Məhkəmə qərarları › İş №1(103)-320/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-320/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-320/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, 2 noyabr 1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensİar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 19 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. İşin halları: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib satmaqla qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan - “Ağa” adı ilə özünü təqdim edən İran islam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 2022-ci ilin fevral ayının ortalarında saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu DSK yolundan Sumqayıt şəhəri istiqamətində yolun sağ tərəfində məişət tullantıları olan yerin arxasında şam ağacları olan əraziyə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Ağa” adlı şəxs tərəfindən torpağa basdırılmış sellofan torbada külli miqdarda 1480,36 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 474,4 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 303 qram çəkidə külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 5 ədəd blisterdə ümumilikdə 47 ədəd güclü təsiredici qüvvəsi 1,88 qram olan üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli külli miqdarda 40 ədəd narkotik vasitə metadon həblərini və 601,955 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanusuz olaraq əldə edib daşımaqla, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvana gətirərək saxlamış, 19 fevral 2022-ci il tarixdə saat 01:15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, ev 99 ünvanın qarşısında piyada hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd bükümdə 12,885 qram külli miqdarda ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,89 qram və 4,97 qram, ümumi çəkisi 9,86 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra həmin gün saat 4 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanda keçirilmiş baxış zamanı evin həyətinə girişdən sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabın içərisindəki boz rəngli idman çantasından 5 ədəd skoçla bağlanmış qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 177,21 qram, 180,26 qram, 192,07 qram, 180 qram, 208 qram, skoçla bağlanmış 1 ədəd şəffaf sellofanın içərisində 9 ədəd sellofan bükülüdə ümumi çəkisi 52,960 qram, 1 ədəd skoçla bağlanmış şəffaf sellofanda təmiz çəkisi 480 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 1480,36 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 4 bükümdə ayrı-ayrılıqda çəkiləri 110,4 qram, 114,5 qram, 127 qram, 122,5 qram ümumi çəkisi 474,4 qram külli miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə çəkisi 303 qram küili miqdarda tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd bükümdə 5 ədəd blisterdə ümumilikdə 47 ədəd təsiredici qüvvəsi 1,88 qram olan üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul qəhvəyi rəngli külli miqdarda narkotik vasitə 40 ədəd metadon həbləri, 1 ədəd bükümdə çəkisi 589,1 qram külli miqdarda ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin və marixuananın izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi və ona həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özümü təqsirli bilmirəm. Hökm qanunsuz, əsassız və ədalətsiz olduğundan dəyişdirilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ona yalnız üzərində aşkar edilmiş 10 qram marixuanaya görə daha yüngül cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 təyin edilmiş cəzanın yüngülləşdirilməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin hüquqi məsələləri: Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət- prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı rütbəsində xidmət edir. 18 fevral 2022- ci ii tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi və Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 fevral 2322-ci il tarixdə saat 01:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmiş və sonuncunun hüquqlarının təmin edilməsi məqsədi ilə müdafiəçi dəvət olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 bükümdə ağ rəngli, kristallşəkilli psixotrop maddə metamfetaminə bənzər, 2 bükümdə açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 14 qram, qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırma ilə birlikdə çəkisi 11 qram olmuş, qablaşdırılmış kütlələr iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, narkotik maddələrin satışından ümumilikdə təxminən 8000 manat əldə etdiyi pulu şəxsi işlərinə xərclədiyini, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, saxladığı narkotik maddələri təqdim edə biləcəyini, evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Həmin gün saat 4 radələrində əməliyyat qrupunun, müdafiəçinin və Təqsirləndirilən şəxs arvadı Aygün Kərimovanın iştirakı ilə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, ev 99, mənzil 33 ünvana baxış zamanı, Təqsirləndirilən şəxs evin həyətində girişdən sağ tərəfdə yerləşən taxta konustruksiyalı dolabın alt hissəsində gizlətdiyi 1 ədəd boz rəngli çantanı təqdim etmişdir. Çantanın içindən 7 bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 1 bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, 5 bükümdə ağ rəngli narkotik vasitə heroinə bənzər, 1 bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 47 ədəd metadon həbinə bənzər kütlələr və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilərkən qablaşdırma ilə birlikdə çəkisi 1 kq 530 qram, metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 589 qram, heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 529 qram, tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 305 qram olmuş, aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş, həmçinin evin digər hissələrinə baxış keçirilərkən həyətdə olan masanın üzərindən 1 ədəd “Oddo” markalı mobil telefon və göy rəngli dəftər qablaşdırılaraq götürülmüş və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Tural Kəimov saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərəkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. İşdə olan 19 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan ara rəngli gödəkçənin sol yan cibindən 1 bükümdə, ağ rəngli kristallşəkilli psixotrop maddə metamfetaminə bənzər, 2 bükümdə açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmiş, metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlələr qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşadığı evdə nbrkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. İşdə olan 19 fevral 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Aygün Kərimovanın iştirakı ilə yaşadığı evin həyətində girişdən sağ tərəfdə yerləşən taxta konustruksiyalı dolabın alt hissəsində gizlətdiyi 1 ədəd boz rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içindən 7 bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 5 bükümdə, ağ rəngli, narkotik vasitə heroinə bənzər, 1 bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər 47 ədəd metadon həbinə bənzər kütlələr və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur (1-ci cild iş vərəqi 32-33, 38-40). İşdə olan dəftərə baxış keçirilməsi haqqında 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 20 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs evindən götürülmüş bir ədəd göy rəngli dəftərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, götürülmüş 66 (altımış altı) vərəqdən ibarət dəftərin birinci vərəqində müxtəlif qeydlər aparılmışdır. Belə ki, “Pəncərə”, “Gül”, “Şüşə” qeydləri cədvəl formasında aparılmaqla, hər cədvəlin altında müxtəlif qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs tanışı İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxsin göndərdiyi narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamini elektron tərəzidə çəkib xırda bükümlərdə büküb çəlikəri barədə dəftərində qeyd etmiş, “Pəncərə” dedikdə narkotik vasitə heroini, “Gül” dedikdə narkotik vasitə marixuananı, “Şüşə” dedikdə psixotrop maddə metamfetamini nəzərdə tutmuşdur (1-ci cild iş vərəqi 87). İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən götürülmüş bir ədəd göy rəngli 66 (altımış altı) vərəqədən ibarət dəftər iş üzrə maddi sübut kimi tanınmışdır (1-ci cild iş vərəqi 168-188). İşdə olan və Təqsirləndirilən şəxs üzərində və evində həyata keçirilmiş axtarış və götürməni əks etdirən videoçəkilişə dair görüntülər olan 2 ədəd CD diskə baxış keçirilməsi haqqında 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi barədə edilmiş təklifdən sonra X3 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 bükümdə, ağ rəngli, kristallşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 2 bükümdə, açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edir. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 14 qram, qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 11 qram müəyyən olunur və həmin kütlələr qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, narkotik maddələrin satışından ümumilikdə təxminən 8000 manat əldə etdiyi pulu şəxsi işləri üçün xərclədiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını və hər hansı pul və dəyərli əşyasının olmadığını, əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirir. Eyni zamanda, Təqsirləndirilən şəxs, arvadı Aygün Kərimovanın iştirakı ilə yaşadığı evin həyətində girişdən sağ tərəfdə yerləşən taxta konustruksiyalı dolabın alt hissəsində gizlətdiyi 1 ədəd boz rəngli çantanı təqdim etmiş. Həmin çantanın içindən 7 bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 5 bükümdə, ağ rəngli, narkotik vasitə heroinə bənzər, 1 bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər, 47 ədəd metadon həbinə bənzər kütlələr və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 530 qram, metarrıfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 589 qram, heroinə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 529 qram, tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 305 qram müəyyən edilmişdi. Aşkar olunmuş predmetlər qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Evin digər hissələrinə baxış keçirilən zaman masanın üzərindən 1 ədəd “Oddo” markalı mobil telefon və göy rəngli dəftər götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsidən əldə etdiyini, arvadı Aygün Kərimovanın onun narkotik vasitələrin satışı ilə məşğul olması və yaşadıqları evdə narkotik maddə saxlamasından məlumatı olmadığını bildirmişdir (1-ci cild iş vərəqi 84-85). İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 2 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (1-ci cild iş vərəqi 168-188). İşdə olan mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 12 aprel 2022-ci il tarixli ABKC/LGL6265/22 qeydiyyat nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** mobil nömrənin SMS yazışmaları cədvəlinə baxış zamanı, 1 yanvar 2022-ci il tarixdə saat 14:07:06-da (99477) ***-**-** mobil nömrədən «birazdan 5 manatım qaldı sənə kont atacam Tural», 31 yanvar 2022-ci il tarixdə saat 00:31:10-da (99455) ***-**-** mobil nömrədən “Tural nolar məniçün bir dənə də yaşıl verdə pis gündəyəm” mətnli SMS yazışmaların aparılması müəyyən edilmişdir (1-ci cild iş vərəqi 156). İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (1-ci cild iş vərəqi 168-188). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 19 fevral 2022-ci il tarixli 6/1028 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..» və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 12,855 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən..” və s. yazılar, imzalar olan kağız torbadakı 01 ədəd bükümdə təmiz çəkisi 589,1 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 110,4 qram; 114,5 qram; 127,0 qram; 122,5 qram, ümumi təmiz çəkisi 474,4 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 04 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 303,0 qram tünd qəhzvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, üzərində “Methadone 40...Faran” göstəriciləri olan 5 blisterdə ümumilikdə 47 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngii tabletlərin tərkibində ümumilikdə təmiz çəkisi 1,88 qram olan narkotik vasitə metadon müəyyə edildi; 1 ədəd qara və 1 ədəd gümüşü korpuslu elektron tərəzilərin üzərində heroinin izləri müəyyən edildi. Tərəzilərin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (1-ci cild iş vərəqi 47-50). İşdə olan məhkəmə-bioloji ekspertiza 19 fevral 2022-ci il tarixli 7/157 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olan...” sözləri yazılmış polietilen torbada 05 ədəd skoçla bağlanmış qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 177,21 qram, 2) 180,26 qram, 3) 192,07 qram, 4) 180,0 qram, 5) 208,0 qram; skoçla bağlanmış bir ədəd şəffaf sellofan içərisində 09 ədəd sellofan bükülüdə ümumi çəkisi 52,960 qram, skoçla bağlanmış bir ədəd şəffaf sellofanda təmiz çəkisi 480,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi çəkisi 1470,5 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olan...” sözləri yazılmış kağız paketdə iki ədəd skoçla bağlanmış şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 4,89 qram və 4,97 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 9,86 qramdır. Tədqiqata təqdim olunmuş kağız paketdə və polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş iki ədəd elektron tərəzilərin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğuna görə təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmadı (1-ci cild iş vərəqi 53-58). İşdə olan 28 fevral 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 474,4 qram, tədqiqatdan sonra qalıq çəkisi 474,2 qram, narkotik vasitə tiryəkin təmiz çəkisi 303,0 qram, tədqiqatdan sonra qalıq çəkisi 302,9 qram, narkotik vasitə qurudulmuş marixuana təmiz çəkisi 1480,36 qram, tədqiqatdan sonra qalıq çəkisi 1479,51 qram, üzərlərində «F/M40» yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli 47 ədəd təmiz çəkisi 1,88 qram narkotik vasitə metadon tabletləri, tədqiqatdan sonra qalıq çəkisi 41 ədəd, psixotrop maddə metamfetaminin təmiz çəkisi 601,955 qram, tədqiqatdan sonra qalıq çəkisi 601,855 qram, eləcə də iki ədəd tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 130-131). İşdə olan məhkəmə-psixiatrik ekspertiza üzrə 11 aprel 2022-ci il tarixli 886 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aryağdı oğlunda törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçübbiçmək və onları düzgün qavrayıb, təsvir etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcbüri tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (1-ci cild iş vərəqi 157-158). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 13 aprel 2022-ci il tarixli 1775 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 159-160). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 10 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 135). İşdə olan şübhəli şəxsin tutulması haqqında 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 22-23). İşdə olan Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 19 fevral 2022ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 96-108). Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili təqsirləndirilən şəxs barəsində daha yüngül cəza təyin edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində verdiyi izahatında törədilən cinayətin hüquqi tövsifini mübahisələndirilməmiş, üzərində yalnız 10 qram marixuana olduğunu və ona daha yüngül cəza təyin edilməsini bildirmişdir. Kollegiya təqsirləndirilən şəxsin bu dəlilinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsdən 5 ədəd skoçla bağlanmış qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 177,21 qram, 180,26 qram, 192,07 qram, 180 qram, 208 qram, skoçla bağlanmış 1 ədəd şəffaf sellofanın içərisində 9 ədəd sellofan bükülüdə ümumi çəkisi 52,960 qram, 1 ədəd skoçla bağlanmış şəffaf sellofanda təmiz çəkisi 480 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 1480,36 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 4 bükümdə ayrıayrılıqda çəkiləri 110,4 qram, 114,5 qram, 127 qram, 122,5 qram ümumi çəkisi 474,4 qram külli miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə çəkisi 303 qram küili miqdarda tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd bükümdə 5 ədəd blisterdə ümumilikdə 47 ədəd təsiredici qüvvəsi 1,88 qram olan üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul qəhvəyi rəngli külli miqdarda narkotik vasitə 40 ədəd metadon həbləri, 1 ədəd bükümdə çəkisi 589,1 qram külli miqdarda ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin və marixuananın izləri olan 2 ədəd elektron tərəzinin götürülməsi iş materialları, şahid ifadələri, istintaq hərəkəti protokolları və ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin izahatında bildirdiyi kimi üzərində yalnız 10 qram marixuananın olmasını təsdiq edən hər hansı hal iş materialları ilə sübuta yetirilmir. Bundan başqa, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Həmçinin bu səbəbdən də, təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlili və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatı əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, barəsində cəzanın yüngülləşdirici və ağırlaşdırıcı hallarını, həmçinin Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilmədi) nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilən cəza, cəza təyin edilmənin ümumi prinsiplərinə zidd olmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, törətdiyi əməlindən səmimi peşman olması, himayəsində 3 azyaşlı uşağının olması hallarını onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403.0.2 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 10 (on) ilə endirilsin. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 15 saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq, “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev Hakimlər: İlqar Murquzov Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar