Məhkəmə qərarları › İş №1(103)-29/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-29/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-29/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 oğlunun, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində azyaşlı uşaqları olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fiziki şəxs kimi fəaliyyət göstərən “Jasmin” yuyucu vasitələr sexinin sahibi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə məhkum olunmasına və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(001)-17/2021 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 oğlunun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Hökmə əsasən Təqsirləndirilən şəxs2 oğlu 18 iyun 2005-ci il tarixdə fiziki şəxs kimi VÖEN ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyindən qeydiyyatdan keçərək Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Allahverdiyev küçəsində yerləşən özünə məxsus «Jasmin» əmtəə nişanlı yuyucu vasitələrin istehsalı sexini işlədərkən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, termoplast press avadanlığında (dəzgahında) işləmə qaydalarına dair təlim və təlimatlandırma keçirilməsi, ona rəhbərlik edilməsi, dəzgahda işləməklə bağlı biliyin yoxlanılması, texniki təhlükəsizlik qaydaları ilə təlmatlandırma aparılması işlərinə və təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh şəxs olmaqla, normativ sənədlərin «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi müdəlar-12.0.004-79 DST»-nın 1.1, 1.3, 3.10-ci bəndlərinə əsasən işə yeni qəbul olunmuş işçilərlə işə buraxılmazdan əvvəl, eləcə də işləri görərkən təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmanın, həmçinin işlərin təhlükəsiz görülməsi metodları üzrə təlimlərin keçirilməsini təmin etməli, biliyin yoxlamasını, iş təcrübəsindən, səriştəsindən və işin xarakterindən asılı olaraq işi usta və ya briqadirin nəzarəti altında görməsini və daha sonra müstəqil işə buraxılmasını təmin etməli olmasına baxmayaraq, qeyd olunan normativ sənədlərin tələblərinə əməl etməyib 01 avqust 2019-cu il tarixdə əmək müqaviləsi bağlamadan qeyd olunan işlərin yerinə yetirilməsinə fəhlə kimi Zərərçəkmiş şəxs cəlb edərək əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlar keçmədən, həmin sexdə fəhlə-operator işləyən qohumu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs termoplast press avadanlığında işləmə qaydalarını öyrədib işə buraxılmasını tapşırmaqla təhlükəsizlik qaydalarını pozmuş, bu səbəbdən Zərərçəkmiş şəxs 07 avqust 2019-cu il tarixdə saat 18 radələrində dəzgahda dəstək hazırlama işi ilə məşğul olarkən növbəti dəfə Təqsirləndirilən şəxs1 öyrətdiyi kimi təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni dəzgahın qəlibini təmizləmədən öncə dəzgahı işə salma açarından söndürmədən, qoruyucu məhəccərin bağlı vəziyyətində əlini yuxarıdan salmaqla qəlibdəki məmulatı götürərkən sağ əli presin qolları arasında sıxılaraq əzilmiş və nəticədə Zərərçəkmiş şəxs sağ əlin İİİ-İV-V barmaqlarının daraq sümükləri səviyyəsində güdül, sağ əlin İİ-V daraq sümüklərinin çoxsaylı yerdəyişən sınıqları ilə müşayiət olunan əmək qabiliyyətinin 33%dən çox (35%) dayanıqlı itirilməsinə səbəb olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, yəni ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri almasına səbəb olmuşdur. Həmçinin hökmə əsasən Təqsirləndirilən şəxs1 19 iyun 2017-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Allahverdiyev küçəsində yerləşən Təqsirləndirilən şəxs2 məxsus «Jasmin» əmtəə nişanlı təmizləyici məhsullarının istehsalı sexində termoplast dəzgahının fəhlə-operatoru işləyərkən «Dövrlü elektron idarəetmə proqramlı birpozisiyalı maşın»ın istismar dərsliyinin 4.2-ci bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələblərinə əsasən işə salma açarını söndürmədən maşının mexanizminin təmizlənməsi, press formadan məmulatların əl ilə götürülməsinin (çıxarılmasının) qadağan olunmasına, müvafiq təlimat və qaydalar ilə müəyyən edilmiş əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dair tələblərə tam riayət etməli olduğu halda həmin qaydalara əməl etməyərək, Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vura biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərib qabaqcadan görməli olduğu və görə biləcəyi halda belə nəticəni görməyib cinayətkarcasına etinasızlıq göstərərək, 07 avqust 2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs termoplast press avadanlığında işləmə qaydalarını öyrədib işə buraxması barədə tapşırıq aldıqdan sonra, Zərərçəkmiş şəxs qısa müddət ərzində dəzgahın iş prinsipini izah edərkən təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni dəzgahın qəlibini təmizləməsindən əvvəl dəzgahı işə salma açarından söndürmədən, qoruyucu məhəccərin bağlı vəziyyətində əlini yuxarıdan salmaqla qəlibi təmizləməyin mümkün olduğunu da göstərib sonuncunu dəzgahda müstəqil işə buraxıb, Zərərçəkmiş şəxs təhlükəsizlik qaydalarına zidd olan üsul ilə işlədiyini görməsinə baxmayaraq onu dəzgahdan kənarlaşdırmayaraq, əksinə bütün gün ərzində dəzgahda plastik qablar üçün dəstək hazırlama işi ilə məşğul olmasına şərait yaratmış, Zərərçəkmiş şəxs həmin tarixdə saat 18 radələrində dəzgahda dəstək hazırlama işi ilə məşğul olarkən növbəti dəfə təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni dəzgahın qəlibini təmizləmədən öncə dəzgahı işə salma açarından söndürmədən, qoruyucu məhəccərin bağlı vəziyyətində əlini yuxarıdan salmaqla qəlibdəki plastmas qalığını götürərkən sağ əli presin qolları arasında sıxılaraq əzilmiş və nəticədə Zərərçəkmiş şəxs sağ əlin İİİ-İV-V barmaqlarının daraq sümükləri səviyyəsində güdül, sağ əlin İİ-V daraq sümüklərinin çoxsaylı yerdəyişən sınıqları ilə müşayiət olunan əmək qabiliyyətinin 33%-dən çox (35%) dayanıqlı itirilməsinə səbəb olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, yəni ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri almasına səbəb olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə (hakim V.Tağıyev) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 03 mart 2021-ci il tarixdən hazırkı (hökm çıxarıldığı) vaxtadək həbsdə olduğu 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə dərhal məhkəmə zalından həbsdən azad edilmiş, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 oğlunun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 oğlunun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, işin halları, o cümlədən məhkəmə istintaqında təqdqiq edilmiş sübutlara əsasən qəti olaraq söyləmək olar ki, müdafiə etdiyim şəxsə qarşı irəli sürülmüş bu ittiham nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar əsasında öz təsdiqin tapmamış əksinə, cinayət işinin materiallarından o cümlədən, məhkəmə istintaqı zamanı dindirilmiş şahid və zərərçəkmiş ifadələrindən, o cümlədən tədqiq edilmiş digər sübutlardan da görünür ki, şəxsin barəsində hökm maddi və prosessual normaların kobud şəkildə pozulması hesabına çıxarılmış, məhkəmə iclasında təqdqiq edilmiş sübutlara əsaslanmır, yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamışdır. Cinayət işinin məhkəmə baxışı zamanı bir sıra şahidlərin ifadələrinin alınması, təkrar məhkəmə texniki-təhlükəsizlik ekspertizasının keçirilməsi, cinayət işinə əlavə edilmiş videogörüntülərə baxış keçirilməsi ilə bağlı vəsatətlər verilsə də tam əsassız olaraq bu vəsatətlər təmin edilməmişdir. Ümumiyyətlə, cinayət işi üzrə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin əlinin pres avadanlığında qalması ilə bağlı olan nəticə ilə birbaşa səbəbli əlaqə Təqsirləndirilən şəxs1 sonuncunu həmin aparatda məhz tamamilə qadağan olunmuş və sağlamlıq üçün birbaşa təhlükəli olan üsulla öyərtməsi əməli arasında olmuşdur ki, məhz buna əsasən də Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə ittiham edilmişdir ki, məhkəmə də bu ittihama öz hökmü ilə haqq qazandırmışdır. Təqsirləndirilən şəxs2 isə nə hadisə vaxtı orada olmamış, nə zərərçəkmiş şəxsi aparatda işləməyə buraxmamış və baş vermiş hadisə ilə onun hər hansı bir hərəkəti arasında hansısa səbəbli əlaqə mövcud olmamışdır. Müdafiə etdiyim şəxsin barəsində yeganə olaraq bir qeyri-mötəbər sübutun - 1970-ci illərin adı belə orfoepiyaya uyğun gəlməyən, qanunvericilik sistemimizdə olmayan, hər hansı normativ hüquqi aktla təsdiq edilməyən, hətta dilimizə belə tərcümə edilməmiş hansısa təlimatın tələblərinin pozulmasını əks etdirən ekspertiza rəyinin mövcudluğu, məhz bu rəyə əsaslanan bir nəticə ilə iki nəfər şəxsin ayrı-ayrı xarakterli hərəkətləri arasında səbəbli əlaqənin mövcud olması isə ilə bağlı qənaət hüquqi nihilizmdən başqa bir şey deyildir. Hökmdən zərəçəkmiş şəxs apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsini, hökmün Təqsirləndirilən şəxs2 oğluna aid hissədə ləğv edilməsini və ona bəraət verilməsini xahiş etdilər. Müdafiəçi əlavə olaraq bildirdi ki, bəraət verilməyəcəyi halda məhkum olunmuş şəxsin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə cinayət məsuliyyətindən azad edilməsi onun mənafeyinə daha uyğundur. Dövlət ittihamçısı4 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, bununla belə qərar qəbul edərkən iş üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə və ya Amnistiya Aktına əsasən cəzadan azad olunmalı olduğunu nəzərə alınmasını xahiş etdiyini, məhkum olunmuş şəxsin Amnistiya Aktına əsasən cəzadan azad olunmasının onun mənafeyinə daha uyğun olduğunu bildirdi. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə məhkum olunmasına və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(001)-17/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsinə dair göstərişlər və müddəalar hökmdən xaric edilməli, barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri ləğv edilməli, hökm Təqsirləndirilən şəxs2 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş üzrə mübahisələndirilən hökmün ləğv edilib Təqsirləndirilən şəxs2 bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş Təqsirləndirilən şəxs2 oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, işin halları ilə bağlı birinci instansiya məhkəməsində verdiyi ifadələrini təsdiq etdiyini, onun əməlində cinayət tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, Səbuhi xəsarət aldığı dəzgahda işləməsi üçün ona müraciət etməsinə baxmayaraq, o, Səbuhiyə izacə verməmişdir. Həmçinin hadisə vaxtı orada olmamış, hadisə baş verən günü o, sexə saat 17:00 radələrində deyil, həmin günü təxminən saat 17:45 radələrində gəlmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, 2005-ci ildə fiziki şəxs kimi VÖEN əsasında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən «Jasmin» yuyucu vasitələr sexini işlətməyə başlamışdır. 2017-ci ildə qohumu X5 işlə təmin etməsini xahiş etdiyi üçün o, sonuncunu əmək müqaviləsi ilə fəhlə-operator qismində işə götürmüşdür. Azəri işə götürdükdən sonra bir ay ərzində sonuncuya termoplast dəzgahında, eləcə də sexdə olan digər texniki avadanlıqlarla işləməyi öyrətmişdir. 14 iyul 2017-ci il tarixli əmrlə ona ixtisaslı fəhlə adı verib, 17 iyul 2017ci il tarixdən dəzgahda işləməyə buraxmışdır. Həmin vaxtdan Azərə qohumu kimi o, olmayanda sexdəki işlərə nəzarət və rəhbərlik etməsini tapşırmışdır. 2019cu ilin avqust ayının əvvəlində yaşadığı evin həyətdə təmir işləri ilə məşğul olan Şahid1 oğlu Zərərçəkmiş şəxs fəhlə kimi işə götürməyi xahiş etmiş və o, Səbuhini qablara etiket vurma işinə qəbul etmişdir. 06 avqust 2019-ci il tarixdə Səbuhi ona yaxınlaşaraq dəzgahda işləmək istədiyini demişdir. Həmin günü Azər ondan Səbuhi dəzgahda işləməyə buraxmasını xahiş etmişdir. O, Səbuhi və Azərə bu barədə fikirləşəcəyini demişdir. 07 avqust 2019-cu il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs yenə ona yaxınlaşıb bir daha dəzgahda işləmək istədiyini demişdir. O, həmin vaxt ailə vəziyyəti ilə bağlı Şabran rayonuna getməli olduğundan Təqsirləndirilən şəxs1 çağırıb Səbuhiyə dəzgahda işə buraxmamaq şərti ilə işləməyi başa salmasını, özü qayıtdıqdan sonra işləmə qaydasını təfərrüatı ilə izah edəcəyini deyib sexdən çıxıb getmişdir. Həmin gün saat 17 radələrində o, sexə gələrək işlərin necə olmasını Azərdən soruşmuş və sonuncu hər şeyin qaydasında olmasını bildirmişdir. Təxminən 18 radələrində Azər zəng edərək Səbuhinin əlinin dəzgahın qəlibində qalaraq xəsarət almasını demişdir. O, dərhal sexə gedib Səbuhini idarə etdiyi avtomobillə xəstəxanaya aparmışdır. O, Səbuhini xəstəxanaya aparandan sonra qayıdıb sexdə quraşdırdığı müşahidə kamerasına baxmış və Səbuhi əlini yuxarıdan salmaqla məmulatı götürərkən əlinin qəlibdə qalıb sıxılmasını görmüşdür. Bundan başqa həmin videoyazılardan Azərin Səbuhiyə dəzgahda təlimata uyğun olmayan qaydada işləməyi öyrətməsi, Səbuhini dəzgahda işləməyə buraxıb onun necə işləməsinə baxdığını da müşahidə etmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, Azər Səbuhiyə dəzgahda düzgün işləmə qaydasını izah etməmiş, həmçinin onun Səbuhini işə buraxmaması barədə tapşırığını nəzərə almadan sonuncu təkbaşına dəzgahda işləməyə buraxmışdır. O, hadisədən sonra Zərərçəkmiş şəxs müalicə xərclərini qarşılamış və sonuncun atasına 10.000 manat pul vermiş, lakin buna baxmayaraq sonuncu ondan əlavə olaraq 20.000 manatda pul tələb etmişdir. Ona görə də, barəsində elan edilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 131.2ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun atasının dayısı oğludur və 2017-ci ildə atasının xahişi ilə Təqsirləndirilən şəxs2 onu özünə məxsus «Jasmin» yuyucu vasitələr sexində fəhlə kimi işə götürmüşdür. Əvvəllər işi qabların doldurulması, persolun istehsalı, malların boşaldılması və hazır məhsulların yüklənməsindən ibarət olmuşdur. Bundan başqa o, həmin sexdə press dəzgahında işləmişdir. O, həmin dəzgahda yalnız qablara dəstək hazırlama işini görmüşdür. O, həmin işə başlayanda işi ona Vaqif əsaslı şəkildə izah edib öyrətmiş, həmçinin o, dəzgahda işləməyi köhnə işçi olan Akif Rzayevdən öyrənmişdir. Vaqif ona dəzgahda qoruyucu qapısını, yəni şüşəli ekranı açmaqla işləməyi izah etsə də, Akif Rzayevdən qəlibi təmizləyərkən qoruyucu qapını açmadan da əlini yuxarıdan salıb qəlibi təmizləməyin mümkün olduğunu öyrənmişdir. O, vaxt itkisinin qarşısını almaq və istehsal həcmini artırmaq üçün Akifin göstərdiyi qaydada işləmiş və bunu Vaqif görsə də, ona heç bir irad bildirməmişdir. O, həmin dəzgahda işləyib işi tam mənimsədikdən sonra Vaqifin tapşırığına əsasən təcrübəli işçi kimi yeni gələn işçilərə dəzgahda işləməyi öyrətmişdir. 01 avqust 2019-cu il tarixdə Vaqif fəhlə qismində Zərərçəkmiş şəxs işə qəbul etmiş və Vaqifin tapşırığı ilə Zərərçəkmiş şəxs qablara etiket vurma işini öyrətmişdir. 06 avqust 2019-cu il tarixdə işdə olan zaman Səbuhi, termoplast dəzgahında işləmək istədiyini ona bildirmiş və o, sonuncuya bunun üçün Vaqifə müraciət etməsini demişdir. 07 avqust 2019-cu il tarixdə saat 09 radələrində Səbuhi yenidən Vaqifə müraciət etmiş və sonuncu onu çağıraraq Səbuhiyə dəzgahda dəstək düzəltmə işini öyrədib işə buraxmasını tapşıraraq uşağı xəstə olduğu üçün Şabran rayonuna getmişdir. Bundan sonra o, Səbuhiyə pres dəzgahında hazır qablara plastik dəstək düzəltmə işini öyrətməyə başlamışdır. O, Səbuhiyə dəstək düzəldərkən yalnız qoruyucu ekranı açmaqla hazır məmulatı götürməli olduğunu bildirib bunu necə etməli olduğunu əyani şəkildə izah etmişdir. Eləcə də Səbuhiyə təcrübəli şəxslərin dəzgahın qoruyucu ekranını açmadan əlini yuxarıdan salıb qəlibi təmizlədiklərini deyərək həmin üsulun təhlükəli olmasını, yalnız təcrübə qazandıqdan sonra həmin qaydada işləyə biləcəyini bildirmişdir. Bundan sonra Səbuhi işə başlamış və o, sonuncunu işləyə bildiyi gördüyü üçün Vaqifin tapşırığına əsasən işə buraxmışdır. Həmçinin o, Səbuhiyə, gündəlik norma olaraq 4 kisə dəstək hazırlaya biləcəyi təqdirdə 19 manat, bundan az hazırlasa daha az əmək haqqı alacağını, eləcə də təcrübəli işçilərin 19 manat qazanması üçün qoruyucu ekranı açmadan əlini yuxarıdan salmaqla qəlibi təmizlədiklərini izah etmişdir. Bundan sonra Səbuhi onun yanında dəzgahda qoruyucu ekranı açmadan, yəni əlini yuxarıdan salmaqla işləməyə başlamış və o, Səbuhiyə irad bildirərək bu üsulla işləməyin onun üçün tez olduğunu demişdir. O, sexdə heç bir vəzifə tutmadığı və Vaqifin Səbuhini işə buraxmasını dediyi üçün sonuncunun işləmə qaydasına müdaxilə etmədən öz işləri ilə məşğul olmuşdur. Səbuhi gün ərzində dəzgahda işləmiş və saat 19 radələrində həyətdə qum ələmə işini görən Əli adlı şəxs qaçaraq onun yanına, yəni sexin şampun istehsal olunan otağına gəlib Səbuhinin əlinin dəzgahda qaldığını və kömək etmək lazım olduğunu bildirmişdir. O, qaçaraq dəzgahın yanına gəlmiş və orada Səbuhinin əlinin qəlibdə sıxılıb qaldığını və dəzgahın sönmüş olduğunu görmüşdür. O, dəzgahı işə salıb qəlibi əl rejiminə keçirib qəlibi açaraq Səbuhinin əlini dəzgahdan çıxartmışdır. Bundan sonra Vaqifə məlumat verilmiş və Səbuhi xəstəxanaya aparılmışdır. O, son sözündə özünü ona elan edilmiş ittihamla təqsirli bilərək Zərərçəkmiş şəxs ilə barışdığını, cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın ona aid hissəsini tam şəkildə ödədiyini bildirərək məhkəmədən bəraətverici əsaslar olmadan barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Hazırda apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 sexdə rəhbərliyi və nəzarəti Təqsirləndirilən şəxs2, işdə olmayan zaman isə Təqsirləndirilən şəxs1 həyat keçirmişdir. Hadisə vaxtı o, digər otaqda olduğundan hadisəni necə baş verdiyini gösrməmişdir. Səbuhiyə dəzgahda işləməyi Vaqifin tapşırığına əsasən Azər öyrətmiş və izah etmiş, lakin hadisə vaxtı Vaqif orada olmamışdır. Birinci instansiya məhkəməsində Şahid2 ifadəsində göstərmişdir ki, 06 may 2019cu il tarixdən 24 avqust 2019-cu il tarixədək Təqsirləndirilən şəxs2 məxsus Sulutəpə qəsəbəsində yerləşən «Jasmin» yuyucu vasitələr sexində fəhlə işləmişdir. Zərərçəkmiş şəxs həmin sexdə əvvəlcə qum ələmə işində, sonra isə etiket vurma işində işləmişdir. Sexdə rəhbərliyi Təqsirləndirilən şəxs2, işdə olmayan zaman Təqsirləndirilən şəxs1 həyat keçirmiş və sonuncu pres aparatında işləmişdir. 07 avqust 2019-cu il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 press dəzgahında işləmək istədiyini dediyi üçün sonuncu Təqsirləndirilən şəxs1 Səbuhinin dəzgahda işləməyi öyrətməsini tapşırıb sexi tərk etmişdir. Azərin Səbuhiyə dəzgahda necə işləməli olduğunu izah etdiyini, bundan sonra Səbuhinin gün ərzində dəzgahda qablara dəstək düzəltmə işi ilə məşğul olduğunu görmüşdür. Həmin gün saat 18 radələrində o, Azərlə şampun doldurma işi ilə məşğul olan zaman Əli yanlarına gələrək Səbuhinin əlinin dəzgahda qaldığını demiş və o, qorxduğu üçün həmin yerə getməmiş, Azər isə Səbuhinin yanına gedərək Səbuhinin əlini dəzgahdan çıxartmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 gələrək Səbuhini xəstəxanaya aparmışdır. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, 2019-cu ilin avqust ayının əvvəllərində atası Şahid1 «Jasmin» yuyucu vasitələr sexinin sahibi Təqsirləndirilən şəxs2 onu işə götürməyi xahiş etdiyi üçün sonuncu onu həmin sexdə qablara etiket vurma işinə götürmüşdür. O, işə götürüldükdən sonra Təqsirləndirilən şəxs2 sexdə işlərə nəzarət və rəhbərliyi qohumu Təqsirləndirilən şəxs1 etdiyini demiş və sonuncu ona görəcəyi işi izah etmişdir. İşə başladıqdan bir neçə gün sonra o, press dəzgahında işləmək istədiyini Təqsirləndirilən şəxs1 bildirmiş və sonuncu ona bu barədə sexin sahibinə müraciət etməli olduğunu demişdir. O da Təqsirləndirilən şəxs2 müraciət etmiş və 07 avqust 2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 çağırıb ona dəzgahda işləməyi başa salaraq işə buraxmasını deyib çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təxminən 10 dəqiqə ərzində ona dəzgahda işləmə qaydalarını öyrətmiş, dəzgahda işləmək barədə izahlar verib göstərdikdən sonra onu dəzgahda işə buraxmışdır. O, Təqsirləndirilən şəxs1 göstərdiyi kimi işləməyə başlamış və saat 18 radələrində növbəti dəfə plastik dəstəyi-məmulatı qəlibdən götürərkən sağ əli presin qolları arasında qalaraq sıxılmışdr. Bundan dərhal sonra Təqsirləndirilən şəxs1 gəlib presi işə salıb əlini presdən azad etmişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 gəlib onu xəstəxanaya aparmışdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona qəlibin qoruyucu şüşəli ekranını açmadan əlini yuxarıdan salıb qəlibdəki plastik qalıqlarını təmizləməli olduğunu, izah etmiş, o, da Azərin öyrətdiyi üsul ilə, dəzgahda işləməyə başlamışdır. O, dəzgahda işləmək haqqında tam təlim və təlimatlandırma keçməmiş işə buraxmış, bu üsul ilə işləməyin təhlükəli olduğu barədə ona məlumat verilməmiş, əli sıxılarkən xəsarət almasının qarşısını almaq üçün hansı hərəkəti etməli olduğu ona izah edilməmişdir. Vaqif hadisə günü sexə gələrək onun qadağan edilmiş üsulla işlədiyini görmüş və heç bir irad bildirməmişdir. Hazırda onun əlinə protez hazırlanması üçün 20.000 manat pul lazım olduğu və həmin məbləğ Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmədiyi üçün sonuncudan şikayətçidir. Eyni zamanda digər Təqsirləndirilən şəxs1 barəsində şikayəti, tələbi yoxdur, onunla barışmış və dəymiş ziyanın ona aid hissəsi ödənilmişdir. Ona görə də, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan 15 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, 07 avqust 2019-cu il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri ,Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Jasmin» əmtəə nişanlı yuyucu vasitələr istehsalı sexində iş zamanı sağ əlinin press avadanlığının qolları arasında sıxılıb qalması nəticəsində xəsarət alması faktına görə Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İşdə olan 23 sentyabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 07 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması nəticələnən hadisə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Jasmin» əmtəə nişanlı yuyucu vasitələr istehsalı sexində baş vermiş və hadisə yerinə baxış zamanı sexin içərisində olan dəzgahın şəkilləri çəkilərək götürülmüşdür. İşdə olan 16 oktyabr 2019-cu il tarixli protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən və diskdən müəyyən edilmişdir ki, hadisə yerində elektrik mühərriki ilə hərəkətə gətirilən zavod üsulu ilə hazırlanmış press dəzgahı vardır, dəzgah işlək vəziyyətdədir. Dəzgahın üzərində hər hansı sınma, dağılma, qopma izi və əlamətləri müşahidə edilmir. Dəzgahın qarşı tərəfində nov üzəri ilə şaquli istiqamətdə sola və sağa əl ilə hərəkətə gətirilən şüşəli qoruyucu ekranı vardır. Sonuncu iş zamanı dəzgahın işçi sahəsini (sonanı) tam bağlayır. Qoruyucu ekran hərəkətə gətirilməyə başladıqda dəzgahın ötürücüsünün işi ani olaraq dayanır. Göstərilən hal ilə dəzgahın konstruksiyasında qoruyucu ekranın vəziyyətindən asılı olaraq təhlükəsizlik cihazının olduğu, onun işlək vəziyyətdə, yəni funksional təyinatına uyğun olduğunu göstərir. İşdə olan 18 iyun 2005-ci il tarixli fiziki şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnamədən görünür ki, X4 Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialında ünvan 3 ünvanda 18 iyun 2005-ci il tarixdə fiziki şəxs kimi qeydə alınmışdır. İşdə olan 19 iyun 2017-ci il tarixli müddətsiz əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən fəhlə-operator qismində işə qəbul edilmişdir. Həmin müqavilənin 3-cü “İşçinin əmək funksiyaları” bölməsinin 3.5-ci bəndinə əsasən işçi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsal və əmək intizamı və daxili əmək rejiminə riayət etməli, 4-cü “Əmək şəraitinin şərtləri” bölməsinin 4.11-ci bəndinə əsasən isə özünün və yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydaları və normalarına əməl etməyə borcludur. İşdə olan 14 iyul 2017-ci il tarixli əmrdən görünür ki, işəgötürən Təqsirləndirilən şəxs2 tərəfindən 14 iyul 2017-ci il tarixdən fəhlə-operator Təqsirləndirilən şəxs1 ixtisaslı fəhlə adı verilmiş və sonuncuya 17 iyul 2017-ci il tarixdə termoplastavtomat dəzgahında işləməsi üçün icazə verilmişdir. İşdə olan 19 iyun 2019-cu il tarixli təhlükəsizlik təlimatından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 təhlükəsizlik təlimatı tam izah edilmiş, o cümlədən termoplast dəzgahında işləyərkən yalnız təhlükəsizlik qapısını açaraq qəlibdə hər hansı bir iş görməyə icazə verildiyi, mal qalığını qapını açmadan yuxarıdan götürməyin isə qadağan olunduğu izah edilmişdir. İşdə olan 04 sentyabr 2019-cu il tarixli zəmanət qəbzindən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs və onun valideynləri qəbz verərək bildirmişlər ki, Səbuhinin kobud səhvi nəticəsində əlindən xəsarət alan zaman Təqsirləndirilən şəxs2 Səbuhini xəstəxanaya aparmış və sonuncuya bütün yardımlar edilmişdir. Təqsirləndirilən şəxs2 ümumilikdə Zərərçəkmiş şəxs 10000 (on min) manat maddi yardım etmiş və sonuncunun özü və ailəsi tərəfindən Vaqifə qarşı heç bir şikayət yoxdur. Hər hansı səbəbdən şikayət etsələr 10000 (on min) manat məbləğində pulu Təqsirləndirilən şəxs2 qaytarmağa zəmanət verilmişdir. İşdə olan 12 oktyabr 2019-ci il tarixli, 2006 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ əlin İİİ-İV-V barmaqlarının daraq sümükləri səviyyəsində güdül, sağ əlin İİ-V daraq sümüklərinin çoxsaylı yerdəyişən sınıqları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Az.Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna gətirildiyi 07.08.2019-cu il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 33%-dən çox (35%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 07 avqust 2019-cu il tarixdə press dəzgahının qolları arasında sıxılması nəticəsində əmələ gələ bilərdilər. İşdə olan 23 oktyabr 2019-cu il tarixli və 07 yanvar 2020-ci il tarixli protokollardan və protokola əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs dəzgahda işləmə qaydalarını öyrədərkən əlini yuxarıdan salıb qəlibdəki məmulatı götürməsini də göstərir və qısa müddət ərzində Səbuhiyə dəzgahda işləməyi öyrədib onu işə buraxıb onun yanında dayanıb Səbuhinin necə işləməsini seyr edir. Sonra Səbuhi gün ərzində həmin qaydada işinə davam edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs dəstək düzəltmə işini yerinə yetirərkən dəzgahı söndürmədən, qəlibdə işlərin təhlükəsiz görülməsini təmin etmək üçün nəzərdə tutulmuş nov üzərindəki şüşəli qoruyucu ekranı hərəkətə gətirmədən işə salma düyməsini sıxır və əlini qoruyucu ekranın üzərindən salaraq qəlibdən məmulatı (qab üçün dəstəyi) götürərkən sağ əli presin qolları arasında qalaraq əzilir və cəld dəzgahın işə salma düyməsini sıxıb dəzgahı söndürür. İşdə olan 10 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin məktubundan görünür ki, hadisə ilə bağlı aparılmış təhqiqat zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» altsistemindən Zərərçəkmiş şəxs ilə hər hansı işəgötürən arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı müəyyən edilmişdir. Odur ki, fərdi sahibkar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan 16 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. İşdə olan 16 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. İşdə olan 28 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan 14 yanvar 2020-ci il tarixli, 27510 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Dövrlü elektron idarəetmə proqramlı birpozisiyalı maşin»ın istismar dərsliyinin 4.2-ci bəndinin «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-79 DST»-nın 1.1, 1.3, 3.10 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11 və 12-ci bəndlərinin tələbləri pozulmuşdur. Göstərilən tələblərin pozulması hadisənin baş verməsinin müvafiq olaraq texniki və təşkilati səbəbləri olmuşdur. Belə ki, hadisə günü zərərçəkmiş Zərərçəkmiş şəxs fərdi sahibkar «Jasmin» yuyucu vasitələr sexinin sahibi Təqsirləndirilən şəxs2 tərəfindən qeyri rəsmi qaydada 01 avqust 2019-cu il tarixdən fəhlə qismində işə qəbul edildikdən sonra, 07 avqust 2019-cu il tarixdə səhər saatlarında termoplast dəzgahında işləmə qaydalarına dair təlim və təlimatlandırma keçmədən həmin sexdə fəhlə-operator işləyən və faktiki olaraq özü olmadıqda onu əvəz edən qohumu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs dəzgahda işləmə qaydasını öyrədib işə buraxmasını tapşırıb sexi tərk etmiş; Təqsirləndirilən şəxs1 isə, Zərərçəkmiş şəxs termoplast dəzgahında işləmə qaydalarını izah edərkən, təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni dəzgahın qəlibini təmizləməsindən öncə dəzgahı işə salma açarından söndürmədən, qoruyucu məhəccərin bağlı vəziyyətində əlini yuxarıdan salmaqla qəlibi təmizləməyin mümkün olduğunu da göstərib Zərərçəkmiş şəxs dəzgahda müstəqil işə buraxmış, bununla bərabər, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs təhlükəsizlik qaydalarına zidd olan üsul ilə işlədiyini görməsinə baxmayaraq onu dəzgahdan kənarlaşdırmamış, əksinə bütün gün ərzində dəzgahda işləməsinə şərait yaratmışdır. «Dövrlü elektron idarəetmə proqramlı birpozisiyalı maşın»ın istismar dərsliyinin 4.2-ci bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri «Jasmin» yuyucu vasitələr sexində fəhlə işləyən Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-79 DST»-nın 1.1, 1.3, 3.10-cu bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin tələbləri «Jasmin» yuyucu vasitələr sexinin sahibi fiziki şəxs Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. İşdə olan 31 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Bunlardan başqa, cinayət işinin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə göndərilən 23 avqust 2021-ci il tarixli məktuba əsasən “Əməyin mühafizəsi standartları sistemi. İşçilər üçün əməyin mühafizəsi üzrə təlimlərin təşkili. Ümumi müddəalar” 12.0.004-79 DST X10 Reyestrində mövcud deyil. Həmçinin sözügedən sənəd “GOST 12.0.004-90. Əməyin mühafizəsi standartları sistemi. Əməyin mühafizəsi üzrə təlimlərin təşkili. Ümumi müddəalar”ın qəbul edilməsi ilə 1991-ci ildən qüvvədən düşmüşdür. Sonuncu adıçəkilən standartlar isə “GOST 12.0.004-2015. Əməyin mühafizəsi standartları sistemi. Əməyin mühafizəsi üzrə təlimlərin təşkili. Ümumi müddəalar"ın qəbul edilməsi ilə əlaqədar 2017-ci ildən qüvvəsini itirmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli sorğusuna cavab olaraq “Azərbaycan Standartlaşdırma İnstitutu” X13 tərəfindən məhkəməyə göndərilən 23 avqust 2021-ci il tarixli məktuba əsasən ГОСТ 12.0,004-79 “Система стандартов безопасности труда. Организация обучения безопасности труда. Общие положения” dövlətlərarası standart 01 iyul 1991-ci il tarixindən ГОСТ 12.0.004-90 “Система стандартов безопасности труда. Организация обучения безопасности труда Общие положения” dövlətlərarası standartı ilə əvəz olunmuşdur (Respublikada qüvvədə olan). 10 dekabr 2015-cil il tarixindən etibarən isə ГОСТ 12.0.004- 90 “Система стандартов безопасности труда. Организация обучения безопасности труда. Общие положения” dövlətlərarası standart ГОСТ 12.04,004-2015 “Система стандартов безопасности труда. Организация обучения безопасности труда. Общие положения” dövlətlərarası standartı ilə əvəz olunmuşdur ki, bu standart da hal-hazırda ölkəmizdə qüvvədə deyildir. Apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 26 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, cinayət işində olan «Dövrlü elektron idarəetmə proqramlı birpozisiyalı maşin»ın istismar dərsliyinin 4.2 bəndinin, «Müəssısədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi, və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nfn 11 və 12 bəndlərinin tələbləri pozulmuşdur. Göstərilən tələblərin pozulması hadisənin baş verməsinin müvafiq olaraq texniki və təşkilati səbəbləri olmuşdur. Belə ki, hadisə günü Zərərçəkmiş şəxs fərdi sahibkar “Jasmin” yuyucu vasitələr sexinin sahibi Təqsirləndirilən şəxs2 tərəfindən qeyri-rəsmi qaydada 01 avqust 2019-cu il tarixdən fəhlə qismində işə qəbul edildikdən sonra, 07 avqust 2019-cu il tarixdə səhər saatlarında termoplast dəzgahında işləmə qaydalarına dair təlim və təlimatlandırma keçmədən həmin sexdə fəhlə-operator işləyən və faktiki olaraq özü olmadıqda onu əvəz edən qohumu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs dəzgahda işləmə qaydasını öyrədib işə buraxmasını tapşırıb sexi tərk etmiş; Təqsirləndirilən şəxs1 isə, Zərərçəkmiş şəxs termoplast dəzgahında işləmə qaydalarını izah edərkən, təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni dəzgahın qəlibini təmizlənməsindən öncə dəzgahı işə salma açarından söndürmədən, qoruyucu məhəccərin bağlı vəziyyətində əlini yuxarıdan salmaqla qəlibi təmizləməyin mümkün olduğunu da göstərib Zərərçəkmiş şəxs dəzgahda müstəqil işə buraxmış, bununla bərabər, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs təhlükəsizlik qaydalarına zidd olan üsul ilə işlədiyini görməsinə baxmayaraq onu dəzgahdan kənarlaşdırmamış, əksinə bütün gün ərzində dəzgahda işləməsinə şərait yaratmışdır. «Dövriü elektron idarəetmə proqramlı birpozisiyalı maşın»ın istismar dərsliyinin 4.2 bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarının 11 bəndinin tələbləri - «Jasmin» yuyucu vasitələr sexində fəhlə işləyən Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin tələbləri – “Jasmin” yuyucu vasitələr sexinin sahibi, fiziki şəxs Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Hökmdən Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətindən göründüyü kimi, müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, Təqsirləndirilən şəxs2 oğlu ifadəsində özünü müdafiə etmək üçün qeyd edir ki, “həmin vaxt ailə vəziyyəti ilə bağlı Şabran rayonuna getməli olduğundan Təqsirləndirilən şəxs1 çağırıb Səbuhiyə dəzgahda işə buraxmamaq şərti ilə işləməyi başa salmasını, özü qayıtdıqdan sonra işləmə qaydasını təfərrüatı ilə izah edəcəyini deyib sexdən çıxıb getmişdir”. Yəni, Təqsirləndirilən şəxs2 ifadəsindən belə anlaşılır ki, o, Zərərçəkmiş şəxs dəzgahda işləməsinin əleyhinə olmuşdur. Halbuki, iş üzrə digər Təqsirləndirilən şəxs1, zərərçəkmiş Zərərçəkmiş şəxs, habelə Şahid2 cinayət işi üzrə verdikləri ifadələrindən kifayət qədər təsdiq olunur ki, Zərərçəkmiş şəxs xəsarət aldığı dəzgahda işləməsi barədə göstərişi məhz işəgötürən Təqsirləndirilən şəxs2 vermişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı sexdə olmaması onun cinayət məsuliyyətini istisna etmir. Belə ki, o, sexin rəhbəri kimi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsini təmin etməli şəxs olduğu halda, 01 avqust 2019-cu il tarixdən fəhlə qismində işə götürülmüş bir şəxsin xüsusi dəzgahda işləmək qabiliyyətinin olub-olmamasını yoxlamadan cəmi altı gün sonra həmin şəxsin dəzgahda işləməsinə izacə verməklə sözügedən qaydaları pozmuşdur. Bundan başqa, müdafiə tərəfi apellyasiya şikayətində iş üzrə verilmiş ekspert rəyinin mötəbərliyini da şübhə altına almağa çalışsa da, müdafiə tərəfinin həmin şübhələrinin aradan qaldırılması məqsədilə iş üzrə əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizası keçirilmiş və hər iki rəy üzrə gəlinmiş nəticələr arasında uyğunsuzluq aşkar olunmamış, müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin tələblərinin – “Jasmin” yuyucu vasitələr sexinin sahibi, fiziki şəxs Təqsirləndirilən şəxs2 tərəfindən pozulduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa, bu hal cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Əmək Məcəlləsinin 238-ci maddəsinə əsasən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən obyektlərin texniki təhlükəsizliyi (bundan sonra - texniki təhlükəsizlik) vətəndaşların və cəmiyyətin vacib həyatı maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir. Həmin Qanunun 3-cü maddəsinə əsasən texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühafizəsi, sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır. Həmin Qanunun 9-cü maddəsinə əsasən təhlükə potensiallı istismar edən hüquqi və fiziki şəxslər: bu Qanunun, digər qanunların və normativ hüquqi aktların, eləcə də texniki normativ sənədlərin tələblərinə əməl etməlidir; təhlükə potensiallı obyektlərdə işçi heyətlərini komplektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə, habelə qanunla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu və tibbi cəhətdən yararlığını təmin etməlidir; təhlükə potensiallı obyektdə normativ hüquqi aktlara və işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərə malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin dispozisiyası blanket xarakterli üçün bu maddə ilə cinayət məsuliyyətinin həll edilməsi zamanı əməyin mühafizəsinin məhz hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Bunlara əmək funksiyasının işçinin özünü və başqa işçiləri təhlükəyə məruz qoyan və ya qoyacaq tərzdə icra edilməsi, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli olan digər mənbələrdə iş görülməsi və s. aiddir. Təhlil olunan cinayətin subyekti texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini öz üzərinə götürmüş və ya həvalə olunmuş şəxslər ola bilərlər. Məsələn, müəyyən istehsal sahəsində bilavasitə rəhbərlik etməyi öz üzərinə götürmüş olsalar da, həmin istehsal sahəsində əmək mühafizəsi qaydalarına riayət edilməsini təmin etməmişlərsə və bu Cinayət Məcəlləsinin 162-ci maddəsində göstərilmiş nəticələrə səbəb olmuşdursa, şərh edilən cinayətin törədilməsinə görə məsuliyyətə cəlb olunacaqlar. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsə də, onun ittiham olunduğu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə nəticələnən əmək mühafizə qaydalarını pozmalarından ibarət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi birinci instansiya məhkəməsinin iclasında tədqiq edilərək sübut növü kimi qəbul olunmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, iş üzrə digər Təqsirləndirilən şəxs1, Şahid2, ekspert rəyləri, o cümlədən apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyi, əmək müqavilələri, vəzifə təlimatları və sair sənədlər, məhkəmə istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası işin hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmiş və qeyd edilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübut olunduğu üçün X1, Rəhimov Xəlil Ehtibar oğlunun və X8 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə düzgün tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, ona bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası müdafiə tərəfinin apelyasiya şikayətinin təmin olunması üçün əsaslar tapmasa da, hesab edir ki, aşağıda şərh olunan əsaslara görə hökm dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa- iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayətlərin təsnifatına aiddir və həmin cinayət üzrə cəlb etmə müddəti iki il təşkil edir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə kollegiyasının fikrincə məhkum edilmiş şəxs cinayət əməlini 07 avqust 2019-cu il tarixdə törətdiyindən, həmin cinayət əməli ilə bağlı elan olunan ittihamlar üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İşin hallarından görünür ki, müdafiə tərəfi bəraət tələb edir və cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsi barədə razılığını ifadə etməmişdir. Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsi isə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutur. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 2.2-ci bəndinə əsasən ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzadan azad olunmasını nəzərdə tutmuşdur. Göründüyü kimi, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ümumiyyətlə cəzanın təyin edilməsini istisna etdiyi halda, yuxarıda qeyd edilən Amnistiya Aktı təyin edilmiş cəzadan azad edilməsini nəzərdə tutmuşdur. Başqa sözlə, şəxsin Amnistiya Aktına əsasən cəzadan azad edilməsi üçün ilk növbədə ona cəzanın təyin edilməsi mümkün olmalıdır. Hüquqi təbiətinə və nəticəsinə görə hər iki əsas oxşar olmaqla şəxsin cəzadan azad edilməsi ilə nəticələnir. Lakin cəza təyin olunması istisna olunan və mümkün olmayan şəxsin cəzadan azad edilməsi məsələsinin müzakirə olunması məntiqə uyğun görünmür. Odur ki, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs2 cəzadan və cinayət məsuliyyətindən azad edilməsi onun mınafeyinə daha uyğundur. Belə olan halda, hökm Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməli, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cəza təyin edilməməli, cəza təyin edilməsi barədə göstəriş və müddəlar hökmdən xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 44.2.1, 398.1.4 və 408-410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə məhkum olunmasına və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(001)-17/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs2 oğluna aid hissədə dəyişdirilsin. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cəza təyin edilməsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi və bununla bağlı göstəriş və müddəalar hökmdən xaric edilsin. Hökm Təqsirləndirilən şəxs2 aid qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zəki Babayev Rəşad Abdulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar