Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-314/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Xüsusi ittihamçı X8, Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi və Tərcüməçi X7 qızının iştirakı ilə, X6 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə baraət verilməsinə, CM-in 148-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli hökmündən X4 müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli hökmü ilə X6 əməlində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. X10 Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmişdir. X10 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməli törətdiyi gündən həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad olunmuşdur. Belə ki, X10 xüsusi ittihamçı X8 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X10 onun haqqında saxta məlumatlar yayaraq, şərəf və ləyaqətini alçaldaraq ona böhtan atmış, ictimai çıxışlarda nüfuzunu nalayiq formada ləkələmiş, məlumatı və razılığı olmadan sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində videolar yayımlayaraq onu təhqir etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, Mənsurə Rəsulzadə ilə 2014cü ilin avqust ayında Facebook sosial şəbəkəsində evsiz heyvanların qorunması zəminində tanış olmuşdur. Təxminən üç il əvvəl o, evsiz heyvanlara kömək etmək məqsədilə ictimai fəaliyyətə başlamışdır. 2015-ci ildə Azərbaycan Respublikası Prezident Administrasiyasına müraciəti nəticəsində böyük bir iş görüldü və Prezident aparatının nümayəndələri vasitəsilə evsiz heyvanların atəşə tutulmalarına qadağa qoyuldu. Sahibsiz heyvanlarla mübarizə idarəsinin ərazisində küçə itləri üçün sığınacaq (el arası "it qutusu" adlandırılan) yaratdı. Onun Facebook şəbəkəsindəki qupunun üzvlərinin köməyi ilə onlar itlərə qayğı göstərirdilər, onları qidalandırıb, müalicə edir və yaxşı əllərə verirdik. Qida və müalicə etməklə yanaşı, itlərin sxlanılması üçün şəraitin yaradılması da zəruri idi. Bu səbəbdən o, kömək üçün Leyla xanım Əliyevaya məktubla müraciət etmişdir. Leyla Əliyevanın rəhbərlik etdiyi “İDEA” şirkəti tərəfindən ərazinin təchiz edilməsi və itlərin saxlanılması üçün əlverişli şəraitin yaradılmasında ona köməklik edildi. Həm də şəfqətli insanların iştirakı ilə qəfəslər üçün qızdırıcılar quruldu, hər qəfəsə su borusu çəkildi, əlavə qəfəslər tikildi İdarə rəhbərliyi tərəfindən qida məhsullarının saxlanılması və itlərə yeməyin hazırlanması üçün ayrıca otaq da verildi. Böyük səylərlə o ərazinin pulsuz dezinfeksiya edilməsinə və itlərin dövlət baytarlıq xidməti tərəfindən peyvəndinə nail olurdu. Bu proses çətin olsa da, artıq geriyə yol yox idi. Bütün fiziki iş onun çiyinlərinə düşmüşdü. İmkan daxilində dostları gələrək ona kömək edirdi. "İt qutusu" nun işçiləri Bakı şəhərinin bütün yerlərindən itləri gətirirdilər, bunların arasında xəstəsi, zəifi və əlil olanı da var idi. X1 etməsini xahiş etmişdir, çünki çətinlik çəkirdi. Lakin o, müxtəlif bəhanələrlə gəlməkdən imtina edirdi və sığınacağın yaradılmasına qatılmadı. Çətin vaxtlarda, qida və dərman almaq üçün kifayət qədər vəsaitin olmadığı zaman, ətraf mühitin qorunması üzrə təşkilatın rəhbəri olsa da, onun tərəfindən heç bir kömək olmadı. 2016-cı ilin iyun ayında internet mediasında o Mənsurə Rəsulzadənin hələ 2011-ci ildə evsiz heyvanlara sığınacağın qurulmasını vəd etdiyini oxumuşdu. Onun sözlərinə görə, həmin il ərzində ona torpaq sahəsi ayrılmışdır: Maştağa qəsəbəsində 2 hektar, Zabrat və Ramana qəsəbələrində 1 hektar. Sığınacaqların tikintisi ilə bağlı o, Kirxada bir xeyriyyə bazarları və xeyriyyə konsertləri təşkil etmişdir, ki bu tədbirlərdən əldə olunan gəlir sığınacağın inşası və təchiz edilməsi üçün istifadə edilməli idi. Mənsurə Rəsulzadənin sözlərinə görə, sığınacağın açılışı 27.03.2011-ci il tarixə təyin edilmişdir. Artıq 2017-ci ilin sonudur və nə sığınacaq var, nə də ayrılmış torpaqlar. M.Rəsulzadədən bu sığınacaqların taleyi haqqında maraqlanmış, lakim sualına cavab ala bilməmişdir. Bundan sonra, münasibətləri kəskinləşdi. 2016-cı ilin avqustun sonunda isə o, itlərə iylənmiş ət gətirəndən sonra, əlaqələri tamamilə pisləşdi. 22.10.2016-cı il tarixdə Mənsurə Rəsulzadə öz adamları ilə vəhşicəsinə "it qutusu"nun ərazisinə basqın edərək ölən itlərlə video çəkdi, həmin videonu Facebook sosial şəbəkəsində nəşr etdi, bununla da onu heyvanlara qarşı qəddarlıqda və fırıldaqçılıqda ittiham etdi. Üstəlik, razılığı olmadan, internetdə və mətbuatda onun iştirakı ilə bir video yayımladı. Bu az imiş ki, Mənsurə Rəsulzadə onun haqqında qəsdən saxta məlumatlar yayaraq, şərəf və ləyaqətinə zərbə vurdu və mənəvi sıxıntılarına səbəb oldu. Azərbaycan Respublikası CM-in 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Mənsurə Rəsulzadənin ona ünvanladığı çoxsaylı böhtan məzmunlu əmllərə görə çox sayda insan Mənsurəyə inanaraq ondan üz döndərmişdir. Həmin hökmdən narazı qalan X4 müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli hökmünün X4 Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsi hissəsində ləğv edilməsini və sonuncu barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı tərəfindən təsir üsuli kimi müəyyən orqan və şəxslərin adı çəkilsədə, həmin şəxslərlə xüsusi ittihamçının fəaliyyətinin heç bir əlaqəsi olmamışdır. Bundan başqa xüsusi ittiham qaydasında verilmiş şikayət qanunvericiliyə uyğun tərtib edilmədiyindən və əsassız olduğundan şikayət icraata qəbul edilməməsinə baxmayaraq, əsassız olaraq həmin qərarlar ləğv edilmişdir. İşə baxan məhkəmə xüsusi ittiham qaydasında cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı olmadan məhkəmə baxışı keçirmiş və müdafiəçinin iştirak etmədiyi iclasda xüsusi ittihamçının məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə vəsatətini məhkəməlinqvistik ekspertizası keçirilməsi vəsatəti kimi qəbul edərək qərar qəbul etmişdir. Belə olan təqdirdə isə Mənsurə Rəsulzadənin ekspertiza qarşısında öz arqumentlərini irəli sürmək və suallar qoymaq imkanından məhrum etmişdir. Bundan əlavə işə baxan birinci instansiya məhkəməsi ekspert rəyi əldə edilənədək məhkəmə istintaqı mərhələsinin bitdiyini elan etmiş, onlar tərəfindən Yelena Simakinanı dindirmək, ona suallar vermək imkanından məhrum etmiş, eləcədə sonuncunun qanunsuz əməlləri barədə olan təqdim edilmiş diski əsassız olaraq qəbul etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, ittiham edilmiş maddələrdə işgüzar nüfuza münasibətdə deyil, məhz şərəf və ləyaqətin qorunmasına xidmət edir. Ekspertiza rəyindən də göründüyü kimi, ekspert tərəfindən ifadələrin açıqlama yoxsa qiymətləndirici mülahizələr olması fərqləndirilməmişdir. Belə, Yelena Simakinanın dəfələrlə məhkum olunması onun barəsində olan ifadələrin faktual baza olmasını təsdiq edir. Mübahisələndirilən hökmdən müəyyən ifadələr təhqir hesab edilsə də, həmi ifadələrin Mənsurə Rəsulzadə tərəfindən işlədilməsi sübut edilməmişdir. Bundan başqa Simakina Yelena tərəfindən ifadələrin yalan olmaması sübut edilmədiyindən bu ifadələr qiymətləndirici mülahizə kimi götürülməlidir. İşə baxan birinci instansiya məhkəməsi həmin ifadələrin adi alçaltma kimi deyil, məhz nəlayiq formada alçaltma kimi qəbul edilməsini əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, qeyd edilmiş ifadələr iş üzrə mübahisəsiz olan Yelena Simakina barəsindəki hökmlər və ya qətnamələr nəzərə alınaraq işlədilmişdir. Həmin hökmdən narazı qalan xüsusi ittihamçı X8 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli hökmünün X6 əməlində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi hissəsində dəyişdirilərək həmin maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti xüsusi ittiham qaydasında verilmiş şikayətə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 vermiş olduğu apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, X4 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi vermiş olduğu apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, xüsusi ittihamçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirak edən xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, xüsusi ittihamçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə X4 müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17.03.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hökmündən X4 müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı X8 tərəfindən verilmiş apellyasiya apellyasiya şikayətinin dəlillərini, eləcə də bu barədə həmin şəxslərin məhkəmə çıxışlarında göstərdiklərini aşağıdakılara əsasən əsassız hesab edir. İş materiallarında olan: - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli 1(006)-194/2018 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 09.10.2018-ci il tarixli, 1(103)-1329/2018 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli qərarı ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə toplanmış materiallar baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08.01.2019-cu il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09.10.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli, 1(006)-144/2019 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 21.05.2019-cu il tarixli, 1(103)-725/2019 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə qəbul edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli, 1(006)- 144/2019 saylı qərarı ləğv edilərək, xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə toplanmış materiallar baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02.10.2019-cu il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21.05.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli 1(006)-100/2020 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilmişdir. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli 1(006)-100/2020 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə linqvistik ekspertizası təyin olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27.07.2020-ci il tarixli 4/405 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, 1(006)-100/2020 saylı cinayət işinin qərarının sual hissəsində göstərilən X10 tərəfindən X8 barəsində “Facebook” sosial şəbəkəsində paylaşılan - «ничего не пошло к животным. Они не спали на одеалах, деньги не тратились на них. Они спали на моче и кале своем, но ели они косточки гнилые из под куриных донерных остаток. И то если она им давала. Зато она ездит на Х-трайле, купленную на собачьих благотворительных денежках. Там же где голодные и больные собаки, ищущие милосердие леночки симакиной, пропуская воду под этих бедолаг», «Ворота не открывают, чтобы избежать нападения со стороны неадекватной женщины по имени Лена», «как она ранее притворялась как животное любовник (как любит животных). Вывод может быть один, что она сумасшедшая», Конкурентом кто может УКРАСТЬ у нее БИЗНЕС (Еленообразные фантазии). Вот тогда начинается погоня ради уничтожения потенциального для нее соперника. Подобно она действует с людьми кто так же занимается с помощью и с передержками куда люди могут помочь деньгами. У этой женщины мания, и мания только на деньги, никакой любви к никаким существам. Раскройте же глаза. Человек любящий животных при тех обстоятельствах, с таким потоком собак, целовал бы даже пути перед и после волонтеров-помощников. Знаете что можно было успеть сделать все это время, а пока она загрызла поголовно всех достойных волонтеров! Стала соучастницей убийств тысячей привезенных в этот центр смерти животных в страхах и болях болезни (так как там нету 60-ти собак, куда делись каждодневно привезенные собаки?) Истинный, нет нет просто нормальный зоозащитник там бы добился бы потока волонтеров, добился бы расширения участка за забором, добился бы штата от ветслужбы...столько можно было бы добиваться даже не сможете представить себе насколько большой потенциал создать приют для временного содержания и вет.(ветеринарное) обследование животных до отправки в нормальный приют где тоже было бы недалеко там же в Балаханах. Она смогла бы в эти годы активно закрыть своей гигантской вонючей мордой деятельность концлагеря для животных, возродить центр который всегда занята и в данный момент также с убийством животных” kimi məlumatlar həqiqətə uyğun olmadığı təsdiqlənərsə, X3 şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzunu alçaldan məlumatlar hesab olunur. Qeyd olunan məlumatların doğru olub-olmamasının müəyyən edilməsi ekspertin səlahiyyətlərinə aid olmayıb hüquqi araşdırma tələb edən məsələdir. - Ekspertiza tədqiqatına təqdim edilmiş, 1(006)-100/2020 saylı cinayət işinin qərarının sual hissəsində göstərilən məlumatlarda X10 tərəfindən “Facebook” sosial şəbəkəsində paylaşılan «Mundar! Должна сдохнуть ты. грязная ЖОПА!», «опять наваняла, ну дай нам свежим подышат свежим воздухом», «такие заразы уживаются», «bu əcaib məxluq insan formasında doğulmuş şeytandır», «опять она из под кустов воняет» kimi ifadələr təhqir hesab edilir. Məhkəmə kollegiyası xüsusi ittihamçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini subyektiv mülahizə hesab edərək bildirir ki, X4 əməlində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin hökmü əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu biiə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsində, “Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və CPM-də təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası öz mahiyyəti etibarı ilə nəzərdə tutur ki, şəxsin təqsiri cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, o, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda həm Konstitusiya, həm cinayət-prosessual qanunvericiliyi xüsusilə vurğulayır ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Yəni təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan X10 tərəfindən X8 barəsində “Facebook” sosial şəbəkəsində paylaşılan - «ничего не пошло к животным. Они не спали на одеалах, деньги не тратились на них. Они спали на моче и кале своем, но ели они косточки гнилые из под куриных донерных остаток. И то если она им давала. Зато она ездит на Хтрайле, купленную на собачьих благотворительных денежках. Там же где голодные и больные собаки, ищущие милосердие леночки симакиной, пропуская воду под этих бедолаг», «Ворота не открывают, чтобы избежать нападения со стороны неадекватной женщины по имени Лена», «как она ранее притворялась как животное любовник (как любит животных). Вывод может быть один, что она сумасшедшая», Конкурентом кто может УКРАСТЬ у нее БИЗНЕС (Еленообразные фантазии). Вот тогда начинается погоня ради уничтожения потенциального для нее соперника. Подобно она действует с людьми кто так же занимается с помощью и с передержками куда люди могут помочь деньгами. У этой женщины мания, и мания только на деньги, никакой любви к никаким существам. Раскройте же глаза. Человек любящий животных при тех обстоятельствах, с таким потоком собак, целовал бы даже пути перед и после волонтеров-помощников. Знаете что можно было успеть сделать все это время, а пока она загрызла поголовно всех достойных волонтеров! Стала соучастницей убийств тысячей привезенных в этот центр смерти животных в страхах и болях болезни (так как там нету 60-ти собак, куда делись каждодневно привезенные собаки?) Истинный, нет нет просто нормальныйзоозащитник там бы добился бы потока волонтеров, добился бы расширения участка за забором, добился бы штата от ветслужбы...столько можно было бы добиваться даже не сможете представить себе насколько большой потенциал создать приют для временного содержания и вет.(ветеринарное) обследование животных до отправки в нормальный приют где тоже было бы недалеко там же в Балаханах. Она смогла бы в эти годы активно закрыть своей гигантской вонючей мордой деятельность концлагеря для животных, возродить центр который всегда занята и в данный момент также с убийством животных” kimi məlumatlar tənqid kimi hesab olunmalı və X3 şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzunu alçaldan məlumatlar hesab olunmamalıdır. Bundan başqa məhkəmə kollegiyası X4 müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin hökmün X4 Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsi hissəsində ləğv edilməsini və sonuncu barəsində bəraət hökmünün çıxarılmasını ilə bağlı gətirilmiş dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, X4 Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan ekspertiza rəyinə əsasən, X10 tərəfindən “Facebook” sosial şəbəkəsində paylaşılan «Mundar! Должна сдохнуть ты. ГрязнаяЖОПА!», «опять наваняла, ну дай нам подыщать свежим воздухом» «такие заразы уживаются», «bu əcaib məxluq insan formasında şeytandır», «опять она из под кустов воняет» kimi ifadələr təhqir hesab edilir. Həmin məlumatın X10 tərəfindən yazılması ifadəsi ilə də təsdiq edilmişdir. Qeyd edilən məlumat kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayılmaqla X10 xüsusi ittihamçı X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla sonuncunu nüfuzdan salmaqla onu təhqir etmişdir. Göründüyü kimi, X10 xüsusi ittihamçı X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaydığını dərk etmiş və bunu arzu etmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət, xüsusi ittihamçı X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatlar təqsirləndirilən şəxs tərəfindən yayıldığı andan başa çatmışdır. Məhkəmə kollegiyas bildirir ki, mübahisələndirilən hökmdən düzgün olaraq qeyd edilmişdir ki, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilməli və sonuncu cinayət məsuliyyətindən azad edilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. X6 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə baraət verilməsinə, CM-in 148-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Ramin Qaraqurbanlı Hakimlər: İlqar Murquzov Həsən Əhmədov
Məhkəmə qərarları › İş №1(103)-314/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-314/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver