Məhkəmə qərarları › İş №1(103)-34/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-34/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-34/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X6, xüsusi ittiham qaydasında şikayət vermiş X25 nümayəndəsi «Kermur» İxtisaslaşdırılmış Vəkil bürosunun vəkili-X20, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş təqsirləndirilən şəxs X17 və müdafiəçisi- fərdi qaydada fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkil kollegiyasının üzvü Müdafiəçi2, tərcüməçi X2 iştirakları ilə, Bak şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim: Fərid Əmrəliyev) 06 noyabr 1979-cu ildə Ukrayna Respublikası Lvov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X10 barəsində olan 02 mart 2022-ci il tarixli hökmündən təqsirləndirilən X17 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Binəqədi Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 ( min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Ona təyin olunmuş cəzasının icrası onun yaşayış yeri üzrə İcra qurumuna həvalə edilmişdir. Məhkəmənin hökmünə və xüsusi ittiham qaydasında şikayət ərizəsinə əsasən, X17 tanışı X25 haqqında mənfi rəy yaratmaq məqsədi ilə böhtan ataraq məhkəmədə öz çıxışında Binəqədi rayon Məhkəməsinə verdiyi 29 mart 2021-ci il tarixli iddiasının təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə qarslıqlı iddia ərizəsində bildirmişdir ki, “Əməkdaşları qınamıram onlar rəhbərlikdən asılı vəziyyətdədirlər və rəhbərlik nə desə, onu edəcəkdir. Orxan Əliyev rəsmi direktor olsa da, o da şirkətə əslində rəhbərlik edən İsa Hüseynovdan (köhnə adı Elsən Tağıvev) asılı vəziyyətdədir və onun tapşırığından kənara çıxa bilməz. Bir ildən artıq əvvəl çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X1 və adını X21 İsaya dəyişən digər təsisçi telefon etməklə bildirmişdir ki, həyat yoldaşının şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam.” Halbuki, məhkəmədə baxılan işdə onun şəxsi həyatı mübahisə predmeti deyil və interpolda axtarışda olmadığı, adını, soyadını dəyişmədiyini sübut etməyə borclu deyildir. İşlədiyi "xxxx" MMC-də onu tanıyan insanlar, kollektiv arasında nüfuzdan salmağa, qəsdən mənfi rəy yaratmaq məqsədilə 19 aprel 2021-ci ildə Bakı şəhəri ünvan 3 ünvanına 19 aprel 2021-ci il tarixli cavab məktubu göndərərək bildirmişdir ki, "2020-ci ilin yanvar ayına kimi işə gedib-gəlməyinə, əmək haqqı almağı və hazırkı vaxta kimi şirkətin işçisi olmağıma baxmayaraq, həmin şirkətin idarə edilməsini üzərinə götürmüş İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) namizədi X31 yeni direktor təyin edildikdən sonra, 2020-ci ilin yanvar ayında ona bildirmişdir ki, onun həyat yoldaşı Qitlin Aleksey şirkətin həmtəsisçidir, onunla digər həmtəsisçisi İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) arasında həll edilməmiş məsələlər var və həmin məsələlər öz həllini tapmayınca işə buraxılmırsınız”. Həmçinin bildirmişdir ki, “çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adı Elsən Tağıyev) mənə telefon edərək, həvat yoldasın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər sevdən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam" demişdir. Liliya Qitlinanın bu sözləri ilə onun şəxsiyyəti başqa şəxslərin gözündə alçaltmağa yönəlmişdir. Liliya Qitlinanın ifadələri ona qarşı böhtan, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzunu və təmiz adını ləkələyən məlumatlar kimi qiymətləndirilməlidir. Liliya Qitlinanın qeyd olunan təqsirli hərəkətləri ilə ona iztirablar vermiş və mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Liliya Qitlinanın bütün bu hərəkətləri isə onun psixologiyasına pis təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Liliya Qitlinanın yalan böhtan məlumatları yaymaqla işlədiyi "Xerotek L.L.C”. MMC-də onu tanıyan insanlar, kollektiv arasında nüfuzdan salmağa, qəsdən mənfi rəy yaratmaqdır, onun bir insan kimi şərəf və ləyaqətinə ləkə yaxmaq cəhdidir. Liliya Qitlina apellyasiya məhkəməsində işə baxılarkən, həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə və qarşılıqlı iddia ərizəsində "xxxx" MMC-yə ünvanladığı 19 aprel 2021-ci il tarixli cavab məktubunda bildirdiyi fikirlərin onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzlarına xələl gətirən məlumatlar olub-olmamasının müəyyən edilməsi üçün "X22" vəkil sorğusu göndərilmiş və 24 may 2021-ci il tarixli 11/21 saylı linqvistik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Liliya Qitlinanın adından olan iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində və "xxxx" MMC-yə ünvanlanmış məktubda X27 (X26) aid edilən "Çox saylı dələduzluq cinayətləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev)" şirkətin idarə edilməsini üzərinə götürmüş və İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev)" kimi söz və ifadələr linqvistik təhlil baxımından X25 (X26) şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr hesab edilir. Cavabdehin adından olan iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində və "xxxx" MMC-yə ünvanlanan məktubda X27 (X26) aid edilən "Çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev) tərəfindən söylənilməsi iddia edilən “Həyat yoldaşın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm və rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyə- cək” kimi hədə-qorxu tərkibli məlumatların X32 (əvvəlki adı Elşən Tağıyev) tərəfindən söylənməsi öz təsdiqini tapmadığı halda böhtan hesab edilir. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxs X17 apellyasiya şikayəti verərək, hökmün ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və ya protestin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına riayət olunması apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallından və məhkəmə iclaslarının protokollarından göründüyü kimi, təqsirləndirilən X17 özünü cinayəti törətməkdə təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri xüsusi ittihamçının, şahidlərin və məhkəmə iclasında dindirilmiş ekspert X7 ifadələri ilə; 24 may 2021-ci il tarixli 11/21 saylı “X18” linqvistik eksperti və 10 noyabr 2021-ci il tarixli 4/1503 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-liqnvistik ekspertizasının rəyləri ilə; digər istintaq hərəkətləri ilə; toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı başqa subutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş X9 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və verdiyi ifadəsində göstərmişdir ki, onun xüsusi ittihamçı X32 barəsində olan çıxışlarında böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma kimi ifadələr yoxdur. Həmin məlumatlar onsuz da internet saytında mövcuddur. Kütləvi informasiya vasitələri onu fırıldaqçı (moşennik) kimi adlandırıır. Hesab edir ki, səsləndirdiyi ifadələr böhtan hesab oluna bilməz. Qeyd olunanlara əsasən, barəsində məhkəmə tərəfindən bəraət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində xüsusi ittiham qaydasında şikayət vermiş zərərçəkmiş X32 ərizəsinə uyğun ifadə verərək əlavə olaraq bildirmişdir ki, X8 barəsində məhkəmədə çıxışında və Binəqədi rayon məhkəməsinə verdiyi 29 mart 2021-ci il tarixli iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarşılıqlı iddia ərizəsində onu nüfuzdan salan şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli ifadələr işlətmişdir. Liliya Qitlina onun barəsində “dələduzluq cinayəti üzrə interpol axtarışında olması” kimi ifadələrinə münasibətdə bildimişdir ki, həqiqətən interpol axtarışında olmuş, lakin bu o demək deyil ki, onun dələduzluq cinayətində təqsiri sübuta yetirilmiş və barəsində yekun məhkəmə hökmü çıxarılmışdır. Hal-hazırda onun haqqında belə ittiham xarakterli ifadələr işlədilməsi birbaşa böhtan xarakteri daşımışdır. Məhkəmədən bütün qeyd olunanları nəzərə alınmasını və təqsirləndirilən şəxs X10 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində xüsusi ittiham qaydasında şikayət vermiş zərərçəkmiş X25 vəkili Müdafiəçi1 bildirmişdir ki, X17 məhkəmədə öz çıxışında, Binəqədi rayon məhkəməsinə verdiyi 29 mart 2021-ci il tarixli iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə və qarşılıqlı iddia ərizəsində, “əməkdaşları qınamıram onlar rəhbərlikdən asılı vəziyyətdədirlər və rəhbərlik onlara nə desə, onu edəcəkdir. Orxan Əliyev rəsmi direktor olsa da, şirkətə əslində rəhbərlik edən İsa Hüseynovdan (köhnə adı Elsən Tağıyev) asılı vəziyyətdədir və onun tapşırığından kənara çıxa bilməz, bir ildən artıq əvvəl çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X1 və adını X21 İsaya dəyişən digər təsisçi mənə telefon edərək bildirmişdir ki, həyat yoldaşın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam və hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam" kimi ifadələr işlətmişdir. Həmin ifadələr məhz böhtan hesab olunduğundan, Liliya Qitlinanın cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Kuliyeva Galina bildirmişdir ki, X10 İsa Hüseynova böhtan atması kimi bir fakt mövcud deyildir. Onlar əslində bir ailə kimi olmuşlar, bu kimi halların niyə baş verdiyini hələ də anlamamışdır. Məhkəmədə dindirilmiş şahid X23 ifadəsində bildirmişdir ki, mülki işə baxılarkən iclas zalının qarşısında əyləşmiş, bu zaman Liliya Qitlina öna yaxınlaşıb interpolun saytından götürdüyü şəkli ona göstərərək İsa Hüseynovun dələduzluğa görə beynəlxalq axtarışda olduğunu deyib “baxın görün kimdir sizin rəhbəriniz, dələduzdur” kimi ifadələr işlətmişdir. Məhkəmədə dindirilmiş şahid X13 eyni məzmunlu ifadələr verərək, izahatında şahid X16 ifadəsində göstərilənləri eyni ilə bir daha olduğu kimi təsdiq etməklə yanaşı, internet saytından götürdüyü fotoşəkili ona göstərmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş ekspert X14 öz ifadəsində bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş təqsirləndirilən X10 məhkəmə çıxışında, iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarşılıqlı iddia ərizəsində X32 barəsində dediyi sözlərində şəxsin dələduzluq etməsi və cinayətkar olması, qarşısında olan şəxsə başqa millətə aid olması səbəbi ilə mənfi davranması, təziqlər göstərməsi, hədələməsi və məhkəməyə qarşı hiylə işlətməsi barədə məlumatlar öz əksini tapır. Həmin sözlərdəki ittihamlar və məlumatlar öz hüquqi təsdiqini tapmadığı və sübuta yetirilmədiyi təqdirdə, böhtan xarakterli məlumatlar hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş 11\21 nömrəli 24 may 2021-ci il tarixli “X18” linqvistik ekspertizasının rəyinə əsasən X10 adından olan iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində, "xxxx" MMC-yə ünvanlanmış məktubda X27 (X26) aid edilən "Çox saylı dələduzluq cinayətləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev)" şirkətin idarə edilməsini üzərinə götürmüş İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev)" kimi söz və ifadələr linqvistik təhlil baxımından X25 (X26) şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr hesab edilir. Cavabdehin adından iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində və "xxxx" MMC-yə ünvanlanmış məktubda X27 (X26) aid edilən "Çoxsaylı dələduzluq cinayət- ləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev) tərəfindən söylənilməsi iddia edilən “Həyat yoldaşın şirkətdə olan payından mənim xeyrimə imtina etməli, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək” kimi hədə-qorxu tərkibli məlumatların İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev) tərəfindən söylənməsi öz təsdiqini tapmadığı halda böhtan hesab edilir. Məhkəmədə tədqiq edilmiş Məhkəmə-liqnvistik ekspertizasının 4/1503 nömrəli 10 noyabr 2021-ci il tarixli rəyinə əsasən, təqsirləndirilən şəxs X10 məhkəmə çıxışında, iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarşılıqlı iddia ərizəsində X32 barəsində dediyi sözlərdə dələduzluq etməsi və cinayətkar olması, qarşısındakı şəxsə başqa millətə aid olması səbəbi ilə mənfi davranması, təziqlər etməsi, hədələ-məsi, məhkəməyə qarşı hiylə işlətməsi barədə məlumatlar öz əksini tapır. Həmin sözlərdə ittiham və məlumatlar öz hüquqi təsdiqini tapmadığı və sübuta yetirilmədiyi halda böhtan xarakterli məlu- matlar hesab edilir və bu cümlələrdə əksini tapmış: “çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X1”, “adını X21 İsaya dəyişən”, “telefon edib bildirdi ki, həyat yoldaşın şirkətdəki payından mənim xeyrimə imtina etməli, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmə dərəcəsinə çatdıracam. Hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam”, “məhkəmə onun hiyləsinə aldanmamalıdır”. Göstərilənlərdən əlavə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş digər mötəbər sübütlarla da kifayət qədər öz təsdiqini tapmışdır. İş üzrə Birinci instansiya məhkəməsi iş üzrə X17 tərəfindən məhkəmə iclasında verdiyi ifadələrinə qiymət verərək hesab etmişdir ki, onun həmin ifadələrində irəli sürülən dəlillər işin faktiki hallarına uyğun olmadığından, toplanmış sübutlarla təkzib edildiyindən, mötəbər sübut kimi hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X17 məhkəmə çıxışında, iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarşılıqlı iddia ərizəsində göstərdiyi xüsusatların reallığı əks etdirməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Onun xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində “çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X1” ifadəsinə münasibətdə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş zərərçəkmiş şəxs X25 axtarışda olmasına dair sənəd mövcud olmuş olsa da, iş materialına əlavə edilmiş tələbnamədən və sübutlarla müəyyən edilir ki, cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkumluğu olmamışdır. Cinayəti törətməkdə təqsirləndirilən hər şəxsin təqsiri Cinayət Məcəlləsi ilə nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən şübhəli və ya təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla əlaqədar ifadə (izahat) vermək və yaxud ifadə (izahat) verməkdən və sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edərək qurmaqla həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək vəzifəsi deyil, hüququdur və buna görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Belə olan halda, onun məhkəmə baxışında hər hansı məzmunda ifadə vermək və sənədi imzalamaqdan imtina etməsinə yalnız müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, X10 əlində heç bir mötəbər sübutu olmadan X25 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymaqla, dələduzluq cinayətləri törədilyinə görə X3maqda ittiham etməklə, sonuncuya böhtan atması kimi qiymətləndirilməli və X10 həmin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif olunmaqla, həmin maddə ilə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin şəxs təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində və 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda göstərilmişdir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti və yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şahiyələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq və yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində birbaşa hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Göründüyü kimi, Konstitusiya fikir və söz azadlığı kimi hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Avropa Konvensiyasının istinad olunan 10-cu maddəsində də nəzərdə tutulmuşdur ki, həmin maddənin 1-ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « …mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,… qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla X17 tərəfindən Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə bağlı cəmiyyət, kollektiv və ya ayrı-ayrı şəxslər arasında şəxs barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə- həqiqətə uyğun olmaması başa düşülür. Əməl subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Başqa şəxsin şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatı kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 07 nömrəli 14 may 1999-cu il tarixli qərarına əsasən yayma- başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 03 nömrəli 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatı dedikdə - dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları və sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu əməl şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, iş üzrə yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusunu əlaqəli şəkildə tədqiq etməklə hesab edir ki, X10 xüsusi ittihamçı X25 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları, yəni dələduzluq cinayəti törətdiyinə görə axtarışda olması İlə əlaqədar cinayətdə ittiham etməklə böhtan atması toplanmış çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapdığından, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Ümumiyyətlə məhkəmə istintaqında Liliya Qitlinanın ifadəsində irəli sürdüyü dəlillər iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmamış, əksinə xüsusi ittihamçı və şahidlərin ifadələri ilə, iş üzrə toplanmış və iş materialında olan digər çoxsaylı sənədlərlə onun ifadəsi tamamilə təkzib edilmişdir. Göründüyü kimi, X10 törətdiyi cinayət məhkəmədə toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, xüsusi ittihamçının və şahidlərin ifadələri ilə, X25 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymaqla cinayət törətməkdə ittiham etməklə, böhtan cinayətini törətməsi sübuta yetirildiyindən, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə onun cinayət əməli düzgün tövsif edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayətində əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi və cinayəti törətməkdə təqsiri olmadığından, ona bəraət verilməsi barədə irəli sürülən dəlillər toplanmış və tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyini nəzərə alaraq, apellyasiya şikayətində irəli sürülən dəlillərə tənqidi yanaşır və bunları yalnız cinayət məsuliyyətindən yayınmaq üçün irəli sürülən dəlillər kimi qiymətləndirir. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası xüsusilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Liliya Qutlina bildirmişdir ki, xüsusi ittihamçı İsa Hüseynov ona zəng edərək payın satılmasını tələb etmişdir. Lakin həmin dəlili təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, Liliya Qitlinanın qeyd etdiyi tələbi icra etmək qeyri mümkündür. Belə ki, Mülki Məcəllənin tələblərinə əsasən, hər hansı bir şəxs cəmiyyətdə olan payını satmaq üçün ilkin olaraq həmin payı cəmiyyətin digər təsisçilərinə təklif etməli, yalnız digər təsisçilər payı satın almaqdan imtina etdikdə təsisçi payını kənar şəxsə sata bilər. X35 MMC-nin təsisçisi deyil və Liliya Qitlinadan payın ona satılmasını tələb etdiyi və Liliya Qitlina tələbi icra etmək istədiyi halda belə yenə də əvvəlcə həmin payı digər təsisçilərə təklif etməlidir. Belə bir hallara yol verilməsi iş materiallarından görünmür və iş materiallarında heç bir sənəd yoxdur. Bundan başqa, Liliya Qitlinanın izahatlarından, ifadələrindən və çıxışlarından göründüyü kimi, onunla İsa Hüseynov arasında sadə mülki mubahisəyə milli qarşıdurma və milli ayrıseçkilik zəminində yaranmış mübahisə görünüşü vermək istəmiş, yəni insanları inandırmaq istəmişdir ki, İsa Hüseynov iqriçidir, onun və ərinin rus millərinə mənsub olduqları üçün onları təqib edir. Lakin bu qaydada İsa Hüseynovu təhqir etməsi və ona böhtan atması qanunvericiliyin tələbinə ziddir. Digər tərəfdən, X24 axtarışda olması ilə bağlı qeyd edilməlidir ki, İsa Hüseynov Azərbaycan Respublikası vətəndaşı oduğundan, heç bir ölkə verilə bilməz. Məhz buna görə Azərbaycan Respublikası Baş Prokurorluğu Rusiya Federasiyasına müraciət edərək İsa Hüseynovun barəsində cinayət işi ilə bağlı materialların araşdırılması üçün Baş Prokurorluğa göndərilməsini xahiş edilmiş, lakin Rusiyanın Prokurorluğu cinayət işini Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərməmişdir. Bu fakt onu deməyə əsas verir ki, Rusiya Federasiyasının hüquq muhafizə orqanlarında İsa Hüseynovun təqsirini sübut edən mbtəbər sübut yoxdur, əks halda həmin sübutlar, cinayət işinin materialları ilə birlikdə Azərbaycana verilməsi mümkündür. Ona görə X33 Hüseynovu dələduzluq əməllərində ittiham etməsi əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X4vericiliyin tələblərinə uyğun olaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X10 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamış, ailəlidir. Birinci instansiya məhkəməsi məhkum X12 təyin olunacaq cəza məsələsini müzakirə edərkən, onun cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində bir azyaşlı uşağının olmasını - cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.2-ci bəndinə əsasən, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların olması və həmin cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet kimi məhkəmələr qarşısına qoyulmuşdur. Sərəncamın 8-ci bəndinə əsasən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Birinci instansiya məhkəməsi t əqsirləndirilən şəxs X12 təyin olunacaq cəza məsələsini müzakirə edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, cəzasını yüngülləşdirən halların olmasını, ona təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə almaqla hesab etmişdir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının ona təyin edilməsi ədalət prinsipinə uyğun olmaqla, cəzanın məqsədini təmin edir. Beləliklə, birinci instansiya məhkəməsi məhkum X12 cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini özündə əks etdirən Azərbaycan Respub- likası Cinayət Məcəlləsinin 8.1, 9.2, 42.1, 58.1 və 58.3-cü maddələrinin, «İnsan Hüquqlarının və X11 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə və «Məhkəmələr tərəfindən cinayət cəzası təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının tövsiyyələrinə əməl etməklə və nəzərə almaqla yanaşı, məhkumun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini, həmçinin onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları qiymətləndirməklə nəzərə almışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X17 tərəfindən bəraət hökmü çıxarılması barədə verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü isə cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlara əsasən, qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bak şəhəri Binəqədi rayon Məhkməsinin X10 barəsində olan 02 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov

2. Qədim Babayev

3. Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar