Məhkəmə qərarları › İş №1(103)-313/2025

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-313/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-313/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X20 (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçıları – Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 və Dövlət ittihamçısı4, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs X8 nümayəndəsi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 Hüseyn qızının, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Çərkəz oğlu, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1958-ci il tarixdə Bərdə rayonunun Ayrıca kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)- 90/2022 saylı hökmündən Təqsirləndirilən şəxs, müdafiəçiləri Müdafiəçi1 Çərkəz oğlu və Müdafiəçi2, zərərçəkmiş şəxs X8 nümayəndəsi Nümayəndə1 Hüseyn qızı, Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə2 tərəfindən birgə imzalanmaqla verilmiş və müstəqil tələblər irəli sürən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 may 2022-ci il tarixdən hesablanmış, mülki iddiaçı X8 mülki iddiası vurulmuş maddi zərərin ödənilməsi hissəsində tam təmin edilmiş, Təqsirləndirilən şəxs 290196,80 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X10 verilməsi, mülki iddiaçı Zərərçəkmiş şəxs3 Abasət oğlunun mülki iddiası vurulmuş maddi zərərin ödənilməsi hissəsində tam təmin edilməsi, Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 55830 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 Abasət oğluna verilməsi, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası vurulmuş maddi zərərin ödənilməsi hissəsində tam təmin edilməsi, Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 33000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 Abasət oğluna verilməsi, iş üzrə mülki iddiaçıların mülki iddiaları vurulmuş mənəvi zərərin ödənilməsi hissəsində baxılmamış saxlanılması, mülki iddiaçılara mülki mühakimə icraatı qaydasında məhkəmə müraciət etmək hüquqları izah edilməsi, cinayət işi üzrə ibtidai istintaq zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 5(001)-108/2021 saylı qərarı ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 68,5 kv.metr yaşayış sahəsi olan 4 otaqlı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməsi, həmin mənzilin satılaraq satışdan əldə olunan pul vəsaitini mülki iddiaların məbləğinə mütənasib qaydada mülki iddiaçılar X10, Zərərçəkmiş şəxs3 Abasət oğluna və Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakı ələ keçirib vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, həmin hökmə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən 25 noyabr 2011-ci il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin direktoru kimi həmin Cəmiyyət adından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə 342000 manat dəyərində uçuş geyimlərinin satılması haqqında 30 iyul 2018-ci il tarixli k/49 nömrəli müqaviləni həmin Xidmətin səlahiyyətli nümayəndəsi ilə bağladıqdan sonra özünü işgüzar şəxs kimi təqdim edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qeyd edilən müqaviləni özünün cinayətkar niyyətinə uyğun olaraq istifadə edib, qeyrisində guya həmin müqavilə predmeti üzrə sərmayə qoyuluşunun gəlirli olması görüntüsü yaratmaq üçün nümayiş etdirib yalan vədlərlə sərmayə qoyulmasına və nəticədə həmin sərmayənin ələ keçirilməsinə nail olmaq məqsədilə 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə tanışı – Bakı şəhərinin sakini Zərərçəkmiş şəxs3 ilə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində görüşərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2018-ci il üzrə olan müvafiq tenderində qalib olaraq göstərilən Xidmət ilə 2018-ci ilin iyul ayında bağladığı müqavilə üzrə 342000 manat dəyərində olan görülməli işləri faktiki olaraq guya 50000 manat vəsaitlə görməyin mümkün olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs3 50000 manat məbləğində sərmayə qoyacağı təqdirdə 01 may 2019-cu il tarixə müqavilə üzrə bütün işlərin yerinə yetirilməsindən sonra 50000 manatı sonuncudan aldığı sərmayə, 25000 manatı isə iş birliyindən əldə edilmiş gəlir kimi - ümumilikdə 75000 manat məbləğində pulu Zərərçəkmiş şəxs3 verəcəyi barədə 25 dekabr 2018-ci il tarixli razılaşmanı müvafiq öhdəlikləri icra etmək niyyəti olmadan sonuncu ilə imzalamaqla onu inandırıb, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin niyyətlə sonuncudan ünvan 3 ünvanında yerləşən ofisdə 26 dekabr 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 15130 manat təşkil edən 8900 ABŞ dolları, 10 yanvar 2019cu il tarixdə həmin dövrün məzənnəsi ilə 15300 manat təşkil edən 9000 ABŞ dolları, 15 yanvar 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 20400 manat təşkil edən 12000 ABŞ dolları, 2019-cu ilin iyun ayında istintaqla müəyyən edilməyən gündə 3000 manat, 2019-cu ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə 2000 manat olmaqla, cəmi 55830 (əlli beş min səkkiz yüz otuz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmünə görə, Təqsirləndirilən şəxs həmin vəzifədə işləyərkən təkrarən eyni niyyətlə 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə tanışı Zərərçəkmiş şəxs1 müraciət edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2019-cu il üzrə üst geyimlərin istehsalı ilə bağlı tenderinin olacağını, göstərilən tenderdə qalib olmağın zəruri olduğunu, qalib olduğu və 100000 ABŞ dolları pul vəsaitini sərmayə qismində qoyduqları halda yüksək qazanclarının olacağını yalandan Zərərçəkmiş şəxs1 bildirib sonuncunun inam və etibarını qazandıqdan sonra ona məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə sonuncudan 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə ünvan 4 ünvanında 2500 manat, 2018-ci ilin dekabr ayında istintaqla müəy yən edilməyən gündə ünvan 5 ünvanında 2500 manat, 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanının qarşısında 20000 manat, 2019-cu ilin mart ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhərində istintaqla müəyyən edilməyən yerdə 7000 manat, 2019-cu ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23C ünvanında 1000 manat olmaqla, cəmi 33000 (otuz üç min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmünə görə, Təqsirləndirilən şəxs həmin vəzifədə işləyərkən təkrarən eyni niyyətlə 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə tanışı X10 müraciət edərək sonuncuya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2018-ci il üzrə olan tenderində qalib olduğunu, həmin Xidmət üçün geyim vasitələrinin tikişini həyata keçirdiyini bildirib qoyduğu pul müqabilində əldə edəcəyi gəlirdən ona da qeyri-müəyyən məbləğdə bərabər hissə verəcəyini yalandan bildirib Rövşən Məmmədlinin inam və etibarını qazandıqdan sonra ona məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə, sonuncudan 21 fevral 2019-cu il tarixdə ünvan 8 ünvanında həmin dövrün məzənnəsi ilə 15300 manat təşkil edən 9000 ABŞ dolları pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etdikdən sonra Dövlət Sərhəd Xidmətinin 2019-cu il üzrə hər hansı tenderi üzrə qalib olmadığı halda 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Rövşən Məmmədliyə həmin Xidmətin 2019-cu il üzrə xidməti geyimlərinin istehsalı ilə bağlı tenderində guya qalib olduğunu, onun da sərmayə qoyub gəlir əldə edə biləcəyini, müqavilə üzrə görülməli işlərin dəyərinin ******* manat olduğunu, işin dəyərinin 300000 manatının avans olaraq 2019-cu ilin aprel ayında ona ödəniləcəyini, guya qeyd edilən işin 2019-cu ilin fevral ayından 2019-cu ilin aprel ayına qədər surətlə görülməsi nəticəsində qoyduğu sərmayədən əlavə göstərilən işdən 70000 manat qazancı 2019-cu ilin aprel ayında əldə edə biləcəklərini yalandan bildirib, sonuncunun inam və etibarını qazandıqdan sonra ona məxsus külli miqdarda pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə Rövşən Məmmədlidən ünvan 8 ünvanında 23 fevral 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 68000 manat təşkil edən 40000 ABŞ dolları, 24 fevral 2019-cu il tarixdən 07 sentyabr 2019-cu il tarixədək həmin dövrün məzənnəsi ilə 203284,30 manat təşkil edən 119579 ABŞ dolları, 2019-cu ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə həmin dövrün məzənnəsi ilə 3612,5 təşkil edən 2125 ABŞ dolları olmaqla, cəmi 290196,80 manat (iki yüz doxsan min bir yüz doxsan altı manat səksən qəpik) pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Rövşən Məmmədliyə məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs və müdafiəçiləri Müdafiəçi1 Çərkəz oğlu və Müdafiəçi2, zərərçəkmiş şəxslər X15 və Zərərçəkmiş şəxs1 və müstəqil tələblər irəli sürən Maraqlı şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli 1(103)-85/2023 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü mülki iddia hissəsində dəyişdirilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 cəmi vurulmuş 55830 manat maddi ziyandan 14000 (on dörd min) manat hissəsi ödənildiyindən, verilmiş mülki iddianın maddi ziyanın ödənilməmiş hissəsi 41830 (qırx bir min səkkiz yüz otuz) manat təşkil etmiş və mülki iddianın qalan hissəsi dəyişdirilməmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs və müdafiəçiləri Müdafiəçi1 Çərkəz oğlu və Müdafiəçi2, zərərçəkmiş şəxslər X15 və Zərərçəkmiş şəxs1, eləcə də müstəqil tələblər irəli sürən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarından məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 və müstəqil tələblər irəli sürən şəxs Maraqlı şəxs kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024cü il tarixli 1(102)-1227/2024 saylı qərarı ilə kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə qismən təmin edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri, sübutların təsviri və məhkəmə çıxışları: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 saylı hökmündən narazı qalan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 Çərkəz oğlu apellyasiya şikayəti verərək müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, əməlin cinayət olmasını aradan qaldıran hallar olduğundan və iş üzrə toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdiyindən verilmiş ittihamlar üzrə barəsində bəraət hökmü çıxarılmasını, süni ittiham sübutları yaratmaqla onun barəsində bilə-bilə yalan xəbərçilik etmiş və yalan ifadələr vermiş Rövşən Məmmədli, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs kimi fəaliyyətinə xitam verilərək, barələrində cinayət işinin başlanması üçün xüsusi qərar çıxarmaqla istintaq edilməsi üçün aidiyyəti üzrə göndərilməsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 121.2-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə tərəfindən təqsirləndirilən şəxs və müdafiəçilərinin əsaslı vəsatətlərini əsassız olaraq təmin edilməməsi faktlarına hüquqi qiymət verilməsini xahiş etmişdir. Müdafiəçi1 Çərkəz oğlu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Verilən ittiham üzrə bütün hallar mülki xarakter daşıyır və hökm üzrə tam sübuta yetirilmədiyindən müdafiə etdiyi şəxsə bəraət verilməli, elan edilmiş qanunsuz hökm ləğv edilməli və ədalətli qərar çıxarılmalıdır. İş materiallarına əsasən, Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamda təqsirli bilməmiş, günahsız olduğunu, heç kəsin pulunu etibardan istifadə etməklə ələ keçirmədiyini, zərərçəkmiş şəxslərlə şərikli kommersiya fəaliyyəti göstərdiklərini, onların razılıq əsasında istehsala vəsait qoyduqlarını, istehsal edilmiş geyim əşyalarının Dövlət Sərhəd Xidməti tərəfindən defektli hesab edilib qaytarılmasını, pulun ödənilməməsi səbəbindən yığılaraq saxlanıldığını, istehsala pul xərcləmiş Zərərçəkmiş şəxs3, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs1 ona xəbər vermədən anbarın qıfılını sındırıb hazır məhsulları aparmalarını və bununla bağlı şikayəti əsasında 20 nəfərədək polis əməkdaşlarının hadisə yerinə gəlmələrini, araşdırma aparılmasını, Nəsimi Rayon Məhkəməsində mülki mühakimə icraatı qaydasında işə baxılmasını, lakin yekun qərar verilmədiyini, bütün bunlar barədə özünün və müdafiəçisinin verdiyi vəsatətlərin istintaqda araşdırılmadığını bildirmişdir. Həmin vəsaitlə iş birliyində istehsal edilmiş malları həmin şəxslərin ona məxsus cəmiyyət tərəfindən icarəyə götürülmüş sexin qapısını sındırıb istehsala qoyduqları pulun dəyərindən bir qədər də artıq məhsulları ondan xəbərsiz götürüb aparmışlar. Məhsulların onlar tərəfindən aparılmasını təsdiq edən şahidlər olsa da, həmin şahidlərin dindirilməsi barədə vəsatətləri əsassız rədd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Respublikada toxuculuq sənayesi sahəsində tanınmış iş adamı olmuş və qeydiyyatdan keçmiş "xxxx" MMC-nin direktoru işləmiş, rəsmi tenderlər əsasında son 20 ildə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin iri həcmli hərbi geyim sifarişlərini yerinə yetirmiş, iş dövriyyəsi milyard manatlarla ölçülmüş, onun bu fəaliyyətini təsdiq edən sənədlər tenderlərin qalibi olmasına, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə bağlanmış müqavilələr, mal satışı barədə qaimələr, müəssisənin hesabına keçirilmiş pullar və sair sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs özünü işgüzar şəxs kimi təqdim edib özgə əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirmək məqsədi daşıması, qeyd edilən müqaviləni özünün cinayətkar niyyətinə uyğun istifadə etməsi, müqavilə predmeti üzrə sərmayə qoyuluşunun gəlirli olması görüntüsü yaratmaq üçün həmin müqaviləni nümayiş etdirib yalan vədlərlə sərmayə qoyulmasına və nəticədə sərmayənin ələ keçirilməsinə nail olmaq məqsədi daşıması barədə istintaqın və məhkəmənin gəldiyi nəticə əsassızdır, həqiqəti əks etdirmir və iş materialları ilə tam təkzib edilir. İş materialından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs arasında 25 dekabr 2018-ci il tarixdə razılaşma müqaviləsi bağlanmış, Zərərçəkmiş şəxs3 razılaşmada olan işlərin görülməsi üçün Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs 50000 manat verilmişdir. Həmin pulla Təqsirləndirilən şəxs direktoru olduğu MMC ilə Dövlət Sərhəd Xidməti arasında bağlanmış müqavilənin 6-cı bəndində göstərilən 72000 manatlıq mal istehsal edilmiş, malın Dövlət Sərhəd Xidmətinə təhvil verilməsində problem yaranmış və bu səbəbdən hazır məhsullar sexin anbarında saxlanılmışdır. 2020-ci ilin fevral ayında Rəsul və Rəsət satışın baş tutmadığını görüb istehsal olunmuş malları ələ keçirmək qərarına gəlmiş, adam göndərərək sexin qapısını sındırıb malları gizli aparmışlar. İcarə götürülmüş sexin məxsus olduğu səhmdar cəmiyyətin sədri Ələddin Ağayev malların kim tərəfindən aparıldığı barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3lə telefon əlaqəsi yaradaraq malların aparılmasının səbəbini soruşmuş, Zərərçəkmiş şəxs3 malların onun pulu ilə tikildiyini və satılmadığı səbəbindən apardığını bildirmişdir. 2020-ci ilin may-iyun aylarında dəfələrlə Zərərçəkmiş şəxs3lə görüşərək malları geri qaytarmasını, malların satışını təşkil edib onun pulunu ödəməyi bildirdikdə, Zərərçəkmiş şəxs3 malın onda olduğu, lakin pulunu əvvəlcədən almasa, qaytarmayacağını demişdir. Malların onda olması barədə səsyazıları istintaqa təqdim edilsə də, araşdırılmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 malları geri qaytarmadığını gördükdən sonra oğurlanması barədə Xətai rayon polisinə şikayət etmiş, oğurluq yerindən polis tərəfindən Zərərçəkmiş şəxs3 zəng vurmuş, Zərərçəkmiş şəxs3 isə malın onun pulu ilə tikildiyindən malları özünün apardığını bildirmişdir. 36-cı Polis Bölməsində təhqiqat aparılmış və Xətai rayon prokurorluğu şikayət materialını yoxlayaraq işin mülki xarakterli olduğunu təhqiqata tövsiyə etmiş, təhqiqat isə işin mülki xarakterli olduğuna dair qərar qəbul etmiş, bu hadisə 2020-ci ilin sentyabr ayında baş vermişdir. Sonradan məlum olmuşdur ki, 2020-ci ilin fevral ayında X32 Nazirliyinə yalan məlumat yazaraq göstərmişdir ki, onun verdiyi vəsaitin hesabına 25 dekabr 2018-ci il tarixli razılaşmada göstərilən malların tikilib Dövlət Sərhəd Xidmətinə verilmiş, 2019-cu ilin dekabr ayında pulları alınmış, lakin pulundan istifadə edilmiş, pulları ona geri qaytarılmamışdır. Çünki 2019-cu ilin dekabr ayında gələn pullara görə mallar uçuş geyimi deyil. Təqsirləndirilən şəxs öz pulu ilə istehsal etdiyi qış gödəkcəsi və qış şalvarının satışından əldə edilmiş vəsaiti olmuşdur. Pulların Zərərçəkmiş şəxs3 və digər şəxslərə heç bir aidiyyatı olmamış, bu barədə məhkəmə prosesi vaxtı sənədlər məhkəməyə təqdim edilmişdir. Müqavilə üzrə işlərin görülməsi üçün Zərərçəkmiş şəxs3 həqiqətən 50000 manat pul qoyulmuş və məhsul istehsal edilmiş, lakin Dövlət Sərhəd Xidməti malda defekt aşkar etdiyindən qəbul etməmiş və mallar anbarda saxlanmışdır. Zərərçəkmiş şəxs3 qoyduğu pulu götürmək üçün anbarda saxlanan malları qanunsuz sexin qapısı sındırıb 72000 manatlıq mal aparılmışdır. Beləliklə, Zərərçəkmiş şəxs3 qoyduğu 50000 manatın əvəzinə 72000 manatlıq mal götürsə də, təqsirləndirilən şəxsdən əlavə pul istəyir və dostlarının təsiri ilə təqsirləndirilən şəxsə qarşı hədə-qorxu qəlib tutdurmağa çalışır. Zərərçəkmiş şəxs3 malları anbarın qapısını sındırmaqla aparmasını təsdiq edən şahidlər və sübutlar barədə istintaqa bildirilsə də, yazılmış vəsatət rədd edilmişdir. Məhkəmə isə Cinayət-Prosessual Məcəllənin 121.2-ci maddəsinin tələblərini pozaraq eyni vəsatətləri təmin etməmişdir. Təqsirləndirilən şəxs istehsalı genişləndirmək məqsədilə Rövşən Məmmədli ilə görüşmüş və qarşılıqlı razılıq əsasında birgə fəaliyyət barədə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidməti ilə əsgər geyimi satışına dair müqaviləsi olduğunu və yaxşı pul qazanmaq imkanı olduğunu görən Rövşən Məmmədli onunla iş birliyi qurmuş, bağlanmış 19 dekabr 2018-il tarixli müqavilənin icrası üçün 24 fevral 2019-ci ildə oğlu Azərə və Zərərçəkmiş şəxs1 40000 ABŞ dolları verərək İrandan 15300 metr parçanın gətirilməsi üçün həmin ölkəyə göndərmiş, 40000 ABŞ dolları Təqsirləndirilən şəxs tanışı Tahir Məmmədovun iştirakı ilə parça satan iranlının nümayəndəsinə verilmiş, 2019-cu ilin mart ayın ortaları həmin parçalar Bakıya gətirilmiş, Rövşən Bakıda olmadığından kargo pulunun verilməsini oğlu Azərə tapşırmış, Azər isə 10000 ABŞ dollarına yaxın pulu kargoya vermiş, mallar Təqsirləndirilən şəxs iştirakı ilə götürülüb sexə gətirilərək istehsala başlanmış, malların istehsalı üçün köməkçi materialların alınması və tikiş haqqı Rövşən Məmmədli tərəfindən ödənilmiş, köməkçi materialların Binə bazarından alınmasının bir hissəsi Rövşən Məmmədli tərəfindən, bir hissəsi oğlu Azər, bir hissəsi Zərərçəkmiş şəxs1, bir hissəsi isə Təqsirləndirilən şəxs tərəfindən mal satanlara ödənilmişdir. Bu barədə qaimə fakturalar iş materialında var. Rövşənin pulu ilə gətirilmiş 15500 metr parçadan istehsal olunmuş 2725 ədəd gödəkçə 2019-cu ilin aprel ayında Rövşən tərəfindən Təqsirləndirilən şəxs məlumat verilmədən aparılmış və onun anbarında saxlanır. Qalan parçalar yarı-fabrikat formada Təqsirləndirilən şəxs icarə işlətdiyi (“X25”ndə istehsal prosesində qalmış, qalan hissəsi isti şalvar tikilib və parça formasında Təqsirləndirilən şəxs məxsus anbarda qalmışdır. Həmin mallar bu gün də oradadır. Rövşən Məmmədlinin apardığı 2725 ədəd gödəkçə Təqsirləndirilən şəxs olan şalvar və gödəkçə ilə komplekt halına salınsa, satışdan 240000 manat əldə edilər. Malların komplekt halına salınması üçün Rövşən Məmmədliyə dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq, satılmasını təşkil etməyə və özünün də qoyduğu pulu götürməyə imkan və şərait yaratmamışdır. Rövşən Məmmədli 20000 manat dəyərində tikiş maşınları və sair avadanlığı 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs icarə ilə işlətdiyi sexdən söküb aparmışdır. Sonradan həmin avadanlıq və tikiş maşınları həmin sexin sahibi Ə.Ağayevə satılmışdır. X3 Təqsirləndirilən şəxs 280000 manat pul verməsi barədə yazdıqları həqiqətə uyğun deyil. Rövşən Məmmədli məhsul istehsalına 50000 dolları Rzaya deyil, oğlu Azərə, Zərərçəkmiş şəxs1 verib İrana göndərmiş, tikiş sexinə maşınlar almış, mebellər alıb quraşdırmış və hazır məhsul istehsal edilmişdir. Pulun Təqsirləndirilən şəxs tərəfindən xərclənməsi barədə istintaq orqanının və məhkəmənin gəldiyi nəticə əsassızdır və iş üzrə toplanmış sübutlarla təkzib edilir. Rövşən Məmmədli pulu birgə iş birliyi ilə məhsul istehsalı üçün qoymuş, istehsal olunmuş 250000 manat malın gödəkcəsini apararaq özündə saxlamış, şalvarın isə yarısı tikilmiş, yarısı yarıfabrikat və parça formasında sexdə qalmışdır, mütəxəssis qiymətləndirmə aktına əsasən, Təqsirləndirilən şəxs məxsus anbarda qalmış malların dəyəri 166000 manat həcmindədir. Mütəxəssis aktı məhkəməyə təqdim edilmiş, ittihamın düzgün həll edilməsi üçün zəruri olsa da, əsassız şəkildə araşdırılmamış, ekspertiza keçirilməsi təmin edilməmişdir. Həmin mallar komplektləşdirilərək satılmalıdır ki, Rövşən Məmmədli birgə istehsala sərf etdiyi vəsaiti götürsün. Malların komplektləşdiriİməsi barədə Təqsirləndirilən şəxs təkidlərini qəbul etməkdən Rövşən Məmmədli imtina etmişdir. Ona görə ki, 180000 manat dəyərində paltarları oğurlayıb aparmış və malları 58000 manata sataraq pulunu xərcləmişdir. Müqaviləyə əsasən, həmin gödəkcə və şalvarın bir dəstinin qiyməti 83 manat təşkil edir. Beləliklə, 240000 manatlıq paltarın 2725 ədəd gödəkcəsi Rövşən Məmmədlidə, 275 ədədi Təqsirləndirilən şəxs qalmış və cəmi 3000 gödəkcə və şalvar komplektləşdirilərsə, malın dəyəri 249000 manat edir. Rövşən Məmmədlinin sexdə quraşdırdığı və sonradan sexin icarədarı Ə.Ağayevə satdığı ofis mebeli, tikiş maşınları və avadanlıqların dəyəri 20000 manatdan yuxarı təşkil edir. Əlavə 1000 ədəd gödəkcə biçilərək “X25”ndə istehsal prosesində qalmış, mütəxəssis rəyinə əsasən onların dəyəri 166000 manat təşkil edir. 3000 dəstin qiyməti 249000 manat, 20000 manat (tikiş maşınlar və sair avadanlıqların dəyəri) və 166000 manat dəyərində (anbarda qalan hazır məhsul), cəmi 269000 manat təşkil edir. 52000 manatlıq gödəkcə isə əlavə “X25”ndə qalmış, nəticədə Rövşən Məmmədlinin pulu ilə gətirilmiş parçadan hazırlanmış malların və tikiş prosesində olan malların ümumi dəyəri 445000 manat təşkil edir. Belə olan halda, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı şər-böhtan ataraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazdığı şikayətlər yalan və şər-böhtandan başqa bir şey deyil. İstintaq orqanı və məhkəmə bu epizod üzrə təqsirləndirilən şəxsin və əlaqəli şahidlərin ifadəsini almamış, hadisə yerinə baxış keçirməmiş, aparılan və anbarda qalan malın dəyərini müəyyən etməmiş, bu barədə müdafiə tərəfin verdiyi vəsatətlər əsassız rədd edilmişdir. Zərərçəkmiş şəxs1 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs telefonuna mesaj yazaraq mötəbər bir adamın köməkçisi olduğunu və ona zəng etməsini xahiş etmiş, mesaj bu günə kimi Təqsirləndirilən şəxs telefonunda saxlanılır. Təqsirləndirilən şəxs həmin şəxslə tanış olmuş, onun hərbi sifariş yerinə yetirdiyini bildiyini deyib bir neçə dəfə Bakıxanov qəsəbəsində fabrikə gəlib görüşmüşdür. Sonra Təqsirləndirilən şəxsla iş birliyi qurmaq istədiyini demiş, 2019-ci ilin fevral ayının ortası İrandan gələn parçanı karqodan götürüb Təqsirləndirilən şəxs 13000 manat karqoya vermiş, mallar tikilmiş və Rövşən Məmmədli anbarına yığaraq bu gün də orada saxlanılır. 2019-ci ilin may ayında Zərərçəkmiş şəxs1 5000 manatı Zərərçəkmiş şəxs3lə imzalanmış 25 dekabr 2018-ci il tarixli sazişə əsasən istehsal edilmiş uçuş geyimləri üçün köməkçi materialın çatışmayan hissəsini almaq üçün Binə bazarında Rafiq adlı şəxsin dükanına vermiş, köməkçi materiallar sexə göndərilmiş, Təqsirləndirilən şəxs tərəfindən paltarlar sexdə tikilməsi təmin olunmuş və 72000 manatlıq uçuş geyimləri hazırlanmış, 13000 və 5000 manat puldan əlavə Zərərçəkmiş şəxs1 bir manat da olsun istehsalata pul qoymamış və Təqsirləndirilən şəxs bir manat da verməmişdir. 5000 manat verib uçuş geyimləri üçün köməkçi materialları aldığı uçuş geyimlərini isə özü Zərərçəkmiş şəxs3 adamları ilə birlikdə Təqsirləndirilən şəxs məlumat vermədən onun müəssisəsinə məxsus sexin qapısını sındıraraq oradan oğurlamışlar. Bu adamlar Təqsirləndirilən şəxs qarşı şər-böhtan atır. İki il müəssisəsinin iş fəaliyyətini bərbad hala salaraq fəaliyyət göstərməyə goymamış və ona külli miqdarda ziyan vurmuşlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığından azadlıqdan məhrum edilmişdir. Beləliklə də, iş materialları ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və X10 qarşı hər hansı bir formada dələduzluq cinayətini törətməmişdir və onun əməlində ümumiyyətlə həmin zərərçəkmiş şəxslərlə bağlı hər hansı bir cinayətin tərkibi yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 da apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmədə öz təsdiqini tapmadığından, əməlində cinayət tərkibi olmadığı əsası ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittihamın əsassız olmasına görə onun ibtidai istintaq zamanı əldə olunmuş, lakin məhkəmədə təsdiqini tapmayan sübutlar, zərərçəkmiş şəxslərin ifadələrinin əhəmiyyətli hissədə istintaqda verdiyi ifadələrlə uyğunlaşmaması təqsirləndirilən şəxsin xeyrinə nəzərə alınmalı, bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müdafiəçi2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü qanunsuz və əsassızdır. Belə ki, məhkəmə öz hökmünü qəbul edərkən Təqsirləndirilən şəxs törətməsi ehtimal olunan cinayət işi üzrə gəldiyi nəticə ilə əlaqədar hesab etmişdir ki, şahid və zərərçəkmişlərin məhkəmə və ibtidai istintaqda verdiyi ifadələrlə, habelə təqsirləndirilən şəxsin əlyazması ilə cinayət əməlinin onun tərəfindən törədilməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir, o heç kəsin pulunu etibardan istifadə etməklə ələ keçirməmiş, zərərçəkmiş şəxslərlə şərikli kommersiya fəaliyyəti ilə məşğul olmuş, onların razılığı ilə istehsala vəsait qoyduqlarını, istehsal edilmiş geyim əşyalarının Dövlət Sərhəd Xidməti tərəfindən defektli hesab olunmaqla qaytarılması, pulun ödənilməməsi səbəbindən yığılaraq saxlanıldığı, istehsala pul xərcləmiş Zərərçəkmiş şəxs3, Rövşən Məmmədli və Rəsul Süİeymanovun ona xəbər vermədən anbarın qıfılını sındıraraq məhsulları aparmalarına bildirmişdir. Məhsulların onlar tərəfindən aparılmasını təsdiq edən şahidlər olsa da, həmin şahidlərin dindirilməsi barədə vəsatətləri əsassız rədd edilmişdir. Təqsirləndirilən şəxs “Zövq-BTM'‘ MMC-nin direktoru işləmiş, rəsmi tenderlər əsasında son 20 ildə Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin hərbi geyim sifarişlərini yerinə yetirmiş, Müdafiə Nazirliyi ilə və Dövlət Sərhəd Xidməti ilə bağlanmış müqavilələr, mal satışı barədə qaimələr, müəssisənin hesabına keçirilmiş pullar və sair sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs özünü işgüzar şəxs kimi təqdim edib özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək niyyəti daşıması, qeyd edilən müqaviləni özünün cinayətkar niyyətinə uyğun istifadə etməsi, müqavilə predmeti üzrə sərmayə qoyuluşunun gəlirli olması görüntüsü yaratmaq üçün həmin müqaviləni nümayiş etdirib yalan vədlərlə sərmayə qoyulması və nəticədə sərmayənin ələ keçirilməsinə nail olmaq məqsədi daşıması barədə istintaqın və məhkəmənin gəldiyi nəticə əsassızdır, iş materialları ilə təkzib edilir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs arasında 25 dekabr 2018-ci il tarixdə razılaşma müqaviləsi bağlanmış, Zərərçəkmiş şəxs3 razılaşmada olan işlərin görülməsi üçün Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs 50000 manat verilmiş, həmin pulla Təqsirləndirilən şəxs cəmiyyəti ilə Dövlət Sərhəd Xidməti arasında bağlanmış müqavilənin 6-cı bəndində göstərilən 72000 manatlıq mal istehsal edilmiş, malın Dövlət Sərhəd Xidmətinə təhvil verilməsində problem yaranmış və bu səbəbdən hazır məhsullar sexin anbarında saxlanılmışdır. 2020-ci ilin fevral ayında Rəsul və Rəsət satışın baş tutmadığını görüb istehsal olunmuş malları adam göndərərək sexin qapısını sındırıb malları gizli aparmışlar. İcarə götürülmüş sexin məxsus olduğu səhmdar cəmiyyətin sədri Ələddin Ağayev malların kim tərəfindən aparıldığı barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3lə telefon əlaqəsi yaradıb malların aparılmasının səbəbini soruşmuş, Zərərçəkmiş şəxs3 malların onun pulu ilə tikildiyini və satılmadığı səbəbindən apardığını demişdir. 2020-ci ilin may-iyun aylarında dəfələrlə Zərərçəkmiş şəxs3lə görüşüb malları geri qaytarmasını, malların satışını təşkil edib onun pulunu ödəməyi bildirdikdə Zərərçəkmiş şəxs3 malın onda olduğu, lakin pulunu əvvəlcədən almasa, qaytarmayacağını demişdir. Malların onda olması barədə səsyazıları istintaqa təqdim edilsə də, araşdırılmamışdır. Sonradan məlum olmuşdur ki, 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs3 Daxili İşlər Nazirliyinə yalan məlumat yazaraq göstərmişdir ki, onun verdiyi vəsaitin hesabına 25 dekabr 2018-ci il tarixli razılaşmada göstərilən malların tikilib Dövlət Sərhəd Xidmətinə verilmiş, 2019-cu ilin dekabr ayında pulları alınmış, lakin pulundan istifadə edilmiş, pulları ona geri qaytarılmamışdır. Çünki 2019-cu ilin dekabr ayında gələn pullara görə mallar uçuş geyimi deyil. Təqsirləndirilən şəxs öz pulu ilə istehsal etdiyi qış gödəkcəsi və qış şalvarının satışından əldə edilmiş vəsaiti olmuşdur. Pulların Zərərçəkmiş şəxs3 və digər şəxslərə heç bir aidiyyatı olmamış, bu barədə məhkəmə prosesi vaxtı sənədlər məhkəməyə təqdim edilmişdir. Müqavilə üzrə işlərin görülməsi üçün Zərərçəkmiş şəxs3 həqiqətən 50000 manat pul qoyulmuş və məhsul istehsal edilmiş, lakin Dövlət Sərhəd Xidməti malda defekt aşkar etdiyindən qəbul etməmiş və mallar anbarda saxlanmışdır. Zərərçəkmiş şəxs3 qoyduğu pulu götürmək üçün anbarda saxlanan 72000 manatlıq malı qanunsuz olaraq sexin qapısını sındırmaqla aparmışdır. Nəticədə Zərərçəkmiş şəxs3 qoyduğu 50000 manatın əvəzinə 72000 manatlıq mal götürsə də, təqsirləndirilən şəxsdən əlavə pul istəmiş və dostlarının təsiri ilə təqsirləndirilən şəxsə qarşı hədə-qorxu qəlib tutdurmağa çalışır. Bundan başqa, Təqsirləndirilən şəxs istehsalı genişləndirmək məqsədilə Rövşən Məmmədli ilə görüşmüş, qarşılıqlı razılıq əsasında birgə fəaliyyət barədə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidməti ilə əsgər geyimi satışına dair müqaviləsi olmaqla yaxşı pul qazanmaq imkanı olduğunu görən Rövşən Məmmədli onunla iş birliyi qurmuş, bağlanmış 19 dekabr 2018-ci il tarixli müqavilənin icrası üçün 24 fevral 2019-cu il tarixdə oğlu Azərə və Zərərçəkmiş şəxs1 40000 ABŞ dolları verərək İrandan 15300 metr parçanın gətirilməsi üçün İrana göndərmiş, 40000 ABŞ dolları Təqsirləndirilən şəxs tanışı Tahir Məmmədovun iştirakı ilə parça satan iranlının nümayəndəsinə verilmiş, 2019-cu ilin mart ayın ortaları hamin parçalar Bakıya gətirilmiş, Rövşən Məmmədli Bakıda olmadığından kargo pulunun verilməsini oğlu Azərə tapşırmış, Azər isə 10000 ABŞ dollarına yaxın pulu kargoya vermiş, mallar Təqsirləndirilən şəxs işlirakı ilə götürülüb sexə gətirilərək istehsala başlanmış, malların istehsalı üçün köməkçi materialların alınması və tikiş haqqı Rövşən Məmmədli tərəfindən ödənilmiş, köməkçi materialların Binə bazarından alınmasının bir hissəsi Rövşən Məmmədli tərəfindən, bir hissəsi oğlu Azər, bir hissəsi Zərərçəkmiş şəxs1, bir hissəsi isə Təqsirləndirilən şəxs tərəfindən mal satanlara ödənilmişdir. Bu barədə qaimə fakturalar iş materialında var. Rövşən Məmmədlinin pulu ilə gətirilmiş 15500 metr parçadan istehsal olunmuş 2725 ədəd gödəkçə 2019-cu ilin aprel ayında Rövşən Məmmədli tərəfindən Təqsirləndirilən şəxs məlumat verilmədən aparılmış və anbarında saxlanır. Qalan parçalar yarı-fabrikat formada Təqsirləndirilən şəxs icarə işlətdiyi “X25”ndə istehsal prosesində qalmış, qalan hissəsi isti şalvar tikilib və parça formasında Təqsirləndirilən şəxs məxsus anbarda qalmış, həmin mallar bu gün də ordadır. Rövşən Məmmədlinin apardığı 2725 ədəd gödəkçə Təqsirləndirilən şəxs olan şalvar və gödəkçə ilə komplekt halına salınsa, satışdan 240000 manat əldə edilə bilər. Malların komplekt halına salınması üçün Rövşənə dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq nəticəsi olmamışdır. Rövşən Məmmədli 20000 manat dəyərində tikiş maşınları və sair avadanlığı 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs icarə ilə işlətdiyi sexdən söküb aparmışdır. Sonradan həmin avadanlıq və tikiş maşınları sexin sahibi Ələddin Ağayevə satılmışdır. Rövşən Məmmədli pulu birgə iş birliyi ilə məhsul istehsalına qoymuş, istehsal edilmiş 250000 manat malın gödəkcəsini apararaq özündə saxlamış, şalvarın isə yarısı tikilmiş, yarısı yarı-fabrikat və parça formasında sexdə qalmışdır, İstintaq orqanı və məhkəmə bu epizodlar üzrə təqsirləndirilən şəxsin və əlaqəli şahidlərin ifadəsini almamış, hadisə yerinə baxış keçirməmiş, aparılan və ambarda qalan malın dəyərini müəyyən etməmiş, bu barədə müdafiə tərəfin verdiyi vəsatətlər əsassız rədd edilmişdir. Zərərçəkmiş şəxs1 da 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxsla tanış olmuş, hərbi sifariş yerinə yetirdiyini deyib iş birliyi qurmaq istədiyini bildirmişdir. 2019-cu ilin fevral ayında İrandan gələn parça karqodan götürmüş, mallar tikilmiş, lakin sonra Rövşən Məmmədli anbarına yığaraq bu gün də orada saxlanılır. 2019-ci ilin may ayında Zərərçəkmiş şəxs1 sazişlə 5000 manatı istehsal edilmiş uçuş geyimləri üçün köməkçi materialın çatışmayan hissəsini almaq üçün Binə bazarında Rafiq adlı şəxsin dükanına vermiş, köməkçi materiallar sexə göndərilmiş, Təqsirləndirilən şəxs tərəfindən paltarlar sexdə tikilməsi təmin olunmuş, 72000 manatlıq uçuş geyimləri hazırlanmış, 13000 və 5000 manat puldan əlavə Zərərçəkmiş şəxs1 bir manat da olsun istehsalata pul qoymamış və Təqsirləndirilən şəxs bir manat da verməmiş, köməkçi materialları aldığı uçuş geyimlərini isə özü Zərərçəkmiş şəxs3 adamları ilə Təqsirləndirilən şəxs məlumat vermədən sexin qapısını sındıraraq oradan oğurlamışlar. İki il ərzində müəssisəsinin iş fəaliyyətini bərbad hala salaraq fəaliyyət göstərməyə qoymamış və Təqsirləndirilən şəxs külli miqdarda ziyan vurmuşlar. Təqsirləndirilən şəxs müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığından azadlıqdan məhrum edilmişdir. Beləliklə, iş materialları ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə qarşı hər hansı bir dələduzluq cinayətini törətməmiş və onun əməlində ümumiyyətlə həmin zərərçəkmiş şəxslərlə bağlı hər hansı bir cinayətin tərkibi yoxdur. Göründüyü kimi, etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirmə yolu ilə külli miqdarda ziyan vurmaqla cinayəti törətməsi və diyər ittihamlar ibtidai istintaqda və məhkəmədə aparılmış araşdırmalar, zərərçəkmiş şəxslər tərəfindən verilən ifadələr, keçirilmiş ekspertizalar, təqsirləndirilən şəxsin məhkəmədə sərbəst ifadələrində cinayət əməlinin törədilməsi sübuta yetirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxslə zərərçəkmiş kimi tanınan şəxslər arasında yaranan münasibətlərdən də görünür ki, həmin şəxslər birləşərək sahibkarın, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs işgüzar nüfuzuna xələl gətirib onun işlərinə maneçilik törətməklə məşğul olmuşlar ki, son nəticədə əməl bu cür qiymətləndirilmişdir. Zərərçəkmiş şəxslərə dair epizodlar üzrə gəlir əldə etmək məqsədilə yaranmış əlaqələr mülki münasibətdir. Lakin Təqsirləndirilən şəxs dələduzluq etməsi istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqında sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs özünü cinayətdə təqsirli bilmir və ittiham hökmü reallığı əks etdirmir. Bu səbəbdən müdəfiə etdiyi şəxsin barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 saylı hökmündən Təqsirləndirilən şəxs da apellyasiya şikayəti vermiş, öz apellyasiya şikayətini müdafiəçilərinin apellyasiya şikayətlərində irəli sürülən dəlillərlə əsaslandıraraq məhkəmə hökmünün qanunsuz və əsassız olduğunu qeyd etməklə, hökmün ləğv olunmasını və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 saylı hökmündən zərərçəkmiş şəxs X8 nümayəndəsi Nümayəndə1 Hüseyn qızı apellyasiya şikayəti verərək hökmün cəza hissəsində ləğv olunmasını və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddində cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 nümayəndəsi Nümayəndə1 Hüseyn qızının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs verilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası ədalətli deyil, həmin müddətə cəzası ilə razı deyil. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsində qeyri-obyektiv olduğundan həmin hissədə dəyişdirilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi 178.3.2-ci maddəsinin yuxarı həddində cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs əməli xarekterinə və ağırlıq dərəcəsinə görə ağır cinayətdir, əməlində bütün tərkib əlamətləri vardır. Onun tərəfindən cinayətin törədilməsinə dair cinayət işi materiallarında əsaslı və mötəbər dəlillər var, yəni bügünədək bir çox fiziki və hüquqi şəxsləri aldatmış, etibarından sui-istifadə edib dələduzluq yolu ilə əmlaklarını mənimsəmişdir. İstintaqda aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayəti mütəşəkkil hal almış, ona və digər şəxslərə vurduğu ziyanı ödəməmiş, ziyanın ödənilməsinə hər hansı bir tədbirlər görməyə belə cəhd etməmişdir. Ona digər zərərçəkmişlərə vurduğu ziyana baxmayaraq, özünü haqqlı bilmiş, hədə-qorxu gəlmiş, davamlı təziqlər etmiş, cinayət işi ilə əlaqədar yalan ifadələr vermək və şikayətçi olmamaq üçün onları şantaj etmişdir. Onun əməlinə görə onun və digər şəxslərin Konstitusiya ilə qorunmalı və mühafizə edilməli əmlak hüquqları pozulmuş, törətdiyi əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş, cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. İstintaq zamanı, ittiham aktında və məhkəmənin hökmündə Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hallar olmaması qeyd edilmiş, bu tam qanuna ziddir. İşlərinin çoxluğu ilə bağlı məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları görməmiş və ya görmək istəməmiş, yəni Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsi və xüsusən 59.1.12, 59.1.13 və 59.1.14-cü bəndləri ilə nəzərdə tutulan “zərərçəkmişlə və ya onun yaxın qohumu hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü tam ödənilməsi, ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi” kimi yüngülləşdirici hallar olmamaqla, həmin Məcəllənin 61-ci maddəsinin 61.1.4-cü bəndində “cinayəti törətməkdə xüsusilə fəal iştirak etmə”, 61.1.6-cı bəndindəki “cinayətin tamah məqsədi və ya sair alçaq niyyətlərlə törədilməsi", 61.1.13-cü bəndində “cinayəti qulluq mövqeyi və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə edib törədilməsi ağırlaşdırıcı hallar mövcuddur. Həmin maddələrdə qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs cinayət törədilməsində xüsusilə fəal iştirak edərək külli miqdarda pul mənimsəmiş, tamah məqsədi və alçaq niyyətlərlə özünün varlanmasına müxtəlif yollara əl atmış, ona göstərilən etimaddan istifadə edib mülkiyyət əleyhinə ağır cinayət törətmişdir. Bunlar həm istintaqda, işin faktiki halları və şahid ifadələri ilə öz əksini tapmışdır. Dəfələrlə zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyəcəyini desə də, heç bir hərəkət icra etməmiş, əksinə məqsədli məhkəmə iclaslarının uzanmasına nail olmuş və bununla özünün qeyrisəmimi olduğunu nümayiş etdirmişdir. Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən, ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, ya əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Həmin hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn sənədlərdə əks edilir. Şəxsin əməlinin obyektiv cəhətində də bu hallar tam mövcuddur. Həmin maddənin 3.2-ci bəndində göstərilən əməl külli miqdarda ziyan vurmaqla törədildiyi halda əməli törətmiş şəxsin qeyri-səmimiliyi, zərərçəkən şəxslərə vurduğu ziyanı ödəməməsi, özünü haqqlı bilməsi, əməlində ağırlaşdırıcı halların olması halda, həmin maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə cəza verilməlidir. Ona isə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası ədalətsizdir və məhkumun islah edilməsini, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayət törətməsinin qarşısını almaq məqsədini əhatə etmir. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun məhkəmədə tədqiq edilmiş sübutlar üzərində qurmalı, bu sübutlar məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda əməlin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti, məsuliyyəti yüngülləşsirən və ağırlaşdıran hallar nəzərə alınmaqla təyin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 saylı hökmündən Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə2 tərəfindən birgə imzalanmaqla apellyasiya şikayəti verərək hökmün cəza hissəsində ləğv olunmasını və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddində cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə2 tərəfindən birgə imzalanmaqla verdikləri apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Rövşən Məmmədliyə 290196,80 manat, Zərərçəkmiş şəxs3 55830 manat və ona 33000 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs 07 il müddətinə verilmiş azadlıqdan məhrum etmə cəzası ədalətli olmadığından razı deyil. Məhkəmənin hökmü cəzanın təyin edilməsi hissəsində qeyri-obyektiv olduğundan hökm həmin hissədə dəyişdirilməli və Təqsirləndirilən şəxs maddənin sanksiyanın yuxarı həddində cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs əməli xarakterinə və ağırlıq dərəcəsinə görə ağır cinayətdir, əməlində cinayət əməlinin bütün tərkib əlamətləri var. Təqsirləndirilən şəxs bu günədək bir çox fiziki və hüquqi şəxsləri aldatmış, onların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə əmlaklarını mənimsəmişdir. İbtidai istintaq zamanı aparılmış araşdırmada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayət əməli mütəşəkkil hal almış, Təqsirləndirilən şəxs ona və digər şəxslərə vurduğu ziyanı bugünədək ödəməmiş, ziyanın ödənilməsi ilə bağlı hər hansı tədbirlər görməyə belə cəhd etməmiş, ona və digər zərərçəkmiş şəxslərə vurduğu ziyana baxmayaraq özünü haqlı bilmiş, hədə-qorxu gəlmiş, davamlı təzyiqlər etmiş, yalan ifadələr vermək və şikayətçi olmamağa onları şantaj etmişdir. Əməlinə görə onun və digər şəxslərin Konstitusiya ilə qorunub mühafizə edilməli əmlak hüquqları pozulmuş, törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş və onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb bunları arzu etmiş və cinayət birbaşa qəsdlə törətmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları görməmiş və ya görmək istəməmiş, yəni Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsi və xüsusən 59.1.12, 59.1.13 və 59.1.14-cü bəndləri ilə tənzimlənən “zərərçəkmişlə və ya onun yaxın qohumu hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü tam ödənilməsi, ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnən digər hərəkətin edilməsi” kimi yüngülləşdirici hallar olmadan həmin Məcəllənin 61-ci maddəsinin 61.1.4-cü bəndində “cinayəti törətməkdə xüsusilə fəal iştirak etmə”, 61.1.6-cı bəndindəki “cinayətin tamah məqsədi və ya sair alçaq niyyətlərlə törədilməsi", 61.1.13-cü bəndində “cinayəti qulluq mövqeyi və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə edib törədilməsi ağırlaşdırıcı hallar mövcuddur. Həmin maddələrdə qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs cinayət törədilməsində xüsusilə fəal iştirak edərək külli miqdarda pul mənimsəmiş, tamah məqsədi və alçaq niyyətlərlə özünün varlanmasına müxtəlif yolla əl atmış, ona göstərilən etimaddan istifadə edib mülkiyyət əleyhinə ağır cinayət törətmişdir. Bunlar həm istintaqda işin faktiki halları və şahid ifadələri ilə əksini tapmış, dəfələrlə zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyəcəyini desə də, heç bir hərəkət icra etməmiş, əksinə məhkəmə iclaslarının məqsədli uzanmasına nail olmuş, bununla özünün qeyri-səmimi olduğunu nümayiş etdirmişdir. Əməl külli miqdarda ziyan vurmaqla törədildiyi halda, əməli törətmiş şəxsin qeyri-səmimiliyi, zərərçəkmişlərə vurduğu ziyanı ödəməməsi və özünü haqlı bilməsi, əməlində ağırlaşdırıcı halların olması halında həmin maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə cəza verilməli, ona verilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası ədalətsizdir və məhkumun islah edilməsini, onun və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədini daşımır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi, həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun məhkəmədə tədqiq edilmiş sübutlar üzərində qurmalı, bu sübutlar məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda əməlin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla təyin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 saylı hökmündən müstəqil tələblər irəli sürən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilərək məhkəmənin hökmünün qismən - ünvan 2 ünvanında yerləşən 68,5 kv.metr sahəsi olan 04 otaqlı mənzil barəsində xüsusi müsadirənin tətbiq edilməsi və həmin mənzilin satılmaqla satışdan əldə olunan pul vəsaitinin mülki iddiaların məbləğinə mütənasib qaydada mülki iddiaçılar Zərərçəkmiş şəxs3 Abasət oğlu, X15 və Zərərçəkmiş şəxs1 ödənilməsi hissəsində ləğv olunması barədə yeni hökm çıxarılması xahiş edilmişdir. Müstəqil tələblər irəli sürən Maraqlı şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan və istintaq orqanı tərəfindən istintaq zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs mülkiyyətində olmuş, hazırda ona məxsus olan ünvan 2 ünvanında yerləşən və 68,5 kv.metr sahəsi olan 04 otaqlı həmin mənzilin üzərinə əsassız olaraq həbs qoyulduğundan həmin mənzil üzərində xüsusi müsadirə tətbiq edilməməli və ona verilməlidir. Həmin mənzilin yaşayış sahəsi onun mülkiyyətindədir. Mənzili X4 30 iyul 2020-ci il tarixdə alqı-satqı yolu ilə almış və mənzilə mülkiyyət hüququ 13 avqust 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs və mənzili aldığı Məmmədov Fazil tanımır, onlarla heç bir tanışlıq və qohumluq əlaqələri yoxdur. Mənzilin Təqsirləndirilən şəxs və ya Fazil Məmmədov tərəfindən hansı yolla əldə edilməsi barədə heç bir məlumatı yoxdur. Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinə görə, cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu almışdır. Bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahib hüquqlarına xələl gətirmədən müsadirə edilir. İstintaq orqanı tərəfindən heç bir araşdırma aparılmadan və həmin mənzilin hazırkı mülkiyyətçisi bağlı dövlət orqanlarına sorğu verilmədən adı gedən mənzilin hazırkı mülkiyyətçisi kimi istintaqa cəlb edilmədən məhkəmədən adı gedən mənzilə xüsusi müsadirənin tətbiq olunmasını xahiş edilmiş, məhkəmə də araşdırma aparmadan, mənzilin hazırki mülkiyyətçisi barədə məlumatları əldə etmədən, nəticədə mənzilin mülkiyyətçisi kimi onu məhkəməyə cəlb etmədən mülkiyyətində olan mənzilin müsadirə olunması ilə bağlı qərar çıxarmışdır. Məhkəmə mülkiyyətçisi olduğu həmin mənzilin - yaşayış sahəsinin müsadirə edilməsi ilə bağlı qərar qəbul etməklə Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinin tələblərini və onun mülkiyyət hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs və ya əvvəlki mülkiyyətçisi Fazil Məmmədovla heç bir əlaqəsi, tanışlığı və qohumluğu olmayan, onlar tərəfindən adı gedən mənzilin hansı yolla əldə edilməsi barədə heç bir məlumatı olmayan şəxs və adı gedən mənzilin vicdanlı alıcısı kimi onun mülkiyyətində olan həmin mənzilin müsadirə edilməsi qanunsuzdur və həmin hökm onun mülkiyyət hüquqlarını və qanunla qorunan maraqlarını pozur. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Cinayət-Prosessual Məcəllənin 142.1, 383.1, 408.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarına görə Cinayət-Prosessual Məcəllənin 299.3.2-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsin olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə görə bu əmlakın siyahıdan çıxarılması onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan və ya onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxş tərəfindən Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar olsun. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi barədə” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb edilməmiş, hökmlə maraqlarına toxunan şəxsin apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmə hüququnun tənzimlənməsi Milli Məclisinə tövsiyə edilmişdir. Məsələnin qanunvericilik qaydasında həll edilənədək Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi üçün cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs hüquqları qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Cinayət-Prosessual Məcəllənin 12.3-cü maddəsinə əsasən də cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilən hüquq və azadlıqları qanunla qadağan edilməyən bütün üsul və vasitə ilə müdafiə etməyə hüququ vardır. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmənin hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququn təmin edilməsi həmin şəxsin hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu halda mümkün hesab edilməlidir. Cinayət-Prosessual Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qanunvericinin bu göstərişi cinayət mühakimə icraatı zamanı işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin Mülki Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi məhkəmə hökmündən apellyasiya şikayəti vermək imkanını yaradır. Konstitusiyanın 125-ci maddəsinin Vll hissəsində - məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Məhkəmə hökmü haqqında” Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmə hökmü yalnız məhkəmə iclasında tədqiq olunan sübutlara əsaslana bilər. Məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən toplanılan, lakin məhkəmədə tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad elmək olar ki, onlar məhkəmədə elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə tədqiq edilmiş olsun. Ali Məhkəmənin qərarı ilə yenidən təyin edilmiş apellyasiya baxışı zamanı məhkəmə iclasında məhkum edilmiş şəxs və müdafiəçiləri məsələnin mülki xarakterli mübahisə olduğunu, şərikli kommersiya fəaliyyəti ilə məşğul olduqlarını, malın bir hissəsinin Göyçayda, digər hissəsinin təqsirləndirilən şəxsin bacı-qardaşlarının anbarlarında saxlanıldığını, malların təqsirləndirilən şəxs tərəfindən mənimsənilib ələ keçirilmədiyini, hazırda malların ortalıqda olduğunu, təqsirləndirilən şəxsin törətmədiyi əmələ görə məhkum edildiyini bildirib verdikləri apellyasiya şikayətlərinin təmin edilməsini, hökmün ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsini, zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkum edilmiş şəxs son sözündə pulları mənimsəmədiyini, birgə iş görüldüyünü, şərik kimi qoyulmuş pulların konkret istahsalata sərf olunduğunu, zərərçəkmiş şəxslərin özlərinin bu proseslərin bilavasitə içində olduqlarının, qoyulmuş pulların müqabilində istehsal olunmuş malların sifarişçinin qəbul etməməsi səbəbindən mövcud problemlərin yarandığını, müdafiəçiləri ilə razı olduğunu qeyd etdi və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətdə onlara dəymiş maddi ziyanın da ödənilməyəcəyini, onun azadlıqdan məhrum edilməsinin zərərçəkmiş şəxslərə də ziyanı olacağını, bütün zərərçəkmişlər qarşı tərəflə öz aralarında təzəlikcə müvafiq razılaşma ilə bağlı müqavilə imzaladıqlarını, ona görə də hazırda Təqsirləndirilən şəxs qarşı tələb və iddialarının olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X28 Əhmədovun qardaşlarının da onlara dəymiş maddi ziyanın ödənilməsinə dair öhdəlik götürdüklərini və razılaşdıqlarını, bu barədə aralarında yazılı şəkildə müqavilə də bağlandığını, ona görə də heç bir şikayəti olmadığını bildirdi. Məhkəmə iclasında dövlət ittihamçısı ziyanın real ödənilmədiyini, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının müki iş olması qənaətinə gəlmək üçün birmənalı əsas olmadığını qeyd edərək cəzanın ağırlaşdırılması barədə apellyasiya şikayəti verilməsinə baxmayaraq apellyasiya baxışı zamanı həbsdə saxlanacağı halda ziyan ödənilməyəcəyindən azadlığa buraxılmasını xahiş edən X15 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi uyğun hesab edildikdə etiraz etmədiyini bildirdi, bəraət verilməsi üçün əsaslar müəyyən edilmədiyindən müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətləri üzrə məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə aparılmış, Ali Məhkəmənin qərarında ifadə edilmiş mövqeyə uyğun olaraq müdafiə tərəfinin vəsatəti təmin edilərək əlavə şahidlər dindirilmişdir. Apellyasiya baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ona “Əhmədlidə olan sexdəki mallar itib, bura gəlin” deyə zəng gəlmiş, ora getmişlər. Sexin sahibi Ələddin demişdi ki, Rəsul - Yura, Rəsət, Rövşən malları onların olduğunu deyib aparıblar. Rza müəllim də malları onun tikdiyini, malların onun olduğunu, niyə o olmadan malların verildiyini soruşmuşdur. O, həmin vaxtlar Rza müəllimin yanında köməkçi işləmişdir. Uçuş geyimləri, Sərhəd Qoşunlarına tikilən mallar qapı sındırılmaqla götürülüb aparılmışdır. Mallar aparıldığı üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edilmişdir. Şahid2 ona ünvanlanmış suallara cavab verərək bildirdi ki, Ələddin Ağayev həmin sexin müdiri idi. Göyçaydakı sexi də gedib görüb, amma hazırda Göyçayda nə qədər mal olduğunu, malların sayını dəqiq deyə bilmir. Tikilən malları Rza müəllim tikirdi deyə sahibi Rza müəllim idi, danışıqlarına görə isə tikilmədə Yura kimi çağırılan Zərərçəkmiş şəxs1 və Rövşən də iştirak edirdi. Sexdən mallar aparılanda onlara da zəng vurulmuş, Zərərçəkmiş şəxs1 Mingəçevirdə olduğunu, Rəsət isə onluq bir şey olmadığını deyib. Ələddin isə bildirib ki, həmin şəxslər üçü də gəlib onun otağında oturub çay içiblər, elə üçü də birlikdə gəlib malları “Qazel” avtomobilinə yığıb aparıblar. Buna baxmayaraq hamısı “xəbərim yoxdu” deyiblər. Bir dəfə də telefon danışığı zamanı Rəsət müəllim “yaxşı edib aparmışam, pulun vermişəm, mən aparmışam. Gedin hara, kimə, nə deyirsiniz deyin” deyə bildirmişdir. Elə bu söhbət polisin özünün yanında olub. Zərərçəkmiş şəxs1 isə deyib ki, “mənlik deyil”. Mallar vaxtında Sərhəd Xidmətinə təhvil verilmək üçün aparılmış, amma problem olduğundan geri qaytarılmışdı. Mallarda qeyd olunan çatışmazlıqlar aradan qaldırılmalı, düzəldilməli idi. Amma sonra da mallar oğurlandı, yoxa çıxdı. Bir dəfə Rza müəllimin qardaşı ilə Rövşən müəllimin yanına getmək istəyib. Onda da Zərərçəkmiş şəxs1 onu içəri otağa buraxmayıb və deyib ki, “sənlik burda nə var ki, Rza müəllimin qardaşı gəlib, danışacaqlar”. Rza onda həbs edilməmişdi. Onun özünü istəmirdilər, deyirdilər ki, qardaşı gəlsin. Rza müəllim tutulduğu vaxt gedib Ələddinlə görüşmüşdülər. Ələddin demişdi ki, Rövşən müəllim tikiş maşınlarını onlar üçün almışdı, onu da verib getmişdir. Ələddinə deyib ki, 50% pulunu ödəyər. Malların aparıldığı yerin qapısının konkret olaraq Rəsət tərəfindən qırıldığını deməmişdir. Amma qapını qırılmış görüblər. Apellyasiya baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, 2001-ci ildən etibarən "xxxx" MMC-də təchizat üzrə direktor müavini işləmişdir. Uzun müddət tenderlərdə iştirak etməklə rəsmi qaydada Müdafiə Nazirliyinə, X14 paltar tikilməsi ilə məşğul olmuşlar, tikib vermişlər. Bu sahədə təcrübələri çoxdur və uzun illər fəaliyyət göstərmişlər. 2018-ci ildə də “X29”i və Ələddin müəllimin fabriki arasında müqavilə bağlanmış, tenderlərə uyğun sifarişlər üzrə tikməyə başlamışlar və sonradan başlarına belə iş gəlmişdir. Sərhəd Qoşunları üçün geyimləri tikib hazırlamışlar, mallar anbarda olmuş, sonradan həmin anbardan mallar yoxa çıxmışdır. Polisə müraciət etmişlər, polislər gəlib “bu mülki məsələdir” demiş və son nəticədə Xətai rayon prokuroru cinayət işi başlamanı rədd etmişdir. Narazı olmaları ilə bağlı dediklərinə görə, guya onlar pul almışlar və bunlara verməmişlər, onlar isə malları tikib hazırlamışlar. Sərhəd Qoşunları üçün tikilmiş malların yarısı Göyçayda yarımtikili vəziyyətdədir, yarısı da - 185 dəst isə hazırdır. 1109- 1110 ədəd mal isə yarımtikili vəziyyətdədir. Əvvəllər apellyasiya instansiyasında hakim İlqar Murquzovun sədrliyi ilə bu işə baxılarkən ekspertiza təyin olunmuş və ekspert onların iştirakı və indi iclasda iştirak edən iki nəfərin - Rövşən və Rəsətin iştirakı ilə mallara baxmışdır. Göyçay məsələsində məhkəmədən nə qədər xahiş etsələr də oradakı mallara baxılmamış və hakim ancaq Bakıdakı mallara baxılmalı olmasını demişdir. Beləliklə, Göyçaydakı mallara baxılmamışdır. Zərərçəkmiş şəxs1 özü Göyçayda olub və özü malları orada görüb, orada Tahir müəllimlə də görüşüb. Apellyasiya baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid6 Mirağa qızı ifadəsində bildirdi ki, 2019-cu ildən "xxxx" MMC-də işləmişdir, hazırda işləmir. 2018-ci ildə qarşı tərəflə (zərərçəkmiş tərəf) müqavilə bağlanmışdır ki, onlar işi görmək üçün vəsait qoyurlar və tikiş işini özləri görürlər. Fabrikdə "xxxx"də icarəyə yer götürülmüş və tikiş işlərinin orada aparılması nəzərdə tutulmuşdur. Rövşən Məmmədli oranın icarəsinə 7000 manat pul vermiş, 8000 manat təmir edilməsinə pul ayırmış və 20000 manata isə tikiş maşınları almışdır. Məlum hadisədən sonra söküb avadanlıqları özü ilə aparmışdır. O həm də qiyməti 146640 manat təşkil edən 2820 ədəd hazır gödəkçələri aparmışdır. Gödəkçələrin bir ədədinin qiyməti 52 manat olmuşdur. Rövşən Məmmədli 35000 manat isə avadanlıqlar, təmir və icarə haqqına qoymuşdur. 181640 manat ümumi məbləğ olmuşdur. Zərərçəkmiş şəxs3 72000 manat dəyərində tikilmiş malları Xətaidə qapını sındıraraq oğurlamışdır. Polisə müraciət etmişlər, 36-cı Polis Bölməsinin bu işin mülki xarakterli olması barədə qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs işini araşdıran müstəntiq işini icra etmədən işi Bakı Ağır Cinayətlər Məhkəməsinə yönləndirmişdir ki, bu, cinayət işidir. Verilmiş suallara cavab olaraq Şahid6 bildirdi ki, “X25” ilə müqavilə olmuşdur. Bütün sənədlər onda var, uçotunu aparmışdır. “X25”ndə 1109 ədəd yarımfabrikat məhsul var və 185 ədəd tam hazır məhsul olmuşdur. Ekspertiza "xxxx" MMC tərəfindən aparılmış, Binəqədidə Təqsirləndirilən şəxs qardaşıgildə anbarda 73000 manatlıq mallar olmuşdur. Ekspertiza təyin olunmuşdur, sadəcə gödəkcə aparılmışdı və şalvarlar onlarda idi. Rövşən Məmmədliyə ərizə ilə müraciət etmişlər ki malları ver, onları cütləyib sataq, hamı öz pulunu götürsün. Rövşən Məmmədli isə malları verməmişdir. 20000 manat məbləğində avadanlıq aparılmışdır. 7000 icarə haqqı, 8000 təmir və 20000 manat isə avadanlıqlar - bütün bunları apardığı uçota əsasən deyir. 2820 ədəd gödəkcə aparılmışdır, 500 ədəd də yarımfabrikat olmuşdur. Polisə müraciət etmişlər və 36-cı Polis Bölməsi qərar çıxarmışdır ki, bu mülki işdir. Amma müstəntiq qərar çıxarmışdır ki, bu oğurluq işidir. Apellyasiya baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, onlar "xxxx" firmasında, Bakıxanov ərazisində işləyirdilər, Əhmədlidə problem oldu, orada işləyə bilmədilər. 2000-ci illərdən təchizatçı idi, Bakıxanov qəsəbəsində öz fabriklərində işləyirdilər. 2018-2020 iş görmək üçün Xətaiyə, Əhmədliyə getdilər. Orada təxminən 20 işçi işləmişdir. Sonradan paltar tikildi, buşlat ayrı qaldı. Orda gödəkcə, bir də şalvarlardır. Rza müəllim müqavilə bağlamışdı - kiçik gödəkçə, buşlat, bir də isti şalvar. Onlar orda tikilirdi, sonra aparıb təhvil verməyə hazırlaşmışlar. Gördülər ki, qapı qırılıb, orda heç nə yoxdur. Sonra əlaqə saxladılar, deyildi ki, Rövşən müəllimlə Rəsət müəllim guya Rza müəllimlə şərik idi, onlar aparıblar. Parça almışdı, onların da Razində öz parçaları var idi, apardılar, orda tikdilər. Sonra Rza müəllim dəfələrlə dedi ki, gətirin, şalvarı tək vermək olmur, onu birləşdirib verməlidirlər. Aparıb versinlər, bugün-səhər, qaldı, axırı da məhkəmələrə düşdü. Rövşən özü gödəkçələri aparıb satdığını deyirdi, satanda 58000 manata vermişdir. Tikiş maşınlarını da özləri demişdir ki, orada Ələddinə vermişdilər. Qiyməti bilmir. Bir də uçuş geyimləri var idi. Sərhəd Qoşunlarında idi, əvvəlcədən aparıb, sonra Yasamal rayonunda “Günəş Petrol” adlanan yanacaqdoldurma məntəqəsinin yanına yığmışdılar. Dəfələrlə müqavilənin vaxtının bitdiyini bildirmişlər, Sərhəd Qoşunları ilə müqaviləni Rza müəllim bağlamışdı. Təxmini bir həftə, 10 gün deyiləndən sonra Əhmədlidəki fabrikə gedib gətirdi, müəyyən yerlərin səhv tikildiyini dedilər və iki nəfər işçi çağırıb tikdilər. Həmin o tikdiklərini aparmağa gələndə o da yerində yox idi. Göyçayda da fabrik var, müqavilə bağlamışlar və bu dəqiqə orda da Sərhəd Qoşunları üçün yarımfabrikat mal var, vaxtında verilmədi, indi götürmürlər. Şahid3 verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsi tanıyır, 2020-ci ildən bir yerdə "xxxx" firmasında işləmişlər. Təchizatçı olmuşdur. Yarımfabrikat 1080-1090, hazır 185 mal var. Tam dəqiq xatırlamır, çoxdan olub. Məhkəmə baxış keçirilməsinə dair qərar çıxardı və gedəndə özü də malları Göyçayda görmüşdür. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin təsisçisi və direktoru olmuşdur. "xxxx" ASC-nin əsas fəaliyyəti tender müqavilələri əsasında Dövlət Sərhəd Xidmətinə xidməti geyim vasitələrin tikintisindən ibarət olmuşdur. Dövlət Sərhəd Xidməti ilə "xxxx" MMC arasında xidməti geyimlərin satınalması ilə bağlı 19 dekabr 2017ci il tarixdə 830000 manat, 30 iyul 2018-ci il tarixdə 342000 manat, 30 iyul 2018-ci il tarixdə 19800 manatlıq müqavilələr imzalanmışdır. 19 dekabr 2017-ci il tarixli müqavilə üzrə 2018-ci il ərzində tərəfindən 10000 dəst qış gödəkcəsi və istiləşdirilmiş qış şalvarı tikilib Dövlət Sərhəd Xidmətinə təhvil verilməli olmuş, lakin tərəfindən cəmi 2190 qış gödəkcəsi, istiləşdirilmiş qış şalvarı və 2152 dəst qış gödəkcəsi tikilib təhvil verilməsi mümkün olmuş, işçi sayının azlığı, hazırda digər izah edə bilmədiyi səbəblərdən öhdəliklər tərəfindən icra olunmadığından Dövlət Sərhəd Xidməti onu 10 faiz, yəni 83000 manat cərimələmiş, sonra müraciəti ilə 83000 manat cərimə 1000 dəst qış gödəkcəsi və istiləşdirilmiş qış şalvarla əvəzləşdirilmiş, yerdə qalan 1190 dəstin dəyəri 98770 manat və 2152 dəstin dəyəri 111904 manat olmaqla, cəmi 210674 manat (ƏDV ilə birlikdə) işlədiyi cəmiyyətin bank hesabına ödənilmişdir. 30 iyul 2018-ci il tarixli 342000 manatlıq müqavilə üzrə tərəfindən Dövlət Sərhəd Xidmətinə tikilmiş və təhvil verilmiş uçuş geyimləri Xidmət tərəfindən qəbul edilməmiş, ona heç bir vəsait ödənilməmişdir. 30 iyul 2018-ci il tarixli 19800 manatlıq müqavilə üzrə tərəfindən bütün işlər görülüb mallar Dövlət Sərhəd Xidmətinə təhvil verilmiş və dəyəri də işlədiyi cəmiyyətin bank hesabına ödənilmişdir. Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs1 görə tanımış, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Heydər Əliyev adına sarayın yaxınlığında, köhnə konservatoriyanın arxasında Şəmsi Bədəlbəyli küçəsi xatırlamadığı şəxsə məxsus ofisdə Zərərçəkmiş şəxs1 onu Zərərçəkmiş şəxs3lə tanış etmiş və tanış çıxmış, yəni sonuncu ilə 1993-cü ilə qədər eyni ərazidə qonşu kimi yaşamışlar. Söhbət zamanı Dövlət Sərhəd Xidmətinin elan etdiyi tenderdə qalib olduğunu, 2018-ci ilin iyul ayında müqavilə bağladığını və müqavilə üzrə görülməli işlərin dəyərinin 342000 manat olduğunu, o cümlədən həmin müqavilə üzrə görüləcək işlərin ilkin 300 ədəd texniki istiləşdirilmiş iş kombinezonu və gödəkcələrin tikişinin olduğunu, müqavilədə göstərilən müvafiq işin dəyərinin 72000 manat nəzərdə tutulduğunu, qoyduğu sərmayə hesabına onun işləri görə biləcəyini və birlikdə qazanc əldə edə biləcəklərini, gəliri bərabər hissələrə bölə biləcəklərini Zərərçəkmiş şəxs3 demişdir. Sonra onunla Zərərçəkmiş şəxs3 arasında 25 dekabr 2018-ci il tarixdə ünvan 9 ünvanındakı ofisdə müqavilə bağlanmış, müqavilə onun və Zərərçəkmiş şəxs3 arasında, o cümlədən şahid kimi Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmışdır. Müqavilənin şərtinə görə, Zərərçəkmiş şəxs3 30 iyul 2018-ci il tarixli müqavilənin uçuş geyimlərin satınalması üçün qiymətlərin razılaşdırılması protokolun 6-cı bəndində göstərilən 72000 manat dəyərində göstərilmiş 300 ədəd texniki istiləşdirilmiş iş kombinezonun və gödəkcələrin tikişinə görə 26 dekabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 15000 manat və 10 yanvar 2019-cu il tarixdə 15000 manat, cəmi 30000 manat verməli olmuşdur. Bunun müqabilində razılaşmada göstərilən üst geyimlərin tikilməsini 30 yanvar 2019-cu il tarixdə yerinə yetirməli və 30000 manatı da ona xərcləməli olmuş, işləri 30 yanvar 2019-cu il tarixdə təhvil verməyə dair rəsmi sənədləri Zərərçəkmiş şəxs3 təqdim etdikdən sonra 30 iyul 2018-ci il tarixli müqavilənin uçuş geyimlərinin satınalması üçün qiymətlərin razılaşdırılması protokolunun digər bəndlərində göstərilən işlərin görülməsi üçün Zərərçəkmiş şəxs3 ona 20000 manat verməli olmuş, 2019-cu ilin may ayının 1-nə isə Təqsirləndirilən şəxs 72000 manat dəyərində işlərin görülməsindən 7000 manat gəlir verməli olmuş, 26 dekabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 iştirakı ilə 15000 manat, 10 yanvar 2019-cu il tarixdə 15000 manat, ona cəmi 30000 manat vermişdir. 15 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3lə görüşərək işləri razılaşmada nəzərdə tutduqları kimi 30 yanvar 2019-cu ilə yekunlaşdıra bilmədiyini, parçanı İrandan idxal etdiyini, ancaq gömrük rəsmiləşdirilməsinin uzun çəkdiyini deyib işləri tamamlamaq üçün razılaşmalarında nəzərdə tutulmuş 20000 manatı Zərərçəkmiş şəxs1 almışdır. Həmin pulu da Zərərçəkmiş şəxs1 Astara rayonundan İrana keçərək orada mal aldığı tanımadığı şəxsə vermişdir. 2019-cu ilin iyun ayında düymələrin alınması və digər xırda detalların düzəldilməsi üçün Zərərçəkmiş şəxs3 2000 manat almışdır. 25 iyul 2019-cu il tarixdə malları Dövlət Sərhəd Xidmətinə təhvil vermək üçün malları Xidmətə aparsa da, mallar ondan təhvil alınmamış, “Cəlal” adlı Təminat İdarəsinin rəisi Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən icazə verildikdən sonra malları qəbul edə biləcəyini demişdir. Həmin malları Bakı şəhəri, Xətai rayonunda icarəyə götürdüyü "xxxx" fabrikinə yığmış, ancaq malları Zərərçəkmiş şəxs3 və Rövşən Məmmədli ondan xəbərsiz oradan oğurlamışlar. Bundan 2020-ci ilin fevral ayında xəbəri olmuş, həmin qanunsuz əməl barədə Xətai rayon Polis İdarəsinə müraciət etsə də, əməlin mülki xarakterli olduğu bildirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə mülki iddia ilə müraciət etmiş və məhkəmə baxışı davam etməkdədir. Zərərçəkmiş şəxs3 2018-ci ilin iyul ayında Dövlət Sərhəd Xidməti ilə bağladığı müqavilə üzrə işlər görülməsi üçün 50000 manat istəməmiş, həmin məbləği ümumi razılıq əsasında müəyyən etmiş, əldə edəcəkləri gəliri bərabər hissələrlə bölüşdürməyi razılaşdırmış, o cümlədən müqavilənin 72000 manat hissəsi üzrə işlərin görülməsi üçün 15000 manat istəməmiş, məbləği Zərərçəkmiş şəxs3lə birlikdə razılaşdırmış, həmin məbləğlərdən əlavə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 iştirakı ilə 3000 manat, o cümlədən 2000 manat almamışdır. Bundan başqa, 2018-ci ilin sentyabr ayında xatırlamadığı şəxs vasitəsilə Zərərçəkmiş şəxs1la tanış olmuş və görüşlərdən birində sonuncu nə işlə məşğul olduğunu soruşduqda Dövlət Sərhəd Xidmətinin elan etdiyi tenderdə qalib olduğunu, həmin tender üzrə işi gördüyünü demiş, Zərərçəkmiş şəxs1 bu işdə şərik olmağı ona təklif etdikdə razılaşmış, ilk öncə Zərərçəkmiş şəxs1 onu Zərərçəkmiş şəxs3lə tanış etmiş, sonradan Zərərçəkmiş şəxs1la birgə fəaliyyət haqqında razılaşmış və sonuncu ona göstərilən niyyətlə 13000 manatlıq material alıb vermiş, 13000 manat Rövşən Məmmədli, o və Zərərçəkmiş şəxs1 şərikliyi üzrə olmuş, həmin şəriklik 2019-cu il üzrə olan tenderə aid olmuş, həmin il tenderdə qalib olsa da, Dövlət Sərhəd Xidməti tərəfindən göstərilən fakt rəsmiləşdirilməmişdir. 2018-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 müraciət edib 2019-cu il üçün Dövlət Sərhəd Xidmətin üst geyimləri istehsalı ilə bağlı tenderinin olacağını deyib göstərilən vaxt tenderdə iştirak üçün 2500 manat lazım olduğunu Zərərçəkmiş şəxs1 demiş və ondan pulu istəmişdir. Təxminən bir ay sonra pulu Zərərçəkmiş şəxs1 qaytarmış, sonra tenderdə iştirakla bağlı ikinci dəfə də 2500 manatı Zərərçəkmiş şəxs1 alsa da, həmin pulu qaytara bilməmiş, Zərərçəkmiş şəxs1 2018-ci il üzrə Dövlət Sərhəd Xidmətinin tenderində qalib olduğunu və müqavilə üzrə 20000 dəst uçuş geyimləri hazırlamalı olduğu, hər bir dəstin dəyərinin 73 manatdan rəsmiləşdirildiyini deməmiş, tenderdə 2018-ci il üzrə tender vaxtı bir dəstin dəyərinin 83 manatdan rəsmiləşdirdiyi halda nə səbəbdən 2019-cü il üzrə bir dəstin 73 manatdan rəsmiləşdirildiyi barədə ona sual verilməmiş, bu barədə tərəfindən Zərərçəkmiş şəxs1 məlumat verilməmiş, Zərərçəkmiş şəxs1 20000 manat, o cümlədən sonra 7000 manat və 1000 manat istəyib almamışdır. Rövşən Məmmədlidən 9000 ABŞ dollarını borc almış, həmin pulları 2017-ci ildə Dövlət Sərhəd Xidmətinin elan etdiyi və onun qalib gəldiyi tenderdəki işlərə sərf etmiş, müvafiq ildəki müqavilənin müddətinin 2018-ci ildə bitsə də, Xidmət müvafiq müqavilə üzrə malları ondan təhvil almışdır. Rövşən Məmmədlidən 168579 ABŞ dolları almamış, ona heç nə vəd etməmiş, onunla şərikli qaydada iş görmüşdür. Göstərilən pulları Rövşən Məmmədli tikiş işlərinin aparılması və malların alınması üçün özü sərf etmiş, həmin pullardan xatırlamadığı bəzi hissəni götürüb malmaterial almış, həmin malları da Rövşən Məmmədli götürərək öz anbarında saxlamış, müvafiq işlər 2017-ci ilin dekabr ayında Dövlət Sərhəd Xidmətin elan etdiyi, onun qalib gəldiyi, lakin bunun rəsmiləşdirilmədiyi tenderə aid olmuş, Rövşən Məmmədli ona 3000 manat vermiş, pulu ABŞ dolları ilə deyil, manatla vermiş və həmin pulu tikiş işlərinə sərf etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər yaşadığı yerdən tanımış, yəni özü Təqsirləndirilən şəxsla ilə birlikdə eyni ərazidə yaşamış, bir yoldaşının yanında olarkən Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs da həmin yerə gəlmişlər. Söhbət vaxtı Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin elan etdiyi tenderdə qalib olduğunu bildirmiş və tenderi icra etmək üçün onların əllərində lazımi olan vəsait olmamış, tender paltarları tikərək təhvil verməklə böyük qazanc qazanmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs inanaraq ayrı-ayrı vaxtlarda pul vermiş, ödədiyi hər bir pulun tarixi və imzası, həmçinin aralarında razılaşma da olmuş, 72000 manat təminatdan 25000 manat qazanc Təqsirləndirilən şəxs, 35000 qazanc isə ona qalmalı olmalıdır. Aprel ayında malı sataraq pulu verəcəyi tarixdən 2019-cu ilin son tarixinə kimi heç bir ödəniş olmamış, məsələ bu yerə kimi gəlib çıxdıqından artıq aidiyyatı üzrə şikayətini etmiş, bu günə qədər Təqsirləndirilən şəxs ona cəmi 14000 manat ödəmiş və hal-hazırda ona dəymiş ziyandan 41000 manat ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında aprel ayında onun borcunu tam bağlayacağını söz verməsinə baxmayaraq, ona olan borcdan məhkəmə hazırlıq iclasından sonra ona vurulmuş olan 41000 manat məbləğində puldan cəmi 14000 manat ödəmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş X15 ifadəsində göstərmişdir ki, uşaqlıq vaxtından Zərərçəkmiş şəxs1 tanımış, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun yanına gətirib iş adamı kimi tanıtdıraraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi – “Razin”də tikiş fabrikinin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmiş, onlar əvvəlcə borc pul istəmiş, nəyə görə istədiyini soruşduqda iş gördüklərini və tikişlərin haqqını vermək lazım olduğunu demişlər, sonra iki gündən sonra gəlmişlər ki, Dövlət Sərhəd Xidmətinin tenderini udmuşlar, 21000 ədəd qış forması tikilməlidir. Onlardan müqavilələrinin olub-olmamasını soruşmuş, müqavilələrinin olduğunu bildirmiş, lakin müqaviləni ona göstərməmişlər. Təqsirləndirilən şəxs ağsaqqal adam kimi, Zərərçəkmiş şəxs1 da yerlisi olmasına görə yalan olmayacağını düşünüb onlardan işin nədən ibarət olduğunu soruşanda pul qoymaq lazım olduğunu demişlər və hazırda İranda mal olduğunu, müqaviləni yerinə yetirmək üçün İrandan mal gətirmək lazım olduğunu bildirmişlər. Malı kimin gətirdiyini soruşduqda Tahir Məmmədovun gətirdiyini, onun kim olduğunu soruşduqda “X25”nin direktoru olduğunu demişlər. İranda malın hazır olubolmamasını soruşduqda malın hazır olduğunu demişlər. İş üçün 40000 manat istəmiş, gömrükdən keçirə bilməyəcəyini demiş, özü əvvəllər gömrük işçisi olduğundan onlara malı keçirmək üçün iki-üç nəfər getməli, ya da malı qeydiyyata salmalı olduqlarını demiş, Təqsirləndirilən şəxs malları keçirə biləcəyini bildirmişdir. Kiçik oğlunu da onlara qoşmuş, Təqsirləndirilən şəxs sərhədkeçməsinə məhdudiyyət qoyulduğunu deyib 20000 manatı Tahirə, 20000 manatı Rəsula, 20000 manatı da oğluna verib Tehrana getmişlər. Tehranda görüşüb Tahir gəlib Zərərçəkmiş şəxs1 və onun oğlundan pulu alaraq mala getmişlər. Sonra Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxs görüb ondan getmədiyini soruşduqda, Təqsirləndirilən şəxs stopu olduğundan gedə bilmədiyini demiş, Təqsirləndirilən şəxs istirahətə getdiyi və 20 gün olmayacağını demişdir. Rza malın gələcəyini və gömrük pulunun olacağını demiş, oğluna pul verəcəyini və nə lazım olsa, onun edəcəyini demişdir. Müəyyən vaxtdan sonra malın gəldiyini bildirmişlər, oğluna malı çıxarmalarını demiş, 15300 metr təsdiq edilmiş Sərhəd Qoşunlarının formasına uyğun mal - cəmi 153 mal gəlmiş və iyirmi neçə rulonunu verməmişlər. Rulonları kimin saxladığını soruşanda demişlər ki, X26 Əhmədov arasında borc məsələsi olduğundan rulonların bir hissəsini saxlamış, malı çıxardıqdan sonra Təqsirləndirilən şəxs malı harada tikdiyini soruşmuş və gedib həmin yerə baxmaq isdədiyini deyəndə Təqsirləndirilən şəxs fabrikin həbsdə olduğunu demişdir. Təqsirləndirilən şəxs tenderi necə icra edəcəyini soruşduqda Təqsirləndirilən şəxs ona Xətaidə yer götürüdüyünü demiş, Təqsirləndirilən şəxs Xətaidəki yerə baxmaq istədiyini bildirmiş, onlar Xətai fabrikinə getmişlər, orada boş yerdə heç bir tikiş aləti olmadığını görmüş, Təqsirləndirilən şəxs malları bura niyə tökdüyünü və burda necə tikəcəyini soruşmuş, Təqsirləndirilən şəxs demişdir ki, “narahat olma”, həll edəcək və tikiş maşınları almalı olacaqlarını demişdir. Onlar “Binə Ticarət Mərkəzi”nə gedib sertifikatlı tikiş maşınları alıb sexə yığmış, Təqsirləndirilən şəxs elektrik işlərin olduğunu deyəndə onları da həll etmişlər. Çox şəraitsiz yer olmuş, işçilərin əllərini yumağa belə tam şəraiti olmamış, Təqsirləndirilən şəxs qazancın nə vaxt olacağını dedikdə aprelin axırına pulun olacağını demişdir. Ondan sonra Təqsirləndirilən şəxs oğlunu yanına işə götürmək istədiyini deyəndə onunla razılaşmışdır. Oğlunu fabrikə “zam direktor” kimi qeydiyyata almış, bankda da qeydiyyatı aparılacağını oğlu və Rza Əhmədoun pul almaq səlahiyyəti olacağını bildirmişdir. Aprel, may ayı bitdi, pul alınmamışdır. Sonra Təqsirləndirilən şəxs ona demişdir ki, “Göyçayda Tahir arendaya sex götürüb, mallar da və pul da ora gedir. Əvvəl danışıq olanda demişlər ki, 5 manata buşlat tikirlər, şalvar tikmirlər. Buşlata 5 manat danışmışlar, sonra 10 manat oldu, dedilər onun fəhlə pulusu, əmək haqqısı və pensiyonnusu var, nəticədə 01 buşlatın tikilməsi 10 manata ərsəyə gəlmiş, ondan sonra düymələrin alınmağı 15 manat gəlir çıxır”. Tikiləndən sonra mala qəbz gətirmiş, X7 yerləşən bazası var və bazaya aparıb malı təhvil verərək gəlib ona göstərmişdir ki, malı Sanqaçalada təhvil vermiş, 4500 mal verildikdən sonra X11 bazası Təqsirləndirilən şəxs malı götürməmiş, Təqsirləndirilən şəxs özü də demişdir ki, mal verməyəcək, pul vermirlər. Malların qalanını geri gətirib onun anbarına qoymaq istəmişlər, onlara anbarının olmadığını bildirmiş, yaşadığı binanın alt hissəsində qarajı olsa da, böyük bir yer olmadığını demiş, malları gətirib qaraja qoymuşlar, 4 reys mal gətirmişlər, hər reysdə 600- 700 mal olmuş, həmin qaraj ona məxsus deyil, kirayə götürmüşdür. Yay ayında pul alınacaq demişlər, yay oldu, pul gəlmədi, payız ayında tender başlayacaq, faizə pul gələcək, oktyabr ayında ayında xəbər almışdır ki, pul gəlib “Günay Bank”a zəng etmişdir ki, pul necə olub gəlib, oğlunun xəbəri olmamış, demişlər ki, pul “Günay Bank”dan yox, onların pulun çeviriblər X17 filialına, onun və oğlunun xəbəri olmadan Təqsirləndirilən şəxs pulları digər banka vurdurmuşdur, həmin bankdan da gecə ilə pulları çıxarmışdır. 333000 manat puldan 83000 manat Sərhəd Qoşunlarının müqavilə şərtlərini yerinə yetirmədiyindən 10 faiz cərimə edilib, geri qalan pulu vermişlər. Təqsirləndirilən şəxs onun telefonlarına cavab verməmiş, onunla əlaqə saxlamamış, ona mesaj yazaraq pulun onun yox, başqa pul olduğunu demişdir. Ondan sonra Təqsirləndirilən şəxs qardaşına xəbər vermişdir ki, gəlsin, qardaşı söz verib ki, gələcək, ancaq gəlməmiş, Təqsirləndirilən şəxs demişdir ki, müqavilə yazaq, müqaviləni oxumuş və orada vergi məsələsi olmuş, hüquqşünasdan məsləhət alacağını demiş, sonra Təqsirləndirilən şəxs öz xətti ilə yazmışdır ki, Rövşən Məmmədlidən iş görmək üçün bu qədər pul götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, 70 faiz borcunu bağlayacaq. Təqsirləndirilən şəxs ondan əl borcu evinin sənədi üçün 3000 manat almış, bu günədək 3000 manatı qaytarmış, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru olduğunu bilmiş, vergidən çıxarışları görmüşdür. Tenderdə iştirak etdiklərini demiş, geyim tenderleri olmuş, lakin xahiş etsə də, Təqsirləndirilən şəxs həmin tenderləri ona göstərməmiş, cəmi 292000 manat pulu həmişə Təqsirləndirilən şəxs özünə vermişdir. “Günay Bank”da hesab açılmasını bilmiş və oğlu ilə Təqsirləndirilən şəxs da imzası olmuş, Beynəlxalq banka pulun necə getməsindən xəbəri olmamış, 292000 manatın verilməsi barədə aralarında ancaq mesaj və danışıq olub, sənəd olmamışdır. Hazır məhsul onun qarajında olmuş və məhsul onun qarajına gəlmiş, 600-600-500 ədəd, cəmi 2223 ədəd gödəkcə gəlmiş, Təqsirləndirilən şəxs çıxıb gedəndən sonra malı aparıb Xətai rayonunda olan sexə vermiş, 58000 manat məbləğində malın isə onda olduğunu demiş, həmin mal - hansı ki 70000 manat məbləğində mənfəət müqabilində Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. Birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Fəxrəddin vasitəsilə tanımış, Təqsirləndirilən şəxs ona demişdir ki, 2018-ci ilin Sərhəd Qoşunları üçün olan tenderində iştirak edəcək və tenderdə iştirak etmək üçün, tenderə girmək üçün müəyyən məbləğdə pul lazımdır. Tenderə daxil olmaq üçün nə qədər pul lazımdır deyə soruşanda Təqsirləndirilən şəxs 2500 manat deyə bildirmişdir. Təqsirləndirilən şəxs 2500 manatı vermişdir. Ondan sonra Təqsirləndirilən şəxs demişdir ki, Sərhəd Qoşunların başqa nümayəndəsi ilə görüşmüş, o bildirmişdir ki, tenderi udmaq üçün əlavə bir şirkəti də daxil etmək lazımdır, 2500 manat da lazımdır. Həmin 2500 manatı da tapıb Təqsirləndirilən şəxs vermiş, 18 dekabr 2018-ci il tarixdə tender keçirilmiş, Təqsirləndirilən şəxs şəxsi avtomobili ilə Sərhəd Qoşunlarına aparmış, Təqsirləndirilən şəxs tenderdən çıxdıqdan sonra tenderin hər bir dəstin qiyməti 72, 73 manat olmaqla udduğunu demiş, Təqsirləndirilən şəxs soruşmuşdur ki, orda “sənə sual vermədilər ki, sən niyə indi tenderə 73 manatla girirsən, halbuki 2017-ci ildə 83 manatla udmusan”, Təqsirləndirilən şəxs bildirdi ki, sualı ona tender keçirən nümayəndələr verdilər, onlara izah etdi ki, “keçən ildən gətirdiyim materiallar əlimdə qaldığı üçün qiyməti ucuz vermişəm”. Təqsirləndirilən şəxs tenderi udduqdan sonra demişdir ki, İrana mala 10000 ABŞ dolları göndərmək lazımdır. Onun sözlərindən sonra bununla bağlı Rəsət müəllimə müraciət etmişdir. Rəsət müəllim 10000 ABŞ dolları, ümumi sayda valyuta məzənnəsi ilə 15000 manatı Təqsirləndirilən şəxs vermişdir. Bir neçə həftədən sonra mal gəlmiş və tikiş zavoduna göndərmişlər. Təqsirləndirilən şəxs gələn malın tikilməsi üçün pul lazım olduğunu deyəndə ona demişdir ki, “Mingəçevirə gedək, dostundan pul istəyərik, verər”. Təqsirləndirilən şəxsla birlikdə Mingəçevirə gedib orada Rövşən Primovun ofisində görüşmüşlər. Rövşən Təqsirləndirilən şəxs tenderi yerinə yetirib malı tikməyə ümumi nə qədər pul lazım olduğunu soruşduqda, Təqsirləndirilən şəxs cavabında tenderin mallarını tikib təhvil verməyə 100000 ABŞ dolları olsa, tenderin mallarını hazırlamaq mümkün olacağını demişdir. Rövşənin yanına birinci dəfə gəldikdə 9000 ABŞ dolları vermiş, gömrükdən gələn malların pulunu ödəmək üçün Rövşən Təqsirləndirilən şəxs nə iş olduğunu soruşmuş, Təqsirləndirilən şəxs tenderi udduğu və ******* manatlıq tender olduğunu və onu yerinə yetirmək üçün 100000 ABŞ dolları lazım olduğunu, həmin tenderlə bağlı kim pul versə, müəyyən hissəsində şərik ola biləcəyini demiş, Rövşən Təqsirləndirilən şəxs 40000 ABŞ dolları vermiş, təyyarə ilə Tehrana getmişlər və tehranda Tahir pulu götürüb zavoda getdiyini demişdir. Sonra Azərbaycana qayıtmışlar və tenderin müqaviləsini şəxsən özü görə bilməmişlər. Dəfələrlə Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə zəng vurmuş, lakin sonuncu telefona cavab verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, uzun müddətdir sahibkarlıq fəaliyyəti - ərzaq məhsulların Ağdam, Cəlilabad, digər rayonlardan alınıb müxtəlif təşkilatlara satışının həyata keçirilməsi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 30 ildir tanımış, onunla dostluq münasibətləri var. 2019-cu ilin fevral ayında xatırlamadığı gündə Zərərçəkmiş şəxs1 ona zəng edib işi olduğunu və olduğu yerə - Mingəçevir şəhərinə gələcəyini demiş, növbəti günü Zərərçəkmiş şəxs1 yanında bir nəfərlə onun Mingəçevir şəhərinin mərkəzində icarə götürdüyü ünvanını xatırlamadığı ofisinə daxil olmuş, Zərərçəkmiş şəxs1 yanında olan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Bakı şəhərində tikiş fabrikinin müdiri olduğunu, Dövlət Sərhəd Xidmətinin tenderində qalib müəssisə rəhbəri olduğu və həmin müqavilə üzrə iş gördüyünü bildirmiş, Təqsirləndirilən şəxs hətta tender müqaviləsini ona göstərmiş, sonra Zərərçəkmiş şəxs1 işin görülməsi üçün 20000 manat lazım olduğunu deyib pulu borc istəmiş, dostu Zərərçəkmiş şəxs1 kömək üsün 20000 manatı borc verə biləcəyini demiş, növbəti günu həmin ofisdə özünün 20000 manatı Zərərçəkmiş şəxs1 vermişdir. 2019-cu ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərində olan evini sataraq ona olan borcunu ödəmişdir. Zərərçəkmiş şəxs1 bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yalan vəd verib inandırmaqla aldadıb pulunu ələ keçirmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələrində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi təsdiq etməklə yanaşı, əlavə olaraq sualları cavablandırarkən ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanışı Fəxrəddin vasitəsilə tanımış, Rza ona demişdir ki, 2018-ci ilin Sərhəd Qoşunları üçün tenderdə iştirak edəcək və iştirak etmək üçün, tenderə girmək üçün müəyyən məbləğdə pul lazımdır. Nə qədər pul lazım olduğunu soruşanda Rza ona 2500 manat demişdir, Rzaya 2500 manat vermiş, bundan sonra Rza ona demişdir ki, Sərhəd Qoşunların başqa nümayəndəsi ilə görüşmüş, sonuncu Rzaya tenderi udmaq üçün əlavə bir şirkəti də daxil etmək lazım olduğundan 2500 manat da lazımdır. Həmin 2500 manatı da tapıb Təqsirləndirilən şəxs vermiş, 18 dekabr 2018-ci ildə tender keçirilmiş, Rzanı şəxsi avtomobili ilə Sərhəd Qoşunlarına aparmış, Rza tenderdən çıxdıqdan sonra, tenderin hər bir dəstin qiymətinin 72,73 manat olaraq udduğunu deyəndə soruşdu ki, sənə sual vermədilər ki, “niyə indi tenderə 73 manatla girirsən, 2017-ci ildə 83 manatla udmusan”, Rza cavab verdi ki, sualı ona tenderi keçirən nümayəndələr verdikdə izah etmişdir ki, keçən ildən gətirdiyi material əlində qaldığından qiyməti ucuz vermişdir. Rza tenderi udandan sonra ona demişdir ki, İrana 10000 ABŞ dolları mala göndərmək lazımdır. Rzanın sözündən sonra bununla bağlı Rəsətə müraciət etmiş, Rəsət 10000 ABŞ dolları, ümumi valyuta məzənnəsi ilə 15000 manatı Rzaya vermiş, bir neçə həftə sonra mal gəlmiş, Rza gələn materialın tikilməsi üçün pul lazım olduğunu deyəndə, ona demişdir ki, Mingəçevirə gedək, dostu var, ondan pul istəyərik verər. Rza ilə onlar Mingəçevirə gedib orada Primov Rövşənin ofisində görüşmüşlər. Rzadan tenderi yerinə yetirib malı tikməyə ümumi nə qədər pul lazım olduğunu soruşduqda Rza tenderin mallarını tikib təhvil verməyə 100000 ABŞ dolları olsa, tenderin malını hazırlamaq mümkün olacağını demişdir. Rövşənin yanına ilk gəldikdə 9000 ABŞ dolları vermiş, gömrükdən gələn malların pulunu ödəmək üçün. Rövşən Rzadan nə iş olduğunu soruşmuş, Rza tenderi udduğu, ******* manatlıq tender olaraq 100000 ABŞ dolları lazım olduğunu, tenderlə bağlı kim pul versə şərikli olacağını demiş, X31 40000 ABŞ dolları vermişdir. Tenderin müqaviləsini görməmişdir. Dəfələrlə Rzaya telefonla zəng vurmuş, cavab verməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat zamanı dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha olduğu kimi təsdiq etməklə yanaşı, əlavə olaraq sualları cavablandırarkən ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər yaşadığı yerdən tanımış, bir yoldaşı yanında olarkən, Rəsul və Rza da ora gəlmişlər. X34 Xidmətinin elan etdiyi tenderdə qalib olduğunu bildirmiş və tenderi icra etməyə əllərində lazımi olan vasait olmamış, tender ondan ibarətdir ki, tikiş paltarları tikərək təhvil verməklə böyük qazanc qazanmaq olmuşdur. Rzaya inanaraq ayrıayrı vaxtda pul vermiş, ödədiyi hər bir pulun tarixi və imzası da aralarındakı razılaşmada olmuş, 72000 manat təminatdan, 25000 manat qazanc Rzaya, 35.000 qazancisə ona qalmalı olmalıdır. Aprel ayında malı sataraq pulu verəcəyi tarixdən 2019-cuilin son tarixinə kimi heç bir ödəniş olmamış, məsələ bu yerə kimi gəlib çıxdıqından artıq aidiyyatı üzrə şikayətini etmiş, bu günə qədər Rza ona cəmi 14000 manat ödəmiş və hazırda ona dəymiş ziyandan 41000 manat ödənilməmiş qalmışdır. Rza məhkəmənin hazırlıq iclasında aprel ayında onun borcunu bağlayacağını söz versə də, ona olan borcdan 41000 manat məbləğində pul vəsaitindən cəmi 14000 manat ödəmişdir. "xxxx" MMC-nin təsisçisi X5 05 dekabr 2011-ci il tarixli 01 nömrəli əmri ilə Təqsirləndirilən şəxs göstərilən cəmiyyətə direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti arasında bağlanılmış 19 dekabr 2017-ci il tarixli k/91 nömrəli müqaviləyə görə, müqavilə əsasında Dövlət Sərhəd Xidməti tərəfindən "xxxx" MMC-dən 830000 manat dəyərində dəniz dalğası rəngli komufulyaj parçadan istiləşdirilmiş qış gödəkçəsi və istiləşdirilmiş qış şalvarının alınması razılaşdırılmış və müqavilənin qüvvədə olma müddəti bir ildir. İş materiallarında olan tenderin nəticələri haqqında tender komissiyasının 27 iyul 2018-ci il tarixli yekun protokolundan görünür ki, tenderin nəticələri üzrə birinci yeri tutmuş iddiaçı "xxxx" MMC olmuş, təklifin qiyməti isə 342000 təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti arasında bağlanılmış 30 iyul 2018-ci il tarixli k/49 nömrəli müqaviləyə görə, müqavilə əsasında Xidmət tərəfindən "xxxx" MMC-dən 342000 manat dəyərində uçuş geyimlərinin alınması razılaşdırılmış və müqavilənin qüvvədə olma müddəti bir ildir. Həmin müqaviləyə 1 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolunun 6cı bəndində 300 ədəd texniki istiləşdirilmiş iş kombinezonu və gödəkcələrin istehsalı və materiallara görə Dövlət Sərhəd Xidməti tərəfindən 72000 manat ödəniləcəyi göstərilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində olan Dövlət Sərhəd Xidmətinin Əşya-Geyim laboratoriyasında aparılmış 30 iyul 2018-ci il tarixli k/49 saylı müqavilədə nəzərdə tutulan və "xxxx" MMC tərəfindən təhvil verilmiş uçuş gödəkcə və şalvarı üzrə 22 dekabr 2018-ci il tarixdə hərbi anbarlara təhvil verilmiş nümunələrin laborant yoxlanılması nəticəsində həmin geyim vasitələrinin tenderin əsas şərtlər toplusuna cavab vermədiyi müəyyən edilmiş və maddi dəyərlilərinin bu səbəbdən qəbulundan imtina edilmişdir. Dövlət Sərhəd Xidmətinin Əşya-Geyim laboratoriyasında müvafiq texniki şərtlər üzrə aparılmış yoxlama nəticələri üzrə cədvəllər də iş materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqə 60-62). Eyni zamanda, iş materiallarında olan "xxxx" MMC ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti arasında bağlanılmış 30 iyul 2018-ci il tarixli k/48 nömrəli digər müqaviləyə müqavilə əsasında Dövlət Sərhəd Xidməti tərəfindən "xxxx" MMC-dən 19800 manat dəyərində mərasim geyim forması, dəniz dalğası rəngli furajka və qalstukun alınması razılaşdırılmış və müqavilənin qüvvədə olma müddəti bir ildir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs arasında imzalanmış 25 dekabr 2018-ci il tarixli razılaşmaya əsasən, 30 iyul 2018-ci il tarixli k/49 nömrəli müqavilənin 01 nömrəli əlavəsində olan 6-cı bənddə göstərilən 72000 manat dəyərində iş kombinezonu və gödəkcələrin tikilişi üçün zərərçəkmiş Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 26 dekabr 2018-ci il tarixdə 15000 manat və 10 yanvar 2019-cu il tarixdə 15000 manat, cəmi 30000 manat verilməli, bu vəsaitə Təqsirləndirilən şəxs həmin üst geyimlərin tikilməsinin 30 yanvar 2019-cu il tarixdə başa çatdırılıb təhvil verilməli və aldığı 30000 manatı ancaq üst geyimlərinin tikilməsinə sərf etməli, üst geyimlərin təhvil verilməsinə dair Təqsirləndirilən şəxs rəsmi sənədləri Zərərçəkmiş şəxs3 təqdim etdikdən sonra tender müqaviləsinin digər bəndləri üzrə görülmüş işlərin təhvil verilməsinə Təqsirləndirilən şəxs əlavə 20000 manat verməli, iş kombinezonu və gödəkcələrin tikilişinə 72000 manat dəyərində sifarişin yerinə yetirilməsindən əldə edilən gəlirdən 7000 manat pulu Zərərçəkmiş şəxs3 verməli, 01 may 2019-cu ilə müqavilə üzrə bütün işlərin tam yerinə yetirdikdə 50000 manatı ondan aldığı sərmayə, 25000 manatı isə iş birliyindən gəlir olmaqla, cəmi 75000 manat pulu Zərərçəkmiş şəxs3 verməli olmuşdur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs əlyazmalarından görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 15130 manat təşkil edən 8900 ABŞ dolları, 10 yanvar 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə cəmi 15300 manat təşkil edən 9000 ABŞ dolları və 15 yanvar 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 20400 manat təşkil edən 12000 ABŞ dollarını, nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə cəmi 50830 manat məbləğində pul vəsaitini almışdır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs əlyazmalarından görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 15300 manat olan 9000 ABŞ dolları, 23 fevral 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 68000 manat təşkil edən 40000 ABŞ dolları, 24 fevral 2019cu il tarixdən 07 sentyabr 2019-cu il tarixədək həmin dövrün məzənnəsi ilə 203284,30 manat təşkil edən 119579 ABŞ dolları, 2019-cu ilin dekabr ayında həmin dövrün məzənəsi ilə 3612,5 manat təşkil edən 2125 ABŞ dolları olmaqla, X6 ümumilikdə 290196,80 manat pul vəsaiti almışdır. İş materiallarında olan 25 iyul 2019-cu il tarixli elektron qaimədən də görünür ki, 30 iyul 2018-ci il tarixli müqavilə üzrə texniki istiləşdirilmiş iş kombinezonu və gödəkcə Dövlət Sərhəd Xidmətinə göndərilmişdir. Dövlət Sərhəd Xidmətinin 05 mart 2020-ci il tarixli cavab məktubundan da görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən müraciətdə qeyd olunan müqavilə əmlakların nümunələri tələb olunan texniki şərtlərə uyğun olmadığından və öhdəlik müddəti bitdiyindən ləğv olunmuşdur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş "xxxx" MMC-dən daxil olan ***-***- **-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrə daxil olan və çıxan zənglər barədə məlumatların, SMS mətnlərinin və əhatə dairəsinin, zəng edən və SMS əlaqələri saxlanılan abunəçilərin anket məlumatlarının, həmin nömrələrə daxil olan və çıxan zənglərin əhatə dairəsinə dair məlumatlara baxış zamanı aşağıdakı məzmunda məlumatlar aşkar edilmişdir: • 17/04/2019, 11:05:08, **********22, **********06 – Rza salam sene zeng edirem defelerle telefona cavab vermirsen mene zeng et • 11/05/2019, 14:34:51, **********99, **********06 – Hardasan tel goturmusen iki gundu Bele olmaz problemin ustune getmek lazim qacmaq yox • 31/05/2019, 14:34:52, **********99, **********06 – Qardaw xaiw edirem mene zeng et • 10/12/2019, 19:18:05, **********07, **********06 – Rza m menim zengime cavab ver. Meseleni hell etmişem • 11/12/2019, 14:36:37, **********07, **********06 – Rza m salam pul oturub BB Sabunçu filiali • 11/12/2019, 14:40:06, **********07, **********06 – 36000depozit+173000-nõmreli bùdceden. • 11/12/2019, 14:40:48, **********07, **********06 – 83000 cerime edilməsin. • 12/12/2019, 11:24:06, **********07, **********06 – Rza m. Salam. Zeng etmişler, bu gün pul bankdan çixmasa ğeri büdceye qayidacaq. sonra 5-6ay ğözlemeli olacağıq. • 12/12/2019, 11:53:48, **********07, **********06 – yazdiğı sene gülmeli, 60+31 köçürmüsen. • 12/12/2019, 20:24:23, **********07, **********06 – Rza axşamin xeyir! Gördüyün hereketden utanirsanmi? sene pislik etmişdim, elinden tutub ayağa durquzdum, 50 manat benzin boynunu bükmüşdun. İndi menim pulumla borclarini bağlayirsan. • 12/12/2019, 20:24:24, **********07, **********06 – Heç kimin haq pulu,heç kimin boğazı keçə bilməz! • 12/12/2019, 20:28:28, **********07, **********06 – Ne ağilla bu hereketi edirsen? Üzden şexsiyyetli insana • 12/12/2019, 20:28:29, **********07, **********06 – üzeyir din qeder alcalacağina inanmazdim • 12/12/2019, 20:42:01 **********07, **********06 – menim pulumla, tikilmiş herbi geyimlerin haq-hesabini başka banklara keçirib ordan gizli bir hissesini Çine (61000)gönderisen, bir hissesini nağdlaşdirmisan (30000), bir hissesi başqa qohumtanişlari adina kart açdirmisan, Rza sənin isə etdiyin hereketlərlə gösterirki sen işe evelden hazirlaşmisan. • 24/12/2019, 21:49:40 **********07, **********06 – Salam heyetdeyem dush ashaği. Evde deyilsense xeber ele, men işimi bilim (cild 4, iş vərəqə 95-97). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı F.Q.Şahverdiyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 avqust 2020-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-in direktoru Təqsirləndirilən şəxs ərizəsi üzrə araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs ərizəsində bildirmişdir ki, o müqaviləyə əsasən Dövlət Sərhəd Xidmətinə 72000 manat dəyərində 300 dəst geyim mallarının tikilməsi üçün Zərərçəkmiş şəxs3 50000 manat pul almış, həmin pulla 300 dəst geyim tikib Dövlət Sərhəd Xidmətinə göndərmiş, lakin nöqsanların aradan qaldırılması üçün həmin mallar geri qaytarılmış və "xxxx" ASC-in icarəyə götürülmüş anbarına yerləşdirilərək saxlanılmışdır. Zərərçəkmiş şəxs3 borc verdiyi 50000 manat pulun geri qaytarılmamasını əsas gətirərək anbardan mal götürüb aparmışdır. Odur ki, Zərərçəkmiş şəxs3 anbardan götürdüyü malın qaytarılmasında köməklik göstərməsini xahiş etmişdir. Araşdırmanın nəticəsində təhqiqat orqanı nəticəyə gəlmişdir ki, material üzrə cinayət tərkibi aşkar olunmamış, tərəflər arasında yaranmış mübahisə mülki xarakter daşıyır və cinayət işinin başlanması Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Hazırkı apellyasiya baxışı zamanı məhkəməyə daxil olmuş və tədqiq edilmiş “X25” ASC-nin direktoru Tahir Məmmədov tərəfindən imzalanmış və ASC-nin möhürü ilə möhürlənmiş 20 oktyabr 2025-ci il tarixli məktubda qeyd olunur ki, ““X25” ASC ilə "xxxx" MMC arasında 01 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi üçün istehsal prosesinə başlanmış 62852 manat dəyərində 1109 ədəd yarımfabrikat halında olan gödəkcə indiyədək “X25” ASC-nin tikiş sexində saxlanılır”. 01 dekabr 2018-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin surətindən görünür ki,“X25” ASC ilə "xxxx" MMC arasında aylıq 1000 manat olmaqla üç il müddətinə Göyçay rayonu, Heydər Əliyev prospekti 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi avadanlıqları ilə birlikdə "xxxx" MMC-yə icarəyə verilmişdir. Hazırkı apellyasiya baxışı zamanı zərərçəkmiş şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş 20 oktyabr 2025-ci il tarixli əlyazma ilə tərtib olunmuş müqavilənin mətnindən görünür ki, müqavilə X15, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs qardaşları X21 və Şahid5 arasında bağlanmış, imzaları ilə təsdiq edilmişdir. Müqaviləyə görə, zərərçəkmiş şəxslər X15, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı əlavə tələb və iddialarının olmadığını bildirmişlər. Həmçinin birinci apellyasiya icraatı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təyin olunmuş kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, 03 iyul 2023-cü ildən 31 oktyabr 2023-cü il tarixədək, yəni 04 aya yaxın müddət ərzində keçirilmiş ekspertiza tədqiqatının nəticəsində ekspertlərin gəldiyi nəticə aşağıda göstərilən kimi olmuş, yəni 3,4-cü suallar üzrə - ekspert baxışa təqdim edilən Dövlət Sərhəd Xidmətinə məxsus geyim formalarının hal-hazırkı tarixə orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 79300 manat müəyyən edilmiş; 2-ci sual üzrə - 2820 ədəd gödəkçə və şalvarın müqavilə qiyməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə Dövlət Sərhəd Xidməti arasında bağlanmış 30 iyul 2018-ci il tarixli k\49 nömrəli müqavilə üzrə göstərilən qiymətlərlə öz əksini tapır; 6,7,8 və 9-cu suallar üzrə - sualların cavabı məhkəmə əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığı üçün, qoyulmuş suallar üzrə təhqiqat aparmaq mümkün olmamır. Qeyd edilmişdir ki, müdafiə tərəfinin təqdim etdiyi mütəxəssis rəyində konkret göstərilmiş 166000 manat dəyərində malların Bakı şəhəri ərazisində olan anbarda olmadığından, ekspertiza baxışına təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmin ekspert rəyini və apellyasiya baxışı zamanı “X25” ASC-nin direktoru Tahir Məmmədov tərəfindən imzalanmış və ASC-nin möhürü ilə möhürlənmiş, “X25” ASC ilə "xxxx" MMC arasında 01 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi üçün istehsal prosesinə başlanmış 62852 manat dəyərində 1109 ədəd yarımfabrikat halında olan gödəkcənin indiyədək “X25” ASCnin tikiş sexində saxlanılmasına dair 20 oktyabr 2025-ci il tarixli məktubunda qeyd olunanları, həmin xüsusatı təsdiq edən şahid ifadələrini və digər sübutları da nəzərə alaraq irəli sürülmüş ittihamla bağlı yekun hüquqi mövqeyə gəlinməsi üçün formalaşan qənaətə təsir etmədiyi diqqətdə saxlanılmaqla hazırda “X25” ASC-nin tikiş sexində saxlanılan mallarla bağlı ekspert tədqiqatına zərurətin olmadığı nəticəsinə gəlir. Məhkəmə kollegiyası cinayət işinin tam, obyektiv və hərtərəfli araşdırılması, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilmiş xüsusatların yoxlanılması məqsədilə apellyasiya şikayətlərinə məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsinin zəruri olduğunu hesab etmiş və bunu reallaşdırmışdır. Beləliklə, məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxs-mülki iddiaçıların, məhkum edilmiş şəxsin və müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçiləri Müdafiəçi1 Çərkəz oğlu və Müdafiəçi2, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, zərərçəkmiş şəxs X8 nümayəndəsi Nümayəndə1 Hüseyn qızı, Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə2 tərəfindən birgə imzalanmaqla verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 saylı hökmü ləğv olunmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməli, verilmiş mülki iddialar baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxs-mülki iddiaçılara Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafi tərəfi apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərini pozduğunu, o cümlədən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün ittiham tərəfinin təklif etdiyi sübutların tədqiqindən əsassız olaraq imtina etdiyini, sübutları cinayət-prosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyini və hökmün yolverilməz sübutlarla əsaslandırdığını iddia edərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması ilə əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 saylı hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə, dələduzluq cinayətlərində sübut olunmalı ən vacib məsələ talama niyyətinin maddi vəsaitlərin əldə olunmasından əvvəl yaranmasıdır. Lakin bir çox hallarda təqsirləndirilən şəxsin belə niyyətinin müəyyənləşdirilməsi mürəkkəb olur. Başqa sözlə, həmin ərəfədə onun subyektiv baxımdan fikirlərini, məqsədlərini, niyyətlərini müəyyən edən sübutların əldə edilməsi çətinlik yaradır. Belə hallarda təqsirləndirilən şəxsin maddi nemətləri əldə etməmişdən əvvəl, əldə edən zaman və bundan sonrakı davranışlarının xarakterini müəyyənləşdirmək vacibdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı, cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Həmin Məcəllənin 143-cü maddəsinə görə, məhkəmə tərəflərin vəsatəti və yaxud öz təşəbbüsü ilə sübutların toplanılmasında iştirak edir, o cümlədən dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanımaya təqdim etmə və digər prosessual hərəkətləri həyata keçirir. Həmin Məcəllənin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (Cinayət-Prosessual Məcəllə, maddə 146.1). Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Cinayət-Prosessual Məcəllənin 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 saylı hökmündən göründüyü kimi, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmədə tədqiq olunmuş sübutları təsvir etdikdən sonra onların məcmusunun Təqsirləndirilən şəxs ittiham aktında göstərilən əməllərdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilmək üçün əsas verməsi, eləcə də onun əməllərində həmin maddənin nəzərdə tutduğu cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Halbuki Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs-mülki iddiaçılardan, şahidlərdən alınmış ifadələri, digər sübutları ittihamda göstərilən dələduzluq əməli üzrə müəyyən edilmiş sayılan hallar və talama cinayətlərini xarakterizə edən obyektiv və subyektiv əlamətlər, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyası ilə müqayisə etdikdə, həmin sübutların və işin faktik hallarının sözügedən ittiham üzrə dələduzluq cinayətinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmadığı aydın olur. İş materiallarını araşdırmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası 09 oktyabr 2024-cü il tarixli 1(102)-1227/2024 saylı qərarında qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və kassasiya şikayətlərinin dəlillərinə uyğun ifadə verərək göstərmişdir ki, onun zərərçəkmiş şəxslərə məxsus əmlakını aldatma və ya etibardan suiistifadə etmə yolu ilə ələ keçirməsi məqsədi olmamış və faktiki olaraq o, zərərçəkmiş şəxslərə məxsus heç bir əmlak ələ keçirməmişdir. O, zərərçəkmiş şəxslərlə gəlir əldə etmək üçün birgə kommersiya fəaliyyəti ilə məşğul olması barədə razılığa gəlmiş və həmin razılığa əsasən zərərçəkmiş şəxslər tərəfindən təqdim edilmiş pul vəsaitləri tam şəkildə kommersiya fəaliyyətinə, yəni Dövlət Sərhəd Xidməti ilə bağlanmış müqavilələrə əsasən həmin qurum üçün geyim dəstlərinin tikilməsinə sərf olunmuşdur. X36 Respublikasından parçaların gec gəlməsi, onun direktor olduğu müəssisəsinin istehsalat imkanlarının kifayət qədər olmadığı və aşkar edilmiş çatışmazlıqla əlaqədar Dövlət Sərhəd Xidməti tərəfindən hazır geyim dəstlərinin qəbul edilməsindən imtina olunması səbəbindən müqavilə üzrə sifarişin yerinə yetirilməsi ləngimişdir. Bunu görən zərərçəkmiş şəxslər razılaşma şərtlərini pozaraq, artıq tikilmiş və anbarda olan hazır məhsulları Təqsirləndirilən şəxs razılıq olmadan aparmışlar. Məhz bu səbəbdən Dövlət Sərhəd Xidməti ilə bağlanmış müqavilələrin şərtlərini yerinə yetirilməmiş və gəlir əldə edilməmişdir. Təqsirləndirilən şəxs öz ifadələrdə göstərilən halların təsdiqi üçün məhkəməyə bir sıra sənədlər təqdim etmiş və şahidlərin dindirilməsi barədə vəsatətlər vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərilən hallar faktiki olaraq onun Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə təqsiri olmasını istisna edir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər isə həm birbaşa, həm də dolayı həmin halları təsdiq edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ifadəsini mötəbər sübut kimi qəbul etməmiş, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş sənədləri tədqiq etmədən və onlara qiymət vermədən, təqsirləndirilən şəxsin ifadəsində göstərilən halların təsdiq edilməsi üçün şahidlərin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətlərini təmin etmədən onun təqsirsiz olması barədə ifadəsini mötəbər sübut kimi qəbul etməmiş və zərərçəkmiş şəxslərin ifadələrinə və zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs pul verilməsini təsdiq edən sənədlərə əsasən nəticəyə gəlmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmış, o, Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir”. Azərbaycan Respublikası Ali Məhkəməsi gəldiyi qənaəti həm də onunla əsaslandırmışdır ki, “zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrdən də görünür ki, onlar tərəfindən təqsirləndirilən şəxsə verildiyi pullarla DSX-in sifarişi ilə geyim dəstlərinin tikilməsi üçün müvafiq avadanlıq alınıb sexlərə quraşdırılmış, İran İslam Respublikasından Azərbaycan Respublikasına 15000 metr parça alınıb gətirilmiş və geyim dəstlərinin tikilməsində istifadə edilmiş və tikilmiş mallar Təqsirləndirilən şəxs tərəfindən anbara yığılmışdır. Həmçinin həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiya məhkəmələrin məhkəmə iclas protokollarından görünür ki, müdafiə tərəfi işin bu, habelə məhkumun ifadəsində göstərilmiş, onun əməlində dələduzluq əlamətlərinin olmamasını müəyyən edən digər halları təsdiq etmək üçün məhkəmə qarşısında şahidlərin dindirilməsi, zərərçəkmiş şəxslərin verdikləri pulların hesabına tam və yarımçıq tikilmiş geyim dəstlərinin dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspert hesablamaların keçirilməsi barədə vəsatətlər qaldırmış, lakin məhkəmələr tərəfindən həmin vəsatətlər əsassız hesab edilərək təmin edilməmişdir”. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istinad edilən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə obyektiv nəticəyə gəlmək aşağıdakı istiqamətlər üzrə hüquqi dəyərləndirmə aparılmalıdır: • Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 pul vəsaitlərini götürərkən əsil niyyəti nədən ibarət olmuş, bunun qarşılığında qarşı tərəfə hər hansı yalan vəd vermişdimi? • Tərəflər arasındakı münasibətlərin həqiqiliyi, xarakteri və mahiyyəti necə və nədən ibarət olmuşdur? Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 özləri də təsdiq edir ki, Təqsirləndirilən şəxs ilə onların arasında işgüzar münasibətlər olmuşdur, Təqsirləndirilən şəxs özü də həmin sahə üzrə ixtisaslaşmış iş adamı olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş çoxsaylı sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə əldə edilmiş razılıq və ona uyğun işlərin görülməsi və təhvil verilməsi ilə ilk dəfə məşğul olmamışdır. Belə ki, cinayət işinin materiallarının altıncı cildində olan sənədlərdən, qiymətlərin razılaşdırılması protokollarından görünür ki, 2012-ci ildən müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs ilə Dövlət Sərhəd Xidməti arasında oxşar məzmunlu müqavilələr bağlanmışdır. Həmçinin o, 2000-ci ildən başlayaraq "xxxx" MMC-nin təsis edildiyi 2011-ci ilə kimi “Zövq-MTB” ATSC-nin sədri olduğu dövrdə də Silahlı Qüvvələrin sifarişi ilə icraçı qismində geyim mallarına dair sifarişlərini yerinə yetirmişdir. Göstərilən məqamlar hazırkı işin həlli üçün yekun qənaətə gəlmək üçün xüsusi əhəmiyyətli olmasa da, təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumat verir və ifadələrində qeyd etdiyi kimi onun həqiqətən də müvafiq sahə üzrə təcrübəli şəxs olduğu və hazırkı razılaşmanı məhz dələduzluq niyyəti ilə “təşkil etməməsi” də mübahisə doğurmur. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin yuxarıda müqayisəli təhlil edilən halları, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası 09 oktyabr 2024-cü il tarixli 1(102)-1227/2024 saylı qərarında öz əksini tapmış mövqeyi ümumiləşdirilməklə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 arasında Dövlət Sərhəd Xidməti üçün müqaviləyə əsasən geyimlərin hazırlanması ilə bağlı işgüzar münasibətlər mövcud olmuşdur və faktiki olaraq hadisənin obyektivliyə daha çox yaxın ola bilən mənzərəsi ondan ibarətdir ki, uğursuz sahibkarlıq fəaliyyəti nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 maddi tələblərini təmin edə bilməmişdir. Belə işgüzar münasibətlər zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 aldatmaq və ya onların etibarından sui-istifadə etmək niyyəti sübuta yetirilməmiş, hər bir halda qanuni, obyekti və əsaslı nəticəyə gəlmək imkanı verən aldatmaq və ya etibardan sui-istifadə etmək bu niyyətini təsdiq edə biləcək mötəbər sübutlar müəyyən edilməmişdir. Xüsusilə onu da qeyd etmək lazımdır ki, Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 sonradan geri tələb etdikləri pulları Təqsirləndirilən şəxs verərkən məqsədlərinin yalnız sərmayə qoyuluşu yolu ilə tenderdə udulmuş layihənin reallaşdırılmasından qazanc əldə etmək olması mübahisəsizdir. Həmçinin verilmiş ittihamdan göründüyü kimi, Zərərçəkmiş şəxs3lə bağlı epizod üzrə “2018-ci ilin iyul ayında bağladığı müqavilə üzrə 342000 manat dəyərində olan görülməli işləri faktiki olaraq guya 50000 manat vəsaitlə görməyin mümkün olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs3 50000 manat məbləğində sərmayə qoyacağı təqdirdə 01 may 2019-cu il tarixə müqavilə üzrə bütün işlərin yerinə yetirilməsindən sonra 50000 manatı sonuncudan aldığı sərmayə, 25000 manatı isə iş birliyindən əldə edilmiş gəlir kimi ümumilikdə 75000 manat məbləğində pulu Zərərçəkmiş şəxs3 verəcəyi barədə” razılaşmanın əldə edilməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası bu hissədə də qeyd edir ki, Təqsirləndirilən şəxs 342000 manat dəyərində olan görülməli işləri faktiki olaraq guya 50000 manat vəsaitlə görməyin mümkün olduğunu yalandan bildirməmişdir. Onların arasında olan yazılı razılaşmadan da aydın görünür ki, razılaşmanın protokolda olan “6-cı bənd”lə bağlı olduğu xüsusi vurğulanmışdır. Rövşən Məmmədlinin ifadəsindən də göründüyü kimi, “Təqsirləndirilən şəxs sərhədkeçməsinə məhdudiyyətin qoyulduğunu deyib 20000 manatı Tahirə, 20000 manatı Rəsula, 20000 manatı da oğluna verib Tehrana getmişlər. Tehranda görüşüb Tahir gəlib Zərərçəkmiş şəxs1 və onun oğlundan pulu alaraq mala getmişlər. Sonra Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxs görüb ondan getmədiyini soruşduqda, Təqsirləndirilən şəxs “stop”u olduğundan gedə bilmədiyini demişdir” deyə qeyd etmişdir. Həmçinin ifadədə qeyd olunan bu məqamlar birgə reallaşdırılması planlaşdırılmış istehsal prosesinə Təqsirləndirilən şəxs tərəfindən həqiqətən diqqətlə yanaşıldığını, məhz xaricdən xammal (parça) gətirilməsi, habelə bu prosesə tenderdə qazanılmış müqavilənin icrasına maliyyə vəsaiti qoymaqla qazanc üçün qoşulmuş tərəflərin bilavasitə özlərinin də cəlb edildiyini təsdiq edir. X18 “Onlar “Binə Ticarət Mərkəzi”nə gedib sertifikatlı tikiş maşınları alıb sexə yığmış, Təqsirləndirilən şəxs elektrik işlərin olduğunu deyəndə onları da həll etmişlər. Tikiləndən sonra mala qəbz gətirmiş, X7 yerləşən bazası var və bazaya aparıb malı təhvil verərək gəlib ona göstərmişdir ki, malı Sanqaçalada təhvil vermiş, 4500 mal verildikdən sonra X11 bazası Təqsirləndirilən şəxs malı götürməmiş, Təqsirləndirilən şəxs özü də demişdir ki, mal verməyəcək, pul vermirlər” ifadəsində tikiş üçün avadanlıqların alındığını, işçilərin cəlb edildiyini təsdiq edir. Bu xüsusat da digər sərmayə qoyanın bilavasitə birgə real fəaliyyətə cəlb edilməsini və iştirakını təsdiq edən aşkar dəlildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə onun şəxsləri aldatması barədə xüsusatlar yalnız Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 ifadələri üzərində qurulmuşdur, həmin ittiham çoxsaylı ziddiyyətlərlə və ehtimallarla müşayiət olunmaqla ittiham üzrə təqdim olunmuş "sübutlar” Təqsirləndirilən şəxs təqsirli bilinməsi üçün kifayət etmir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Plenum Qərarında məhkəmələrə izah edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Qərarın 8-ci bəndinə əsasən, məhkəmələrin diqqətinin dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlməsi tövsiyə edilir. Belə ki, Plenum Qərarının 27-ci bəndində daha ətraflı izah edilir ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmadıqda və yaxud şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, onun belə hərəkət etməsi Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki- hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığı halda həmin əmlak barəsində mülkiyyətçi (əmlaka sahiblik edən digər şəxslə) sövdələşmə zamanı onu bu cür razılaşmanı bağlamağa sövq etmək üçün yalandan istifadə etməsi də şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına dəlalət etmir. Çünki, belə vəziyyətdə şəxs mülkiyyətçini (sahiblik edəni) əmlakdan məhrum etmək niyyətində olmadığından, onun istifadə etdiyi yalan əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə deyil, müstəsna olaraq sövdələşmənin baş tutmasına yönəlmiş olur və yalnız bu məqsədə xidmət edir. Məsələn, şəxs digərindən gerçəkdən borc götürərkən yalandan qohumunun xəstəliyinə, pulun onun müalicəsi üçün lazım olduğuna istinad edirsə, şəxsin həqiqi niyyəti borc müqaviləsi bağlamaq (borcu qaytarmaq) olduğundan, burada yalan müstəsna olaraq digər tərəfi razılaşmanı bağlamağa sövq edən amil rolunu oynayır, beləliklə də əmlakı əvəzsiz olaraq ələ keçirmək niyyətinin mövcud olmaması söylənilən yalanın Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyası baxımından tərkibyaradıcı hal kimi qiymətləndirilməsini istisna edir. Hətta zərərçəkmiş şəxsin maddi zərər görməsi təqsirkarın başqa kriminal xarakterli niyyət və məqsədləri ilə bağlı olduqda belə müstəsna olaraq bundan çıxış etməklə Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibinin mövcudluğu barədə mühakimə yürütmək düzgün deyil. Çünki yuxarıda təsvir edilmiş talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərdən və Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispoziyasından irəli gələn mənaya görə, söhbət özgə əmlakının ələ keçirilməsində ifadə olunmuş dələduzluq cinayəti üzrə ittihamından gedirsə, təqsirkarın zərəçəkmiş şəxsin mövcud olan əmlakını ələ keçirməsi (mövcud əmlak kütləsindən hansısa hissəsini ayırıb özünün və yaxud üçüncü şəxsin nəfinə keçirməsi) tələb olunur. Belə (əmlakın ələ keçirilməsi ilə bağlı) dələduzluqda zərərçəkmiş şəxsin maddi zərər görməsi onun gözlənilən artımı, qazancı almamasında deyil, mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında (malik olduğu əmlakdan məhrum edilməsində) ifadə olunmalıdır. Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 ifadələrindən, eləcə də birinci instansiya məhkəməsində tədqiq olunmuş digər sübutlardan, apellyasiya baxışı zamanı dindirilmiş şahidlərin ifadələrindən və işin hallarından göründüyü kimi, Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3lə razılaşmalarda təqsirləndirilən şəxsin həqiqi niyyətinin razılaşmanın şərtlərinə əməl etmək olmadığı (onları aldadıb hansısa əmlakının əvəzsiz olaraq ələ keçirmək olduğu) dəqiq olaraq müəyyənləşmir. Əksinə, işgüzar münasibətlərin uzun müddət davam etməsi və Təqsirləndirilən şəxs tərəfindən əvvəllər onba verilmiş pullarla Dövlət Sərhəd Xidmətinin sifarişi ilə geyim dəstlərinin tikilməsi üçün müvafiq avadanlıq alınıb sexlərə quraşdırılmış, İran İslam Respublikasından Azərbaycan Respublikasına sifarişə uyğun olaraq əhəmiyyətli ölçüdə parça alınıb gətirilmiş və geyim dəstlərinin tikilməsində istifadə edilmiş və tikilmiş malların Təqsirləndirilən şəxs tərəfindən anbara yığılması razılaşmalardan əvvəl Təqsirləndirilən şəxs dələduzluqla bağlı bir niyyətin olması haqqında nəticəni ciddi şəkildə şübhə altına alır. Təqsirləndirilən şəxs özü isə bütün ifadələrində zərərçəkmiş qismində tanınmış şəxslərdən pul götürməsi barədə bütün razılaşmaları həmin razılaşmaların gerçək məzmununa uyğun olan niyyətlə bağladığını, heç vaxt onları aldatmaq, bu yolla onun əmlakını ələ keçirmək məqsədində olmadığını və reallıqda da belə halların baş vermədiyini göstərmişdir. Onun ifadəsinə görə, əslində Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 narazı olmaları ondan asılı olmayan səbəblərdən (işlərin uğursuz olması, malların defektli çıxdığından Dövlət Sərhəd Xidməti tərəfindən qəbul edilməməsi, həmçinin həmin şəxslərin sonradan hazır geyimləri aparması) irəli gəlmişdir. Təsvir olunanlardan görünür ki, istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Cinayət-Prosessual Məcəllənin 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməmişlər. Sübutetmə qaydalarının pozuntuları ilə əldə olunmuş Təqsirləndirilən şəxs şərh edilən həmin əməllərə görə onun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticə isə qanuni, əsaslı və mötəbər sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 arasındakı razılaşmalar üzrə Təqsirləndirilən şəxs aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmaması, sonrakı dövrdə isə maliyyə çətinlikləri və işlərinin uğursuz olması kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmaması və Təqsirləndirilən şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi zərəçəkmiş tərəfi qane edəcək səviyyədə lazımınca yerinə yetirə bilməməsi, həmçinin yerinə yetirilmiş hissənin zərərçəkmiş şəxslərin mane olan davranışları nəticəsində sataraq gəlir əldə edə bilməməsi, aralarındakı münasibətlərin mülki dövriyyədən yaranan münasibətlər olduğu, ittiham tərəfinin təqdim etdiyi sübutların kifayət qədər ziddiyyətli və ehtimal xarakterli olduğu nəzərə alınaraq, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək daha çox əvvəlki razılaşmanın lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal Təqsirləndirilən şəxs mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir və həmin ittiham üzrə olmadığını təsdiq edir. Məhkəmə tərəfindən cinayətin subyektiv cəhətinin araşdırılması aspektindən (müqavilə bağlayarkən, razılaşma zamanı təqsirləndirilən şəxsin həqiqi niyyətinin nədən ibarət olmasının, məqsədinin nəyə yönəldiyinin müəyyən edilməsi baxımından) qiymətləndirilməmişdir. Məhkəmənin tədqiq etdiyi zərərçəkmiş şəxslərin ifadələri və başqa materiallar da təqsirləndirilən şəxsi razılaşma müqavilələri bağlayarkən bu müqavilələr üzrə öhdəliklərindən boyun qaçırmaq (əldə olunacaq gəliri ödəməmək) niyyətində olması haqqında məlumatları əks etdirmirlər. Məhkəmənin tədqiq etdikləri sübutlardan irəli gələn hal, yəni təqsirləndirilən şəxslə mülki iddiaçıların müəyyən müddət davamlı mülki münasibətlərdə olması, zərərçəkmiş qismində tanınmış şəxslərin də bunu təsdiq etməsi, təqsirləndirilən şəxsin məhz həmin sahə üzrə təcrübəli olması və uzun illər ərzində bənzər geyimlərin hazılanması ilə əlaqədar eyni fəaliyyətlə məşğul olması, razılaşma məqsədi ilə avadanlıqların alınması, obyektin icarəyə götürülməsi, Dövlət Sərhəd Xidməti ilə mövcud olan müqaviləyə əsasən malların həqiqətən hazırlanması və təqdim edilməsi, lakin sifariş verən tərəfindən qüsurlu hesab edilərək qəbul edilməməsi, sonradan həmin malların zərərçəkmiş şəxslərin təşəbbüsü ilə aparılması təqsirləndirilən şəxsin həqiqi niyyətinin dələduzluq olması barədə ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə ilə bir araya sığmır. Ümumiyyətlə, birinci instansiya məhkəməsinin hökmündə olan əsaslandırmadan görünür ki, məhkəmə Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasından irəli gələn tələblərin ziddinə olaraq, təqsirləndirilən şəxsin həmin əmlakı ələ keçirmək niyyətinin olub-olmamasına, əvəzsiz olaraq ələ keçirilməsinə yönəldiyinə və xidmət etdiyinə, yəni cinayət tərkibinin subyektiv cəhətinə əhəmiyyət vermədən, özü-özlüyündə təqsirləndirilən şəxsin təqsirini sübut edən hal kimi qəbul etmiş və müvafiq olaraq sübutların tədqiqinə və qiymətləndirilməsinə də bu yanlış mövqedən çıxış etməklə yanaşmışdır. Təsvir olunanlardan müəyyən olunur ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməmişdir. İstintaq orqanı yekun olaraq Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olması qənaətinə gələrək ona qarşı müvafiq maddə ilə ittiham irəli sürmüş olsa belə, müvafiq təhqiqat orqanı tərəfindən tərəflər arasındakı mübahisənin mülki xarakter daşıması qənaətinə gəlinərək tikilmiş malların oğurlanması kimi şikayət olunmuş material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar da qəbul edilmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi, bir-biri ilə uzlaşan və tamamlayan ifadələrində zərərçəkmiş qismində tanınmış şəxslərlə bütün razılaşmaları həmin razılaşmaların gerçək məzmununa uyğun olan niyyətlə bağladıqlarını, heç vaxt onları aldatmaq, bu yolla onların əmlakını ələ keçirmək məqsədində olmadığını və reallıqda da belə halların baş vermədiyini göstərmişdir. Onların ifadəsinə görə, əslində zərərçəkmiş şəxslərin narazı olmaları onlardan asılı olmayan səbəblərdən (işləri uğursuz olduğundan) irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs X15, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 ilə uçuş geyimlərinin satılması barədə razılaşmasına görə sərmayə qoyuluşu məqsədilə razılığa gələrkən aldatma, etibardan suiistifadə etməklə onların əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətlərinin sübuta yetirilməməsi, hazırlanmış geyim məhsullarının bir hissəsinin sonrakı dövrdə sifariş verən Dövlət Sərhəd Xidməti tərəfindən qəbul edilməməsi, malların onda asılı olmayan səbəblərdən satılmaması, mövcud malların zərərçəkmiş şəxslər tərəfindən aparılması səbəbindən onların digər şəxslərə də satılmasının mümkün olmaması, beləliklə, yaranmış maliyyə çətinlikləri və Təqsirləndirilən şəxs əldə etdikləri əmlakın müqabilində üzərlərinə götürdükləri mülki öhdəliyi zərərçəkmiş tərəfi qane edəcək səviyyədə lazımınca yerinə yetirə bilməməsi, aralarındakı münasibətlərin elə əvvəldən məhz mülki qaydada müqavilə ilə rəsmiləşdirilməsi, X8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 pul vəsaitlərini Təqsirləndirilən şəxs verməkdə məqsədlərinin ilk növbədə özlərinin faydalanması və gəlir əldə etmək olması, İran İslam Respublikasından materialın gətirilməsində, avadanlıqların alınmasında, məhz aralarında olan razılığa uyğun hərəkətlərin edilməsində Təqsirləndirilən şəxsla birlikdə məqsədli hərəkət etmələri, malların tikilib hazırlanması mərhələsində “şəriklərin” arasında narazılıq olmamasını, malların həqiqətən hazırlandığını və Dövlət Sərhəd Xidmətinə təqdim edildiyinin nəzərə alınaraq Təqsirləndirilən şəxs həmin epizod üzrə əməlləri Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyinəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın lazımınca icra olunmaması, yəni daha çox mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hallar mövcud sübutlar əsasında Təqsirləndirilən şəxs mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Eyni zamanda, iş materialları ilə o da təsdiq olunur ki, əldə edilməsi düşünülən gəlir obyektiv və ondan asılı olmayan səbəblərdən əldə edilə bilmədikdə bu hal və real səbəbləri zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə də aydın olmuş, Təqsirləndirilən şəxs tərəfindən hər hansı yalan vədlər verilməmiş, malların hazırlanmasında yaranmış nöqsanların aradan qaldırılması üçün işlərə davam edilmişdir. Buna baxmayaraq, qalan malların satılması və ya hər hansı şəkildə gəlir əldə edilməsi, zərərin Təqsirləndirilən şəxs tərəfindən müxtəlif yolla aradan qaldırılması həm də malların əhəmiyyətli hissəsinin onun nəzarətindən çıxması səbəbindən mümkün olmamışdır. Apellyasiya baxışı zamanı dindirilmiş əlavə şahidlərin verdikləri yuxarıda qeyd olunmuş ifadələr də müdafiə tərəfinin qeyd etiyi halları təsdiq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, hər bir halda sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalı, əksi isə təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman “in dubia pro red” – “şübhədən təqsirləndirilən yararlanır” qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən, təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq onun ittihamın əsasını təşkil edə bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimalı qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməli və bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Hazırkı işdə isə ibtidai araşdırma orqanı tərəfindən əldə edilmiş və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxsə istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Müəyyən olunmuş bu ziddiyyət ittihamın sübuta yetirilməsində kifayət qədər əsaslı şübhələr yaratmaqla həmin şübhələrin aradan qaldırılması üçün hər hansı bir digər sübut məhkəmə tərəfindən müəyyən edilməmişdir. İş materiallarından göründüyü və zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin bildirdiyi kimi, Təqsirləndirilən şəxs tərəfindən istehsalla bağlı real hərəkətlərin edildiyi, avadanlıqlar əldə edilməsi, işçilərin cəlb edilməsi, malların hazırlanması, Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi birmənalı şəkildə öz təsdiqini tapır. Həmçinin cinayət işinin başlanmasına səbəb olan şikayətlərin məzmununa diqqət etdikdə də görünür ki, maddi ziyan vurulduğu bildirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş istehsalla bağlı hərəkətlərin edilməməsi və ya malların istehsal edilməməsi barədə deyil, Təqsirləndirilən şəxs tərəfindən onlara ödəniş edilməməsi ilə bağlı şikayət vermişlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırmaq və dindirmək hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2 və 21.3-cü maddələrinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Karpenko Rusiya Federasiyasına qarşı”, “Vidal Belçikaya qarşı” və “Edvards İngiltərəyə qarşı” şikayətlərlə bağlı qərarlarında xüsusi qeyd etmişdir ki, milli məhkəmələrin üzərinə düşən əsas vəzifələrdən biri şahidlərin verdikləri ifadələrin doğrulugunu və mötəbərliyini düzgün yoxlamaq, sübutların işin hallarına uyğun olub-olmaması və həmin sübutların mümkünlüyünü qiymətləndirmək, habelə ziddiyyət təşkil edən sübutları sübutlar siyahısından xaric etməkdir. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarı ilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə – məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduğu halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişdir. Bu işlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun əməlində cinayət tərkibinin olmadığı müəyyən edildikdə, cinayət hadisəsi olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə həmin şəxsin barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 41.5-ci maddəsinə əsasən, məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəllənin ümumi hissəsinin göstərilən normalarına əməl olunmaması cinayət-prosessual qanunun 28-ci maddəsində təsbit edilmiş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinin pozuntusuna gətirib çıxarmışdır. Çünki həmin prinsip məhkəmənin üzərinə digərləri ilə yanaşı "şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq” və "cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq” vəzifələrini qoymuşdur (Cinayət-Prosessual Məcəllənin müvafiq olaraq 28.4.3 və 28.4.4-cü maddələri). Avropa Məhkəməsi "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən, haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət-Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 357.0.1-ci maddəsinə əsasən, məhkəmənin hökmü ilə şəxsə bəraət verildikdə, məhkəmənin həmin hökmü elan edildikdən dərhal sonra o məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, xüsusi müsadirənin əsasları Cinayət Məcəlləsinin 99-1 və 99-2-ci maddələrində müəyyən olunmuşdur. Həmin maddənin məzmunundan görünür ki, qanun xüsusi müsadirə edilməli olan əmlaka şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak aid edir. Habelə həmin maddə ilə müəyyən edilmişdir ki, cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Cinayət Məcəlləsinin 99-2-ci maddəsi ilə, həmçinin əmlakın dəyərinə görə xüsusi müsadirə nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139 və 349.5.1-ci maddələrinin tələblərinə görə işin halları, o cümlədən xüsusi müsadirənin əsaları yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutlardan ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olardı. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İ.Zeynalov və digərlərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli və R.Axundovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 fevral 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququna müdaxilə qanuni hədlər daxilində olmaqla ciddi ictimai zərurətdən irəli gəlməli və Konstitusiya prinsiplərindən kənara çıxmamalıdır . X12 Məhkəməsinin Plenumu vurğulamışdır ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İİ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil məhkum Təqsirləndirilən şəxs tərəfindən 11 oktyabr 2002-ci il tarixdə almışdır. 11 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Təqsirləndirilən şəxs həmin mənzili X1 və mənzil sonuncunun mülkiyyətinə keçmişdir. 30 iyul 2020-ci il tarixdə X13 qeyd edilən mənzili Maraqlı şəxs satmışdır. Maraqlı şəxs mənzilə mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestrində 13 avqust 2020-ci il tarixdə qeydiyyata alınmış və hal-hazırda mənzil onun mülkiyyətindədir. Göründüyü kimi, ünvan 2 ünvanda yerləşən mənzil məhkum Təqsirləndirilən şəxs tərəfindən onun təqsirli bilindiyi cinayət əməllərinin törədildiyi dövrdən əvvəl almış və həmin əmlak cinayət yolu ilə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Cinayət işinin materiallarından, həmçinin görünür ki, ünvan 2 ünvanda yerləşən mənzilə həbs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarı ilə, yəni mənzilin artıq Maraqlı şəxs mülkiyyətində olduğu zaman qoyulmuşdur. Məhkəmə öz qərarı onunla əsaslandırmışdır ki, mənzil Təqsirləndirilən şəxs mülkiyyətindədir. İş materiallarından isə görünür ki, mənzilə həbs qoyulması zamanı həmin mənzil təqsirləndirilən şəxsin mülkiyyətində olmamışdır İşin bu halları onu göstərir ki, ünvan 2 ünvanda yerləşən mənzil hazırkı cinayət işi üzrə məhkum Təqsirləndirilən şəxs mülkiyyətində olmamış və Cinayət Məcəlləsinin 99-2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə, yəni əmlakın dəyərinə görə xüsusi müsadirə edilə biləcək əmlak kimi də qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində mübahisələndirən mənzilin cinayət yolu ilə əldə edilmiş əmlak olmadığından həmin mənzili almış Maraqlı şəxs mənzilin cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu da istisna edilir. Müstəqil tələblər irəli sürən Maraqlı şəxs mənzili öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə alması isə iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 254.1-ci maddəsinə görə, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Həmin Məcəllənin 254.2-ci maddəsinə əsasən, məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. Həmin Məcəllənin 353.5.3-cü maddəsinə görə, bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək mülki iddianın və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görüldükdə görülmüş tədbirlərin ləğv edilməsi göstərilməlidir. Hazırkı cinayət işi üzrə müstəqil tələblər irəli sürən Maraqlı şəxs mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilin xüsusi müsadirəsi üçün Cinayət Məcəlləsinin 99-1 və 99-2-ci maddələri ilə müəyyən edilmiş əsaslarından heç biri müəyyən edilmədiyindən bu barədə birinci instansiya məhkləməsinin hökmü əsaslı və qanuni hesab edilə bilməz. Beləliklə, müstəqil tələblər irəli sürən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti də həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi nəticəsinə gəldiyindən, zərərçəkmiş şəxsin-mülki iddiaçıların Təqsirləndirilən şəxs təyin edilmiş cəza həddinin ağırlaşdırılmasına dair apellyasiya şikayətinin dəlillərinə ayrıca ətraflı qiymət verilməsinə lüzum qalmadığını qeyd edir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, bəraət hökmü Cinayət- Prosessual Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə kollegiyası Plenumun həmin tövsiyələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi nəticəsinə gəlindiyindən, verilmiş mülki iddialar baxılmamış saxlanılmalı və Cinayət-Prosessual Məcəllənin 180.2-ci maddəsinə əsasən mülki iddia vermiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə birinci apellyasiya icraatı zamanı təyin olunmuş ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut hesab edilmiş 30 iyul 2018-ci il tarixli k/49 nömrəli müqavilənin surəti, 22 dekabr 2018-ci il tarixli yoxlama aktlarının surəti, 25 dekabr 2018-ci il tarixli razılaşmanın surəti, Təqsirləndirilən şəxs 26 dekabr 2018-ci il, 10 yanvar 2019-cu il, 15 yanvar 2019-cu, 04 oktyabr 2019-cu il tarixli əlyazmaların surətləri, "xxxx" MMC-dən 24 avqust 2020-ci il tarixli 12782 nömrəli məktubla daxil olmuş üzərində “15961-xx.xx.2020” rəqəmləri yazılmış ağ rəngli CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəllənin 349.1-ci maddəsinə əsasən, məhkəmənin hökmü Azərbaycan Respublikasının adından çıxarılır. Həmin Məcəllənin 349.2-ci maddəsinə əsasən, məhkəmənin hökmü ittihamedici, yaxud bəraətverici ola bilər. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdəaşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.1.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda, birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21, 42.1.2, 62.1, 254, 346, 347, 348, 350, 352, 353, 356, 357, 358, 394, 395, 397, 398, 399, 401, 402, 403, 405, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökmetdi: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçiləri Müdafiəçi1 Çərkəz oğlu və Müdafiəçi2, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Zərərçəkmiş şəxs X8 nümayəndəsi Nümayəndə1 Hüseyn qızı, Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 saylı hökmü ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar onun həbsdə olması, cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56- 59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması Təqsirləndirilən şəxs izah edilsin. Mülki iddialar baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs1, X15, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 100 (bir yüz) manat dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut hesab edilmiş 30 iyul 2018-ci il tarixli k/49 nömrəli müqavilənin surəti, 22 dekabr 2018-ci il tarixli yoxlama aktlarının surəti, 25 dekabr 2018-ci il tarixli razılaşmanın surəti, Təqsirləndirilən şəxs 26 dekabr 2018-ci il, 10 yanvar 2019-cu il, 15 yanvar 2019-cu, 04 oktyabr 2019-cu il tarixli əlyazmaların surətləri, "xxxx" MMC-dən 24 avqust 2020-ci il tarixli 12782 nömrəli məktubla daxil olmuş üzərində “15961-xx.xx.2020” rəqəmləri yazılmış ağ rəngli CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ibtidai istintaq zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(001)-108/2021 nömrəli qərarı ilə ünvan 13 ünvanda yerləşən 68,5 kv.metr yaşayış sahəli 4 otaqlı mənzilinin üzərinə qoyulmuş həbs və xüsusi müsadirənin təmin edilməsi üzrə görülmüş tədbirlər ləğv edilsin və həmin əmlak həbsdən azad edilsin. Hökm elan edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar