Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-281/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi ilə, dövlət ittihamçısı X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4, 312.2 və 320.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29,178.2.2, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.4, 32.5, 310 və 32.4, 312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli və küllü miqdarda ziyan vurmaqla təkrarən ələ keçirməklə dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə, habelə qeyrisinin köməkçiliyi ilə, hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində və bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ildə ayrı-ayrı şəxslərə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib inam yaratmaq niyyəti ilə ünvan 3 ünvanında yaşadığı mənzildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xidməti vəsiqəsini hazırlamaq üçün özünə məxsus “TOSHİBA” markalı kompyuterdən istifadə etməklə bir ədəd vərəqdə yuxarı hissədə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti” yazılarını, həmin yazıdan aşağıda alt-alta olmaqla “Vəsiqə № 123”, “Adı: Pərviz”, “Soyadı: Bəbirov”, “Ata adı: Əli”, “İdarə: Təhqiqat İdarəsi”, “Vəzifəsi: İdarə rəisi” və “Verildiyi tarix: 18.02.2019” sözlərini yazaraq, həmçinin vərəqin orta hissəsində özünün hazırladığı relyef klişedən istifadə edərək Azərbaycan Respublikasının xəritəsini və xəritənin üzərində “DTX” hərflərini əks etdirən möhür nümunəsi əks etdirdikdən sonra həmin vərəqin üzərinə əvvəlcədən istintaqla müəyyən edilməyən atelyedən polkovnikleytenant hərbi rütbəsi ilə əldə etdiyi həmin Xidmətin xidməti geyim forması ilə çəkdirdiyi 3x4 formatındakı fotoşəkili yapışdırıb həmin vərəqi dəftərxana ləvazimatları mağazasından əldə etdiyi vəsiqə qabının sol hissəsinə, vəsiqə qabının sağ hissəsinə isə yuxarısında “Vəsiqə № 123” sözləri, ardınca isə alt-alta olmaqla “Etibarlıdır 02.07.2019”, “Etibarlıdır 02.07.2020” və “Etibarlıdır 02.07.2021” sözləri, Xidmət rəisinin vəzifəsi və ad, soyadını qeyd edərək xəttin üzərində səlahiyyətli şəxs olan Xidmət rəisinin imzasının əvəzinə saxtalaşdırmaqla şəxsən imza çəkdikdən sonra həmin vərəqə sol hissədə olan vərəqlə eyni qaydada möhür nümunəsini əks etdirib yapışdırmaqla hüquq verən rəsmi sənəd olan xidməti vəsiqəni qanunsuz olaraq istifadə etmək məqsədilə hazırladıqdan sonra 2019-cu ilin noyabr ayında 1 saylı “Asan Xidmət” Mərkəzində baş məsləhətçi vəzifəsində işləyən tanışı X10 ilə görüşlərindən birində guya özünün Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək sonuncunun işlədiyi 1 saylı “Asan Xidmət” Mərkəzində vətəndaşların hüquqlarının təminatı sektorunda sektor müdiri vəzifəsinə onun təyin edilməsini təmin etdirmək imkanına malik olması barədə bilə-bilə yalandan Qalib Quliyevə vəd edib, bunun üçün həmin Xidmətdə işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, Qalib Quliyevdə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 15.000 (on beş min) manat məbləğində pul vəsaitini 10 noyabr 2019-cu il tarixdə Qalib Quliyevdən ünvan 4 ünvanında yerləşən 1 saylı “Asan Xidmət” Mərkəzindəki notariat kontorunda cinayətkar əməlini pərdələmək və gələcəkdə məsələnin mülki xarakterli olması görüntüsü yaratmaq niyyəti ilə borc müqaviləsi bağlamaqla özgəyə, yəni Qalib Quliyevə məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə və aldatma yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Qalib Quliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmiş, hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamış, özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib inam yaradaraq təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2020-ci ilin mart ayında Şirvan şəhər sakini olan tanışı Şahid1 ilə qeydiyyatda olduğu və atası X8 yaşadığı ünvan 5 ünvanında yerləşən evində görüşərək özünün Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək onu həmin Xidmətin Şirvan şəhər şöbəsinə texniki işçi kimi işə düzəldəcəyini bilə-bilə yalandan Şahid1 vəd edib, bunun üçün həmin Xidmətdə işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, Şahid1 həmin məbləği verməyə maddi imkanının olmadığını bildirib, həmin məsələni 15.000 (on beş min) manat məbləğində pul vəsaiti qarşılığında həll etməyə dair özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, 2020-ci ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Baku Electronics” mağazasının qarşısındakı parkda Şahid1la görüşərək ondan həmin niyyətlə 10.000 (on min) manat məbləğində pul vəsaitini alıb, müəyyən müddət keçdikdən sonra Şahid1 mobil telefonu vasitəsilə zəng edərək həmin məbləğin kifayət etmədiyini, əvvəlcədən razılaşdıqları puldan qalan 5.000 (beş min) manat məbləğində pulu da verməsini bildirdiyi zaman, sonuncunun yalnız 1.500 (bir min beş yüz) manat məbləğində pul göndərməyə imkanının olmasını müəyyən etdikdən sonra qalan 3.500 (üç min beş yüz) manat miqdarında pulun sonradan verilməsini təmin etmək məqsədilə sonuncuya həmin 1.500 (bir min beş yüz) manat miqdarında pulu göndərməsini, qalan 3.500 (üç min beş yüz) manat miqdarında pulu isə guya özündən verəcəyini yalandan bildirməklə, cinayətdən xəbərsiz olan bacısı X4 adına olmaqla özündə saxladığı "xxxx" ASC tərəfindən verilmiş 4169 **** **** **72 nömrəli plastik kartın nömrələrini Şahid1 mobil telefon vasitəsilə göndərməklə sonuncu tərəfindən həmin kart hesabına qeyd edilən 1.500 (bir min beş yüz) manat pul vəsaitinin Şirvan şəhəri ərazisində olan “MilliÖn” terminalı vasitəsilə 23 noyabr 2020-ci il tarixdə göndərilməsinə nail olub, həmin pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bankomatdan çıxarmaqla, ümumilikdə vahid niyyətlə 11.500 (on bir min beş yüz) manat məbləğində özgəyə, yəni Şahid1 məxsus pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə və aldatma yolu ilə sonuncuya məxsus əmlakı vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan hazırkı cinayət işi üzrə 25 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğundan, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid1 həmin niyyətlə qalan pul vəsaitini almağa nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib inam yaradaraq təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz tanışı Şahid6 ilə 2020-ci ilin iyul ayında olan görüşləri zamanı sonuncunun tanışı Təqsirləndirilən şəxs3 cinayətdən xəbərsiz tanışı Şahid5 Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.04.2018-ci il tarixli, 249 nömrəli sərəncamı ilə icarə əsasında qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 0,0494 ha torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daşınmaz əmlak üzərində hüquqa dair dövlət reyestrindən çıxarış alınmasında köməklik göstərilməsi məqsədilə cinayətdən xəbərsiz Şahid8 müraciət edən Şahid5 xahişi əsasında həmin məsələnin həllində sonuncuya köməklik edilməsini təşkil edəcəyini söz verən Təqsirləndirilən şəxs3 həmin çıxarışın alınmasını özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin torpaq sahəsinin icarədarı olan "xxxx" MMC-nin təsisçisi və direktoru olan Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 60.000 (altmış min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həll edə biləcəyinə inandırıb Təqsirləndirilən şəxs3 və qeyriləri vasitəsilə Şahid4 ilə razılaşmaqla sövdələşib, Şahid5 Şahid4 tərəfindən əvvəlcədən verilmiş ümumilikdə 103.000 (bir yüz üç min) manat məbləğində pul vəsaitindən Təqsirləndirilən şəxs3 verdiyi ümumilikdə 95.000 (doxsan beş min) manat pul vəsaitinin 60.000 (altmış min) manat məbləğində olan hissəsini həmin adla 18 iyun 2020-ci il tarixdə sonuncudan ünvan 6 ünvanında yerləşən 9 saylı notariat kontorunda cinayətkar əməlini pərdələmək və gələcəkdə məsələnin mülki xarakterli olması görüntüsü yaratmaq niyyəti ilə borc müqaviləsi bağlamaqla alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra, guya çıxarışın gələcəkdə veriləcəyi görüntüsü yaratmaq niyyəti ilə ünvan 7 ünvanında yerləşən Bakı şəhər, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin inzibati binasının qarşısında Şahid6, eyni zamanda, Təqsirləndirilən şəxs3 və Şahid5 ilə görüşüb, sonuncu şəxs tərəfindən həmin torpaq sahəsinə aid sənədlərin qeydiyyata alınması üçün Xidmətə təhvil verilməsini təmin edərək, həmçinin bundan sonra istintaqa məlum olmayan zamanda müvafiq torpaq sahəsinin sənədlərində Bakı şəhər İcra Hakimiyyətinin rəyinin çatışmamasını Təqsirləndirilən şəxs3 bildirməklə ondan bu məsələnin həlli, yəni müvafiq rəyin verilməsi üçün özünün yaxın münasibətdə olduğu Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin lazım olduğunu yalandan vəd etməsindən sonra Təqsirləndirilən şəxs3 bu barədə Şahid5 deməsi nəticəsində sonuncunun Təqsirləndirilən şəxs3 Şahid4 aldığı ümumi puldan 8.000 (səkkiz min) manatın onda qaldığını və onun özündən 3.000 (üç min) manat əlavə edərək, ümumilikdə 11.000 (on bir min) manat pul verəcəyini bildirərək qalan 4.000 (dörd min) manat pulun Təqsirləndirilən şəxs3 özü tərəfindən verilməsini xahiş etməsindən sonra, həmin qaydada toplanmış ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ondan almaqla etibardan sui-istifadə və aldatma yolu ilə Şahid4 məxsus ümumilikdə 68.000 (altmış səkkiz min) manat, Şahid5 məxsus ümumilikdə 3.000 (üç min) manat və Təqsirləndirilən şəxs3 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs3la bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu və Şahid5 təkrarən təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncunun məlumatları və maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkçiliyi ilə təkrarən özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməklə Təqsirləndirilən şəxs2 tanışı X5 istifadəsində olan 050-300-77- 44 saylı mobil nömrəyə 14.08.2020-ci il tarixdə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 tərəfindən zəng edilərək Ataxan Əyyubova Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilməsini həmin vaxt yanında olan və guya həmin Xidmətdə işləyən özünün həll etmək iqtidarında olması ilə bağlı ümumi ilkin məlumat verilməsini təmin edib sonradan özü mobil telefon vasitəsilə danışmaqla Ataxan Əyyubova guya Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək onu həmin Xidmətə gizir hərbi rütbəsi ilə işçi kimi işə düzəldəcəyini bilə-bilə yalandan vəd edib, bunun üçün həmin Xidmətdə işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, Ataxan Əyyubovun razılığını almaqla onunla sövdələşdikdən sonra sonuncu tərəfindən özünə məxsus olan sənədlərin fotoşəkillərinin Təqsirləndirilən şəxs2 istifadəsində olan 055- ***-**-** saylı mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsilə göndərilməsinə nail olduqdan sonra Ataxan Əyyubov şübhələndiyi üçün həmin pul vəsaitinin verilməsindən imtina edildiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Ataxan Əyyubovdan həmin niyyətlə qeyd edilən pul vəsaitini almağa nail olmayaraq, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə Ataxan Əyyubova məxsus 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmiş, Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ataxan Əyyubovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa o, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncunun məlumatları və maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkliyi ilə təkrarən özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməklə Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncunun tanışı Beyləqan rayon sakini Şahid10 guya özünün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işləməsini və imkanlarından istifadə edərək istənilən məsələni həll etmək iqtidarında olması barədə ilkin və ümumi məlumat verilməsini təmin etdikdən sonra guya Dövlət Təhlükəsizlik Xidmətində işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək ona səhhətində olan problemlərlə bağlı İİ qrup əlilliyin təyin edilməsi işini özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həll edə biləcəyinə aralarında olan telefon danışıqları zamanı inandırıb özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işləyən cinayətdən xəbərsiz oğlu X9, Alı Ağayevin isə iş yerinin Bakı şəhəri olmaması ilə əlaqədar iş yoldaşı - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinin zabiti vəzifəsində işləyən cinayətdən xəbərsiz X2 verdiyi 5.000 (beş min) manat məbləğində pul vəsaitini həmin niyyətlə 2 noyabr 2020ci il tarixdə Təbriz Quliyevlə ünvan 9 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binasının yaxınlığında görüşməklə özgəyə, yəni Şahid10 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ondan alıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə və aldatma yolu ilə Şahid10 məxsus əmlakı vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmiş, Təqsirləndirilən şəxs2 köməkliyi ilə özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, bundan sonra, şəxsən, Təqsirləndirilən şəxs2 niyyəti ilə əhatə olunmadan, 2020-ci ilin noyabr ayının istintaqa məlum olmayan günündə Şahid10 guya işlədiyi Xidmətdə polkovnik hərbi rütbəsi almasını yalandan bildirib rəhbərliyə “şirinlik” qismində hansısa hərəkət etməli olmasını bildirməklə sonuncudan 5.000 (beş min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə istəməsinə baxmayaraq, Şahid10 növbəti 5.000 (beş min) manat məbləğində pul vəsaitini verməyə maddi imkanı olmaması səbəbindən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid10 həmin niyyətlə 5.000 (beş min) manat məbləğində pul vəsaitini almağa nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid10 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 cinayətdən xəbərsiz tanışı Şahid9 Təqsirləndirilən şəxs2 xahişi əsasında əvvəllər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 Xidmətinin rəis müavini vəzifəsində işləmiş və 2019-cu ilin əvvəllərində müvafiq tibbi yoxlamada qanın analizində psixiatrop maddələr aşkar olunması səbəbindən ədliyyə orqanlarından xaric edilmiş X6 və sonuncunun qohumu X7 yalandan Ceyhun Qurbanovun ədliyyə orqanlarına işə qaytarılmasını həll edə biləcəyini Bakı şəhəri, Nərimanov rayonu ərazisində Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Baku Electronics” mağazasının qarşısındakı parkda 2020-ci ilin dekabr ayında görüşləri zamanı yalandan vəd verib, bunun üçün özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Qurbanovun xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasına onları inandırmaqla Ceyhun Qurbanov və sonuncunun qohumu Seymur Paşayevlə razılaşmaqla sövdələşib, inandırmaq üçün qəsdən ümumi məbləğin 5.000 (beş min) manatını əvvəlcədən, qalan 5.000 (beş min) manatını isə iş həll olunduqdan sonra verilməli olması barədə məlumat verərək X12 Qurbanova verdiyi 5.000 (beş min) manat məbləğində pul vəsaitini sonuncudan 14.12.2020-ci il tarixdə ünvan 10 ünvanında yerləşən 21 saylı notariat kontorunda cinayətkar əməlini pərdələmək və gələcəkdə məsələnin mülki xarakterli olması görüntüsü yaratmaq niyyəti ilə borc müqaviləsi bağlamaqla alıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə və aldatma yolu ilə Seymur Paşayevə məxsus əmlakı ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Qurbanovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu və X13 Babayeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən təhrik etmişdir Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əhməd Quliyev hakimlər Azər Paşayev və İradə Həsənzadə) 18 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4, 312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə AR CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-in 320.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəzalar qismən toplanılmış, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilmiş və ona qəti olaraq 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib 310, 32.4, 312.2-ci maddələr ilə olan ittihamın Təqsirləndirilən şəxs1 ittihamından xaric edilməsini, onun qohumları tərəfindən şəxslərə dəymiş ziyanın tam ödənildiyini, şikayətin olmadığını, həmçinin az yaşlı uşaqlarının olduğunu qeyd edərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 ittihamından AR CM-nin 310, 32.4, 312.2-ci maddələrin xaric edilməsini və onu həmin Məcəllənin 178.3.2, və 320.1-ci maddələri ilə təqsirli bilinərək yüngülləşdirici hallar nəzərə alınmaqla ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs1 ittihamından AR CM-nin 310, 32.4, 312.2-ci maddələrin xaric edilməsini və onu həmin Məcəllənin 178.3.2, və 320.1-ci maddələri ilə təqsirli bilniməsini göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri tam əsassız olmaqla iş materialları ilə təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2001-ci il tarixdə Şirvan şəhər 1 nömrəli məktəbini bitirdikdən sonra 2001- 2004-cü illərdə Şirvan şəhər Pedaqoji Texnikomunda hüquq-mühafizə fəaliyyəti ixtisası üzrə orta-ixtisas təhsili almış, 2004-2006-cı il tarixlərdə hərbi xidmətdə olmuş, 2007-2010- cu illərdə "xxxx" MMC neft şirkətində çilingər vəzifəsində işləmiş, 2013-2016-cı il tarixlərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Hacıqabul rayon şöbəsində texnik vəzifəsində işləmişdir. 2015-2016-cı il tarixlərdə Milli Təhlükəsizlik Nazirliyində aparılmış struktur dəyişiklikləri nəticəsində Hacıqabul rayon şöbəsi ləğv edilmiş və ərazinin əməliyyat təminatı Şirvan şəhər şöbəsinə həvalə olunmuşdur. Həmin vaxt texnik vəzifəsi ixtisar olunduğundan öz ərizəsi əsasında işdən azad olunmuş, hazırda rəsmi olaraq heç bir yerdə işləməmiş, Şirvan şəhərində “köhnə bazar” adlanan ticarət mərkəzində qızıl alqısatqısı ilə məşğul olan anası Şahid2 köməklik etmişdir. 2016-cı ildə işdən azad olunduqdan sonra bir dəfə daha Dövlət Təhlükəsizlik Xidmətinə iş üçün müraciət etmiş, lakin, həmin müraciətinə cavab olaraq vakansiyanın olmaması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanımış, 2020-ci ilin əvvəllərində sonuncunun bacısının toy ərəfəsi olduğundan anası Sevil Bəbirova onun anasının işlədiyi dükana qızıl almaq üçün gəlmişdir. Həmin vaxt Sevil ilə anası Şahid2 arasında olan söhbət zamanı Sevil Bəbirova anasına oğlunun Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işləməsini bildirmiş, həmin vaxtı işsiz olduğundan anası Şahid2 Təqsirləndirilən şəxs1 onu yenidən DTX-nə işə düzəldə bilib-bilməyəcəyini Sevil Bəbirovadan soruşmuşdur. Sonuncu bu barədə Təqsirləndirilən şəxs1la danışdıqdan sonra məlumat verəcəyini demiş, bundan təxminən 1 həftə və ya 10 gün sonra 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 anası Sevil Bəbirova zəng edərək oğlunun rayona gəldiyini və iş barədə söhbət etmək istədikləri təqdirdə evlərinə gedə biləcəklərini bildirmişdir. Bu zaman anası Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 atası evinə getmiş, həyətdə olan söhbət zamanı Təqsirləndirilən şəxs1 Dövlət Təhlükəsizlik Xidmətinə işə qəbul olunması ilə bağlı maraqlanıb xəbər verəcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifə tutduğunu, orada sözünün yüksək vəzifəli şəxslər arasında keçdiyini və onu işə qəbul etdirmək üçün çalışacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 ona həmin vaxt hansısa əməliyyat təbirindən gəldiyini soruşmuş, bu sözlərinə görə o, Təqsirləndirilən şəxs1 DTX-də hansısa vəzifədə işləməsinə inanmışdır. Təxminən, 20 gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək işə qəbul olunmasının mümkün olduğunu, əvvəllər də həmin orqanda işləməsinin bu prosesə müsbət təsir etdiyini bildirmişdir. İlkin olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin akademiyasına qəbul olunması və zabit olaraq təyinat alması müqabilində 50.000 (əlli min) manat pul tələb etmişdir. O da qarşılığında o qədər pul verməyə maddi imkanının olmadığını dedikdən sonra Təqsirləndirilən şəxs1 gizir kimi DTX-nin Şirvan rayon şöbəsinə işə qəbul olunması üçün 20.000 (iyirmi min) manat pul tələb etmiş, həmin məbləğin də çox olduğunu dedikdən sonra Təqsirləndirilən şəxs1 ona həmin məbləğin çox olmadığını, bu işin gələcəyinin parlaq olduğunu, təxminən 1.700 (min yeddi yüz) manat məbləğində əmək haqqı alacağını bildirərək məbləği 15.000 (on beş min) manata endirmişdir. Təqsirləndirilən şəxs1 həmin danışıq zamanı ondan özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin əsilləri və surətlərini, diplom və hərbi biletinin əsilləri və surətlərini, həmçinin tərcümeyi-halı yazıb hazır saxlamasını tələb etmişdir. Təxminən 2020-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs1 ona Bakı şəhərinə gəlməli olduğunu demiş, Bakı şəhərində Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yerləşən parkda Təqsirləndirilən şəxs1la görüşmüşdür. Özü ilə gətirdiyi 10.000 (on min) manat məbləğində pulu və əvvəlcədən deyilən sənədləri həmin vaxt Təqsirləndirilən şəxs1 “Hyundai Azera” markalı maşınında onun özünə vermiş, bu zaman Təqsirləndirilən şəxs1 ona həmin pulu verdiyini təsdiq etmək üçün notariat kontoruna getməli olduqlarını bildirmişdir. Sonuncunun avtomobili ilə Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “ASAN Xidmət” Mərkəzinə getmiş, orada növbənin çox olduğunu görən zaman o, Təqsirləndirilən şəxs1 ona inandığını və rəsmiləşdirmək üçün zərurət olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin məbləğə işin alınacağı təqdirdə ona xəbər verəcəyini demiş, təxminən 2020-ci ilin may-iyun aylarında Təqsirləndirilən şəxs1 zəng edərək 10.000 (on min) manat məbləğində pulun az olduğunu, həmin məbləğin orqanın rəhbərinə veriləcəyini, digər vəzifəli şəxslərə də pul verməli olduğunu demiş və əlavə olaraq 5.000 (beş min) manat da istəmişdir. 5.000 (beş min) manat verməyə maddi imkanı olmadığına görə qərara gəlmişlər ki, əgər həmin məbləğə alınmırsa Təqsirləndirilən şəxs1 ona verdiyi 10.000 (on min) manat məbləğində pulu geri tələb etsin. Təqsirləndirilən şəxs1 onun işi barədə orqanın “birinci” şəxsi ilə danışdığını, artıq işə qəbul olunması ilə bağlı qərar verildiyini, pulu verməsə onu pis vəziyyətdə qoyacağını, sözünün heç olacağını demiş, 2020-ci ilin noyabr ayının 22-də Təqsirləndirilən şəxs1 ona yenidən zəng edərək, işdən imtina etməsinin mümkün olmadığını, mütləq şəkildə əlavə 5.000 (beş min) manat da verməli olduğunu, yaxın günlərdə özünün məzuniyyət pulu alacağını, onun əvəzindən 3.500 (üç min beş yüz) manat pul verə biləcəyini demiş və ona mütləq şəkildə əlavə 1.500 (min beş yüz) manat verməli olduğunu bildirmişdir. Növbəti gün, yəni, 2020-ci ilin noyabr ayının 23-də Təqsirləndirilən şəxs1 ona "xxxx" ASC-yə məxsus bank kartının şəklini göndərmiş və 1500 (min beş yüz) manat məbləğində pulu təcili şəkildə həmin karta köçürməsini tələb etmiş, o da məcbur olub 1500 (min beş yüz) manat məbləğində pulu Şirvan şəhərində “Elite” ticarət mərkəzində yerləşən “MilliÖn” aparatı vasitəsilə Təqsirləndirilən şəxs1 şəklini göndərdiyi karta köçürmüşdür. Təqsirləndirilən şəxs1 yaxın vaxtlarda işə qəbul olunması barədə əmrin veriləcəyini demiş, həmçinin, Təqsirləndirilən şəxs1 ona verdikləri məbləğin 10.000 (on min) manat olan hissəsinin “birinci” şəxsə, qalan hissəsinin isə Kadrlar İdarəsinin əməkdaşlarına veriləcəyini bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 17 ildir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Şirvan şəhərində yerləşən “Köhnə bazar” deyilən bazarda qızıl alqı-satqısı ilə məşğul olur. Şahid1 isə əvvəllər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hacıqabul rayon şöbəsində 5 il müddətində texniki işçi kimi işləmiş, sonradan 2016-cı il tarixdə Milli Təhlükəsizlik Nazirliyində baş vermiş struktur dəyişiklikləri ilə əlaqədar olaraq həmin Nazirliyin Hacıqabul rayon şöbəsi ləğv olunduqdan sonra Rəşadət işdən çıxmışdır. Həmin vaxtdan etibarən Rəşadət işsiz qalmış, hazırda işlədiyi mağazada ona köməklik edir. 2020-ci ilin təxminən əvvəllərində Təqsirləndirilən şəxs1 anası Sevil Bəbirova qızının toyu ərəfəsi olduğuna görə işlədiyi mağazadan qızıl nişan üzüyü almış, Sevil Bəbirova ilə həmin vaxt tanış olmuş və isti münasibətləri yaranmışdır. Sevil Bəbirova ilə aralarında olan söhbətlərdən birində sonuncu oğlu Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləməsini bildirmiş, həmin vaxt o, sonuncudan oğlu Təqsirləndirilən şəxs1 onun oğlu Şahid1 həmin Xidmətdə işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, Sevil Bəbirova isə bu barədə oğlu Təqsirləndirilən şəxs1 deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Sevil Bəbirova ona zəng edərək oğlu Təqsirləndirilən şəxs1 onların evinə gəldiyini və istədiyi təqdirdə Şahid1 evlərinə gedərək söhbət edə biləcəyini bildirmişdir. Həmin vaxt oğlu Şahid1la birlikdə Təqsirləndirilən şəxs1 ata evinə getmiş, orada söhbət edən zaman Təqsirləndirilən şəxs1 onlara Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləməsini, Şahid1 həmin Xidmətdə işə düzəldə biləcəyini, sonuncunun əvvəllər də orqanda işlədiyinə görə işinin rahatlıqla düzələcəyini, bunun üçün müəyyən qədər pul vəsaitinin lazım olduğunu, həmin pul vəsaitini “birinci” adlandırdığı şəxsə rüşvət qismində verəcəyini bildirmişdir. Uzun söhbətdən sonra oğlunun Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər Şöbəsinə işə düzəldilməsi üçün 15.000 (on beş min) manat qarşılığında Təqsirləndirilən şəxs1la razılaşmışlar. İlk öncə oğlu Şahid1 10.000 (on min) manat məbləğində pul vəsaitini aparıb Bakı şəhərində Təqsirləndirilən şəxs1 vermiş, bundan sonra isə lazım olacaq növbəti 5.000 (beş min) manat məbləğində pul vəsaitini düzəldə bilməmiş, həmin pul vəsaitini verə bilmədikləri zaman bu barədə Təqsirləndirilən şəxs1 müraciət etmişlər. Lakin, sonuncu onlara həmin pul vəsaitinin verilməli olduğunu, həmin məsələdən “birinci” adlandırdığı şəxsin məlumatının olduğunu, “birinci” adlandırdığı şəxsə məsələnin alınmadığını heç cürə deyə bilməyəcəyini bildirmişdir. Nəticədə onlar yalnız 1.500 (min beş yüz) manat məbləğində pul tapa bilmiş və həmin pulu oğlu X15 Bəbirovun bacısı Pərvanə Bəbirovanın plastik kartına göndərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 lazım olan pulun 3.500 (üç min beş yüz) manat olan hissəsini özündən qoyacağını və sonradan həmin pulu hissə-hissə ona verməli olduqlarını bildirmiş, onlarda bu barədə Təqsirləndirilən şəxs1la razılaşmışlar. Lakin, sonradan Təqsirləndirilən şəxs1 oğlu Şahid1 işə düzəltməmiş, Təqsirləndirilən şəxs1 hər dəfəsində oğlu Şahid1 nə vaxt işə başlayacağını soruşduqda sonuncu onlara pandemiya ilə əlaqədar işin düzəlməsinin gecikdiyini və yaxın günlərdə həll olunacağını bildirmişdir Bununla yanaşı, Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlində təqsirli olması digər şahidlərin ifadələri ilə yanaşı digər məhkum edilmiş şəxslərin həm məhkəmədə, həm də ibtidai istintaq zamanı verilmiş ifadələri ilə də tam olaraq öz təsdiqini tapmışdır. İş materiallarında olan Məhkəmə-xətşünaslıq ekspertizasının 19 yanvar 2021-ci il tarixli, 4/09 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs1 adına olan 18 fevral 2019-cu il tarixli, 123 nömrəli vəsiqənin sağ hissəsində “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi:” qrafasındakı imza Təqsirləndirilən şəxs1 tərəfindən icra edilmişdir. İş materiallarında olan Məhkəmə-sənədlərin texniki ekspertizasının 02 fevral 2021-ci il tarixli, 5/22 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Təqsirləndirilən şəxs1 adına 123 nömrəli vəsiqənin üzərində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş saxta xidməti vəsiqəyə baxış keçirilmişdir. Vəsiqənin qabı qırmızı rəngli, dəri materialdandır, üzərində “Azərbaycan Respublikası” və “Vəsiqə” sözləri yazılmışdır, həmçinin Dövlət Gerbi əks olunmuşdur. Vəsiqəni açdıqda sol tərəfdə olan vərəqin üzərində yuxarı hissədə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti” yazıları, həmin yazının aşağısında “Vəsiqə № 123” yazısı, sonuncu yazıdan aşağıda alt-alta olmaqla “Adı: Pərviz”, “Soyadı: Bəbirov”, “Ata adı: Əli”, “İdarə: Təhqiqat idarəsi”, “Vəzifəsi: İdarə rəisi”, “Verildiyi tarix: 18.02.2019” sözləri qeyd edilmişdir. Həmçinin həmin hissədə Təqsirləndirilən şəxs1 DTX-nın xidməti formasında çəkdirdiyi 3x4 formatındakı fotoşəkili yapışdırılmışdır. Vəsiqənin sağ tərəfindəki vərəqin yuxarı hissəsində “Vəsiqə № 123” sözü, həmin sözdən aşağıda alt-alta olmaqla “Etibarlıdır 02.07.2019”, “Etibarlıdır 02.07.2020”, “Etibarlıdır 02.07.2021” yazılarını qeyd edilmişdir. Həmin vərəqənin aşağı hissəsində “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi: _ Əli Nağıyev” yazısı vardır. Həmin xəttin üzərinə isə imza çəkilmişdir. Vəsiqənin hər iki tərəfində dairələrin içərisində “Azərbaycan Respublikası”, “Azerbaijan Republic”, “Dövlət Təhlükəsizlik Xidməti” yazıları qeyd olunmuş möhür əks olunmuşdur. Möhürün orta hissəsində Azərbaycan Respublikasının xəritəsini və həmin xəritənin üzərində “DTX” yazıları olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4, 312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, yuxarıda sadalanan müvafiq ekspert rəyləri, Təqsirləndirilən şəxs1 məxsus olan “X23 8” markalı mobil telefona və “TOSHİBA” markalı kompyuterə baxış keçirilməsi barədə protokol və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs1 ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların hər birinin əməlini düzgün tövsif etmiş və onlara ədalətli və qanuni cəza təyin etmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya gəlincə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, Təqsirləndirilən şəxs1 dələduzluq cinayət əməli üzrə vurduğu maddi ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini təkrar törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, qeyrilərinin rüşvət verməyə təhrik etmə cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsini isə həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alaraq Təqsirləndirilən şəxs1 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4, 312.2 və 320.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29,178.2.2, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.4, 32.5, 310 və 32.4, 312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair 18 noyabr 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L I R : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4, 312.2 və 320.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29,178.2.2, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.4, 32.5, 310 və 32.4, 312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair 18 noyabr 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hazırkı qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-281/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-281/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver