Məhkəmə qərarları › İş №1(103)-300/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-300/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-300/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq ilkin məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət və apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmişdir. Qərardan narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən apellyasiya şikayəti hərəkətsiz saxlanılmışdır. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə Azərbaycan Respublikası CPM-in 386 və 387-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün 20 gün vaxt təyin edilməklə, iş materialı həmin məhkəməyə qaytarılmışdır. Təyin edilmiş müddət ərzində Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələbləri yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayətinin verilməmiş hesab ediləcəyi və baxılmamış saxlanılacağı izah edilmişdir. Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2023cü il tarixli qərarı Təqsirləndirilən şəxs iştirakı ilə elan edilmiş, yəni o, apellyasiya şikayətinin hərəkətsiz saxlanılması barədə məlumatlı olmuşdur. Lakin cinayət işinin materiallarından göründüyü kimi təyin edilmiş 20 gün müddət ərzində Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsininin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 5 (beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi 12 saylı Vəkil Bürosunun Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 391.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALİR: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməklə baxılmamış saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 5 (beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Ramin Qaraqurbanlı Hakimlər: Mirzəli Abbasov Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar