Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-342/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-278/2021 saylı, 18 noyabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2la birlikdə verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-278/2021 saylı, 18 noyabr 2021-ci il tarixli hökmü ilə (X8) xx xxxxxx 1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, ev 85-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutma altında olduğu 04 (dörd) gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış “İ-Qafqaz” firmasına məxsus “DAEWOO BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmasının nəzərə alınması, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diskin cinayət işində saxlanılması, iş üzrə 100 (yüz) manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs 25 iyun 2019-cu il tarixdə saat 09 radələrində texniki cəhətdən saz vəziyyətdə olan yol vərəqəsi ilə idarə etdiyi “İ-Qafqaz” firmasına məxsus “DAEWOO BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 211 nömrəli marşurut avtobusu ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin 5-ci sırasının sonundan 60 metr aralı məsafədə yerləşən “Dan ulduzu” kafesi yaxınlığındakı oboy mağazasının qarşısında yerləşən minik meydançasında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü Təqsirləndirilən şəxs sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələbinə əməl etməmiş, göstərilən yerdə “DAEWOO BS090” markalı, **-TG- *** dövlət qeydiyyat nişanlı 211 nömrəli marşurt avtobusun qabaq qapısından düşən sərnişin Zərərçəkmiş şəxs tam düşməsini, avtobusdan kənarlaşmasını gözləmədən avtobusun qarşı qapısını açıq vəziyyətdə saxlamaqla avtobusu hərəkətə gətirməsi zamanı Zərərçəkmiş şəxs müvazinətini saxlaya bilməyərək avtobusun alt hissəsinə yıxılmış, nəticədə avtobusun qarşı sağ təkəri Zərərçəkmiş şəxs bədəni üzərindən keçərək ehtiyatsızlıqdan sonuncuya sol aşağı ətrafın geniş ölçülü dərialtı hematoması, sol pəncənin əzilmiş yarası, sol ayağın 1-ci barmağının qapalı, yerdəyişmiş sınıqları, sağ yuxarı ətrafın geniş ölçülü əzilmiş-cırılmış yaraları, dəri və toxuma defektləri, sol baldırın dərin venaların və ağciyər arteriyasının tromboemboliyasından ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, almış olduğu xəsarətlərlə əlaqədar Zərərçəkmiş şəxs “Modern Hospital” xəstəxanasına yerləşdirilmiş və 09 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən yaşadığı evdə ölmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ayrıca, həmçinin müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 ilə birlikdə imzalamaqla apellyasiya şikayətləri vermişlər. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmü: a) məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması; b) məhkəmənin gəldiyi nəticələrin işin faktiki hatllarına uyğun olmaması; c) iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; d) cinayət və cinayət prosessual qanunu normasının pozulması, düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində məhkəmənin hökmünün əsassız, qanunsuz və qeyrihumanist olduğundan ləğv edilməsi, iş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi xahiş olunmuşdur. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi kimi onun birgə verilmiş apellyasiya şikayətləri üzrə icraata xitam verilməklə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hazırlıq iclasının qərarı və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işinin materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə cinayət işinin materiallarının baxılmasına xitam verilmiş və çinayət işinin materiallarının baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna qaytarılmışdır. İstintaqı aparmış müstəntiq barəsində yol verdiyi kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılmışdır. İşi yenidən qanunsuz olaraq çinayət işini saxtalaşdırmış, iş üzrə şahid qismində keçən və barəsində yol verdiyi kobud qanun pozuntularına görə məhkəmə tərəfindən xüsusi qərar çıxarılmış İŞ-nin müstəntiqi polis mayoru Elnur Abdullayev təkrarən öz içraatına götürərək uzun müddət özündə saxlamış, istintaqın müddətinin bitməsinə bir neçə gün qalmış başqa müstəntiqə təhvil verərək iş üzrə obyekti istintaq aparılmasına imkan verməmişdir. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs 25 iyun 2019-cu il tarixdə saat 09 radələrində texniki cəhətdən saz vəziyyətdə olan yol vərəqəsi ilə idarə etdiyi “İ-Qafqaz” firmasına məxsus “DAEWOO BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 211 nömrəli marşurut avtobusu ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin 5-ci sırasının sonundan 60 metr aralı məsafədə yerləşən “Dan ulduzu” kafesi yaxınlığındakı oboy mağazasının qarşısında yerləşən minik meydançasında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü Təqsirləndirilən şəxs sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələbinə əməl etməmiş, göstərilən yerdə “DAEWOO BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 211 nömrəli marşurt avtobusun qabaq qapısından düşən sərnişin Zərərçəkmiş şəxs tam düşməsini, avtobusdan kənarlaşmasını gözləmədən avtobusun qarşı qapısını açıq vəziyyətdə saxlamaqla avtobusu hərəkətə gətirməsi zamanı Zərərçəkmiş şəxs müvazinətini saxlaya bilməyərək avtobusun alt hissəsinə yıxılmış, nəticədə avtobusun qarşı sağ təkəri Zərərçəkmiş şəxs bədəni üzərindən keçərək ehtiyatsızlıqdan sonuncuya sol aşağı ətrafın geniş ölçülü dərialtı hematoması, sol pəncənin əzilmiş yarası, sol ayağın 1-ci barmağının qapalı, yerdəyişmiş sınıqları, sağ yuxarı ətrafın geniş ölçülü əzilmiş-cırılmış yaraları, dəri və toxuma defektləri, sol baldırın dərin venaların və ağciyər arteriyasının tromboemboliyasından ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, almış olduğu xəsarətlərlə əlaqədar Zərərçəkmiş şəxs “Modern Hospital” xəstəxanasına yerləşdirilmiş və 09 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən yaşadığı evdə ölmüşdür. Birinci instansiya məhkəməsinin bu hökmü: məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması; məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; cinayət və cinayət prosessual qanunu normasının pozulması, düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, əsassız, qanunsuz və qeyri humanistdir. İbtidai istintaq aparılarkən müstəntiq tərəfindən prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, dolğun istintaq aparılmamış, təhqiqat və istintaq orqanının iş materialları ilə təstiq olunmayan fərziyyəsinə uyğun olaraq işin materialları, təhrif edilərək saxtalaşdırılmış, təqsinləndirilən şəxsin bütün prosessual hüquqları, o cümlədən müdafiə hüquqları kobud, məhkəmədə aradan qaldırılması mümkün olmayan şəkildə pozulmuşdur. Nəticədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş əsassız və qanunsuz saxta ittiham əsasında məhkəmə tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmışdır. Belə ki, müstəntiq təqsirləndirilən şəxsi tutulan zaman müvəqqəti saxlama kamerasında təzyiq və aldatma yolu ilə və heç bir izahat almadan, həbsdən azad etmə adı ilə əvvəlcədən tərtib edilmiş sənədlərə heç bir müdafiəçinin iştirakı olmadan imza etdirmişdir. Bundan əlavə təqsirləndirilən şəxsə digər sənədlərə onun yanına gələrək onun iş yerinin yanında qarajın qarşısında aldadaraq yekun istintaq sənədlərinə qol çəkdirmiş, sonradan işdə, faktiki olaraq iştirak etməmiş, təqsirləndirilən şəxsə təqdim edilməmiş özü tərəfindən istintaq zamanı dövlət hesabına təyin edilmiş, lakin heç bir istintaq hərəkətində iştirak etməmiş (hadisə yerinə baxış fotoları da bunu təstiq edir) vəkilə formal olaraq istintaq sənədlərinə imza etdirərək işi prokurorluq vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəmə-hazırlıq iclasında istintaqın qərəzli, natamam, saxtakarlıqla aparılmaqla məhkəmə istintaqı zamanı aradan qaldırılmasının qeyri-mümkünlüyü, təqsirləndirilən şəxsin müdafiə və müdafiəçinin hüquqlarının kobud pozulması və çoxsaylı kobud prosessual pozuntulara yol verildiyindən, həmçinin cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsinin mümkün olmaması səbəbindən CPM-nin 303-cü maddəsinə əsasən cinayət işinin materiallarına baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etsələr də, cinayət işi ittihamçının xahişi ilə məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə istintaqı zamanı da ibtidai istintaq tərəfindən yol verilmiş prossesual pozuntuların nətisəsini aradan qaldırılması mümkün olmamış, məhkəmə faktiki olaraq ittiham aktını elektron daşıyıcı vasitəsilə hökmə köçürməklə (bütün orfoqrafik, qrammatik səhvlərlə) qərar qəbul etmidir. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən idarə edilən avtobusla xəsarət yetirilməsini göstərən yeganə sübut zərərçəkmiş şəxsin hadisədən bir gün sonra Qaradağ RPİ TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən 26.06.2019-cu il tarixdə xəstəxanada zərərçəkmiş şəxsin nümayəndəsi(?!) G.Əhmədova tərəfindən imzalanmış həqiqiliyi şübhə doğuran ziddiyyətli izahatdır. Zərərçəkmişin xəsarət alması hadisəsi “Sədərək” yarmarkasında, bazarda çoxsaylı insanların olduğu ərazidə baş versə də və həmin şəxslərin TŞ kameralarında tam aydın şəkildə sifətləri görünsə də istintaq tərəfindən, məqsədəyönlü şəkildə bir nəfər belə hadisə barəsində şahid qismində dindirilməmişdir. Baxmayaraq ki, müdafiə tərəfindən hadisə yerində olmuş, zərərçəkmişi avtobusa mindirərək tibb məntəqəsinə müşayət etmiş və yolda öz telefonu ilə təcili yardıma zəng vurmuş qadının telefon nömrəsi və adı bildirilmiş, onun şahid qismində dindirilməsi barədə vəsatət verilmişdir. Zərərçəkmişin aldığı xəsarətlər dərəcələrinə görə həyat üçün təhlükəli olmayan sağlamlığa yünğül və az ağır zərər vurmaya aid olmasına və ölümlə nəticələnməli olmamasına baxmayaraq tibbi ekspert tərəfindən əsassız olaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri kimi qiymətləndirilmişdir. Ümümiyyətlə iş üzrə keçirilmiş tibbi ekspertizanın rəyi, o cümlədən meyidin daxili müayinəsinin aparılması, ölümün səbəbinin düzgün myəyyən edilməsi əsaslı şübhələr yaradır. Meyidin daxili müayinəsindən sonra çəkilmiş fotoşəkildən meyidin təşrif olunmaması tam aydın görünür. İşdə bioloji və kimyəvi ekspertizaların rəylərinin olmaması bir daha meyidin yarılmaması və daxili müayinəsinin aparılmamasını sübut edir. İş materiallarnda xəsarət yetirildikdən sonra göstərilən tibbi yardımın qüsurları, əvvəlki xəstəliklərin kəskinləşməsi, eləcə də xəsarətlərin təsadüfən baş vermiş digər nəticələri, orqanizmin fərdi xüsusiyyətləri və baxımsızlıq nəticəsində, xəstənin vəziyyətinin ağırlaşmasını ehtimal etmək üçün kifayət qədər hallar mövcuddur. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydalarına görə xəsarət yetirildikdən sonra əvvəlki xəstəliklərin kəskinləşməsi, eləcə də xəsarətlərin təsadüfən baş vermiş digər nəticələri, orqanizmin fərdi xüsusiyyətləri, tibbi yardım göstərilərkən yol verilmiş qüsurlar (defektlər) və s. nəticəsində əmələ gəlmiş hallar özlüyündə sağlamlığa zərər vurmanın dərəcəsini dəyişməyə əsas verməməlidir. Belə hallarda məhkəmə-tibb eksperti öz rəyində baş vermiş ağırlaşma və yaxud ağırlaşmanın xarakterini göstərməklə onların mövcud xəsarət ilə hansı səbəbli əlaqədə olmasını qeyd etməyə borcludur. Xəsarət yetirildikdən sonra göstərilən tibbi yardımın qüsurları nəticəsində xəstənin vəziyyətinin ağırlaşması müvafiq ixtisasdan olan mütəxəssislərin iştirakı ilə müəyyən edilir və sağlamlığa zərər vurmanın dərəcəsinin artırılmasına əsas vermir. Belə hadisələrdə məhkəmə-tibb ekspertləri baş vermiş ağırlaşmanın, yaxud fəsadın xarakterini göstərməli, həmçinin onların xəsarətlərlə, yaxud göstərilən tibbi yardımın qüsurları ilə hansı səbəbli əlaqədə olmasını ekspert rəyində qeyd etməlidirlər. Faktiki olaraq iş yenidən istintaqa göndərilsə də yenidən təqsirləndirilən şəxsin müdafiə hüquqları pozuluşmuş, heç bir istintaq hərəkətləri aparılmamış, əvvəlki ittiham aktı köçürülərək iş məhkəməyə göndərilmiş və məhkəmə də öz növbəsində əvvəlki məhkəmə hökmünü səthi dəyişilikliklərlə köçürmüşdür. Apellyasiya şikayətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 noyabr 2021ci il il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılması, iş məhkəmə baxışına təyin edilərsə məhkəmədən bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirərək, apellyasiya şikayətlərinin dəlillərinə uyğun şəkildə çıxış etdilər, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-278/2021 saylı, 18 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X6 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətlərinə əsasən dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətlərinin təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 278/2021 saylı, 18 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Mirzəyev Arif Zərərçəkmiş şəxs oğlu məhkəmənin 22 fevral 2022-ci il tarixli iclasında iştirak edərək, apellyasiya şikayətlərinə qarşı etiraz etdiyini bildirmiş, lakin sonraki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, növbəti məhkəmə iclaslarına gəlmədiyi üçün məhkəmə kollegiyası onun, iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci intansiya məhkəmənin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərinin əsas dəlili Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-278/2021 saylı, 18 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsindən ibarətdir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya məhkəməsinin iclasında məhkum edilən şəxs Təqsirləndirilən şəxs özünü məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilməyərək, birinci instansiya məhkəməsində verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərdi ki, o, “İ-Qafqaz” firmasına məxsus olan, “DAEWOO BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 211 nömrəli marşurut avtobusunu yol vərəqəsi əsasında idarə etmişdir. 20 ilə yaxın müddətdir ki, sürücülük təcrübəsi olmaqla “B”, “C” və “D” dərəcəli sürücülük vəsiqəsi var və bu vaxta kimi yol-nəqliyyat hadisəsi törətməmişdir. 25 iyun 2019-cu il tarixdə, səhər saatlarında həkim müayinəsindən keçdikdən sonra texniki cəhətdən saz vəziyyətdə olan sərnişin avtobusu ilə işə başlamış, saat 09 radələrində idarə etdiyi sərnişin avtobusu ilə təxminən 7-8 nəfər sərnişin olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM-də yerləşən sonuncu dayanacaqdan çıxışa doğru hərəkətə başlamışdır. Hadisənin necə baş verdiyini bilmir. O, sərnişinin avtobusdan kənarlaşmasını gözləmədən avtobusun qarşı qapısını açıq vəziyyətdə saxlamaqla avtobusu hərəkətə gətirməmişdir. Hadisə səhər saatlarında baş vermiş və həmin vaxt hava sərin olmuşdur. Buna görə də o, qapını açıq qoymamışdır. O, təxminən 3-5 km/saat sürətlə yenicə hərəkətə başlamışdır ki, avtobusda olan sərnişinlər saxlamağını istəmişlər. Dərhal avtobusu həmin yerdə saxlamış, arxadan kimsə qışqırmışdır ki, yıxılmış adam var, buna görə də o, maşından düşmüşdür. Avtobusdan düşdükdən sonra yaşlı bir kişinin sağ tərəfi üstə idarə etdiyi avtobusun arxa sağ təkəri yaxınlığında yıxılmış vəziyyətdə yerdə olduğunu görmüşdür. Ona heç kim kömək etməmişdir. Bir qadın gəlmiş və onunla birlikdə yaşlı kişini tibb məntəqəsinə aparmışlar. Tibb məntəqəsindəki həkim ona iynə vurmuş, lakin yaxşı həkim olmadığını düşündüyündən yanında olan xanım təcili tibbi yardıma zəng etmişdir. Yaralını ordan xəstəxanaya aparmışlar. Qeyd olunan hadisənin onun tərəfindən törədilməsi əsaslı şübhə doğurur və müstəntiq tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. Təqsiri olacağı təqdirdə məsuliyyətdən boyun qaçırmır və zərərçəkmiş tərəfə istənilən maddi və mənəvi yardımı göstərməyə hazırdır. Baş vermiş hadisədən sonra zərərçəkmiş şəxsə insanlıq xatirinə müəyyən köməkliklər göstərmiş və onu lazımi tibbi məntəqəyə çatdırmışdır. Lakin hazırki vəziyyətdə o, hadisənin dəqiq kim tərəfindən törədilməsini bilmədiyi üçün özünü təqsirli bilmir. Əgər onun təqsiri olsaydı belə zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölməməli idi. Zərərçəkmiş şəxs həkimlərin səhlənkarlığı nəticəsində ölmüşdür. Məhkum edilən şəxs Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərmişdir ki, təxminən 20 ilə yaxın sürücülük təcrübəsi var. Maşını hərəkəti gətirən zaman hər hansı bir maneə olub-olmamasını yoxlamışdır. İstintaq zamanı “təxminən 3-5 km/saat sürətlə yenicə hərəkətə başlamışdım ki, təkərin altında nəsə maneə olduğunu hiss etdim” kimi ifadə verməmişdir. O, abtomobili hərəkətə gətirərkən təkərin altında maneə hiss etməmişdir. Avtobusu saxlamasının səbəbi bu olmayıb. Arxadan qışqırmışlar ki, “saxla”. O, da buna görə saxlamışdır. Avtobusu saxladığı zaman qapı açıq olmuşdur. Cinayət işinin materialları ilə tanış olmamış, eynəyi yanında olmamışdır. Videgörüntüyə məhkəmə zamanı baxmış, avtobusun qapısının açılıb-bağlı olmadığını görməmişdir. Onların müdiriyyəti belə bir tapşırıq vermişdi ki, “hadisə olan zaman müdaxilə edin”. Bu səbəbdən də mərhum Zərərçəkmiş şəxs əvvəl tibb məntəqəsinə, sonra isə xəstəxanaya aparmışdır. Əvvəllər Zərərçəkmiş şəxs sərnişin kimi tanımışdır. O, bəzən içki də icmişdir. Zərərçəkmiş şəxs yaşlı və xəstə olmuşdur. Avtobusda zərərçəkmişin olmasını görməmişdir. Sərnişinləri düşürdərkən əvvəl ödəniş edilsin deyə ön qapını açır, daha sonra arxa qapını açır ki, kim istəsə avtobusa minsin. Həmin gün avtobusa 7-8 nəfər minmiş, elə 7-8 nəfər də düşmüşmüşdür. Bu hadisə barədə o, rəhbərliklə əlaqə saxlamışdır. O, da demişdir ki, “götürüb aparın”. Tibb məntəqəsində zərərçəkmişə hansısa tibbi müdaxilə olunmamışdır. Hadisə ilə bağlı 1-2 gün sonra o, polisə dəvət olunmuşdur. Lakin ondan izahat alınmamışdır. Təhqiqatçıya zərərçəkmiş şəxsin avtobusun arxa təkərinin altında qalmağı barədə izahat verməmişdir. Zərərçəkmiş şəxsin onun avtobusu ilə gəlməsini heç xatırlamır. Hərəkətə başlamamışdan əvvəl sağ tərəfə baxmış, lakin heç kim olmamışdır. Təxminən 7-8 metr getdikdən sonra sərnişinlər saxlaması üçün qışqırmışlar. Xəstəxanaya o, müdiriyyət və dispteçer getmişlər. Müdiriyyət göndərdi deyə getmiş, lakin ifadəsində göstərilən “Əlimizdən gələn köməkliyi edəcəyik” sözünü deməmişdir. Hadisədən sonra ön qapıdan o, düşmüş, zərərçəkmiş şəxsi avtobusa mindirmək üçün ona bir xanım kömək etmiş, başqa heç kim olmamışdır. İndiyə qədər inzibati qaydada məsuliyyətə cəlb edilməmişdir. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Mirzəyev Arif Zərərçəkmiş şəxs oğlu, birinci instansiya məhkəməsində verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərdi ki, atası Zərərçəkmiş şəxs xx xxx 1934-cü ildə Bakı şəhərində anadan olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Nərimanov küçəsi ev 7-də yaşayırmışdır. Mərhum atası sağ ikən sağlam və təqaüdçü olmuşdur. Atasının heç kəslə ədavəti, düşmənçiliyi olmamışdır. Atası 25 iyun 2019-cu il tarixdə Bakı şəhəri, “Sədərək” ticarət mərkəzinin ərazisində baş vermiş yol nəqliyyat hadisəsindən 15 gün sonra vəfat etmişdir. Atası sağlığında ona hadisə ilə bağlı bildirmişdir ki, 25 iyun 2019-cu il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin daxilində ərazi böyük olmasına görə bir tərəfdən ticarət mərkəzinin digər tərəfinə getmək üçün “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı 211 saylı sərnişin avtobusuna əyləşib saat 09 radələrində “Sədərək” ticarət mərkəzinin ərazisində, “Dan ulduzu” adlanan kafenin qarşısındakı dayanacağa gəlmişdir. Atası əvvəlcə başqa yerdə avtobusu saxlamasını xahiş etmiş, sürücü isə buna əhəmiyyət verməyərək avtobusu “Dan ulduzu” adlanan kafenin qarşısında saxlamışdır. Avtobus dayanacaqda dayanmış və bir neçə sərnişindən sonra atası Zərərçəkmiş şəxs da gediş haqqını ödəyərək avtobusun qarşı qapısından düşərkən avtobusun pilləkənindən tam düşüb avtobusdan aralanmamış sürücü avtobusu hərəkətə gətirmişdir. Həmin zaman atası müvazinətini saxlaya bilməyib avtobusun pilləkənindən yerə yıxılmış və avtobusun sürücüsü ona əhəmiyyət verməyib hərəkətinə davam etmişdir. Həmin vaxt avtobusun qabaq təkəri atasının üzərindən keçmişdir. Atası müalicə almasına baxmayaraq almış olduğu xəsarətlərinə görə 09 iyul 2019-cu il tarixdə yaşadığı evdə ölmüşdür. Atası içki aludəçisi olmamışdır. Hadisədən 3 gün sonra atası ilə görüşmüşdür. Atası ön qapıdan düşmüşdür. Bir ayağı yerdə, bir ayağı da avtobun pilləkənində olanda avtobus hərəkətə etmiş və ön təkərləri ayağının və əlinin üstündən keçmişdir. Atası özü ona belə demişdir. Atası əvvəl Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunmuş, daha sonra ona orda yaxşı baxılmadığına görə “Modern Hospital”a keçirmişlər. Hospitalda atasının evə çıxarılması təklif olunmuşdur. Çünki eyni müalicə evdə də oluna bilərdi. Həmdə axşamlar səhhət ilə əlaqədar atasını digər xəstələri narahat etdiyinə görə evə yazıldı. Evdə ona baxıcı və tibb bacısı təyin edilmişdi. Məhkum edilmiş şəxs ehtiyatsızlıq etmişdir. Hazırda ona qarşı hər hansı tələbi və şikayəti yoxdur. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi qismən ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisi Mirzəyev Arif Zərərçəkmiş şəxs oğlunun və Əhmədova Gülnarə Zərərçəkmiş şəxs qızının Şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən 25 iyun 2019-cu il tarixdə saat 09:04 dəqiqədə “DAEWOO BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzi “Dan ulduzu” kafesi yaxınlığında oboy mağazasının qarşısındakı yolun hərəkət hissəsində minik meydançasında qismən sağ istiqamətdə təkərləri dönmüş, qarşı və arxa qapıları açıq vəziyyətdə dayanmış vəziyyətdə olması, avtobusun yanında olan iki nəfər kişi cinsli şəxslərin, avtobusun sağ arxa təkəri yaxınlığında yerə uzanmış vəziyyətdə kişi cinsli şəxsə yardım olunması üçün əllərini avtobus istiqamətində qaldıraraq yardım istəmələri, bu zaman sürücü və bir neçə vətəndaşın düşərək yerdə uzanmış kişi cinsli şəxsi avtobusa mindirmələri və avtobusun hərəkətə başlayaraq yola düşüb çıxıb getməsini təsdiq edən Təhlükəsiz Şəhər xidmətinə sorğu əsasında alınmış TŞ 11-37.1 və TŞ 11-37.2 saylı kameraların görüntüsünə düşmüş bir 01 ədəd DVD diskə keçirilmiş 12 iyul 2019-cu il tarixli baxış protokolu; “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanının olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2019-cu il tarixli, 18321 nömrəli rəyi; Zərərçəkmiş şəxs meyitində sol aşağı ətrafın geniş ölçülü dərialtı hematoması, sol pəncənin əzilmiş yarası, sol ayağın 1-ci barmağının qapalı, yerdəyişmiş sınıqları, sağ yuxarı ətrafın geniş ölçülü əzilmiş-cırılmış yaraları, dəri və toxuma defektləri, sol baldırın dərin venaların və ağciyər arteriyasının tromboemboliyası müəyyən edilməsi, qeyd olunan xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, törənmə müddətinin qərarda göstərilən 25 iyun 2019-cu il tarixli yol nəqliyyat hadisəsi nəticəsində törənməyə uyğun olması və ağciyər arteriyasının tromboemboliyası ilə fəsadlaşdığına görə ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olması və Zərərçəkmiş şəxs ölümü ilə bilavasitə səbəbli əlaqəli olması, Zərərçəkmiş şəxs ölümünə səbəbin ağciyər arteriyasının tromboemboliyası ilə fəsadlaşmış sol aşağı və sağ yuxarı ətrafların müştərək küt travmasının olması, ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə görə Zərərçəkmiş şəxs ölümünün baş vermə müddətinin onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 8-14 saat əvvələ uyğun gəlməsinin guman edildiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 10 avqust 2019-cu il tarixli, 51 nömrəli rəyi; mərhum Zərərçəkmiş şəxs meyitində sağ yuxarı ətrafın yumşaq toxumalarının kobud əzilmiş-cırılmış-dağılmış yaraları, dəri və əzələ defekti, sol pəncənin əzilmiş yarası, yumşaq toxumaların güniş ölçülü yayılmış hematoması, 1-ci barmağın yerdəyişən sınığı olması, aparılan müalicə tədbirlərinə baxmayaraq qeyd edilən xəsarətlər nəticəsində həyat üçün təhlükəli olan patoloji vəziyyət-ağciyər arteriyasının tromboemboliyası yaranması nəticəsində ölümün baş verməsi, yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə olduğundan, onun həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid olması, qeyd edilən xəsarətlərin küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 25 iyun 2019-cu ildə avtoqəza zamanı yarana bilməsi, Zərərçəkmiş şəxs ölümünə səbəbin sağ yuxarı və sol aşağı ətrafın küt travması nəticəsində inkişaf edən ağciyər arteriyasının tromboemboliyasının olması, qeyd edilən xəsarətlərlə ölüm arasında səbəbli əlaqənin olması, təqdim edilən sənədlərə əsasən mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasının tam aparılması, meyitxanada masa üzərində fotoşəkillərdə meyitin müayinısinin əks etdirilməsinin mütləq olmaması barədə məhkəmə komisyon-tibbi ekspertizasının 05 may 2021-ci il tarixli, T 86/2021 nömrəli rəyi və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilməməsi, ona bəraət verilməsi barədə apellyasiya şikayətlərinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin mənasından görünür ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs elan edilmiş ittihamı şübhə altına almağa cəhd edən apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə apellyasiya şikayətlərinin dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və ona qarşı şikayət-tələbin olmaması kimi cəzanı yüngülləşdirən hallar, sonuncunun əməlində cəzanı ağırlaşdıran halların olmaması, həmçinin onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış, ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cinayət qanununda nəzərdə tutulmuş həddə qanuni və ədalətli əsas və əlavə cəza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməlini törətmiş şəxs barəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tariхli 5 saylı Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli əsas və əlavə cəza təyin edildiyindən, apellyasiya şikayətlərində qeyd olunan, o cümlədən məhkəmə iclasında qeyd olunmuş hallar, habelə şəxsiyyətini xarakterizə edən digər hallar hazırda Təqsirləndirilən şəxs cəzasının daha aşağı həddə yüngülləşdirilməsi və cəza çəkməkdən azad olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 278/2021 saylı, 18 noyabr 2021-ci il tarixli hökmü ilə 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Müdafiəçi2 isə 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasın təyin edilməsini göstərmişlər. Halbuki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 278/2021 saylı, 18 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağır olması ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri əsaslı hesab edilə və təmin edilə bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şİkayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verdikləri apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-278/2021 saylı, 18 noyabr 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verdikləri apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 278/2021 saylı, 18 noyabr 2021-ci il tarixli hökmü, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verdikləri apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: İbrahim İbrahimli Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-342/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-342/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver