Məhkəmə qərarları › İş №1(103)-28/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-28/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-28/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 Məhərrəm oğlunun iştirakları ilə, 14 aprel 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 2, mənzil 55-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 1(101)-267/2022 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məmmədov Əli İrfan oğlunun sədrliyi, X6 və X2 ibarət tərkibdə) 11 fevral 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmşdır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 10 avqust 2019-cu il tarixdə, saat 19:00 radələrində Şahid2 qohumu Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətinə gəlmiş, Şahid2 qohumu Zərərçəkmiş şəxs1 onu görməməsi üçün həyətdəki pilləkənlərin altında gizlənmiş, həmin vaxt Təqsirləndirilən şəxs Şahid1 ilə aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs1 həyətə çağırıb başqa otağa aparmaqla orada Zərərçəkmiş şəxs1 pul tələb edərək, sonuncunun başına və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirdikdə, Zərərçəkmiş şəxs2 Şahid2 pilləkənin altında gizləndiyini görmüş, Şahid2 ifşa olunduğunu başa düşərək gizləndiyi yerdən çıxaraq Təqsirləndirilən şəxs və Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs1 itələyərək sonuncunun kirayədə yaşadığı evə mülkiyyətçisinin iradəsinə zidd olaraq qanunsuz daxil olmuşdur. Bundan sonra aralarında baş vermiş mübahisəni davam etdirib evdə Təqsirləndirilən şəxs Şahid2 və Şahid1 ilə birlikdə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək pul əldə etmək məqsədilə əvvəlcə Zərərçəkmiş şəxs1 yumruqla sifət və bədəninin müxtəlif nahiyələrinə vurmuş, həmin vaxt Şahid1 evdə olan masanın üzərindən götürdüyü silah qismində istifadə edilən soyuq silah hesab edilməyən bıçağı tətbiq edərək Zərərçəkmiş şəxs2 mənzilin sanitar qovşağına salaraq pulun yerini deməsi üçün bıçaqla zorakılıq tətbiq edəcəyi ilə hədələmiş, daha sonra Təqsirləndirilən şəxs təpik və yumruqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vurmuş, sonda isə Şahid1 əlində olan bıçağın arxa tutacaq hissəsi ilə Zərərçəkmiş şəxs1 baş və bədən nahiyələrindən, habelə yumruq və təpik zərbələri ilə vuraraq Zərərçəkmiş şəxs1 başın sol gicgah-alın və sağ gicgah nahiyələrinin, sol almacıq nahiyəsinin qançırları, qarının, sol saidin, sol dirsək oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Bundan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 50 manat dəyərində pul çantasını içində olan 7000 (yeddi min) manat miqdarında pul və 10 manat dəyərində balansında 230 manat pul olan “Unibank” KB-nin depozit kartı ilə birlikdə, masanın üzərində olan 680 manat dəyərində “Samsung Note 8” markalı mobil telefonu, 50 manat dəyərində “Nokia 8800” markalı mobil telefonu, “Samsung Note 8” markalı mobil telefonun üzərində olan 100 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsini və həmin mobil nömrənin üzərində olan 15 manat dəyərində danışıq limitini, “Nokia 8800” markalı mobil telefonun üzərində olan 120 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsini və həmin mobil nömrənin üzərində olan 10 manat dəyərində danışıq limitini, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsini, 1 (bir) ədəd AC seriyalı, 526315 nömrəli sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini ələ keçirib, oradan qaçmaqla Zərərçəkmiş şəxs2 mənəvi, Zərərçəkmiş şəxs1 isə ümumilikdə 8.265 (səkkiz min iki yüz altmış beş) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişlər. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli olması sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ittiham aktında göstərilmiş heç bir cinayət əməlini törətməmiş, ümumiyyətlə zərərçəkmiş şəxsləri və Şahid2 tanımamış, quldurluq cinayətinə dair heç bir aidiyyəti olmamış, Tərlana və Xuramana qarşı quldurluq cinayətini törətməmiş, aldadılaraq günahsız yerə həbs etmişlər və barəsində saxta cinayət işi açmışlar. O, törədilən cinayət yerində olmamış, Tərlanla Xuramanı heç vaxt görməmiş, Şahid1la tanışlığı olsa da, yaxın dostluq münasibətləri olmamış, axtarışda olduğunu bilən kimi könüllü şəkildə Bakı şəhər Baş Polis İdarəsinə gedərək hansı səbəbdən axtarışda olmasını soruşmuş, polislər ona "sənlik heç bir şey yoxdur, şahid kimi axtarışda olmusan. Bizə de görək ki, sən quldurluq cinayət hadisəsi baş verdiyi zaman orada olmusan yoxsa kox?” demiş, elə bilmişdir ki, onu şahid qismində dindirmək üçün onun barəsində axtarış elan etmişlər. O, polislərə hadisənin törədilməsində iştirak etmədiyini bildirdikdə, ona sənin adın və Orxan adlı bir şəxsin adı axtarışda olanların adları içərisində var. Ona görə bu məsələni aydınlaşdırmaq istəyirik, səni şahid qismində məhkəməyə aparacayıq, məhkəmədə deyərsən ki, quldurluq cinayətinin törədilməsində iştirak etməmisən və məhkəmə səni buraxacaq”. Polislərin dediyi sənədləri oxumadan imzalamış, məhkəmədə barəsində həbs seçildikdə, o, başa düşmüşdür ki, polislər onu aldadaraq əsassız şəkildə təqsirləndirilən şəxs qismində cəlb etmişlər və ona quldurluq cinayətinin törədilməsi ilə bağlı ittiham irəli sürmüşlər. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı yalnız 3 nəfər şəxs dindirilmiş, onlarda əvvəlki cinayət işi üzrə iki təqsirləndirilən və bir zərərşəkmiş şəxslər olmuş, onların üçü də qəti olaraq Təqsirləndirilən şəxs hadisə yerində olmadığını, ikisi isə ümumiyyətlə Təqsirləndirilən şəxs tanımadıqlarını bildirmişlər. Zərərşəkmiş şəxsə Təqsirləndirilən şəxs təqdim edilsə də, o, Təqsirləndirilən şəxs tanımayaraq hadisə yerində onun olmadığını bildirmişdir. Məhkəmə əsassız olaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq,bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüş,qeyri-səmimi, işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirmiş, qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ilkin ifadəsində və Bakı şəhər prokuroruna müraciətində hadisə yerində olsa da, quldurluq cinayətində iştirak etmədiyini bildirməsini ibtidai istintaq orqanı və məhkəmə heç bir məntiqi izahı olmadan onun quldurluq cinayətini tərətməsinin etirafı kimi qiymətləndirib ittiham hökmünün '‘şah'’ sübutu hesab etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər nəyin bahasına istintaq orqanı tərəfindən aldadılaraq ona elan olunmuş maddələrlə ittiham olunacağının qaçılmaz olduğunu görüb, həmin əməli törətməsə də, hadisədə yerində olmağını deməklə yüngül maddə və cəza ilə kifayətlənəcəyinə inanıb o cür ifadə vermiş və eyni məzmunlu müraciəti ilə istintaqa nəzarət orqanın diqqətini özünə cəlb etmək istəmişdir. Lakin əlində heç bir sübut olmadığı üçün çarəsiz qalan istintaq orqanı və məhkəmə müdafiə tərəf qarşısında məqlub olmamaq üçün Təqsirləndirilən şəxs həmin ifadəsindən və ərizəsindən saman çöpü kimi yapışıb ədalətsiz, qərar qəbul etmişdir. Şahidlərin və zərərşəkmiş şəxsin Təqsirləndirilən şəxs ümumiyyətlə hadisə yerində olmadığı, quldurluq cinayətində iştirak etmədiyi barədə ifadələrini isə cinayət aləminin "‘yazılmamış qaydalarına” aid edərək Təqsirləndirilən şəxs xeyrinə olduğu üçün rədd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirsizliyinə dair sübutları qanuni qüvvədə olan rəsmi yazılmış əsaslarla təkzib edə bilməyib cinayət aləminin yazılmamış qaydalarına istinad elməklə yolverilməz sübutlara müraciət edib məhkəmə təcrübəsində yeniliyə imza atmaq məcburiyyətində qalmış, bununla da, Konstitusiyanın 63-eü maddəsinin tələblərini pozaraq ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə etmişdir. Hökmdən zərərçəkmiş tərəf apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətində göstərilən əsaslarla hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X7 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ittiham aktında göstərilmiş heç bir cinayət əməlini törətməmişdir. Zərərçəkmiş şəxsləri və Şahid2 əvvəllər görməmiş və ümumiyyətlə tanımamışdır. İttiham aktında göstərilmiş quldurluq cinayətinin törədilməsində, o cümlədən Tərlana və Xuramana qarşı quldurluq cinayətinin törədilməsində hər hansı formada iştirakı olmamışdır. Polislər onu aldatmışlar ki, guya onu bu iş üzrə şahid qismində cəlb edəcəklər. O, ümumiyyətlə hadisə yerində olmamışdır. Onun ancaq Şahid1la tanışlığı olmuşdur. Şahid1 onun əsgər yoldaşının dostu olmuşdur. O, Şahid1 tanısa da, onların arasında yaxın dostluq münasibətləri olmamışdır. O, nə Şahid2lə, nədə ki, Şahid1la heç vaxt cinayət əlaqəsinə girməmiş və sonuncularla sövdələşməmişdir. Onların arasında cinayətin törədilməsi ilə bağlı razılaşma olmamıdşır. O, axtarışda olduğunu bilən kimi könüllü şəkildə Polis İdarəsinə gedərək hansı səbəbdən axtarışda olması ilə maraqlanmışdır. Çünki o, hansı səbəbdən barəsində axtarış elan edildiyini bilməmişdir. O, axtarışa verilməsinə səbəb ola biləcək heç bir əməl törətməmişdir. O, kənddə yaşamışdır. Orada o, polislərdən soruşmuşdur ki, “Mənə qarşı quldurluq maddəsilə nəyə görə ittiham irəli sürülüb?, Nəyə görə mənim barəmdə quldurluq maddəsi ilə axtarış elan edilib?”. Polislər isə ona demişlər ki, “Sənlik heç bir şey yoxdur. Sən şahid kimi axtarışda olmusan. Bizə de görək ki, sən quldurluq cinayət hadisəsi baş verdiyi zaman orada olmusan yoxsa yox?”. Həmin vaxt o, elə bilmişdir ki, polislər onu şahid qismində dindirmək üçün onun barəsində axtarış elan etmişlər. Sonra o, polislərə bildirmişdir ki, “Mən ümumiyyətlə bu hadisənin törədilməsində iştirak etməmişəm”. Polislər də ona demişlər ki, “Sənin adın və Orxan adlı bir şəxsin adı axtarışda olanların adları içərisində var. Ona görə bu məsələni aydınlaşdırmaq istəyirik”. Bundan sonra polislər onu aldadaraq demişlər ki, “Səni şahid qismində məhkəməyə aparacayıq. Sən məhkəmədə deyərsən ki, sən quldurluq cinayətinin törədilməsində iştirak etməmisən və məhkəmə bundan sonra səni buraxacaq”. O da avam kimi polislərə inanmışdır. Sonra o, polislərin dediyi sənədləri oxumadan imzalamışdır. Daha sonra məhkəməyə aparılmış və məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs seçildikdən sonra polislər tərəfindən aldadıldığını və əsassız olaraq ona quldurluq cinayətinin törədilməsi ilə bağlı ittiham irəli sürüldüyünü başa düşmüşdür. Heç bir günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkum olunmuş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində də eyni məzmunlu ifadə vermişdir. Halbuki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ilkin ifadəsində faktiki olaraq 10 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 qarşı digər şəxslər, yəni Şahid2 və Şahid1la birlikdə törətdiyi cinayətin üsulunu və mexanizmini, habelə cinayətin nəticələrini ətraflı şəkildə göstərərək törətmiş olduğu cinayəti etraf etmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqan sonra ətraflı şəkildə ifadə verərək iş üzrə əhəmiyyət kəsb edən halların əksəriyyətini etiraf, bəzi halları isə inkar etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilkin ifadəsində açıq şəkildə göstərmişdir ki, o, cinayət hadisəsi baş verənədək Şahid1 tanımış və onların arasında yaxşı münasibətlər olmuşdur. 10 avqust 2019-cu il tarixdə Nicat ona zəng edərək bir nəfər şəxsin telefonda (Nicatı) söydüyünü bildirib Pərvizi öz yanına çağırmış, o da taksi ilə Nicatın dediyi ünvana, yəni Nəsimi rayonu ərazisinə “Papanin” deyilən yerə getmişdir. Təqsirləndirilən şəxs ora çatanda Nicatın Sahib adlı bir nəfərlə dayanıb söhbət etdiyini görmüşdür. O, Sahibi əvvəllər görməmiş və tanımamışdır. O, Sahibi ilk dəfə orada görmüş və adının da Sahib olduğunu orada bilmişdir. Nicat söyən şəxsin Tərlan olduğunu və Tərlanın həmin ərazidə yaşadığını bildirmiş, bundan sonra onlar birlikdə Tərlanın yaşadığı evə gedərək Tərlanı səsləmişlər. Həmin vaxt evdən bir qız çıxmış və Tərlan da əynini geyinib aşağı düşmüşdür. Sonra Tərlan həyətə düşmüş və onlar Tərlanla həyətdə söhbət etmək istədikdə, orada yaşayan bir nəfər sakin həyətdə boş otağın olduğunu və keçib orada söhbət etmələrini demişdir. O da Nicat ilə birlikdə Tərlanı götürüb həyətdə olan boş otağa aparmış və onlar orada söhbət etmişlər. Daha sonra onlar otaqdan çölə çıxan zaman Sahibin Tərlanın yaşadığı evin içində qapının ağzında dayandığını görmüşlər. Həmin vaxt Tərlan Sahibin üstünə hücum etmişdir. O da Nicatla birlikdə Tərlanın arxasınca evə qalxmışdır. Sonra onlar birlikdə evin içinə girmişlər. O, evin içində Tərlanın üzünə sillə vurmuşdur. Ondan sonra Nicat da Tərlanı əli ilə vurmağa başlamışdır. Həmin vaxt Tərlan divanın üstünə yıxılmışdır. Həmin vaxt Tərlanın yaşadığı evdə olan qız tualetdə olmuş və qorxusundan çölə çıxmamışdır. X20 evdə çanta olduğunu deyərək həmin çantanın harada olduğunu soruşmuşdur. Daha sonra Sahib evdə olan çantanı axtarmağa başlamışdır. Sahib çantanı tapdıqdan sonra götürmək istəyərkən Tərlan çantanı əlləri ilə saxlayıb, çantanı özünə tərəf sıxaraq özünü yerə yıxmışdır. Lakin Sahib çantanı Tərlanın əlindən alaraq evdən çıxaraq qaçmışdır. Nicat da Sahibin arxasınca evdən çıxıb qaçmışdır. Bundan sonra o, evdən çıxıb getmək istəmiş və gedən vaxt Tərlan arxadan gəlib onu tutmuşdur. Həmin vaxt o, Tərlanı yenidən bir dəfə yumruqla vurmuşdur. Nəticədə Tərlan yerə yıxılmış, o da evdən çıxaraq taksi ilə yaşadığı ünvana getmişdir. Onun Tərlan və Xuraman adlı şəxslərə qarşı quldurluq etmək kimi niyyəti və fikri olmamışdır. Tanışı Nicat telefonda Tərlan adlı şəxsin söydüyünü ona dediyi üçün o, Tərlanla söhbət etmək məqsədilə Nicat və Sahiblə birlikdə Tərlanın yaşadığı ünvana getmişdir. Onun ləqəbi olmamış və onu heç kəs Orxan kimi çağırmamışdır. Tərlan Sahibin üstünə hücum etdiyi üçün o, Tərlanı üzündən sillə ilə vurmuşdur. Hadisədən sonra o, çıxıb getmək istədiyi vaxt Tərlan onu arxadan saxladığı üçün o, Tərlanı yenidən bir dəfə yumuruqla vurmuşdur. Hadisə zamanı o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pul tələb etməmişdir. O, ümumiyyətlə Tərlanı və Xuramanı tanımamışdır. Hadisədən sonra ona hər hansı bir məbləğdə pul çatmamış və hadisə nəticəsində onların arasında pul bölgüsü olmamışdır. Sahib Tərlanın çantasını götürüb qaçdığı üçün o, çantanın içərisində hansı əşyaların olduğunu bilməmiş və ona heç kim pul verməmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsindən həmçinin görünür ki, 10 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 Şahid1 söydüyünə görə Şahid1 Pərvizi yanına çağırmış, o da Nicatla razılaşaraq Nicatın yanına getmiş, orada Nicatdan başqa, həmçinin Şahid2 olmuş, sonra onlar üçü birlikdə Tərlanın yaşadığı ünvana getmişlər, onlar həmin ünvana çatdıqda o, Nicatla birlikdə Tərlanı aşağı çağırmış, Tərlan aşağı düşdükdən sonra onlar birlikdə orada olan otaqların birində söhbət etmişlər, həmin vaxt Sahib onların yanında olmamış, X13 birlikdə söhbət etdikdən və otaqdan çıxdıqdan sonra Sahibi Tərlanın yaşadığı evin içində görmüşlər, bunu görən kimi Tərlan Sahibin üstünə hücum çəkmiş, bu vaxt Nicatla Pərviz də Tərlanın arxasınca qaçaraq sonuncunun yaşadığı evə qanunsuz şəkildə daxil olmuşlar, həmin vaxt Pərviz əsassız şəkildə Tərlana zorakılıq edərək sillə vurmuş, Nicat isə sair zorakılıq etmiş, bu vaxt Sahib Tərlanın evində çanta axtarmağa başlamış və çantanı tapan kimi qanunsuz şəkildə ələ keçirmiş, Sahib çantanı ələ keçirdikdən sonra Tərlan çantanı geri almağa cəhd edərək çantanı özünə tərəf çəkərək yerə yıxılmış, Sahib isə Tərlanın əlindən çantanı yenidən alaraq qaçıb getmiş, Sahibdən sonra Nicat da Tərlanın yaşadığı evi tərk etmiş, Nicatın arxasınca Pərviz də Tərlanın yaşadığı evi tərk etdikdə, Tərlan arxadan Pərvizi tutmuş, Pərviz də yenidən Tərlana qarşı zoraıkılıq edərək sonuncunu vurmuş və bundan sonra çıxıb getmişdir. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır və onu ilk dəfə birinci instansiya məhkəməsində görmüşdür. Təqsirləndirilən şəxs ona və Xuramana basqın etməmiş, onlara qarşı cinayət törətməmişdir. O, istintaq zamanı da eyni cür ifadə vermişdir. Şahid2 onun dayısı oğludur və hadisənin baş verdiyi gün Sahibin öz dostları ilə birlikdə nəyə görə onun yaşadığı evə gəldiyi onun yadında qalmamışdır. O, özü üçün 7.000 (yeddi min) manat məbləğində pul yığmış, lakin həmin pulun hara getməsi və necə olması onun yadında qalmamışdır. İbtidai istintaq zamanı müstəntiq də onu çağırıb üzləşdirmə keçirmək istəsə də, o, müstəntiqə “tanımadığım adamla məni necə üzləşdirəcəksən?” demişdir. O, Xuraman ilə birlikdə olan zaman heç kim onu çağırıb ondan pul istəməmişdir. Həmçinin Təqsirləndirilən şəxs qapını döyüb onu çölə çağırmamışdır. Onun dayısı oğlu Sahiblə söhbəti olmuşdur. Nicat ondan pul tələb etməmiş və onların arasında pul söhbəti olmamışdır. Hadisə baş verən gün onun dayısı oğlu Sahib Nicat ilə birlikdə onun evinə gəlmişdir. Sahib ilə Nicat onu döyməmişlər. Sahib və Nicat sadəcə yüngül formada onu vurmuşlar. Onunla Sahib arasında pul söhbəti olmuş, çünki Sahib ona pul verməli olmuşdur. Bu hadisələr baş verərkən Xuraman da həmin vaxt orada olmuşdur. Sahib və Nicat Xuramanı çağıraraq Xuramandan pulun yerini soruşmuşlar. Sahib və Nicat Xuramandan pulun yerini soruşduqda, Xuraman pulun yerini Sahib və Nicata demişdir. Nicat və Sahib də gedib pulu həmin yerdən götürmüşlər. Nicat və Sahib tək pulu deyil, orada olan ona məxsus «Samsung» markalı mobil telefonu da götürmüşlər. O, müstəntiqə ifadə verməmişdir. Müstəntiq onun ifadəsini yazaraq ona göstərmiş və “imza et” demişdir. Lakin o, işdə olan ibtidai istintaq zamanı qeydə alınmış dindirmə protokolu, izahat və s. sənədləri imzalamamışdır. Onun əvvəlcədən Nicat ilə telefon danışığı olmamışdır. Lakin o, Sahiblə telefon vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxs ona qarşı heç bir cinayət törətməmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri və ona aid digər istintaq hərəkətlərinin sənədləri elan olunmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yuxarıda qeyd edilən ünvanda yaşayır, subaydır, əvvəllər 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası CM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək Səbail rayon məhkəməsinin hökmü ilə 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2017-ci ilin mart ayında cəzasının sonu ilə azad olunmuşdur. Şamaxı rayon sakini Zərərçəkmiş şəxs2 Telman qızını altı aydır ki, tanıyır, onunla qeyri-rəsmi olaraq yaşayır, əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, keçmiş həyat yoldaşı X5 ilə 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin münasibətdən 2015-ci ilin sentyabr ayının 19-da Mədinə adlı bir qız uşaqları dünyaya gəlmişdir, lakin sonradan 2018-ci ilin avqust ayında o, Natelladan məhkəmə qaydasında ayrılmış, hazırda Xuramanla birlikdə yaşayır. O, Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları 142 ünvanında, Papanin adlanan ərazidə yerləşən, Şahid3 məxsus bir otaqlı evdə Xuramanla birlikdə təxminən 16 gündür ki, kirayədə yaşayır. Özü isə Nərimanov rayonu ərazisində maşınların kirayəyə verilməsi ilə məşqul olur, işi ilə əlaqədar o, qazandığı pulları indiyədək yığmış, ümumilikdə o, 7000 manat pul yığmış, həmin pulu da pul çantasında saxlamışdır. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində o, Xuramanla kirayədə yaşadığı evində olmuşdur. Həmin vaxt görmüşdür ki, onu həyətdən çağırmışlar. O, Xuramana demişdir ki, “gör kimdir məni çağırır”, Xuraman da pəncərədən çölə baxmış və onu çağıran şəxslərdən nə lazım olmasını soruşmuş, onu çağıran şəxslər Xuramana demişlər ki, «Tərlanı istəyirik, onu aşağı çağırmağımızı de». Xuraman da ona bu barədə deyəndən sonra o, otaqdan çıxmış və pilləkənlərlə aşağı düşmüş, həmin vaxt kirayə evin sahibi Baloğlan da onu çağıran şəxslərin yanında olmuşdur. Həmin vaxt onu çağıran şəxslər ona demişlər ki. "səninlə söhbətimiz var. gedək küçəyə tərəf”, həmin vaxt küçəyə tərəf hərəkət edəndə, orada digər qonşuların yaşadığını görən Baloğlan onları saxlamış, onlara demişdir ki, “nə söhbətiniz varsa gedin orada həyətdə tək otaq var orada söhbət edin”. Sonra onlar qayıtmışlar, Baloğlanın dediyi otağa doğru hərəkət etməyə başlamışlar. Onlar həmin otağa daxil olandan sonra Baloğlan çıxıb getmişdir. Həmin şəxslər ondan pulu tələb etməyə başlamışlar, o da onlara pulunun olmadığım demişdir. Sonra həmin şəxslər onu döyməyə başlamışlar, yumruqla və təpiklə onun bədəninin müxtəlif nahiyyələrindən vurmağa başlamışlar. Sonra isə onu otaqdan çıxartmışlar, təkanlaya-təkanlaya onların qaldıqları evin pilləkəninə doğru gətirmişlər. Həmin şəxslər onunla birlikdə qaldıqları otağa daxil olmuşlar, həmin şəxslərdən qara köynəkli şəxs Xuramana demişdir ki, «səndə otağa gəl». Həmin vaxt qırmızı köynəkli oğlan Xuramanı tualetə salmış, evində istifadə etdiyi açılıb bağlanan bıçağı stolun üzərindən götürüb Xuramanın sol qolunun yuxarı hissəsi ilə təxminən 5- 10 sm aralıda bıçağı saxlamışdır və pulun yerini deməyini tələb etmişdir, əks təqdirdə isə Xuramanı öldürəcəyi ilə hədələmişdir. Xuraman da pulun yerini bilmədiyini onu hədələyən şəxsə bildirmişdio. Bu vaxt evə Tərlanın dayısı oğlu X9 daxil olmuşdur. Həmin şəxslər Sahibə demişlər ki, pul hardadır, Sahib də həmin şəxslərə demişdir ki, «bilirəm, stolun üstündə olan və zamokla açılıb bağlanan pul çantasının içərisindədir». Həmin vaxt digər şəxs onu döyməyə başlamış, qırmızı köynəkli şəxs Xuramandan aralaşmış və onu döyən şəxsə yaxınlaşmış, ona demişdir ki, «pərviz döymə lazım deyil». Sonra isə qırmızı köynəkli şəxs bıçağın arxası ilə onun başına bir neçə dəfə vurmağa başlamış, pərviz adlı şəxsdə təpiklə onu vurmağa başlamışdır. Həmin şəxslər ona demişlər ki, «pulun yerini de, yoxsa ikinizi də öldürərik». Həmin şəxslər Sahibə demişlər ki, «sən pulun yerini bilmirsən». O da pul çantasını iki əli ilə sinəsinə tutub sıxmış, onlara vermiş, Sahib də Xuramana demişdir ki, «sən bilirsən pulun yerini, keçən dəfə sənin yanında çıxartdı». Xuraman da Sahibə demişdir ki, “görməmişəm”. Həmin vaxt Sahib Xuramana demişdir ki, «neçəyəni görməmisən, keçən dəfə sənin yanında çıxartdı, pul çantası idi». Bunu eşidən iki nəfər şəxs də ondan soruşmuşlar ki, «pul ham, pul hardadır, pul çantası hardadır». O da həmin şəxslərə pulun yerini bilmədiyini demişdir. Həmin vaxt yenə də iki nəfər şəxs onu vurmağa başlamışlar, bu vaxt o, halsızlıqdan əlində olan pul çantasını yerə buraxmışdır. Pul çantasını qara köynəkli şəxs götürmüşdür. Stolun üzərində olan ona məxsus iki ədəd mobil telefonu isə Sahib götürüb sağ cibinə qoymuş, Xuraman sahibə demişdir ki, “sən mobil telefonları nə səbəbə götürürsən”, sahib də Xuramana demişdir ki, “haqq edirəm”. Xuraman həmin vaxt aşağı düşmüşdür. Sahib və iki nəfər şəxs də bir az sonra otaqdan çıxıb getmişlər. O, isə halsız olduğundan tualetə getmişdir, orada bədəni uğradığından siqaret çəkməyə başlamışdır. Sonra isə Xuraman evə gəlmiş, o, Xuramandan soruşmuşdur ki, “harda idin”, Xuraman ona demişdir ki, “məni qonşular gizlətmişdilər”. Onun bədənində xəsarət olduğundan və bədəni ağradığmdan Xuraman təcili tibbi yardım stansiyasına zəng vurmuş, bir az sonra təcili tibbi yardım maşını gəlmiş, onu götürüb Nəsimi rayonu ərazisində yerləşən Semaşka adlanan xəstəxanaya aparmışdır. Orada həkim ona tibbi yardım göstərmiş, sonra isə onu evə buraxmışdır. Bir müddət sonra onu polis bölməsinə çağırmışlar. O da Xuramanla polis bölməsinə getmiş, o. orada baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Həmin şəxslərdən hər ikisi və Sahib ona Xuramana bıçaqla heç bir xəsarət yetirməmişdir. Həmin şəxslərdən birinin sol qolunda döymə naxışlar olmuş, balaca boy olmuş, qara saqqallı olmuş, əynində qırmızı rəngdə qısaqol köynək, göy rəngli cins şalvar olmuş, makasin ayaqqabı olmuş, kok bədənli olmuş, qara saçları olmuş, qara bəniz olmuş, döymə naxışlarını yaxşı görmədiyindən əlamətini deyə bilmir, digər tanımadığı şəxs orta hündürlükdə olmuş, bədənində heç bir döymə naxış olmamış, sarı bəniz olmuş, qara saçları olmuş, saqqalı olmamış, arıq bədən quruluşlu olmuş, əynində qara rəngli düyməli köynək, qara şalvar, makasin ayaqqabı olmuş, həmin şəxslərin şəxsiyyətini bilmir. Həmin şəxslər onu hədələməmişlər, sadəcə ondan pulu tələb etmişlər, həmin şəxslərdən biri, yəni kok bədənli Xuramanı öldürəcəyi ilə hədələmişdir. Hadisə vaxtı ona yaxınlaşan olmamış, hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin şəxslər onu döymüşlər, lakin onu hədələməmişlər, Xuramanı həmin şəxslərdən biri bıçaqla hədələmiş, lakin Xuramana heç bir xəsarət yetirməmişlər, döyməmişlər, Sahib isə nə onu, nə də Xuramanı hədələməmiş, ona və Xuramana heç bir xəsarət yetirməmiş, döyməmiş, sadəcə stolun üzərində olan pul çantasını və iki ədəd mobil telefonu götürüb getmişdir. Həmin şəxsləri birinci dəfə olmuşdur ki, görmüş, həmin şəxslər və Sahib ilk dəfə olmuşdur ki, ona qarşı belə bir qanunsuz hərəkətlərə yol vermişdir. Onun qaldığı evdə olan bıçaq qara rəngdə olmuş, açılıb bağlanan cib bıçağı olmuş, bıçağın ümumi uzunluğu təxminən 8-10 sm olmuşdur. Onun pul çantası qara rəngdə olmuş, dəridən hazırlanmış, zamokla açılıb bağlanan olmuş, pul çantasını Sədərək ticarət mərkəzindən 50 manata təxminən bir il bundan əvvəl almış, pul çantasının içərisində 7000 manat pul olmuş. 7000 manat pul hamısı 100 manatlıq pul əskinazlarından ibarət olmuş, bundan başqa çantasında şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olmuş, ona məxsus Opel Astara markalı, **-TJ-*** nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsi, içərisində təxminən 230 manat olan Unibankm depozit kartı olmuş, o, depozit kartını bankdan 10 manata təxminən 5-6 ay bundan əvvəl almış, ona məxsus Samsunq note 8 markalı, 2018-ci il buraxılışh mobil telefonu təxminən 5-6 ay bundan əvvəl 1500 manata almış, mobil telefon bir kartlı olmuş, narıncı rəngdə olmuş, üzərində təxminən 100 manat qiymətində ***-***-**-** markalı mobil nömrə olmuş, nömrəni dostu hədiyyə etmiş, digər mobil telefon isə Nokia 8800 markalı olmuş, həmin mobil telefonu çoxdan almış, hazırki vaxta qiyməti 50 manatdır, həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrə olmuş, həmin mobil nömrəni 120 manata almış, qızılı rəngdə olmuşdur. Sadəcə Sahib 4 gün bundan əvvəl onun kirayədə qaldığı evinə gəlmiş, o, onunla söhbət zamanı demişdir ki, kreditə maşın alacaqdır, həmçinin Sahib onun puluna da görmüş, həmin şəxslər isə onun pulunun olmasını bilməmişlər. O, avtomobil kirayəyə verməklə dolanır, elə vaxtlar olur ki. gündə 50 manat, elə vaxtlar olur ki, 200 manat pul qazanmış, həmin qazandığı pulları yığıb saxlamışdır. Həmin şəxslərin harada yaşamalarını bilmir, sadəcə xx.xx.2019-cu il tarixdə həmin şəxslər onun qoşuluğunda Baloğlan adlı şəxsdən kirayə ev istəmişlər, Baloğlan da onun qaldığı həyətdə onlara ev vermişdir, 10 avqust 2019-cu il tarixdə isə Baloğlan həmin şəxsləri evdən qovmuşdur, Sahib isə Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayır. Onunla Sahib və həmin şəxslər arasında əvvəllər hər hansı bir narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, 2019-cu ilin may ayında İran İslam Respublikasına Astara şəhər gömrük idarəsindən keçməklə getmiş, o, səhəti ilə əlaqədar həkim müayinəsinə getmiş, orata tanıdığı şəxslər yoxdur. O, narkotik vasitə qəbul etmir, narkotik vasitənin alqı-satqısı ilə məşqul olmur. Şahid2 tərəfindən götürülən Samsunq Note 8 markalı mobil telefonu ona məxsusdur, həmin mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrə də ona məxsusdur, həmin mobil telefonun arxa tərəfi narıncı rəngdə, qabaq tərəfi qara rəngdədir. Həmin mobil telefonu təxminən 1 ay olar ki, almışdır, həmin mobil telefonu aldığı vaxtdan istifadə edir, həmin mobil telefonu ondan başqa istifadə edən olmamışdır. Onun adına Unibankda bank hesabı vardır, həmin kartına başqa yerdən pul köçürməsi olmamışdır, sadəcə özü həmin karta pul qoymuşdur. Şahid2 və dostları tərəfindən götürülmüş mobil telefonların üzərində olan ********** saylı mobil nömrədə 15 manat və ********** saylı mobil nömrənin üzərində isə 10 manat danışıq limiti olmuşdur. Zərərçəkmiş şəxs1 işdə olan ibtidai istintaq zamanı tərtib olunmuş dindirmə protokolu, izahatı və s. sənədləri imzalamadığını, həmin sənədlərdəki imzaların ona məxsus olmadığını bildirdiyindən məhkəmə kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza qarşısında “cinayət işi materiallarındakı protokol, ifadə və izahatlarda iş üzrə Zərərçəkmiş şəxs1 adının qarşısındakı imza Zərərçəkmiş şəxs1 tərəfindən icra edilmişdirmi?” sualı qoyulmuşdur. İş üzrə verilmiş 29 aprel 2023-cü il tarixli, 4/456 nömrəli eskpert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(103)-28/2023 nömrəli cinayət işinin 1-cİ cildinin 8-ci vərəqində olan xx.xx.2019-cu il tarixli ərizənin kserosurətində “İmza:” qrafalarında əks olunmuş imzalar, həmin cildin 30-33-cü vərəqində olan xx.xx.2019-cu il tarixli “Zərərçəkmiş şəxsin dindirmə” protokolunun kserosurətinin 1-ci vərəqində “İmza:” qrafalarında əks olunmuş imzalar, 2-3-cü vərəqlərin sonunda "Mustafayev" soyadı önündə əks olunmuş imzalar və 4-cü vərəqində “İmza: Zərərçəkmiş şəxs1” qrafasında əks olunmuş imza, 2-ci cildin 41-42-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli “Zərərçəkmiş şəxsin əlavə dindirmə" protokolunun kserosurətində “İmza:” qrafalarında əks olunmuş imzalar, 1(101)-924/2020 nömrəli cinayət işinin 1-ci cildinin 6-cı vərəqində olan xx.xx.2019-cu il tarixli ərizədə “İmza:” qrafalanndakı imzalar, həmin cildin 15-18-ci vərəqində olan izahatda “Mustafayev” soyadı önündəki imzalar, 49-52-ci vərəqlərində olan xx.xx.2019-cu il tarixli “Zərəçəkmiş şəxsin dindirmə” protokolunun 1-ci vərəqində “İmza:” qrafalarındakı imzalar, 2-4-cü vərəqlərində “Mustafayev” soyadı önündəki imzalar, 3-cü cildin 1-ci vərəqində olan xx.xx.2020-ci il tarixli “zərərçəkmiş şəxsin əlavə dindirmə” protokolunun 1-ci vərəqində “İmza” qrafalarındakı imzalar, 1(101)-924/2020 nömrəli cinayət işinin 1-ci cildinin 43-44 vərəqlərində olan 11 avqust 2019-cu il tarixli qərarın 2-ci vərəqində “Zərərçəkmiş şəxs1” qrafasındakı imza, 45-46 vərəqlərində olan “Zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah edilməsinə dair” bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqində “Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1” qrafalanndakı imza, 47-ci vərəqində olan "zərərçəkmiş şəxsə hüquq və vəzifələrinin izah - edilməsinə dair bildirişin və zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətinin verilməsi barədə” xx.xx.2019-cu il tarixli protokolda “Zərərçəkmiş şəxs:” qrafasındakı imza, 48-ci vərəqində olan “müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haaqında” xx.xx.2019-cu il tarixli protokolda “Zərərçəkmiş şəxs:” qrafasındakı imza, 3-cü cildin 1-ci vərəqində olan xx.xx.2020-ci il tarixli “Zərərçəkmiş şəxsin əlavə dindirmə” protokolunun 2- ci vərəqində “İmza:” qrafasındakı imza və 4-cü cildin 136-cı vərəqində olan xx.xx.2020-ci il tarixli “Cinayət işinin materiallan ilə zərərçəkmiş şəxsi tanış etmə haqqında” protokolda "Zərərçəkmiş şəxs:” qrafasındakı imza – Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmuşdur. Bunlardan əlavə, hazırda apellyasiya baxışı zamanı dindirilməsi üçün Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə barəsində məcburi qərarı qəbul edilsə də, onun iştirakını təmin etmək mümkün olmamışdır. Belə ki, məcburi gətirilmə qərarının icrası ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin 15 avqust 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında Zərərçəkmiş şəxs2 müəyyən olunmadığından onun Bakı Apellyasiya Məhkəməsində iştirakını təmin etmək mümkün olmamışdır. Göründüyü kimi, məhkəmə kollegiyası dəfələrlə Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında iştirakının təmin edilməsi istiqamətində bütün mümkün hərəkətləri icra etsə də, onun iştirakını təmin etmək mümkün olmamışdır. Odur ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib tədqiq edilməklə apellyasiya baxışının davam etdirilməsi və işə mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. Belə ki, ibtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, subaydır və əvvəllər məhkum olunmamışdır. O, Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 altı aydır ki, tanımış və sonuncu ilə qeyri-rəsmi olaraq yaşamışdır. Onların arasında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Tərlan keçmiş həyat yoldaşı X5 ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və Tərlanın həmin nikahdan 2015-ci ilin sentyabr ayının 19-da Mədinə adlı bir qız övladı dünyaya gəlmişdir. Lakin 2018-ci ildə Tərlan Natelladan məhkəmə qaydasında ayrılmışdır. Hazırda Tərlan onunla birlikdə yaşayır. O, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları 142 ünvanında, yəni “Papanin” adlanan ərazidə yerləşən və Şahid3 məxsus 1 (bir) otaqlı evdə Tərlanla birlikdə təxminən 16 gündür ki, kirayədə yaşamışdır. Tərlan həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu ərazisində maşınların kirayəyə verilməsi işi ilə məşqul olmuş və işi ilə əlaqədar qazandığı pulları yığmışdır. Tərlan ümumilikdə 7.000 (yeddi min) manat pul yığmış və həmin pulu özünə aid pul çantasında saxlamışdır. 10 avqust 2019-cu il tarixdə, saat 19:00 radələrində o, Tərlanla birlikdə kirayədə yaşadığı evdə olmuşdur. Həmin vaxt o, Tərlanın həyətdən çağırıldığını görmüşdür. O, pəncərədən çölə baxmış və Tərlanı çağıran şəxslərdən nə lazım olduğunu soruşmuşdur. Tərlanı çağıran şəxslər də ona demişlər ki, “Tərlanı istəyirik, onu aşağı çağırdığımızı de”. O da Tərlana bu barədə dedikdən sonra, Tərlan otaqdan çıxmış və pilləkənlərlə aşağı düşmüşdür. Həmin vaxt onlara evini kirayəyə vermiş evin sahibi Baloğlan da orada olmuşdur. O, pəncərədən baxdıqda onlar (Tərlan və Tərlanı çağıran şəxslər) küçəyə tərəf hərəkət etmişlər. Sonra o, Baloğlanın Tərlanı və 2 (iki) nəfər şəxsi həyətdə olan başqa bir otağa tərəf apardığını görmüşdür. O, həyətə düşmüş və bir nəfər şəxsin pilləkənin altında gizləndiyini görmüşdür. O, diqqətlə baxdıqda, gizlənən şəxsin Tərlanın dayısı oğlu Sahib olduğunu görmüşdür. O, Sahibdən hansı səbəbə görə pilləkənin altında dayandığını soruşmağa macal tapmamış 2 (iki) nəfər şəxsin Tərlanı təkanlaya-təkanlaya onların kirayədə qaldığı evin pilləkəninə doğru gətirdiklərini görmüşdür. Həmin şəxslər Tərlanla birlikdə onların qaldığı otağa daxil olmuşlar. Həmin şəxslərdən qara köynəkli şəxs ona demişdir ki, “Səndə otağa gəl”. Həmin vaxt qırmızı köynəkli oğlan onu tualetə salmış və onun evdə istifadə etdiyi, açılıbbağlanan bıçağı masanın üzərindən götürərək onun sol qolunun yuxarı hissəsi ilə təxminən 5-10 sm aralıda bıçağı saxlamış və pulun yerini deməyi ondan tələb etmişdir, əks təqdirdə isə həmin şəxs onu öldürəcəyi ilə hədələmişdir. O da pulun yerini bilmədiyini onu hədələyən şəxsə bildirmişdir. Bu vaxt evə Tərlanın dayısı oğlu Şahid2 daxil olmuşdur. Həmin şəxslər Sahibə demişlər ki, “Pul haradadır?”. Sahib də həmin şəxslərə demişdir ki, “Bilirəm, masanın üstündə olan və zamokla açılıb-bağlanan pul çantasının içərisindədir”. Həmin vaxt o, eşitmişdir ki, digər şəxs Tərlanı döyməyə başlamış, sonra qırmızı köynəkli şəxs ondan aralaşmış və Pərviz adlı şəxsə yaxınlaşaraq demişdir ki, “Pərviz döymə, lazım deyib”. Sonra onu hədələyən qırmızı köynəkli şəxs bıçağın arxası ilə Tərlanın başına bir neçə dəfə vurmağa başlamış, Pərviz adlı şəxs də təpiklə Tərlanı vurmağa başlamışdır. Həmin şəxslər ona demişlər ki, “Pulun yerini de, yoxsa ikinizi də öldürərik”. Həmin şəxslər Sahibə demişlər ki, “Sən pulun yerini bilmirsən?”. Tərlan da pul çantasını iki əli ilə sinəsinə tutub sıxmış və həmin şəxslərə verməmişdir. Sahib də ona demişdir ki, “Sən bilirsən pulun yerini, keçən dəfə sənin yanında çıxartdı”. O da Sahibə pulun yerini görmədiyini demişdir. Həmin vaxt Sahib ona demişdir ki, “Necə yəni görməmisən, keçən dəfə sənin yanında çıxardı, pul çantası idi”. Bunu eşidən 2 (iki) nəfər şəxs də Tərlandan soruşmuşlar ki, “Pul hanı? Pul haradadır? Pul çantası haradadır?”. Tərlan da həmin şəxslərə pulun yerini bilmədiyini demişdir. Həmin vaxt 2 (iki) nəfər şəxs yenidən Tərlanı vurmağa başlamışlar. Bu vaxt Tərlan əlində olan pul çantasını yerə buraxmışdır. Pul çantasını qara köynəkli şəxs götürmüşdür. Masanın üzərində olan və Tərlana məxsus 2 (iki) ədəd mobil telefonu isə Sahib götürüb sağ cibinə qoymuşdur. Həmin vaxt, o, Sahibə demişdir ki, “Sən mobil telefonları nə səbəbə götürürsən?”. Sahib də ona demişdir ki, “Haqq edirəm”. Sonra o, kömək çağırmaq üçün aşağı düşmüşdür. Həmin vaxt həyətdə olan qonşular ona demişlər ki, “Səni də öldürəcəklər, Tərlanı da. Gizlən”. O da orada olan qonşuların birindən kömək istəmişdir. Həmin qonşu da otağın qapısını onun üzərinə bağlayaraq çıxıb getmişdir. Bir qədər sonra Baloğlan həmin qonşu ilə gəlib qapını açmış və Baloğlan ona demişdir ki, “Oğlanlar çıxıb getdilər, sən də çıx)”. O da kirayədə qaldıqları otağa getmiş və Tərlanın tualetdə oturub başını tutduğunu görmüşdür. Tərlanın bədənində xəsarət olduğundan və bədəni ağrıdığından o, təcili tibbi yardım stansiyasına zəng vurmuşdur. Bir qədər sonra təcili tibbi yardım maşını gələrək Tərlanı götürüb Nəsimi rayonu ərazisində yerləşən və “Semaşko” kimi adlanan xəstəxanaya aparmışdır. Orada həkim Tərlana tibbi yardım göstərmişdir. Sonra isə Tərlan evə buraxılmışdır. Bir müddət sonra Tərlanı Polis bölməsinə çağırmışlar. O da Tərlanla birlikdə Polis bölməsinə getmişdir. Tərlan orada baş vermiş hadisə ilə bağlı ərizə vermişdir. Həmin 2 (iki) şəxs və Sahib ona bıçaqla xəsarət yetirməmişlər. Amma həmin şəxslərdən biri, yəni qırmızı köynəkli şəxs Tərlanın başına bıçağın arxası ilə vurmuşdur. Həmin şəxslərdən birinin sol qolunda döymə naxışlar olmuş, həmçinin həmin şəxs balaca boylu, qara saqqallı, əynində qırmızı rəngdə qısaqol köynək, əynində göy rəngli cins şalvar olmuş, ayağında makasin ayaqqabı olmuş, kök bədənli, qara saçlı, qarabəniz olmuş, döymə naxışları isə üçbucaq formasında olmuşdur. Digər tanımadığı şəxs isə orta hündürlükdə olmuş, bədənində heç bir döymə naxış olmamış, sarıbəniz olmuş, qara saçlı, saqqalı, arıq bədən quruluşlu olmuş, əynində qara rəngli düyməli köynək, qara şalvar, makasin ayaqqabı olmuşdur. O, həmin şəxslərin şəxsiyyətini bilməmişdir. Həmin şəxslər Tərlanı hədələməmişlər. Həmin şəxslər sadəcə Tərlandan pul tələb etmişlər. Eyni zamanda həmin şəxslərdən biri, yəni kök bədənli olan şəxs onu öldürəcəyi ilə hədələmişdir. Hadisə vaxtı onlara yaxınlaşan olmamışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin şəxslər Tərlanı döymüşlər, lakin Tərlanı hədələməmişlər. Onu həmin şəxslərdən biri əlindəki bıçaqla hədələmişdir. Lakin ona heç bir xəsarət yetirməmişlər və döyməmişlər. Sahib isə nə onu, nə də Tərlanı hədələməmiş, ona və Tərlana heç bir xəsarət yetirməmiş və döyməmişdir. Sadəcə masanın üzərində olan 2 (iki) ədəd mobil telefonu götürüb getmişdir. O, hadisə vaxtı birinci dəfə idi ki, həmin şəxsləri görmüşdür. Həmin şəxslər və Sahib ilk dəfə idi ki, ona qarşı belə bir qanunsuz hərəkətlərə yol vermişlər. Onun qaldığı evdə olan bıçaq qara rəngdə və açılıb-bağlanan cib bıçağı olmuşdur. Bıçağın ümumi uzunluğu təxminən 8-10 sm olmuşdur. Pul çantası qara rəngdə, dəridən hazırlanmış, zamokla açılıbbağlanan olmuşdur. O, Tərlanın həmin çantanı haradan və hansı qiymətə aldığını bilməmişdir. Pul çantasının içərisində 7.000 manat pul olmuş və 7.000 manat pulun hamısı 100 manatlıq pul əskinazlarından ibarət olmuşdur. Bundan başqa, çantada Tərlanın şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, “Opel Astra” markalı, **-TJ-*** nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsi, içərisində təxminən 230 manat pul olan “Unibank” KB-nin depozit kartı olmuşdur. O, Tərlanın depozit kartını neçəyə almasını və nə vaxt almasını bilməmişdir. Tərlan “Samsung Note 8” markalı mobil telefonu təxminən 5-6 ay bundan əvvəl 1.500 manata almışdır. Həmin mobil telefon bir kartlı və narıncı rəngdə olmuş, üzərində təxminən 100 manat qiymətində ***-***-**-** mobil nömrə olmuşdur. Həmin nömrəni Tərlana dostu hədiyyə etmişdir. Digər mobil telefon isə “Nokia 8800” markalı olmuşdur. Tərlan həmin mobil telefonu çoxdan almış və qiyməti 50 manat olmuşdur. Həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrə olmuşdur. Tərlan həmin mobil nömrəni 120 manata almışdır. Hadisədən 4 (dörd) əvvəl Sahib onun kirayədə qaldığı evə gəlmiş və Tərlanla söhbət edən zaman Tərlanın kreditə maşın alacağını bilmiş və Tərlanda pulun olduğunu görmüşdür. Digər iki şəxs isə Tərlanın pulunun olduğunu bilməmişdir. O, həmin şəxslərin harada yaşadığını bilməmişdir. Sadəcə 09 avqust 2019-cu il tarixdə həmin şəxslər onların qonşuluğunda Baloğlan adlı şəxsdən kirayəyə ev istəmişlər. Baloğlan da onun kirayədə qaldığı həyətdə həmin şəxslərə ev vermişdir. 10 avqust 2019-cu il tarixdə isə Baloğlan həmin şəxsləri evdən qovmuşdur. Sahib isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamışdır. Onunla Sahib və həmin şəxslər arasında əvvəllər hər hansı bir narazılıq, düşmənçilik və ədavət olmamışdır. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 1(101)-324/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bibisi oğludur. İşin halları ilə bağlı birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Belə ki, Tərlanın evinə o, Nicat və Nicatın dostu “Orxan” getmişlər. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımır. Məlum hadisə vaxtı Pərviz adlı adam orada olmamış və onlarla əlbir olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs hadisə zamanı onun bibisi oğlu Tərlanın kirayədə qaldığı evdə olmamışdır. Müstəntiq 4 ay əvvəl ona şəkil göstərmişdir. Həmin şəkil Təqsirləndirilən şəxs aid olmamış, başqa şəxsə aid şəkil olmuşdur. Lakin o, həmin vaxt da müstəntiqə Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Sonra müstəntiq onu Təqsirləndirilən şəxsla üzləşdirmişdir. Müstəntiqin ona göstərdiyi şəkil Təqsirləndirilən şəxs şəkli olmamışdır. Hadisə zamanı o, Şahid1la birlikdə orada olmuşdur. Tərlan onun bibisi oğludur. Tərlan narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğundan o, Tərlanı cəzalandırmaq istəmişdir. O, Tərlanın “Papanin” adlanan ərazidə kirayədə yaşadığı evə Şahid1la getmişdir. Tərlan orada Xuraman adlı qadınla yaşamışdır. O, Nicatla birlikdə Tərlanın kirayədə yaşadığı evə getdikdə, qapını Tərlan açmış və sonra onlar həyətdə üçü birlikdə söhbət etmişlər. Sonra Nicat çıxıb getmişdir. O da bundan sonra Tərlanın kirayədə qaldığı evə daxil olaraq Tərlanın narkotik vasitələrin satışı ilə məşğul olması və müxtəlif şəxsləri zəhərləməsi ilə bağlı iradını bildirmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamasını Tərlandan tələb etmişdir. O, bunu dedikdə Tərlan ona kobudluq edərək söyüb təhqir etmişdir. O da həmin vaxt Tərlanın sifət nahiyəsindən əli ilə vurmuş və sonuncuya məxsus olan mobil telefonu, eləcə də Tərlana məxsus olan qara rəngli bel çantasını götürüb həmin evdən çıxmışdır. O, əvvəllər Tərlanın həmin çantada narkotik vasitə saxladığını görmüşdür. Çünki Tərlanın həmin çantasının balaca cibində həmişə balaca qıfıl olmuşdur. O, çantanı və telefonu götürüb həyətə çıxmış və həyətdə çantanı açaraq çantanın içərisində olan narkotik vasitəni yerə dağıtmışdır. Sonra isə o, Tərlana aid mobil telefonu götürərək çıxıb getmişdir. Həmin vaxt onun yanında heç kəs olmamışdır. Bir qədər vaxt keçdikdən sonra o, könüllü olaraq Polis bölməsinə gedərək polisə təslim olmuş və mobil telefonu da polislərə təhvil vermişdir. Hadisə baş verən vaxt Təqsirləndirilən şəxs orada olmamışdır. O, Pərvizi ilk dəfə müstəntiqin yanında üzləşdirmə keçirilərkən görmüşdür. Halbuki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid2 özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, “.... həmin tarixdə saat 19 radələrində Nicat tanışı Pərvizlə ora gəlmiş, o, pərvizi birinci dəfə idi ki, görmüşdür. O, onları küçədə qarşılamış, sonra birlikdə Tərlanın yaşadığı həyətə gəlmişlər. Baloğlan onları görüb saxlamış, onlardan soruşmuşdur ki, «nə məsələdəir, sizə dedim axı söhbətinizi başqa yerdə edin», o da Baloğlana demişdir ki, «ağsaqqal mən onun qardaşını gətirmişəm, özü Tərlanla məsələsini həll edər». Sonra onlar tərlanın yaşadığı mənzilinin qarşısına gəlmişlər, Nicat və Pərviz tərlanı həyətə çağırmışlar, Xuraman pəncərədən baxıb soruşmuşdur ki, «kimdir, Tərlanı niyə istəyirsiniz», Nicat və Pərviz Xuramana demişlər ki, «Tərlanı çağırın, onunla söhbətimiz var». Bu vaxt Tərlan aşağı düşmüş, o da pilləkənin altında gizlənmişdir. Tərlan aşağıda Nicat və Pərvizlə söhbət etdikləri vaxt Baloğlan onlara yaxınlaşmış, onlara demişdir ki, «burada ailələr yaşayır, gedin orada boş mənzil var, orada söhbətinizi edin». Onlar boş mənzilə doğru getmişlər, o isə pilləkənin altında gizlənib gözləmişdir ki, axırı nə olar. Həmin vaxt Xuraman aşağı düşmüş, onu pilləkənin altında görmüş, ondan orada niyə dayanmağını soruşmasına macal tapmamış görmüşdür ki, Tərlanı Nicat və Pərviz boş mənzildən çıxardıb qaldığı mənzilə pilləkənlə aparmışlar, Xuramanı da özləri ilə mənzilə aparmışlar. O da onların arxasınca mənzilə qalxmışdır. Orada o, birinci Tərlana yaxınlaşmış, ondan nə səbəbə onu və ailəsini nalayiq söyüşlə söyməsini soruşmuş, Tərlan da ona heç bir söz deməmiş o, onu yumruqla sifət nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə vurmaqla döyməyə başlamışdır. Həmin vaxt da Nicat Xuramanı tualetə aparmış, Tərlanın kirayədə yaşadığı evdən götürdüyü qara rəngli açılıb bağlanan cib bıçağını götürüb Xuramanı öldürəcəyi ilə hədələmiş və ondan pulun harada olmasını soruşmuşdur. Xuramanda puldan xəbərinin olmamasını və harada olmasını bilmədiyini demişdir. Həmin vaxt o, tərlanı döyməyini dayandırmış, kənara çəkilmişdir. Pərviz Tərlanın pul çantasını əlində tutub sinəsinə sıxdığını görüb şübhələnməyə başlamış, onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən vurmağa başlamış, ona demişdir ki, «çantada nə var, mənə ver», Tərlan da çantanı vermək istəməmişdir. X17 yanından ayrılıb gəlmiş, əlində olan cib bıçağın arxa hissəsi ilə Tərlanın başına bir neçə də vuraraq pulun harada olmasını soruşmuş, həmçinin Tərlanın əlində olan çantanı Nicat və Pərviz dartıb almaq istəmişlər. Həmin vaxt Tərlan halsızlaşmış, Nicat və Pərviz çantanı Tərlandan almışlar, ona vermişlər. O da stolun üstründə olan NOTe 8 markalı mobil telefonu götürmüş, cibinə qoymuş. Xoraman ona demişdir ki, mobil telefonu nə səbəbə götürürsən, o da Xoramana demişdir ki, haqq elədim, bu da sizə azdır». Sonra o, pul çantası ilə birlikdə mənzildən çıxıb həyətə düşmüş. Tərlan da onların arxasınca qaçaraq çantasının verilməsini istəyərək qışqırmışdır. O, həyətdə görmüşdür ki, çantanın yan tərəfində olan balaca cib açıqdır, o, əlini cibə salıb görmüşdür ki, orada selofan bükülüyə bükülmüş büküm vardır, o, həmin bükümü götürmüş, bükümdə qəhvəyi rəngli maddənin olmasını görmüş, fikirləşmişdir ki, Tərlan narkotik vasitənin satışı ilə məşqul olur, ona görə də bu kütlə də nakotik vasitə heroindir, ondan qisas amaq üçün selofan paketi açmış, həmin toz halında olan narkotik vasitə heroini Tərlanın gözü qabağında həyətə səpmiş, sonrada küçəyə qaçmış, arxasınca Nicat və Pərviz gəlmişlər. Onlar taksiyə əyləşmişlər, taksidə Pərviz qabaq sağ oturacaqda oturmuş, o, Pərvizin arxasında oturmuş. Nicat da sürücünün arxasında oturmuşdur. Taksidə Pərviz pul çantasını götürmüş, çantada pərviz pul çantasına baxanda orada Tərlana aid sənədləri ona vermişdir ki, o, atsın, o da həmin sənədləri atmamış, özündə saxlamışdır. Onlar bir başa Bakıxanov ərazisinə getmişlər, orada taksidən düşmüşlər. Məhəllədə o, Pərvizdən və Nicatdan rayona təcili getməyi ilə əlaqədar 100 manat pul istəmiş, onlarda çantada olan pulu saymışlar, çantada 1150 manat pul olmuş, onlar ona həmin puldan 100 manat götürüb ona vermişlər, o, onlarla sağollaşıb oradan uzaqlaşmışdır. O, özü zabrata getmiş, Nicat və Pərvizin hara getməsini bilməmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə belə hallara yol verməz. O, özü Tərlanı və Xuramanı hədələmiş, ona bıçaqla xəsarət yetirməmiş. Nicat və Pərviz Tərlanı və Xuramanı öldürəcəkləri ilə hədələmişdir, Nicat özü bıçaqla Xuramanı tualetdə öldürəcəyi ilə hədələyərək pulun harada olmasını soruşmuş, həmin vaxt da Pərviz Tərlanı döymüş və pulun harada olmasını soruşmuşdur. O da Tərlanı döymüş, onun xəsarət alıb almamasını deyə bilməz, o, yumruqla Tərlanın sifət nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə vurmuş, həmçinin Nicat və Pərviz yumruqla və təpiklə Tərlanın sifət nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə vurmuşlar, onlarda Xuramanı döyməmişlər və ona xəsarət yetirməmişlər. O, Tərlana məxsus NOTE 8 markalı mobil telefonunu götürmüş, həmin mobil telefon qaynatasmm evindədir, üzərində olan mobil nömrəni, həmçinin Nicatın və pərvizin ona verdikləri Tərlana məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsini istintaqa təqdim edə bilər, onu da qeyd etmək istəyir ki, Tərlanın çantada 7000 manat olması yalandır, orada cəmi 1150 manat pul olmuşdur, ona həmin puldan Nicat və pərviz 100 manat pul vermişlər, o, oradan Nokia 8800 markalı mobil telefonu götürməmiş, həmçinin üzərində olan mobil nömrəni də götürməmiş, həmçinin çantanın içərisində Opel Astara markalı, **-TJ-*** nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsi, içərisində təxminən 230 manat olan Unibankın depozit kartı görməmiş, olsaydı istintaqa təqdim edərdi. Onlar Tərlana və Xuramana qarşı hər hansı bir nalayiq hərəkətlərə yol verməmişlər. Onlar Tərlana və Xuramana qarşı əvvəllər belə bir qanunsuz hərəkətlərə yol verməmişlər, birinci dəfədir ki, bu hadisəni törətmişlər. Həmin bıçaq qara rəngdə olmuş, açılıb bağlanan cib bıçağı olmuş, bıçağın ümumi uzunluğu təxminən 8-10 sm olmuşdur. O, Nicatı və tanışım özü oraya çağırmış, onlara tərlanın pulunun olmasını bildirmişdir. Nicat onunla bir məhəllədə yaşayır, Pərvizin harada yaşamasını bilməmiş, onu Nicat bilir. O, bu səbəbdən Tərlanın mobil telefonunu götürmüşdür ki, tərlanın mobil telefonunda onun narkotik vasitənin satışı ilə məşqul olması barədə dəlillər vardır, yəni şəkillər vardır, fikirləşmişdir ki, onu saxlasalar şəkilləri də göstərsin, həmin mobil telefon ondadır, istintaqa təqdim edə bilər. O, tərlana məxsus başqa əşyaları götürməmiş, nə götürmüşdürsə, ifadəsində bu barədə bildirir. O, əvvəllər hər hansı bir cinayət hadisəsini törətməmiş, birinci dəfədir ki, cinayət hadisəsi törədir. O, əvvəllər 2 saylı və 1 saylı ruhi əsəb xəstəxanalarında müalicə almış, narkotik vasitə və psixotrop maddə qəbul etmir. O, tərlanla heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamış, tərlanın narkotik vasitəni harada və kimə satmasını bilmir, amma bilirmişdir ki, Tərlan özü narkotik vasitə qəbul etmişdir. Baloğlan onlara mənzilini kirayəyə verərkən, onlardan hər hansı sənəd tələb etməmişdir. Onun əvvəlcədən tərlandan quldurluq niyyətilə yaxınlaşmaq və onun pulunu quldurluq niyyətilə ələ keçirmək fikri olmamış, onun tərlanla ayrı söhbəti olmuşdur, sadəcə Nicatı çağıranda, o, ona demişdir ki, «onun pulunu götürərik, sənlik deyil», sonrada mübahisə zamanı onlar Tərlanın pulunu və digər əşyalarını götürmüşlər. O, hadisəyədək və hadisə vaxtı ***-***-**-** və ***-***-**-** mobil nömrələrini istifadə etmişdir. O, həmin kütlənin çəkisi barədə onu deyə bilər ki, təxminən 80-100 qram olmuşdur. O, ifadəsində qeyd etmişdir ki. Tərlan özü narkotik vasitənin alqı-satqısı ilə məşqul olur, həmin vaxt da o, görmüşdür ki. Tərlanın evinə tanımadığı şəxslər gəlir, həmin şəxslər həmin evdə bir müddət qalandan sonra halsız şəkildə və yeriməkdə çətinlik çəkə-çəkə evdən çıxıb getmişlər, onlardan birini də tərlanın dostu kimi tanıdığı Orxan adlı şəxsi tanıyır, o da həmin vaxt gəlmiş, bir müddət sonra halsız vəziyyətdə çıxıb getmiş, o, tam əmindir ki, onlar Tərlanın evində narkotik vasitə qəbul edirlər. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 1(101)-324/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Şahid1 ifadəsində göstərdi ki, işin halları ilə bağlı birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Belə ki, Tərlan telefonda ona söyüş söydüyünə görə münasibətlərini aydınlaşdırmaq üçün dostu Orxanla Tərlanın evinə getmişlər. Təqsirləndirilən şəxs tanısa da, onunla yaxın münasibətləri olmamışdır. O Tərlanın evinə Pərvizlə deyil, Orxanla birlikdə getmişdir. Məlum hadisə vaxtı Pərviz orada olmamış və onlarla əlbir olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 10 avqust 2019-cu il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan zaman Sahibin gəldiyini görmüşdür. Həmin vaxt Sahib əlində mobil telefonu tutaraq uca səslə kiminləsə mübahisə etmiş və telefonda birbirilərini küçə söyüşləri ilə söyürmüşlər. Ona görə də o, Sahibə irad bildirmişdir ki, mobil telefon ilə səs ucaldan vasitəsi ilə deyil, adi qaydada danışsın. Çünki həmin vaxt məhəllədə çoxlu sayda adam olmuş və həmin adamlar Sahibin söyüşlərini eşitmişlər. O, bunu deyən zaman Sahiblə telefonda danışan şəxs onun bu iradını eşitmiş və bundan sonra Sahibə nalayiq formada demişdir ki, “Kimdir eeee bu ala? Ona de ki, ağızını yumsun, denən sakit dursun’'. O, bunu eşidib həmin şəxsə cavab qaytarmış və onlar mobil telefon vasitəsi ilə ciddi şəkildə mübahisə etmişlər. Sonra o, Sahibdən həmin şəxsin harada olmasını soruşmuşdur ki, həmin şəxsdən hansı səbəbə görə onu söyməsini soruşsun. Sahib də ona həmin şəxsin öz bibisi oğlu Tərlan olduğunu demişdir. Bundan sonra Sahib Tərlan tərəfindən başına oyun açıldığını və bu səbəbdən də Tərlan ilə qışqıra-qışqıra və söyüş söyərək danışdığını bildirmişdir. Sahib, həmçinin ona demişdir ki, bibisi oğlu Tərlan “bariqadır” və narkotik vasitələrin satışı ilə məşğul olur. Hətta Tərlan bir dəfə Sahibi aldadaraq İrana göndərmiş, Sahib İrana çatdıqda Tərlana narkotik vasitə satan şəxs Sahibi orada girov saxlamışdır. Bütün bunları danışdıqdan sonra Sahib Tərlanın yaşadığı yeri ona bildirmiş və o, Tərlanın evinə getmək qərarına gəlmişdir. Sonra o, Sahiblə taksi sifariş etmiş və Tərlanın kirayədə qaldığı ünvana getmişlər. Tərlanın evinə çatdıqda, o, həyətin qapısını döymüşdür. Bu zaman qapını Xuraman adlı xanım açmışdır. Xuraman Tərlanın “saxladığı” qız olmuşdur. Sonra Tərlan qapıya çıxmışdır. O, Tərlana özünü təqdim edərək telefonda Sahiblə danışarkən onunla kobud danışan şəxs olduğunu bildirmişdir. Bundan sonra o, təkbaşına Tərlanın yaşadığı evə daxil olaraq evdə Tərlanı döymüş və sonra evdən çıxmışdır. O, Tərlanı evdə döyərkən orada ondan və Tərlandan başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs orada olmamışdır. O, Tərlanı evdə döyərkən Sahib çöldə pilləkənlərin altında gizlənmişdir. O, Tərlanı döydükdən sonra evdən çıxmış və taksi sifariş etmişdir. O, taksi gözləyərkən birdən Sahibin əlində çanta ilə qaçaraq gəldiyini görmüşdür. Onun Tərlanın evinə getməkdə məqsədi ancaq Tərlanın onu söydüyünə görə Tərlanı cəzalandırmaq olmuşdur. O, Tərlanın yaşadığı evdən nə mobil telefon, nə də ki, pul götürməmişdir. Bundan başqa, o, Tərlan və Xuramandan pul tələb etməmişdir. Həmin vaxt onun yanında heç kim, həmçinin Təqsirləndirilən şəxs olmamışdır. Hazırda gördüyü təqsirləndirilən şəxsin adının Orxan olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs həmin vaxt Orxan kimi tanımışdır. O, təqsirləndirilən şəxs ilə 2017-ci ildə idman zalında məşq edərkən tanış olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı orada olmamışdır. Tərlanın yaşadığı evin qapısını o, döymüşdür. Tərlanın evinin qapısını isə Xuraman açmışdır. O, Tərlanı evin içində döymüş və döyəndən sonra da çıxıb getmişdir. O, Pərvizlə Tərlanın yaşadığı evə getməmişdir. Sahibin Tərlanın evdən telefon götürməsindən onun məlumatı olmamışdır. Halbuki, ********* saylı cinayət işi üzrə istintaqı zamanı təqsirləndirilən şəxs Şahid1 özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, “....onun Tərlandan qisas almaq istəyi Sahibin xoşuna gəlməmişdir. Bundan sonra Sahib ona Tərlanın yaşadığı yeri bildirmiş və o, ora getmək qərarına gəlmişdir. Həmin vaxt düşünmüşdür ki, ona kömək lazım ola bilər, ona görə də tanışı olan “Orxan” adlı şəxsi çağırmış, həmin yerə və beləliklə də onlar üçü taksiyə minib Sahibin bildirdiyi ünvana getmişlər. Taksidə olan zaman Sahib Tərlan barədə daha ətraflı danışıb onu problemə saldığını onlara bildirmişdir. Həmin ünvana çatdıqda Sahib bildirmişdir ki, Tərlan həmin həyətdə yaşayır və onlara həmin yerdə yerləşən, evi göstərmişdir. Onlar həmin vaxt Tərlanı səsləmişlər və həmin evdən bir nəfər qadın çıxmış və nəyə görə onu soruşduqlarını bildirmişdir. Onlar isə Tərlanla işlərinin olduğunu deyəndə qadın bildirmişdir ki, Tərlan paltarını geyinib düşür. Tərlan aşağı düşəndə o, ona yaxınlaşmış və özünü təqdim edərək Sahiblə telefonda danışarkən təhqir etdiyi şəxs olduğunu ona bildirmiş və onu yaxasından tutmuşdur. Bu vaxt həyətdə onlara bir nəfər yaşlı şəxs yaxınlaşmış və təklif etmişdir ki, kənarda mübahisələrini davam etdirsinlər. O, onlara həyətdə olan boş otaqların birinə keçməyə təklif etmiş, onlar da həmin otağa keçmişlər, həmin vaxt həyətdəki otağa onunla “Orxan” və Tərlan keçmişdir. Sahibi həmin vaxt o, görməmişdir. Onlar 2-3 dəqiqə öz aralarında söhbət etmişlər və o, Tərlanın qolundan tutaraq ona izah etmişlər ki, səhv edib onu təhqir edib və o, bu boyda yolu durub gəlmişdir. Bu vaxt onlar otağın giriş tərəfinə yaxınlaşanda görmüşdür ki, Sahib onlar Tərlanı çağırdıqları mənzilin qarşısında dayanmışdır. O, Sahibə aşağı düşməyi tələb etmiş, o isə buna cavab olaraq “gözlə gəlirəm” demişdir. Sahibi öz yaşadığı evin qarşısında görən Tərlan onların ünvanlarına söyüş söymüş və Sahibə tərəf qaçmışdır. Həmin vaxt Sahib Tərlanın yaşadığı evin yerləşdiyi həyətin ikinci mərtəbəsində dayanıb onlara baxmışdır. Tərlan ona tərəf qaçanda o, da onun dalınca pilləkənlə yuxarı tərəf qaçmış və Tərlanın yaşadığı evə daxil olaraq orada mənzilin giriş tərəfində o, Tərlanı vurmağa başlamış, yanında olan Orxan da onu bir iki dəfə vurmuşdur. Bu vaxt görmüşdür ki, Sahib evdə nəsə axtarır və sonradan evdən tapdığı idman çantasım sinəsinə sıxıb mənzildən çölə çıxmış və qaçaraq oradan uzaqlaşmağa başlamış, hətta pilləkəndə bir dəfə yıxılmışdır. O, Sahibi onları qoyub qaçdığına görə arxasında söymüş, lakin o, geri dönməmişdir. Ona görə də o, Orxanla oradan uzaqlaşmışlar. Oradan qaçarkən hərəsi bir tərəfə qaçmışlar. O, taksi saxlamış və yaşadığı Bakıxanov qəsəbəsinə getmişdir. Pulu olmadğı üçün taksi pulunu evə çatanda anasından 10 manat alaraq sürücüyə vermişdir. Sonradan eşitmişdir ki, Sahib tutulub və həmin hadisədə narkotik vasitələrlə bağlı məsələlərin olduğunu eşidib hadisə ilə bağlı axtarılacağını düşünüb gizlənməyə başlamışdır. Lakin dünən axşam radələrində o, evdə olmayan zaman polis əməkdaşlarının ailə üvzləri ilə əlaqəyə girib onu axtardıqları barədə xəbər tutmuşdur. Anası ona zəng vurub bu barədə məlumat verdiyi üçün o, özü deyilən yerə gəlmiş və hər şeyi olduğu kimi bildirmişdir. O, yenə də ilkin istintaq zamanı ifadəsini təsdiq edir, bildirir ki, Sahib onun yanında olmuşdur, tərlan onu söydüyünə görə, o, Sahiblə və tanışı Orxanla Tərlanın yaşadığı evinə getmiş, orada Tərlanı döymüş, o, həmin vaxt nə Tərlanın çantasını götürmüş, nə də pulunu və mobil telefonlarını götürmüş, çantanı və mobil telefonları sonradan eşitdiyinə görə Sahib götürmüşdür, mobil telefonu da istintaqa təqdim etmişdir. O, götürülmüş telefon danışıqlarında nə səbəbə olduqlarını yerlərin belə göstərilməsini deyə bilməz, o, həmin vaxt Sahibə zəng vurmamış, birlikdə olarkən nə səbəbə Sahibə zəng vursun. O, sadəcə tərlanı döyüb oradan uzaqlaşmış, o, Sahibin narkotik vasitəni Tərlanın gözü qarşısında yerə səpməsini görməmiş, həmçinin mobil telefonu və sənədləri götürməsini görməmiş və bundan xəbəri olmamışdır, çantada narkotik vasitə olmasından da xəbəri olmamışdır. Sahib yalan danışır. Özünü müdafiə edib hər şeyi onun boynuna atmaq üçün bu cür bildirmişdir. Onun ora gəlmiş olduğu şəxsin adı Pərviz yox. Orxan olmuşdur. O, ora Tərlanın onu təhqir etdiyinə görə getmişdir. Ona görə də Orxanı çağırmışdır. Onlar Orxanla oradan heç nə götürməmişlər. Onlar Tərlanı evdə döyən zaman Sahib evdə nəsə axtarmışdır. Tapandna sonra isə çantanı götürüb oradan dərhal qaçmış, heç onları gözləməmşdir. Həmin evdən nə götürülübsə hamısı Sahibə məlumdur, çünki hamısını o özü götürmüşdür. O, heç kimi bıçaqla hədələməmiş, heç harası ilə kimisə vurmamışdır. Barəsində deyilənlər yalandır. Onlara Sahib heç bir pul verməmişdir. Onlar heç oradan onunla birlikdə getməmişlər. O, onları orada qoyub qaçmışdır. Orxanla o da ayrıayrılıqda oradan uzaqlaşmışlar. Şahid3 birinci instansiya məhkəməsində elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ünvan 7 ünvanda ona məxsus başqa otaqlar da olmuşdur. O, dolanmaq məqsədi ilə həmin otaqları kirayəyə vermişdir. Təxminən 2019-cu ilin iyul ayının axırlarında Tərlan adlı şəxs yanında olan Xuraman adlı qadınla onun yanına gələrək demişlər ki, “Eşitmişik ki, siz mənzil kirayəyə verirsiniz, bizə müvəqqəti yaşamağa mənzil lazımdır”. O da Tərlana demişdir ki, “Mənim kirayəyə verməyə mənzilim var, verərəm. Yanında olan qadın kimdir?”. Tərlan da ona demişdir ki, “Mənim həyat yoldaşımdır”. Sonra Tərlan mənzili kirayəyə neçəyə verdiyini ondan soruşmuşdur. O isə əvvəlcə mənzili Tərlangilə göstərmişdir. Həmin mənzil bir otaqdan ibarət olmuşdur. Tərlan mənzilə baxdıqdan sonra ona demişdir ki, “Mənzil xoşuma gəldi, neçəyə kirayəyə verirsiniz?”. O da Tərlana demişdir ki, “Mənzili mən aya 120 manata kirayəyə verirəm”. Bundan sonra Tərlan onunla razılaşmış və həmin mənzili tutmuşdur. Tərlan mənzilin kirayə haqqısını ona hissə-hissə vermişdir. Tərlan Xuramanla ona məxsus mənzildə 10 gündən artıq yaşasa da, o, Tərlangilin hər hansı bir mədəniyyətsiz hərəkətini görməmişdir. Tərlangili sakit şəkildə səhər evdən çıxmışlar, axşam saatlarında isə evə gəlmişlər. 08 avqust 2019-cu il tarixdə axşamüstü saatlarında o, həyətdə olarkən görmüşdür ki, 2 (iki) nəfər şəxs Tərlanın kirayədə yaşadığı mənzilin qarşısında dayanmışdır. O, həmin şəxsləri tanımadığından bu şəxslərə yaxınlaşaraq soruşmuşdur ki, “Siz kimsiniz? Burada nə işiniz var?”. Həmin şəxslər də ona demişlər ki, “Dayı, biz yaxınlıqda tikintidə işləyirik, bizə kirayəyə mənzil verə bilərsən? Pulumuz yoxdur, pulunu sonra verərik”. O da həmin şəxslərə demişdir ki, “Narahatçılıq yoxdur, verərəm, sonra ödəyərsiniz”. Onların arasında olan razılaşmaya əsasən o, mənzili həmin şəxslərə günü 5 manat ödəmələri şərti ilə vermişdir. Həmin gün axşam saatlarında o, həmin iki nəfər şəxsin həyətdə dayanıb Tərlanın kirayədə yaşadığı mənzilini izlədiklərini görmüşdür. O, bundan şübhələnmiş və həmin şəxslərə yaxınlaşaraq demişdir ki, “Axı mən sizə xəbərdarlıq etdim, nə sözünüz var gedin başqa yerdə edin”. Həmin şəxslərdən biri ona demişdir ki, “Ağsaqqal, mən Tərlanın dayısı oğluyam, Tərlan mənə pul borcludur, gəlmişəm onu aparam”. O da həmin şəxsə demişdir ki, “Nə söhbətiniz varsa, gedin başqa yerdə edin. Burada ailələr yaşayır, əgər aranızda pul söhbətiniz varsa, valideynini gətir özü ölçü götürsün. Tərlan heyvandır ki, götürüb aparasınız? Mən sizi burada saxlaya bilmərəm, mənə narahatçılıq lazım deyil, səhərisi bir hadisə baş verər, məndən yapışarlar. Çıxın mənim mənzilimdən”. Həmin şəxs də ona demişdir ki, “Gedirəm onun anasını və qardaşını gətirim”. 10 avqust 2019-cu il tarixdə, saat 19:00 radələrində o, həyətdə olduğu vaxt bir gün əvvəl gördüyü iki nəfər şəxsin gəldiyini görmüşdür. Həmin iki nəfər şəxsin yanında əlavə bir nəfər kök bədənli şəxs də olmuşdur. O, həmin şəxslərdən soruşmuşdur ki, “Siz kimsiniz?”. Həmin şəxslərdən kök bədənli olan şəxs ona demişdir ki, “Mən Tərlanın qardaşıyam, gəlmişəm onu aparmağa”. O, həmin şəxslərdən birini artıq tanımışdır. Həmin bir nəfər ona Tərlanın dayısı oğlu olduğunu bildirmişdir. Sonra həmin şəxslər Tərlanın qaldığı mənzilə tərəf getmişlər və Tərlanı həyətə çağırmışlar. Həmin vaxt Xuraman pəncərədən Tərlanı kimin və hansı səbəbə görə çağırdığını soruşduqda, həmin şəxslər Tərlanı aşağı çağırmasını Xuramana demişlər. Tərlan həyətə düşmüş və həmin şəxslərlə görüşmüşdür. Sonra həmin şəxslər Tərlanla ucadan söhbət etməyə başlamışlar və Tərlana demişlər ki, “Nə səbəbə belə yaramaz hərəkət edirsən?”. O, həmin şəxslərin bərkdən danışdığını görüb həmin şəxslərə yaxınlaşaraq demişdir ki, “Burada boş ev var. Orada söhbət edin. Həyətdə başqa ailələr yaşayır, səs etməyin”. Həmin şəxslər də onunla razılaşaraq Tərlanla birlikdə həmin boş evə daxil olmuşlar. O da həmin boş evə daxil olduqda, ona demişlər ki, “Çıx bayıra, bizim Tərlanla söhbətimiz var”. O da bayıra çıxaraq yaşadığı evin qarşısına getmişdir. Sonra isə o, qızın qışqırıq səsini eşitmişdir. O, yenə də Tərlanın qaldığı mənzilin qarşısına gəlmiş və görmüşdür ki, özünü ona Tərlanın dayısı oğlu kimi təqdim edən şəxs əlində qara çanta (sumka) ilə qaçaraq həyətdən çıxmış, həmin şəxsin arxasınca da iki nəfər şəxs Tərlanın mənzilindən çıxıb həyətə düşmüşdür. Tərlan da həmin şəxslərin arxasınca düşmüş və qışqıraraq “mənim sənədlərimi hara aparırlar? Onları qaytarın” demişdir. Bu vaxt Tərlan pilləkəndən aşağı yıxılmış və başı yerə dəymişdir. Həmin şəxslər də çıxıb getmişlər. Sonra o, otaqlardan birində kirayədə yaşayan başqa bir sabirabadlı oğlandan soruşmuşdur ki, “Tərlanın yoldaşı sənin evində gizlənir, mən uşaqlardan eşitdim”. Həmin sabirabadlı oğlan da ona demişdir ki, “Əmi, qız qorxduğundan mənim mənzilimə gəldi və mənə dedi ki, burada gizlənmək istəyirəm. Mən də etiraz etmədim”. Sonra o, sabirabadlı oğlanla sonuncunun qaldığı mənzilə getmiş və orada Xuramanın çarpayının altında gizləndiyini görmüşdür. O, Xuramana demişdir ki, “Sən burada nə səbəbə gizlənmisən? Hamısı sənin zibillərindir, çıx. Onlar getdilər”. Sonra o, Tərlanla Xuramanın narahat şəxslər olmalarından ehtiyyat edərək Tərlangilə demişdir ki, “Çıxın mənim evimdən, mənə narahatçılıq lazım deyil, burada başqa adamlar da yaşayır”. O, hətta Tərlanın sifət nahiyəsində xəsarət izlərini də görmüşdür. Sonra təcili tibbi yardım maşını gəlmiş və Tərlanla Xuramanı götürüb xəstəxanaya aparmışdır. Sonradan onu Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə dəvət etmişlər. O, həmin şəxslərin Tərlanı döymələrini, həmin şəxslərdən birinin Xuramanı bıçaqla hədələməsini, həmin şəxslərin və Sahibin Tərlana məxsus və içərisində 7.000 manat pul və digər əşyaları olan pul çantasını, 2 (iki) ədəd mobil telefonunu götürüb getdiklərini görmədiyini, sadəcə Sahibin əlində çantanı tutub qaçmasını gördüyünü bildirmişdir. O, ümumiyyətlə pul və 2 (iki) ədəd mobil telefonun götürüldüyünü görməmişdir. Həmin şəxslər ona aid başqa bir otaqa söhbət etmək məqsədilə daxil olduqda, ona demişlər ki, “Sən get, bizim şəxsi söhbətimiz var”. O da çıxıb getmiş və ona görə də həmin şəxslərin arasında hansı söhbətin olduğunu görməmişdir. O, Sahibin pilləkənin altında gizlənməsinə fikir verməmişdir. O, həmin iki nəfər şəxsin Tərlanla sonuncunun yuxarıda kirayədə qaldığı mənzilə qalxdığını görmüş, lakin Sahibin də həmin iki şəxslər birlikdə olub-olmamasına fikir verməmişdir. Həmin şəxslərdən birinin sol qolunda döymə naxışlar olmuş, özü isə balaca boylu və qara saqqallı olmuş, əynində qırmızı rəngdə qısaqol köynək, göy rəngli cins şalvar, ayağında makasin ayaqqabı olmuş, həmçinin kök bədənli, qara saçlı və qarabəniz olmuşdur. O, döymə naxışları yaxşı görmədiyindən əlamətini bilməmişdir. Onun tanımadığı digər şəxs isə orta hündürlükdə olmuş, bədənində heç bir döymə naxış olmamış, sarıbəniz, lakin qara saçlı olmuş, saqqalı olmamış, arıq bədən quruluşlu olmuş, əynində qara rəngli düyməli köynək, qara şalvar, makasin ayaqqabı olmuşdur. O, həmin şəxslərin şəxsiyyətini bilməmişdir. Hadisə vaxtı həmin şəxslərə yaxınlaşan olmamışdır. O, hadisənin nə qədər davam etdiyini bilməmişdir. Çünki o, həmin şəxsləri otağa saldıqdan sonra çıxıb getmişdir. Kənardan hadisə yerinə tamaşa edən olmamış, eləcə də kənarda yaşayan başqa şəxslərin rahatçılığı pozulmamışdır. O, hadisə vaxtı bıçaq görməmiş və ona görə də bıçağın əlamətlərini bilməmişdir. O, yaşlı adam olduğundan həmin şəxslərə və Tərlanın dayısı oğlu kimi özünü təqdim edən şəxsə kirayəyə ev verərkən həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərini istəməmişdir. Həmin şəxslər onun evində sadəcə bir gecə yaşamışlar və səhərisi də o, həmin şəxsləri evdən çıxarmışdır. O, hadisə baş verən vaxt yaşadığı evin qarşısında olmuş və Sahibin də çantanı əlində tutub qaçdığını görmüşdür. Lakin o, Sahibin çantadan narkotik vasitə götürüb yerə səpməsini görməmişdir. İşdə olan 10 avqust 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin 754 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 170-171) görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər: başın sol gicgah-alın və sağ gicgah nahiyələrinin, sol almacıq nahiyələrinin qançırları, qarının, sol saidin, sol dirsək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən 10 avqust 2019-cu il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Vət.Zərərçəkmiş şəxs1anın bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür. İşdə olan 10 avqust 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin 755 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 167-168) görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər: sağ said və sağ kürək nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən 10 avqust 2019-cu il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Vət.Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitdə və həmçinin, həm insan bədəninin hissələrinin (əl, əl barmaqları, dırnaqlar və sair) təsirdən, həm də Zərərçəkmiş şəxs2 öz boyu hündürlüyündən yıxılaraq yerin bərk hissəsinə və ya küt əşyaya dəymə nəticəsində əmələ gələ bilmələri də mümkündür. İşə əlavə edilmiş 10 avqust 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21234 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 174) görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. İşə əlavə edilmiş 26 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21224/21225 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 177-178) görünür ki, təqdim olunmuş 1 (bir) ədəd «Samsung» markalı, «SM-N95OU» (Galaxy Note 8) modelli «**********63303» İMEİ nömrəli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla, istifadə üçün yararlıdır. Mobil smartfonda «Whatsapp» proqram təminatında «TD» adlı istifadəçi «+**********17» saylı nömrə ilə qeydiyyatdan keçmiş hesabda 16 nəfər istifadəçilərlə yazışmaların məzmunları və mübadilə olunmuş fayllar (səs, foto, video) rəqəmsal sübutların saxlanması üçün istifadə olunmuş «DVD» tipli optik disklərə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Təqdim olunmuş 1 (bir) ədəd «Samsung» markalı, «SM-N95OU» (Galaxy Note 8) modelli, «**********63303» İMEİ nömrəli mobil smartfonda aşkar edilmiş müxtəlif məzmunlu, formatlı fayllar (audio, video, foto) və məlumatlar (zənglər, kontaktlar, sms mesajlar) həmin məlumatlara dair tərtib olunmuş hesabat, hesabatda məlumatların adı, həcmi, tarixi, məzmun göstərilməklə rəqəmsal dəlillərin saxlanması üçün istifadə olunmuş «DVD» tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Təqdim edilmiş 1 (bir) ədəd işlək vəziyyətdə olan «Samsung» markalı, «SM-N95OU» (Galaxy Note 8) modelli mobil smartfonun istifadədə olunması nəzərə alınmaqla, 10 avqust 2019-cu il tarixə olan orta bazar qiyməti təxminən 680,00 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 22 iyul 2020-ci il tarixli qərardan görünür ki, Pərviz və ya Orxan adlı şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və şəxsiyyəti müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır (cild 1, iş vərəqə 1-4). İşə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 1(101)-324/2020 saylı hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Şahid1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. İşə əlavə edilmiş 12 aprel 2021-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ifadə verərək bildirmişdir ki, o, Şahid1 ilə 2019-cu il tarixdə idman zalında tanış olmuş və onların bir-biri ilə münasibətləri yaranmış, 10 avqust 2019-cu il tarixdə Nicat ona zəng edərək bir nəfər şəxsin onu söydüyünü bildirmiş və bu səbəbdən də onu yanına çağırmış, o da taksi ilə Nicatın dediyi yerə, yəni Nəsimi rayonu ərazisində “Papanin” kimi tanınan əraziyə getmiş, o, həmin yerə çatdıqda orada Nicatla Sahibi görmüş, daha sonra o, zərərçəkmiş şəxs qismində çıxış edən Tərlana sillə vurmuş və ona irəli sürülmüş ittihamla bağlı bütün təfərrüatları bildirmiş, başqa sözlə, onun və cinayətin digər icraçıları tərəfindən törədilmiş cinayətin törədilmə üsulunu və mexanizmini, habelə cinayətin nəticəsində baş vermiş bütün əhəmiyyət kəsb edən halları dəqiq şəkildə göstərmişdir (cild 3, iş vərəqə 32-35). İşə əlavə edilmiş 07 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 1472 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sairlər sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixiloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışın iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 10 avqust 2019-cu il tarixdə cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq, epilyasiya nəticəsində yaranan ağıl zəifliyi, qıcolma tutmaları və ya sair psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmamışdır. Buna gröə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanıkan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkanlanmır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları (qavrama, diqqət, yaddaş, təfəkkür və s.) normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs eqosentrizm, nümayişkaranəlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur (cild 3, iş vərəqə 208-211). Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edildikdən bir müddət sonra öz təşəbbüsü ilə həbsdə saxlanıldığı İstintaq Təcridxanasından yazılı şəkildə Bakı şəhər prokuroruna müraciət edərək 10 avqust 2019-cu il tarixdə baş vermiş hadisənin ittiham aktında göstərilmiş şəkildə baş vermədiyini, Şahid1 hadisə günü ona zəng etdiyini və Tərlanla “söhbətə” çağırdığını, onun da taksi ilə Nicatın yanına getdiyini, orada Şahid2 olduğunu, sonra birlikdə Tərlanın yanına getdiklərini, lakin onun Sahiblə Nicatın cinayət törətmək niyyətlərindən xəbərdar olmadığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yazılı ərizəsində onun Nicat və Sahiblə birlikdə Tərlanın yaşadığı evə getdiyini bildirsə də, özünün cinayətin digər icraçıları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etmədiyini və zərərçəkmiş şəxslərə qarşı qulduruq cinayətini törətmədiyini bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs faktiki olaraq, hadisə vaxtı özünün də məlum cinayət hadisəsində iştirak etdiyini və baş vermiş cinayət hadisəsindən xəbərdar olduğunu bildirmişdir. Halbuki məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərkən ümumiyyətlə 10 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı evə getmədiyini və törədilmiş quldurluq cinayətindən xəbərinin olmadığını iddia etmişdir. Zərərçəkmiş şəxs1 10 avqust 2019-cu il tarixdə baş vermiş cinayət hadisəsindən sonra polis orqanına müraciət edərək ona qarşı törədilmiş cinayət barədə məlumat vermiş və cinayət törətmiş şəxslərin, yəni Şahid2, onun yanında olmuş Nicat və Pərviz adlı şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bundan başqa, Şahid2 və Şahid1 barəsində olan cinayət işinə mahiyyəti üzrə baxılması nəticəsində qeyd edilən şəxslərin, yəni Şahid2 Şahid1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, habelə onların 10 avqust 2019-cu il tarixdə, saat 19:00 radələrində Şahid2 qohumu olan Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən evə qanunsuz şəkildə daxil olmaları və evdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, nəticədə Zərərçəkmiş şəxs2 mənəvi ziyanın, Zərərçəkmiş şəxs1 isə xeyli miqdarda, yəni 8265 (səkkiz min iki yüz altmış beş) manat məbləğində maddi ziyanın vurulması, başqa sözlə, Şahid2 Şahid1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq cinayət əməllərini, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmələri sübuta yetirilmişdir. Ümumiyyətlə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqında sərbəst şəkildə ifadə vermiş bütün şəxslər, yəni həm təqsirləndirilən şəxs, həm Zərərçəkmiş şəxs1, həm də sonuncuya qarşı quldurluq cinayətlərini törətməyə görə məhkum edilmiş Şahid2 və Şahid1 inkaredici ifadələr verərək Təqsirləndirilən şəxs 10 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı evdə olmadığını, ümumiyyətlə Təqsirləndirilən şəxs quldurluq cinayətinə aidiyyətinin olmamasını bildirmişlər. Halbuki, ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 demək olar ki, bütün ifadələrində ona qarşı basqın edən şəxslərin Sahib, Nicat və Pərviz adlı şəxslərin olduqlarını, Şahid2 isə ifadələrində Tərlanın kirayədə yaşadığı evə Nicat və Pərviz adlı şəxslərlə getdiyini, Şahid1 isə Şahid2 “söhbətinə” görə Orxan kimi tanıdığı şəxslə getdiyini bildirmişdir. Eynilə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özü də şübhəli şəxs qismində tutulduqdan sonra ilkin ifadəsində faktiki olaraq 10 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 qarşı digər şəxslər, yəni Şahid2 və Şahid1la birlikdə törətdiyi cinayətin üsulunu və mexanizmini, habelə cinayətin nəticələrini ətraflı şəkildə göstərərək törətmiş olduğu cinayəti etraf etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 33-cü bəndində qeyd olunur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs cinayət əməli mötəbər sübutların məcmusu üzrə kifayət qədər təsdiq olunduğundan, onun təqsirliliyinə dair yuxarıda təsvir edilən sübutları şübhə altına almağa məqamlar olmadığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, həm də eyni əmələ görə məhkum edilmişlər Şahid2 və Şahid1 ifadələrini dəyişmələrini tərəflərin bir-biri yaxın qohum, eləcə də münasibətləri olan şəxslər olmaqla (Şahid2lə Zərərçəkmiş şəxs1 yaxın qohumdurlar, Şahid1 Şahid2 gündəlik əlaqə saxladığı dostudur, Təqsirləndirilən şəxs isə Şahid1 tanışıdır) barışmaları fonunda, habelə eyni əmələ görə Şahid2 və Şahid1 artıq məhkum olunmaqla həmin əmələ görə Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq cəhdləri kimi qiymətləndirir. Şahid1 hadisə yerinə (Zərərçəkmiş şəxs1 evinə) Təqsirləndirilən şəxsla deyil, dostu “Orxan” adlı şəxslə getməsi barədə hazırda verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edib qeyd edir ki, Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəsindən göründüyü kimi “o, hazırda gördüyü təqsirləndirilən şəxsin adının Orxan olduğu, Təqsirləndirilən şəxs həmin vaxt Orxan kimi tanıdığını, onunla 2017-ci ildə idman zalında məşq edərkən tanış olduqlarını” göstərmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs2 yalnız ibtidai istintaq zamanı dindirilməsi, onun birinci instansiya məhkəməsində və hazırda apellyasiya baxışı zamanı dindirilməsinin mümkün olmaması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrədindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Həmin hüquqi problemi Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin və 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı olan məsələ kimi səciyyələndirən Avropa Məhkəməsinə görə, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır. İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. İkinci meyar məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında (bax yuxarıda) bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Beləliklə, üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab veribverməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə apellyasiya baxışının keçirilməsi “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarındakı bu barədə tövsiyələrinə tam uyğun olmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində və hazırda apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyası təyin edilmiş cəzanın ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ona qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun cavan olmasını, ailədə yeganə övladın olmasını, könüllü şəkildə ibtidai istintaq orqanına gedərək təslim olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddələrinin sanksiyasının aşağı həddində, cəzanın məqsədlərini təmin edən qanuni, əsaslı və ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə apelyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə əlaqədar 112 (yüz on iki) manat məbləğində məhkəmə məsrəfi məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 1(101)-267/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 112 (yüz on iki) manat məhkum olunmuş Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar