Məhkəmə qərarları › İş №1(103)-280/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-280/2025

15.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-280/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əhmədov Zəfər Vahid oğlu (sədrlik edən və məruzəçi), X14 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum olunmuş şəxsin müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2114/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2114/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən: hakim X10, hakimlər: X7 və X3 ibarət tərkibdə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq BMCMİ- nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkiləri 69,666 qram narkotik vasitə qurudulmuş marixuana, 1,910 qram çəkidə psixotrop maddə metamfetamin, 12,190 qram çəkidə narkotik vasitə kokain, 47 ədəd psixotrop maddə (MDMA) tərkibli ekstazi həbləri və 01 ədəd elektron tərəzinin məhv edilməsi, Təqsirləndirilən şəxs evinə «Baxış keçirilməsinin» görüntüsü olan 01 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmamasının nəzərə alınması hökm edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə оnа görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Şamxal” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs “Şamxal” adlı şəxsin bildirdiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 12,240 qram çəkidə narkotik vasitə kokain, tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 9,556 qram təşkil edən ekstazi həbləri, xeyli miqdarda 69,866 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda 1,960 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri ünvan 4 ünvanına 29 aprel 2024-cü il tarixdə saat 01:24-dən etibarən keçirilən baxış zamanı yataq otağındakı dolabdan 01 ədəd dəmir qutuda xeyli miqdarda 60 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd polietilendə ayrıayrılıqda çəkiləri 3,982 qram, 3,988 qram və 1,896 qram olmaqla ümumi çəkisi xeyli miqdarda 9,866 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd polietilendə xeyli miqdarda 1,960 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd qırmızı qapaqlı plastik qabda külli miqdarda 12,240 qram çəkidə narkotik vasitə kokain, 01 ədəd şəffaf polietilendə tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 7,236 qram təşkil edən 36 ədəd ağ rəngli ekstazi həbləri və 01 ədəd şəffaf polietilendə tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdarda 2,32 qram təşkil edən 16 ədəd göy rəngli ekstazi həbləri, üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Cabir Mehralıyev apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsininiş № 1(101)-2114/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün əsasız və ədalətsiz olduğundan ləğv edilməsi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri subuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinini xx.xx.2024-cü il tarixli hökmü əsasız və ədalətsiz olduğundan ləğv edilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsir subuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi özünün əsassız və ədalətsiz hökmündə göstərir ki, “Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur”. Halbuki, birinci instansiya məhkəməsində müdafiə tərəfi vəsatət verərək 29 aprel 2024-cü il tarixdə saat 01:24 radələrində Təqsirləndirilən şəxs yaşadığ mənzilə qanunsuz olaraq daxil olan 3 nəfər polis əməkdaşılarından biri Şahid2 şahid qismində dindirilməsinin təmin edilməsi tələb edilmiş, məhkəmə həmin vəsatəti təmin etsə də şahidin məhkəməyə gəlməsini təmin edə bilməmişdir. İttiham tərəfin iş üzrə yeganə şahidi olan polis əməkdaşı Şahid1 məhkəmədə ifadə verərkən müdafiə tərəfin “gecə saat 01:24 radələrində tək yaşayan gənc xanımın yaşadığı mənzilə məhkəmənin qərar olmadan və eyni cinsdən olan əməkdaş, eləcə də müdafiəçi dəvət etmədən daxil olmağınız hansı təxirəsalmaz hallar olmuşdur.” Sualına şahid cavab verə bilməmiş, mənzilə daxil olarkən şübəhəli şəxsə heç bir qərar təqdim etmədiyini bildirmişdir. Müdafiə tərəfi qeyd edir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Birinci instansiya məhkəməsi hökmündə göstərir ki, “Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zaman verdiyi etirafedici ifadəsini də əsas götürür”. Müdafiə tərəfi, ittihamın mübahisələndirdiyi hissədəki təqsirləndirilən şəxsin ifadəsini, yəni polis əməkdaşları tərəfindən psixi və fiziki təsir və təzyiqlərə məruz qalaraq döyüldüyünü, ona işgəncə verildiyini, ona görə də ibtidai istintaq zamanı etirafedici ifadə verdiyini, ondan təziyq altında mənzilə daxil olmalarına etiraz etmədiyi barədə ərizə yazdırıldığını, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi (satışı) ilə məşğul olmaması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini CPM-nin 143-146 maddələrinin tələblərində göstərildiyi kimi subutların toplanılması, yoxlanılması qiymətləndirilməsi və kifayət etməsi baxımından düzgün qiymətləndirilməmiş və ədalətli hüquqi qiymət verilməmişdir. Müdafiə tərəfi apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, ümumiyyətlə ibtidai istintaq olduqca səthi araşdırılmış ifadələr arasında olan ziddiyətlər aradan qaldırılmamış, təqsirləndirilən şəxslə şahid polis əməkadları arasında üzləşmə istintaq hərəkətləri aparılmamışdır. Ona görə də müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələr və mənzilinə baxış keçirilməsinə etiraz etmədiynə dair ərizəsi hüquqi qüvvəsi olmayan hesab edilməli və subutlar siyahısından çıxarılmalıdır. Əks halda həmin ifadələr ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Birinci instansiya məhkəməsi isə müdafiə tərəfin bu arqumentlərinə hüquqi qiymət verməmişdir. Halbu ki, məhkəmə iclasında müdafiə tərəfinin iştirakıl ilə məhkəmə kollegiyası video görüntülərə diqqətlə baxıb, həmin gürüntülərdə əks olunan halları təhlil edərkən aydın oldu ki, bu video görüntülərdə istinad edilən "baxış keçirilməsi və əşyaların götürülməsi haqqında" 29 aprel 2024-cü il tarixli protokollar mötəbər sübut kimi qəbul edilməməklə, hüquqi qüvvəsi olmayan sübutlar hesab edilməlidir. Belə ki, həmin vidogörüntüdə gecə saat 01:24 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin qapsı döyülür Təqsirləndirilən şəxs qapını açanda bir neçə kişi cinsindən olan polis işçisi görünmüş, o, hüquqları barədə ətraflı məlumatlandırılmamış, qanuna müvafiq qaydada saxlnaıldığı anadan vəkillə təmin edilməmiş, о cümlədən evində məhkəmə qərarı olmadan axtarışın aparılmasının onun müdafiə hüququna xələl gətirə biləcəyi ona izah edilməmiş, ərizə yazmaq istəməyən Təqsirləndirilən şəxs məcburən təhqiqatçının göstərişi və diktəsi ilə evində axtarış və baxış aparılmasına etirazının olmaması barədə ərizə yazdırılmışdır. Təhqiqatçı və digər polis əməkdaşları Təqsirləndirilən şəxs özünün dəvəti ilə onun evində axtarış aparılması görüntüsünü yaratmağa çalışsalar da, faktiki olaraq qanuni əsas və məhkəmənin qərarı olmadan bu istintaq hərəkətini yerinə yetirməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 243 və 177-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşlar. Bundan başqa, axtarış istintaq hərəkətini aparan təhqiqatçı və əməliyyat müvəkkilləri bu istintaq hərəkətinin aparılması qaydalarını kobud şəkildə pozaraq axtarışın ilkin olaraq mənzilin giriş hissəsindən başlamaqla mənzilin dərininə axtarış aparmaqla getmək əvəzinə, Təqsirləndirilən şəxs dərhal dəhlizin sonunda sağ tərəfdə yerləşən mətbəxə salmaqla ona 4 dəqiqə ərzində ərizə yazdırmaqla başın qatmış, mənzilin digər otaqlarını nəzarətsiz qoymuşlar, mənzilin giriş qapısı mühafizəsiz qalmaqla evdə olan sair şəxslərin sərbəst hərəkət etmələrinə və narkotik vasitəni aşkar olunduğu yerə qoyula bilməsinə şərait yaratmışlar. Halbuki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, “ ... evində ondan əlavə 5 nəfər oğlan və bir qız əməkdaşı olmuşdur. Sonradan gələn əməkdaşlar birbaşa yataq otağına keçərək orada olan şkafın çəkməcəsində narkotik vasitə aşkar etdiklərini demişlər. O, əvvəl axtarış keçirilən zaman narkotik vasitə tapılmadığını dedikdə, onlar yəqin ki, yaxşı baxmadıqlarını bildirmişlər”. Təhqiqatçı və əməliyyat müvəkkilləri tərəfindən isə axtarışa başlamazdan əvvəl onların mənzildə olması barədə heç bir məlumat verilməmiş, onların otağı tərk etməmələri və ünsiyyətdə olmamaları üçün tədbirlər görülməmiş, bununla da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 245.5-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsinin qanunsuz və ədalətsiz hökmündən isə aşkar görünür ki, məhkəmə kollegiyası CPM-nin 21.3 və 145.3-cü maddəsinin tələblərini təqsirləndirilən şəxsin (müdafiə tərəfin) xeyrinə deyil, əksinə ittiham tərəfin xeyrinə şərh etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi öz hökmündə təqsirləndirilən şəxsin xeyrinə olan subutlara düzgün hüquqi qiymət verməmiş, ittiham hökmünü özünün əsassız mülahizələrinə və ehtimallarına uyğulaşdırmaqla əsaslandırmağa çalışmışdır. Müdafiə tərəfi olaraq hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş bu əsassız ittiham öz təsdiqin tapmamış, onun özünü müdafiə üçün gətirdiyi dəlilərin, ittiham tərəfin əsas şahidlərinin (bir başa sübut) onun lehinə ifadələri, habelə müdafiə tərəfin digər əsaslı eyni zamanda mötəbər hesab olunan dəlillərinə hüquqi müəyyənlik prinsipindən ədalətli hüquqi qiyimət verilməsi məsələsi apellyasiya instansiyasında müzakirə olunmalı və nəticədə yeni ədalətli hökmün çıxarılması təmin olunmalıdır. MƏHKƏMƏ İSTİNTAQİ və PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmuşdur. Lakin həmin vaxt nə üzərində, nə də evinin yataq otağında heç bir narkotik vasitə olmamışdır. Əməliyatçılar o, liftə minən zaman onunla birlikdə minmiş və birlikdə evinə qalxmışlar. Liftdən çıxan zaman qoluna girmişlər. Evinin qapısını da çantasından açarı götürərək özləri açmışlar. Əməliyyat-axtarış aparılmasına etirazı olmaması barədə evə girdikdən 1 saat sonra ona məcburi ərizə yazdırmışlar. Narkotik vasitəni yataq otağına özləri yerləşdirərək video çəkiliş zamanı guya oradan çıxardıqlarını demişlər. Bundan sonra onu bandatelə aparmışlar. Ona qarşı təzyiqlər göstərmişlər. Onu, buraxmaq üçün 50.000 manat pul istəmişlər. O qədər pulu olmadığını deyəndə 5.000 manat istəmişlər. Bundan sonra 3960 manat yaxınından almış, 40 manat da kartında olub. 4.000 manat düzəltmişdir. Evindən çıxan narkotik vasitə ona məxsus olmamışdır. Narkotik vasitə heroin, nadir hallarda isə ekstazi həbi istifadə etmişdir. Başqa narkotik vasitə istifadə etməmişdir. Evindən çıxan tərəzi ona məxsus deyil. Daha sonra BMCMİ-nin zirzəmisində kəlbətinlə onun dırnaqlarını çıxarmışlar. Polis əməkdaşları işgəncə verdikləri üçün hər şeyi boynuna almaq məcburiyyətində qalmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəl Mahmudla gecə kulubunda tanış olmuşlar, onunla danışmaq istəməmişdir, Buna görə ona demişdirdi ki, 5 ildən sonra görüşərik. Mahmudu dəfələrlə 28 mayda yerləşən gecə kulubunda görmüşdür. Təxminən hadisədən 1 ay əvvəl onu görmüşdür. Yaxınlaşmaq məqsədi ilə tanış olmaq istəmiş, o isə istəməmişdir. Onu evin qapsında yox, liftdə qarşılayıblar. Onunla birlikdə liftə minib yuxarı qalxıblar. Liftdən çıxan zaman qoluna giriblər. Çantasından açarı çıxarıb qapını da özləri açıblar, evə də özləri giriblər. Həmin ərizəni evə daxil olduqdan 1 saat sonra evin zalında məcburi yazıdırıblar. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Leylanı əməliyyat zamanından tanıyımışdır. Təqsirləndirilən şəxs barəsində Baş İdarəyə narkotik vasitələrin küllü miqdarda dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuş, Anar Abbasova məlumat daxil olduqdan sonra rəhbərliyə məruzə olunmuş və əməliyyat axtarış tədbirlərinin keçirilməsi bərədə 28 aprel 2024-cü il tarixdə qərar qəbul edilmişdir. Həmin şəxsin ünvanı olan Binəqədi rayonu, Kazımovski küçəsində izləmədə olmuşlar. Ondan sonra artıq 29 aprele keçən zaman gecə saat 1 radələrində xanımın evinə yaxınlaşmışlar. Qapını döymüşlər və xanım qapını açmışdır. Tədqiqatçı ilə birlikdə özlərini təqdim etmişlər, etirazını bildirməmişdir və ərizəyə imza edərək etiraz etmir və evə baxış keçirilməsinə razıdır. Onlar da xidməti vəsiqələrini təqdim edərək içəri girmişlər və Təqsirləndirilən şəxs könüllü olaraq yataq otağında saxladığı narkotik vasitəni könüllü olaraq özü təqdim etmişdir. Orada marixuana, metafetamin, kokain, çoxlu sayda həblər var idi. Təqdim etdikdən sonra təhqiqatçı tərəfindən sənədləşdirildi, qablaşdırıldı və ekspertizaya təqdim edildi. Şahid verilən sualara cavab olaraq göstərmişdir ki, əməliyyatdan öncə Leyla xanımı görməmişdir. Onlar ora yaxınlaşmışlar, qapını döymüşlər və xanım özü qapını açmışdır. Dedik ki, evə baxış keçirilməsinə icazə verirsiz? O, da bildirdi ki, bu barədə ərizə də yaza bilərəm ki, baxış keçirilməsinə etirazım yoxdur. Onlar xanımla çöldə qarşılaşmamışlar, qapını döymüşlər və özü açmışdır. Ora artıq 29 aprel, gecə saat 1 radələrində getmişlər. Ərizəni evində, qapının ağzında alıb girmişik içəri. Orada təhqiqatçı Murad Azayev, o, və əməliyyatçı Anar Abbasov olmuşlar. Xanımın ərizəsini o, yox, təhqiqatçı alıb. Çəkiliş gedən zaman çöldə onlardan başqa heç kəs olmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Leyla ilə sevgili olmuşdur. Leyla ona narkotik vasitə satmamışdır. Leyla özü istifadə edirdi. Leyla ilə daş istəməsi ilə bağlı mesajlaşmasında “daş” deyəndə narkotik vasitə istəməmişdir. Leyladan narkotik vasitə almayıb, sadəcə narkotik vasitə alması üçün pul istəyib. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçisi Cabir Mehralıyev apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etmişdir. Məhkəmə kollegiyasının iclasında Dövlət itihamçısı Dövlət ittihamçısı2 apellyasiya şikayətini qəbul etməyib, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Leylla Məmmədovanın müdafiəçisinin apellyasiya şikayətinin, məhkum olunmuş şəxs ifadə və son sözündə və müdafiəçisinin çıxışının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ittiham olunmuş CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirlməməsi, məhkum olunmuş şəxsin əməlində cinayət tərkibinin olmaması və həmin əsaslarla da məhkum olunmuş şəxsə bəraət verilməli olmasına dair məsələlərin mübahisələndilməsini nəzərə alıb CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, ilk növbədə apellyasiya şikayətinin dəlilləri daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsə ittiham olunmuş CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməllərinin həmin maddələrlə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının, müdafiəçinin çıxışlarını, məhkum edilmiş şəxsin və şahid ifadələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2114/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirlmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şаhid ifаdələri, işdə оlаn istintаq hərəkətlərinə dаir protokollar və digər səndlərlə, həmçinin məhkəmə ekspertiza rəyləri ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsii, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxsin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirli olması aşağıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, polis əməkdaşları tərəfindən psixi və fiziki təsir və təzyiqlərə məruz qalaraq döyüməsi, ona işgəncə verildiyinə görə də ibtidai istintaq zamanı etirafedici ifadə verməsi, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi (satışı) ilə məşğul olmaması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkməsinin yuxarıda qeyd olunan qənaətini qanuni və əsaslı sayır və hesab edir ki, apellyasiya şikayəti və məhkum olunmuş şəxsin müdafiəçisinin çıxışında və Təqsirləndirilən şəxs birinci və apellyasiya instansiya məhkəməsində verdiyi ifadələrində narkotik vasitələrin satışı ilə heç bir əlaqəsi olmaması, tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması, polis əməkdaşları tərəfindən döyülməsi, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona işgəncə verildiyi üçün etirafedici ifadə verməsinə dair xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən və iş üzrə şahid ifadələri, ekspert rəyləri, “baxış keçirilməsi və götürülmə aparılması” haqqında protokol, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəsinə narkotik vasitələrin alış-verişini əks etdirən yazışmaların olması və iş üzrə birinci və apellyasiya instasniya məhkməsinə toplanmış digər sübutların məcmusu ilə təkzib olunduğundan iş üzrə obyektiv həqiqəti əks etdirən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və xx.xx.2024-cü il tarixli, 3-13-6/Ə171/24 saylı əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü BMCMİdə əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 01:24-də Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 6 ünvanının qarşısında saxlanılmış, yaşadığı ünvana, eləcə də üstünə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan 01 ədəd dəmir qutuda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 03 ədəd sellofan paketdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd sellofan paketdə psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd plastik qabda narkotik vasitə kokainə oxşar maddə, 01 ədəd sellofan paketdə 36 ədəd dərman həbi, 01 ədəd sellofan paketdə 16 ədəd dərman həbi və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə verərək üzərinə və yaşadığı ünvana videoçəkiliş vasitəsi ilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. İş materiallarında olan Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanına 29 aprel 2024-cü il tarixdə saat 01:24-dən etibarən keçirilən baxış zamanı mənzilin yataq otağındakı çarpayının yanında olan dolabdan 01 ədəd dəmir qutuda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd şəffaf sellefon paketdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd sellefon paketdə psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd plastik qabda narkotik vasitə kokainə bənzər maddə, 01 ədəd sellefon paketin içərisində 36 ədəd ağ rəngli dərman həbi, 01 ədəd sellefon paketdə 16 ədəd dərman həbi və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2351-7/658 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş kütlə...” yazı və imzalar olan dəmir qabda təmiz çəkisi 60 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 3 ədəd şəffaf polietilendə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,982 qram, 3,988 qram, 3,988 qram və 1,896 qram olmaqla, ümumi çəkisi 9,866 qram bitki mənşəli kütlələr çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 01 ədəd dəmir qutuda və 03 ədəd şəffaf polietilendə olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf polietilendə təmiz çəkisi 1,960 qram ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd qırmızı qapaqlı plastik qabda təmiz çəkisi 12,240 qram ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı nvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf polietilendə ümumi sayı 36 ədəd ağ rəngli həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”) və 36 ədəd həbin tərkibində MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 7,236 qram təşkil edir. Həblər xarici əlamətlərinə (rəngi, forması) və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf polietilendə ümumi sayı 16 ədəd göy rəngli həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”) və 16 ədəd həbin tərkibində MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 2,32 qram təşkil edir. Həblər xarici əlamətlərinə (rəngi, forması) və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tədqiqata təqdim edilmiş 36 ədəd ağ rəngli həblər 16 ədəd göy rəngli həblərdən xarici əlamətlərinə (rəngi, forması) görə fərqlənirlər. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izi vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in siyahısına (Siyahı İ) daxildir. Kokain 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in, MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər. QEYD: marixuananın ümumi çəkisi 69,866 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,2 qram, qalıq 69,666 qram Metamfetaminin təmiz çəkisi 1,960 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,05 qram, qalıq 1,910 qram. Kokainin təmiz çəkisi 12,240 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,05 qram, qalıq 12,190 qram, 36 ədəd ağ rəngli həbin 3 ədədi tədqiqata sərf edildi, qalıq 33 ədəd, 16 ədəd ağ rəngli həbin 2 ədədi tədqiqata sərf edildi, qalıq 14 ədəd. İş materiallarında olan Baxış keçirilməsi haqqında 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə müxtəlif mobil operatorlarına məxsus nömrələrdən “Sevgilim daw goturmey olar bidene cavab yazda”, “Leylos zanit niye edirsen?hell elemek olarsa edekde”, “Niye cavab demirsen alinar leylow”, “Yari verir istiyen var ustunde bir az pay verer hell ele leyla”, “daniwa bilersem p lazim hel elede ne olar pul yoxdu”, “Leylos yatarsan tezden birden p hel edekde ureyim” məzmununda mesajlar göndərilir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 va 234.4.3-cü maddələri ilə yeni məzmunlu ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilən baxış və götürmə zamanı çəkilən videogörüntünü özündə saxlayan 01 ədəd DVD disk cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs məxsus 01 ədəd "İphone" markalı mobil telefon ailə üzvlərinə təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskdə iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmış, ********** nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulan zaman yaşadığı ünvanda olan narkotik vasitələri polis əməkdaşlarının təklifinə əsasən onlara təqdim etməsi narkotik vasitələrin könüllü təhvil verilməsi kimi qiymətləndirilməsi rədd edilmişdir. İş materiallarından görünür ki, birinci instasniya məhkəməsi Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması, polis əməkdaşları tərəfindən döyülməsi, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona işgəncə verildiyi üçün etirafedici ifadə verməsinə dair göstərdiyi xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına ünvanladığı Sorğuya cavab olaraq Təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-7037/2024 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridaxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Məktuba əlavə edilmiş həmin tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs zədə və xəsarət almadığını bildirmiş, sağ saidin ön səthinin köhnə kəsiklərdən sonrakı çapıq izləri, iki qaşların ortasında çapıq toxuma aşkar olunmuşdur. İş materiallarından görünür ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qeyd olunan xəsarətlə (sağ saidin ön səthinin köhnə kəsiklərdən sonrakı çapıq izləri, iki qaşların ortasında çapıq toxuma) ilə bağlı ona verilən suala cavab olaraq həmin xəsarətləri əvvəllər özü-özünə yetirdiyini bildirmişdir. İş materiallarında olan BMCMİ-nin 24 oktyabr 2024-cü il tarixli, 3-13-6/2-9542/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Baş İdarənin MSY-nə qəbul edilərkən bədəni üzərində xəsarətlərin olmadığını bildirmiş və xarici müayinə zamanı xəsarət izlərinin aşkar olunmadığı müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs yaxalanarkən və ya sonrakı müddətdə ona polis əməkdaşları tərəfindən hər hansı psixi-fiziki təzyiq göstərilməsini və yaxud xəsarət yetirildiyini bildirməmişdir. İbtidai və birinci instansiya məhkəmə istintaqı zamanı iş üzrə ifadə vermiş şahidlər Şahid1 və Şahid2 isə göstərmişlər ki, Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilməmiş, evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evində narkotik vasitələr və psixotrop maddələr saxladığını etiraf etmiş, həmin narkotik vasitələri və psixotrop maddələri, həmçinin elektron tərəzini könüllü şəkildə təqdim etmişdir. İş materiallarında olan görünür ki, şəxsi “baxış keçirilməsi və əşyaların götürülməsi”nin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilməsi və əşyaların götürülməsi istintaq hərəkəti Cinayət- Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-110/2- 150259/2024 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə və təzyiqlərə məruz qalması barədə Baş prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-280/2025 nömrəli, 27 may 2025-ci il tarixlu qərarı ilə təyin olunmuş Audio və videoyazıların məhkəmə ekspertizasının 4/1033 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Ekspertizaya təqdim olunmuş videoyazılarda kadrdaxili montaj əlamətlərinin olubolmamasını müəyyən etmək üçün ekspert qarşısında qoyulmuş suala uyğun olaraq kadrlar videoyazılardan seçilərək şəkil formatda saxlanmış və yuxarıda qeyd olunan proqram komplekslərin müxtəlif analiz funksiyalarından istifadə etməklə analiz olunmuşdur. Kadrlarda qeyd olunan görüntülərdə kadrdaxili montajın müəyyən olunması üzrə tədqiqatlar görüntülərin vizual analizi, faylın strukrur analizi və müxtəlif rəqəmsal süzgəc izlərinin müəyyən olunması alqoritmi üzrə aparılmışdır. Tədqiq olunan təsvirlərin vizual analizi nəticəsində aşağıdakılar müəyyən olundu: -təsvirlərin kompozisiyaları təbiidir; -təsvirlərin hissələri nisbətləri uyğundur; -təsvirlərdə detalların rakusları eynidir; - təsvirlərin müxtəlif hissələrinin işıqlanmasında fərqlər var; -təsvirlərdə kölgələrin paylanması eynidir; - təsvirlərdə qonşu fraqmentlərə keçid kəskin deyil. Tədqiq olunan təsvirlərin qeydə alındığı faylların struktur analizi və süzgəc izlərinin analizi nəticəsində aşağıdakılar müəyyən olundu: -videoyazıların fayl strukturunda emal proqramlarının izi müəyyən olunmadı; -təsvirlərdə müxtəlif dərəcəli sıxılma izləri müəyyən olunmadı; - piksel əlaqəliliyinin pozulması müəyyən olunmadı; -faylın dəyişdirilməsində istifadə olunan proqram təminatının adı haqqında məlumatlar müəyyən olunmadı. Videofonoqram “İphone 14 pro” markalı mobil telefonun videoqeydəalma funksiyası ilə qeydə alınmışdır, (şəkil 1.) Videofonoqram “İphone 14 pro” markalı mobil telefonla, “2024:04:29” tarixdə, saat 03:34:50-də (şəkil 2.) (mobil telefonun icraat müddətində olan konfiqurasiya bilgilərinə əsasən) qeydə alınmışdır. Tədqiqatın nəticəsi üzrə Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli videofonoqramda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD-R diskdə olan Videofonoqram “İphone 14 pro” markalı mobil telefonun videoqeydəalma funksiyası ilə, “2024:04:29” tarixdə, saat 03:34:50-də (mobil telştauqjcraat müddətində olan konfiqurasiya bilgilərinə əsasən) qeydə alınmışdır. Apellyasiya məhkməsinin sorğusuna cavab olaraq təqdim olunmuş "xxxx" MMCdən alınmış sorğuya əsasən müəyyən edilmişdir ki, “m 10” hesablarından kart hesablarına və ya kart hesablarından “m 10” hesablarına köçürmələrlə bağlı "xxxx" MMC-nin ödəniş sistemində həmin bank kartlarının nömrələri üzrə bütün rəqəmlər tam şəkildə görünmədiyi üçün bu kartların nömrələri məhdudlaşdırılmaqla məhkəməyə təqdim edilmişdir. Məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən 28 aprel 2024-cü il, saat 00:00-dan, 30 aprel 2024-cü il, saat 00:00-dək giriş-çıxış zəngləri, eləcə də hansı ərazilərdə (antenna) olması və həmin ərazilərin hansı ünvanları əhatə etməsinə dair məlumatlar "xxxx" MMC-dən götürülmüşdür. "xxxx" MMC-dən əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, ***-***-**-** nömrəli mobil telefon nömrəsi sorğulanan müddətdə Azərfon şəbəkəsindən istifadə edilməmişdir. Məhkəmənin qərarı ilə Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən 28 aprel 2024-cü il, saat 00:00-dan, 30 aprel 2024-cü il, saat 00:00-dək girişçıxış zəngləri, eləcə də hansı ərazilərdə (antenna) olması və həmin ərazilərin hansı ünvanları əhatə etməsinə dair məlumatlar "xxxx" MMC-dən götürülmüşdür. Əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, Şahid2 28 aprel 2024-cü il, saat 02:30:22 və 05:13:36 aralıqları üzrə olduğu yerin anten dairəsi müəyyən edilmir. Həmin günü digər ünvanlar isə Bakı şəhəri, Nəsimi rayonu, Binəqədi rayonu, Yasamal rayonu və Nərimanov rayonu ərazilərini əhatə edir. Məhkəmə kollegiysı yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayəti və məhkum olunmuş şəxsin müdafiəçisinin çıxışı və Təqsirləndirilən şəxs birinci və apellyasiya instansiya məhkəməsində verdiyi ifadələrində narkotik vasitələrin satışı ilə heç bir əlaqəsi olmaması, tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması, polis əməkdaşları tərəfindən döyülməsi, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona işgəncə verildiyi üçün etirafedici ifadə verməsinə dair göstərilənləri əsassız sayır və hesab edir ki, birinci və apellyasiya instansiya məhkəməsində tədqiq olunmuş sadalanan sübutlar Təqsirləndirilən şəxs ittiham olunmuş əməllərin törədilməsinə аidiyyаtının və həmin əməllərə görə təqsirli olmasının təsdiqinə kifаyətdir. Belə ki, CPM-nin 145.1-145.2-ci mаddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci mаddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kоllеgiyаsı yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hеsаb еdir ki, məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Şamxal” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs “Şamxal” adlı şəxsin bildirdiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 12,240 qram çəkidə narkotik vasitə kokaini, tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 9,556 qram təşkil edən ekstazi həblərini, xeyli miqdarda 69,866 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, xeyli miqdarda 1,960 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanına daşıması saxlaması ittihаm tərəfinin təqdim еtdiyi və birinci instаnsiyа apellyasiya məhkəmə baxışında araşdırlmış sübutlarla tаm sübutа yеtirilmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin, onun ifadəsinin və müdafiəçisinin apellyasiya məhkəmə baxışında çıxışının məhkum olunmuş şəxsin əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib ələmətlərinin olmaması və həmin əsaslarla da ona bəraət verilməli olması barədə dəlilərini yuxarıda qeyd olunanlara görə konkret hüquqi əsasa söykənməyən mülahizə xarakterli dəlillər kimi qiymətləndirir Belə ki, CM-nin 234.2 və 234.3-cü maddələrinin dispozisiyasından aydın olur ki, həmin maddələrlə nəzərdə tutulan cinayət əməli o zaman cinayət məsuliyyətinə səbəb olur ki, təqsirləndirilən şəxsin davranışı maddənin dispozisiyaında əksini tapmış cinayət tərkibinin obyektiv cəhətini təşkil edən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma ilə nəticələnmiş olsun. Qeyd olunan maddələrlə nəzərdə tutulan cinayət əməli formal tərkibli cinayət əməli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrdə nəzərdə tutulan hərəkətləri (yaxud hərəkətlərdən birini) törətməsi faktını müəyyən etmək kifayətdir. Şərh olunan cinayətlərin kriminal nəticələri isə cinyət tərkibinin hüdudlarından kənarda qalır və yalnız məsuliyyətin fərdiləşdirilməsinə təsir göstərir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəldən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-nin 34.2-ci maddəsinin görə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinyət hüquq nəzəriyyəsinə görə cinayətdə iştirakçılığın formaları dəstə üzvləri arasında əlbirlik və müətəşəkillik əlamətlərinə görə fərqlənir . Qüvvədə olan cinayət qanununda cinayətdə iştirakçılığın bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə, cinayətkar birlik (təşkilat) formaları fərqləndirilir. Cinayət törədən dəstə üvləri arasındakı əlbirlik səvəyyəsinə görə onlar qabaqcadan əlbir olmayan və qabaqcadan əlbir olan dəstəyə ayrılır. Cinayətin qabaqcadan əlbir olan dəstə tərəfindən törədilməsinin də aşağıdakı formalrı fərqləndirilir: a) cinayətin mürrəkkəb iştirakçılıqla törədilməsi; b) əməlin kriminal dəstə tərəfindən törədilməsi; c) cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsi; ç) əməlin cinayətkar birlik tərəfindən törədilməsi. Müxtəlif rolların yerinə yetirilməsi ilə bağlı olan iştirakçılıqda iştirakçılardan biri bilavasitə cinayəti törədir, başqaları ona kömək edir. Cinayətin icraçısına göstəriln yadım müxtəlif ola bilər. Mürəkkəb iştirakçılıqda cinayətin iştirakçıları müxtəlif vəzifələr yerinə ytirsə də, bunların hamısı nəticə etibarı ilə cinayətin icraçısının fəaliyyəti ilə yaxından və yaxud uzaqdan rabitədə olur və iştirakçıların cinayətdə birgə fəaliyyətini yaradır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin, onun özünün ifadəsi və müdafiəçisinin apellyasiya məhkəmə baxışında çıxışının narkotik vasitələrin satışı ilə heç bir əlaqəsi olmaması, tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması, polis əməkdaşları tərəfindən döyülməsi, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona işgəncə verildiyi üçün etirafedici ifadə verməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yalnız Təqsirləndirilən şəxs iddiası olmaqla digər hər hansı bir sübutla təsdiq olunmur. Məhkəmə kоllеgiyаsı yuxarıda qeyd olunanlara əsasən hеsаb еdir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bərаət vеrilməsi bаrədə məhkum olunmuş şəxsin müdafiəçisinin dəliləri əsаssızdır, Təqsirləndirilən şəxs qаrşı irəli sürülmüş ittihаm üzrə оnların təqsirsizliyini təsdiq еdən hеç bir hаl yохdur və iş mаtеriаllаrındа оlаn sübutlаrlа cinаyət əməlini törətməkdə оnun təqsirliliyi sübutа yеtirilmişdir. Belə ki, CPM-nin 42.1.1-42.1.4-cü mаddələrinə əsasən məhkəmə bахışı nəticəsində təqsirləndirilən şəхsə qаrşı irəli sürülmüş cinаyətin törədilməsində оnun təqsirsizliyini təsdiq еdən bərаət hökmü-cinаyət hаdisəsi оlmаdıqdа; əməldə cinаyət tərkibi оlmаdıqdа; cinаyətin törədilməsinə аidiyаtı оlmаdıqdа; təqsirliliyi sübutа yеtirilmədikdə və sаir hаllаr оlduqdа çıхаrılır. Göründüyü kimi qеyd оlunаn mаddələrin mənаsınа görə hаzırki cinаyət işi üzrə Təqsirləndirilən şəxs о hаldа bərаət hökmü çıхаrılа bilər ki, оnun əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinаyətin tərkibi olmаsın; həmin əməlin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr mövcud оlsun; оnların təqsirləndirildiyi cinаyətin törədilməsinə аidiyyаtı оlmаmаsı sübutа yеtirilsin; onların təqsirliliyini təsdiq еdən kifаyət qədər sübutlаr tоplаnılmаsın və yа tоplаnmış sübutlаr оnların təqsirliliyini təsdiq еtməsin və sаir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlləri birinci instansiya məhkəməsi tərəfindən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiysı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın оnun islah olunması, hаbеlə cinаyətin prеdmеti оlаn nаrkоtik vаsitənin miqdаrı, cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək məhkum olunmuş şəxsə bəraət verilməsi və yaxud hökmün dəyişdirilərək məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın azaldılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2114/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2114/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2114/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar