Məhkəmə qərarları › İş №1(103)-303/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-303/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-303/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - X1, Müdafiəçi – Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Tərcüməçi - X8 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 152.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti və təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(010)- 290/2021 saylı hökmü ilə (hakim A.F.İbrahimov) xx xxxx 1989-cu il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonunun Baş Layısqı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək həbsdə olduğu, 04 iyun 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək ev dustaqlığında olduğu 05 ay müddətin ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs növündə qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manatın Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmiş, iş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddianın verilməməsi, əmlak müsadirəsinin olmadığı qeyd edilmişdir. İşin halları: Hökmə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə, saat 21 radələrində və 04 mart 2021-ci il tarixdə, saat 10 radələrində ünvan 2 ünvanda xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs on dörd yaşına çatmayan şəxs olduğunu bilə-bilə, sonuncunun könüllü razılığı ilə sifət, dodaq, boyun və sinə nahiyələrindən öpüb, əlləri ilə bədəninin müxtəlif nahiyələrini sığallayaraq cinsi ehtirasını təmin etməklə, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə ittiham verilmişdir. Hökmdən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 apelyasiya protesti verərək X5 Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmünün, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə əməl olunaraq, həmçinin ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək hökmün dəyişdirilərək cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir. Apelyasiya protesti və apelyasiya şikayətinin dəlilləri, tərəflərin çıxışları: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrindən görünür ki, o, 2021-ci ilin fevral ayının əvvəlində indiyədək yaşadıqları evdən qaçmasına baxmayaraq, evin ünvanını tapa bilməyən Zərərçəkmiş şəxs anası Şahid1 təhvil vermiş, bundan sonra Aleksandra ilə mobil telefonla mütəmadi, hətta sonuncunun anası Veronika ilə telefonda danışmışdır. 03 mart 2021-ci il tarixdə yenidən həmin səbəbdən evdən qaçmış Zərərçəkmiş şəxs Yusif adlı tanışının evinə aparmış, Aleksandrayanın könüllü razılığı ilə onun dodağından, sifətindən, sinəsindən və boğazından öpmüş, kürəyini əli ilə sığallamış, daha sonra cinsiyyət orqanını Aleksandranın bədəninə sürtmüş, həmçinin onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəmiş, lakin Aleksandra buna razı olmamış və o, da təzyiq göstərməmişdir. Həmin hərəkətlərini 04 mart 2021-ci il tarixdə də təkrar etmişdir. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları, yəni seksual hərəkətlərini, həmçinin məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs da öz ifadələrində təsdiq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə yenidən evdən qaçmış Zərərçəkmiş şəxs ailəsinə təhvil verməyərək sonuncunun tənhalığından və şəraitdən istifadə edib cinsi ehtirasını təmin etmək üçün tanışı Yusifin evinə aparmış və 14 yaşına çatmadığını bildiyi halda Aleksandranın könüllü razılığı ilə onunla seksual hərəkətlər etmiş, xüsusən tək qaldıqları müddətdə hətta Aleksandraya qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyini də bildirmişdir. Sadalananlar təqsirləndirilən şəxsin yetkinlik yaşma çatmayan şəxsə qarşı müstəsna dərəcədə azğınlığı, mənəvi-əxlaqi keyfiyyətlərdən uzaq bir şəxs olduğunu göstərməklə onun şəxsiyyətini mənfi səciyyələndirən hal hesab edilir. Halbuki, məhkəmə qanunverici orqanın cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb etdiyini və ictimai təhlükəliliyinin məhz onun şəxsiyyətini xarakterizə edən amillərdən olduğunu qeyd etdiyi halda, hökmdə bu halları nəzərə almamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bağışlamayaraq ondan şikayətçi olduğunu bildirmişdir. Lakin məhkəmə yekun qərarında azyaşlı Aleksandranın şikayətçi olmasını, həmçinin törədilən cinayət hadisəsinin cəmiyyətdə birmənalı olaraq mənfi qarşılandığını nəzərə almamış və yekunda təqsirləndirilən şəxsə CM-nin 152.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını ən aşağı həddə təyin etməkdə haqlı olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə hökmdə CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış Təqsirləndirilən şəxs cinayətini etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, qeyd olunan halın yüngülləşdirən hal kimi qəbul edilməsi CM-nin 59.2-ci maddəsinə əsasən hökmdə əsaslandırılmamışdır. Məhkəmə “səmimi peşmançılıq” anlayışına hüquqi müstəvidən qiymət verməmişdir. Belə ki, “səmimi peşmançılıq” ifadəsinin hüquqi müstəvidəki anlayışı CM-nin 72-ci maddəsində kifayət qədər dəqiq və birmənalı şəkildə ifadə olunmuşdur. Azərbaycan Respublikası CMnin 72.1-ci maddəsinə görə səmimi peşmançılığın mənası böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi başa düşülməlidir. X11 hərəkətlərində könüllü gəlib təqsirini boynuna alma və cinayətin üstünün açılmasına fəal kömək etmə halı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində “əməlimdən peşmanam” deməsi heç də hüquqi müstəvidə “səmimi peşmançılıq” anlayışını ehtiva etmir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində «əməlindən peşman olmasını» yalnız onun formal ifadəsi əsasında cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqsız olmuş, səmimi peşmançılıq çəkməsi halının nədə ifadə olunması və nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Eləcə də məhkəmə hökmdə təqsirləndirilən şəxsin dəfələrlə zərərçəkmiş şəxsdən və sonuncunun qanuni nümayəndəsindən üzr istəməklə barışığa cəhd etməsi və cinayət əməli nəticəsində vurmuş olduğu mənəvi ziyanı ödəmək niyyətində olması xüsusatını önə çəkməklə guya bu halın cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmasını nəzərə almış, bununla da aşağı həddə cəza təyin etməsi üçün zəmin yaratmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, cinayət əməli orta məktəb şagirdi olmaqla on dörd yaşına çatmayan şəxsə qarşı törədilmiş, barışığa cəhd edilməsi və mənəvi ziyanın ödənilməsi belə azyaşlı qızın itirilmiş şərəf və ləyaqəti ilə əvəz oluna bilməz. Eləcə də cəza təyini zamanı Zərərçəkmiş şəxs hadisədən sonra psixoloji yardım alması da nəzərə alınmamışdır. İstintaq-məhkəmə təcrübəsindən məlumdur ki, qeyd olunan kateqoriya cinayət hadisələrinin baş verməsi mənəvi və əxlaqi dəyərlərə, xüsusən də azyaşlıların psixi inkişafına zərər vurduğundan, eləcə də cəmiyyətdə mənfi emosiyalar doğurduğundan cinayət prosesini həyata keçirən orqanlar tərəfindən bu hallara xüsusi önəm verilməklə təqsirkar şəxslər layiqli cəzalara məhkum edilirlər. Lakin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş minimum həddə azadlıqdan məhrum etmə cəzası nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Bununla da təyin edilən yekun cəza şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən müddətlərin hesablanması və cəzanın hesaba alınması zamanı düzgün nəticəyə gəlməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Elbrus İsrafılov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində 15 iyun 2021-ci il tarixdə axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Belə olan halda ev dustaqlığı qətimkan tədbirinin müddətinin axımı da dayanmışdır. Təqsirləndirilən şəxs Elbrus İsrafılova cəza təyin edilərkən faktiki olaraq onun 06 mart 2021-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək, yəni həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 09 gün müddət cəza müddətinə hesablanmalı idi. Lakin məhkəmə cəza təyini zamanı təqsirləndirilən şəxs Elbrus İsrafılovun ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozmasını nəzərə almadan onun barəsində seçilmiş həbs və ev dustaqlığı qətimkan tədbirlərinin müddətini tam həcmdə, yəni 06 mart 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək olmaqla 05 ay kimi qəbul edərək ona təyin olunmuş cəza müddətinə əsassız hesablamışdır. Bunlardan əlavə iş materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd alt paltarı (tuman) və X5 istifadə etdiyi bir ədəd dəsmal mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Lakin hökm çıxararkən məhkəmə maddi sübutlara münasibət bildirməmiş, qanunun həmin maddəsinin tələblərini pozmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərərək ailəsini dolandırır. 2021-ci ilin fevral aynın əvvəllərində Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə təsadüfən tanış olmuşdur. Tanış olduqları vaxt onun evdən qaçdığını bilib ona evlərinə qayıtmasına köməklik etmişdir. Onunla ikinci dəfə rastlaşarkən o yenə anasının yaxın münasibətdə olduğu İbrahim adlı şəxsin və anasının onu incitdikləri üçün evdən qaçdığını bilib ona yenə köməklik etmişdir. Həmin vaxt Aleksandranın hündür boylu, tam yetkin görkəmdə olduğu üçün yaşının 18-dən çox olduğunu düşünərək aralarında xoş münasibət yaranmışdır. Lakin ona qarşı hər hansı bir zor tətbiq etməmiş, onunla nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. O, araşdırma zamanı sənədləşmələr aparılarkən Aleksandranın yetkinlik yaşına çatmadığını bilmişdir. O, hər bir halda əməlindən çox peşmandır. Onun arvadı X6 xəstəlikdən əziyyət çəkir və heç bir yerdə işləmir. Evdar qadındır. Onların birgə nikahlarından iki azyaşlı uşağı var. Kirayədə yaşayırlar və ailəni taksi fəaliyyəti göstərərək dolandırır. Hazırda ailəsinin heç bir yerdən gəliri olmadığını və himayəsində azyaşlı uşaqlarının olduğunu, eləcə də əməlindən səmimi peşman olduğunu nəzərə alıb barəsində olan cəzanın daha yüngül cəza ilə əvəz olunmasına köməklik etməyi xahiş edir. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi apelyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(010)-290/2021 saylı hökmünün dəyişdirilərək təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş etmişlər. Apelyasiya icraatında dövlət ittihamçısı apelyasiya protestinin təmin edilərək X5 Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmünün, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə əməl olunaraq, həmçinin ona birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apelyasiya icraatında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 apelyasiya protesti ilə razılaşdığını bildirərək təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayəti və apelyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü dövlət ittihamçısının apelyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı ekspertiza rəyləri, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, şahidlərin ifadəsi, işin digər tədqiq olunmuş halları ilə sübuta yetirilmiş, təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətində təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məhkumun barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları kifayət qədər nəzərə almadan həddən artıq yüngül və yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza təyin etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən törədiyi cinayət əməlində cəzasını ağırlaşdıran halların olmamasını qeyd etməklə, onun ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini və törətdiyi əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək həbsdə olduğu, 04 iyun 2021ci il tarixdən 06 avqust 2021-ci il tarixədək ev dustaqlığında olduğu 05 ay müddətin ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs növündə qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edildiyi kimi, “Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. Qeyd edilməlidir ki, məhkuma təyin edilmiş cəzanın ədalətli olması, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Göründüyü kimi, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmişdir. Təqsirin forması, motiv, cinayətin törədilmə şəraiti və mərhələsi kompleks halda qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən cəza təyinin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhəd dəqiq müəyyənləşdirilməli, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilmə halları və cinayət törətməkdə təqsirli bilinən şəxsə həddindən artıq humanizm nümayiş etdirilməsi ədalətsiz cəza təyininə şərait yaratmamalıdır. Məhkəmə kollegiyası həmçinin apelyasiya protestinin birinci instansiya məhkəməsinin hökm çıxararkən maddi sübutlara münasibət bildirməməsi, qanunun həmin maddəsinin tələblərini pozması barədə dəlillərini əsaslı hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Zərərçəkmiş şəxs əynində olan bir ədəd alt paltarı (tuman) və hadisədən sonra Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd dəsmal mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra məhkəmə tərəfindən maddi sübutun talehinin həll edilməsinə dair yekun qərar qəbul edilənədək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, birinci instansiya məhkəməsi isə hökmdə maddi sübutların həllinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cü maddəsinə əsasən, maddi sübutlar məsələsinin necə həll edilməli olduğu, hansı əmlakın xüsusi müsadirə edilməli olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilir. Həmin Məcəllənin 353.4.11-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində maddi sübutların həlli göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut – Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olan bir ədəd alt paltarı (tuman) və hadisədən sonra Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd dəsmal məhv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən Elbrus İsrafılova cəza təyin edilərkən faktiki olaraq onun 06 mart 2021-ci il tarixdən 15 iyun 2021ci il tarixədək, yəni həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 09 gün müddətin cəza müddətinə hesablanmalı olması, lakin məhkəmənin cəza təyini zamanı təqsirləndirilən E.İsrafılovun ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozmasını nəzərə almadan onun barəsində seçilmiş həbs və ev dustaqlığı qətimkan tədbirlərinin müddətini tam həcmdə, yəni 06 mart 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək olmaqla 05 ay kimi qəbul edərək ona təyin olunmuş cəza müddətinə əsassız hesablaması kimi ittiham tərəfinin dəlilləri ilə razılaşmayaraq həmin hissədə məhkəmənin gəldiyi qənaəti əsaslı sayır. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs etmənin əvvəli 06 mart 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qərarı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 06 avqust 2021-ci il tarixədək uzadılmışdır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 06 avqust 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığının müddəti bitdikdən sonra müstəntiq tərəfindən 07 avqust 2021-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X10 qətimkan tədbirinin seçilməsi haqqında 07 avqust 2021-ci il tarixli qərarında 15 iyun 2021-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyi, 07 avqust 2021-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyi üçün barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyi göstərilmişdir. Cinayət işindən müəyyən olunur ki, 14.06.2021-ci il tarixli məcburi gətirmə haqqında qərar, 15.06.2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərar, 15.06.2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar və onların aidiyyəti üzrə göndərilməsinə dair məktublar materiala əlavə edilsə də sənədlərin icra edilməsi üçün göndərilməsi, buna dair təsdiqedici poçt qəbzləri iş materiallarına əlavə edilməmiş və işin mübahisəsiz faktiki halları təsdiq edilməmişdir. Digər tərəfdən həmin qərarların qəbul edilməsinə əsas kimi şəxsin istintaq orqanın çağırışına gəlməməsi göstərilsə də təqsirləndirilən şəxsə ünvanlanmış çağırış vərəqəsinin 11.06.2021-ci il tarixdə imzalanması, lazımı qaydada göndərilməsi, təqdim edilməsi və təqsirləndirilən şəxsə 12.06.2022-ci il tarixə, saat 10:00-a Suraxanı RPİ-nin İŞ-nə gəlməsi üçün həmin çağırışın vaxtında əldə etməsi özü-üzlüyündə şübhə doğurur. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən çağırış vərəqəsinin təqsirləndirilən şəxsə zamanında göndərilməsi, təqdim edilməsi və ya verilməsi inandırıcı deyil, hətta poçt vasitəsilə çağırış vərəqəsinin göndərilməsi qəbul edilsə belə onun bir gün ərzində şəxsə çatması real hesab edilmir. Beləliklə, təqsirləndirilən şəxsə ünvanlanmış çağırış vərəqəsi, onun barəsində qəbul edilmiş 14.06.2021-ci il tarixli məcburi gətirmə haqqında, 15.06.2021-ci il tarixli axtarış elan edilməsi haqqında, 15.06.2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarların və onların aidiyyəti üzrə göndərilməsinə dair məktubların materiala əlavə edilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs ev dustaqlığı növündə qətimkan tədbirinin şərtlərinin pozması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası bildirir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqdan yayınması həqiqət kimi qəbul edilsə belə cinayət-prosessual qanunvericiliyində ətraflı tənzimlənmiş prosesual tədbirlərin görülməsi, yəni təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsi məsələsi ilə bağlı məhkəmədə vəsatət və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin həmin qətimkan tədbirinin şərtlərinin pozması real olduğu təqdirdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi ilə deyil Azərbaycan Respublikası CPM-nin 163.9-cü maddəsi ilə nəzərdə tutulmuş tədbirlərin tətbiq edilməsi ilə nəticələnməli idi. Məhkəmə kollegiyası, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan ev dustaqlığı qətimkan tədbirinin sonuncu müddəti (yəni: 06 avqust 2021-ci il) bitdikdən sonra 07 avqust 2021-ci il tarixdə istintaqa könüllü gəlməsi barədə göstərilənləri inandırıcı saymır. Göründüyü kimi, apelyasiya protestində təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində 15 iyun 2021-ci il tarixdə axtarış elan edilməklə iş üzrə icraat dayandırıldığı, belə olan halda ev dustaqlığı qətimkan tədbirinin müddətinin axımının da dayandırıldığı qeyd edilsə də cinayət işinin materiallarından barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin həmin qətimkan tədbirinin şərtlərinin pozulmasının qarşısının alınması məqsədilə onun barəsində cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər görülməsi təmin olunmamış və ya görüldüyü işdən təsdiq edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 163.9-cu maddəsinə əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir. Azərbaycan Respublikası CPM-nin 156.2-ci maddəsinə əsasən həbs ... müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü madddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərinin pozulması işdən müəyyən olunmur, belə olduğu təqdirdə bu məsələyə münasibətdə yaranan şübhələr axırıncının xeyrinə təfsir edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək həbsdə olduğu, 04 iyun 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək ev dustaqlığında olduğu 05 ay müddəti ona təyin olunmuş cəzadan çıxılması barədə gəldiyi qənaəti əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə əsasən, apelyasiya protesti qismən təmin edilməli, apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü dövlət ittihamçısının apelyasiya protestinə münasibətdə dəyişdirilməli, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək həbsdə olduğu, 04 iyun 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək ev dustaqlığında olduğu 05 ay müddəti ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq 03 (üç) il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablanmalı, Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olan bir ədəd alt paltarı (tuman) və hadisədən sonra Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd dəsmal məhv edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4, 399.1.2, 399.1.4, 401, 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı1 apelyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü dövlət ittihamçısının apelyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək həbsdə olduğu, 04 iyun 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək ev dustaqlığında olduğu 05 ay müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablansın. Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olan bir ədəd alt paltarı (tuman) və hadisədən sonra Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd dəsmal məhv edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar