Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-32/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2 Ağakərim oğlunun, Zərərçəkmiş şəxs X2, Məhkum edilmiş şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs, Müdafiəçi - Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi keçid - 2151 yataqxana nömrə 1 ev 5-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi M.Namazov küçəsi döngə 4 ev 7- də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(003)-30/2021 saylı hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) X8 və məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(003)-30/2021 saylı hökmü ilə (sədrlik edən hakim T.X.Əkbərov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddianın maddi və mənəvi zərər hissələrində qismən təmin edilməsi, Təqsirləndirilən şəxs itirilmiş əmək haqqının əvəzi olaraq 1960,04 (bir min doqquz yüz altmış manat dörd qəpik) manat, protezin qiyməti olaraq 6000,00 (altı min) manat, mənəvi zərərin əvəzi olaraq 5000,00 (beş min) manat, cəmi 12960,04 (on iki min doqquz yüz altmış manat dörd qəpik) manat tutularaq X3 ödənilməsi, qalan hissədə mülki iddianın rədd edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 23 oktyabr 2019-cu il tarixdə saat 20:30 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X9 məxsus “BMW 530 minik” markalı, 90- OJ-611 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi “Rahat” marketin qarşısında Bilgəh qəsəbəsi istiqamətində saatda 100-110 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə zidd olaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəratini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə ehtiyatsızlıqdan yolu soldan sağa keçən piyada X4 avtomobilin qabaq sol tərəfi ilə vuraraq ona hemorragik və travmatik şok ilə müşayiət olunan baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sol Vİİ, Vİİİ qabırğaların sınıqları, iki tərəfli ağciyərlərin kontuziyası, sol baldır və ayağın qanqrenası ilə müşayiət olunmuş, sol budun orta üçdə biri səviyyəsindən postravmatik amputasiyası ilə nəticələnmiş sol baldırın yumşaq toxumların - magistral damar-sinir dəstələrinin dağılması və sol baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən sınıqları, alın nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıqları ilə nəticələnən ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri almasına, X6 əmlakı olan “BMW 530 minik” markalı, 90- OJ611 dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən zərərçəkmiş şəxs (mülki iddiaçı) X8 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(003)-30/2021 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində səhhətə zərər vurulduğunu və bunun məndə mənəvi iztirablar yaratdığını, həmçinin, mənə maddi ziyan dəydiyini və təqsirləndirilən şəxsin dəymiş zərər tam ödəməkdən yayındığını, cinayətin üstünün açılmaması üçün müxtəlif üsullara əl atdığını ona qarşı şikayət və tələbinin olmasını, yetkinlik yaşına çatmasını nəzərə alaraq onun barəsində Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq həddində cəza təyin edilməsi, hökmün mülki iddia hissəsində ləğv edilməsi və Təqsirləndirilən şəxs sağlamlığına vurduğu zərər nəticəsində yaranmış maddi ziyana görə itirilmiş əmək haqqının əvəzi olaraq 4250 manat, xx.xx.2019-cu ildən başlayaraq əmək fəaliyyətinin bərpa olunana qədər hər ay 400 manat, protezin qiyməti üçün 21 830 manat, mənəvi zərərə görə 1 000 000 manat məbləğində pulun Təqsirləndirilən şəxs Eyyub oğlundan tutularaq ona ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandıırlmışdır ki, təqsirləndirilə şəxsə təyin edilmiş cəza törədilmiş əmələ münasibətdə olduqca yüngül cəzadır. Şəxsin törətdiyi əməl nəticəsində bir ayağını itirməklə ona ağır zərər vurulmuş, o, öz tələbatlarını təkbaşına ödəmək imkanından məhrum olmuş, həmçinin, ona böyük miqdarda maddi ziyan dəymişdir. Həmçinin, şəxs ona bütün zərəri ödəyəcəyini deyərək ona qarşı olan şikayətini geri çəkdirmiş, lakin bundan sonra zərəri tam qarşılamamışdır. Bütün bunlara baxmayaraq məhkəmə olduqca yüngül cəza təyin etmişdir. Məhkəmə onun haqlı mənafelərini nəzərə almadan göstərilən məbləğləri olduqca az miqdarda tutmuşdur ki, bu da onun hüquqularının pozulmasına səbəb olmuşdur. Hadisə baş verən günə qədər o, “Rosoil’ MMC-də işləyirdi və işlədiyi dövrdə onun rəsmi maaşı 210 manat olsa da, faktiki olaraq 400 manat əmək haqqı alırdı. Hadisə baş verdiyi tarixdən isə o, həmin gəlirdən məhrum olmuş, işləyə bilmədiyi dövr ərzində ona bülleten əsasında dekabr ayından xx.xx.2020-ci il tarixinə qədər 110 manat verilmişdir. Göründüyü kimi o, faktiki olaraq 5 ay ərzində 290 manat gəlirdən məhrum olmuşam. Digər dövrlərdə isə tamamilə 400 nanat gəlirdən məhrum olmuşdur. O, əlillik dərəcəsinin müəyyən edilməsi barədə müraciət etmiş və mənə müraciətimə əsasən İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyə görə 130 manat müavinət ona hələ 2020-ci ilin noyabr ayından ödənəcək. Hadisə baş verən gündən ərizə verilən günə qədər ona cəmi 4250 (5x290+7x400) manat real zərər dəymişdir. Lakin məhkəmə göstərilən bu halları nəzərə almamışdır. Digər tərəfdən, məhkəmə əmək qabiliyyətinin bərpa olana qədər əldən çıxan fayda kimi ona hər ay 400 manat ödənilməsi ilə bağlı tələbə ümumiyyətlə münasibət bildirməmiş, həmçinin protezin qiyməti barədə arayışa önəm verməmişdir. Hökmdən məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Xəzər rayon məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmünün ləğv edilərək təqsirləndirilən şəxsə bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Xəzər rayon məhkəməsinin 1(003)-368/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarın müəyyən etdi hissəsində Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının MEM-nin xx.xx.2020-ci il tarixli yəni “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 1-ci hissəsi ilə tələblərinə uyğunsuzluq olmamışdır. Yəni o, maşının sükanını var gücü ilə sağa burmuş, əyləci basmış, hadisənin qarşısını almaqdan ötrü bütün texniki imkanlardan istifadə etmişdir. Hal-hazırda hadisənin necə baş vermə videoçəkiliş kaseti işə əlavə olunmaqdan ötrü vəsatətlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda özünü hadisə baş verdiyinə görə təqsirli bilmiş, lakin ibtidai istintaq zamanı hadisə tam, obyektiv araşdırılmamış, hadisənin baş verməsi barədə kamera görüntüləri götürülməmişdir. Lakin məhkəmə qərara aldım hissəsində ekspert qarşısında hadisə yerinin videogörüntülərinin tədqiq edilməsi barədə heç bir sual qoymamış, bundan başqa qərarın müəyyən etdi hissəsində göstərildiyi kimi zərərçəkmiş şəxsin keçid olmadığı yerdən hərəkət etməsi qanuni olub olmaması barədə suallar qeyd olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 01 sentyabr 2020-ci il tarixli 8/1286 saylı rəyi məhkəməyə daxil blduqdan sonra cinayət işi məhkəmə baxışı təzələnmiş və məhkəmə iclasında komisyon yol nəqliyyat hadisəsi ekspertizası, məhkəməyə təqdim etdiyim vəsatəti təkrarən məhkəməyə iclasında verməyinə baxmayaraq, sədrlik edən hakim vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, hökmün ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilərək təqsirləndirilən şəxsə bəraət verilməsi barədə hökm çıxarılmasını, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı hökmün dəyişdirilməsini, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təqsirləndirilən şəxsin cəzasının hissəsində birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə ağırlaşdırılmasına etiraz etmədiyini, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(003)-30/2021 saylı hökmü dəyişdirilməli, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini apellyasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Müdafiəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ittiham hökmünü mübahisələndirərək, məhkum edilmiş şəxsə CM-nin 263.1-1-ci maddəsi ilə bəraət verilməsi haqqında qərar çıxarılmasını xahş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Müdafiəçinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası vurgulayır ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə saatda 100-110 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə ehtiyatsızlıqdan yolu soldan sağa keçən piyada X4 avtomobilin qabaq sol tərəfi ilə vuraraq ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri almasına, X6 əmlakı olan “BMW 530 minik” markalı, 90- OJ611 dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi işdə olan müvafiq məlumatlarla sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün qiymət vermiş, həmin sübutlar yoxlanılarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələlər üzrə mövqeyinin, gəldiyi nəyicənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların analizi belə qənaətə gəlməyə tam əsas verir və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək qeyd edir ki, onlar məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Müdafiəçinin şikayətində Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” qqanunun 50-ci maddəsinin 1-ci hissəsi ilə tələblərinə uyğunsuzluq olmaması, onun hadisənin qarşısını aımaqdan ötrü bütün texniki imkanlardan istifadə etməsi iddia olunsa da, elə bir dəlilə istinad edilməmişdir ki, müdafiə tərəfinin həmin iddiasını əsaslandırmış olsun. Sübutları şikayətin həmin iddiası baxımından bir daha təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, bu sübutlara əsaslanaraq müəyyən olunmuş hallar təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” qqanunun 50-ci maddəsinin 1-ci hissəsi ilə tələblərini pozması qənaətinə gəlməyə əsas verir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, 23 oktyabr 2019-cu il tarixdə təxminən saat 20:30 radələrində Buzovna-Bilgəh yolunda etibarnamə ilə idarə etdiyi X9 məxsus “BMW 530 minik” markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobillə tək istiqamətli, 4 zolaqlı yolun soldan birinci zolağı ilə saatda təxminən 100-110 km sürətlə hərəkət edirmiş. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, ümumiyyətlə nə spirtli içki, nə də ki, narkotik maddələrdən istifadə etməmiş, hadisə baş verən zaman idarə etdiyi avtomobildə yük və sərnişin olmamışdır. Buzovna qəsəbəsində “Rahat” marketə yaxınlaşan zaman yolun sağ tərəfində 2 sərnişin avtobusu dayanıbmış, bu vaxt avtobusların önündən piyada yolun sağ tərəfindən sol tərəfinə qaçaraq yolu keçmək istəyərkən, o, idarə etdiyi avtomobillə piyadanı vurmuşdur. Həmin piyadanı o, təqribən 50-60 metr məsafədən görmüş və əyləcə basmış, amma sürəti saatda 100-110 km olduğundan, vurmanın qarşısını almaq imkanı olmamış, piyada onun hərəkətdə olduğu zolağa yaxınlaşanda durmuş və sonradan təkrar hərəkət etmiş və o, avtomobilin sükanını sağa burmuşdur ki, vurmanın qarşısını alsın, amma bu da bir nəticə verməmişdir. Hadisədən sonra o, avtomobilindən düşüb piyada xanımı – sonradan adını bildiyi X4 avtomobilinə qoyub Mərdəkan qəsəbəsindəki 26 saylı xəstəxanaya gətirmiş, oradan da 3 saylı xəstəxanaya aparmışdır. Daha sonra isə xəstənin şəxsi razılığı ilə onu Masallı rayonunda yerləşən X7 aparmış, onun müalicə xərclərinə bu işdə təqsiri olan bir şəxs kimi deyil, bu vəziyyətində vicdanının səsi ilə köməklik edən bir insan kimi ümumilikdə 18000 (on səkkiz min) manat pul xərcləmişdir ki, bunun 9000 (doqquz min) manatdan çox hissəsi iş materiallarında olan müvafiq sənədlərlə öz təsdiqini tapır. Bundan sonra onlar mehribanlıqla ayrılmış, o, Ülviyya xanıma bundan sonra da köməklik edəcəyini, ona münasib qiymətə protez alacağını vəd etmiş, Ülviyya xanım da 13 noyabr 2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə səlahiyyətli orqanlara müraciət edərək 23 oktyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Ülviyya xanımın müalicəsinə xərclədiyi pulları ordan-burdan borc-xərc olaraq tapmış, bankdan kredit götürmüş, hazırda işləmədiyi üçün maddi vəziyyəti olduqca ağır olduğuna görə indiyə qədər də həmin borcları ödəyib qurtara, elə həmin səbəblərə görə də Ülviyya xanıma verdiyi vədlərin müvəqqəti olaraq icra edə bilməmişdir. Ülviyya xanım bütün bunları çox gözəl bildiyi halda naməlum səbəblərə görə məhkəmə iclasında onun xərclədiyi pulları qismən danaraq ondan yenə əlavə pul tələb edir. Məhkəmə baxışı zamanı Ülviyya xanımın mövcud durumunu nəzərə alaraq ona yenə də humanist niyyətlə yanaşıb müvafiq şərtlərlə barışıq əldə etməyə dəfələrlə cəhd göstərmiş, lakin Ülviyya xanım onun indiki maddi vəziyyətində açıq-aşkar qəbul edilə bilməyən şərtlər irəli sürdüyündən, barışıq əldə etmək mümkün olmamışdır. Buna görə də hazırkı açıq məhkəmə iclasında bildirir ki, ehtiyatsızlıqdan, həm də elə Ülviyya xanımın özünün təqsiri üzündən baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı böyük mənəvi sarsıntı keçirir və özünü yalnız allahın qarşısında təqsirli bilir, lakin həmin hadisədə o, özünü təqsirli bilmir və Ülviyya xanıma bundan sonra pul verməyə həvəsi və imkanı yoxdur, mülki iddianı qəbul etmir. Hadisə vaxtı idarə etdiyi “BMW 530 minik” markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində həmin avtomobilin sahibi X9 vurduğu 1200 manat ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Bütün bunların nəzərə alınaraq onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən X8 göstərmişdir ki, 23 oktyabr 2019-cu il tarixdə saat 18:00-da işdən çıxıb 107 saylı marşrut avtobusu ilə Maştağa qəsəbəsindən Buzovna qəsəbəsinə gəlmişdir. Təxminən saat 19:30 radələrində qəsəbədəki “Rahat” marketə daxil olmuş və bir qədər alış-veriş edərək çıxmışdır. O, 25 il olar ki, epilepsiya xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq “finlepsin” dərmanını qəbul edir. Marketdən çıxdıqdan sonra evə getməkdən ötrü yolu qarşı tərəfə keçməli imiş, çünki yaşadığı yerə marşrut avtobusları yolun üzbəüz istiqamətindən gedir. Lakin o, baş verənləri xatırlamır və hadisənin necə baş verdiyini deyə bilmir. Həmin gün o, özünə gəldiyi zaman xəstəxanada olmuşdur. Hadisənin necə baş verməsi barədə heç bir fikri yoxdur. Daha sonra onu Masallı rayonundakı X7 aparmışlar. Yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində sol ayağı həkimlər tərəfindən kəsilmişdir. Təqsirləndirilən şəxs onun müalicəsi ilə bağlı ümumilikdə təxminən 9000 (doqquz min) manat xərcləyərək sonrakı müalicə xərclərini də ödəyəcəyini, ona müasir tipli protez düzəltdirəcəyini vəd etdiyindən, o, ona inanmış və 13 noyabr 2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə səlahiyyətli orqanlara müraciət edərək 23 oktyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra təqsirləndirilən şəxs onunla maraqlanmamış və müalicə xərclərinə köməklik göstərməmişdir. Halbuki, o, indiyə qədər öz müalicəsinə xeyli məbləğdə pul xərcləmişdir, xərclədiyi pulları təqsirləndirilən şəxsin ödəyəcəyinə ümidvar olaraq müalicə olunduğu yerlərdən qəbz almamışdır, müalicəsi indi də davam edir və hələ bundan sonra da davam edəcəkdir, ən başlıcası isə, amputasiya olunmuş ayağına baxaraq ömür boyu mənəvi sarsıntı və iztirab keçirəcəkdir. Həmin yolnəqliyyat hadisəsi nəticəsində əlil olduğu üçün hazırda işləyə bilmədiyinə görə çox böyük çətinliklə dolanır, zəruri ehtiyaclarını ödəyə bilmir, özünə protez almaq imkanı yoxdur. Təqsirləndirilən şəxsin indi ona etdiyi təkliflər isə onu qane etmir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona qarşı mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini və mülki iddiasının təmin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs X11 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmiş, bunun nəzərə alınaraq Məhəmmədəliyə yüngül cəza verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 elan edilmiş ifadəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş olduğu “BMW 530 minik” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Belə ki, Məhəmmədəlinin həmin avtomobilə dair yalnız avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Onlar razılaşmışlar ki, Məhəmmədəli avtomobili idarə etdiyinə görə hər ay ona aralarında razılaşdıqları məbləği ödəsin və həmin məbləği avtomobilin tam dəyərini ödəyib qurtarana qədər ödəsə, avtomobil Məhəmmədəliyə qalsın. Lakin Məhəmmədəli yol-nəqliyyat hadisəsindən sonra avtomobilin pulunu ödəyə bilmədiyi üçün avtomobili geri qaytarmışdır. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilin əzilməsi nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Avtomobili Məhəmmədəlidən götürdükdən sonra onu özü düzəltdirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Xəzər rayon şöbəsinin 21 noyabr 2019- cu il tarixli 1405 saylı rəyindən görünür ki, Ülviyya Paşayevanın bədənində aşkar edilmiş xəsarətlər – hemorragik və travmatik şok ilə müşayiət olunan baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sol Vİİ, Vİİİ qabırğaların sınıqları, iki tərəfli ağciyərlərin kontuziyası, sol baldır və ayağın qanqrenası ilə müşayiət olunmuş, sol budun orta üçdə biri səviyyəsindən postravmatik amputasiyası ilə nəticələnmiş sol baldırın yumşaq toxumların - magistral damar-sinir dəstələrinin dağılması və sol baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən sınıqları, alın nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun X5 Masallı Filialına müraciətindən əvvəl olmaqla, qərarda göstərilən 23 oktyabr 2019-cu il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox daimi dayanıqlı itirilməsinə səbəb olan (sol budun orta üçdə bir səviyyəsindən postravmatik amputasiyası - 60%) sağlamlığa Ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 01 sentyabr 2020-ci il tarixli 8/1286 №li rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “BMW 530” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 27 yanvar 2021-ci il tarixli 8/2403 №- li təkrar ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən müəyyən edildiyi kimi, hərəkəti üçün təhlükənin piyadanın hərəkət hissəsini sağ kənarından sola doğru qaçmağa başladığı andan yaranması və həmin andan vurulmaya kimi piyadanın adi qaçışla 9,5 metr məsafə qət etməsi şəraitində “BMW 530” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 11 sentyabr 2020-ci il tarixli, 016-87385-1220 saylı məktubundan görünür ki, DİN BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx xxxx 1991-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs 19 sentyabr 2018-ci il tarixdə “ABC” kateqoriyalı AD 139736 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o, 01 iyun 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək (6 ay) müddətə sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur (sürücülük vəsiqəsi təqdim edilməyib). İş materiallarında olan 1/3511 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir sərxoşluq vəziyyəti yoxdur və ayıqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların cəminə qiymət verərək belə təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, haqlı olaraq təqsirləndirilən şəxsin ona ittiham olunan cinayət əməlini törətməsi faktının sübuta yetirildiyi qənaətinə gəlmişdir. Cinayət işi materiallarından müəyyən edilir ki, müdafiə tərəfi hadisəni özündə əks etdirən videogörüntülər olan diski birinci instansiya məhkəməsinə təqdim etmişdir. İş üzrə müdafiə tərəfinin birinci instasiya məhkəməsinə təqdim etdiyi hadisələri özündə əks etdirən videogörüntülər məhkəmə tərəfindən tədqiq edilmədiyindən müdafiə tərəfinin vəsatəti əsasında apellyasiya baxışında həmin videogörüntüyə baxış keçirilən zaman görüntünün keyfiyətinin aşağı olması səbəbindən piyadanın hərəkət trayektoriyasını dəqiq müəyyən etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il taixli qərarı ilə iş üzrə videoyazıların məhkəmə ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdu: - iş materiallarının 171-ci səhifəsindəki diskdə olan videogörüntülər tam təsvir edilsin. - videogörüntüdəki piyadanın avtomaşınla vurulması anına qədər olan hərəkət trayektoriyası müəyyən edilsin. Məhkəmə ekspertizası mərkəzinin 31 yanvar 2022-ci il tarixli, 4/48 №-li rəyi ilə ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskdə olan videoyazıda qeydə alınmış yolnəqliyyat hadisəsinin təsviri tədqiqi hissədəki cədvəl verilmiş,cədvələ əsasən Qaçaraq yolu keçmək istəyən piyada 1-ci və 2-ci hərəkət zolağını ayıran qırıq xəttən 1-ci hərəkət zolağına tərəf təxminən 1m məsafədə NV1-in sol tərəf küncü ilə vurulur. Ekspertizaya təqdim olunmuş videoyazıdakı görüntülərə görə piayada X8 (mənbə qərar) nəqliyyatın hərəkət istiqamətində soldan 2-ci hərəkət zolağının sağ sərhəddindəki qırıq xəttin üzərindən əvvəl orta addımlarla, sonra isə iri addımlarla soldan 1-ci və 2-ci hərəkət zolaqlarını ayıran qırıq xəttə doğru düzünə hərəkət etmiş, 1-ci və 2-ci hərəkət zolaqlarını ayıran qırıq xətdən 1-ci zolağa tərəf təxminən 1 m məsafədə NV1 tərəfindən vurulmuşdur. Həmçinin, rəydə qeyd olaraq göstərilmişdir. Təqdim olunan videoyazı təkraryazma olduğundan və videogörüntülərdə ilkin videoyazıya məxsus Taym kod (vaxt göstəricisi) olmadığından tədqiqi hissədə verilmiş cədvəldəki vaxt intervalı 2 vizual hadisə arasında keçən həqiqi vaxtı əks etdirməyə də bilər. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatət verərək, cinayət işi üzrə əlavə avtotexniki ekspertizası keçirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarı ilə Müdafiəçi2 vəsatəti təmin edilmişdir. Cinayət işi üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Rəy verilməsi üçün ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Piyadanın dayanmış avtobusun sol qabaq yan tərəfindən sağdan sola doğru vurulana qədər 7 metr məsafə qət etməsi şəraitində bütün digər məlumatlar 01 sentyabr 2020-ci il tarixli, 8/1286 nömrəli rəydə və cinayət işinin materiallarında olduğu kimi qəbul edilməklə sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? - Həmin şəraitdə Təqsirləndirilən şəxs baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 15 aprel 2022-ci il tarixdə iş üzrə materialların təqdim edilməsi barədə elektron qaydada ekspert vəsatəti daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, 1(103)-32/2022 nömrəli cinayət işi üzrə 15 mart 2022-ci il tarixdə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 97.6.1-ci maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsinə əsasən 31.1.2022-ci il tarixli, 48 N-li rəydən məlum olduğu kimi piyadanın soldan 1-ci zolaqda, 1-ci və 2-ci zolaqları ayıran qırıq xətdən təxminən 1 metr məsafədə vurulması nəzərə alınmaqla piyadanın dayanmış Daewoo markalı avtobusun qarşısından çıxdığı andan vurulma yerinə kimi qət etdiyi məsafə, piyadanın hərəkət tempi barədə əlavə məlumatların təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin istintaq zamanı əldə olunmuş məlumatlara, eyni zamanda video görüntüyə istinadən ümumi yolun eni 15.2 metr olduğu, hər bir zolağın eninin 3.8 metr olması, Daewoo markalı avtobusun zavod tərəfindən təyin olunmuş ve internet üzərində açıq informasiya bazasında 2050 sm olduğu nəzərə alınmaqla piyadanın avtobusun qabağına çıxandan 1-ci və 2-ci hərəkət zolaqlarını ayıran qırıq xəttə doğru düzünə hərəkət etmiş, 1-ci və 2-ci hərəkət zolaqlarını ayıran qırıq xətdən 1-ci zolağa tərəf təxminən 1 m məsafədə NV1 tərəfindən vurulması və vurulana qədər adi qaçışla 9.9 metr məsafə qət etməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğun və hadisənin qarşısını almağa texniki imkanının olub-olmasının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərarı ilə işin obyektiv, hərtərəfli və ədalətli araşdırılması məqsədi ilə iş üzrə əlavə məhkəmə yolnəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2022-ci il tarixli 8/1970 №-li rəyində göstərilmişdir ki, məhkəmə tərəfindən verilən məlumatlara əsasən BMW 530 markalı, 90 OJ 61 qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə kollegiyası cinayət işinin birinci instansiya məhkəməsində araşdırlan sübutlarla yanaşı, iş üzrə təyin edilən ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, müdafiəçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının MEM-nin xx.xx.2020-ci il tarixli yəni “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 1-ci hissəsi ilə tələblərinə uyğunsuzluq olmaması barədə şikayətin dəlili əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası müdafiəçinin təqsirləndirilən şəxsə istinad olunan cinayətdə təqsirli olmasına dair heç bir sübutun olmaması barədə şikayətin dəlilləri ilə əlaqədar iş üzrə sübutlarda olan məlumatları bir daha təhlil edərək vurgulayır ki, şikayətin yuxarıda göstərilən dəlilləri təsdiq olunmur, bunlarla əlaqədar dəlillər hökmün qanuniliyini şübhə altına almağa əsas vermir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilinməsi və əməlinin tövsifi məsələləri üzrə gəldiyi nəticəni hökmdə ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri də birinci instansiya məhkəməsinin həmin mövqeyinin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə məhkum R.İbadovuna münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxışının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması zamanı müşavirə otağında müzakirə edilən məsələlərdən biri də “təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığının” qiymətləndirilməsidir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmənin ittiham hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi, məhkəmə istintaqı zamanı tədqiq edilmiş və biri-digərinə uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarı izahlarını da nəzərə alaraq təqsirləndirilən şəxs barəsində qanuni və ədalətli cəza təyin edilmişdir. Bununla yanaşı, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının: 2.3-cü bəndinə əsasən bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən buu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddələrinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi məhkum edilmiş şəxsə bəraət verilməsini tələb edir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2 və 42.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Göründüyü kimi hazırki halda Təqsirləndirilən şəxs törətmiş olduğu əməl az ağır cinayətlər kategoriyasına aid edildiyindən, həmçinin sonuncunun Amnistiya qərarının 10 və 11-ci bəndlərində sadalanan məhdudiyyətdə göstərilən şəxslərin dairəsinə düşmədiyi müəyyən edilir ki, belə olan halda məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan Amnistiya tətbiq edilməklə azad edilməlidir. Cinayət işi materiallarına əsasən zərərçəkmiş şəxs və mülki iddiaçı X8 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdehin sağlamlığına vurduğu zərər nəticəsində yaranmış ziyana görə bu günə qədər itirilmiş əmək haqqının əvəzi olaraq 4250 manat, 23 oktyabr 2019-cu ildən başlayaraq əmək fəaliyyəti bərpa olunana qədər hər ay 400 manat, protezin qiyməti üçün 6000 manat, mənəvi zərərə görə ******* manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 avqust 2020-ci il tarixli arayışından görünür ki, 2019-cu ilin aprel ayından oktyabr ayınadək X3 cəmi 1254,99 manat əmək haqqı ödənilmişdir. Birincoi instansiya məhkəməsi itirilmiş əmək haqqının əvəzinin ödənilməsi tələbinə münasibət bildirərək qeyd etmişdir ki, 2019-cu ilin dekabr ayından başlayaraq 01 may 2020-ci il tarixdək, yəni beş ay ərzində Ülviyya Paşayevaya bülletendə olduğu müddətdə hər ay 110 manat müavinət ödənilmişdir. Eyni zamanda Ülviyya Paşayevaya İİ qrup əlillik təyin edilmiş və həmin əlilliyə görə müavinət 2020-ci ilin noyabr ayında ödəniləcəkdir. Belə olan halda, Ülviyya Paşayevanın orta aylıq qazancı (1254,99 manat: 6 ay=209,17 manat) 209,17 manat təşkil edir. Ülviyya Paşayevanın 2020-ci ilin noyabr ayınadək əmək haqqı 2510,04 təşkil etmiş, həmin məbləğdən bülletendə olduğu müddətdə ödənilmiş cəmi 550 manat çıxılmaqla (2510,04-550=1960,04) 1960,04 manat təşkil edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçıya protezin qiyməti üçün 6000 manat ödəyəcəyini söz verməsi müəyyən edilmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı iddia tələbini itirilmiş əmək haqqının əvəzi hissəsində qismən sübut etmiş, iddia tələbinin qalan hissəsi ilə bağlı isə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X2 apellyasiya şikayəti ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəzadan azad olunması əsasları yarandığından, eləcə də mülki iddia dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, qeyd edilənləri cinayət işi üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və zərərçəkmiş şəxs (mülki iddiaçı) X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il qərarına əsasən amnistiya tətbiq edilməli və o, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalı, hökm qalan hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır (CMP 175). Qeyd olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.11.3 və 398.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(003)-30/2021 saylı hökmü dəyişdirilsin. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndi tətbiq olunmaqla Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin Hökm qalan hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Mizəli Abbasov Hakimlər: Ramin Qaraqurbanlı Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-32/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-32/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver