Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-337/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Qədim Xalid oğlu Babayevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi –Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli əvvəllər məhkum olunmamış, Bakı şəhəri X6 üzrə Baş İdarəsində vergi ödəyicisi olaraq qeydiyyatda olan fiziki şəxs, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, ev 2, mənzil 20 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 205-1, 213-1.2.1 və 213- 1.2.2 maddələri məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin (hakim R.Mürsəlov) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına, CM-nin 213-1.2.1 və 213-1.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi nəzərə alınmaqla 01 (bir) il müddətə spirtli içkilərin və tütün məmulatlarının alqı-satqısı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar tam toplamaqla onun üzərində qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə cəzası və 01 (bir) il müddətə spirtli içkilərin və tütün məmulatlarının alqı-satqısı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, sonuncunun xx xxxxxxx 2019cu il tarixdən həbsdə və ev dustaqlığında qaldığı 01 (bir) il 10 (on) gün müddət nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası çəkilmiş hesab edilmiş, Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası müstəqil icra olunması və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213-1.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsi, maddi sübutların taleyi və məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 2018 və 2019-cu illər ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 4067,50 manat dəyərində 426 ədəd saxta aksiz markası ilə markalanmış müxtəlif çeşidli alkoqollu içkiləri, həmçinin 6525,0 manat dəyərində 288 ədəd müxtəlif çeşidli alkoqollu içkilər və 34658,20 manat dəyərində 17263 qutu tütün məmulatları olmaqla, ümumilikdə külli miqdar təşkil edən 41183,20 manat dəyərində aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malları sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsində yerləşən ərzaq mağazasında xx xxxx 2019-cu il və xx xxxxxxx 2019-cu il tarixlərədək satış məqsədilə saxlamaqla, təkrar cinayət əməli törətmiş, eyni zamanda xeyli miqdar təşkil edən 324,55 manat dəyərində 105 ədəd aksiz markası ilə markalanmalı olan müxtəlif çeşidli alkoqollu içkiləri 2019-cu il ərzində istintaqa məlum olmayan mənbədən dəyərini nağd qaydada ödəməklə, satış məqsədilə almışdır. Belə ki, Təqsirləndirilən şəxs Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən həmin tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsində yerləşən ərzaq mağazasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı nəticəsində aşkar olunaraq götürülmüş “Minsk”, “Lauder's”, “John Barr”, “Absolut”, “King”, “King Almaz”, “Finlandia”, “Baya Rin”, “Moskovskaya”, “Anestasia” və “Sierra” markalı olmaqla, cəmi 400,0 manat dəyərində 14 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri, bundan başqa, “hlibniy dar“, “ruskiy standart plt. edition“, “ruskiy standart“, “nemiroff original qara“, “nemiroff delikat“, “beluga“, “staraya ploşad“, “çarskaya“, “xanskaya“, “chivas regal“, “patron tekila silver“, “absolut“, “moskovskaya osobaya“, “menkov vanilla“, “alaska“, “zolotoy urojay“, “finlandia“ VƏ “baileys“ markalı, cəmi 6116,0 manat dəyərində 268 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içkiləri, həmçinin “heets yellow label“, heets amber label“, “heets purple label“, “mac queens“, “mac silver qalin“, “mac black gold qalin“, “mac black gold nazik“, “milano london“, “milano new york“, “milano skyline“, “milano night blinks“, “gold mount qara nazik“, “gm qara nazik“, “gm boz nazik“, “manchester qara nazik“, “manchester boz nazik“, “alster boz nazik“, “alster qara nazik“, “king boz nazik“, “rc ağ nazik“, “mond qara nazik“, “x3 qara nazik“, “x3 boz nazik“, ”winston xs ağ“, “muratti super slims“, “cavallo ağ nazik“, “cavallo one nano edition“, “cavallo black velvet“, “cavallo ocean“, “cavallo pure“, “cavallo silver touch“, “senator white line nazik“, “senator pipe tobacco nazik“, “senator pipe tobacco qalin“, “senator winegrape qalin“, “senator winegrape nazik“, “senator grand virginia“, “marlboro gold nazik“, “marlboro vinçester“, “marlboro fine touch“, “cavallo qara nazik“, “marlboro flavor code ərəb“, “marlboro qirmizi-ağ tacik“, “marlboro gold ağ qalin tacik“, “marlboro gold ağ qalin“, “parliament carat“, “parliament super slim“, “parliament super slim tacik“, “parliament aqua blue“, “parliament aqua blue tacik“, “parliament silver blue“, “kent qara göy nazik iran“, “kent qara boz nazik iran“, “kent boz kompakt iran“, “kent 1 boz nazik“ VƏ “kent 4 qara nazik“ markalı, cəmi 32153,2 manat dəyərində 16322 qutu aksiz markası ilə markalanmamış tütün məmulatlarını, yəni 268 ədəd alkoqollu içkilər və 16322 qutu tütün məmulatları olmaqla, ümumilikdə külli miqdar təşkil edən 38269,2 manat dəyərində aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malları 2018 və 2019-cu illər ərzində istintaqa məlum olmayan mənbədən əldə edərək, xx.xx.2019cu il tarixədək sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsində yerləşən ərzaq mağazasında satış məqsədilə saxlamış, eyni zamanda, xeyli miqdar təşkil edən 324,55 manat dəyərində 105 ədəd aksiz markası ilə markalanmalı olan müxtəlif çeşidli alkoqollu içkiləri 2019-cu illər ərzində istintaqa məlum olmayan mənbədən dəyərini nağd qaydada ödəməklə, satış məqsədilə almışdır. Bununla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.2.1 və 213-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən həmin tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsində yerləşən ərzaq mağazasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı aşkar olunaraq götürülmüş “Moskovskiy Gold”, “Moskovskiy PREMİUM” “Moskovskiy gold original” markalı olmaqla, cəmi 3667,5 manat dəyərində 412 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri, həmçinin, “hlibniy dar premium“, “nemiroff original“, “nemiroff delikat“, “moskovskaya osobaya“ və “finlandia“ markalı, cəmi 409,0 manat dəyərində 20 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içkiləri, eyni zamanda, “extra filter platinum seven one nano“, “extra filter black platinum seven 7“, “extra filter silver platinum seven 7“, “extra filter nano silver platinum seven 7“, “manchester nano black“, “manchester nano silver“, “cavallo pure“, “cavallo by tony frank“, “cavallo by philippe“, “mac extra filter black gold“, “nanotek infina kent“, “gm grand mark“, “milano new york“, “senator original pipe tabacco”, gold marlboro edge”, “mrlboro filter plus”, “parliamnet carat”, “parliament aqua blue”, “parliament aqua blue original recessed” və “marlboro fine touch” markalı olmaqla, cəmi 2505,0 manat dəyərində 941 qutu aksiz markası ilə markalanmamış tütün məmulatlarını, yəni 20 ədəd alkoqollu içkilər və 941 qutu tütün məmulatları olmaqla, ümumilikdə külli miqdar təşkil edən 2914,0 manat dəyərində aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malları 2018 və 2019-cu illər ərzində istintaqa məlum olmayan əldə edərək, xx.xx.2019- cu il tarixədək sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsində yerləşən ərzaq mağazasında satış məqsədilə saxlamaqla, təkrar cinayət əməli törətmişdir. Bununla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.2.1 və 213-1.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verib, sonuncuya təqsirli bilindiyi CM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yanaşı, cinayət və cinayət-prosessual qanunvericiliklərin tələblərinə əməl edilərək iş üzrə maddi sübutların dövlət nəfinə alınmasına dair qərar qəbul olunmaqla dəyişdirilsin. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini diqqətə almadan, məhkuma münasibətdə CM-nin 59-cu maddəsinə əsaslanmaqla ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 59.1-ci maddəsində göstərilməyən əməldən səmimi peşman olmasını əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə “səmimi peşmançılıq” anlayışına hüquqi müstəvidən qiymət verməmişdir. Belə ki, “səmimi peşmançılıq” ifadəsinin hüquqi müstəvidəki anlayışı CM-nin 72-ci maddəsində kifayət qədər dəqiq və birmənalı şəkildə ifadə olunmuşdur. Həmin maddəyə əsasən səmimi peşmançılıq özündə cinayət törətmiş şəxsin cinayətin üstünün açılmasında fəal iştirak etməsində, cinayət nəticəsində dəymiş ziyanı ödəməsində və vurulmuş zərəri başqa formada aradan qaldırmasında ifadə olunan aktiv hərəkətlərini ehtiva edir. Yəni, hazırkı iş üzrə Təqsirləndirilən şəxs ifadəsində “əməlimdən səmimi peşmanam” deməsi heç də hüquqi müstəvidə “səmimi peşmançılıq” anlayışını ehtiva etmir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməllərini etiraf etməsinə istinad etmiş, lakin onun şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə almamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Qeyd etmək lazımdır ki, CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Lakin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri uzun müddət ərzində planlaşdırılmış əməlin nəticəsidir ki, bu da hadisələrin təsadüfi axarı zəminində törədilən cinayət hesab edilə bilməz. Bu kimi cinayətlər digər cinayətlərdən törədilməsi üsulu, xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə fərqləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirkarın şəxsiyyətini nəzərə almayaraq CM-nin 205-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası və CM-nin 213-1.2.1 və 213-1.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddini təyin etmişdir. Belə mövqe hal-hazırda Respublikada iqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə mübarizədə məsuliyyət hissinin artırılmasına mənfi təsir göstərməklə, cinayət qanununun ümumi xəbərdaredici məqsədinə nail olunmasına qətiyyən xidmət etmir, əksinə maneçilik törədir. Azərbaycan Respublikası CM-nin 2-ci maddəsinə əsasən cinayət qanununun vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Mübahisəsizdir ki, araşdırma nə qədər səmərəli olursa-olsun, təyin edilən cəza törədilmiş cinayətə adekvat olmadıqda onun əhəmiyyəti az olacaqdır. Cinayətin törədilməsinin sübut edilməsi müvafiq cəzanın təyin edilməsi ilə nəticələnməlidir. Yalnız bu halda cəzanın məqsədlərinə nail olmaq mümkündür. Qeyd olunmalıdır ki, CM-nin 213-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti aksizli mallara aksiz markalarının tətbiq edilməsi və aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinə nəzarətin həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayətin predmeti aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış mallardır. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyi ondan ibarətdir ki, aksiz markaları ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malların dövriyyəyə buraxılması aksiz vergisinin ödənilməməsinə, nəticədə dövlətin iqtisadi sisteminə zərər yetirilməsinə səbəb olur. Digər tərəfdən, aksiz markası olmayan malların dövriyyəyə çıxarılması onların istehsal mənşəyini və lazımi standartlara cavab veribverməməsini də şübhə altına alır. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan “külli miqdarda” və ya “təkrar” satma və ya satış məqsədi ilə saxlama cinayəti, ictimai təhlükəlilik baxımından daha təhlükəli olduğundan qanunvericilik bu növ tövsifedici əlamətləri aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan “xeyli miqdarda” satma və ya satış məqsədi ilə saxlama cinayətindən fərqləndirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən almaqla satış məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsində yerləşən ərzaq mağazasında saxladığı saxta aksiz markası ilə markalanmış və ya aksiz markası ilə markalanmamış alkoqollu içkilər və tütün məmulatları Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən həmin tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı aşkar olunaraq götürülsə də, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə məsuliyyətini dərk etməyərək yenidən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qeyd edilən mağazada saxta aksiz markası ilə markalanmış və ya aksiz markası ilə markalanmamış alkoqollu içkilər və tütün məmulatlarını saxladığından, cəmi 3 ay 10 gün sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən həmin tarixdə operativ vergi nəzarəti tədbiri keçirilməsi zamanı təkrar olaraq həmin mallar aşkar olunaraq götürülmüşdür. Məhkəmə hökm çıxararkən qeyd olunan halı nəzərə almadan təqsirləndirilən şəxsə yüngül cəza təyin etməkdə haqlı olmamışdır. Bundan başqa məhkəmənin hökmünə əsasən iş üzrə maddi sübutların Vergi qanunvericiliyinin tələblərinə uyğun müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılması qərara alınmışdır. “Aksiz tutulan mallara, o, cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 10 saylı qərarının 2-ci bəndinin 2.1.2-ci yarımbəndinə görə spirtli içkilərin bütün növləri, 2.1.4-cü yarımbəndinə görə isə tütün məmulatları aksiz markaları ilə markalanmalı olan mallar siyahısına daxildir. Həmin qərarın 4.2.2-ci yarımbəndinə əsasən markalanmalı malların növündən asılı olaraq spirtli içkilərin bütün növlərinə- "alkoqollu içkilər" aksiz markası, 4.2.4-cü yarımbəndinə əsasən isə növündən asılı olaraq tütün məmulatlarına “tütün məmulatı” aksiz markası tətbiq edilir. Aksiz markalarına dair ümumi tələblər Nazirlər Kabinetinin qeyd edilən qərarında müəyyən edilmişdir. Həmin tələblərə cavab verməyən aksiz markaları ilə qanunsuz yollarla əldə edilmiş, saxta aksiz markaları ilə, habelə həmin növ mallar üçün nəzərdə tutulmamış aksiz markaları ilə markalanmış mallar da aksiz markası olmayan mallar hesab edilir və qeyd edilən cinayətin predmeti sayılır. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Məhkəmə tərəfindən CMnin 205-1, 213-1.2.1 və 213-1.2.2-ci maddələrində nəzərdə tutulan cinayətin predmeti olan və iş üzrə maddi sübut kimi tanınmış əmlak Cinayət- Prosessual Məcəllənin 132-ci maddəsinə əsasən dövlət nəfinə keçirilməli olduğu halda, külli miqdarda maddi dəyəri olmasına baxmayaraq dövlət nəfinə keçirilməmiş, bununla da kobud qanun pozuntusuna yol verilmişdir. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” xx xxxxxx 2001-ci il tarixli, 10 saylı qərarının tələblərini də nəzərə almadan iş üzrə maddi sübut kimi tanınmış alkoqollu içkilər və tütün məmulatlarını müvafiq vergi rəsmiləşdirilməsi aparıldıqdan (aksiz vergisi ödənildikdən və s.) sonra təqsirləndirilən şəxsə qaytarılmasına dair qüvvədə olan normativ hüquqi aktlara əsasən gələcəkdə icrası mümkün olmayan qərar çıxarmışdır. Məhkəmə qanunun normasını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə cinayətin predmeti və maddi sübut olan əmlakın təqsirləndirilən şəxsə qaytarılması barədə qanunsuz qərar qəbul etmişdir. Göründüyü kimi məhkəmə məhkum Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin etməklə yanaşı, qanunun normasını da düzgün tətbiq etməmişdir. Hökmdən məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestini müdafiə edərək, məhkəmədən apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini həmçinin iş üzrə maddi sübutların dövlət nəfinə alınmasına dair qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi ayrı ayrılıqda çıxış edərək apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, həmçinin tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.2.1 və 213-1.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(002)-47/2020 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestindən də göründüyü kimi, sonuncu məhkum edilmiş şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsini və cinayətlərin hüquqi tövsifini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs özünün ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkumun etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205- 1, 213-1.2.1 və 213-1.2.2 maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protesti qismən təmin edilərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxsa münasibətdə təyin olunmuş cəzaların hesablanması və ona təyin olunmuş yekun cəza hissəsində, eyni zamanda maddi sübutun xüsusi müsadirəsi hissəsində dəyişdirilməliir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını nəzərə alaraq, məhkum Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları və cəzanı yüngülləşdirən hallar kimi ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını və cəzanı ağırlaşdıran halların olmamasını əsas tutmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində cərimə cəzasına, CM-nin 213-1.2.1 və 213-1.2.2-ci maddələri ilə isə CM-nin 46.2-ci maddəsi nəzərə alınmaqla 01 (bir) il müddətə spirtli içkilərin və tütün məmulatlarının alqı-satqısı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına təyin etmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.2.1 və 213-1.2.2 maddələrinin sanksiyalarından göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsinin sanksiyasında iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 213-1.2.1 və 213-1.2.2 maddələrinin sanksiyasında isə beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Dövlət ittihamçısı apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirkarın şəxsiyyətini nəzərə alınmamasını və bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı onun məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Digər tərəfdən məhkum edilmiş şəxs tərəfindən törədilmiş cinayətlər xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə ağır və ya xüsusilə ağır deyil, məhz az ağır cinayətlər kateqoriyasına aid olmuş və qanunverici tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1 maddəsinin sanksiyasında alternativ cəza növləri nəzərdə tutulmaqla həmin əməli törətmiş şəxslərin, hazırki halda isə birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cərimə növündə cəza ilə də islah edilməsini mümkün hesab etmişdir. Məhkum edilmiş şəxsin digər təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.2-ci maddələrinə münasibətdə isə birinci instansiya məhkəməsi maddənin sanksiyasında mövcud olan yeganə cəza növü olan azadlıqdan məhrum etmə cəzası tətbiq etmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Verilmiş apellyasiya protestində məhkəmə tərəfindən cəza təyin edilərkən məhkum edilmiş şəxsin cinayəti etiraf edərək səmimi peşman olmasının yüngülləşdirici hal kimi nəzərə alınmasına baxmayaraq həmin halın nədə ifadə olunmasının açıqlanmadığı, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almadığından və cinayətin açılmasına fəal kömək etmədiyindən həmin yüngülləşdirici halın AR CM-nin 72.1-ci maddəsinin tələblərinə uyğun olmadığı göstərilmişdir ki, məhkəmə kollegiyası protestin bu dəlilini tam əsassız hesab edərək qeyd edir ki, AR CM-nin 72-ci maddəsi cinayət məsuliyyətindən azad etmə əsaslarını nəzərdə tutan normadır ki, hazırki halda cinayət törətmiş şəxsin məsuliyyətdən azad edilməsi məsələsinə deyil, məhkuma təyin edilmiş cəzanın onun islah edilməsi üçün məqsədəmüvafiq və yetərli olub-olmaması məsələsinə qiymət verilir. Həmçinin, qeyd olunmalıdır ki, AR CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər ki, hazırki halda da məhkum edilmiş şəxsə münasibətdə işə baxan məhkəmə məhkum edilmiş şəxsin cinayəti etiraf edərək səmimi peşman olmasını yüngülləşdirici hal qismində nəzərə almaqda tam haqlı olmuş və cinayət qanunu normasının tətbiqində heç bir səhvə yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.2.1 və 213-1.2.2-ci maddələri ilə ayrı ayrılıqda təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddəti düzgün hesablamamaqla yanaşı eyni zamanda sonuncuya münasibətdə yekun cəzanı müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmcinin Məcəllənin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.2.1 və 213-1.2.2 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2019-cu il tarixdə, saat 20.40-da şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat təmin edilmədikdən sonra müstəntiqin xx.xx.2019-cu il tarixli qərarı ilə sonuncu barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdir. Daha sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və və yalnız xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə tərəfindən hökm çıxarılarkən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilmişdir. Göründüyü kimi məhkum edilmiş Təqsirləndirilən şəxs faktiki olaraq 01 il 12 gün müddətində tutma altında, həbsdə və ev dustaqlığında olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin xx.xx.2019-cu il tarixdə, saat 20.40-da şübhəli şəxs qismində tutulduğu 2 gün müddət nəzərə alınmayaraq sonuncunun həbsdə və ev dustaqlığında olduğu müddəti 1 il 10 gün kimi hesablamış, yanlış hesablanmış həmin müddət cinayətlərin məcmusu üzrə təyin edilmiş yekun cəzadan deyil Təqsirləndirilən şəxs CM-nin 213-1.2.1 və 213-1.2.2 maddələri ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablamaqla həmin cəzasını çəkilmiş hesab etmişdir. Belə olan halda sual doğurur ki, bəs məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsi tərəfindən yanlış hesablanmış 10 gün müddət necə oldu, nəzərə alsaq ki, sonuncuya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə 3000 manat cərimə cəzası təyin edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs CM-nin 213-1.2.1 və 213-1.2.2 maddələri ilə təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası, sonuncunun faktiki olaraq tutulduğu və həbsdə saxlandığı həqiqətdə 01 il 12 gün (birinci instansiya məhkəməsinin isə hesabladığı 01 il 10 gün) müddətindən 12 gün az olmuşdur ki, birinci instansiya məhkəməsinin məhkuma münasibətdə qəti cəzanı müəyyən etdiyi şəkildə hesablama aparıldıqda sonuncunun faktiki olaraq ona təyin olunan azadlıqdan məhrumetmə cəzasından 12 gün artıq müddətdə tutma altında, həbsdə və ev dustaqlığında saxlandığı müddət heç bir formada təqsirləndirilən şəxsə münasibətdə nəzərə alınmamışdır. Halbuki, məhkəmənin hökmündən göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə də 3000 manat miqdarında cərimə cəzası da təyin edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhz yuxarıda qeyd olunan 12 gün müddətin məhkuma münasibətdə qəti cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tətbiq edilməməsi cinayət qanunvericiliyinin cəza təyin etmə norma və prinsiplərinə zidd olmuşdur. Göstərilənlərə əsasən qeyd olunan halla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarla Təqsirləndirilən şəxs tutma altında, həbsdə və ev dustaqlığında olduğu müddət 01 il 12 gün həddində müəyyən olunmalı və göstərilən müddət Təqsirləndirilən şəxs münasibətdə cinayətlərin məcmusu üzrə təyin edilmiş yəni Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.2.1 və 213-1.2.2 maddələrinin məcmusu üzrə təyin edilmiş yekun cəzaya münasibətdə hesablanmaqla, sonuncuya təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddindən artıq müddətdə tutma altında, həbsdə və ev dustaqlığında saxlandığı 12 gün müddət ona təyin olunan digər cəza olan cərimə cəzasının həddinə münasibətdə nəzərə alınmalıdır. Fərqli hesablanmanın aparılması məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılmasına səbəb olar. Verilmiş apellyasiya protestinin digər dəlili ilə bağlı yəni iş üzrə maddi sübut kimi tanınmış əmlakların cinayət və cinayət-prosessual qanunvericiliklərin tələblərinə əməl edilməklə dövlət nəfinə alınmasına dair qərar qəbul olunması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 23154/23155/23156 nömrəli rəyindən görünür ki, fiziki şəxs Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsi, Bazarın yanında ticarət cərgəsində yerləşən mağazada xx.xx.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş “Minsk”, “Lauder's”, “John Barr”, “King”, “King Almaz”, “Baya Rin”, “Anestasia” və “Sierra” markalı ümumilikdə 14 ədəd alkoqollu içkilərin istifadəyə və satışa yararlıdır, ümumilikdə orta bazar qiyməti 400,0 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 260 (iki yüz altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 19983/19984/19985 nömrəli rəyində göstərilmişdir ki, fiziki şəxs Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsi, Bazarın yanında ticarət cərgəsində yerləşən mağazada xx.xx.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş “hlibniy dar“, “ruskiy standart plt. edition“, “ruskiy standart“, “nemiroff original qara“, “nemiroff delikat“, “beluga“, “staraya ploşad“, “çarskaya“, “xanskaya“, “chivas regal“, “patron tekila silver“, “absolut“, “moskovskaya osobaya“, “menkov vanilla“, “alaska“, “zolotoy urojay“, “finlandia“ və “baileys“ markalı 268 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içkilərin istifadəyə və satışa yararlı olduğu, ümumilikdə orta bazar qiymətinin 6116,0 manat təşkil etdiyi göstərilmişdir. Həmin ekspertiza rəyində fiziki şəxs Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsi, Bazarın yanında ticarət cərgəsində yerləşən mağazada xx.xx.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş “heets yellow label“, heets amber label“, “heets purple label“, “mac queens“, “mac silver qalin“, “mac black gold qalin“, “mac black gold nazik“, “milano london“, “milano new york“, “milano skyline“, “milano night blinks“, “gold mount qara nazik“, “gm qara nazik“, “gm boz nazik“, “manchester qara nazik“, “manchester boz nazik“, “alster boz nazik“, “alster qara nazik“, “king boz nazik“, “rc ağ nazik“, “mond qara nazik“, “x3 qara nazik“, “x3 boz nazik“, ”winston xs ağ“, “muratti super slims“, “cavallo ağ nazik“, “cavallo one nano edition“, “cavallo black velvet“, “cavallo ocean“, “cavallo pure“, “cavallo silver touch“, “senator white line nazik“, “senator pipe tobacco nazik“, “senator pipe tobacco qalin“, “senator winegrape qalin“, “senator winegrape nazik“, “senator grand virginia“, “marlboro gold nazik“, “marlboro vinçester“, “marlboro fine touch“, “cavallo qara nazik“, “marlboro flavor code ərəb“, “marlboro qirmiziağ tacik“, “marlboro gold ağ qalin tacik“, “marlboro gold ağ qalin“, “parliament carat“, “parliament super slim“, “parliament super slim tacik“, “parliament aqua blue“, “parliament aqua blue tacik“, “parliament silver blue“, “kent qara göy nazik iran“, “kent qara boz nazik iran“, “kent boz kompakt iran“, “kent 1 boz nazik“ və “kent 4 qara nazik“ markalı 18326 qutu aksiz markası ilə markalanmamış tütün məmulatlarından 1021 qutu “senator white line”, 470 qutu “marlboro”, 497 qutu “marlboro”, 4 qutu “”parliamnet super slims”, 12 qutu “parliamnet aqua blue” markalı olmaqla, 2004 qutu tütün məmulatlarının istifadə müddətləri bitdiyi üçün yararsız oduqları, qalan 16322 qutu tütün məmulatlarının isə istifadəyə və satışa yararlı olmaqla, orta bazar qiymətinin, ümumilikdə 32153,2 manat təşkil etdiyi göstərilmişdir. Qeyd olunan ekspertiza rəyində ekpsert tədqiqatına təqdim olunmuş tütün məmulatlarından 1327 qutu tütün məmulatlarının tədqiqata sərf olunduğu göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 260,0 (iki yüz altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 26758/26759/26761 nömrəli rəyindən görünür ki, fiziki şəxs Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsi, Bazarın yanında ticarət cərgəsində yerləşən mağazada xx.xx.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş “hlibniy dar premium“, “nemiroff original“, “nemiroff delikat“, “moskovskaya osobaya“ və “finlandia“ markalı 20 ədəd aksiz markası ilə markalanmamış alkoqolu içkilər və “Moskovskiy Gold”, “Moskovskiy PREMİUM” “Moskovskiy gold original” markalı 412 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilərin istifadəyə və satışa yaralı olduğu, ümumilikdə orta bazar qiymətinin 4076,5 manat təşkil etdiyi göstərilmişdir. Həmin ekspertiza rəyində fiziki şəxs Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsi, Bazarın yanında ticarət cərgəsində yerləşən mağazada xx.xx.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş “extra filter platinum seven one nano“, “extra filter black platinum seven 7“, “extra filter silver platinum seven 7“, “extra filter nano silver platinum seven 7“, “manchester nano black“, “manchester nano silver“, “cavallo pure“, “cavallo by tony frank“, “cavallo by philippe“, “mac extra filter black gold“, “nanotek infina kent“, “gm grand mark“, “milano new york“, “senator original pipe tabacco”, gold marlboro edge”, “mrlboro filter plus”, “parliamnet carat”, “parliament aqua blue”, “parliament aqua blue original recessed” və “marlboro fine touch” markalı 978 qutu aksiz markasi ilə markalanmamiş tütün məmulatlarından 20 qutu “senator grand virginia”, 10 qutu “senator hite line” və 7 qutu “marlboro filter cigarettes” tütün məmulatlarının istifadə müddətləri bitdiyi üçün yararsız olduqları, qalan 941 qutu tütün məmulatlarının isə istifadəyə və satışa yararlı olmaqla, ümumilikdə orta bazar qiymətinin 2505,0 manat olduğu göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 240,0 (iki yüz qırx) manat təşkil edir. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsi, Bazarın yanında ticarət cərgəsində yerləşən ərzaq mağazasında aşkar olunaraq, götürülmüş 426 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər, 288 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içkilər, 19304 qutu aksiz markası ilə markalanmamış tütün məmulatları və 105 ədəd aksiz markası ilə markalanmış alkoqollu içkilərdən, istintaq zamanı ekspert tədqiqatına sərf olunmuş 15 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki, 30 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içki və 1522 qutu aksiz markası ilə markalanmamış tütün məmulatlarından sonra qalan və cinayət işindən ayrıca Baş İdarənin saxlanma anbarına saxlanca yerləşdirilmiş 411 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki, 258 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içki, 17782 qutu aksiz markası ilə markalanmamış tütün məmulatı və 105 ədəd aksiz markası ilə markalanmış alkoqollu içkilər iş materialları ilə təsdiq olunduğundan, maddi sübut kimi tanınmışdır. Yuxarıda sadalanan ekspertiza rəylərindən göründüyü kimi hazırda Baş İdarənin saxlanma anbarına saxlanca yerləşdirilmiş 411 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki, 258 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içki, 17782 qutu aksiz markası ilə markalanmamış tütün məmulatı və 105 ədəd aksiz markası ilə markalanmış alkoqollu içkilər istifadəyə və satışa yararlıdırlar. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza rəyi ilə istifadəyə və satışa yararlı hesab olunmuş iş üzrə maddi sübutlar 411 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər, 258 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içkilər, 17782 qutu aksiz markası ilə markalanmamış tütün məmulatları və 105 ədəd aksiz markası ilə markalanmış alkoqollu içkilər Vergi qanunvericiliyinin tələblərinə uyğun müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmasını hökm etmişdir. Halbuki Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.13.1-ci maddəsində əsasən vergi ödəyicisi saxta aksiz markası ilə markalanmış mallara sahiblik, onlardan istifadə etmək və sərəncam vermək hüququna malik deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi sübut kimi tanınmış 411 ədədi saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri Cinayət- Prosessual Məcəllənin 132-ci maddəsinə əsasən dövlət nəfinə keçirilməli olduğu halda, bunu etməməklə yekundan düzgün olmayan nəticə gəlmişdir. Digər tərəfdən cinayət işi materaillarından görünür ki, yuxarıda sadalanan məhsullardan 411 ədədi saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər olmaqla qalan mallar isə ya aksiz markası ilə markalanmamış və ya da markalanmış məhsullardır. Başqa sözlə desək Vergi Məcəlləsinin 89.13.1-ci maddəsi ilə vergi ödəyicisinin sahiblik, istifadə, sərəncam vermək hüquqlarını istisna edən əmlaklar deyildir. Belə olan halda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan külli miqdarda və təkrar satış məqsədilə saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.2 maddələri ilə cəzalandırılan şəxsə münasibətdə həm də həmin aksiz markası ilə markalanmış və markalanmamış malların (göstərilən malların gələcəkdə Vergi qanunvericiliyinin tələblərinə uyğun müvafiq rəsmiləşdirilməsi nəzərə alınmaqla) müsadirə edilməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi nöqteyi-nəzərindən yolverilməz olmaqla sonuncunun eyni əmələ görə təkrar cəzaya məruz qalması ilə nəticələnər.(nəzərə alınmalıdır ki, qeyd olunan məhsullar istifadəyə yaralıdır) Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.2.1 və 213-1.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(002)-47/2020 nömrəli hökmü məhkum edilmiş şəxs təyin edilmiş yekun cəza və xüsusi müsadirənin tətbiq edilməsi hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 394, 397.1, 397.2, 398.1.4, 399.1.5, 405.1.4, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti qismən təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.2.1 və 213-1.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(002)-47/2020 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsi ilə təyin olunmuş 3000 (üç min) manat məbləğində cərimə cəzası və CM-nin 213-1.2.1 və 213-1.2.2ci maddələri ilə təyin olunmuş 01 (bir) il müddətə spirtli içkilərin və tütün məmulatlarının alqısatqısı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən tam toplanılmaqla onun üzərində qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə cəzası və 01 (bir) il müddətə spirtli içkilərin və tütün məmulatlarının alqı-satqısı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü və 69.4-cü maddələrinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-ci il tarixədək tutulduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu, cəmi 01 (bir) il 12 (on iki) gün müddət nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası çəkilmiş hesab olunmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il müddətinə spirtli içkilərin və tütün məmulatlarının alqı-satqısı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. İş üzrə maddi sübutlar- Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsi, bazarın yanında ticarət cərgəsində yerləşən ərzaq mağazasında aşkar olunaraq götürülmüş 411 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər dövlət nəfinə müsadirə edilsin, qalan 258 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içkilər, 17782 qutu aksiz markası ilə markalanmamış tütün məmulatları və 105 ədəd aksiz markası ilə markalanmış alkoqollu içkilər Vergi qanunvericiliyinin tələblərinə uyğun müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Rəşad Abdulov Hakimlər Qədim Babayev Əli Seyfəliyev
Məhkəmə qərarları › İş №1(103)-337/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-337/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver