Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-281/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Mehdiyev Emin Əlixan oğlu və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçisi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1974-cü ildə Gürcüstan Respublikasının Bolnisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər:1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş;
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 7. Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin cəzadan 4 ay vaxtından əvvəl şərti olaraq azad olunub və həmin cəza xx.xx.2021-ci il tarixdə başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan
Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq
MÜƏYYƏN ETDİ:
İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumilikdə təmiz çəkisi 3,486 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq, həmin narkotik vasitənin 0,953 qram hissəsini ayırıb 1 ədəd sellofan bükümdə qablaşdırmaqla üzərində, 2,533 qram hissəsini isə yaşadığı mənzildə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 14:40 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 33 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 B ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümün içərisində, təmiz çəkisi 0,953 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 16:35 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən mənzilin ona məxsus otağında olan stulun üzərində 1 ədəd sellofan bağlamanın içərisində, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,699 qram, 0,171 qram, 0,240 qram, 0,344 qram və 1,079 qram, ümumi təmiz çəkisi 2,533 qram olan külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilərək onun ərazi narkoloji dispanserində qeydiyyata alınması da müəyyən edilmişdir. Hökmlə maddi sübut və məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Həmin hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş edilmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından 23 dəfə artıq miqdarda narkotik vasitə heroini əldə edərək, xırda bükümlərə bölməsi satış məqsədinin mövcud olmasını təsdiq edir. Cinayət işinin ibtidai istintaqı zamanı əldə edilmiş və məhkəmə baxışı zamanı da tədqiq olunmuş iş materiallarında əlavə edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Lakin, buna baxmayaraq məhkəmə işin faktiki hallarına uyğun olmayan, özünün mülahizələrinə əsaslanan dəlillər gətirməklə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya protestinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdilər. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayətprosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini, o cümlədən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməllərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair dəlilini işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan əldə edilməsi, saxlaması və daşıması əsasları ilə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi düzgün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-in 5-ci maddəsinə əsasən, əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Azərbaycan Respublikası CM-i ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Azərbaycan Respublikası CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, birinci instansiya istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə məlumat daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 33 saylı binanın qarşısında dayandığını görüb sonuncuya yaxınlaşmışlar və Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə getməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs mütəxəssis qismində X7 təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda sonra həmin gün saat 15 radələrində 24-cü Polis şöbəsinin təhqiqatçısı X5 məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində boz rəngli qısaqol köynək, qara rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş əşyanın olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bağlamanı çıxaraq həmin bağlamanın içərisində narkotik maddə olan heroinin olduğunu bildimişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və üzərində narkotik maddə və ya qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş bağlama içərisinə baxılması üçün açıldıqda içərisində narkotik maddə olan heroinə bənzər qəhvəyi rəngli toz halında maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan əldə etdiyi barədə sorğu-sual edildikdə sonuncu qeyd olunan maddənin narkotik maddə olan heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Sahil” metrostansiyasının yaxınlığında tapdığını, həmçinin tapdığı maddənin digər hissəsini də yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş maddə götürülərək qablaşdırılmış və şöbənin 165 saylı zərflər möhürü ilə möhürlənmişdir. Yekunda protokol tərtib edilmiş və bütün iştirakçılar kimi o da protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış və götürmə aparılacağı bildirilmiş və sonuncu da yaşadığı mənzildə axtarış və götürmə aparılmasına etirazının olmamasını bildirərək bu barədə ərizə yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs ilə birgə yaşayan qardaşı X17 və anası X13 da yaşadıqları evdə axtarış aparılmasına etirazlarının olmamalarını bildirərək bu barədə ərizə yazmışlar. Axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs mənzilin giriş hissəsədən sol tərəfdə yerləşən otağın ona məxsus olduğunu bildirmişdir. Həmin otaqda olan stulun üzərində müxtəlif əşyalar ilə birlikdə 1 ədəd sellofan bağlama görünmüşdür. Həmin sellofan bağlamanı adıqda 5 ədəd sellofan bağlama görünmüşdür. Qeyd olunan sellofan bağlamaları açdıqda onların içərisində qəhvəyi rəngli, narkotik maddə olan heroinin olduğu görünmüşdür. Təqsirləndirilən şəxs sorğu zamanı ona məxus otaqdan aşkar edilmiş narkotik maddəni 2 gün öncə Səbail rayonu ərazisindən tapdığını bildirmişdir. Bundan sonra mənzilin digər otaqlarında axtarış aparılmışdır. Axtarış zamanı mənzilin otaqlarından narkotik vasitə, qanunla qadağan edilmiş maddə və digər əşya aşkar edilməmişdir. Yekunda tərtib edilən protokol uca səslə oxunmuş və bütün iştirakçılarla birlikdə onun da tərəfindən protokol imza edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə axtarış zamanı əməliyyat müvəkilləri Şahid2 və Şahid3 və Təqsirləndirilən şəxs qardaşı Samir Əliyev iştirak etmişlər. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və ibtidai istintaq zamanı ifadə vermis məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ofadə vermişlər. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, narkotik vasitə aludəçisi olduğunu, həmin bükümün içərisində “kakos" kimi tanıdığı narkotik vasitə olduğunu bildirmiş, içərisində narkotik vasitəyə bənzər maddə olan bükümlə bağlı sorğusual edildikdə Təqsirləndirilən şəxs bildirir ki, təxminən 2 gün öncə Səbaİl rayonunun ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında yerdə 6 büküm görmüş, həmin bükümlərin içərisində heroin olduğunu da görmüş, buna görə bükümləri götürərək onlardan beşini yaşadığı mənzilin özünə aid otağında, birini isə öz üzərində saxlamış və hazırda da içərisində narkotik maddə olan 5 büküm onun yaşadığı mənzilin özünə aid otağındadır. Aşkar olunmuş 1 ədəd bükümdə olan narkotik vasitəyə oxşar maddə qablaşdırılaraq möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq İştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. - xx.xx.2022-ci il tarixli mənzildə axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin digər əməkdaşları, Təqsirləndirilən şəxs və sonuncunun qardaşı X12 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təxminən 2 gün öncə Səbail rayonunun ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında yerdən tapdığı 6 bükümün beşinin yaşadığı mənzilin ona məxsus otağında olan stulun üzərində 1 ədəd sellofan bağlamanın içərisində olduğunu bildirmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bildirdiyi yerdən 1 ədəd sellofan torba, həmin torbanın içərisində 5 ədəd büküm və onların da içərisində narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin bükümlər qablaşdırılaraq möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq İştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. - DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, narkotik vasitə aludəçisi olduğunu, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmiş, içərisində narkotik vasitəyə bənzər maddə olan bükümlə bağlı sorğu-sual edildikdə Təqsirləndirilən şəxs bildirir ki, təxminən 2 gün öncə Səbail rayonunun ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında yerdə 6 büküm görmüş, həmin bükümlərin içərisində heroin olduğunu da görmüş, buna görə bükümləri götürərək onlardan beşini yaşadığı mənzilin özünə aid otağında, birini isə öz üzərində saxlamış və hazırda da içərisində narkotik maddə olan 5 büküm onun yaşadığı mənzilin özünə aid otağındadır. Aşkar olunmuş 1 ədəd bükümdə olan narkotik vasitəyə oxşar maddə qablaşdırılaraq möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. - DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin digər əməkdaşları, Təqsirləndirilən şəxs və sonuncunun qardaşı X12 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təxminən 2 gün öncə Səbail rayonunun ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında yerdən tapdığı 6 bükümün beşinin yaşadığı mənzilin ona məxsus otağında olan stulun üzərində 1 ədəd sellofan bağlamanın içərisində olduğunu bildirmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bildirdiyi yerdən 1 ədəd sellofan torba, həmin torbanın içərisində 5 ədəd büküm və onların da içərisində narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin bükümlər qablaşdırılaraq möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. - Məhkəmə-kimyəvi ekspertiza üzrə xx.xx.2022-ci il tarixli 6/2355 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...." sözləri yazılmış zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi - 0,953 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına “Siyahı İ) daxildir. - Məhkəmə-kimyəvi ekspertiza üzrə xx.xx.2022-ci il tarixli 6/2356 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində 11 Təqsirləndirilən şəxs yaşadığı mənzildən....” sözləri yazılmış zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,699 qr., 0,171 qr., 0,240 qr., 0,344 qr., 1,079 qr., ümumi təmiz çəkisi 2,533 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və “ Təqsirləndirilən şəxs üzərindən....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,953 qram olan narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına “Siyahı İ) daxildir. - Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli 2469 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidiərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 daxil olmuş xx.xx.2022-ci ii tarixli 4149 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, işə baxan məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən ziddiyyətli mövqedən çıxış edərək yekunda fərqli qənaətə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2022-ci il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, habelə qanunun normasının düzgün tətbiq edilməməmsi səbəbindən ləğv edilməli, onun barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin tövsifındə onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin miqdarını nəzərə almamışdır. Belə ki, narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırkı cinayət işində isə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə aşkar olunmuş narkotik vasitə heroinin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən dəfələrlə çox olmuşdur Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi bir ədəd bükümdə, təmiz çəkisi 0,953 qram heroin və yaşadığı mənzildə beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,699 qr., 0,171 qr., 0,240 qr., 0,344 qr., 1,079 qr., ümumi təmiz çəkisi 2,533 qram olan heroin təşkil etmişdir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Bundan başqa, narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi təqsirləndirilən şəxsin hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni (heroini) satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin lazımı miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə əməlin hüquqi tövsifinə dair nəticəyə gələrkən faktiki olaraq yalnız Təqsirləndirilən şəxs vermiş olduğu, işin obyektiv hallarına uyğun gəlməyən ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə təhlil etməmiş və nəzərə almamış, gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-in 353.2.2-353.2.5-ci maddələrinə əsasən, ittiham hökmünün təsviri-əsalandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri, təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar, ittihamın bir hissəsi əsasız hesab edildikdə, bunun əsasları, təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri göstərilməlidir. Hazırki, hökmdə isə məhkəmə iş üzrə toplanmış məhkəmədə tədqiq edilmiş obyektiv sübutların qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qymətləndirməmiş, məhkum edilmiş şəxsin əməlini tövsif etməsinin motivlərini əsaslandırmamış və iş üzrə qeyri-obyektiv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin mahiyyətindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının həmin izahının mənasına görə, təqsirkar narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini inkar etdiyi təqdirdə məhkəmə müvafiq araşdırma aparmalı, iş üzrə bir sıra amil və halları təhlil edib təqsirkarın niyyətini müəyyən etməlidir. Birinci instansiya məhkəməsinin hökmündə isə həmin Plenum qərarının izahına istinad olunsa da, məhkəmə diqqəti əsasən məhkumun narkotik vasitəni satış məqsədi ilə əldə etməsini etiraf etmədiyinə yönəlmiş və Plenum qərarının izahında olan amillərin olub-olmadığı məsələsini kifayət qədər ətraflı araşdırıb onlara qiymət verməmişdir. Sadalananladan görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə Azərbaycan Respublikası CM 234.1-ci maddəsinin dispozisyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə Azərbycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Təqsirləndirilən şəxs əməlini düzgün tövsif etməməklə Azərbycan Respublikası CM-in əsaslandığı qanunçuluq və digər prinisplərini pozmuşdur Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanununun normasının tətbiqi zamanı səhvə yol verdiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası CPM-in 398.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 401.1.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli iş materialları ilə tam təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm həmin sübutlara, həm də yuxarıda göstərilən hallara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, apellyasiya protestinə əsasən hökm ləğv edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmalı cəza məsələsini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnış o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, cəza çəkmədən islah olunması üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 N-li Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 139.0.5-ci maddəsinə əsasən cinayət qanuni ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası DİN-İn Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin cəzadan 4 ay vaxtından əvvəl şərti olaraq azad olunub və həmin cəza xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi - az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2023-cü il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini xx.xx.2022-ci il tarixdə törətdiyindən Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş 2 il müddət keçməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından – yəni 6 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Azərbaycan Respublikası CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olması səbəbindən Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini, məhkum edilmiş şəxsin residivinin olmasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və məhkum edilmiş şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona residiv də nəzərə alınmaqla aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün - ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli 2469 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidiərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,903 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 2,433 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən Azərbaycan Respublikası CPM-in 91ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə X6 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.2, 399.1.2 və 401-ci maddələrini rəhbər tutaraq
HÖKM ETDİ:
Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilsin və cinayət işi üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,903 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 2,433 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə X6 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Emin Mehdiyev Anar İbrahimov