Aidə pulları Bakıya gətirib evdə olan qalan pulu toplayaraq qardaşı Mehman və qardaşı qızı Samirə ilə birlikdə aparıb mənzilin sahibi Rəsula vermişdir. 2007-ci ildə mənzili təmir etdirməyi bacısı Aidəyə tapşırmışdır. Həmin ilin iyun ayında Bakıya gəlmiş və mənzildə təmir işləri aparan Aydın adlı şəxslə tanış olmuş, bacısı Aidə ona Aydını təmir ustası kimi təqdim etmişdir. O, aparılan təmir işlərini bəyənməmiş və Aydına narazılığını bildirmiş, sonuncu ilə yalnız təmir işlərinə dair söhbət etmiş, başqa heç bir əlaqəsi olmamışdır. Aydın həmin mənzilin alınmasına pul verməmiş və təmirinə pul xərcləməmişdir. 2007-ci ilin noyabr ayında yenidən Bakıya gəlmiş, bacısı Aidənin Aydını evə gətirdiyini, sonuncunun sərxoş halda gəlib 12 yaşında qardaşı qızı Samirəni və bacısı İndiranı təhqir etdiyini bilib bacısı Aidəyə bir daha Aydını evə gətirməməyi tapşıraraq onu evdən qovmuş, qardaşı qızı Samirə ilə 29-cu polis bölməsinə gedərək Aydının barəsində şikayət ərizəsi yazmışdır. Bununla bağlı Aydından bir daha onların evinə getməyəcəyi, bacılarını və qardaşı qızını narahat etməyəcəyi barədə iltizam alınmışdır. Bu hərəkətlərinə görə bacısı Aidə ilə danışmamışdır. Bundan sonra Türkiyədə törətdiyi cinayətlərə görə ölkədən çıxmasına qadağa qoyulduğundan, Bakıya gələ bilməmişdir. Yalnız qardaşı qızı Samirə və bacısı İndira ilə telefon əlaqəsi saxlamışdır. Sonuncu dəfə qardaşı qızı Samirə ilə 2008-ci ilin oktyabr ayının əvvəllərində telefonla danışmış, Samirə Aydının ona zorla nəsə yedirdib içdirməyə çalışdığını və mədəsinin bulandığını ona deyərək, gəlib onları xilas etməsini, əks halda Aydının onları öldürəcəyini bildirmişdir. Aydın hərdən ona zəng etmiş, bəzən cavab versə də, çox vaxt onun zəng etdiyini bilib telefonunu söndürmüş, Aydın ona xilas edə bilirsə gəlib onları xilas etməsini demişdir. Aydın evdən qovduğundan onunla kin saxlamış, ondan qisas almaq üçün bacısı Aidəni və qardaşı qızı Samirəni zəhərləyərək öldürmüşdür. Aydın onun Samirəni çox istədiyini bildiyindən, qisas almaq üçün Samirəni öldürmüşdür. Bununla bağlı ərizələr göndərib Aydının cinayət əməlinə və onların evindən qızılları, pulları və əşyaları oğurladığından onun barəsində tədbir görülməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən hazırda da Məhkum şikayətçidir və apellyasiya şikayətinin təmin edilməyib hökmün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apellyasiya baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X25 ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 206 nömrəli özünə məxsus evdə yaşayır. Anası Anaxanım, bacısı Aidə, qardaşları Mustafa və Mehman öz ailələri ilə onunla yaşamışdır. X13 2001ci ildə dünyasını dəyişmiş, bacısı Nazilə isə ailəsi ilə birlikdə Türkiyənin Afyon şəhərində yaşayaraq pendir zavodunda işləmiş, Nazilənin qazancı yaxşı olmuş, onlara mütəmadi olaraq maddi kömək göstərmiş, Türkiyədən gətirdiyi pullarını saxlamağa qardaşı Mustafanın arvadı Xatirəyə və bacısı Aidəyə vermişdir. 2006-cı ilin aprel ayında Nazilə Bakıya gəlmiş və şəhərdə özünə mənzil almaq üçün elanlarla maraqlanmışdır. Bu məqsədlə Nazilə, bacısı Aidə və qardaşı Mehmanla ünvan 4 ünvandakı 4 otaqlı mənzilə baxıb bəyənmiş və mənzilin sahibi Rəsulla 70.000 ABŞ dollarına razılaşmışdır. Nazilə Rəsula 1.000 ABŞ dolları beh verib pulu qısa müddət ərzində tam ödəyəcəyini, mənzili bacısı Aidənin adına sənədləşdirəcəyini və Bakıya gələndə orada yaşayacağını bildirmişdir. Bir neçə gündən sonra Nazilə Türkiyəyə qayıtmış və Aidə pulu gətirmək üçün onunla getmiş, bir neçə gün sonra Aidə Nazilənin verdiyi pulu gətirib Xatirədəki pulu da götürüb 69.000 ABŞ dollarını qardaşı qızı Samirə və qardaşı Mehmanla birlikdə aparıb mənzilin sahibi Rəsula vermişdir. Mənzil Aidənin adına sənədləşdirilmiş və evin açarı onda olmuş, Nazilə bir-iki dəfə gələrək mənzilə baxıb təmir üçün Aidəyə pul göndərəcəyini demişdir. Mənzil təmirsiz olduğundan heç kim yaşamamışdır. Qardaşı Mehman 2007-ci ilin yanvar ayında narkotik vasitəyə görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuş, həmin vaxtdan evdə anası Anaxanım, bacısı Aidə, qardaşı Mustafa və qızı Samirə ilə yaşamış, Mehman həbs olunandan sonra Aidə ilə 2007-ci ilin yanvar ayında yaşadıqları evin ikinci mərtəbəsində Mehmanın yaşadığı iki otağı kirayə vermək qərarına gəlmiş, Aidə evlərinin yaxınlığındakı ev-alqı satqısı ofisinə gedib Aydın adlı maklerə müraciət etmiş, sonuncu təxminən 10 gündən sonra Ramiz adlı şəxsi onlara gətirmiş, Aidə otaqları Ramizə 80 manata kirayəyə verməyi razılaşmış, Aydın kirayəçi gətirdiyinə görə Ramiz və Aidənin hərəsindən 30 manat pul istəmiş, bacısı həmin pulu Aydına vermiş, Ramiz isə sonra verəcəyini demişdir. Üstündən bir-iki gün keçdikdən sonra Aydın Ramizdən pulunu almaq üçün onlara gəlib, saat 24 radələrinə kimi gözləmiş, sonuncu gəlmədiyindən Aidə Aydına gec olduğu üçün getməsini, pulu verməyəcəyi halda Ramizin əvəzinə həmin pulu ona verəcəyini demişdir. Bundan sonra Aydın çıxıb getmiş, lakin sonradan bir neçə dəfə Ramizdən pulunu almaq üçün yenə onlara gəlmişdir. Aydının pulu bəhanə edib onlara gəldiyini hiss etmiş, söhbət zamanı Aydın Aidədən yaşadıqları evin kimin adına və qeydiyyatda kimin olması ilə maraqlanmış, söhbətdən xoşu gəlməmiş və Aydının onların yaşadığı evi satmaq istəməsi məqsədilə bu söhbəti saldığını duymuş, Aydın onlara yaşadıqları evi satıb başqa yerdə ev alacağını dedikdə əsəbləşərək iradını bildirmişdir. Həmin ərəfədə anası Anaxanım dünyasını dəyişmişdir. O, Aidə ilə Aydının qeyri rəsmi ər-arvad kimi yaşadıqlarını hiss etmiş, Aydın onlarda olarkən Aidə bacısı Nazilənin yeni tikilmiş binada 4 otaqlı mənzil aldığı və təmir etdirmək üçün usta axtardığını danışmış, Aydın mənzilin harada və kimin adına olduğunu soruşduqda, Aidə mənzilin «İnşaatçılar» metrosu yanında öz adına olduğunu deyəndə, bunu eşidən Aydın usta tapacağını demişdir. Aydın Aidə ilə gedib mənzilə baxandan sonra Aidəyə pulu varsa material alıb evə gətirməyi, sonra usta tapıb özünün üstlərində duracağını demişdir. Aidə Nazilənin ona verdiyi puldan götürüb Aydınla material alıb mənzilə yığmış, Aydın ustalara vermək adı ilə Aidədən 2000 ABŞ dolları və mənzilin açarlarından birini almışdır. Aydın Aidəyə mənzildə təmir getdiyindən getməməsini tapşırmış, özü Aydına inanmadığından və hərəkətlərindən şübhələndiyindən Aidəyə tanımadığı adamla iş görməməyi, Aydının makler olduğunu və hər an aldada biləcəyini, Nazilə qayıtdıqdan sonra mənzilini istədiyi kimi təmir etdirəcəyini bildirmiş, lakin Aidə onu eşitməmişdir. Bir neçə gün sonra Aydın axşam yenə onlara gəlib Aidədən ustalara vermək üçün əlavə 2000 ABŞ dolları istəmiş, Aidə bir dəfə pul verdiyini xatırlatdıqda, sonuncu səsini ucaldaraq israrla bacısından pul tələb etmiş, Aidə saxladığı Nazilənin pulundan yenə 2000 ABŞ dolları götürüb Aydına vermişdir. Pulu alan kimi Aydın çıxıb getmiş, Aydın Aidədə pul olmasını bildiyindən tez-tez gəlib müxtəlif bəhanə ilə ondan pul almış, hətta bir dəfə Aydın uşağının ağır xəstə olduğundan əməliyyat olunacağını və təcili pul lazım olduğunu deyib Aidədən təxminən 900 ABŞ dolları almışdır. Həmin vaxtlar mənzildə işləyən usta Aidəyə zəng edərək təmirlə bağlı pulunu istədikdə Aidə pulu Aydına verdiyini, usta isə Aydının onun pulunu vermədiyini demiş və bu barədə Aydına deyəndə sonuncu onun telefonunu yerə çırpıb sındırmış, bundan sonra Aidə ilə mənzilə getmiş və usta Aidəyə Aydının yalançı olduğunu, onu aldatdığını demişdir. Həmin vaxt Aydın gəlmiş və əməlinin üstünün açıldığını görüb ustanı şillə ilə vurmuşdur. Mənzildə təmir işləri gedən vaxt bacısı Nazilə Türkiyədən gəlmiş və Aidə ilə mənzilə baxmağa getmiş, təmir Nazilənin xoşuna gəlməmiş, usta Aydının tapşırdığı kimi təmir etdiyini dedikdə Nazilə əsəbləşmiş və usta zəng etməklə Aydını çağırmış, X60 ilə tanış edib makler olduğunu və mənzildə təmir işlərini apardığını bildirmişdir. Nazilə Aidəyə təmiri dayandırmağı və Aydını qovmağı tapşırmaqla Aidədən narazı halda çıxıb Türkiyəyə getmişdir. Bundan sonra Aydın onlara gəlib Aidənin üstünə qışqıraraq, niyə mənzilə onsuz getdiklərini və ustanın yanında pərt etdiklərini deyərək narazılığını bildirdikdə, Aidə mənzilin Naziləyə məxsus olduğunu bildirmişdir. Aydın Aidəni təhqir edib getmiş və həmin vaxtdan Aidə ilə Aydının münasibəti pozulmuş, Aidə dəfələrlə Aydını evdən qovsa da sonuncu əl çəkməmiş, ondan pul istəmiş və hədə-qorxu gəlmiş, bəzi vaxtlar gecə sərxoş vəziyyətdə gəlib qışqıraraq hədə-qorxu ilə Aidədən pul almış, bir dəfə yay aylarında Aydın yenə sərxoş vəziyyətdə gəlib onları söyüb təhqir etdikdə, özü cavabını verib polis çağıracağını deyəndə, Aydın çıxıb getmiş, Aydının özünü belə aparmağına görə Aidəyə iradını bildirmiş, Aidə Aydından qorxduğundan ondan ayrıla bilməmişdir. 2007-ci ilin sentyabr ayında xəstə qardaşı Mustafa dünyasını dəyişmiş, bacısı Aidə və qardaşı qızı Samirə ilə yaşamış, Nazilə Türkiyədən dəfələrlə ona zəng edib mənzilə baxmasını və Aydını oradan qovmasını demişdir. Bir müddət sonra Nazilə Bakıya gələndə Aidəni danlamış və Aydından mənzilin açarını almasını tapşırmış, bunun üstündə Nazilə ilə Aidə arasında narazılıq yaranmış, qardaşı qızı X28 və Aidəni söyüb təhqir etdiyini bildrmişdir. Aidə bu barədə Aydına bildirmiş, onun tapşırığı ilə Aidə 29-cu polis bölməsinə zəng etmiş və polis işçiləri gəlib Nazilə ilə Samirəni bölməyə aparmışlar. Nazilə polis əməkdaşına Aydının hərəkətləri barədə məlumat verdikdən sonra Aydın bölmədə saxlanılmış, ondan bir daha onların mənzilinə getməyəcəyi barədə iltizam alınmış, Nazilə Aidəyə vəkil tutub mənzili onun adından çıxaracağını deyib hansısa vəkillə müqavilə bağladıqdan sonra Türkiyəyə getmiş, Aydın Nazilənin vəkil tutub mənzili Aidənin adından çıxaracağını bildikdə Nazilənin Bakıya gəlməsinin qarşısını almaq üçün barəsində Türkiyəyə yalan məlumatlar yazmış, bu səbəbdən Nazilə Bakıya gələ bilməmiş, Aydın ona Naziləni Bakıya həsrət qoyduğunu, onun bir daha Azərbaycana gələ bilməyəcəyini deyib onu qorxudaraq öldürəcəyi ilə hədələməklə yanaşı, ona yaşadıqları evi satıb onlara başqa bir ev alacağını demiş, 1 aprel 2008-ci ildən 1 saylı psixiatriya xəstəxanasında dəftərxana müdiri işləməyə başlamış, həftənin altı günü səhər saat 07:30-dan axşam saat 21:30-a kimi işdə olmuş, Aidə qardaşı qızı Samirə ilə qalmış, həmin vaxtlar Aidə Aydının təzyiqi ilə onun xəbəri olmadan yaşadıqları Yasamal rayonu, Z.Kərimov küçəsi 206 saylı ünvandakı evi bölüb bir hissəsini öz adına keçirib satması üçün Yasamal rayon məhkəməsində iddia qaldırmış, bununla əlaqədar Aydın Aidə ilə birlikdə 14 saylı cəzaçəkmə müəsisəsinə gedib cəza çəkən qardaşı Mehmanı aldadıb qeydiyyata düşmək adı ilə ondan etibarnamə almış, Samirə isə yetkinlik yaşına çatmadığından Yasamal rayon İcra Hakimiyyətindən barəsində sənəd düzəltmişlər. Məhkəmədən nümayəndə gəlib evə baxış keçirərkən bunu bilmiş və bu barədə əmisi arvadı Raziyyə də demiş, 2008-ci ilin sentyabr ayında məhkəməyə gedib iddia ərizəsinin surətinin verilmədiyinin səbəbini soruşduqda, ona iddia ərizəsinin surətinin evinə göndərildiyi və növbəti məhkəmə iclasının 07 oktyabr 2008-ci il tarixə təyin edildiyi bildirilmişdir. Aidə ilə aralarında ciddi narazılıq olmasa da, sonuncu Aydının təzyiqi ilə iddia qaldırmışdır. 30 sentyabr 2008-ci ildə evdə olarkən Aidədən nə səbəbə onun və bacısı Nazilənin xəbəri olmadan Aydının təsiri ilə məhkəməyə müraciət etdiyini soruşduqda, Aidə cavab verməmiş və Samirənin yanında döşəmə yuyan ağacla onu qolundan vurub evdən bayıra çıxarmış, bu barədə 29-cu polis bölməsinə zəng edib məlumat vermiş, polis işçiləri gəlib onlardan izahatlar almış, öz izahatında bacısı Aidənin Aydınla tanışlığından sonra ailələrinin dincliyi pozulduğu və Aydının Aidəni öyrədib yaşadığı evlərini satmaq istədiyini göstərmişdir. Həmin vaxtlar bütün gün ərzində işdə olduğundan Aydını görməmişdir. Aidə baş verənlərin hamısını Aydının etdiyini, onunla bacarmadığını və qorxduğunu demişdir. 09 oktyabr 2008-ci ildə saat 21 radələrində işdən evə gəlmiş, Aidənin Samirə ilə çay içə-içə televizora baxdıqlarını görmüş, bir neçə gün əvvəl Aidədə qəbzlik yaranmış, sonuncu xəstələndiyini, hərarəti olduğunu, təcili-yardım həkimi gəlib iynə vurduğunu və ona imalə olunmasının vacib olduğunu dediyi barədə danışmışdır. Xalası qızı Təranə gəlib Aidəyə imalə etmiş və Aidənin səhhəti yaxşılaşmış, bununla belə Aidə son vaxtlar həmişə halsız olmuş, tez-tez soyuqlamış və qəbzliyi olmuşdur. Həmin gün Samirə və Aidənin ağır xəstə olmalarını hiss etməmiş, evdə dərmanlar görsə da, həmin dərmanları kimin qəbul etməsini bilməmişdir. Bundan bir-iki gün əvvəl Samirə Aydının öz dərmanlarından ona və Aidəyə gətirib verdiyini ona desə də əhəmiyyət verməmiş və Aidədən bu barədə soruşmamışdır. 10 oktyabr 2008-ci ildə səhər saat 07:30-da işə getmək üçün evdən çıxarkən Aidə oyanıb qapını arxadan bağlamış və saat 21 radələrində işdən evə gələrkən qapının bağlı olmasını görmüş, qonşuları Şirin ona Aidə və Samirənin təcili yardımla xəstəxanaya aparıldığını və evlərinin dərmanlandığını demiş, qapını açdıqdan sonra evə daxil olmuş və evdə dərman iyini hiss etməsədə otaqda sistem qoşmaq üçün şpris və şnur görmüş, tələsik «Semaşko» və sonra «Neftçilər» xəstəxanalarına getmişdir. Aidə və Samirənin həmin xəstəxanalarda olmadığını öyrənmişdir. Ertəsi «Neftçilər» metrosu yaxınlığındakı 1 saylı yolxucu xəstəliklər dispanserinə gedib Samirənin həmin xəstəxanadan 2 saylı kliniki xəstəxanaya aparıldığını və həmin xəstəxanaya gedib Samirə və Aidənin orada olmasını bilmişdir. Növbətçi həkim Samirənin komada olduğunu və danışa bilmədiyini demiş, həkimin yazdığı dərmanları alıb verdikdən sonra həkim ondan Samirə və Aidənin hansı dərmanlar qəbul etdiyini soruşmuş həkimə məlumatı olmadığını demiş, həkimin deməsinə görə Samirə xəstəxanada olarkən dərman qəbul etmiş, 14 oktyabr 2008-ci ildə Samirə xəstəxanada ölmüş, ölməsi barədə polisə məlumat verildikdən sonra meyit ekspertizaya aparılmış, evlərində baxış keçirilmiş, otaqdakı jurnal masasının üzərindəki şirniyyatı və masanın üst rəfində adlarını bilmədiyi iki qutu dərman götürülmüş, müstəntiq ondan dərmanları kimin qəbul etdiyini soruşanda, Aidənin qəbul etdiyini, Samirənin dərman qəbul etdiyini görmədiyini, lakin Aidə və Samirə xəstəxanaya aparılmazdan bir və ya iki gün qabaq Samirənin Aydının öz dərmanlarından ona və Aidəyə gətirib verdiyini deməsini bildirmişdir. Müstəntiq protokol yazıb dərmanları götürmüş, dərmanların neçə ədədi qəbul edildiyindən xəbəri olmamış, Samirənin yanında xətəxanada qalarkən xalası qızları Səlimə və Səkinə Aidənin yanına gedib-gəlmiş, Aidə ağır olmuş və danışa bilməmiş, qardaşı Mehman azadlığa buraxıldığından Aidənin yanına gəlmiş, həkimlər səhhəti ağır olduğundan Aidəni evə aparmağı məsləhət görmüş, qardaşı Mehmanla onu evə gətirmişlər. Aydın gələndə Aidə Aydını görüb əli ilə Mehmana evdən qovmağı işarə etmiş, Aydın əsəbi şəkildə niyə qov deyirsən sözünü işlədib çıxıb getmişdir. 21 oktyabr 2008-ci ildə Aidə ölmüşdür. Aidənin cənazəsi götürüləndə Aydın gəlməmiş və yasda iştirak etməmiş, Aidə heç vaxt Aydının ailəsinin yaşadığı evə getməmiş və onlarda gecələməmiş, xəstələnməzdən əvvəl Nazilənin çoxlu pulu, qızıl zənciri və üzüyü Aidədə olmuş, pulu, qızıl əşyaları, Nazilənin aldığı mənzilin açarlarını, Aidənin şəxsiyyət vəsiqəsini və mənzilin orderini Aydın aparmış, Aidə öldükdən sonra 29-cu polis bölməsinə bu barədə ərizə yazmış, nəticəsi barədə xəbəri yoxdur. Qardaşı və Nazilə mənzillə bağlı kooperativin ofisinə getmiş, komendant Aidə və Aydının mənzili satmağa qoyduqları, hələ satılmadığını və mənzilin sənədlərinin Aydında olduğunu onlara bildirmişdir. Aidənin ölümündən sonra Aydını görməmiş, qardaşı Aydınla görüşmək istəsə də, sonuncu boyun qaçırmışdır. Hazırda da Məhkum şikayətçidir və apellyasiya şikayətinin təmin edilməyib hökmün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Həmçinin zərərçəkmiş şəxs X25 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində da hazırda verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir, eləcə də ibtidai istintaq zamanı Məhkum ilə üzləşdirilərkən ifadəsində göstərdiklərini bir daha sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Təcili tibbi yardım stansiyasının 4 saylı köməkçi yardım stansiyanın səyyar həkimi kimi 10 oktyabr 2008-ci ildə ünvan 6 ünvandan daxil olmuş çağırışla bağlı həmkarı Zakir Xəlilovla birlikdə həmin ünvana getmişlər və orada azyaşlı Samirə Yahyayevanı evin döşəməsində hərəkətsiz halda, uzanmış vəziyyətdə görmüşlər. İlk olaraq Samirənin xəstəliyini difteriyaya oxşatmış, yardım göstərsələr də, bunun xəstəyə heç bir köməyi olmamışdır. Samirənin bibisi Zərərçəkmiş şəxs1 da orada tam halsız vəziyyətdə olub, zorla danışmış, onlara onun özünün və Samirənin qida qəbul etmədiklərini, evdən bayıra çıxmadıqlarını, ümumi zəiflik hiss etdiklərini və yeriyə bilmədiklərini bildirmişdir. Samirəni xəstəxanaya aparmaq üçün həkim briqadası çağırmışlar, həkim briqadası gəlib Samirəni xəstəxanaya aparmış, Aidəni təcili yardımla Əfəndiyev adına 2 saylı klinik xəstəxananın reanimasiya şöbəsinə təhvil verib getmişdir. Samirənin və Aidənin öldüyünü sonradan eşitmiş, lakin nədən ölməsinin səbəbi ona məlum deyil. Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Təcili tibbi yardım stansiyasının 4 saylı köməkçi yardım stansiyanın səyyar həkimi kimi 10 oktyabr 2008-ci ildə ünvan 6 ünvandan daxil olmuş çağırışla bağlı həmkarı Elnarə Axundova ilə birlikdə həmin ünvana getmişlər və orada azyaşlı Samirə Yahyayevanı evin döşəməsində hərəkətsiz halda, uzanmış vəziyyətdə görüb ilk olaraq onun xəstəliyini difteriyaya oxşatmış, yardım göstərsələr də, bunun xəstəyə heç bir köməyi olmamışdır. Samirənin bibisi Zərərçəkmiş şəxs1 da halsız vəziyyətdə olmuş, xırıltılı səslə, cətinliklə qırıq-qırıq danışmış, onlara özünün və Samirənin qida qəbul etmədiklərini, evdən bayıra çıxmadıqlarını, ümumi zəiflik hiss etdiklərini və yeriyə bilmədiklərini bildirmişdir. Samirəni xəstəxanaya aparmaq üçün həkim briqadası çağırılmış, həkim briqadası gəlib Samirəni xəstəxanaya aparmış, Aidəni isə təcili yardımla aparıb Əfəndiyev adına 2 saylı klinik xəstəxananın reanimasiya şöbəsinə təhvil vermişlər. Bir neçə gündən sonra Samirənin və Aidənin öldüyünü eşitmişdir, onların ölümünün səbəbi isə ona məlum deyildir. Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Bakı şəhəri 19 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu işləyərkən 16 oktyabr 2008-ci ildə Aydın adlı şəxs ona müraciət edərək, Bakı şəhəri 2 saylı xəstəxanada müalicə olunan qohumunun ona etibarnamə vermək istədiyi və xəstə olduğu üçün notariat kontoruna gələ bilmədiyini deyərək, xəstəxanaya gedib həmin etibarnaməni təsdiq etməyi xahiş etmişdir. O, notariat əməliyyatını aparmaq üçün Aydınla xəstəxanaya getmiş, orada palatada həkimin iştirakı ilə müalicə edilən xəstə Zərərçəkmiş şəxs1 səhhətinin normal olmasını, dərk etməsinin yerində olduğunu və xəstəliyinin notariat əməliyyatı aparılmasına imkan verdiyini müəyyən etmiş, Aidə xəstə olduğundan mənzili satıb müalicə olunmaq istədiyi və mənzili satmaq üçün qohumu Aydına etibarnamə vermək istədiyini ona demiş, Aidənin iradəsinə uyğun etibarnamə tərtib etmiş, Aidə özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 158 saylı evin 26 nömrəli mənzilə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, girov (ipoteka) qoymağı, pulunu almağı və digər hərəkətlər etməyi Məhkum etibar etməsi barədə etibarnamə vermiş, həmin etibarnaməni Zərərçəkmiş şəxs1 şəxsən özü oxuyaraq imzalamış, o isə, həmin etibarnaməni notarial qaydada təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri M.Ə.Əfəndiyev adına 2 saylı kliniki xəstəxanasının Toksikologiya mərkəzindən Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PB-nə daxil olmuş 11 okytabr 2008-ci il tarixli məlumatdan görünür ki, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 206 ünvanda yaşayan X15 dərman zəhərlənməsi ilə xəstəxanaya daxil olmuşdur. Səhhəti ağır olduğundan onun dindirilməsi mümkün deyildir (cild 1, i.v 12-19). İş materiallarında olan Bakı şəhəri, N.Nərimanov adına 1 saylı uşaq yolxucu xəstəliklər xəstəxanasında tərtib olunmuş stasionar xəstənin 1701 saylı tibbi kartasından görünür ki, X15 10 oktyabr 2008-ci il tarixdə saat 18:40-da 4 №-li təcili yardım stansiyasının göndərişi və dezkameranın müşayəti ilə xəstəxananın hava-damcı infeksiya şöbəsinə gətirilmiş, xəstə soporoz vəziyyətində olmuş, çırpınmış, əl-qol atmış, yeməmiş, ağ ciyərlərində zəif tənəffüs eşidilmiş, verilən suallara cavab verə bilməmiş, ətrafı dərk etməmiş, əlləri, ayaqları soyumuş, aparılan dezintoksikasion müalicədən sonra xəstənin huşu bir qədər aydınlaşmışdır. 11 oktyabr 2008-ci il tarixdə xəstəni həkim nevropotoloq müayinə edən zaman suallar verdikdə dərman qəbul etdiyini, lakin dərmanın adını bilmədiyini demiş, ona görə də bu barədə toksikoloji şöbəyə və 29-cu Polis Bölməsinə məlumat verilmişdir. Həmin gün xəstəni şöbə müdiri və baş həkim müayinə etmiş, vəziyyəti çox ağır olsa da, huşu bir qədər aydınlaşmış, suallar verdikdə təkrar dərman qəbul etdiyini söyləmiş, tez yorulmuş, ağır zarımış, çırpınmış, əl-qol atmış, nəbzi zəif vurmuş, aşağı ətraflarda zəiflik, süstlük olmuş, ayağını qaldıra bilməmiş, təkrar-təkrar sorğuya hər dəfə 8 tabletka 2 dəfə naməlum dərman içdiyini demiş, 11 oktyabr 2008-ci il tarixdə «naməlum etiologiyalı dərman zəhərlənməsi, komotoz vəziyyət» kliniki diaqnozu ilə Bakı şəhəri, M.Ə.Əfəndiyev adına 2 saylı kliniki xəstəxananın toksikologiya şöbəsinə köçürülmüşdür (cild 2, i.v 127-141). İş materiallarında olan Bakı şəhəri, M.Ə.Əfəndiyev adına 2 saylı kliniki xəstəxanada tərtib olunmuş 5209/898 saylı stasionar xəstənin tibbi kartasından görünür ki, Samirə Yahyayeva 11 oktyabr 2008-ci il tarixdə saat 16:10-da Bakı şəhəri, N.Nərimanov adına 1 saylı uşaq yolxucu xəstəlikləri xəstəxanasının göndərişinə əsasən «Naməlum dərman ilə zəhərlənmə» diaqnozu ilə xəstəxananın toksikologiya şöbəsinə daxil olmuş, səhhəti ağır olmuş, ətraflı anamnez toplamaq mümkün olmamış, xəstəyə təkrar olaraq «kəskin P/O dərman ilə zəhərlənmə, ağır dərəcədə» diaqnoz qoyulmuş, xəstənin mədəsi yuyulmuş, imalə olunmuş, sidik kisəsinə katater yeridilmiş və infurion müalicəyə başlanılmış, sonrakı günlər vəziyyəti daha da ağırlaşmış, dodaqları qurumuş, qanlı ərplə örtülmüş, həkim nevropatoloqun baxışı olmuş və xəstəyə «toksiko ensefalopatiya (dərman) diaqnozu qoyulmuş, vəziyyəti çox ağır olduğundan 14 oktyabr 2008-ci il tarixdə xəstəyə həkimlərin birgə baxışı olmuş, aparılan müalicə tədbirlərinə baxmayaraq, Samirə Yahyayeva 14 oktyabr 2008-ci il tarixdə saat 10:50-də xəstəxanada ölmüşdür. İşin 5-ci cildinin 88-ci vərəqəsindəki 27 noyabr 2008-ci il tarixli, ******* №-li ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X15 14 oktyabr 2008-ci il tarixdə «Finlepsin» dərmanı zəhərlənməsindən ölmüşdür. İşin 1-ci cildinin 39-40, 44-45-ci vərəqələrindəki Bakı şəhəri, Yasamal rayonu 29-PB-nə xəstəxanadan daxil olmuş məlumatdan görünür ki, 21 oktyabr 2008-ci il tarixdə ünvan 7 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evdə ölmüş, həmin tarixdə yaşadığı evdə Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilmiş, meyitin bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşin 1-ci cildinin 136-149-cu vərəqələrindəki Bakı şəhəri, M.Ə.Əfəndiyev adına 2 saylı kliniki xəstəxanada tərtib olunmuş stasionar xəstənin 497/5365 saylı tibbi kartasından görünür ki, Zərərçəkmiş şəxs1 10 oktyabr 2008-ci il tarixdə saat 15:25-də 4 saylı təcili yardım tərəfindən xəstəxanaya gətirilmiş və növbətçi həkim-reanimotoloq və növbətçi həkim-nevropatoloqun baxışından sonra reanimasiya şöbəsinə yerləşdirilmiş, xəstənin huşu aydın olmuş, kontakta girmiş, şikayəti ümumi zəiflik, başağrıları, aşağı ətraflarında hərəkətsizikdən olmuş, görünən dəri və selikli qişası kəskin avazımış, ürək tonları karlaşmış, ağ ciyər üzərində zəif tənəfüs eşidilmiş, xəstəliyini heç nə ilə əlaqələndirməmiş, üç günə yaxın özünü xəstə hesab etdiyini, ətraflarında ağrılar olduğunu, ağrıların get-gedə artdığını, təcili yardım çağırıldığını, intensiv yardımlar olunduğunu, difteriyalı xəstə ilə təmasda olduğunu bildirmiş, həmin gün həkim toksikoloq xəstəni müayinə etmiş, xəstədə kəskin kimyəvi zəhərlənmə əlamətlərinin olmadığını qeyd etmiş, 11 oktyabr 2008-ci il tarixdə xəstə xəstəxananın əsəb şöbəsinə köçürülmüş, sonrakı günlər vəziyyəti orta ağır və ağır olmuş, yemək yeməmiş, 18 oktyabr 2008-ci il tarixdə səhhəti ağır olduğundan həkimlər onu xəstəxananın reanimasiya şöbəsinə köçürmək istəmiş, lakin Aydın adlı şəxs özünü xəstənin qohumu kimi təqdim edərək buna mane olmuş, xəstəyə «polineyropatiya» diaqnozu qoyulmuş, 19 oktyabr 2008-ci il tarixdə səhhəti ağır olduğundan qardaşı X33 tərəfindən evə aparılmış və 21 oktyabr 2008-ci il tarixdə yaşadığı evdə ölmüşdür. İşin 2-ci cildinin 248-ci vərəqəsindəki 16 mart 2010-cu il tarixli, AZ-İ 396544 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 21 oktyabr 2008-ci il tarixdə zəhərlənmədən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 mart 2010-cu il tarixdə 130 nömrə ilə qeyd edilmişdir. Zərərçəkmiş şəxs1 21 oktyabr 2008-ci il tarixdə ölməsi faktı üzrə Bakı şəhəri, Yasamal rayon prokurorluğunda araşdırma aparılmış, həmin 476-C-2008 №-li araşdırma materialı 03 noyabr 2008-ci il tarixdə istintaq olunan 20642 saylı cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 6-8-ci vərəqələrindəki «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 14 oktyabr 2008-ci il tarixdə xəstəxanada Samirə Yahyayevanın meyitinə baxış keçirildikdən sonra onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi 206 ünvandakı evə baxış keçirilmiş, baxış zaman otaqda masanın üst rəfində hər birinin içərisində olan həblərdən 8 ədədi istifadə edilmiş, 2 ədədi qalmış «Finlepsin» və «Amitriptilin» dərman pereparatları aşkar olunaraq götürülmüşdür. İşdə olan məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2008-ci il tarixli, 141 №-li rəyindən görünür ki, X3 adına Bakı şəhəri, M.Ə.Əfəndiyev adına 02 saylı Kliniki xəstəxanada tərtib olunmuş 5209/898 saylı stasionar xəstənin kartasına əsasən, Samirə Yahyayeva 11 oktyabr 2008-ci il tarixdə saat 16:10-da xəstəxanaya «dərman zəhərlənməsi» diaqnozu ilə daxil olmuş, xəstəxanada vəziyyəti ağır olmuş və 14 oktyabr 2008-ci il tarixdə saat 10:50-də ölüm baş vermişdir. Samirə Yahyayevanın ölümünə səbəb antidepressant dərman olan finlepsin və naməlum etologiyalı dərman preparatı ilə zəhərlənmə olmuşdur. Ölüm 14 oktyabr 2008-ci ildə xəstəxanada baş vermişdir ki, bu da meyitin müayinəsi ilə inkar olunmur. Samirə Yahyayevanın meyitinin məhkəmətibbi müayinəsi zamanı onun meyitində hər hansı bir xəsarət aşkar olunmamış, onun meyitinin daxili üzvlərinin hissələrində məhkəmə-kimya tədqiqatı zamanı təbii tərkibindən üstünlük təşkil edən bir sıra metallar (arsen, mis, sink və s.) aşkar edilmişdir. Bu onu göstərir ki, o, xəstəxanaya daxil olmamışdan əvvəlki müddətlərdə qeyd olunan metal duzları onun orqanizminə daxil olmuşdur. Onun meyitinin müayinəsi zamanı onun daxili üzvlərində xəstəlik əlamətləri aşkar edilməmiş, meyitinin mədə boşluğunda çirkli yaşıl rəngli tərkibində qida maddələri seçilməyən maye aşkar edilmiş, qızlıq bəkarət pərdəsinin tamlığı pozulmamış və eləcə də onda hamiləlik təyin edilməmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 21 oktyabr 2008-ci il tarixli, 146 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun meyitində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb ağır metal olan qurquşun duzu ilə zəhərlənmə olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı onun uşaqlığında xoş xassəli şiş düyünləri (fibromiom düyünləri) müəyyən edilmişdir. Bunun ölümün baş verməsilə səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın, beynin və daxili üzv hissələrinin məhkəmə-kimya tədqiqatı nəticəsində güclü təsiredici və zəhərləyici maddə aşkar edilməmişdir. Tükün məhkəmə-kimyəvi tədqiqatı nəticəsində metallar arasında Pb (qurquşun) orqanizmin normal fizioloji tutumundan xeyli artıq olmuşdur (normada Pb-2-4 mkq/q) aşkar olunub PB-17, 55 mq/kq. Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı onun mədə boşluğunda tərkibi bilinməyən bozumtul-yaşılımtıl rəngi duru möhtəviyyat aşkar edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə birgə aparılmış məhkəmə-kimyəvi tədqiqatı nəticəsində Zərərçəkmiş şəxs1 tükündə Pb (qurğuşun) normal fizioloji tutumundan xeyli artıq (PB-17,55 mq/kq.) olması müəyyən edilmişdir. İşin 4-cü cildinin 37-ci vərəqəsindəki Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin «Maddi sübutların qeydiyyatı» kitabından görünür ki, kitabda 1919/k nömrəli qeydiyyatla ekspert X39 tərəfindən 21 oktyabr 2008-ci il tarixdə Zərərçəkmiş şəxs1 meyitindən götürdüyü yalnız qan və daxili üzv hissələri məhkəmə-kimyəvi müayinəyə göndərilmiş və bu barədə qeydiyyat aparılmış, baş tükləri isə müayinəyə göndərilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2008-ci il tarixli 141 saylı rəyindən görünür ki, X3 meyitinin daxili üzvlərinin hissələrində məhkəmə-kimya tədqiqatı zamanı təbii tərkibindən üstünlük təşkil edən bir sıra metallar (arsen, mis, sink və s.) aşkar edilməsi qeyd olunmuşdur. İşin 4-cü cildinin 38-39-cu vərəqələrindəki Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin «Maddi sübutların qeydiyyatı» kitabından görünür ki, kitabda 1882/k nömrəli qeydiyyatla ekspert Nuru Allahyarov tərəfindən 14 oktyabr 2008-ci il tarixdə Samirə Yahyayevanın meyitindən götürdüyü qan və daxili üzv hissələri məhkəmə-kimyəvi müayinəyə göndərilməsi barədə qeydiyyat aparılmış, kitabda analizin nəticəsi qrafasında Samirə Yahyayevanın meyitindən götürülmüş qan və daxili üzv hissələrində 1,4-benzodiezepin törəməsi və naməlum etiologiyalı dərman maddəsinin aşkar edilməsi qeyd olunmuş, təbii tərkibindən üstünlük təşkil edən bir sıra metallar (arsen, mis, sink və s.) aşkar edilməsi barədə isə qeydiyyat aparılmamışdır. İşin 3-cü cildinin 217-ci vərəqəsindəki Azərbaycan MEA-nın Geologiya İnstitutundan daxil olmuş məktubdan görünür ki, instituta Samirə Yahyayevanın meyitinin daxili üzvlərinin hissələri və Zərərçəkmiş şəxs1 isə tük nümunələri analiz aparılması üçün daxil olmamış və ümumiyyətlə həmin analiz aparılmamışdır. Məhkəmə-tibbi ekspertizasının 21 oktyabr 2008-ci il tarixli 146 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı tibbi ekspert X40 tərəfindən Zərərçəkmiş şəxs1 stasionar xəstənin tibbi kartasında qeyd olunmuş mühüm əhəmiyyətə malik tibbi məlumatlar (xəstənin kliniki əlamətləri, patalogiyası və s.) ümumiyyətlə öyrənilməmişdir. Həmin məhkəmə-tibbi ekspertiza rəyləri kifayət qədər əsaslı olmadığından və şübhə doğurduğundan ibtidai istintaq zamanı komisyon təkrar-əlavə məhkəmə tibbi və məhkəmə-kimyəvi ekspertiası təyin edilmişdir. İşdə olan komisyon təkrar-əlavə məhkəmə-tibbi və kimyəvi ekspertizasının 18 aprel 2013cü il tarixli T 80/2013 №-li rəyindən görünür ki, X3 ölümünə səbəb antidepressiv qrupuna aid olan finlepsin və naməlum etiologiyalı dərman preparatından kəskin zəhərlənmə olmuşdur. Bu dərman preparatları orqanizmə ağızdan daxil olmuş, kəskin zəhərlənmə törətmişdir ki, bu da istər meyitdən götürülmüş materialın məhkəmə-kimyəvi, istərsə də onun adına tərtib edilmiş xəstəlik tarixində qeyd edilən kliniki əlamətlərlə öz təsdiqini tapır. X3 meyitinin müayinəsi zamanı ilkin rəydə göstərilən ağır metal duzlarının tədqiqi üçün materialın Milli Elmlər Akademiyasının Geologiya İnstituna göndərilərək rəy alınması öz təsdiqini tapmamışdır. S.M.Yahyayevanın meyitinin müayinəsi və onun adına tərtib edilmiş tibbi sənədlərdə ağır metal duzları ilə zəhərlənməni təsdiq edən hər hansı bir dəyişiklik və ya kliniki əlamət müəyyən edilmədi. Zərərçəkmiş şəxs1 ölümünə səbəb ilkin rəydə göstərildiyi kimi ağır metal duzu-qurğuşunla zəhərlənmə ola bilməzdi. Belə ki, qeyd edilən müayinə üçün material Milli Elmlər Akademiyasının Geologiya institutuna daxil olmamışdır. Onun adına tərtib edilmiş xəstəlik tarixində bunu təsdiq edən klinik əlamətlər müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb antidepressiv qrupuna aid olan finlepsin və digər dərman maddələri ilə zəhərlənmə olmuşdur. Məhkəmə-kimyəvi müayinə zamanı Zərərçəkmiş şəxs1 ölümünə səbəb olan dərman preparatlarının aşkar edilməməsini onun stasionar müalicəsi zamanı istifadə edilən dezintoksikasion tədbirlərlə əlaqələndirmək olar. Zərərçəkmiş şəxs1 bədəninə zəhərləyici dərman maddələri ağız vasitəsi ilə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş xəstəlik tarixində 16 oktyabr 2008-ci ildə aparılan qeydlər-yuxarı və aşağı ətrafların parezi, udma, danışıq qabiliyyəti və reflekslərin pozulması-onun müəyyən məqsədəyönlü hərəkətlər, o cümlədən sənədləri öyrənərək onların mənasını dərk etmək və imzalamaq iqtidarında olmasını inkar edir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 31 oktyabr 2008-ci il tarixli 1990/k saylı rəyindən görünür ki, ünvan 8 ünvandakı mənzildə aşkar olunub götürülmüş «Finlepsin» (5- Karbamoil-5H-dibenzazepin) suda həll olmayan ağ kristalik dərman preparatıdır. Antipsixotik, antidepressiv, analqetik və epilepsiya əleyhinə xasiyyətlərə malikdir. Dərman adətən orqanizmi tərəfindən çox yaxşı mənimsənilir. Tək-tək hallarda iştahın itməsi, ürək bulanma, nadir hallarda qusma, baş ağrısı, yuxulama, ataksiya, akkomadasiyanın pozulması baş verir. «Amitriptilin» (5-(3- Dimetilaminopropiliden)-10, 11-dihidrobenzotsiklohepten hidroxlorid) suda yaxşı həll olan ağ kristalik həbdir. Endogen depressiyadalarda, gecə enurizində təyin edilir. Orqanizmi tərəfindən yaxşı mənimsənilir. Ancaq kəskin xolinolitik təsiri ilə əlaqədar ağızda quruluq, bəbəklərin genişlənməsi, akkomadasiyanın pozulması, qəbizliyə, o cümlədən, yuxululuq, baş gicəllənməsi, əlin əsməsi, paresteziya, aritmiya, taxikaardiyaya, allerqik reaksiyaya səbəb ola bilər. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 may 2013-cü il tarixli 6069/70 saylı rəyindən görünür ki, təqdim olunmuş hər birinin içərisində 30 həb olan 1 qutu «Finlepsin» və 1 qutu «Amitriptilin» göstəricili dərman preparatları istifadə olunmamışdır (içərilərində həblər olan konvolyutların zavod üsulu qablaşdırılmasına kənar müdaxilə olunmamışdır) və həmin dərman nümunələrində toksiki (zəhərli) ağır metal elementləri aşkar edilmədi. İşdə olan məhkəmə-əczaçılıq və əmtəəşünaslıq ekspertizasının 23 iyul 2013-cü il tarixli 02/4782 saylı rəyindən görünür ki, dərman vasitəsinin istifadəsi üçün təlimata əsasən təqdim olunmuş «Finlepsin 200 mq № 50» və «Amitriptilin 25 mq № 50» dərman vasitələrinin yararlıq müddəti bitdiyi üçün istifadəyə yararsızdırlar. «Finlepsin 200 mq № 50» adlı dərman vasitəsi epilepsiya əleyhinə farmakoterapevtik qrupuna, «Amitriptilin 25 mq № 50» dərman vasitəsi isə antidepressant farmakoloji qrupuna daxil olan dərman vasitələridir. «Finlepsin 200 mq № 50» adlı dərman vasitəsi epilepsiya, üçlü sinirin essensial nevralgiyasında, essensial qlossofaringeal nevralgiya və s. kimi xəstəliklərin müalicəsində və affektiv və şizoaffektiv psixozlar, litiumun qeyrieffektivliyi və ya ona qarşı həssaslığın artması zamanı bipolyar pozğunluqların profilaktikasında istifadə edilir. «Amitriptilin 25 mq № 50» dərman vasitəsi isə bütün etiologiyalı depressiyalar, maniakal-depressiv psixozun depressiv fazası, qarışıq emosional pozğunluqlar, davranış pozğunluqları, uşaq enurezi, sinir blumiyası kimi xəstəliklərin müalicəsində istifadə edilir. «Finlepsin 200 mq № 50» adlı dərman vasitəsisinin anemiya, leykopeniya, tritsiklik antidepressantların təsirinə həssas xəstələrə təyini və həmçinin MAO inhibitorları və litium dərman vasitələri ilə eyni vaxtda qəbulu əks göstəriş hesab olunur və həmçinin qeyd edilən dərman vasitəsinin ağır ürək çatışmamazlığı, böyrək və qaraciyər çatışmamazlığı, gözdaxili təzyiqin yüksəkliyi, alkolizmi kimi xəstəliklərdən əziyyət çəkən xəstələr tərəfindən qəbulu zamanı diqqətli olmaq lazımdır. «Amitriptilin 25 mq № 50» dərman vasitəsinin dekompensasiya mərhələsindəki ürək çatışmamazlığı, miokard infarktının kəskin və erkən bərpa müddətində, arterial hipertenziya, qaraciyər və böyrək funksiyasının pozulması ilə müşahidə olunan kəskin xəstəliklərində, obsteniya mərhələsində olan mədə və 12 barmaq bağırsağın xora xəstəliyində, qapalıbucaqlı qlaukoma, prostat vəzi hipertrofiyası kimi xəstəliklər zamanı qəbulu əks göstəriş hesab olunur. «Finlepsin 200 mq № 50» adlı dərman vasitəsisinin maksimal dozası: daxilə qəbul zamanı böyüklərə, 15 yaş və daha böyük yeniyetmələrə 1, 2 q/gün, uşaqdara 1 q/gün təyin edilir. «Amitriptilin 25 mq № 50» dərman vasitəsi isə daxilə qəbul dozası 25-50 mq təşkil edir. İkiqat dozada qəbul etmək olmaz. Müalicə az miqdarda doza ilə başlanır və daha sonra optimal effektə nail olana qədər bu doza tədricən artırılır. «Finlepsin 200 mq № 50» adlı dərman vasitəsisinin artıq dozada qəbul edilməsi mərkəzi sinir sisteminin, ürək damar sisteminin və tənəffüs sisteminin funksiyasının pozulmasına yol aça bilər. Mərkəzi sinir sistemi fəaliyyətinin pozğunluqları dezorientasiya, yuxululuq, həyəcanlanma, halüsinasiya, koma, dumanlı görmə, dizartriya, ataksiya, diskineziya, qıcolma və s.kimi müşahidə olunur. Ürək-damar sistemi fəaliyyətinin pozğunluqları taxikardiya, arterial təzyiqin enməsi, bəzi hallarda arterial təzyiqin qalxması, özündən getmə, ürəyin fəaliyyətinin dayanması kimi hallar meydana gətirə bilər. Tənəffüs çatışmazlığı, ağ ciyərlərdə şiş tənəffüs sisteminin pozğunluqları kimi müşahidə olunur. Bunlarla yanaşı həmin dərman vasitəsinin artıq dozada qəbulu ürəkbulanma, qusma, yoğun bağırsağın fuksiyasının pozulması, anuriya və s. fəsadlar yarada bilər. «Amitriptilin 25 mq № 50» dərman vasitəsinin artıq dozada qəbulu yuxululuq, dezorientasiya, huşun itirilməsi, göz bəbəklərinin genişlənməsi, bədən temperaturunun qalxması, tənginəfəslik, dizartriya, həyəcanlanma, halüsinasiya, qıcolma tutmaları, əzələlərin rigildliyi, qusma, aritmiya, arterial hipottenziya, ürək çatışmamazlığı, tənəffüs sıxıntısı və s.kimi funksiya pozğunluqları yarada bilər. «Finlepsin 200 mq № 50» və «Amitriptilin 25 mq № 50» dərman vasitələrinin aptek pərakəndə satış məntəqələrində satışı resept əsasında həyata keçirilməlidir. Resept vahid nüsxədə yazılmaqla həkimin şəxsi möhürü və imzası ilə öz təsdiqini tapmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X31 tərəfindən iş üzrə verilmiş xx.xx.2018-cü il tarixli T 158/2018 №-li rəyində də göstərilmişdir ki, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş tibbi sənədlərdəki məlumatlara, onun meyitinin məhkəmə-tibbi ekspertizası rəyinə, meyitdən götürülmüş biomaterialların məhkəmə-kimyəvi və məhkəmə-histoloji tədqiqatlarının nəticələrinə əsasən demək olar ki, mərhumun ölümünə səbəb, çox güman ki, antidepressant təsiri olan finlepsinin və ya analoji təsirli digər naməlum dərman maddəsinin təsiri nəticəsində baş vermiş kəskin zəhərlənmə olmuşdur. Bu, Zərərçəkmiş şəxs1nm adına Bakı şəhəri 2 saylı klinik xəstəxanasında tərtib olunmuş xx.xx.2008-ci il tarixli 497/5365 saylı stasionar tibbi kartasında xəstə X5 qeyd edilmiş oxşar klinik əlamətlərin (ümumi zəiflik, aşağı ətraflarda hərəkətsizlik, dəri və selikli qişaların kəskin avazıması, ətraflarda yaranan ağrıların getdikcə artması, udmanın və nitqin pozulması, aşağı ətraflarda bir qədər ödem, reflekslərin sağda sol ətraflara nisbətən aşağı olması, tetraparez) olması; hər iki meyitin müayinəsi zamanı mədə boşluğunda bozumtul-yaşılımtıl və çirkli yaşıl rəngli, tərkibi bilinməyən maye və duru möhtəviyyatın aşkar edilməsi və meyitlərdən götürülmüş daxili üzv hissələrində analoji morfoloji dəyişikliklərin (baş beynin, miokard ödemi, miokardda, qaraciyərdə və böyrəkdə parenximatoz zülal distrofıyası, ağciyərdə atelektaz və emfızema ocaqları) aşkar olunması ilə təsdiq oluna bilər. Apellyasiya baxışı zamanı dindirilmiş, iş üzrə sözügedən xx.xx.2018-cü il tarixli T 158/2018 №-li rəyi vermiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 ekspetləri X44, X18, X34, X11 və X6 hər biri ayrı-ayrılıqda ifadələrində vermiş olduqları həmin rəyi müdafiə etməklə yanaşı, rəydə göstərilən “çox güman ki” ifadəsinin Zərərçəkmiş şəxs1 rəydə göstərilən ölümünün səbəbini şübhə altına almadığını və ehtimal xarakterli olmadığını, “çox güman ki” ifadəsinin rəydə söz olaraq işlədilərək heç bir əhəmiyyət kəsb etmədiyini və rəylə gəlinmiş nəticəyə təsir etmədiyini göstərdilər və eyni zamanda həmin halın əlavə komisyon ekspertiza keçirməklə aradan qaldırılmasının mümkün olduğunu bildirdilər. İş materiallarında olan müdafiə tərəfinin vəsatəti əsasında təyin edilərək keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X43-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 21 fevral 2019-ci il tarixli, T 80/2019 nömrəli təkrar komisyon məhkəmətibbi ekspertizasının rəyində qeyd edilir ki, iş üzrə verilmiş xx.xx.2013-cü il tarixli T 80/2013 N°-li və xx.xx.2018-ci il tarixli T 15 8/2018 N-li rəylərdə mərhumə X19 ölümünün səbəbinə münasibətdə işlədilmiş “çox güman ki” ifadəsi ölümün səbəbini şübhə altına almır, onun ehtimal xarakterli olduğunu göstərmir və söz olaraq işlədilmişdir. 1959-cu il təvəllüdlü X19 adına tərtib olunmuş tibbi sənədlərdəki məlumatlar, onun meyitinin məhkəmə-tibbi ekspertiza rəyləri, tədqiqatlarının nəticələri konkret olaraq bunu deməyə əsas verir ki, mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb antidepressant təsiri olan finlepsinin və ya analoji təsirli digər naməlum dərman maddəsinin təsiri nəticəsində baş vermiş kəskin zəhərlənmə olmuşdur. xx.xx.2013-cü il tarixli T80/2013 N-li, xx.xx.2018-ci il tarixli T 158/2018 və hazırki rəylər arasında mərhumə Zərərçəkmiş şəxs1 ölümünün səbəbi ilə bağlı ziddiyyət yoxdur. Zərərçəkmiş şəxs1 meyitinin xx.xx.2018-ci il tarixdə keçirilmiş ilkin məhkəmə-tibbi ekspertizasına dair 146 nömrəli rəydə göstərilmiş ölümün səbəbinə gəldikdə, xx.xx.2013-cü il tarixli T 80/2013 saylı rəydə qeyd edildiyi kimi, mərhumənin ölümünə səbəb ağır metal duzu-qurğuşunla zəhərlənmə ola bilməzdi. Belə ki, qeyd olunan müayinə üçün material Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna daxil olmamış və belə bir müayinə də aparılmamışdır. Həmçinin Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş xəstəlik tarixində ağır metal duzu-qurğuşunla zəhərlənməni təsdiq edən klinik əlamətlər də müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həm məhkum edilmiş şəxs Məhkum, həm zərərçəkmiş şəxslərin, həm iş üzrə dindirilmiş şahidlərin ifadələrini və iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Məhkum Samirə Yahyayеva və Aidə Yahyayеvanı zəhərləyərək qəsdən öldürmək niyyəti sübuta yetirilməmişdir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının 9.-cu bəndinə əsasən təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyəti ilə edilmiş olsun. Həmin Qərarının 11-ci bəndinə əsasən təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Belə ki, şəxsin əməlinin AR CM-nin 120-ci maddəsi ilə tövsif edilməsi üçün ən önəmli meyar onun niyyətinin məhz zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlməsinin müəyyən edilməsidir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayətin subyektiv cəhəti şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. Belə ki, Məhkum ittihamının əsas motivini tamah niyyəti üzrə Zərərçəkmiş şəxs1 adına olan evin ələ keçirilməsi təşkil edir. Lakin qeyd etmək lazımdır ki, Məhkum özü ev alverçisi idi və sənədləşməni yaxşı bilirdi. Ona görə ona bəlli idi ki, Zərərçəkmiş şəxs1 ölümündən sonra o, evi öz adına sənədləşdirə bilməyəcəkdir. Həmçinin Məhkum Aidə Yəhyayevanın adına olan mənzili ələ keçirmək məqsədilə onu öldürməsi də iş materialları ilə kifayət qədər sübut olunmur. Belə ki, Məhkum tibb mütəxəssisi deyil. O Aidə Yəhyayevaya təqdim etdiyi dərmanların təsirindən ölə biləcəyini təxmin belə edə bilməzdi. Əgər onun belə məqsdi olsaydı, yəni Aydın Aidənin həmin dərmanlardan dəqiq öləcəyini bilsəydi və ya bunu ehtimal etsəydi Aidənin həmin dərmanlardan istifadə edəcəyi vaxta qədər orada gözləyərdi. İş materiallarından və şahid ifadələrindən də göründüyü kimi Aidə xx.xx.2008-ci ildən xəstəxanada olub. Beləliklə, Məhkum dərmanları zərərçəkənlərə zorla verməmiş və dərmanların zəhərləyə biləcəyini bilməmişdir. Ona görə də dərmanların Aydın tərəfindən verilməsinə istinad etməklə qəsdən adam öldürmə nəticəsinə gəlmək olmaz. Samirə Yəhyayevanın öldürülməsinə münasibətdə isə motiv tam məntiqsizdir. Belə ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-nin 7-ci maddəsində təsbit olunmuş təqsirə görə məsuliyyət prinsipinin davamı kimi CMnin 24-cü maddəsində təqsirin formaları müəyyən edilmişdir. Qanunun tələbinə görə hər bir şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi halında ittiham olunduğu əmələ onun psixi münasibətinin müəyyən edilməsi zəruridir. Ali Məhkəmənin Cinayət Kollegiyasının 14 dekabr 2017-ci il tarixli qərarında göstərildiyi kimi Məhkum Aida və Samirə Yahyayevaları qəsdən öldürməsinə dair ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsinin gəldiyi nəticələr mötəbər sübutlara əsaslanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin tələblərinə əsasən şəxs yalnız o cinayəti törətməyə görə təqsiləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Qanunun tələbindən də göründüyü kimi ölümün səbəbi tibb sahəsində ekspert rəyi ilə müəyyən edilməlidir. Hazırki iş üzrə ekspert rəyləri əsasında kəskin ziddiyyətlər mövcuddur. Belə ki, məhkəmə-tibb ekspertinin 21 noyabr 2008-ci il tarixli 146 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb ağır metal olan qurğuşun duzu ilə zəhərlənmə olmuşdur. (cild 1,vərəqə 77- 81) İbtidai araşdırma orqanının qərarı əsasında keçirilmiş komisyon təkrar-əlavə məhkəmətibbi və kimyəvi ekspertizasının xx.xx.2013-cü il tarixli T 80/2013 N°-li rəyində göstərilmişdir ki: - Samirə Yəhyayeva finlepsin və digər antidepressant preparatından zəhərlənmədən ölmüşdür. -Aidə Yəhyayeva ağır metal duzlardan ölə bilməzdi, o, çox güman ki, finlepsin və digər antidepressant preparatından zəhərlənmədən ölmüşdür. (cild 5,vərəqə 2-16) İş materiallarında olan, cinayət işinin apellyasiya baxışı zamanı komisyon təkrar-əlavə məhkəmə-tibbi və kimyəvi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X31 tərəfindən iş üzrə verilmiş xx.xx.2018-cü il tarixli T 158/2018 №li rəyində də göstərilmişdir ki, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş tibbi sənədlərdəki məlumatlara, onun meyitinin məhkəmə-tibbi ekspertizası rəyinə, meyitdən götürülmüş materialların məhkəmə-kimyəvi və məhkəmə-histoloji tədqiqatlarının nəticələrinə əsasən demək olar ki, mərhumun ölümünə səbəb, çox güman ki, antidepressant təsiri olan finlepsinin və ya analoji təsirli digər naməlum dərman maddəsinin təsiri nəticəsində baş vermiş kəskin zəhərlənmə olmuşdur. Bu, Zərərçəkmiş şəxs1 adına Bakı şəhəri 2 saylı klinik xəstəxanasında tərtib olunmuş xx.xx.2008-ci il tarixli 497/5365 saylı stasionar tibbi kartasında xəstə X5 qeyd edilmiş oxşar klinik əlamətlərin (ümumi zəiflik, aşağı ətraflarda hərəkətsizlik, dəri və selikli qişaların kəskin avazıması, ətraflarda yaranan ağrıların getdikcə artması, udmanın və nitqin pozulması, aşağı ətraflarda bir qədər ödem, reflekslərin sağda sol ətraflara nisbətən aşağı olması, tetraparez) olması; hər iki meyitin müayinəsi zamanı mədə boşluğunda bozumtul-yaşılımtıl və çirkli yaşıl rəngli, tərkibi bilinməyən maye və duru möhtəviyyatın aşkar edilməsi və meyitlərdən götürülmüş daxili üzv hissələrində analoji morfoloji dəyişikliklərin (baş beynin, miokard ödemi, miokardda, qaraciyərdə və böyrəkdə parenximatoz zülal distrofıyası, ağciyərdə atelektaz və emfızema ocaqları) aşkar olunması ilə təsdiq oluna bilər.(cild 9,vərəqə 391-426) Qeyd etmək lazımdır ki, müdafiə tərəfinin vəsatəti əsasında apelyasiya instansiyası məhkəməsində yenidən komisyon təkrar-əlavə məhkəmə-tibbi və kimyəvi ekspertizası təyin edilmişdir. Ekspertlərin qarşısında qoyulan suallardan 1-cisi belə olmuşdur: “İş üzrə xx.xx.2013-cü il tarixli T 80/2013 N°-li və xx.xx.2018-cü il tarixli T 158/2018 №- li rəylərində X20 ölümünün səbəbi ilə bağlı göstərilən “çox güman ki” ifadəsi nəyi ehtiva edir, X20 ölümünün səbəbinə münasibətdə hansı əhəmiyyəti kəsb edir?” Qeyd olunan rəyi vermiş ekspertlər X44, X18, X34, X11 və X6 hər biri ayrı-ayrılıqda məhkəmədə dindirilmiş və ifadələrində rəydə göstərilən “çox güman ki” ifadəsinin Zərərçəkmiş şəxs1 rəydə göstərilən ölümünün səbəbini şübhə altına almadığını və ehtimal xarakterli olmadığını, “çox güman ki” ifadəsinin rəydə söz olaraq işlədilərək heç bir əhəmiyyət kəsb etmədiyini və rəylə gəlinmiş nəticəyə təsir etmədiyini göstərmişdilər və onlardan rəy alınmasına ehtiyac yox idi. Həmçinin qeyd etmək lazımdır ki, CPM-nin 267.3-cü maddəsinin tələbinə görə “Təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər.” Apellyasiya instansiyası məhkəməsi tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında göstərilən xüsusatla bağlı təyin edilərək keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X43 Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 21 fevral 2019-ci il tarixli, T 80/2019 nömrəli təkrar komisyon məhkəmə-tibbi ekspertizasının rəyində qeyd edilir ki, iş üzrə verilmiş xx.xx.2013-cü il tarixli T 80/2013 №-li və xx.xx.2018-ci il tarixli T 15 8/2018 N-li rəylərdə mərhumə X19 ölümünün səbəbinə münasibətdə işlədilmiş “çox güman ki” ifadəsi ölümün səbəbini şübhə altına almır, onun ehtimal xarakterli olduğunu göstərmir və söz olaraq işlədilmişdir. 1959-cu il təvəllüdlü X19 adına tərtib olunmuş tibbi sənədlərdəki məlumatlar, onun meyitinin məhkəmə-tibbi ekspertiza rəyləri, tədqiqatlarının nəticələri konkret olaraq bunu deməyə əsas verir ki, mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb antidepressant təsiri olan finlepsinin və ya analoji təsirli digər naməlum dərman maddəsinin təsiri nəticəsində baş vermiş kəskin zəhərlənmə olmuşdur. xx.xx.2013-cü il tarixli T80/2013 N-li, xx.xx.2018-ci il tarixli T 158/2018 və hazırki rəylər arasında mərhumə Zərərçəkmiş şəxs1 ölümünün səbəbi ilə bağlı ziddiyyət yoxdur. Zərərçəkmiş şəxs1 meyitinin xx.xx.2018-ci il tarixdə keçirilmiş ilkin məhkəmə-tibbi ekspertizasına dair 146 nömrəli rəydə göstərilmiş ölümün səbəbinə gəldikdə, xx.xx.2013- cü il tarixli T 80/2013 saylı rəydə qeyd edildiyi kimi, mərhumənin ölümünə səbəb ağır metal duzuqurğuşunla zəhərlənmə ola bilməzdi. Belə ki, qeyd olunan müayinə üçün material Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna daxil olmamış və belə bir müayinə də aparılmamışdır. Həmçinin Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş xəstəlik tarixində ağır metal duzu-qurğuşunla zəhərlənməni təsdiq edən klinik əlamətlər də müəyyən edilməmişdir. Qeyd olunan rəy CPM-nin 267.3-cü maddəsinin tələblərinə zidd olaraq xx.xx.2018-ci il tarixli T 15 8/2018 N-li rəyi vermiş ekspertlər X44, X18, X34, X11 və X6 tərəfindən verildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İlkin rəydə “qanda qurğuşunun miqdarının çox olması Aidənin ölümünə səbəb olduğu göstərildiyi halda, komisyon rəydə isə göstərilib ki, çox güman ki, dərmandan ölüb”. gümana əsasən hökm çıxarıla bilməz. Qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı və işə baxan birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə irəli sürülmüş ittihama tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutları lazımınca tədqiq etməmiş və bununla da AR CPM 144, 145 və 146-cı maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ittiham olunduğu cinayət əməlinin obyektiv tərəfinə daxil olan hərəkətlərə dair ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticələr kifayət qədər əsaslandırılmamışdır. Belə ki, dərman preparatlarını qəbul etmək barədə qərarları Aidə və Samirə Yahyayevalar özləri vermişlər və Məhkum tərəfindən onlara heç bir fiziki təsir göstərilməmişdir. İş materiallarında Zərərçəkmiş şəxs1 və Samirə Yahyayevanın anlaqsız olmaları, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs olmalarını təsdiq edən sübutlar yoxdur. Belə olan halda, Məhkum CM-nin 32.2-ci maddəsinə əsasən Aidə və Samirə Yahyayevanı qəsdən öldürmə cinayətini bilavasitə törətmiş şəxs, eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs, yəni cinayətin icraçısı sayılması üçün sübutlar iş materiallarından görünmür. Belə ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Belə ki, iş materiallarından da görünür ki, Məhkum ilk izahatlarında səmimi olaraq həmin dərmanları özü də qəbul etdiyini və Aidə və Samirəyə də gətirdiyini bildirmişdir. Əgər onun zərərçəkmiş şəxsləri öldürmək qəsdi olsaydı, bu barədə məlumat verməz və dərmanları orada saxlamazdı. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPMnin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hərbir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlikprezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İş materiallarında olan ekspert rəylərinə əsasən görünür ki, adı çəkilən dərmanlar zəhərli olmamaqla terapevtik müalicəvi dərmanlar olmuş və tərkibində zəhərli elementlər müşahidə edilməmişdir. Mərhumlara ittihamda göstərilən dərmanları verməsi Məhkum özünün etirafından başqa heç bir sənəd və şahid ifadəsi ilə təsdiq edilməmişdir. Əczaçılıq və əmtəəşünaslıq ekspertizasının 25 iyul 2013-cü il tarixli rəyinə əsasən, «fillipsin» adlı dərman vasitəsi epilepsiya əleyhinə farmakoterapevtik qrupuna, «amipriptilin» dərmanı isə antidepressant farmakoloji qrupuna aid dərman vasitəsidir. Fiziki kimyəvi ekspertizasının 09 aprel 2013-cü il tarixli rəyinə görə adı çəkilən dərman preparatları istifadə edilməmiş və həmin dərman nümunələrində zəhərli ağır metal elementləri aşkar edilməmişdir. Həmin dərmanlar bütün apteklərdə satılır. Həmçinin işin apellyasiya instansiyası məhkəməsində icraatı zamanı Dövlət ittihamçısı2 iş materiallarında olan əvvəlki təkrar komission tibbi ekspertizanın onların təşəbüüsü ilə keçirilmədiyindən şifahi vəsatət verərək iş üzrə komission təkrar əlavə məhkəmə tibbi və kimyəvi ekspertizasının keçirilməsini xahiş etmişdir. Həmin vəsatət Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 1(103)-28/2022 saylı qərarı ilə təmin edilmiş və ekspert qarşısına Məhkəməpsixiatriya üzrə 1) Samirə və Zərərçəkmiş şəxs1 ölüm səbəbi nə olmuşdur? 2) Samirə və Zərərçəkmiş şəxs1 ölümünün dəqiq səbəbi və baş vermə müddəti müəyyən edilsin. 3) Samirə və Zərərçəkmiş şəxs1 hansısa xəstəlik keçirib-keçirməməsi, əgər keçirmişlərsə həmin xəstəliyin hansı mərhələdə olması, həmin xəstəliyin hansı əlamətlərlə müşaiyyət edilməsi müəyyən edilsin. 4) Samirə və Zərərçəkmiş şəxs1 hər hansı bir zəhərləyəci maddə qəbul etmişdirmi? Əgər etmişdirsə zəhərləyəci maddənin növü və dozası müəyyən edilsin. 5) Aidə Yəhyayevanın polineyropatiya diaqnozu ilə müalicədə olması, xx.xx.2008-ci il tarixli xəstəli tarixindəki qeydə əsasən anemnestik, klinik və labarotor göstəricilərə görə Aidə Yəhyayevada kəskin dərman zəhərlənməsinin inkar edilməsi nəzərə alınaraq ölümün filepsin və amitriptilin və ya digər dərmanların qəbulu nətiəsində baş vermiş kəskin dərman zəhərlənməsindən baş verməsi mümkündürmü? 6) Kəskin dərman zəhərlənməsi və ağır metal duzları ilə zəhərlənmənin hansı oxşar və fərqli kliniki əlamətləri mövcuddur. 7) “Finlepsin” və “Amitriptilin” preparatların təyinatı nədir, onlar hansı xəstəliklərə qarşı təyin olunurlar? 8) Həmin preparatlardan zəhərlənmək mümkündürmü? 9. Samirə və Zərərçəkmiş şəxs1 yalnız “Finlepsin” və “Amitriptilin” preparatlarından zəhərlənməsi mümkündürmü? 10) Samirə və Zərərçəkmiş şəxs1 “Finlepsin” və “Amitriptilin” preparatlarından başqa hər hansı bir dərman vasitəsi və ya qida qəbul etmişdirmi? Əgər etməsi müəyyən olunarsa həmin dərman və ya qidalardan zəhrlənməsi mümkündürmü? 11) 1993-cü il təvəllüdlü Samirə və 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 “Amitriptilin 25 mq №50” və “Finlepsin 200 mq №50” preparatlarından eyni vaxtda hərəsindən 4 həb olmaqla ümumilikdə 8 həb qəbul etmələri konkret olaraq onların zəhərlənmələrinə və ölmələrinə səbəb ola bilərdimi? 12) “Amitriptilin 25 mq №50” və “Finlepsin 200 mq №50” preparatlarının eyni vaxtda hansı dozada qəbulu zəhərlənmə və nəticədə ölümə səbəb ola bilər? 13) “Amitriptilin 25 mq №50” və “Finlepsin 200 mq №50” preparatlarının xəstəyə “gündə 3 dəfə yeməkdən (səhər yeməyi, nahar, şam) sonra 1 ədəd həb qəbul etməsi” təyinatı düzgündürmü, müsbət halda bu təyinat hansı klinik əlamətləri olan xəstələrə yazılır? 14) “Amitriptilin 25 mq №50” və “Finlepsin 200 mq №50” preparatları əczanələrdən hansı qaydada əldə edilir, həmin preparatları əldə edən şəxsdən hər hansı bir sənəd tələb olunurmu, satıcı həmin dərman preparatlarının satışı ilə bağlı özündə qeyd aparırmı, ümumiyyətlə həmin dərman preparatlarının pərakəndə satışı və alışı hansı qaydada həyata keçirilir? 15) Ekspertlər iş üçün əhəmiyyəti olan qarşılarına qoyulmamış digər suallara da cavab verə bilərlər sualları qoyulmuşdur. İşin apellyasiya instansiyası məhkəməsində icraatı zamanı keçirilmiş 19 may 2022-ci il tarixli, 304/KEŞ saylı ekspert rəyindən görünür ki, 1.1) 1993-cii il təvəllüdlü X3 adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunan məlumatlara, onun meyitinin məhkəmə-tibbi ekspertizasına dair Ekspert rəyinə, meyitdən götürülmüş daxili üzv nümunələrinin məhkəmə-kimyəvi va məhkəməhistoloji tədqiqatlarının nəticələrinə əsasən S.M.Yahyayevanın ölümünə səbəb antidepressant təsirli olan Finlepsin və naməlum etiologiyalı dərman preparatından baş vermiş kəskin zəhərənmə olmuşdur. Bu nəticə xasta S.M.Yahyayevanın N.Nərimanov adına 1 saylı Uşaq yolxucu xəstəliklər xəstəxanasında xx.xx.2008-ci il tarixli 1701 nömrəli xəstəlik tarixindəki sorğu məlumatları (ona evdə bir neçə dəfə çoxsaylı dərmanlar-tabletlər verilməsi), xarakterik kliniki əlamətlərin (huşun itirilməsi, nitqin olmaması, huşu aydınlaşdıqda psixomotor oyanıqlıq halı, narahatlıq, çırpınma, uzanma, əl-qol atma, dərinin solğunluğu, kəskin zəiflik, aşağı ətraflarda kəskin zəiflik hesabına ayaqlarını qaldıra bilməməsi, otura və ayaq üstə dura bilməməsi, dezintoksikasion müalicədən sonra vəziyyətinin nisbi stabilləşməsi) olması, S.M.Yahyayevanın meyitindən götürülmüş qanda, baş beyin toxumasında və daxili üzv hissələrində məhkəmə-kimyavi tədqiqati nəticəsində Finlepsin və naməlum etiologiyalı dərman maddəsi qarışığının aşkar olunması və onun ölümünə səbəb ola biləcək digər zəhərli, güclü təsiredici maddələrin, həmçinin hər hansı bir xəsarətin və ya xəstəliklərin aşkar olunmaması ilə təsdiq edilə bilər. 1.2) 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunan məlumatlara, onun meyitinin məhkəmə-tibbi ekspertizasına dair Ekspert rəyinə, meyitdən götürülmüş daxili üzv nümunələrinin məhkəməkimyəvi va məhkəmə-histoloji tədqiqatlarının nəticələrinə əsasən bu nəticəya gəlmək olur ki, A.Y.Yəhyayevanın ölümünə səbəb antidepressant təsirli olan Finlepsin və naməlum etiologiyalı dərman preparatından baş vermiş kəskin zəhərənmə olmuşdur. Bu nəticə Zərərçəkmiş şəxs1 adına Bakı şəhəri 2 sayli Klinik Xəstəxanasında tərtib edilmiş xx.xx.2008-ci il tarixli 497/5365 nömrəli xəstəlik tarixində xəstə X7 qeyd olunmuş oxşar kliniki əlamətlərin (ümumi zəiflik, aşağı ətraflarda hərəkətsizlik, dəri və selikli qişaların kəskin avazması, ətraflarda yaranan ağrıların getdikcə artması, udmanın və nitqin pozulması, aşağı ətraflarda bir qədər ödem, reflekslərin ətraflarda sağda sola nisbətən aşağı olması, tetraparez) olması ilə təsdiq oluna bilər. 2) S.M.Yahyayevanın meyitinin xx.xx.2008-ci il tarixdə məhkəmə-tibbi ekspertiza müayinəsinə dair verilmiş 141 nömrəli Ekspert rəyində mərhumun ölümünün Bakı şəhəri 2 sayli Klinik Xəstəxanasında 5209/898 nömrəli stasionar tibbi kartasında göstərilən vaxtda, yəni xx.xx.2008-ci il tarixdə, saat 10.50-də baş verməsi ekspert tərəfindən meyitin müayinəsi ilə inkar olunmamışdır. Zərərçəkmiş şəxs1 meyitinin xx.xx.2008-ci il tarixdə məhkəmə-tibbi ekspertiza müayinəsinə dair verilmiş 146 nömrəli Ekspert rəyində fiksə edilmiş ilkin meyit əlamətlərinə əsasən güman etmək olar ki, mərhumun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2008-ci il, saat 14-30) təxminən 3-6 saat əvvəl baş verı bilərdi. 3) X3 meyitinin xx.xx.2008-ci il tarixdə aparılmış məhkəmə-tibbi ekspertizasına dair 141 nömrəli Ekspert rəyinin nəticə hissəsində ekspert tərəfindən onun meyitinin müayinəsi zamanı daxili üzvlərində xəstəlik əlamətlərinin aşkar edilmədiyi göstərilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin 2 saylı şəhər poliklinikasında Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş ambulator xəstənin tibbi kartasında ona xx.xx.1978-ci il tarixdə LOR həkimi tərəfindən “xroniki-toksiki allergiya, revmakardit və faringit əlamətləri ilə tonzillit” diaqnozunun qoyulduğu, bununla bağlı onun dispanser qeydiyyatına götürülərək müalicə kursu təyin edildiyi; 1998- ci il tarixdə müraciətləri zamanı ona “bronxitlə fəsadlaşan kəskin respirator xəstəlik, kataral angina, hipotoniya tipli neyrosirkulyator distoniya, sağtərəfli pnevmoniya və onun qalığı əlamətləri” diaqnozlarının qoyulduğu və bunlarla əlaqədar konservativ müalicələr aldığı barədə qeydiyyatlar aparılmışdır. Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onun uşaqlığında makro və mikroskopik olaraq xoş xassəli şiş törəməsi-fibroleyomiomatoz düyününün aşkar etdiyi, lakin bu xəstəlik dəyişikliyinin onun ölümü ilə səbəbli əlaqəsinin olmadığı göstərilmişdir. 4, 5, 9, 10) X3 meyitinin məhkəmə-tibbi ekspertizasına dair 141 nömrəli Ekspert rəyində məhkəmə-tibb eksperti mərhumun mədə boşluğunda 600,0 ml çirkli-yaşılı rəngli maye möhtəviyyatı olduğunu göstərmiş, güclü təsiredici və zəhərləyici maddələrin olub-olmamasının təyini üçün məhkəmə-kimyəvi tədqiqata meyitdən qan, baş beyin, daxili üzv hissələri, o cümlədən mədəni möhtəviyyatı ilə birlikdə götürərək laborator şöbəyə göndərmişdir. S.M.Yahyayevanın adına verilmiş xx.xx.2008-ci il tarixli 1882/K saylı məhkəmə-kimyəvi tədqiqat aktında Samira Yahyayevanın meyitindən götürülmüş qanda, beyində və daxili üzv hissələrində məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 1,4-benzodiazepin törəməsinin dibenzoazepin qrupunun tsiklik antidepressantı olan Finlepsin və naməlum etiologiyalı dərman maddəsinin qarışığının aşkar edildiyi; metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, noksiron, alkaloidlor (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon törəmələri və salisilatların isa aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizasına dair 141 nömrəli Ekspert rəyində məhkəmə-tibb eksperti mərhumun mədə boşluğunda bozumtul-yaşılımtıl rəngli duru möhtəviyyatın olduğunu və zəhərləyici, güclü təsiredici və ağır metal birləşmələrinin təyini üçün meyitdən qan, baş beyin, daxili üzv hissələri, o cümlədən mədəni möhtəviyyatı ilə birlikdə götürərək məhkəmə-kimyəvi tədqiqata göndərdiyini göstərmişdir. Zərərçəkmiş şəxs1 adına verilmiş 1919/K saylı məhkəmə-kimyəvi tədqiqat aktında onun meyitindən götürülmüş qanda, beyində və daxili üzv hissələrində məhkəmə-kimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, noksiron, alkaloidlor (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4benzodiazepin törəmələri və salisilatların aşkar edilmədiyi göstərilmişdir. A.Y. Yahyayevanın meyitindən götürülmüş qanda, beyində və daxili üzvlərin məhkəmə-kimyəvi tədqiqatı zamanı onun ölümünə səbəb olmuş antidepressant təsiri olan Finlepsin və ya analoji təsirli digər dərman maddəsinin aşkar edilməməsi xəstənin bir neçə gün ərzində aparılmış intensiv venadaxili dezintoksikasiya müalicə tədbirləri (maye va şirələrin sistemlə yeridilməsi) nəticəsində onların orqanizmdən xaric olması ilə izah edilə bilər. 6) Dərman maddələri və ağır metal duzları çox sayda və müxtəlif tərkibli olduqlarından, həmçinin ekspertiza qarşısında qoyulmuş 6-cı sualda konkret olaraq hansı kəskin dərman və ağır metal duzları ilə zəhərlənmədən söhbət getdiyi dəqiq göstərilmədiyindən həmin sualın cavablandırılması mümkün olmadı. 7, 8, 13) Dərman vasitəsinin istifadəsi üzrə təlimata əsasən Finlepsin dibenzazepen törəməsi olub, Beynəlxalq patentləşdirilməmiş adı “Carbamazepine”dir, tabletlər formasında buraxılır, hər bir tabletin tərkibində 200 mq karbamazepin vardır. Finlepsin epilepsiya əleyhinə dərman vasitəsi olmaqla, həmçinin antidepressiv, antipsixotik, antimaniakal və antidiuretik təsir göstarir, nevralgiyasi (sinir agnlari) olan xastalarda analgezik (agnkasici) tasir gostərir. Finlepsinin istifadəsinə göstərişlər: epilepsiyalar, üçlü sinirin nevralgiyası, idiopatik qlossofarengial nevropatiya, şəkərli diabetdə periferik sinir zədələnməsi ilə bağlı nevropatiya ağrıları, sklerozda epileptiform qıcolmalar, alkoqol abstinensiyası sindromu, psixotik pozuntuları və s. Daxilə tabletləri ağızdan yemək vaxtı və ya yeməkdən sonra kifayət qədər maye ilə qəbul edilir. Ümumi qəbul edilmiş doza diapazonu gündə ***-**** mq təşkil edir ki, bu da gündə 1-2 dəfə qəbul edilir. Maksimal gündəlik doza 1600 mq-dan artıq olmamalıdır. Doza həddinin aşılması preparatın göstərilən normadan artıq dozada qəbul edilməsi zamanı meydana çıxır və meydana gələn simptomlar və şikayətlər, adətən mərkəzi sinir sistemində, ürək-damar və tənəffüs sistemlərində pozulmaların yaranması ilə əlaqədardır. Məsələn, mərkəzi sinir sistemi və hiss orqanları tərəfdən orientasiyanın itirilməsi, yuxulu vəziyyət, həyacanlı vəziyyət, hallusinasiyalar, koma, görmənin dumanlanması, nitqin dolaşması, nistaqm, ataksiya, əvvəl hiper, sonra hiporefleksiya, psixomator pozuntular, hipotermiya, qıcolmalar, midriaz, dizartriya olmaqla mərkəzi sinir sistemi funksiyasının zəiflaməsi. 11, 12) Amitriptilin istifadə təlimatına əsasən 16 yaşa qədər uşaqlara depressiyanın müalicəsi üçün təyin olunmur. Uşaqlarda yalnız gecə enurezi (gecələr sidiyi saxlaya bilməmək) zamanı gündəlik doza olaraq 25-50mq (1-2 tablet) Amitriptilin istifadə oluna bilər. Böyüklər üçün isə Amitriptilin 25mq ilkin gündəlik doza 50-75mq (2-3 tablet), optimal gündəlik terapevtik doza olaraq 150- 200mq (6-8 tablet) təyin oluna bilər. Finlepsin 200mq istifadə təlimatına əsasən 15 yaşa qadar uşaqlara gündəlik doza olaraq 100-300mq (0,5- 1,5 tablet) təyin oluna bilər. Böyüklər üçün isə Finlepsin 200mq ümumi qəbul edilmiş doza günda ***-**** mq (2-6 tablet) təyin oluna bilər. Yuxarıda göstərilənləri və insan orqanizminin fərdiliyini nəzərə alaraq istər 1993-cü il təvəllüdlü Samirə Yahyayeva, istərsə da 1959-cu il təvəllüdü Zərərçəkmiş şəxs1 Amitriptilin 25mq və Finlepsin 200mq preparatlarından hərəsindən 4 tablet olmaqla, ümumilikdə 8 tabletin qəbulu preparatların kəskin əlavə təsirlərinə və zəhərlənməyə səbəb ola bilər. Təlimatda göstərilənlərə rəğmən istər Finlepsin, istərsə də Amitriptilin dərman maddəsinin qəbulu və ya doza həddinin aşılmasi hər bir şəxsin orqanizminin fərdi xüsusiyyatlarından, özünü müdafiə mexanizmlərinin və həmin dərman maddələrinə uyuşmazlıq vəziyyətindən asılı olaraq tez və ya gec olmaqla kəskin hallara və zəhərlənməyə səbəb ola bilər. 14) Sualda göstərilən Amitriptilin 25mq va Finlepsin 200mq dərman preparatlarının dövriyyəsi və saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cii il 13 may tarixli 57 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qərara əsasən Preparatlar xüsusi resept əsasında aidiyyatı qeydiyyat aparılaraq apteklərdən buraxılır və reseptə eyni vaxta 2 psixotrop preparatın yazılmasına yol verilmir. Belə ki, məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zəruri hesab edilən xüsusatlar tam yoxlanmamış, yalnız məhkəmə-tibbi ekspertizası təyin edilərək rəylər alınmış, Məhkum, şahidlərin və zərərçəkmiş şəxslərin dindirilməsi ilə kifayətlənilərək Məhkum.cinayəti törətməkdə təqsirli olması qənaətinə gəlmiş və hökmdə öz mövqeyini əsaslandıra bilməmişdir. Məhkəmə kolegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin, şahidlərin və zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı göstərdikləri hallar tam və hərtərəfli yoxlanılmamış və məhkəmə ittiham tərəfin göstərdiyi hallara istinad etməklə kifayətlənmişdir ki, həmin hallar da iş materialları ilə öz təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respubllikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125,144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər Azərbaycan Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu hallar arasında məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışında təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışı zamanı aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessüal Məcəlləsinin 56 və 62.1-ci maddələ- rinə əsasən, bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibi gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1 və 350-ci maddə- lərinin tələblərinə əsasən, məhkəmə baxışı istintaqı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.1.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda, birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə maalikdir. Odur ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli hökmü ləğv edilməli, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.5 və 120.2.7-ci maddələri ilə bəraət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.2, 42.1.4, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası H Ö K M E T D İ : Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair 20 oktyabr 2014-cü il tarixli hökmü ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə bəraət verilsin. Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Məhkum cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar