Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-283/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X2 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi- Müdafiəçi3, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(003)-485/2022 saylı hökmü ilə (sədrlik edən Ə.S.Qəhrəmanov) xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 31 may 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 10 avqust 2022-ci il tarixdən hesab edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi və onun yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunmuş altı ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,550 qram və Təqsirləndirilən şəxs2 aşkar olunmuş dörd ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,437 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 186 (yüz səksən altı) manat məbləğində vəsaitin Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilməsi, həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi2 və Müdafiəçi1 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni hər birində müvafiq olaraq 0,134 qram, 0,066 qram, 0,101 qram, 0,100 qram, 0,144 qram, 0,125 qram olmaqla ümumi təmiz çəkisi 0,670 qram olan 06 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə və hər birində müvafiq olaraq 0,133 qram, 0,134 qram, 0,132 qram, 0,118 qram olmaqla ümumi təmiz çəkisi 0,517 qram olan 04 ədəd qızılı rəngli siqaret kağızı bükümündə ümumilikdə 1,187 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib həmin narkotik vasitə heroinin 06 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan 0,670 qramını 31 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanışı Təqsirləndirilən şəxs1 satmışdır. 04 ədəd qızılı rəngli siqaret kağızı bükümündə olan 0,517 qram narkotik vasitə heroini isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımışdır. 31 may 2022-ci il tarixdə, saat 10:15 radələrində Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində yerləşən “Al Market”in qarşısında saxlanılaraq 3-cü Polis Polis şöbəsinə gətirilmişdir. Şöbədə video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sağ cibindən dörd ədəd qızılı rəngli siqaret kağızı bükümündə qeyd edilən çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs2 apelyasiya şikayəti verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(003)-485/2022 saylı hökmünün ləğv edilməsi və ona AR CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(003)-485/2022 saylı hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət hökmünün çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Təqsirləndirilən Təqsirləndirilən şəxs2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o yalnız narkotik vasitələrdən istifadə etmişdir. Üzərində 1(bir) büküm ümumi çəkisi 0,01 qr narkotik vasitə olduğu halda Xəzər rayon Polis bölməsinin əməkdaşları 3 büküm əlavə edərək ümumi 0,04 qr narkotik vasitə aşkar etdiklərini bildirmişlər. Bu əsasla da ilk məhkumluğunu, qadınlığını, səmimi peşmanlığını, xəstə anasını nəzərə alaraq Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmünü ləğv edib cəzasının AR CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 ay ay olar ki, narkotik vasitə heroindən 1-2 gündən bir gündə bir dəfə olmaqla istifadə edir. 31 may 2022-ci il tarixdə səhər saatlarında qeyri-rəsmi ərarvad olaraq yaşadığı Təqsirləndirilən şəxs1 ilə özlərinin istifadəsi üçün narkotik vasitə almaq üçün Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə getmişlər. Onlar avtomobildə arxa oturacaqda oturmuşlar, narkotik vasitə satan Kərim adlı şəxs ona tərəf yaxınlaşdığından Tərlan ona pul vermiş və o, həmin pulu Tərlandan götürüb Kərim adlı şəxsə vermişdir. Bunun müqabilində 4 büküm narkotik vasitə heroin alaraq iki bükümünü Tərlana vermişdir. Sonra birlikdə yaşadıqları evə gələrək həmin narkotik vasitə heroinin 3 bükümünü birgə istifadə etmişlər, bir büküm isə qalmışdır. Həmin günü yaşadıqları evdə olarkən polis əməkdaşları gələrək onu və Tərlanı 3-cü Polis şöbəsinə aparmışlar. Həmin vaxt narkotik vasitənin təsiri altında olsa da, hərəkətləri yadında olmuşdur. Şöbədə üzərinə axtarış keçirilsə də, üzərindən narkotik vasitə aşkar olunmamışdır. Sonra polis əməkdaşları hədə-qorxu gələrək cibinə narkotik vasitə qoymuşlar. Tərlanla onun üzərinə ayrı-ayrı otaqlarda axtarış aparmışlar. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış və aldığı narkotik vasitəni satmaq fikri olmamışdır. Tərlana isə narkotik vasitənin iki bükümün birlikdə istifadə etmələri üçün vermişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən 2-3 gündən bir gündə bir dəfə olmaqla istifadə edir. Təqsirləndirilən şəxs2 ilə 3 il olar ki, qeyri-rəsmi münasibətləri vardır. 31 may 2022-ci il tarixdə səhər saatlarında Tutu ilə birlikdə özlərinin istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə getmişlər. O, Tutu ilə birlikdə avtomobildə arxa oturacaqda oturmuşdur. Kərim adlı şəxs avtomobilə Tutu tərəfdən yaxınlaşdığı üçün o, Tutuya iki bükümün pulunu vermiş, Tutu da, iki bükümün pulunu özü qoyaraq pulu Kərim adlı şəxsə verərək 4 büküm narkotik vasitə heroin almışlar və birlikdə yaşadıqları evə gəlmişlər. Oradan 1 saat ərzində narkotik vasitə heroinin 3 bükümünü birlikdə istifadə etmişlər, sonuncu bükümü istifadə etmək istəyərkən polis əməkdaşları evlərinə daxil olaraq onları tutub 3-cü Polis şöbəsinə aparmışlar. Bir büküm də, falqanın içində stolun üstündə qalmışdır. Şöbədə polis əməkdaşları onu döyərək cibinə narkotik vasitə heroin qoymuşlar və etiraf etməyi bildirmişlər. Etiraf etməyəcəyi halda onu 1 kiloqram narkotik vasitə heroin ilə tutacaqlarını demişlər. Ona görə də, vəkilin iştirakı ilə üzərinə videoçəkiliş aparılan zaman 6 bükümü təqdim edərək ona məxsus olduğunu etiraf etmişdir. Azad olunduqdan sonra döyülməyi ilə bağlı prokurorluğa şikayət etmişdir. Lakin Tutu ona narkotik vasitə satmamışdır. “Narkotiklərlə mübarizə haqqında" Qanunda qeyd edilir ki, narkotik vasitələrin verilməsi əvəzli və ya əvəzsiz olduğunu araşdırmalı olduğu halda məhkəmə bu halı araşdırmamışdır. Həmçinin onların qeyri-rəsmi ər-arvad münasibətində olduğuna da önəm verilməmişdir. Belə olan halda müdafiə etdiyi Təqsirləndirilən şəxs2 qeyri-obyektiv Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmiş və məhkəmə də ittiham aktının üzərində qeyri-obyektiv hökm çıxarmışdır. Məhkəmə qeyd edilənləri hətta ittiham aktında göstərilənləri əsas tutmuş olsa da belə müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə hökm çıxarmalı idi. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 apelyasiya şikayətini müdafiə edərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(003)-485/2022 saylı hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs2 barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edilməsini xahiş etmişlər. Apelyasiya icraatında dövlət ittihamçısı birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığını bildirərək apelyasiya şikayətinin təmin edilməməsi və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(003)-485/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(003)-485/2022 saylı hökmünün ləğv edilməsi və ona AR CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edilməsi barədə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 onun üzərində 1(bir) büküm ümumi çəkisi 0,01 qr narkotik vasitə olduğu halda Xəzər rayon Polis bölməsinin əməkdaşları 3 büküm əlavə edərək ümumi 0,04 qr narkotik vasitə aşkar etdiklərini bildirdiyini qeyd etsə də, həmin halları təsdiq edən sübutlar iş materialları ilə müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyi, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, müdafiəçi Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hədə-qorxu gəlinərək onun cibinə narkotik vasitə qoyulduğunu bildirsə də, təqsirləndirilən şəxsə hədə-qorxu gəlinməsi, bu barədə təqsirləndirilən şəxs tərəfindən hər hansı orqana müraciət edilməsi iş materialları ilə müyyən edilməmiş, cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 Məmmmədəli oğlunun döyülməsi ilə bağlı müraciəti iş materiallarına əsasən araşdırılmış və həmin hallar təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Kollegiya həmçinin, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ona narkotik vasitə satmadığını bildirməsi ilə bağlı birinci instansiya məhkəməsində ifadə verməsi barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi ər-arvad münasibətində olmasını nəzərə alaraq, sonuncunun onun xeyrinə ifadə verməsi, Təqsirləndirilən şəxs2 kömək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, kollegiya həmin ifadənin iş materialları ilə təkzib edildiyini və birinci instansiya məhkəməsində işin araşdırılmış, hüquqi qiymət verilmiş hallarına uyğun olmadığını nəzərə alır. Birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair ifadəsində göstərdiyi xüsusatların onun videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinə dair protokol, şahid ifadələri və hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsi ilə yanaşı yuxarıda sadalananları ittihamın həlli üçün kifayət edən sübut qismində qəbul edib Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsini, şəxsi axtarış və götürmə protokolları, ekspert rəyləri, şahidlərin ifadələri və digər iş materiallarına əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirməkdə haqlı olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndinə görə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə apelyasiya icraatında bildirdiklərini də müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini qeyd edir. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyi və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmasının kifayət qədər sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(003)-485/2022 saylı hökmü təqsirləndirilən Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(003)-485/2022 saylı hökmü Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №1(103)-283/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-283/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver