Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-342/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Müdafiəçi Bakı şəhəri “Femida” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(001)- 144/2023 nömrəli hökmü ilə (hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi ilə) xx xxxxxxx 1980-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, rəsmi olaraq işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2013-cü il tarixli, 1(011)-272/2013 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum ettmə cəzasına məhkum edilmiş, 22 aprel 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvan 3 il tarixli qərarına əsasən barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 13 noyabr 2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, Quli̇ yev Sami̇ r Emi̇ n oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunması və ona 1 (bir) il 6 (altı) ay sınaq müddətinin təyin edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından azad edilməsi, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi hökm edilmişdir. İşin hallari: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuraraq xuliqanlıq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə, səhər saat 12.00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən «Qala» kafesində Zərərçəkmiş şəxs aralarında olan münasibətlərdən irəli gələrək özünə pul verməsini istəyən zaman sonuncunun ona pul verməsindən imtina etməsini cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə içtimai iaşə obyekti hesab edilən “Qala” kafesinin həyətində orda olan işçi və müştərilərin narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb insanlar arasında davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib əlində olan insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan silah qismində istifadə etdiyi əşya ilə vurub zor tətbiq edilməsi ilə müşayiət edilən “sağ gözaltı və almacıq nahiyəsinin yanağın yuxarı yarısını əhatə edən hematoması, sağ göz almasının bayır yarısına total qansızma, sağ almacıq və əng sümükləri kompleksinin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ alın-almacıq tikişinin aralanması, sağ maksilyar sinusda hemorragik (qan) yığıntısı, sağ yanağın selikli qişasının qansızma ilə əhatə olunmuş əzilmiş yarası, sol diz sınığı (sol qamış sümüyünün yuxarı 1/3nin oynaqdaxili yerdəyişməyən qapalı sınığı) ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(001)-144/2023 saylı hökmünü əsassız və qanunsuz olduğundan ləğv edilməsini və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif etməklə, zərərçəkmiş şəxslə barşmasını və ona vurulmuş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Bildirirəm ki, Təqsirləndirilən şəxs özünü ona ittiham olunan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri üzrə ümumiyyətlə təqsirli bilmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsiri sübuta yetməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında verdiyi ifadələrində Zərərçəkmiş şəxs ilə təxminən 4 ilə yaxındır ki, dost olduğunu, Zərərçəkmiş şəxs verdiyi müvafiq tapşırıqları yerinə yetirmək qarşılığında ondan qeyri-rəsmi əmək haqqı aldığını, 21 may 2022-ci il tarixdə səhər saat 12 radələrində “Qala” kafesinin arxasında baş vermiş mübahisənin zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxsə ödənilməli olan əmək haqqının uzun müddətdir ki, ödənilməməsi səbəbindən baş verdiyini bildirmişdir. O, ictimaiyyət arasında mübahisə etmək istəmədiyindən 21 may 2022-ci il tarixdə səhər saat 12 radələrində Zərərçəkmiş şəxs ilə “Qala” kafesinin arxa tərəfində, ətrafda heç kimin olmadığı yerdə zərərçəkmiş şəxsdən ona verməli olduğu pulu nə üçün vermədiyini soruşmuş, bu zaman zərərçəkmiş şəxs qıcıqlandırıcı sözlərlə cavab vermiş və zərərçəkmiş şəxsin bu sözlərindən Təqsirləndirilən şəxs əsəbləşərək Zərərçəkmiş şəxs bir yumruq zərbəsi vururaq oradan uzaqlaşmışdır. Eyni zamanda, qeyd olunan faktlar Zərərçəkmiş şəxs tərəfindən məhkəmə prosesi zamanı verdiyi ifadələrində də öz təsdiqini tapmışdır. Belə ki, o, təqsirləndirilən şəxsə ona kömək etməsi müqabilində gündəlik əmək haqqı verdiyini, əmək haqqını vermədiyindən aralarında sözlə mübahisə yarandığını, Təqsirləndirilən şəxs ona bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən yerə yıxıldığını, sonuncunun silah qismində hər hansı bir əşyadan istifadə etmədiyini, mübahisənin kafenin arxasında heç kimin olmadığı yerdə baş verdiyini, hadisə zamanı iş üzrə şahid, həmçinin özünün əmisi oğlu Şahid1 orada olmadığı və hadisəni görmədiyini, hadisə zamanı Elton adlı şəxsin orada olduğunu, başqa heç kəsin olmadığını, eyni zamanda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Lakin məhkəmənin hökmündə Zərərçəkmiş şəxs ifadəsi təhrif olunmuş formada qeyd olunmuşdur. Belə ki, guya zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərkən hadisədən sonra Təqsirləndirilən şəxs yaxınlarının onların evinə getdiyini və üzürxahlıq etdiyini, ortaq tanışlar olmaqla ondan xahiş etdiklərini, onun barəsində şikayətçi olmamasını və əlində olan dəmir parçası ilə ona xəsarət yetirməsini deməməsini, sadəcə onun ona xəsarət yetirməsini deməsini bildirmişdir. Əlavə olaraq qeyd edim ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində hadisəni şəxsən görmədiyini, yaxınlıqda ərazidə olduğunu bu zaman da əmisi oğlu Zərərçəkmiş şəxs axsayaraq ona tərəf gəldiyini görmüşdür. Ondan nə üçün axsadığını soruşduqda Süleyman ona dostu Samirlə aralarında mübahisə baş verdiyini və Samirin onu yumruq zərbəsi ilə bir dəfə vurduğunu bildirmişdir. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən iş üzrə toplanmış sübutları - işin hallarını, təqsirləndirilən şəxsin, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin verdiyi ifadələri nəzərə almamış və nəticədə Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Elton Mənsimov ifadəsində bildirmişdir ki, mübahisə zamanı orada olmuş, mübahisə “Qala” kafesinin arxasında baş vermiş, ətrafda heç kim olmamış, Samirlə Süleyman arasında sözlə mübahisə yaranmış bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına qıcıqlandırıcı sözlər demiş, Samir onun bu sözlərlərindən əsəbiləşərək Süleymanı yumruq zərbəsi ilə bir dəfə vurmuşdur. Məhkəmə iclasında hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığı, həmçinin şəxsi münasibətlər zəminində baş verdiyi öz təsdiqini tapsa da, məhkəmə hadisənin baş vermə səbəbini araşdırmadan, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətinin nədə ifadə olunmasını qeyd etmədən, xuliqanlıq niyyətini özündə ehtiva edən elementlərin dairəsini göstərmədən şəxsin əməlini “xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma” kimi tövsif etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələrindən aşkar görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə şəxsi münasibətlər zəminində baş vermiş hadisənin baş verməsinə səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə əmək haqqı qismində verməli olduğu pulu verməməsi, həmçinin zərərçəkmişin qıcıqlandırıcı sözlər işlətməsi olmuşdur. Bu da onu deməyə əsas verir ki, hadisənin baş verməsinə səbəb zərərçəkmiş şəxs olmuşdur. Bu halda, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyətinin olmasından söhbət gedə bilməz. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmünün Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlillərin qismində göstərilmişdir: Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində iştirak edərək Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etmişəm. Aşağıdakı əsaslara görə hesab edirəm ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə dəyişdirilməlidir. Belə ki, qeyd edilən hökmə əsasən, məhkəmə təqsirləndirilən şəxsin CM-nin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyalarına uyğun olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab etsə də, cəzasını yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını sınaq müddəti müəyyən etməklə şərti hesab etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci maddəsini tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, bununla da tətbiq edilmiş şərti məhkum etmə törədilmiş cinayətin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayaraq açıq-aydın ədalətsiz olmuşdur. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət həyat və sağlamlıq əleyhinə, CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət isə ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid olmaqla subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, əməlinin ictimai təhlükəliliyi isə ilk növbədə həmin cinayətlərinin obyekti ilə bağlıdır, insanların həyat və sağlamlığı, təhlükəsiz şəraitdə yaşamaq hüququ isə Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimlənən əsas insan və vətəndaş hüquqları və azadlıqlarının təməl prinsiplərindəndir. Təqsirləndirilən şəxs ittiham olunduğu, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin obyekti isə bilavasitə ictimai qaydadır və bu cinayət də az ağır cinayətlər sırasındadır. Həmçinin, xuliqanlıq cinayətinin obyekti ictimai qayda və ictimai təhlükəsizliyi təmin edən ictimai münasibətlərlə yanaşı, əlavə obyekt qismində insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Hesab edirəm ki, məhkəmə təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyini ilə bağlı cinayət qanunu normalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini yüngülləşdirici hal kimi nəzərə alsa da, cinayət işinin materiallarından görünür ki, o, törətdiyi əmələ görə azad və könüllü sürətdə dövlət orqanına gələrək yazılı və ya şifahi formada məlumat verməmiş, onun tutularaq istintaqa cəlb edilməsi həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olmuşdur. Odur ki, qeyd edilən hal yüngülləşdirici hal kimi nəzərə alma bilməz. Bundan əlavə, məhkəmə təqsirləndirlən şəxsin ailənin yeganə qazanc gətirən şəxsi olmasını yüngülləşdirici hal kimi nəzərə alsa da, qeyd edilən halın yüngülləşdirici hal kimi qəbul edilməsini hökmdə əsaslandırmamış və həmin halı təsdiq edəcək heç bir sübuta istinad etməmişdir. Məıkəmə tərəfindən hazırki iş üzrə cəza təyin olunarkən bu hallar, xüsusilə də onun şəxsiyyəti nəzərə alınmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixli Xətai Rayon Məhkəməsinin hökmü ilə CM-221.2.1, 322.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 05 mart 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, xx.xx.2013-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Yuxarıda qeyd olunan hallar Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasının mümkünsüzlüyünü və şərti məhkum etmənin onun islah olunmasına cavab vermədiyini göstərsə də, məhkəmə belə hallara əhəmiyyət verməmiş və bununla da CM-nin 8, 58, 70-ci maddələrinin tələblərini pozaraq təqsirləndirilən şəxsə hazırkı hökmlə təyin etmiş olduğu cəzanı şərti olaraq tətbiq etməkdə haqlı olmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını sınaq müddəti müəyyən edərək şərti tətbiq etməsi nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Məhkumun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyi və şəxsiyyətini nəzərə almadan CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədinə nail olmaq mümkün deyildir. Bu eyni xarakterli cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraiti yaradır. Nəticədə məhkumlar və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanununun xəbərdaredici funksiyası öz əhəmiyyətini itirmiş olur. Bu isə məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsində obyektivliyinə və qərəzsizliyinə, cəmiyyətdə ədalətin və hüququn aliliyinin təmin edilməsində prinsipiallığına təsir göstərməklə onun həyata keçirdiyi mühüm funksiyalara ziddir. Hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə və protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçilarinin çixişlari: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Murad Vəliyev bildirdi ki, Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsində qismən məhkəmə istintaqı ilə zəruri olan istintaq hərəkətləri yerinə yetirildi və hesab edir ki, Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun ittiham edildiyi əməlləri törətməsi tam şəkildə sübut olundu. Belə ki, işdə olan sənədlərdən, ekspertiza rəylərindən, hadisənin zərərçəkmiş şəxsin ifadəsində olduğu kimi baş verməsi sübut olunur, bu fakt şahid ifadəsi ilə də təsdiqlənir. Birinci instansiya məhkəməsi Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun təqsirli olması barədə düzgün nəticəyə gəlsə də, hesab edirəm ki, təyin edilən cəza ədalətli olmamışdır. Odur ki, məhkəmədən apellyasiya protestinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmünün dəyişdirilməsini və hökmdən CM-nin 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəaların xaric edilməsini xahiş edirəm. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs bildirdi ki, Qulı̇ yev Samı̇ r Emı̇ n oğlundan şikayətçidir, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 bildirdi ki, Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun əməlində xuliqanlıq yoxdur, mübahisə tərəflər arasında şəxsi münasibətlər zəminində baş verib, birinci instansiya məhkəməsi cəza təyin edərkən tərəflərin barışmasını nəzərə almışdır, lakin hazırda zərərçəkmiş şəxs şikayətçi olduğunu bildirir, iş materiallarında isə notariat qaydasında təsdiq olunmuş barışıq ərizəsi mövcuddur. Odur ki, məhkəmədən apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsini və Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun əməlinin CM-nin 127.1-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanın ödənilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs müdafiəçinin dedikləri ilə razı olduğunu bildirdi və məhkəmədən apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsini və əməlinin CM-nin 127.1-ci maddəsinə tövsif edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddələrində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddələrinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddələrinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili şəxsin əməlinin Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif etməklə, zərərçəkmiş şəxslə barşmasını və ona vurulmuş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlili Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmünün Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsindən ibarət olmuşdur. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs bildirmişdir: may ayında Qulı̇ yev Samı̇ r Emı̇ n oğlu ilə kafedə oturmuşduq, mübahisəmiz düşdü. Samir əvvəllər mənim yanımda işləyirdi, sonra işlər zəiflədi deyə yanımdan göndərdim. Bir gün sonra Samir mənə dedi ki, mən sənin yanında işləmişəm, mənə 100 manat pul verməlisən. Mən də dedim ki, iş yoxdur, mən sənə o pulu verə bilmərəm. Buna görə mübahisəmiz yarandı, daha sonra mən aralanıb kafenin arxası ilə telefonla danışaraq gedirdim, Samir arxadan gəldi və əlindəki nəsə ilə məni vurdu, huşumu itirib yerə yıxılanda ayağıma vurdu, ayağım sındı. Mənim Samirdən heç bir şikayətim və tələbim yoxdur. Dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Qulı̇ yev Samı̇ r Emı̇ n oğlu sizi nə ilə vurdu? Mən elə hiss etdim ki, əlində dəmir var idi.” “Siz haradan belə qənaətə gəldiniz? Çünkü elə bir zərbə idi ki, ayağım sınmışdı, elə bil beşbarmaqla vurmuşdu məni.” “İbtidai istintaqa verdiyiniz ifadəni təsdiq edirsiniz? Bəli.” “Dəmir parçası nə boyda idi? Dəqiq yadımda deyil.” “Dəmir parçası nə rəngdə idi? Dəqiq görmədim, deyəsən boz rəngdə idi.” “Siz Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun əlində dəmir görmüsünüz? Bəli.” Müdafiəçinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Sizin aranızda bu hadisədən əvvəllər hansısa problem olub? Xeyr.” “Mübahisə birdən-birə 100 manat üstündə baş verdi. Siz zərbədən sonra yıxıldınız? Bəli.” “Siz Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun əlində nəsə gördünüz? Bəli, əlbəttə.” “Siz Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun əlində konkret nə görmüsünüz? Tam bilmədim amma dəmir idi.” Sədrlik edən zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini elan etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, faktiki olaraq avtomobil alqı-satqısı ilə məşğul olur. Avtomobil alqı-satqısı ilə məşğul olduğuna görə gününün əksər saatlarını BDYPİ-ində sənədləşə işlərində keçirir və sənədləşmə prosedurunda iştirak edir və avtomobillərin texniki şəhadətnamə üzrə satışını təşkil olunmasına köməklik edir.Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, BDYPİ-də tanımışdır. Belə ki, Samir hərdən onun yanına gəlir və hətta Sumqayıt bazarında olan avtomobil bazarında müəyyən işlərin arxasınca onu göndərir və həmin görmüş olduğu işlərin qarşılığında o, Samirə 100 manat pul vermişdir. Onlar arasında hər hansı ədavət və düşmənçilik olmamışdır. 21 may 2022-ci il tarixdə 12.00 radələrində o, Təqsirləndirilən şəxslə birlikdə BDYPİ-də işdə olmuş və bundan sonra onlar BDYPİ ilə üzbəüz olan «Qala» kafesinə tərəf getmiş və elə həmin kafenin arxa tərəfində Samirin dayanmasını görmüşdür. Təqsirləndirilən şəxs onu görən kimi ona yaxınlaşıb o hər hansı söz demədən səbəbsiz ünvanına nalayiq söyüşlər söymüş və ona ayıb olmasını və nə səbəbə söyüş etməsini soruşmuşdur .O, isə yenə onun ünvanına söyüşlər etmiş və o ona əhəmiyyət vermədən «Qala» kafesinin arxasında boşluq olan keçid tipli yerlə hərəkət etmişdir ki, bu zaman o telefonu qulağında danışaraq hərəkətdə olmuşdur ki, arxadan nəsə sifətinə dəymiş və o geri dönən zaman Samirin əlində olan təsvir edə bilməyəcəyi dəmir parçası ilə onun sifətindən vurmasını görmüş və o bir qədər huşunu itirib yerə yıxılan zaman o yenə əlində olan dəmir parçası ilə onun ayağına zərbə endirmiş və o yerə yıxılmışdır. Bu zaman o yerdə olan zaman o təkrar olaraq əlində olan dəmir parçası ilə onun ayağının arxasından vurmuşdur. Həmin hadisənin onun əmisi oğlu Eldar gözləri ilə görmüşdür. Artıq o yerdə uzanıqlı vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs həmin ünvanı tərk etmiş və Eldar ona yaxınlaşıb kömək etmiş və onu idarə etdiyi «Tofoto Priyus» markalı avtomobillə «MedEra» Hospitala aparmış və 2 saat xəstəxanda qalmış və onun ayağını gipsə qoymuşlar. Bundan sonra, o bir neçə xəstəxanaya müraciət etmişdir. Hadisə 10-15 dəqiqə müddətində baş vermişdir və o hər kəsin gözü qarşısında onun ünvanına nalayiq söyüşlər söymüşdür. Kafedən isə hadisəni kimin görməsini o bilməmişdir. Hadisə saat 12-də günorta radələrində kafenin arxasında baş vermişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs yaxınları onların evinə gəlmiş və üzürxahlıq etmişdir. Onların ortaq tanışlar olmaqla onlar ondan xahiş etmişlər ki, onun barəsində şikayətçi olmasın və əlində olan dəmir parçası ilə ona xəsarət yetirməsini deməsin, sadəcə onun ona xəsarət yetirməsini desin. Onun ayağının sınığı yıxılmaqla olmaz, Samir ona dəmirlə xəsarət yetirmişdir. Sədrlik edənin suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Siz birinci instansiya məhkəməsində dövlət ittihamçısının veẏ ıluQ“ Samı̇ r Emı̇ n oğlu sizi nə ilə vurub?” sualına “yumruqla vurub” cavabını vermisiniz, Qulı̇ yev Samı̇ r Emı̇ n oğlu sizi nə ilə vurub? Yumruqla vurub amma əlində dəmir var idi, ona görə hesab edirəm ki, həmin alət beşbarmaq idi. Mənim çənəm yerindən çıxmışdı.” “Siz zərbədən sonra yerə yıxıldınız? Bəli amma tam şəkildə yox.” “Siz yıxılandan sonra da sizi vurdu? Bəli, onda da ayağım sındı.” “Siz dəmiri gördünüz? Dəqiq görmədim amma ola bilməz ki, yumruqla vuranda ayaq sınsın.” “Onda sizi 2 dəfə dəmirlə vurub? Bəli.” “Sizi vurduğunu bildirdiyiniz eyni dəmir idi yoxsa fərqli? Mənə elə gəlir ki, fərqli dəmirlər idi. Samir mənimlə mübahisə edəndən sonra getdi maşınına, sonra gəlib məni vurdu.” “Siz ikinci zərbədən sonra yıxıldınız? Xeyr, tək ayağımın üstündə dayanmışdım, mənə 2 zərbə vurandan sonra Samir qaçıb getdi.” Sədrlik edənin suallarına cavab olaraq zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bildirir ki: “Zərərçəkmiş şəxs ayağındakı xəsarətin necə yarandığını bilirsiniz? Xeyr, məlumatım yoxdur, mən vurmamışam.” “Sizinlə Samir arasında söyüş olub? Bəli, birinci Samir məni söyüb, mən də cavabında söymüşəm.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bildirmişdir: mən dostumla polis idarəsinin qarşısında dayanmışdım, bizim pul söhbətimiz var idi, mən bazara getmişdim, Süleyman pulumu verməmişdi, demişdi ki, sabah verərəm amma verməmişdi. Mən də bir gün sonra gedib pulumu istədim, aramızda mübahisə düşdü, orada dayandım, Vüsalı gözləyirdim, Süleyman da söhbət edirdi, Elton yuxarıda idi, biraz sonra Elton dedi ki, Vüsal gəldi. Mən də arxa tərəfə keçib Vüsala dedim ki, sən belə cəsarət vermisən ki, Süleyman mənimlə söyüşlə danışır? Süleyman yanımıza gəldi, Elton və Vüsal da orada idi, mənim əlimdə eynək var idi, maşın da avtomobil yuma məntəqəsinin qabağında idi. Süleyman yenə söyüş söydü. Vüsal bildi ki, mən Süleymanı vuracam, mən maşına tərəf getdim, Elton qarşımda durdu, mən də dedim ki, çəkil, vuracam. O da çəkiləndə bir dəfə yumruqla Süleymanı vurdum. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs: “Siz Zərərçəkmiş şəxs nə ilə vurmusunuz? Yumruqla vurmuşam.” “Neçə zərbə vurdunuz? Bir dəfə.” “Harasından vurdunuz? Üz nahiyyəsindən vurmuşam.” “Zərərçəkmiş şəxs ayağındakı xəsarətin necə yarandığını bilirsiniz? Xeyr, məlumatım yoxdur, mən vurmamışam. Orada kamera da var.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı sədrlik edən iş üzrə Şahid1 birinci instansiya məhkəməsindəki ifadəsini elan edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, da faktiki olaraq Sumqayıt avtomobil bazarında avtomobil alqı-satqısı işləri ilə məşğul olur.O, avtomobil alqı-satqı işləri ilə məşğul olduğuna görə günün əksər saatlarını BDYPİdə sənədləşmə işlərində keçirir və sənədləşmə prosedurunda iştirak edir və avtomobillərin texniki şəhadətnamə üzrə satışını təşkil olunmasına köməklik edir. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, BDYPİ-də tanımışdır, belə ki, Samir hərdən Süleymanın yanına gəlmiş və hətta Sumqayıt bazarında olan avtomobil bazarında müəyyən işlərin arxasınca Süleyman onu göndərmiş və həmin görmüş olduğu işlərin qarşılığında ona pul vermişdir. Onlar arasında hər hansı ədavət və düşməçilik olmamışdır. 21 may 2022-ci il tarixdə 12.00 radələrində o Sülemayan ilə BDYPİ-də olmuş və Təqsirləndirilən şəxs də həmçinin BDYPİdə olmuşdur. Bundan sonra onlar BDYPİ ilə üzbəüz olan «Qala» kefesinə tərəf getmiş və elə həmin kafenin arxa tərəfində Samirin dayanmasını görmüşdür. Bu zaman Samir Süleymana paltarından çıxarmış oduğu dəmir parçası ilə hər hansı söz demədən səbəbsiz olaraq Süleymanın ünvanına nalayiq söyüşlər söyməklə ona ayıb olmasını və nə səbəbə söyüş etməsini xəbər almışdır. Süleyman ona əhəmiyyət verməyən zaman «Qala» kafesinin arxasında boşluq olan keçid tipli yerlə hərəkət etmişdir ki, bu zaman Samir arxadan telefon qulağında danışaraq hərəkət edən Süleymana yaxınlaşıb üzərində olan dəmir parçası ilə onun sifətinə vurmuş və həmin zərbədən Süleyman bir qədər halsız olub yerə yıxılan zaman Samir yenə əlində olan dəmir parçası ilə onun ayağına zərbə ilə vurmuş və həmin zərbənin təsirindən Süleyman yerə yıxılmışdır. Süleyman yerdə olan zaman Samir təkrar olaraq əlində olan dəmir parçası ilə Süleymanın ayağına arxadan vurmuşdur. Həmin hadisə onun gözləri önündə olmuşdur. Artıq Süleyman yerdə uzanıqlı vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs həmin ünvanı tərk etmiş və o Süleymana yaxınlaşıb ona kömək etmişdir. Süleymanın ağız burunu qan içində olmuş və Süleymanın bu vəziyyətini yəqin ki, kafedə olan şəxslər görmüş və hər kəs ətrafa toplaşmış və o tez onun idarə etdiyi «Toyoto Priyus» markalı avtomobillə əyləşdirib «MedEra» Hospitala aparmış və 2 saat xəstəxanda qalmış və Süleymanın ayağı gipsə qoyulmuş və bundan sonra o bir neçə xəstəxanaya müraciət etmişdir. Hadisə 10-15 dəqiqə müddətində baş vermişdir və Samir hər kəsin gözü qarşısında Süleymanın ünvanına nalayiq söyüşlər söymüşdür. Kafedən isə kimin hadisəni dəqiq görməsini o bilməmişdir. Yalnız onu görmüşdür ki, ətrafa çoxlu sadə insanlar toplaşmışdır. Hadisə saat 12-də günorta radələrində kafenin arxa və yan tərəfində baş vermişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs yaxınları Süleymanının evinə gəlmiş, üzürxahlıq etmişdir. Onların ortaq tanışları olmaqla ondan xahiş etmişlər ki, o onun barəsində şikayətçi olmasın və əlində olan dəmir parçası ilə ona xəsarət yetirməsini deməsin, sadəcə ona xəsarət yetirməsini desin. Yıxılma ilə Süleymanın ayağından həmin xəsarəti alması mümkünsüzdür. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı Şahid1 bildirmişdir: mən tualetə tərəf gedirdim, gördüm ki, Süleyman axsaya-axsaya gəlir, sifəti qan içində idi, nə olduğunu soruşanda dedi ki, Samir vurub. Mən hadisəni bilavasitə görməmişəm. Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid1 bildirmişdir: “Samirin onu nə ilə vurduğunu dedi? Soruşanda Süleyman dedi ki, beşbarmaq və dəmir parçası ilə vurub.” “X15 vurduğunu görmüsünüz? Xeyr.” “Niyə vurduğunu bilirsiniz? Xeyr.” Müdafiəçinin suallarına cavab olaraq Şahid1 bildirmişdir: “Siz Süleyman ilə rastlaşanda hadisə yerindən məsafə nə qədər idi? 5-6 metr olardı.” “Həmin anda vurmuşdu onu? Bilmirəm.” “Süleymanın vəziyyəti necə idi? Üzü qan içində idi, axsayaaxsaya yeriyirdi.” “Siz Samiri orada gördünüz? Gördüm ki, qaçıb getdi.” “Hara getdi? Bilmirəm.” “Samir sizin Süleymanla rastlaşdığınızı gördü? Xeyr.” Müdafiəçinin çarpaz sorğu əsasında təqsirləndirilən şəxsə suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir: “Siz Süleyman ilə Eldarın görüşdüyünü görmüsünüz? Xeyr, görməmişəm.” Sədrlik edənin suallarına cavab olaraq Şahid1 bildirmişdir: “Süleyman sizə hadisə barədə nə dedi? Dedi ki, Samir məni beşbarmaq və dubinka ilə vurub.” Sədrlik edən iş üzrə Şahid1 birinci instansiya məhkəməsindəki ifadəsini yenidən elan etmiş və bunla bağlı şahidə suallar vermişdir. Sədrlik edənin suallarına cavab olaraq Şahid1 bildirmişdir: “Siz ibtidai istintaqdakı ifadənizlə hazırki ifadəniz arasındakı ziddiyyəti necə izah edə bilərsiniz? Mən hadisəni bilavasitə görməmişəm. Süleymanı o vəziyyətdə gördüyüm üçün ibtidai istintaqda dedim ki, hadisəni görmüşəm.” Sədlrik edənin suallarına cavab olaraq zərərçəkmiş şəxs X6 bildirmişdir: “Əsgərov X3 xəsarət yetirərkən hadisəni görüb? Eldar yolun kənarında idi, arada 10 metr məsafə olardı, hesab edirəm ki, Eldar hadisəni görə bilərdi, hadisədən sonra mənim yanıma birinci Eldar gəldi.” “Sizinlə Samir arasında hadisə baş verənə qədər söyüşmə olub? Bəli, olub.” “Hadisə baş verənə qədər aranızda narazılıq və ya nifaq olub? Bəli.” “Səbəb nə idi? Səbəb onun məni gözügötürməzliyi olub, mən ona çörək vermişəm, Samir isə dəfələrlə xəbərdarlıq göndərib ki, onu öldürəcəm, döyəcəm, dəfələrlə arxamca söyüb, amma mən ötürüb keçirtmişəm.” “Bəs siz hadisə günü niyə onu iş dalınca göndərmisiniz? Hadisə günü göndərməmişəm, hadisədən bir həftə əvvəl göndərmişdim, Samir də hadisə günü gəlib mənə dedi ki, mənə 100 manat verməlisən. Mən də dedim ki, sən mənim yanımda işləmirsən, mən sənə pul verməli deyiləm. 100 manat sadəcə bəhanə idi, Samir onsuzda məni vurmağı planlaşdırırdı. Mən Samirdən şikayətçiyəm, bir dəfə belə gəlib vəziyyətimlə maraqlanmayıb, məndən üzr istəməyib.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid X9 bildirmişdir: mən Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunu və Zərərçəkmiş şəxs iş yoldaşı kimi tanıyıram. Hadisə günü Samir və Süleyman mübahisə etməyə başladı, Samir söyüş söydü, daha sonra kafenin arxasında mübahisəyə davam etdilər, mən də telefonla danışırdım, Samir Süleymanı arxadan vurdu, Süleyman yıxıldı, biz də Süleymana kömək etdik, xəstəxanaya apardıq. Samirin Süleymanı necə vurmağını, ya da əlində nəsə olmağını görməmişəm. Dövlət ittihamçısının suallarına cavab olaraq şahid X9 bildirmişdir: “Samir Süleymanı neçə dəfə vurdu? Bir dəfə.” “Harasından vurdu? Arxasından vurdu. Mən Samiri saxlamaq istəsəm də, əlimdən çıxdı.” “Harasından vurduğu görmüsünüz? Xeyr.” “Siz həmin vaxt nə edirdiniz? Telefonla danışırdım.” “Aranızda nə qədər məsafə olardı? 7-8 metr.” “Siz Samirin əlində nəsə gördünüz? Xeyr, görməmişəm.” “Adamlar oraya yığışana kimi Samir nə etdi? Həmin vaxt Samir çıxıb getmişdi.” “Hadisə vaxtı ətrafda kim var idi? Mən, Samir və Süleyman var idi, mən maşınımı yudurdurdum.” Sədrlik edənin suallarına cavab olaraq şahid X9 bildirmişdir: “Zərərçəkmiş şəxsin hansı xəsarətləri almasını bilirsiniz? Mən bildiyim qədərilə, ayağı sınıb və çənəsindən xəsarət alıb.” “Ayağının necə sındığını bilirsiniz? Samir vurduğu üçün yıxılanda sınıb.” “Samir yerə yıxlanda Süleymanı ikinci dəfə vurub? Mən görməmişəm.” Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3. və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, rəsmi nikahdan 2 övladı var, rəsmi olaraq işləmir, lakin bir müddət olar ki, BDYPİ-də qeyri-rəsmi olaraq sənədləşmə işlərində vətəndaşlara köməklik göstərir. Zərərçəkmiş şəxs X5 təxminən 4 ilə yaxın müddət olar ki, BDYPİ-də onun kimi qeyri-rəsmi olaraq sənədləşmə işlərinə kömək edən şəxs kimi tanımışdır, belə ki, S.Əsgərov əvvəllər həmin baş idarədə qeyri-rəsmi olaraq işləmişdir. Bundan başqa, onlar bir-birinin xeyir və yas mərasimlərində iştirak etmişdirlər.O, hər gün səhər saat 08.00 radələrində işdə olur, həftə üçün saat 16.00 radələrindən sonra evə gəlir və həftə sonu isə saat 13.00 radələrindən sonra işdən çıxır. 21 may 2022-ci il tarixdə 12.00 radələrində ona Süleyman Əsəgərovla birlikdə BDYPİ-də işdə olmuş və bundan başqa Süleyman həftə sonlarında Sumqayıt avtomobil satış bazarında olan kredit məntəqlərinin kreditlərin ayrılmasında vasitəçilik etmişdir. Yəni hər hansı müştəri bazardan avtomobil alan zaman yerdə qalan pulu Süleyman həmin kredit ofisləri ilə tanış etməklə özü vasitəçilik edib avtomobilin alınmasını təmin edir və daha sonra həmin avtomobil kredit verən yerin adında qalır və həmin pul aylıq ödənişlər üzrə cədvələ bölünür və həmin gün avtomobilin BDYPİ-də sənədləşmə və sair digər xərcələri çıxılmışdır. Belə ki, o, bazar günləri Süleyman Əsgərovun yanında olur və ona köməklik edir və hər bazar onu yanında olduğuna görə o ona 100 manat pul əmək haqqı olaraq verilir. Belə ki, Süleymanın ona 50 və ya 60 manat borcu qalmışdır və 21 may 2022-ci il tarixdə saat 12.00 radələrində o, Süleyman ilə işdə olan zaman BDYPİ ilə üzbəüz olan «Qala» kafesinə tərəf getmiş, elə həmin kafenin yanında almaq üçün avtomobillər gətirmişlər ki, kredit ayrılmasına köməklik olunsun. Onlar yol boyunca kafeyə getmiş və kafenin həyətində olan zaman onlar arasında onun ona vermiş olduğu 60 manata görə mübahisə yaranmışdır. Belə ki, onun bazar günü ona verməli olduğu 100 manatın 40 manatını vermişdir və 60 manat qalmışdır və o ondan həmin pulu verməsini tələb etmişdir. Belə ki, o onun bütün xərclərinə köməklik etmiş və hər avtomobil sənədləşməsinə görə ona 20 manat pul vermişdir. Bundan başqa avtomobil olmayan zamanlarda belə o ona 20 manat günlük pul vermiş və ondan başqa daha bir neçə şəxsdə eyni ilə onun kimi BDYPİ-də baxmış və onu onlara vermiş olduğu işlərin sənədləşməsinə köməklik etmişdir. Həmin gün o onun pulunu verməmiş və həmin vaxtı o, Zərərçəkmiş şəxs bir dəfə yumruq ilə sifətinə vurmuş və həmin zərbədən o yerə yıxılmış və yerindən durub birdə yerə yıxılmış, o isə taksi avtomobili ilə həmin ünvandan uzaqlaşmışdır. Həmin vaxtı Süleymana yaxın olan Eldarın orda olub-olmasına diqqət etməmişdir. Həmin vaxtı bundan başqa kafenin arxa tərəfində başqa şəxslər də olmuşdur. Hadisə təxminən təxminən 10 dəqiqə müddətində baş vermişdir. Süleyman Əsgərov hər dəfə ona diqqətli olmuş, onun bütün xərclərini qarşılamış və ona demək olar ki, ona çörək pulu vermişdir. Hətta bazar günləri belə, o, onunla olduğuna görə o ona hər həftə 100 manat pul vermişdir. Onlar arasında hər hansı düşmənçilik və ədavət olmamışdır. Hadisədən hazırkı günə kimi o işə getməmiş və bilmişdir ki, Süleyman onun barəsində 102 xidmətinə şikayət etmiş və onu sonra polis bölməsinə dəvət etmişlər və onun guya onu beş barmaqla vurmasını bildirmişlər. Hadisədən sonra ona Süleyman təxminən 5 dəfə zəng edərək bildirmişdir ki, bəs onu niyə vurmuşdur və ayağına nə ilə vurmuşdur. O isə cavabında ona bildirmişdir ki, həmin zərbədən yıxılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, ailəli olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını və bu yaxınlarda yol qəzasına düşdüyünü və həmin qəza nəticəsində ayağından xəsarət aldığını, hələ də xəsarətlərinin tam sağalmadığını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmətibbi ekspetizasının 21 may 2022-ci il tarixli, 1007 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər “sağ gözaltı və almacıq nahiyəsinin yanağın yuxarı yarısını əhatə edən hematoması, sağ göz almasının bayır yarısına total qansızma, sağ almacıq və əng sümükləri kompleksinin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ alınalmacıq tikişinin aralanması, sağ maksilyar sinusda hemorragik (qan) yığımtısı, sağ yanağın selikli qişasının qansızma ilə əhatə olunmuş əzilmiş yarası, sol diz sınığı (sol qamış sümüyünün yuxarı 1/3-nin oynaqdaxili yerdəyişməyən qapalı sınığı) bərk küt əşyanın təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşya ilə (alətlə) vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əlavə məhkəmə-tibb ekspetizasının 18 noyabr 2022-ci il tarixli, 51/1007 saylı rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər “sağ gözaltı və almacıq nahiyəsinin yanağın yuxarı yarısını əhatə edən hematoması, sağ göz almasının bayır yarısına total qansızma, sağ almacıq və əng sümükləri kompleksinin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ alınalmacıq tikişinin aralanması, sağ maksilyar sinusda hemorragik (qan) yığmtısı, sağ yanağın selikli qişasının qansızma ilə əhatə olunmuş əzilmiş yarası, sol diz sınığı (sol qamış sümüyünün yuxarı 1/3-nin oynaqdaxili yerdəyişməyən qapalı sınığı) bər küt əşyanın təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşya ilə (alətlə) vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakteri və xüsusiyyətlərinə, lokalizasiyasma, eləcədə müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin yıxılma nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli zərərçəkmiş şəxs X2 ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs şikayətçi deyildir, onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin və şahidin ifadəsini, dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını və ekspertiza rəylərini nəzərdən keçirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Həmçinin, məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxsin CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təsdiqini tapır. Apellyasiya icraatı zamanı, qismən məhkəmə istintaqı ilə keçirilən məhkəmə iclasında, məhkəmə kollegiyası yuxarıda sadalanan sübutları, eyni zamanda cinayət işi materiallarında öz əksini tapan digər sübutları tədqiq edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, həmçinin apellyasiya baxışı zamanı qismən istintaq keçirtməklə aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı məhkəmə kollegiyası hazırkı cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, cinayət işi materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuraraq xuliqanlıq cinayətini törətməsi, təqsirləndirlən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspetizasının 21 may 2022-ci il tarixli məhkəmə-tibbi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əlavə məhkəmə-tibb ekspetizasının 18 noyabr 2022-ci il tarixli, 51/1007 saylı ekpertiza rəyləri ilə təsdiqini tapır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində çoxsaylı qanunvericilik aktlarına istinadlar edilərək, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə istinad edərək, məhkəmənin hökmündə Zərərçəkmiş şəxs ifadəsinin təhrif olunmuş formada qeyd olunması, iş üzrə toplanmış sübutları - işin halları, təqsirləndirilən şəxsin, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin verdiyi ifadələri nəzərə almaması və nəticədə Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verməməsi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinin tədqiqi ilə bağlı qismən məhkəmə istintaqına keçilərək, zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və 02 nəfər şahid yenidən dindirilmiş və onların verdiyi ifadələr əvvəlki ifadələr ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Əvvəla iş materialları ilə müdafiəçi tərəfindən protokola qeyd verilməsi müəyyən edilmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X7 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Birinci instansiya məhkəməsi şahid X8 məhkəmə istintaqı zamanı dindirməsinə baxmayaraq onun ifadəsini məhkəmənin hökmündə qeyd etməmişdir. Qeyd edilən boşluğun aradan qaldırılması üçün həmin şahid apellyasiya icraatı zamanı çağırılıb məhkəmə istintaqında dindirilmiş və onun verdiyi ifadə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində qeyd etdiyi dəlilləri araşdırmaq üçün zərərçəkmiş şəxsi yenidən dindirmiş, onun bildirdiyi xüsusiyyətləri təqsirləndirilən şəxsin və 02 nəfər şahidin məlumatları ilə yoxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, sübutlara qiymət verərəkən zərərçəkmiş şəxsin verdiyi məlumatlar daha mötəbər hesab edilməlidir. Belə ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin onu dəmirlə vurmasını bildirməsi cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının rəyindəki məlumatlara daha çox uyğun gəlir. Qismən məhkəmə istintaqında dövlət ittihamçısının suallarına cavab olaraq Şahid1 bildirir: “Samirin onu nə ilə vurduğunu dedi? Soruşanda Süleyman dedi ki, beşbarmaq və dəmir parçası ilə vurub.” “X15 vurduğunu görmüsünüz? Xeyr.” “Niyə vurduğunu bilirsiniz? Xeyr.” Həmçinin dövlət ittihamçısının suallarına cavab olaraq şahid X9 bildirir: “Samir Süleymanı neçə dəfə vurdu? Bir dəfə.” “Harasından vurdu? Arxasından vurdu. Mən Samiri saxlamaq istəsəm də, əlimdən çıxdı.” “Harasından vurduğu görmüsünüz? Xeyr.” “Siz həmin vaxt nə edirdiniz? Telefonla danışırdım.” “Aranızda nə qədər məsafə olardı? 7-8 metr.” “Siz Samirin əlində nəsə gördünüz? Xeyr, görməmişəm.” “Adamlar oraya yığışana kimi Samir nə etdi? Həmin vaxt Samir çıxıb getmişdi.” “Hadisə vaxtı ətrafda kim var idi? Mən, Samir və Süleyman var idi, mən maşınımı yudurdurdum.” Yəni bu iki şahid ifadəsinin məlumatlarında Quliyev Eldar hadisə baş verən zaman zərərçəkmişin onu dəmir ilə vurmasını bildirdiyini deyir. Digər Şahid Mənsimov Elton isə nə ilə vurduğunu görmədiyini bildirir. Qeyd edilən sübutların tədqiqinə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şahid Mənsimov Eltonun ifadəsinə hökmdə qiymət verməsə də. apellyasiya məhkəməsində qismən məhkəmə istintaqı ilə keçirilən məhkəmə baxışı zamanı ittiham katı ilə təsvir edilmiş işin faktiki halları sübuta yetmiş hesab olunur. Məhkəmə kollegiyası həm qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı, həm də birinci instansiya məhkəməsi zamanı Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadələri tədqiq edərək, həmin ifadələri təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli verdiyi ifadələri kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlinin Azərnbaycan Respublikası CM-in 127.1-ci maddəsinə tövsif etməklə, zərərçəkmiş şəxslə barşmasını və ona vurulmuş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs CM-in 221.3-ci və 127.2.3-cü maddələri ilə təqsirləndirilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə” dair 25 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Qeyd edilən qanunvericiliyin normalarına və işin hallarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə ictimai yerdə, digər şəxslərin gözü qarşısında xəsarət yetirərək cəmiyyətə açıqcasına hörmətsizlik etmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi barədə mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübut toplamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma əməlinin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsini nəzərdə tutur. Həmin Məcəllənin 221.3-ci maddəsi bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması hərəkətlərini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 127.1-ci maddəsinə tövsif edilməsi və ya ona bəraət verilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddlərində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası Binəqədi rayon məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmünün Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsi barədə apellyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, onun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz şərti olaraq azadlıqdan məhrum etmə cəzası təyin etmiş, həmçinin hökmdə təqsirləndirilən şəxsə təyin edilmiş şərti azadlıqdan məhrum etmə cəzasını əsaslandırmamış və məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədə uyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi, həmçinin törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, eləcə də cəzanı yüngülləşdirən halların məcmusu və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alaraq, o cümlədən təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasının mümkün sayılmasını əsas götürərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunması və ona sınaq müddəti təyin edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərarına gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edildiyi kimi, “Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. Məhkəmə kollegiyasının qənaətinə əsasən, hökmlə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslı olsa da, az ağır cinayət əməli törədən şəxsə münasibətdə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi məhkəmə hökmünün ədalətli və qanuni olmasını şübhə altına almasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq onun 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum məhrum edilməsi barədə cəzasının şərti tətbiq olunmaqla ona 1 (bir) il 6 (altı) ay sınaq müddətinin müəyyən edilməsi qənaətinə gəlməklə törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlik dərəcəsini, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətinin təhlükəliyini nəzərə almadan, cinayətlərin xarakterinə, ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmə tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət həyat və sağlamlıq əleyhinə, CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət isə ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid olmaqla subyektiv cəhətdən birbaşa qəsdlə törədilir ki bu da cinayət əməllərinin xaraktercə təhlükəliliyindən xəbər verir. Həmçinin, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyini ilə bağlı cinayət qanunu normalarının tələblərini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirlən şəxsin ailənin yeganə qazanc gətirən şəxsi olmasını yüngülləşdirici hal kimi nəzərə alsa da, qeyd edilən halın yüngülləşdirici hal kimi qəbul edilməsini hökmdə əsaslandırmamış və həmin halı təsdiq edəcək heç bir sübuta istinad etməmişdir. Məhkəmə tərəfindən hazırki iş üzrə cəza təyin olunarkən bu hal, xüsusilə də onun şəxsiyyəti nəzərə alınmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixli Xətai Rayon Məhkəməsinin hökmü ilə CM-221.2.1, 322.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 05 mart 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, xx.xx.2013-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmənin gəldiyi nəticələr (Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməsi hissəsində) apelyasiya icraatında məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsin hərəkətlərinə, şəxsiyyətini səciyələndirən hallara düzgün hüquqi qiymət verilməmiş və hüquqi əsas olmadan azadlıqdan məhrum etmə cəzasının çəkmədən islah olunması mümkün sayılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını şərti təyin etməklə düzgün nəticəyə gəlməsə də, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alaraq, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsini əsas götürərək, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsində icraat zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə barışmasını yüngülləşdirici hal (zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizəni və ifadəsini nəzərə alaraq) kimi qeyd etsə də apellyasiya icraatı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyasının qənaətinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(001)-144/2023 nömrəli hökmündən Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin müdəaları xaric edilməklə təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin edilmiş zadlıqdan məhrum etmə cəzasının çəkilməsi qanunauyğun qaydada icra edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinin tələbinə görə cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası CPM-in 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının tətbiq edilməməsi və ya tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətlərinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli və Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilməli, həmin hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi barədə müddəalar xaric edilməli, birinci instansiya məhkəməsi tərəfindən CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 2 (iki) il 3 (üç) ay müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 10 gün müddət çıxılmalı və Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, təqsirləndirilən şəxs Qulı̇ yev Samı̇ r Emı̇ n oğlu məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, və Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxs X1 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya protesti təmin edilsin. Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilsin. Həmin hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi barədə müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Qulı̇ yev Samı̇ r Emı̇ n oğlu məhkəmə iclas zalından dərhal həbs edilsin. Birinci instansiya məhkəməsi tərəfindən CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 2 (iki) il 3 (üç) ay müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 10 gün müddət çıxılsın və Qulı̇ yev Samı̇ r Emı̇ n oğlunun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qulı̇ yev Samı̇ r Emı̇ n oğlu həbsdə saxlanılması üçün Penitensiar Xidmətin konvoy taboru vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Bakı şəhəri “Femida” vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edimiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 20 saat üçün cəmi 120 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri “Femida” vəkil bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-342/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-342/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver