Məhkəmə qərarları › İş №1(103)-344/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-344/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-344/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi X3 iştirakları ilə xx xxxx 1993-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3- 2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Anar İbrahimov) 02 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 oktyabr 2019-cu il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən "xxxx" Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X9 Stansiyasına məxsus anbarın açıq olan qapısından qanunsuz olaraq içəri daxil olub, anbardan 5 ədəd, bir ədədinin dəyəri 6 manat olan 30 manat dəyərində 3612 markalı yastıq, 9 ədəd, bir ədədinin 6 manat olan 54 manat dəyərində 3615 markalı yastıq, 2 ədəd, bir ədədinin 9 manat olan 18 manat dəyərində 3616 markalı yastıq, 2 ədəd, bir ədədinin dəyəri 85 manat 9 qəpik olan 170 manat 18 qəpik dəyərində 50x16 markalı siyirmə və bir ədəd 145 manat dəyərində 43 mm markalı qıfıl dayağını gizli olaraq talayıb, zərərçəkmiş şəxs “Suraxanı OYL Opereyşen Kompani S.A" şirkətinə ümumilikdə 417 manat 18 qəpik məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 dekabr 2019cu il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən "xxxx" şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 1 saylı X9 Stansiyasının 1607 nömrəli işlək vəziyyətdə olan neft quyusunun 161 manat 60 qəpik dəyərində 20 metr uzunluğunda KPBK 90 3 x 10 mm markalı dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini yerdən tapdığı daş parçası ilə vurub kəsərək, gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" şirkətinə ümumilikdə 161 manat 50 qəpik məbləğdə maddi ziyan vuraraq, dövlət xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 fevral 2020-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən "xxxx" şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 2 saylı X9 Stansiyasının məxsus RO-104 aylı neft quyusuna gələn, bir metri 10 manat 57 qəpik olan KPBK 90 3x16 markalı kabelin 35 metrini yerdən tapdığı daş parçası ilə vurub kəsərək gizli olaraq talayıb, zərərçəkmiş şəxs "Suraxanı OYL Opereyşen Kompani S.A” Şirkəyinə ümumilikdə 396 manat 95 qəpik məbləğdə maddi ziyan vuraraq, dövlət xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə adı istintaqa Bəhruz kimi məlum olan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq, 19 mart 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “Suraxanı OYL Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 4 saylı X9 Stansiyasının 967 manat dəyərində, hər birinin uzunluğu 10 metr olan 14 ədəd 73 mm-lik boruları kəsib avtomobilə yükləyən zaman, şirkətin əməkdaşlarının gəlməsini görüb oradan qaçaraq, öz iradəsindən asılı olmayan səbəblərdən cinayətini başa çatdıra bilməyərək, oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 iyun 2020-ci il tarixdə, saat 01 radələrində "Suraxanı OYL Opereyşen Kompani S.A” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X9 stansiyasına məxsus 1455 saylı Neft quyusu yaxınlığında yerləşən 6 nömrəli birqadanın istifadəsində olan köşkün qapısının klidini sındıraraq, qanunsuz olaraq içəri daxil olub, içəridəki yeşiyin dəmir qıfılını sındırıb, bir ədədinin dəyəri 65 manat olan üç ədəd 195 manat dəyərində zəncirli açar, bir ədədinin dəyəri 220 manat olan 4 ədəd 880 manat dəyərində 60 mm tez bağlanan qayka, bir ədəd 120 manat dəyərində 73 ınm şarnirli boru açarı, bir ədəd 230 manat dəyərində 1 14 mm boru açarı, bir ədəd 94 manat dəyərində 12-36 mm qayka açar dəsti, bir ədədinin dəyəri 27 manat olan iki ədəd 54 manat dəyərində lom, bir ədəd 8 manat dəyərində 0,8 kq çəkic, bir ədəd 18 manat dəyərində 3 kq kuvald, bir ədədinin dəyəri 6 manat 50 qəpik olan iki ədəd 13 manat dəyərində bel düz, bir ədədinin dəyəri 4 manat olan iki ədəd 8 manat dəyərində M 27 L 130 markalı bolt, bir ədədinin dəyəri 10 manat olan 9 ədəd 90 manat dəyərində 25 mm kanat sıxanı gizli olaraq talayıb, "xxxx" Şirkəyinə ümumilkidə 1710 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 oktyabr 2020ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən "xxxx" şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 1 saylı X9 Stansiyasının ərazisində olan 1607 saylı neft quyusuna gələn bir metrinin dəyəri 8 manat 50 qəpik olan, ümumilikdə dəyəri 255 manat olan 30 metr KPBK 90 3x10 markalı dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini üzərində olan balta ilə vurub kəsərək, gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 255 manat məbləğdə maddi ziyan vuraraq, dövlət xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 oktyabr 2020ci il tarixdə, saat 11 radələrində "Suraxanı OYL Opereyşen Kompani S.A” şirkətinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi magistral yolun üzərində yerləşən hava və kollektor üzərində quraşdırılmış 434,53 manat dəyərində dövlət əhəmiyyətli 50 metr 114 mm-lik kompressor borularını sındırılaraq gizli olaraq talayıb, MMC-yə ümumilikdə 434 manat 53 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 noyabr 2020ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində olan "xxxx" Şirkətinin 1 saylı X9 Stansiyasının ərazisində yerləşən 822 saylı neft quyusuna birləşən 127 manat 50 qəpik dəyərində olan 15 metr uzunluğunda KPBK-90 3x10 mm-lik dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini kəsməklə gizli olaraq talayıb, MMC-yə ümıımilkidə 127 manat 50 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyrirəsmi yaşadığı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan iki nəfər şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 01 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixədək olan müddət ərzində gecə saatlarında ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-nin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq başqa saxlnc yerinə həyətə daxil olaraq, həyətdəki anbarın qapısının qıfılını və pəncərəsini sındırıb içəri daxil olmuş və MMC-yə məxsus, ümumilikdə dəyəri 9000 manat olan, bir ədədinin uzunluğu 1 metr, eni 40 sm olan mis listləri hissə-hissə olaraq və bir ədəd 100 manat dəyərində əl arabasını gizli talayıb, MMC-yə ümumilikdə 9100 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verib ailə vəziyyətinin ağır olmasını, 2 azyaşlı uşağının olmasını, 3-cü qrup əlil olmasını qeyd edərək hökmün dəyişdirilməsini və ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkum edilmiş şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, hökm verilmiş apellyasiya şikayətinə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətindən göründüyü kimi apellyasiya şikayətində məhkum edilmiş şəxs tərəfindən cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkum edilmiş şəxsin özünün ibtidai istintaq zamanı etirafedici və məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkəti tərəfindən təqdim olunmuş arayışlardan, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs1 ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etsə də, məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməlləri qismən etiraf etməsini, törətdiyi əməllərdən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını cəzasını yüngülləşdirən hal kimi və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını ağırlaşdıran hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs1 daha yüngül cəza təyin edilməklə islah olunmasını və Azərbaycan Respublikası CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə nail olunmasını mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, törətdiyi əməlləri qismən etiraf etməsini, törətdiyi əməllərdən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını cəzasını yüngülləşdirən hal kimi və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını ağırlaşdıran hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs1 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair 02 dekabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair 02 dekabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 20 saat üçün cəmi 120 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcə vəsaiti hesabına 120 manat işlədiyi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar