Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-29/2023 14.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər - Bakı şəhəri “Müdafiəçi3 və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 5 Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1992-cı il tarixdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, bərbər işləmiş, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Əsrik Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 144.2.3, 144.2.4 və 149.1-ci maddələri ilə, xx xxxxxxx 1997-ci il tarixdə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əsrik Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 CM-nin 144.2.3-cü maddəsi ilə, xx xxxxxx 1995-ci il tarixdə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsili, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 1(101)-104/2022 saylı hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyev (sədrlik edən), Azər Paşayev, İradə Həsənzadə) 14 fevral 2022-ci il tarixli, 1(101)-104/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 144.2.3, 144.2.4 və 149.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 144.2.3, 144.2.4-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 149.1-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılıb qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs3 CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 52-1.2-ci maddəsinə əsasən üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Tovuz rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 evlənmək istədiyi, Tovuz rayonunun Aşağı Quşçu kənd sakini xx xxxx 1999-cu il təvəllüdlü, Zərərçəkmiş şəxs1 onunla evlənmək istəyinin olmamasına baxmayaraq, onu oğurlamaq məqsədi ilə tanışları Tovuz rayonu Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs3 və Tovuz rayonu Əsrik Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş və həmin məqsədlə onun əvvəlcədən hazırladığı plan əsasında hərəkət edərək, 08 mart 2020-ci il tarixdə, saat 20 radələrində o, Təqsirləndirilən şəxs2 sürücülük vəsiqəsi olmadan idarə etdiyi, anası Ziyafət Hüseynovaya məxsus “VAZ 2107” markalı, “**-BU-***” dövlət nömrə nişanlı avtomobillə Tovuz rayonu, Aşağı Quşçu kəndinə gələrək, Zərərçəkmiş şəxs1 işlədiyi aptekdən iş vaxtının sonu ilə əlaqədar çıxmasını gözləmiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs1 oğurlanması zamanı yarana biləcək maneələrin aradan qaldırılması üçün razılaşdıqları plana uyğun olaraq piyada Tovuz rayonunun, Aşağı Quşçu kəndində Zərərçəkmiş şəxs1 işlədiyi aptekin yaxınlığına gəlmiş və xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 ilə birlikdə aptekdən çıxaraq “VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı taksiyə əyləşərək Aşağı Quşçu kəndində yaşadıqları evin istiqamətində getdiklərini görüb Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli məqamı gözləyərək həmin avtomobillə əvvəlcə onları təqib etmiş, sonra taksidən düşüb piyada hərəkət edərək yaşadıqları evə yaxınlaşan Zərərçəkmiş şəxs1 ilə anası Zərərçəkmiş şəxs2 qarşısını avtomaşınla kəsmiş, Təqsirləndirilən şəxs3 həmin vaxt Zərərçəkmiş şəxs2 qızına köməklik göstərərək onlara mane olmasının qarşısını almaq üçün Zərərçəkmiş şəxs2 tutub zor tətbiq etməklə yerə yıxmış, ona sağrı nahiyələrinin və sol əlin ovuc səthinin qançırları ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müqavimətini sındıraraq saxlamış, Təqsirləndirilən şəxs1 isə əvvəlcədən razılaşdıqları plana əsasən oğurlamaq məqsədi ilə həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlaşmaq istədikdə sonuncu onun niyyətini başa düşüb, ondan xilas olmaq üçün geri dönərək qaçan zaman o, Zərərçəkmiş şəxs1 təqib edərək arxadan qollarından tutub müqavimətini qırmaqla, Təqsirləndirilən şəxs2 idarə etdiyi mühərriki işlək vəziyyətdə olan “VAZ 2107” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə tərəf aparmış və Zərərçəkmiş şəxs1 qışqırıb kömək istəməsinə məhəl qoymayaraq, avtomobilin arxa sol qapısını açıb, zorla avtomobilin arxa oturacağına əyləşdirərək, Zərərçəkmiş şəxs1 avtomobildə qışqıraraq, avtomobilin qapısına təpiklə zərbələr endirməsinə əhəmiyyət vermədən, həmçinin Elladanın avtomobilin qapısını açıb özünü yerə atmaqla qaçmaq cəhdinin qarşısı avtomobilin qapısı bağlanmaqla alındıqdan sonra, onu oğurlayıb, iradəsinə zidd olaraq faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə, yəni Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən istintaqa məlum olmayan fərdi yaşayış evinə aparmış, göstərilən ünvana çataraq, Təqsirləndirilən şəxs2la avtomobili tərk etdikdən sonra sonuncunun avtomobildə qalmış mobil telefonundan Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 zəng etmək cəhdinin qarşısı da Təqsirləndirilən şəxs2 tərəfindən alındıqdan sonra həmin evdə olarkən Zərərçəkmiş şəxs1 qaçmağa cəhd etdiyinə görə o, sonuncuya zor tətbiq edərək onun sifətinə iki dəfə sillə ilə zərbə vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 masanın üzərində olan bıçaqla özünə xəsarət yetirmək cəhdinin qarşısını bıçağı əlindən almaqla almış, bundan sonra fərdi yaşayış evinin plastik materialdan pəncərəsini açaraq qaçmaq istəyən Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edərək sonuncunun baş nahiyəsini otaqda olan sobaya qəsdən vurmaqla ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sol təpə-gicgah nahiyəsinin əzilmiş cırılmış xəsarətini yetirdiyi üçün Zərərçəkmiş şəxs1 tibbi yardım göstərildikdən sonra onu Tovuz rayonunda saxlaya bilməyəcəyini və qohumlarının onu axtardığını görüb, Zərərçəkmiş şəxs1 rayondan uzaq əraziyə, Bakı şəhərinə aparmaq qərarına gəlmiş və bu məqsədlə Tovuz rayon sakini, taksi fəaliyyəti ilə məşğul olan Şahid8 məxsus “Renault Megane” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 6 ünvanında yerləşən, dostu Şahid7 məxsus ünvansız fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixdə saat 07 radələrində gətirib yataq otağına yerləşdirmiş, bundan sonra, həmin gün saat 09 radələrində ev sahiblərinin evdə olmamasından, eləcə də Zərərçəkmiş şəxs1 sol təpə-gicgah nahiyəsindən aldığı xəsarət nəticəsində, ona müqavimət göstərməyə fiziki qüvvəsinin kifayət etməyəcəyindən istifadə edərək, onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlmiş və bu məqsədlə fərdi yaşayış evinin yataq otağında olan Zərərçəkmiş şəxs1 yaxınlaşmış, sonuncunun ona müqavimət göstərməsinə məhəl qoymayaraq, onun sinə nahiyəsindən itələyib çarpayının üzərinə yıxmış, aldığı xəsarətlərlə bağlı fiziki qüvvəsi zəif olsa da müqavimət göstərməkdə davam edən Zərərçəkmiş şəxs1 müqavimətini tam sındırmaq üçün fiziki zor tətbiq edərək, ona sağ əli ilə bir şillə vurduqdan sonra öz əynindəki şalvarını və trusikini dizlərinə qədər soyunmuş, bundan sonra Zərərçəkmiş şəxs1 tünd göy rəngli cins şalvarını trusiki ilə birlikdə zorla əynindən çıxararaq ona müqavimət göstərməkdə davam edən Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edərək, ayaqlarını əlləri ilə aralayıb gərginləşmiş cinsiyyət orqanını sonuncunun iradəsi əleyhinə uşaqlıq yoluna daxil etməklə zorla onunla təbii yolla cinsi əlaqədə olub hər iki baldırın qançırları və qızlıq pərdəsinin cırılmasından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə cinsi əlaqədə olaraq onu zorlamışdır. Hökmdən Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahid ifadələrinə diqqətlə nəzər yetirdikdə görünür ki, bu hadisədə heç bir cinayət tərkibi olmamış, iki şəxs evlənmək məqsədilə qoşulub Bakı şəhərinə qaçmış və orada evlənmək məqsədilə könüllü olaraq cinsi əlaqədə olmuşlar. Adam oğurluğu ilə bağlı bütün xüsusatlar şahid ifadələri ilə birmənalı rədd olunduğundan, zorlamaya münasibətdə hər hansı bir şahid olmadığından Ellada və Elvin arasında olan cinsi əlaqənin könüllü və ya könülsüz olmasını sübut etmək yalnız mötəbər sübutlarla mümkün ola bilərdi. Hazırkı işdə isə görünür ki, zorlama ilə bağlı Zərərçəkmiş şəxs1 sonradan fikrini dəyişdirərək verdiyi ifadə vardır. Ekspert rəyi birmənalı olaraq mötəbər sübut kimi qiymətləndirilə bilməz. 20 avqust 2020-ci il tarixli “Zərər çəkmişi dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 özü etiraf edir ki, hadisə baş verən günü, yəni 8 mart 2020-ci il tarixdə işdən çıxan zaman Təqsirləndirilən şəxs1la telefon zəngi vasitəsilə əlaqə saxlamışdır. X21 küsmüş və onunla danışmaq istəmirdisə, hadisədən az əvvəl telefonla danışması kifayət qədər şübhə doğurur və onların birgə plan üzrə hərəkət etməsi ehtimalını artırır. İttiham tərəfindən sübutlar qiymətləndirilərkən Elvinlə Elladanın arasında olan SMS yazışmalarına, özəl günlərdə bir-birilərinə aldıqları hədiyyələrə, Elladanın alnına tikiş atan Vaqif həkimə yalan söyləməsinə, Tovuzdan Bakı şəhərinədək avtomobildə sakitcə oturan Elladanın guya qaçmaması üçün Elvin tərəfindən əllərinin tutulmasına, Gəncə şəhərində aptekdən dərman alınması, yemək üçün dönər götürülməsi, yolda təbii ehtiyaclarını qarşılamaq üçün sanitar qovşağına gedən Elladanın yanındakı insanlardan və ümumiyyətlə 450 km-lik yolda heç bir YPX postundan yardım istəməməsinə, Mustafa adlı sürücünün Elvinlə Elladanın arxa oturacaqda ər-arvad kimi mehriban davranmalarına, təhqiqatçı Şahid5, Cəsarət və Nailə Nağıyevlərin ifadələrinə verilmiş yanlış hüquqi qiymət müvəkkilinin adam oğurluğu cinayətini törətməsində təqsirləndirilməsinə gətirib çıxarmaqla hüququn bütün prinsiplərini alt-üst etməkdədir. Yəni sadə dillə desək Elladanın Bakıda polis bölməsinə gələnədək qaçmaq, hay-haray salmaq, kömək istəmək, qurtulmaq üçün çoxlu şəraiti, zamanı və imkanları olmuşdur. Hökmdən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verib təqsirləndirilən şəxsə ittiham olunan maddələr üzrə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X13 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 137 saylı rəyi ilə yanaşı cinayət işinin cildlənmiş materiallarında yer alan həmin tarixdə və həmin nömrə ilə verilmiş daha bir ekspert rəyi mövcuddur. Birinci rəydə ekspertiza qarşısında qoyulmuş 4-cü sualda vət.X15 ilə qeyritəbii yolla (anus dəliyi) cinsi əlaqədə olmusdurmu? Əgər olunmuşdursa müddəti müəyyən edilsin. Ona təqdim edilmiş eyni tarixli, eyni saylı (xx.xx.2020-ci il, 137 saylı) ekspert rəyində isə bu yanlışlıq düzəldilmiş və vət.X3 Vət. Zərərçəkmiş şəxs1 olaraq dəyişdirilmişdir. Onlara təqdim olunmuş ekspertiza rəyinin 2-ci səhifəsində SN-nin MTE və PA birliyi Publik hüquqi şəxsin Ağstafa rayonlararası şöbənin rəisi Nizami Rəhimovun adı və sovadı yazılsa da qarşısında imzası olmamışdır. Onlara təqdim olunmayan eyni tarixli eyni saylı ekspert rəyində isə Nizami Rəhimovun imzası vardır. Ekspert rəylərinin növbəti səhifəsində fərq daha aydın nəzərə çarpır. Onlara təqdim olunmuş rəyin nəticə hissəsinin 2-ci bəndində “Qeyd edilən xəsarətlərdən başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən izahatda qeyd olunan xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir” deyə yazılmışdır. Digər ekspertiza rəyinin nəticə hissəsinin 2-ci bəndində isə “Qeyd edilən xəsarətlərdən başın alın nahiyəsinin əzilmişcırılmış yarası küt əşyanın (əşyaların) təsirindən izahatda qeyd olunan xx.xx.2020- ci il tarixdə əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlərin, eləcədə qızlıq pərdəsində olan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 istəyi olmadan onunla təbü yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilərdi" deyə qeyd edilmişdir. Ona təqdim olunmuş rəyin nəticə hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, “Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sol təpə-gicgah nahiyəsinin əzilmiş cırılmış yarası müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni Zərərçəkmiş şəxs1 yıxılaraq baş nahiyəsinin sobaya dəyməsi nəticəsində, digər xəsarətlər isə insan bədəninin hissələrinin təsiri nəticəsində fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 İstəyi olmadan onunla təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilməsi istisna olunmur. Ekspert rəyinin nəticə hissəsinin 3-cü bəndində isə “Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sol təpə-gicgah nahiyəsinin əzilmiş cırılmış yarası Zərərçəkmiş şəxs1 yıxılaraq baş nahiyəsinin sobaya dəyməsi nəticəsində, digər xəsarətlər İsə insan bədəninin hissələrinin (əl, ayaq, cinsiyyət orqanı, və s.) təsiri nəticəsində əmələ gələ bilərdi” deyə qeyd olunmuşdur. Rəylər arasındakı daha bir fərq isə ekspert rəylərinin 3-cü səhifəsindəki möhür verlərinin fərqli olması və onlara təqdim olunmuş rəydə AR SN-nin MTE və PA birliyi Publik hüquqi şəxsin Ağstafa rayonlararası şöbənin rəisi Nizami Rəhimovun imzasının olmamasına baxmayaraq eyni tarixli eyni saylı (xx.xx.2020-ci il, 137 saylı) rəydə isə Nizami Rəhimovun imzasının olmasıdır. İşdə eyni tarixli eyni saylı (xx.xx.2020-ci il, 137 saylı) iki ekspert rəyinin və onlar arasında əhəmiyyətli fərqin olması ilə bağlı təkrar məhkəmə-tibbi ekspertizası keçirilməsi ilə bağlı yuxarıdakı məzmunda vəsatət verilmiş, ekspertlərin məhkəmə iclasında dindirilməsi ilə həmin rəylərin qeyri-mötəbər olması açıq-aşkar göründüyü halda, məhkəmə tərəfindən vəsatət heç bir səbəb göstərilmədən rədd edilmişdir. Ekspert rəyləri ilə bağlı anlaşılmazlığın aradan qaldırılması üçün ekspertlərin çağırılıb dindirilməsi qərara alınmışdır. 07 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında dindirilmiş X5 özünü təqdim edərək bildirmişdir ki, AR Səhiyyə Nazirliyinin MTE və PA birliyi publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin rəisi vəzifəsində çalışır. Qərar ona daxil olduqdan sonra müayinə olunan şəxslə birlikdə müayinə otağında rəyi o tərtib edir. Onun (Müdafiəçi3) “ikiniz birlikdə müavinə edirsiniz?” sualıına cavab olaraq qeyd etmişdir ki, əlbəttə ikimiz birlikdə, yəni Nizami Rəhimovla o rəyi birgə tərtib edirlər. Onun (Müdafiəçi3) ekspertə müraciətlə dediyi “siz deyirsiniz ki, ekspert rəylərindən birində İmzanın olmaması təhqiqatçının səhvidir bəs rəy birgə tərtib olunmurdu?” Necə ola bilər ki, birinizin imzası olsun digərinizin yox. Bu suala cavab ekspert tərəfindən sadəcə sağa və sola baxılmaqla sükunətlə qarşılıq verilmişdir. Onun (Müdafiəçi3) ekspertə verdiyi “necə müəyyən etdiniz ki, Zərərçəkmiş şəxs1 təbii yola cinsi əlaqədə olmaq istəməyib1' sualına cavab olaraq, qızlıq pərdəsinin tamlığının pozulmasını bildirmişdir. Onun (Müdafiəçi3) ekspertə “hardan bilirsiniz ki. bu pozulma öz istəyi olmadan olub? sualına cavabla bildirmişdir ki, xəsarətlərə görə, qançırlara görə. Daha sonra Nurlan Abbasova ünvanladığı “zorlanmava xarakterik xəsarətlər hansılardır” sualına cavab olaraq bildirmişdir ki, kitab üzrə danışsaq boyun nahiyəsində, sinə nahiyəsində, budların arasında olan xəsarətlər zorlamaya xarakterik xəsarətlərdir. Amma bunun klassik olaraq olduğunu söyləmiş, Onun (Müdafiəçi3) “klassik olaraq nə anlama gəlir ?” sualına cavab olaraq bildirmişdir ki, yəni tipik olaraq bu xəsarətlər əmələ gəlir. Onun (Müdafiəçi3) ekspertə ünvanladığı “Təqsirləndirilən şəxs1 üzərində siz ekspertiza apardınız və onun üzərində, əllərində, boynunda, qollarında zorlanan şəxsin yetirə biləcəyi hər hansı bir xəsarət aşkar etdinizmi? Sualına isə xeyr deyə cavab vermişdir. Sadə məntiqlə düşündükdə belə hərkəsə aydın olur ki, əgər bir şəxs zorlanırsa zorlayan şəxsə müəyyən müqavimət göstərir. Zorlayan şəxsin üzərində ən azından müəyyən dırnaq izləri, qançır izləri mövcud olmalı idi. Lakin ekspertin dindirilməsi zamanı vermiş olduğu cavabdan da göründüyü kimi Təqsirləndirilən şəxs1 üzərində heç bir iz aşkar edilməmişdir. Onun (Müdafiəçi3) ona (ekspertə) yenidən verdiyi “bəs necə müəyyən etdiniz və Elladanın öz istəyi olmadan təbii yola cinsi əlaqədə olması qənaətinə gəldiniz? sualına cavab olaraq bildirmişdir ki, “mən sadəcə fikir bildirirəm, orada dəqiqliklə qənaətə gəlmədim ki, o şəkildə olub” deyə bildirmişdir. Daha sonra hakim tərəfindən ona xx.xx.2020-ci il, 137 saylı saylı iki fərqli ekspert rəyi göstərilmiş və hansının doğru olması sorusulmusdur. 3 dəfə soruşuldu və hər üçündə də X18 üzərində Nizami Rəhimovun imzası və möhürü olmayan ekspert rəyinin düzgün olduğunu bildirmişdir. Ekspertlərin hər ikisinin çağırılmasına baxmayaraq, Nizami Rəhimov məhkəmə iclasına gəlmədiyindən onun barəsində məcburi gətirilmə barədə qərar çıxarılmışdır. 28 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında dindirilən X20 təqdim edərəkbildirmişdir ki, AR Səhiyyə Nazirliyinin MTE və PA birliyi publik hüquqi şəxsin Ağstafa rayon şöbəsinin rəisi vəzifəsində çalışır. Ona ünvanlanmış “təqsirləndirilən şəxsləri müayinə etdiniz?” sualına, xeyr olaraq cavab vermişdir. Qızı gətirdilər, baxıb nə yazmışdılarsa, imzaladığını bildirmişdir. Mənim ona ünvanladığım “Nurlan həkim təsdiq etdi ki. imzasız olan rəv düzgündür bununla bağlı nə deyə bilərsiniz? sualına, rəyi Nurlan Doktor tərtib edib mən imzalamışam deyə cavab vermişdir. Nurlana 2 rəyin nəyə lazım olduğunu dediyini və günahkarın Nurlan olduğunu bildirmişdir. Ekspertlərin ifadələrindən də göründüyü kimi, ortada iki ekspertiza rəyi var, X18 digər ekspert Nizami Rəhimovun adının qarşısında imza və möhür olmayan ekspert rəyinin düzgün olduğunu bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi də iş materiallarında yer alan mübahisəli ekspert rəyini sübut növü kimi tanımış və bizim tərəfimizdən verilmiş təkrar məhkəmə- tibbi ekspertizasının keçirilməsi barədə vermiş olduğumuz vəsatətimizi təmin etməmişdir. Yuxarıda göstərilmiş bütün şahidlər hadisənin ən əvvəlindən axıra kimi onu bilavasitə görmüş və müşahidə etmiş şəxslərdir. İfadələrə diqqətlə nəzər yetirdikdə görünür ki, bu hadisədə heç bir cinayət tərkibi olmamış, iki şəxs evlənmək məqsədilə qoşulub Bakı şəhərinə qaçmış və orada evlənmək məqsədilə könüllü olaraq cinsi əlaqədə olmuşlar. Adam oğurluğu ilə bağlı bütün xüsusatlar şahid ifadələri ilə birmənalı rədd olunduğundan, zorlamaya münasibətdə hər hansı bir şahid olmadığından. Ellada və Elvin arasında olan cinsi əlaqənin könüllü və ya könülsüz olmasını sübut etmək yalnızca mötəbər sübutlarla mümkün ola bilərdi, Hazırkı işdə isə görünür ki, zorlama ilə bağlı yalnızca Zərərçəkmiş şəxs1 sonradan fikrini dəyişdirərək verdiyi ifadə vardır. Yuxarıda sadaladığı hallara görə də ekspert rəyi birmənalı olaraq mötəbər sübut kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxs1 öz iradəsilə könüllü olaraq gəlməsini və könüllü olaraq cinsi əlaqədə olmasını dəfələrlə deməsinə baxmayaraq, istintaq orqanı Təqsirləndirilən şəxs1 adam oğurlamaqda və zorlamaqda ittiham etmiş, bu ittiham da məhkəmə tərəfindən heç bir əsas olmadan təsdiq edilmişdir. Zərərçəkmiş şəxs1 ifadələrində qeyd edir ki, guya Təqsirləndirilən şəxs1 qorxduğu üçün onunla könüllü olaraq gəlməsini bildirmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının ən təhlükəsiz yerlərindən birincisi DİN-nin inzibati binalarıdır, orada Elladanın qorxmasına heç bir əsas olmamışdır. Sadəcə anasının və qohumlarının dediklərinə aldanmış və daha sonra yalan ifadə verərək təqsirsiz insanların həbsə düşməsinə səbəb olmuşdur. Cinayət işində olan 20 avqust 2020-ci il tarixli “Zərər çəkmişi dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 özü etiraf edir ki, hadisə baş verən günü, yəni 8 mart 2020-ci il tarixdə işdən çıxan zaman Təqsirləndirilən şəxs1la telefon zəngi vasitəsilə əlaqə saxlamışdır. X21 küsmüş və onunla danışmaq istəmirdisə, hadisədən az əvvəl telefonla danışması kifayət qədər şübhə doğurur və onların birgə plan üzrə hərəkət etməsi ehtimalını artırır, 20 avqust 2020-ci il tarixli zərər çəkmişi dindirmə protokolunda Zərərçəkmiş şəxs1 bildirir ki, 07 mart 2020-ci il tarixində aptekdə olarkən, Elvin ona 8 mart Beynəlxalq qadınlar günü münasibətilə qızıl boyunbağını öz işçisi vasitəsilə təqdim etmişdir. Elvinə hədiyyəni qəbul etməyəcəyini bildirmişdir. Sual olunur ki, əgər Ellada Elvini sevmirdisə və onun hədiyyəsini qəbul etmək niyyəti yox idisə, niyə hədiyyə alan kimi qızıl boyunbağını həmin an geri qaytarmayıb? İş yerlərinin yaxın olmasını nəzərə alaraq, boyunbağını geri qaytarmağın çox asan olduğunu yəqin ki, hər kəs anlayar. Bunlar Elladanın boyunbağını geri qaytarmaq niyyətinin olmamasına və dolayısı ilə Elvinlə birgə plan üzrə hərəkət etdiyini göstərir. Hesab edir ki, məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən Elvinlə Elladanın arasında olan SMS yazışmalarına, özəl günlərdə bir-birilərinə aldıqları hədiyyələrə, Elladanın alnına tikiş atan Vaqif həkimə yalan söyləməsinə, Tovuzdan Bakı şəhərinədək avtomobildə sakitcə oturan Elladanın guya qaçmaması üçün Elvin tərəfindən əllərinin tutulmasına, yolda təbii ehtiyaclarını qarşılamaq üçlin sanitar qovşağına gedən Elladanın yanındakı insanlardan və ümumiyyətlə 450 km-lik yolda heç bir YPX postundan yardım istəməməsinə, Mustafa adlı sürücünün Elvinlə Elladanın arxa oturacaqda ər- arvad kimi mehriban davranmalarına və təhqiqatçı Şahid5, Cəsarət və Nailə Nağıyevlərin ifadələrinə verilmiş yanlış hüquqi qiymət müvəkkilinin adam oğurluğu cinayətini törətməsində, Elvinlə Elladanın evlənəcəkləri ümidi ilə ər-arvad münasibətlərinə girmələrinə verilmiş yanlış hüquqi qiymət isə zorlama cinayətini törətməsində təqsirləndirilməsinə gətirib çıxarmaqla hüququn bütün prinsiplərini alt-üst etməkdədir. Baş vermiş hadisədə heç bir cinayət tərkibinin mövcud olmadığına görə təqsirləndirilən şəxslərə birmənalı olaraq bəraət istəyirlər. Əgər hadisə ittiham tərəfinin dediyi kimi, yəni Təqsirləndirilən şəxs1 və digərləri Zərərçəkmiş şəxs1 zorla qaçırdığını fərz etsək belə, CM-nin 144-cü maddəsinin qeyd hissəsinə görə, əməllərində başqa cinayətin tərkibi olmayan (zorlama cinayəti ümumiyyətlə mübahisəli iki ekspert rəyinə görə öz təsdiqini tapmır) və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Yəni fərz etsək ki, doğrudan da zorla adam qaçırılma halı mövcud olmuşdursa, Təqsirləndirilən şəxs1 könüllü olaraq Zərərçəkmiş şəxs1 ilə Binəqədi Rayon Polis İdarəsinə gəlməsi onu könüllü azad etməsi kimi başa düşülməlidir. Könüllü azad etmə dedikdə, təqsirkarın həmin şəxsi saxlamaq imkanı olduğu halda, onu azad etməsi başa düşülür. Yuxarıda yazılanlar göstərir ki, Zərərçəkmiş şəxs1 ailə qurmaq məqsədilə könüllü olaraq Təqsirləndirilən şəxs1la birgə getmiş və könüllü olaraq Elvinlə cinsi əlaqədə olmuşdur. Sadəcə qurduğu plan pozulduğundan anası və atasına qarşı gəlmək istəmədiyindən onların təkidi ilə hərəkət etməkdə və xəyalını qurduğu yuvasını qurmadan dağıtmaqdadır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli hökmünün məhkum Təqsirləndirilən şəxs3 münasibətdə CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilərək ona təqsirli bilindiyi maddənin sanksiyasi həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs3 baş vermiş hadisədən peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirici hal qismində nəzərə almaqda haqlı olmamışdır. Belə ki, “səmimi peşmançılığın” anlayışı CMin 72.1-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi verilmişdir. Məhkəmə baxışında tədqiq edilən sübutlardan görünür ki, təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməl böyük ictimai təhlükə törətməyən cinayət deyil, ağır cinayətlər kateqoriyasına aid olan əməldir. Habelə, onun hərəkətlərində həmin maddədə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi, könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılamasına fəal köməklik göstərmə kimi hallar yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümum davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yalnız cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını və şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Göründüyü kimi məhkəmə cəza təyini zamanı yüngülləşdirən halları sadalmaqla kifayətlənərək, açıq-aydın ədalətsiz olan yüngül cəza təyin etmişdir. Məhkəmənin hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün «Təqsirləndirilən şəxs3 CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi» hissəsini ləğv edib, ona CM-nin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi CMnin 144.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs3 barəsində CM-nin 62-ci maddəsini düzgün tətbiq etməmiş, təqsirləndirildiyi maddəyə münasibətdə olduqca yüngül cəza təyin etmiş, CPM-nin 399.1.5-ci maddəsinə əsasən ona təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CMnin 144.2.3-cü maddəsinin sanksiyasında 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasına baxmayaraq, birinci instansiya məhkəməsi ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə kifayətlənmişdir. Halbuki, onun törətmiş olduğu cinayət əməlinə görə daha yüngül cəza təyin etmək üçün əsas olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 1(101)-104/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə və protestinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadə verərək bildirmişdir ki, Elvini çoxdan, yəni 4-5 ilidir ki tanıyır, yaxın münasibətləri olub, Ellada xanımla aralarında olan münasibətdən xəbərdar idi, yəni bilirdi ki, aralarında sevgi münasibətləri var. Telefon danışıqlarına şahid olsa da, daha dərin, yəni öz aralarında, telefon danışıqlarında nə danışdıqlarını bilmirdi. Sonradan elə oldu ki, o, bibisi oğlunun toyu ilə əlaqədar olaraq Elvinin yanına saçını kəsdirməyə gəldi, sonra toya getdi. Toy 4-də başladı. Toyda iştirak etdikdən sonra, axşam 20:00 iradələrində toydan çıxdı. Valideynləri də orada iştirak edirdi. Toydan çıxanda məqsədi marketdən siqaret alıb evə getmək idi. Market evlərinə yaxın, Elvinin işlədiyi yer tərəflərdə idi. Toyda “Nərmin” şadlıq sarayında idi, 400-500 metr məsafəsi olardı. Toydan çıxıb Elvinin işlədiyi yerin yanındakı “Ailə” marketdən siqaret almağa getdi. Orda Elvinlə görüşdü, həmçinin Günerlə Rövşən də orda idi. Ona Elvin olanları izah elədi. Həmçinin, onu da bilirdi ki, Elvingil elçi getmişdilər, amma veməmişdilər, narazılıq var idi, Şəlalə xanım buna qarşıydı. Elvin onlara bildirdi ki, Ellada xanım ondan onu qaçırtmağını istəyir, elə bir səhnə yaranmalıdı ki, Şəlalə xanım Elvinin qızını zorla qaçırtdığını başa düşsün. Sonra onları inandırdı ki, xanımın öz razılığı var. Onları buna əmin etməsəydi, o, heç bir halda bu addımı atmazdı. Məlumdur ki, o da ali təhsillidir, yəni ən azından elə bir addım atmaz. Elvin onları əmin etdikdən sonra, dedi ki, “sən Rövşənlə gedib yarana biləcək hər hansı münaqişənin qarşısını almaq məqsədi ilə həmin ərazidə olarsınız”. Onlar həmin ünvana maşınla yox, piyada hərəkət etmişlər, Günərlə Elvin isə maşınla gedirdi. Şəlalə xanımgilin yaşadığı ərazidə Elvinin iş yerinə yaxın idi. Həmçinin Şəlalə xanımın iş yeri, Ellada xanımın iş yeri yaxın idi, aptekdə işləyirdi. Ora gedib küçənin ayağına çatanda Rövşənlə gördülər ki, qadın qışqırtısı səsi gəlir. Maşını, nömrəsini və ya heç nəyini görmədilər, sadəcə arxa işıqlarını gördülər. Maşın üzü yuxarı onlara tərəfə hərəkət elədi. O zaman təxmin elədilər ki, burda nəsə narazılıq var, gələn Şəlalə xanımın səsidir. Sonra geri qayıtdılar. Onların evdə həmin vaxtlar kirayədə yaşayırdılar. Şəlalə xanımgilin küçəsinə demək olar ki, qonşu küçədi. Evə getdikdən sonra, evdəkilərə bu barədə heç nə demədi. Onun iştirakı bu qədər oldu. Şəlalə xanım bildirir ki, guya ona hər hansısa zor tətbiq etmiş, onu yıxmışdır, lakin elə bir hal olmayıb. Yəni onun tərbiyəsində bu yoxdur, o, elə şeyləri həmişə qınamışdır. Həmçinin səhhəti də buna imkan vermir, mən onkoloji qeydiyyatdadır və xəstədir. Evə gəlmiş, məsələ də elə qalmışdır. Elvinlə bircə dəfə telefon əlaqəsi yaratmış, Elvin də ona hər şeyin qaydasında olduğunu, heç bir narahatçılıq olmadığını demişdir. Bir gün keçdikdən sonra, Şəlalə xanımın oğlu Elçin ona zəng vurmuşdur. Onu da qeyd edir ki, dəfələrlə Elvin, o, Elçin çay içmişlər, hətta Elçinin bu münasibətdən xəbəri var idi, normal da qarşılayırdı. Elçin ona zəng vuranda Elvinin harda olduğunu soruşdu, o da bilmədiyini demişdir. Həqiqətən də bilmirdi. Elçin ona Elvinin bacısını qaçırdığını bildirərək Elvinin ünvanına qarşı təhqirəramiz ifadələr yağdırdı və ona kömək etməyini istədi. Bir gün keçdikdən sonra, ayın 10-u günü onu (Vasifi) şöbəyə çağırmışlar, şöbədə demişlər ki, Şəlalə xanım qızını qaçırdığına görə şikayət edib. Ondan sonra, müəyyən prosedurları, hansı ki, əlaqələri falan hamısını şöbədə öyrənmiş, ona qədər xəbərim olmamışdır. Onu da qeyd edir ki, Şəlalə xanım əgər onu orada görmüşdüsə, ona təziq etmişdisə (Vasif), aralarında 10 dəqiqəlik məsafə var idi, Şəlalə xanım gecə ilə onların evinə gələr, Elvinin yerin soruşar və ya heç olmasa Elçin telefonda ondan kömək istəməzdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, məqsədli şəkildə getməmiş, sadəcə nəsə dava-dalaş olsa, aralamaq, xoşa gəlməz hadisə baş versə, qarşısını almaq məqsədiylə getmiş, qərəzli münasibətləri olmamış, normal münasibətlər var imiş, belə ki, həm bir kəndli olmuş, həm də Şəlalə xanımın oğlu ilə də münasibətləri olmuşdur. Orada nə o Şəlalə xanımı, nə də Şəlalə xanım onu görməmişdir, görmədiyi insana necə xəsarət yetirsin. Sadəcə sonra Şəlalə xanım onu gördüyünü iddia eləmişdir. Şəlalə xanımın niyə elə iddia etdiyi ona da naməlumdur. Həmin günü Günəri bərbərxanada görmüş, gecə toydan çıxıb bərbərxanaya gələndə görmüş, hadisədən sonra isə görməmişdir. Rövşən orda onunla eyni ifadə vermiş, lakin sonra nə oldusa ifadəsini dəyişmişdir. Düzdür, ona da müəyyən təkliflər olunmuşdu ki, istintaqa kömək eləsə, ona istintaq dövründə çöldə olmaq imkanı veriləcək. Təbii ki, o, bununla razılaşmadı. Ona görə ki, olan bir şeyi necə varsa elə də etiraf etmişdi. O, şikayət də daxil olmaqla qalan hər şeyi şöbədə öyrənmiş, Şəlalə xanım qızının qaçırılması ilə bağlı onu şöbədə görmüş, hətta onu görəndə təccüblənmiş, o gələndə küçə qaranlıq olduğundan hadisəni görməmişdir. Bərxananın qabağından ora getməyə normal yeriş ilə 5-6 dəqiqə, avtomobillə isə 2-3 dəqiqə vaxt lazımdır, əgər bu məsafə yaxın idisə, zərər çəkmişlər işə niyə maşınla gedib gəldiklərini bilmir. Onlar ora biraz tez və Elvinin onlara deməsinə görə getmişlər, başqa məqsədləri yox idi. Rövşən onla birlikdə idi, onlar ordan ikisi də bir qaçmışlar. O, evinə getmiş, Rövşən isə taksi ilə getmişdir. Səsləri onlarda elə qorxu yaratdı ki, bildilər ki, orada nəsə narazılıq var. O zaman maşın hərəkət edirdi artıq, kömək edə bilməzdi, həmçinin də həmin vaxt o ağlına gəlmədi. Apellyasiya instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadə verərək bildirmişdir ki, rayona gecə çatmış, səhər Elvin zəng elədiyindən onun yanına getmişdir. Elvinlə oturub söhbət etmiş, o isə Elladanı qaçırmaq lazım olduğunu demiş, elə bu zaman Vasif gəlib çıxmış, Vasiflə də Elladanı qaçırtmaq barədə danışıb razılığa gəlmişlər. Burda hər bir şey onun boynuna atılır, Rövşən onun üzünə durmuşdur ki, Vasif deyir maşının arxa işığından görüb. Lakin onun maşınının arxa işığı işləmirdi. Elvinin iş yerinin qabağında idilər, Elvin maşının arxasında, Vasif isə qabaqda oturmuş və beləcə hadisə yerinə getmişlər. Rövşən orda öz VAZ-21006-sı ilə qabaqcadan getmişdir. Küçədə Ellada xanımgil maşından düşüb, küçəyə dönmüşlər, o isə onların qabağına keçib maşını saxlamış, lakin o maşından düşməmiş, Vasiflə Elvin isə düşmüşlər. Bir müddət keçmiş, Elvin Ellada xanımı gətirmiş, həmçinin səs-küy gəlmişdir. Maşında da Ellada xanım səsküy salmış, yolda gedəndə Ellada xanım qapını açmış, onlar isə örtmüşlər. Elvin yolu göstərmiş və onun babasıgilə getmişlər. Ora gedəndə Vasif maşından düşüb getmişdir. Onlar Tovuz rayonunda ifadəni verəndən sonra, Faiq müəllim, Murtuz müəllim gəlmiş, yanlarında da bir dənə əməkdaş olmuş, ilkin ifadə necə var idi, olduğu kimi də vermişdir. Elvinin əmisi oğlu Natiqlə Tovuzun rəisi dost olmuşlar, ona görə Faiq müəllim və Murtuz müəllim onların ifadələrini oxumuşlar, Faiq müəllim orda onun verdiyi ifadəni oxumuş, “belə ifadəmi vermək olar, qızı məcbur qaçırtmısan” deyib. Onun izahatını dəyişdirmiş, və onun dediyi kimi yazmasa, onu (Günəri) tutacaqlarını demişdir. Hələ ilk olaraq Rövşənə, Vasifə və ona da deyirdi ki, Günərlik burda heç bir şey yoxdu, sürücü rolunu oynayıb, sizin işiniz yoxdur. Sonra buna görə ifadəsini dəyişmişdir. Lakin o, ilk verdiyi ifadəni kimə desə, deyirdilər ki, gərək dəyişməyəydin. Onun birinci vəkili Faiq müəllim olub. Prokurorluqda da Faiq müəllimin vəkili olmağını qoymadılar. Kürdəxanada olanda ilk verdiyi ifadəni poçtla yazıb Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəmiş, hadisə necə olmuşdusa, yazmış, Faiq müəllimin dəyişdiyini qeyd eləmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elvini babasıgilə düşürəndən sonra, evə getmiş, səhərisi günü ona zəng olunaraq şöbəyə dəvət edilmiş, ora gedib maşını da təhvil vermiş, sonra Kürdəxananıda olanda valideynləri dedi ki, “sən evin yerini niyə düzgün deməmisən?”. O isə demişdir ki, o, evin yerin düz göstərmiş, belə ki, ona Elvin haranı göstərmişdisə, onları ora da düşürmüş, sadəcə, istintaq zamanı Şəlalə xanımgil evin yerini başqa yer göstəriblər. Ellada xanım maşında aparanda deyirdi ki, “niyə belə elədin, Elvin? Sənə nifrət edirəm”. Elladanın maşından düşməyinə maneə olmuş, lakin bunu ona bir şey olmaması məqsədi ilə elə etmiş, Ellada anasına zəng etmək istəyəndə, telefonu əlindən almamışdır. Məktubları çıxardıb, onlara (Müdafiəçi3) vermiş, birdə Elvinlə bərabər 101 qızılgül almışlar. Apellyasiya instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadə verərək bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yaşayıb və Tovuz rayonunun Aşağı-Quşçu kəndində bərbər işləyib. Bərbər işlədiyi obyektin yanında “Gül salonu və avtomobillərin bəzədilməsi” işləri ilə məşğul olan ticarət obyekti var. 2018-ci ilin yay aylarında onun işlədiyi bərbərxananın yaxınlığındakı aptekdə işləmək üçün bir xanım gəldi, o da həmin qızı gördükdən sonra qız onun xoşuna gəlməyə başladı, əvvəlcə o, qızın adının “Ela” olduğunu öyrəndi, çünki rəfiqələri qıza “Ela” deyə müraciət edirdlər. O sonradan qızın adının Ellada olduğunu öyrəndi, əvvəlcə gedib qızla danışsa da, qız razı olmadı, o da sonra heçnə demədi. Sonra tez-tez qızın onun işlədiyi yerə baxdığını görüb 2018-ci ilin yay aylarında qıza heç bir söz demədən qızın rəfiqəsi Təranəyə Elladaya deməsi üçün, Elladaya elçi göndərəcəyini bildirmişdir. Bundan sonra Elladanın valideynlərinin yanına elçilik üçün anası və xalasını göndərdi, Elladanın valideynləri anası və xalasından onların ailəsini öyrənmək üçün vaxt istədi və bir neçə gündən sonra qızın da razılığının alınmasından sonra xeyir-dua verəcəklərini bildirdilər. Elladaya aptekdə yaxınlaşıb Elladaya onun üçün elçilik etdiyini, bu işdə onun da fikrinin vacibliyini dedi, Ellada da ona “evlənmək fikri yoxdur” dedi. Elladadan soruşdu ki, “sənin evlənmək niyyətinin olmamasına səbəb nədir?” Bu zaman Ellada bildirdi ki ”heç kimə inanmır”, o da həmin vaxt apteki tərk etdi və Elladaya onu inandıracağını dedi. Elladanı narahat etməmək üçün bir müddət aptekə getməmişdi, lakin sonradan Elladanın onun işlədiyi bərbərxanaya tərəf baxdığını müşahidə etdi, bundan sonra o Elladanın işlədiyi aptekə getdi. Elladadan ona qarşı fikrinin dəyişib-dəyişmədiyini soruşdu, bu zaman Ellada gülə-gülə Elvinə fikrinin dəyişmədiyini bildirdi. O da həmin vaxt öz ailəsi haqqında və gələcək planları haqqında Elladaya danışdı, onun niyyəti özü haqqında Elladaya məlumat verərək, Elladadan ona qarşı real fikir yaratmaq idi. Elvinin Ellada ilə bu tipli söhbətləri bir neçə dəfə oldu, hətta Ellada ondan “sevgilisinin olub-olmamasını” da soruşdu. Elvin əvvəllər sevgilisinin olduğunu, lakin ciddi münasibət bəslədiyi yeganə şəxsin Ellada olduğunu dedi. Bundan sonra aralarında münasibətlər istiləşməyə başladı. Bir müddət Elvin Ellada ilə işlədiyi aptekin telefonu ilə əlaqə saxlamışdı. Bir neçə ay müddətində Elvin Ellada ilə aptekin mobil telefonu ilə danışmışdır. Lakin sonradan aptekdə olan telefonla danışan zaman Elladadan nömrəsini istəmişdir və artıq darıxdığını və evə gedərkən də Ellada ilə danışmaq istədiyini bildirmişdi. Bu zaman Ellada da onun fikirləri ilə razılaşmışdı və ona ***-***-**-** nömrəsini əlaqə saxlamaq üçün vermişdi və o, hər gün Ellada ilə mobil telefonla danışırdı, bundan başqa Ellada ilə bir-birlərinə sevgi məzmunlu mesajlar da yazmışdılar. Ellada ilə mesajlar zamanı Ellada onunla evlənmək niyyətinin olduğunu və Elvini sevməyini açıq-aşkar bildirdi. O da həmçinin Elladanı sevdiyini və onunla ailə qurmaq niyyətinin olduğunu bildirən mesajlar yazmışdı. Elvin Ellada ilə mobil telefonla danışan vaxt dəfələrlə Elladaya bildirmişdir ki, onun üçün qohumlarını elçi göndərmək istəyir. Ellada isə Elvinə bildirdi ki, “tələsmə, ailəmi razı salım, ondan sonra elçi göndərərsən”. Hətta anası da bir neçə dəfə Elladaya elçi getmək istədi, lakin Elladanın ailəsi narazı olduğu üçün o, anasının elçi getməsinə qarşı çıxdı. Elvin Ellada ilə sevgili olduğu müddət ərzində ona müxtəlif hədiyyələr almışdır. 31 dekabr 2019-cu il tarixində o, Elladanın yeni ilini təbrik etmək üçün ona 101 ədəd qızılgül alıb hədiyyə etmiş, hətta bu hədiyyəni aptekdə Elladaya özü şəxsən vermişdi. Bundan başqa müxtəlif vaxtlarda Elvin Ellada və anasına dondurma, 11 ədəd qızılgül hədiyyə etmişdi və həmin gülləri işçi Gülbəniz vasitəsilə göndərmişdi. 14 fevral 2020-ci il tarixində “Müqəddəs Valentinsevgililər günü” münasibətilə bir ayı balası hədiyyəsi və gül buketi hədiyyəsi almışdı. Həmin hədiyyəni də Elladaya işlədiyi aptekdə özü hədiyyə edib. 2020-ci ilin fevral ayında da Elvinlə Ellada arasında sevgi münasibətləri davam etdi. Elladaya aldığı hədiyyələri Ellada evə aparmamışdı. Ellada səbəb kimi valideynlərindən qorxduğunu dedi. 2020-ci ilin mart ayının 3-də Elladaya aldığı ayı balası hədiyyəsini Elladanın anası Şəlalə azyaşlı uşaq vasitəsilə qaytardı. Lakin o həmin vaxt bərbərxanada olmamışdı. Hədiyyəni də işçisi Rövşanə qəbul etmişdi. 04 mart 2020-ci il tarixində Elladanın atası Mürsəl onun yanına gələrək, “bizim küçədə nə gəzirsən” dedi, o isə bildirmişdir ki, “sizin qızınızı sevirəm”, Mürsəl isə cavabında “qızım səni sevmir”, o isə “qızınız istəmir yoxsa siz istəmirsiniz”, demiş, Mürsəl isə cavabında bildirdi ki, “mən istəmirəm”. Bundan sonra Mürsəl qəzəblə “neyniyəcəksən?” dedi, o da Mürsələ qapısının ağzında yatacağını dedi. Mürsəl də bildirdi ki, “yatma mənim qapımın ağzında”, o isə “azca aşağıda yataram” deyə ifadə işlətmişdi. Bundan sonra Mürsəl öz evinə getdi. Elvin həmin vaxt Ellada ilə mobil telefonla danışan zaman Ellada bildirdi ki, “mən nə səndən keçə bilirəm, nə də onlardan keçə bilmirəm”, 05 mart 2020-ci il tarixində gecə saat 03 radələrində o, Elladanın yaşadığı evin bağ sahəsinə daxil olub və orada Ellada ilə görüşmüşdü. Görüşlərin təşəbbüskarı Elvin olmuşdu. Görüş zamanı Ellada ilə arasında olan sevgi münasibətlərini və Elladanın valideynlərinin narazılığının səbəblərini müzakirə etmişdilər. Elvin Elladaya onu başqa oğlanla evləndirmək istəsələr, nə qərar verəcəyi barədə soruşdu. Ellada bildirdi ki, “özümü öldürərəm, başqasına getmərəm”. Həmin vaxt Ellada Elvindən başqasını sevməyəcəyini bildirdi. Bundan sonra isə onlar ayrıldılar və o, öz yaşadığı evinə getdi. 08 mart 2020-ci il tarixinədək Elvin Ellada ilə mehriban formada mobil telefonla danışmışdı. Elvin mart ayının əvvəllərində Elladanın atasının onunla Ellada arasında sevgi münasibətlərinin olmasından xəbərdar olmasından sonra Ellada ilə qovuşmağın yollarını fikirləşirdi. Elladanın Elvinlə birgə qaçmağı barədə mobil telefonla danışan vaxt razılaşmışdılar. Ellada həmin vaxt Elvinə bacısının qaçırılması zamanı ailəsi ilə bacısını qaçıran oğlanın ailəsi arasında 7 ay müddətində problemlərin olduğunu, bundan başqa dayısı oğlunun qız qaçırtdığını və buna görə də dayısının öz oğlu ilə münasibətlərini kəsdiyini bildirdi. Həmçinin qeyd etdi ki, onlarda qız qaçırılmasına qarşı bu cür neqativ münasibət var. Həmçinin, bu cür hadisələr zamanı qaçırılan(qaçan) qız və ya qız qaçıran oğlanla bütün qohumlar münasibətlərini kəsdilər. Bundan başqa, Ellada ailəsində də bu cür problem olduğunu dedi. Ellada Elvinə mobil telefonda bildirdi ki, “məni tək qaçırtsan, ailəm məni bağışlamayacaq, lakin məni atamın və ya anamın yanında qaçırtsan, məni ailə üzvləri sırasından çıxarmayacaqlar, yəni mənim zorla qaçırılmamı ailə üzvlərim görməlidirlər”. Hətta həmin gün işçi Rövşanə ilə Elladaya hədiyyə aldığı qızıl boyunbağını göndərmişdi. Rövşanə hədiyyəni aptekdə Elladaya təqdim etmişdi. Elvin 07 mart 2020-ci il tarixində hədiyyəni Elladaya çatdırandan sonra Ellada ilə mobil telefonda danışan zaman 08 mart və ya 09 mart 2020-ci il tarixində onu qaçıra biləcəyini bildirdi. 08 mart 2020-ci il tarixində axşam saat 20 radələrində Ellada zəng edərək, “anam ilə gedirik, məni qaçırda bilərsənmi” demiş, sonra Elladanı qaçırtmaq məqsədilə Elladanın yaşadığı küçəyə dostu Günərin VAZ-2107 markalı avtomobili ilə getmişdilər. Elladanın qaçırılmasını həmin gün bərbərxanasında dostları Günər, Vasif və Rövşənlə planlaşdırmışdı. Elvin onlara bildirmişdi ki, “yengəniz deyir ki, gəl məni qaçırt, mən gedirəm onu qaçırtmağa”. Elvin) Vasif və Rövşənə həmin gün küçədə onların Ellada ilə qaçmalarına mane ola biləcək adamların qarşısını almağı həvalə etmişdi. Onlar da bildirmişlər ki, “narahat olma sən dediyin vaxt orda olacağıq”. 08 mart 2020-ci il tarixdə işlədiyi bərbərxanada o, dostlarına hansı iş görəcəklərini izah etmişdi. Əvvəlki kimi Vasif və Rövşənin Elladanın qaçırılma vaxtı kənar şəxslərin müdaxiləsinin qarşısını almaq, Günərin avtomobili ilə isə Elladanı qaçırtmaq vəzifəsi üzərlərinə düşmüşdü. Vasif və Rövşən Elvindən qızın razı olub-olmadığını soruşmuşdu, o da qızın razı olduğunu bildirmişdi. Bundan sonra hər iki şəxs bərbərxananı tərk edərək Elladanın yaşadığı evin qarşısına getmişdilər. Elladanın iş yerinin yaxınlığına gəlmişdi və həmin vaxt Elladanın anası ilə taksiyə əyləşib evlərinə tərəf getdiyini gördükdə bir anlıq təəssüflənmişdi. Lakin Günərin avtomobili ilə Elladanın əyləşdiyi avtomobili təqib etmişlər. Avtomobil Elladanın yaşadığı evin küçəsinin tinində dayanmışdı. Ellada ilə anası avtomobildən 50 metr uzaqlaşdıqdan sonra Günər avtomobil ilə Elladanın və anasının hərəkət etdiyi küçəyə daxil oldu. Günər avtomobil ilə Ellada və anasının yanından ötmüş və saxlamış, o isə həmin vaxt avtomobildən düşmüşdür. Hava qaranlıq idi. Ellada onu görən kimi qaçmış, o isə Elladanın arxasınca qaçmış, lakin Ellada qaçan zaman yıxılmış, o da həmin vaxt Elladaya ilişib yıxılmışdı. Bundan sonra isə Elladanı qucağına alıb avtomobilə əyləşdirmiş, bu zaman Elladanın anasının qışqırdığını eşitmiş, lakin Günər avtomobili sürüb ərazidən uzaqlaşmış, Ellada isə avtomobildə olan zaman avtomobilin qapılarına bir neçə təpik zərbəsi endirmiş, bu zaman o, Elladaya artıq evlərindən uzaqlaşdığını bildirmişdir. Ellada ilə qaçan zaman Vasif və Rövşənin həmin yerdə olduqlarını görməmişdir. Bundan sonra Ellada sakitləşmiş, sonra o, Elladanı dayısı Təhmasibin Avaztəpədə olan evinə aparmışdı. Həmin vaxt qapını dayısı Təhmasib açdı, Günər həmin vaxt avtomobili həyətə sürdü. Elvin dayısı ilə görüşüb, dedi ki, “qız qaçırtmışam”. Bu zaman dayısı ona bildirdi ki, “qızın özümü gəlib?”, Elvin də qızın özünün razılığı ilə gəldiyini bildirdi. Bundan sonra isə Ellada avtomobildən düşdü, həmin vaxt dayısı Təhmasibin evində Təhmasibin özü, arvadı Roza və azyaşlı uşaqlarından başqa heç kəs olmamışdı. Dayısı həmin vaxt onlara evin ikinci mərtəbəsinə getməyi təklif etmiş, o da Ellada ilə birlikdə dayısına məxsus ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinə qalxmışdı. Elladanın otağa keçməyini təklif etmiş, otaq qaranlıq olmuş, Elladaya otağın işığının haradan necə yandırmaq lazım olduğunu deyən vaxt Elladanın ayağı yerdə bükülmüş xalçalara ilişmiş və öz müvazinətini saxlaya bilməyib başı qaz sobasına (ceyran peçinə) dəymişdir. Elvin həmin vaxt otağın işığını yandırdı və Elladanın baş nahiyyəsinin sol tərəfindən qan axdığını gördü. Bu zaman TTTY-da feldşer işləyən Anar adlı şəxsi çağırmış, Anar isə Elladanın yarasının tikilməli olduğunu demiş, bundan başqa Anar “rayon mərkəzində Vaqif adlı həkim var, Elladanın yarasını ona göstərmək lazımdır” demişdir. Elvin, Ellada, dayısının arvadı Roza, Rozanın tanışı, tanımadığı orta yaşlı bir qadın Anarın avtomobili ilə Vaqif həkimin evinə getdilər. Ellada Vaqif həkimin yanında olan zaman o, çöldə gözləmiş, həmin vaxt Vaqifə vermək üçün dayısının arvadı Rozaya 100 manat pul vermiş, Ellada həkimin yanında olan zaman o, vizitkartı üzərində olan tanımadığı taksiyə zəng edərək Bakı şəhərinə getməyi təklif etdi. Bu zaman taksi sürücüsü Mustafa 120 manat pul istədi, lakin o, 100 manat təklif etdi və taksi sürücüsü ilə razılaşdı. Mustafa ondan nə vaxt Bakıya gedəcəyini soruşdu, o isə elə indi Bakıya gedəcəyini bildirdi və olduğu yer barədə məlumat verdi. Elvinin zəngindən 15- 20 dəqiqə sonra Mustafa onun olduğu yerə gəldi. Ellada da həkimin yanından çıxdıqdan sonra Elladaya Bakıya getməyi təklif etdi və Elladanı sürücü tərəfdən taksinin arxa oturacağına əyləşdirdi. Bundan sonra onlar taksi ilə Bakı şəhərinə yola düşdülər. Həmin vaxt Elladanın başında ağrılar oldu. Onlar Tovuz və Şəmkir ərazisində açıq apteklər axtardılar. Elvin təxminən Şəmkir və ya Gəncə şəhəri ərazisində olan apteklərdən birinin yanında taksi sürücüsünə 20 manat pul verdi. Taksi sürücüsü həmin pula ağrıkəsici dərman aldı, lakin Ellada imtina etdi. Bundan sonra taksi sürücüsü yenidən aptekə qayıtdı və bir paçka ağrıkəsici dərman aldı. Bundan sonra yola davam etdilər və Kürdəmir rayonu ərazisində dayandılar, Ellada tualetə getdi. Elladaya həmin ərazidə yerləşən restoranda yemək yeməyi təklif etsə də, Ellada razılaşmadı. Restoranın qarşısında müxtəlif tipli nəqliyyat vasitələri və şəxslər vardı. Ellada ilə avtomobilə əyləşdi və Bakı şəhərinə yola düşdülər. Həmin vaxt Ellada anası ilə danışdı və bildirdi ki, “yaxşıyam, narahat olmayın, qayıdacam”. Elladaya anasına niyə “qayıdacam” sözünü işlətməsi barədə irad bildirdi. Ellada isə anasını sakitləşdirmək məqsədilə belə dediyini bildirdi. Təxminən saat 07 radələrində Bakı şəhərinə çatdılar. Bakı şəhərinə çatanda o, Cəsarətə zəng vuraraq onlara gəldiyini demiş, evinin qarşısında olanda isə Cəsarətin istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub məhəlləyə çıxmasını bildirmiş, Cəsarət məhəlləyə çıxıb Elladanı görüb təəccüblənmiş və onu kənara çəkib nə baş verdiyini soruşmuş, o da Cəsarətə həmin qadının istədiyi qadın olduğunu, qaçırdan zaman yerə yıxılıb xəsarət aldığını demiş, Cəsarət əvvəlcədən onun Elladanı sevdiyini bilmiş, o Cəsarətə qızın könüllü qaçmasını demişdir. Ellada da Cəsarətə könüllü gəldiyini dedi. Bundan sonra onlar Cəsarətin evinə daxil oldular. Cəsarətin arvadı Nailə onları qarşıladı. Elvin Ellada ilə Nailəni tanış etdi, aralarında səmimi söhbət yarandı. Bundan sonra onlar çay içdilər və söhbət etdilər. Bundan bir neçə dəqiqə sonra Tovuz RPŞ-nin əməkdaşı Namiq adlı şəxs onun (Elvinin) mobil telefonuna zəng etdi. Namiq adlı polis əməkdaşı ona bildirdi ki, “hardasan, qızı niyə qaçırtmısan, qızı rayona qaytar, qızın valideynləri buraları dağıdır”. Bu zaman o (Elvin) qızın könüllü gəldiyini dedi və telefonu danışmaq üçün Elladaya verdi və bildirdi ki, “polis əməkdaşıdır, onunla danışmalısan, yoxsa bizi tutarlar”. Ellada onun yanında Namiqlə danışdı və bildirdi ki, “özüm gəlmişəm və telefonu söndürmüşəm”. Bu zaman Elladadan niyə telefonu söndürdüyünü soruşdu, Ellada isə anası ilə danışmaq istəmədiyini bildirdi. Bundan sonra Namiq yenidən ona zəng edib bildirdi ki, “niyə telefona adboy verirsən”. Bundan sonra isə Namiq ona bildirdi ki, qız anası ilə danışmalıdır. Ellada onun yanında anası ilə danışmış və “iş-işdən keçdiyini” bildirmiş və əli ilə işarə edərək otağa keçib telefonla danışmaq istədiyini bildirmiş, Ellada otaqdan çıxdıqdan sonra bildirmişdir ki, “anam mənə dedi ki, iş-işdən keçibmi? Mən də iş-işdən keçib dedim”. Bundan sonra isə anasının huşunu itirdiyini anasının rəfiqəsi Elladaya bildirmişdir. O, həmin vaxt Elladadan hansı səbəbdən bu cür ifadələr işlətdiyini soruşmuş, Ellada isə ona bildirdi ki, onlardan əl çəkmələri üçün belə deyib. Bundan sonra o (Elvin) Cəsarətə 100 manat pul verdi ki, Elladaya paltar alsın. Cəsarət arvadı Nailəni çağırmış, Nailə də Elladadan paltarının ölçüsünü soruşmuş, bundan sonra isə Cəsarət və Nailə paltar almaq üçün evi tərk etmişlər. Ellada ona bildirmişdir ki, “mənimlə cinsi əlaqədə olmasan, məni sənin əlindən alacaqlar”. O da Elladaya bildirdi ki, “gəl cinsi əlaqədə olaq”. Bu zaman Ellada qorxduğunu bildirdi. Bundan sonra Elladanı cinsi əlaqədə olmağa razı salmış və onlar öpüşmüşlər. Bundan sonra o, Elladanın paltarlarını soyundurmaq istəmiş, Ellada ona qapını bağlamağı təklif etmiş və özü soyunmuş və yorğanın altına girmişdir. Onlar cinsi əlaqəda olmuşlar. Həmin vaxt o yorğun idi və çarpayıya uzanaraq yatdı. Bir müddət sonra Ellada onu yuxudan oyatdı və Cəsarətgilin gəldiyini bildirdi. Cəsarətin arvadı Ellada üçün paltar almışdı. Həmin paltarlar Elladanın xoşuna gəlməmişdi. Bu zaman Namiq müəllim zəng etdi və bildirdi ki, “təcili Tovuz RPŞ-yə gəlin”, lakin o, Namiq müəllimə bildirmişdi ki, “qız gəlmək istəmir”. Bu zaman Namiq müəllim bildirmişdi ki, “yaxınlıqdakı polis bölməsinə gedin”. Ellada da onun (Elvinin) fikirləriylə razılaşdı və Binəqədi RPİ-nin 6-cı polis bölməsinə getməyə razılaşdılar. Yolda olan zaman Elladanın başında xəsarəti olduğuna görə yolda Elvin yaylıq almışdı ki, Ellada başına keçirsin və rayon polis bölməsində Elladanın xəsarətini görən olmasın. Binəqədi RPİ-nin 6-cı PB-nə getmişdilər və orada olarkən rayon polis bölməsinin sonradan adını bildiyi təhqiqatçısı Siyafət onunla və Ellada ilə danışmışdı. Siyafətin yanında Ellada könüllü gəldiyini Siyafətə demiş, Siyafət başında olan xəsarəti görüb harada xəsarət almağını Elladadan soruşduqda Ellada qaçarkən maşına tələsik minib xəsarət aldığını dedi. Bölmədə nə onun, nə də Elladanın izahatı alınmışdı. Sonra Elladanın qohumları gəldilər. Həmin vaxtı polis əməkdaşları onu bölmədə ayrı otağa saldılar və orada qohumları ilə nə danışmaları barədə məlumatı olmamışdı. Cəsarət həmin vaxtı çöldə olmuşdu. Bir qədər sonra qızı qohumları aparıb, o isə bir müddət bölmədə qalmışdı. Bölmədən çıxarkən polis əməkdaşları ona demişdilər ki, “xalası Elladanı apardı” amma səbəbi barədə ona bir söz demədilər. Sonra o, Cəsarətlə görüşdü və Cəsarətin sözlərindən ona məlum oldu ki, Elladanı qohumları bölmədən zorla səs-küylə apardılar. Araşdırma zamanı cinayət işinə əlavə edilmiş 137 saylı məhkəmə tibb ekspertizasının rəyi ilə razı deyil. Belə ki, həmin xəsarətlərdən yalnız alın nahiyəsində olan xəsarətin dayısına məxsus olan evdə ifadəsində dediyi şəraitdə, sol bazu nahiyəsində olan xəsarəti isə hadisə vaxtı Ellada qaçarkən yerə yıxılan zaman əmələ gəlmişdi. Digər xəsarətlərlə o, razı deyil. Ellada ilə öz könüllü iradəsi əsasında cinsi əlaqədə olmuşdu. Belə ki, yol boyu Elvinlə birgə gələn Ellada yolda olan zaman qaçmamış və ya taksi sürücüsü Mustafaya məcburi qaçırılması barədə bir söz deməmişdi. Yolda anası ilə danışmış və narahat olmamasını ona demişdi. Fikrincə, Elladanı zorlamağı absurddur. Ellada anasının təsiri altında barəsində şər və böhtan xarakterli şikayət ərizəsi yazdı, anası Elladanı əlacsız vəziyyətə gətirmişdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ellada xanımla Bakıda öz istəyilə cinsi əlaqədə olmuş, dərmanı hər şeyi almış, başının sarğısını dəyişmişlər, Cəsarətgilə demişdir ki paltar alınmalıdır, onlar paltar almağa getdilər. Ellada dedi ki, qorxuram, əl çəkmirlər. Özü dedi ki, özüm edəcəm, qapını bağla. Birinci dəfə cinsi əlaqədə olmuşlar, lakin heç nə olmamış, Ellada niyə olmadıöını soruşmuş, və ona “dəlisən sən” deyərək aqressiv formada cavab vermişdir. Ondan sonra ikinci dəfə cinsi əlaqədə olmuşlar, bu zaman artıq qan gəlmişdir. Əvvəl qaçırmağı üçün razılıq verməmiş, sonra xalası ilə danışandan sonra razı olmuş, qızın razılığı varsa Vasiflə Günəri köməyə aparmamışdılar, sadəcə görüntü yaradırdılar. Ellada maşına minəndən sonra bir müddət sonra dayanmış, sakitləşmiş, otaqda səs küy olmuş, Ellada otağa girəndə yıxılmış, otaq qaranlıq olmuş, işığı yandırıb, aşağı gətirmişdir. Hədiyyələri qaytardanda Elladanın atası dedi ki, “qızım səni istəmir”. O isə dedi ki, “siz istəmirsiz, yoxsa qızınız”, atası dedi ki, “mən istəmirəm”. Bundan sonra o (Elvin) demişdir ki, “bu, heçnəyi dəyişdirmir, qapının qarşısında yatacam”. Aralarındaki söhbət bu olub. Elladaya şillə vurmayıb. Həmin hadisə yerində Vasifi görməyib. Yolda maşını bir dəfə Şəmkirdə aptekdə, birdə Kürdəmirdə saxlayıblar. Elladanı taksi sürücüsü ilə qoya bilməmiş, birdə başı yaralı idi deyə maşında tək qoya bilməmiş, dərman almağa özü getmişdir. Ekspertə pul verib yalandan yazdırıblar, yəqin ona görə Elladadan o yaralar çıxıb. Hədiyyələri Günerlə göndərməyib, sadəcə Güner ilə birlikdə alıb. Kürdəmirdə sanitar qovşaqda qadınlar olmuşdur, son günlər yazışmaları olmayıb, zəng edib qaçırılma tarixini demişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, Elvinlə aralarında əvvəllər sevgi münasibətinin, danışığın olmasını inkar etmir. Bu haqda evdə demiş, ailəsinə açıqlamış, ailəsi isə razı olmamış, o özü də demişdir ki, bizdə alınmaz. Elvin ona “gizlincə sənə telefon alım, gizlin danışaq” demiş, lakin o, bunu qəbul etməmişdir. Sonra Elvin dedi ki, “yaxşı, sənin istədiyin kimi olsun, danışmayaq”. Hardasa üstündən yarım gün, bəlkədə 1 gün keçəndən sonra, dəqiq xatırlamır orasını, o (Ellada), evdə olan vaxtı zəng elədi, durmadan zəng eliyirdi, buna görə telefona cavab vermiş, telefonu götürəndə Elvin sərxoş kimi idi, söyüş söyməyə başladı. Dedi ki, “demək ki, sənin istədiyin var imiş, ona görə məni sevmirmişsən, ona görə məndən əl çəkdin”. O (Ellada) dedi ki, elə birşey yoxdur, Elvin isə “yox, sənin istədiyin varimiş, sən başqasına fikrin var, ona görə belə olub, qapınızın ağzına qədər gəlirəm, sən məndən ayrılmırsan” dedikdən sonra 3-5 dəqiqə keçmədi ki, gəldi və maşını qapılarının ağzında saxladı. Evlərində heç kim yox idi. O, Elvinə demişdir ki, yaxşı deyil, qıraqdan baxanlar olar, çıx get. Elvin isə etiraz edib bildirmişdir ki, “yox, nətər sən mənlə danışmırsan”, o isə Elvinə onun başını bəlaya saldığını deyib çıxıb getməyini xahiş etmişdir. Lakin Elvin getməmiş, onunla mənlə niyə danışmadığını soruşmuş, o isə “yaxşı, mən səninlə danışaram, xahiş edirəm get, səni evimizin qabağında kimsə görməsin” demişdir. Elə Elvin küçədən çıxar-çıxmaz atası evə gəlmış, atası gələn kimi demişdir ki, kim idi o? O (Ellada) isə demişdir ki, Elvin qapılarının ağzına qədər gəlmişdi. Atası onun (Elvinin) iş yerinə qayıtmış, həmin vaxt o, iş yerində olmamışdır. Gözləyib ki, Elvin iş yerinə gəlsin. Elvin işə gəldikdən sonra o (Ellada) atasının danışığından bildi ki, atası Elvinin yaxasından tutub ki, mənim qızımdan uzaq dur. Elvin də deyib ki, yox, məni ayağının altında öldür, amma mən uzaq durmuram, uzaq durası da deyiləm. Atası isə deyib ki, bir də səni qızımın ətrafında görməyim. Bundan sonra anası evə gəldi, o isə işə getdi, yəni onu işə apardılar. O işə getdikdən 5-10 dəqiqə sonra Elvin ardınca aptekə gəlib ona (Elladaya) orada şillə vurdu. Onu şillələməyə başladı ki, guya o (Ellada) başqası ilə danışmışdır, guya başqa istədiyi də var. Elvin sərxoş vəziyyətdə idi. O (Ellada) orda heç bir şey edə bilmədi, Elvin isə çıxdı getdi. Atasına da demədi ki, söhbət uzanmasın, adına söz çıxmasın, ona görə heç kəsə bildirmədi. Sonra Elvin yenidən ona yazdı, o da başını aldatmaq üçün yuxusu gəlir kimi şeylər yazmışdı. Sabahsı gün işdə olanda masanın üstündə qab var idi, Elvin gətirib nəsə qoyub çıxıb-getdi, o, qabı açıb baxanda gördü ki, boyunbağıdır. Ardından Elvin zəng elədi ki, bəyəndin hədiyəmi? O isə cavabında dedi ki, “bu nədi?, qəbul edə bilmərəm”. Elvin isə “sənin istədiyin kimi ayrılmışıq, amma hədiyyəmi almalısan” dedi. O isə cavabında Elvinə “sənin elədiklərindən sonra aramızda hər şey bitdi” dedi. Həmin gün də Elvin iş yerində olmadığı üçün boyunbağını qaytara bilmədi. Axşamı anası gəldi, o anasına məlumat verdi ki, Elvin belə boyunbağı alıb gətirib. Anası dedi ki, ver mən qaytarım. İşə getdikdən sonra evlərində yox idi. 8-ci günü o (Ellada) işə getdikdən sonra Elvin başladı ona hədə qorxu gəlməyə., yəni “səni öldürərəm, atanı öldürərəm, sənə bunu edərəm” ve s deyirdi. O (Ellada) işdə olan vaxtı Elvin yenidən zəng edib dedi ki, sənin istədiyin kimi olsun, indi əlimdə işim var, 1-2 kəlmə sözüm var, onları deyim, sonra tam sənin istədiyin kimi edərik. Axşama qədər zəng eləmədi. Axşam da işdən çıxan vaxt özü Elvinə zəng elədi ki, işdən çıxır, zəng eləməsin, onların arasında artıq hərşey bitdi. Elvin isə cavabında başüstə dedi. Anasiyla işdən çıxdılar. Atası dayısı qızının nişanında idi. Həmkəndlisi olan tanış adam var idi, onun maşınına mindilər. Küçələrinin ayağında qədər getdilər, tanış adam dedi ki, dönüm, evinizə qədər aparım, onlar isə istəmədilər. Evləri küçəyə yaxındı, 3-cü evdi. Əziyyət çəkmə deyib maşından düşdülər. Hardasa evlərinə 1 ev qalmışdı, gördü ki, qabağlarında 1 maşın saxladı. O (Ellada) elə təsəvvür elədi ki, bu, qonşularıdır. Gördü ki, arxadan bir nəfər düşdü. Yenə elə təsəvvür elədi ki, qonşudu, fikir vermədi. Artıq evinin qapısını açıb içəri girəndə onu sıxmağa başladılar, bu vaxtı qışqırdı, qonşularının qapısına qaçdı. Lakin qapı bağlı idi, istədi ki, aşağı küçədəki qapıya qaçsın, bu vaxtı Elvin kürək hissəsindən yapışdı, qapının tam qabağında arx var idi, ayağı ora düşdü, o (Ellada) yıxıldı, Elvin də arxasından, bundan sonra qolunun altından tutaraq arxa tərəfdən çəkərək maşına mindirdi. Sonra arxada uzadıb oturacağın üstünə amma qollarından belə yapışıb, qapını nə qədər təpiklədisə də, olmadı . Sonra maşından düşdülər. Onun (Elladanın) telefonu oturacağın arasına düşdüyündən əyilib götürdü. Bu telefonu görən kimi qapını açdı, telefonu əlindən aldı. Sonra Elvin gəldi ki, düş maşından. O (Ellada) dedi ki, düşmür maşından. Elvin onu qolundan çəkib yerə saldı. Ordan sürüyə-sürüyə evə apardı. Onu içəri salıb qapını çöldən tutdular. Ayağa qalxanda gördü ki, bunlar çöldə qapını tuturmuş. Sonra Güner içəri girib qışqırdı, sonra isə Elvin içəri girdi. Gördü ki, meyvə qabının üstündə meyvə bıçağı var, istədi onu götürüb özünə xəsarət yetirsin. Lakin Elvin bıçağı əlindən alıb bir şillə də vurdu ki, özünə gəl. Bilirdi ki, sakit durmayacaq. Həmin evdə 2 qadın 1 kişi var idi, qadın dedi ki, gəlin bunu yuxarıya çıxaraq. Kişinin biri bir qolundan tutub, Elvin bir qolundan, arvad da arxadan itələyə-itələyə onu (Elladanı) ikinci mərtəbəyə çıxardılar, otağa saldılar. Otağa salandan sonra Elvin istədi ki, onunla orda yaxın münasibətdə olsun, yəni onu zorlamaq istədi. Bu vaxtı o qışqırdı ki yox, istəmir. Güner Elvini çöldən çağırdı ki, telefonuna zəng gəlir. Elvin başını qapıdan çıxarana kimi o (Ellada) da fürsət bilib pəncərəni qırdı ki, özünü pəncərdən atıb qurtarmalıdı, çünki başqa yolu yox idi. Pəncərəni çıxartdı, çölə çıxdı. Qışqırdılar ki, qız özünü atır, kömək eləyin. Elvin həmin vaxtı gəlib onun sinəsindən tutub çəkəndə o, peçin üstünə yıxılıb başından xəsarət aldı. Həmin vaxtı o “başım başım deyədəyə” qışqırırdı, ordakı kişi gəlib dedi ki, bu nədi, nələr eliyirsən sən. Onu tutub divana uzatdılar, istədi ki durub qapıya tərəf getsin, lakin bayıldı deyə yenə divanın üstünə gətirdilər. Amma “Anarı çağırın, Anarı çağırın baxsın deyə” səslər eşidirdi. Lakin üzünü görmədi, sadəcə səsləri tanıyırdı. Anar gəlib dedi ki, buna tikiş vurulmalıdı, bu, onun işi deyil, həkimə aparmaq lazımdı. Başında çox şiddətli ağrı var idi, gözünü açanda gördü ki, evdə qadınlar daha çoxdu, anası da yanında oturmuşdu. Qalxdı yalvardı ki, “xahiş edirəm, məni evimizə aparın”, arvadın biri dedi ki, yoldaşın dedi ki, vəziyyətin pisdi, biz səni heç yerə apara bilmərik. İki qadın qoluna girdilər, onu qaldırıb apardılar, o həmin vaxtı özünü normal gəzdirə də bilmirdi, qoluna girənlər onu gəzdirirdilər. Həkimə apardılar, yolda arvad dedi ki, onsuzda gedəcəyin həkim də bizim qohumumuzdu, yəni bir şey olmaz. Həkimin yanına apardılar, həkim dedi ki, nolub, qadınlar dedi ki, yas yerində qulluq edəndə ayağı dolaşıb yıxılıb, amma o (Ellada) heç bir şey danışmadı. Başının kənarda ağrısını çəkirdi. Başına tikiş vuruldu, sonra qapıdan çıxardılar, sonra həmin qadın qoluna girərək, qapının ağzında maşın var idi, onu (Elladanı) maşına mindirdilər. Maşına minəndə Elvin də yanında oturdu. Bunlar maşını bir qədər sürdükdən sonra başındakı ağrılar daha da şiddətləndi. Elvin onu uzatdı, başını dizlərinin üstünə qoyub qollarından yapışdı. O (Ellada) da “məni evimizə aparın, evimizə getmək istiyirəm” dedi, lakin gördü ki, sürücünün bir reaksiyası yoxdu, o da başa düşdü ki, bu da Elvinin dostudur. Bir qədər getdikdən sonra başının ağrısı daha da şiddətlənməyə başladı. Başının ağrıdığını deyib ona ağrıkəsici tapmalarını dedi. Maşını bir neçə aptekdə saxlasalar da, bağlı idi. Təxmini bilmir dəqiq, Şəmkir idi, ya Gəncə idi, maşını saxlayıb dərman aldılar, daha doğrusu sürücüləri aldı. O (Ellada) dərmanı içdi, yolda qulağına mızıltılar gəlir ki, bəs qızın ailəsi polis bölməsinə gəliblər, darmadağın edirlər, bəs qızla danışmaq istiyirlər, öyrənmək istiyirlər ki, bəs qız sağ-salamatdır mı. Elvin dedi ki, al telefonda bir kəlmə danış, amma telefonu öz əlində tutmuşdu, qulağında saxlayırdı. Elvin dedi ki, başqa kəlmə demə, de ki, sadəcə yaxşısan. Telefonu qulağına tutar-tutmaz dedi ki, “ana mən yaxşıyam, geri qayıdacam”, bu zaman o, telefonu əlindən aldı. Onlar elə belə də Bakıya getdilər. Yolda saxladılar, ayaqyoluna getdilər. Elvin onu qolundan tutub düşürdü, ayaqyolunun qapısında gözlədi, o içəri girib çıxdıqdan sonra yenidən Elvin onun qolundan tutub maşına qədər gətirdi. Gəlib Bakıya çatdılar. Bakıda dəqiqədə bir soruşurdu ki, eviniz hardadı. Evə çatdılar, gördü ki, kişi qapının ağzında onları gözləyir. Yenə Elvin onu qolundan tutaraq içəri apardı, yeriməyə halı yox idi. İçəri girdi, qadın soruşdu ki, üstü-başı niyə bu vəziyyətdədir, qan içindədir. Onlar isə özündən (Elladadan) qabaq dedi ki, başı daşa dəyib yarılıb. Onu (Elladanı) apardılar ki, divanda otursun. Sonra Elvingil evin sahibi kişi ilə birlikdə çıxdılar. Sonra orda qadın ondan bir də soruşdu, o (Ellada) isə dedi ki, Elvin onu zorla qaçırıb, başından xəsarət alıbdır. Bundan başqa heç bir şey danışa bilmədi. Geri gələndən sonra ev sahibi qadına dedi, aybaşı vaxtın olduğu üçün paltar istədi, çox çəkmədi ki, getdi, gətirdi. Hamama çıxardı, o (Ellada) çıxan vaxtı Elvin də gəldi onun ardınca. O (Ellada) girdi içəri, Elvin çıxıb qapının ağzında gözləyirdi. Yenə ordakı kişi dedi ki, qızın ailəsi narahatdı, qızla danışmaq istiyirlər ki, qızım sağ salamatdır ya yox. Bu vaxtlarda polisdən zəng gəldi ki, bəs siz rayona gəlməlisiniz. Sonra evlə 2 danışıqları oldu. Elvin telefonu verib dedi ki, get anana de ki, mən yaxşıyam, narahat idilər ki, bəlkə başına nəsə hadisə gəlib. O gedib otağa girdi, Elvin yenə də yanında idi. O (Ellada) dedi ki, mən Bakıdayam, mənə kömək edin. Bu zaman Elvin telefonu əlindən aldı, danışmağa qoymadı. Dedilər ki, onsuzda həyatın bitib, get orda polis bölməsində de ki, özün getmisən, onsuzda səni heç kim qəbul eləməz. Bundan sonra telefonu əlinə götürdü, anasi ilə danışdı. Anasına dedi ki, daha olan olub, keçən keçib. Amma həmin günü allah şahididir ki, intiharı fikirləşirdi ki, burda qalası olsaydı da, öz canına qəsd edəcəkdi. Anasıyla danışdıqdan sonra çarpayının yanında oturmuşdu, çox halsız idi. Gördü ki, anidən ev səssizləşdi. Elvin içəri girib dedi ki, biz bir yerdə olmalıyıq. O isə cavabında dedi ki, yox, qətiyyən ola bilməz belə birşey. Elvin dedi ki, kim var ki, səni mənim əlimdən ala, lakin o (Ellada) istəmirdi. Elvin başının yaralanmasından istifadə elədi, belə ki, halsız və taqətsiz idi, bir gün ac-susuzluqdan yorulmuşdu. Elvin onun bu vəziyyətindən istifadə edib onu zorladı. Zorladıqdan sonra hardasa 5-10 dəqiqə sonra ev yiyəsi qadın gəldi. Paltarı gətirdi ki, əynini dəyişsin, polis bölməsinə getməlisiz. Əynini dəyişdi, həmin vaxtı psixologiyası çökdürmüşdü, heç nə düşünə bilmirdi. Çıxış yolu tapa bilmirdi ki, nə etsin. Polis bölməsinə apardılar. Polis orda sual verdi ki, bəs orda sənin öz razılığınla gəlmisən? Amma həqiqətən heç bir şeyi anlamadı, sadəcə qayıtdı ki, özüm gəlmişəm. Polis də dedi ki, özün gəlmisənsə, niyə bu vəziyyətdəsən. Özü gələn qızlar belə olmur, sən niyə bu vəziyyətdəsən. Heç bir şey dillənmədi. Sonra dedi ki, gözlə xalan gəlməlidi. Xalası gəldikdən sonra ona dedi ki, ailəsi onu qəbul edir, orada anasi ilə də danışmış, anası isə ona “mən səni hər cür qəbul edirəm, çıx gəl” dediyindən xalası ilə birgə bir yerdə rayona gəldi. Rayona gəldikdən sonra da özü istəyərək ərizəsini yazıb verdi ki, şikayətçidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, bəli, müqavimət göstərdi, amma başında zədə vardı deyə halı yox idi, Elvin bir əlini sinəsinə ataraq, o biri əli ilə onun paltarını çıxartdı. Xəstəxanada özü məlumat vermədi, yanındakı qadınlar dedi ki, yasda qulluq edəndə yıxılıb. O artıq evə girəndə bildi ki, onu qaçırmağa gəliblər ona qədər elə bilirdi ki, gələn qonşularıdır. Hadisə vaxtında sürücü qismində Güner idi. (Ellada) ona belə boyunbağı bəyəndiyini deməmişdi. Martın 4-ü günü Elvinlə aralarındakı münasibətlər pozuldu. O (Ellada) ata-anasının qərarından çölə çıxmaz. Onlar danışandan sonra aralarında normal sevgi mesajı olmayıb. Başı ağrıdığına görə huşsuz idi. Ağrıkəsicinin adını bilmir. Dediyi kimi başında çox şiddətli ağrısı var idi, baxmadı ki, hansı dərman idi içdiyi. O (Ellada) gördü Mustafa reaksiya vermir ki, bu qız niyə belə şeylər deyir, belə hərəkətklər edir. Mustafanın Bakı Ağır Cinayətlər Məhkəməsinində verdiyi ifadəsini dinləməmişdir. Onların Mustafa ilə üzləşmələri olmayıb. Bəlkə də o da özünü haqlı çıxartmaq üçün ifadəsini elə verdi. Bakıya qədər dizinin üstündə uzanıqlı gətiriblər onu (Elladanı). Evə qədər biləklərindən yapışmışdı. Bakıya çatandan sonra, o, çox yorulduğu üçün taqəti yox idi, qolundan tutdu apardı, evə daxil oldular, ev yiyəsi dedi bəs üstündəki şalvar başdan ayağa qan olmuşdu. Psixoloji şiddət elədilər. Tək deyildi, Cavidlə danışdı, o dedi ki, səni onsuzda heçkim qəbul eləməz, polisə get de ki, özün gəlmisən, ondan sonra da Cavidlə bir kəlmə də olsun danışmadı. Onun (Ellada) içdiyi ağrı kəsici idi. O otaqda danışdıqdan sonra, dediyi kimi halı yox idi, çarpayının bir tərəfində oturdu, Elvin içəri daxil oldu, gəldi dedi ki, biz biryerdə olmalıyıq. 2 dəfə intim əlaqədə olublar. Maşında gələrkən anasi ilə 1 dəfə telefon danışmağı olub. Danışığı bir neçə saniyə olardı. Danışan zaman dedi ki, yaxşıdı, evə qayıdacaq deyəndə Elvin əlindən telefonu alıb zəngi söndürdü. O (Ellada) isə onlara qışqırdı ki, onsuzda evə qayıdacaq. Sürücü o qışqıranda heç bir reaksiya vermədi. İlk dəfə soruşulanda deyib ki, başı daşa dəyib yarılıb, sonra o çıxdığında nə məsələdi, dedi ki olan olub. Cavid ona (Elladaya) dedi ki, qəbul elə, olan olub, keçən keçib. Görüntülü xatırlamır, amma danışıblar. O (Ellada) ailəsinə görə dedi ki, özü gəlib. Xatırlamır ki, polis bölməsində tədqiqatçı onu telefonla valideynləri ilə danışdırıb ya yox. O (Ellada) içəri girdi, o dedi ki, özün gəlmisən, dedi ki, özü gəlib. O (Ellada) artıq zorlanmışdı, bildiyi kimi kənd yerində yaşayırdılar. Bəli, xalası gələndən sonra özünü yaxşı hiss etdi. Psixolojik şok yaşayırdı. Orada şikayət etməyi fikirləşmədi. Xalasi ilə qayıtdı. Maşında 3-cü şəxs yox idi. Martın 7-i günü Elvin dayanmadan ona zəng vururdu. Maşından düşmüş ola bilər. Laləgilin evinə bu işlə bağlı getdiyində evlər var idi. Onu (Elladanı) tutdu, qan itirdiyindən özü-özünü idarə edə bilmirdi. Elvin onu cinsi əlaqəyə məcbur edib. 1-ci dəfə əlaqədə olmuşlar, lakin qan gəlmədi deyə 2-ci dəfə oldu, qollarından tutmuş vəziyyətdə idi, bununla bağlı bədənində göy izlər var idi, Cinsi əlaqədə olma vaxtları çox çəkmədi, 1-ci ilə 2-ci arasındakı vaxtı dəqiq deyə bilmir, amma çox çəkmədi. Hər iki dəfə məcburi əlaqədə oldu. Anası tanışlarına dedi ki, küçəyə dönmə, burda saxla, evimiz yaxındır. O (Ellada) işdən 9-un yarısı çıxır həmişə. Hava qaranlıq idi, amma qonşunun işıqları yanırdı. O, ilk arxadan birinin düşdüyünü gördü, amma fikir vermədi. Elvin də maşından arxadan düşdü. Arxa tərəfdən 2 nəfər düşdü. Maşına oturanda Günər və Elvin idi. Elvin Elladanı evin içində vurmuşdu. Yox şillə vuranda bədəninə heçnə olmadı. Onlar təzə getdiyində 2 qadın 1 kişi var idi. O (Ellada) ordan düşəndə bildilər ki, hay-küylə düşür, onlar bildilər ki, zorla gəlib. O (Ellada) pəncərəni açdı, nəfəsliyi çıxartdı, özü çölə çıxdı, bilmədi həyətdə kimsə var idi, ya yox, gördü ki, həyətdə aynanın altına oğlanlar yığılıb. Həmin adamların kim olduğunu bilmir, qaranlıq idi, fikir vermədi. Bəli, kənddə evlər var idi. O, qışqırmağı yox, özünü pəncərədən atmağı fikirləşirdi. O (Ellada) pəncərədən çıxmışdı, bir əli ilə yapışmışdı, tam özünü atanda, oğlanlar qışqırdı, Elvin də əli ilə onun sinə hissəsinən yapışıb içəriyə dartdı. Elvin içəridə idi, amma həmin vaxt Günər çağırdı ki, telefonuna zəng gəlir, Elvin başını çölə çıxartdı, lakin bədəni içəridə idi. Bəli, evin qapısında durmuşdu. O (Ellada) yıxıldı peçin üstünə, başı dəydiyindən xəsarət aldı. Elvin onu hirslə içəriyə dartdı. İlk ağrını başında hiss etdi. Bədənində ağrıları yox idi. Birinci Anar dedikləri gəldi, onda Anarın üzünü görməyib. Onu (Elladanı) uzatmışdılar divana, 2 dəfə özündən getmişdi. Tanımadı, sonardan bildi ki, Vaqif həkimdir. Vaqif həkimin evinə getmişdilər. Yanındakı qadınlardan soruşdu. Vaqif həkim Elladaya sual vermədi, yanındakılara sual verdi. Elvinin həkimin yanında olmasını xatrılamır. Fikri başının ağrısında idi, heç nə fikirləşəmirdi. Dedilər gedəcəkləri həkim də qohumlarıdı. Həkimin həyat yoldaşının olub-olmadığını bilmir. Həyətə girəndə heç kimi görmədi. 2-sinin hərəsi bir qoluna girmişdi onların həyətinə gedəndə. Onun (Elladanın) başı ağrıyırdı deyə qışqıra bilmədi. Evə qayıtmadılar, onu ordan qapının ağzından maşına otuzdurdular. Bəli, bir neçə aptekə getdilər. Sürücü gedib aptekdən dərman soruşurdu. Maşında oturanda o, uzanıqlı vəziyyətdə idi, Elvin onu dizinin üstünə uzadıb, qollarından yapışmışdı. Bəli başı Elvinin dizinin üstündə idi. Həmin vaxt qışqırdı ki, evə qayıdacaq, gördü reaksiya vermir, bildi ki, bu onun tanışıdır, dostudur. Yox, yolüstü bir dəfə ayaqyolunda saxladı, yemək üçün dayanmadılar. Yemək almamışdı. Yemək yeməyib. Ayaqyolu hər kəsin olabiləcəyi yer deyildi, yolqırağı yer idi. Elvin onu (Elladanı) qapının ağzında gözlədi. Ellada orda açmasaydı, o qapının ağzında dayanmışdı. Köməyə kiminsə gələsi yer deyildi. Ətrafda heç bir mağaza və ya başqa nəsə yox idi. Bağlı yer idi. O (Ellada) onda düşünmədi ki, qışqırsın, orda onlardan başqa heçkim yox idi. Bakıda olanda polislə danışdı. Bəli, alt paltarını dəyişməli idi. Həmin vaxtda bəli, o (Ellada) Elvinlə olub. Axırıncı anası ilə danışdı. O (Ellada) gedəndən sonra hərəsi bir tərəfdən dedi ki, onsuzda adına söz çıxıbdı. Ev yiyəsi Nailə, xalası oğlu Cavid dedi ki, adına onsuzda söz çıxdı. Bilmir, görüntülü danışdığı telefon kimin idi. Elvin görüntülü danışanda o (Ellada) bir kəlmə də olsa danışmamışdı. Yox sonra polisdən kiminləsə görüntülü danışdığını xatırlamır. Anası ilə birinci danışıqlarında dedi ki, Bakıdadı, Elvin telefonu əlindən aldı. Çünki durmadan polisdən zəng gəlirdi ki, qızı anası ilə mütləq danışdırın, çünki qızın anası narahatdı ki, qızının başına nəsə gəlib. Yəni bilsinlər ki, salamatdı. O (Ellada) ondan qabaq otaqda idi, anası ilə danışdı, çarpayıda oturdu. Ellada otaqda olanda Elvin otaqda deyildi. 2 dəfə yanında oldu zəng. Birində yolda danışdı, birində yanında danışıb, sondakı danışığında anası özündən getdi. Bəli 3-cü dəfə telefonu verəndə tək qaldı. Anası ilə çox uzun danışa bilmədi. Təxmini 15-20 dəqiqə çəkdi, ya çəkmədi. Telefonu verdilər, bilmədi kimin telefonu idi. Anası polisin yanında idi, Elladanın qabaq polis işçisi ilə danışıb deyib ki, qız anası ilə danışmaq istiyər. O (Ellada) yığmadı, polis özü zəng eləmişdi. Bəli həmin telefona polis özü zəng etmişdi. Elvin danışdı, sonra dedi ki, al anandı, onunla danış. Polislə danışandan sonra o (Ellada) telefonu götürüb anası ilə danışdı. Telefonun kimin olduğunu da bilmir. Anası ilə danışdıqdan sonra telefonu qoymuşdu yerə, daha bilmədi götürdü, ya yox. Danışan vaxtı idi 15-20 dəqiqə. Ellada onda danışıb bitirmişdi, anası özündən getdi və danışa bilmədi. O (Ellada) dediyi kimi evə qayıtmağı düşünmədi, özünü öldürməyi fikirləşirdi ona görə. Sonra anasıgil dedi ki, biz sənin arxandayıq, ona görə də ürəkləndi. O (Ellada) evdə söhbəti açıqlayandan sonra anası dedi ki, onun öz işçisi qız ilə onu (Elvini) bəzi münasibətlərdə görmüşdür, o da bunu eşidəndən sonra Elvini istəmədi. Əvvəlcədən anası deyirdi ki belə olub, amma özü deyirdi ki, olmayıb. Yox, zənglər barədə evdə heçkimə deməmişdi. Düşünmüşdür ki, birtəhər danışıb bitirərlər. Onun (Elladanın) iş yoldaşı təzə işdən çıxmışdı, təzə olurdu orada. O (Ellada), bir zalı, bir də yataq otağını görmüşdü, başqa heçnə görmədi. Bəli, həyət evi idi. Bəli, 1 mərtəbəli idi. O (Ellada) belə deyib ki, ikinci danışıqlarında otaqda heç kəs yox idi. Əlaqə zamanı itələdi, sinəsindən vurdu. Həmin günlə bağlı alt paltarında cırıqlar var idi. Şillə də vurmuşdu. Bir əli ilə sıxıb saxlıyırıdı, o biri əli ilə isə alt paltarını çıxarırdı. O (Ellada) müqavimət göstərirdi, amma dediyi kimi çox qan itirmişdi. O (Ellada) əl atırdı, amma nəsə edə bilmirdi. Əlini çəkmək istiyirdi sinəsinin üstündən, ona çabalayırdı, amma nə qədər çabalasa da, Elvin onun paltarını çıxardırdı. O isə əli ilə Elvinin iki əlini də geri çəkməyə çalışırdı, Elvin onun alt paltarını çıxarırdı. Maşından sakit qolundan tutdu düşürdü aşağı. O (Ellada) maşında qışqırandan sonra heçnə etmədi. Evdə pəncərə olub-olmadığını xatırlamır. Ellada özü otaqda tək qalmamışdı ki, otaqda zorlanma ilə birlikdə 15-20 dəqiqə idi. Elə həmin vaxtda eyni vaxtda oldu. Bəli qollarından bərk yapışaraq elədi. Anasi ilə bir neçə saniyə danışıb. Telefonla danışdıqdan sonra telefonu qoydu yerə. Paltarlarını Elvin zorla çıxarıb. İlk o Elladaya təklif edəndə dedi ki, istəmir, artlq ilk Elvin onu zorlamağa doğru gedəndə özü dedi ki, xəstədi, düşündü ki, bəlkə dayanar. Ola bilər ki, bayaq deyəndə unudub. Aralarında qaçırılma ilə bağlı danışıq olmayıb. Polis deyib ki, ordan gəlməlidilər, ya da qızla danışdırın. Kənd yerində çox adam qəbul eləmir zorlanmış qızı. Artıq zorlandıqdan sonra o (Ellada) düşündü ki, ailəsi onu belə qəbul etməz. Adına söz çıxdığına görə elə deyib. O (Ellada) adına söz çıxdığı mənası ilə dedi, qaçırdılma ilə bağlı dedi. Kənddə səssoraq çıxdı deyə. O (Ellada) o sözü (artıq olan olub, keçən keçib) dedi deyə anasının ürəyi getdi. O, həmin sözü cinsi əlaqədə olublar mənasında işlətmədi, sadəcə dedi ki, adına söz çıxacaq deyə iş işdən keçib. Elvini bağışlamır. Bacısında ailə razılığı ilə qaçırma olub. Bacısında ailəsi bilirdi ki, öz əlləri ilə verilib, sonra qaçırılıbdır. Elə hal olub, amma orda şikayət olmuyub. Bəli, böyük bacısı idi. Elə onlarda da yas yeri düşdü, toy qaldı, sonra danışdılar. Başında güclü ağrı vardı, ona görə səsini çıxara bilmədi. Qaçırılma üçün onun razılığı olmayıb. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Elvinin anası və xalası dəfələrlə onlarla danışsalar da, ailə olaraq xeyr cavabını vermişlər. Elvin onlarla üzbəüz işləyirdi, o isə (Şəlalə) Elvinin ətrafını bilirdi. Onu əxlaqsız insan kimi bilirdi, narazı idilər. Ellada da əvvəl razı idi, sonradan biləndə ki, Elvinin düzgün olmayan davranışları var, razı olmadı. Atasına dedi ki, mənim üçün gəlməsinlər. Həyat yoldaşı da iki dəfə getdi tapşırdı ki, mənim uşağımın adını çəkmə. Bizimlə sizinki tutmaz. Martın 8-ci günüdə qaynı qızının “hə”si idi, qaynı qızı verilmişdi, onda da biraz qarışıqlıq vaxti idi, “hə”-si olmuşdu, nişan taxılmali idi. Ordan çıxanda yoldaşı dedi ki, get qızı da götür, Ellada aptekdə işləyirdi. Gəldilər aptekdən bir maşina oturdular, küçədə düşdülər, orada 3 ev yaxın idi. Bir maşın keçdi qabaqlarında dayandı, dayananda elə bildilər qonşunun maşınıdı. İçindən neçə nəfər adam düşdü, Vasif ona (Şəlaləyə) tərəf gəldi, onu tutdu, qız qışqırdı, o isə (Şəlalə) şoka düşdü ki, belə birşey mi olar? Evə getdiyi yerdə tutalar. Vasif onu (Şəlaləni) belə yerə vurdu tutdu, qız qışqırdı, o da qışqırdı. Qonşunun qapısına qız girmək istədi, amma qıfıl var idi, əgər qıfıl olmasa idi, o, darvazadan girib özünü müdafiyə edə bilərdi. Elvin düşdü qızı çəkdi, bütün qonşular çıxana kimi maşın küçədən yuxarı qalxdı. Onun (Şəlalənin) oğlu Vasiflə dost idi, bir küçədə qalırdı, bir evin adamı kimi tanıyırdı. Onu (Şəlaləni) tutan Vasif oldu, deyir ki, mən sizi tutmadım. 102-yə zəng elədilər, polislə əlaqə saxladılar, onun xalası oğlu da polisdə işləyir. O, qoymadı polislər axtarış eləsin. Anasının üstünə polislər ilə getdilər, xalası dedi yoxdu burda, telefon zəng çalanda xalasının yanında idi. Güya telefonu da orda qalıb, halbuki onda usağın başı yarılmışdı. Səhərə kimi küçələrdə oldular, onlara xəbər verilmədi ki, uşaq bizdədi. Üç gün sonra da bütün hamısının ailəsi yığıldı, gəlib evi daşladılar. Vasifin ata-anası gəldi ki, sizə Bakıdan ev, maşın alaq, daha iş işdən keçib. Elvinin anası üstünə düşəndə yerini dedi, gedəndə qız tanıdı ki, məni bura gətiriblər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ellada ilə əlaqə saxlayanda işgəncə altinda əlaqə saxlamışdılar, qoymadılar danışmağa. Əvvəl olub, bir-biriləri ilə münasibətləri olub, sonra bilənəndə ki, Elvin əxlaqsızdı, yüngül həyat tərzi keçirir, ondan sonra dedi yox, mən bilməmişəm, səhv eləmişəm. Ellada sonra dedi ki, belə adamla həyat qura bilməz. Son vaxtlar Elvindən imtina eləmişdi. Hadisə olan gecə, polislər xəbər verdi ki, Bakıdadırlar.Qızla qoymadılar danışmağa, dedi ana mənə kömək elə, bu belə edəndə telefonu əlindən aldılar. Ellada ilə təhqiqatçının yanında danışmışlar. Danışdı, dedi ana mənə kömək elə, bilmirəm hardayam mən, onda səs kəsildi, yəqin ki, telefonu əlindən aldılar. Artıq ürəyi getmişdi, danişa bilmədi. Elladanı qardaşı ilə bacısı Binəqədi rayon polis idarəsindən gətirdi. Vasif onu tutdu yerə yıxdı. Əgər Vasif onu tutmasaydı, qışqıra bilərdi, Vasif onu tutdu deyə şoka düşdü. Həmin günü 102-yə 3 dəfə məlumat verdilər. Gecə polisə gedib ərizə yazdilar. İlkin ərizədə Vasifin orada olmasını yazmadı, Qızıl boyunbağını demişdi, dedi ki, aptekə gətirdi, çarşabli qiz dərman qabına qoydu. O (Şalalə) getdi, lakin qapıları bağlı idi. Bəli, nişan gününə getmişdi. Qızına 101 dənə gül verilib, o da məcbur aptekə qoyub. O (Şalalə) araşdırdı, dedi, qızı da razı oldu. Məhkəmə iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, mart ayının səkkizi Elvinin yanına saçını kəsdirmək üçün getmişdi. Axşam vaxtları idi. Elvinin yanına gələndə yanında müştəri var idi. Müştəri çıxandan sonra, dedi ki, saçını kəsdirməyə gəlib, Elvin də ona dedi ki, yaxşı, mənim də səninlə bir işim vardı. Siqaret çəkmək üçün çölə çıxıb söhbət etdilər, söhbət zamanı Ellada xanımı qaçırtmaq fikrinin olduğunu bildirdi. Rövşən Elvinə dedi ki, Ellada xanımın özünün və valideynlərinin xəbəri, razılığı var mı? Dedi ki, xeyr, valideynlərinin icazəsi yoxdur, amma Elladanın bununla bağlı xəbəri və öz istəyi var. Dedi valideynlərinin xəbəri yoxdursa, bununla razı qalacaqlar mı?. Elvin dedi onu Elladayla danışmışıq, öz aramızda həll etmişik. O (Rövşən) isə dedi ki, bəs valideynlərinin yanından qaçırtmaq necə olacaq, necə şərait yaranacaq? Dedi Elladanın özü belə istəyir ki, valideynləri elə fikirləşsinlər ki, onu məcbur qaçırtmışıq, Elladanın özünü istəyi olmadığı bilinsin. Ona görə ki, valideynləri sonra onunla küsülü qalmasın, fikirləşməsinlər ki, ailəsini saymadı, getdi. Onlar içəri keçəndə Vasiflə Güner içəridə idi. Onlarında yanında yenə bildirdi ki, Günerin sizdən qabaq bu hadisədən məlumatı var, Elladanı öz istəyi ilə qaçırtmaq istəyir. O (Rövşən) dedi ki, Elladanın əgər öz razılığı varsa, işdən çıxanda bir yerdə də qaçırda bilərsən. Elvin dedi ki, işdə adam çox olduğu üçün şərait olmayacaq. O (Rövşən) isə onda bildirdi ki, əvvəlcə Asan Xidmətdə nikah müqaviləsi bağlasalar, yaxşı olar. Elvin razılaşmadı ki, əgər nikaha girsək, Elladanın valideynlərinin əvvəlcədən məlumatı olacaq. Elladanı küçələrindən, valideynlərinin, qonşularının eşidib görə biləcəyi bir yerdən, yəni hamıda təsəvvür yaratmaq lazımdı ki, guya Elladanı zorla qaçırtmışam, ancaq, heç bir şeydən narahat olmayın, Elladanın öznünü razılığı var. Sonra dedi ki, Vasiflə sən (Rövşən) Elladanın yaşadığı ünvana qabaqcadan gedəcəksiz, arxanızca Güner ilə mən də Günerin maşını ilə gələcəyik. O (Rövşən) dedi ki, qız razıdısa, onda Vasiflə ona nə ehtiyac var? Güner və özü maşınla gedib qaçırda bilər. Elvin dedi ki, yox, orda səs-küy çıxsa, dava-dalaş olsa, aranı sakitləşdirməyə, səs-küyün qarşısını almağa ehtiyac ola bilər. Həmin vaxt ona (Rövşənə) zəng gəldi, çölə çıxdı. Çölə çıxıb qayıdandan sonra, Elvin dedi ki, Vasif də bizlə gedəcək, sən qabaqcadan tək gedəcəksən. O (Rövşən) “gediriksə, hamımız birlikdə gedək, tək niyə gedirəm ki, tək getməyə nə ehtiyyac var ki” dedi. Elvin isə dedi ki “yox, qızı mindirəndə maşında yer sıxlığı olmasın, ona görə biz üçümüz gedəcəyik, sən gələrsən”. Danışdılar, razılaşdılar. Sonra o (Rövşən), ordan çıxdı. Ailə marketdən su götürdü, yavaşyavaş Ellada xanımgilin küçəsinə tərəf getdi. Ora çatmağa biraz qalmış onların küçəsindən maşın çıxdı (bir dənə ağ Vaz 21006), sonra həmin vaxt Günerin maşını gəldi, döndü ora. Maşın çıxandan sonra, biraz sürətini artırdı ki, onlara çatsın. Hava qaralmışdı, küçənin ayağına çatmağa biraz qalmış, gördü ki, səs-küy gəlir. Birazda sürətli gəldi ki, görsün nə səs-küydü, doğrusunu desə, bir az qorxdu, çünki səs-küy gözlənilməz olaraq yaranmışdı. Küçəyə çatanda Günerin maşını dayanmışdı. Elvingili küçədə gördü. Elvin Ellada xanımı maşına mindirirdi, Vasif Ellada xanımın anasını tutmuşdu, yəni küçə qaranlıq idi, ətraf tam görünmürdü. Maşının arxa işığından görünəcək qədər görünürdü. Bu zaman başa düşdü ki, Ellada xanımı zorla qaçırırlar. Özlüyündə fikirləşdi ki, xanımın öz istəyi olsa, maşına minməyə biraz cəhd göstərər, bu qədər səs-küy olmazdı. Qorxdu, xanımın zorla qaçırıldığını hiss elədiyi üçün ordan uzaqlaşdı, tez gəldi geri və yol maşınları ilə kəndə gəldi. Evdə də heç kimə bu haqda heç nə demədi, heç kimin heç nədən xəbəri olmadı, məlumat vermədi. Evə gəldiyində Elvinlə danışmaq istədi ki, bu nə işdi, onların başına açıb, onlara yalandan niyə deyib ki, Elladanın özünün razılığı var. Dəfələrlə zəng elədi, amma götürmədi. Bir müddətdən sonra, telefonu açıb bildirdi ki, hər şey yolundadır, narahat olmayın, yanında adam var, sonra özüm sizlə əlaqə saxlayacam. Aradan elə 1 gün keçdi, onları səhərisi gün bölməyə dəvət elədilər. O (Rövşən) gedəndə Vasif, Güner, Elvin orda idi, axrıncı o getmişdi. Elvin dedi ki, bu iş qrupladır, hamımıza cinayət işi düşür,ona görə sən Vasifi müdafiə elə, mən Güneri müdafiə edim. İzahatında ver ki, Vasiflə gedib hadisə yerinə çatmamış geri qayıtdıq. Əks halda hamımızı tutacaqlar, qurtarmağın heç cür yolu yoxdu. O (Rövşən) da elə Elvinin dediyi kimi ifadə verdi, lakin sonra, ifadəsindən peşman olduğu üçün yenidən ərizə yazaraq öz ifadəsini dəyişib, hadisə necə olmuşdu, elə də ifadə verdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, bəli, Vasif hadisə yerində olmuşdu. Vasif Şəlalə xanımı tutmuş, Elvin isə Ellada xanımı maşına mindirməyə çalışırdı. Ellada xanımı qolundan, çiynindən dartıb maşına mindirməyə çalışırdı. Səs-küy çox gəlirdi, Şəlalə xanım qonşuları çağırır, kömək eləyin deyə qışqırırdı. Hadisə küçədə baş verirdi. Küçədə adam görünmürdü. Küçə qaranlıq idi, işıqlandırması yox idi. Vəkilin “Şəlalə xanım qışqırsaydı, orda yaxınlıqda o dərəcə çıxacaq bir ev yox idi ki, kimsə gəlsin” sualına cavab olaraq bildirmişdir ki, Gecə vaxtı idi deyə, küçədə heç kim yox idi. Ellada xanımla danışarkən belə, heç vaxt onların yanında danışmırdı. Həmişə telefonla danışanda görmüşlər ki, gedib qıraqda danışıb. Yəni o şeyləri onlarla paylaşacaq qədər yaxın olmayıb. Onlar çöldə yox, içəridə danışan vaxt zəng gəlmişdi Elvinə. Oda onların üçünü də içəridə qoyaraq, 1-1.5 dəqiqə çöldə danışdı, qayıtdı içəri gəldi. Yox, kimin zəng elədiyini, nə danışdığını bilmədi, o barədə məlumatı yoxdur. Hədiyyələrindən məlumatı var idi. Ellada xanıma sep almışdı. Hətta bir dəfə “mişqa” almışdı. Həmin mişqanı nişanlısı üçün götürməyə gələndə bildirdi ki, onu xüsusi gətizdirib, Ellada xanım üçündür. 101 roza bəzətdirmişdi. Onlardan məlumatı var. Bərbərxanadan Şəlalə xanımın evinə qədər olan məsafəni piyada 10 dəqiqə olar. Onların tam çıxdığı vaxt yadında deyil. Bunlar küçəyə ondan qabaq çatmışdılar. Ya onunla bərabər çıxdılar, ya ondan 5 dəqiqə sonra çıxdılar dəqiq yadında deyil. Şəlalə xanımın evinin olduğu küçənin ana yola olan məsafə 60-70 metr olardı. Bu hadisə Tovuzun Aşağ quşçu kəndində olub. Saat 8, 9-a işləmiş araları getmişdi Elvinin yanına. Bu da çəkir doqquzun yarısı, doqquza qalmış araları yəqin ki. Hava qaranlıq idi. Bəli, maşının arxa işiqları hamısı yanırdı. Binəqədi rayon prokurorluğunda 2 dəfə ifadə verib. Vəkili Murtuz müəllim olub. Onu da onlar tutmamışlar. Onu onlar tovuzda olanda, iş başlayarkən gətirdilər qoydular ki, bəs sizin vəkiliniz budu. Həmin vaxtı vəkil tutmaqa imkanı yox idi. Şəlalə xanımla onun üzləşməsi olmayıb. Onun Elvin və Günerlə üzləşməsi olub orda. Orda elə olub ki, onu Şəlalə xanımla üz-üzə gətiriblərki, bu insanı tanıyırsızmı, həmin vaxt sizdə yanında olubsunuz. Həmin vaxt burda verdiyi cavabı eyniylə orda da vermişdi. Deyib ki, hadisə vaxtı tanışıb, ona kimi üzüzə gəlməyib. Valideynləri onların qapısına hadisəni başa salmaq üçün getmişdilər. Başqa heç bir şey olmamışdı. Onun valideyni zəng elədi ki, Murtuz müəllimə deyinki, istəmirlər 2 nəfərə bir vəkil olsun, belə olanda onların ürəyləri rahat olmur. Belə olan halda, Murtuz müəllim onun tək vəkili olmaq istəmədi. Müstəntiqin orda ona ifadəsini dəyişməyi ilə bağlı heç bir vədi olmayıb. Evlərin aynalaranının işıqları var idi, amma yenədə qaranlıq idi. 60-70 metrdən tam dəqiq üz seçilmirdi. Amma tanımaq olurdu. Kimin kim olmağın boydan, çəkidən, səsdən başa düşmək olurdu. Bəli, maşının arxasına çox yaxın idilər, stopun işığı yanırdı. Buna görə də, bəlli olurdu. Elvin dedi ki, hamımıza cinayət işi açılır, sən ifadəni belə verməsən hamımız tutalacıq. Ona görə belə etmişdi. Bəli, yalan ifadə verməyə görə məsuliyyət daşıdığını bilir. Bəli, cinayət işi açıldı. Maşını kənddə, küçənin girişində saxlamışdı. Yol maşını ilə ora gəlmişdi. Maşını həmin gün kənddə olubdu. Maşın ustası işləyir. Tez-tez olur ki, uşaqlarla göruşüb gec gəlirlər. Maşın ya əmisinə lazım olur deyə kənddə qoyur. Plana uyğun olaraq o, Vasiflə birlikdə getməliydi. Bəlkə də, fikirləşdilər ki, o çox sual verir deyə orda qızın məcbur gətirildiyini hiss edib orda mane olar. Həmin vaxtı Elvin nə geyinmişdi indiki vaxtda tam dəqiq deyə bilmir, qara şalvar idi. Ordan uzaqlaşmışdı artıq görmədi. Qızı maşına mindirəndə o artıq ordan qaçdı. Kimsə orda görməsin deyə, qızın zorla getdiyini hiss edib qorxduğu üçün qaçdı. Bir Ellada xanımın anasının yıxılır kimi olmağını gördü. Başqa ikinci bir insanın orda yıxılmağını görmədi. Orasını dəqiq bilmir. Çünki, Vasifi o Dağlı kimi bilirdi, amma onun Quşçuda qaldığını həmin hadisədən sonra bildi onların evin. Məhkəmə iclasında ekspert X5 ifadə verərək göstərmişdir ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2020-cu il tarixli, 137 №-li rəyi onun tərəfindən təsdiq edilib. Zərərçəkmiş şəxs1 bədən səthində olan başın alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol bazunun və hər iki baldırın qançırları, qızlıq pərdəsinin cırılmış yarası, başın alın nahiyyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri küt əşyanın təsirindən izahatda qeyd olunan xx.xx.2020-ci tarixdə əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətləri isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alarkən həmin xəsarətlərdən sol təpə-gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni yıxılaraq baş nahiyyəsinin sobaya dəyməsi nəticəsində, digər xəsarətlər isə insan bədəni hissələrinin (əl, ayaq, cinsiyyət orqanı və s.) təsiri nəticəsində əmələ gələ bilməsi istisna olunmamışdır. İş materiallarında olan ekspert rəyi ilə müdafiəçilərə verilmiş ekspert rəyində fərqlərin olmasını texniki səhvlə əlaqələndirmişdir. Həmçinin, müdafiəçilərə təqdim edilmiş ekspert rəyində digər ekspertin imzasının olmaması ilə bağlı qeyd etmişdir ki, o, qeyd edilən rəyi imzası və möhürü ilə təsdiq etdikdən sonra digər ekspertə imzalatmaq üçün təhqiqatçıya vermişdir. Lakin, ola bilsin ki, təhqiqatçı imzalatmamışdır. Lakin, məhz müdafiəçilərin təqdim etdiyi digər ekspertin imzası olmayan həmin rəyi təsdiq edir. Ona qərar və suallar təqdim edilmiş, müayinə olunan şəxsi həmin sənədlər əsasında müayinə edib rəyi Tovuz rayonunda tərtib etmişdir. Xəsarətlərin sərt əşya və ya cinsiyyət orqanın təsiri ilə əmələ gələ biləcəyi xəsarətin yetirildiyi yerə əsasən müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs1 istəyi olmadan təbii-yolla cinsi əlaqədə olması qançırlara əsasən müəyyən edilib. Adətən zorlama hadisəsini törədən şəxsin boyun və sinə nahiyyəsindəki xəsarətlər klassik olaraq zorlamaya xarakterikdir, lakin müəyyən hallarda həmin xəsarətlər olmaya da bilər. Ağstafa rayon şöbəsinin ekspertinin imzası olmayan rəyi düzgündür. İbtidai istintaqı aparan Şahid21 Tovuzda gəlib onu dindirməmişdən öncə artıq rəydəki dəyişikliklər onun tərəfindən edilib. Həmçinin, Zərərçəkmiş şəxs1 barəsində tərtib edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 137 nömrəli rəyinin 2-ci səhifəsində “Ekspertiza qarşısında qoyulmuş suallar” hissəsinin 4-cü sualında “Vət.X15 ilə qeyri təbii yolla (anus dəliyi) cinsi əlaqədə olmuşdurmu? Olmuşdursa müddəti təyin edilsin.” sualı ekspertiza təyin edilməsi haqqında qərardan köçürülərkən texniki səhvə yol verilmişdir. Həmin sualda Vət.X3 əvəzinə vət. Zərərçəkmiş şəxs1 sözləri ilə əvəz edilməlidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, birinci ekspert rəyində texniki səhvliklər olmuşdur. Ekspert rəyini Nizami ekspertlə birlikdə tərtib ediblər. Rəyi bir neçə gün ərzində tərtib edir, sonra təhqiqatçıya verir, oda imzalanması üçün aparır. Nizami Rəhimovun imzası olmayan rəy düzgündür. Təbi yolla və ya zorlanma olmasını şəxslərin dedikləri və xəsarətlərlə müəyyən edirlər. Məcburiliyin olmasını bədən xəsarətləri olmalıdır. Zorlananın bədənində xəsarətlər olmalıdır, rəyi tərtib edərkən həmin xəsarətlərə istinad edirlər. Şablonun üzərində dəyişikliklər edilərək, tərtib edildiyi üçün texniki səhvlər olmuşdur. Birinci texniki səhvlər olan rəy düzgün deyil, ikinci imzasız rəy düzgündür. Fərqli-fərqli rayonlarda olduğu üçün rəyi imzalamağa təhqiqatçı aparırdı. Könüllü cinsi əlaqə olduğu zaman qançırlar yaranmır. İkinci rəydə iki hissə dəyişilməyib, Ellada xanıma aid hissələr dəyişilib. İkinci rəydə Ellada xanıma aid olmayın nəsə varsa səhv özünküdür. Ədəbiyyatda zorlamaya aid bir neçə xarakterik xəsarətlər vardır ki, bunlar da boyun, sinə, budun iç hissəsində olan xəsarətlərdi. Tam xatırlamır, yəqin Ellada xanımdan zorlanıbzorlanmadığın soruşmayıb, soruşsaydı bunu qeyd edərdi. Xəsarətlər küt əşya kimi qəbul edilir, küt əşya dedikdə insan əzası və əşyalardan da əmələ gələ bilər. Məhkəmə iclasında ekspert X16 ifadə verərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müayinə olunmasında iştirak edib. Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-cu il tarixli 137 №-li rəyini təsdiq edir. Lakin, Nurlan Abbasov rəyi tərtib edərkən ola bilsin ki, texniki səhvlərə yol vermişdir. Həmin müayinəyə dair iki rəy olmasında onun heç bir nöqsanım olmamışdır, belə ki, rəyi Nurlan Abbasov tərtib etmişdir. O, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədən səthində olan qançırlara və qızlıq pərdəsinin tamlığının pozulmasına əsasən müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs1 qarşı zorlamaya xarakterik hərəkətlə edilmişdir. Yadında qalanlar bunlardı, şəkəri olduğu üçün çox şeyi xatırlamır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ikinci rəyi təhqiqatçı gətirmişdir. Müayinəni ekspert Nurlanla Ağstafada etmişdilər. Rəy tərtib olunur, o da müayiənə etdiyi üçün rəyə qol çəkdi. Tərtib olunan rəyi imzalayıb-imzalamadığımı xatırlamır, təhqiqatçı rəyi gətirir, onlar da imzalayırlar. Digər ekspert rəyi tərtib edir, təhqiqatçı gətirir, o da imzalayır. İmzası olmayan rəyi xatırlamır. Onlara çoxlu rəylər gəlir, imza edib-etmədiyini yadına gəlmir. Bəli, iki müxtəlif rəyin olduğunu qəbul edir, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində öyrəndi. İmzasız rəyi görməyib, əgər görsəydi, imzalayırdı. Hər hansı bir rəyin tərtib olunması ilə bağlı nəsə təklif olunmayıb. Gündə 4-5 qızı müayinə etdiyi üçün Ellada xanımı müayinə etdiyini xatırlamır. Bəli, tərtib edilən ekspert rəylərin bir nüsxələri idarədə saxlanılır. Rəyi özü tərtib etməyib, o sadəcə qızlıq pərdəsi hissəsini və nəticə hissəsini oxuyub. Budun aşağı hissəsində xəsarətlər varsa, zorlama ehtimal olunur. İlk dəfə də cinsi əlaqəyə girən qadında (evlilikdə) xəsarətlərə praktikasıda rast gəlməyib. Xəsarətlər hər halda qaçanda, qaçırılanda, maşına mindiriləndə yarana bilər. İlk dəfə üçün bir və iki dəfə cinsi əlaqəni müəyyənləşdirmək olmur. Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu müayinə edən eksperti tam xatırlamır, onu iki ekspert müayinə edib, Ağstafada müayinə olunub. Məhkəmə iclasında dövlət ittihamçısı X7 çıxış edərək apellyasiya protestinin və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, onların nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında çıxış edərək tərəflərindən verilmiş apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini, təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəflərindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi4 digər təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası ilk növbədə təqsirləndirilən şəxslərin müdafiəçilərinin apellyasiya şikayətlərinə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, hər iki təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətlərində Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında sevgi münasibətlərinin olmasına, onların iş materiallarında olan sms yazışmalarına istinad edərək Elladanın təklifi ilə Elvinin onun zorla qaçırılması görüntüsü yaratdığını qeyd etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında sevgi münasibətlərinin olması cinayət işi materialları, habelə elə həmin sms mətnləri ilə öz təsdiqini tapır. Lakin bu, onların sevgi münasibətlərinin sonradan pozulması ehtimalını istisna etmir. Belə ki, cinayət işi materiallarında olan "xxxx" MMC-dən daxil olmuş sənədə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 həmin zaman istifadə etdiyi, əslində anasına məxsus olan **********15 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadə etdiyi **********33 saylı mobil nömrəsinə aşağıdakı məzmunda sms mətnləri göndərilmişdir: xx-xx-2020 15:46:41 1.1.**********15 1.1.**********33 sayende tek buraxmillar evden; xx-xx-2020 15:48:48 1.1.**********15 1.1.**********33 olanlari unuda bilmirem sene qarsi cox esebiyem; 07- 03-2020 15:50:41 1.1.**********15 1.1.**********33 hecne geri qayitmir hecne duzelmir artix ne etsekde; xx-xx-2020 15:53:10 1.1.**********15 1.1.**********33 gor ne veziyyetdeyemki bu halimizda bele yenede senin canini yandirmamax ucun sozderime diqqet edirem; 07-03- 2020 15:56:48 1.1.**********15 1.1.**********33 bu deqiqe ureyimde ne sozder varsa demek isderdim ama yene de susuram; xx-xx-2020 15:57:31 1.1.**********15 1.1.**********33 men uzulende yansaydi bele etmezdin; 07- 03-2020 16:00:49 1.1.**********15 1.1.**********33 meni ozunle sef salma sora pesman olacax seyler demirem oz firtinami icimde özüm susdururam; xx-xx-2020 16:03:39 xx-xx-2020 16:03:39 1.1.**********15 1.1.**********33 sen oz kozune yanmirsan etrafinida yandirirsan; xx-xx-2020 16:04:33 1.1.**********15 1.1.**********33 az vaxdim var he; xx-xx-2020 21:10:23 1.1.**********15 1.1.**********33 xaiş edirem zng eleme inen bele; xx-xx-2020 21:12:53 1.1.**********15 1.1.**********33 hecne sorusma her sey berbatdi onsuzda ne yaz nede zng ele; xx-xx-2020 21:12:53 xx-xx-2020 21:12:53 1.1.**********15 1.1.**********33 hecne sorusma her sey berbatdi onsuzda ne yaz nede zng ele məzmunlu mesajlar yazılmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 istifadə etdiyi **********14 saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 həmin zaman istifadə etdiyi, əslində anasına məxsus olan **********15 saylı mobil nömrəyə aşağıdakı məzmunda sms mətnləri göndərilmişdir: xx-xx-2020 00:42:58 xx-xx-2020 00:42:58 1.1.**********14 1.1.**********15 Aglimi itirmişemmmmm; xx-xx-2020 00:43:14 xx-xx-2020 00:43:14 1.1.**********14 1.1.**********15 Yazigin gelmirmi; xx-xx-2020 00:44:09 xx-xx-2020 00:44:09 1.1.**********14 1.1.**********15 İnan itirmişem; xx-xx-2020 00:44:55 xx-xx-2020 00:44:55 1.1.**********14 1.1.**********15 Nolar ikimizde yaşiyaq; xx-xx-2020 00:46:51 xx-xx-2020 00:46:51 1.1.**********14 1.1.**********15 Mene inanirsanmi ya sensen ya olum; xx-xx-2020 00:51:14 xx-xx-2020 00:51:14 1.1.**********14 1.1.**********15 Qulax ass yene tataq; xx-xx- 2020 00:51:49 1.1.**********14 1.1.**********15 Sadece qulax as caresizem nolar anla; xxxx-2020 00:52:25 xx-xx-2020 00:52:25 1.1.**********14 1.1.**********15 Nolar xx-xx-2020 00:52:34 xx-xx-2020 00:52:34 1.1.**********14 1.1.**********15 Anlaaaaaaaaaaa; xx-xx- 2020 00:53:23 xx-xx-2020 00:53:23 1.1.**********14 1.1.**********15 Oluremmmm; xx-xx- 2020 00:53:44 xx-xx-2020 00:53:44 1.1.**********14 1.1.**********15 Deyiremmm olumu budumu isxediyin; xx-xx-2020 00:55:51 xx-xx-2020 00:55:51 1.1.**********14 1.1.**********15 Deyilem ozumde sensen umudlerimde ac qulax as sadece; xx-xx-2020 00:56:55 1.1.**********14 1.1.**********15 Nolar axi olumum komek execekmi sene; xx-xx- 2020 01:19:49 07-03- 2020 01:19:49 1.1.**********14 1.1.**********15 Qollarimda olmaq isdeyirsenmi; xx-xx-2020 01:20:40 xx-xx-2020 01:20:40 1.1.**********14 1.1.**********15 ?, xx-xx-2020 01:21:18 1.1.**********14 1.1.**********15 Bir soz deyim yat; xx-xx-2020 01:21:35 1.1.**********14 1.1.**********15; Olecem bu gece; xx-xx-2020 01:22:30 1.1.**********14 1.1.**********15 Dedim olecemmmmm; xx-xx-2020 01:23:17 1.1.**********14 1.1.**********15 Bagişla nolar ne etdimse sevdiyim ucu etdim iyreneceyni bilmirdim xx-xx-2020 01:23:17 xx-xx-2020 01:23:17 1.1.**********14 1.1.**********15 Bagişla nolar ne etdimse sevdiyim ucu etdim iyreneceyni bilmirdim; 07- 03-2020 01:24:15 xx-xx-2020 01:24:15 1.1.**********14 1.1.**********15 Bagişladgvi yaz fisyo; xx-xx-2020 01:25:17 xx-xx-2020 01:25:17 1.1.**********14 1.1.**********15 Sonuncu defe gore bileremi seni; xx-xx-2020 01:26:08 1.1.**********14 1.1.**********15 Elvida son sozun; xx-xx-2020 21:22:15 1.1.**********33 1.1.**********15 bele etmekle dahada cetinewecek; xx-xx-2020 21:49:02 1.1.**********331.1.**********15 nolar anla meni; xx-xx-2020 21:49:44 1.1.**********33 1.1.**********15 deqiqalar sayiram; xx-xx-2020 21:51:18 1.1.**********33 1.1.**********15 sebir etmeyime komek et neydi gunahim; xx-xx-2020 21:52:52 1.1.**********33 1.1.**********15 ses ver nolar xx-xx-2020 21:52:52 xx-xx-2020 21:52:52 1.1.**********33 1.1.**********15 ses ver nolar məzmunlu mesajlar göndərilmişdir. Yuxarıda qeyd edilən sms mətnlərinin qarşılıqlı təhlilindən bu nəticə hasil olur ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında olan sevgi münasibətləri 07 mart 2020-ci il tarixində artq pozulmuş, Elvin Elladadan onu bağışlamasını xahiş etmiş (xx-xx- 2020 01:24:15 1.1.**********14 1.1.**********15 Bagişladgvi yaz fisyo), habelə onu sonuncu dəfə görə bilib-bilməyəcəyini soruşmuş (xx-xx-2020 01:25:17 1.1.**********14 1.1.**********15 Sonuncu defe gore bileremi seni), onunla vidalaşmış (xx-xx-2020 01:26:08 1.1.**********14 1.1.**********15 Elvida son sozun), Ellada isə Elvindən dəfələrlə ona yazmamasını, zəng etməməsini xahiş etmişdir (xx-xx-2020 21:10:23 1.1.**********15 1.1.**********33 xaiş edirem zng eleme inen bele , xx-xx-2020 21:12:53 1.1.**********15 1.1.**********33 hecne sorusma her sey berbatdi onsuzda ne yaz nede zng ele). Müdafiə tərəfi Elladanın təklifi ilə Elvinin onu qaçırdığını, belə ki, Elladanın məqsədinin onun zorla qaçırılması görüntüsü yaratmaq olduğunu bildirsələr də, məhkəmə kollegiyasının qənaətinə görə yuxarıdakı sms mətnlərinin məzmunundan onların artıq ayrılıq mərhələsində olduğu müəyyən edilir və bu səbəbdən də Elvin Elladadan onu bağışlamasını, habelə sonuncu dəfə onu görə bilib-bilməyəcəyini soruşur. Həmçinin Elladanın yazdığı smslərdən onun Elvin ilə münasibətinin alınmayacağını qəbullanması və bunu dilə gətirməsi (xx-xx-2020 16:00:49 xx-xx-2020 16:00:49 1.1.**********15 1.1.**********33 meni ozunle sef salma sora pesman olacax seyler demirem oz firtinami icimde ozum susdururam), Elvinin isə Elladanın ondan ayrılmasını, onların münasibətlərinin baş tutmayacağını qəbul etməməsi (xx-xx-2020 16:03:39 xx-xx-2020 16:03:39 1.1.**********15 1.1.**********33 sen oz kozune yanmirsan etrafinida yandirirsan) müəyyən edilir ki, belə olan halda Elladanın özünün istəyi ilə qaçırılması görüntüsünü yaratmaqla Elvinlə birgə getməsi ağlabatan deyil və yuxarıda qeyd edilən sms mətnlərin məzmununa da uyğun gəlmir. Bundan başqa Təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsində ifadə verib qeyd etmişdir ki, “Bundan sonra isə o, Elladanı qucağına alıb avtomobilə əyləşdirmiş, bu zaman Elladanın anasının qışqırdığını eşitmiş, lakin Günər avtomobili sürüb ərazidən uzaqlaşmış, Ellada isə avtomobildə olan zaman avtomobilin qapılarına bir neçə təpik zərbəsi endirmiş, bu zaman Elladaya artıq evlərindən uzaqlaşdığını bildirmişdir” Məhkəmə kollegiyasının qənaətinə görə hadisə müdafiə tərəfinin irəli sürdüyü mexanizm üzrə baş versəydi, yəni Elladanın qaçırılacağından özünün xəbəri olmuş olsaydı, bu zaman o maşına əyləşdirildikdən və maşın evlərindən uzaqlaşdıqdan sonra maşının qapısına təpiklə zərbələr endirməsi mənasiz olardı. Halbuki təqsirləndirilən şəxs özü ifadəsində maşın ərazidən uzaqlaşdıqdan sonra da Elladanın qapıya təpiklə zərbələr endirməsini bildirmişdir ki, bu da onun zorla, iradəsinə zidd olaraq qaçırılmasına dəlalət edən haldır. Təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsində ifadə verdikdən sonra verilmiş suala cavab olaraq bildirmişdir ki, Elladanın başı yaralı olduğundan, həmçinin ağrıdığından yolda maşını bir dəfə Şəmkirdə aptekdə, birdə Kürdəmirdə saxlamışlar, lakin o, Elladanı taksi sürücüsü ilə qoya bilməmiş, birdə başı yaralı idi deyə maşında tək qoya bilməmişdir. Təqsirləndirilən şəxsin Elladanı taksi sürücüsü ilə tək qoya bilməməsinə dair bildirdiyi fikrə münasibətdə qeyd olunmalıdır ki, onun bu hərəkətinə əsas səbəb Elladanın taksi sürücüsünə təsir göstərməklə və ya özünün tək maşından düşüb qaçmasının qarşısını almaq olmuşdur. Belə ki, əgər Ellada özü könüllü razılığı əsasında gəlmişdisə, Elvinin belə bir qorxusu (Elladanı taksi sürücüsü ilə tək qoya bilməmək) olmamalı idi. Və ya Elvinin qısqanclıqdan bunu etdiyi fərz edilsə belə, bu da öz təsdiqini tapmır, çünki istər qaçırılan zaman, istərsə də qaçırıldıqdan sonra həmin ana qədər Ellada artıq tanımadığı, əks cinsin nümayəndələri ilə ünsiyyətdə olmuşdu (təqsirləndirilən şəxslər Vasif, Günər, TTY-da feldşer işləyən Anar, Vaqif həkim (Ellada Vaqif həkimin yanında olarkən Elvin onu çöldə gözləmişdi) və s). Bundan başqa Təqsirləndirilən şəxs1 verdiyi ifadələrində qeyd etmişdir ki, Elladanın başı yaralandıqdan sonra TTTY-da feldşer işləyən Anar adlı şəxsi çağırmış, Anar isə onun yarasının tikilməli olduğunu bildirmiş, bundan sonra o, Ellada, dayısının arvadı Roza, Rozanın tanışı tanımadığı orta yaşlı bir qadın Anarın avtomobili ilə Vaqif həkimin evinə getmişlər. Ellada Vaqif həkimin yanında olan zaman o, çöldə gözləmişdir. Həmin vaxt Vaqifə vermək üçün dayısının arvadı Rozaya 100 manat pul vermişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 08 mart 2020-ci il tarixində, təxminən axşam saat 22 radələrində yaşadığı evin giriş darvazasından içəri bir qız uşağı iki nəfər qadınla daxil olmuş, qadınlar yaşadığı evin həyətindən uca səslə “Vaqif doxtur” deyə çağırmışlar. evdən həyətə çıxan vaxt həyətdə bir gənc qız və iki nəfər qadının evinin həyətində olduğunu görmüşdür. Həmin şəxsləri evin həyətində özünə məxsus tibbi xidmətlər göstərmək üçün otağına dəvət etmiş, qadınların yanında gələn gənc qızın (Zərərçəkmiş şəxs1) başının parça ilə sarındığını görmüşdür. Bundan sonra nə baş verib deyə onlara ümumi sual verəndə qadınlar bildirmişlər ki, adını tam xatırlamadığı bir şəxsin adını çəkib həmin şəxsə qara bayram verilməsi üçün hazırlıq işləri görən zaman qızın ayağı büdrəmiş və onun başı qaz sobasının kənarına dəymişdir. Otaqda qızın başına qoyulmuş sarğını açan zaman alın nahiyəsində çapılmış yara izinin olduğunu və qanaxmanın davam etdiyini görmüş, qanaxmanı dayandırmaq məqsədilə yaranın ətrafına “novakayın” adlı keyləşdirici dərman inyeksiya etmişdir. Yuxarıda qeyd edilənlərdən iki maraqlı məqam ondan ibarətdir ki, birincisi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 başı yaralandıqdan sonra Elvin onu Vaqif həkimin yanına aparsa da, özü içəri daxil olmur, ikincisi isə odur ki, Elladanın yanında olan qadınlar onun başının xəsarət alması ilə bağlı həkimə yalan məlumat verirlər. Məhkəmə kollegiyasının qənaətinə görə sadalanan hər iki halda əsas məqsəd həkimi şübhələndirməmək, onun diqqətini yayındırmaq olmuşdur. Belə ki, Ellada özü könüllü razılıq əsasında gəlsə və təsadüfən yıxılıb başını zədələmiş olsaydı, həkimə düzgün olanı, yəni hadisəni “həqiqətən” baş verdiyi şəraitdə demək problemsiz olardı. Lakin Elvin şübhə çəkməmək və yarana biləcək əlavə suallardan yayınmaq üçün Ellada həkimin yanında olarkən onu çöldə gözləmiş, Elladanın yanında olan qadınlar isə həkimə yalan məlumat verib guya onun qara bayram verilməsi üçün hazırlıq işləri görən zaman ehtiyatsızlıqdan yıxılıb zədələndiyini bildirmişlər. Təqsirləndirilən şəxslərin müdafiəçiləri Zərərçəkmiş şəxs1 “Təqsirləndirilən şəxs1 əlindən qurtulmaq üçün” kifayət qədər imkanının olmasına istinad edib Zərərçəkmiş şəxs1 öz istəyi ilə Təqsirləndirilən şəxs1 ilə birgə getdiyini qeyd etsələr də, məhkəmə kollegiyası bu dəlillərlə razılaşmır. Belə ki, cinayət işi materiallarının, habelə təqsirləndirilən, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin qarşılıqlı təhlilindən aydın olur ki, Təqsirləndirilən şəxs1 və onun yaxın adamları zərərçəkmiş şəxsi daima müşayiət etdiyindən, Zərərçəkmiş şəxs1 belə imkanı real olaraq mövcud olmamış, Zərərçəkmiş şəxs1 Vaqif həkimin yanında olarkən Elvin özü orada olmasa da, Elladanın yanında onun tanıdığı (Elvinin) adamlar olmuş, taksi ilə Bakıya gələrkən isə Elvin özü Elladanı tək qoymamaq üçün avtomobildən düşməyib, sürücüyə dərman almağı tapşırmış, yolda ayaqyoluna getmək üçün dayansalar da, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qapının qarşısında gözləməklə zərərçəkmiş şəxsin başqa bir insandan kömək almaq imkanının qarşısını almış, bundan sonra onu Bakıda öz tanışının evinə aparmışdır. Bundan başqa zərərçəkmiş şəxsin həmin zamanki vəziyyəti, yəni anasının yanından və gözü qarşısında, evinin qarşısından zorla qaçırılmış, fiziki (başı yarılmış) və mənəvi (qaytarılmasını tələb etsə də, Təqsirləndirilən şəxs1 onu geri qaytarmamış) zorakılığa məruz qalmış şəxsin psixoloji durumu, eləcə də yaşadığı bölgədə və ailəsində “qız qaçırılması”-nın hansı sonluqla nəticələnəcəyini (yəni ailəsinin onu qəbul etməyəcəyini) bilməsi nəzərə alındıqda görünür ki, Zərərçəkmiş şəxs1 geri qayıtmaq kimi bir imkanı olmamışdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hadisə müdafiə tərəfinin irəli sürdüyü mexanizm üzrə baş versəydi, yəni zərərçəkmiş şəxs özü planlı şəkildə qaçırılması görüntüsü yaratsa idi, ailəsi onun zorla qaçırıldığına əmin olub polisə müraciət etdiyindən Zərərçəkmiş şəxs1 artıq öz “məqsədinə” çatmış hesab olunmalı idi və belə olan halda geriyə, ailəsinin yanına qayıtmazdı. Lakin zərərçəkmiş şəxs ilk əvvəl ailəsinin onu qəbul etməyəcəyini düşünüb polisə “könüllü” gəldiyini demiş, Bakı şəhərində polis bölməsində olarkən qohumları ilə danışıb ailəsinin onu qəbul edəcəyindən əmin olduqdan sonra isə, geri, yəni ailəsinin yanına qayıtmışdır ki, sadalananlar da müdafiə tərəfinin dəlillərinin əsassız olduğuna dəlalət edir. Apellyasiya şikayətlərində həmçinin şahidlərin verdiyi ifadələrə istinad edilməklə Zərərçəkmiş şəxs1 özünün könüllü razılığı ilə Təqsirləndirilən şəxs1la gəldiyi qeyd edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin şahidlər müdafiə tərəfinin şahidləri olmaqla, ifadələri təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınması və özlərinin cinayət hadisəsi barədə xəbər verməmələri ilə bağlı məsuliyyətdən yayınması xarakteri daşıyır. Apellyasiya şikayətlərində həmçinin şahid polis əməkdaşı Şahid5 məhkəmədə verdiyi ifadələrinə istinad olunsa da, məhkəmə kollegiyasının qənaətinə görə onun bu ifadəsi həqiqəti əks etdirmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq şahidin ifadəsini özünün cinayət hadisəsini rəsmiləşdirmədiyi üçün məsuliyyətə cəlb ediləcəyindən ehtiyatlanması xarakteri daşıdığı qənaətinə gəlmişdir. Belə ki, hadisə zamanı Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı vəzifəsində işləyən Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Ellada ilə söhbət edən zaman X19 rayonundan zorla qaçırtmasına dair onda şübhələr yaranmışdır. Çünki Elladanın baş nahiyyəsində xəsarət izi olmuşdur. Həmçinin Ellada həddindən artıq qorxduğu üçün danışmaqda da çətinlik çəkmişdir. Bu zaman Tovuz RPŞdən adını xatırlamadığım polis əməkdaşının Elladanın valideynlərinin yanına qaytarılması üçün gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 Şamama adlı xalasının da Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gələrək, Elladanı özü ilə birlikdə Tovuz rayonuna aparacağını və Tovuz RPŞ-nə şikayət edəcəklərini bildirməsinin şahidi olmuşdur. Bundan sonra Elladanın xalası artıq Tovuz RPŞ-də araşdırma aparıldığı üçün, 6-cı PB-nə heç bir müraciət etməyəcəklərini bildirmiş və Elladanı da onlara təhvil verməyini tələb etmişlər. Lakin o, Zərərçəkmiş şəxs1 Tovuz RPŞ-nin adını xatırlamadığı məsul əməkdaşına təhvil vermişdir. Həmin vaxtı Tovuz RPŞnin adını xatırlamadığı əməkdaşı ilə Elladanın qohumları Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasının həyətində kimin hansı maşın ilə rayona gedəcəyini müzakirə etmişlər. Elladanın qaçırılması barədə Tovuz RPŞ-də araşdırma aparılması ona məlum olduğundan o, bu haqda hər hansı sənədləşmə işləri aparmamışdır. Həmçinin Elladanın qohumları da bölmədə hər hansı sənədləşmə işinin aparılmasını istəməmişlər. Bundan başqa Elladanın valideynlərinin təkidlə qızının Tovuz rayonuna gətirilməsi hadisələrin axarını sürətləndirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 Tovuz rayonun aparılması üçün göndərilmiş Tovuz RPŞ-nin də əməkdaşının həmin vaxt orada olması onda fakta Tovuz RPŞ-də hüquqi qiymət verilməsi üçün əminlik yaratmışdır. Həmin gün Zərərçəkmiş şəxs1 Tovuz RPŞ-nin əməkdaşına təhvil vermişdir. Lakin sonradan, Elladanın xalası Şamama tərəfindən Tovuz RPŞ-nə aparılmasını öyrənmişdir. Onun Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında cinsi əlaqə aktının baş verməsi barədə məlumatı olmamışdır. Lakin Elladanın xalası polis bölməsində Ellada ilə danışan zaman Elvinin Ellada ilə cinsi əlaqədə olduğu ona məlum olmuşdur. Həmin vaxt Ellada psixoloji cəhətdən sarsıldığından onunla söhbət etmək mümkün olmamışdır. Buna görə də onun zorlanması barədə məlumatı dəqiqləşdirə bilməmişdir. Zərərçəkmiş şəxs1 baş nahiyyəsindəki xəsarətin hicab altında gizlədilməsi, onun diqqətini cəlb etmişdir. Bundan başqa Elladanın valideynlərinin Tovuz RPŞ-nə şikayət etməsi və qızlarının zorla qaçırılmasını bildirmələri, həmin xəsarətin qaçırılma prosesi zamanı yarana biləcəyi barədə onda azda olsa əminlik yaranmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yanında olan zaman Ellada ona həyəcanlı formada könüllü gəldiyini bildirmişdir. Lakin, o, Elladanın başındakı xəsarət barədə soruşan zaman Ellada “avtomobilə dəydiyini” bildirmişdir. Ellada qeyd edilən sözləri işlədən zaman qorxu içərisində və təlaşlı formada Elvinin üzünə baxmışdır. Sanki Elvindən qorxurdu və nəyisə gizlətmişdir. O, Elladanın baş nahiyyəsindəki xəsarəti görən kimi onun qaçırılması ehtimalından şübhələmişdir. Zərərçəkmiş şəxs1 könüllü olaraq Elvinlə birlikdə qaçmış olsaydı, Binəqədi RPİ-nin 6-cı PB-də Elvinin onu könüllü gətirməsi barədə israr edərdi. Lakin Zərərçəkmiş şəxs1 Tovuz RPŞ-dən gələn polis əməkdaşını və qohumlarını görən kimi onlarla birlikdə, Tovuza gedəcəyini bildirmişdir. O, hesab etmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1la könüllü olaraq Bakı şəhərinə gəlmiş olsaydı, qohumları ilə birlikdə Tovuz rayonuna getməzdi. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin mübahisəli ekspert rəyini sübut növü kimi tanıyaraq yanlış qənaətə gəlməsinə dair dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarında olan həmin rəylərlə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14-təcrübi və X13 rayon şöbəsinin rəisi X5 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14-təcrübi və X11 şöbəsinin rəisi X16 həm birinci instansiya, həm də apelyasiya instansiya məhkəməsində şahid qismində dindirilmişlər, bu zaman X5 ekspert rəyində fərqlərin olmasını texniki səhvlə əlaqələndirmiş və məhz müdafiəçilərin təqdim etdiyi digər ekspertin imzası olmayan həmin rəyi təsdiq etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə rəylər arasındakı ziddiyyətli məqam şahid qismində dindirilmiş ekspertlərin ifadələri ilə aradan qaldırıldığından birinci instansiya məhkəməsi haqlı olaraq Müdafiəçi3 tərəfindən təqdim edilmiş, yalnız X18 tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2020-cu il tarixli 137 №-li ekspert rəyini sübut kimi qəbul etmişdir. Müdafiəçi3 Təqsirləndirilən şəxs1 tərəfindən bu cinayətin (CM 144.2-ci maddəsi) törədilməsi qəbul edilsə belə, onun zərərçəkmiş şəxs Ellada Əmiraslavanı könüllü olaraq azad etdiyindən həmin maddənin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindfən azad edilməli olmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 144cü maddəsinin Qeyd hissəsinə əsasən əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Göründüyü kimi maddənin qeyd hissəsi cinayət törətmiş şəxsin cinayət məsuliyyətini istisna edən amil kimi 2 əsas müəyyən etmişdir: birincisi, cinayət törətmiş şəxsin əməlində başqa cinayətin tərkibinin olmaması, ikincisi, cinayət törətmiş şəxsin oğurlanmış adamı könüllü azad etməsi. Bu, cinayət məsuliyyətindən azad etmənin xüsusi halıdır. Oğurlanmış adamın könüllü azad edilməsi dedikdə, cinayət törətmiş şəxsin zərərçəkmiş şəxsi saxlamaq imkanı olduğu halda, onu azad etməsi başa düşülür. Əgər cinayət törətmiş şəxsin zərərçəkmiş şəxsi saxlamaqda davam etmə imkanlarının qurtarması səbəbindən məcburiyyət qarşısında qalıb onu azad edərsə, qeyd edilən maddə ilə cinayət məsuliyyəti istisna edilmir. Hazırki cinayət işi materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs1la Tovuz RPŞ-nin əməkdaşı Şahid12 dəfələrlə əlaqə saxlayaraq Elladanın geri qaytarılması və Tovuz rayonuna qayıtmalarını ondan tələb etmiş, Elvin onu Tovuza gələcəkləri barədə əmin etsə də, vədinə əməl etməmiş, o isə Elvinin yalan danışdığını, onların gəlmədiklərini yəqin edib təcili olaraq Elvinə Bakı şəhərində yerləşən polis bölmələrindən birinə müraciət etməsini bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs artıq polislərin onlardan məlumatlı olduğunu, zərərçəkmiş şəxsi daha çox öz yanında qaçırdaraq saxlaya bilməyəcəyini başa düşüb polisə gətirmişdir ki, bu da onun zərərçəkmiş şəxsi saxlamaqda davam etmə imkanlarının olmaması kimi və həmçinin onun haqlı olaraq CM-in 144-cü maddəsi isə məhkum edildiyinə dəlalət edən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs3 müdafiəçisi apelyasiya şikayətində Vasif Aliyevin heç bir cinayət törətmədiyini, belə ki, onun ümumiyyətlə bu cinayətin törədilməsində və Elladanın qaçırılmasında iştirak etmədiyini qeyd etsə də, müdafiəçinin irəli sürdüyü dəlillər digər təqsirləndirilən şəxs Güner Hüseynovun, habelə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdikləri ifadələr ilə tam şəkildə təkzib olunur. Belə ki, həm təqsirləndirilən şəxs Güner Hüseynov, həm də Şahid2 ifadələrində Təqsirləndirilən şəxs3 Güner Hüseynovun idarə etdiyi avtomobildə Elvin ilə birlikdə bu məqsədlə Elladanı və anasının olduğu digər avtomobili təqib edib yaşadığı evin qarşısında avtomobildən enərək anası Zərərçəkmiş şəxs2 müqavimətini qıraraq Zərərçəkmiş şəxs1 “qaçırılmasında” iştirak etdiyini bildirmişlər ki, Təqsirləndirilən şəxs3 ifadələrinin özünümüdafə xarakteri daşıdığına, müdafiəçinin dəlillərinin isə əsassız olduğuna dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərinin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs1 əməlini CM-nin 144.2.3, 144.2.4 və 149.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlini isə CM-nin 144.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin dövlət ittihamçısının apellyasiya protesti və zərər çəkmiş şəxsin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibət bildirilməsini zəruri hesab edir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərindən göründüyü kimi, dövlət ittihamçısı tərəfindən birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs3 münasibətdə nəzərə alınmış cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəalarının tətbiq edilməsi əsasları mübahisələndirilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmənin hökmündən görünür ki, məhkəmə CM-in 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs3 C81.4-Limfositlərin çoxluğu ilə müşayiət olunan klassik Kockin limfoması İİİ mərhələ diaqnozu ilə onkoloji xəstəliyini, mütəmadi olaraq müalicəyə ehtiyacının olmasını, baş vermiş hadisədən peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, onun barəsində cəzasını ağırlaşdıran halların olmadığını qeyd etmişdir. Dövlət ittihamçısının apellyasiya protestində istinad etdiyi dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Protestdə məhkəmə tərəfindən cəza təyin edilərkən təqsirləndirilən şəxsin cinayəti etiraf edərək səmimi peşman olmasının yüngülləşdirici hal kimi nəzərə alınmasına baxmayaraq həmin halın nədə ifadə olunmasının açıqlanmadığı, Təqsirləndirilən şəxs3 könüllü gəlib təqsirini boynuna almadığından və cinayətin açılmasına fəal kömək etmədiyindən həmin yüngülləşdirici halın CM-nin 72.1-ci maddəsinin tələblərinə uyğun olmadığı göstərilmişdir ki, məhkəmə kollegiyası protestin bu dəlilini tam əsassız hesab edərək qeyd edir ki, CM-nin 72-ci maddəsi cinayət məsuliyyətindən azad etmə əsaslarını nəzərdə tutan normadır ki, hazırki halda cinayət törətmiş şəxsin məsuliyyətdən azad edilməsi məsələsinə deyil, ona təyin edilmiş cəzanın onun islah edilməsi üçün məqsədəmüvafiq və yetərli olub-olmaması məsələsinə qiymət verilir. Həmçinin, qeyd olunmalıdır ki, CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər ki, hazırki halda da təqsirləndirilən şəxsə münasibətdə işə baxan məhkəmə onun əməlindən peşman olmasını yüngülləşdirici hal qismində nəzərə almaqda haqlı olmuş və cinayət qanunu normasının tətbiqində heç bir səhvə yol verməmişdir. Bundan başqa, protestdə məhkəmənin Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə aldığı, lakin onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının nədə ifadə olunması və şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını hökmünün təsviri- əsaslandırıcı hissəsində göstərilmədiyi bildirilmişdir ki, protestin bu dəlilinə münasibətdə qeyd olunmalıdır ki, cinayət işi materiallarında olan Aşağı Quşçu kənd İƏD-i üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Aşağı quşçu kəndində yaşadığı müddətdə qonşularla, qohumlarla, yaşıdları ilə yaxşı münasibətdə olmuşdur. (Cild 06, i.v. 130, 133) Göründüyü kimi apelyasiya protestində Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının hökmdə nədə ifadə olunmasının göstərilmədiyi qeyd edilsə də, iş materiallarında olan sənədlə onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması görünür ki, bu da protestin bu dəlilinin də əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında da qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 62-ci maddəsindən görünür ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göstərilənləri, habelə apellyasiya protestinin dəlillərini qarşılıqlı şəkildə tədqiq və təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunun Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edilməsi və CM-nin 62-ci maddəsinə uyğun olaraq həmin halların müstəsna hal kimi qəbul edilməklə, CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 144.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət tam olaraq qanuni, əsaslı və ədalətli olmuşdur. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün «Təqsirləndirilən şəxs3 CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi» hissəsini ləğv edib, ona CM-nin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 apellyasiya şikayətində Təqsirləndirilən şəxs3 münasibətdə CM-nin 62-ci maddəsinin tətbiq edilməsini mübahisələndirmişdir ki, bununla bağlı dövlət ittihamçısının protestinin dəlilləri ətraflı şərh edildiyindən yenidən eyni halların sadalanmasına zərurət görmür. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini səciyyələndirən və onların cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını əsas götürərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həm təqsirli bilindikləri cinayətin ağırlığına, həm də onların şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin cəzasının ağırlaşdırılması və yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən həmçinin ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 1(101)- 104/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə və protestinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 CM-nin 144.2.3, 144.2.4 və 149.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 1(101)-104/2022 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X6 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-29/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-29/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver