Məhkəmə qərarları › İş №1(103)-30/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-30/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-30/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X18, Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinə ezam edilmiş, Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5, Müdafiəçiləri Müdafiəçi12, Müdafiəçi9, Müdafiəçi11 Əhrəman oğlu, Müdafiəçi7, Müdafiəçi10 və Müdafiəçi8 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yol küçəsi, ev 2-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx.xx.1996-cı il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olan və ünvan 1-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü-maddələri ilə, xx.xx.1988-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, X12 qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi, dalan 4, ev 4-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1985-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 4-cü küçə, dalan-2, ev 23-də qeydiyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi7, Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi8, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 il (beş) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 qardaşı X7, tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, adı istintaqa İran İslam Respublikasının Ərdəbil şəhər sakini olmaqla istintaqa «Şəhrud» adı ilə məlum olan və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək niyyəti ilə narkotik vasitələrin alınıb-satılmasına dair razılığa gələrək, satış məqsədi ilə qanunsuz olaraq 2018-ci ilin noyabr ayının ortalarında qrupun üzvü Təqsirləndirilən şəxs5 vasitəsi ilə tanış olduğu qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəlcədən qurduqları plan üzrə sonuncuların müvəqqəti yaşadıqları ünvan 1 ünvandakı fərdi evlərinə gələrək, orada satış məqsədi ilə qanunsuz olaraq cəmi təmiz çəkisi 1629,466 qram (1 kq 629,466 qram) olmaqla külli miqdarda tiryəkdən kustar üsulla hazırlamış narkotik vasitə heroin və xaş-xaş bitkisindən kustar üsulla alınmış 5,026 qram çəkidə narkotik vasitə tiryəki, həmçinin qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən «Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in ll siyahısına daxil olan, hər bir həbdə 0,04 qram, 6 ədəd həbdə ümumilikdə 0,24 qram çəkidə zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatı olan narkotik vasitəni əldə edib özündə saxlamaqla yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə daşımaqla hissələrə bölüb ayrı-ayrılıqda qablaşdıraraq orada gizlədib saxlamış, 01.12.2018-ci il tarixdə qrup üzvü olan qardaşı İlham Məmmədyarov ilə birlikdə yaşadıqları evdə gizlədib saxladıqları tiryəkdən kustar üsulla hazırlanmış həmin 1629,466 qram (1 kq 629,466 qram) çəkidə külli miqdarda narkotik vasitə heroinin 1,227 qram çəkidə olan hissəsini və hər bir həbdə 0,04 qram, 6 ədəd həbdə ümumilikdə 0,24 qram çəkidə metadon tərkibli dərman preparatı olan narkotik vasitəni Şahid19, narkotik vasitə heroinin 0,270 qram çəkidə olan hissəsini isə Şahid18 qanunsuz olaraq təkrarən satmış, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin «Axtarış və götürmə keçirilməsi haqqında» 11.12.2018-ci il tarixli qərarı əsasında Bakı şəhəri Qaradağ rayon Pİ-in əməkdaşları tərəfindən 16.01.2019-cu il tarixdə saat 12:00 radələrində Nurlan və X6 qardaşlarının yaşadıqları ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində aparılmış axtarış zamanı evin hər iki mərtəbəsində bükümlərdə gizlədib satış məqsədi ilə saxladığı tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin qalan 1627,969 qr (1 kq 627,969 qram) çəkidə külli miqdarda olan hissəsi, evin ikinci mərtəbəsində sağ yan otaqda bir ədəd bükümdə gizlədib satış məqsədi ilə saxladığı 5,026 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, həmçinin satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda əldə etdiyi evin birinci mərtəbəsində sol yan otaqda qara rəngli torbada bir ədəd şəffaf sellofanda təmiz çəkisi 85,0 qram, bir ədəd şəffaf sellofanda təmiz çəkisi 40,347 qram, bir ədəd şəffaf sellofanda təmiz çəkisi 135,0 qram, bir ədəd sarı rəngli sellofanda təmiz çəkisi 26,735 qram, bir ədəd şəffaf sellofanın içərisində iki ədəd qara rəngli torbada ayrı-ayrılıqda təmiz çəkiləri 520,0 qram və 515,0 qram, bir ədəd şəffaf sellofanın içərisində qara rəngli torbada təmiz çəkisi 160,0 qram, bir ədəd qara rəngli sellofanda təmiz çəkisi 32,624 qram, bir ədəd sellofanda 14 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 8,421 qram, 8.427 qram, 8,370 qram, 8, 520 qram, 8,437 qram, 8,356 qram, 8,430 qram, 8,524 qram, 8,353 qram, 8,327 qram, 8,441 qram, 8,502 qram, 8,439 qram və 8,357 qram olmaqla bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 1632,61 qram (1 kq 632,61 qram) təşkil etməklə gizlədib saxladığı narkotik vasitə qurudulmuş marixuana, evin 2-ci mərtəbəsində sol yan otaqda bir ədəd qırmızı rəngli torbada təmiz çəkisi 185,0 qram olmaqla bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin ikinci mərtəbəsində sağ yan otaqda bir ədəd qara rəngli torbada təmiz çəkisi 21,740 qram, bir ədəd sarı rəngli torbada təmiz çəkisi 7,808 qram, bir ədəd sellofan bükülüdə təmiz çəkisi 3,578 qram və bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 1,877 qram olmaqla bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 35,003 qram təşkil etməklə gizlədib saxladığı narkotik vasitə qurudulmuş marixuana, evin ikinci mərtəbəsində sağ yan otaqda bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,990 qram və bir ədəd kiçik sellofanda təmiz çəkisi 1,106 qram olmaqla bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 2,096 qram təşkil etməklə gizlədib saxladığı narkotik vasitə qurudulmuş marixuana, eyni zamanda həmin evin həyətində yerləşən mal tövləsində bir ədəd ağ rəngli torbada təmiz çəkisi 255,0 qram olmaqla bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmaqla gizlədib saxladığı ümumi təmiz çəkisi 2109,709 qram (2 kq 109,709 qram) təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək Təqsirləndirilən şəxs1 götürülmüşdür. Təqsirləndirilən şəxs2 2018-ci ilin noyabr ayının əvvəllərində ər-arvad münasibətində olmaqla birgə yaşadığı Təqsirləndirilən şəxs3, adı istintaqa «Şəhrud» kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının Ərdəbil şəhər sakini və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib satışını təşkil etmək üçün cinayət əlaqəsinə girmiş, Təqsirləndirilən şəxs3, «Şəhrud» adlı şəxs, o cümlədən Təqsirləndirilən şəxs1, X7, Təqsirləndirilən şəxs5 və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olmuş ümumi razılığa və cinayətkar niyyətə əsasən, qrup üzvü Təqsirləndirilən şəxs3 ilə şəxsiyyəti istintaqa «Şəhrud» adı ilə məlum olan şəxslə əvvəlcədən danışıb razılaşdıqları plan üzrə pulunu sonradan hissə-hissə ödəmək şərtilə onların istintaqla müəyyən edilməmiş qrupun digər üzvləri tərəfindən istintaqla müəyyən olunmamış vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla qaçaqmalçılıqla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş tiryəkdən kustar üsulla hazırlamış təxminən 2 kq 500 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və xaş-xaş bitkisindən kustar üsulla alınmış 1 kq çəkidə külli miqdarda narkotik vasitə tiryəki Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində fəaliyyət göstərən Bakı-Sumqayıt şossesinin 3-cü kilometrliyində yerləşən Bakı Beynəlxalq Avtovağzalın qarşısında qrupun istintaqa məlum olmayan üzvü ilə görüşərək qara rəngli çantada əldə edib Təqsirləndirilən şəxs3lə birlikdə müvəqqəti yaşadıqları ünvan 1 ünvandakı fərdi yaşayış evinə qədər daşımaqla hissələrə bölüb ayrı-ayrılıqda qablaşdıraraq saxlamış, 2018-ci ilin noyabr ayının ortalarında həmin narkotik vasitələrdən 1629,466 qram çəkidə (1 kq 629,466 qram) külli miqdarda tiryəkdən kustar üsulla hazırlamış narkotik vasitə heroin və xaş-xaş bitkisindən kustar üsulla alınmış 5,026 qram çəkidə narkotik vasitə tiryəki sonuncu ünvanda Təqsirləndirilən şəxs3lə birlikdə qrupun üzvü X13 vasitəsi ilə narkotik vasitələrin qanunsuz olaraq alınıb-satılmasını həyata keçirmək üçün tanış olduğu qrupun digər üzvləri Nurlan və İlham Məmmədyarov qardaşlarına satmış və həmin narkotik vasitə heroinin qalan 230 qram çəkidə külli miqdarda olan hissəsini isə Təqsirləndirilən şəxs3 daşıyaraq, özünün yaşadığı ünvan 3 ünvana gətirib mətbəxdəki çarpayının üstündəki döşəyin altında qara rəngli əl çantasının içərisində qablaşdırıb saxlamış, təkrarən sonuncu dəfə əmisi oğlu Təqsirləndirilən şəxs4, şəxsiyyəti istintaqa «Şəhrud» adı ilə məlum olan və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirib satışını təşkil etmək üçün cinayət əlaqəsinə girmiş, Təqsirləndirilən şəxs4, «Şəhrud» adlı şəxs, o cümlədən Təqsirləndirilən şəxs5 və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olmuş ümumi razılığa və cinayətkar niyyətə əsasən 07.01.2019-cu il tarixdən 08.01.2019-cu il tarixədək olan müddət ərzində qrup üzvü, şəxsiyyəti istintaqa «Şəhrud» adı ilə məlum olan şəxslə İran İslam Respublikasında görüşüb narkotik vasitələrin qanunsuz alınıb-satılmasına və pulunu sonradan hissə-hissə ödəmək şərtilə razılaşaraq qayıtdıqdan sonra əvvəlcədən qurduqları plan üzrə təkrarən satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışını təşkil etmək üçün cinayət əlaqəsinə girmiş qrupun üzvü Təqsirləndirilən şəxs4 Mirzəhsüeyn oğlu onun tapşırığı ilə 15.01.2019-cu il tarixdə onların istintaqla müəyyən edilməmiş qrupun digər üzvləri tərəfindən istintaqla müəyyən olunmamış vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla qaçaqmalçılıqla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş təxminən 1 kq-dan artıq çəkidə külli miqdarda tiryəkdən kustar üsulla hazırlamış narkotik vasitə heroin, xaş-xaş bitkisindən kustar üsulla alınmış 500 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək, o cümlədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Cəlilabad-Biləsuvar yolunda müəyyən olunmamış ünvanda qrupun istintaqa məlum olmayan üzvü ilə görüşərək qara rəngli idman çantasında təkrarən əldə edib həmin gün ərzində onun müvəqqəti yaşadığı ünvan 5 ünvandakı fərdi yaşayış evinə qədər daşımış, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə və psixotrop maddələri hissələrə bölüb ayrıayrılıqda qablaşdıraraq saxlamış, 15.01.2019-cu il tarixdən 16.01.2019-cu il tarixədək olan müddət ərzində narkotik vasitələrin istintaqla müəyyən edilməmiş hissəsinin satışında köməklik göstərməsi müqabilində ayrıayrılıqda çəkiləri 0,401 qram, 0,185 qram və 0,146 qram olmaqla üç ədəd bükümdə ümumi təmiz çəkisi 0,732 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, ayrı-ayrılıqda çəkiləri 0,083 qram və 0,034 qram olmaqla iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,117 qram olan «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamini qrupun üzvü Təqsirləndirilən şəxs5 vermiş, 16.01.2019-cu il tarixdə saat 18:00 radələrində Qaradağ rayon Pİ-nin əməkdaşları tərəfindən təxirəsalınmaz qaydada müvəqqəti yaşadığı ünvan 5 ünvanda aparılmış axtarış zamanı qonaq otağında olan tək çarpayının yastığının altında Təqsirləndirilən şəxs2 məxsus olan qadın pul kisəsinin içərisində hər birinin təmiz çəkisi 0,605 qram, 0,098 qram, 0,747 qram, 0,497 qram və 0,481 qram olmaqla cəmi 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,428 qram təşkil edən və yataq otağındakı iki nəfərlik çarpayının altında üzərində «GRACEFUL» yazısı olan ayaqqabı qutusunun içərisində hər birinin təmiz çəkisi 560 qram və 490 qram olmaqla ümumi təmiz çəkisi 1050 qram təşkil edən 2 ədəd ağ rəngli sellofan torbada cəmi 1052,428 qram (1 kq 52,428 qram) təmiz çəkidə külli miqdarda narkotik vasitə heroin və narkotiklərin çəkisini ölçmək üçün nəzərdə tutulmuş bir ədəd tərəzi, yenə yataq otağındakı çarpayının altında 3 ədəd sellofanın içərisində ayrı-ayrılıqda təmiz çəkisi 120 qram, 150 qram və 195 qram olmaqla cəmi 465 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, habelə qadın pul kisəsində ayrı-ayrılıqda təmiz çəkisi 0,756 qram və 0,032 qram olmaqla ümumi təmiz çəkisi 0,788 qram təşkil edən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs2 götürülmüşdür. Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.06.2011-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə 09 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və Sumqayıt Apellyasiya Məhkəməsinin 07.10.2011-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının 08 (səkkiz) ilə endirilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 2018-ci ilin noyabr ayının əvvəllərində ər-arvad münasibətində olmaqla birgə yaşadığı Təqsirləndirilən şəxs2, adı istintaqa «Şəhrud» kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının Ərdəbil şəhər sakini və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib satışını təşkil etmək üçün cinayət əlaqəsinə girmiş, Təqsirləndirilən şəxs2, «Şəhrud» adlı şəxs, o cümlədən Təqsirləndirilən şəxs1, X7, Təqsirləndirilən şəxs5 və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olmuş ümumi razılığa və cinayətkar niyyətə əsasən şəxsiyyəti istintaqa «Şəhrud» adı ilə məlum olan şəxslə əvvəlcədən danışıb razılaşdıqları plan üzrə pulunu sonradan hissə-hissə ödəmək şərtilə onların istintaqla müəyyən edilməmiş qrupun digər üzvləri tərəfindən istintaqla müəyyən olunmamış vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla qaçaqmalçılıqla İran İslam Respublikasından Azərbaycan Respublikasına satış məqsədi ilə keçirilmiş tiryəkdən kustar üsulla hazırlamış təxminən 2 kq 500 qram çəkidəkülli miqdarda narkotik vasitə heroin və xaş-xaş bitkisindən kustar üsulla alınmış 1 kq çəkidə külli miqdarda narkotik vasitə tiryəki Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində fəaliyyət göstərən Bakı-Sumqayıt şossesinin 3-cü kilometrliyində yerləşən Bakı Beynəlxalq Avtovağzalın qarşısında qrupun üzvü Təqsirləndirilən şəxs2 qrupun istintaqa məlum olmayan üzvü ilə görüşərək qara rəngli çantada əldə edib onunla birlikdə kirayədə yaşadıqları ünvan 5 ünvandakı fərdi yaşayış evinə qədər daşımaqla hissələrə bölüb ayrı-ayrılıqda qablaşdıraraq saxlamış, 2018-ci ilin noyabr ayının ortalarında həmin narkotik vasitələrdən ümumi təmiz çəkisi 1629,466 qram olan (1 kq 629,466 qram) külli miqdarda tiryəkdən kustar üsulla hazırlamış narkotik vasitə heroin və 5,026 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki sonuncu ünvanda Təqsirləndirilən şəxs2 ilə birlikdə qrupun üzvü Təqsirləndirilən şəxs5 vasitəsi ilə narkotik vasitələrin qanunsuz olaraq alınıb-satılmasını həyata keçirmək üçün tanış olduğu qrupun digər üzvləri Nurlan və İlham Məmmədyarov qardaşlarına satmış, həmin narkotik vasitə heroinin qalan 230,0 qram çəkidə külli miqdarda olan hissəsini təkrar daşıyaraq özünün yaşadığı ünvan 3 ünvana gətirib mətbəxdəki çarpayının üstündəki döşəyin altında qara rəngli əl çantasının içərisində narkotik vasitələrin çəkisini yoxlamaq üçün olan mikrotərəzi ilə birlikdə qablaşdırıb gizlədərək satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 17.01.2019-cu il tarixdə saat 16:30 radələrində Qaradağ rayon Pİ-in əməkdaşları tərəfindən təxirəsalınmaz qaydada yaşadığı ünvan 3 ünvanda axtarış aparılarkən evin mətbəxindəki çarpayının üstündəki döşəyin altında qara rəngli əl çantasının içərisində narkotik vasitələrin çəkisini yoxlamaq üçün olan mikrotərəzi ilə birlikdə qablaşdırıb gizlədərək saxladığı tiryəkdən kustar üsulla hazırlanmış təmiz çəkisi 230,0 qram olan külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək Təqsirləndirilən şəxs3 götürülmüşdür. Təqsirləndirilən şəxs4 Mirzəhüseyin oğlu əmisi qızı Təqsirləndirilən şəxs2, adı istintaqa «Şəhrud» kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının Ərdəbil şəhər sakinivə şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirib satışını təşkil etmək üçün cinayət əlaqəsinə girmiş, Təqsirləndirilən şəxs2, «Şəhrud» adlı şəxs, o cümlədən Təqsirləndirilən şəxs5 və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olmuş ümumi razılığa və cinayətkar niyyətə əsasən qrupun üzvü Təqsirləndirilən şəxs2 07.01.2019-cu il tarixdən 08.01.2019-cu il tarixədək olan müddət ərzində qrup üzvü, şəxsiyyəti istintaqa «Şəhrud» adı ilə məlum olan şəxslə İran İslam Respublikasında görüşüb külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz alınıbsatılmasına dair razılaşaraq qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2 tapşırığı ilə 15.01.2019-cu il tarixdə şəxsiyyəti istintaqa «Şəhrud» adı ilə məlum olan şəxslə əvvəlcədən danışıb razılaşdıqları plan üzrə pulunu sonradan hissə-hissə ödəmək şərtilə onların istintaqla müəyyən edilməmiş qrupun digər üzvləri tərəfindən istintaqlamüəyyən olunmamış vaxtda Azərbaycan Respublikasının gömrük sərhədlərindən gömrük nəzarətindən gizli yolla qaçaqmalçılıqla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş tiryəkdən kustar üsulla hazırlamış təxminən 1 kq-dan artıq çəkidə külli miqdarda narkotik vasitə heroin, xaş-xaş bitkisindən kustar üsulla alınmış 500 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək, o cümlədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Cəlilabad- Biləsuvar yolunda müəyyən olunmamış ünvanda qrupun istintaqa məlum olmayan üzvü ilə görüşərək qara rəngli idman çantada əldə edib həmin gün ərzində Təqsirləndirilən şəxs2 müvəqqəti yaşadığı ünvan 5 ünvandakı fərdi yaşayış evinə qədər daşımış, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri ondan qanunsuz olaraqəldə edib satış məqsədi ilə hissələrə bölüb qablaşdırmaqla evdə gizlədib saxlamış, özü isə satış məqsədilə əldə edib daşıyaraq Təqsirləndirilən şəxs2 gətirdiyi narkotik vasitə və psixotrop maddələrə görə xidmət haqqısını almaq üçün həmin gecə qeyd olunan ünvanda gecələmiş, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə və psixotrop madələri hissələrə bölüb ayrıayrılıqda qablaşdıraraq saxlamış, 15.01.2019-cu il tarixdən 16.01.2019-cu il tarixədək olan müddət ərzində narkotik vasitələrin istintaqla müəyyən edilməmiş hissəsinin satışında köməklik göstərməsi müqabilində ayrı-ayrılıqda çəkiləri 0,401 qram, 0,185 qram və 0,146 qram olmaqla üç ədəd bükümdə həmin ümumi təmiz çəkisi 0,732 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ayrı-ayrılıqda çəkiləri 0,083 qram və 0,034 qram olmaqla iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,117 qram olan «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamini qrupun üzvü Təqsirləndirilən şəxs5 vermiş, 16.01.2019-cu il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə evdə olduğu vaxt Qaradağ rayon Pİ-in əməkdaşları tərəfindən təxirəsalınmaz qaydada ünvan 5 ünvanda aparılmış axtarış zamanı yataq otağında olan tək çarpayının yastığının altında Təqsirləndirilən şəxs2 məxsus olan qadın pul kisəsinin içərisində hər birinin təmiz çəkisi 0,605 qram, 0,098 qram, 0,747 qram, 0,497 qram, qram və 0,481 qram olmaqla cəmi 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,428 qram təşkil edən və iki nəfərlik çarpayının altında üzərində «GRACEFUL» yazısı olan ayaqqabı qutusunun içərisində hər birinin təmiz çəkisi 560 qram və 490 qram olmaqla ümumi təmiz çəkisi 1050 qram təşkil edən 2 ədəd ağ rəngli sellofan torbada cəmi 1052,428 qram (1 kq 52,428 qram) təmiz çəkidə külli miqdarda narkotik vasitə heroin, yenə orada 3 ədəd sellofanın içərisində ayrı-ayrılıqda təmiz çəkisi 120 qram, 150 qram və 195 qram olmaqla cəmi 465 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, ayrıayrılıqda təmiz çəkisi 0,756 qram və 0,032 qram olmaqla ümumi təmiz çəkisi 0,788 qram təşkil edən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, yenə orada narkotiklərin çəkisini ölçmək üçün nəzərdə tutulmuş bir ədəd tərəzi aşkar edilərək Təqsirləndirilən şəxs2 götürüldükdən sonra özünün də qeyd olunan cinayət əməlinə görə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədlərindən gömrük nəzarətindən gizli yolla qaçaqmalçılıqla keçirilməsini təşkil edib külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamaqla daşıması müəyyən edildikdən sonra 19.01.2019-cu il tarixdə Qaradağ Rayon Pİ-in əməkdaşları tərəfindən saxlanılmışdır Təqsirləndirilən şəxs5 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, X7, adı istintaqa «Şəhrud» kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının Ərdəbil şəhər sakini və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitələrin qanunsuz olaraq alınıb-satılmasını həyata keçirmək üçün Təqsirləndirilən şəxs3 ilə narkotik vasitələrin satışını birlikdə həyata keçirmiş Nurlan və İlham Məmmədyarov qardaşlarını tanış etmiş, eyni zamanda idarə etdiyi «Daewoo Centra» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xidmət göstərəcəyi barədə razılığa gələrək 2018-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa «Şəhrud» adı ilə məlum olan şəxslə əvvəlcədən danışıb razılaşaraq aldıqları narkotik vasitələrdən 1629,466 qram çəkidə (1 kq 629,466 qram) külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xaş-xaş bitkisindən kustar üsulla alınmış 5,026 qram çəkidənarkotik vasitə tiryəki müvəqqəti yaşadıqları ünvan 6 ünvandakı fərdi yaşayış evində alınıb-satılmasını həyata keçirmək üçün Nurlan və İlham Məmmədyarov qardaşlarına satışında köməklik göstərdikdən sonra, təkrarən sonuncu dəfə yenə də Təqsirləndirilən şəxs2, o cümlədən Təqsirləndirilən şəxs4, «Şəhrud» adlı şəxs və şəxsiyyətləri istintaqla müəyyən olunmamış şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 15.01.2019-cu il tarixdən 16.01.2019-cu il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 müvəqqəti yaşadığı həmin evdə sonuncunun şəxsiyyəti istintaqa «Şəhrud» adı ilə məlum olan şəxslə əvvəlcədən danışıb razılaşaraq aldığı narkotik vasitələr və psixotrop maddələrin satışına köməklik göstərməsi müqabilində satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,732 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 0,117 qram olan «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 18.01.2019-cu il tarixdə saat 18:00 radələrində Qaradağ rayon Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi dalan 2 ünvanın qarşısında saxlanılaraq Qaradağ rayon Pİ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 19:30 radələrində orada üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə saxladığı ayrı-ayrılıqda çəkiləri 0,401 qram, 0,185 qram və 0,146 qram olmaqla üç ədəd bükümdə həmin ümumi təmiz çəkisi 0,732 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ayrı-ayrılıqda çəkiləri 0,083 qram və 0,034 qram olmaqla iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,117 qram olan «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs5 götürülmüşdür. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi7 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv olunması və Təqsirləndirilən şəxs4 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs4 verdiyi ifadələr qərəzli şəkildə nəzərə alınmamış, ibtidai istintaq orqanı qanunsuz və əsassız olaraq ona qarşı ittiham irəli sürmüş və birinci instansiya məhkəməsi isə qanunsuz və əsassız olaraq onun barəsində ittiham hökmü çıxarmışdır. Həmçinin, şübhəli və təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs4 adından yazılmış etirafedici izahat və ifadələr onun sözləri ilə yazılmamış və onun tərəfindən imzalanmamışdır. Həmin izahat və ifadələrdə Təqsirləndirilən şəxs4 adının və soyadının qabağında olan imza Təqsirləndirilən şəxs4 məxsus deyil və istintaq orqanı tərəfindən imzalanmışdır. Bu barədə Təqsirləndirilən şəxs4 birinci instansiya məhkəməsində bildirsə də, məhkəmə ittiham hökmünün əsasını təşkil edən həmin ifadələrdə olan imzaların yoxlanılması barədə xəttşünaslıq ekspertizası keçirməmişdir. İstintaq orqanı tərəfindən məcburiyyətə məruz qalaraq Təqsirləndirilən şəxs4 əleyhinə yazılmış ifadələrə imza etmiş Nəzrin Fərzullayevin məhkəmə istintaqı zamanı həqiqəti əks etdirən verdiyi ifadələri də birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Həmçinin, digər təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs4 tanımadıqları barədə verdikləri ifadələri də birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmünün dəyişdirilməsini və törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları müəyyən edilməmiş və cinayət qanunu normasının tətbiqində səhv nəticəyə gəlinmişdir. Məhkəmə hökm çıxaran zaman onun ilk məhkumluğu, himayəsində bir azyaşlı uşağının və xəstə atasının olması və ailəsinin onun himayəsinə ehtiyacı olduğunu nəzərə almadan ona ağır cəza təyin etmişdir. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxs X8 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmünün dəyişdirilməsini və törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları müəyyən edilməmiş və cinayət qanunu normasının tətbiqində səhv nəticəyə gəlinmişdir. Məhkəmə hökm çıxaran zaman himayəsində iki azyaşlı uşağının olması, bir uşağının xəstə olması və ailəsinin ona ehtiyacı olmasını nəzərə almadan ona ağır cəza təyin etmişdir. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs5 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmünün dəyişdirilməsini və törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları müəyyən edilməmiş və cinayət qanunu normasının tətbiqində səhv nəticəyə gəlinmişdir. Məhkəmə hökm çıxaran zaman yüngülləşdirici hal kimi onun ilk məhkumluğu, subay olması, xəstə anasının onun himayəsində olması və ailəsində tək işləyən olmasını nəzərə almadan ona ağır cəza təyin etmişdir. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi8 apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi olmadığı və bu əməlləri sübuta yetirilmədiyi üçün ona bəraət verilməsi və onun əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə yenidən tövsif edərək, həmin maddə üzrə ona obyektiv cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2, X4, Təqsirləndirilən şəxs1, polis əməkdaşı Şahid5 Ağamalı oğlunun və Şahid6 ifadələri, habelə işin digər halları ilə tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs5 narkotik maddələrinin satışı ilə məşğul olmamış, təqsirləndirilən şəxslərlə əlbir olmamış, narkotik maddələrin əldə edilməsində və satılmasında onun hər hansı iştirakı olmamış, narkotik maddənin satışında hər hansı marağı olmamış və pul qazanmamışdır. O, narkotik istifadəçisi olduğu üçün üzərində aşkar olunmuş narkotik maddəni şəxsi istehlak məqsədilə saxlamışdır. Ona görə də verilmiş ittiham üzrə özünü təqsirli bilməmiş satış məqsədi olmadan üzərində narkotik maddəni qanunsuz saxladığına görə özünü qismən təqsirli bilir. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və cəzasının təxirə salınması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən, ilk məhkumluğu, himayəsində 8 yaşlı övladının olması, tək ana olmağı və övladının xəstə ananın himayəsində olmasını nəzərə almamışdır. Həmin hökmdən narazı qalan Dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmünü Təqsirləndirilən şəxs4 məhkum olunmasına dair hissədə, ona həm təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası hədlərində, həm də cinayətlərin məcmusu üzrə daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 29.01.2020-ci il tarixli hökmündə faktiki olaraq yalnız Təqsirləndirilən şəxs4 himayəsində iki azyaşlı uşağının olmasını əsas götürərək, onun törətdiyi cinayətin xarakterinə, ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmayan həddə yüngül cəza təyin etmişdir. Təqsirləndirilən şəxs4 barəsində onun şəxsiyyətinə, törətdiyi cinayətlərin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmayan həddə cəza təyin edildiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs4 məhkum edilməsinə dair hissədə apellyasiya instansiya məhkəməsi tərəfindən sonuncuya həm təqsirli bilindiyi maddələrin sanksiyası hədlərində, həm də cinayətlərin məcmusu üzrə daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilib cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X3 apellyasiya protestini müdafiə edərək onun təmin olunmasını, apellyasiya şikayətlərinə etiraz edərək, onların təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi12, Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi8, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi11 Əhliman oğlu, Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi10 və Müdafiəçi9 apellyasiya şikayətlərini müdafiə edərək, onların təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs4 Mirzəhüseyin oğlunun müdafiəçisi Müdafiəçi7 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya protestinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 son sözlərində müdafiəçilərinin çıxışları ilə razı olduqlarını və apellyasiya şikayətlərinin təmin edilməsini, həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 apellyasiya protestinin təmin edilməməsini, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs2 isə ərizə(vəsatət) təqdim edərək, himayəsində azyaşlı körpə qızının olmasını nəzərə alınmaqla cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya baxışı zamanı məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X8, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 birinci instansiya məhkəməsində işin halları ilə bağlı ətraflı ifadə verdiklərini, həmin ifadələrini təsdiq etdiklərini və əlavələrinin olmadığını bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hökmdən Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi7 və Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi8 apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxslərə bəraət verilməsi, Təqsirləndirilən şəxs1, X8 və Təqsirləndirilən şəxs5 törətdikləri cinayət əməllərini mübahisələndirməyərək cəzalarının yüngülləşdirilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzasının təxirə salınması, dövlət ittihamçısı isə apellyasiya protestində Təqsirləndirilən şəxs4 barəsində cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi7 və Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi8 təqsirləndirilən şəxslərə bəraət verilməsinə dair apellyasiya şikayətlərinin və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin gətirdiyi dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 23.01.2019-cu il tarixli, 112 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi İ.Hüseynovun 22.02.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 bədəni üzərində xəsarətlər aşkar olunması ilə bağlı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd olunmuşdur. İş materiallarında olan 04.06.2019-cu il tarixli Təqsirləndirilən şəxs2 dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 qeyd olunan cinayət əməllərinin törədilməsində iştirakının olmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş 30.01.2019-cu il tarixli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 arasında olan üzləşdirmə protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 narkotik vasitəsini Təqsirləndirilən şəxs2 üçün gətirdiyini və bunun müqabilində ondan pul alacağını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 ibtidai istintaqa verdiyi əvvəlki ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək əməlini etiraf etmiş, lakin sonradan birinci instansiya məhkəməsində icraat zamanı özünü təqsirli bilməyərək, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışından heç bir məlumatı olmadığını və narkotik vasitələrdən istifadə etmədiyini bildirmiş, hazırkı icraatda isə birinci instansiya məhkəməsində işin halları ilə bağlı ətraflı ifadə verdiyini, həmin ifadəni təsdiq etdiyini və əlavəsinin olmadığını bildirmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs4 cinayət hadisəsinə aiddiyyatı olmadığı vurğulanmış və apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi7 məhkəməyə yazılı vəsatət təqdim edərək, iş materiallarında olan 19.01.2019-cu il tarixdə şahid qismində onun adından yazılmış izahatda, 19.01.2019-cu il tarixli şübhəli şəxsin dindirilməsi protokolunda, 19.01.2019-cu il tarixdə cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolda, 19.01.2019-cu il tarixdə təqsirləndirilən şəxsin dindirilməsi protokolunda, 27.05.2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda, 07.06.2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda, ibtidai istintaqın qurtamasının elan edilməsi protokolunda, cinayət işinin materialları ilə tanış etmə protokolunda, hüquq və vəzifələrin izah edilməsi və bu barədə bildirişlərin verilməsi protokollarında verilmiş qeydlər və imzaların, həmçinin, cild 4, səhifə 25-28-i əhatə edən Təqsirləndirilən şəxs4lə Təqsirləndirilən şəxs2 üzləşdirmə protokolunda olan imzaların Təqsirləndirilən şəxs4 tərəfindən imzalanmadığını və işin obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının qərarı ilə qeyd edilən vəsatət üzrə məhkəmə-xəttşünaslıq ekspetizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2021-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş sənədlər və protokollarda 19.01.2019-cu il tarixdə şahid qismində onun adından yazılmış izahatda, 19.01.2019-cu il tarixli şübhəli şəxsin dindirilməsi protokolunda, 19.01.2019-cu il tarixdə cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolda, 19.01.2019-cu il tarixdə təqsirləndirilən şəxsin dindirilməsi protokolunda, 27.05.2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda, 07.06.2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda, ibtidai istintaqın qurtamasının elan edilməsi protokolunda, cinayət işinin materialları ilə tanış etmə protokolunda hüquq və vəzifələrin izah edilməsi və bu barədə bildirişlərin verilməsi protokollarında verilmiş qeydlər və imzaların, həmçinin, cild 4, səhifə 25-28-i əhatə edən Təqsirləndirilən şəxs4lə Təqsirləndirilən şəxs2 üzləşdirmə protokolunda olan imzaların Təqsirləndirilən şəxs4 tərəfindən icra olunduğu müəyyənləşdirilmiş, bununla da apellyasiya şikayətində yuxarıda qeyd edilən dəlillər öz əksini tapmamışdır. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi8 apellyasiya şikayətində müdafiə etdiyi şəxsin digər təqsirləndirilən şəxslərlə əlbir olmadığını, narkotik maddənin satışında onun iştirakının olmaması və narkotik maddəni şəxsi istehlak məqsədilə saxladığını qeyd etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 19.01.2019-cu il tarixli, 1600 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 46” möhür əksi və “...Təqsirləndirilən şəxs5 üzərindən...” əl yazıları olan 01 ədəd zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qram, 0,185 qram, 0.146 qram, ümumi təmiz çəkisi 0,732 qram qəhvəyimtil-boz rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,034 qram, ümumi təmiz çəkisi 0,117 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İİ) daxildir; metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. 03 ədəd bükümdə olan heroin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 02 ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (Eynilik üzər spektoqramlar rəyə əlavə olunmuşdur). Qeyd: heroinin ümumi təmiz çəkisi 0.732 qram, tədqiqata sərf edildi 0,060 qram, qalıq 0.672 qram. Metamfetaminin ümumi təmiz çəkisi 0.117 qram, tədqiqata sərf edildi 0,040 qram, qalıq 0.077 qram. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 03.06.2019-cu il tarixli, 14042 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, Şahid18, Şahid19, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 götürülmüş heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, Şahid18, Şahid19, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 götürülmüş heroinlər, X14 götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23.01.2019-cu il tarixli, 116 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs5 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 22.01.2019-cu il tarixli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 arasında olan üzləşdirmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs5 cinayət əməllərini törədilməsində digər təqsirləndirilən şəxslərlə əlbir olması, narkotik maddələrin satılmasında iştirakının olmasını bildirmişdir. İş materiallarında olan 26.01.2019-cu il tarixli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 arasında olan üzləşdirmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs5 narkotik vasitələrinin satışını həyata keçirilməsi ilə bağlı onu X8 ilə tanış etdiyini, bunun müqabilində Təqsirləndirilən şəxs5 narkotik vasitə verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 28.01.2019-cu il tarixli X8 və Təqsirləndirilən şəxs5 arasında olan üzləşdirmə protokoldan görünür ki, X1 Elnur Hüseyn oğlunun narkotik vasitələrinin satışını həyata keçirilməsi ilə bağlı onu Təqsirləndirilən şəxs1 ilə tanış etdiyini, bunun müqabilində Təqsirləndirilən şəxs5 narkotik vasitə verdiyini bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli, 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası yuxarıda göstərilən halları və sübutları nəzərə alıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ifadələrinə tənqidi yanaşaraq onlara bəraət verilməsi ilə bağlı gətirilmiş dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və qeyd edilən sübutlara əsasən Təqsirləndirilən şəxs5 əməlinin tövsifi üçün də əsaslar görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində əməlini mübahisələndirməyərək, ilk məhkumluğunu, himayəsində 8 yaşlı övladının olması, tək ana olması və övladının xəstə ananın himayəsində olması barədə dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zururi bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Belə ki, cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 23.01.2019-cu il tarixli, 111 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 20.09.2012-ci il təvəllüdlü Zəhra adlı yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkməsi, ona narkomaniyadan məcburi mualicə təyin edilməsi, yenidən eyni xarakterli cinayətlər törədilməsi ehtimalını və himayəsində azyaşlı uşağın olmasını birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən artıq yüngülləşdirici hal kimi nəzərə alınmasını göstərərək, hesab edir ki, ona təyin edilmiş cəzanın təxirə salınması və ya yüngülləşdirilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxs4 təyin edilmiş cəzanın həddini mübahisələndirilməsinə dair apellyasiya protestinin və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinin cəzalarının yüngülləşdirilməsinə dair dəlillərinə münasibətdə iş materiallarında olan aşağıdakı halları bildirir. Belə ki, cinayət işində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində 06.04.2008-ci il təvəllüdlü Əbülfəz və 08.04.2010cu il təvəllüdlü Manaf adlı yetkinlik yaşına çatmayan övladları var. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Eyni zamanda, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs4 müsbət xasiyyətləndirilməsi və himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirici hallar kimi nəzərə almış və ağırlaşdırılan halların olmamasını müəyyən edərək, cəza təyin etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 24.09.2014-cü il təvəllüdlü Pərviz adlı yetkinlik yaşına çatmayan övladı var. İş materiallarına əlavə edilmiş doğum və nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ilə Şahid14 nikahlarından 26.09.2010-cu il təvəllüdlü Özləm və 08.02.2019-cu il təvəllüdlü Minayə adlı yetkinlik yaşına çatmayan övladları var. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi12 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs1 cinayət törədərkən, habelə cinayət törətdikdən sonra anlaqlı olub-olmamasının yoxlanılması üçün cinayət işi üzrə onun barəsində stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10.08.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və stasionar məhkəmə psixiatriya ekspertizasnı keçirən ekspertlərin qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1. Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdurmu? 2. Təqsirləndirilən şəxs1 hal-hazırda öz əməlinin (hərəkətinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarındadırmı və psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükə yaradırmı? və 3. Cinayət törədərkən və cinayət törətdikdən sonra (hal-hazırda) Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmürmü? Məhkəmə kollegiyasının qərarına əsasən keçirilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22.02.2021-ci il tarixli, 16 saylı ekspert rəyinə əsasən, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qərarda təsvir olunan və ona ittiham edilən cinayət əməlini törədərkən “yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya)” formasında psixi pozuntudan əziyyət çəkmiş, lakin onda aşkara çıxarılan həmin pozuntu cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edə biləcək dərəcəsində ifadə olunmamışdır.Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməli barəsində anlaqlıdır, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda öz əməlinin(hərəkətinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmır, habelə onları idarə etmək iqtidarındadır və yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən, özlərini qismən təqsirli bilərək əməllərindən peşman olmalarını, eyni zamanda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşaqlarının olmasını, bundan əlavə, cinayətlərin residivini X4 cəzasını ağırlaşdıran hal kimi, digər təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 cəza təyin edilərkən nəzərə alınmış yüngülləşdirici hallarla razılaşır və təyin edilmş cəzaları cinayətin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun bilərək, yüngülləşdirilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası apellyasiya protestinə münasibətdə bildirir ki, təqsirləndirilən şəxs barəsində onun törətdiyi cinayətlərin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun ədalətli cəza təyin etmiş, qeyd olunan hökmün Təqsirləndirilən şəxs4 oğluna münasibətdə dəyişdirilməsi, ona daha ağır cəza təyin edilməsi üçün iş materialları ilə, eləcə də hazırda apellyasiya baxışı zamanı əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş qismən etiraf ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri, sms yazışmaları, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəza məsələsinə münasibət bildirərək cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə onlara təqsirli bilindikləri maddələrin sanksiyası hüdudlarında ədalətli həddə cəza təyin edilmiş və yüngülləşdirilməsi üçün də hər hansı əsas görmür. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi10 və təqsirləndirilən şəxs X4 hüquqlarını dövlət büdcəsi hesabına müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi11 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X4 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 30 (otuz) iş saat hüquqi xidmətə görə Müdafiəçi10 180 (yüz səksən) manat və 35 (otuz beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi11 Əhrəman oğluna 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi7, Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi8, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X4 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 30 (otuz) iş saat hüquqi xidmətə görə Müdafiəçi10 180 (yüz səksən) manat və 35 (otuz beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi11 Əhrəman oğluna 210(iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar