Məhkəmə qərarları › İş №1(103)-30/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-30/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-30/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X27 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X12, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X16, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi13, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi16, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi17, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi12, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6 və onun müdafiəçiləri Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi19, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi15 Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs7 və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4, 182.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-215/2021 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5, onun müdafiəçisi Müdafiəçi11, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi12, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçiləri X7 və Müdafiəçi13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-215/2021 nömrəli hökmü ilə (hakimlər X17 (sədrlik edən və məruzəçi hakim), X13, X30) 1970-ci il avqustun 18-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 21, mənzil 22 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 04 (dörd) il 10 (on) ay müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 04 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, onun 2019-cu il sentyabrın 10-dan 2019-cu il sentyabrın 12-dək tutulduğu 02 (iki) günün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsi tətbiq edilməklə 2009-cu il 29 mart təvəllüdlü övladı X8 14 yaşına çatanadək hökmün icrası təxirə salınması, Təqsirləndirilən şəxs1 övladı X8 14 yaşına çatanadək davranışına nəzarətin Bakı Şəhər Probasiya İdarəsinə tapşırılması, cəzaçəkmə müddətinin başlanğıcının hökmün faktiki icra olunacağı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməsi, 1982-ci il oktyabrın 01-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, «Paşa Holding» məhdud məsuliyyətli cəmiyyətində mühafizəçi işləmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 09 (doqquz) il müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.cü maddələri ilə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında X2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs2 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2019-cu il sentyabrın 10-dan hesablanması, 1986-cı il dekabrın 28-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, narkoloji dispanserdə mühafizəçi işləmiş, Füzuli rayonunun Musabəyli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, «Yaşıl Dərə» yeni yaşayış massivi, məhəllə 2 «a» ünvanındakı fərdi yaşayış evində yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 09 aprel tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələri ilə təyin edilən 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla onun qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2019-cu il oktyabrın 08-dən hesablanması, 1992-ci il martın 03-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, cüdo müəllimi işləmiş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6də həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs5 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2019-cu il sentyabrın 10-dan hesablanması, 1988-ci il aprelin 21-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2019-cu il sentyabrın 10-dan hesablanması, 1993-cü il oktyabrın 21-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fitnes müəllimi işləmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X36 küçəsi, ev 9, mənzil 15 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs6 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilməsi, Təqsirləndirilən şəxs6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməsi, sınaq müddətinin əvvəlinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs6 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs6 davranışı üzərində nəzarətin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunması, 1983-cü il sentyabrın 06-da Naxçıvan MSSR-in İliç rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, rəngsaz işləmiş, Naxçıvan MR, ünvan 9 ünvanında qeydiyyatda olmaqla ünvan 10 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanan Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının CM-nin 32.4, 144.2.3.-cü, 32.4, 144.2.4.-cü, 32.4, 144.2.5.-ci və 32.4, 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə, 32.4., 182.2.1.-ci, 32.4., 182.2.3.-cü və 32.4., 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının CMnin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs7 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2019-cu il sentyabrın 10-dan hesablanması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbirinin, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs7 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4, 182.2.4-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişlər оna görə ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə, Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq qəsdən törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə və sifarişlə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə və sifarişlə silah qismində istifadə edilən əşyadan istifadə edib zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə zərər çəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişlər, Təqsirləndirilən şəxs7 bu cinayətləri törətməyə təhrik etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 verdiyi 25.000 manat borcunu ala bilmədiyi Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 30.000 manat məbləğində xeyli miqdarda pulun hədə-qorxu ilə tələb edilməsi, pul ödənilmədiyi təqdirdə isə sonuncunun tamah məqsədi ilə, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlanması və əldə olunan pul vəsaitdən pul mükafatı verəcəyi barədə törətdiyi qəsdən adam öldürmə və xuliqanlıq cinayətinə görə əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 2005-ci il 01 mart tarixli Azərbaycan Respublikası CM-in 120.2.3.-cü və 221.2.1.-ci maddələri ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2017-ci il 12 yanvar tarixli qərarı əsasında vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq məhkumluğu ödənilməyən və ya götürülməyən Təqsirləndirilən şəxs2, sonuncunu ələ alaraq həmin cinayət əməlini törətməyə təhrik edən Təqsirləndirilən şəxs7, habelə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 göstərişi əsasında Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb özünü Kəmalə kimi ilə təqdim etməklə guya sonuncunun satdığı torpaq sahələri ilə alıcı qismində maraqlanmaq adı ilə aldadıb 2019cu iİ sentyabrın 08-də saat 17 radələrində qrup üzvü Təqsirləndirilən şəxs3 istifadəsindəki qara rəngli «LADA Priora» markalı **-TF-*** qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkının yaxınlığında iradəsindən kənar əyləşdirərək ünvan 11 ünvanında yerləşən «Krivetka» çay evinin ikinci mərtəbəsində olan kabinetə gətirərək oğurladıqdan sonra əvvəlcədən razılaşdıqları kimi digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 həmin kabinetə daxil olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 tərəfindən Zərərçəkmiş şəxs mobil telefonları məcburi formada alınıb içərisində olan məlumatlar silinərək telefonlarından istifadə etməsinin qarşısı alınmış və 2019-cu il sentyabrın 09-da saat 02 radələrinə kimi müddətdə otağın qapısı içəri tərəfdən kilid vasitəsilə bağlanılmaqla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs əvvəlcə şəxsiyyəti üzərində zor göstəriləcəyi hədəsi ilə hədələməklə, sonra isə sillə və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə dəfələrlə qəsdən zərbələr endirilib zor tətbiq edilməklə 30.000 manat pul verməsi qanunsuz olaraq hədə-qorxu ilə tələb edilmiş, sonuncu hədə-qorxu ilə tələb edilən pul məbləğini ödəyə bilmədikdən sonra X1 və göstərişi ilə razılaşdırılmış cinayətkar niyyətləri davam etdirilərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən 2019-cu il sentyabrın 09-da saat 02 radələrində Zərərçəkmiş şəxs həmin kabinetdən iradəsinə zidd olaraq əynindəki gödəkcəsi görməsini məhdudlaşdırmaq üçün başına keçirilib Təqsirləndirilən şəxs3 idarə etdiyi qara rəngli «LADA Priora» markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında Təqsirləndirilən şəxs5 nəzarəti altında iradəsinə zidd olaraq məcburi otuzdurulmuş və Təqsirləndirilən şəxs1 idarə etdiyi «X47» markalı **-KP-*** qeydiyyat nişanlı avtomobilin arxasınca hərəkət edilməklə sonuncunun göstərdiyi və açarlarını Təqsirləndirilən şəxs2 təqdim etdiyi anası X5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 185A ünvanında yerləşən, pəncərələri dəmir barmaqlıqlarla təchiz edilmiş, arxa və ön qapısının kilidi bağlı vəziyyətdəki fərdi yaşayış evinə aparılıb orada saxlanılmaqla oğurlanmış, 2019-cu il sentyabrın 09-da günorta saatlarında Təqsirləndirilən şəxs3 çağırışı ilə həmin evə gəlmiş qrup üzvü Təqsirləndirilən şəxs4 tərəfindən Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 yataraq istirahət etdikləri vaxt Zərərçəkmiş şəxs hər hansı bir formada kömək çağırmamasına və saxlanıldığı evdən qaçmamasına nəzarət edilmiş, həmin evdə saxlanılan müddətdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən mütəmadi olaraq əlləri və ayaqları, həmçinin sonuncu tərəfindən silah qismində istifadə olunan dəmir əsa ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə dəfələrlə qəsdən zərbələr endirilib sonuncuya sağ bazunun aşağı 1/3-nin ön səthinin və sağ budun orta 1/3-nin ön səthinin yumşaq toxumalarının hemotamaları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin və döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının qançırları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməklə, eləcə də Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs döydükləri zaman istifadələrində olan mobil telefonlarla sonuncunun çəkdikləri şəkillərini internet sosial şəbəkələrinə yükləməklə haqqında rüsvayedici məlumatları yayacaqları barədə hədə-qorxu gəlinmiş, həmçinin 2019-cu il sentyabrın 09-da saat 23 radələrində Təqsirləndirilən şəxs3 çağırışı ilə oraya çağırılmış və polis əməkdaşları kimi təqdim edilmiş şəxsiyyətləri istintaqla araşdırılan mülki geyimli iki nəfər şəxs vasitəsilə psixoloji təsir göstərməklə Zərərçəkmiş şəxs 30.000 manat pul qanunsuz olaraq tələb edilməyə davam etdirilmiş, qeyd edilən cinayət əməlinin baş verməsi barədə daxil olmuş məlumat əsasında 2019-cu il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq oğurlanıb saxlanıldığı həmin fərdi yaşayış evindən azad edilmişdir. Apellyasiya apellyasiya şikayətlərinin dəlilləri və etirazlar: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-215/2021 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs5, onun müdafiəçisi Müdafiəçi11, məhkum Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi12, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçiləri X7 və Müdafiəçi13 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Məhkum Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: birinci instanisya məhkəməsinin hökmündən narazıyam. Məhkəmə barışığımızın olmasını nəzərə almadan, qeyri-obyktiv qərar qəbul etmişdir. Barəmdə olan ittiham aktında göstərilən ifadələrdə sübuta yetirilməyən dəlillər mövcuddur. Mənim adam oğurlamaq fikrim olmayıb. Şikayətçi ilə çox yaxşı münasibətdə olmuşuq və bu münasibəti davam etdiririk. Özüm də idman ustasıyam. Judo üzrə Avropa birinciliyi uğrunda yarışın qalibiyəm. Gənc idmançıların hazırlanmasında öz bacarıqlarımı heç vaxt əsirgəməmişəm. Qeyd etdiklərimi nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmünü ləğv edərək, mənim əməlimin müvafiq maddəyə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Məhkum Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi11 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri qismində göstərilmişdir: hesab edirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-215/2021 saylı hökmü Təqsirləndirilən şəxs5 AR CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, qanunsuz və əsassız olduğundan ləğv edilməli, Təqsirləndirilən şəxs5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinin cinayət tərkibinin heç bir əlaməti olmadığından onun barəsində bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs5, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir. O, cinayət əməllərini törətməkdə təqsirli bilinsə də, bu hal zərərçəkmiş şəxsin ifadəsindən başqa digər hər hansı mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, istintaq orqanı və məhkəmə Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan qrupun üzvü kimi göstərsə də, “adam oğurluğu" cinayətini törətmək üçün onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 ilə əvvəlcədən əlbir olması, bununla bağlı onun həmin şəxslərlə şəxsən görüşməsi və ya telefon vasitəsi ilə əlaqə saxlaması, cinayəti törətmək üçün müzakirələr aparması istintaq zamanı təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 xahişi ilə onunla birlikdə “bir yol yoldaşı kimi” “Krevetka" kafesinə gəlmiş, orda olan Vasif, Fərəh, Niyaməddin, daha sonra isə Fərəhlə birlikdə gələn Hüseynlə söhbətlərdə iştirak etməmişdir. Sadəcə danışıqların məzmunundan ona aydın olmuşdur ki, hansısa puldan söhbət gedir. Təqsirləndirilən şəxs5, kafedə Zərərçəkmiş şəxs qarşı hər hansı zor tətbiq etməmiş, ona təpik, yumruq və ya sillə vurmamışdır. Hüseynin içərisində müştəriləri olan kafedə “vaxtaşırı döyüldüyü” halda, o, heç olmasa zərbələrin təsirindən səslər çıxarmalı, köməyə çağırmalı, Hüseynin çağırışı, səsi, habelə vurulan zərbələrin səsi kafedə olanların diqqətini cəlb etməli idi. Lakin bunların heç biri baş verməmişdir. Hətta həmin şəxslərin olduğu “kabinetə” xidmət göstərən, Hüseynin dediyi kimi “sarıyanız arıq bədən quruluşlu ofisant qız” da bu hallara reaksiya verməmiş, bu barədə kafe işlədən şəxsə və ya polis orqanına məlumat verməmişdir. Bu isə Hüseynin istintaqa yalan ifadə verməsini təsdiq edir. Zərərçəkmiş şəxs başına torba keçirərək, zorla kafedən çıxararaq Pirşağı qəsəbəsində olan bağ evinə aparılması, yolda Təqsirləndirilən şəxs5 ona öz telefonunda vəhşi bir itin hanısa bir lüt kişiyə hücum etməsi, kişinin cinsi orqanından ağzı ilə tutub parçalaması barədə videogörüntünü göstərərək əgər pulu verməsə onu aparacaqları yerdə bu günə salacaqlarını bildirməsi də yalandır. Çünki, Zərərçəkmiş şəxs özünün ifadəsinə görə, o, “Vasif, Təqsirləndirilən şəxs5 və Elçinin onun əynində olan gödəkçəsi başına keçirib zamokunı bağlamışlar ki, heç bir şey görməsin, sonra onun qoluna girib onu çay evindən çıxararaq onun gəldiyi Elçinin idarə etdiyi qara rəngli Piriora” markalı avtomobilə mindirmişlər. Bu zaman onun gözü bağlı olduğu üçün kafedə onları kiminsə görüb görmədiyini dəqiq bilməmişdir. Bundan sonra Elçin avtomobilini idarə etmiş, Vasif qabaq sağ oturacaqda əyləşmiş, Emin isə ona nəzarət etmək üçün arxa oturacaqda yanında əyləşmişdi. Yol boyu o gödəkçəsinin arasından yola baxan zaman hardasa Xırdalan istiqməti tərəfdə getdiklərini görmüşdür”. Ətrafı görməməsi məqsədi ilə başı və üzü ködəkçə ilə bağlanmış vəziyyətdə olan bir şəxsin zorla kafedən avtomobilə əyləşdirilməsi və bunun kənardan heç kim tərəfindən görünməməsi də Hüseynin ifadəsinin yalnız uydurmalara əsaslanmasının bir təsdiqidir. Digər tərəfdən əgər gediləcək yerin gizli saxlanması üçün Hüseynin başı ködəkçə ilə bağlanırsa, hansı məntiqlə Təqsirləndirilən şəxs5 yolda ona qorxulu videogörüntü nümayiş etdirirdi. Və ya gözü bağlı olan Hüseynin, avtomobilin içində kimin hansı yerdə əyləşdiyini bilməsi də sual doğuran hallardan biridir. Bütün bunlar istintaq orqanı tərəfindən araşdırılmamış, zidiyyətlər aradan qaldırılmamış, kafenin içində və ya kafenin giriş-çıxışının müşahidəsini aparmaq üçün kameraların olubolmadığını, həmin əraziyə yaxın yerlərdə kameraların mövcudluğunu araşdırmamış, belə kameraların olduğu halda xx.xx.2019-cu il və xx.xx.2010-cu il tarixləri əks etdirən görüntülərin əldə olunması üçün istintaq orqanı hər hansı cəhd göstərməmişdir. Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs güya oğlurlanması üçün hər hansı şəxslə, o cümlədən hazırkı iş üzrə hökm çıxarılmış şəxslərlə qabaqcadan razılığa gəlməmiş, bu cinayətin törədilməsi üçün hər hansı əmlakın əldə edəcəyini planlışdırmamışdır. Bu halı təsdiq edən heç bir sübutun olmaması ilə yanaşı, hətta zərərçəkmişin özünün istintaqa bildirdikləri ilə təkzib olunur. Bundan başqa, cinayət işi üzrə alınmış xx.xx.2020-ci il tarixli ekspert rəyində göstərilir ki, “...Xəsarətlərdən sağ bazunun aşağı 1/3-nin ön səthinin və sağ budun orta 1/3-nin ön səthinin yumşaq toxumalarının hemötamaları hər biri ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, sağ bazunun yuxan 1/3-nin bayır səthinin və döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının qançırları isə olduğundan dərəcələri təyin edilmir”. Göründüyü kimi, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin bəziləri yüngül zərərvurmaya aid edilmiş, bəziləri isə sağlamlığa zərər vurmayan xəsarətlər hesab edilmişdir. Lakin Zərərçəkmiş şəxs bildirdiyi kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 idmançı şəxs tərəfindən təpik, yumruq və dəmir əsa ilə vaxtaşırı döyülməsi nəticəsində belə yüngül xəsarət alması məhkəmədə sual doğurmamışdır. Bunlardan əlavə, Təqsirləndirilən şəxs5 tərəfindən Zərərçəkmiş şəxs döyərək, bunları telefona çəkməsi, daha sonra isə bu görüntülərin yayması ilə zərərçəkmişə hədə-qorxu gəlməsini də təsdiq edən sübut yoxdur. Bunları yalnız zərərçəkmiş şəxs öz uydurma ifadəsində bildirmiş, Məhkəmə isə bu halların həqiqətən olub-olmamasını araşdırmamış, bağ evində olan şəxslərin mobil telefonlarını maddi sübut kimi götürülməmiş, Təqsirləndirilən şəxs5 və ya digər təqsirləndirilən şəxslərə aid mobil telefonda bu kimi görüntülərin mövcudluğunu yoxlamamışdır. Bundan başqa məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı həyəcanlı olduğundan verdiyi ifadəni hazırda təsdiq etmir. Təqsirləndirilən şəxs5 və qeyriləri ondan Təqsirləndirilən şəxs1 borclu olduğu 25.000 manatı qaytarmasını tələb etdiklərindən buna görə Vasif, Təqsirləndirilən şəxs5 və Elçinlə oturaraq söhbətləşmişlər. Həmin vaxt telefon əlaqəsi saxladığı övladı Şahid3 onu səhv başa düşüb 102 xidmətinə zəng vurmaqla yanlış məlumat vermiş, bir saat içərisində yenidən zəng edərək anlaşılmazlıq baş verdiyini, şikayətlərinin və tələblərinin olmadığını bildirmiş, ona sonuncular tərəfindən heç bir zor və ya təzyiq tətbiq olunmamışdır, Təqsirləndirilən şəxs7 görməmişdir. Təqsirləndirilən şəxslərin hamısı ilə barışmışdır. Beləliklə də, bildirirəm ki, Təqsirləndirilən şəxs5, Zərərçəkmiş şəxs tamah məqsədi ilə oğurlamaq üçün ilə har hansı şəxslə qabaqcadan əlbir olmamış, zərərçəkmiş şəxsi onun iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə başını gödəkçə ilə bağlamaq yolu ilə bağ evinə aparmamış, bağ evində onun iradəsinə zidd olaraq saxlamamış, bu məqsəd ilə evin qapı və pəncərəsini bağlamamış, onu döyməmiş, ona barəsində rüsvayedici məlumatları yaymaqla hədə-qorxu gəlməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs5 əməlində cinayət qanunu ilə nəzərdə tutulmuş heç bir cinayət əməli olmamışdır. İttiham hökmünə nəzər yetirsək ordanda müəyyən etmək olar ki, ittiham hökmü eləbil hamının eyni zamanda eyni iş gördüyü təəssüratı yaradır. Ancaq burada hər hansı cinayət əməli var idisə hərənin özünün yəqinki həmin cinayət əməlində bir rolu olmalı idi. Təqsirləndirilən şəxs5 heçkəslə qabaqcadan əlbir olmamış, heç bir cinayət əməli törətməmişdir. Burada hər hansı cinayət əməlindən söhbət belə gedə bilməz. Olsaolsa sadəcə özbaşınalıq cinayəti ola bilər. Məhkəmə isə ittiham hökmündə hamı üçün eyni ittihamı bir əməli təqsirləndirilənlərin hamısına şamil etmiş, Təqsirləndirilən şəxs5 əməlində cinayət tərkibinin olmadığını nəzərə almamışdır. Hesab edirəm ki, həm qanuni əsaslar, həm də faktiki əsaslara görə Təqsirləndirilən şəxs5 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm etdiyi ittiham hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs5 bəraətverici əsaslarla hökm çıxarılmalıdır. Məhkum Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: barəmdə təyin edilmiş cəzadan narazıyam. Məhkəmə işimin hallarını tam şəkildə araşdırmamışdır. Heç bir qərəzliyim olmayıb. Mən yoldaşların xahişi ilə bağ evinə yemək aparan zaman zərərçəkmişi orda olan digər şəxsin dostu kimi tanımışam. Gətirdiyim çörəkdən bir yerdə yemişik. Yarım saatdan sonra polis əməkdaşları ora gələndə nə baş verdiyini anlamışam. Şikayətçi özü də polis əməkdaşlarına mənim bu işlə heç bir əlaqəmin olmadığını etiraf etmişdir. Qeyd edilənlərə əsasən, barəmdə daha az cəza təyin edilməsini xahiş edirəm. Məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi12 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: aşağıdakılara əsasən hesab edirəm ki, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində həmin maddə ilə məhkəməyə verildiyi ittiham üzrə cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə aparılmış məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarılmalıdır. Ən əvvəl məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs tamamilə haqlı olaraq özünü təqsirli bilmir. Bundan başqa, qeyd edək ki, birinci instansiya məhkəməsi, demək olar ki, ittiham aktını olduğu kimi hökmə köçürmüşdür. Bu isə ədalət mühakiməsinin mahiyyətinə ziddir. Bundan başqa, ibtidai istinraq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayət törətməsi barədə nəticəyə gəlinsə də, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi sübuta yetirilməmiş, tərəfimizdən müvafiq vəsatətlər verilmiş, lakin vəsatətlər qərəzli və məqsədyönlü olaraq təmin edilməmişdir. Bildirirəm ki, hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs faktiki olaraq heç bir cinayət əməli törətməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin həmin cinayəti törətməsi barədə nəticəyə gəlinsə də, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi sübuta yetirilməmiş, tərəfimizdən müvafiq vəsatətlər verilmiş, lakin vəsatətlər qərəzli və məqsədyönlü olaraq təmin edilməmiş, birinci instansiya məhkəməsi isə bu barədə vəsatətlərdə göstərilən xüsusatlara əhəmiyyət və hüquqi qiymət verməmişdir. Ona görə də hesab edirəm ki, apelyasiya instansiyası məhkəməsi göstərilən xüsusatları tam, obyektiv və hərtərəfli araşdırmalı və hüquqi qiymət verməlidir. Yuxarıda qeyd edilənlərlə yanaşı, bildirirəm ki, hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs tamamilə haqlı olaraq özünü təqsirli bilmir, məhkəmənin onun barəsində əsassız olaraq ittiham hökmü çıxarmasını qanunsuz hesab edir. Bundan başqa bildirirəm ki, hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, ailəni dolandıran, ailədə qazanc gətirən yeganə şəxsdir, qeydiyyatda olmaqla daimi yaşayış yeri vardır, yaşayış yerindən müsbət xarakterizə olunur. Göstərilənlər, yəni təqsirləndirilən şəxsin şəxsiyyəti, səhhəti, yaşı, məşğuliyyət növü, ailə, maddi və sosial vəziyyəti o cümlədən daimi yaşayış yerinin olması, eyni zamanda himayəsində uşaqlarının olması, həmçinin ona istinad edilən əməlin xarakteri və törədilmə şəraiti, hesab edirik ki, təqsiri sübuta yetirilsə idi belə (halbuki, müdafiə tərəfi hesab edir ki, onun heç bir təqsiri yoxdur), onun barəsində cəza təyin edilməsi zamanı nəzərə alınmalı idi. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs4 ilə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, işdə cəzanı yüngülləşdirən hallar olduğunu müəyyən və qəbul etsə də, bu formal xarakter daşımış, bu hallar hökm çıxarılarkən nəzərə alınmamış, həmçinin birinci instansiya məhkəməsi onun məhkumluğunun olmamasını, cavanlığını, keçmiş idman nailiyyətlərini, atası və anasının yaşlı və xəstə olmaqla onun himayəsində olmasını, bir sözlə, ailə vəziyyətini, barəsində qeydiyyatda olduğu yer üzrə şikayət daxil olmamasını, işdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almamış və müvafiq hüquqi qiymət verməmişdir. Ona görə də hesab edirəm ki, apelyasiya instansiyası məhkəməsi həmin halları da tam, obyektiv və hərtərəfli araşdırmalı və müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlərə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 215/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün ləğv edilməsi və CM-nin 144.2.3-cü, 144.2.4.-cü. 144.2.5-ci, 144.2.6-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə Təqsirləndirilən şəxs4 barəsində həmin maddə ilə məhkəməyə verildiyi ittiham üzrə cinayət hadisəsi olmadığından və əməlində cinayət tərkibi olmadığına görə aparılmış məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarılmasını xahiş edirik. Məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: aşağıdakılara əsasən hesab edirəm ki, müdafiəçisi olduğum Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının CM-nin 32.4., 144.2.3.-cü, 32.4., 144.2.4.-cü, 32.4., 144.2.5.-ci, 32.4., 144.2.6.-cı, 32.4., 182.2.1.-ci, 32.4., 182.2.3-cü və 32.4., 182.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-215/2021 saylı hökmünün işə obyektiv, hərtərəfli yanaşılmadığından, cinayət tərkibinin əlamətləri olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, məhkəmə baxışı keçirilərkən maddi və prosessual hüquq pozuntularına yol verildiyinə görə qanunsuz və əsassız olan hökmü ləğv edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs7 istintaq zamanı, həmçinin məhkəmə istintaqında verdiyi növbəti ifadələrində ona elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir, onun hadisə ilə heç bir əlaqəsi olmamaqla o, heç bir cinayət törətməyib təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 qiyabi, yaxından yalnız Təqsirləndirilən şəxs2 tanıyır, digər şəxsləri isə tanımamışdır. Təqsirləndirilən şəxs2 və digərlərini cinayət törətməyə təhrik etməmişdir. Cinayətin hazırlanmasında və törədilməsində birbaşa və ya dolayı heç bir iştirakı olmamışdır. İş üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ondan Təqsirləndirilən şəxs1 borclu olduğu 25.000 manatı qaytarmasını tələb etdiklərindən buna görə Vasif, Təqsirləndirilən şəxs5 və Elçinlə oturaraq söhbətləşmişlər. Həmin vaxt telefon əlaqəsi saxladığı övladı Şahid3 onu səhv başa düşüb 102 xidmətinə zəng vurmaqla yanlış məlumat vermiş, bir saat içərisində yenidən zəng edərək anlaşılmazlıq baş verdiyini, şikayətlərinin və tələblərinin olmadığını bildirmiş, ona sonuncular tərəfindən heç bir zor və ya təzyiq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs7 isə tanımır və heç vaxt görməmişdir. Bütün məhkəmə proseslərində dindirilənlərin heç biri yuxarıda qeyd edilən cinayətdə Təqsirləndirilən şəxs7 iştirakını təsdiq edən ifadələr verməmişlər və təbii ki, Təqsirləndirilən şəxs7mn barəsində ittiham hökmü çıxarmaq üçün məhkəmə tərəfindən qeyd edilən sübutlar kifayət etmir. Lakin, ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmırıq və hesab edirik ki, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4., 144.2.3.-cü, 32.4., 144.2.4.-cü, 32.4., 144.2.5-ci, 32.4., 144.2.6-cı, 32.4., 182.2.1-ci, 32.4., 182.2.3-cü və 32.4., 182.2.4-cü maddələri ilə təqsiri iş materialları ilə sübuta yetirilmir. Qeyd edilənlərə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-215/2021 saylı, 16 dekabr 2021-cı il tarixli qərarını ləğv edərək Azərbaycan Respublikasının CM-nin 32.4., 144.2.3.-cü, 32.4., 144.2.4-cü, 32.4., 144.2.5.-ci, 32.4., 144.2.6-cı, 32.4., 182.2.1-ci, 32.4., 182.2.3-cü və 32.4., 182.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs7 barəsində bəraət hökmü çıxarılmasını xahiş edirəm. Məhkum Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: aşağıdakı göstərilənlərə əsasən hesab edirik ki, birinci instansiya məhkəməsində işə baxılarkən tam, hərtərəfli və obyektiv istintaq aparılmamış, təqsirləndirilən şəxsi səciyyələndirən hallar nəzərə alınmamış, təqsirləndirilən şəxsin vəziyyəti yüngülləşdirən xüsusatlara əhəmiyyət verilməmiş, təqsirləndirilən şəxsin təqsirinin olmaması ilə bağlı iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş və nəticədə məhkəmə tərəfindən ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, guya Təqsirləndirilən şəxs6 Aygün Abbasovanın Zərərçəkmiş şəxs ala bilmədiyi 25000 manat borcunun əvəzində Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 30000 manat məbləğində pulu hədəqorxu ilə tələb etmişdir. Həmçinin guya Təqsirləndirilən şəxs6 tamah məqsədi ilə və sifarişlə, silah qismində istifadə edilən əşyadan istifadə etməklə adam oğurlamışdır. Lakin birbaşa ittiham edilən əməl ümumiyyətlə cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. Yəni Təqsirləndirilən şəxs6 nə Aygün Abbasovanın, nə də Zərərçəkmiş şəxs tanımamışdır. Eyni zaman da Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs2 başqa ümumiyyətlə cinayət işində adı çəkilən şəxslərdən heç birini tanımamış, əvvəllər həmin şəxsləri heç vaxt görməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs6 ümumiyyətlə Zərərçəkmiş şəxs Aygün Abbasovaya pul borclu olmasından və hansı məbləğdə borc olmasından xəbərsiz olmuşdur. İş materialları ilə həmçinin tam müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs6 yanında və iştirakı ilə Zərərçəkmiş şəxs heç kim pul tələb etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs6 guya tamah niyyəti ilə cinayət törətməsi barədə istintaq orqanı ittiham irəli sürsə də, tamahın nədən ibarət olması barədə heç bir məlumat əldə etməmiş, bununla bağlı hər hansı şahid ifadəsi və ya digər sübut iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi tamahın nədən ibarət olması barədə heç bir sübut olmadığı təqdirdə onun tamah niyyəti ilə cinayət törətməsi mükün deyil. Həmçinin guya Təqsirləndirilən şəxs6 sifarişlə cinayət törətməsi barədə ittiham irəli sürsə də, sifarişin nədən ibarət olması, həmin sifarişin kim tərəfindən verilməsi barədə Təqsirləndirilən şəxs6 hər hansı məlumatının olmasını təsdiq edən şahid ifadəsi və ya digər sübutu iş materiallarına əlavə etməmişdir. Buradan da görünür ki, Təqsirləndirilən şəxs6 qarşı irəli sürülmüş ittiham ümumiyyətlə ehtimallardan ibarətdir. Bundan əlavə Təqsirləndirilən şəxs6nm silah qismində istifadə edilən əşyadan istifadə etməklə cinayət törətməsi barədə ittiham elan etsə də, bunu təsdiq edən hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. Hətta Təqsirləndirilən şəxs6 dindirilərkən ümumiyyətlə ona qeyd edilən və istinad edilən silahın forması və ya quruluşu barədə heç bir sual verməmişdir. Göründüyü kimi istintaq orqanı özü də əmin olmuşdur ki, Təqsirləndirilən şəxs6 nə silah görmüş nə də bundan məlumatı olmuşdur. Bütün bunların tam əksinə toplanmış istintaq materialları ilə tam sübuta yetrilmişdir ki, Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs2 tanımış və onunla əvvəldən dostluq münasibətləri olmuşdur. Bundan başqa onlar həftənin bir neçə günü birlikdə və eyni idman zalında idmanla məşğul olmuşlar. Təqsirləndirilən şəxs2 təklifi ilə Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs zəng vurmuşdur. Telefonla zəng vuran zaman Təqsirləndirilən şəxs6 ümumiyyətlə kimə zəng vurmasından və hansı məqsədlə zəng vurmasından məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs2 idman zalında olan digər tanışlarının telefonundan yox sırf Təqsirləndirilən şəxs6 telefonundan zəng vurmasına səbəb onun qadın olması olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs6 orada olmasaydı heç onun telefonundan da zəng vurulmazdı. Yəni göründüyü kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs6 telefonundan zəng edilməsi hadisələrin təsadüfi axarı nəticəsində baş vermişdir. Bunun qabaqcadan əlbir olmaqla heç bir əlaqəsi yoxdur. Qeyd edilən bu xüsusatın qabaqcadan onların əlbir olması kimi qiymətləndirilməsi sadəcə istintaq orqanının ehtimalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6-cı, 182.2.1.-ci, 182.2.3-cü və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-215/2021 saylı hökmünü ləğv edərək Təqsirləndirilən şəxs6 barəsində bəraət hökmü çıxarılmasını xahiş edirik. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: aşağıda sadalananlara əsasən, məhkəmənin hökmünü tamamilə qanunsuz, ədalətsiz və vəsassız hesab edirəm: Hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötəri ki, guya, ibtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə, Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq qəsdən törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə və sifarişlə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə və sifarişlə silah qismində istifadə edilən əşyadan istifadə edib zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə zərər çəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmişlər, Təqsirləndirilən şəxs7 bu cinayətləri törətməyə təhrik etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 verdiyi 25.000 manat borcunu ala bilmədiyi Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 30.000 manat məbləğində xeyli miqdarda pulun hədə-qorxu ilə tələb edilməsi, pul ödənilmədiyi təqdirdə isə sonuncunun tamah məqsədi ilə, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlanması və əldə olunan pul vəsaitdən pul mükafatı verəcəyi barədə törətdiyi qəsdən adam öldürmə və xuliqanlıq cinayətinə görə əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 2005-ci il 01 mart tarixli Azərbaycan Respublikası CM-in 120.2.3.-cü və 221.2.1.-ci maddələri ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2017-ci il 12 yanvar tarixli qərarı əsasında vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq məhkumluğu ödənilməyən və ya götürülməyən Təqsirləndirilən şəxs2, sonuncunu ələ alaraq həmin cinayət əməlini törətməyə təhrik edən Təqsirləndirilən şəxs7, habelə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 göstərişi əsasında Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb özünü Kəmalə kimi ilə təqdim etməklə guya sonuncunun satdığı torpaq sahələri ilə alıcı qismində maraqlanmaq adı ilə aldadıb 2019cu il sentyabrın 08-də saat 17 radələrində qrup üzvü Təqsirləndirilən şəxs3 istifadəsindəki qara rəngli «LADA Priora» markalı **-TF-*** qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkının yaxınlığında iradəsindən kənar əyləşdirərək ünvan 11 ünvanında yerləşən «Krivetka» çay evinin ikinci mərtəbəsində olan kabinetə gətirərək oğurladıqdan sonra əvvəlcədən razılaşdıqları kimi digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 həmin kabinetə daxil olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 tərəfindən Zərərçəkmiş şəxs mobil telefonları məcburi formada alınıb içərisində olan məlumatlar silinərək telefonlarından istifadə etməsinin qarşısı alınmış və 2019-cu il sentyabrın 09-da saat 02 radələrinə kimi müddətdə otağın qapısı içəri tərəfdən kilid vasitəsilə bağlanılmaqla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs əvvəlcə şəxsiyyəti üzərində zor göstəriləcəyi hədəsi ilə hədələməklə, sonra isə sillə və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə dəfələrlə qəsdən zərbələr endirilib zor tətbiq edilməklə 30.000 manat pul verməsi qanunsuz olaraq hədə-qorxu ilə tələb edilmiş, sonuncu hədə-qorxu ilə tələb edilən pul məbləğini ödəyə bilmədikdən sonra X1 və göstərişi ilə razılaşdırılmış cinayətkar niyyətləri davam etdirilərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən 2019-cu il sentyabrın 09-da saat 02 radələrində Zərərçəkmiş şəxs həmin kabinetdən iradəsinə zidd olaraq əynindəki gödəkcəsi görməsini məhdudlaşdırmaq üçün başına keçirilib Təqsirləndirilən şəxs3 idarə etdiyi qara rəngli «LADA Priora» markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında Təqsirləndirilən şəxs5 nəzarəti altında iradəsinə zidd olaraq məcburi otuzdurulmuş və Təqsirləndirilən şəxs1 idarə etdiyi «X47» markalı **-KP-*** qeydiyyat nişanlı avtomobilin arxasınca hərəkət edilməklə sonuncunun göstərdiyi və açarlarını Təqsirləndirilən şəxs2 təqdim etdiyi anası X5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 185A ünvanında yerləşən, pəncərələri dəmir barmaqlıqlarla təchiz edilmiş, arxa və ön qapısının kilidi bağlı vəziyyətdəki fərdi yaşayış evinə aparılıb orada saxlanılmaqla oğurlanmış, 2019-cu il sentyabrın 09-da günorta saatlarında Təqsirləndirilən şəxs3 çağırışı ilə həmin evə gəlmiş qrup üzvü Təqsirləndirilən şəxs4 tərəfindən Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 yataraq istirahət etdikləri vaxt Zərərçəkmiş şəxs hər hansı bir formada kömək çağırmamasına və saxlanıldığı evdən qaçmamasına nəzarət edilmiş, həmin evdə saxlanılan müddətdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən mütəmadi olaraq əlləri və ayaqları, həmçinin sonuncu tərəfindən silah qismində istifadə olunan dəmir əsa ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə dəfələrlə qəsdən zərbələr endirilib sonuncuya sağ bazunun aşağı 1/3-nin ön səthinin və sağ budun orta 1/3-nin ön səthinin yumşaq toxumalarının hemotamaları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin və döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının qançırları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməklə, eləcə də Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs döydükləri zaman istifadələrində olan mobil telefonlarla sonuncunun çəkdikləri şəkillərini internet sosial şəbəkələrinə yükləməklə haqqında rüsvayedici məlumatları yayacaqları barədə hədə-qorxu gəlinmiş, həmçinin 2019-cu il sentyabrın 09-da saat 23 radələrində Təqsirləndirilən şəxs3 çağırışı ilə oraya çağırılmış və polis əməkdaşları kimi təqdim edilmiş şəxsiyyətləri istintaqla araşdırılan mülki geyimli iki nəfər şəxs vasitəsilə psixoloji təsir göstərməklə Zərərçəkmiş şəxs 30.000 manat pul qanunsuz olaraq tələb edilməyə davam etdirilmiş, qeyd edilən cinayət əməlinin baş verməsi barədə daxil olmuş məlumat əsasında 2019-cu il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq oğurlanıb saxlanıldığı həmin fərdi yaşayış evindən azad edilmişdir Təqsirləndirilən şəxs3 barəsində çıxarılmış ittiham hökmü heç bir mötəbər sübuta əsaslanmır, onun təqsirli bilinməsinə dəlalət edən heç bir sübut yoxdur. Qeyd edilənlərə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-215/2021 saylı cinayət işi üzrə 16 dekabr 2021-ci il tarixli hökmünü ləğv edərək, Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmü çıxarılmasını xahiş edirik. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: aşağıda şərh etdiyim əsaslara görə hesab edirəm ki, həmin hökm ləğv edilməli və Təqsirləndirilən şəxs2 bəraət verilməldir. Belə ki, iş üzrə ibtidai araşdırma natamam, birtərəfli, qeyri obyektiv aparılmaqla əsassız və qanunsuz ittiham verilmiş və bu qanunsuzluqlar məhkəmə araşdırması zamanı təsdiq olunsa da, işə düzgün huquqi qiymət verilməyərək ibtidai istintaqın verdiyi ittiham üzrə Təqsirləndirilən şəxs2 və digər təqsirləndirilən şəxslərə cəza təyin edilmişdir. İstintaq müddətində, eləcə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs oğurlamadığını, ona qarşı hər hansı fiziki güc tətbiq etmədiyini, hədə qorxu ilə tələb etmə ilə bağlı hər hansı hərəkət etmədiyini bildirmişdir. İş üzrə dindirmiş bütün təqsirləndirilən şəxslər, şahid qismində ifadə vermiş polis əməkdaşları ittiham üzrə qeyd olunmuş cinayət hərəkətlərinin olmadığını bildirmişlər. Bütün təqsirli şəxslər elə də zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs özü belə qaçırılmadığını, ona qarşı hər hansı fiziki gücün tətbiq edilmədiyini və yaxınlarından onun buraxılması ilə bağlı hər hansı məbləğdə pulun tələb edilmədiyini, yalnız Təqsirləndirilən şəxs1 olan borcun qaytarılması ilə bağlı oğlu ilə danışdığını qeyd etməsinə və təqsirli şəxslərin hec birindən şikayətçi olmadığını bildirməsinə baxmayaraq məhkəmə bütün təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarmışdır. Beləliklə, nə ibtidai istintaq, nə də ki məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 verilmiş ittihamla təqsiri sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(101)-215/2021 nömrəli hökmünü ləğv edib, Təqsirləndirilən şəxs2 bəraət verilməsinə dair qərar çıxarılmasını xahiş edirəm. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi13 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: hörmətli məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsinin hökmü məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə çıxarılmış hökmdür, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyi halda qanunsuz olaraq Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilətəqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmışdır. Birinci instansiya məhkəməsində cinayət işi üzrə ittiham tərəfinin təqdim etdiyi sübutların araşdırılması zamanı tamamilə təsdiq olundu ki, Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamlarda təqsirliliyi sübuta yetirilməmişdir. Həmin cinayət işi üzrə toplanmış materiallardan, habelə məhkəmə istintaqından görünür ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllərdə özünü qəti şəkildə təqsirli bilməmişdir. Belə ki, ibtidai istintaq zamanı istintaq orqanı tərəfindən işə qeyri-obyektiv yanaşılaraq, istintaq düzgün aparılmamış, nəticədə heç bir sübuta söykənməyən qanunsuz və əsassız ittiham aktı tərtib edilmişdir. Həmin ittiham aktı əsasında da birinci instansiya məhkəməsi tərəfindən ittiham hökmü çıxarılmışdır. Belə ki, ilk öncə diqqəti ona yönəltmək istərdim ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı həyəcanlı olduğu üçün verdiyi ifadəni təsdiq etmir. Aygün Abbasovaya olan borcunu qaytarmaq üçün Vasif, Təqsirləndirilən şəxs5 və Elçinlə görüşüb söhbət etmişlər. Bundan başqa, heç kim tərəfindən oğurlanmadığını, ona qarşı hər hansı fiziki gücün tətbiq edilmədiyini, yaxınlarından onun buraxılması ilə bağlı hər hansı məbləğdə pulun tələb edilmədiyi, yalnız Aygün Abbasovaya olan borcunun qaytarılması ilə bağlı oğlu ilə Şahid3 ilə danışdığını bildirmişdir. Telefon danışığı zamanı oğlu onu düzgün başa düşməmiş və nəticədə 102 xidmətinə yanlış məlumat vermişdir. Buradan aydın olur ki, ümumiyyətlə ittiham irəli sürülmüş Vasif və digərlərinin əməllərində cinayə tərkibi yoxdur. Bundan başqa, Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, ***-*******1 saylı məktubundan da görünür ki, Şahid3 xx.xx.2019-cu il tarixdə saat 00:08-də102 xidmətinə zəng edib, şikayətinin olmadığını bildirmişdir. Habelə, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin heç birinə qarşı hər hansı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərin hər biri ilə barışdığını bildirmişdir. İttiham aktında zərərçəkmiş şəxsin verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli dərəcədə zidiyyət mövcuddur. Belə ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı həyəcanlı olduğunu və yanlış məlumat verdiyini bildirmişdir. Lakin, bütün bu qeyd edilənlərə baxmayaraq məhkəmə tərəfindən bu hallar araşdırılmamış, düzgün nəticəyə gəlinməmişdir. Ümumiyyətlə məhkəmə istintaqı zamanı adam oğurluğu, pul tələbi sübut edilməmişdir. Zərərçəkmiş şəxs azad iradə ifadəsi ilə bu kimi halların olmadığını bildirsə də həm istintaq orqanı, həm də məhkəmə buna hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmışdır. İbtidai istintaq, məhkəmə istintaqı zamanı cinayət prosessual qanunvericiliyin əsas prinsiplərindən olan obyektivlik və qərəzsizlik prinsipləri kobud şəkildə pozulmuşdur. Qeyd edilənlərdən əlavə olaraq bildirirəm ki, əgər ittiham aktında yazılanlara inansaq görərik ki, hadisənin təşkilatçısı və səbəbkarı X19 olmuşdur. Lakin, birinci instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyim, himayəsində 2 azyaşlı uşağı olan, uşaqlardan biri xəstə olan və ən əsası cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməyən Təqsirləndirilən şəxs2 barəsində qəti olaraq 10 (on) il azadlıqdan məhrum etmə cəzası, digər təqsiləndirilən şəxslərin birinə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün, birinə 8 (səkkiz) il 06 (altı) ay, birinə CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq şərti cəzaya məhkum edilmişlər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(104)-215/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünü ləğv edəsiniz və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını xahiş edirik. Digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X20 bildirmişdir ki, təqsirləndirlən şəxslərin CM-in müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Apellyasiya Məhkməsində açıq məhkəmə iclasında baxıldı. Məhkəmə iclasında təqsirləndirlən şəxslər və zərərçəkmiş şəxs dindirildilər. Hesab edir ki, təqsirləndirlən şəxslərin və zərərçəkmiş şəxsin məhkəmədəki ifadələrinə tənqidi münasibət bildirilməlidir. Hadisənin mexanizminə və raellıqdan uzaq olduğu üçün qəbul olunmamlıdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər hadisənin mexanizminə uyğun izahatlar vermişlər. Belə ki, Təqsirləndirilən şəxs2 ifadəsindən göründüyü kimi Təqsirləndirilən şəxs7lə birlikdə məhkumluq həyatı yaşamışlar və Aygün xanım Niyaməddinə müraciət etdikdən sonra Vasiflə görüşüb söhbət etmişlər, həmin görüşdə Elçin, Təqsirləndirilən şəxs5 və Fərəhdə iştirak etmişlər. Həmin ifadədən də göründüyü kimi qabaqcadan əlbir olaraq plan cızmışlar və Fərəh Vasitəsi ilə Hüseyini “Krevetka” çay evinə gətirmişlər, ona hədə qorxu gəlmişlər, pulu ödəmədiyini gördükdən sonra yenidən Niyaməddinlə əlaqə saxlamışlar. Niyaməddin tapşırığı və göstərişi ilə pulu ödəyənə kimi Hüseyini Aygün xanımın Pirşağıdakı bağ evinə apararaq orada müəyyən müddət saxlamışlar. Bundan sonra Hüseynin oğlu polis orqanlarına müraciət etdikdən sonra əməliyyat qrupu yaradılmış və əməliyyat yolu ilə Hüseyn azad olunmuşdur. Təqsirləndirilən şəxslərin əməlləri həm ibtidai istintaq, həm də ki birinci instansiya məhkəməsində iş materillarında olan sənədlərlə, sübutlarlarla tam olaraq sübuta yetirilmiş, əməlləri CM-in müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur və cəza təyin olunarkən törətdikləri cinayət əməlinin ictimai təhlükəliliyi, ağırlıq dərəcəsi, xarakteri, onların şəxiyyətləri, cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmışdır. Eyni zamanda, zərərçəkmiş şəxsin ifadəsi ilə bağlı onu qeyd etmək istəyir ki, onun özü də hadisədən sonra CM-in digər maddələri ilə məhkum olunmuşdur və məhkumlar arasında kiməsə qarşı ifadə vermək yaxşı hal sayılmadığından ibtidai istintaq zamanı verdiyi ifadəsinin əksinə ifadə vermiş və birinci instansiya məhkəməsində haqlı olaraq həmin ifadəyə tənqidi münasibət bildirmiş və ittiham hökmü çıxarmışdır. Odur ki, məhkmədən apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi19 bildirmişdir ki, 4 il olar ki, bu şəxslər həbsdədirlər. Mütəşəkkil dəstə o deməkdir ki, həmin şəxslər qabaqcadan razılığa gəlirlər, öz aralarında vəzifə bölgüsü aparırlar, hansı işi görməkləri barədə razılığa gəlirlər, bunların arasıda belə bir hal olmayıb axı. Fərəhlə bu şəxslər arasında hadisə bitənədək heç bir telefon danışıq əlaqəsi olmamışdır. Yaxşı, hesab edək ki, bu şəxslər Hüseyinə deyiblər ki, Aygün xanımın pulunu qaytarmalısan, bəs Fərəhin bu işdə rolu nədən ibarət olub, nə marağı olub !? Hər bir cinayətin obyekti, subyekti, obyektiv və subyektiv tərəfləri vardır. Dövlət ittihamçısı desin ki, bu cinayətin subyektiv tərəfi haradadır. Bu şəxlər və onun müdafiə etdiyi şəxsin nə qazanıb, nə alıblar bu işdən, olsa-olsa onların əməlində özbaşınalıq cinayətinin tərkibi olacaq, başqa bir cinayətin tərkibi yoxdur bu işdə. Hüquqlarını müdafiə etdiyi şəxsin isə ümumiyyətlə bu işdə hər hansı bir rolu yoxdur, bu söhbətlərin heç birində iştirak etməmişdir. Ona görə də məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını və Təqsirləndirilən şəxs6 bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi6 bildirmişdir ki, işin faktiki halları ilə bağlı onu bildirmək istəyir ki, Fərəh xanım idmanla məşğul olduğu üçün mütəmadi olaraq idman zallarına gedir, kişilərlə birlikdə məşq edir. Vasiflə bir yerdə olmağı, Vasifin onun telefonundan istifadə etməyi normal bir haldır. Bir-birilərinə kömək ediblər, bir dost kimi. Həmin vaxtda Vasif Fərəhin telefonundan Hüseyinə zəng edib, lakin Hüseyin cavab verməyib, sonra Hüseyin zəng etdikdə Fərəh cavab verib və deyib ki, Vasif zəng vurmuşdu yəni istər istəməz belə bir qarışıq hal yaranmışdır. Hesab edirik ki, Təqsirləndirilən şəxs6 nə cinayətdən xəbəri olub, nə də ki, bu cinəyəti törətmək niyyəti olmayıbdır. Ona görə də, məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını və Təqsirləndirilən şəxs6 bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi15 bildirmişdir ki, həmkarlarının dedikləri ilə razıdır. Məhkəmə kollegiyasından, apellyasiya şikayətinin təmin olunmasını və Təqsirləndirilən şəxs6 bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi12 bildirmişdir ki, ilk əvvəl o, həmkarı Aslan İsamyılovun dediyi bir fikirlə razı deyil ki, öz müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyir və hesab edir ki, digər şəxslərin əməllərində isə özbaşınalıq cinayətinin tərkibi vardır. Təbii ki, burada özbaşınalıq cinayətinin tərkibi yoxdur, o cümlədən hüqquqlarını müdafiə etdiyi şəxsin əməlində də yoxdur. Əvvəlcə adam oğurluğu cinayətindən başlayaq görək kim-kimi oğurlayıbdır, təbii ki, müdafiə etdiyi şəxsdən gedir söhbət. Zərərçəkmiş şəxs buradadır, istintaq təcridxanasına üzləşməyə gedibdir. Üzləşmə hərəkəti aparılarkən elə zərərçəkmiş şəxsin yanında müstəntiq bildirdi ki, Şaiq Hüseyinovu nəyə görə cəlb ediblər bilirəm. Müstəntiq dedi ki, mən prokurora məruzə edəcəm ki, bu şəxsin fəaliyyəti bağa yemək aparmaqdan ibarət olmuşdur və ona görə də onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edəcəm. Onlar işin qurtarmasının elan olunması ilə bağlı müstəntiqin yanına gəldikdə məlum olur ki, müdafiə etdiyi şəxs CM-in 182-ci maddəsi ilə də ittaham elan olunmuşdur. O, buna etiraz edib, iş materialları ilə tanış olmaq üçün vəsatət də verib. Birinci instansiya məhkməsində o, iştirak etməyib, çünki görüb ki, Aslan müəllim qeyd etdiyi kimi istintaq obyektiv aparılmamışdır, ona görə də iştirak etməyib, lakin burada yenidən işə qoşulub. İş materialları ilə tanış olduqda görüb ki, ittiham aktında necə yazılıbsa olduğu kimi hökmə köçürülmüşdür. Əgər ittiham aktı olduğu kimi hökmə köçürüləcəkdisə onda 2 ilə yaxın müddətə nəyə görə məhkəmə istintaqı aparılırdı !? Hesab edirik ki, bu hal ədalət mühakiməsinin mahiyyətinə ziddir. İndi gələk hədə qorxu ilə pul tələb etməyə, kimin ifadəsində var ki, müdafiə etdiyi şəxs kimdənsə pul istəyib, kimə hədə qorxu gəlib, heç bir yerdə, heç bir ifadədə bunlar yoxdur. Zərərçəkmiş şəxs özü də ifadəsində bildirib ki, bu şəxsi niyə cəlb etmisiniz, bu şəxs mənə yemək gətirib və selfi şəkil çəkdiribdir. Hansı adam oğurlayan şəxs oğurladığı şəxslə selfi şəkil çəkdirər? Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şaiq Hüseyinov əməlində ümumiyyətlə cinayət hadisəsi olmamışdır. Bu şəxsə zəng edib deyiblər ki, bağa yemək gətir. Bu şəxsin funksiyası bundan ibarət olmuşdur. Ona görədə məhkəmə kollegiyasından, apellyasiya şikayətinin təmin olunmasını və X3 bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi13 bildirmişdir ki, digər müdafiçilərin etdiyi çıxışları o də müdafiə edir. Dövlət ittihamçısı çıxışında bildirdi ki, təqsirləndirilən şəxslərin hazırda məhkəmdə verdiyi ifadələr yox, ibtidai istintaq zamanı verdiyi ifadələr əsas götürülməlidir. CPM-ə əsasən zorakılıq, hədə-qorxu və təzyiq nəticəsində alınmış ifadələrin heç bir sübutu əhəmiyyəti yoxdur və təqsirləndirlən şəxslər də bildirdilər ki, onlara ibtida istintaq zamanı hədə-qorxu, gəlinib, işgəncələr verilib, fiziki zor tətbiq edilib, təzyiqlər edilib hətta izahat almağa, ifadə verməyə belə taqətləri olmayıb və nətəcədə təqsirləndirlən şəxslər deyiblər ki, nə gətirsəniz imza edirik. Bu cür alınmış ifadənin sübut kimi qəbul edilməsi hesab edir ki, absurddur, lakin birinci instansiya məhkəməsi həmin ifadələri sübut kimi qiymətləndirib və ittiham hökmü çıxartmışdır. Hazırki, cinayət işi üzrə adam oğurluğunun təsdiq olunduğu, hədə-qorxu ilə tələb etmənin harada təsdiq olunduğu sübuta yetirildiyi müəmmalıdır. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadə verib ki, belə bir hal olmayıbdır. Lakin bu məslələrə nə ibtidai istintaq, nə də ki, məhkəmə istitaqı zamanı qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyasından, apellyasiya şikayətinin təmin olunmasını və Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi16 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs3 verilən ittiham iki əsas sübut üzərində qurulmuşdur. Birincisi onun ilkin ifadəsidir ki, bununda hansı yollarla alındığı məlumdur. Həmkarı İqbal bəydə qeyd etdiyi kimi zorakılıq, hədə-qorxu və təzyiq yolu ilə alınan ifadələr sübut hasab oluna bilməz. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadələr ziddiyyət təşkil etdikdə məhkəmə zamanı verdiyi ifadəsi əsas götürülməlidir. Birinci instansiya məhkəməsinin hakimləri ifadənin işgəncə ilə alınması ilə bağlı heç bir istintaq hərkətləri etmədilər. Ən azından həmin şəxslərin istintaq təcridxanasına daxil olduğu vaxt üzərlərində olan xəsarətlərin olub olmaması barədə onların tibbi sənədlərini sorğu edib gətizdirərdi. Lakin məhkəmə bunları etmədi. Sizə öz təşəkkürümüzü bildirmək istiyirik ki, zərərçəkmiş şəxsin iştirakını məhkəmə iclasında təmin etdiniz. Onun ifadəsi çox vacib idi. Zərərçəkmiş şəxs öz ifadəsində bildirdi ki, o, axtarışa verildiyi üçün evə getmirdi və bu şəxslərdən də xahiş edib ki, onuda özləri bağ evinə aparasınlar, ona sığnacaq versinlər. Zərərçəkmiş şəxs qeyd etdi ki, onun təqsirləndirlən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Hesab edirik ki, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi sübutlar siyahısından çıxarılmalıdır. Ona görə də, məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını və Təqsirləndirilən şəxs3 bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi17 bildirmişdir ki, digər müdafiçilərin etdiyi çıxışları o da, müdafiə edir. Apellyasiya məhkəməsində məhkəmə iclası qismən istintaqla aparıldı, təsirləndirilən şəxslər və zərərçəkmiş şəxslər yenidən dindirildilər. Düşünür ki, məhkəmədə ittihamın saxta yollarla əldə olunması qənaətinə gəlmişdir. Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində xəsarət alması ilə bağlı onu göstərmişdir ki, onu Təqsirləndirilən şəxs5 onun üzündən Vasif isə kürək nahiyyəsindən yumruq və təpiklə vuraraq döymüşdülər. Ancaq işin içində olan ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxsin xəsarətləri sağ baldır, sağ bud və döş qəfəs nahiyyələrində olmuşdur. Halbuki, zərərçəkmiş şəxs ibtidai istintaqdakı ifadəsində bayaq qeyd etdiyi kimi zərbələrin üz və kürək nahiyyəsindən aldığını bildirmişdir. Bundan əlavə qeyd edir ki, Təqsirləndirilən şəxs5 verilən ittihamlardan biri adam oğurluğu zamanı silah və silah qismində olan əşyalardan istifadə edilməklə törədilməsi göstərilmişdir. Silah qismində olan əşya dedikdə bildiyi qədər də həmin vaxt evdə olan çəlik nəzərdə tutulmuşdur, şəxs oğurlanarkən həmin çəlik evdə olmuşdur. Ondan əlavə qeyd edir ki, Təqsirləndirilən şəxs5 və digər təqsirləndirlən şəxslər maddi cəhətdən təmin olunmuş insanlar olmuşlar, yəni onların pula ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs5 özü cüdo müəllimi işləyir, 15-20 tələbəsi var hər tələbədən 50 manat alır, buda normal bir məbləğdi. Bu cür normal qazancı olan şəxs niyə 1000 manata görə belə bir cinayət törətsin. Zərərçəkmiş şəxs də burada ifadə verərkən bildirdi ki, ibtidai istintaq zamanı ona təzyiqlər göstərilmişdir. Ona görə də məhkəmədən ibtidai istintaq zamanı verilmiş ifadələrə yox, apellyasiya iclası zamanı verilmiş ifadələrə istinad edərək təqsirləndirlən şəxslərə bəraət hökmü verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1 bildirmişdir ki, işin faktiki halları ondan ibarətdir ki, Aygün Abbasova ilə Hüseyin Əsgərov əvvəllər tanış olmuşlar. Aygün xanım Hüseyinə tikdiyi binadan 25000 manat borc verib, ailəsindən xəbərsiz. Lakin Hüseyin borcu qaytarmayıb. Aygün xanım dəfələrlə Hüseyinlə görüşüb, danışıb bu barədə, polisə şikayət edib. Lakin Hüseyin pulu qaytarmadığından Aygün xanım ailəvi tanışları olan Niyammədin Kazımlıdan xahiş etmişdir ki, onunla gedib Hüseyinlə danışmasını və pulun qaytarılmasında köməklik göstərməsini xahiş etmişdir. Lakin dəfələrlə xahiş etməsinə baxmayaraq, Niyaməddin onunla razılaşmamışdır. Niyaməddin bu işdə köməklik göstərmək üçün Vasifə müraciət etmiş və Vasifə demişdir ki, getsin sadəcə Hüseyinlə danışsın ki, xanımın pulun qaytarsın, başqa bir şey deməmişdir. Niyaməddin Vasif və Aygündən başqa heç kimi tanımamışdır. Zərərçəkmiş şəxsdə ifadəsində bildirdi ki, o, Niyaməddini tanımır, görməyib yalnız polisə gətirildikdə görmüş, tanımışdır. Həmin günü o, övladının ad günündə olmuşdur. Ona görə də məhkəmə kollegiyasından, apellyasiya şikayətinin təmin olunmasını və Təqsirləndirilən şəxs7 bəraət verilməsini xahiş edir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs5, onun müdafiəçisi Müdafiəçi11, məhkum Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi12, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçiləri X7 və Müdafiəçi13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlilləri, həmin məhkum edilmiş şəxslərin barələrində bəraət hökmü çıxarılmasından ibarət olmuşdur. Məhkəmə kollegiyası həmin apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: istintaqda yazılanların çoxu düzgün yazılmamışdır. Aygün xanımla mənim iş birliyim olub. Aygün xanıma 25000 manat borcum olub, qaytara bilməmişəm. Novxanıda evim olub, təklif etdim ki, sataq pulunu qaytarım, Aygün xanımda dedi ki, bir xanım var zəng edəcək evə baxsın, satılsa pulumu qaytararsan. Bir neçə gündən sonra mənə bir xanım zəng etdi, dedi ki, Aygün xanım nömrənizi verib evə baxmaq üçün görüşək, iki gün görüşə bilmədik, işim oldu. İki gündən sonra Bakıxanov qəsəbəsində İcra Hakimiyyətinin qarşısında parkda Fərəh xanımla görüşdük. Fərəh xanım ded ki, gedək çay evinə orada söhbət edərik. Sonra məni maşınla çay evinə apardı keçdik kabinetə Vasif, Elçin və Təqsirləndirilən şəxs5 orada idilər. Fərəh məni qoyub getdi. Vasif mənə dedi ki, Hüseyin Aygün xanımın borcunu qaytarmaq lazımdı, bu işi həll edək. Sonra çay içdik, yemək yedik, orada telefonumla dostlarıma, tanışlarıma zəng etmişəm ki, borcum var, köməklik edin, bu məsələni həll edək. Hardasa saat təxminən gecə 12-yə qədər orada oturduq. Sonra getdik Pirşağaya bağ evinə. Orada da mobil telefonlarım üzərimdə idi, mənə heç bir təzyiq olmayıb. Polisdə axtarışda olmuşam, ona görə də 2 gün Pirşağıda bağ evində qaldım. Evin qapı, pəncərəsi açıq idi, əlim ayağımda bağlı deyildi, istəsəm qaça bilərdim. Dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Siz Fərəh xanımla harada görüşdüz? İcra hakimiyyətinin qarşısında parkda görüşdük.” “O zəng etmişdi sizə? Bəli.” “Nə barədə danışdız? Ev barədə danışdıq, sorşdu ki, ev hardadı.” “Çay evinə nəyə görə getdiz? Dedik ki, gedək çay içək, orada ətraflı söhbət edək.” “Kim təklif etdi çay evinə getməyi? Fərəh xanım təklif etdi.” “Xanımın maşını ilə getdiz? Bəli” “Maşın hansı marka idi. “Priora” idi.” “Siz kabinetə girən kimi Fərəh getdi? 1-2 dəqiqə qaldı, getdi.” “Kim qaldı otaqda? Mən, Vasif, Elçin və Təqsirləndirilən şəxs5.” “Saat neçəyə kimi orada oldunuz? Hardasa təxmini axşam saat 11-12-nin yarsına kimi orada olduq.” “Sonra Pirşağıya getdiz onlarla birlikdə? Bəli.” “Pirşağıya nə ilə getdiz? Həmin “Priora” ilə getdik.” “Siz onları əvvəlcədən tanıyırdınız? Vasifi uzaqdan tanıyırdım, bir kənddən idik qohumluğumuz da çatırdı, o biriləri tanımırdım.” “Bəs nə yaxşı tanımadığınız adamlarla getdiz bağ evinə? Mən axtarışda idim, neçə gün idi evə getmirdim ona görə də onlarla getdim bağ evinə.” “Evə getməyəndə harda qalırdınız? Başqa-başqa yerlərdə qalırdım.” “Kim təklif etdi ki, gedək Pirşağıya? Vasif dedi ki, gedək məndə dedim ki, mən evə getmirəm, gedək başqa yerdə oturaq çölə çıxdıq sonrada getdik Pirşağıya.” “Kimin evi idi o? Bilmirəm kimin evi idi.” “Kim dedi ki, Pirşağıya gedək? Vasif dedi ki, gedək Pirşağıya bir yerdə oturaq yemək yeyək.” “Soruşmadınız kimin evidi bu? Xeyr” “Dost tanışa özünüz zəng etdiniz k, pul lazımdı? Bəli, özüm zəng etdim.” “Kimə zəng etdiniz? Rahib, Namiq var onlara zəng etdim.” “Polisə kim zəng etdi? Polisə oğlum bilməyərəkdən zəng vurub.” “Oğlunuz hardan bildi ki, sən Pirşağıdasan? Mən zəng vurdum dedim ki, evə gəlməyəcəm uşaqda elə bilb ki, başıma nə isə iş gəlib, qorxub ona görədə polisə zəng edib, yəni anaşılmazlıqdan olub.” “Şahid Namiq Həmidov ifadəsində deyib ki, sizin nömrədən ona başqa adam zəng edib axı, nə deyərsiz bu barədə? Mən özüm zəng vurmuşam, Namiqə demişəm ki, Aygünün pulunu qaytarmalıyam, köməklik elə, ev satılsın, pulu verim.” “İbtidai istintaqda ifadə vermisiniz ki, qaçırılmışam, məni döyüblər, oğluma zəng etdim ki, polis qohumumuz var ona zəng elə, xəbər ver, birinci instansiya məhkəməsində belə ifadə etmisiz. Amma indi ziddiyətli ifadə verirsiz bunu nə ilə izah edə bilərsiz? Birinci instansiya məhkəməsində mən elə izahat verməmişəm. İbtidai istintaqda mənə təzyiq ediblər.” “Sizin bədəninizdə həmin tarixə uyğun xəsarətlər müəyyən olunub o, barədə nə deyə bilərsiniz? Mənim bədənimdə xəsarətlər olmayıbdır. Onun hamısını polis yazıb.” “Cinayət işinin materiallarına telefon danışıqları barədə disk əlavə olunmuşdur. Orada sizin Vasifin, Aygün xanımın nömrələrinə zənginiz var bu barədə nə deyə bilərsiniz? Pul borcum olub ona görədə aramızda telefon danışıqları olub.” “Cinayət işinin materillarında disk var “APA” Tv-dən gəlib müsahibə alırlar sizdən. Sizdə həmin günü deyirsiniz ki, əlimi bağladılar apardılar, bu barədə nə deyə bilərsiniz? Xeyr mən jurnalist görməmişəm, müsahibə verməmişəm.” “Oğlunuz 8 sentyabrda 102 xidmətinə zəng vurub deyir ki, saat 21 radələrində naməlum şəxs ona zəng edərək atasının Aygün adlı şəxsə 25000 manat borcu olduğu üçün oğurlandığını və 30000 manat pul istənildiyini bildirmişdir. Hələ polis sizə təzyiq etməyib ki, elə ifadə vermisiniz bunu oğlunuz artıq telefonla deyibdi nə ilə izah edə bilərsiniz bunu? Anlaşılmazlıq olub, uşaqda qorxub zəng edib, elə deyib.” “Siz həmin gün oğlunuza neçə dəfə zəng etmisiniz? 2-ya 3 dəfə zəng etmişəm.” “Saat neçədə zəng etmisiniz? Dəqiq yadımda deyil.” Müdafiəçi12 suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Sizi ekspert müayinə edib? Xeyr.” “Müdafiəçi12lə sizin bir problemizin olub sizi döyüb, söyüb hər hansı bir təzyiq edibmi? Xeyr nə Şaiqlə nə də ki, digər uşaqlarla mənim heç bir problemim olmayıb. Onlar məni döyməyib, hər hansı bir fiziki zor tətbiq etməyiblər.” “Siz Müdafiəçi12 ilk dəfə nə vaxt və harda gördünüz? Pirşağıya bağ evinə gəlmişdi, orada gördüm ilk dəfə.” “Orada sizi Şaiq döyüb və onun yanında sizi kimsə döyüb? Xeyr.” Müdafiəçi1 suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “İttiham aktında belə bir məsələ var silah qismində tətbiq edilməklə və ya hər hansı rüsvayedici məlumatlar yayamaqla sizə qarşı zor tətbiq ediblər. Xeyr, elə bir şey olmayıb.” “Siz Təqsirləndirilən şəxs7 qohumusuz? Xeyr.” “Siz ev alğı-satqısı və təmiri ilə məşğul olmusunuz, Niyaməddin də usta olub. Hadisədən əvvəl Niyaməddin nə vaxtsa sizinlə əlaqə saxayıb görüşüb? Xeyr mən onu əvvəllər görməmişəm. Məhkəmədə görümüşəm ilk dəfə.” “Siz Pirşağıya kiminlə getdiz? Vasif, Elçin və Təqsirləndirilən şəxs5la getdim.” “Sizin barənizdə istintaq Xətai RPİdə gedib? Bəli.” Müdafiəçi19 suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Fərəh xanım sizə zəng edəndə özünü təqdim etdimi? Zəng etdi ki, nömrənizi Aygün xanım verdi, görüşək ev barədə danışaq.” “Hansısa bir ad dedimi sizə? Xeyr.” “Çay evində siz üç nəfərlə oturanda Fərəh sizinlə oturdumu? Xeyr, Fərəh xanım getdi.” Müdafiəçi E.Kərimovun suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Siz çay evində oturunda Vasifə demisiniz, siz axtarışdasınız? Bəli, demişəm. Kafedə Aygün xanımla bağlı söhbət olmayıb.” “Getdiyiniz evin şəraiti necə idi? Normal həyət idi, hər şəraiti var idi.” “Sizin əliniz-qolunuz bağlı idimi, telefonunuz üzərinizdə olubmu? Xeyr, əlim qolum bağlı deyildi, telefonlarımda üzərimdə olub, zəng də vurmuşam.” “Siz çay evində Aygün xanımı görmüsünüz? Xeyr.” “Bəs Bağ evində olduğunuz müddətdə Aygün xanım ora gəlib gedirdi? Xeyr.” “Borcla bağlı Aygün xanımla danışanda aranızda hər hansı bir mübahisə olub? Xeyr, heç bir mübahisə olmayıb.” Müdafiəçi6 suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Siz dediniz ki, ibtidai istintaqdaki ifadənizi Xətai rayon polis idarəsində təzyiq altında vermisiniz. Sonradan bu iş Bakı şəhər baş polis idarəsində araşdırılıbdı. Siz Bakı şəhər baş polis idarəsindəki ifadənizi bugünki ifadənizə uyğun vermisiniz, yoxsa Xətai rayon polis idarəsindəki ifadənizə? Bakı şəhər Baş polis idarəsindəki ifadəmə uyğun vermişəm.” “Üzləşdirmədə siz Fərəh xanımı tanıyıram demisiniz, yoxsa tanımıram? Tanımıram demişəm.” “Fərəh xanım sizin telefonunuzu əlinizdən alıb nə isə müdaxilə edib və ya nə isə silib? Xeyr elə şey olmayıb.” Müdafiəçi16 suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Siz Pirşağıda qalanda həmin şəxslər sizinlə birgə olub, yoxsa hərə öz işində olub? Hərə özü işində olub.” Sədrlik edənin suallarına cavab olaraq, Zərərçəkmiş şəxs bildirmişdir: “Fərəh xanım saat neçədə sizə zəng etdi? Saat təxminən 15-16 radələri olardı, zəng etdi mənə.” “Siz nə vaxt görüşdünüz Fərəh xanımla? Saat təxminən 17-18 radələri olardı görüşdük.” “Görüşəndən sonra çay evinə niyə getdiniz? Dedik ki, gedək orada oturaq sənədlərə baxaq və ətraflı danışaq ev barədə.” “Çay evində kim var idi? Vasif, Elçin, Təqsirləndirilən şəxs5 orada idilər.” “Çay evində nə etdiniz? Çay içdik, yemək yedik 2-3 saat orada oturduq, sonra getdik Pirşağıya bağ evinə.” “İçki içdiniz orada? Xeyr içmədik.” “Bağa niyə getdiniz? Mən axtarışda idim, dedim ki, evə getmirəm başqa yerə gedək.” “Hansı maddə ilə axtarışda idiniz? CM-in 178.3.2-ci və 308-ci maddələri ilə axtarışda idim.” “Bəs Fərəh xanımla danışanda demədiniz birdən polis olar? O barədə fikirləşmədim heç.” “Siz telefonla dostunuza və oğlunuza nəyə görə zəng vurmuşduz? Ona görə zəng vurmuşdum ki, ev satılsın borcumu verim.” “Saat neçədə zəng etdiniz?. Hardasa axşam 9-10 radələri olardı zəng etdim.” “İfadənizdə dediniz ki, sizə təzyiqlər ediblər, kim edibdi sizə təzyiq? Polis təzyiq edib. Başqa işlə bağlı axtarışda idim, ona görə də mənə təzyiq ediblər ki, onlar deyəni yazım.” “İstintaqda zərərçəkmiş şəxs kimi dindiriləndə nə ifadə verimisiniz? Dəqiq xatırlamıram nə ifadə vermişəm. Amma o ifadə ilə razılaşmıram.” “Yəni o ifadəni siz verməmisiniz? Xeyr, o ifadəni mən verməmişəm, müstəntiq yazıb.” “Şikayət etdinizmi bu barədə harasa? Xeyr heç hara şikayət etməmişəm.” Hakim E.Rəhimovun suallarına cavab olaraq, Zərərçəkmiş şəxs bildirmişdir: “İstintaqda neçə dəfə ifadə vermisiniz bu işlə bağlı? Bir dəfə ifadə vermişəm.” “Üzləşdərimədə, ifadələrin verilməsində sizə kimsə təzyiq göstərib? Bəli, polis təzyiq edirdi ki, belə bir ifadə verməsən sənə problem yaranacaq, ona görə də imza etdim.” “Belə çıxır ki, siz yalandan ifadə verimisiniz? Xeyr, mən yalan ifadə verməmişəm, müstəntiq elə yazıb.” Hakim E.Mehdiyevin suallarına cavab olaraq, Zərərçəkmiş şəxs bildirmişdir: “İmza etmisiniz onu necə izah edə bilərsiniz? Bəli, etmişəm amma polisin təzyiqi altında imza etmişəm.” “Təzyiq nədə ifadə olunurdu, sizə ne etdilər? Mənə dedilər ki, biz deyəni yazmasan problem olacaq.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir: bu iş əvvəlcədən qurma bir işdi. Mənim iki evim var idi. Hüseyinin əli ilə almışdım. Mənə istintaqın ilk günlərində polisdən təklif gəldi ki, evləri ver bizə bu işi bağlayaq, ya da tövsif edək CM-nin 322-ci maddəsinə. Məndən Xətai RPİ-də 50000 manat pul aldılar ki, bu işi bağlayaq, amma aldatdılar. Yeddi ay heç bir istintaq hərkətləri aparılmadı, heç bir üzləşmə olmadı. Mən bu insanları tanımamışam. Xəlil adlı müstəntiq mənə dedi ki, 2 evi və yüz min manat pul gətir bu işi bağlayaq mən də dedim ki, heç nə vermirəm. 7 aydan sonra iş Bakı şəhər BPİ-nə verildi və orada mənə qarşı daha da təzyiqlər oldu və mənə CM-nin 182-ci maddəsi ilə də ittiham verildi. 9 aydan sonra iş müstəntiq Həbib müəllimə verlidi. O, bağa baxış keçirdi orada əsanı gördü soruşdu ki, bu nədi dedim anamındı. Sonra təcridxanada məni Hüseynlə üzləşdirdilər, orada Hüseyn mənim üzümə durdu ki, məni döyüblər əsayla, yəni Hüseyni öyrətmişdilər. Yaxın tanışım var Könül adlı xanım, Niyaməddinin həyat yoldaşıdı, onunla söhbət edəndə dedim ki, bir nəfər var, adı Hüseyindi 25000 manat borcu var mənə, Könül də dedi ki, Niyaməddinə deyərəm söhbət edər. Niyaməddinin də Vasif adlı tanışı var ona deyib ki, Hüseyinlə görüşüb söhbət etsinlər. Vasif Hüseyinlə görüşüblər, elə olub ki, qohum, yerli çıxıblar. Mənə zəng etdilər ki, gedib hardasa oturub bir yerdə söhbət etmək istiyirlər. Mən də bağda idim. Dedilər ki, gəlsinlər bağa, söhbət etsinlər, mən də dedim ki, gəlsinlər, açarı verdim onlara, getdilər Pirşağıya bağa, sonrasından xəbərim olmayıb. Bunların heç birini tanımıram, görməmişəm, hamısını polisdə görmüşəm. Mən bir rəfiqəm Könülü tanıyıram. Dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Siz borcla bağlı ancaq Könülə demişdiniz? Bəli.” “Siz Niyaməddinlə görüşdüz? Xeyr, mən Niyaməddini görməmişəm. Telefonla danışdıq, Niyaməddinlə dedim ki, belə bir iş var o da dedi ki, mənim bir dostum var adı Vasifdi, o da Vedidəndi, həmyerlidi Hüseyin ilə deyərəm, o söhbət edər.” “Siz Vasifi tanıyırdınız, onunla telefonla danışmısınız? Xeyr.” “Niyaməddin avqustun 29 mesaj yazır Vasifin nömrəsini atır sizə nəyə görə yazır sizə Vasifin nömrəsini? Dedi ki, səndə olsun nömrə, birdən lazım olar.” “Hardan bilirdilər ki, sizın bağınız var? Mən Könüllə yaxın idim, bizim bağa gəlib gedirdilər, o bilirdi.” “Sizə kim təkilf etdiki sizin bağa getsinlər? Könül dedi ki, getsinlər bağa söhbət etsinlər.” “Harada verdiniz açarları? Xırdalanda.” “Bağın yerini hardan bildilər? Xırdalanda açarı verdim, sonrada aparıb bağın yerini göstərdim.” “Hüseyin maşında idi həmin vaxt? Mən heç kimi görmədim.” “Nə maşın idi sizi müşayət edən? Mən bilmədim, nə maşın idi.” Müdafiəçi6 sualına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Zərərçkmiş ifadəsində dedi ki, Fərəhlə danışarsız ev barədə, siz ümumiyyətlə Fərəhi tanıyırdınızmı? Xeyr tanımırdım.” Müdafiəçi16 sualına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Burada verdiyiniz ifadə ilə ibtidai istintaqda verdiyiniz ifadə eynidir? Xətai Ryon polis şöbsəndə olanda ifadə verməmişəm, nəyə deyiblər ona imza etmişəm. İş Bakı şəhər Baş Polis idarəsinə olanda isə müstəntiq mənə bir neçə sual verib. Birdə məlum oldu ki, işi məhkəməyə göndərib.” Sədrlik edənin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs1 bildirmişdir: “İstintaq vaxtı sizə olan təzyiqlərlə bağlı harasa müraciət etmisiniz? Bəli etmişəm.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs6 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir: Heç kimin telefonunu alıb heç nə silməmişəm. Vasif mənim məşq yoldaşımdır, ondan başqa heç kimi tanımıram. Çay içməyimizin səbəbi də o idi ki, biz məşqdən sonra hər zaman çay içirdik. Ona görə də çay evində idik. Bayaq Hüseyin dedi ki mən evə görə zəng etmişdim, mən zəng etməmişdim, Vasifin telefonununun enerjisi bitmişdi, ona görə də mənim telefonumdan zəng etmək istədi, mən də telefonu verdim. Sonra mənə dedi ki, bir nəfər var, get maşınla onu götür, gətir bura. Bu söhbətdən mənim xəbərim olmayıb, ilkin və son ifadəmidə təsdiq edirəm. Dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs6 bildirmişdir: “Zərərçəkmiş şəxsi siz aparmısınız çay evinə? Zərərçəkmiş zəng etdi, mənim telefonuma Vasiflə danışdı ki, İcra Hakimiyyətinin qarşısındayam gəlin məni götürün. Mənim maşınım da avtoyumada idi. Vasif mənə dedi ki, get Hüseyini gətir başqa maşınla, o maşın da kimin idi bilmirəm. “Priora” markalı maşın idi. Mən Hüseyinlə telefonla danışdım, o dedi ki, əyinimdə filan palto var. İcra hakimiyyəti ilə üzbəüz dayanacaq var, onun əks istiqamətində dayanmışdı. Getdim Hüseyini götürdüm çay evinə gətirdim. Mən olan müddətdə orada məndən Hüseyindən və Vasifdən başqa heç kim olmayıb, mən heç kimi görməmişəm. Çay evinə gətirdikdən sonra açarı verdim Vasifə, Hüseyin maşından düşdü, əl verib Vasiflə görüşdü, sonra qalxdıq çay evinə otağa, mən bir stəkan çay içdim, sonra getdim. Mən orada bir söz eşitdim, Vasif Hüseyinə dedi ki, xanım səni polisə verəcək, pulunu qaytar, bunu ifadəmdə qeyd etmişəm.” “Hüseyn nəyə görə deyir ki, Fərəh mənə zəng etdi ki, Aygün deyib ev baxmaq istəyirəm? Mən Aygün xanımla bir dəfədə danışmamışam, danışıqları çıxarda da bilərsiniz. Mən xanımı tanımıram, danımamışam da.” “Yəni deyirsiniz ki, Hüseyinin ifadəsi yanlışdı? Bəli yanlışdı.” “Polisdə sizə təzyiq olunud? Bəli.” “Hansı formada olub təzyiq? Mənə deyirdilər ki, sənin saçını qırxacayıq, səni tutacayıq.” “İstintaqda verdiyiniz ifadəni sizə polis yazıdırıb, yoxsa özünüz vermisiniz? Bilmirəm axı hansı ifadədi neçə dəfə ifadə dəyişiblər.” “Vasif sizə deyib ki, Hüseyinə zəng edin? Xeyir, Vasif özü mənim telefonumla Hüseyinə zəng edib.” “Belə çıxır ki, ilkin ifadəniz səhvdi, polis yazıdırıb? İndi verdiyim ifadə düzdü.” “Polis sizə nə deyirdi ki, yaz? Mənə deyirdi ki, yaz ki, oradan sənə pul çatacaq mən yazmadım. Mənim o işdən xəbərim yox idi.” “Sizin ifadənizdə belə bir şey yoxdu? Polis mənə deyirdi yaz məndə yazmadım.” Müdafiəçi12 sualına cavab olaraq Təqsirləndirilən şəxs6 bildirmişdir: “Hüseyinin ifadəsi tamamilə yanlışdı yoxsa ancaq o hissədə? Ancaq mənə aid olan hissədə yalandı.” “Siz istintaqda bu cür ifadə vermisiniz, yoxsa fərqli ifadə vermisiniz? Bu cür ifadə vermişəm.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir: Niyaməddin mənə zəng etdi ki, bir tanış xanım var, Aygün xanım, ona Hüseyin adlı bir nəfərin borcu var, həm yerlindi nömrəsini verim onunla danış söhbət et. Mən də Fərəhlə çay içirdim, telefonumun enerjisi yox idi, Fərəhə dedim ki, ona zəng et hardadısa get gətir. Fərəh də zəng etdi Hüseyinə, sonra gedib onu gətirdi və biz keçdik içəri, Fərəh bir stəkan çay içib getdi. Hüseyinlə qohumluğumuz çıxdı, dedim ki, yaxşı deyil xanımın borcunu qaytar, yoxsa səni polisə verəcək. Hüseyinin özünü də polis axtarırdı. Xətai rayon polis idarəsində bizi döydülər, nəyə imza etdik, nə demişdik, bilmirəm. Aygün xanımdan pul almaq üçün bizdən istifadə etdilər. Hüseyin dedi ki, axtarışdayam məni də aparın özünüzlə mən də kirayə qalıram, evə apara bilməzdim. Aygün xanımdan xahiş etdim, o da dedi ki, gedin bağa orda rahat qalın. Orada onun əl qolu bağlı olmayıb, ona təzyiq olmayıb, telefonları özündə olub, qapı pəncərə də açıq olub. Dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Siz dediniz ki, Hüseyinlə təklikdə söhbət etdiniz? Bəli, əvvəl tək söhbət etdik, Elçinlə, Təqsirləndirilən şəxs5 orada yox idilər.” “Bağa dörd nəfər getdiniz? Bəli, mən, Hüseyin, Təqsirləndirilən şəxs5 və Elçin getdik.” “Bağa getməyi kim təklif etdi? Hüseyin dedi ki, axtarışdayam evə gedə bilmirəm, mən də sizinlə gedim, mən də Aygün xanımdan xahiş etdim ki, qonaq gəlib, boş ev varsa gedək qalaq, o, da dedi ki, Pirşağıda bağ evim var, gedin orada qalın.” “Bəs Aygün xanım dedi ki, mən Vasifi tanımıram onunla danışmamışam, mən Könüllə danışmışam, bu barədə nə deyə bilərsən? Mən əvvəldən Aygün xanımı tanımamışam, sonradan tanımışam.” “Bilirdin Aygün xanımın bağ evi var? Xeyr, bilmirdim Aygün xanıma dedim ki, qalmağa ev lazımdı, o, da dedi ki, bağ evim var, gedin orada qalın.” “Hüseyin saat neçədə gəldi çay evinə? Saat 17-18 radələri olardı gəldi.” “Fərəh gətirdi, sonra çıxdı getdi? Bəli, Fərərh Hüseyni gətirdi, ayaqüstü çay içdi, sonra getdi.” “Siz yuxarıda otaqda idiniz Hüseyin gələndə? Xeyir, aşağıda idim, Hüseyn gəldi görüşdük, sonra qalxdıq yuxarı otağa.” “Bəs Şaiq hardan gəldi bağ evinə? Mən həmin vaxt orada yox idim uşaq xəstələnmişdi evə getmişdim, uşaqlar yemək istəyiblər, zəng ediblər Şaiqə o, da yemək gətiribdi.” “Sən evə gedəndə kim qaldı bağ evində? Elçinlə, Təqsirləndirilən şəxs5 qaldı.” “Elçinin maşını var idi, niyə gedib yemək almırdı? Həmin vaxtı Elçin orada olmayıb işə gedib.” “Saat 23:30-dan sonra Hüseyinin telefonundan onun oğluna, Namiqə, Rahibə zəng olunub ki, mənə pul lazımdı bu barədə nə deyə bilərsiniz? Hüseyinin telefonu özündə olub. Danışandan sonra mənə dedi ki, oğlumla danış mənə inanmırlar məndə danışdım.” “Hüseyin özü telefonu verdi ki, danış? Bəli.” Müdafiəçi12 zərərçəkmiş şəxsə çarpaz sualına cavab olaraq bildirmişdir: “Doğru deyir Vasif? Bəli.” Sədrlik edənin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs2 bildirmişdir: “Bəs belə qonaqpərvəlikdən sonra niyə Hüseyin sizdən şikayət edib? Yəqin onada təzyiqlər ediblər, ona görə şikayət edib. Aygün xanımla Prokurorluğun arasında olan problem bizim başımızda çatladı.” “Hüseyinin bədənində xəsarətlər var idi, o hardan yaranıb? Bilmirəm, biz ona heç bir xəsarət yetirməmişik.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir: Uşaqlar zəng etdilər ki, bağa yemək gətir mən də apardım, oturub yeyibiçdik, sonrada polislər gəldilər, bizi tutub apardılar. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir: “Bağa neçə dəfə getmişdiniz? Bir dəfə.” “Sizi kim çağırmışdı bağa? Elçin çağırmışdı.” “Haradan almışdınız yeməyi? Mağazadan almışdım.” “Özləri niyə getmirdilər yemək almağa? Bilmirəm.” “Siz əvvəllər o bağda olmuşdunuz? Xeyr.” “Bəs necə getdiniz ora? Telefonla danışanda ünvanı dedi.” “Soruşmadın bu bağ kimindi, niyə qalırsınız burada? Xeyr, soruşmadım.” “Siz bağa gedəndə bağda kim var idi? Təqsirləndirilən şəxs5la Hüseyin orada idilər.” “Elçin orada yox idi? Xeyr.” “Hüseyin ne edirdi bağda? Heç nə oturdu bizimlə yemək yedi.” “Sizə demədi ki, məni oğurlayıb burada saxlayıblar. Xeyr, heç nə demədi.” Müdafiəçi12 suallarına cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir: “Sizin yanınızda kimsə Hüseyni döyüb, təhqir edib? Xeyr, elə bir şey olmayıb.” “Siz Hüseyini vurmusnuz, döymüsünüz? Xeyr.” “Hüseynlə şəkil və ya video çəkmisiniz? Bəli, şəkil çəkdirmişik.” “Kim çəkdi şəkli? Mən çəkdim.” “Haradadı o şəkil indi? Telefondadır.” Müdafiəçi19 suallarına cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir: “Neçə yaşınız var? 35 yaşım var.” “Əvvəllər məhkum olunmusunuz? Xeyr.” “Harada işləmisiniz? “Sirab” firmasında sürücü işləyirdim.” “Təhsiliniz necədi? Orta təhsilliyəm.” “Sizə həmin günü təxminən saat neçədə zəng olundu? Saat təxminən yadımda deyil, günortaya yaxın idi.” “Zəng edib sizə nə dedilər və kim zəng etdi sizə? Elçin zəng etdi dedi ki, bağdayıq yemək gətir.” “Elçini əvvəllər tanıyırdız? Bəli.” “Bəs başqalarını tanıyırdız? Təqsirləndirilən şəxs5la, Elçini tanıyırdım Vasiflə Niyaməddini tanımırdım.” “Fərəhi tanıyırdız? Xeyr.” “Siz bağa gələndən polis təxminən nə qədər vaxt sonra gəldi? Təxminən 1 saat sonra gəldi polis.” “Siz ora gələnə qədər adam oğurluğu və ya bağa adam gətirəcəklər bu barədə nəsə bir söhbət olubmu aranızda Elçinlə və ya digərləri ilə? Xeyr, mən bağa gələndə Hüseyin orada idi.” “Kiminləsə söhbətiniz olubdu ki, adam oğurlamısınız siz ora yemək gətərəcəksiniz buna görə sizə pul ödənəcək və ya təşəkkür ediləcək? Xeyr.” “Siz orada olanda Hüseyin sizə dedimi ki, onu oğurlayıblar ondan pul tələb edirlər? Xeyr.” “Həmin vaxt orada kim var idi? Mən, Təqsirləndirilən şəxs5 və Hüseyin.” “Hüseyin və ya Təqsirləndirilən şəxs5 dedilərmi ki, bizim burada maddi marağımız olacaq səninlə bölüşəcəyik? Xeyr.” “Zərərçəkmiş şəxsin özü, onun ailəsi və ya yaxınları tərəfindən sizdən pul istənilibdi, sizin xeyirinizə ifadə vermək üçün? Xeyr.” Müdafiəçi17 suallarına cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir: “Siz bağda olan müddətdə Hüseyinin telefonu özündə idi? Bəli, stolun üstündə idi sərəbəst istifadə edirdi.” “Kiminləsə danışıb həmin vaxt? Mən özüm danmışmışam, başqa kim danışıb yadımda deyil.” Müdafiəçi16 suallarına cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir: “Siz bağda gələndə Elçin harada idi? İşdə idi.” Sədrlik edənin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs4 bildirmişdir: “Təqsirləndirilən şəxslərdən kimləri tanıyırsız? Elçinlə, Təqsirləndirilən şəxs5ı tanıyıram, o biriləri tanımıram.” “Sizə kim zəng vurdu? Elçin zəng vurdu.” “Zəng vurub sizə nə dedi? Dedi ki, uşaqlar bağdadılar mən işdəyəm, onlara yemək apar.” “Siz bağa gedəndə Hüseyin də orada idi Təqsirləndirilən şəxs5 soruşmadınız ki, bu kimdi? Soruşdum dedi ki, Vasifin yerlisidi yaxın adamdı.” “Nə qədər vaxt oldunuz bağda? 1 saat saat yarım oldum bağda.” “Siz bu hadisə ilə bağlı sosial şəbəkədə yayılan video görüntü ilə tanışsınız? Xeyr.” “Nəyə görə zərərçəkmiş şəxs polis ora gələndə sizin əleyhinizə ifadə verib nə ilə izah edərsiniz bunu? Bilmirəm, niyə elə deyibdi.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir: onu oğurlamaq niyyətimiz olmayıb, ifadə vermək istəmirəm. Dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir: “Siz orada olmusunuz? Təqsirləndirilən şəxs5la mən tez-tez Vasiflə görüşürdük çay evində. Həmin gün də yenə Təqsirləndirilən şəxs5la mən gəlmişdik, Vasiflə görüşməyə, həmin vaxt da Hüseyin də gəlib ora, nə üçün gəldiyini bilməmişik, Vasiflə nəsə borc barədə söhbət edirdi.” “Hüseyini çay evinə kim gətirdi? Xəbərim yoxdu, bilmirəm.” “Hüseyinlə Vasif yuxarı kabinetə qalxdıqdan sonra siz getdiniz kabinetə? Bəli.” “Özünüz qalxdınız kabinetə, yoxsa Vasif çağırdı sizi? Özümüz qalxdıq.” “Nə barədə danışırdılar? Aygün xanıma Hüseyinin borcu olub onu qaytarmaq barədə danışırdılar.” ““Priora” markalı maşın sənin idi? Bəli.” “Fərəh xanıma sən verdin açarı getsin Hüseyini gətirsin? Xeyr, mən verməmişəm.” “Açar kimdə idi, həmin vaxt? Stolun üstündə idi.” “Sizin xəbəriniz olmayıb maşını götürüblər? Xəbərim olub, Vasif dedi ki, maşın lazımdı, açarı götürdü.” “Siz getdiniz Pirşağıya? Bəli, maşını mən sürürdüm.” “Neçə gün qaldınız orada? Dəqiq yadımda deyil, mən 1 gecə qaldım, səhərisi gün getdim işə.” “Necə oldu ki, bağa getmək qərarına gəldiniz? Hüseyin özü dedi ki, axtarışdayam, evə gedə bilmirəm sizinlə getmək istəyirəm.” “Siz bilirdiniz Aygün xanımın bağı var Pirşağıda? Xeyr, bilmirdim.” “Bəs kim dedi ki, Aygünün bağı var ora gedək? Bilmirəm kim nə danışıb nəyi danışıb gedəndə görmüşəm ki, bu bağa gəlmişik.” “Kim bağın yolunu göstərdi sizə? Yadımda qalmayıb kim göstərdi yolu.” “Bağda Hüseyini, harada və necə saxlayırdınız? Bizimlə sərbəst evdə oturmuşdu.” “Şaiq necə tapdı evin yolunu? Mən zəng edib izah etdim.” “Siz bağa gedəndə evin qapısı açıq idi, yoxsa açarı haradansa götürdünüz? Açarı Vasif götürmüşdü.” “Haradan götürmüşdü açarı Vasif? Bilmirəm.” Müdafiəçi19 sualına cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir: “Çay evində Vasiflə Hüseyin nə barədə söhbət edirdilər? Pul məsələsi idi Aygün xanımın borcunu qaytarmaq barədə danışırdılar.” “Sizin Hüseyinlə söhbət etməkdə məqsədiniz nə idi? Aygün xanımın borcunu qaytarmaq.” “Sizin Aygün xanımdan borcu qaytaramaq qarşılığında hər hansı bir təmannanız olub? Xeyr.” “Təqsirləndirilən şəxs6 tanıyırsan, haradasa görümsünüz, həmin bu proseslər dövründə görmüsünüz? Xeyr.” Müdafiəçi1 sualına cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir: “Vasiflə Hüseyin pul barəsində danışanda Vasif Hüseyinə nəsə hədə qorxu gəlirdi, təzyiq edirdi? Xeyr.” Sədrlik edənin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs3 bildirmişdir: “Siz deyirsiniz ki, Fərəhi tanımırdım, bəs maşını niyə verirdiniz getsin Hüseyini gətirsin? Mən verməmişəm maşını, Vasif açarı götürb verdi Fərəhə getsin Hüseyini gətirsin.” “Bəs Vasifdən soruşmadın maşını kimə verirsən, nəyə görə verirsən kimi gətirəcək? Xeyr, soruşmadım.” “Bağa gəldiniz nə baş verdi orada, neynədiniz? Gəldik bağa oradan-buradan söhbet etdik, sonra yatdıq sabah mən getdim işə. Sonra Şaiqə zəng etdim ki, yemək aparsın bağa.” “Bəs Hüseyin niyə getmədi? Bilmirəm demişdi axtarışdayam ona görə getmədi yəqinki.” “Hüseyinə qarşı hər hansı bir təsir, təzyiq və hədə olub? Xeyr.” “Polislər gəldikdən sonra Hüseyn deyib ki, məni oğurlayıblar, mənə təzyiq ediblər hədə qorxu gəlibdlər bunu necə izah edə bilərsiniz? Onun öz fikridi, bimirəm nəyə görə elə deyibdi.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir: Elçinlə zalda məşq edirdik. Elçin dedi ki, işə getməliyəm işim var oradan gedib Vasiflə görüşəcəm istəyirsən mənimlə gedək. Getdik Elçinin iş yerinə, Elçin içəri girib işini gördü çıxdı, sonra Vasifə zəng etdik dedi ki, “Krevetka” çay evindəyəm, istəyirsiniz gəlin ora. Bizdə getdik həmin çay evinə Vasif düşdü aşağı görüşdük, Vasif dedi ki, bir nəfər var, gələcək, gəlsin onunla bir az işim var, siz oturarsınız kənarda, işimi qutarıb gələcəm sizin yanınıza. Biz oturduq aşağıda Vasif Hüseyinlə yuxarı otağa qalxdı, birazdan sonra bizə dedi ki, sizdə gəlin bura. Biz keçdik otağa bizi Hüseyinlə tanış etdi, dedi ki, tanışımdı, yerlimdi bir xanım var, ona borcu var o barədə danışırıq ki, onu qaytarmaq lazımdı. Gecə saat 12-01-ə kimi orada olduq, sonra dedik hara gedək, qərara gəldik ki, bağa gedək sabah hərə öz işinə gedər. Gəldik bağa yemək yedik söhbət etdik sonra hərə keçdi bir otağa yatdıq. Səhər açıldı birinci Vasif getdi, sonra Elçin getdi, mənlə Hüseyin qaldıq evdə. Elçin zəng edib dedi ki, Şaiq gəlir yemək gətirəcək. Şaiq gəldi oturub yemək yedik, biraz keçmişdi polislər gəldilər bizi tutub apardılar. Xətai rayon polis idarəsinə. Polis idarəsində Hüseyin dəyişdi bizə qarşı ifadələr verdi bunun məqsədi o idi ki, Aygün xanıma olan borcunu sildirmək və ya bizdən nəsə pul almaq olub. Bağda Hüseyinə qarşı hər hansı bir kobudluq, təzyiq, hədə qorxu olmayıbdır. Dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs5 bildirmişdir: “Siz niyə bağa getdiniz ki, sizin də qalmağa yeriniz yox idi? Dostlarım getdi, ona görə mən də getdim onlarla bağda qalmağa, həmdəki Pirşağıdan Sumqayıt yaxın idi, dedim gedim qalıb sabah da gedərəm Sumqayıta.” “Saat neçə idi, siz bağa çatanda? Gecə 2-nin yarısı olardı.” “Necə getdiniz bağa, yolu necə tapdınız, açarı neçə götürdünüz, kimdən götürdünüz? Açar bilmirəm necə götürülüb, kimdən götürülüb. Bağın yolunda uşaqlar bilirdilər də, yəqin ki, kimsə deyibdi xəbərim yoxdu. Çoxdan olub hadisə yadımdan çıxıb.” “Şaiqi bağa nəyə görə çağırmışdınız? Pulumuz yox idi zəng etdik yemək gətirdi.” “Maşın Elçinin idi niyə gedib yemək almırdı? Elçinin də pulu yox idi.” “Pulunuz olsa idi özünüz yemək alacaqdınız? Bəli.” Müdafiəçi19 sualına cavab olaraq Təqsirləndirilən şəxs5 bildirmişdir: “İbtidai istintaqda neçə dəfə dindiriblər sizi? 1 dəfə o da üzləşdirmə vaxtı olub.” “İbtidai istintaq zamanı sizə hər hansı bir təzyiq olub, xəsarətlər yetirblərmi? Bəli, olub, bizi döyüblər.” “Nə deyirdilər sizə? Özləri komputerdə yazıb gətirirdilər, oxumadan bizə deyirdilər ki, imzalayın, bizdə imzaladıq.” “Siz ifadələrinizdə demisiniz ki, sizə Hüseyini apardığınıza görə pul verilməliydi belə bir şey olub? Xeyr, elə bir şey deməmişəm, bizi döyüb imza etdiriblər.” “Siz orada Fərəhi görmüsünüz? Xeyr.” “Sizin aranızda belə bir söhbət olub ki, Hüseyini oğurlayandan sonra kimə nə qədər pul çatacaq? Xeyr, elə bir söhbət olmayıbdır.” “Fərəhin belə bir söhbətdə iştirakı olub? Mən ümumiyyətlə Fərəhi tanımamışam.” Müdafiəçi6 sualına cavab olaraq Təqsirləndirilən şəxs5 bildirmişdir: “Siz müəllim işləmisiniz aylıq təxminən nə qədər olurdu? Fərqli olurdu aylıq 1 uşaq 40 manat dövlətdən maaşda alırdım.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs7 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir: Aygün xanımı mən tanıyıram, mən ustayam mənə təmirlə bağlı işlər verirdi. Aygün xanım mənə zəng vurdu ki, 25000 manat alacağım var evdən heç kimin xəbəri yoxdu. Kömək et o pulu alım məndə dedim ki, mənim işlərim var vaxtım yoxdu. Bir neçə dəfə zəng vurdu, evə də zəng vururdu, mən də dedim ki, mənim vaxtım yoxdu amma bir dostum var adı Vasifdi ona deyərəm kömək edər sizə. Vasifə dedim o da, dedi ki gedə bilirsənsə özün get gedə bilmirsənsə, mənə niyə deyirsən, mən də dedim ki, iş var gedə bilirəm qadındı kömək edə bilərsən? Vasifə dedi ki, nömrəmi ver o, xanıma mən də Vasifin nömrəsini verdim, Aygün xanıma. Sonra bunlar çay evində oturanda övladımın ad günü olub məndə orada olmuşam sonra da evə gəlmişəm. Dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs7 bildirmişdir: “Siz Vasiflə bu barədə nəsə danışdınız, yoxsa ancaq Vasifin nömrəsini Aygünə verdiniz onlar özləri danışdılar? Mən Vasifə dedim ki, bir nəfər var Ermənistanlıdır, Aygün xanıma borcu var 25000 manat köməklik edib onu qaytarmaq lazımdı, qalan danışıqları Aygün xanımla Vasif özləri ediblər.” “Sizin marağınız nə idi Vasifi bu işə cəlb etməkdə? Heç bir marağım yox idi.” “Siz özünüz niyə gedib söhbət etmədiniz Hüseynlə? İşim var idi, vaxtım yox idi.” Müdafiəçi13 sualına cavab olaraq Təqsirləndirilən şəxs7 bildirmişdir: “Siz nə məqsədlə Vasifin nömrəsini Aygün xanıma verdiniz? Borcu qaytarmaq məqsədi ilə başqa niyyətim olmayıb.” Müdafiəçi19 sualına cavab olaraq Təqsirləndirilən şəxs7 bildirmişdir: “Sizin həyat yoldaşınız bu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub? Bəli.” Sədrlik edənin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs7 bildirmişdir: “Siz həmin vaxt “Krevetka” çay evinin ətrafında olmusunuz? Yaxınlığında keçmişəm, Vasiflə söhbət etmişəm 1-2 dəqiqə Vasif dedi ki, Hüseyin gələcək özün də burda ol, mən də dedim ki, mənim işim var, uşağın ad günüdü, gələ bilməyəcəm.” “Eviniz harada yerləşir? Bakıxanov qəsəbəsində.” “Çay evi ilə eviniz arasında nə qədər məsafə olar? Piyada gedibgəlmək təxminən 15-20 dəqiqəlik məsafə olar.” “Yəni deyirsiniz ki, sizin bu işlə heç bir əlaqəniz olmayıb? Xeyr, bağda olmamışam, demişəm ki, məni Hüseyinlə üzləşdirin, üzləşdirməyiblər, məni döyüblər, özləri yazıblar məcbur ediblər, imzalamışam.” “Siz tortu evə apardıqdan sonra Vasif sizə zəng vurdu? Xeyr.” “Bəs Aygün sizə zəng vurdu həmin günü? Axşam Aygün zəng vurdu mənə.” “Nə dedi? Soruşdu ki, uşaqlarla görüşdün dedim ki, yox işim var mən restorandayam.” “Sizə pul çatacaqdı bu işdən? Xeyr.” Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç bir cinayət törətməməklə Zərərçəkmiş şəxs qarşı hər hansı qanunsuz hərəkət etməmiş, sonuncuya hədə-qorxu gəlməmişdir. Onun Hüseynə verdiyi borcu qaytarmaqdan ötrü sonuncunun razılığı ilə görüşmüş, lakin Hüseyni zorla saxlamamışlar, sonuncunun çıxıb getməsi üçün imkanı olmuşdur. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs7 tərəfindən cinayət törətməyə təhrik olunmamış, Zərərçəkmiş şəxs qarşı hər hansı qanunsuz hərəkət etməmiş, habelə sonuncudan hədə-qorxu ilə pul tələb etməməklə başqaları ilə əlbir olmamış, Təqsirləndirilən şəxs1 Hüseynə verdiyi borcu qaytarmaqdan ötrü sonuncu ilə görüşüb Hüseyni zorla saxlamamışlar, sonuncunun çıxıb getməsi üçün şərait olmuşdur. O, Hüseyni döyməmişdir. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 onlara Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməməklə Təqsirləndirilən şəxs2 ilə eyni məzmunlu ifadələr verib hazırda zərər çəkmiş şəxslə barışıq əldə etdiklərini bildirdilər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək hadisə tarixlərində tanışı Təqsirləndirilən şəxs5 tapşırığı ilə Təqsirləndirilən şəxs1 bağına iki dəfə yemək gətirmişdir. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs6 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, o, zəng edib Kamalə adı ilə Zərərçəkmiş şəxs özünü təqdim etməmiş, sadəcə olaraq onunla bir idman zalında məşq edən Təqsirləndirilən şəxs2 danışıq konturu olmadığından sonuncu onun icazəsi ilə mobil telefonundan istifadə etməklə Hüseynə görüş yeri təyin etdiyi kafeyə sonuncunu Vasifin xahişi ilə Təqsirləndirilən şəxs3 məxsus, özünün idarə etdiyi «Priora» avtomobili ilə aparmışdır. O, heç bir cinayət törətməyib özünü başqa adla təqdim etməmiş, istintaqın sonunadək işə şahid qismində cəlb edilmiş, hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs7 ona Azərbaycan Respublikasının CM-nin 32.4., 144.2.3.-cü, 32.4., 144.2.4.-cü, 32.4., 144.2.5.-ci, 32.4., 144.2.6.-cı, 32.4., 182.2.1.-ci, 32.4., 182.2.3.-cü və 32.4., 182.2.4.-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun hadisə ilə heç bir əlaqəsi olmamaqla o, heç bir cinayət törətməyib təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 qiyabi, yaxından yalnız Təqsirləndirilən şəxs2 tanıyır, sonuncunu və digərləri cinayət törətməyə təhrik etməmiş, hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı həyəcanlı olduğundan verdiyi ifadəni hazırda təsdiq etmir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ondan Təqsirləndirilən şəxs1 borclu olduğu 25.000 manatı qaytarmasını tələb etdiklərindən buna görə Vasif, Təqsirləndirilən şəxs5 və Elçinlə oturaraq söhbətləşmişlər. Həmin vaxt telefon əlaqəsi saxladığı övladı Şahid3 onu səhv başa düşüb 102 xidmətinə zəng vurmaqla yanlış məlumat vermiş, bir saat içərisində yenidən zəng edərək anlaşılmazlıq baş verdiyini, şikayətlərinin və tələblərinin olmadığını bildirmiş, ona sonuncular tərəfindən heç bir zor və ya təzyiq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs7 görməmişdir. Təqsirləndirilən şəxslərin hamısı ilə barışmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində baş əməliyyat müvəkkili işləmiş Şahid4 ifadəsində göstərdi ki, 2019-cu il sentyabrın 09-da idarəyə Şahid3 tərəfindən daxil olan atası Zərərçəkmiş şəxs Aygün adlı şəxsə 25.000 manat borclu olduğu üçün sonuncunun sifarişi əsasında qaçırılması, atasının istifadəsindəki nömrədən ona zəng edilərək ümumilikdə 30.000 manat pulun qaytarılmayacağı təqdirdə Zərərçəkmiş şəxs girov saxlanılacağı barədə məlumatın yoxlanılması məqsədi ilə polis idarəsinin cinayətaxtarış idarəsinin rəisi Zəka Səfərov, əməliyyat müvəkkili Qafar Şirinov, narkotiklərlə mübarizə idarəsinin əməliyyat müvəkkilləri Əli Süleymanzadə, Şahid5 və ondan ibarət əməliyyat qrupu təşkil edilmiş, 2019-cu il sentyabrın 10-da Zərərçəkmiş şəxs həyat və sağlamlığına yarana biləcək təhlükənin qarşısının alınması, gizlədildiyi yerin müəyyən olunaraq azad edilməsi ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu fiziki zor tətbiq edilməklə oğurlanaraq məcburi saxlanıldığı, həmin cinayət əməlinin törədilməsini sifariş verib cinayətkar qrupa rəhbərlik edən Təqsirləndirilən şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki pəncərələri dəmir barmaqlıqlarla təchiz edilmiş, həyətə giriş, önündə və arxasında yerləşən dəmir qapıları açarla bağlı vəziyyətdə olan fərdi yaşayış evindən azad edilmiş, cinayət hadisəsini törətməkdə şübhələnilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7 və Şahid6 saxlanaraq istintaqa təqdim edilmişlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməliyyat müvəkkili işləmiş Şahid5 Şahid4 ilə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsi tədqiq olunaraq elan edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ibtidai araşdırmanın ilkin mərhələlərində şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ittiham olunduqları əməlləri etiraf edib təfsilatı ilə izah etsələr də, 2020-ci il iyunun 25-də və 2020-ci il iyunun 26-da, habelə Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 2020-ci il iyunun 24-də təqsirləndirilən şəxs qismindəki ifadələrində özlərini təqsirli bilmədiklərini göstərməklə yanaşı, Təqsirləndirilən şəxs1 sifarişi və Təqsirləndirilən şəxs7 təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə silah qismində istifadə edilən əşyadan istifadə edib zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə zərər çəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etdiklərini təsdiq etmişlər (1-ci cild, iş vərəqi 44-46, 61-62, 76-77, 94-95, 123-125, 162- 164, 172-173 və 191-193; 2-ci cild, iş vərəqi 64-66; 3-cü cild, iş vərəqi 163- 168, 215-218 və 257-261; 4-cü cild, iş vərəqi 4-7, 11-15, 19-23, 176-177 və 259-262; 5-ci cild, iş vərəqi 11-13, 25-28, 41-43, 58-59, 73-74 və 90-94). Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsi tədqiq olunaraq elan edilmiş ibtidai istintaqda zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs onun «Qurtuluş 93» və «Hasil» məhdud məsuliyyətli cəmiyyətlərinin sahibi olmaqla 2018-ci ildə tikinti işlərini görmək üçün Təqsirləndirilən şəxs1 2019-cu ilin iyun ayında 30.000 manat pul istədikdə sonuncunun ona hər ay 1.000 manat ödəmək şərti ilə 25.000 manat girovsuz verdiyini, bir müddət sonra o, pulu ödəyə bilmədiyindən sonuncu dəfələrlə onu vəsaiti qaytarmayacağı təqdirdə müxtəlif orqanlar ilə hədələdiyi üçün mülkiyyətindəki torpaqları satıb borcunu qaytarmağa söz verdiyini, 2019-cu il sentyabrın 07-də Aygün zəng vuraraq tanışı Kəmalə adlı xanımın onun torpaq sahəsini almaq istədiyini söyləyəndə adını sonradan bildiyi Təqsirləndirilən şəxs6 ilə səhərisi gün görüşmək barədə razılaşdıqlarını, 2019-cu il sentyabrın 08-də saat 17 radələrində Fərəh ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki «Heydər Əliyev» parkında görüşərək sonuncunun idarə etdiyi qara rəngli «Priora» markalı avtomobilə əyləşdikdən sonra «Arzu» şadlıq sarayının qarşısına gəldiklərini, Fərəhin maşın yuyulana kimi çay içmək üçün oradakı çay evinin ikinci mərtəbəsinə qalxmaqla otaqların birinə daxil olub ona gözləməsini dediyini, bir qədər keçmiş sonuncunun yanında üç nəfər şəxslə içəri daxil olaraq adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 ondan telefonlarını çıxarmaqla stolun üstünə qoymasını tələb edib Aygünün qohumu olduğunu, digərlərinin isə, yəni adlarını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən göndərildiklərini bildirdiyini, sonuncuların həmin gün Aygünə 30.000 manat pul çatdırmasa, başına oyun açacaqlarını söylədiklərini, Vasifin, Elçinin və Təqsirləndirilən şəxs5 onu əl-ayaqla döyərək üstünə isti çay tökməklə təyziq etdiklərini, Fərəhin tez-tez otağa girib çıxaraq vəziyyəti yoxladığını, Vasifin əlaqə saxladığı Aygünün pulu qaytarana qədər onu döyməklə işgəncə vermələrini tapşırdığını, göstərilən tarixdə saat 23 radələrində Fərəhin çıxıb getdiyini, o, öz telefonu ilə övladı Şahid3 yığaraq polisdə işləyən kürəkəni Aqillə danışmaqla məlumat verməsini işarə etdiyini, 2020-ci il sentyabrın 09-da saat 02 radələrinədək onu çay evinin kabinetində vaxtaşırı döyüb Aygünün göstərişi ilə sonuncuya məxsus bağ evinə yönəldərək orada saxlamaq üçün əynindəki gödəkcəsini başına keçirməklə Elçinin idarə etdiyi qara rəngli «Priora» markalı avtomobillə apararkən Təqsirləndirilən şəxs5 telefonunda ona vəhşi bir video göstərib pulu verməsə, onu da belə hala salacaqlarını dediyini, yolda Vasifin Aygündən bağ evinin açarını aldığını, sonuncunun öz avtomaşını ilə onların arxasınca gələrək 15-20 dəqiqə ötmüş Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki aynaları və qapıları dəmirlə təchiz olunan bir həyət evinin qarşısına çatdıqlarını, Aygünün 10 dəqiqə dayanmaqla sürüb uzaqlaşdığını, Vasifin, Elçinin və Təqsirləndirilən şəxs5 onu aşağı düşürərək içəri salmaqla başındakı gödəkcəni açıb yenidən eyni qaydada döydüklərini, saat 04-dən sonra otaqdakı divanda otuzduraraq növbə ilə nəzarət etdiklərini, 2019-cu il sentyabrın 09-da səhər saatlarında Elçinlə Təqsirləndirilən şəxs5 evdən tapdıqları dəmir əsa ilə onu bel və ayaq nahiyələrindən vurmaqla evdəki qadın xalatını geyinməsini tələb edib bu zaman çəkdikləri fotoşəkilləri internetdə yayaraq biyabır edəcəklərini söylədiklərini, bir müddət keçmiş Təqsirləndirilən şəxs4 adlı şəxsin bağ evinə əliboş şəkildə gəldiyini və ona nəzarət etdiyini, harasa gedən Vasifin zəngi ilə saat 23 radələrində iki nəfər şəxsin də evə girərək onu təhqir etməklə pulu verməyini tələb etdiklərini, 2019-cu il sentyabrın 10-da səhər saatlarında Elçin işə getməli olduğunu bildirib evdən çıxdıqda Təqsirləndirilən şəxs5 onu döyməyə davam etdiyini, saat 18 radələrində polis işçilərinin bağa daxil olaraq Şaiqlə Təqsirləndirilən şəxs5ı tutmaqla onu azad etdiklərini göstərmişdir (3-cü cild, iş vərəqi 203- 210). Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsi tədqiq olunub elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilən Şahid6 Təqsirləndirilən şəxs1 xidmətindən istifadə etdiyi gözəllik salonundan, Təqsirləndirilən şəxs2 isə əri Təqsirləndirilən şəxs7 dostu kimi tanıdığını, 2019-cu ilin avqust ayında X23 Əsgərov adlı şəxsin borclu olduğu 30.000 manatı qaytarmadığını bildirərək Niyaməddinin bu məsələni həll etmək üçün kömək etməsini istəməklə pulu geri alsa, sonuncuya müəyyən məbləğ pul verəcəyinə söz verdiyini, ərinin Aygünü Vasiflə tanış etməsindən sonra baş verənlərdən xəbərsiz olduğunu, 2019-cu il sentyabrın 10-da onu və Niyaməddini polisə gətirəndə Aygünün tapşırığı ilə Vasifin başqa şəxslərlə birlikdə Hüseyni oğurlayıb saxlayaraq sonuncudan pul tələb etmələrinin ona məlum olduğunu göstərmişdir (3-cü cild, iş vərəqi 184-187). Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsi tədqiq olunmaqla elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilən Şahid1 Təqsirləndirilən şəxs1 6-7 il əvvəl dostu Zərərçəkmiş şəxs vasitəsi ilə tanıdığını, 2019-cu il sentyabrın 07-də saat 23 radələrində sonuncunun nömrəsindən ona zəng edən tanımadığı şəxsin Hüseynin azad olunmasına görə 30.000 manat pul istədiyini, söhbət əsnasında sonuncunun həyəcanlı şəkildə naməlum şəxslər tərəfindən oğurlandığını, pul çatmadığı təqdirdə başına oyun açılacağını deyib pul tapmasını xahiş etdiyini, Aygünlə danışaraq Hüseynin buraxılması üçün ev, mərmər və digər tikinti materialları verməyi təklif etsə də sonuncunun ona pulun bu gün çatmaması halında Hüseynin saxlandığı yerdən meyitinin çıxacağını bildirdiyini, heç bir nəticə əldə olunmadığını görməklə Hüseynin övladı Şahid3la əlaqə saxlayıb DİN-in 102 xidmətinə məlumat verməsini məsləhət gördüyünü, 2019-cu il sentyabrın 10-da polis əməkdaşlarının Hüseyni Aygünün bağ evindən azad etdiklərini göstərmişdir (2-ci cild, iş vərəqi 88-90). Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsi tədqiq olunaraq elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilən X33 Şahid1 ilə oxşar ifadə verməklə yanaşı Zərərçəkmiş şəxs buraxılması müqabilində 2019-cu il sentyabrın 07-də saat 23 radələrində sonuncunun istifadəsindəki nömrədən ona zəng edən şəxsə 60.000 manat dəyərindəki evini təklif etsə də həmin şəxsin razılaşmadığını göstərmişdir (2-ci cild, iş vərəqi 92-94). Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsi tədqiq olunub elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilən Şahid3 2019-cu il sentyabrın 08-də gecə saatlarında atası Zərərçəkmiş şəxs nömrəsindən ona zəng vurularaq tanımadığı şəxsin atasının onun xalasına 30.000 manat pul borclu olduğunu, pulu gətirəcəyi və yaxud həmin şəxsin adına hər hansı bir əmlak keçirəcəyi halda atasının azad ediləcəyini bildirdiyini, sonuncunun dostu Şahid1 baş verənləri danışandan 20-30 dəqiqədən sonra sonuncunun ona zəng çalmaqla atasını girov saxlayanlarla razılıq əldə edə bilmədiyini dediyini, onun da dərhal DİN-in 102 xidmətinə hadisə barədə məlumat verdiyini, polis əməkdaşlarının əməliyyat tədbiri hazırlayıb saxlanıldığı bağdan atasını azad etdiklərini göstərmişdir (2-ci cild, iş vərəqi 171-172). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin 2019-cu il sentyabrın 08-də, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 2019-cu il sentyabrın 10-da tərtib etdiyi raportlardan, eyni tarixli protokoldan və qərardan görünür ki, Şahid3 atası Zərərçəkmiş şəxs məxsus nömrədən zəng edən şəxsin Aygün adlı şəxsə olan 20.000-25.000 manat pul borcuna görə sonuncunu tutub saxladıqlarını, pulun verilmədiyi halda atasını girov saxlayacaqlarını dediyini bildirmiş, məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır (1-ci cild, iş vərəqi 3 və 5-7). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 2019-cu il 10 sentyabr tarixli 101-38177-1220 №-li, eyni tarixli 101-23618-1220 və 101-23619-1220 №-li məktublarından görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ evində aşkar edilərək azad olunmuşdur (1-ci cild, iş vərəqi 8- 10). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 10 sentyabr tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 144.1.-ci maddəsindən həmin Məcəllənin 144.2.3.cü, 144.2.4.-cü və 144.2.6.-cı maddələrinə tövsif edilmişdir (1-ci cild, iş vərəqi 26-27). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 10 sentyabr və 2019-cu il 11 sentyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs1 2019-cu il sentyabrın 10-da müvafiq qaydada saat 19:35də, 20:50-də, 22:05-də, 23:05-də və 23:45-də, Şahid6 2019-cu il sentyabrın 11-də saat 00:45-də Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü və 144.2.6.-cı maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 39-40, 56-57, 73-74, 89-90, 105-106 və 116-117). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 11 sentyabr tarixli protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Şahid6 arasında üzləşdirmə aparılarkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi isə onun dedikləri ilə qismən razılaşaraq Aygünə əri Təqsirləndirilən şəxs7 köməyini təklif etmədiyini, Zərərçəkmiş şəxs bağ evinə aparılması ilə bağlı Aygünlə danışmadığını bildirmişdir (1-ci cild, iş vərəqi 126-127). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 11 sentyabr tarixli protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs7 ilə üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmişlər, sonuncu isə onların dedikləri ilə razılaşdığını bildirmişdir (1-ci cild, iş vərəqi 128-131). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 11 sentyabr tarixli protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu isə onun dedikləri ilə razılaşdığını bildirmişdir (1-ci cild, iş vərəqi 132- 133). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 12 sentyabr tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CMnin 144.2.3.-cü, 144.2.4.-cü və 144.2.6.-cı maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs1 həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 145-146, 155-156, 165-166, 174-175 və 184- 185). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 17 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (3-cü cild, iş vərəqi 38-40, 42-65). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 24 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (4-cü cild, iş vərəqi 194-238). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 12 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə sonuncu idarənin müvəqqəti saxlama yerindən azad edilmişdir (1-ci cild, iş vərəqi 226-228). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 12 sentyabr tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 144.2.3.- cü, 144.2.4.-cü və 144.2.6.-cı maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 barəsində əvvəli 2019-cu il sentyabrın 10-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 230-243). İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2019-cu il sentyabrın 17-də, 2019-cu il sentyabrın 18-də, 2020-ci il aprelin 07-də və 2020-ci il iyunun 26-da tərtib etdiyi tələbnamələrdən, habelə məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişlər; Təqsirləndirilən şəxs4 Abşeron Rayon Məhkəməsinin 2016-cı il 01 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 128-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, 2016-cı il iyunun 21-də Azərbaycan Respublikasının Milli Məclisinin 2016-cı il 20 may tarixli «28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən azad olunmuş; Təqsirləndirilən şəxs7 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2005-ci il 01 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci və 221.2.2.-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 2005-ci il sentyabrın 27-də cəzasının sonu ilə azad olunmuş; Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2005-ci il 12 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsi ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 2017-ci il yanvarın 12də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur (2-ci cild, iş vərəqi 1-8, 54- 58, 105-106; 3-cü cild, iş vərəqi 41 və 5-ci cild, iş vərəqi 1-2). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 2019-cu il 23 sentyabr tarixli 6665 №-li, 6666 №-li, 6668 №-li, 6669 №-li və 6670 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs7 qeyd olunan xəstəxanada müalicədə olmamışlar (2-ci cild, iş vərəqi 20- 24). İş materiallarında olan tarixsiz qəbzin kserosurətindən görünür ki, X14 Təqsirləndirilən şəxs1 2019-cu il mayın 08-də 27.000 manat borc aldığını və iyunun 25dən ödəyəcəyini bildirmişdir (2-ci cild, iş vərəqi 46). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 21 oktyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs baş verənləri təfərrüatı ilə izah etmiş, fotoşəkillərin kserosurətləri protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 71-79). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X11 Xidmətinin 2020-ci il 16 aprel tarixli ***-*******0 №-li məktubunun kserosurətindən görünür ki, arxivlərin saxlama müddəti 06 ay keçdiyindən səs yazısının təqdim edilməsi mümkün olmamışdır (3-cü cild, iş vərəqi 155). İş materiallarında olan Azərbaycan Respublikası Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 19 №li orderinin kserosurətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki 218 nömrəli kooperativin nəzdindəki 0,12 torpaq sahəsi 185 «a» nömrəli bağ evi X9 məxsusdur (3-cü cild, iş vərəqi 169). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 28 aprel tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən fotoşəkillərdən Təqsirləndirilən şəxs3 tanımış, fotocədvəl protokola əlavə olunmuşdur (3-cü cild, iş vərəqi 211-213). İş materiallarındakı 2020-ci il 02 may tarixli ərizədən və Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 razılığı ilə sonuncunun anası X9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki 185 «a» nömrəli bağ evinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir predmet aşkarlanmamışdır (3-cü cild, iş vərəqi 240-243). İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 27 aprel tarixli BKC/LGL-6174/20 nömrəli, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin eyni tarixli AZF/LGL-4666/20 nömrəli və «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 01 may tarixli 7050 nömrəli məktublarından, habelə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 25 may tarixli protokoldan görünür ki, qeyd olunan məhdud məsuliyyətli cəmiyyətlərdən daxil olan üç ədəd CD diskinə baxış zamanı Zərərçəkmiş şəxs istifadəsindəki ***-***-**-**, ***-***-**-** və ***-***- **-** saylı nömrələr ilə Təqsirləndirilən şəxs2 istifadəsindəki ***-***-**-**, Təqsirləndirilən şəxs5 istifadəsindəki ***-***-**-**, Təqsirləndirilən şəxs4 istifadəsindəki ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-**, Şahid6 istifadəsindəki ***-***-**-**, Təqsirləndirilən şəxs7 istifadəsindəki ***-***-**-** və Təqsirləndirilən şəxs6 istifadəsindəki ***-***-**-** saylı nömrələr arasında çoxsaylı zənglər olması, eləcə də 2019-cu il avqustun 29-da saat 16:43:57-də Təqsirləndirilən şəxs7 istifadəsindəki nömrədən Təqsirləndirilən şəxs1 istifadəsindəki nömrəyə sonuncunun istəyi ilə «055 363 65 55 vasif» məzmunlu sms göndərilməsi müəyyən edilmişdir (3-cü cild, iş vərəqi 262-268). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 25 may tarixli protokoldan görünür ki, «Youtube» internet portalında «Bakıda adam oğurluğu ilə məşğul olan dəstə ələ keçdi-XÜSUSİ ƏMƏLİYYAT» adı altında «Apa TV» tərəfindən sentyabrın 11-də 2019-cu il yerləşdirilmiş 03 dəqiqə 53 saniyəlik videogörüntüyə baxış zamanı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 adam oğurluğu cinayətini törətdikləri üçün saxlanılmaları, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 cinayət hadisəsi haqqında danışmaları, Təqsirləndirilən şəxs5 çıxışı zamanı verilmiş fotoşəkil kimi cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar olması, Zərərçəkmiş şəxs «gecə saat 01 radələri olardı, məni oturtdular qara, plyonkalı bir maşına, başıma da kurtkamı keçirtdilər ki, mən heç bir yolu görməyim, bir dənə onu hiss elədim ki, uzun yolda gedirik, getdilər apardılar, girdik evə, evə girən kimi başladılar məni döyməyə, telefona çəkirdilər, mənə hədə-qorxu gəlirdilər ki, səni verəcəyik youtube-a, orda baxacaqlar. Elə bir də gördüm ki, sağ olsunlar polislər girdilər içəri, onların əl-qollarını bağladılar, burdan çıxartdılar bizi», Təqsirləndirilən şəxs2 «zəng elədik ona, adamı çağırdıq gəldi, dedi ki, mən borcu verə bilmərəm, mən də zəng elədim dedim ki, Niyaməddin gəl, vermir də bu, Aygün dedi ki, apar mənim bağıma, qalın orda, getdik açarı verdi bizə», Təqsirləndirilən şəxs5 «uşaqlar dedi ki, bunu aparaq bağa, biz dalqabaq maşınla getdik, açarla açdı bağı, girdik bağa, qaldı orda, hərə ona bir dənə sillə vurur, video çəkib şantaj edirdilər ki, pulu gətir, gətirməsən səni çəkəcəyik, çəkdiyimizi atacağıq internetdə sosial şəbəkələrə», Təqsirləndirilən şəxs7 «evə zəng vurub bizə deyib ki, mən bir nəfərə 25.000 manat pul vermişəm 3 aydır, mənə kömək edə bilərsiniz, bu adamdan pulu alaq? Sonra Vasifə zəng vurdum, Vasiflə danışdım, Vasif dedi nömrəsini ver, onun nömrəsini verdim Vasifə, zəngləşdilər, danışdılar» demələri, videogörüntünün 02 dəqiqə 51-ci saniyəsində nümayiş etdirilən fotoşəkildə xarici görkəmi Təqsirləndirilən şəxs5 və Zərərçəkmiş şəxs bənzəyən şəxslərin olması, sonuncunun əllərinin ön tərəfdə yerə dayadılmış formada üzüüstə yerə uzadılması, Təqsirləndirilən şəxs5 isə Zərərçəkmiş şəxs sol ayağı tərəfdə oturub sağ əli ilə sonuncunun sağ ayağından tutması, hər iki ayağını isə Zərərçəkmiş şəxs sol ayağının üst tərəfinə keçirməsi müəyyən edilmişdir (3-cü cild, iş vərəqi 269-271). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 03 iyun tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmişlər, sonuncu isə onların dediklərini təkzib etmişdir (4-cü cild, iş vərəqi 28-49). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 04 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa «Deleduz Huseyn pulu qaytarmaqdan yayinir.mp4» adlı 114.105 kb həcmli 02 dəqiqə 48 saniyəlik videogörüntünün əks olunduğu bir ədəd USB yaddaş kartı təqdim etmişdir (4-cü cild, iş vərəqi 50). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 09 iyun, 2020-ci il 14 iyun tarixli və 2020-ci il 18 iyun protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ayrı-ayrılıqda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, digərləri isə onun dediklərini təkzib etmişlər (4-cü cild, iş vərəqi 65- 91, 128-137 və 150-157). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 17 iyun tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü və 144.2.6.-cı maddələrindən həmin Məcəllənin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələrinə tövsif edilmişdir (4-cü cild, iş vərəqi 98-99). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 17 iyun tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2019-cu il 09 oktyabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələri ilə təqsirləndirilən sonuncu barəsində əvvəli 2019-cu il oktyabrın 08-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır (4-cü cild, iş vərəqi 108-110 və 119- 120). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 20 iyun tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs6 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkının yaxınlığında ifadəsini təsdiq etmiş, fotoşəkillərin kserosurətləri protokola əlavə olunmuşdur (4-cü cild, iş vərəqi 181- 183). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X29-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019cu il 22 iyun tarixli 22/900 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilən sağ bazunun aşağı 1/3 ön səthinin və sağ budun orta 1/3-nin ön səthinin yumşaq toxumalarının hemotamaları, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin və döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə 2019-cu il sentyabrın 08-dən 2019-cu il sentyabrın 10-dək müddətdə və şəraitdə kənar şəxslər tərəfindən yetirilə bilərdi, sağ bazunun aşağı 1/3-nin ön səthinin və sağ budun orta 1/3-nin ön səthinin yumşaq toxumalarının hemotamaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olub sağ bazunun yuxarı 1/3-nin bayır səthinin və döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir, lokalizasiyasına görə xəsarətlərin şəxsin özü özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar edilir (4-cü cild, iş vərəqi 189-193). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 23 iyun tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli, 2020-ci il 24 iyun və 2020-ci il 25 iyun tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 əməlləri Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri, Təqsirləndirilən şəxs7 əməli CM-in 32.4.,144.2.3.-cü; 32.4.,144.2.4.-cü; 32.4.,144.2.5.-ci; 32.4.,144.2.6.-cı; 32.4.,182.2.1.-ci; 32.4.,182.2.3.-cü və 32.4.,182.2.4.-cü maddələri ilə tövsif edilməklə onlara qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 133-cü maddəsi ilə, Şahid6 barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 27 aprel tarixli BKC/LGL-6174/20 saylı, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 27 aprel tarixli AZF/LGL-4666/20 saylı, «Azercell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 01 may tarixli 7050 saylı məktublarına əlavə edilmiş üç ədəd CD diskinin və «Youtube» internet portalında «Bakıda adam oğurluğu ilə məşğul olan dəstə ələ keçdi-XÜSUSİ ƏMƏLİYYAT» adı altında «Apa TV» tərəfindən 2019-cu il sentyabrın 11-də yerləşdirilmiş videogörüntünün köçürüldüyü bir ədəd diskin maddi sübut hesab edilməklə iş materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət əməlində iştirak etmiş şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs1 əmlakının ələ keçirilməsi faktına, X10 və X21 əməllərinə hüquqi qiymət verilməsi qərara alınmışdır (4-cü cild, iş vərəqi 194-238, 240-242, 248-250; 5-ci cild, iş vərəqi 4-6, 18-20, 34-36, 51-53, 66-68 və 83-85). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin X11 Xidmətinin 2021-ci il 06 iyul tarixli ***-*******1 №-li məktubundan görünür ki, Şahid3 2019cu il sentyabrın 08-də saat 23:17-də 102 Xidmətinə zəng edərək atası Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrədən zəng vuran şəxsin atasını pul borcuna görə tutub saxladıqlarını və zamin duracağı halda buraxacaqlarını bildirməsi barədə məlumat vermiş, Şahid3 2019-cu il sentyabrın 09-da saat 00:08-də zəng edib şikayətinin olmamasını və anlaşmazlıq olduğunu bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinin, Təqsirləndirilən şəxs7 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4, 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onların ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, həmçinin məhkum edilmiş şəxslərə məxsus mobil telefona daxil olan və çıxan SMS mətnləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 qeyd olunan maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətmələri ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya baxışında işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4, 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri barədə nəticəyə gələrək onları həmin maddələr ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, həmçinin apellyasiya baxışı zamanı qismən istintaq keçirtməklə aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4, 182.2.4-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxslərin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslərin həmin hərəkətləri cinayət işi materiallarında olan Aygün Abbasovanın, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Müdafiəçi12 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri etirafedici ifadələri, üzləşdirmə protokolları, şahid ifadələri, təqsirləndirilən şəxslərin arasında olan çoxsaylı telefon danışıqları, Təqsirləndirilən şəxs7 istifadəsindəki nömrədən Aygün Abbasovanın istifadəsindəki nömrəyə göndərilmiş sms, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, “Apa TV”-yə verilmiş müsahibəsi, zərərçəkmiş şəxsin oğlu Şahid3 atasının pul borcuna görə tutulub saxlanılmasına dair AR DİN-nin X11 Xidmətinə verdiyi məlumat və doğruluğu şübhə altına alınmayan cinayət işi materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Kollegiya, qeyd edir ki, törədilən cinayətə görə məsuliyyətin fərdiləşdirilməsi məqsədilə cinayətin tövsifi mühüm hüquqi əhəmiyyətə malik olduğundan və məhkum edilmiş şəxslərin əməllərinin düzgün tövsif edilməsi qənaətinə gəlindiyindən, buna münasibətdə aşağıdakıların bildirilməsi zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına əsasən, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31, 32-ci maddələri cinayətin iştirakçılarına anlayış verərək, onun növlərini müəyyən etmişdir. Həmin maddələrə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları Məcəllənin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, iştirakçıların hərəkətləri icra olunan hərəkətlərdən asılı olaraq rollara bölünür, yəni cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər və cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. İşin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslər öz aralarında əvvəlcədən danışaraq rolların bölgüsünü aparmış, həmin bölgüyə əsasən də cinayətin törədilməsində bilavasitə iştirak etmişlər. Təqdim edilmiş cinayət işi materiallarının tədqiqi onu deməyə əsas verir ki, sözügedən rolların bölgüsünə əsasən: - Təqsirləndirilən şəxs7 digər Təqsirləndirilən şəxs2 onun əlbir olduğu şəxslərlə birlikdə ittihamda qeyd edilən cinayətlərin törədilməsinə təhrik etməklə, onun əlaqə vasitələrini Aygün Abbasovaya təqdim etmiş; - təqsirləndirilən şəxslərdən Aygün Abbasova bilavasitə cinayətin törədilməsini sifariş verərək, həmçinin ittihamda qeyd edilən əməllərin törədilməsində bilavasitə iştirak edərək zərərçəkmiş şəxsin azadlığının məhdudlaşdırılmasının təmin edilməsi üçün onun əvvəlcədən danışılmış qaydada saxlanılmasını təmin etmək üçün avtomobil ilə öndən gedərək saxlanılacağı yerə - anasının mülkiyyətində olan fərdi yaşayış evinə çatdırılmasını təşkil etmiş; - təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs6 onun üzərinə düşən rol bölgüsünə əsasən Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq, onunla görüşüb, aldadaraq maşına əyləşdirib, çay evinə gətirilməsini və həmin çay evində Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs mobil telefonunun əlindən alınaraq, içərisində olan məlumatların silinməsində bilavasitə iştirak etmiş; - təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 üzərilərinə düşən rol bölgülərinə əsasən Zərərçəkmiş şəxs çay evində onun bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək, zor tətbiq etməklə saxlanılmasını, daha sonra Aygün Abbasovanın müşaiəti ilə azadlığının məhdudlaşdırılmasının təmin edilməsi üçün əvvəlcədən danışılmış qaydada saxlanılmasını təmin etmək üçün saxlanılacağı ünvana aparmış, orada ona mütəmadi olaraq bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək xəsarətlər yetirərək bilavasitə cinayətin törədilməsində iştirak etmiş; - təqsirləndirilən şəxslərdən Müdafiəçi12 Təqsirləndirilən şəxs3 çağırışı əsasında zərərçəkmiş şəxsin oğurlanaraq saxlanıldığı yerə gələrək, onun hər hansı bir formada kömək çağırmamasına və saxlanıldığı evdən qaçmamasına nəzarət edərək bilavasitə cinayətin törədilməsində iştirak etmiş və nəticədə təqsirləndirilən şəxslər müxtəlif rol bölgülərində olsalar da, əməllərin törədilməsində bilavasitə iştirak edərək planlaşdırdıqları cinayətləri başa çatdırmışdırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs7 əməli isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4, 182.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs5, onun müdafiəçisi Müdafiəçi11, məhkum Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi12, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçiləri X7 və Müdafiəçi13 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini, həm zərərçəkmiş şəxsin, həm də məhkum edilmiş şəxslərin ibtidai istintaq zamanı, birinci instansiya və apellyasiya icraatı zamanı verdikləri ifadələrini müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayətlərin dəlilləri və hazırki ifadələr, xüsusilə zərərçəkmiş şəxsin ilkin şikayətini təkzib etməsi, iş üzrə tərəflər arasında sonradan razılaşdırılmaqla “sözü bir araya gətirib” sübutların şübhə altına alınmasına cəhd edilməkdən başqa bir şey deyildir. Verilmiş apellyasiya şikayətlərinin məzmunundan da, göründüyü kimi həmin şikayətlər konkret dəlillərə istinadən deyil, hadisənin baş vermə fabulasının mülahizələrlə təsviri üzərində qurulmuşdur. Göründüyü kimi verilmiş apellyasiya şikayətləri məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin subyektiv mülahizələri üzərinə bəzədilməklə, həqiqiliyi cinayət işi materiallarında öz əksini tapan sübutların təkzibinə və məhkum edilmiş şəxslərin cinayət məsuliyyətindən yayınmalarına xidmət etmişdir. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə apellyasiya şikayətlərinin dəlillərini, məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin apellyasiya baxışı zamanı çıxışlarının dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs7 əməli isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4, 182.2.4-cü maddələri ilə düzgün tövsüf edilmiş, törətmiş olduqları cinayət əməllərinə görə cəza təyin edilərkən məhkum edilmiş şəxslərin cəzalarını yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs1 himayəsində bir, Təqsirləndirilən şəxs2 himayəsində iki, Təqsirləndirilən şəxs7 himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 ilə barışmasını işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 ilk məhkumluğunu, sonuncunun cavanlığını, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 keçmiş idman nailiyyətlərini, Təqsirləndirilən şəxs1 xəstəliyini və ailə vəziyyətini, Təqsirləndirilən şəxs2 barəsində qeydiyyatda olduğu yer üzrə şikayət daxil olmamasını, Təqsirləndirilən şəxs3 məcburi köçkünlüyünü və ağırlaşdıran hallar kimi Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran halların olmamasını əsas götürərək, onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəza təyin edilmişdir ki, məhkəmə kollegiyası təyin edilmiş həmin cəzaları ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin edilməsinə dair məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin, həmçinin zərərçəkmiş şəxsin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum Təqsirləndirilən şəxs5, onun müdafiəçisi Müdafiəçi11, məhkum Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi12, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçiləri X7 və Müdafiəçi13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-215/2021 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs5, onun müdafiəçisi Müdafiəçi11, məhkum Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi12, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçiləri X7 və Müdafiəçi13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-215/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi15 tərəfindən məhkum edimiş şəxs Təqsirləndirilən şəxs6 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 200 saat üçün cəmi 1200 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi16 tərəfindən məhkum edimiş şəxs Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 200 saat üçün cəmi 1200 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi17 tərəfindən məhkum edimiş şəxs Təqsirləndirilən şəxs5 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 200 saat üçün cəmi 1200 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X31 tərəfindən məhkum edimiş şəxs Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 200 saat üçün cəmi 1200 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar