Məhkəmə qərarları › İş №1(103)-3/2024

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-3/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-3/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), X22 və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X29 , Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X8, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 1(101)-876/2014 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə Təqsirləndirilən şəxs aid hissədə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli hökmü ilə (hakimlər Sadıxov Rasim Əkrəm oğlu sədrliyi ilə, X30 və X4 ibarət tərkibdə) xx xxxx 1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-də problemli kreditlər şöbəsinin mütəxəssisi işləmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ev 4, mənzil 36-da yaşamış, Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 30 yanvar 2024-cü il tarixdə tutulmuş, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2013-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə 14 (on dörd) il müddətə, Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla X5 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı iş üzrə Elman İsgəndərova təyin olunmuş cəza ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 19 sentyabr 2013-cü il tarixli qərarı ilə X1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Şabran Rayon Məhkəməsinin 01 oktyabr 2012-ci il tarixli hökmü dəyişdirilərək üzərində saxlanılmış 2 il 10 ay 4 gün azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Elman İsgəndərova qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 56.1.3 və 56.2-ci maddələrinə əsasən X12 cəzasının ilk 05 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə X1 ittihamından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi, Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsindən isə “sifarişlə qəsdən adam öldürmə” tövsifedici xüsusatı xaric edilmişdir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli hökmündən dövlət ittihamçsı apellyasiya protesti verərək hökmün ləğv edilməsini və yeni ittiham hökmü çıxarılmasını, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirli bilinməklə, onlara həmin maddələrin sanksiyası həddində cinayət qanunu normalarına uyğun cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, məhkum X1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Mirpaşa Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və X9 ibarət tərkibdə) 24 fevral 2016-cı il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli hökmü X12 barəsində ləğv edilmiş, iş üzrə yeni ittiham hökmü çıxarılaraq, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı iş üzrə Elman İsgəndərova təyin olunmuş cəza ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 19 sentyabr 2013-cü il tarixli qərarı ilə X1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Şabran Rayon Məhkəməsinin 01 oktyabr 2012-ci il tarixli hökmü dəyişdirilərək üzərində saxlanmış 2 il 10 ay 4 gün azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi hökmdən xaric edilmiş, Cinayət Məcəlləsinin 56.1.3 və 56.2-ci maddələrinə əsasən X12 cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin həmin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2016-cı il tarixli hökmündən X1 müdafiəçisi Mehrəliyev Cabir Mürüş oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2018ci il tarixli, 1(102)-28/2018 nömrəli qərarı ilə məhkum X1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, 2013-cü ilin aprel ayında əvvəllər tanıdığı Əli-zadə Xəyal Məzahir oğlu, qohumu X12 və qeyriləri ilə qabaqcadan əlbir olub Xəyal Əli-zadənin nağd pul ödəniləcəyi vədi ilə Bakı şəhərində yaşayan, Almaniya Federativ Respublikasının vətəndaşı X84 güya Xəyal Əli-zadənin yaxın qohumuna münasibəti dəyişmək niyyəti ilə xəsarət yetirmək sifarişini Elman İsgəndərova çatdıraraq X75 Əli-zadənin sürücüsü X55 vasitəsilə tanınmasını təmin etmiş, Elman İsgəndərov tamah məqsədilə qəbul etdiyi sifariş əsasında 23 aprel 2013-cü il tarixdə Bakı şəhəri, Moskva prospekti 75 A saylı binanın qarşısında yerləşən 210 №-li “Qasid” adlanan köşkdən bir ədəd soyuq silah hesab edilən, düyməli, tiyəsi qatlanan bıçaq alıb əldə edərək üzərində gəzdirmiş, 29 aprel 2013-cü il tarixdə isə 20 Yanvar dairəsində yerləşən “Velotrek” adlanan yarmarkadan zahiri görünüşünü gizlətmək üçün kapşonli idman köynəyi və gün eynəyi alaraq, Vüsal Şilderi mütəmadi olaraq Bakı şəhərində oxuduğu Qərb Universitetindən yaşadığı Bakt şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən evinə kimi hərəkət marşurutu üzrə izləmiş və 02 may 2013-cü il tarixdə, saat 14:30 radələrində tanınmamaq üçün əldə etdiyi gün eynəyini gözlərinə taxıb, əynində olan idman köynəyinin kapşonunu başına keçirməklə Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında Vüsal Şilderə tək yaxınlaşaraq üstündə olan bıçağın düymə ilə tiyəsini açıb ona boyunun arxa səthinin əzələ, damar və sinirlərinin zədələnməsi ilə müşayiət olunan, sağlamlığa az ağır zərər vuran bir ədəd deşilmiş-kəsilmiş yara, başın sol təpə gicgah nahiyəsinə, üst dodağın sol yarısına kəsilmiş, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib, bundan sonra Vüsal Şilder ona qarşı çevrilib üz-üzə durduqda isə qəsdən öldürmək məqsədilə döş qəfəsinin ön səthinin sol yarısına, döş boşluğuna keçən, sol ağ ciyərin və ürəyin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirməklə Vüsal Şilderi qəsdən öldürmüş və kapşonlu idman köynəyini hadisə yerinin yaxınlığında tullayaraq oradan uzaqlaşmaqla cinayətin izini itirmək məqsədilə alət kimi istifadə etdiyi bıçağı Bakı şəhəri, Moskva prospektində “20 yanvar şəhidləri” abidəsinin yaxınlığında yerləşən kanalizasiya lyukuna atmış, əməlinə görə min manat pulu qəbul etmişdir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli hökmündən dövlət ittihamçsı apellyasiya protesti verərək hökmün ləğv edilməsini və yeni ittiham hökmü çıxarılmasını, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirli bilinməklə, onlara həmin maddələrin sanksiyası həddində cinayət qanunu normalarına uyğun cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi subyektiv mülahizələrə əsaslanmaqla tamamilə əsassızdır. Əvvəla məhkəmə tərəfindən sübut edilmiş hesab edilən cinayət əməlinin təsviri işin məhkəmədə müəyyən edilən hallarına uyğun deyildir. Məhkəmədə işin halları aşağıdakı kimi müəyyən edilmişdir: Əli-zadə X27 Fedarativ Respublikası vətəndaşlığını qəbul etmiş X85 edilmiş xəbərdarlıqlara baxmayaraq baldızı Lalə Ağayeva ilə münasibətlərinə son qoymadığına görə cəzalandırmaq qərarına gəlib, dostu Təqsirləndirilən şəxs cəzanı icra edəcək şəxs tapmağı tapşırmış, sonuncu xalası oğlu, əvvəllər iki dəfə məhkum olunmuş X6 23 aprel 2013-cü il tarixdə bu məqsədlə yaşadığı Şabran rayonundan Bakı şəhərinə çağırmışdır. Seymur Tahbov ona yaxın, imkanlı dostunun bacısına sataşıldığını, qızın onun da bacısı sayıldığını bildirib, həmin şəxsə “şram" atmağı, boşluqlarına bıçaq soxmağı Elman İsgəndərova təklif etmiş, bu işə görə necə lazımdırsa hörmət olunacağını, özünə yaxşı maşın ala biləcəyini vəd etmiş, Elman İsgəndərov onun təklifini qəbul etdikdən sonra cinayətin icrasına hazırlıq aparıldığı müddətdə onun şəxsiyyətinin gizli qalması və tanınmaması üçün tədbirlər görərək, onun Abşeron rayonu ərazisində mehmanxana kimi istifadə olunan evdə yaşamasını, onun xərclərinin ödənilməsini təmin etmiş, yaşadığı ünvandan çıxmaması barədə tapşırıqlar vermişdir. Təqsirləndirilən şəxs 26 aprel 2013-cü il tarixdə Xəyal Əli-zadə ilə Elman İsgəndərovun görüşünü təşkil edərək birlikdə cinayətin törədilməsi barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Təqsirləndirilən şəxs 29 aprel 2013-cü il tarixdə X52 Əli-zadənin sürücüsü Rüfət Zakirovla tanış edib, idarə eldiyi “Prado” markalı avtomaşınla onları Qərb Universitetinin yerləşdiyi əraziyə apararaq Elman İsgəndərova vuracağı oğlanı Rüfətin ona göstərəcəyini izah etmişdir. X86 X41 tanıtdırdıqdan sonra, metronun “İçəri şəhər” stansiyasından ”N.Nərimanov” stansiyasına kimi Vüsal Şilderə yaxınlaşmadan onun ardınca aparmaqla onun hərəkət marşurutunu öyrətmişdir. Təqsirləndirilən şəxs 01 may 2013-cü il tarixdə Elman İsgəndərova zəng edib saat 12:00-da metronun “Nəriman Nərimanov” stansiyasının çıxışına gedib vuracağı oğlanı gözləməsini tapşırmış, o, tapşırığa uyğun olaraq ora gedib, Vüsal Şilderi gözləmiş, Vüsal Şilder metrodan çıxdıqda evinə qədər ardınca getmiş, lakin adam çox olması səbəbindən sifarişi icra edə bilməyib, bu barədə Seymura məlumat vermişdir. Təqsirləndirilən şəxs 02 may 2013-cü il tarixdə Elman İsgəndərovu idarə etdiyi avtomaşınla metronun “İçəri şəhər” stansiyası yaxınlığına aparıb, ona Vüsal Şilderi izləyib, onu vurmağı tapşırmışdır. Elman İsgəndərov tanınmamaq üçün əldə etdiyi gün eynəyini gözlərinə taxıb, əynində olan idman köynəyinin kapşonunu başına keçirməklə Vüsal Şilderi hərəkət marşurutu üzrə izləmiş, saat 14:30 radələrində Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, 3 B saylı evin qarşısında Vüsal Şilderə tək yaxınlaşaraq əvvəlcədən cinayətin törədilməsində istifadə etmək üçün qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi bıçaqla ona boyun, baş və döş qəfəsi nahiyələrindən zərbələr vuraraq qəsdən öldürmüş, əməlinə görə Xəyal Əlizadədən 1000 manat pulu qəbul etmişdir. İşin yuxarıda qeyd edilən halları aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı X13 04 may 2013-cü il tarixdə şübhəli şəxs, 06 may 2013-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadələrində göstərmişdir ki, xalası oğlu Təqsirləndirilən şəxs çağırışı ilə 23 aprel 2014-cü il tarixdə Bakı şəhərinə gəlmiş, Seymur ona izah etmişdir ki, yaxın, imkanlı dostunun bacısına sataşıblar, həmin qız onun da bacısı hesab olunur, buna görə də qıza sataşan oğlanın sifətinə bıçaqla şram atmaq, boşluqlarına da bıçaq soxmaq, mobil telefonunu əlindən alaraq sındırmaq lazımdır. Bu işə görə ona necə lazımdırsa hörmət olunacağını, yaxşı maşın alacağını, tutulsa belə, polisdə 2 saatdan artıq qalmayacağını bildirmiş, o, maddi cəhətdən imkansız olduğuna görə bu təkliflə razılaşmışdır. Elman İsgəndərov həmçinin Seymurun ilkin olaraq ona mehmanxanada qalması üçün 100 manat verməsini, sonrakı günlərdə də xərclərini ödəməsini, 26 aprel 2013-cü il tarixdə onu Xəyal Əli-zadə ilə görüşdürməsini, Xəyalın onu tutulmayacağına arxayın etməsini, xərcləri üçün 50 manat verməsini, sonradan Seymurun onu Rüfət adlı şəxslə Qərb Univerisitetinə aparmasını, Rüfətin ona vuracağı oğlanı tanıtmasını, həmin oğlanın ardınca apararaq hərəkət marşrutunu öyrətməsini, Seymurun telefonla verdiyi tapşırığa əsasən xx.xx.2013-cü il tarixdə sifarişin icrası üçün metronun "Nəriman Nərimanov" stansiyasının çıxışına gedib vuracağı oğlanı gözləməsini, həmin oğlan metrodan çıxdıqdan sonra ardınca getməsini, adamlar çox olduğundan vurmağa imkan tapa bilməməsini, bu barədə telefonla Seymura məlumat verməsini, 02 may 2013-cü il tarixdə Seymurun telefonla çağırışına əsasən onunla görüşməsini, Seymurun sifarişi icra etmək üçün onu idarə etdiyi avtomaşınla metronun "İçəri şəhər" stansiyasına aparmasını, həmin gün ona tanıdılan oğlanı izləyib, evlərinin həyətinə çatanda arxadan ona yaxınlaşıb, sol əli ilə boğazından tutub sağ əlində olan bıçaqla əvvəlcə baş, sonra ürək nahiyələrindən vurmasını, oğlanın qışqırıb kömək çağırmasını görüb oradan uzaqlaşmasını təsdiq etmişdir. Elman İsgəndərov məhkəmədə həmin ifadəsindən tam fərqli ifadə verərək Seymurun onu işləmək üçün Bakı şəhərinə çağırmasını, onun xahişi ilə Xəyyamın onu avtosalonda işə götürməsini, Xəyyamın və X59 vurmaq üçün ona sifariş vermədiyini, bu işə görə pul almamasını, Vüsalın Xəyyamın bacısına sataşmasını eşidib öz təşəbbüsü ilə onu bıçaq ilə vurmasını, onu öldürmək niyyətinin olmamasını, ürək nahiyəsinə zərbəni o vurmamasını göstərsə də, həmin ifadələri məhkəmədə yoxlanılarkən onun ibtidai istintaqda verdiyi ilkin ifadələrin işin faktiki hallarına uyğun olmaqla, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi müəyyən edilmişdir. Belə ki, Elman İsgəndərov məhkəmədə Xəyal Əli-zadənin onu hansı avtomobil salonunda işə götürməsini, salonun harada yerləşməsi, oraya hansı marşrutla gedib-gəlməsi, kimlərlə işləməsini izah edə bilməmişdir. Təqsirləndirilən şəxs da həmin avtosalonla bağlı hər hansı açıqlama verə bilməmişdir. Onun 23 aprel 2013-cü il tarixdə Bakı şəhərinə gəldiyi halda, yalnız 26 aprel 2013-cü il tarixdə Xəyalla görüşməsi, bıçağı Xəyalla görüşdən qabaq alması faktları sifarişin ilk olaraq Seymur tərəfindən çatdırılması barədə onun ilkin ifadəsində göstərdiklərinin işin hallarına uyğun olmasını təsdiq edir. E.S.İsgəndərovun ifadəsinin yerində yoxlanması protokolu ilə müəyyən edilir ki, Elman İsgəndərov cinayətin aləti olan bıçağı, tanınmaması üçün kapşonlu idman köynəyini və gün eynəyini aldığı yerləri, hadisədən sonra bıçağı atdığı yeri göstərmişdir. Onun göstərdiyi yerlərdə həmin malların həqiqətən satılması müəyyən edilmiş, cinayətin aləti olan bıçaq göstərdiyi kanalizasiya lyukunda aşkar edilərək götürülmüşdür. Onun ifadəsi zahiri görünüşünü gizlətmək üçün istifadə etdiyi kapşonlu idman köynəyini hadisə yerinin yaxınlığında atması hissəsində də öz təsdqini tapmışdır. Fotoşəkil üzrə tanınma keçirilməsi barədə 07 may 2013-cü il tarixli protokoldan görünür ki, Elman İsgəndərov ona təqdim olunmuş fotocədvəldə 4 fotoşəkil arasında Təqsirləndirilən şəxs tanıyaraq, ona bıçaqla vurduğu oğlanı izləməyi, ona “şram” atmağı və boşluqlarına bıçaq soxmağı təklif edən xalası oğlu olduğunu bildirmişdir. Apellyasiya protestinə məhkum Təqsirləndirilən şəxs müdafiəçisinin etiraz verərək hökmün Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs aid hissədə də ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirli bilinib, ona həmin maddələrin sanksiyası həddində cinayət qanunu normalarına uyğun cəza təyin edilməklə ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya protestinin dəlilləri ilə razı olduğunu bildirdi və təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinin təmin edilməməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Xəyal Əlizadə ilə təxminən 2005-2006-cı illərdə ortaq dostları vasitəsi ilə tanış olmuş, 2-3 ay onun sürücüsü kimi işləmişdir. Sonradan onunla ailəvi gediş-gəlişləri və dostluq münasibətləri yaranmışdır. X96 köçmüş, hərdən gedib-gəlmiş və maşın alver ilə məşğul olmağa başlamışdır. Bir gün Xəyal ona demişdir ki, bizneslə məşğul olacaq, Dubaydan maşın gətirib satacaq, ona da maşınları qorumaq üçün etibarlı adam lazımdır. O, da xalasıoğlu Elmanı Xəyalla tanış etmişdir. Elman kənddən gələndə onun yol xərcini Xəyal ödəmişdir. Xəyal ona 100 manat vermişdi ki, gedib otellərin birində qalsın. Elmanı o məqsədlə gətirmişdir ki, maşınların qaravolunu çəksin. Ondan bir neçə ay əvvəl də Elman mənim işlədiyim bankın balansında olan evdə işləyirdi. Sonradan o xəstəliyi ilə əlaqədar işdən çıxmışdır. O, tanış etdikdən sonra isə Xəyalla Elman bir neçə dəfə Zabitlər bağında görüşmüşlər. Lakin o, Elmanla Xəyalın danışıqlarında iştirak etməmişdir. Onlar nə ediblərsə birlikdə ediblər. Mənim bu işlə əlaqəm olmayıb. O, Xəyalla Elmanı tanış etdikdən 10 gün sonra Xəyal ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Xəyalla görüşəndə Xəyal ona dedi ki, Elman Vüsalı öldürüb. Xəyal Elmana bildirmişdir ki, onun baldızını narahat edən bir nəfər var, Elman da ona demişdi ki, o şəxsi Xəyal ona göstərsin. Yəni bütün bunları ona Xəyal danışmışdır. Hadisənin baş verməsindən 11 il vaxt keçdiyinə görə çox şeyi xatırlamır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Elman İsgəndərov xalası oğludur. O özü isə, ailəsi ilə Xırdalan şəhərində yaşamış, 2001-ci ildə daxili işlər orqanlarına qəbul olunmaqla ilkin olaraq Bakı şəhəri, Səbail rayon, sonra isə Binəqədi rayon Polis İdarələrində polis nəfəri kimi xidmət etmişdir. 2008-ci ildə öz ərizəsi əsasında daxili işlər orqanlarından xaric olmuş, 2008-ci ildə «Royalbank»da problemli kreditlər şöbəsinin mütəxəssisi, 2012-ci ildən isə "xxxx" ASC-də operator vəzifələrində işləmişdir. 2008-ci ildə Bakı şəhəri, Nizami küçəsindəki kafelərdən birində dostları ilə oturub çay içərkən Tamerlan adlı tanışının vasitəsi ilə ora gəlmiş Xəyal Əli-zadə ilə tanış olmuş, həmin vaxt Tamerlan onun işsiz olduğunu Xəyala bildirərək onun işə götürülməsini Xəyaldan xahiş etmişdir. Xəyal ona sürücü kimi iş təklif etmiş, işsiz olduğu üçün razılaşmaqla həmin vaxtdan Xəyalın sürücüsü kimi işləmişdir. Xəyalın yanında 3 ay işlədikdən sonra “Royalbank”da mütəxəssis kimi işləməyə başlamış, lakin Xəyal ilə münasibətləri davam etdirərək tez-tez onunla görüşmüşdür. Xəyal kommersiya işləri ilə bağlı xarici dövlətlərə, əsasən də Dubay şəhərinə getmiş, xaricdə olduğu müddətlərdə də onunla telefonla əlaqə saxlamışdır. 2013-cü ilin aprel ayında Xəyal Dubay şəhərindən ona zəng vuraraq biznes işində kömək edən bir işçi lazım olduğunu bildirmişdir. O, Şabran rayonu, Ağbaş kəndində yaşayan xalası oğlu Elman İsgəndərova zəng vuraraq Xəyalın təklifini ona bildirmişdir. Elmanla Xəyal bir-birini tanımışdır. Belə ki, təxminən 2010-cu ildə Xəyal onun babasının Siyəzən rayonunda keçirilmiş yas mərasimində iştirak etmişdir. Həmin yasda yasa gələnlərə xidmət edən Elmanı Xəyala təqdim etmişdir. Xəyalın Dubaydan Bakı şəhərinə qayıtdığı gün Elmanı da Bakı şəhərinə çağırmışdır. Sonuncu gəldikdən sonra birlikdə Xəyalla Xırdalan şəhərindəkı parkda görüşmüş, Xəyal xaricdən gətirdiyi maşınların satışını təşkil etməyi Elmana təklif etmişdir. X97 oteldə qalmaq üçün və yemək yemək üçün 100 manat pul vermişdir. Təxminən 3 gun sonra axşam Xəyal onun mobil telefonuna zəng vuraraq səhər işə gələndə Xırdalan şəhərindən Rüfət adlı şəxsi və Elmanı da gətirməyi bildirmiş, bu məqsədlə Xəyalın telefon nömrəsini də ona vermişdir. Rüfətin Xəyalgilin ailə sürücüsü olmasını bilmişdir. Elmana zəng edərək səhərə hazır olmasını tapşırmış, səhəri gün, yəni 02 may 2013-cü il tarixdə evdən çıxanda Rüfətə zənğ vurub Xırdalan şəhərindəkı dairədə olduğunu bildirib özünə məxsus “Toyota Prado” markalı avtomaşını ilə əvvəl Rüfəti, sonra isə yoldan Elmanı götürüb onları “İçəri şəhər” metrostansıyasının yaxınlığına gətirmişdir. X87 Rüfətin deməsinə görə Xəyalla görüşməli idilər. Rüfət ilə Elmanı həmin ünvana aparıb düşürdərək işə getmişdir. 2013-cü ilin may ayının 2-də saat 17 radələrində işdə olarkən Xəyal ona zəng edərək evlərinə çağırmış, Xəyal ona soyüş söyərək bildirmişdir ki,zibilə düşüblər, Elman Vüsalı öldürmüşdür. Vüsalı hadisədən əvvəl Xəyalla “Azneft” dairəsi kimi tanınan ərazidəki kafelərdən birində oturarkən görmüşdür. Xəyal həmin oğlana bildirmişdir ki, baldızı Lalənin valideynləri onların ailə qurmalarına razı deyildir. Belə ki, Lalə artıq başqa şəxslə nigahdadır. Vüsal isə artıq qızla razılaşdığını deyəndən sonra Xəyal Vüsalın ünvanına söyüş söymüş və onu oradan qovmuşdur. X65 məhz Vüsala zərər yetirmək məqsədilə görüşməsini hadisə günü bilmiş və başa düşmüşdür. Xəyal bildirirdi ki, Elmanı tutsalar belə, onu qurtaracaqdır. Hələlik isə ona gizlənməyi, telefonla heç kəsə zəng etməməyi tövsiyyə etmişdir. Bundan sonra o, Xəyaldan ayrılmışdır. İttihamda qeyd olunduğu kimi Xəyalla birlikdə Elmanla görüşməmiş, Xəyal onun yanında Elmana 1000 manat pul verməmişdir. 04 may 2013-cü il tarixdə anasıgilə Xırdalana getmişdir. Anasıgilin binasının qarşısında xeyli polis maşını və polis əməkdaşlarını gördükdə Dəvəçinin Ləçədi kəndinə qohumlarıgilə getmiş və orada gizlənmişdir. 21 iyul 2013-cü il tarixdə həmin kənddə polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutulan zamanı polis əməkdaşları ona fiziki zor tətbiq etməmişlər. İlk ifadəsini Nərimanov RPİ-nin müvəqqəti saxlama kamerasında müdafiəçinin iştirakı ilə vermişdir. Artıq o zamana Elmanla Rüfət həbsə alınaraq ifadələrini vermişdilər. İlkin ifadələrində bu şəxslər guya onun cinayətin iştirakçısı olduğu barədə ifadələr vermişlər. O ifadələrin təsiri altında müstəntiqin kompyuterdə çap elədiyi ifadəsini imzalamışdır. Müdafiəçi onun hüquqlarını lazımı qaydada müdafiə etməmiş, mövcud olan ziddiyyətləri aradan qaldırmağa səy göstərməmiş, onunla təklikdə söhbət edib hadisə barədə belə sorğu-sual etməmişdir. Yalnız Müdafiəçi1la qohumları müqavilə bağladıqdan sonra həmin vəkillə görüşərək hadisələri olduğu kimi ona bildirmiş və həmin vəkilin vəsatəti əsasında yenidən istintaqa ifadə verərək bu günkü ifadəyə uyğun ifadələr vermişdir. Mehman müəllimin iştirakı olmadan verdiyi ifadələrini təsdiq etmir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X12 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şabran rayonu, Ağbaş kəndində yaşamışdır. Bir müddət Bakı şəhərində müvəqqəti olaraq bankların birində, problemli şöbədə qeyri-rəsmi şəkildə işləsə də, başında ağır xəstəliyi olduğu üçün sonradan daimi olaraq heç bir yerdə işləməmişdir. Hazırda evlidir, himayəsində iki azyaşlı övladı vardır. Əvvəllər iki dəfə məhkum olunmuşdur. Digər Təqsirləndirilən şəxs onun xalası oğludur. Seymurla hər zaman bir qohum kimi münasibətləri normal olmuşdur. Xalası oğlu X98-zadə adlı dostunu təxminən 2010 və ya 2011-ci ildə babasının yas mərasimində görmüşdür. Həmin vaxt Seymur onu Xəyalla tanış edərək dostu kimi təqdim etmişdir. Elə yas mərasimində onunla Xəyalın arasında normal münasibət yaranmış, söhbət əsnasında Xəyal ondan işləyibişləməməsini soruşmuşdur. O da Xəyala işləmədiyini demişdir. Xəyal ona “mən xaricdən maşın gətirib Bakıda maşın salonunda satacam, sən də Bakıya gəlib maşın salonuna nəzarət edərsən” demiş, o da sevinib Xəyalla razılaşmışdır. Təxminən iki il sonra xalası oğlu Seymur ona zəng edərək Xəyalın artıq xaricdən maşınlar gətirdiyini və salona yerləşdirəcəyini deyərək gəlib işə başlamasını istəmişdir. O da rayondan çıxıb Bakı şəhərinə gəlmiş və xalası oğlu Seymurla görüşmüşdür. Seymur onu Xəyalın maşın salonuna aparmış, orada o Xəyalla görüşüb hal-əhval tutmuşdur. Həmin vaxt salonda başqa işçilər də olmuşdur. O, ağır əsəb xəstəsidir və ikinci qrup əlildir, əlilliyi ilə əlaqədar dövlətdən pensiya da alır. Xəyalla Bakıda ilk dəfə görüşdükləri vaxtdan uzun müddət keçdiyi üçün, həmçinin xəstəliyi ilə bağlı yaddaş zəifliyi olduğu üçün Xəyalla görüşdüyü zaman salonda kimlərin olmasını və salonun ünvanını, Xəyal tərəfindən həmin salonun satın alındığını və ya icarəyə götürüldüyünü dəqiq xatırlamır. Beləliklə, o Xəyalın maşın salonunda işləməyə başlamış, həmin salonda o cəmi üç gün işləmiş, işlədiyi müddətdə Xəyalla dostluq münasibətləri yaranmışdır. Xəyalı tanıdıqca onu özünə daha da yaxın bir insan saymış, Xəyalla onun arasında o qədər möhkəm dostluq münasibəti olmuşdur ki, o, Xəyalın problemini öz problemi hesab etmişdir. Salonda işlədiyi üçüncü gün Xəyal salona gəlmişdir. Söhbət əsnasında Xəyal ona “mənim bacımı narahat edirlər, sms yazırlar, şəkilini çəkib internetə verəcəkləri ilə hədələyirlər” demiş və namusuna toxunduğu üçün bunu qəbul edə bilmədiyini bildirmişdir. Kiminsə dostu Xəyalın bacısına sataşmağı onun qeyrətinə toxunmuş, Xəyalın bacısını öz bacısı hesab etdiyi üçün öz təşəbbüsü ilə Xəyala “bacına sataşan şəxsi mənə göstər, onu cəzalandıracam” demişdir. Xəyal əvvəlcə kimisə cəzalandırmağın lazım olmadığını demiş, lakin o yenə bu məsələnin onun da namus məsələsi olduğunu Xəyala bildirmiş və bacısına sataşan şəxsi cəzalandıracağını, yəni biriki dəfə sillə vuracağını bir daha təkidlə Xəyala demişdir. Xəyal da etiraz etməmiş və “bir qardaş kimi məsləhət bilirsənsə, get cəzalandır” demişdir. Kiminsə dostu Xəyalın namusuna sataşmağı onu hiddətləndirmiş və o həmin şəxsə bir-iki dəfə sillə vurmaqdan savayı, bıçaqla “şram”, yəni cızıq atmağı da planlaşdırmışdır. Belə ki, o iki dəfə məhkum olunmuşdur və “şram” atmağın qadına sataşan şəxsə aid cəza olduğunu yaxşı bilir. Ona görə də dostu Xəyalın namusuna sataşan şəxsi məhz bu yolla cəzalandırmaq istəmiş, lakin onun istəyindən heç kimin xəbəri olmamış, Xəyal da düşünmüşdür ki, o, həmin şəxsə cəmi 1-2 dəfə sillə ilə vuracaq. Xəyalın maşın salonunda işlədiyi müddətdə o, şəxsi işləri ilə əlaqədar Xırdalan qəsəbəsi yaxınlığında yerləşən otellərin birində günü 20 manata kirayə qalmış, həyat yoldaşı isə həmin vaxt öz atasının evində qalırdı. 2013-cü ilin aprel ayının sonlarında o, Xəyalla və sonuncunun sürücüsü ilə 20 Yanvar metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı Xəyal bacısına sataşan oğlanı ona məhz sürücüsünün göstərəcəyini demişdir. Sonra o Xəyalın sürücüsü ilə İçərişəhər metrostansiyası ilə üzbəüz yerləşən universitetin yaxınlığına getmişdir. Orada Xəyalın sürücüsü ona Xəyalın bacısına sataşan oğlanı göstərmişdir. Dostu Xəyalın bacısına sataşan oğlanı dəqiq tanıdıqdan sonra bir neçə dəfə onu izləmiş, özü üçün “Şamaxinka” deyilən yerdən bıçaq da almışdır ki, həmin oğlanın sifətinə “şram” ata bilsin. 02 may 2013-cü il tarixdə İçərişəhər metrostansiyasının qarşısında dayanıb Xəyalın dediyi oğlanı evlərinə kimi izləmək məqsədilə gözləmişdir. Saat 13:30 radələrində Xəyalın dediyi oğlan institutdan çıxıb İçərişəhər metrostansiyasına gedəndə arxası ilə gedərək evlərinin həyətində döymək istəmiş, ona görə ki, onun döyülməsi üçün ən əlverişli yer, həmin oğlanın yaşadığı binanın həyəti olmuşdur. Oğlanın arxası ilə hərəkət edib Nərimanov metrostansiyasının çıxışından çıxarkən onu tanımasınlar deyə cibində saxladığı eynəyi gözlərinə taxıb, kapüşonu başına keçirtmiş, bıçağı da cibindən çıxardaraq açıb əynində olan köynəyinin sol qoluna keçirtmişdir. Oğlan evlərinin həyətinə daxil olduqda o, iti addımlarla arxadan ona yaxınlaşıb baş və boyun nahiyyəsinə iki dəfə “şram” atmışdır. Bundan sora oğlan qışqıraraq dərhal qaçmağa başlamış, o da əks tərəfə, maşın yoluna tərəf qaçaraq oradan uzaqlaşmış və Xırdalandakı otelə getmişdir. O, ümumiyyətlə bu işlə əlaqədar, nə hadisədən öncə, nə də ki, sonradan istər xalası oğlu Seymurla, istər Xəyalla, istərsə də, başqa şəxslə hər-hansı bir məbləğdə pul danışığı olmamış, nə də ki, onlardan hadisədən əvvəl və ya sonra heç bir məbləğdə pul almamışdır. Xalası oğlu Seymur onu yalnız rayondan Bakıya gətirdikdən sonra bir dəfə Xəyalın maşın salonuna gətirmişdir. 26 aprel 2013-cü il tarixdə Seymura zəng edərək “Xəyal iş tapşırıb, gəl məni 20 Yanvara apar” demişdir, Seymur da gəlib onu 20 Yanvar metrostansiyasına aparmışdır, lakin Seymurun onun hara getməyindən xəbəri olmamışdır. Həmin vaxt Seymur ondan 20 Yanvar metrostansiyasına nə üçün getdiyini soruşmuş, o da Seymura bir daha “Xəyal sürücü ilə mənə iş tapşırıb” demişdir. Bundan sonra Seymurla bir qohum kimi telefon danışıqları olsa da görüşməmişlər. Ona heç kim tapşırmamışdır ki, Vüsal Şilder adlı şəxsi öldürsün. Onun məqsədi yalnız Xəyalın bacısına sataşan şəxsi cəzalandırmaq olmuşdur. Vüsal Şilder adlı həmin oğlanın baş və boyun nahiyyəsinə o, yalnız iki dəfə “şram”atmışdır. Vüsalın ürək nahiyyəsinə kimin bıçaqla xəsarət yetirdiyini o bilmir. O Vüsalın ürəyinə bıçaqla vurmamışdır. Xəyal Əlizadəni o, 2010-2011-ci illərdə babasının yas yerində tanımışdır. İbtidai istintaq orqanına verdiyi ilkin ifadələrini təsdiq etmir, o elə ifadələr verməmişdir,müstəntiq onun savadsızlığından istifadə edərək həmin ifadələrə qol çəkdirmişdir. Xəyalın dediyi oğlanı yalnız namus üstündə və bir daha Xəyalın bacısına sataşmaması üçün vurmuşdur. Xəyal Əli-zadə ilə Bakı şəhərində “Zabitlər parkı” adlanan partkda görüşü olmamış, o, sifətinə “şram” atdığı oğlanın hər hansı bir mobil telefonunu götürməmiş, telefonun kimin tərəfindən götürülməsindən məlumatı yoxdur. O, heç kimə deməmişdir ki, ona kapyuşonlu idman köynəyi və eynək lazımdır və bununla əlaqədar heç kimdən pul almamışdır. Həmin köynək ilə eynəyi özü öz şəxsi puluna “Velotrek” deyilən yarmarkadan almışdır. Onun bu işlə bağlı, yəni Vüsal adlı oğlanın döyülməsi, sifətinə “şram” atılması ilə bağlı Xəyalın sürücüsü ilə heç bir söhbəti olmamışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X99 ifadəsində göstərmişdir ki, mərhum Vüsal Şilder onun oğulluğudur. Həyat yoldaşı Mətanətlə Bakı şəhərində yaşayırdı. 02 may 2013-cü il tarixdə günorta radələrində polisdən məlumat almışdır ki, Nərimanov rayonunda yaşadığı evin qarşısında oğlu Vüsala bıçaqla xəsarət yetirmişlər. Həyat yoldaşı Mətanətlə evin qarşısına getdikdə məlumat verilmişdir ki, Vüsalı xəstəxanaya aparmışlar. Xəstəxanaya getdikdə isə bilmişlər ki, Vüsal artıq rəhmətə getmişdir. Bundan sonra Vüsalın sevdiyi Lalə adlı qız mətanətə mesaj yazaraq Vüsalın harada olmasını soruşmuşdur. Mətanət isə ona mesajla bildirmişdir ki, Vüsal rəhmətə getmişdir. Həmin gün axşam saatlarında onu Nərimanov RPİ-nə dəvət etmişlər. O, yoldaşı və baldızı ilə polisə getdikdə onlara metropolitendə videokameraların aparıldığı çəkilişi təqdim etmişlər. Videoçəkilişdən Vüsalın arxasınca hal-hazırda məhkəmə zalında gördüyü Elman İsgəndərovun getdiyini görmüşdür. Digər Təqsirləndirilən şəxs tanımır. Dəqiq xatırlamır növbəti gün və yaxud bir neçə gün sonra polisdən məlumat almışlar ki, Vüsalı öldürən şəxsləri tutmuşlar. 2-3 dəfə Polis İdarəsində olaraq ifadə vermişdir. Bundan sonra bu iş barədə heç bir məlumatı olmamışdır. Polisdən bu şəxslərin və Xəyalın adını eşitmiş, Xəyalın Dubaya getdiyini bilmişdir. 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir. Bəzi məlumatları axtarıb tapmışam. Xəyalın telefon nömrəsinə zəng vurub danışmışam.Almaniyada olduğu zaman İnterpolda olan tanışları vasitəsi ilə öyrənmişdir ki, Xəyal Əli-zadə axtarışa verilməmişdir.Lalənin 2012-ci ildə ailə qurmasını bilir. Lakin Lalə ailə qurduqdan sonra özü Vüsalı axtarıb tapmış, boşandığını demiş və Vüsalla münasibətlərini bərpa etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxsləri tanımır, onları ilk dəfə bu məhkəmədə görür. O, Şilder Mətanətin bacısı, mərhum isə onun bacısı oğludur. İbtidai istintaq zamanı Bakı şəhəri, Nərimanov RPİ-də ona metroda quraşdırılmış videoçəkiliş nümayiş olunmuş, orada İsgəndərov Elmana oxşar bir şəxsi görmüşdür. Lakin həmin şəxs hal-hazırda məhkəmədə gördüyü Elmandan arıq idi. Bu səbəbdən məhkəmə zalında gördüyü Elmanın məhz videoçəkilişdə gördüyü şəxsin olmasını dəqiq deyə bilməz. Mərhum Vüsal onun qızına ingilis dili öyrətdiyi üçün onlara tez-tez gəlib–gedirdi. Bacısı Mətanətdən bilirdi ki, Vüsal Lalə adında qızla tanış olub, o qızı sevir. Mətanətin sözlərindən bilir ki, Vüsal ölümündən 2-3 ay qabaq Laləyə demişdir ki, onun şəklini çəkiblər. Şəkil çəkiləndən sonra Vüsalın idarə etdiyi maşın əzildi. Maşını əzən şəxslərin məhkəməsi Binəqədi rayon məhkəməsində keçirilmiş, barələrində hökm çıxarılmışdır. Axırıncı dəfə Vüsalı 01 may 2013-cü il tarixdə görmüşdür. Vüsal qızına ingilis dilini öyrətmək üçün gəlmişdir. Vüsal izlənildiyi üçün anasına demişdir ki, Lalə ona demişdir ki, heç hara çıxmasın. 02 may 2013-cü il tarixdə günorta vaxtı bacısı Mətanət ona zəng edərək Vüsalın vurulduğunu və xəstəxanaya aparıldığını bildirmişdir. Xəstəxanaya gedərək bilmişdir ki, Vüsalı bıçaqla vurub öldürüblər. Bilirdi ki, Vüsalın iki mobil telefonu olmuşdur. Lakin Vüsal öldürüldükdən sonra telefonlardan biri yoxa çıxmışdır. Hazırki apellyasiya baxışı zamanı dindirilmiş X23 ifadəsində göstərdi ki, bu cinayətkar dəstə onun oğlunu öldürməmişdən əvvəl güdmüşlər. Hadisə 2013-cü il 2 mayda baş vermişdir. Hadisədən əvvəl oğlum Vüsal Lalə adlı qızla qaçıb onun qardaşımın evinə gedib orada qeyri-rəsmi nikah münasibətlərində yaşamışlar. Ondan sonra Xəyalgil Lalənin geri qayıtmasını istıyib, onlara evlənəcəklərinə dair söz vermişlər. Lalə evlərinə qayıtdıqdan sonra Xəyal Vüsalı kafedə görüşə çağırmış, Lalə ilə qaçmasını heç kəsə bildirməməsini demişdir. Amma Lalə onun oğlundan əl çəkməmişdir. Lalə teztez onların yaşadığı evin həyətinə gəlmişdir. Sonradan Lalədən xəbər çıxmamışdır. Bundan 6-7 ay kçəndən sonra yeni il bayramında oğlu ona bildirmişdir ki, Lalədən ona mesaj gəlmişdir. Vüsal ağlaya-ağlaya dünyanın xoşbəxti olduğunu demişdir. O, Vüsala Lalənin bu qədər zaman ərzində niyə yazmadığını bildirdi, Lalənin evli olduğunu bildirib yazışmalarının doğru olmadığını dedi. Boşandıqdan sona isə o, hətta Vüsalın Lalə ilə evlənmələrinə razılıq vermişdir. Oğlu da Laləyə onu yığmamasını bildirmiş, lakin Lalə ondan əl çəkməmişdir. Proses iştirakçılarının suallarına cavabında X23 bildirdi ki, hadisə baş verən gün oğlu Vüsalın gəlişini gözləyirdi. Lakin bir qədər sonra Bakı Nərimanov RPİ-dən zəng edib oğlu Vüsalın kiminləsə dalaşdığını demişlər. Lakin o, buna inanmamış və Polis İdarəsinə getmişdir. Heç kəs cürət edib oğlunun öldüyünü ona deməmişdir. Vüsalın telefonuna Lalə dayanmadan zəng etmişdir. Ona oğlu Vüsalın 5 nömrəli xəstəxanaya aparıldığını demişlər. Orada ona demişlər ki, oğlu morqdadır. Ondan sonrasını xatırlamır. Sonra bilmişdir ki, uşağı qanaxmadan xəstəxanaya gətirilmişdir. O gündən etibarən yaşamıram. O, Laləgilə tanışlığa da getmişdir. Hətta üzükləri belə almışdır Sonradan məlum oldu ki, Xəyal guya namusuna görə onun oğlunu öldürtdürüb, dəfələrlə oğluna deyib ki, Lalədən əl çəksin. Guya oğlu Lalədən əl çəkməyib. Amma kamera görüntülərindən də görünür ki, onun oğlunu Elmana Təqsirləndirilən şəxs göstərib, onun maşını da kamera görüntülərinə düşüb. Birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, birinci əri X14 1992-ci ildə mərhum oğlu Vüsal dünyaya gəlmiş, 1993-cü ilin sonlarında əri Elşad Kərimovla ayrılmış, 1998-ci ildə hazırkı həyat yoldaşı, Almaniya Federativ Respublikasının vətəndaşı X100 ilə tanış olmuş, 2002-ci ildə Almaniyada rəsmi nikaha daxil olmuşlar. 2003-cü ildə birgə nikahdan Bakı şəhərində Maximilian Şilder adlı oğul övladları dünyaya gəlmiş, 2002-ci ildə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə X76 övladlığına verilmiş, həmin qətnamə əsasında Almaniyada Vüsala doğum haqqında şəhadətnamə verilmişdir. Oğlu Vüsal orta məktəbi bitirəndən sonra Almaniya vətəndaşlığını qəbul etmiş, 2009-2010-cu ilərdə Vüsal Almaniya və Böyük Britaniyada təhsil almış, lakin təhsilini davam etdirməyib Bakıya qayıtmışdır. 2011-ci ilin iyun ayında Bakıda Qərb Universitetinin xarici dil fakültəsinə daxil olub orada təhsil almışdır. Vüsalın onun adına olan **********, dostu Elvin Quliyevin adına olan ********** mobil nömrələri olmuş, oxuduğu instituta əsasən metro ilə getmişdir. Səhər saat 08:30 radələrində evdən çıxıb piyada, evlərinin yaxınlığındakı «Nərimanov», oradan isə «İçəri şəhər» metro stansiyasına, daha sonra isə yenidən piyada yaxınlıqdakı universitetinə getmiş, dərsdən isə günorta saat 13 radələrində çıxıb eyni marşrut üzrə evlərinə qayıtmışdır. Bəzən isə Vüsal ona məxsus olan **-KU-*** dövlət qeydiyyat nişanlı “Mercedess SLK” markalı avtomaşınla dərsə gedib-gəlmişdir. Mərhum oğlu Vüsal təxminən 2011-ci ilin aprel ayında Lalə Ağayeva adlı qız ilə tanış olmuş, Lalə oğlunun Elin adlı dostu ilə eyni məktəbdə oxumuş, bildiyinə görə, Vüsal “Blackberry” telefonunda BBM proqramı ilə Lalə ilə yazışıb tanış olmuş, sonradan Lalə ilə Vüsal görüşməyə başlamışlar. Əvvəllər Lalənin istifadə etdiyi nömrə yadında qalmasa da, bildiyinə görə 050 ******* nömrəni istifadə etmiş, Lalə və Vüsal əsasən “BBM” və “Whatsapp” proqramları vasitəsilə mesajlaşmış, təxminən bir il görüşəndən sonra Lalə və Vüsal bir-birini sevmişlər. Oğlu onunla evlənmək istəmiş, lakin qızın ailəsinin bu nikaha qarşı olduğunu deyirmiş, Laləgilin ailəsi razı olmadığı üçün Vüsal onu elçi getməyə qoymamışdır. 2012-ci ilin təxminən fevral ayının sonları, yaxud mart ayının əvvəllərində gecə saat 24 radələrində Vüsal ona zəng edib Lalə ilə razılaşıb birlikdə qaçdıqlarını, taksi ilə Şirvan rayonuna getdiklərini demişdir. Həmin vaxt Lalə ilə də danışmış, sonuncu çox xoşbəxt olduğunu, Vüsalı sevdiyini demişdir. Həmin gün Vüsal və Lalə onun Şirvan şəhərində yaşayan qardaşı Mahir Ələkbərovun evində gecələmiş, səhəri gün Lalənin bacısı əri Xəyal və xalası oğlu Niyazi onların evlərinə gəlib, onlar üçün qızları Lalə ölü olduğunu bildirərək, oğlunun da ölüsünü istəmədikləri üçün onların yerini deməyi, yoxsa özləri tapacaqlarını demişlər. O isə qızı neynədiklərini, onsuz da iş-işdən keçdiyini, onların gecə bir yerdə qaldıqlarını bildirmişdir. Həmin vaxt Xəyal Lalənin anası İradəyə zəng edib Lalənin Vüsalla birlikdə qaçıb və gecəni birlikdə qaldıqlarını demiş, Xəyal həmin vaxt Lalənin onun namusu olduğunu, indidən sonra əgər valideyinləri razı olmasa belə, öz əli ilə Laləni Vüsala verəcəyini bildirmiş, o da Xəyala inanmışdır. Vüsal və Laləyə də Xəyalgilin dediklərini danışmış, el adəti ilə toy eləməyi təklif etmiş, Lalə özü də həmin vaxt Xəyal ilə danışmış və elə həmin gün Vüsal Laləni evə qaytarmışdır. Axşamı onlar Laləgilin evinə “həri” mərasiminə getmiş, razılaşmışlar ki, iki gün sonra kişilərlə birlikdə üzük gətirsinlər, lakin iki gün keçməmiş, təxminən 2012-ci ilin mart ayının əvvəllərində Vüsal evdə olarkən Xəyal ona zəng edib “Azneft” dairəsi yaxınlığındakı “Monblanc” dükanının yanındakı kafelərdən birinə dəvət etmişdir. Vüsal görüşə gedib-gələndən sonra ona Xəyalın yanında hündür boylu, idman bədən quruluşlu şəxslərin olduğunu, Lalənin atası qızını ona vermək istəmədiyini demişdir. Vüsal isə Lalə ilə bir-birlərini sevdiklərini, birlikdə yaşadıqlarını bildirdikdə, Xəyal onu söyüb təhqir edərək oradan qovmuş, həmin ərəfədə artıq Lalə Vüsalla soyuq danışmış, sonradan isə ümumiyyətlə telefonu söndürülmüş, bundan sonra təxminən 6 ay ərzində nə Vüsal, nə də o, Lalə ilə əlaqə saxlaya bilməmiş, sonradan bilmişlər ki, həmin ərəfədə Laləni Anar adlı şəxsə ərə vermişlər. Bir müddət sonra Vüsal ona Lalənin bir dəfə yeni bir nömrədən ona zəng edib danışmaq istədiyini, lakin uzun müddət əlaqə saxlamadığına görə Laləni acılayaraq onunla danışığı yarıda kəsdiyini demiş, 2012-ci ilin dekabr ayının 31-də Lalə yenidən Vüsala zəng edərək onun yeni il bayramını təbrik etmiş, bununla da Vüsalla onun əlaqələri bərpa olunmuşdur. Bundan sonra təxminən 2013-cü ilin yanvar ayından başlayaraq Vüsal mütəmadi olaraq yenidən Lalə ilə görüşməyə başlamış, hətta sevgililər günü ərəfəsində Vüsal Laləyə sırğa və qolbaq, Lalə isə Vüsala “İphone 5” markalı **********38401 imei kodlu telefon almış, bildiyinə görə oğlu qətlə yetirildikdən sonra “Blackberry” markalı telefonu tapılsa da, “İpone 5” markalı telefonu aşkar olunmamış, həmin ərəfədə Vüsal Lalənin onunla yenidən qaçmaq istədiyini demiş, o, isə oğluna Lalənin evli olduğunu, boşanmamış onu qaçırmaq olmaz demiş, 2013-cü ilin mart ayından artıq Vüsal təqib olunmuş, Vüsal ona danışmışdır ki, oxuduğu fakültənin dekanı Fəridə xanım bir dəfə ona bir nəfər mülki geyimli şəxsin gəlib onun barəsində maraqlandığını demiş, elə həmin ərəfədə yaşadıqları evin yaxınlığındakı “İlqar” adlı marketdə işləyən Eldəniz adlı oğlan da Vüsala demişdir ki, mülki geyimdə bir şəxs gəlib onun haqqında soruşmuş, Eldəniz isə həmin şəxsə yalandan Vüsalı tanımadığını bildirmişdir. Bundan başqa, təxminən 2013-cü ilin aprel ayının ilk günlərində X88 Üzrə Dövlət Komissiyasına gedərkən öz universitet yoldaşları Esmira və Elvin adlı şəxslərlə birlikdə 28 may metro stansiyasının yaxınlığında görüşərkən kənardan iki nəfər şəxs onları izləmiş, hətta şəkillərini də çəkmiş, həmin vaxt Vüsalın tanımadığı bir şəxs ona yaxınlaşıb “ehtiyatlı ol, səni izləyirlər” sözlərini demiş, bir qədər sonra Vüsal hansısa binaya girib-çıxmış, lakin onu təqib olunması barədə xəbərdar etmiş şəxsi yenidən yaxınlıqda görmüş, Vüsal həmin şəxsdən soruşmuşdur ki, “əgər sən mənə yaxşılıq edib izlənməyim barədə xəbərdar edirsənsə, özün niyə mənim dalımca gəzirsən”, həmin şəxs isə cavabında Vüsala “özüm harada istəyərəm, orada da gəzərəm, sənə yaxşılıq edib izlənməyin barədə xəbərdarlıq etdim” sözlərini demişdir. Lakin həmin vaxt Vüsalı izləyib şəklini çəkən şəxsləri, habelə onu təqib olunması barədə xəbərdarlıq etmiş şəxsin kimliyini bilmir, onları görməmiş, Vüsal onların zahiri görkəmləri barədə bir şey deməmişdir. 02 may 2013-cü il tarixdə səhər 08 radələrində evdən çıxıb gözəllik salonuna getmiş, saat 08:30 radələrində Vüsalın mobil ***-******* nömrəsinə zəng etdikdə sonuncu artıq yuxudan oyandığını, dərsə getməyə hazırlaşdığını demişdir. Saat 09:30-da Vüsal evdən çıxıb adəti üzrə piyada Nərimanov metrosuna, oradan qatarla İçəri şəhər stansiyasına, sonra yenidən piyada oxuduğu universitetə getmiş, günorta saat 14 radələrində o, evə gəlmiş, bir qədər sonra isə əri Adolf da kiçik oğlu Maximiliani dərsdən götürüb evə gəlmiş, saat 15-16 radələrində Vüsalın evə gecikdiyini görüb ona zəng etmək istədikdə Adolfun telefonuna zəng gəlmiş, sonuncu azərbaycanca danışa bilmədiyi üçün telefona o cavab vermişdir. X89 İdarəsinə dəvət edib oğlunun dalaşdığını, orada isə oğlunun bıçaqla vurulub yaralandığını bildirmişlər. Oğlu barədə şifahi izahat verib 5 saylı xəstəxanaya getmiş, əri Adolf orada ona oğlunun ölümü barədə demişdir. Həmin gün saat 15:28-də Lalə istifadəsindəki ********** nömrədən onun istifadəsində olan ***-******* nömrəyə “salam necəsiz.Vüsal dərsdən neçədə çıxır bugün?”, eyni gündə saat 20:21-də isə Lalə eyni nömrədən ona “atam bıçaqla üstümə gəldi ki, öldürəcəm səni məni biabır elədin. Sənə görə mənə şər atırlar. Mən düşdüm atamın ayağına yalvardım, sən eləmisənsə, denən. Bu da mənim sizə axırıncı sözlərim. Vüsal öldü, mən də ölürəm, indi ikimizi də eyni yerdə basdırın. Tək Allah bilir mənim sevgimi. Vüsal yoxdursa, bu həyatı mən də yaşamıram. Əlimdə silah bunu yazıb atıram özümü. Sadəcə bilin ki, mən Vüsalı elə-belə sevməmişəm” məzmunlu sms yazmışdır. Mərhum oğlu X67 bacısının əri Xəyal bir dəfə 2012-ci ilin mart ayında “Montblanc” mağazası yaxınlığındakı kafedə görüş zamanı onu ölümlə hədələmiş, həmin görüşdən sonra Vüsal rəngi ağarmış vəziyyətdə evə gələndə nə baş verməsini ondan soruşduqda Vüsal görüş zamanı Xəyalın Lalə ilə münasibət saxlasa onu həyatdan siləcəyini dediyini bildirmiş, bundan sonra o, Xəyala zəng edib əgər övladımın başından bir tük əksik olsa, ondan hər yerə, o cümlədən Almaniya səfirliyinə şikayət edəcəyini demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X43 ifadəsində göstərmişdir ki, məhkəmə zalında gördüyü təqsirləndirilən şəxslərdən yalnız X6 tanıyır. Belə tanıyır ki, o, «Qasid» firmasına məxsus, Bakı şəhəri, «20 Yanvar» adlanan dairəsi ilə «Şamaxinka» adlanan ərazinin arasında yerləşən 210 saylı köşkdə satıcı işləyir, işlədiyi köşkdə «Qasid» firması tərəfindən təchiz olunan qəzet, jurnal, sərinləşdirici sular, müxtəlif suvenirlər və sair xırdavat, eyni zamanda müxtəlif ölçülərdə açılıb bağlanan düyməli bıçaqların satışını həyata keçirmişdir. 2013-cü ilin may ayında polis əməkdaşları İsgəndərov Elmanla birlikdə onun işlədiyi köşkə gəlmişlər. Elman polislərə onun köşkünü göstərərək bildirmişdir ki, bu köşkdən düyməli açılıb-bağlanan bıçaq əldə etmişdir. X1 onun işlədiyi köşkdən bıçaq almasını xatırlamır, lakin bunu inkar da etmir. Belə ki, gün ərzində xeyli insan onun köşkündən nə isə alır və o bütün alıcıları xatırlaya bilməz. Vüsal adlı oğlanın Bakı şəhəri, Nərimanov rayonu ərazisində öldürülməsini kütləvi informasiya vasitələrdən 2013-cü ilin may ayının əvvəllərində eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, məhkəmə zalında gördüyü təqsirləndirilən şəxslərdən yalnız X12 ona tanış gəlir. Belə ki, Elmanı boyuna və bədən quruluşuna görə 02 may 2013-cü il tarixdə gördüyü şəxsə bənzədir. Lakin o zaman gördüyü şəxs daha arıq və məhkumluq həyatı yaşamış adama oxşayırdı. Zalda gördüyü Elman isə daha kökdür. O, «Nərimanov» metrostansiyasının Ə.Rəcəbli küçəsiə olan çıxışında yerləşən dükanda dönərçi işləyir, 02 may 2013-cü il tarixdə saat 13-14 radələrində iş yerinin qarşısında olduğu zaman «Life Center» alış-veriş mərkəzi tərəfdən səs-küy gəldiyini eşidib dərhal həmin istiqamətdə getmiş, mərkəzin arxasında yerləşən kafenin qarşısında adamların yığışdığını görmüş, ətrafda olan adamlardan bir nəfər şəxs tərəfindən cavan oğlanın bıçaqla vurub qaçdığını eşitmişdir. Həmin gün saat 16 radələrində iş yerinə gəlmiş polis əməkdaşları ondan hündür boylu, kapyuşonlu şəxsi görüb-görmədiyini soruşmuşlar. O da xatırlamışdır ki, həmin gün səhər saat 11-12 radələrində hava almaq üçün çölə çıxdıqda ona isti havaya baxmayaraq bir nəfər hündür boylu, qara rəngli kapyuşonu olan koftanı geyinmiş şəxsi «Nərimanov» metrostansiyasının «Life Center» alış-veriş mərkəzi tərəfdən olan çıxışından gəldiyini görmüşdür. Həmin şəxs koftanın kapuşonunu başına keçirmiş, gözlərində qara eynək olmuşdur. İsgəndərov Elmana oxşatdığı həmin şəxsin «Life Center» tərəfə getdiyini görmüşdür. Bu iş üzrə bildiyi budur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X46 ifadəsində göstərmişdir ki, məhkəmə zalında gördüyü təqsirləndirilən şəxslərdən X6 tanıyır. Belə ki, onun işlədiyi "xxxx" şirkəti hadisə olan yerin yaxınlığında yerləşir. Şirkətin yaxınlığında olan şirkətə məxsus və ambar kimi istifadə olunan qarajın qarşısında oturub işçilər ilə söhbət edərkən birdən «kömək edin» deyə qışqırıq səsləri eşitmişdir. Əvvəl heç nə başa düşməmiş, sonra ayağa qalxdıqda ondan bir qədər aralıda iki nəfər şəxsin yerə yıxılıb dalaşdıqlarını görmüşdür. Onlardan biri- mərhum ağ köynəkdə olmuş, Elman isə qara paltarda olmuşdur. Sonra Elmanın əlində bıçaq görmüşdür. Elman bıçağın tiyəsini koftasının qol hissəsinə silmişdir. Belə başa düşmüşdür ki, Elman bıçağın tiyəsində olan qanı silir. Bundan sonra Elman bıçağı qatlayıb cibinə qoyaraq onun qarşısından keçib getmişdir. Bunu görən kimi o, yaralanan tərəfə qaçmış, həmin yerə çatana kimi yaralanan şəxsin dalaşdığı yerdən təqribən 10-15 metr aralanıb yerə yıxıldığını görmüş, ətrafda olan şəxslər yaralanan adamın başına yığışaraq ona kömək etməyə çalışmış, kimsə başını qaldırmış, kimsə yarasına buz qoymuşlar. Bir müddət sonra həkimlər gəlmiş, lakin yaralanan şəxs artıq vəfat etmişdir. Dalaşan şəxslərin yanında üçüncü şəxs olmamışdır. Elmanı həmin gün birinci dəfədir ki, görmüşdür. Eyni zamanda öldürülən şəxsi də ilk dəfə görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X55 ifadəsində göstərmişdir ki, o, hər iki təqsirləndirilən şəxsi tanıyır, hər ikisi ilə normal münasibətləri vardır. 2005-ci ildən Qaradağ rayon Polis İdarəsində İçtimai təhlükəsizlik şöbəsinin rəisi işləyən Xəyal Əlizadənin sürücüsü işləmişdir. Təqsirləndirilən şəxs Xəyalın dostu kimi tanımışdır. Elman İsgəndərovu isə 2013-cü ilin aprel ayından tanımışdır. 23 aprel 2013-cü il tarixdə saat 17 radələrində Xəyal Dubaydan qayıdarkən hava limanında onu qarşılayıb evlərinə gətirmiş, bir gün keçmiş Xəyal Qərb universitetini bitirdiyi üçün ona bir cavan oğlanın rəngli fotoşəkilini göstərib adının Vüsal olduğunu və Qərb universitetində oxuduğunu deyərək həmin oğlanı tanıyıb-tanımadığını soruşanda həmin universiteti artıq 5 il olar ki, bitirdiyini, hazırda orada oxuyan tələbələri tanımadığını bildirmişdir. 25 aprel 2013-cü il tarixdə Xəyal ona zəng edib evlərinə çağırmış və ikisi birlikdə Qərb universitetinin qarşısına getmişlər. Hər ikisi avtomaşından düşüb Qərb universitetinin qarşısına gedərək orada dayanıb tələbələrin institutdan çıxma vaxtını gözləmiş, təqribən yarım saat keçmiş universitetdə zəng vurulduqdan sonra tələbələr çıxarkən Xəyal şəkildə olan Vüsal adlı oğlanı kənardan ona göstərib həmin oğlanın sifətini yadında saxlamasını tapşırmışdır. Vüsala baxıb sifətini yadında saxlamış, sonra isə Xəyalı aparıb evlərində düşürtmüşdür. Həmin gün Xəyal ona 100 manat pul verərək 9-cu mikrorayonda, «Tərlan» şadlıq sarayından bir qədər aşağıda yerləşən "xxxx"da işləyən Seymur adlı tanışına aparıb verməyi tapşırmış, o da banka gedib həmin pulu Seymura vermişdir. Düşünmüşdür ki, həmin pul banka ödənilməsi üçün idi. Həmin gün axşam saat 21 radələrində Xəyal onunla işi olduğunu deyərək heç bir yerə getməməyi tapşırmış, təqribən 5 dəqiqə keçməmiş Xəyal evlərindən aşağı düşüb onunla birlikdə yaxınlıqda olan zabitlər parkına getmişdir. Orada Xəyal tanışı Seymur və Elmanla görüşmüşdür. Xəyal əvvəl Seymur ilə söhbət etmiş, sonra Elmanla kənara çəkilib söhbət etmişdir. Xəyalla Elman söhbət edərkən Seymur onlardan 5-10 metr məsafə aralıda dayanmışdır. Sonra Xəyal maşına oturaraq səhər göstərdiyi Vüsal adlı oğlanı Elmana göstərməyini tapşırmışdır. O, maşında olduğu üçün Xəyalın öncə Seymurla, sonra isə Elmanla söhbətini eşitməmişdir. Xəyalın ona dediyi kimi səhərisi günü saat 11-12 arası taksi ilə 20 Yanvar dairəsinə getmiş və orada Seymurun idarə etdiyi ağ rəngli «Toyota Prado» markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəldiyini görmüş, avtomaşının arxa oturacağında Elman oturmuşdur. Elman Seymurun maşınından düşdükdən sonra Seymur maşını sürüb getmişdir. Xəyalın tapşırığını yerinə yetirərək Elmanı taksi ilə «İçəri şəhər» metrostansiyasının yaxınlığında yerləşən Qərb universitetinə aparıb orada universitetin qarşısında yerləşən parkda dayanaraq Vüsalın dərsdən çıxmasını gözləmişlər. Saat 12 radələrində Vüsal institutdan çıxıb yaxınlıqda yerləşən mağazaya girdikdə o Elmana əli ilə Vüsalı göstərmişdir. Vüsalın yanında adamlar olduğu üçün istintaq zamanı ifadəsində göstərdiyi kimi Elmana Vüsalı göz-qaşla tanıtdırmamışdır. Elmanın yanında durmuş, Vüsalı gördükdə isə əli ilə ona göstərərək səslə Elmana demişdir ki, bəsVüsal bu oğlandır. X91 arxasınca Vüsalın daxil olduğu mağazaya girib «Pepsi-Cola» alaraq çıxmışdır. Növbəti gün Xəyal ona yenə 20 Yanvar dairəsinə taksi ilə getməyini və Elman ilə «İçəri şəhər» metrostansiyasından kart alıb Vüsalın evlərinə getdiyi yol ilə izləyərək aparmalı olduğunu tapşırmışdır. Səhərisi günü, təxminən aprel ayının 29-da o, taksi ilə 20 Yanvar dairəsinə gedib orada Seymurun Elmanla onu maşında oturub gözlədiklərini görmüşdür. Seymur onları öz maşını ilə aparıb «İçəri şəhər» metrostansiyasının yaxınlığında düşürüb getmişdir. Bu zaman onların arasında Vüçal barədə heç bir söhbət getməmişdir. O, Seymurdan və yaxud Elmandan Vüsalın izlənilməsinin səbəbini soruşmamış, həmçinin Xəyal da ona bu barədə heç bir söz deməmişdir. «İçəri şəhər» metrostansiyasına girib oradan giriş kartı alıb həmin karta bir manat yüklədikdən sonra metrodan çıxıb Elmanla Vüsalın universitetdən çıxmasını gözləmişlər. Saat 13 radələrində Vüsal universitetdən çıxıb yanında bir nəfər cavan oğlan ilə «İçəri şəhər» metro stansiyasına tərəf getmiş, onlar da, yəni o və Elman Vüsalı evinə getdiyi marşrut üzrə izləmək üçün metrostansiyaya girmişlər. Metroya girməmişdən əvvəl Elman ehtiyyat edib «qrujennu»dur demişdir. Rus dilini bilmədiyi üçün Elmanın dediyi sözün mənasını bilməmişdir. Lakin həmin gün Xəyaldan o sözün mənasını soruşduqda Xəyal demişdir ki, Elmanın üstündə ya bıçaq, ya da ki, silah olmuşdur. Metroda Vüsalın arxasınca Elman, Elmanın arxasınca isə o hərəkət etmişlər. Vüsal «Nərimanov» stansiyasında yanında olan oğlanla sağollaşıb həmin stansiyadan çıxıb üzü «Layf Centr» tərəfə getmişdir. Elman Vüsalın arxası ilə getməyə başlayanda o da onların arxası ilə getmişdir. Vüsal evlərinin həyətinə girən vaxt Elman arxası ilə gedib Vüsala artıq yaxınlaşdığını gördükdə o, fit verib Elmanın geri çağırmışdır. O, Xəyala zəng edib Elmanla Vüsalı evlərinə kimi izlədiklərini bildirmişdir. Xəyal isə birlikdə evlərinin yaxınlığında olan Zabitlər parkına gəlməklərini tapşırmış, onlar metroya girib «Nizami» stansiyasına gəlib oradan çıxaraq saat təqribən 14:30 radələrində piyada zabitlər parkına gedib Xəyalla görüşmüşlər. Orada Xəyal hündür boylu şəxsdən Vüsalın yaşadığı evin həyətini, getdiyi marşurutu öyrənib-öyrənmədiyini soruşduqda Elman hər şeyi öyrəndiyini demişdir. Orada Xəyal ondan 50 manat pul alıb Elmana vermişdir ki, sonuncu özünə kapüşonlu kofta və gün eynəyi alsın. Elman ondan kapüşonlu koftanı və eynəyi haradan ala biləcəyini soruşmuş, o isə 20 Yanvar metrosunun yanında «Velotrek» adlanan ticarət mərkəzindən ala biləcəyini demişdir. 2013-cü ilin may ayının 01-də günorta vaxtlarında Xəyal onun idarə etdiyi avtomaşına əyləşib Nərimanov metrostasiyasına tərəf sürməyi tapşırmış, o Xəyalın göstərdiyi yerə - «Nərimanov» metrostansiyasının «Layf Centr» tərəfə çıxışı olan yerə sürmüş və kənardan Elmanın metrostansiyanın çıxışında dayanıb dönər yediyini görmüşlər. Xəyal Elmanın dönər yediyini görərək əsəbləşib «bu burada ağzını ayırıb dönər yeyir, Vüsalı da metrodan çıxanda görməyibdir» sözlərini demişdir. Xəyalla birlikdə oradan qayıtmışlar və axşam saat 21-22 radələrində Xəyalın tapşırığı əsasında Xırdalan şəhərində yerləşən parka getmişlər, oradan isə Xəyalı evlərinə aparmışdır. Xəyal ondan ayrıldıqda səhərisi gün Seymur və Elmanla «Akademik Milli Dram Teatrı»nın yanında görüşməyi tapşırmışdır. 02 may 2013-cü il tarixdə sat 09:30 radələrində Seymur Elmanı deyilən yerə gətirib düşürmüşdür. Bundan sonra o, Elmana Xəyalın tapşırığı əsasında Vüsalı izləməyi bildirmişdir. Elmana metro kartını təqdim edib ondan aralanaraq çıxıb getmişdir. Sonra Xəyal ona zəng edib Elmanın Vüsalın dalınca «İçəri şəhər» metro stansiyasına girib-girmədiyini öyrənməyi tapşırmış o, Xəyalın onu aldadıb-aldatmamasına əmin olmaq istədiyini hiss etmişdir. 02 may 2013-cü il tarixdə saat 13 radələrində «İçəri şəhər» metro stansiyasına gedib bir qədər orada dayandıqda Vüsalın metroya girdiyini görmüşdür. Elman isə əynində qara rəngli kapüşonlu qofta, gözlərində də eynək Vüsalın arxası ilə metroya girmişdir. Bu barədə zəng edib Xəyala məlumat verəndə sonuncu artıq oradan aralanıb öz işi ilə məşğul olmasını ona bildirmişdir. Bundan təqribən 2 gün sonra internet saytlarında gedən məlumatlara baxanda həmin Vüsal adlı şəxsin öldürülməsi barədə yazı olduğunu görüb bu məlumatı oxuyaraq çox təəcüblənmiş və həyacanlanaraq tez Xəyalın yaşadığı mənzilə gedib bu barədə Xəyala məlumat verərək bunun nə məsələ olduğunu, Vüsalı kim, nə səbəbə görə öldürdüyünü ondan soruşmuşdur. Xəyal isə ona « get işinlə məşqul ol, sənlik bir iş yoxdur» sözlərini demişdir. Xəyal, onun dostu Seymur və Elman Vüsal adlı oğlanın öldürüləcəyi barədə ona heç bir vaxt məlumat verməmişlər, ümumiyyətlə onların arasında bu barədə heç bir söhbət olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır və onları heç vaxt görməmişdir. O, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanıdır. Vüsal Şilder 2011-ci ildən universitetin Qərb dilləri fakültəsinin tərcümə ixtisası üzrə təhsil almış, tərbiyəli, mədəni və intizamlı tələbə idi. Vüsalın şəxsi həyatı barədə heç bir məlumatı olmamışdır. 02 may 2013-cü il tarixdə Vüsal Şilder səhər saat 08:30 radələrində dərsə gəlmiş, üç dərsdə iştirak etdikdən sonra saat 12:50 radələrində universitetdən çıxıb getmişdir. Həmin gün axşam saatlarında Vüsalın qrup yoldaşı Esmira Məmmədova ona zəng edərək Vüsalın bıçaqlanaraq öldürüldüyünü demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır, onları heç vaxt görməmişdir. Qərb Universitetinin Qərb dilləri fakültəsinin tərcümə ixtisası üzrə Vüsal Şilder ilə eyni qrupda təhsil almış, Vüsalla münasibətləri yaxşı olmuş, eyni zamanda Vüsalın anası Mətanət xanımı da tanımışdır. Vüsalı tanıdıqdan sonra sonuncunun Lalə adlı qız ilə bir-birini istədiklərini bilmiş, qızın fotoşəkilini Vüsalın telefonunda görmüşdür. 2-ci kursda oxuyanda isə Vusal ona demişdir ki, istədiyi qızı başqa adama ərə vermişlər, lakin 2013-cü ilin yanvar ayından sonra onların əlaqəsi yenidən bərpa olunmuşdur. Bundan sonra Vüsal ona izlənildiyini demişdir. Hətta 2013-cü ilin aprel ayının əvvəllərində o, Vüsal ilə birlikdə Gənclik metrostansiyasında görüşüb 28 may metrostansiyasına gedərkən sonuncu onu izləyən adamı göstərmiş, lakin həmin adamı sərbəst görə bilmədiyi üçün sifəti yadında qalmamışdır. Növbəti dəfə metrodan çıxıb “Tələbə İttifaqı” istiqamətində gedərkən yolda Vüsal ona təkrarən izlənildiyini deyib həmin oğlanın yenə arxaları ilə gəldiyini bildirmiş, o arxaya çönüb baxdıqda Vüsalın ona göstərdiyi bir oğlanın telefon ilə danışaraq yolu keçdiyini görmüşdür. Bir dəfə isə o, Vüsalla dərsdən çıxıb birlikdə getdikləri zaman alçaq boylu, üzü tüklü bir şəxs Vüsala yaxınlaşaraq ona “qaqaş, səni izləyirlər” demişdir. Vüsal həmin oğlanı arxadan səsləsə də o, cavab verməyib yolunu davam etmişdir. Səhərisi günü Vüsal universitetdə ona izlənməyi barədə məlumat verən şəxslə yenidən qarşılaşdığını, həmin şəxs ona heykəlin yanında fotoşəkilinin çəkildiyini demişdir. 02 may 2013-cü il tarixdə axşam üstü tələbə yoldaşlarından Vüsalın öldürüldüyünü bilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, onları heç vaxt görməmişdir. Mətanət Şilder onun bacısı, mərhum Vüsal Şilder isə bacısı oğludur. Mətanətin sözlərindən bilmişdir ki, Vüsal 2011-ci ilin aprel ayında Lalə adlı qızla tanış olmuş, bir birlərini sevmişlər. 2012-ci ilin təxminən fevral ayının sonları və ya mart ayının əvvəlləri bacısı Mətanət ona zəng edərək Vüsal ilə Lalənin razılaşıb birlikdə qaçdıqlarını, taksi ilə Şirvan şəhərinə onun yaşadığı evə gəldiklərini bildirmişdir. Bundan sonra o, Vüsal ilə Laləni qəbul etmişdir. Lalənin davranışından görmüşdür ki, o Vüsalı sevir və sonuncu ilə könüllü qaçmışdır. Sabahısı səhər ailəsi ilə birlikdə Saatlı rayonuna toya getmişlər. Vüsalla Lalə isə evlərində qalmışdır. Toya getdiyi zaman, yəni yolda olduqda Mətanət ona zəng edərək Lalənin anası ona qızı evə qaytarmağı, el adəti ilə elçi gəlmələrini bildirdiyi üçün qohumları Xəyalın Şirvana gələcəyini demişdir. Bundan sonra özünü Xəyal kimi təqdim edən şəxs ona zəng edərək Şirvana çatdığını bildirərək ondan ünvanı soruşmuşdur. Hətta Xəyal ona söz vermişdir ki, Laləni heç kəs incitməyəcəkdir. Taksi sürücüsü işləyən qonşulardan birinə xahiş etmişdir ki, X69 şəhərinin girəcəyinə aparsın. Orada Vüsal və Lalə Xəyalın gəldiyi maşina minib getmişlər. Hətta sonradan eşitdiyinə görə yolda üçü birlikdə çörək yemişlər. Mətanətin deməsinə görə elə həmin gün axşam vaxtı Mətanət ilə digər bacısı Mehriban Laləgilin evinə “həri” mərasiminə gedib razılıq alsalar da, sonradan bu iş baş tutmamış və təxminən 6 ay ərzində Vüsal ilə Lalə əlaqə saxlamamışlar. Sonradan öyrənmişdir ki, Lalə başqa adama ərə getmişdir. 02 may 2013-cü il tarixdə günortadan sonra bacısı Mətanət zəng edib bildirmişdir ki, Vüsalı vurublar, o xəstəxanadadır. O, dərhal Bakı şəhərinə gələrək xəstəxanaya getmiş, Vüsalın bıçaqla öldürüldüyünü bilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X44 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, onları ilk dəfə bu məhkəmədə görür. X70 tələbə yoldaşı olmuş, bir qrupda oxumuşlar. 02 may 2013-cü il tarixdə saat 13:40 radələrində Vüsal ilə birlikdə evə getmişlər.«İçəri şəhər» metrostansiyasına daxil olub birlikdə «Nərimanov» stansiyasına kimi getmiş, Vüsal həmin stansiyanın yaxınlığında yaşadığı üçün orada vaqondan düşüb evə getmiş, o isə Xalqlar Dostluğu metrostansiyasına qədər getmiş, oradan isə evinə getmişdir. Evdə olduğu zaman qrup yoldaşlarından kimsə Vüsalın vurulduğunu ona demişdir. Digər qrup yoldaşları ilə birlikdə Vüsalın yaşadığı evə getmişlər, öyrənmişlər ki, Vüsalı kimsə bıçaqla vurub öldürmüş, lakin kimin tərəfindən, hansı şəraitdə vurulmasını bilməmişdir. Vüsalın şəxsi həyatından xəbəri olmamış, yalnız onun ölümündən sonra bilmişdir ki, o, istədiyi qıza görə vurulmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X47 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, onları ilk dəfə bu məhkəmədə görür. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra Qərb universitetinin Qərb dilləri fakültəsinə qəbul olub həmin universitetdə təhsil alır. X85 universitetdə oxuduğu vaxtdan tanıyır, ikisi bir qrupda oxuyub, munasibətləri yaxşı olmuşdur. Vüsalla dostluq etmiş, dərsdən kənar arabir görüşmüşlər. 02 may 2013-cü il tarixdə dərsləri saat 13:50-də qurtardıqdan sonra o evə getmiş və saat 17 radələrində qrup yoldaşı Asif Usubov ona zəng edib Vüsalın öldürüldüyünü və uşaqlarla görüşüb onlara gedəcəklərini demişdir. O da Vüsalın yaşadığı ünvana getmişdir. Vüsalın evinə çatdıqda Vüsalın qohumları bildirmişlər ki, Vüsalı kimsə bıçaqla vurub öldürmüş, lakin kimin tərəfindən, hansı şəraitdə vurlmasını bilməmişdir. Vüsalın hər-hansı bir şəxslə düşmənçiliyi və ya qərəzliyinin olması barədə məlumatı olmamışdır. Vüsalın Lalə adlı qızı sevdiyini, lakin həmin qızı ona vermədiklərini bilsə ə həmin qızla əlaqədar hər-hansı bir problemin yaranmasını bilməmişdir. Vüsalın sözlərindən bilmişdir ki, onu kənar şəxslər izləyir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X48 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır. 2009-cu ildən Bakı şəhəri, 20 yanvar dairəsinin yaxınlığında yerləşən «Velotrek» adlanan ərazidə olan ticarət mərkəzində polkası var idi. Həmin polkada müxtəlif çeşidlərdə və qiymətdə olan eynəklərin satışı ilə məşğul olmuşdur. Satdığı eynəklərin arasında «Polismen» kimi adlanan dəyəri 10 manat olan eynəklər də var idi. Müştəri çox olduğu üçün hal-hazırda məhkəmədə gördüyü təqsirləndirilən şəxslərdən hansısa birinin ondan eynək almasını xatırlamır. Lakin bunu inkar da edə bilməz. Artıq bir müddətdir ki, ticarətlə məşğul olmur, xəstəliyi ilə əlaqədar doğulduğu Qazax rayonunun Daş Salahlı kəndinə qayıdıb orada yaşayır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız İsgəndərov Elmanı tanıyır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, 2012-ci ildən Nərimanov rayonu, X102 küçəsində yerləşən "xxxx" MTK-da mühafizəçi işləyir, mərhum Vüsal Şilder də həmin binada ailəsi ilə birlikdə kirayə yaşayırdı. 01 may 2013-cü il tarixdə saat 17 radələrində işdə olarkən əynində idman köynəyi, gözündə isə qara eynək olan Elman İsgəndərovun binanın yaxınığında dayandığını görüb ona yaxınlaşaraq burada nə etdiyini soruşmuşdur. Elman iş axtardığını, rayondan gəldiyini demişdir. Lakin Elmanın iş axtaran olmadığını hiss edərək onubinadan uzaqlaşdırmaq məqsədilə yalandan «Arçelik» tərəfdə mühafizəçi axtarıldığını demişdir. Elmanın «Arçelik» tərəfə getdiyini görmüş, ondan sonra isə başı öz işlərinə qarışdığından onun hara getməsini xatırlamır. Həmçinin hadisədən artıq xeyli vaxt keçmişdir. Vüsal Şilderi 02 may 2013-cü il tarixdə saat 10-10:30 radələrində tək görmüş, sonuncu onunla salamlaşaraq çıxıb getmişdir. Vüsal qətlə yetirilən vaxtı isə o başqa yerdə olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, lakin mərhum Vüsal Şilderi məhlə uşağı kimi tanımışdır. 02 may 2013-cü il tarixdə saat 11 radələrində Molla Cümə küçəsində dönər köşkünün yanında dostları Emin, Elşən və digərləri ilə dayanıb söhbət edirdilər. Təxminən saat 14 radələrində Emin ona demişdir ki, yan tərəfdən keçən oğlanın əlindəki bıçağa baxsın. O, Eminin dediyi oğlana tərəf baxdıqda artıq bıçağı görməmişdir. Həmin adam hündürboylu olmaqla əynində kapuşonlu idman köynəyi, gözündə isə qara rəngli eynəyi var idi. Hava isti olmasına baxmayaraq o kapuşonu başına keçirtmişdir. Hətta Elşən demişdir ki, həmin oğlanın əlindən bıçağın yerə düşdüyünü və həmin oğlanın yerə düşmüş bıçağı yerdən qaldırıb yolunu davam etdirdiyini görmüşdür. Bundan təxminən 5 dəqiqə sonra qadınların qışqırıq səslərini eşidib səs gələn istiqamətə qaçmışlar. Görmüşdür ki, Vüsal Şilder üst-başı qan yerdən ayağa qalxıb 5-6 addım gedərək yenidən yerə yıxılmışdır.Orada olanlardan kimsə hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X38 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində heç vaxt olmamış, 02 may 2013-cü il tarixdə və sonrakı müddətlərdə şahid qismində heç bir hüquq mühafizə orqanlarında dindirilməmişdir. Məhkəməyə sahə müvəkkilinin tapşırığı ilə gəlmişdir. Belə ki, sahə müvəkkili məhkəmənin onun məcburi gətirilməsi barədə qərarın olmasını bildirmişdir. Ona təqdim olunmuş X12 və Təqsirləndirilən şəxs barələrində olan cinayət işinin 1-ci cildində iş vərəqləri 16-19 və həmin cildin iş vərəqləri 80-84-də olan X24 məxsus şahid ifadələrini o deyil, başqa X38 vermişdir. Həmin protokollarda olan X19 anket məlumatlarında göstərilmişdir ki, Emin İbrahimov 17 aprel 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş və Bakı şəhəri, 9-cu mikrorayon, Favorit market mağazasının qarşısında 17 mərtəbəli binanın 53-cü mənzilində yaşayır. O, məhkəməyə özünün doğum haqqında şəhadətnamənin əslini təqdim edir. O da X38 olsa da cinayət işində olan X15 fərqli olaraq 17 aprel 1995-ci il tarixdə deyil, 11 oktyabr 1998-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nardaran massivi, ev 63-də yaşayır. Cinayət işində olan X19 ifadə protokollarındakı imzalar ona məxsus deyildir. O, həmçinin Namazlı Elşən adlı şəxsi də tanımır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, hal-hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında həqiqi hərbi xidmətdə olan X32 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, ibtidai araşdırma orqanına bu işlə bağlı ifadə vermişdir. Lakin ittiham aktında şahidlər siyahısında atasının adı səhvən “Bayram” kimi göstərilmişdir. Onun atasının adı Bəxtiyardır. Bunu təsdiq etmək üçün hərbi biletinin surətini məhkəməyə təqdim edir. Cinayət işində olan digər anket məlumatları isə həqiqətə uyğundur. Məhkəməyə bu gün dəvət olunmuş Emin İbrahimov onun X54 deyildir. X54 bu ilin iyun ayında orduya hərbi xidmətə çağırılmışdır. Lakin harada xidmət etdiyini bilmir. 02 may 2013-cü il tarixdə dostu X34 metrostansiyasının «Life Centre» tərəfə olan çıxışında dönər köşkünün yanında saat 14 radələrində səkinin kənarında olan bardurda oturub dönər yeyirdilər. Bu zaman Emin ona demişdir ki, “bir nəfər əlində bıçaq keçdi, gedək baxaq o hara gedir”. O isə Eminə “nəyə lazımdır” deyərək əlində bıçaq olan oğlanın arxasınca getməmişdir. Eminin dediyi oğlanı o şəxsən görməmişdir. Çox az müddət keçmişdir ki, əlində çanta olan bir qadın onlara yaxınlaşıb bildirmişdir ki, “bala, qaçın, qoymayın öldürdülər”. Qadının göstərdiyi istiqamətə qaçmışlar. Qabaqda yeni tikilmiş binanın həyətində ayaq üstə durub ağacdan tuan məhəllə uşağı Vüsal Şilderi görmüşdür. Vüsalın başı, köynəyi qan içində idi. Vüsal yerə yıxıldı, yenidən ayağa qalxaraq təxminən 10 metr gedərək, təkrar yerə yıxılmış və artıq qalxa bilməmişdir. Həmin yerə xeyli sayda insanlar toplaşmışdı. Vüsala yaxınlaşıb görmüşdür ki, baş hissəsindən çoxlu qan gəlir. Vüsalın köynəyinin yuxarı düymələrini açmışdır ki, nəfəs ala bilsin. Tanımadığı bir qız isə Vüsala gətirib su vermiş, bir fəhlə isə Vüsalın başını böynəyi ilə sarımışdır. Bundan sonra təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər. Vüsalı təcili tibbi yardım maşını aparmışdır. Bu zaman onun halı pis olmuş, Vüsala görə ağlayırdı. Əlində bıçaq olan şəxsi dostu Emin görmüş, lakin o onu görə bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X19 ifadəsindən müəyyən edilmişdir ki, o, əvvəllər Nərimanov metrostansiyasının yaxınlığında, Mola Cümə küçəsi ev 7, mənzil 28-də yaşadığı üçün həmin yerdə dostarı olduğuna görə məhlə uşaqlarının yanına gedərək gününü onlarla birlikdə köhnə məhlədə keçirirdi. 02 may 2013-cü il tarixdə 39 №-li məktəbin yanında Molla Cümə küç 11b saylı binanın həyətində saat 11 radələrində dostu Elşənlə görüşmüş, saat 11:30-da isə Xəyal, Vladislav və Nurlan adlı dostları da ora gəlmiş, saat 13:45-də acdığı üçün dostu Elşənlə «Life Centre» adlı binaların girişinə yaxın, “Nərimanov» metrostansiyasının çıxışında «Şah ət» deyilən yerdən dönər almağa getmişdir. Həmin dönərxananın yanındakı binaların arasında Elşən daşın üstündə oturmuş, o, isə ayaqüstə dayanıb dönər yemişdir. Saat 14:15 radələrində bir nəfər hündürboy, təxminən 1.90 metr boylu, əynində qara kapyuşonlu idman formasının köynəyi və şalvarı olan şəxs onun diqqətini çəkmiş, həmin şəxs kapyuşonkanı başına keçirmiş, gözlərində qara “policeyski” eynəyi olmuş, sifəti isə az tüklü olan həmin şəxs hava isti olmasına baxmayaraq və heç kim belə paltarda gəzmədiyindən onun diqqətini cəlb etmişdir. Həmin adam yanlarından keçən anda idman formasının yan cibindən bir bıçaq çıxartmış və düyməsini basıb açanda bıçağın yekə olduğunu, dəstəyi və tiyəsinin qara, mat rəngdə olduğunu görmüş, lakin bıçağın dəstəyinin və tiyəsində bəzi yerlərdə boya örtüyü cızılmış, bu anda bıçaq onun əlindən yerə düşmüş və bıçağı əyilib yerdən götürəndə ona baxdığını görüb həmin adam ona tərs-tərs baxmış, onların arasında təxminən 3 metr məsafə olmuş, sonra bıçağı açıq halda cibinə qoyub tez addımlarla binaların arasından 39 №-li orta məktəbə tərəf getmişdir. O, Elşənə həmin adamın böyük bıçağının olmasını deyəndə Elşən ona baxsın görsün hara getdiyini demiş, o, isə cavabında nəyinə lazım olduğunu bildirmişdir. Onlar yeməyi yeyib qurtarmış və ayağa qalxanda qara paltarlı oğlanın getdiyi tərəfdən iki nəfər qadın, əllərində çantalar təngənəfəs qaçıb gələrək onlardan biri orada bir nəfər uşağı bıçaqla vurulduğunu demişlər. Elşən tez həmin tərəfə qaçanda o da arxası ilə qaçmış, artıq ətrafda çoxlu adamlar da həmin tərəfə gəlmişlər. Binaların arasında çayxanaya çatanda bir nəfər cavan oğlanın çayxanaya tərəf gəldiyini, köynəyi başdan ayağa qan içində olduğunu görmüşdür. Həmin oğlan göm-göy göyərmiş, çayxanaya çatanda yerə yıxılmış və başı yerdə nəyəsə dəymiş və yerindən qalxmaq istəyəndə o, orada adını bilmədiyi və tanımadığı bir qadın oğlana ayağa durmamağı bildirmişdir. Elşən tibb sahəsində təhsil aldığı üçün yaralı oğlana yaxınlaşıb xəsarətini bilmək üçün köynəyinin yaxasını dartıb cırmış və bu vaxt orada olanlar oğlanın ürək nahiyyəsindən qan şırnağı getdiyini görmüşlər. Oğlan şokda olduğundan danışa bilməmiş, orada olan qadınların hansısa təcili yardıma zəng edən vaxt dostu Nurlanın camaatın arasından onlara tərəf gəldiyini görmüşdür. Əvvəlcə sonuncu ona heç nə danışmamış, lakin artıq hadisədən sonra onları polis bölməsinə şahid kimi gətirəndə Nurlan orada bildirmişdir ki, qara paltarlı adamı o da görüb, həmin adam “İlqar market” tərəfdən qaçıb getmişdir. Həmin qara paltarlı şəxsi və yaralı oğlanı birinci dəfə görmüş, onların heç birini tanımamış, ona təqdim edilən Bakı metropoliteninin metrostansiyalarının təhlükəsiz kameralarından əldə edilmiş videogörüntü və görüntülərdən çıxarılmış fotoşəkillərdə olan hündürboylu və kapyuşonlu şəxsi tanıyaraq, həmin şəxs məhz 02 may 2013-cü il tarixdə “Nərimanov” metrostansiyasının yaxınlığında “Şah ət” restoranının yanında gördüyü və cibindən bıçaq çıxardan şəxs olmuşdur.Onu qara kapyuşonlu idman formasının köynəyi və şalvarından, ayağında qəhvəyimtil boz rəngli ayaqqabı olmasından, fotoşəkildə gözündə qara rəngli “poliçeyski” eynək olmasından, habelə əynində olan idman köynəyini biləyindən yuxarı çəkib geyinməsindən, üzündə saqqalı olmasından, yerişindən tanımışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X20 ifadəsindən müəyyən edilmişdir ki, iş üzrə verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ilin avqust ayından Bakı şəhəri, 20 yanvar dairəsinin yaxınlığında yerləşən «Velotrek» adlanan ərazidə olan ticarət mərkəzinin 1-ci sırasında yerləşən 4-cü dükanda satıcı işləməklə kişi üst geyimləri, şalvar, köynək, həmçinin kapyuşonlu idman köynəklərinin satışını həyata keçirir. Həmin kapyuşonlu idman köynəklərinin qiyməti 25-30 manatdan başlayır, ola bilsin ki, Elman İsgəndərov ondan qara rəngli kapyuşonlu idman köynəyi alsın. İşdə olan «hadisə yerinə baxış keçirilməsi haqqında» 02 may 2013-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən 3 B №-li binanın qarşısı olmaqla, həmin binanın ön tərəfi müxtəlif növ ağac və kol bitkilərindən idarət olan yaşıllıqla örtülüdür. Yaşıllıq dəmir cəpərlə çəpərlənmiş, çəpərin önündə olan asvalt səthin üzərində 35x33 sm ölçüdə qeyri müəyyən formalı qanabənzər ləkə olmuş, həmin qanabəzər ləkə tənzifə hopdurulmaqla ötürülüb 1 №-li paketə qoyularaq qablaşdırılmış, həmin ləkədən cənub istiqamətdə 3 metr məsafədə yerə basdırılmış 40 sm hündürlükdə dəmir dirək olmuş, dirəyin arxa hissəsində sıra ilə avtomobil qarajları yerləşir, qanabənzər ləkədən sağ istiqamətdə, təqribən 35 metr məsafədə üzərində «Meyvə-tərəvəz topdan satışı» sözləri yazılmış meyvə-tərəvəz mağazası olmuş, mağazanın arxasında 58 №-li uşaq baxçası yerləşir, həmin mağazadan çəpəki sağ istiqamətdə 20 metr məsafədə seyrək yaşıllıq sahə olmuş, həmin sahəyə daxil olduqda ağacın qarşısında, otların üzərində 10x8 sm ölçüdə yaxma formasında qanabənzər ləkə aşkar edilərək tənzifə hopdurulmaqla götürülüb 2 №-li paketə qablaşdırılmış, yaşıllıqdan 25 metr məsafədə «Pərvanə» çay evi yerləşir, çay evinin həyəti yaşıllıq sahə və ağaclardan ibarətdir, çay evinin həyətində dörd ədəd ağ rəngli masa və stullar olmaqla səliqəli şəkildə düzülmüş, zədəsizdirlər, çay evinin qarşısından çəpəki istiqamətdə 22 metr aralıda, Əhməd Rəcəbli küçəsində yerləşən 3B və 3A №-li binaların aralığında, Gediş-Gəliş yolunun asvalt döşəməsinin üzərində 80x30 sm ölçüdə gölməçə formasında qanabənzər ləkə olmuş, həmin ləkə tənzifə hopdurulmaqla götürülüb 3 №-li paketdə qablaşdırılmış, ləkənin yanında bir ədəd, üzərində qanabənzər ləkələr olan, nəm halda 110x60 sm ölçüdə ağ rəngli göyümtül xətləri olan dəsmal, bir ədəd qara rəngli, yaxasının iç hissəsində «Ridakon» sözü yazılmış jilet, bir ədəd qanabənzər ləkəyə bulaşmış halda tənzif olmuş, həmin əşyalar paketə qablaşdırılaraq götürülmüşdür. Cinayət işində olan «Fotoşəkil üzrə tanınma keçirilməsi barədə» 07 may 2013-cü il tarixli protokoldan müəyyən olunur ki, təqsirləndirilən şəxs X12 ona fotocədvəldə 4 fotoşəkil arasında təqdim olunmuş Əli-zadə Xəyal Məzahir oğlunun fotoşəkilini tanıyaraq fotoşəkildə olan şəxs bacısına sataşdığı üçün ona vurduğu oğlanı cəzalandırmaqla sifətinə şram atmağı, boşluqlarına bıçaq soxmalı olduğunu deyib həmin oğlanı vurandan sonra ona 1000 manat verən Xəyal adlı şəxs olduğunu göstərmişdir. Cinayət işində olan «Götürmə aparılması haqqında» 02 may 2013-cü il tarixli protokoldan müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən qəzet köşkünün arxasında, yerdə aşkar edilmiş idman formasının köynəyi qara rəngli olub kapyuşonu var, kapyuşonun iç hissəsi boz rənglidir, kənarları iplə dartılıb yığılır, formanın üzərində «VİS mm Department» sözləri və «YD 307803 SDRH» yazıları vardır. Formanın yan gödəkçə cibləri kimi iki ədəd cibi olmaqla toz-torpağa bulaşmış haldadır. Həmin formanın köynəyi istintaq üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Cinayət işində olan «Meyitə baxış keçirilməsi barədə » 02 may 2013-cü il tarixi protokoldan müəyyən olunur ki, Vüsal Şilderin meyitinin əynində ağ rəngli, bəzi hisələrində kəsiklər kəsilmiş, qırmızı qanabənzər ləkələrə bulaşmış yarımqol köynək, bozumtul göy rəngli cins şalvar, qara rəngli, qısa-qıç kişi alt tumanı olmuş, meyit ləkəsi göy bənövşəyi olub meyitin arxa səthinə yayılmış, meyitin qacıması yoxlanılan bütün əzələ qruplarında zəif, çənə əzələlərində isə bir qədər bərkdir. Başın tükləri qara rəngdə olub 5-6 sm uzunluğundadır. Sol gicgah təpə nahiyyəsində 10,5x1 sm ölçüdə, kənarları hamar, qanaxan yara vardır. Kəllə sümüklərində sınıq hiss edilmir. Göz qapaqları bağlıdır, göz almaları təmizdir, bəbəklər hər iki gözdə eyni dərəcədə böyümüş, diametri 0,4 sm-dir. Burun, qulaq qığırdaqlarında, üz skelet sümüklərində travmatik dəyişikliklər yoxdur, ağzı qapalıdır, görünən dişlər təbiidir, dili dişlərin bərabərliyindədir, zədəsizdir, döş qəfəsi silindir formasında olmaqla hər iki tərəfdə simmetrikdir, qabırğalar yoxlanıldıqda sınıq hiss olunmur, döş qəfəsinin sol yarısında arxa məmə xətti üzrə, məmədən 5 sm sola 1,5x0,5 sm ölçüdə, kənarları hamar yara vardır, həmin yaraya uyğun olaraq boyun arxa səthində 2,5x0,3 sm ölçüdə kənarları hamar yara vardır. Qarnı döş qəfəsi bərabərliyindən bir qədər aşağıda yerləşmiş, düzgün quruluşdadır, tamlığı pozulmamışdır. Xarici cinsiyyət üzvləri adi görünüşdədir, zədəsizdir. Yuxarı və aşağı ətrafların quruluşu adidir, sümük, oynaq sistemində travmatik dəyişiklik yoxdur, sağ saidi yuxarı 1/3-nin bayır səthində 7x0,1 sm ölçüdə qırmızı rəngli sızıq vardır. Sağ diz oynağının ön səthində 1x0,5 sm ölçüdə, dəri səviyyəsindən aşağıda sıyrıq vardır. Xarici müayinə zamanı digər xəsarətlər aşkar edilməmişdir. Baxış zamanı Vüsal Şilderin meyitindən tük, dırnaqlar, göy rəngli cins şalvar, qara rəngli qısa-qıç kişi alt tumanı, ağ rəngli yarımqol köynək, qara rəngli bel kəməri, metalik rəngli kişi qol saatı qablaşdırılıb götürülmüşdür. Cinayət işində olan «Axtarış aparılması barədə» 04 may 2013-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 4, mənzil 36-da aparılan axtarış zamanı digər əşya və predmetlərlə yanaşı Təqsirləndirilən şəxs məxsus «Blackberry», «Samsunq», «Nokia» markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Cinayət işində olan ibtidai araşdırma orqanının 07 may 2013-cü il tarixli qərarlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə ittiham irəli sürülmüş və barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan ibtidai istintaq orqanının 21 iyul 2013-cü il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq həmin idarənin MST-na təhvil verilmişdir. Cinayət işində olan məhkəmə-psixiatrik ekspertizasının 17 sentyabr 2013-cü il tarixli 1023 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək, baş verən hadisələri düzgün anlayaraq bu barədə məlumat verə bilmək iqtidarında olmaqla məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan təhlükəsiz şəhər video kameralarının video görüntüləri yazılmış diskə 02 dekabr 2013-cü il tarixli baxış protokolundan müəyyən olunur ki, diskə yazılmış TŞ1-073 adlı fayl altında olan video görüntülər Bakı şəhəri, İstiqlaliyyət küçəsində Bakı İcra Hakimiyyətinin inzibati binası ilə “İçəri Şəhər” metro stansiyası arasında quraşdırılmış TŞ1-073 saylı videokamera ilə çəkilmiş 29 aprel 2013-cü il tarixdə saat 09:55-dən 10:05dək olan müddəti əhatə edən video görüntülər olmaqla kameranın müşahidə dairəsinə Bakı şəhər icra hakimiyyəti inzibati binasının istiqamətində İstiqlaliyyət küçəsi daxildir. Video görüntüdə saat 09:59:24-də İstiqlaliyyət küçəsində Bakı şəhər icra hakimiyyətinin inzibati binasının əks tərəfində yolda Təqsirləndirilən şəxs məxsus **-KX-*** dövlət nömrə nişanlı ağ rəngli “Toyota Prado” markalı avtomaşının dayandığı, saat 10:00:09-da avtomaşının ön sərnişin yerindən təqsirləndirilən şəxs X39, arxa sərnişin yerindən isə gözündə qara rəngli eynək olan təqsirləndirilən şəxs X1 düşərək yolun kənarı ilə “Qərb Universiteti” istiqamətində getdikləri, qeyd edilən ağ rəngli “Toyota Prado” markalı avtomaşının isə hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə hərəkət etdiyi müəyyən edilmişdir. “Ts1-042HD3” adlı faylda isə TŞ1-042 saylı təhlükəsiz şəhər kamerasından götürülmüş 3 saylı video kamera ilə çəkilmiş 29 aprel 2013-cü il tarixdə saat 09:54-dən 10:05-dək olan dövrü əhatə edən video görüntülər İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində “İçəri şəhər” metrostansiyası istiqamətində quraşdırılmış kameranın müşahidə dairəsinə İstiqlaliyyət küçəsi daxildir. Video görüntüdə Təqsirləndirilən şəxs məxsus ağ rəngli “Toyota Prado” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşının yolun hərəkət istiqamətinin sol hissəsindən sağ hissəsinə doğru hərəkət edərək saat 10:00:38-də müşahidə kamerasının yanından keçdiyi müəyyən edilmişdir. “Ts1-042HD2” adlı video faylda isə TŞ1-042 saylı təhlükəsiz şəhər kamerasının 2 saylı kamerasından götürülmüş 29 aprel 2013-cü il saat 09:54-dən 10:05-dək olan dövrü əhatə edən video görüntülər olmaqla İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində Konstitusiya Məhkəməsinin inzibati binası istiqamətində quraşdırılmış və kameranın müşahidə dairəsinə İstiqlaliyyət küçəsi daxildir. Video görüntüdə Təqsirləndirilən şəxs məxsus ağ rəngli “Toyota Prado” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşın yolun hərəkət istiqamətinin sol hissəsindən sağ hissəsinə doğru hərəkət edərək saat 10:00:40-da müşahidə kamerasının müşahidə dairəsinə düşərək İstiqlaliyyət küçəsi ilə Konstitusiya Məhkəməsinin inzibati binası istiqamətində hərəkət etdiyi müəyyən edilmişdir. Cinayət işində olan Bakı metropoliteninin “İçəri şəhər” və “Nərimanov” metro stansiyalarında quraşdırılmış müşahidə kameralarından götürülmüş 29 aprel 2013-cü il və 02 may 2013-cü il tarixlərin video görüntüləri əks olunan diskə yazılmış “29 04 2013 iceri weher 1”, “29 04 2013 iceri weher 2”, “29 04 2013 iceri we-her 3”, “29 04 2013 iceri weher 4”, “29 04 2013 iceri weher 5”, “29 04 2013 nerima-nov 6”, “29 04 2013 nerimanov 7 ”, “29 04 2013 nerimanov 8”, “29 04 2013 nerima-nov 9”, “İceri seher (1)”, “İceri seher (2)”, “İceri seher (3)”, “İceri seher (4)”, “İceri se-her (5)”, “İceri seher(6)”, “Nerimanov(1)”, “Nerimanov(2)”, “Nerimanov(3)”, “Neri-manov(4)”, “Nerimanov(5)”, “Nerimanov(6)”, “Nerimanov(7)” adlı video fayllara baxış keçirilməsi barədə 03 dekabr 2013-cü il tarixli protokoldan müəyyən olunur ki, diskə yazılmış “29 04 2013 iceri weher 1” adlı video fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, “İçəri şəhər” metro stansiyasının girişində turniketlərin önündə quraşdırılmış video kameranın görüntüsü olmaqla, video görüntünün 02:17 saniyəsində X39 gözündə qara rəngli eynək, qara rəngli pencək, tünd göy rəngli cins şalvar, tünd qəhvəyimtil-boz rəngli sviter, ayağında qara rəngli ayaqqabı metro stansiyaya daxil olub, metro kartı alaraq, metro kartına gediş haqqı yükləmə qurğusunda yükləmə apardıqdan sonra naməlum cavan oğlan ona yaxınlaşmış, o da turniketə kartı vuraraq metrostansiyadan çıxıb getmişdir. “29 04 2013 iceri weher 2” adlı video fayldan müəyyən olunur ki, həmin görüntü də “İçəri şəhər” metro stansiyasının girişində turniketlərin önündə quraşdırılmış video kameranın görüntüsü olmaqla, görüntünün 24-cü saniyəsində Rüfət Zakirov, onun arxasınca isə X12 əynində qara rəngli, orta hissəsində yuxarıdan aşağıya doğru ağ enli zolaq olan köynək, qara rəngli şalvar metro stansiyaya daxil olduqdan sonra Rüfət Zakirov sağdan birinci turniketə metro kartını vuraraq Elman İsgəndərovu keçirir, sağdan İİ turniketdən isə özü keçərək eskalatorlara doğru hərəkət edirlər. “29 04 2013 iceri weher 3” adlı fayldan müəyyən olunur ki, həmin görüntü “İçəri şəhər” metro stansiyasının metro stansiyaya düşən eskalatorun üzərində quraşdırılmış video kameradan görüntü olmaqla, görüntünün 00:08-ci saniyəsində Rüfət Zakirov, onun arxasınca isə Elman İsgəndərov eskalatordan düşərək platformaya doğru hərəkət edirlər. “29 04 2013 iceri weher 4” adlı video fayldan müəyyən olunur ki, görüntünün 00:07 saniyəsində X56 əynində tünd rəngli kapüşonlu gödəkçə, mavi rəngli şalvar əynində həm yaşıdı olan bir nəfər oğlanla eskalatordan düşərək sol tərəfə, qatarlara minmək üçün platformaya doğru getmiş, 00:16-cı saniyədə isə onların arxasınca Rüfət Zakirov, onun arxasınca isə Elman İsgəndərov hərəkət edərək, sonuncular platformanın önündə dayanmışlar. “29 04 2013 iceri weher 5” adlı fayldan müəyyən olunur ki, həmin görüntü eskalatordan düşdükdə, sol tərəfdə qatarlara minmək üçün platformaya daxil olmaqdan ötrü nəzərdə tutulan tağ tipli girişdə quraşdırılmış və eskalatorun önündə olan hissəni əhatə edən videokameranın çəkdiyi görüntüdür. Həmin görüntünün 00:07-ci saniyəsində Vüsal Şilderin yanında həm yaşıdı olan cavan oğlanla birlikdə eskalatordan düşərək platformaya daxil olur. Onun arxasınca isə 00:18-ci saniyədə Rüfət Zakirov, 00:19-cu saniyədə isə Elman İsgəndərov görüntüyə düşərək platformaya daxil olurlar. “29 04 2013 nerimanov 6” adlı video faylda müəyyən olunur ki, həmin görüntü Nərimanov metrostansiyasının Ə.Rəcəbli küçəsinə çıxmaq üçün pilləkənin önündə yeraltı keçiddə quraşdırılmış videokameranın çəkilişinin görüntüsüdür. Görüntünün 00:20-ci saniyəsində Rüfət Zakirov, arxasınca isə 00:25-ci saniyədə X62 Rəcəbli küçəsində metro stansiyaya daxil olmaq üçün nəzərdə tutulmuş pilləkənlərin sol hissəsi ilə düşərək yeraltı keçidə daxil olurlar. “29 04 2013 nerimanov 7” adlı video fayldan müəyyən olunur ki, həmin görüntü Nərimanov metrostansiyasından Ə.Rəcəbli küçəsinə çıxmaq üçün pilləkənin önündə yeraltı keçiddə metrostansiyanın giriş-çıxış qapıları istiqamətində quraşdırılmış videokameranın çəkilişinin görüntüsüdür. Görüntünün 00:04-cü saniyəsində Rüfət Zakirov, arxası ilə isə 00:06-cı saniyədə Elman İsgəndərov pilləkənlərdən düşərək metro stansiyanın giriş-çıxış qapıları istiqamətinə hərəkət edirlər. “29 04 2013 nerimanov 8” adlı video video faylda müəyyən olunur ki, həmin görüntü Nərimanov metrostansiyasının giriş qapısının üzərində quraşdırılmış videokameranın çəkilişinin görüntüsü olmaqla kameranın görüntüsü metro stansiyanın girişi və stansiyaya daxil olmaq üçün turniketləri əhatə edir. Görüntünün 00:01-ci saniyəsində Rüfət Zakirov, onun arxası ilə 00:03-cü saniyədə isə Elman İsgəndərov giriş qapısından daxil olaraq turniketlərə doğru hərəkət edirlər. Rüfət Zakirov ilkin olaraq metro kartını sağdan 4-cü turniketə yaxınlaşdırıb Elman İsgəndərovu turniketdən keçirir, daha sonra isə sağdan 3-cü turniketdən özü keçərək metro stansiyaya daxil olurlar. “İceri seher(1)” adlı fayla baxış keçirilərkən həmin fayl “İçəri şəhər” metro stansiyasının girişində turniketlərin önündə quraşdırılmışmış video kameranın 02 may 2013-cü il saat 14:00:58-dən 14:03:14-dək olan dövrü əhatə edən videoçəkilişinin görüntüsü olmaqla, 02 may 2013-cü il tarixdə saat 14:01:19-da X1 gözündə qara rəngli eynək və qara rəngli kapüşonlu idman köynəyi ilə metro stansiyaya daxil olaraq metro kartına gediş haqqı yükləmək üçün qurğudan gediş haqqı yüklədiyi, sonra metronun çıxışına tərəf gedərək küçəyə baxdıqdan sonra saat 14:02:26-da turniketə metro kartını vuraraq eskalatora tərəf getdiyi və yenidən geriyə dönüb metrostansiyanın girişi istiqamətdən küçəyə baxdığı, saat 14:03:00-da isə Vüsal Şilder əynində ağ rəngli qısaqol köynək, tünd rəngli cins şalvar və ayaqlarında krosovka ilə metrostansiyanın giriş qapısından daxil olaraq turniketə metro kartını vurmaqla ekskalatora tərəf getdiyi müəyyən olunur. “İceri seher(2)” adlı video fayl “İçəri şəhər” metro stansiyasının metro stansiyasına düşən eskalatorunun üzərində quraşdırılmış video kameradan görüntü olmaqla video görüntüdə ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin 02 may 2013-cü il saat 14:03:10-dan saat 14:03:59-a kimi olan dövrü əhatə etdiyi, saat 14:03:28-də Elman İsgəndərovun eskalator ilə aşağı istiqamətdə enərkən arxaya yuxarıya doğru baxdığı, saat 14:03:57-də isə Vüsal Şilderin eskalatorla bir nəfər həmyaşıdı ilə aşağı endiyi müəyyən edilir. “İceri seher(3)” adlı video fayl «İçəri şəhər» metro stansiyasının metro stansiyaya enən eskalatorunun üzərində quraşdırılmış video kameradan görüntü olmaqla video görüntüdə ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin 02 may 2013-cü il saat 14:03:50-dən 14:04-34-ə kimi olan dövrü əhatə etdiyi, saat 14:03:57-də Elman İsgəndərovun eskalatorun rezin sürüşən əltutacaq hissəsindən tutaraq yan istiqamətdə dayanıb yuxarıya doğru baxdığı, saat 14:04:30-da isə Vüsal Şilderin eskalatorla bir nəfər həmyaşıdı ilə sonuncunun telefonuna baxa-baxa söhbət edib aşağı endiyi müəyyən edilir. “İceri seher(4)” adlı video fayl «İçəri şəhər» metro stansiyaya düşən eskolatorunun önündə quraşdırılmış video kameradan görüntü olmaqla video görüntüdə ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin 02 may 2013-cü il saat 14:04:40-dan 14:05- 28-ə kimi olan dövrü əhatə etdiyi, saat 14:04:53-də Elman İsgəndərovun eskolatordan düşərək metronun platformasına tərəf getdiyi, saat 14:05:27-də isə Vüsal Şilderin bir nəfər həmyaşıdı ilə eskalatordan düşərək metronun platformasına tərəf getdiyi müəyyən edilir. “İceri seher(5)” adlı video fayl “İçəri şəhər” metro stansiyasının metro stansiyaya düşən eskalatorunun üzərində quraşdırılmış video kameradan görüntü olmaqla, görüntünün metro stansiyasının platformasını əhatə etdiyi, video görüntüdə ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin 02 may 2013-cü il saat 14:05:00-dan 14:05:19-a kimi olan dövrü əhatə etdiyi, saat 14:05:03-də Elman İsgəndərovun əynində qara rəngli şalvar, qara rəngli kapüşonlu idman köynəyi, ayağında isə bozumtul-qəhvəyi ayaqqabı eskalatordan düşərək sol tərəfdə qatarlara minmək üçün perrona tərəf getdiyi və arxaya dönərək eskalatora tərəf baxdığı müəyyən olunur. “İceri seher(6)” adlı video fayl “İçəri şəhər” metro stansiyasının sərnişinlər üçün qapalı olan qatarlara minik perronuna gedən tağ tipli girişdə quraşdırılmış video kameradan görüntü olmaqla, görüntüdə əks tərəfdə qatarlara gedən perronun və girişlərin aydın müşahidə edildiyi, ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin 02 may 2013-cü il saat 14:05:00-dən 14:05-23-ə kimi olan dövrü əhatə etdiyi, Elman İsgəndərovun saat 14:05:09-da eskalatordan düşərək sol qatarlara minmək üçün ikinci tağ tipli girişdən daxil olaraq perrona tərəf getdiyi və arxaya dönərək eskalatora tərəf baxdığı müəyyən edilir. “Nerimanov”(1)” adlı video fayl “Nərimanov” metro stansiyasının çıxışında pilləkənlərin üzərində quraşdırılmış video kameradan görüntü olmaqla, video görüntüdə ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin 02 may 2013-cü il saat 14:17:34-dən 14:18-08-ə kimi olan dövrü əhatə etdiyi, saat 14:17:57-də Elman İsgəndərovun platformanın orta hissəsi ilə hərəkət edərək gözlərinə qara rəngli eynək taxdığı, pilləkənlərə yaxınlaşdıqda isə idman köynəyinin kapüşonunu başına keçirərək getdiyi müəyyən edilir. “Nerimanov”(2)” adlı video fayl “Nərimanov” metro stansiyasının platformasından qalxan pilləkənlərin üzərində quraşdırılmış video kameradan görüntü olmaqla, video görüntüdə ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin 02 may 2013-cü il saat 14:18:00-dən 14:18-18-ə kimi olan dövrü əhatə etdiyi, 14:18:08 Elman İsgəndərovun platformanın pilləkənlərilə qalxalaraq idman köynəyinin papağını başına keçirtməklə, önünü bağladığı və sol əlini cibinə salaraq pilləkənlərlə qalxdığı müəyyən edilir. “Nerimanov”(3)” adlı video fayl “Nərimanov” metro stansiyasının platformasından qalxan pilləkənlərin üzərində quraşdırılmış video kameradan görüntü olmaqla, metro stansiyaya daxil olmaq üçün turniketlərin və metro stanisyadan çıxışın həmin kameranın müşahidə dairəsində olduğu, video görüntüdə ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin 02 may 2013-cü il saat 14:18:09-dan 14:18-23-ə kimi olan dövrü əhatə etdiyi, saat 14:18:16-da Elman İsgəndərovun əlamətlərinə uyğun, yəni hündür boylu, qara rəngli idman köynəyi geyinmiş, kapüşonu isə başına keçirmiş şəxsin keçərək çıxışa doğru hərəkət etdiyi, həmin şəxsin üzü görünmədiyi və yalnız bədənin arxa hissəsinin görsəndiyi müəyyən edilir. “Nerimanov”(4)” adlı video fayl “Nərimanov” metro stansiyasından çıxış qapısının üzərində quraşdırılmış video kameradan görüntü olmaqla, video görüntüdə ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin 02 may 2013-cü il saat 14:18:00-dan 14:18-39-a kimi olan dövrü əhatə etdiyi, saat 14:18:17-də Vüsal Şilderin əlindəki telefona baxa-baxa çıxış qapısına doğru hərəkət edərək getdiyi, Elman İsgəndərovun isə saat 14:18:33-də gözlərində qara rəngli eynək, idman köynəyinin kapüşonunu başına keçirmiş vəziyyətdə əlləri cibində çıxış qapısına doğru hərəkət etdiyi müəyyən edilir. “Nerimanov”(5)” adlı video fayl “Nərimanov” metro stansiyasından çıxış qapısının önündə çıxış tərəfdə yeraltı keçiddə quraşdırılmış video kameradan görüntü olmaqla, video görüntüdə ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin 02 may 2013cü il saat 14:18:10-dan 14:18-58-ə kimi olan dövrü əhatə etdiyi, saat 14:18:22-də Vüsal Şilder əlindəki telefona baxa-baxa çıxış qapısından çıxaraq sağa hərəkət edərək getdiyi, Elman İsgəndərovun isə saat 14:18:42-də gözlərində qara rəngli eynək, idman köynəyinin kapüşonunu başına keçirdərək əlləri cibində çıxış qapısından çıxaraq öncə qapıdan sola, sonra isə sağa baxaraq Vüsal Şilderin arxasınca çıxış qapısından sağa dönərək getdiyi müəyyən edilir. “Nerimanov(6)” adlı video fayl “Nərimanov” metro stansiyasının çıxışında yeraltı keçiddən küçəyə çıxmaq üçün pilləkənlərin üzərində metronun giriş və çıxış qapıları istiqamətində quraşdırılmış video kameradan görüntü olmaqla, video görüntüdə ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin 02 may 2013-cü il saat 14:19:00-dan 14:19-28-ə kimi olan dövrü əhatə etdiyi, saat 14:19:10-da Vüsal Şilder əlindəki telefonda barmaqları ilə hər-hansı əməliyyat yerinə yetirə (ola bilsin ki mesaj yaza-yaza) yeraltı keçidin küçəyə qalxmaq üçün pilləkənlərə doğru getdiyi, Elman İsgəndərovun isə saat 14:19:26-da gözlərində qara rəngli eynək, idman köynəyinin kapüşonunu başına keçirmiş vəziyyətdə, əlləri cibində Vüsal Şilderin arxası ilə pilləkənlərə doğru getdiyi müəyyən edilir. “Nerimanov”(7)” adlı video fayl “Nərimanov” metro stansiyasının Ə.Rəcəbli küçəsinə çıxış pilləkənlərinin üzərində Ə.Rəcəbli küçəsi istiqamətində quraşdırılmış video kameradan görüntü olmaqla görüntüdə ekrandakı saat və tarix göstəricisindən həmin görüntülərin xx.xx.2013-cü il saat 14:18:50-dən 14:18-39-a kimi olan dövrü əhatə etdiyi, saat 14:19:16-da Vüsal Şilder əlindəki telefona baxa-baxa pilləkənlərlə qalxaraq, pilləkənlərdən sola doğru hərəkət etdiyi, Elman İsgəndərovun isə saat 14:19:32-də idman köynəyinin kapüşonu başına keçirilmiş vəziyyətdə əlləri cibində iti addımlarla pilləkənlərdən qalxaraq sola doğru, Vüsal Şilderin arxası ilə getdiyi müəyyən edilir. Cinayət işində olan "xxxx" MMC-dən təqdim olunan təqsirləndirilən şəxslər X1 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, mərhum X79 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, zərər çəkmiş şəxs X16 istifadəsində olan ***-***-**-** və X25 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonların 01 aprel 2013-cü il tarixdən 05 aprel 2013-cü il tarixədək olan dövr üzrə daxil olan və çıxan SMS mətnlərinə baxış keçirilməsi barədə 27 yanvar 2014-cü il tarixli protokoldan müəyyən olunur ki, X1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə iş üzrə əhəmiyyət kəsb etməyən yalnız iki SMS mətninin daxil olması və çıxması müəyyən edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə qeyd edilən dövrdə ümumilikdə 60 SMS daxil olması və çıxması, o cümlədən 4 SMS mətni Əli-zadə Xəyal Məzahir oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2013 və xx.xx.2013-cü il tarixlərdə göndərilməsi və həmin nömrədən daxil olması müəyyən edilmiş, həmin SMS-lərin mətnləri iş üzrə hər-hansı bir əhəmiyyət kəsb etməmiş, X79 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə qeyd edilən dövrdə ümumilikdə 35 SMS daxil olması və çıxması, o cümlədən sevgi, bir yerdə olmaq mətnli 6 SMS X25 istifadəsində olan ***-***-**-** mobil nömrədən 07 aprel 2013-cü il tarixdə saat 17:54, 17:56 və 18:00-da daxil olması müəyyən edilmiş, digər SMS-lər isə başqa telefon nömrələrindən, əsasən də anası X10 istifadəsində olan ***-***-**-** mobil nömrədən daxil olub, həmin nömrəyə göndərilən məişət mətnli SMS-lər olmuşdur. X79 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə qeyd edilən dövrdə ümumilikdə 173 SMS daxil olması və çıxması, o cümlədən «Pishiyim durda» mətnli 1 SMS X25 istifadəsində olan ***-***-**- ** mobil nömrəyə 21 aprel 2013-cü il tarixdə saat 12:26-da göndərilməsi müəyyən edilmiş, digər SMS-lər isə başqa telefon nömrələrindən, əsasən də anası X10 istifadəsində olan ***-***-**-** mobil nömrədən daxil olub, həmin nömrəyə göndərilən məişət, Vüsal Şilderin təhsili ilə bağlı mətnli SMS-lər olmuşdur. X25 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə qeyd edilən dövrdə ümumilikdə 62 SMS daxil olması və çıxması, o cümlədən sevgi, bir yerdə olmaq mətnli 6 SMS xx.xx.2013-cü il tarixdə saat 17:54, 17:56 və 18:00-da mərhum X79 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə göndərilməsi, xx.xx.2013-cü il tarixdə saat 12:26-da «Pishiyim durda» mətnli 1 SMS mərhum X79 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən daxil olması müəyyən edilmiş, digər SMS-lər isə X10 istifadəsində olan ***-***-**-** mobil nömrəyə göndərilən və həmin nömrədən daxil olan məişət və Vüsal Şilder ilə bağlı mətnli SMS-lər olmuş, o cümlədən xx.xx.2013-cü il tarixdə saat 20:21-də Lalə Ağayevanın istifadəsində olan ***- ***-**-** mobil nömrədən Mətanət Şilderin istifadəsində olan ***-***-**-** mobil nömrəyə «Atam bichagnan ustume geldiki oldurecem seni meni biabir eledin sene gore mene sher atirlar. men dushdum atamin ayagina yalvardim sen elemisense denen, Bu da menim size axrinci sozlerim vusal oldu mende olurem indi ikimizide eyni yerde basdirin tek Allah bilir menim sevgimi vusal yoxdusa bu heyati mende yas hamiram elimde silah bunu yazib atiram ozumu sadece bilinki men vusali ele bele sevmemishem» mətnli SMS göndərilməsi müəyyən edilmiş, X10 istifadəsində olan ***-***-**-** mobil nömrədən qeyd edilən dövrdə ümumilikdə 317 SMS çıxması və daxil olması, əsasən də həmin nömrədən Mətanət Şilderin mərhum Vüsal Şilderin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona məişət xarakterli və sonuncunun təhsili ilə bağlı çoxsaylı SMS yazışmaları, həmçinin ***-***-**-** mobil nömrədən Lalə Ağayevanın istifadəsində olan ***-***-**-** mobil nömrəyə 02 may 2013-cü il tarixdə saat 19:56-da «Meciddedi yumaga apardilar. Bu gece evde qonaqdi. O yolunda oldu. O sevgisinin xatiresine bu gece gel vidalas. Sabah basdiracaglar» mətnli SMS göndərilmişdir. Cinayət işində olan "xxxx" və "xxxx" MMC-dən təqdim olunmuş, təqsirləndirilən şəxslər X1 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, təqsirləndirilən şəxs X39 istifadəsində olmuş ***-***-**-**, təqsirləndirilən şəxs Əli-zadə Xəyal Məzahir oğlunun istifadəsində olmuş ***-***-**-**, mərhum X79 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, X26 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələrinin 01 aprel 2013-cü il tarixdən 05 iyun 2013-cü il tarixədək olan zənglər cədvəllərinə baxış keçirilməsi barədə 19 aprel 2014-cü il tarixli protokoldan müəyyən olunur ki, X1 istifadəsində olmuş ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-** nömrəli telefonlar arasında xx.xx.2013-cü il tarixdən 05 may 2013-cü il tarixədək olan müddətdə, o cümlədən ***-***-**-** nömrə ilə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələr arasında qarşılıqlı şəkildə çoxsaylı zənglər olunaraq uzun müddətli danışıqlar aparılmış, o cümlədən ***-***-**-** nömrə ilə ***-***-**-** nömrə arasında Vüsal Şilderin izlənildiyi və hadisə olan günlərdə, yəni 29 may 2013-cü il tarixdə 6 dəfə, 30 may 2013-cü il tarixdə 5 dəfə, xx.xx.2013-cü il tarixdə 2, 02 may 2013-cü il tarixdə isə saat 13:00, 13:08, 13:09, 13:16, 20:16, 21:38-də 8 dəfə zənglər olunaraq uzunmuddətli danışıqların aparılması qeydə alınmışdır. ***-***-**-** nömrə ilə ***-***-**-** nömrə arasında 21 aprel 2013 və 26 aprel 2013-cü il tarixlərdə saat 00:37, 10:43-də 2 dəfə zənglər olunaraq uzunmuddətli danışıqların aparılması qeydə alınmışdır. ***-***-**-** nömrə ilə ***-***-**-** nömrə arasında 25,26,30 və 01 may 2013-cü il tarixlərdə saat 22:58, 10:49, 12:37, 13:53, 17:34, 22:01, 22:04, 22:08, 19:28-də cəmi 9 dəfə zənglər olunaraq danışıqların aparılması qeydə alınmışdır. Əli-zadə Xəyal Məzahir oğlunun istifadəsində olmuş ***-***- **-**, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonlar arasında 01 aprel 2013-cü il tarixdən 05 may 2013-cü il tarixədək olan müddətdə qarşılıqlı şəkildə çoxsaylı zənglər olunaraq uzunmüddətli danışıqlar aparılmış, o cümlədən Vüsal Şilderin izlənildiyi və hadisə olan günlərdə, yəni 29 may 2013-cü il tarixdə 3, 30 may 2013-cü il tarixdə 9, 01 may 2013-cü il tarixdə 9 dəfə, 02 may 2013-cü il tarixdə isə saat 00:02, 00:14, 00:23, 00:32-də, 4 dəfə zənglər olunaraq uzunmuddətli danışıqların aparılması qeydə alınmış, ***-***-**-** nömrə ilə ***-***-**-** arasında 1 zəng olunaraq danışıqların aparılması qeydə alınmışdır. Əli-zadə Xəyal Məzahir oğlunun istifadəsində olmuş ***-***- **-**, X39 istifadəsində olmuş ***-***-**-** nömrəli telefonlar arasında 01 aprel 2013-cü il tarixdən 05 may 2013-cü il tarixədək olan müddətdə qarşılıqlı şəkildə çoxsaylı zənglər olunaraq danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, X39 istifadəsində olmuş ***-***-**-** nömrəli telefonlar arasında yalnız 2013-cü il aprel ayının 26-da saat 11:37-də, aprel ayının 29-da saat 09:18 və 09:20-də və may ayının 02də saat 10:00-da zənglər olaraq qısamüddətli danışıqlar aparılmışdır. Bundan başqa Əlizadə Xəyal Məzahir oğlunun istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonlara 01 aprel 2013-cü il tarixdən 05 may 2013-cü il tarixədək olan müddətdə daxil olan və çıxan SMS mətnlərinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər-hansı bir SMS mətni müəyyən edilməmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs istifadəsində olmuş «X94 Prado» markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsi barədə 04 may 2013-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin avtomaşın ağ rəngli olmaqla, ön və arxa hissəsində **-KX-*** dövlət qeydiyyat nişanları vardır. Avtomaşın saz, işlək vəziyyətdədir. Avtomaşında digər sənədlərlə yanaşı Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi və həmin avtomaşının idarə edilməsinə dair Təqsirləndirilən şəxs adına verilmiş etibarnamə müəyyən edilərək götürülmüşdür. Cinayət işində olan Təqsirləndirilən şəxs istifadəsində olmuş “Blackberry Bold 9900” markalı mobil telefonuna baxış keçirilməsi barədə 05 may 2013-cü il tarixli protokoldan müəyyən olunur ki, telefonun yaddaşında müxtəlif telefon nömrələrinin olması ilə yanaşı “Multimedia” menyusunun “İzobrajeniə” alt menyusunda olan “Snimki s kamerı” qovluğunda müxtəlif fotoşəkillər, o cümlədən X1 gözündə qara rəngli eynəklə avtomaşına minməsini əks etdirən İMG-20130426-00499.jpg adlı 1022 Kb həcmdə şəkil olması, şəkilin xüsusiyyətlərinə daxil olduqda isə həmin şəkilin 26 aprel 2013-cü il tarixdə saat 11:54-də çəkilməsi müəyyən edilmişdir. Cinayət işində olan "xxxx" MMC-nin 23 may 2013-cü il tarixli AZF/LGL-8077/13 №li və 09 yanvar 2014-cü il tarixli AZF/LGL-2064/13 №-li məktublarından müəyyən olunur ki, mərhum Vüsal Şilderin istifadəsində olmuş **********38401 İMEİ kodlu mobil telefon Azerfon şəbəkəsində tapılmamışdır. Cinayət işində olan "xxxx" MMC-nin 24 iyun 2013-cü il tarixli CEO/L-12454 №-li və 14 fevral 2014-cü il tarixli CEO/L-3072 №-li məktublarından müəyyən olunur ki, mərhum Vüsal Şilderin istifadəsində olmuş **********8401 İMEİ kodlu telefon aparatı 02 may 2013cü il tarixdən 22 iyun 2013-cü il tarixədək "xxxx" MMC-yə məxsus hər-hansı nömrə altında istifadə edilməmişdir. Cinayət işində olan "xxxx" Telekom MMC-nin 24 may 2013-cü il tarixli 10267 №-li və 23 yanvar 2014-cü il tarixli 1261 №-li məktublarından müəyyən olunur ki, mərhum Vüsal Şilderin istifadəsində olmuş **********8401 İMEİ kodlu telefon 02 may 2013-cü il tarixdən 20 yanvar 2014-cü il tarixədək olan müddətdə Azercell şəbəkəsində yalnız ***- ***-**-** GSM nömrədə 02 may 2013-cü il saat 00:15-dən 02 may 2013-cü il saat 13:52 radələrinədək istifadəsi aşkar edilmişdir. Cinayət işində olan ibtidai araşdırma orqanının 27 may 2014-cü il tarixli qərarından müəyyən olunur ki, təqsirləndirilən şəxs X1 cinayət törədərkən istifadə etdiyi qara rəngli qatlanan bıçaq, qara rəngli kapyuşonlu idman köynəyi, mərhum X84 məxsus qısaqol köynək, şalvar, tuman və kəmər, hadisə yerindən tənzif vasitəsi ilə götürülmüş qan ləkələri, ağ rəngli göyümtül xətləri olan dəsmal, qara rəngli jilet, qan ləkəsinə bulaşmış tənzif, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş «Toyota-Prado» **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşın maddi sübut kimi tanınmışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs xarakterizə edən sənədlərdən müəyyən olunur ki, o, əvvəllər məhkum olunmamış, evlidir, himayəsində bi azyaşlı uşağı var. Təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istinatı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti Təqsirləndirilən şəxsa aid hissədə təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 1(101)-876/2014 nömrəli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə məhkum olunmasına dair hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirli bilinib cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X17 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Birinci instansiya məhkəməsi təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə ittiham verdiyi halda Təqsirləndirilən şəxs İsgəndərov Elman və Əli-zadə X74 məhz qəsdən öldürmək məqsədilə qabaqcadan əlbir olmalarını sübut etməli və bu şəxslərin məhz qabaqcadan yəni, cinayət törətməmişdən əvvəl Vüsal Şilderi qəsdən öldürmək üçün əvvəlcədən əlbir olmalarını ittihamda göstərməli idi. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihama əsasən isə cinayət əməlinin məqsədi kimi Vüsal Şilderə xəsarət yetirmək, yəni təqsirləndirilən şəxslərin əvvəlcədən Vüsal Şilderə xəsarət yetirməyə razılaşmaları olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs və X1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin tərkibi yoxdur. Belə ki, nə qədər ki, Elman İsgəndərov cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayət törətmişdir onun razılaşdırlımış ümumi niyyətdən kənara çıxmasına, yəni ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməz, beləliklə də X64 Şilderi qətlə yetirdiyinə görə fərdi məsuliyyət daşıyır. Halbuki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2016-cı il tarixli hökmünü müdafiə tərəfinin kassasiya şikayətinə əsasən qüvvə saxlayarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2018-ci il tarixli qərarında iş üzrə razılaşdığı apellyasiya məhkəməsinin gəldiyi nəticə belə olmuşdur ki, Əli-zadə Xəyal Məzahir oğlu, Almaniya Federativ Respublikası vətəndaşlığını qəbul etmiş X85 edilmiş xəbərdarlıqlara baxmayaraq baldızı Lalə Ağayeva ilə münasibətlərinə son qoymadığına görə cəzalandırmaq qərarına gəlib, dostu Təqsirləndirilən şəxs cəzanı icra edəcək şəxs tapmağı tapşırmış, sonuncu xalası oğlu, əvvəllər iki dəfə məhkum olunmuş X6 23 aprel 2013-cü il tarixdə bu məqsədlə yaşadığı Şabran rayonundan Bakı şəhərinə çağırmışdır. Təqsirləndirilən şəxs ona yaxın, imkanlı dostunun bacısına sataşıldığını, qızın onun da bacısı sayıldığını bildirib, həmin şəxsə "şram" atmağı, boşluqlarına bıçaq soxmağı Elman İsgəndərova təklif etmiş, bu işə görə necə lazımdırsa hörmət olunacağını, özünə yaxşı maşın ala biləcəyini vəd etmiş, Elman İsgəndərov onun təklifıni qəbul etdikdən sonra cinayətin icrasına hazırlıq aparıldığı müddətdə onun şəxsiyyətinin gizli qalması və tanınmaması üçün tədbirlər görərək, onun Abşeron rayonu ərazisində mehmanxana kimi istifadə olunan evdə yaşamasını, onun xərclərinin ödənilməsini təmin etmiş, yaşadığı ünvandan çıxmaması barədə tapşırıqlar vermişdir. Təqsirləndirilən şəxs 26 aprel 2013-cü il tarixdə Xəyal Əli-zadə ilə Elman İsgəndərovun görüşünü təşkil edərək birlikdə cinayətin törədilməsi barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Təqsirləndirilən şəxs 29 aprel 2013-cü il tarixdə X52 Əli-zadənin sürücüsü Rüfət Zakirovla tanış edib, idarə etdiyi "Prado" markalı avtomaşınla onları Qərb Universitetinin yerləşdiyi əraziyə apararaq Elman İsgəndərova vuracağı oğlanı Rüfətin ona göstərəcəyini izah etmişdir. X86 X41 tanıtdırdıqdan sonra, metronun "İçəri şəhər" stansiyasından "N.Nərimanov" stansiyasına kimi Vüsal Şilderə yaxınlaşmadan onun ardınca aparmaqla onun hərəkət marşurutunu öyrətmişdir. Təqsirləndirilən şəxs 01 may 2013-cü il tarixdə Elman İsgəndərova zəng edib saat 12:00-da metronun "Nəriman Nərimanov" stansiyasının çıxışına gedib vuracağı oğlanı gözləməsini tapşırmış, o, tapşırığa uyğun olaraq ora gedib, Vüsal Şilderi gözləmiş, Vüsal Şilder metrodan çıxdıqda evinə qədər ardınca getmiş, lakin adam çox olması səbəbindən sifarişi icra edə bilməyib, bu barədə Seymura məlumat vermişdir. Təqsirləndirilən şəxs 02 may 2013-cü il tarixdə Elman İsgəndərovu idarə etdiyi avtomaşınla metronun "İçəri şəhər" stansiyası yaxınlığına aparıb, ona Vüsal Şilderi izləyib, onu vurmağı tapşırmışdır. Elman İsgəndərov tanınmamaq üçün əldə etdiyi gün eynəyini gözlərinə taxıb, əynində olan idman köynəyinin kapşonunu başına keçirməklə Vüsal Şilderi hərəkət marşurutu üzrə izləmiş, saat 14:30 radələrində Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, 3 B saylı evin qarşısında Vüsal Şilderə tək yaxınlaşaraq əvvəlcədən cinayətin törədilməsində istifadə etmək üçün qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi bıçaqla ona boyun, baş və döş qəfəsi nahiyələrindən zərbələr vuraraq qəsdən öldürmüş, əməlinə görə Xəyal Əlizadədən 1000 manat pulu qəbul etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. İbtidai istintaq zamanı X13 04 may 2013-cü il tarixdə şübhəli şəxs, 06 may 2013-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadələrində göstərmişdir ki, xalası oğlu Təqsirləndirilən şəxs çağırışı ilə 23 aprel 2014-cü il tarixdə Bakı şəhərinə gəlmiş, Seymur ona izah etmişdir ki, yaxın, imkanlı dostunun bacısına sataşıblar, həmin qız onun da bacısı hesab olunur, buna görə də qıza sataşan oğlanın sifətinə bıçaqla şram atmaq, boşluqlarına da bıçaq soxmaq, mobil telefonunu əlindən alaraq sındırmaq lazımdır. Bu işə görə ona necə lazımdırsa hörmət olunacağını, yaxşı maşın alacağını, tutulsa belə, polisdə 2 saatdan artıq qalmayacağını bildirmiş, o, maddi cəhətdən imkansız olduğuna görə bu təkliflə razılaşmışdır. Elman İsgəndərov həmçinin Seymurun ilkin olaraq ona mehmanxanada qalması üçün 100 manat verməsini, sonrakı günlərdə də xərclərini ödəməsini, 26 aprel 2013-cü il tarixdə onu Xəyal Əli-zadə ilə görüşdürməsini, Xəyalın onu tutulmayacağına arxayın etməsini, xərcləri üçün 50 manat verməsini, sonradan Seymurun onu Rüfət adlı şəxslə Qərb Univerisitetinə aparmasını, Rüfətin ona vuracağı oğlanı tanıtmasını, həmin oğlanın ardınca apararaq hərəkət marşrutunu öyrətməsini, Seymurun telefonla verdiyi tapşırığa əsasən 01 may 2013-cü il tarixdə sifarişin icrası üçün metronun "Nəriman Nərimanov" stansiyasının çıxışına gedib vuracağı oğlanı gözləməsini, həmin oğlan metrodan çıxdıqdan sonra ardınca getməsini, adamlar çox olduğundan vurmağa imkan tapa bilməməsini, bu barədə telefonla Seymura məlumat verməsini, xx.xx.2013-cü il tarixdə Seymurun telefonla çağırışına əsasən onunla görüşməsini, Seymurun sifarişi icra etmək üçün onu idarə etdiyi avtomaşınla metronun "İçəri şəhər" stansiyasına aparmasını, həmin gün ona tanıdılan oğlanı izləyib, evlərinin həyətinə çatanda arxadan ona yaxınlaşıb, sol əli ilə boğazından tutub sağ əlində olan bıçaqla əvvəlcə baş, sonra ürək nahiyələrindən vurmasını, oğlanın qışqırıb kömək çağırmasını görüb oradan uzaqlaşmasını təsdiq etmişdir. İşdə olan fotoşəkil üzrə tanınma keçirilməsi barədə 07 may 2013-cü il tarixli protokoldan görünür ki, Elman İsgəndərov ona təqdim olunmuş fotocədvəldə 4 fotoşəkil arasında Təqsirləndirilən şəxs tanıyaraq, ona bıçaqla vurduğu oğlanı izləməyi, ona “şram” atmağı və boşluqlarına bıçaq soxmağı təklif edən xalası oğlu olduğunu bildirmişdir. Bunlardan başqa, mobil operatorlardan əldə edilmiş məlumatlardan görünür ki, X1 istifadəsində olmuş ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrəli telefonlar arasında 01 aprel 2013-cü il tarixdən 05 may 2013-cü il tarixədək olan müddətdə, o cümlədən ***-***-**-** nömrə ilə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələr arasında qarşılıqlı şəkildə çoxsaylı zənglər olunaraq uzun müddətli danışıqlar aparılmış, o cümlədən ***-***-**-** nömrə ilə ***-***-**- ** nömrə arasında Vüsal Şilderin izlənildiyi və hadisə olan günlərdə, yəni 29 may 2013-cü il tarixdə 6 dəfə, 30 may 2013-cü il tarixdə 5 dəfə, 01 may 2013-cü il tarixdə 2, 02 may 2013-cü il tarixdə isə saat 13:00, 13:08, 13:09, 13:16, 20:16, 21:38-də 8 dəfə zənglər olunaraq uzunmuddətli danışıqların aparılması qeydə alınmışdır. ***-***-**-** nömrə ilə ***-***-**-** nömrə arasında xx.xx.2013 və xx.xx.2013-cü il tarixlərdə saat 00:37, 10:43-də 2 dəfə zənglər olunaraq uzunmuddətli danışıqların aparılması qeydə alınmışdır. ***-***-**- ** nömrə ilə ***-***-**-** nömrə arasında 25,26,30 və xx.xx.2013-cü il tarixlərdə saat 22:58, 10:49, 12:37, 13:53, 17:34, 22:01, 22:04, 22:08, 19:28-də cəmi 9 dəfə zənglər olunaraq danışıqların aparılması qeydə alınmışdır. Əli-zadə Xəyal Məzahir oğlunun istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonlar arasında 01 aprel 2013-cü il tarixdən 05 may 2013-cü il tarixədək olan müddətdə qarşılıqlı şəkildə çoxsaylı zənglər olunaraq uzunmüddətli danışıqlar aparılmış, o cümlədən Vüsal Şilderin izlənildiyi və hadisə olan günlərdə, yəni 29 may 2013-cü il tarixdə 3 dəfə, 30 may 2013-cü il tarixdə 9 dəfə, 01 may 2013-cü il tarixdə 9 dəfə, 02 may 2013-cü il tarixdə isə saat 00:02, 00:14, 00:23, 00:32-də, 4 dəfə zənglər olunaraq uzunmuddətli danışıqların aparılması qeydə alınmış, ***-***-**-** nömrə ilə ***-***-**-** arasında 1 zəng olunaraq danışıqların aparılması qeydə alınmışdır. Əli-zadə Xəyal Məzahir oğlunun istifadəsində olmuş ***-***-**-**, X39 istifadəsində olmuş ***-***-**-** nömrəli telefonlar arasında 01 aprel 2013-cü il tarixdən 05 may 2013-cü il tarixədək olan müddətdə qarşılıqlı şəkildə çoxsaylı zənglər olunaraq danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, X39 istifadəsində olmuş ***-***-**-** nömrəli telefonlar arasında yalnız 2013-cü il aprel ayının 26-da saat 11:37-də, aprel ayının 29-da saat 09:18 və 09:20-də və may ayının 02-də saat 10:00-da zənglər olaraq qısa müddətli danışıqlar aparılmışdır. Bunlardan başqa, cinayət işində olan təhlükəsiz şəhər video kameralarının video görüntüləri yazılmış diskə 02 dekabr 2013-cü il tarixli baxış protokolundan müəyyən olunur ki, diskə yazılmış TŞ1-073 adlı fayl altında olan video görüntülər Bakı şəhəri, İstiqlaliyyət küçəsində Bakı İcra Hakimiyyətinin inzibati binası ilə “İçəri Şəhər” metro stansiyası arasında quraşdırılmış TŞ1-073 saylı videokamera ilə çəkilmiş 29 aprel 2013cü il tarixdə saat 09:55-dən 10:05-dək olan müddəti əhatə edən video görüntülər olmaqla kameranın müşahidə dairəsinə Bakı şəhər icra hakimiyyəti inzibati binasının istiqamətində İstiqlaliyyət küçəsi daxildir. Video görüntüdə saat 09:59:24-də İstiqlaliyyət küçəsində Bakı şəhər icra hakimiyyətinin inzibati binasının əks tərəfində yolda Təqsirləndirilən şəxs məxsus **-KX-*** dövlət nömrə nişanlı ağ rəngli “Toyota Prado” markalı avtomaşının dayandığı, saat 10:00:09-da avtomaşının ön sərnişin yerindən təqsirləndirilən şəxs X39, arxa sərnişin yerindən isə gözündə qara rəngli eynək olan təqsirləndirilən şəxs X1 düşərək yolun kənarı ilə “Qərb Universiteti” istiqamətində getdikləri, qeyd edilən ağ rəngli “Toyota Prado” markalı avtomaşının isə hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə hərəkət etdiyi müəyyən edilmişdir. Qeyd edilənlərdən əlavə, X55 ifadəsində Xəyalın ona 100 manat pul verərək Seymura çatdırmağı tapşırmasını, həmin pulu "xxxx"ın həyətində Seymura verməsini, həqiqətən Xəyalın tapşırığına əsasən X35 avtomobilində Qərb Universitetinə aparmasını, Seymurun "Elman şəhəri yaxşı tanımır, onu aparıb Vüsalı ona göstərərsən" -deyib onları avtomobildən düşürməsini, tapşırığa uyğun olaraq Vüsalı Elmana tanıtdırmasını, metro ilə Vüsalın ardınca aparıb hərəkət marşrutunu öyrətməsini ilk ifadələrində təsdiq edərək Elman İsgəndərovla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna əsasən, o cümlədən X3 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində iştirakı barədə ifadəsində göstərdiyi məqamları, X3 ibtidai istintaq zamanı verdiyi ifadəsinin sonrdan birinci instansiya məhkəməsində dəyişərək göstərdiyi halların işin faktiki hallarına uyğun olmamaqla sonradan düşünülmüş və subyektiv mülahizələrə uyğun uydurulmuş “dəlillər” olduğu və “ağalabatan” olmadığı nəticəsinə gəlir. X3 barəsində qanuni qüvvəyədə olan məhkəmə hökmünün olduğunu və həmin hökmdə Təqsirləndirilən şəxs Elman İsgəndərovla əlbirlyinə dair halların müəyyən olunduğunu, hazırda apellyasiya baxışı təqdiq edilib qiymətləndirilmiş sübutların məcmusunu, mobil operatorlardan əldən edilmiş məlumatları, təhlükəsiz şəhər video kameralarından əldə edilmiş Təqsirləndirilən şəxs məxsus **-KX-*** dövlət nömrə nişanlı ağ rəngli “Toyota Prado” markalı avtomaşının hərəkət trayektoriyalarını və hadisədən bir neçə gün əvvəl həmin avtomobildə Təqsirləndirilən şəxsla birlikdə X39 və X1 olmalarına dair görüntülərin mövcudluğunu, şahidlərin ifadələrini, X39 və X1 ilkin ifadələrini nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması istintaq orqanı tərəfindən düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Belə ki, cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsi və ümimiyyətlə əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən bu barədə birinci instansiya məhkəməsi əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hazırda apellyasiya baxışı zamanı ifadəsində göstərdiyi xususatları, yəni dostu Xəyal Əlizadə avtomobil ticarəti ilə məşğul olmaqla xalası oğlu Elman İsgəndərovun həmin avtomobillərin mühafizəsini təşkil etmək məqsədilə dəvət etdiyini və Xəyal Əlizadə ilə tanış etdiyini, Xəyalla Elmanın danışıqlarında iştirak etmməsi və məlumatının olmaması, X82 İsgəndərov tərəfindən öldürülməsinin guya sonradan Xəyal Əlizadədən eşitməsi barədə göstərdikləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun istintaq orqanı Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi üçün hər hansı şübhə və ehtimal qalmadığından, sübutların məcmusu həmin nəticəyə gəlinməsi üçün kifayət etdiyindən və qeyd dilən əməli törətməsinə dair məhkəmə kollegiyasında daxili inam yaratadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə təyin ediləcək cəzaya münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasının hədləri dəyişdirilərək “on iki ildən on beş” sözləri “on dörd ildən iyirmi” sözləri ilə əvəz edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilən vaxt (2013-cü il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmənin həddi on iki ildən on beş ilədək müəyyən olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə cəza əvvəlki redaksiya ilə müəyyən olunmuş həddə təyin olunmalıdır. Məhkəmə kollehiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hazırda apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uaşğının olması müəyyən edilmiş və məhkəmə kollegiyası həmin halı cəzasını yüngüllüəşdirən hal kimi nəzərə alır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64-cü maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs cinayətin törədilməsində iştirakının xarakterini və dərəcəsini də nəzərə alır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, ilk məhkumluğunu, cinayətin törədilməsində iştirakının xarakterini və dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasının minimum həddində cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının minimum həddində azadlıqdan məhrum etmə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, cinayət işinin əvvəlki baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Axtarış nəticəsində Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə tutularaq saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs 21 iyul 2013-cü il tarixdən 21 iyul 2015-ci il tarixədək həbsdə saxlanıldığı və azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi ümumilikdə 2 (iki) il müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza müddətinə hesablanıb çıxılaraq hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutların məsələsin Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2016cı il tarixli hökmü ilə həll edilmiş, habelə Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota-Prado» ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncunun qohumlarına qaytarılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.2, 344-349, 351-353, 356, 358, 384, 385 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti Təqsirləndirilən şəxs aid hissədə də təmin edilsin. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 1(101)- 876/2014 nömrəli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə məhkum olunmasına aid hissədə ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 iyul 2013-cü il tarixdən 21 iyul 2015-ci il tarixədək həbsdə saxlanıldığı və azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi ümumilikdə 2 (iki) il müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza müddətinə hesablanıb çıxılsın və üzərində çəkməsi üçün 10 (on) il müddətinə azadlıqdan mərhum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2024cü il tarixdən hesablansın. İş üzrə maddi sübutların məsələsinin Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2016-cı il tarixli hökmü ilə həll edildiyi, habelə Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota- Prado» ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncunun qohumlarına qaytarıldığı nəzərə alınsın. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Sabit Bəhrəmzadə Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar