Məhkəmə qərarları › İş №1(103)-319/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-319/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-319/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçilər – Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmündən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim X4) 16 noyabr 2022-ci il tarixli hökmü ilə xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, 77 saylı xətt marşurutu üzrə avtobus sürücüsü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə saat 10:50 radələrində sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi 77 saylı xətt marşrutu üzrə hərəkət edən X5 məxsus “DAEWOO BS090” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən dayanacaqda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42ci maddəsinin 14-cü hissəsinin tələblərini pozub, yolayrıclarında və bu maddənin 12-ci hissəsinə əsasən, geriyədönmənin edildiyi yerlərdə geriyə hərəkət qadağan olunduğu halda, həmin hərəkətləri etməmiş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək həmin vaxt dayanacaqda dayanmış piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtobusun arxa hissəsi ilə vurub sonuncunun burun sümüklərinin minimal yerini dəyişmiş qapalı sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol əlin İV daraq sümüyünün qapalı sınığı ilə müşayiət olunan sol əlin yumşaq toxumalarının şişkinliyi və qançırı, alt dodağın əzilmiş-cırılmış yarası, sol almacıq nahiyyəsinin hematoması, sol diz oynağı nahiyyəsinin ön səthinin sıyrığı ilə müşayiət olunan, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirilməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əsas və əlavə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi zərərçəkmiş şəxslə barışıq əldə olunduğunu, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını qeyd edib, hökmün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X6 məhkəməyə apellyasiya protestinin məzmununa dəyişiklik təqdim edərək işin apellyasiya qaydasında baxılması zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsas olduğundan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilib cinayət işi üzrə icraata xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti və dövlət ittihamçısı X6 apellyasiya protestinin məzmununa verdiyi dəyişiklik nəzərə alınaraq təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsas olduğundan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ləğv edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası ilk növbədə Dövlət ittihamçısı verdiyi apellyasiya protestini müzakirə edərək hesab edir ki, zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş zərərin tam həcmdə təqsirləndirilən şəxs tərəfindən ödənildiyini qeyd edib iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən və hazırda məhkəmə iclasında dövlət ittihamçısı qismində iştirak edən X6 apellyasiya protestinin məzmununa verdiyi dəyişiklik nəzərə alınaraq onun apelyasiya protesti təmin edilməlidir və belə olduğu təqdirdə məhkəmə kollegiyası Dövlət ittihamçısı apellyasiya protestinin dəlillərinə qiymət verilməsini zəruri hesab etmir. Zərərçəkmiş şəxsin məhkəmə kollegiyasına təqdim etdiyi ərizəyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materialları və hökmdən görünür ki, Təqsirləndirilən şəxs piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtobusun arxa hissəsi ilə vurub sonuncunun burun sümüklərinin minimal yerini dəyişmiş qapalı sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol əlin İV daraq sümüyünün qapalı sınığı ilə müşayiət olunan sol əlin yumşaq toxumalarının şişkinliyi və qançırı, alt dodağın əzilmiş-cırılmış yarası, sol almacıq nahiyyəsinin hematoması, sol diz oynağı nahiyyəsinin ön səthinin sıyrığı ilə müşayiət olunan, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirilməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi toplanmış izahat, ifadələr, ekspert rəyləri əsasında Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə tövsif etmişdir və məhkəmə kollegiyası məhkəmənin gəldiyi bu qənaətlə razılaşır. Eyni zamanda qeyd olunmalıdır ki, hökm çıxarılan dövrdə təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hökm çıxarılarkən onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olmasa da, hazırda onun zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı ödəməsi cinayət qanunu müddəalarına əsasən məsuliyyətdən azad olunması üçün əsas kimi qəbul edildiyindən, o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Zərərçəkmiş şəxsnın məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, cinayət əməli nəticəsində vurulmuş ziyanın tam həcmdə ödənildiyini, hazırda ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2ci bəndinə əsasən Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Həmin Məcəllənin 398.1.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, qeyd edilənləri cinayət işi üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, müvafiq məhkəmə hökmünün qəbul olunmasından sonra Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün qanuni əsas yarandığından birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması qərarına gəlindiyi üçün Azərbaycan Respublikası CPM-in 175-ci maddəsinin tələbləri nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “DAEWOO BS090” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtobusun mülkiyyətçisinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175, 193, 397.1, 397.2 və 398.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti və dövlət ittihamçısı X6 məhkəməyə apellyasiya protestinin məzmununa verdiyi dəyişiklik nəzərə alınaraq təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs istifadəsində olan “DAEWOO BS090” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 6 AZN hesab edilməklə 20 (iyirmi) saat üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi3 işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 6 AZN hesab edilməklə 20 (iyirmi) saat üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi2 işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar